Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-298/2022 27.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Rusiya Federasiyasının Tümen vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Şiləvar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi, daş karxanasında yerləşən fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2021ci ilin iyun ayının sonlarında “Teleqram” sosial şəbəkəsinin tətbiqi proqramı vasitəsi ilə tanış olduğu 29 fevral 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə pul müqabilində cinsi əlaqədə olmağa razılaşıb, 16 iyul 2021-ci il tarixdə saat 17 radələrində sonuncunun kirayədə yaşadığı ünvan 1 ünvanına gələrək mənzilin yataq otağındakı çarpayının üzərində Zərərçəkmiş şəxs ilə bir dəfə cinsi əlaqədə olaraq sonuncunun cinsiyyət üzvünü öpərək yaladıqdan sonra Zərərçəkmiş şəxs bu qaydada təkrar intim münasibətdə olmaqdan imtina edib, evini tərk etməsi tələbini bəhanə etməklə, heç bir əsaslı səbəb olmadan, özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq, öz davranışı ilə hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərərək, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədlə həmin gün saat 17:40 radələrində mənzilin mətbəxindən götürdüyü dəstəyi qəhvəyi rəngli mətbəx bıçağı ilə mənzilin dəhlizində Zərərçəkmiş şəxs bədəninin həyat üçün vacib olan orqanlarının yerləşdiyi nahiyələrinə çoxsaylı zərbələr endirərək sol tərəfli hemopnevmotarak ilə müşaiyət olunan perikard, ürəyin sol mədəciyi, sol ağciyərin aşağı payının və diafraqmanın sol qübbəsinin zədələnməsi ilə nəticələnən döş qəfəsin sol yarısının ön və yan səthinin sol plevra boşluğuna nüfuz edən 2 ədəd, daxili qanaxma ilə müşayiət olunan mədə-köndələn çənbər bağırsaq bağı, mədə dibinin seroz qişasının zədələnməsi ilə nəticələnən qarının sol yarısının ön səthinin qarın boşluğuna nüfuz edən 1 ədəd, ümumilikdə 3 ədəd kəsilmiş-deşilmiş yaraları həm ayrı-ayrılıqda, həm də ümumilikdə yetirildiyi anda həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, qarının sağ yan səthi və bel nahiyəsinin sol yarısının daxilə nüfuz etməyən 2 ədəd, sol dirsək sinirinin postravmatik nevriti, sol əlin İ, İV, V barmaqlarında bükmə hərəkətlərinin qeyri-sərbəst olması və hissiyyatın zəifləməsi ilə müşayiət olunan sol saidin ön və bayır səthinin 4 ədəd deşilmiş-kəsilmiş yaraları həm ayrı-ayrılıqda, həmdə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, boyunun hər iki yan səthinin sıyrıqları həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, eyni zamanda mənzildə olan çəhrayı rəngi mələfəni Zərərçəkmiş şəxs boğaz nahiyyəsinə dolayıb sonuncunu boğmaq üçün boyun üzvlərini sıxmağa çalışmış, lakin Zərərçəkmiş şəxs aktiv müqavimət göstərməklə yaralı vəziyyətdə ondan yayınıb mənzildən yaşayış binasının blokuna çıxaraq köməyə çağırmaqla qonşuların hadisə yerinə gəlməsi ilə əlaqədar onun ifşa olunmaması üçün mənzilin pəncərəsindən tullanıb hadisə yerindən qaçması və Zərərçəkmiş şəxs qonqşular tərəfindən çağırılmış X9 briqadasının köməyi ilə vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatını xilas etmək mümkün olduğundan o, öz iradəsindən asılı olmayan səbəblərə görə sonuncunu qəsdən öldürməyə yönəlmiş əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2021-ci ilin iyun ayının əvvəllərində “Telegram” sosial şəbəkəsinin tətbiqi proqramında “AMORAL” qrupunda Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Təxminən iyun ayının 7- 8-i aralığında 2 dəfə olmaqla Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən parkda görüşmüş və Zərərçəkmiş şəxs 750 və 850 manat, ümumilikdə 1600 manat pul vermişdir. Zərərçəkmiş şəxs ona qızının xəstə olduğu üçün pula ehtiyacı olduğunu bildirmiş, o da Aygünə həmin vaxt yardım etmək məqsədi ilə pul vermişdir. Daha sonra təkrar olaraq Zərərçəkmiş şəxs ondan pul istəmiş və o da Zərərçəkmiş şəxs kart hesabını göndərməsini demiş, Zərərçəkmiş şəxs xatırlamadığı şəxsin “Kapital bank” kart hesabını ona göndərmişdir. O, həmin kart hesabına “Milliön” aparatı vasitəsi ilə təxminən iyun ayının 16-17-i 550 manat pul köçürmüşdür. Bundan sonra o, Zərərçəkmiş şəxs görməmiş, lakin “Telegram” sosial şəbəkəsində danışmış, daimi olaraq danışdıqlarını və şəkillərini gördüyünə görə Zərərçəkmiş şəxs xoşu gəlmişdir. O, ümumi qrupda danışan zaman Zərərçəkmiş şəxs 150-200 manata məbləğində pul qarşılığında cinsi əlaqədə olmasını yazsa da, onunla fərdi danışan zaman bu barədə bir söz deməmişdir. Hadisə baş verən gün, yəni 16 iyul 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində 3 ədəd marketdən 0.5 litrlik qabda olan “GO” adlı spirtli enerji içkisi alıb içməyə başlamışdır. Həmin gün təxminən saat 15 radələrində Zərərçəkmiş şəxs ilə “Telegram” sosial şəbəkəsinin tətbiqi proqramında danışdığı zaman Zərərçəkmiş şəxs evinə gəlmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs da gələ biləcəyini deyərək yaşadığı evin yerini “WhatsApp” sosial şəbəkəsində “konum” olaraq ona göndərmiş, ilk öncə “Qara Qarayev” metrostansiyasına və oradan piyada mobil telefonda xəritədə göstərilən əraziyə getmiş, həmin ərazi Zərərçəkmiş şəxs yaşadığı binadan iki məhəllə aralıda olmuş, Zərərçəkmiş şəxs göndərdiyi yerə gedib zəng etmiş, Zərərçəkmiş şəxs ona yanında adam olduğunu, bir saata zəng edəcəyini bildirmiş, təxminən bir saat sonra yenidən Zərərçəkmiş şəxs zəng etdikdə ona yaşadığı yerin ünvanını başa salmış, o, “Qara Qarayev” metrostansiyasının çıxışında “Rahat” marketdən iki ədəd 0.5 litrlik qabda olan “Baltika 9” adlı spirtli içki olan pivə alıb Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvan 1 ünvanına getmiş, yolda olan zaman bir ədəd 0.5 litrlik dəmir qabda olan “Baltika 9” adlı spirtli içki olan pivəni içmiş və Zərərçəkmiş şəxs kirayədə yaşadığı evinə gəlmiş, evə daxil olduqdan sonra Zərərçəkmiş şəxs ilə qucaqlaşıb öpüşməyə başlamış, daha sonra mənzilin qonaq otağına keçmiş və Zərərçəkmiş şəxs orada onun aldığı “Baltika 9” adlı pivəni içməyə başlamış, o da bir qədər həmin pivədən içmiş, bundan sonra Zərərçəkmiş şəxs ilə birlikdə evin yataq otağına keçib orada olan çarpayının üzərində bir dəfə təbii yolla cinsi əlaqədə olmuş, cinsi əlaqəni başa çatdırdıqdan sonra Aygün ilk öncə hamam otağına daxil olaraq yuyunmuş, daha sonra o, hamam otağında yuyunmuş və bir qədər sonra onlar yenidən yataq otağına keçib təbii yolla cinsi əlaqədə olmağa başladıqdan 8-10 dəqiqə keçmişdir ki, o, cinsi aktı başa çatdıra bilməmiş və Aygünə gedib yuyunmasını bildirmiş, Aygün də həmin vaxt hamam otağına daxil olmuş və yuyunmağa başlanmış, hamam otağının qapısı açıq olmuş, o, hamam otağında olan Aygüna tərəf yaxınlaşmış və sonuncuya ondan aldığı 2000 manat puldan bir azını qaytarmasını, kredit borcunun olduğunu bildirmiş, Aygün ona “sənə o pulu verməyəcəyəm, sənin heç bir sübutun yoxdur” demiş, həmçinin, Aygünə həmin vaxt zəng gəlmiş, o, başqa bir nəfərin də o getdikdən sonra Aygünün evinə gələcəyini bilmişdir, daha sonra Aygün hamamdan çıxaraq mətbəxə keçmiş və bıçağı götürərək ona tərəf gədərək mənzili tərk etməsini tələb etmiş, həmin vaxt Aygün əlindəki bıçaqla ona tərəf çəkmiş, bıçaq yüngül şəkildə onun sinə nahiyəsinə dəymiş, o, Aygünün əlindəki bıçağı qolunu buraraq almış, Aygün qonaq otağına tərəf gedən zaman o, Aygünün sağ tərəfində qalmış və əlindəki mətbəx bıçağı ilə Aygünün sağ qolaltı nahiyəsinə bir dəfə zərbə vurmuş, lakin zərbə güclü olmamış, buna baxmayaraq zərbənin təsirindən Zərərçəkmiş şəxs mənzilin dəhlizində kürəyi üstə yerə yıxılmış, o, əlindəki bıçağı dəhlizə atmış, həmin vaxt Zərərçəkmiş şəxs və onun əynində paltar olmamış, Zərərçəkmiş şəxs yerdə olan zaman o, sakit olmasını, tibbi yardım çağırdığını bildirmiş, Zərərçəkmiş şəxs qışqırmaq istəyən zaman hamam dəsmalını Zərərçəkmiş şəxs başına keçirib sıxmağa başlamış, sonuncu yerdə olan bıçağı götürüb müqavimət göstərərək onu vurmaq istəyən zaman bıçaq onun sol və sağ qoluna və sinə nahiyəsinə dəymiş və sıyrıq xəsarəti almış, bundan sonra bıçağı Zərərçəkmiş şəxs əlindən almış və həmin bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə yetirmiş, içkili olduğuna görə dəqiq olaraq Zərərçəkmiş şəxs neçə bıçaq zərbəsi yetirdiyini xatırlamasa da, bıçaqları təxminən sinə, qol və kürək nahiyələrinə vururaraq xəsarət yetirdiyini bilmiş, Zərərçəkmiş şəxs öldürmək fikrində olmamış, Zərərçəkmiş şəxs üstündən qalxıb təcili yardıma zəng etmək istəyən zaman Zərərçəkmiş şəxs qaçaraq mənzilin qapısını açıb bloka çıxmış və qışqırıb köməyə çağırmış, bu səbəbdən o, dərhal şalvarını geyinib Zərərçəkmiş şəxs yaşadığı mənzilin qonaq otağından eyvana keçmiş və oradan yerə tullanmış, ilk öncə aşağı mərtəbədə yaşayanların istifadə etdiyi paltar ipinə ilişmiş və daha sonra yerə yıxılmış və ayağa qalxıb ayaqyalın və köynəksiz yarıçılpaq vəziyyətdə “Neftçilər” metrostansiyası istiqamətində qaçmış, orada tanımadığı mağazaya girib özünə bir ədəd köynək və bir cüt ayaqqabı almış, tanımadığı taksi ilə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində “Saat” adlanan ərazidə mağazadan özünə bir ədəd şalvar alıb, həmin mağazada əynindəki şalvarı dəyişmiş və həmin taksi ilə “20 Yanvar” metrostansiyasının yaxınlığına getmiş, “20 Yanvar” metrostansiyasının yaxınlığında hadisə zamanı əynində olan şalvarı yerə atmış, daha sonra orada tanımadığı bir taksi ilə Lənkəran şəhərinə getmiş, həmin gün saat 21 radələrində Lənkəran şəhərinə çatmış və orada əmisi oğlu Cəmil Məmmədov ilə görüşərək Bakı şəhərində yıxıldığını və ayağının burxulduğunu bildirmiş və onu həkimə aparmasını xahiş etmiş, Cəmil onu adını xatırlamadığı “sınıqçı” qadının yanında aparmış, sınıqçı qadına yıxıldığını bildirmiş və həmin qadın onun ayağına yumurtanın sarısından sarğı qoyaraq ayağının əzildiyini bildirmiş, təxminən saat 00 radələrində o, dayısı Elnur Rzayevin yaşadığı Lənkəran rayonu, Şilavar kəndindəki fərdi yaşayış evinə getmiş, lakin dayısına hadisə barəsində məlumat verməmiş, dayısına pilləkəndən yıxılıb ayağını əzdiyini, səhəri gün Bakı şəhərinə gedəcəyini bildirmiş, 17 iyul 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhərinə gəlmiş və Nardaran qəsəbəsində dəniz kənarına getmiş, iki gün həmin ərazidə qalmış, daha sonra könüllü surətdə təslim olmağının daha yaxşı olacağını düşünmüş və piyada Maştağa qəsəbəsi istiqamətdə atasının yaşadığı yerə getmiş, 19 iyul 2021-ci il tarixdə atasıınn yaşadığı ünvana gedərək atasını görmüş və törətdiyi cinayət hadisəsini danışmış, atası həmin vaxt ona təcili olaraq “səni aparıb polis şöbəsinə təslim edəcəyəm” demiş və atası dostu Elçinə zəng edərək birlikdə onu götürüb Nizami RPİ-nin 25-ci PŞ-nə aparıb təhvil vermişlər. Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə öldürmək niyyəti olmamış, Zərərçəkmiş şəxs onun pulunu qaytarmaqdan imtina edərək, onunla kobud danışması, həmçinin, onun evdən getməsini tələb edərək, başqa şəxsi evə dəvət etməsi səbəbindən əsəbləşərək vurmuş, lakin onu öldürmək fikrində olmamış, hazırda əməlindən də səmimi peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, X5 ilə ailə həyatı qurmuş, həmin evlilikdən Zəhra Hüseynzadə adlı qızı dünyaya gəlmiş, 2017-ci il tarixdə Çingiz Hüseynovdan boşanmış və bundan sonra bir müddət restoranlarda ofisiant kimi işləmiş, daha sonra kişilərlə pul qarşılığında cinsi əlaqədə olub pul qazanmış, bundan əlavə müğənni kimi də işləmişdir. “Telegram” sosial şəbəkəsinin tətbiqi proqramında özünə “Kristina” adı ilə hesab açmış, “Kristina Beybiləri” adına özünə qrup yaratmış və həmin qrupda 150 manat qarşılığında cinsi əlaqədə olduğunu da qeyd etmişdir. Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin iyun ayının sonlarında ona “Telegram” sosial şəbəkəsinin tətbiqi proqramında şəxsidə yazmış, ondan çılpaq şəkillərini göndərməyini tələb etmiş, o, Təqsirləndirilən şəxs “Telegram” sosial şəbəkəsinin tətbiqi proqramında heç kimə çılpaq şəkillərini atmadığını bildirmiş və sonuncunu qara siyahıya atmışdır. Hadisə baş verən gün, yəni 16 iyul 2021-ci il tarixdə saat 15-16 radələrində “Telegram” sosial şəbəkəsinin tətbiqi proqramında Təqsirləndirilən şəxs ona yazıb yanına gəlmək istədiyini bildirmiş, o, “WhatsApp” sosial şəbəkəsinin tətbiqi proqramında Təqsirləndirilən şəxs yaşadığı evin xəritəsini “konum” olaraq atmış, təxminən saat 17 radələrində Təqsirləndirilən şəxs “WhatsApp” sosial şəbəkəsində ona şəkil ataraq “Araz” marketin yanında olduğunu yazmış, o, Təqsirləndirilən şəxs zəng edərək yaşadığı evin yerini başa salmış, bundan sonra Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmiş və əlində bir ədəd 0.5 litrlik dəmir qabda “Baltika 9” adlı pivə gətirmişdir. Təqsirləndirilən şəxs evə daxil olan andan onu qucaqlayıb öpməyə başlamış, onlar birlikdə evin qonaq otağına keçmiş və o, Təqsirləndirilən şəxs aldığı pivəni içmiş və birlikdə siqaret çəkmişlər, soyuducudan üzüm götürüb birlikdə üzüm yemiş, bir müddət söhbət etdikdən sonra Təqsirləndirilən şəxs ona 100 manat məbləğində pul vermiş və hamam otağına keçib yuyunmağa başlamış, Təqsirləndirilən şəxs sonra o, hamam otağına keçib yuyunmuş və sonra birlikdə evin yataq otağına keçib bir dəfə təbii yolla cinsi əlaqədə olmuş, cinsi əlaqə zamanı Təqsirləndirilən şəxs onun cinsiyyət orqanını öpüb yalamış, bundan sonra o, Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olmağa iyrənmiş, buna görə o, Təqsirləndirilən şəxsla təkrar cinsi əlaqədə olmaq istəməmiş və narazılığını bildirmiş, həmçinin evindən çıxıb getməsini tələb etmiş, Təqsirləndirilən şəxs hamam otağına keçib yuyunmuş, daha sonra o da hamam otağına keçərək yuyunmuş, yuyunduqdan sonra hamam otağından çıxdıqda Təqsirləndirilən şəxs qarşısında çılpaq şəkildə olduğunu görmüş, Təqsirləndirilən şəxs nəyə görə əynini geyinib çıxıb getmədiyini soruşmuş, sonuncu ona yenidən cinsi əlaqədə olmağı təklif etmiş, lakin o, Təqsirləndirilən şəxs təklifini qəbul etməyərək evini dərhal tərk etməsini tələb etmiş, həmin vaxt hər ikisi tam çılpaq olmuş, Təqsirləndirilən şəxs qəflətən mənzilin dəhlizində yaxınlaşıb onu qucaqlayıb yerə yıxmış, o, kürəyi üstə yerə yıxılmış, yerə yıxılan kimi Təqsirləndirilən şəxs onu bıçaqla vurmağa başlamış, o, yerdə Təqsirləndirilən şəxs müqavimət göstərmiş, həmin vaxt bıçaq Təqsirləndirilən şəxs əlindən yerə düşmüş, o, yerdə olan bıçağı əlinə götürmüş və ayağa qalxıb qapıya tərəf qaçmaq istəyən zaman ayağı sürüşərək yerə yıxılmış, Təqsirləndirilən şəxs evdə olan çəhrayı rəngli dəsmalı götürüb onun boğazına keçirib boğmağa çalışmış, daha sonra Təqsirləndirilən şəxs bıçağı onun əlindən alıb bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmiş, o, yerdə olan zaman Təqsirləndirilən şəxs onu öldürməməsini xahiş etmiş, lakin Təqsirləndirilən şəxs onun sözlərinə məhəl qoymayaraq hərəkətlərini davam etdirmişdir. Həmin zaman o, qışqırıb kömək istəmiş, Təqsirləndirilən şəxs onu buraxmış və qapını açıb köməyə çağıra-çağıra beşinci mərtəbəyə qalxmış, qonşular ona kömək edərək X9 briqadasına məlumat vermiş, təxminən 10 dəqiqədən sonra X9 stansiyasının həkim briqadası gələrək onu 3 saylı şəhər kliniki xəstəxanaya aparmışlar. Xəstəxanada o, cərrahi əməliyyat olunduqdan sonra həyatı xilas olunmuşdur. Təqsirləndirilən şəxsla hadisədən əvvəl heç vaxt görüşməmiş, ondan hər hansı məbləğdə borc pul almamış, özünün «Kapital Bank»-da hesabı olmamış, hər-hansı bir şəxsin bank hesabını Təqsirləndirilən şəxs göndərməmişdir. Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ona məxsus ünvan 1 ünvanında təxminən 8 ay müddətində 350 manat müqabilində kirayədə yaşamış, Zərərçəkmiş şəxs pul qarşılığında kişilərlə cinsi əlaqədə olduğundan məlumatı olmamışdır. Lakin hadisə günü, yəni 16 iyul 2021-ci il tarixdə saat 19 radələrində tanımadığı polis əməkdaşı zəng edərək ona məxsus evdə naməlum şəxs tərəfindən Zərərçəkmiş şəxs bıçaqlandığını bildirmişdir. Həmin gün şəhər kənarında olduğu üçün hadisə yerinə gələ bilməmiş, lakin ertəsi gün, 17 iyul 2021-ci il tarixdə ona məxsus mənzilə gəldikdə ortalığın qan içində olduğunu görmüşdür. O, hadisə barədə qonşulardan öyrənmiş, qonşular ona 16 iyul 2021-ci il tarixdə, saat 17:30 radələrində Zərərçəkmiş şəxs qışqırıq səslərini eşidib bloka çıxarkən Aygünün çılpaq şəkildə qan içində pilləkəndə oturduğunu və tanımadığı şəxs tərəfindən bıçaqlandığını, sonra həmin şəxsin mənzilin pəncərəsindən özünü aşağı ataraq qaçdığını bildirmişlər. Onun bu eşitdiklərindən başqa heç bir məlumatı olmamış, o, Zərərçəkmiş şəxs müğənni kimi tanımış, onun fahişəliklə məşğul olduğunu bilməmişdir. Zərərçəkmiş şəxs fahişəliklə məşğul olduğunu bilsəydi evi ona kirayəyə verməzdi. Məhkəmədə şahid qismində dindirlmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. O, ailəsindən boşandığı üçün ayrı yaşamış, Təqsirləndirilən şəxs isə anası Səlimə Məmmədova ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi, daş karxanasının yaxınlığında ünvansız fərdi yaşayış evində yaşamışlar. Oğlu Təqsirləndirilən şəxs cinayət törətməsi barədə 19 iyul 2021-ci il tarixdə məlumatı olmuşdur. Belə ki, oğlu Təqsirləndirilən şəxs onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evinə gələrək onunla söhbət etmək istədiyini bildirmiş, söhbət zamanı oğlu Əli ona cinayət törətdiyini, pul qarşılığında münasibətdə olduğu qızı bıçaqladığını bildirmiş, o da dərhal dostu Elçin Hüseynovla birlikdə Əlini götürərək Bakı şəhəri, Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinə gətirərək təhvil vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 da Şahid4 ilə eyniməzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Bakı şəhəri Nizami rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsində işləyir. Hazırki cinayət işi üzrə ibtidai istintaq onun tərəfindən aparılmış və ittiham aktı tərtib edilmişdir. Cinayət işi üzrə şahidlər Şahid1 və Şahid2 məhkəmədə ifadə verən zaman ümumiyyətlə ibtidai istintaq zamanı onlardan ifadə alınmaması, dindirilmə protokolunda olan imzaların onlara aid olmaması barədə açıqlamasında qeyd etdi ki, ibtidai istintaq zamanı həmin şahidləri bir neçə dəfə istintaq orqanına dəvət etmişdir. Lakin onlar gəlmədikləri üçün ünvanlar üzrə ifadələrini əlyazma şəklində qeyd etmiş, daha sonra xidməti otağında həmin əlyazmalardan ifadələri kompyuterə köçürərək çap etmişdir. Həmin şəxsləri ifadələrini oxuyub imza etmələri üçün çağırmış, lakin uşağının xəstəliyi ilə bağlı onu cərrahiyə əməliyyatına aparmaq üçün iş yerini tərk etməli olmuşdur. Bununla bağlı həmin şahidlərə dindirmə protokolunun təqdim edilərək imzalanmasını digər əməkdaşlardan xahiş etmişdir. Həmin protokolların həqiqətən Şahid1 və Şahid2 tərəfindən imzalanması barədə dəqiq məlumatı yoxdur. Məhkəmə-tibbi ekspertizasının 23.07.2021-ci il tarixli 622 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər- sol əlin ovuc səthinin İİ və V daraq sümüyü proeksiyalarının, sol əlin ön səthində İ barmağın proksimal falanqasının, sol saidin ön səthinin səthi kəsilmiş yaraları; sol bazunun arxa səthinin sağ bazunun ön səthinin, döş qəfəsinin sol yarısında İİİ qabırğa proeksiyasının, sağ disək çuxurunun, döş qəfəsinin və qarnın sol arxa səthinin, sol baldırın bayır səthinin, sağ baldırın bayır səthlərinin sıyrıqları olmuşdur. “Səthi kəsilmiş yaralar” kəsici kənara malik əşyanın ola bilsinki bıçağın təsirindən yaranmışdır. “Sıyrıqlar”isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsbiri hissəsində göstərilən müddətdə, yəni 16.07.2021-ci il tarixdə yaranmaları istisna olunmur, həm ayrı-ayrılıqda, həmdə ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. (iş vərəqə 163-164) Məhkəmə-tibbi ekspertizasının 25.08.2021-ci il tarixli 747 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol tərəfli hemopnevmotarak ilə müşaiyət olunan perikard, ürəyin sol mədəciyi, sol ağciyərin aşağı payının və diafraqmanın sol qübbəsinin zədələnməsi ilə nəticələnən döş qəfəsin sol yarısının ön və yan səthinin sol plevra boşluğuna nüfuz edən 2 ədəd deşilmiş-kəsilmiş yarası; daxili qanaxma ilə müşayiət olunan mədə-köndələn çənbər bağırsaq bağı, mədə dibinin seroz qişasının zədələnməsi ilə nəticələnən qarının sol yarısının ön səthinin qarın boşluğuna nüfuz edən 1 ədəd deşilmi-kəsilmiş yarası; qarının sağ yan səthi və bel nahiyəsinin sol yarısının daxilə nüfuz etməyən 2 ədəd deşilmişkəsilmiş yarası; sol dirsək sinirinin postravmatik nevriti, sol əlin İ, İV, V barmaqlarında bükmə hərəkətlərinin qeyri-sərbəst olması və hissiyyatın zəifləməsi ilə müşayiət olunan sol saidin ön və bayır səthinin 4 ədəd deşilmiş-kəsilmiş yarası; boyunun hər iki yan səthinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər deşici-kəsici əşyanın (əşyaların), ola bilsin ki, bıçağın (bıçaqların); sıyrıqlar isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 16.07.2021-ci il tarixdə yarana bilər, dərəcəsinə görə döş qəfəsin ön, sol, yan səthinin 2 ədəd və qarının ön səthinin 1 ədəd, ümumilikdə 3 ədəd daxilə nüfuz edən kəsilmiş-deşilmiş yaraları həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya; digər kəsilmiş-deşilmiş yaralar həm ayrı-ayrılqda, həmdə ümumilikdə sağlamlığın qısa müddətdə polulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya; sıyrıqlar isə həm ayrı-ayrılqda, həm də ümumilikdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. (iş vərəqə 165- 168) Məhkəmə kriminalistik ekspertizasının 20 avqust 2021-ci il tarixli 448-2021/ MTKŞ nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Üzərilərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. (iş vərəqə 170-173) Məhkəmə-bioloji ekspertizasının 20 avqust 2021-ci il tarixli 617/MTBŞ-2021 №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd bıçaq və 04 ədəd çubuğa sarınmış pambıq üzərində insan qanı aşkar olundu. Həmin qan ləkələrində qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda yalnız H antigeni alındı. H antigeni O (İ) qrupunu xarakterizə etdiyindən, aşkar olunmuş qan ləkələri Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncunun bədənində hadisə zamanı qanaxma ilə müşəayiət olunan xəsarət olubsa). (iş vərəqə 175-180) İş materiallarında olan AR Səhiyyə Nazirliyi Respublika X1 Hüquqi Şəxsinin 28.08.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışlar. (iş vərəqə 238) İş materiallarında olan AR Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ərazi X2 Lənkəran rayon X4 Hüquqi şəxsinin 01 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Məmmədov X3 xəstəxanasında qeydiyyatda dayanmır. (iş vərəqə 245) Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini və iş üzrə sübutları tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən AR CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. AR Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin AR CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi qiymətdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində izah olunur qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Birbaşa qəsdin tərifini təsbit edən CM-nin 25.2-ci maddəsinə görə, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab edilir. X7 4-cü bəndində izah olunur ki, Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsində tövsifedici əlamətlər və CM-in 121-123-cü, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədi ilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs birbaşa qəsdlə (həyatdan məhrum etməyi arzu edərək), zərərçəkmiş şəxsə bıçaqla çoxsaylı zərbələr vurmuş, lakin iradəsindən asılı olmayan səbəblərdən Zərərçəkmiş şəxs öldürmək məqsədinə çata bilməmiş, cinayətkar hərəkətini başa çatdırmadığından, onun əməli düzgün olaraq qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilmişdir. X7 6-cı bəndinin 1-ci abzasında qeyd edilir ki, qəsdən adam öldürmə o vaxt AR CMin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Qeyd olunan Plenum qərarının 6-cı bəndinin 3-cü abzasına əsasən, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Münaqişə və ya dalaşma zamanı qəsdən adam öldürmə, bir qayda olaraq, zərər çəkmiş şəxsi qətlə yetirməyə əvvəlcədən düşünülməmiş niyyətin olması ilə xarakterizə olunur. Tövsifedici əlamətlər olmadan dalaşma zamanı adam öldürmə tərəflərdən hansının dalaşmanın təşəbbüskarı kimi çıxış etməsindən, habelə dalaşmanın qarşılıqlı olubolmamasından asılı olmayaraq hər bir halda CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Ümumiyyətlə, AR CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş qəsdən adam öldürməyə qısqanclıq, qisas motivləri, şəxsi qərəzlik, nifrət, paxıllıq hissi ilə, habelə şəxsi münasibətlər zəminində yaranan mübahisə və ya dalaşma zamanı qəsdən adam öldürmə halları aid edilir. Qısqanclıq motivi ilə adam öldürmə ağırlaşdırıcı və ya yüngülləşdirici hallar olmadıqda AR CM-in 120.1-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Əməlin AR CM-in 120.1-ci maddəsi ilə tövsif olunması üçün həqiqi, yaxud xəyali (həqiqətdə mövcud olmayan) qısqanclıq hissinin olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Qısqanclıq hissi ilə adam öldürməni xuliqanlıq niyyəti ilə adam öldürmədən fərqləndirmək lazımdır. Xuliqanlıq niyyəti ilə adam öldürmədə qısqanclıq hissi yalnız bəhanə kimi istifadə olunur. Bu halda zərərçəkmiş şəxs təqsirkara qısqanclıq hissinin yaranması üçün heç bir səbəb vermir. Həmçinin, şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə qəsdən adam öldürmə zərərçəkmiş şəxsin qətlə yetirmədən bilavasitə əvvəl, yaxud keçmişdə etdiyi müxtəlif hərəkətlərlə əlaqədar olaraq törədilir. Qisas motivinin yaranmasında zərərçəkmiş şəxsin mühüm rol oynayan hər hansı hərəkətinin hüquqi, yaxud qeyri-hüquqi olmasının əməlin AR CM-in 120.1-ci maddəsi ilə tövsifi üçün əhəmiyyəti yoxdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə öldürmək niyyətində olmamış, Zərərçəkmiş şəxs onun 2000 manat pulunu qaytarmaqdan imtina edərək, onunla kobud danışması, həmçinin, onun evdən getməsini tələb edərək, başqa şəxsi evə dəvət etməsi səbəbindən əsəbləşərək xuliqanlıq niyyəti ilə deyil, qisas və qısqanclıq motivi ilə qəsdən öldürməyə cəhd etmişdir. Belə ki, adam öldürmə və ya adam öldürməyə cəhd etmə cinayətində motivin müəyyən edilməməsi əməlin xuliqanlıq niyyəti ilə adam öldürmə kimi tövsif edilməsinə əsas vermir. Xuliqanlıq motivi AR CM-in 120.2.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin məcburi elementidir və hər bir iş üzrə işin bütün hallarının məcmusu əsas götürülməklə müəyyən edilməlidir. Anlaqlı şəxs tərəfindən qəsdən törədilən hər bir hərəkət kimi, qəsdən adam öldürmə cinayətinin də motivsiz törədilməsi qeyri-mümkündür. Ona görə də belə hallarda motivin müəyyən edilməməsi tam və hərtərəfli məhkəmə araşdırmasının nəticəsi olaraq ortaya çıxmalıdır. Hər bir halda, əgər motiv müəyyən edilməmişdirsə, təqsirkarın əməli CM-in 120.2.2-ci maddəsi ilə deyil, 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Eləcə də, dalaşma və ya münaqişə zəminində qəsdən adam öldürməyə cəhd etmənin xuliqanlıq niyyətilə qəsdən adam öldürmədən fərqləndirilməsi iki istiqamətdə həyata keçirilir. Əgər dalaşma və ya münaqişənin təşəbbüskarı zərərçəkmiş şəxsdirsə və dalaşmaya onun əxlaqa və hüquqa zidd davranışı səbəb olmuşdursa, təqsirkarın həmin şəxsi qətlə yetirməyə cəhd etməsi CM-in 29, 120.2.2-ci maddəsi ilə deyil, 29, 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurması üçün bəhanəni özü yaratmamış, yalnız Zərərçəkmiş şəxs onun pulunu qaytarmaqdan imtina etməsi, onu təhqir etməsi və başqa şəxsi evə dəvət etdiyi üçün onu evdən qovmasından sonra o, zərərçəkmiş şəxsi həyatdan məhrum etməyə cəhd etmişdir. Belə olan halda məhkəmə yuxarıda göstərilən xüsusatları və təkzibedilməz sübutların məcmusunu əsas tutaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinə tövsif edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 242-244) Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli qismən etiraf edərək peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarın 9-cu bəndinin 2-ci və 3-cü abzasına əsasən, Cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar CM-in 63.2 və 63.3-cü maddələrilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviriəsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən çox olmamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan 20 iyul 2021-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Nizami rayon məhkəməsinin 4(007)- 194/2021 nömrəli 21.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 iyul 2021-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 48-50, 117-119) Odur ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 20 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan 01 ədəd dəstəyi qəhvəyi rəngli mətbəx bıçağı, 04 ədəd ayrı-ayrı zərflərdə steril pambıqlı çubuğa hopdurulma üsulu ilə götürülmüş qan nümunəsi, 01 ədəd çəhrayı rəngli mələfə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 180 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan 01 ədəd dəstəyi qəhvəyi rəngli mətbəx bıçağı, 04 ədəd ayrıayrı zərflərdə steril pambıqlı çubuğa hopdurulma üsulu ilə götürülmüş qan nümunəsi, 01 ədəd çəhrayı rəngli mələfə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 180 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-298/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-298/2022
27.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver