Məhkəmə qərarları › İş №1(101)-297/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-297/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-297/2025 23.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 25 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib, üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları

2. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nəsimi rayonu ərazisinə daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində 23 fevral 2024-cü il tarixdə, saat 22:40-da Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 60 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4ında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib 24 fevral 2024-cü il tarixdə saat 00:25-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 4,236 (dörd tam mində iki yüz otuz altı) qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. xx.xx.2024-cü il tarixli raportdan (cild 01, iş vərəqə 4) görünür ki, etimad doğuran, qərəzsiz, məlum mənbədən daxil olmuş məlumatda “Bəhruz” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotorop maddələr əldə edərək saxlaması və daşıması bildirilmiş, həmin şəxsin Təqsirləndirilən şəxs olduğu bildirilmişdir.

4. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 21) görünür ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsində, saxlanılmasında, daşınmasında və satılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin gün saat 22:40-da Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 60 ünvanının yaxınlığında olduğu zaman saxlanılmış, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 23 fevral 2024-cü il traixdə, saat 22:40 dəqiqədən tutulmuş hesab edilmişdir.

5. xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 01, iş vərəqə 29-31) görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında 23 fevral 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 22:40-da Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 60 ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan "Şəxsi axtarış və götürmə aparılması haqqında" 24 fevral 2024-cü il tarixli qərara əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında, xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində 24 fevral 2024-cü il tarixdə saat 00:25-də şəxsi axtarış və götürmə prosesi aparılmışdır. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs tutulduqdan dərhal sonra Azərbaycan Respublikası CPM-nin 14-cü maddəsinə əsasən tutulmanın səbəbləri, şübhənin mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüquqi yardım almaq hüquqları ona aydın olan dildə, yəni Azərbaycan dilində bildirildi. Həmçinin Azərbaycan Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, tutulduğu andan müdafiəçinin bu yardımından istifadə etmək, hemin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının apanıdığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, hamin Məcəllənin 90-ci maddəsi ile nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edildi. Eyni zamanda izah edildi ki, Azerbaycan Respublikası CPM-in 20-ci maddesina osasən heç kəs şəxsən özünün ve yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz.Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış ve götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə prosesində iştirak edən X3 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin kiçik inspektoru, polis kiçik serjantı Şahid2 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Behruz Babayev buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirib, əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibinden 01 eded şəffaf sellofan bükümü, həmin tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd "Redmi markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini və 72 manat pulu çıxardıb masanın üstünə qoymaqla təqdim etdi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd sellofan bükümə baxış keçirilən zaman onun içərisində qəhvəyi rəngli, toz şəkilli, xüsusi spesifik iyə malik olan narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edildi. Daha sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 bükümdə narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs Üstündən aşkar edilmiş "Redmi" markalı mobil telefonun özünə məxsus olmasını və İçərisində ***- ***-**-** mobil nömrəsinin olmasını bildirdi. Həmin mobil telefon ve şəxsin özünə məxsus olan şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfindən götürüldü. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 72 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarıldı.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 bükümdə olan narkotik vasite heroinə oxşar maddəni 2 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində anket məlumatlarını bilmədiyi tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə 40 manata aldığını bildirdi. Həmçinin üstündən aşkar olunmuş həmin maddədən heç kimə satmadığını, pay və hədiyyə vermədiyini bildirdi. Şəxsi axtarış və götürmə gecə vaxtı, xidməti iş otağında və süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış 24 fevral 2024-cü il tarixdə saat 00:36da başa çatdı. Şəxsi axtarış və götürmə zamanı "SONY" markalı videokameradan istifadə edilməklə video çəkiliş aparıldı. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər qeydlar etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 24 fevral 2024-cü il tarixli 6/1089 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən (cild 01, iş vərəqə 45-49) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N°6” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş 01 ədəd zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 4,236 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: 1) Heroinin ümumi təmiz çəkisi: 4,236 qram, tədqiqata sərf edildi - 0,05 qram qalıq - 4,186 qram.

7. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 01, iş vərəqə 63-64) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir.

8. xx.xx.2024-cü il tarixli 4(005)-284/2024-saylı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından (cild 01, iş vərəqə 91-95) görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərədə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanması qərara alınmışdır.

9. 26.02.2024-cü il tarixli DVD disk daşıyıcısında qeydə alınan videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 96) görünür ki, baxış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü, şalvarın sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini və 72 manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik olmasını bildirmişdir. Daha sonra şəxsi axtarış keçirilmiş, lakin heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman oradan 01 bükümdə qəhvəyi rəngli, tozşəkilli, xüsusi spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin büküm 01 ədəd içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini 2 gün əvvəl Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində anket məlumatlarını bilmədiyi və tanımadığı şəxsdən istifadəsi məqsədi ilə 40 manata aldığını bildirmişdir.

10. 26.02.2024-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 97) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 4,186 qram olan narkotik vasitə heroin sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edlənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır.

11. 28.02.2024-cü il tarixli əməliyyat-axtarış tədbrinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair Bakı şəhəri Nərimanov rayonu Məhkəməsinin 5(005)- 589/2024 saylı qərarından (cild 01, iş vərəqə 106) görünür ki, “Əməliyyat-axtarış tədbirlərinin həyat keçirilməsi haqqında” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən qəbul eidlmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 23 fevral 2024-cü il tarixli qərar qanuna uyğun hesab edilməsi qərara alınmışdır.

12. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən (cild 01, iş vərəqə 109-111) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayonu Məhkəməsi tərəfindən CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş. xx.xx.2021-ci il tarixdə isə cəza müddəti başa çatmışdır.

13. 15.03.2024-cü il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 114) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif nömrələr arasında SMS yazışmaları müəyyən edilsə də, cinayət işi üzreə sübut əhəmiyyəti kəsb edə biləcək məlumatlar aşkar edilməmişdir.

14. 15.03.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan (cild 01, iş vərəqə 115) görünür ki, bir ədəd qara rəngli “Redmi” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plasmas-metal gövdəli, sensor dizaynlı və daxili antenalıdır. Mobil telefon kamera ilə təchiz olunmuşdur. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir.

15. AzərbaycanRespublikası Səhiyyə Nazilriyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan (cild 01, iş vərəqə 117) görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır.

16. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığının cavab məktubundan (cild 01, iş vərəqə 121) görünür ki, ilkin əməliyyat məlumatında Təqsirləndirilən şəxs aşkar edilən külli miqdarda narkotik vasitə heroini onun satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi qeyd edilmişdir. Sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əlavə məlumatların əldə edilməsinin, digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmamasının, yaxın əlaqələrinin müəyyən edilməsinin, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsinin, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır.

17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 24 fevral 2024-cü il tarixli 1253 nömrəli rəyindən (cild 01, iş vərəqə 128-129) görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.

18. 24.04.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 01, iş vərəqə 130-143) görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2024-cü il tarixdə elan edilmiş ittihamın məzmununa dəyişiklik edilməklə ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsi və barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 24 fevral 2024-cü il tarixdə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınması, şəxsi axtarış və götürmə aparılmış videoçəkilişləri özündə əks etdirən 01 ədəd DVD disk sübut kimi qiymətləndirilməsi, cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskin sübut kimi tanınmadan iş materiallarına əlavə edilməsi nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd "Redmi" markalı mobil telefonun yaxın qohumlarına qaytarılmasından ötrü müdafiəçisinə təhvil verilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 4,186 qram olan narkotik vasitə heroinin maddi sübut hesab edilməsi və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs 24 fevral 2024-cü il tarixlərində verdiyi ifadələrində özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək narkotik vasitə heroini satış məqsədi ilə deyil, şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını bildirməsi xüsusatı özünümüdafiə kimi qiymətləndirilsin və rədd edilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə heroin və digər maddələr əldə edib istifadə etməsi xüsusatı üzrə cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilərkən üzərində olan narkotik vasitə heroini təqdim etməsi Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən könüllü təhvil vermə kimi qiymətləndirilməsi, cinayət işinin materiallarından narkotik vasitə heroinin əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə ayrıca icraata material ayrılması, cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadələri, 24 fevral 2024-cü il tarixli "şəxsi axtarış və götürmə aparılması haqqında" protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 24 fevral 2024-cü il tarixli 6/1089 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 24 fevral 2024-cü il tarixli 1253 nömrəli rəyi, əməliyyat tapşırığına cavab məktubu, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2024cü il tarixli qanunilik qərarı, 26 fevral 2024-cü il tarixli "DVD disk daşıyıcısında qeydə alınan videogörüntülərə baxış keçirilməsi haqqında" protokol, maddi sübut qərarı və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır.

19. 24.04.2024-cü il tarixli cinayət işi materiallarından başqa material ayrılması haqqında qərardan (cild 01, iş vərəqə 145-146) görünür ki, ********* nömrəli cinayət işi materiallarından şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq 4,236 qram çəkidə narktoik vasitə heroin əldə edilməsi, saxlanması və qanunsuz olaraq Təqsirləndirilən şəxs satılması faktına görə ayrıca icraata material ayrılması qərara alınmışdır.

20. 26.04.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardaniş (cild 1, vərəqə 150) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır.

21. Tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs baxış zamanı dəri səthində yeni zədə və xəsarət izləri aşkar edilməmişdir, sol saidin ön səthində, gövdənin sağ səthində köhnə çapıq toxuması aşkar edilmiş, həbs olunmamışdan əvvəl xəsarət aldığını bildirmişdir.

22. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 23 fevral 2024-cü il tarixində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat axtarış qrupu yaradılmışdır.Qrup rəhbəri əməliyyat müvəkkil Şahid1 olmuşdur. O da həmin əməliyyat qrupuna daxil olmuşdur. Onlar Təqsirləndirilən şəxs Nəsimi rayonu, Tbilisi prospekti ərazisində müəyyən edərək, şübhəli şəxs qismində saxlamışlar. Əvvəlcə özlərini təqdim edərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini izah etmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar Bəhruzdan üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmetin olub-olmamasını soruşmamışlar,Bəhruz saxlanıldıqdan təxminən 20-25 dəqiqə sonra Baş İdarəyə gətirilmişdir. Daha sonra vəkilin gəlməsini gözləmişlər. Təqsirləndirilən şəxs təqribən 23:00 radələrində saxlanılmışdır. Təqsirləndirilən şəxsin üzərinə təqribən 23:30 radələrində şəxsi axtarış və baxış keçirilmişdir, onlar Bəhruzdan 20 metrdən daha az məsafədə olmuşlar, şübhəli şəxs saxladıqları anda və yerdə onun üzərində şəxsi axtarış və baxış keçirmək üçün əlverişli şərait olmamışdır. Həmçinin vəkilin iştirakı olmadan bu istintaq hərəkətlərini də həyata keçirmək qeyri-mümkün olmuşdur.

23. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı şahid qismində dindirilmiş DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsi elan edilmiş və o ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantı xüsusi rütbəsini daşıyır. Şahid1 ifadəsində bildirmişdir ki, 23 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, qrupa Baş İdarənin kiçik inspektorları X2, Şahid2 və o daxil edilmişlər. 23 fevral 2024-cü il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 60 ünvanının yaxınlığında olacağı müəyyən edilmiş, bunun üçün qrup üzləri həmin ünvana getmiş, saat 22:40-da həmin ünvanda Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin olduğunu müşahidə etmişlər. Həmin vaxt ona yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmiş, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O da etiraz etmədən baş polis idarəsinə gəlmiş, baş polis idarəsinin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “kakos” olduğunu bildirib əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü, həmin şalvarın digər cibindən mobil telefonu, ona məxsus şəxsiyyət vəsiqəsini və müəyyən məbləğdə pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm açıldıqda həmin sellofan bükümün içərisində narkotik vasitə heroinə oxşar maddə aşkar edilmiş, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, eyni zamanda aşkar edilmiş 01 ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüşdür, həmçinin müəyyən məbləğdə pul onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini 2 gün əvvəl Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində anket məlumatlarını bilmədiyi və tanımadığı şəxsdən istifadəsi məqsədi ilə 40 manata aldığını bildirmişdir. Daha sonra şəxsi axtarış və götürmənin keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və düzgün tərtib olunduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

24. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o məhkəmədə vermiş olduğu ilk ifadəsində bildirmişdir ki, qanında narkotik maddəyə rast gəlinməmişdir. Narkotik vasitənin nə olması barədə hər hansı fikri yoxdur. O narkotik vasitə istifadəçilərini realibitasiya mərkəzlərinə yatırmaqla yardım etmişdir. 23 fevral 2023-cü il tarixdə Tbilisi prospektindən taksi sifariş vermiş və Masazıra, yoldaşını işdən götürməyə getmək istəmişdir. O özü də Masazırda yaşayır. Yoldaşı isə restoranda aşpaz kimi işləyir. Tbilisi prospektindən taksi sifariş vermək istədikdə 04 nəfər şəxs adı ilə ona səslənərək maşına əyləşdirmişlər. Ona qandal vurmadan və üstünü yoxlamadan onu maşına əyləşdirmişlər. Sonradan həmin şəxslərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları olduğunu bilmişdir. O özünü təsqirli bilmir. Polislər ona fiziki-psixi əziyyət vermişdirlər. Ona narkotik vasitəni fiziki təzyiq göstərərək etiraf etdirmişlər. Verilmiş suallara cavab olaraq o bildirmişdir ki, o narkotik vasitənin heç bir növündən istifadə etmir. Ona bu cür ittihamın verilməsinə səbəb narkotik satan şəxsləri ifşa etməsi olmuşdur. O həmçinin narkotik istifadəçilərinin sağalmasına kömək olmuşdur. Ona qətimkan tədbiri seçilən zaman ona sənədlərə imza çəkdirmiş və barəsində 04 ay həbs qətimkan tədbiri seçilmişdir. Qətimkan tədbiri seçilən zaman müstəntiq onun əvəzinə məhkəmədə danışmışdır. Şəxsi axtarış keçirilən zaman aparılan videoçəkilişdə o məcbur olub bükümü polislərə təqdim etmişdir. Məhkəmədə onu otağa salmışlar və kağıza imza çəkdirmişlər. Ona məhkəmədə danışmağa icazə verməmişlər. Onu saat 21:30 radələrində saxlamışlar. Ona 04 nəfər şəxs Bəhruz deyə müraciət edərək yaxınlaşmışlar. Polislər ilə onun arasında həmin vaxt 10 metr məsafə olmuşdur. Saxlanılan zaman üzərində hər hansı qadağan olunmuş əşya olmamışdır. Polislər onu nə səbəbə saxladıqları barədə ona heç nə izah edilməmişdir.Onun üzərində qadağan olunmuş əşya olsa idi, o tutulana kimi həmin əşyanı tullaya bilərdi. Maşında və saxlanılan zaman ona heç nə izah edilməmişdir. İdarənin binasında xidməti otaqların birində ona fiziki təzyiq göstərmişlər. Onu əməliyyatçılar döyərək narkotik vasitəni onun boynuna qoymaq istəmişlər. Sağ ayağının üstü döyülmə zamanı çartlamışdır və o təcridxanada da bu səbəbdən müalicə almışdır. Onu bu ittihamı qəbul etmədiyi halda 4 kq narkotik vasitə ilə yükləyəcəklərini demişlər. Ona istintaq zamanı dövlət hesabına vəkil təqdim edilmişdir. Vəkil sənədlərə qol çəkmiş və videoçəkiliş zamanı sənədlərə qol çəkmişdir. Vəkilin videoçəkilişdə iştirak edib-etmədiyini xatırlamır. Vəkili o Nərimanov rayon məhkəməsində görmüşdür. İş materiallarında olan sənədləri oxuya bilmiş və məcbur edilərək qol çəkmişdir. O heç vaxt narkotik vasitə istifadə etməmişdir. Realibitasiya Mərkəzində işləyən şəxs onun yaxını olmuşdur. O, həmin şəxsin köməyindən istifadə etməklə şəxslərin Mərkəzdə müalicə olunmasına köməklik göstərmişdir. O saxlanılan zaman etiraz etsə də, döyülmüş və təhdit edilmişdir. Maşında isə heç nə deyə bilməmişdir. O tikinti şirkətində mühafizəçi kimi fəaliyyət göstərmişdir. Onu Nərimanov Rayon Məhkəməsinə onu saxlayan polis əməkdaşları gətirmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, narkomaniyadan reabilitasiya olunma mərkəzinin rəhbəri də onun neçə nəfər gəncin bu bəladan, yəni narkomaniyadan xilas olmasında maddi və mənəvi yardımlar etməsini təsdiq edə bilər. O, 5-6 ailəyə köməklik etmişdir. Belə olan halda, onun digər tərəfdən narkotiklərin dövriyyəsi ilə məşğul olması, heç bir məntiqə sığmır. Onun köməklik etdiyi ailələr də bu faktı məhkəmədə təsdiq etmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, heç vaxt narkotik maddələrdən istifadə etməmişdir. O, saxlanılandan sonra, müəyyən saatlarda polis idarəsində ona təzyiq göstərilmişdir. O, Bakı istintaq təcridxanasına daxil olarkən də, ayağı şiş olmuşdur. Döyülmə faktı ilə əlaqədar, prokurorluğa müraciət etmək istəmişdir. İstintaq təcridxanasına daxil olarkən xəsarətləri qeyd olunmuşdur. O, bir vətəndaşlıq borcu olaraq, bir neçə nəfər şəxsə narkomaniya asılılığından azad olmaq üçün öz vəsaiti hesabına yardım etmişdir. Onu məsciddən çıxarkən saxlamışlar. Onu “BMW 528” markalı mülki maşına mindirib aparmışlar. Həmin şəxslər sayca 4 nəfər olmuşlar və o həmin şəxsləri ilk dəfə 15 metr məsafədə müşahidə etmişdir. Həmin şəxslər özlərini təqdim etməmişlər və heç bir xidməti vəsiqə göstərməmişlər. Həmin şəxslər onu zorla maşına mindirmişlər. O, əvvəlcə BMCMİ-nin 4-cü mərtəbəsində saxlanılmış, daha sonra aşağı aparılmışdır. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 01 gün saxlanılmışdır. O, yalnız Bakı İstintaq Təcridxanasına daxil olarkən xəsarətlərini bildirmişdir. O, 2 qız atasıdır, övladları yaxşı təhsil almışlar. O, heç vaxt narkotik istifadə etməmişdir. O, məcbur qalıb ibtidai istintaqda etirafedici ifadə vermişdir. İbtidai istintaq materialları ilə tanış olmuş və ibtidai istintaq materiallarını imzalamışdır. İmzalar ona məxsusdur. Onu 6-7 nəfər tanımadığı şəxslər döymüşdür. Həmin şəxslərin adını xatırlamamışdır. Ayağının şişməsinin səbəbi polis əməkdaşlarından birinin ona badalaq vuraraq yıxması olmuşdur. İbtidai istintaq zamanı ifadəsinə məcbur qalıb imza etmişdir. Hətta müxtəlif sənədlərə müxtəlif imzalar etmişdir.

25. Müdafiə tərəfinin vəsatəti əsasında Şahid5 əlavə şahid qismində dindirilmişdir. O ifadəsində bildirmişdir ki, onun oğlu uzun illər narkomaniyadan əziyyət çəkmişdir. Onlar bütün vasitələrə əl atsalar da, oğlunu sağalda bilməmişlər. Sonda ailəvi yaxınları vasitəsi ilə Təqsirləndirilən şəxs müraciət etmişlər. Təqsirləndirilən şəxs onlara kömək edəcəyini bildirərək, dostu Xalidin yeni reabilitasiya mərkəzi açdığını və onun oğlunu da orada müalicə edə biləcəklərini demişdir. Həmin dövrdə onların maddi vəziyyətləri olduqca aşağı olmuşdur. Bu səbəbdən oğlunu Təqsirləndirilən şəxs tövsiyə etdiyi mərkəzdə müalicə etmək və maddi xərcləri ödəmək onlar üçün qeyri-mümkün olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs maddi olaraq da onlara kömək edəcəyini bildirmişdir. Reabilitasiya mərkəzinin aylıq ödənişini ödəyən zaman da köməklik etmişdir. Bundan oğlu çox nadinc olmuş və müalicə olunmaq, sağalmaq istəməmişdir. Təqsirləndirilən şəxs onun oğlunu dindar uşaqlarla dostlaşdırmış, öz yanında gəzdirmişdir. Bir sözlə onun oğlunun sağalmağında böyük rol oynamışdır. Oğlu müalicə kursunu başa vurduqdan sonra, tam sağalmış və o da hazırda Şahid5 aşpaz işlədiyi restoranda işləyir.

26. Müdafiə tərəfinin vəsatəti əsasında Şahid3 əlavə şahid qismində dindirilmişdir. O ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həmyerlisi olmuş və o sonuncunu artıq 05 ildir ki, tanımışdır. O, “Birlik” reabilitasiya mərkəzinin rəhbəri vəzifəsində işləyir. Reabilitasiya mərkəzində narkomaniya, alkoqolizm və qumar oyunu asılılığından əziyyət çəkənlərə psixoloji yardım göstərilir. Reabilitasiya mərkəzində xidmət ödənişlidir. Ödənişi adətən pasiyentlərin valideynləri ödəyir. Təqsirləndirilən şəxs bu vaxtadək 5 nəfərin reabilitasiya mərkəzində müalicə olunmasında rol oynamış, vasitəçilik etmişdir. Həmin şəxslərin ödənişlərini valideynləri ödəmişdir. Bəzi hallarda, bəzi şəxslər ödənişsiz də reabilitasiya mərkəzində qalmışdır. Təqsirləndirilən şəxs reabilitasiya mərkəzinə gətirdiyi şəxslərin maddi vəziyyətinin pis olduğunu bildirərək, ondan ödənişdə endirim etməsini xahiş etmişdir. O da həmin şəxslərdən ilk ayın ödənişi zamanı 1200,00 Azərbaycan manatı əvəzinə 700,00 Azərbaycan manatı almışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik istifadəçisi olmamışdır. O isə keçmişdə qumar oyunları asılılığından əziyyət çəkmiş və 02 il narkotik istifadəçisi olmuşdur. O marixuana mənşəli narkotik vasitədən istifadə etmişdir. Hazırda “Birlik” reabilitasiya mərkəzinin rəhbəri vəzifəsində işləyir. Fövqəladə Hallar Nazirliyində və Bakı şəhər yol polisində işləmişdir.

27. Müdafiə tərəfinin vəsatəti əsasında Şahid4 əlavə şahid qismində dindirilmişdir. O ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Şahid5 vasitəsilə tanımışdır. O, Samirə ilə qonşu olmuş, onların uşaqları birlikdə böyümüşlər. Daha sonra məlum olmuşdur ki, Samirə xanımın oğlu narkomaniya xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən sonuncunu reabilitasiya mərkəzinə göndərmişlər. Həmin dövrdə o da oğlunun alkoqolizm və virtual oyun aludəçiliyindən əziyyət çəkdiyini öyrənmişdir. Samirə xanım ona Təqsirləndirilən şəxs məsləhət görmüşdür. Təqsirləndirilən şəxs də uşaqların bu bəladan qurtulmasında böyük rol oynamışdır. Bəhruz onlara həm maddi, həm də mənəvi kömək etmişdir. Hazırki dövrdə Bəhruzun burada, müttəhim kürsüsündə əyləşməsi onlara çox absurd gəlmişdir. Bəhruz bəyin sayəsində bu gün oğlu tam sağalmış, namaz qılmağa başlamış və öz işləri ilə məşğul olmağa başlamışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, reabilitasiya mərkəzində qalmaq ödənişlidir və onların ilk aylarda maddi vəziyyətləri çətin olduğundan, Təqsirləndirilən şəxs onlara maddi köməklik etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

28. Maddə 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlləri külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

29. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

30. Maddə 18.4.4 Residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır.

31. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

32. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

33. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

34. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

35. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

36. Maddə 83.3.2. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

37. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

38. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

39. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

40. Maddə 139. cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.

41. Maddə 144. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.

42. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

43. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

44. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

45. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

46. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

47. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

48. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

49. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

50. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

51. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

52. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı

53. Qərarın 9-cu bəndi. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

54. Qərarın 10-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.1-1-ci maddəsi ilə, xüsusilə külli miqdarda olduqda isə CM-in 234.4-1-ci maddəsi ilə tam əhatə olunduğundan yalnız həmin maddələr ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

55. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

56. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu Qərarı

57. Cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.

58. Cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

Avropa Məhkəməsinin president hüququ:

59. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

60. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib saxlamış və daşımışdır.

61. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır.

62. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən tamamilə fərqli məzmunda (inkaredici) ifadə verməklə polis əməkdaşlarının fiziki təzyiqinə məruz qalmasını, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində külli miqdarda narkotik vasitə heroin olmamasını, polis əməkdaşlarının fiziki təzyiqi nəticəsində ona aid olmayan maddənin ona məxsus olmasını etiraf etməsini, təzyiqə dözməyərək polislərin dediyi məzmunda etirafedici ifadə verməyə razı olduğunu bildirmişdir.

63. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını iddia etdiyindən qeyd edilən halı yoxlamaq üçün əldə edilmiş tibbi kitabçadan məlum olmuşdur ki, o saxlanılarkən xəsarət aldığını bildirsə də, onun üzərində yeni hər hansı xəsarət aşkar edilməmişdir.

64. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti aparılan zaman ibtidai istintaq orqanı tərəfindən onun müdafiə hüququ pozulmamış, onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsini tələb etmək, həmçinin ona özünə məxsus olmayan narkotik vasitəni üzərinə götürməsi ilə bağlı edilən təzyiqlər barədə müdafiəçisinə bildirmək üçün kifayət qədər imkanı olmasına baxmayaraq o, bu barədə yalnız məhkəmə istintaqı zamanı mövqe bildirmişdir.

65. Məhkəmə araşdırması nəticəsində Təqsirləndirilən şəxs məhkəmə istintaqında yalan ifadə verməsi və iddia etdiyi halların həqiqəti əks etdirməməsi təsdiq olunmuşdur. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına təhvil verilərkən üzərində xəsarətin olmasını və tutularkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə, işgəncəyə və digər formada qeyri-insani rəftara məruz qalmasını bildirməmiş, eləcə də ibtidai istintaqın sonunadək bu barədə heç bir səlahiyyətli orqana müraciət etməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs barəsində uzun müddət ərzində ibtidai araşdırma aparılmasına baxmayaraq, o, külli miqdarda narkotik vasitə heroinin ona məxsus olmamasını, eləcə də polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalmasını bildirməmişdir. O, ilk dəfə bununla bağlı dəlillərini məhkəmədə irəli sürmüş, məhkəmə isə bu hissədə araşdırma aparmaqla, onun iddia etdiyi halların həqiqət olmamasını müəyyən etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş şahidlər Şahid5, Şahid4 oğlu və Şahid3 Təqsirləndirilən şəxslə bağlı verdiyi ifadələri sonuncu tərəfindən cinayətin törədilməsini təkzib edən mötəbər sübut kimi qiymətləndirmir və onların verdikləri ifadələri təqsirləndirilən şəxsin şəxsiyyətini müsbət xarakterizə edən hallar kimi dəyərləndirir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs iddia etdiyi halları yoxlayıb və iddia olunan halların həqiqət olmaması nəticəsinə gələrək hesab edir ki, o, məhkəmədə yalan ifadə verərək qanunsuz əməllərinə haqq qazandırmaq və bununla da cinayət məsuliyyətindən yayınmaq məqsədi güdmüşdür. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallar, yəni saxlanılan zaman döyülməsi və sair formada işgəncəyə məruz qalması, narkotik vasitə heroinin özünə məxsus olmasını qəbul etməyə məcbur edilməsinə dair hallar baş verməmişdir.

66. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin aid olduğu mobil operatordan əldə edilmiş məlumatdan da görünür ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsini, yəni satış məqsədi ilə narkotik maddə əldə edərək üzərində saxlayıb daşımasını təsdiq edən heç bir sms məlumat mövcud deyildir.

67. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməsini qanuni və məhkəmə təcrübəsinə uyğun hesab etmişdir.

68. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 38-ci bəndi) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

69. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.

70. Məhkəmə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitəni məhz satış məqsədilə olmadan şəxsi istehlak miqdarından artıq əldə edərək üzərində saxlamışdır.

71. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 37-ci bəndi).

72. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. (qərarın 28-ci bəndi)

73. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 29,31,32-ci bəndləri).

74. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir.

75. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayonu Məhkəməsi tərəfindən CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş. xx.xx.2021-ci il tarixdə isə cəza müddəti başa çatmışdır. Məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir.(qərarın 36ci bəndi)

76. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətin residivini yaratmır (qərarın 30-ci bəndi).

77. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində aşağı həddə cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

78. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 33-cü bəndi).

79. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 4(005)- 284/2024-saylı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində xx.xx.2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 01, iş vərəqə 21, 91-95). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 4,8-ci bəndləri).

80. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

81. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

82. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası DİNin BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 4,186 qram çəkidə olan heroin məhv edilməlidir. Digər maddi sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. (qərarın 45-ci bəndi).

83. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığını nəzərə alaraq onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir.(qərarın 17-ci bəndi)

84. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 46-ci bəndi).

85. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında, xx.xx.2025-ci il tarixli qərara əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 85 ( 50 saat (06 manat) və 35 saat (11 manat) ) iş saatı həcmində hüquqi yardımla bağlı Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 685 (altı yüz səksən beş) manat məbləğində pul köçürülməlidir.

86. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİNin BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 4,186 qram çəkidə olan heroin məhv edilsin, şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 685 (altı yüz səksən beş) manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar