Məhkəmə qərarları › İş №1(101)-297/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-297/2024

15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-297/2024 15.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 15 mart 2024-cü il tarixdə, saat 15:00da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs məlum olmayan mənbədən qanunsuz olaraq bir ədəd qatlanmayan, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik döyüş (hərbi) təyinatlı, soyuq silah hesab edilən bıçağı əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən 14 dekabr 2022-ci il tarixdə, saat 20:10 dəqiqədə Bakı Metropoliteninin Xətai rayonu M.Hadi küçəsində yerləşən “Əhmədli” stansiyası yaxınlığında saxlanılıb ünvan 2 ünvanda yerləşən Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin inzibati binasına gətirilərək orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının arxa bel nahiyəsindən həmin bıçaq aşkar edilərək götürülmüşdür.

2. Bundan başqa, Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdə Bakı Metropoliteninin “Neftçilər” stansiyası yaxınlığında məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən 11 (on bir) ədəd bükümdə ümumi təmiz çəkisi 6,999 qram narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış və Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən 14 dekabr 2022-ci il tarixdə, saat 20:10 dəqiqədə Bakı Metropoliteninin Xətai rayonu M.Hadi küçəsində yerləşən “Əhmədli” stansiyası yaxınlığında saxlanılıb Xətai rayonu, M.Rüstəmov küçəsi 4/6 ünvanda yerləşən Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin inzibati binasına gətirilərək orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən “Winston” markalı siqaret qutusunun içərisində 11 (on bir) ədəd şəffaf sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,634 qram, 0,660 qram, 0,520 qram, 0,636 qram, 0,727 qram, 0,595 qram, 0,536 qram, 0,540 qram, 0,616 qram, 0,960 qram və 0,575 qram olan, külli miqdarda ümumi təmiz çəkisi 6,999 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:

3. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni həmin Məcəllənin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 14 dekabr 2023-cü il tarixdə Əhmədli metrostansiyasının yaxınlığında yerləşən “Mado” restoranından çıxıb yaxınlıqdakı “McDonalds” restoranının qarşısında olan “Range Rover” markalı avtomobilinə yaxınlaşdıqda orada olan iki avtomobildən polis əməkdaşları enərək ona yaxınlaşmış, onu döyə-döyə həmin avtomobillərdən birinə əyləşdirib polis bölməsinə aparmışlar. Həmin vaxt üzərində daşıdığı bıçaq olmuşdur. Polis əməkdaşları tərəfindən üzərində olan bıçaq götürülərək cibinə narkotik vasitə qoyulmuş, həmin narkotik vasitəni “boynuna alması” tələb edildikdə o, narkotik vasitənin ona məxsus olmamasını və müalicədən təzə çıxdığını bildirmişdir. Belə ki, o, əvvəllər narkotik vasitələrdən istifadə etmiş, saxlanıldığı gündən təxminən 20-25 gün öncə Maştağada yerləşən narkoloji dispanserdən evə buraxılmışdır. Polis əməkdaşları tərtib edilmiş sənədlərə imza çəkməyəcəyi təqdirdə evindən kiloqramlarla narkotik vasitə çıxaracaqlarını bildirməklə ona psixi təzyiq göstərdikləri üçün məcbur qalaraq təqdim edilmiş bütün sənədləri imzalamışdır. Ona qarşı edilmiş fiziki və psixi təzyiqlər, habelə pis rəftarla bağlı hər hansı orqana və ya sair şəxsə şikayət etməmişdir. Üzərində aşkar olunmuş narkotik vasitələr ona məxsus olmamış, polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur.

4. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, ibtidai araşdırmanın ilkin mərhələsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yüngül cəza nəzərdə tutulduğu üçün özünü təqsirli bilmişdir. Videoçəkiliş zamanı narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını demiş, şəxsi axtarış zamanı iştirak edən vəkilə narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Polislər tərəfindən döyülərkən dodağı partlamış, qaşı şişmişdir, həmin vaxt müstəntiq də polis bölməsində olmuşdur. O, ərazidə xidmət aparan polis əməkdaşlarını tanımış, əvvəllər də dava-dalaş etdiyinə görə tutulmuşdur. Ona görə də ibtidai araşdırmanın ilkin mərhələsində özünü Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilmiş, lakin hər hansı iranlı şəxslə hər hansı əlaqəsi olmamışdır. Ona elan olunmuş ittihamda göstərilən narkotik vasitələr, habelə 7 qrama yaxın narkotik vasitə üzərində olmamışdır. Məhkəməyədək icraat zamanı verdiyi ifadələrdən yalnız sonradan qohumları tərəfindən müqavilə bağlanmaqla onun hüquqlarını müdafiə edən Müdafiəçi2 iştirakı ilə vermiş olduğu ifadələr həqiqəti əks etdirir. İstifadəsində ümumiyyətlə şəxsi mobil telefonu və mobil telefon nömrəsi olmamışdır.

5. Davam edən məhkəmə iclasları zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, dodağında və bədənində olmuş xəsarətlər polis əməkdaşları tərəfindən saxlanılarkən yetirilmişdir. Onu saxlayan polis əməkdaşlarından Şahid1 onun başını aşağı əyərək başına yumruqla vurmuşdur. Digər polis əməkdaşı Şahid2 tərəfindən isə ona hər hansı fiziki təzyiq və ya pis rəftar göstərilməmişdir. Hadisədən əvvəl faktiki ər-arvad münasibətində olduğu X11 ilə birlikdə “Mado” restoranında yeyib-içmiş, oradan çıxarkən təxminən saat 18:20 radələrində ödəniş etmişdir.

6. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə verdiyi 14 dekabr 2022-ci il tarixli izahat, 15 dekabr 2022-ci il tarixli şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin izahat və ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin izahat və ifadələrdə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər bir neçə dəfə məhkum olunmuş və azadlıqdan məhrum edilmişdir. Cəzasını çəkib azadlığa buraxılmış və müxtəlif işlərlə məşğul olmuşdur. 14 dekabr 2022-ci il tarixdə saxlanılmamışdan əvvəl bıçaq gəzdirməkdən xoşlandığı üçün xatırlamadığı tarixdə mağazadan bir ədəd tutacağı qara rəngli bıçaq almışdır. Həmin bıçağı şalvarının bel nahiyəsində kəmərin altına qoymuş və üzərində gəzdirmişdir. Bir ay narkotik vasitənin “kakos” kimi tanıdığı heroin növündən istifadə etmişdir. Belə ki, mütəmadi olaraq narkotik vasitə əldə etmiş və əhval-ruhiyyəsi yaxşı olsun deyə qəbul etmişdir. Narkotik vasitəni isə tanımadığı şəxslərdən pulla almışdır. 14 dekabr 2022-ci il tarixdə yaşadığı evdən aldığı həmin bıçağı götürüb narkotik vasitə almaq üçün Bakı Metropoliteninin “Neftçilər” stansiyası yaxınlığına gəlmişdir. Metronun yaxınlığında şifahi olaraq narkotik vasitə istifadə etməsini bildiyi və üzdən tanıdığı şəxs ilə görüşmüşdür. Həmin şəxsdən uzun müddət istifadə etmək üçün narkotik vasitə “kakos” istəmişdir. Həmin şəxs 50 manat pul istəmiş və sonuncuya 50 manat pul vermişdir. Metrodan bir neçə metr aralaşdıqda həmin şəxs 11 ədəd şəffaf sellofan bükümləri vermişdir. Bükümləri üzərində olan “Winston” markalı siqaret qutusunun içərisinə qoymuşdur. Bükümlərdə narkotik vasitə “kakos” kimi tanıdığı heroin olmuşdur. Sonra yaşadığı evə gəlməyə başlamışdır. Saat 20:10 dəqiqədə Bakı Metropoliteninin Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Əhmədli” stansiyası yaxınlığına çatdıqda iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin (bundan sonra mətndə – Xətai RPİnin 34-cü PŞ) əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirib şəxsiyyəti barədə sorğu-sual edib 34-cü PŞ-yə dəvət etmişlər. Heç bir etiraz etməmiş və polis şöbəsinə gəlmişdir. Polis şöbəsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməsi təklif olunmuşdur. Əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən “Winston” markalı siqaret qutusunu və şalvarının arxa bel nahiyəsində saxladığı bir ədəd bıçağı çıxarmışdır. Sonra isə siqaret qutusundə saxladığı 11 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroini təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirilmişdir. Həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, bu zaman bildirmişdir ki, həmin maddə narkotik vasitə “kakosdur”, narkotik vasitəni həmin günü Bakı Metropolitenin “Neftçilər” stansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata almışdır. Aşkar edilmiş narkotik vasitələr elektron tərəzi ilə ayrı-ayrılıqda çəkilmiş və ümumi çəkisinin 7,53 qram olması müəyyən edilmişdir. Bundan başqa üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitələr və bıçaq polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroini satmaq və özünün istifadəsi üçün əldə etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroindən başqa heç bir yerdə hər hansı bir növ narkotik maddə saxlamamışdır. Narkotik maddələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin və əkilib-becərilməsinin qadağan olunması barədə məlumatı olmuşdur. Üzərində narkotik vasitə heroin olmağı və gəzdirməsi barədə heç kimin məlumatı olmamışdır. Narkotik vasitəni aldığı şəxs haqqında heç bir məlumata sahib deyil. Belə ki, həmin şəxsi tanımamış və görməmişdir. Həmin şəxs özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim etmişdir. Həmin şəxs ilə internet sosial şəbəkəsində tanış olmuş və sonuncuya aid mobil telefonunda olan hər bir məlumatı silmişdir. Həmin şəxs haqqında başqa heç bir məlumata sahib deyil. Telefonuda satmışdır. Bıçağı evdən götürmüş və bıçağı üzərində kimisə vurmaq üçün gəzdirməmişdir. Belə ki, bıçaq gəzdirməkdən xoşlandığı üçün üzərində gəzdirmişdir. Əvvəl heç kimə narkotik vasitə heroin satmamışdır. Üzərindən aşkar edilmiş maddələri isə satmağa imkanı olmamış, həmin günü saxlanılmışdır. Narkotik vasitələri ümumilikdə 11 ədəd bükümdə əldə etmişdir. Narkotik vasitə heroini hansı yolla satacağını, yəni müştəriləri İranlı deyəcəkdi, bundan sonra bükümü deyilən ünvana qoyaraq pulu götürəcəkdi, yaxud alan şəxs özü pulu İranlının hesabına vuracaqdı. Pulu götürdüksə isə İranlının deyəcəyi hesaba vuracaqdı. Bu yolla pul əldə edəcəkdi. Eyni zamanda özü də narkotik vasitə heroindən istifadə edəcəkdi. Narkotik vasitənin hansı məbləğə satılmasını İranlı təyin edəcəkdi. İranlı ilə “İnstagram” sosial şəbəkəsində tanış olmuş və danışmışdır. Bundan başqa İranlı ilə xatırlamadığı nömrə ilə “WhatsApp” vasitəsilə danışmışdır. İranlının “İnstagram” sosial şəbəkəsində istifadə etdiyi hesab səhifəsini və nömrəsini xatırlamamışdır. Özünə məxsus “Samsung” markalı telefonu olmuşdur, lakin telefonunu satmış və adına da nömrə olmamışdır. Çünki istifadə etdiyi nömrə adına olmamışdır. Nömrəni də xatırlamır(Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 38; 54-57; 73-76;).

7. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs sonradan məhkəmə icraatı zamanı da onun hüquqlarını müqavilə əsasında müdafiə etmiş müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 14 fevral 2023 və 6 aprel 2023-cü il tarixlərdə əlavə olaraq verdiyi ifadələrində özünü Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilərək göstərmişdir ki, ona elan olunmuş ittihamla razı deyildir. Belə ki, o, narkotik vasitə aludəçisidir. 14 dekabr 2022-ci il tarixdə Bakı Metropoliteninin “Neftçilər” stansiyası yaxınlığında tanımadığı şəxsdən 50 manata 11 bükümdə narkotik vasitənin “kakos” kimi tanıdığı növündən aldıqdan sonra cibinə qoymuşdur. Həmin gün səhər saatlarında “Əhmədli” metrostansiyası yaxınlığına gəldikdən sonra polis əməkdaşları tərəfindən saxlanılaraq 34-cü PŞ-yə gətirilmişdir. Orada ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərindəki 11 ədəd bükümü təqdim edərək “Neftçilər” stansiyası yaxınlığından 50 manata aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş 11 ədəd büküm onun olmuşdur. O, narkotik vasitəni şəxsi istifadəsi üçün almış, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 15 dekabr 2022-ci il tarixdə verdiyi ifadələrini oxumadan imzalamış, narkotik vasitə heroini şəxsi istifadəsi üçün “Neftçilər” metrostansiyası yaxınlığından tanımadığı şəxsdən 50 manata almışdır (Cild 1, i.v. 169-170; 232-234).

8. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

9. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

10. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, hadisə zamanı Xətai RPİ-nin 34-cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləmiş, daxili işlər orqanlarında polis kapitanı rütbəsində olmuşdur. Hazırda isə öz şəxsi istəyi ilə daxili işlər orqanlarından ayrılmışdır. 14 dekabr 2022-ci il tarixdə xx xxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 4 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs inzibati ərazidə qanunsuz olaraq narkotik vasitə əldə edərək istifadə etməsi, satması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən polis şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması ilə bağlı onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar şöbə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai rayon məhkəməsinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə şöbənin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün Şahid2 ilə birlikdə məlumata əsasən Bakı Metropoliteninin “Əhmədli” stansiyası yaxınlığına gəlmişlər. Saat 20:10 dəqiqədə metronun yaxınlığında bir nəfər şəxsi Təqsirləndirilən şəxs əlamətlərinə oxşadıb sonuncuya yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib Xətai RPİ-nin 34-cü PŞ-yə dəvət etmiş, sonuncu da etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Şöbədə raport yazıb rəisə məruzə etmişlər. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis şöbəsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş ilə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən “Winston” markalı siqaret qutusunu və şalvarının arxa bel nahiyəsindən bir ədəd bıçağı çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs həmin siqaret qutusunun içərisindən 11 ədəd şəffaf rəngli sellofan bükümləri çıxarıb təqdim etmiş, həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və sellofan bükümdə qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da bildirmişdir ki, həmin bükümlərdə narkotik vasitə “kakos” vardır, narkotik vasitəni həmin günü Bakı Metropoliteninin “Neftçilər” stansiyası yaxınlığından tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata almış, bıçağı isə özü üçün üzərində gəzdirmişdir. Aşkar edilmiş sellofan bükümlər elektron tərəzi ilə çəkilmiş və çəkisi 7,53 qram olmuşdur. Aşkar edilmiş maddələr və bir ədəd bıçaq kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün baxışda iştirak edən polis əməkdaşı, vəkil, Təqsirləndirilən şəxs və o, imza etmişdir. Səhəri günü Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin tərkibinin və çəkisinin müəyyən edilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzinə göndərilmiş və bununla bağlı rəy verilmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə narkotik vasitə heroindir və çəkisi 6,999 qramdır.

11. Verilmiş suallara cavab olaraq şahid qismində dindirilmiş Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, əvvəllər Təqsirləndirilən şəxs barəsində ona hər hansı məlumat daxil olmamış, təqsirləndirilən şəxs saxlanılarkən ona ilk özü yaxınlaşmışdır. Şəxsin dodağında hər hansı xəsarətin olub-olmaması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən yanında hər hansı şəxs olmamış, onu Əhmədli qəsəbəsində olarkən tək halda saxlamışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş, sonuncuya qarşı tərəflərindən hər hansı təzyiq göstərilməmişdir.

12. Məhkəmədə şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid1lə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.

13. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2014-cü il ildən tanımış, sonuncu ilə eyni məktəbdə oxumuşlar. 2021-ci ilin iyun ayında el adəti ilə ailə qurmaqla Elmarla faktiki nikah münasibətlərində olmuş, lakin hazırda ailəvi səbəblərlə əlaqədar ayrılmışlar. Elmarla nikahlarını rəsmi qeydə aldırmamışlar. Belə ki, 14 dekabr 2022-ci il tarixdə təhsil aldığı universitetdə dərsdən çıxarkən yolda Elmarı görmüş, sonuncuya bacısının iş yerinə gedəcəyini dedikdə onu orada gözləməyini bildirmişdir. O, bacısının iş yerinə gedib gözləmiş, Elmar onu gəlib oradan götürdükdən sonra Əhmədli qəsəbəsində “MCDonalds” restoranı ilə üzbəüz yerləşən “Mado” restoranına getmişlər. Həmin restoranda yemək yeyib çıxdıqdan sonra polislər Elmarı tutmuşlar. Belə ki, o, Elmarın narkotik vasitə istifadə etdiyini bildiyindən daim onun üzərini yoxlamaqla nəzarət etmiş, habelə həmin gün “Mado” restoranına girərkən də sonuncunun üzərində yoxlama aparmış, lakin Elmarın üzərində hər hansı narkotik vasitə olmamışdır. Bu zaman Elmarın üzərində sadəcə atasının dostunun hədiyyə etdiyi elektron siqaret olmuşdur. Elmar narkotik vasitə aludəçiliyindən azad olmaq üçün həm ailəsinin, həm də onun israrı ilə narkoloji dispanserdə müalicə almış, saxlanılmazdan təxminən 2 gün əvvəl dispanserdən evə gəlmişdir.

14. Verilmiş suallara cavab olaraq şahid M.Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, Elmar idarə etdiyi avtomobilə əyləşmək istəyərkən 4-5 nəfər polis əməkdaşı gəlmiş, sonuncular Elmarı avtomobilə əyləşməyə qoymamış, ona təzyiq edib döymüşlər. Elmarın polis əməkdaşları tərəfindən döyülməsi barədə hər hansı orqana şikayət etməmiş, həmin vaxt özünü çox pis hiss etdiyindən hər hansı orqana şikayət etməyi düşünməmişdir. İbtidai istintaq dövründə Elmarın yanına getməmiş, habelə həmin vaxt ifadə vermək üçün hər hansı təşəbbüs göstərməmişdir. Elmarı məhkəməyə gələrkən görmüş, vəkil tərəfindən şahidlik edəcəyi bildirildiyi üçün məhkəmə iclasına girməyinə icazə verilməmişdir. Elmarla ailə qurduqdan sonra birlikdə Türkiyəyə getmiş, Türkiyədən gəldikdən qısa müddət sonra Elmarın narkotik vasitə istifadə etdiyini öyrənmiş, sonuncunun ailə üzvləri də onun narkotik vasitə istifadə etməsini bilmişlər. Elmarın avtomobilində bıçaq olmuş, sonuncu daim avtomobilində bıçaq gəzdirmişdir.

15. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

16. “Cinayət işi başlamaq və icraata götürmək barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən on bir ədəd bükümdə, külli miqdarda narkotik vasitə heroinin aşkar edilməsi faktına görə Xətai RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis baş leytenantı X15 tərəfindən 15 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).

17. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 14 dekabr 2022-ci il tarixli qərar və bu barədə müvafiq materiallardan görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən xx xxxx 1996-cı il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və qanunsuz saxlanılması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Xətai RPİ-nin 34-cü PŞ-nin rəisi, polis polkovnikleytenantı Məhşur Hüseynov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v. 5-11).

18. Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1 və polis baş leytenantı Şahid2 tərəfindən tərtib olunmuş 14 dekabr 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdə, saat 20:10 radələrində Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyasının yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmişdir (Cild 1, i.v.12;).

19. “Şübhəli şəxsin tutulması haqqında” 14 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:00-da müdafiəçi X5 iştirakı ilə Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdə, saat 20:10-dan, yəni azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilmişdir (Cild 1, i.v 23;).

20. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə qəbul edilməklə müdafiəçi X5 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında 14 dekabr 2022-ci il tarixdə, saat 21:10-dan saat 21:25-dək Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən həmin İdarənin 34-cü PŞ-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1 və polis baş leytenantı Şahid2, habelə müdafiəçi X5 iştirakı ilə Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən “Winston” siqaret qutusunun içərisində olan 11 ədəd şəffaf rəngli sellofana bükülmüş, qəhvəyi rəngli, toz şəkilli olan narkotik vasitəyə bənzər maddəni və arxa bel nahiyəsindən çıxardığı bir ədəd bıçağı masanın üzərinə qoymuşdur. Qara rəngli idman şalvarının sağ yan cibindən 11 ədəd şəffaf rəngli sellofana bükülmüş, qəhvəyi rəngli, toz şəkilli olan narkotik vasitəyə bənzər maddə və arxa bel nahiyəsindən bir ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verildikdə sonuncu bildirmişdir ki, qara rəngli idman şalvarının sağ yan cibindən “Winston” siqaret qutusunun içərisində olan 11 ədəd şəffaf sellofana bükülmüş, qəhvəyi rəngli, toz şəkilli olan narkotik vasitəyə bənzər maddəni bugün Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 50 manata “heroin” olduğunu bilərək əldə etmişdir. Qara rəngli idman şalvarının arxa bel nahiyəsindən çıxardığı bir ədəd bıçağı isə özü üçün gəzdirdiyini bildirmişdir. İstintaq hərəkəti zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 11 ədəd şəffaf rəngli sellofana bükülmüş, qəhvəyi rəngli, toz şəkilli olan maddələr elektron tərəzi vasitəsilə çəkilmiş və hər birinin çəkisi ayrı-ayrılıqda 0,76 qram, 0,63 qram, 0,66 qram, 0,66 qram, 0,55 qram, 0,68 qram, 0,67 qram, 0,64 qram, 0,59 qram, 0,56 qram, 0,99 qram olmaları müəyyən edilməklə bükümlərin hamısı elektron tərəzidə ölçülərkən ümumi çəkisinin 7,53 qram olması müəyyən edilmişdir. İstintaq hərəkəti gecə vaxtı, süni işıqlandırma şəraitində aparılmışdır. İstintaq hərəkəti zamanı “Samsung” markalı mobil telefondan istifadə edilməklə videoçəkiliş aparılması və videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 1, i.v. 33-37).

21. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 dekabr 2022-ci il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD-R” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 13 dəqiqə 29 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq C.Y.Əsgərov tərəfindən müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilməsinə dair müvafiq olaraq 15 dekabr 2022-ci il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara ətraflı və rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 37; 58-59;).

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/7047 saylı, 15 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №125” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 11 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,634 qram, 0,660 qram, 0,520 qram, 0,636 qram, 0,727 qram, 0,595 qram, 0,536 qram, 0,540 qram, 0,616 qram, 0,960 qram, 0,575 qram olmaqla ümumi təmiz çəkisi 6,999 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Heroinin ümumi təmiz çəkisi – 6,999 qram; tədqiqata sərf edildi - ümumi 0,33 qram; qalıq – 6,669 qram. Aparılmış tədqiqatın dəyərinin 65 (altmış beş) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 45-49).

23. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 dekabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (Cild 1, i.v. 60-61).

24. Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 14 dekabr 2022-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan ittihamda özünü təqsirli bilərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir (Cild 1, i.v. 84-87).

25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 3/1764 saylı, 21 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd tiyəsinin uzunluğu 210 mm, orta hissədən eni 34 mm, maksimal qalınlığı 3,2 mm, dəstəyi qara rəngli, plastmasa oxşar materialdan hazırlanmış, dəstəyin uzunluğu 140 mm, orta hissədən eni 28 mm, qalınlığı 25-30 mm, qatlanmayan bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik döyüş (hərbi) təyinatlı bıçaqdır, üzərində hər hansı əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilir. Aparılmış tədqiqatın dəyərinin 64(altmış dörd) manat olması müəyyən edilmişdir (Cild 1, i.v.115-118).

26. “Ambulator komisyon məcburi məhkəmə-narkoloji eksperizasının” 25 yanvar 2023cü il tarixli, 382 saylı rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviriəsaslandırıcı hissəsindən görünür ki, deməsinə görə, 3 ildir narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkmək yolu ilə istifadə etmişdir. Arabir düşəndə narkotik vasitə olan metadon həblərindən də istifadə etdiyini, habelə narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar Respublika Narkoloji Mərkəzdə stasionar şəraitdə müalicə kursu aldığını söyləmişdir (Cild 1, i.v.119-120).

27. Xətai RPİ-nin 34-cü PŞ-nin rəisi, polis polkovnik-leytenantı Məhşur Hüseynovun 14 fevral 2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroinin satışı ilə məşğul olmuş, lakin onun narkotik vasitə heroin satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır (Cild 1, i.v.121).

28. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 24 fevral 2023-cü il tarixli cavabından və müvafiq məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 6 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza şərti hesab edilməklə 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilmiş, 24 aprel 2019-cu il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Həmçinin Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilmişdir (Cild 1, i.v. 137-139; Cild 2;).

29. “Sübutların qiymətləndirilməsi haqqında” 14 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 228.4, 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələrinə tövsif edilmiş, ümumi təmiz çəkisi 6,999 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış hissəsi, yəni ümumi təmiz çəkisi 6,669 qram heroin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd bıçaq və Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin köçürüldüyü 1 (bir) ədəd “DVD-R” formatındakı disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınmışdır. Həmin qərarın təsviriəsaslandırıcı hissəsində həmçinin göstərilmişdir ki,”...Təqsirləndirilən şəxs istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olmuş, onlar aralarında külli miqdarda narkotik vasitələrin satışı barədə rolları bölüşdürmüş, Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşından narkotik vasitə heroini pulunu ödəyərək almamış, satışının təşkil olunması üçün kuryer kimi almış, narkotik vasitə satıldıqdan sonra vasitəçi olduğu üçün müəyyən məbləğdə pul almalı olmuşdur. Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı ilə bu barədə əvvəlcədən öz aralarında razılaşıb cinayət əlaqəsinə girmiş,cinayətkar rolları bölüşdürməmiş, bir qrup şəxs halında birləşmişlər və qrup təşkil etmişlər. Həmin şəxslərin alarında olan razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı narkotik vasitəni əldə etmiş, satışını həyata keçirməsi üçün qoyulacaq ünvan barədə Təqsirləndirilən şəxs sosial şəbəkədə məlumat vermiş, bundan sonra isə Təqsirləndirilən şəxs satışını həyata keçirməsi üçün narkotik vasitəni götürmüşdür..”(Cild 1, i.v. 140-152).

30. “Cinayət işinin ayrılması və ayrıca icraata qəbul edilməsi haqqında” 14 fevral 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə etdiyi külli miqdarda narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi üçün ibtidai istintaqı aparılan ********* saylı cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* saylı cinayət işi ayrılaraq müstəntiq C.Y.Əsgərov tərəfindən icraata qəbul edilərək istintaqı aparılır (Cild 1, i.v 154-155).

31. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 14 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilərək mahiyyəti izah edilmişdir (Cild 1, i.v. 157-159;).

32. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 6 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham yenidən elan edilərək mahiyyəti izah edilmişdir (Cild 1, i.v. 222-224).

33. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq C.Y.Əsgərov tərəfindən 10 aprel 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 18 aprel 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.241-253).

34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 11172/2022 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 15 dekabr 2022-ci il tarixdə həmin təcridxananın tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs zədə almadığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində Təqsirləndirilən şəxs sol saidində və bazuda köhnə çapıq toxumalarının aşkar olunması qeyd edilmişdir. Həmin kitabçanın 14-cü bəndində Təqsirləndirilən şəxs şikayətinin olmadığı qeyd edilmişdir (Cild 2).

35. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən Təqsirləndirilən şəxs şəxsi işi əldə edilərək baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin Müvəqqəti saxlama yerinə qəbul edilərkən həmin müvəqqəti saxlama yerinin növbətçisi, polis serjantı X12 və postaçı polis serjantı X16 tərəfindən 14 dekabr 2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs dodaq nahiyəsində, sol qolunda və bədəninin müxtəlif yerlərində cızılmış, qızarmış xəsarətlər aşkar olunmuşdur. Deməsinə görə həmin xəsarətləri tutulmamışdan əvvəl evdə yıxılaraq almışdır. Təqsirləndirilən şəxs aktı oxumaqla doğruluğunu təsdiqləməyinə dair öz əlyazması ilə qeyd aparmışdır(Cild 2).

36. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 dekabr 2022-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarın qanuniliyinin yoxlanılması barədə material məhkəməyə daxil olmamışdır (Cild 2).

37. Müdafiə tərəfinin vəsatəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Təhlükəsiz Şəhər” X1 Bakı şəhəri Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “McDonalds” restoranının qarşısında hər hansı “Təhlükəsiz Şəhər” kameralarının olubolmaması, əgər vardırsa 14 dekabr 2022-ci il tarixdə, saat 19:30-dan saat 20:30-a kimi videoqeydlərinin məhkəməyə təqdim edilməsinə dair sorğu verilmiş, Daxili İşlər Nazirliyinin X8 Xidmətinin rəisi, polis polkovniki Mirəziz Mirəliyevin 2 dekabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, arxivlərin saxlanılma müddəti bitdiyindən istənilən informasiyanın təqdim edilməsi mümkün deyildir(Cild 2).

38. Müdafiə tərəfindən təqdim edilmiş "xxxx" KB ASC tərəfindən verilmiş elektron ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs adına olan 400855****0228 nömrəli “Leobank” bank kartından 14 dekabr 2022-ci il tarixdə, saat 18:14-də “Mado Əhmədli” restoranında ödəniş edilmişdir(Cild 2).

39. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən Təqsirləndirilən şəxs ailə tərkibi 18 iyun 1975-ci il təvəllüdlü anası X9 ibarətdir (Cild 2).

40. Müdafiəçi tərəfindən təqdim edilmiş yazılı müdafiə nitqindən görünür ki, sonuncu təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsini xahiş etmiş, təqsirləndirilən şəxs müdafiəçisinin mövqeyi ilə razı olduğunu bildirmişdir(Cild 2).

Əməlin tövsifi və digər hüquqi məsələlər:

41. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

42. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

44. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

45. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

46. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə düzgün tövsif edilməmişdir.

47. Belə ki, “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.

48. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

49. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

50. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.

51. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.

52. CPM-in 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.

53. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

54. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin əldə edilməsi barədə məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından istifadə etməklə “WhatsApp”, “İnstagram” vasitəsilə narkotik vasitənin satışını həyata keçirmək məqsədilə qrup üzvü məlum olmayan İran İslam Respublikası vətəndaşından narkotik maddəni əldə etdikdən sonra əvvəlcədən əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq o, narkotik maddələrin qoyulacaq ünvanı barədə İran İslam Respublikası vətəndaşından məlumat aldıqdan sonra 14 dekabr 2022-ci il tarixdə Bakı Metropolitenin “Neftçilər” stansiyası yaxınlığında kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən 11 (on bir) ədəd bükümdə ümumi təmiz çəkisi 6,999 qram narkotik vasitə heroin əldə edib, üzərində saxlayaraq daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 14 dekabr 2022-ci il tarixdə, saat 20:10 dəqiqədə Bakı Metropolitenin Xətai rayonu M.Hadi küçəsində yerləşən “Əhmədli” stansiyası yaxınlığında saxlanılıb ünvan 6 ünvanda yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən “Winston” markalı siqaret qutusunun içərisində 11 (on bir) ədəd şəffaf sellofana bükülmüş ayrıayrılıqda təmiz çəkiləri 0,634 qram, 0,660 qram, 0,520 qram, 0,636 qram, 0,727 qram, 0,595 qram, 0,536 qram, 0,540 qram, 0,616 qram, 0,960 qram, 0,575 qram, külli miqdarda ümumi təmiz çəkisi 6,999 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

55. Məhkəmə ilk növbədə CM-in 234.4.4-cü maddəsi ilə bağlı ittihamla bağlı qeyd edir ki, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı bəraətverici əsaslarla qeyd edilən hissədə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan imtina etdiyini bildirərək bu hissədə verilmiş ittihamın ümumi ittihamdan xaric edilməsini məhkəmədən xahiş etmişdir.

56. Dövlət ittihamçısı mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2023-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Belə ki, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri baxımından CM-in 234.4.4cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır.

57. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 40-cı bəndinə əsasən CPM-in 37.5-ci maddəsində göstərilən hallar olduqda dövlət ittihamçısı ittihamdan imtina etdiyi halda məhkəmə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verməlidir. Həmin qərarın 63-cü bəndinə əsasən dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir

58. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın bir hissəsi – CM-in 234.4.4-cü maddəsi ilə bağlı olduğundan, dövlət itithamçısı qeyd edilən hissədə ittihamdan imtina etdiyindən, dövlət ittihamçısının bu hissədə ittihamdan imtinası qanunla müəyyən edilmiş tələblərə cavab verdiyindən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.4-cü maddəsi ilə bağlı irəli sürülmüş ittiham ona verilmiş ümumi ittihamdan xaric edilməlidir.

59. Bununla yanaşı, məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “şəxsiyyəti istintaqa məlum olmayan “İran İslam Respublikası vətəndaşı” ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından istifadə etməklə “WhatsApp”, “İnstagram” vasitəsilə narkotik vasitənin satışını həyata keçirmək məqsədilə qrup üzvü məlum olmayan İran İslam Respublikası vətəndaşından narkotik maddəni əldə etdikdən sonra əvvəlcədən əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq o, narkotik maddələrin qoyulacaq ünvan barədə İran İslam Respublikası vətəndaşından məlumat aldıqdan sonra narkotik vasitə əldə etməsinə” dair verilmiş ittiham, yəni CM-in 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə də təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir.

60. Belə ki, CPM-in 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.

61. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.

62. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət-Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

63. CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.

64. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 11-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

65. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “şəxsiyyəti istintaqa məlum olmayan “İran İslam Respublikası vətəndaşı” ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından istifadə etməklə narkotik vasitənin satışını həyata keçirmək məqsədilə qrup üzvü məlum olmayan İran İslam Respublikası vətəndaşından narkotik maddəni əldə etdikdən sonra əvvəlcədən əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib, üzərində saxlayaraq daşımasını” göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Eyni zamanda, iş materiallarında olan hər hansı sənəddə təqsirləndirilən şəxsin hər hansı şəxslə hər hansı formada və şəraitdə razılaşması və sair hallar, “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşının” cinayətin subyekti ola bilməsi öz təsdiqini tapmır.

66. Hökmün 29-cu bəndində qeyd edilənlərlə də ibtidai istintaq orqanının hər hansı əsaslandırma aparmadan yalnız Təqsirləndirilən şəxs ifadəsi əsasında sonuncuya CM-in 234.4.1 və 234.4.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilməsi qərara alınması müəyyən edilmişdir.

67. Eyni zamanda hökmün 30-cu bəndində qeyd edilənlərlə də müəyyən edilmişdir ki, ibtidai istintaq orqanı hazırkı işdən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyi ilə bağlı yalnız CM-in 234.4.3-cü maddəsi ilə başqa cinayət işinin ayrılması barədə qərar qəbul etmişdir. Başqa sözlə, ibtidai istintaq orqanı özü də Təqsirləndirilən şəxs digər şəxslə və ya şəxslərlə hər hansı əlbirliyinin olmasını müəyyən etmədiyindən ayrılmış cinayət işində Təqsirləndirilən şəxs CM-in 234.4.1-ci maddəsi ilə əlbir olduğunu iddia etdiyi şəxs və ya şəxslərlə bağlı istintaq aparılmasına zərurət görməmişdir.

68. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.

69. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

70. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı ümumi təmiz çəkisi 6,999 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 46 dəfədən, külli miqdarından isə təxminən 3 dəfədən çox olması, kimyəvi tərkib elementlərinə görə eyni olan narkotik vasitələrin ayrı-ayrı çoxsaylı xırda bükümlərdə olması və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

71. Məhkəmə həmçinin şahid qismində dindirilmiş X6 ifadəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, sonuncunun Təqsirləndirilən şəxsla faktiki ər-arvad münasibətində olmaqla onun ifadəsinə tənqidi yanaşılmalıdır. Belə ki, Məryəm Əhmədovanın ifadəsində göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun olmamaqla faktiki ərinin ağır cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan və cəzalanmaqdan yayındırmaq məqsədi daşıyır. Müdafiə tərəfinin uzun müddət (təxminən dörd aydan artıq müddətdə) davam edən ibtidai araşdırma zamanı Məryəm Əhmədovanın məhkəmədə qeyd etdiyi hallarla bağlı hər hansı məsələ qaldırmaması, sonuncunun bu barədə hər hansı hüquq-mühafizə və sair şəxsə hər hansı müraciət etməməsi, yalnız məhkəmə istintaqının sonlarına yaxın bu barədə məhkəmədə verdiyi ifadəsi hər hansı digər mötəbər sübutla təsdiq olunmadığından işin faktiki halları ilə tam inkar edilir.

72. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2023-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

73. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

74. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

75. Hökmün 74-cü bəndində qeyd edilmiş qərar baxımından plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

76. Qeyd edilənlərə əsasən, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istehlakçısı olmaqla yanaşı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin şəxsi istehlak miqdarından təxminən 46 dəfədən, külli miqdarından isə təxminən 3 dəfədən artıq olması, həmin narkotik vasitənin digər istehlakçılara satış üçün əlverişli çoxsaylı xırda bükümlərə ayrılmaqla qablaşdırılması və sair hallar ibtidai istintaq orqanının haqlı olaraq Təqsirləndirilən şəxs narkotik vasitə heroini satmaq məqsədi ilə əldə etməsi qənaətinə gəlməyə əsas vermişdir.

77. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması, ittihamda göstərilən şəraitdə və vaxtda, başqa vaxt və şəraitdə saxlanılan, aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmaması, üzərində ümumiyyətlə narkotik vasitə heroinin olmaması, polis əməkdaşlarının ona psixi və fiziki təzyiq edərək təqdim edilən sənədlərə imza çəkməyəcəyi, habelə onların dedikləri ilə razılaşmayacağı təqdirdə evindən kiloqramlarla narkotik vasitə çıxaracaqları ilə hədə-qorxu gəlmələri, məcbur qaldığından polislərin təklifi ilə razılaşaraq onların bildirdikləri kimi deməsi və təqdim edilmiş sənədləri imzalaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır və az ağır cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

78. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

79. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X3rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.

80. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs hökmün 20-21 və 24-cü bəndlərində qeyd edildiyi kimi üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, həmçinin hökmün 34-cü bəndində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən tibbi sənədlərə əsasən də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə təhvil verilərkən onun bədəni üzərində aşkar edilmiş xəsarətlərin isə onun saxlanılması, polis şöbəsinə gətirilməsi və üzərində şəxsi axtarış istintaq hərəkətinin keçirilməsi ilə hər hansı bağlılığının olması öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı məhkəmə nəzarəti qaydasında 15 dekabr 2022-ci il tarixdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsində qətimkan tədbiri məsələsinə baxılarkən, Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş CM-in 234.4.3-cü maddəsi ilə olan ittiham üzrə özünü tam təqsirli bilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs məhkəmə iclasında üzərində hər hansı narkotik vasitə olmadığını bildirməsinə baxmayaraq, istər ibtidai istintaq zamanı sonradan onun hüquqlarını məhkəmədə də müdafiə etmiş müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində, istərsə də sonradan müdafiəçisinin məhkəmə çıxışları mərhələsində təsdiq etdiyi və özünün də etiraf etdiyi kimi üzərində ittihamda qeyd edilən miqdarda və növdə narkotik vasitə heroinin olmasını etiraf etmişdir.

81. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

82. CM-in 228.4-cü maddəsi qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı (milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulmuşdur.

83. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli 2 saylı Qərarının 13-cü bəndində göstərilmişdir ki, “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc,süngü bıçaqları və s.) sair kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enercisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyintına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalar-beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir.

84. CPM-in 137-ci maddəsinin tələbinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.

85. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli qərarına əsasən, CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.

86. Beləliklə, məhkəmə cinayət prosessual qanunvericiliyinin həmin müddəalarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hökmün 86-cı bəndində qeyd edilən qərarında göstərilən tələblərini rəhbər tutaraq hesab edir ki, məhkəməyədək icraat zamanı toplanılmaqla cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş hökmün 17-ci bəndində qeyd edilmiş (“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 14 dekabr 2022-ci il tarixli qərar və bu barədə müvafiq materiallar (Cild 1, i.v 5-11)) cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması ilə (bax hökmün 36-cı bəndi) həyata keçirildiyindən həmin materiallar sübut qismində qiymətləndirilərək Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə onun əməlinin sübuta yetirilməsində nəzərə alına bilməz.

87. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir”.

88. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla onun CM-in 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbərliyi şübhə doğurmayan digər sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməllərini törətməsi mübahisəsiz olaraq sübuta yetirilir.

89. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

90. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

91. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

92. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

93. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

94. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır (CM-in 234.4.3-cü maddəsi) və böyük ictimai təhlükə törətməyən (CMin 228.4-cü maddəsi) cinayətlər kateqoriyasına aid edilir.

95. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlər Şahid1 və Şahid2 ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 228.4 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 228.4 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır.

96. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 228.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 228.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

97. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

98. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

99. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

100. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin 27 yaşında olmaqla cavan olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, narkomaniya xəstəliyindən müalicə olunmaq istəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

101. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.

102. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 228.4 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

103. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz.

104. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi hər bir cinayət əməlinə görə ayrı-ayrılıqda cəza təyin edilməli, daha sonra CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna görə ona hazırkı iş üzrə qəti cəza təyin edilməlidir.

105. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

106. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

107. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarı ilə onun barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilməklə həbs etmənin əvvəli tutulduğu 14 dekabr 2022-ci il tarixdən hesablanmış, həmin məhkəmənin 14 mart 2023 və 12 aprel 2023-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 4 may 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v.84-87; 210-215; Cild 2).

108. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun faktiki azadlığının məhdudlaşdırıldığı 14 dekabr 2022-ci il tarixdən hesablanmalıdır.

109. Məhkəmə hökmün 26-cı bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

110. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.

111. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xətai RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş hökmün 22-ci bəndində göstərilmiş ekspert rəyinə əsasən ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 6,669 qram olan narkotik vasitə heroin və hökmün 25-ci bəndində qeyd edilmiş 1 (bir) ədəd qatlanmayan, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik döyüş (hərbi) təyinatlı bıçaq məhv edilməli və şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoyazının əks olunduğu 1 (bir) ədəd disk isə hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

112. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

113. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 129 (bir yüz iyirmi doqquz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

114. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

115. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

116. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

117. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələrində nəzərdə tutulmuş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.4-cü maddələri ilə elan edilmiş ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 14 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi təmiz qalıq çəkisi 6,669 qram olan narkotik vasitə heroin və 1(bir) ədəd qatlanmayan, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik döyüş (hərbi) təyinatlı bıçaq məhv edilsin, 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 129 (bir yüz iyirmi doqquz) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın, habelə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Vüqar Quliyev

Hakimlər: Siyavuş Hacıyev

Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar