Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-298/2021 27.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X9 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X5, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxx 1984-cü il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olur, əvvəllər məhkum olunmuş (Səbail rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3-1, 29,177.2.4 və 272.2.2-ci maddələri ilə təqsirli bilinərək 1 (bir) il müddətə kompüter sistemi ilə fəaliyyət növü kimi məşğul olmaq hüququndan məhrum edilməklə 2.000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3-1, 29,177.2.4 və 272.2.2-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə kompüter sistemi ilə fəaliyyət növü kimi məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 1 (bir) il sınaq müddəti müəyyən edilmiş), məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayır və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qeyriləri ilə birlikdə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək tanışı Zərərçəkmiş şəxs daşınmaz əmlaklarının özəlləşdirilməsi və digər sənədləşdirmə işlərində çətinlik çəkdiyini bildikdən sonra onun etibarından sui-istifadə edib Zərərçəkmiş şəxs bu sahədə çalışan yüksək vəzifəli tanışlarının vasitəsi ilə ünvan 2 ünvanında yerləşən yarımtikili qeyri-yaşayış obyektinin tikintisinin davam etdirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətindən icazənin alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs 2019-cu ilin fevral ayının əvvəlində ünvan 3 ünvanında yerləşən 3 saylı “Asan” Xidmət Mərkəzinin qarşısında ilkin olaraq 45.000 manat və 2019-cu ilin mart ayının sonunda Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən “Murad” marketin qarşısında markası və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan taksinin naməlum sürücüsü vasitəsi ilə 25.000 manat məbləğində pulu, ümumilikdə 70.000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən qeyriləri ilə birlikdə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək tanışı Zərərçəkmiş şəxs daşınmaz əmlaklarının özəlləşdirilməsi və digər sənədləşdirmə işlərində çətinlik çəkdiyini bildikdən sonra onun etibarından sui-istifadə edib Zərərçəkmiş şəxs bu sahədə çalışan yüksək vəzifəli tanışlarının vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 3 ədəd 0,12 hektar sahədən ibarət, ümumilikdə 0,36 hektar torpaq sahələrinin özəlləşdirilməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq saxta Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********, ********** və ********** nömrəli təsdiqetmə bildirişlərini təqdim edib guya Maştağa qəsəbəsində yerləşən torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı müraciətin dövlət orqanı tərəfindən qeydə alınıb baxıldığına inandırmaqla Zərərçəkmiş şəxs 2019-cu ilin mart ayının ortasında Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən “Samsung” mağazasının qarşısında ümumi tanışları Şahid1 vasitəsi ilə 34.000 manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2018-ci ildən tanıyır. Belə ki, Vüqarın qardaşı İlqarı əvvəlcədən tanımış, sonuncunun vasitəsi ilə Vüqarı tanımış, lakin əsas münasibəti İlqarla olmuşdur. 2018-ci ildə İlqar Sumqayıt şəhəri, Novxanı qəsəbəsində 22 sot yarım sahədən ibarət bağ evi almış, lakin həmin bağ evini özəlləşdirmək istəyərkən çətinliklə üzləşmişdir. O da həmin bağ evinin sənədləşdirilməsində İlqara köməklik etmişdir. Belə ki, həmin bağ evi İlqarın qardaşı Vüqarın adına rəsmiləşdirilərək sonuncunun adına da çıxarış verilmişdir. 2019-cu ilin yanvar ayında İlqarın işçisi Tural onunla görüşüb bildirmişdir ki, İlqarın Maştağa qəsəbəsində torpaq sahəsi var, həmin torpaq sahəsini özəlləşdirmək istəyir. Buna görə də Tural həmin torpaq sahəsinin ilkin sənədini ona vermişdir. Həmin sənədi Arxiv İdarəsinə aparıb yoxlatdırdıqda müəyyən edilmişdir ki, sənədin hüquqi əsası yoxdur, ona görə də həmin sənədi Turala qaytarmışdır. Həmin söhbətdən təxminən 10 gün sonra İlqar zəng edib onu öz iş yerinə çağırmışdır. Orada İlqar xahiş etmişdir ki, həmin torpaq sahəsinin özəlləşdirilməsinə köməklik etsin. O da İlqara bildirmişdir ki, həmin torpaq sahəsinin özəlləşdirilməsi üçün 34.000 manat pul lazımdır, o da həmin məbləğlə razılaşmışdır. Səhərisi gün İlqar onun ***-***-**-** saylı mobil nömrəsinə zəng edib 34.000 manat pulu Tural vasitəsi ilə göndərdiyini bildirmişdir. O da 2019-cu ilin yanvar ayının sonunda Turalla Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, X6 Mübarizə Baş İdarəsinin yaxınlığında yerləşən “Samsung” ticarət mərkəzinin yanında görüşmüşdür. Orada Tural onun idarə etdiyi “BMW” markalı **-KO-*** nömrə nişanlı avtomobilində 34.000 manat pulu ona vermişdir. Təxminən 2014-cü ildən etibarən Rasim Poladov adlı şəxsi tanıyır. Tanımağının səbəbi Rasimin vasitəsi ilə bir neçə nəfərin danışmaz əmlaklarına çıxarış almağı olmuşdur. O, Rasimi Bakı şəhər İcra Hakimiyyətinin işçisi kimi tanımış, çünki o özünü elə təqdim etmişdir. O, Turaldan pulu aldıqdan sonra Rasimə zəng edərək İlqar adlı tanışının Maştağa qəsəbəsindəki torpaq sahəsinin özəlləşdirilməsinə kömək etməsini xahiş edib bununla bağlı 34.000 manat pul olduğunu bildirmiş, Rasim də bu məsələdə köməklik edə biləcəyinə söz vermişdir. Turaldan pulu aldığı gün Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Kaktus” restoranının yanında 34.000 manat pulu Rasimə vermiş, pulu Rasimə verərkən yanlarında heç kim olmamışdır. Rasim həmin torpaq sahəsinin özəlləşdirilməsini başa çatdırıb demişdir ki, həmin torpaq sahəsi kimin adına özəlləşdiriləcəksə həmin şəxsin mobil nömrəsini Əmlak Komitəsinə vermək lazımdır, çünki Əmlak Komitəsi həmin şəxsi çağırıb çıxarışı özünə verməlidir. O da İlqardan bu barədə soruşduqda o, torpaq sahəsinin Vüqarın adına olacağını demişdir. Rasim isə təxminən 3 ay ərzində torpağa çıxarış veriləcəyini bildirmişdir. Bu məsələdən sonra 2019-cu ilin mart ayında İlqar ona demişdir ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisində qeyri-yaşayış obyekti almaq istəyir, lakin eşitdiyinə görə həmin obyektə görə 350.000 manat pul istəyirlər. O da İlqara demişdir ki, “hələ bu qədər pul vermə, mən özüm həmin obyektin sahibləri ilə görüşüb obyekti daha ucuz qiymətə alaram”. Bundan sonra həmin obyektin sahibinin onun yanına göndərdiyi Faiq adlı nümayəndə ilə görüşmüş və həmin obyektə görə 220.000 manat verəcəyini bildirməklə onunla razılaşmış, İlqar da ona təşəkkürünü bildirmişdir. Səhərisi gün İlqarın qardaşı Vüqarla birlikdə obyektin sahibi ilə Bakı şəhəri, Yasamal rayonunda yerləşən 14 saylı Notariat Kontorunda alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin vaxt Vüqar 220.000 manat pulu verib obyekti almışdır. Bundan sonra o, Rasim Poladovdan xahiş etmişdir ki, bu obyektə çıxarış almağa da kömək etsin. Rasim də bildirmişdir ki, həmin obyektə çıxarış almaq üçün 85.000 manat pul lazımdır. İlqar isə xahiş etmişdir ki, Rasim bir az ucuz qiymətə məsələni həll etsin. Rasim də 45.000 manata razılaşmışdır. İlqar da qardaşı Vüqar vasitəsi ilə həmin pulu göndərmişdir. 2019-cu ilin mart ayının sonu aprel ayının əvvəlində Bakı şəhəri, Yasamal rayonu, Bakı şəhər X8 İdarəsinin yaxınlığında Vüqar ona 40.000 manat pulu vermişdir. O da Rasimlə Bakı şəhər İcra Hakimiyyətinin qarşısında görüşüb sonuncuya 40.000 manat pulu vermişdir. Bir neçə gün sonra Vüqar yenə də Bakı şəhər X8 İdarəsinin yanında ona 5.000 manat vermişdir. O da Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Koala” parkının yanında Rasimə 5.000 manat pulu vermişdir. O həmin ərəfədə “Kaktus” restoranını təmir etmək üçün İlqardan 25.000 manat pul istəmişdir. İlqar da Vüqarın vasitəsi ilə 25.000 manat pulu verməyə razılaşdıqdan sonra Novxanıda yerləşən “Murad” marketin yanına taksi göndərmişdir. Vüqar da həmin taksi sürücüsü vasitəsi ilə ona 25.000 manat pulu göndərmişdir. O da həmin pulu obyektin təmirinə sərf etmiş, lakin həmin pulu qaytara bilməmişdir. Maştağa ərazisindəki torpaq sahəsinin sənədində göstərilən sahə ilə faktiki sahə üst-üstə düşmədiyindən həmin torpaq sahəsinin özəlləşdirilməsi mümkün olmamışdır. İşlətdiyi “Kaktus” restoranını təmir etdirmək üçün İlqardan 25.000 manat pul almışdır. O, İlqardan aldığı pulları Rasim adlı şəxsə vermişdir. O, Vüqara təsdiqetmə bildirişini vermiş, ona saxta sənəd verməmişdir. Torpaq sahəsinin özəlləşdirilməsini və obyektə çıxarışın alınmasını ondan aslı olmayan səbəblərə görə həll edə bilməmişdir. Binəqədi rayonu ərazisindəki obyektin sənədləşdirilməsi bir az yubanmış, əlavə vaxt lazım olmuş, lakin İlqargil artıq gözləmək istəməyib verdikləri pulları qaytarmağını tələb etmişlər. İlqardan təmir üçün aldığı 25.000 manat pulu geri qaytarmamışdır. Ona pulları Tural və Vüqar vermişdir. Heç kimə özünü vəzifəli şəxs kimi təqdim etməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə qardaşı İlqarın dostu Tural adlı şəxs vasitəsi ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs özünü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçisi kimi təqdim edib inamını qazanmışdır. 2018-ci ilin dekabr ayında Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərzisində yarımtikili almışdır. Orada tikinti aparmaq istədikdə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən buna razılıq verilməmişdir. O da bu barədə qardaşının dostu Tural adlı şəxslə söhbət edən zaman sonuncunun yanında olan Təqsirləndirilən şəxs bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının işlərini görən Kamil adlı şəxslə çox yaxın dostluq münasibəti var, onun vasitəsi ilə həmin tikintiyə icazə ala bilər. Sonra da Taleh həmin Kamil adlı şəxsə zəng edib yaranmış problemi telefonda bildirdikdə Kamil görüşmək lazım olduğunu demişdir. Bundan 2 gün sonra Təqsirləndirilən şəxs onunla görüşüb bildirmişdir ki, Kamil adlı şəxslə danışıb, həmin yerə baxılmalıdır. Kamil adlı şəxs Bakı şəhəri, 8-ci mikrorayon ərazisində almış olduğu yarımtikiliyə gəlib baxdıqdan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin qeyri-yaşayış sahəsinin tikintisinə icazə almaqdan ötrü 70.000 manat pul vermək lazımdır, o da Təqsirləndirilən şəxslə razılaşmışdır. Bundan sonra 2019-cu ilin fevral ayında Təqsirləndirilən şəxslə Yasamal rayonunda yerləşən “Asan” Xidmət Mərkəzinin yaxınlığında görüşərək həmin tikintiyə icazə almaqdan ötrü 45.000 manat pul vermişdir ki, işi görməyə başlasın. Təqsirləndirilən şəxs ona demişdir ki, “təxminən 1-2 ay ərzində bu məsələ öz həlini tapacaq, sen get ona qədər elektrik, su və qaz xətlərinin texniki şərtini al”. Həmçinin o, həmin vaxt Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 40 sot torpaq sahəsinin olduğunu, ancaq həmin torpaq sahəsinə çıxarış ala bilmədiyini demişdir. Təqsirləndirilən şəxs də ona həmin torpaq sahəsinə çıxarışın alınması məsələsini də Sabunçu rayon İcra Hakimiyyətində işləyən Fəxrəddin adlı şəxsin vasitəsi ilə həll edə biləcəyini bildirmişdir. Bundan sonra özünü Sabunçu rayon İcra Hakimiyyətinin işçisi kimi təqdim edən Fəxrəddin adlı şəxs Maştağa qəsəbəsində yerləşən həmin torpaq sahəsinə gəlib baxmışdır. Fəxrəddin həmin torpaq sahəsinə baxdıqdan sonra Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq bildirmişdir ki, bu məsələni həll etmək olar. Təqsirləndirilən şəxs Fəxrəddin adlı şəxslə məsləhətləşdikdən sonra bildirmişdir ki, həmin torpaq sahəsinə çıxarışın alınmasından ötrü 40.000 manat pul istəyiblər, 34.000 manata razılaşdırıb. O da Talehlə razılaşdıqdan sonra sonuncu bildirmişdir ki, hər ikisinin ortaq tanışı Turalın vasitəsi ilə o, həmin 34.000 manat pulu Talehə göndərsin. O da Turalın vasitəsi ilə 34.000 manat pulu Talehə göndərmişdir. 2019-cu iln mart ayında Təqsirləndirilən şəxs zəng edərək bildirmişdir ki, Bakı şəhəri, 8-ci mikrorayon ərazisində almış olduğu yarımtikiliyə icazə məsələsi həll olunur, 70.000 manatdan qalıq qalmış 25.000 manatı çatdırmaq lazımdır. O da 2019-cu ilin mart ayının təxminən 23-də Təqsirləndirilən şəxs göndərdiyi sürücü ilə Novxanı qəsəbəsində yerləşən “Murad” marketin qarşısında görüşərək Təqsirləndirilən şəxs çatdırmasından ötrü 25.000 manat pulu sonuncunun sürücüsünə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs zəng edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində çıxarışların hazır olduğunu bildirərək ona 3 ədəd saxta sənəd olan “təsdiq etmə bildirişi” verib 20 gündən sonra həmin çıxarışları gedib götürə biləcəyini demişdir. O da 20 gündən sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə çıxarışları götürməkdən ötrü getdikdə orada həmin sənədlərin saxta olduğu, ona verilmiş “təsdiqetmə bildirişləri”-ndə olan reyestr nömrələrinin başqa şəxslərə aid olduğu bildirilmişdir. Kamil adlı şəxsi onunla Təqsirləndirilən şəxs tanış etmişdir. Rasim Poladovu tanımır. O, pulu şəxsən Talehin özünə vermişdir. O həmin torpaq sahələrinə çıxarışlar almaq üçün aidiyyatı yerlərə müraciət etsə də, ona imtina məktubları verilmişdir. Təqsirləndirilən şəxs işi həll etmədikdən sonra hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs 104.000 manat maddi ziyanı tam olaraq ödəmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə 15 ildir ki, dostluq münasibəti var. Talehin harada işləməsini bilməsə də, o özünü müxtəlif sahələrdə yüksək vəzifələrdə çoxlu tanışları olan şəxs kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs və onun qardaşı Şahid2la da uzun illərdir ki, dostluq münasibətləri vardır. Vüqar və İlqarın torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı problemləri olduğundan onları Talehlə tanış etmişdir. Taleh də sənədləşmə işində onlara köməklik etmişdir. İlqar və Vüqar 2019-cu ilin əvvəllərində Maştağa qəsəbəsində yerləşən torpaq sahəsinə dair çıxarış almaq istəmiş, buna görə də Vüqar həmin torpaq sahəsinin ilkin sənədlərini ona vermişdir ki, həmin sənədləri Talehə göstərsin. O da həmin sənədləri götürüb Talehlə görüşərək ona göstərmişdir. Taleh bir müddət sonra bildirmişdir ki, həmin sənədi Arxiv İdarəsində yoxlatdırıb, lakin müəyyən edilmişdir ki, həmin sənədin arxiv kökü yoxdur. Buna görə də Taleh həmin sənədləri qaytarmışdır. Aradan xeyli müddət keçdikdən sonra Vüqar ona 34.000 manat pul vermişdir ki, həmin pulu Talehə çatdırsın. O da 2019-cu ilin mart ayının ortasında Talehlə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən X6 Mübarizə Baş İdarəsinin yaxınlığında yerləşən “Samsung” mağazasının yanında görüşüb Talehin idarə etdiyi “BMW” markalı **-KO-*** nömrə nişanlı avtomobildə 34.000 manat pulu ona vermişdir. Bundan sonra 2019-cu ilin mart ayında Vüqar 220.000 manat pula Faiq adlı şəxsdən alğı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu ərazisində olan bir qeyri-yaşayış obyektini almışdır. Həmin obyekt yarımtikili olmaqla çıxarışı olmuşdur. Vüqargil həmin obyekti yenidən təmir etmək istədikdə Faiq və sonuncunun tanışı Hidayət söz vermişlər ki, həmin obyektin tikilməsində və tikintinin başa çatdırılmasında kömək edəcəklər, lakin bu işdə kömək edə bilməmişlər. Həmin vaxt Taleh bildirmişdir ki, bu işdə onlara özü kömək edə bilər. Taleh demişdir ki, həmin yarımtikili obyektin tikintisinin başa çatdırılması üçün sənədləşdirmə işi lazımdırsa o, yaxından kömək edəcək. Sonradan eşitmişdir ki, Vüqar Talehə bu məsələ ilə bağlı 70.000 manat pul vermişdir. O, Talehə Vüqarın ona verdiyi 34.000 manat pulu vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 140-142). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı üzləşdirmə keçirilərkən Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs üzünə qarşı oxşar məzmunlu ifadələr vermişdir (cild 1, iş vərəqə 187-201). Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında X4 Xidmətinin xx xxx 2020-ci il tarixli **********009 nömrəli məktubunda **********, ********** və ********** qeydiyyat nömrəli təsdiqetmə bildirişlərinin qeyd edilən şəxslərin adına deyil, digər fiziki şəxslərin adına olduğu göstərilmişdir (cild 1, iş vərəqə 112). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 4/303 nömrəli rəyindən görünür ki, xx xxx 2019-cu il tarixli **********, ********** və ********** qeydiyyat nömrəli təsdiqetmə bildirişlərində “Rasim Əliyev” yazılarının qarşısındakı imzalar Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur (cild 1, iş vərəqə 162-164). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı “xxxx” MMC-dən x xxxxxx 2020-ci il tarixli 13549/20 saylı məktubla daxil olan məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 2.02.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 67 telefon danışığı, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 7.02.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 43 telefon danışığı, ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 28 telefon danışığı, Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 6 telefon danışığı qeydə alınmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin ***-***-**-** və ***-**-** saylı mobil telefon nömrələri ilə telefon danışıqları qeydə alınmamışdır (cild 1, iş vərəqə 255- 257). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı “xxxx” MMC-dən x xxxxxx 2020-ci il tarixli 11458/20 saylı məktubla daxil olan məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 4.02.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 9 telefon danışığı, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2019-cu il tarixdən 2.03.2020-ci il tarixədək 4 telefon danışığı, ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 7.02.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 58 telefon danışığı, Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 4.02.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 64 telefon danışığı qeydə alınmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin ***-***-**-** və ***-**-** saylı mobil telefon nömrələri ilə telefon danışıqları qeydə alınmamışdır (cild 1, iş vərəqə 259- 261). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və Səbail rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3-1, 29,177.2.4 və 272.2.2-ci maddələri ilə təqsirli bilinib 1 (bir) il müddətə kompüter sistemi ilə fəaliyyət növü kimi məşğul olmaq hüququndan məhrum edilməklə 2.000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı ilə Səbail rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3-1, 29,177.2.4 və 272.2.2-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə kompüter sistemi ilə fəaliyyət növü kimi məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 1 (bir) il sınaq müddəti müəyyən edilmişdir (cild 1, iş vərəqə 44-45; 80-102). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinin tələbinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab edilir. Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Təqsirləndirilən şəxs Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı ilə 2 (iki) il müddətə kompüter sistemi ilə fəaliyyət növü kimi məşğul olmaq hüququndan məhrum edilmə əlavə cəzanın təyin edilib qanuni qüvvəyə mindiyi həmin tarixdən hazırki dövrə kimi 2 ildən artıq müddət keçmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza Cinayət Məcəlləsinin 46.3-cü maddəsinin tələblərinə əsasən icra edilib qurtarmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı ilə ona təyin edilmiş sınaq müddəti başa çatmadan yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, onun əməlində cinayət tərkibinin olması və onun təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli bilinib ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş maddi ziyan tam olaraq ödənildiyindən zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 2). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş maddi ziyan tam olaraq ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şərti məhkum edilmiş Təqsirləndirilən şəxs sınaq müddəti ərzində qəsdən ağır cinayət törətdiyindən ona Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı ilə ona təyin edilmiş şərti məhkum etmə ləğv edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə ona cəza təyin edilməldir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəratinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən bu hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan cəzanı yüngülləşdirən halların olmasını, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş maddi ziyan tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, səmimi peşman olmasını və himayəsində 2 azyaşlı uşağının olmasını qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, onun cəza çəkmədən islah olunması mümkündür və barəsində cəza təyin edilməklə həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə alaraq məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayır. Məhkəmə hesab edir ki, sınaq müddətinin əvvəli hökm icraya yönəldiyi tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində x xxxxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 237-238). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 122 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı ilə təyin edilmiş 3 (üç) il 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin müddəalarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə tətbiq edilməklə ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökmün icraya yönəldiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 122 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-298/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-298/2021
27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver