Məhkəmə qərarları › İş №1(101)-298/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-298/2020

07.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-298/2020 07.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: x1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhər 6 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1, Bakı şəhər 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi4, Bakı şəhər 19 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi3, Bakı şəhər 16 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilir. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılması Bakı Ağır Cinayətlər məhkəməsinə aid deyil və cinayət işi aidiyyatı üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 292-ci maddəsinə əsasən ittiham aktını təsdiq etdikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təxirə salmadan ittiham aktının surətini cinayət prosesi iştirakçılarına çatacaq sayda əlavə etməklə cinayət işini aidiyyəti üzrə məhkəməyə göndərir. CPM-nin 29-cu maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Həmin Məcəllənin 74-cü maddəsinin tələbinə əsasən isə cinayət işinə cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Cinayət-hüquqi doktrinaya görə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər uzanan cinayətlər hesab edilir. Hazırkı iş üzrə tərtib edilən ittiham aktından görünür ki, “2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, həmçinin Türkiyə Respublikasında və Azərbaycan Respublikasında istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 2018-ci ilin noyabr ayının ortalarında Türkiyə Respublikasında istintaqla müəyyən edilməmiş mənbədən təsiredici maddəsinin ümumi miqdarı 145,05 qram təşkil edən, külli miqdarda 967 həbdən ibarət MDMA (metilendioksimetamfetamin, ekstazi) psixotrop maddəsini satış məqsədi ilə qanunsuz olaraq qəsdən tamah niyyəti ilə əldə etmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə birlikdə 3 ədəd sellofan torbada qablaşdıraraq malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə “Fantom” markalı tozsoranın işəsalma düyməsinin altında yerləşdirmiş, ümumi cinayətkar niyyətə və əldə edilmiş razılığa əsasən Təqsirləndirilən şəxs4 külli miqdarda psixotrop maddənin yerləşdirildiyi tozsoranı yükdaşıma şirkəti vasitəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi üçün cinayətlərin törədilməsindən məlumatı olmayan Türkiyə Respublikasının İstanbul şəhərində fəaliyyət göstərən “Lux İstanbul” sərnişindaşıma şirkətinin əməkdaşlarına təhvil vermiş, içərisində külli miqdarda psixotrop maddənin olduğu tozsoran 26.11.2018-ci il tarixdə cinayətin törədilməsindən məlumatı olmayan, Türkiyə Respublikası vətəndaşı Özgök Sezgin Ceyhan oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, “Travego” modelli, 34BHU607 nömrə nişanlı sərnişin avtobusunda Azərbaycan Respublikasının gömrük sərhədinədək gətirilmiş, həmin tozsoran cinayətlərin törədilməsindən məlumatı olmayan, qeyd edilən sərnişin avtobusunun sürücü köməkçisi x3 tərəfindən həmin gün, saat 22 radələrində DGK-nin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda gömrük nəzarətindən keçirilərkən psixotrop maddə gizlədildiyi yerdən aşkar edilərək götürülmüş, 28 noyabr 2018-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin psixotrop maddəni qəbul etmək üçün “Lux İstanbul” yükdaşıma şirkətinin “Bakı Beynəlxalq Avtovağzal Kompleksi”ndə yerləşən ofisinə gedərkən saxlanılmış, Təqsirləndirilən şəxs2 hadisə yerindən uzaqlaşmağa nail olsa da 28.11.2018-ci il tarixdə saxlanılmış, Təqsirləndirilən şəxs4 isə 27.02.2019-cu il tarixdə, saat 18 radələrində saxlanılmışdır.” Göründüyü kimi təqsirləndirilən şəxslərə istinad olunan cinayət əməli 26 noyabr 2018-ci il tarixdə, saat 22 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunda, yəni Qazax rayonu ərazisində başa çatmışdır. İbtidai istintaq orqanı isə cinayət işini cinayətin başa çatdığı yer üzrə deyil, təqsirləndirilən şəxslərin saxlanıldıqları ərazi üzrə məhkəməyə göndərmişdir. “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Məhkəmə Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli qərarına əlavə edilmiş siyahının 7.13-cü bəndinə əsasən Qazax rayonu ərazisində törətdilmiş ağır cinayətlərə baxılması ərazi vahidi üzrə x4 Məhkəməsinin yurisdiksiyasına aiddir. CPM-nin 75-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onun məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. CPM-nin 300.1.4-cü maddəsinə əsasən məhkəmə hazırlıq iclası zamanı qəbul edilən qərarlardan biri də cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədədir. Şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 SM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi aidiyyatı üzrə x4 Məhkəməsinə göndərilməlidir. CPM-nin 174.2.-ci maddəsinə əsasən, məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ləğv edir, yaxud dəyişdirir. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 298- 299 və 300.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2., 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi aidiyyatı üzrə x4 Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilməsin. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar