Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-297/2022 31.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, 15 avqust 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, üzərində ödənilməmiş məhkumluğu olan, Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi, ev 2/14-də qeydiyyatda olan və həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 52, mənzil 20-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdə, saat 23:00 radələrində ünvan 1 ünvanda yerləşən «Şuşa» kafesinin 3 nömrəli kabinetində olarkən əvvəllər tanımadığı və heç bir münasibətdə olmadığı Zərərçəkmiş şəxs zəng edərək tanışı “Rüstəm" adlı şəxsin Şahid1 5.000 manat borcunun olması və həmin borcu sonuncuya ödəməsini tələb etməsinin səbəbini aydınlaşdırmaq məqsədi ilə Zərərçəkmiş şəxs həmin kafeyə dəvət etmiş, Zərərçəkmiş şəxs qeyd edilən kafeyə gəldikdən sonra orada Zərərçəkmiş şəxs “Rüstəm” adlı şəxsin heç kimə borclu olmadığını, Şahid1 hər hansı məbləğdə pul ödəməyəcəyini bildirib kafenin 3 nömrəli kabinetində Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, mübahisə zamanı heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini sonuncunun və onlarla birlikdə həmin kabinetdə olan şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq zərərçəkmiş şəxsin ünvanına nalayiq ifadələr işlətməklə davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş birgə yaşayış qaydalarını kobud surətdə pozmaqla əvvəlcədən əldə edib üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla qəflətən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağ çiyin nahiyəsindən qəsdən 1 (bir) dəfə vuraraq sonuncuya körpücükaltı arteriyanın zədələnməsi ilə müşayiət olunan sağ körpücüküstü nahiyənin deşilmiş-kəsilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 26 aprel 2021-ci il tarixdə onun istifadəsində olan mobil nömrəyə yadında qalmayan rus nömrəsindən dostu Yaqub zəng edərək Lökbatan qəsəbəsində yaşayan Anar adlı şəxsə öz qohumu Rüstəm adlı şəxsin guya 5.000 manat borcu olduğunu və bu səbəbdən də Rüstəmin problemi yarandığını demişdir. Yaqub ona əslində Rüstəmin Anara heç bir borcunun olmadığını və Anarın əsassız yerə Rüstəmdən pul tələb etdiyini bildirmişdir. Yaqub ona Eşqin adlı şəxsin də Rüstəmi söhbətə çağıraraq 5.000 manat pulu Anara çatdırmasını Rüstəmdən tələb etdiyini bildirmişdir. Yaqub bunu dedikdən sonra Rüstəmə kömək etməyi ondan xahiş etmişdir. Sonra Rüstəm də ona Anara heç bir borcunun olmadığını və Anarın əsassız yerə Rüstəmdən pul tələb etdiyini bildirmişdir. Bundan sonra o, Yaqubun xahişinə əsasən Rüstəmə kömək etmək, yəni pul söhbətini yoluna qoymaq üçün Eşqinin mobil telefon nömrəsini taparaq zəng etmiş və özünü Eşqinə Mühəmməd kimi təqdim etmişdir. O, Eşqinlə telefonla danışdığı zaman Rüstəmin borc məsələsinə görə zəng etdiyini bildirmiş və Rüstəmdən hansı səbəbdən əsassız şəkildə pul tələb etdiyini Eşqindən soruşmuşdur. Eşqin də ona görüşməyi təklif etmişdir. O da öz növbəsində Eşqini kafedə görüşə dəvət etmişdir. Sonra o, dostları ilə birlikdə çox vaxt ünvan 3 ünvanda yerləşən «Şuşa» kafesində oturduğu kafeyə getmiş və Eşqini də həmin kafeyə dəvət etmişdir. O, həmin kafeyə Eşqindən daha tez çatmış və kafenin üçüncü kabinetində dostları Elçin, Yusif, Qafar, Raul və Tural ilə oturmuşdur. Təxminən saat 23:00 radələrində Eşqin yanında dörd nəfər dostu ilə birlikdə onların olduğu kafeyə gəlmişdir. Sonra o, dostları ilə birlikdə Eşqinlə və sonuncunun dostları ilə söhbət etməyə başlamışdır. O, Eşqinlə söhbət edərək sonuncudan hansı səbəbə görə Rüstəmdən əsassız yerə 5.000 manat pul tələb etdiyini soruşmuşdur. Eşqin də cavabında «Rüstəm Anara borcludur, qoy Rüstəm gətirsin pulu versin» demişdir. Bu vaxt Eşqinə zəng gəlmiş və Eşqin telefonla danışmaq üçün bayıra çıxmışdır. Təxminən 5 dəqiqədən sonra Eşqin geri qayıdaraq dostu Gürselin sol arxa tərəfində ayaq üstə dayanmışdır. Onlar yenidən söhbət etməyə başladıqda, Eşqin səsini ona qarşı qaldırmışdır. O, Eşqinə hansı səbəbdən onunla yüksək tonla danışdığını soruşmuşdur. Eşqin də cavabında ona «əcəb edirəm» demişdir. O, Eşqinin səsini qaldırmasından və ona “əcəb edirəm” deməsindən sonra əsəbiləşmiş və bel nahiyəsində gizlətdiyi bıçağı çıxarıb Eşqinin sinə nahiyəsindən 1 (bir) dəfə bıçaqla vurmuşdur. Eşqin onun bıçaqla vurduğunu görməmişdir. Eşqin onun yumruqla vurduğunu güman etmişdir. Bir neçə dəqiqədən sonra Eşqin əynində olan köynəyində qan ləkəsini görüb həyacanlanmış və kimin vurduğunu soruşmuşdur. Bu zaman o, Eşqinə bıçaqla vurduğunu bildirmişdir. O, bunu dedikdən sonra orada olan Eşqinin dostlarından biri onu yumruqla vurmuş və zərbənin təsirindən özünü itirərək yerə yıxılmışdır. O, yerə yıxıldıqda əlindəki bıçaq da yerə düşmüşdür. Bundan sonra orada səs-küy yaranmışdır. Eşqinin Xəzər adlı dostu İİ Qarabağ Müharibəsi iştirakçısı olduğunu bildirərək hörmət göstərmələrini və davanı dayandırmaqlarını xahiş etmişdir. Xəzərin bu sözündən sonra ara sakitləşmiş və o, öz dostları və Eşqinin dostları ilə birlikdə Eşqini xəstəxanaya aparmışlar. Həmin ərəfədə o, yerdən bıçağı götürmüşdür. Sonra o, həmin bıçağı xatırlamadığı yerə tullamışdır. Onlar Eşqini xəstəxanaya aparıb təhvil verdikdən sonra o, polisə gedərək törətdiyi cinayət əməlini etiraf etmiş və könüllü olaraq polisə təslim olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid1 onun dostudur. O, Anarı uzun müddətdir ki, tanıyır. Hadisə baş verən gün o, spirtli işçi içmiş və ona görə də həmin vaxt sərxoş olmuşdur. Sonra Anar ona zəng edərək birlikdə çay içməyə dəvət etmişdir. O da Anarla razılaşaraq sonuncu ilə görüşə getmişdir. O, Anarla danışdıqdan sonra digər dostu Cavidandan onu çayxanaya maşınla aparmasını xahiş etmişdir. Cavidan da onunla razılaşaraq onu öz avtomobili ilə Alatava ərazisində yerləşən “Şuşa” kafesinə aparmışdır. O, kafeyə çatdıqdan və bir qədər orada oturduqdan sonra digər dostları Gürsel və Xəzər onların yanına gəlmişlər. O, kafedə olduğu zaman birdən özündə ağrı hiss etmişdir. Sonradan ona məlum olmuşdur ki, o, bıçaqlanmış və ondan qan axmışdır. O, hansı şəraitdə və nə zaman bıçaqlandığını görməmişdir. O, ağır yarandıqdan sonra bıçaqlandığını başa düşmüşdür. O, hadisə vaxtı kimin tərəfindən bıçaqlandığını bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, ona bıçaqla xəsarət yetirən şəxs Mühəmməd olmuşdur. O, özü də Mühəmmədin onu niyə bıçaqladığını bilməmişdir. O, bıçaqlandığını gördükdən sonra onun dostları Cavidan, Xəzər, Gürsel və Anar onu avtomobilə mindirərək xəstəxanaya aparmışlar. O, hazırda özünü yaxşı hiss edir. O, təqsirləndirilən şəxslə barışmış, pnun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs təxminən 20 ildir ki, tanıyır. Onların arasında dostluq münasibətləri olmuşdur. 26 aprel 2021-ci il tarixdə o, dostları Gürsel, Xəzər və Eşqinlə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Leon Garden” kafesində oturmuşdur. Kafedə oturduqları zaman Eşqin spirtli içki qəbul etmiş, onlar isə çay içmişlər. Sonra Eşqin ondan idarə etdiyi avtomobili istəmişdir. O isə Eşqinə etiraz edərək Eşqinin içkili olduğunu və hara lazımdırsa Eşqini apara biləcəyini demişdir. Eşqin də onunla razılaşmışdır. Bundan sonra o, Eşqin, Gürsel və Xəzərlə birlikdə onun avtomobilinə əyləşən zaman Lökbatan qəsəbəsindən tanıdığı Şahid1 Natiq oğlu da onlara yaxınlaşmış və onlarla getmək istədiyini demişdir. Onlar da Anara etiraz etməmişlər. Sonra Şahid1 avtomobilə əyləşmişdir. Avtomobildə olduqları zaman Eşqin ona Bakı şəhəri, Yasamal rayonu, Alatava küçəsinə sürməyini demişdir. Sonra onlar birlikdə ünvan 3 ünvanda yerləşən “Şuşa” kafesinə getmişlər. Onlar kafeyə çatdıqda, Eşqin kafedə söhbət edib gələcəyini demişdir. Lakin Eşqin içkili olduğundan o, Eşqini tək buraxmaq istəməmiş və ona görə də Eşqinlə birlikdə kafeyə getmişdir. Onların arxasınca Anar da kefeyə gəlmişdir. Xəzər isə onun avtomobilində qalaraq onları gözləmişdir. O, Eşqinlə birlikdə kafenin içərisində olan kabinetə daxil olmuşdur. Onlar kabinetə daxil olduqdan və masa arxasında oturduqdan təxminən 2-3 dəqiqədən sonra Xəzər və Gürsel də kabinetə gəlmişlər. Onlar kabinetə daxil olduqda orada başqa şəxslər də olmuşdur. Sonra onlar birlikdə kabinetdə oturub söhbət etməyə başlamışlar. Söhbət edən zaman kabinetdə olan şəxslərdən biri Eşqinin sinə nahiyəsinə qəfildən zərbə endirmişdir. Həmin şəxs Eşqini yan tərəfdən vurduğundan o, həmin şəxsin üzünü həmin an görməmişdir. O, əvvəlcə həmin şəxsin Eşqini yumruqla vurduğunu zənn etmişdir. Lakin sonradan o, Eşqinin sinə nahiyəsindən qan axdığını, Eşqinin əynində olan köynəyin qan içində olduğunu gördükdən sonra Eşqinin bıçaqlandığını başa düşmüşdür. Eşqindən çoxlu qan axdığından onlar həyacanlanaraq Eşqini xəstəxanaya aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun dostudur. 26 aprel 2021-ci il tarixdə o, dostları Cavidan, Xəzər və Eşqin ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Leon Garden” kafesində oturmuşdur. Həmin vaxtı Eşqin spirtli içki içmişdir. Sonra o, Eşqingildən ayrılaraq digər dostu Nicatı evə aparmışdır. Yolda olarkən Eşqin ona zəng edərək Yasamal rayonu ərazisində yerləşən “Şuşa” kafesinə gedib orada kiminləsə söhbət edib yarım saata qayıdacağını bildirmişdir. O da bir dost kimi Eşqinin tanımadığı şəxslərlə kafedə görüşməsindən və söhbət etməsindən narahat olaraq Eşqinin gedəcəyi, yəni Yasamal rayonu ərazisində yerləşən “Şuşa” kafesinə getmişdir. O, kafeyə çatdıqdan sonra üçüncü kabinetə daxil olmuşdur. O, kabinetə daxil olduqda orada dostları Eşqin, Xəzər, Cavidan və Anardan başqa 7-8 nəfər tanımadığı şəxslərin də olduğunu görmüşdür. O da kabinetdə olan şəxslərlə salamlaşaraq masa arxasında oturmuşdur. Bundan təxminən 5 dəqiqə sonra birdən kabinetdə səs-küy düşmüşdür. Lakin o, səs-küyün hansı səbəbdən və kimin arasında baş verdiyini bilməmişdir. Sonra o, Eşqinin sinə nahiyəsindən qan axdığını görmüşdür. O, bunu görən kimi dostları ilə birlikdə Eşqini təcili avtomobilə əyləşdirib xəstəxanaya aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, artıq uzun müddətdir ki, Eşqini tanıyır. Onların arasında yaxın dostluq münasibətləri var. Rüstəm Cəfərovun ona 5.000 manat pul borcu olmuşdur. O, dəfələrlə Rüstəmdən borcun qaytarılmasını tələb etmişdir. Lakin Rüstəm hər dəfə onun borcunu qaytarmqdan imtina etmişdir. 24 aprel 2021-ci il tarixdə Rüstəm onun Lökbatan qəsəbəsində yerləşən iş yerimə gəlmiş və ona heç bir borcunun olmadığını bildirmişdir. Bundan sonra onların arasında narazılıq yaranmışdır. Həmin gün saat 22:00 radələrində Rüstəm onu Eşqinin vasitəsi ilə Lökbatan qəsəbəsində yerləşən kafelərin birində söhbət etməyə dəvət etmişdir. O da etiraz etməyərək həmin gün Eşqin və Rüstəmlə görüşmüşdür. Onlar bir qədər söhbət etdikdən sonra Rüstəm ona 5.000 manat borcunun olduğunu etiraf etmiş və 26 aprel 2021-ci il tarixdə pulu çatdıracağına söz vermişdir. 26 aprel 2021-ci il tarixdə, təxminən saat 22:00 radələrində Eşqin ona zəng edərək Lökbatan qəsəbəsində yerləşən “Leon Garden” kafesinə çağırmışdır. O da etiraz etməmişdir. Sonra Eşqingil onun olduğu yerə gəlmişlər və onlar birlikdə Cavidanın idarə etdiyi avtomobilə əyləşərək ünvan 3 ünvana getmişlər. Avtomobildə, həmçinin Eşqinin Xəzər adlı tanışı da olmuşdur. Eşqin özü kafedə söhbət edib 10 dəqiqəyə geri qayıdacağını demişdir. Lakin onlar Eşqini tək kafeyə getməsini istəməmişlər və ona görə də o, Cavidan və Eşqinlə birlikdə kafenin içərisinə getmişdir. Xəzər isə onları avtomobildə gözləmişdir. Onlar kafenin üçüncü kabinetinə daxil olmuşlar. Təxminən 10 dəqiqədən sonra Xəzər və Gürsel də onların yanına gəlmişlər. Lakin həmin vaxt Rüstəmin özü kabinetdə olmamışdır. Dediyi şəxslərdən başqa kabinetdə onun tanımadığı əlavə 7-8 nəfər şəxs də olmuşdur. Sonra onun telefonuna zəng gəlmiş və o, telefonla danışmaq üçün kabinetdən çıxmışdır. 3 dəqiqədən sonra o, kabinetdən səsküy gəldiyini eşitmiş və bundan sonra kabinetə geri qayıtmışdır. O, kabinetə daxil olduqda, Eşqinin köynəyinin qan içində olduğunu görmüşdür. Bundan sonra o, dostları ilə birlikdə Eşqini təcili şəkildə avtomobilə əyləşdirib xəstəxanaya aparmışlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 aprel 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 4-12) görünür ki, cinayət hadisəsi ünvan 1 ünvanda yerləşən “Şuşa” kafesində baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 54) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 56) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 64-65) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 aprel 2021-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-229/2021 saylı qərarından (cild 1, iş vərəqə 86-90) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 aprel 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 aprel 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 91-96) görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri, eləcə də törətdiyi cinayətin mexanizmini və üsulunu hadisə yerində, yəni ünvan 1 ünvanda yerləşən “Şuşa” kafesində əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 may 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 108-109) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə cinayət törətməyə görə məhkum olunmuş və onun üzərində ödənilməmiş məhkumluğu var. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X8 107 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 156-158) görünür ki, Zərərçəkmiş şəxs körpücükaltı arteriyanın zədələnməsi ilə müşayiət olunan sağ körpücüküstü nahiyənin deşilmiş-kəsilmiş yarası, deşici-kəsici alətin təsirindən törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan 26 aprel 2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X8 465/2021-MTBŞ nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 160-162) görünür ki, Zərərçəkmiş şəxs Çağay oğlunun ABO sistemi üzrə qan qrupu: O alfa, beta /İ/-dır (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus köynək üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, həmçinin alfa və beta aqqlyutininləri də alınmışdır. Beləliklə bu qan ləkələri O-alfa,beta /İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X8 313/2021-MTKŞ nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 164-165) görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sağ-yuxarı nahiyəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, it ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sağ yuxarı nahiyəsində aşkar edilmiş 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sağ körpücüküstü nahiyənin deşilmiş-kəsilmiş yarası ilə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin öndən bağlandığı İİ-Vİİİ düymələr yerində yoxdur. Düymələrin yerində olmaması onlara küt qüvvə tətbiq etməklə, onların qopub düşməsi ilə izah oluna bilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsin 1652 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 167-168) görünür ki, Təqsirləndirilən şəxs hal hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və sairlər sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də hər hansı psixi xəstəlik qeyd edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 avqust 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 169-170) görünür ki, cinayət hadisəsi baş verən zaman Zərərçəkmiş şəxs əynində olmuş və hal-hazırda üzərində zədə və qan ləkələri olan 1 (bir) ədəd qəhvəyi rəngli köynəyin maddi sübut kimi tanınaraq saxlanılması üçün Yasamal rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 avqust 2021-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-487/2021 saylı qərarından (cild 1, iş vərəqə 185-190) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 02 (iki) ay müddətinə, yəni 27 oktyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 oktyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 219-228) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilərək ona həmin maddə ilə yeni məzmunda ittihamın elan edilməsi, Elçin, Yusif, Qafar, Raul, Tural adlı şəxslərin, həmçinin Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ayrıca cinayət işinin ayrılması, ünvan 3 ünvanda yerləşən “Şuşa” kafesinin icarədarı Şahid5 inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın ayrılması, cinayət hadisəsi baş verən zaman Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd qəhvəyi rəngli qısa qol köynəyin, telefon danışıqlarını əks etdirən 2 (iki) ədəd diskin maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 oktyabr 2021-ci il tarixli cinayət işinin materiallarından ayrıca cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 230-231) görünür ki, Elçin, Yusif, Qafar, Raul, Tural adlı şəxslərin şəxsiyyətləri və olduqları yer müəyyən olunmadığından, həmçinin Zərərçəkmiş şəxs əməllərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işinin ayrılması və icraata qəbul edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 oktyabr 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 237-238) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə ilə yeni məzmunda ittihamın elan edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 oktyabr 2021-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-630/2021 saylı qərarından (cild 1, iş vərəqə 289-292) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri daha 20 (iyirmi) gün müddətinə, yəni 16 noyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 yanvar 2022-ci il tarixli ərizədən (cild 2, iş vərəqə 79) görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 yanvar 2019-cu il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-22/2019 saylı hökmündən (cild 1, iş vərəqə 111-118) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan başqa sözügedən məhkəmə hökmündə görünür ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən (cild 2, iş vərəqə 45-46) görünür ki, Təqsirləndirilən şəxs atası Gəray Miriyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən İ Qarabağ Müharibəsinin iştirakçısıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21.06.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxs özünün seçdiyi müdafiəçi ilə birlikdə həmin sübutlara dair öz etirazlarını bildirmiş, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş sübutları və irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdə, saat 23:00 radələrində ünvan 1 ünvanda yerləşən «Şuşa» kafesinin 3 nömrəli kabinetində Zərərçəkmiş şəxs 1 (bir) dəfə bıçaqla xəsarət yetirməklə sonuncunun sağlamlığına ağır zərər vurmuşdur. Qeyd edilənlər cinayət işinin mübahisəsiz hallarıdır. Bu səbəbdən də məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və əsas rol oynayır. Ona görə də cinayət hadisəsi baş verənədək təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasındaki münasibətlərin və cinayət hadisəsinin baş verməsinə səbəb olmuş halların, habelə hadisə vaxtı təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin hərəkətlərinin aydınlaşdırılmasını və qarşılıqlı şəkildə təhlil edilməsini məhkəmə zəruri hesab edir. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi tanımamış, onların arasında hər hansı bir münasibət olmamışdır. Cinayət hadisəsi baş verməmişdən bir neçə gün əvvəl təqsirləndirilən şəxsin Yaqub adlı tanışı ona zəng edərək öz tanışı Rüstəm adlı şəxsin borc məsələsinin həll edilməsini təqsirləndirilən şəxsdən xahiş etmiş, sonuncu isə öz növbəsində Yaqubun xahişini qəbul edərək özünə aid olmayan, əksinə başqa şəxs qismində çıxış edən Rüstəm adlı şəxsin borc məsələsini həll edəcəyinə razılıq vermişdir. Yaqubla Mühəmməd arasında olan danışıqda, Yaqub tanışı Rüstəmin Anar adlı şəxsə borcu olmadığı halda, Anarın əsassız şəkildə Rüstəmdən borcun qaytarılmasını tələb etdiyini Mühəmmədə bildirmiş və sonuncudan bu məsələni həll etməyi xahiş etmişdir. Mühəmməd də bu məsələdə Rüstəmə kömək edəcəyini bildirmişdir. Rüstəmdən borcu tələb edən Anar adlı şəxs isə borcun qaytarılması məsələsini həll edilməsini Eşqindən xahiş etmiş və sonuncu da Anara borc məsələsində köməklik edərək Rüstəmdən pulun qaytarılmasını təşkil edəcəyini bildirmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs Rüstəmin tanışı kimi, Zərərçəkmiş şəxs isə Anar adlı şəxsin tanışı kimi Rüstəmlə Anar arasında pul məsələsinə görə yaranmış məsələnin həllində maraqlı olmuşlar və həmin məsələni həll etməyi üzərlərinə götürmüşlər. Məhkəmə istintaqında Rüstəmlə Anar arasında həqiqətən borc münasibətlərinin yaranıb-yaranmamasını, borc münasibətləri yarandığı halda həmin münasibətlərin mahiyyətini aydınlaşdırmaq və müəyyən etmək mümkün olmamışdır. Lakin məhkəmə istintaqında hadisə baş verən gün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zəng edərək Rüstəmlə Anarın arasındaki pul məsələsinə görə görüş təyin etməsi, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs təklifinə müsbət cavab verərək görüşməyə razılıq verməsi öz tədiqini tam şəkildə tapmışdır. Başqa sözlə, 26 aprel 2021-ci il tarixdə tərəflərin “Şuşa” kafesində görüşməsi məhz təqsirləndirilən şəxsin təşəbbüsü ilə baş vermiş və həmin anadək təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs bir-birilərini tanımamışlar. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. 26 aprel 2021-ci il tarixdə gecə vaxtı Təqsirləndirilən şəxs öz dostları ilə birlikdə ünvan 1 ünvanda yerləşən «Şuşa» kafesinə getmiş və kafenin 3 nömrəli kabinetində oturmuşlar. Bir qədər sonra Eşqin Mühəmmədgilin oturduğu kabinetə gəlmişdir. Eşqin həmin vaxt tək olmamış, o, dostları ilə birlikdə “Şuşa” kafesinə gəlmişdir. Həmin vaxt orada Anar adlı şəxs, yəni Şahid1 da olmuşdur. Onlar 3 nömrəli kabinetdə olarkən Mühəmmədlə Eşqin onlara aid olmayan məsələ üzrə söhbət etməyə başlamışlar. Söhbət əsasında zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı səs tonunu yüksəltmiş, bu hal təqsirləndirilən şəxsin xoşuna gəlməmiş və bu səbəbdən də Mühəmməd onunla yüksək səslə danışdığına görə Eşqinə öz iradını bildirmişdir. Eşqin isə bunun qarşılığında Mühəmmədə “əcəb edirəm” demişdir. Eşqinin Mühəmmədə bu formada qarşılıq verməsi Mühəmmədin yenidən xoşuna gəlməmiş və onların arasında sözlü mübahisə yaranmışdır. Lakin sözlü mübahisə real dava-dalaşa çevrilməmişdir. Sözlü mübahisə zamanı təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan, yəni Eşqinin onunla yüksək səslə danışmasını, “əcəb edirəm” deməsini bəhanə edərək üzərində gəzdirdiyi bıçaqla zərərçəkmiş şəxsə xəsarət yetirmişdir. Qeyd edilən hal təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsi ilə də tam şəkildə təsdiq olunur. Eyni zamanda məhkəmə istintaqında təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirməsi anınadək zəzərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı qanunsuz və əxlaqsız hərəkət, habelə zoraki hərəkət etməsi təsdiq edilməmişdir. Başqa sözlə, 26 aprel 2021-ci il tarixdə, təxminən saat 23:00 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə sözlü mübahisə edən zaman özünü ətrafdakılara qarşı qoymaqla, heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi bıçaqla qəflətən Zərərçəkmiş şəxs sağ çiyin nahiyəsindən qəsdən 1 (bir) dəfə vuraraq sonuncuya körpücükaltı arteriyanın zədələnməsi ilə müşayiət olunan sağ körpücüküstü nahiyənin deşilmiş-kəsilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, 26 aprel 2021-ci il tarixdə, təxminən saat 23:00 radələrində ünvan 1 ünvanda yerləşən «Şuşa» kafesinin 3 nömrəli kabinetində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məhz xuliqanlıq niyyəti ilə bıçaqla xəsarət yetirərək insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edir. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, onun atasının İ Qarabağ Müharibəsində iştirak etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Məhkəmə istintaqında araşdırılmış 24 yanvar 2019-cu il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-22/2019 saylı hökmündən Təqsirləndirilən şəxs 2019-cu il tarixdə məhkum olunması, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, 23 aprel 2021-ci il tarixdə cəza müddətinin başa çatmasına görə onun azadlığa buraxılması müəyyən edilsə də, Təqsirləndirilən şəxs 2019-cu il tarixdə təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini yetkinlik yaşına çatanadək törətdiyindən onun cəzasını ağırlaşdıran hal kimi cinayətlərin sadə resedivi mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinə görə residivin müəyyən edilməsi zamanı yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər nəzərə alınmır. Buna baxmayaraq, məhkəmə xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum olunsa da islah olunmamış, əksinə 23 aprel 2021-ci il tarixdə azadlığa buraxıldıqdan 3 (üç) gün sonra yenidən zorakı, lakin bu dəfə ağır cinayət törətmişdir. Əlqərəz, bu hal Təqsirləndirilən şəxs zoraki cinayət törətməyə meyilli şəxs kimi səciyyələndirir. Onun zoraki cinayət törətməyə meyilli olması isə ona dəlalət edir ki, o, cəmiyyət üçün hal-hazırda kifayət qədər təhlükəlidir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri, ələlxüsus Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin məhz zorakı cinayət olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Lakin məhkəmə təqsirləndirilən şəxsin atası Gəray Miriyevin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə (İ Qarabağ Müharibəsi) iştirak etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 29 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutun taleyini həll edərkən qeyd edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Yasamal Rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd köynək məhv edilməli, telefon danışıqlarını əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan digər əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 29 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Yasamal Rayon Polis İdarəsində saxlanılan və Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd köynək məhv edilsin, telefon danışıqlarını əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-297/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-297/2022
31.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver