Məhkəmə qərarları › İş №1(101)-298/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-298/2025

09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-298/2025 09.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X1 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Fakhrat Mamedov (Мамедов Фахрат Салам оғлу) nümayəndəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə2, Müdafiəçilər Bakı şəhər 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, ailəli, himayəsində üç azyaşlı uşaqları olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissəsində – CM) 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib, əmlak hüquqlarını əldə edərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Azərbaycan və Estoniya Respublikalarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan dayısı Rusiya Federasiyasının vətəndaşı Zərərçəkmiş şəxs yaxın qohumluq əlaqələrindən və inamından istifadə edərək sonuncu əcnəbi olduğundan və əksər vaxtlarda ölkə hüdudlarından kənarda yaşadığı üçün Azərbaycan Respublikası ərazisində mülkiyyətində daşınmaz əmlaklar olmasının hüquqi cəhətdən çətinliklər yaradacağını, habelə rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti ilə bağlı alacağı qoşqulu, böyük tonnajlı yük avtomobillərinin hüquqi şəxs olan həmin şirkətin adına rəsmiləşdirəcəyi halda gömrük və digər dövlət rüsumlarının yüksək qiymətlərlə olacağını, sonradan satacağı təqdirdə daha çox vergi ödəməli olduğunu bildirib həmin əmlakların fiziki şəxs olaraq öz adına sənədləşdirməklə Zərərçəkmiş şəxs istədiyi vaxt bu əmlaklar üzərində sərəncam verməsinə icazə verəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə özünə inandırdıqdan sonra vahid niyyətlə əhatə olunmuş qəsdlə 27 aprel 2018-ci il tarixdə Baş Dövlət Yol Polisi İdarəsinin Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolunda yerləşən X2 Zərərçəkmiş şəxs tərəfindən dəyəri tam ödənilməklə satın alınmış həmin dövrün məzənnəsi ilə 73265 manat təşkil edən 35000 Avro dəyərində “Volvo FH yük” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini, 52325 manat təşkil edən 25000 Avro dəyərində “Krone Yarımqoşqu” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, 14 noyabr 2019-cu il tarixdə həmin ünvanda 35685 manat təşkil edən 19000 Avro dəyərində “Krone SDR 27 yarımqoşqu” markalı 99- ZF-790 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, 28 noyabr 2019-cu il tarixdə ünvan 2 ünvanında yerləşən Bakı şəhəri 21 saylı notariat ofisində Zərərçəkmiş şəxs tərəfindən dəyəri tam ödənilməklə satın alınmış 86000 manat dəyərində Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1922 nömrəli fərdi yaşayış evini adına rəsmiləşdirməsinə nail olmaqla həmin əmlaklar üzərində tam sərəncam vermək hüququ əldə edərək həmin əmlakları və əmlaklara olan hüquqları etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 247275 (iki yüz qırx yeddi min iki yüz yetmiş beş) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Azərbaycan və Estoniya Respublikalarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan dayısı Rusiya Federasiyasının vətəndaşı Zərərçəkmiş şəxs yaxın qohumluq əlaqələrindən və inamından istifadə edərək rəhbəri olduğu "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı alacağı qoşqulu böyük tonnajlı yük avtomobillərinin hüquqi şəxs olan həmin şirkətin adına rəsmiləşdirəcəyi halda gömrük və digər dövlət rüsumlarının yüksək qiymətlərlə olacağını, sonradan satacağı təqdirdə daha çox vergi ödəməli olduğunu bildirib həmin əmlakların fiziki şəxs olaraq öz adına sənədləşdirməklə Zərərçəkmiş şəxs istədiyi vaxt bu əmlaklar üzərində sərəncam verəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə özünə inandırdıqdan sonra vahid niyyətlə əhatə olunmuş qəsdlə Baş Dövlət Yol Polisi İdarəsinin Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolunda yerləşən X2 19 may 2021-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 45760 manat təşkil edən 22000 Avro dəyərində “Krone SDR 27 yarımqoşqu” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, həmin dövrün məzənnəsi ilə 56160 manat təşkil edən 27000 Avro dəyərində “Scania R420 yük” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini, 16 iyun 2021-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 61830 manat təşkil edən 30000 avro dəyərində “Krone SDR 27 yarımqoşqu” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, həmin dövrün məzənnəsi ilə 103050 manat təşkil edən 50000 avro dəyərində “Volvo FH yük” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini və 18 avqust 2021-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 53865 manat təşkil edən 27000 Avro dəyərində “X14 1841 yük” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili adına rəsmiləşdirməsinə nail olmaqla həmin əmlaklar üzərində tam sərəncam vermək hüququ əldə edərək ələ keçirib Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 320665 manat yəni, külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə Azərbaycanda və Estoniyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan dayısı Rusiya Federasiyası vətəndaşı Zərərçəkmiş şəxs ona olan inamından istifadə edərək sonuncuya Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Azinko” şirkəti tərəfindən inşa edilən yeni tikili binada 165 kvadrat metr sahəlik mənzili 3 ədəd qarajla birlikdə 220000 ABŞ dollar qiymətində onun üçün alacağını yalan vəd verərək üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 2021-ci ilin sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə Zərərçəkmiş şəxs tanışı Şahid1 vasitəsilə ünvan 4 ünvanında yerləşən “Elit” ticarət mərkəzinin qarşısında həmin dövrün məzənnəsi ilə 374000 manat təşkil edən 220000 ABŞ dollar pulu alıb ələ keçirməklə təkrarən külli miqdarda dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, onlar daimi bizneslə məşğul olmuşlar. "xxxx" MMC-in təsisçi direkoru o, olmuşdur. Orda onunla Zərərçəkmiş şəxs birgə qazancları olmuşdur, hər şey onlarda biznes fəaliyyəti ilə başlamışdır. Problemləri olmamış, dayısının adına da, onun adına da mal, mülk alınmışdır. Proseslər 2020-ci ilə qədər, o, 44 günlük Vətən müharibəsinə gedənə qədər, mal, mülklə bağlı onların aralarında heç bir narazıçılıq olmamışdır. O, müharibəyə getmiş, gəldikdən sonra ortaya Şahid3, Müdafiəçi1, bir də Vilayət kimi şəxs çıxmışlar. Vilayəti o, çoxdan tanıyır. Vilayət ilk özü ona ev satmışdır, həmin evdə problem var idi, yəni sonradan çıxarışı ləğv olunmuşdur. Vilayəti 2019-cu ildən həmin işdən tanıyır. O, müharbəyə gedib gələndən sonra işində nöqsan axtamağa başlamışlar. Faiqlə Vilayət qırağdan müdaxilə etməyə başlamışlar. İşlərinə şərik qoşulmaq istəmişlər, sonuncularla işləri olub, amma şəriklikləri olmamışdır. İş əsnasında işləri olmuşdur, onlar balıq gətirib, balıq satmışlar. Müharibədən gələndən sonra söz-söhbətlər başlamışdır ki, onlar bura Faiqgili şərik qoşsunlar. O, işlərinin getdiyini, şərik lazım olmadığını demişdir. Faiqgil bu işə girmək istədiklərini demişlər. Burda etirazlar olmuşdur. Bunlar ilkin olaraq onu aparıb Binəqədi rayon Polis İdarəsinə vermişlər. İdarədə də bu işə baxıb qəbul etməmişlər, faktiki olaraq bunu invoysla onun aldığını, onun olduğunu demişlər. Üstündən bir müddət keçmiş, onlar Bakı şəhər Baş Polis İdarəsinə şikayət vermişlər. Bakı şəhər Baş Polis İdarəsinə verəndə orda müstəntiq onu çağırmışdır. Ona 200.000 dollar pul verdiklərini demişlər. O, hələ bilməmişdir ki, Faiqgil ssenari qurmuşlar ki, güya ona pul vermişlər. Müstəntiq şahidlər olduğunu demiş və proseslər başlamışdır. Faiqgil gəlib orda pul verdiklərini demişlər. Evlə bağlı, təmirlə bağlı o, hamısını yazmışdır və qeyd etmişdir. Sonra güya iki nəfərin gəlib Elitin yanında ona 220.000 dollar pul verdiklərini demişlər. Vilayət dedi Elitin sağında, Faiq dedi Eltin solunda pul vermişlər. Biri dedi qara sellofanda, biri dedi pulu görməmişdir. Vilayətin verdiyi ifadəsində də pulu görmədiyini demişdir. Belə proseslər getmiş, tutulma mərhələsinə gələndə atası dövlət işində işlədiyinə görə onu atası ilə təhdid etməyə, hədəqorxu gəlməyə başlamışlar. O da şikayətlərini bildirmişdir. Onun borcudur gedib vətənə qulluq etmək, o, 3 uşağını atıb getmişdir. Bu onun özü üçün baş ucalığıdır, özü üçün vicdanı rahatdır, amma o, bir quruma getmişdir, bir qurumda da onun işinə baxan olmamışdır. Bakı şəhər prokurorluğunun qəbulunda olmuşdur, onu yola vermişlər, ona get qaytar demişlər. Onu Xətaidə MSY-yə salmışlar, onun işinə aid olmayan prokuror ona orda hədə-qorxu gəlmişdir. O, prokuroru da tanıyır, yanına gəlib şikayət də vermişdir, sonuncu şikayətə heç düzgün baxılmamışdır. Bakı şəhər Baş Polis İdarəsinin qurması ilə onu tuta bilməmişlər, 220.000 dolların söhbətini ortaya atmışlar, başqa yolla onu tuta bilməmişlər. O, ifadələrində də bildirmişdir ki, nə alınıb biznesin pulu ilə alınıb. Belə onu oyuna gətirmişlər, axırda da həbs qətimkan tədbiri seçilmişdir, Xətai Rayon Məhkəməsi buna baxmışdır. Onun həmin puldan heç xəbəri də yoxdur, heç olmasa tarix desinlər, 220.000 dollar az pul deyil. Vilayət də gəlib demişdir ki, bu Fərhadındır, bunu o, pulu ilə almışdır. 220.000 dolların verilməsi ilə bağlı bildirir ki, o, heç həmin pulu görməmişdir, Narimanovda yeni binanı deyirlər, anten dairələri çıxartsınlar, o, binaya getməmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, iki epizod üzrə göstərilənlər isə, onun olanı pula çevirib məbləğ kimi üzərinə yazırlar ki, üzərində bu məbləğ olsun. Onun olanın invoysu var, Fərhadın adına olanlar Fərhadındır. 3-cü epizod üzrə 220.000 dolların ona heç bir aidiyyatı yoxdur, bu epizod heç olmamışdır. Orda yazıblar 4 qaraj alıb. O, 4 qarajın əvəzinə ev alar. Ona qarşı döymə olmamışdır, psixi təsir olmuşdur, onu saytlara vermişlər, atasını işdən çıxartdırmışlar, polis idarəsində bununla bağlı ancaq hədə-qorxu etmişlər. MSY-də olanda Bakı şəhər prokuroru Əbülfəz adında şəxs, işi aparmayan şəxs, orda gəlib ona hədə-qorxu gəlmişlər. Döymə olmamış, ancaq hədə-qorxu olmuşdur. Biznes fəaliyyətinə o, başlamışdır, 2015-ci ildən, o, universitetdə oxuyandan onun işlərinə köməklik etmişlər, mallar gəlib onun gömrük işləridir, ölkənin satış yerlərinə vermək, hamısı onluq olmuşdur. Həmin ərəfədən qeyri rəsmi işləri o, görmüşdür. Məsələn, mal gəlib satılıb Faiq məllimə, Faiq müəllimlə ona arasında olan haqq hesabı danışmışdır ki, invoys bağlamalıdır. Buna nəzarət kimi Azərbaycanda o, olmuşdur. Vəsait qoymamışdır, amma ortaq gəlirə şərik olmuşlar. Gəlirləri nə qədər olub yadında deyil. Bütün sənədlər onda olmuşdur. Dövriyyə və gəlirlə bağlı o, deyə bilmər ki, ayrılıb, pul yığılıb filan qədər, bir hissəsi dayısı Faxrata keçib, bu hissəsi də o, maşın artırmışdır. Təxmini 60.000 -70.000 gəlir olub, dayısı Faxrata lazım olan hissə sonuncuya köçüb, deyib apar Vəliyə ver, aparıb Vəliyə vermişdir, qalan hesabda da o, maşın almışdır. 2018-ci ildən hər ayın gəlirini indi o, deyə bilməz. Pul yığılırdı filan qədər, ortada “nə qədər pul var” sualı yaranırdı, bir hissəsi verilirdi dayısı Faxrat alırdı, bir hissəsi də ona qalırdı, məsələn o, ev almışdır, maşın artırmışdır. İllik məbləği dəqiq deyə bilməz, 100.000, 150.000, 80.000 qazanmışdır. Birinci epizodda göstərilənlərin hamısı ortaq qazandıqları pullarla alınmışdır. "xxxx" MMC-nin sahibi odur. Birində direktordur, balıq gətirən firmada təssisçi və direktor odur. "xxxx" MMC-də təsisçi və direktor odur, "xxxx"də təsisçi dayısıdır, amma direktor son hadisələrə qədər o, olmuşdur. Onun 2018-ci ildə avqust ayında qurduğu şirkətdə orda əsas qazanc balıqdan gələn pul olmuşdur. O, adına keçirtməmişdir, bunu o, invoysdan rəsmi formada sifariş etmişdir məsələn Finlandiyadan, Polşadan, Almaniyadan, pulu ora köçürmüşlər. Ona düşən hissə dayısına aidiyyatı yoxdur. "xxxx"ə alınmış maşınlar dayısının hesabına alınmışdır. Həmin maşınlar o, işləyəndən sonra, 2019-cu ildə maşınlar alınmışdır. Hamısı dayısının ona verdiyi etibarnaməsi ilə olmuşdur, onun hesabına o, pulunu "xxxx"in hesabından ödəmişdir, qaimələrin hamısını dayısına vermişdir. Baxmayaraq ki, iki məhkəmə qərarı var ki, onundur. Binəqədi Rayon Məhkəməsi, Xəzər Rayon Məhkəməsi onun xeyirinə qərar çıxartmışdır. Dayısı Faxratla mübahisələri, mülki işləri getmişdir. Yəni bu cinayət işinin başlanması həmin 220.000 dollarla bağlı qurduqları bir proses idi, hamısı yalandır, həmin vaxtı nə şahidləri görmüş, nə də pul ona çatmışdır. Hazırda texnikaların hamısı ondadır, sadəcə sökmüşlər, şəkilləri də var, təkərlini sökmüş, beynini çıxartmışlar, yararsız halda cərimə meydançasına yerləşdirilmişdir. Ona aid olan texnikalar durur, onları gizlətmişlər, polis işçiləri tapıb icra məmuru ilə ona təqdim etmişlər. Texnikalar durur, amma onlara 30.000-dən artıq zərər vurmuşlar. Texnikaları dayısı Faxratgil söküb götürmüşlər. Texnikaların hamısını tır parkında saxlamışlar, onun olan hissəni işlətməyə icazə vermirlər, şəhərdə elə böyük cərimə meydançası olmadığına görə gətirib orda saxlamışlar. Binəqədi Rayon Məhkəməsi, Xəzər Rayon Məhkəməsi onun xeyirinə qərar çıxartmışdır. “Azinko”dan ev alması söhbəti yoxdur. “Azinko” şirkətində o, olmamışdır. Dayısı ordan ev almaq istəməmişdir. Onlar Badamdar qəsəbəsində ev alıb satmışlar. Kamil də məhkəməyə gəlib şahidliyini etmişdir. Onlar Kamil ilə işləmişlər, o, Kamildən başqa heç kimdən ev alıb satmamışdır. Kamil də ifadəsində demişdir. Bunlar hamısı Bakı Şəhər Baş İdarəsinin onu tutmaq üçün ona qurulmuş plan idi, nə 220.000 dollar, nə Faiqlə görüş olmamışdır. O, işləri üçün həmin ərazidə olur deyə qəsdən həmin ərazini seçiblər ki, işdir birdən anten dairə çıxanda qoy yaxın olsun. 220.000 dollarıq epizod heç olmamışdır. Hamısı qurma işdir. Müharbəyə gedib gələndən sonra araya Faiq kimləri girmişdir. Müharibəyə sentyabrın 27-i getmişdir, yanvarın 12-i qayıtmışdır. O, olmadığı müddətdə dayısı Faxrat bu insanların əlinə düşmüş, o, sonuncunu belə insanlardan qoruyurdu. Dayısı Faxrat gəl pul qoyaq biznes qurub milyonlar qazanacaqsan demişlər. O, mühaibədə olanda az müddətdə Şahid3 direktor olmuşdur. O, gələndə dayısı Faxrat İlqarın yeyintisini tutmuşdur, ona İlqarı çıxartmasını demişdir. Aralarına girmişlər. O, müharibədə olan müddətdə Müdafiəçi1 onun adından "xxxx" şirkətini özbaşına onun saxta imzası ilə öz adına keçirtmişdir. Özünü direktor etmişdir. İmzanın saxlaşdırması barədə məhkəmənin qərarı da var. O, olmadan texnikaları ölkədən çıxartmışlar. Saxta qollarını çəkmişlər. Müharibədən qayıdandan sonra münasibətlər normal olmuşdur. Sonra dayısı Faxrat İlqarın çıxarılmasını istəmişdir. Sonra proseslər normal olmuşdur. Sonra Faxrat özözünə dəyişmişdir, elə bil sonuncunu 180 dərəcə dəyişdirmişlər. Birinci demişdir ki, “sənin olan sənindir götür ayrıl get özün işlə, mən öz işimi özüm edəcəm”. O da fikirləşmişdir ki, öz maşınlarını götürüb öz biznesi ilə məşğul olar. X11 heç nə verməməyini, özü həll edəcəyini, adamları olduğunu demişdir. Onun prosesi 2022-ci ilin dekabr ayının 9-dan başlamışdır. Dayısı 2018-ci ildən 2020-ci ilə qədər bura gəlib getmişdir. Gəlib 1 ay, 5 gün, 3 gün qalıb çıxıb getmişdir. Dayısı özü rus vətəndaşıdır, amma yaşayış yeri Estoniya göstərilir. Onun biznesi əsas Estoniya şəhərindədir, amma rus vətəndaşıdır, o vaxtdan gedən adamdır. İdarəetmənin hamısını o, etmişdir. Dayısı burda olmamışdır. Orda maşınlar alınıb, sonuncuya aid olan hissəsi "xxxx"in adına alınmışdır. Ona məxsus olanlar da onun öz adındadır. Maşınların alınması, sənədləşmə, gömrük, onların ödənişi, gömrüyün rəsimləşdirilməsi, hamısını o, etmişdir. İşlərin hamısını o, etmişdir, sürücülər, dispetçer xidməti ilə məşğul olmuşdur. O, burdan yük vurur, maşın gedir Moskvaya, sürücü çatır. Bütün haq-hesablarını, hesabatlarının hamısını o, etmişdir. Əlavə də qayıdanda Rusiyadan Azərbaycana ixrac olunan malların hamısının daşınması onun vasitəsi ilə tapılmışdır, o, müştərilərilərlə danışıb malı gətirmişdir. Buraxılış sənədləridir, kitabçalardır, onların hamısını Nəqliyyat Nazirliyindən o, almışdır, onun imzası ilə maşınlar götürülmüşdür. Orda sayla olan vərəqlərdir, hamısını o, özü götürmüşdür. Badamdarda "xxxx" MTK dayısının adına alınmışdır, sonra Badam klinikasının üstündən evi şəxsən o, dayısı Faxratın adına almışdır, "xxxx" MTK-da 4-cü blokda ev sonuncunun adına alınmışdır. Pulu ona özü verirdi. Burda qazancları olurdu, həmin qazanclardan götürüb Avropadan maşın almışlar. Firma adından dayısının adına pulu o, köçürmüşdür, firmanın direktoru o idi, təsisçisi dayısı olmuşdur. O, özü istədiyində firmanın adına salmamışdır, firma adından almamışdır öz adına alıb belə gətirmişlər. Elə olmuşdur ki, onlar burdan Estoniyaya qarpız göndərmişlər, dayısı Estoniyada yaşayır, pulu orda götürmüşdür. Həmin pul kütləsi gəlib ona çatmırdı, qalırdı orda, yəni qazancı özünə götürürdü. O, Faiqgilə pul vermişdir, sonuncular ona pul verməmişdir. Məsələn o, ev təmir elətdirmişdir. Dayısı sadəcə tanışı olub, özünü iş adamı, biznesmen kimi göstərmişdir. Onun Faiqə pul verməyi olmuşdur, amma sonuncunun ona pul verməsi olmamışdır. Özü üçün mənzil almışdır, dayısı Faiqin dostu olduğunu, pulunu hissə-hissə verə biləcəyini demişdir. Pulu Faiqə vermişdir. İşin gedişatında da pullar verilmişdir. İttiham aktında qeyd olunan əmlaklar üzrə Faiqə pul verməmişdir. Hamısına özü getmişdir. Tək pəncərəyə də qeydiyyatdan özü keçmişdir. İki firmanın ikisində də, sistemdə var, dayısı Faxratın ona ömürlük etibarnaməsi olmuşdur. Məsələn "xxxx" də sonuncu burda olmaya-olmaya onu təsis etmiş, dayısının adına yaratmışdır. Özü də direktor qoyub işlətməsini demişdir. Hamısını həmin qaydada etmişdir. Hüquq işini, qeyd işini hamısını o, etmişdir, orda heç yerdə dayısı Faxratın adı keçmir. Dayısı Faxratın etibarnaməsi ilə ev almışdır. Etibarnamədən istifadə edib sonuncunun adına “Badam” klinikasının üstündə 92 kv.m ev almışdır. Həmin evin sənədləri onda var. Birlikdə audit keçirilib haqq-hesab etməmişlər. Məsələn bir tır mal gəlib, satmışlar, qazancını bilib pulunu dayısı Faxrata, Estoniyadakı şirkətinə köçürtmüşdür, qazanc burda götürülmüşdür. Rəqəmlər böyük rəqəmlərdir, 15-16 maşını hesablasalar dəyəri 500-600 min çox dəyəri çıxır. "xxxx"də təsisçi dayısı Faxrat olmuşdur, amma sonuncunun bütün hüquqi işlərini o, görmüşdür. "xxxx" şirkətinin direktoru o, olmuşdur. Hamısının ödənişini o, etmişdir. Burdan bank vasitəsi ilə köçürtdüyü də var, Access bankdan köçürtmüşdür. Həmin gəlirlər "xxxx" MMC-in, balığın pulu, "xxxx"in maşınların idarəetməsindən əldə olunan birgə vəsaitdir. "xxxx" şirkətinin təsisçisi bacısı ilə o, olmuşdur, sonra bacısı çıxmışdır. Şirkət 2018-ci ildə təsis olunmuşdur, dayısının "xxxx" şirkətinə aidiyyatı yoxdur. "xxxx" şirkətini o, yaratmışdır. Orda balıqların gətirilməsi və Rusiyaya göndərilməsini hamısını o, tək başına etmişdir. İki şirkətin ikisində də şərik olduqlarına görə qazancları bölünmüşdür. 8 maşın dayısı Faxratın adına alınmış, 4 maşın onun adına alınmışdır. Orda nə olubsa birgə olmuşdur. Yaşayış evini də o, almışdır. Qaytarır sözünü istintaqda demişdir, orda ona psixoloji basqılar olmuş, döymə olmamışdır. Orda demişdir ki, burda iş bağlansın çıxıb getsin. Ona aid olanlar onundur. 8 maşın qoşqusu ilə dayısı Faxratındır, 4 maşın 4 qoşqu sonuncunundur. Ona istintaqda basqılar olmuşdur, onun atası Goranboy rayonunda YAP-ın sədri olmuşdur, onu çox sıxışdırmışlar ki, xəbər verib atasını işdən çıxardarlar, axırda da yenə də hamısını yaymışlar. İstintaq sirrini o, tutulan günü bütün saytlara vermişlər. O da atasının adı orda hallansın, böyüsün istəməmişdir. Axırda onsuz da böyümüş atasını işdən çıxartmışlar. Onun adına olanlar hamısı onundur. Balıq biznesi çox böyükdür, yük daşımanın özü də böyükdür. Orda olan gəlirlər də böyükdür. Dayısı Faxrat demişdir ki, “ayrılaq, 4 maşın, ev sənindir, 8 maşın mənim”. Ayrılmaqlarına səbəb Faiqgil olmuşdur. Öz adına aldığı əmlaklar onun olmuşdur, etibarnamə ilə dayısı Faxratın adına alınan əmlaklar sonuncunun olmuşdur. Dayısı Faxrat burda olmaya-olmaya sonuncunun adına bir neçə ev almışdır. O, dayısı Faxratı aldatmamışdır, ona verilən etibarnamə ilə sonuncunun adına əmlaklar almışdır. O, "xxxx"in direktoru olmuşdur. Ora alınan əmlakları hər iki şirkətin toplanan pullarla almışdır. Hər iki şirkətdən qazanan pullarla alınmışdır. Hər iki şirkətə də daima şərik olmuşdur, direktor olmuşdur. Yükdaşımada qeyri mümkündür ki, onlara vergi versinlər. O, bazardan malı vurur, gəliri hamısı orda görsənir. Öz adına da, zərərçəkmiş şəxsin adına da əmlak almışdır. Zərərçəkmiş şəxsin adına, yəni "xxxx" MMC-nin hesabına 6-7 ədəd avtomobil almışdır. Zərərçəkmiş şəxsin adına müqaviləli də, çıxarışlı da olan əmlak almışdır. Zərərçəkmiş şəxs ölkə xaricində olan vaxtlar yeni tikili binadan sonuncu tərəfindən ona verilmiş etibarnamə ilə müqaviləli əmlak almışdır. Zərərçəkmiş şəxsin ona 20 illik etibarnaməsi var, həmin etibarnamə də hal-hazırda qüvvədədir. İnvoys sənədlərinin bəziləri ona nisbətdə o, təqdim etmişdir. "xxxx" MMC-nin direktoru olmuşdur, təsisçisi olmamışdır. Nizamnamələr elektron olduğu üçün həmin sənədləri şirkətin direktoru olduğu müddətdə çıxarda bilər. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Mamedov Fakhrat (Мамедов Фахрат Салам оғлу) ifadəsində göstərmişdir ki, onun bacısı, bacısı oğlunun evləri yox idi, kirayədə yaşayırdılar. Yazığı gəlmiş onlara ev almış, onlara ev tikmişdir. O, 10 il bundan qabaq Goranboyda onlara ev tikdirmişdir. Bacısının ailəsi zirzəmidə, kirayədə yaşayırdılar. Gəlib yaşadıqları evə baxmış, onlara yazığı gəlmişdir. 7ci mikrorayonda onlara ev alıb vermişdir. Onun "xxxx" adında şirkəti var. Şamil orda işləyirdi, hamısını sonuncunun əlinə vermişdir. Nə edirdi onun xəbəri yox idi. O, Şamildən etdiyi işlərin hesabatını verməsini istəyirdi, sonuncu vermirdi. 3-4 il bundan qabaq evlərinə gələrək Şamilin atasına oğlunun pis iş görməsini demişdir, atası oğlunun yaxşı olduğunu demişdir. O, sonuncuya sənədləri verib özünün yoxlamasını demişdir. Bu sözlərdən sonra o, çıxıb getmişdir. Binəqədi rayonunda alınan evlərin hamısını o, bacısının adına almışdır, Mərdəkanda bağ almış, 5-6 dənə maşın almışdır, maşınlardan heç xəbəri yoxdur. Hamısını öz adına alıb Şamilə etibar etmişdir ki, sonuncu onlara baxsın. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun yaratdığı, qurduğu iş "xxxx" şirkətidir, onun təsisçisidir. Şirkətin yaradılması təxminən 5 il olar. Şirkət beynəlxalq yük daşıma ilə məşğul olur. O, maşınları qoşqu ilə birlikdə alıb Azərbaycana göndərmişdir. Hamısını Şamilin adına almışdır. Estoniyadan maşınları alıb Azərbaycana göndərirdi, Təqsirləndirilən şəxs adına sənədləşdirilirdi. Sənədləşmədə özü olmamışdır. Həmin vaxt onun qohumlarından Azərbaycanda ağıllı savadlı adam olmadığından, Şamili oxutdurmuşdur ki, işlə məşğul olsun. Şirkətin direktoru əvvəl Təqsirləndirilən şəxs olub, sonra İlqar adlı oğlan olub, indi başqa adam məşğul olur. Şamil bir il işlədi sonra müharibəyə getdi, sonra İlqar adında dostu var idi, onu şirkətə direktor təyin etmiş, sonra çıxartmış başqa bir adam qoymuşdur. Şirkətin adına maşınları keçirtmək olmazdı, dedilər vergi xərci çoxdur, ona görə Şamilin adına keçirdirdi. İttihamda 4-5 maşınların adları hamısı düz qeyd olunmuşdur. Bu maşınlar şirkətin fəaliyyətində istifadə olunub qazanc gətirirdi, amma o, ondan bir manat da görməmişdir. Şirkətin mühasibatını Şamil aparırdı, şirkətin ayrıca mühasibi yox idi. O, Şamildən hər gün qazanc barədə soruşurdu, hesabat verməsini istəyirdi. Şamil qazanc olmadığını deyirdi. Maşınların şirkətdə qazanc gətirməsini o, izləyirdi, Estoniyaya sifarişlər olurdu. Şamildən soruşanda qazanc hara gedir, demirdi. O, sonuncudan vaxtında hesabat verməsini istəyirdi. Qazancın hamısını Şamil özü götürürdü, onun heç nədən xəbəri olmamışdır. O, şirkətin işləri ilə bağlı Şamilin atasının evinə gəlmişdir, oğlunun ona işlər barədə hesabat vaxtında verməməsini, götürüb özü yoxlamasını demişdir. Ümumi ona 500.000 manatdan çox ziyan dəymişdir. Şamil 2020-ci ildə hərbi xidmətə gedəndən sonra şirkəti İlqar adında şəxsə vermişdir. Sonuncunun vaxtında onlar bir az pul qazanmışlar. İlqarın vaxtında maşınlar işləyirdi, bir az qazanc oldu. Hal-hazırda maşınlar qarajdadır, işlədə bilmirlər. Mərdəkanda olan evi öz adına ala bilməzdi, bunu bilirdi, ona görə Şamilin adına almışdır. Hamısını Şamilin adına almışdır. Ona görə bunları edirdi ki, gələcəkdə ona nə vaxt lazım olsa satıb ona pulunu versin. O, Şamilgilə demişdir ki, Mərdəkanda olan evi ya satın pulunu verin, ya da evi ona qaytarın. Onlar evi vermirlər, dedilər hamısı onlarındır. Şirkətin əldə edilən qazancını o, görməmişdır. Göndərdiyi başqa maşınları satıb, pulunu göndərirdi. Göndərdiyi maşının sayı yadında qalmamışdır. “Azinko”nun binasından ev almaq istəyirdi, zəng edib Şamildən pulu olub-olmadığını soruşmuşdur, Şamil pulunun olmadığını demişdir. O, evdə pul qoymuşdur. Ona “Azinko”dan ev təklif etdilər, o, almaq lazım olduğunu demişdir, dedilər olmaz, axırda alınmadı. Evin alınmamasının səbəbi pul ilə bağlı olub. Şamildən pul barədə soruşanda dedi pullar hamısı qurtarıb. O, əmindir ki, Şamilin başqa yerdə evləri var, almışdır. "xxxx" şirkəti barədə xəbəri yoxdur, ona aidiyyatı yoxdur. "xxxx" şirkətində audit aparılıb, o, özü audit aparmışdır. Rəsmi audit rəyi var, təqdim edə bilərlər. İstintaqa verməmişlər. Auditlə müəyyən olunan ziyan yadında qalmamışdır. "xxxx" şirkətinin illik gəlirləri bardə auditə baxıb məlumat verə bilər. O, Azərbaycan Respublikası ərazisində mal ticarəti ilə məşğul olur, balıqları xaricdən gətirirdilər. Şamilə o, pulu əli ilə də vermiş, göndərdikləri də olub, tarixləri yadında deyil. Şamil özü-özünə maaş götürürdü, nə qədər götürürdü bilmir. "xxxx" şirkətində 5-6 maşın var. Maşınların alınmasını orda qanuniləşdirmək çox çətin məsələ olduğuna görə Şamilin adına alıb göndərirdi. Onun adına Bakı şəhərində mənzil alınmışdır. Həmin mənzilləri o, satmışdır. Şamilə hansısa mənzilin satılmasını demişdir. Bacısı oğludur deyə Şamilə etibar etmişdir. Şamil ilə aralarının kəskinləşdiyi günün tarixi yadında deyil. Şamil müharibədə olanda şirkəti İlqar işlətmişdir, Şamil gələndən sonra ona yenə şirkətin işlərini tapşırmış, yenə də həminki kimi olmuşdur. O, "xxxx" şirkətinə pul göndərmişdir. Onlar "xxxx" şirkətindən bir manat pul qazanmamışlar. O, Şamilə Estoniyada biznes qurması üçün kimləsə əlaqə saxlamaq tapşırığını verməmişdir. "xxxx" şirkətini o, təsis etməmişdir, onunla bağlı, mühasibatı ilə bağlı onun heç bir məlumatı yoxdur. "xxxx" şirkətinin sənədləşmə işlərində Şamil kömək etmişdir. Onun pulları hamısı Şamildə qalmışdır. Onun özündə hesabatı var. Onun Şamilə nə qədər pul verdiyi yadında qalmamışdır. Polisə ərizəni o, yazmışdır, ifadəni də o, vermişdir. 220.000 dollar idi. Həmin pulu Şamilə ev alması üçün vermişdir, Şamil ev almamış, pulu neynədiyini bilmir, xəbəri yoxdur. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, elan olunmuş ittihamdan göstərilən 220.000-lik evlə bağlı pul iki “Mersedes” markalı maşınların satılması olub. İki “Mersedes” markalı maşınlar Estoniyadan alınan yük maşınlarıdır. Onların satılmasını o, demişdir. Maşınları Şamil satmışdır. Həmin maşınların satışından əldə olunmuş pulların məbləği yadında deyil. İkisi bir yerdə 100.000 ola bilər. O, əvvəl burda ev satmış, pulun hamısı Şamildə qalmışdır. "xxxx" şirkətinin yaradılması barədə xəbəri olub, ona belə bir şirkət açıldığını demişlər, amma o, şirkətdən istifadə etməmişdir. Maşınların şirkətin adına göndərməməyinin, Şamilin adına göndərməyinin hamısının səbəbi Şamil olub. Mənzillərin də Şamilin adına etməyinin səbəbi Şamil olub, hamısını o etmişdir. O, bütün qazandığı pulların hamısını bura göndərmişdir. O, maşın almış, bura mal göndərmiş, mal satılıb burda pul qalmışdır. Faiqə də, Şamilə də pul vermiş, məbləğlər yadında deyil. O, işlərini görmək üçün onlara pul vermişdir. 220.000 dollar pulu o, Faiqə vermişdir. O, başqa yerdən qazandığı pulu Faiqə vermişdir. Faiqə ev almaq üçün pul vermişdir. Şamilə də ev almaq üçün pul vermişdir. Heç biri ev almamışdır. Losos balığını Azərbaycana gətirmişdir. O, 10 dənə firma ilə Azərbaycanda işləmişdir. Şamil ilə işlədiyi vaxt balıq "xxxx" şirkətinin qabağına gəlirdi, həmin balıqlar emal olunub Azərbaycanda satıl-satılmamasını o, bilmir, oranı işlədən müdir bilir. "xxxx" adına daha maşın almırlar. Şamil ilə işləyəndə də almırdı. Şamil direktor işlədiyi müddətdə onların şirkətə külli miqdarda ziyan vurub. Hazırda Şamildən şikayətçidir, barışıq yoxdur. Cəzanı məhkəmənin mülahizəsinə buraxır. Onun mülklərinin qaytarılmasına köməklik edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Faxratla onlar hadisədən qabaq bir yerdə olmuşlar, Şamil də onlarda işləyir. Şamil normal işləyib, normal münasibət olub. Son vaxt aralarında nifaq yaranmışdır. Sonra Şamil hesabat vermək istəməmiş, o, dəfələrlə hesabat verməsi üçün Şamili dəvət etmişdir. Faxrat həmin vaxt yox idi, ondan xahiş etmişdir ki, Şamildən hesabat alsın. O da üç-dörd dəfə Şamili dəvət etmiş, sonra onların hüquq işləri ilə məşğul olan Vilayətdən Şamili çağırıb söhbət etməsini xahiş etmişdir. Dayı bacı oğlu olduqlarına görə, Şamil uzun müddətdir dayısının yanında işləyib, münasibətləri də çox yaxşı olub, ona görə istəmirdilər ki, aralarında söz-söhbət yaransın. Faxrat da çox aqressiv insandır, tez coşandır. O, çox çalışmışdır ki, münasibətləri yerində olsun, amma münasibətlərini bərpa edə bilməmişlər. Aralarında böyük məbləğdə pullar olub, həmin pulları o, vermişdir, Faxrat özü vermişdir, yəni onların işlərinin pul vəsaitin xərcləməsinə Şamilə verilirdi, Şamil xərcləyirdi. Onunla bağlı Faxrat 200.000-dən artıq dollar olan pullun hesabatını istəyirdi, Şamil bəzilərini hara verdiyini bilmədiyini, yadından çıxdığını, vaxtında hesabat almalı olduğunu deyirdi, yəni bu tipli mübahisələr baş vermişdir. Bundan sonra da aralarında mülk mübahisələri başlamışdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şamili çox yaxşı tanıyırdı. Ümumilikdə dəymiş ziyan 200.000 dollardan yuxarı idi. Həmin pul vəsaitinin hesabatı istənilirdi. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. 220.000, ya 250.000 manat pul olub, içində manat və dollar olub. Üç-dörd il bundan əvvəl olub, Elit ticarət mərkəzi ilə üzbəüz yerdə, yolun sağında pul verilib, 250.000 manat Şamilə maşında pul vermişdir. Ümumiyyətlə o, Şamilə çox pullar vermişdir, söhbət təkcə 220.000-dən getmir. Gündüz vaxtı saat 3-4 olardı, soyuq aylar deyildi, hava mülayim olub. Hansı fəsil olardı dəqiq xatırlamır. Əvvəl Faxrat nə üçün pul verdiyini deməmişdir, ümumiyyətlə çox pullar vermişdir, Faxrat deyirdi 20.000 ver, 50.000 ver, o da vermişdir. Sonra məlum olmuşdur ki, ev alması üçün vermişdir. O, ev almaq üçün pul verməmişdir, pulun yiyəsi Faxratdır. Pul sellofanda olub, qara ya göy rəngdə sellofan olduğunu dəqiq xatırlamır. Ev Nərimanovda yerləşir. Pul verəndən sonra Faxrata danışmışdır, Faxrat deyib ev alacaq, hətta bir evə Şamil ilə bir yerdə gedib baxmışlar. Ev üç otaqlı olmuşdur. Bir neçə ev olub, konkret olaraq hansı ev alınması ilə bağlı ona söz deyilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Şamil gedib “Azinko”nun binalarında evə baxıb, ev alıb. Həmin ev üçün pul verilib. Pulu Şamilə Şahid2 yanında verdi, bir yerdə olmuşlar, Kürdəxanıya getmişlər. Şamil gəlib maşında arxada əyləşmişdir. Pulu onun maşınında vermişdir, pulu verib getmişdir. Şamil pulu götürüb, saymamışdır. Heç vaxt ondan pul götürəndə saymırdı. Onun şahidliyi yalnız həmin pulun verilməsində deyildi, bütün proseslərdə əvvəldən axıra kimi o, iştirak etmişdir. Avtomobillərlə bağlı kifayət qədər məlumatlıdır. Faxrat avtomobilləri alıb göndərirdi, ilk olaraq birgə başlamağı təklif etmişdir. Onların biznesləri var idi, Şamili də ora direktor təyin etmişlər, köhnə məsələlərlə Şamil məşğul olurdu, satışla özləri məşğul olurdu. 1-2 avtomobil var idi, sonra bir neçə avtomobil alıb, Volvo və Mersedes markalı maşınlar olub və onun yarım qoşquları idi, bu tipli avtomobillər idi. Onlar özləri əvvəlcədən yük daşımaq üçün öz maşınlar ilə Avropadan balıq alıb, emal edib, sonra Rusiyaya satışla məşğul olurdular. Ona görə onların özlərinə də avtomobillər lazım idi. Bundan sonra Şamilin adına göndərdi, əslində bunlar şirkətə rəsmiləşdirilməli idi. Faxrat maşınları şirkətin adına alırdı, sonra da Azərbaycana şirkətin adına göndərirdi. Məqsəd Azəbaycanda şirkəti böyütmək olub. Artıq 2-3 avtomobil var idi. Sonra da bir neçə avtomobil alıb, ilk hədəf 10 avtomobil ilə başlamaq olub, böyük tender var idi, tendere girməsi üçün minimum avtomobil lazım idi. Təxminən 2018-2019-cu illər idi. Nömrələri 90-la başlayan orta rəqəmlə, axır rəqəmi bir olan bir neçə avtomobil var idi. “Azinko”nun binasında 4 otaqlı evdən söhbət gedirdi, sonra Faxrat ondan həmin evi araşdırmağı xahiş etmişdir. Həmin evlə bağlı Şamili dəvət etmişdir. Şamil demişdir ki, evi almışdır, sənədi sonra verəcəklər, məsələ belə uzanmışdır. Qeydiyyatdan kənar iki şirkəti var, şirkətlərin heç biri fəaliyyət göstərmir. "xxxx" MMC-ni o vaxt yaratmışdır, direktor kimi orda işləyirdi, 2020-ci ildən şirkətin fəaliyyəti dayanmışdır, “Fira 1” kredit ittifaqının təsisçi direktorudur. Hal-hazırda da təsisçisi övladı olan bir şirkətləri mövcuddur, orda direktor kimi fəaliyyət göstərir, şirkət hal-hazırda işləmir. "xxxx" şirkətini Zərərçəkmiş şəxs xahişi ilə Şamil tərəfindən təsis olunmuşdur, amma rəhbərliyi o, etmişdir, işi də o, qurmuşdur. Təsis olan zaman direktor Şamil olmuşdur. Bir neçə şirkətləri o vaxt təsis etmişlər, o cümlədən də "xxxx" şirkəti idi. İlk vaxtı təsisçi Şamilin bacısı olmuşdur. Onlar sonuncuya öz adına açmaqlarını demişlər, o da bacısının adına açmışdır. Həmin şirkət üzərindən Şamilin Binəqədi rayon prokurorluqda ifadəsi var ki, şirkəti o, təsis etsə də, şirkəti Müdafiəçi1 göstərişi ilə yaratmışdır və bütün rəhbərliyi Müdafiəçi1 edir. "xxxx" şirkətinə direktor təyin olunduğu tarixi xatırlamır. X5muşdur. "xxxx" şirkəti balığın emalı-satışı ilə məşğul idi. "xxxx" şirkətinə gələn gəlirlər Faxratla onun arasında bölüşdürülürdü. Gələn gəlir cuzi olub, demək olar ki, olmayıb, onlar bazar qaydası ilə satış etmişlər, maşınla gələn balıqları yerli bazarda alıb satmışlar, ona görə də şirkətdə gələn gəlir çox cuzi olub, elə böyük gəlir əldə etməmişlər. Faxratla bir yerdə onun "xxxx" şirkəti olub. Şirkətin ilkin təsisçisi Təqsirləndirilən şəxs olub. Bu şirkətin üzərindən ancaq logistika etmişlər. Avtomobillərin ona aidiyyatı olmamışdır. O, kömək etmiş, gələn gəlirlərin ona aidiyyatı yoxdur, sadəcə olaraq pulla bağlı Şamildən görülmüş işlərin hesabatını istəmişlər. Faxrat ondan xahiş etmiş, o, bunu Şamildən istəmişdir. Bakı Kommersiya Məhkəməsinin qərarı ilə kim ondan sənəd istədi ki, o, vermədi, bununla bağlı o, məhkəməyə yazmışdır. Şirkət bağlıdır, fəaliyyət göstərmir, bütün sənədlər də Şamilin özündədir, o, məhkəməyə də bildiriş kimi yazmışdır, yəni onda olan sənədləri verməyə etiraz etmir. Təkcə gəlirdən söhbət getmirdi. Ümumiyyətlə Faxratın yerli bazarda alacaqları var idi, Şamil bu barədə bilir, İlqardan 60.000 dollar pul almışdır. Farxatın kifayət qədər yerli bazarda alacaq pulları var idi. Həmin pulların hamısını o, almış, onda olmuşdur. "xxxx"in təsisçisi Farxat özü olmalıdır. Həmin şirkətddən başqa Farxatın şirkəti yoxdur. Faxrat onun adına bankdan pul göndərməmişdir. Faxratın 49 ton balığı olub, o balığı Şamillə birlikdə gedib satdırmışdır, həmin pulu da Mərdəkanda yarı ona, yarı özünə olmaqla vermişlər. Avtomobilləri Faxrat "xxxx" adına göndərmək istəyirdi, amma Şamilin adına göndərib. Məqsəd tenderə girmək olub, şirkətin balansında avtomobilin sayı 10 olmalı idi. Səhv etmirsə 9-a çatdırdı, sonra mübahisə düşdü, qalanı gəlmədi. Şamil maaşını kartla almırdı, əlbəəl yığdığı puldan götürürdü, əlavə faiz də götürürdü, alacaqlardan pulu özünə götürürdü, ordan qazanc götürürdü. "xxxx" şirkətində vergi yoxlaması həyata keçirilməmişdir. Audit tərəflərindən keçirilməyib, auditə ehtiyacları olmayıb, zərurət yaranmayıb, çünki elə bir dövriyyəsi yox idi, cəmi 5-6 dənə maşın gəlib. "xxxx" şirkətinin təsisçisi Şamil olub. Təşəbbüskar Faxratla o, olmuşdur, yaradılmasına göstəriş vermişlər. Şirkət Şamilin adına olub. Şamil onların işçiləri olub. Onun Şamil ilə heç bir ədavəti yoxdur. Qanunsuz sahibkarlıq deyil, fəaliyyətləri daxili bazarda balıq alıb, balıq satmaq, məhsul alıb, məhsul satmaq olubdur. Şirkətə heç bir aidiyyatı yoxdur. Sərbəst şəxsdən adam gedər bazarda istənilən məhsul alıb üstünə pul qoyub sata bilir. Bir neçə mənzil haqqında söhbət gedib, axırıncı mənzil üzərində söhbət gedən mənzil, o, yaşadığı evdən 250 metr qabaqda, Təbriz küçəsinin sonunda “Azinko” binaları olmuşdur. Təbriz küçəsi bitir, sol tərəfdə “Azinko”nun binalarıdır. Mənzil 4 otaqdan ibarət idi, bir də səhv etmirsə qaraj söhbəti də var idi. O, bu mənzilə baxmamışdır, o, baxdığı mənzil Faiq Yusifov küçəsində olan mənzildir. Mənzilin 4 otaqlı olmasını Faxratla Şamil deyib. Pulu verəndən sonra deyiblər. Pul verilən tarix yadında deyil. Bir neçə ay sonra Şamildən pulu verməyə tələb etməyə başlamışlar. Binəqədi rayon prokurorluğuna ərizə verildiyi tarix yadında deyil, ərizəni o, verməmişdir. Vəsaitin 220.000, ya 250.000 olmasını xatırlamır. O, Şamilə ev almaq məsələsinin axırının nə olmasını soruşmuş, sonuncu aldığını demiş, amma hesabatla bağlı pul barədə onun Şamil ilə dəfələrlə söhbətləri olub. Oturub hesabat etmək barədə hətta telefon yazışmaları da var. Bir neçə dəfə olub. Sonra Vilayətdən xahiş etmiş, Şamil Vilayətin üstünə qışqırmışdır, bundan sonra Vilayət Faxrata “özün bilərsən” demişdir. Sonra Faxrat polisə müraciət etmişdir. Faxratın aldığı avtomobilin nömrəsini xatırlamır. Həmin vaxt avtomobilin sənədləri onda olub, Faxrat götürüb gəlmişdi, bir yerdə oturub otaqda sənədlərə baxmışlar. Həmin sənədlər həmin vaxt onda olmuşdur. Qiymətləri Faxrat bildiyini demişdir. Faxratla gəlib ofisdə bir-bir sənədlərə baxmışlar. 77 olan nömrə ilə bağlı xatırlamır. Verdiyi məbləğlərlə bağlı bloknotunda qeydiyyatlar olmalıdır. İstintaqda onun əsasında təqdim etmişdir. Bloknotda qeydlər qalır. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, nə qədər pul verdiyini dəqiq xatırlamır. 10 manatlıq əskinazın onun içində bildiyi qədər olmamışdır. Dollarla ya manatla pulun verilməsini ola bilər unutmuşdur. Ondan sonra olanları xatırlamır, yaddaş problemi yaşayır. İstintaqda göstərilən konum atdığı, gedib yerinə baxdıqları “Azinko”nun binasından söhbət gedir, pulu Şamilə o, “Azinko”nun binasına baxmamışdan qabaq vermişdir. İstintaq zamanı verdiyi ifadənin hamısını təsdiq edir. Baş polis idarəsində verdiyi ifadəni təsdiq edir. Ola bilər nəyisə unuda bilər, amma o dövrdə verdiyi ifadəni təsdiqləyir. O, şikayət veməmişdir, Faxrat şikayət verib, hansı tarixdə gedib izahat vermişdir yadında deyil. Faxratın "xxxx" şirkətinin Şamilin olması, Faxrata aidiyyatı olmaması barədə dediyi fikri onun özünə aiddir. Hazırda Faxratın ona borcu var. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs o, təxminən 2018-ci ilin axırından tanımışdır. 2019-cü ildə onu bir neçə dəfə görmüşdür. Sonuncunu tanımağının səbəbi onların Badamdarda bir mənzilləri olmuş, mənzil onun adına sənədləşmişdir. Onun Müdafiəçi1lə yaxın münasibətləri olmuşdur. 2018-ci ilin mart, aprel ayları idi, Faiq yaxın dostu Faxratın mənzil almaq istədiyini demişdir. Sonra mənzilin sahibi kimi o, Faiq və Faxrat birlikdə gedib bir neçə dəfə mənzilə baxmışlar. Onlar razılaşmışlar, 168.000 manata almaq qərarına gəlmişlər. Həmin ərəfədə hissə-hissə Faxrat pulu verirdi Faiqə, Faiq də həmin pulu gətirib ona verirdi. Sonra Faiq dedi ki, Faxrat deyir evi bacısı oğlu Şamilin adına rəsmiləşdirmək lazımdır. Şamil də notariusa gəlmiş, onunla müqavilə bağlanmış, pulu da Faiq ödəmiş, sonra getmişlər. Bundan sonra təxminən 2021-ci ildə söhbət əsnasında Faiq və Faxrat ona dedilər ki, bacısı oğlunun adına mülklər rəsmiləşdirmiş, sonuncu mülkləri qaytarmır. O, bir neçə dəfə telefonla Şamili görüşə çağırmış, ona oturub söhbət etməklərini, əgər borc varsa verilməyini, yoxdursa söhbətin bağlanmasını demişdir. Şamil gələcəyini demiş, amma gəlib görüşməmişdir. 2021-ci ilin axırı, ya ortası idi, onlar Faiqlə torpaq sahəsi ilə bağlı Kürdəxanıya getməli olmuşlar. O, gələrkən Faiqin ofisdə oturduğunu görmüş, sonuncu seyfi açıb seyfdən bükülmüş sellofanı götürmüşdür. O, bunun nə olduğunu soruşduqda, Faiq gedib Şamillə görüşüb sonuncuya pulunu verməyini demişdir. Onlar Elit ticarət mərkəzinin yanına gəlmişlər, Şamil də orda idi, Şamil maşının arxasına oturmuş, Faiq pulu sellofanda verəndən sonra çıxıb getmişdir. Bir neçə müddət sonra məlum olmuşdur ki, Şamil dayısının əmlaklarını qaytarmır. O, Şamilə dayısının ona bir ev, iki dənə maşın alıb verdiyini demiş və nə istədiyini soruşmuşdur. Şamil onun sözlərinə heç bir əhəmiyyət verməmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, evin pulunu Faxrat Faiqə vermiş, Faiq də pulu mənə vermişdir. Sonrakı məsələlərdən ordan məlumatı var. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Şamil ilə onun ədavəti, düşmənçiliyi yoxdur. Ev alanda 2-3 dəfə ofisdə Şamili görmüşdür, bu məsələnin həllində də 1-2 dəfə sonuncunu görmüşdür. Şamilin nə ağbirçəyi, nə ağsaqqalı söhbətə gəlmirdi. Şamil boş yerə şikayət vermişdir ki, guya mənzil alıb, pulunu ödəyib, o, pulunu qaytarmır. O da orda izahatını vermişdir ki, yalan deyir, pulu ona Faiqlə Faxrat ödəmişlər, qəbzlə də verən onlardır. Məhkəmə öz qərarını verəcəkdir. Binəqədi Rayon Məhkəməsində şahid kimi gedib ifadə vermişdir. Burda dediklərini orda da demişdir. Faiqin deməsinə görə maşında sellofanın içində Şamilə 220.000 dollar pul vermişdir. Dediklərinə görə “Azinko”dan ev alınmalı idi. Pulun sayılmasını görməmişdir. Pul Faxratın pulu idi. Pulu hansı formada göndərdiyini bilmir. Pulun verilməsi 2021-ci ilin sentyabr, oktyabr, noyabr ayları idi, dəqiq xatırlamır. Onlar pulu vermək üçün Faiqin maşını ilə getmişlər. Şamil avtomobillə gəlmişdir. Bu evlə bağlı Şamil ilə danışmamışdır. Şamilə pul Elit ticarət mərkəzinin yanında verilmişdir. Faiq maşında Şamilə “Azinko”dan mənzil almaq üçün 220.000 manat pul vermişdir. O, mənzilin alışısatışı ilə məşğul deyil, o, öz mülkiyyətində olan evi satmışdır. Onun bildiyinə görə “Azinko”dan ev alacaqdır, amma 1 ev yoxsa 5 ev alacaqdır bilmir. Görüş gündüz vaxtları olmuşdur. Onun istifadə etdiyi telefon nömrəsi 050 ***-**-** olmuşdur, həmçinin 055 ***-**- ** və ***-***-**-** nömrələrdən istifadə edir. Həmin günü o, Şamilə zəng etməmişdir. Faiqlə öz torpaq sahəsinə kran gətirzdirmək üçün Kürdaxanıya getmişdir. Getmişlər alınmamış, sonra da çıxıb getmişlər. Evə getməmişdir, başqa işləri var idi. Şamil görüşə öz maşını ilə gəlmişdir. Ağ rəngli avtomobil idi. Elitin yanında görüşəndə Şamil Faiqin avtomobilinə oturmuşdur. O, Faiqin maşınında idi, Şamil gəlib arxada oturmuşdur, Faiq sonuncuya pulu vermiş, Şamil çıxıb getmişdir. Faiq maşında Şamilə heç nə deməmişdir, özlərinin aralarında söhbətləri olmuşdur. Həmin günü görüşməklərini barədə Faiqlə zəngləşmişlər. Faiqin nömrəsi ***-***-**-**-dur. Şamillə o, 2 dəfə Badamdarda evin alqı-satqısında görüşmüşdür, bir dəfə Elitin yanında, bir dəfə də ofisdə görüşmüşdür. Ofis yerləşdiyi yerin küçəsini bilmir, “Şəki” restoranından bir az qabaqda idi. Şamil ona bir dəfə pul vermiş, Faxratın pulunu gətirib vermişdir. “Kometa” restoranının yanında pulu vermişdir. Şamil ilə 5 dəfə görüşləri olmuşdur. 220.000 manat pul Şamilə 2021-ci ilin sentyabr-oktyabr-noyabr aylarında verilimişdir. Şamil ofisdə pulu Faiqə vermiş, Faiq də ona vermişdir. Badamdarda olan evin pulunun hamısını Faiq ona vermişdir. “Kometa” restoranının yanında Şamil 7000 manat pulu gətirib ona vermişdir. Həmin pul Badamdarda olan evin pulu olmuşdur. Ofisdə Şamilin çıxarışla bağlı verdiyi pul 10.000 dollar olmuşdur. Badamdarda yerləşən mənzilinin çıxarışıdır. Həmin pulu o, çıxarış üçün sərf edəcəkdi. Evi 2019-cu ildən Faxrat icarəyə vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2014-cu ildə 7-ci mikrorayonda olan evi Şamilin dayısına satmışlar. Sonuncu da evi bacısının adına sənədləşdirmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, evin neçiyə satılması yadında deyil, o vaxt ucuz idi. 2014-cü ildə satılan evdir. Faxratla o, 10 il işləmişdir, sonra Şamillə neçə illər işləmişlər. Bütün işləri orda Şamil aparmış, Faxrat həmin vaxt Estoniyada olmuşdur. Faxratın yeni binadakı evi ilə bağlı heç nədən xəbəri yoxdur, bir dənə onların satdığı evdir. Evi Faxrata satmışlar, evin pulunu onlara Faxrat vermişdir. İstintaqda verdiyi ifadəni təsdiq edir. Burdaki şirkətləri Şamil idarə edirdi. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, ondan polis idarəsində evi kimə satdığını soruşmuşlar, o da evi Faxrata satdığını bildirmişdir. Sonuncu da bacısının adına evi sənədləşdirmişdir. Daha sonra pulunu verib-vermədiklərinindən xəbəri yoxdur. Faxratla o, Şamildən qabaq işləmişdir. O, özü də 40 ildir nəqliyyatçıdır. Oranın bütün işlərini neçə ildir Şamil görürdü, çünki Faxrat Estoniyada olmuşdur. Aralarında nəsə şərikli işləri olmuşdur. Faxrat çox adama pul borcludur. O, maşınların nömrələrini bilmir. O, Şamilgilin ailəsini yaxından tanıyır. Goranboy rayonunda olan evində olmuşdur. Ev Şamilin atası Elçin müəllimin evidir. Ona ifadəsi oxunmamış, ondan iki kəlmə soruşulmuş, bir saat komputerdə yazılmışdır. İfadəni oxumadan imza çəkmişdir. Ona dediklərini yazdıqlarını demişlər. O, özü də logistika və yükdaşıma işi ilə məşğul olmuşdur. Yükdaşımalarda vergi ödəmələri hansı qaydada tənzimlənməsini mühasibi bilir. Köçürmə ilə işləyirlər. Bu fəaliyyət gəlirlidir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Oksford Universitetinin yanında onlara məxsus ev olub. Onlar evi satırdılar, Bina.az saytına evin satılması barədə elanı yerləşdirmişlər. Şamilin qohumları zəng edib evi almaq üçün evə baxmaq istədiklərini demişlər. Onlar axşam saat 8 radələrinə vaxt təyin etmişlər, Faxratla gəlmişlər, mənzilə baxıb almışlar. Bu mənzil 3 otaqlı mənzil idi. Həmin binada onun 4 otaqlı mənzilində təmir işləri gedirdi. Faxrat mənzilə artıq baxmış, xoşu gəlmişdi. Faxrat ona 3 otaqlı evi verib, üstündə əlavə pul verərək 4 otaqlı mənzili almasını istəmişdir. Onlar Şamilin iştirakı ilə bu prosesləri həyata keçirmişlər, fərqli ödəmə olmuşdur, həmin vaxtdan Faxratın ona 24.000 manata qədər bu günə kimi borcu var, qaytarmamışdır. O, bu barədə Bakı şəhər Polis İdarəsində bildirmişdir, Faxrata da borcunu qaytarmasını demişdir. O, Şamili düzgün, təmiz bir insan kimi tanıyır. Bu proseslərdə Şamil ondan əlavə pul istəməmişdir, öz şəxsi maraqlarını güdməmiş, həmişə Faxratın maraqlarını güdüb, qiymətini aşağı salmışdır. Bu cür onların münasibətləri olmuşdur. Bu proseslərdə onların Faxratla münasibətləri yaranmışdır. Faxrat ondan burda nə iş görməyin mümkün olduğunu soruşmuşdur. Onun da bu binada bir neçə əmlakı var idi. Sonuncuya burda əmlak alıb təmir etməyin mümkün olduğunu demişdir, alan zaman bir 10% ucuz alsalar, təmirdə də bir 10% xeyir əldə olsa, bir 20% xeyir əldə etmək olacağını bildirmişdir. Faxrat razılıq vermiş, bir münasib variant olarsa iş görəcəklərini bildirmişdir və bu şəkildə də 2 əmlak almışlar, təmir etmişlər, satmışlar, xeyirlərini də götürüb bölmüşlər. Yəni, onunla belə əlaqələri olmuşdur. Faxratla Şamil arasında baş verənləri ona Bakı şəhər Baş Polis İdarəsindən zəng olunandan zaman bilmişdir. Orda da fikrini bildirmişdir. Şamillə onun əlaqələri olub axırıncı dəfə əmlakları satmışlar, pandemiya dövrü idi, Faxrat burda yox idi, Faxratla whatsapla danışmışlar, bu qiymətə razılaşmış, qaimələri, şəkilləri, ödənişləri hamısını göndərmişdir, pulu təhvil vermişlər. Bakı Baş Polis İdarəsinə çağırılan zaman Faxratdan onun qalıq borcunu alıb ona verilməsini xahiş etmişdir. O da bu gün sabaha salıb, belə qalmışdır. Aralarında iş olub deyə üstünə gedə bilmir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, birinci dəfə danışıqları Faxrat özü burda olub, özü aparıb, yəni Faxrat, Şamil və bir nəfər tanımadığı şəxs var idi. Pulları Faxrat ödəyirdi. Alınan mənzillərin sonuncusunu Şamilin adına almışdı, əvvəlkilərini bilmir, yadında qalmamışdır. İbtidai istintaqda verdiyi ifadələrini təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 33 ildir müəllimə işləyir və cəmiyyətdəki uşaqları necə tərbiyə etmişsə, övladlarını da elə tərbiyə etmişdir. Bu cinayətkar adlandırılan X18 Universitetində gecə işləyib, gündüz oxuyurdu. Qardaşı Faxrat onlara gəlib uşaqlıqdan Şamili kompüter işinə öyrədirdi, onu çox istəyirdi, oğlu kimi onu qəbul etmişdi. Sonra onu Estoniya şəhərinə aparıb işlətmək istəyəndə onlar razılıq verməmişlər, Şamilin universitet qurtardığını, hərbi xidmətə getdiyini, burda bütün prestijləri olduğunu bildirmişlər. Nə qədər yalvarmış qoymamışlar, burda işləməsini demişlər. Çox gözəl işləmişlər, şərik işləmişlər. Faxratın da adına, onların da adlarına mülkiyyət alırdı. Şamil müharibəyə gedəndən sonra sonuncunun yerinə kimlər gəldisə, nə işlər gördülərsə, oğlunu işdən kənarlaşdırdı. Onlar heç nə oğurlamamışlar. Binəqədidə yerləşən evlə bağlı deyə bilər ki, onlar pul yığmışlar, hətta ipoteka götürmüşlər, Memar Əcəmidə iki otaqlı ev alırdı. Qardaşı gəlib aranı qarışdırmışdır. Yoldaşı işləyir, o da işləmişdir, illərlə pul yığmışlar. Onun yoldaşı 23 il müavin işləmiş, neçə il YAP-ın sədri olmuşdur. Şərlə böhtanla bu işinə görə gəlməyə icazə verməmişlər, özü könüllü ərizə yazmışdır ki, Şamilin arxasında dursun. Qardaşı onları ev almağa qoymamışdır, İlqar adlı şəxslə onları calaşdırmışdır ki, bu evi alırlar. Onlar da pulu İlqara verməmiş, evdə qardaşının özünə vermişlər. Yoldaşı yığdıqları pulu, yəni 100.000 dollara qədər pulu qardaşına vermişdir. O, repetitor işləyirdi, məktəbdə gözəl maaşı var, yoldaşı işləyir, hətta o vaxtı Şamil özü də oxuyurdu, həm də mühafizədə işləyərək 360 manat maaş alırdı, özü yataqxanada qalırdı. İndi də qardaşı şahidləri olduğunu, pul verib Şamili tutduracağını bildirir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Binəqədi rayonunda yerləşən ev alınması barədə demişdir. Onlar evin alınması ilə bağlı 100.000 ABŞ dollarını yoldaşı Faxrata vermişdir. Pulu 2014-2015-ci illərdə vermişlər. Onlar Faxrata pul vermişlər. Onlar Əcəmidən ev almaq istəyirdilər, Faxrat da bu evi almamağı, sonuncunun dostunun evini almaqlarını bildirmişdir. Kimin kimə borcu var idi bilmir, onlar da pulu qardaşına vermişlər, çünki dostunun evi idi, qardaşı da aparıb pulu İlqara vermişdir. Evə verilən pul 100.000 dollar idi. Qardaşı evə bəlkə də əlavə pul qoyub bilmir, çünki İlqar onun dostu idi, işçisi olub, nə verib, nə vermədiyini bilmir. Evi o, öz adına almış, notariusa o, getmişdir. Neçə il keçdiyinə görə məbləğ yadında deyil, amma onların 100.000 ABŞ dollar verdikləri yadındadır. Oğlunun Faxratla işləməsi barədə məlumatı var idi, şərik olmuşdular, logistika ilə maşınlarla, tırlarla balıq daşıyırdılar. Oğlu şirkətin rəhbəri idi. Təkcə onu bilirdi ki, maşınları var idi, gecə gündüz bu uşaq istirahətsiz işləyirdi. Oğlu qardaşı ilə şərik işləmiş, qardaşı da pul qoymuş, onlar da pul qoymuşlar. Qardaşı ilə şərikə maşın almışlar, sonra iki maşın olmuşdur. Şirkət qurulandan sonra maşın almışlar, nə vaxt aldıqlarını bilmir, təkcə onu bilər ki, ikisi bir yerdə işləmişlər. Şirkətin qazancı olub-olmaması barədə məlumatı olmamışdır. Şirkət qurulandan sonra onlar ev almışlar, maşın almışlar. Başqa ev almışlar, nə vaxt aldıqlarını bilmir. İşləyəndən sonra Şamil ev almış, maşın almış, amma o, sonuncunun nə ev aldığına, nə maşın aldığına qarışmamışdır. Sonradan aldıqları evi satmamışlar. Mərdəkanda yerləşən bağ evidir. Həmin evi oğlu alıb, məbləğini o, bilmir. Oğlu sərbəst gedib özü bağ evini almışdır. Alınan evlərdən Faxrat tərəfindən pul verilməmişdir. İkisinin də bazarlığını o, edirdi. O, rayonda yaşadığı üçün bütün hər şeyi rayondan onlara gətirirdi. İstintaqda ifadə verdiyi zamanı oğlu həbsdə deyildi. Müstəntiq ev barədə ondan soruşurdu, görür ki, səhv yazıbdır. İfadəsində yazılan son cümlə ilə razı olmamışdır, o, nəyisə verməyə hazırdır sözünü demədiyinə görə sonra cümlə dəyişdirilmişdir. O, heç nə verməyə hazır deyil, çünki uşağı canı bahasına onları qazanmışdır. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, Şamilin öz adına olan avtomobilləri, Badamdar qəsəbəsində olan mənzili və bağ evini qaytarmağa hazırdır sözlərini o, deməmişdir. Əlavə qeyd olunanlar, düzdür, imza onundur. Orda oğlunun nə isə verməyə hazırdır sözlərini o, deməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, bildiyi odur ki, bir yerdə çalışmışlar, qohumluq əlaqələri olmuşdur, Şamil Faxratın bacısı oğludur. Sonra aralarında mübahisə olmuşdur. Nə məsələdir təfərrüatı ilə bilmir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, istintaqda verdiyi ifadəni dəqiq xatırlamır, ümumi sözlərlə deyə bilər. Hər ikisini tanıyır, Faxratla onu Şamil tanış etmişdir. Oturub iş barədə danışmışlar. Həmin vaxtı Faxrat balıq satırdı, onun daşıması haqqında danışırdılar. Həmin vaxtdan tanış olmuşlar, əməkdaşlıq etmişlər. Onlar Faxratın sifarişləri əsasında balıqları Azərbaycana daşımışlar. Şirkəti sonradan danışmışlar. Nə vaxt danışdıqları tarixi dəqiq deyə bilməz, sonradan nəqliyyat vasitələri də olmuşdur, şirkət daşımışlar. Əvvəllər onların vasitələri ilə yüklərini daşımışlar, tək onun yox, başqa adamlarla da daşımışlar, sonradan özləri nəqliyyatla məşğul olmuşlar. Şirkəti hardasa təxminən 4-5 il olar açmışlar. Əvvəl 1-2 nəqliyyat vasitələri olmuş, sonradan artırmışlar, özləri müstəqil olaraq işləmişlər, onlarla əməkdaşlığa son qoymuşlar. Şirkəti kim qurmuşdur, nəqliyyat vasitələrini necə əldə etdikləri barədə məlumatı yoxdur. O, özünə Faxratdan “Mersedes” markalı maşın almışdır. Yük maşını idi. Maşını alanda pulunu vermişdir. Faxratın burdakı şirkəti hansı qaydada işlətməsi barədə məlumatı yoxdur. Şirkətin işçiləri var idi, sürücülərini də tanıyırdı. Maşınların təmir işində ondan məsləhət almaları ola bilər. Şirkət Beynəlxalq daşımaları həyata keçirmişdir. Onun ünsiyyət qurduğu adamlar Faxrat, Şamil, Muxtar, İlqar müəllim olmuşdur. Hamısı birlikdə çalışmışlar. İş bölgüləri ilə bağlı məlumatı yoxdur, amma bilir ki, Şamil Faxratın bacısı oğludur, işləri ona tapşırıb, işləri o görür. Faxratla tanış olanda Şamilin onun bacısı oğlu olduğunu, işi ona tapşırdığını bilmişdir. İş proseslərindən görünür ki, Şamil Faxratın işlərini aparır. O, bildiyi "xxxx" şirkətidir. O, ikinci şirkəti tanımır. Şamil tez-tez şirkətə gəlib gedirdi. Qeyd etdiyi şəxslər Şamildən sonra gördüyü şəxslərdir. Şamilin "xxxx" şirkətinin direktoru olduğundan məlumatı yoxdur. Onun hər ikisi ilə ünsiyyəti olmuş, Faxratla və Şamil ilə ünsiyəti olmuşdur. O, ifadəsi elan edildikdən sonra suala cavab olaraq bildirmişdir ki, onu bilir ki, Faxratgil işi ümumi bir yerdə görürlər, amma maşını kim alıb onu deyə bilməz. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Faxratla tanışlıqları pandemiyadan qabaq olmuşdur. Sonuncu onun təmir işi ilə məşğul olduğunu bilmiş, təmir lazım olacağını, onunla sonra görüşəcəklərini bildirmişdir. Mənzili alandan sonra qiymətini danışmışlar, sonra o, təmirə başlamışdır. Faxratın Badamdarda olan 4 otaqlı mənzilini o, təmir etmişdir. Şamili oğlu kimi tanıyırdı, yəni pul hissə-hissə verilirdi, pul lazım olanda Faxrata deyirdi. Faxrat pulu kimin verəcəyini deyirdi, ya Şamilin, ya İlqarın, ya Elşənin, ya Mərdanın verəcəyini deyirdi, özü də verirdi, elə olurdu pulu tanımadığı şəxslər verirdi. O, Faxrata nə qədər pul aldığını deyirdi, sonuncu dəftərə qeyd edirdi. Kim hansı məbləğləri verib yadında deyil. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, birinci mənzil Badamdarda olmuş, 93 kv.m olmuş, onu hesablamışdır, o, özü dizayner tutmuşdur. Dizayner təsdiq edəndən sonra qiyməti Faxrata demişdir, təmirə başlamışlar. Pulu ilk növbədə İlqar müəllim verirdi. Faxratla İlqar müəllimin iş birliyi olmuşdur. Pulu bir-iki dəfə Şamil də vermişdir, pulun çox hissəsini Elşən vermişdir. O, nə qədər pul lazım olduğunu Faxrata deyirdi. O, ancaq Faxratla əlaqə saxlayırdı. Onunla qiyməti Faxrat danışmışdır, özü rəngi seçmiş, nə xoşuna gəlməyəni demişdir, o, dizaynerlə danışmışdır. Axırda təsdiqləmişdir, neçiyə olacağını soruşmuşdur, o, demişdir ki, kvadratı 160 manata işləyir, materialı da o, hesabat yazacaq onu ödəyər. Birinci ödənişi İlqardan almağını demişdir. İkinci mənzildə Badamdarda olmuş, 140 kv m. olar. Faxrat demişdir ki, belə bir mənzili var, təmirə başlamaq istəyirlər, orda bina rəhbəri özü problem yaradırdı, qapını bağlayıb heç kimi buraxmırdı. Həmin vaxt Şamil müharibədə olmuşdur. Komendantla danışıb təmirə başlamaq istədiklərini bildirmişlər, qoymamışdır, hansı səbəblərdən deməmişdir. Faxrat bu evi özü Şamilin adına aldığını, təmirə başlamaqlarını demişdir. O, sonuncuya orda bina komendantının problem yaratdığını bildirmişdir. Həmin vaxtı o, 102 xidmətinə zəng edib məlumat vermişdir. O, Faxratın yaxın adamı olduğunu, təmirə başlamaq istədiklərini, bacısı oğlunun da sənədinin onlarda olduğunu, onları qoymadıqlarını bildirmişdir. Elə həmin rayonun polis əməkdaşları gəlib, düz-qoş etdikdən sonra onlar təmirə başlamışlar. Alçipan işlərinə keçmək üçün pul lazım olduğunu Faxrata demişdir. Faxrat Şamil gəlib baxacağını, ona orda pul verəcəyini bildirmişdir. Şamil gəlib baxmış, hansısa məbləği vermişdir. Şamili orda iki dəfə görmüşdür. Bir də axırda gəlmişdir. Faxrat sonuncuya deyirdi, Şamil gəlib baxıb nəzarət edirdi. İlqar da ora gəlmişdir. Ev yiyəsi Faxrat olduğuna görə pulu ondan istəyirdi. O, Faxratla danışmışdır. O, ev təmir edəndə evin kimin adına olduğunu müştəridən soruşmur. Şamilin adına olduğunundan məlumatlı olmuşdur, ona görə ki, onları komendant ora qoymurdu. Faxrat evi bacısı oğlunun adına aldığını deyirdi, yoldaşı anası ilə birlikdə gəlib çıxarışı və evin təmir edilməsinə etiraz etmədikləri barədə notariusda təsdiqlənmiş etibarnaməni gətirib ona vermişlər, o da polis bölməsinə təqdim etmişdir. Həmin evin təmiri tam qurtarmışdır. Faxrat bir ara həmin evdə yaşamışdır. Özü ora dəfələrlə qonaq getmişdir, tez tez Faxratla görüşmüşlər. Faxratla həmin evində, birinci təmir etdiyi evində, bağ evində də görüşmüşlər. Şamilin həmin evdə yaşamasını görməmişdir, bir-iki dəfə gəlib baxdığı olmuşdur. Ev hazır olandan sonra Şamili həmin evdə görməmişdir. Üçüncü ev Mərdəkanda bağ evi olmuşdur. İki mərtəbəli bağ evidir. Eşitdiyinə görə Şamilin adına almışdır, amma sənədi görməmişdir. Faxrat bağ evini xarici vətəndaş olduğuna görə torpaq onun adına almaq olmaz deyə hansısa bir qohumun adına almalı olduğunu demişdir. O, ancaq Faxratın özü ilə danışmışdır. Şamili bağ evində görməmişdir. Obyektin olmasını bilmir. Faxrat Şamilin adına aldığını, indi problem olduğunu demişdir. Aralarında nə problem olduğunu, niyə olduğunu bilmir. Şamil Faxratın şirkətində direktor işlədiyini bilirdi. Onun şirkət barədə məlumatı yoxdur, Şamil müharibəyə gedəndə, İlqarın direktor işlədiyini bilirdi. Şamilin digər şirkətin direktoru olduğu barədə məlumatı yoxdur. Komendant onlar təmirə icazəni hələ vermədiklərini, qapının bağlı olduğunu, məlumat veriləcəyini demişdir. O da həmin binada yaşayış olması barədə məlumat almışdır. O, polisə çıxarışlarının olduğunu, evi təmir etmək istədiklərini bildirmişdir. 102 xidmətinə məlumatı o, vermişdir. Polis bölməsində ərizəni o, yazmışdır. Faiq orda yox idi. Onda evin təmirinə icazə verilməsi barədə etibarnamə olmuşdur. Ona polisdə demişlər ki, Şamilin yoldaşı gəlib təmirə etiraz etmədiyini yazsın. O, özü maşınla gəlib Şamilin anasını, yoldaşını, balasını götürmüşdür, notariusa gəlmişlər, orda ona etibarnamə yazıb vermişlər. Polis əməkdaşları gəlib nə məsələ olduğunu soruşmuşlar, onu bölməyə aparmış, ərizə yazdırmışlar. O, bildiyinə görə 93 kv m. olan mənzilin sənədi yox idi, Elşənin adına müqavilə olmuşdur. Faxrat 140 kv m mənzil almışdır. Həmin mənzilin təmirini o, etməmişdir. Elşən bildiyinə görə Şamilin tanışı idi, orda qalırdı. O, bildiyinə Faxrat həmin evi Elşənə vermişdir, Elşən də ona 93 kv m. evi verib, üstünə də pul verməli idi. Elşən ona dəfələrlə qalan pulunun üstünü düzəltmək üçün 9000, 10.000, 5000 verirdi. O, Faxrata evi öz adına sənədləşdirməsini soruşmuş, sonuncu da öz adına sənədləşdirmədiyini, belə ki, Elşənin onun yaxını olduğunu demişdir. Evin kimin adına olduğunu bilmir. İkinci mənzilin Şamilin adına olduğunu bilirdi. Şamilin Faxratın bacısı oğlu olduğunu, bir yerdə bizneslə məşğul olduğunu da eşitmişdir. Faxrat onunla telefonla danışanda həmin mənzilin açarını ona vermiş, evə baxmağını demişdir. Şamilin nə qədər maaş alması barədə, işlədiyi şirkətin adı barəsində məlumatı yoxdur. O, bildiyinə görə yük daşıma ilə bağlı iş olmuşdur. Şirkət barədə məlumatı yoxdur. Şirkətin balansında neçə avtomobil olduğunu bilmir. Avtomobillərin hansı qaydada alınması barədə bilmir. Avtomobilləri hardan alınması barədə arada bir məlumatı olurdu. Eşitmişdir ki, diyəsən burda kiməsə maşın alıb, ya kiməsə satıb, pulu hisssə-hissə verilirdi. Həmin avtomobillərin kimin tərəfindən alınmasını, kimin tərəfindən ödənilməsi barədə eşitmişdir, məlumat lazımsız olduğuna görə yadında qalmamışdır. Onun Faxratla münasibətləri müştəri kimi başlamışdır. Sonra münasibət yaranmışdır. Hal-hazırda zəngləşirlər. Onun ümumiyyətlə dostu yoxdur. Elə insan var hörmətlə yanaşır, evinə dəvət edir, evinə gedir. Faxrat həmin adamlardan biridir. Faxratı o, rahat evinə dəvət edir, rahat evinə gedə bilir. İstintaq zamanı ifadəni özü deyirdi, müstəntiq yazırdı. O, 140 kv m evdə yaşamamışdır. O, 140 kv m evi təmir edəndə Faiq orda olmamışdır. O, Faxratla danışmış, polisə məlumat vermək istədiyini demiş, sonuncu da verməsini bildirmişdir. Polis Faxratla danışanda evi bacısı oğluna aldığını demişdir. Polis əməkdaşı özü gəlməyini demişdir, o, özü gələ bilmədiyini, müharibədə olduğunu, veteran olduğunu demişdir. Polis əməkdaşı heç olmasa yoldaşı gəlsin demişdir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 Əlisəftər oğlunun ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 10 ildən artıqdır ki, tanıyır. Dostluq münasibətləri vardır. Faxrat Estoniyada balıq biznesi ilə məşğul olur, eyni zamanda Azərbaycanda balıq satışı ilə məşğul olur. Azərbaycanda "xxxx" adlı şirkət də, təsis etmişdir. Onun ixtisası balıq üzrə mühəndis-texnoloqdur. Neftçala rayonu və Sumqayıt şəhərində vaxtilə balıq zavodlarının direktoru işləmişdir. Faxrat təxminən 2019cu ilin sonları ya da 2020-ci ilin əvvəllərində Farxat ona təklif etmişdir ki, "xxxx"-in direktoru vəzifəsini icra etsin. O, da, razılaşmışdır. Bundan əvvəl Faxrat başqa şirkətin adına balıq və balıq məhsulları göndərirmiş. O, direktor olduğu müddətdə ancaq şirkətin balansında, Faxradın bacısı oğlu Şamilin və başqa qohumlarının adlarına olan soyuducu yük avtomobilləri ilə ayrı-ayrı müştərilər üçün ölkə daxilində və ölkə xaricində yük daşımaları ilə məşğul olurmuşlar. Yığılmış pullar Faxrata göndərirmiş, ancaq sürücülərin əmək haqqısını, təmir və digər xərcləri özü ödəmişdir. Həmin ərəfələrdə Faxrat bacısı oğlu Şamili işdən kənarlaşmışdır. Aralarında mübahisə vardır. Şamil bundan əvvəl Faxrat tərəfindən təsis edilmiş “OneStyle” şirkətin direktoru olmuşdur. Şamil Vətən müharibəsində iştirak edib qayıtdıqdan sonra Faxrat onu bağışlamış və 2021-ci ilin fevral ayının sonlarında Faxrat yenidən Şamili onun yanında işləməyə göndərmişdir. Şamil ancaq avtomobillərin təmirinə nəzarət edirmiş. Digər bütün işləri o, təşkil edib rəhbərlik edirmiş. Bir-iki ay onun tabeçiliyində işləyəndən sonra görmüşdür ki, ona tabesizlik göstərir, müştərilərlə danışdığı qiymətlərin az olduğunu bildirib, müştərilərlə razılaşmaları pozurmuş, ona görə də, o, Farxata demişdir ki, o, işləmək istəmir, 2021-ci ilin iyun ayında o, işdən ayrılmışdır. O, şirkətin rəsmi direktoru imiş. Faxrat əvvəllər Şamilə çox inanmışdır. Bakıdakı mənzilləri, Mərdəkanda bağ evini və şirkət üçün avtomobillərin çox hissəsini Şamilin adına almışdır. Eşitdiyinə görə Şamil avtomobilləri və mənzilləri Faxrata qaytarmaq istəmir. Faxrat 2018-ci ildə Səbail rayonu Badamdar qəsəbəsi A.Abbaszadə küçəsindəki mənzili ümumi tanışları Şahid2 168000 manata alanda o, da, onunla olmuşdur. Həmin vaxt Faxrat tanışı Faiq də, yanlarında olmuşdur. Həmin mənzili Faxrat Şamilin adına sənədləşdirmişdir. Faxratın dediyinə görə Şamili oxutdurub, Goranboy rayonundakı evi də, Şamilin valideynləri üçün ev tikmiş, Bakıda Şamil onun evində qalır. Hətta Şamil üçün avtomobil almışdır. “Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, dayısı Faxratla şərikli işləyib, bu işlərdə müəyyən qədər payı vardır. Bu barədə nə deyə bilərsiniz? sualına cavab olaraq bildirmişdir ki, Şamil yalan danışır. Faxrat heç vaxt Şamillə şərik olmamışdır, Şamil yığılan pullardan qeyri-rəsmi maaşını götürmüşdür. Şamil necə şərik ola bilərdi ki, Faxrat ondan əvvəl Şamili işdən çıxarmışdır. Şamil müharibədən qayıtdıqdan sonra o, da Faxratdan xahiş etmişdir ki, Şamili işə götürsün və ona köməklik etsin. Faxrat da Şamili bağışlamışdır. Faxratın dediyinə görə ondan əvvəl Şamil verdiyi hesabatlarda əskikliklər çox olub, yəni yeyinti olmuşdur. O, Şamilin Faxratla şərikli işlədiyini eşitməmişdir. Ondan əvvəl də, Şamil Faxradın işçisi kimi işlərini görmüşdür. “Əgər Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə şərik deyildisə bəs niyə avtomobillərin bir hissəsini sonuncunun adına sənədləşdirmişdir? sualına cavab olaraq bildirmişdir ki, çünki, Şamil Faxrata demişdir ki, avtomobilləri şirkətin adına göndərsə daha çox vergi ödəməli olacaqdır, ona görə də, Faxrat Estoniyada balıq biznesindən əldə etdiyi gəlirlər hesabına aldığı 4 ədəd yük avtomobilini Şamilin adına invoysla göndərmiş və Şamilin adına verdiyi etibarnamə əsasında avtomobilləri öz adına rəsmiləşdirmişdir. Faxratın Estoniyada böyük balıq biznesi vardır. Orada qazandığı pullarla avtomobilləri almışdır. Avtomobillər Şamilin adına formal olaraq rəsmiləşdirilmişdir. Əslində isə Şamilin həmin avtomobillərin alınmasında heç bir payı yoxdur, həmin avtomobilləri Faxrat Şamilə bağışlamamışdır. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid9 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 2018-ci ildən Rusiya Federasiyası vətəndaşı olan Faxrad Mamedova məxsus yük avtomobili idarə edir. Beynəlxalq yük daşımalarıda iştirak edir. Onu Faxrad işə götürmüşdür. Hazırkı vaxtadək ayrı-ayrı Volvo markalı yük avtomobillərini idarə etmişdir. Hazırda Volvo markalı **-NC-*** dövlət nömrə nişanlı yük avtomobilini idarə edir. Faxrata məxsus "xxxx" MMC-nin adından Pribaltika və şərqi Avropa ölkələrinə yük daşıyır, eyni zamanda yük gətirir. Faxradın bacısı oğlu Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Faxrat Şamili yük avtomobillərinə nəzarətçi kimi qoymuşdur. Avtomobillərdə nasazlıqlar olanda Şamil düzətdirir, bir müddət uçotu Şamilə aparmışdır. Faxrat xaricdən aldığı yük avtomobillərini Şamilin adına sənədləşdirmiş, bundan başqa yük avtomobillərini şirkətin adına da sənədləşdirmişdir. O, Şamili Faxradın şəriki kimi tanımamışdır. Bu barədə Faxrad ona deməmiş, Şamil də, ona Faxradın onun şəriki olduğunu deməmişdir. 2019-cu ilin sonlarında Faxradla Şamillə arasında narazılıq yaranmışdır. Hesabatda əskikliklər var imiş, ona görə Faxrad Şamili yük daşıma işlərindən kənarlaşdırmışdır. Faxradın dediyinə görə Şamil pul mənimsəmişdir. Şamil Elşən və Rövşən qardaşlarına məxsus yük avtomobillərin daşıma işində kömək edirmiş. Həmin ərəfədə Faxrad tanışı Şahid3 onların üzərində nəzarətçi kimi qoymuşdur. İlqar uçotu aparmışdır. Şamil vətən müharibəsinə gedib-gəldikdən sonra Faxrad Şamili bağışlamış, yenidən avtomobillərin təmiri işini ona tapşırmışdır, lakin hesabatı İlqara vermişlər. Müştərilərdən pulun alınması, ehtiyat hissələrin alınması və s. işləri İlqar həyata keçirirmiş. 2022-ci ilin təxminən yaz aylarında Faxrad Şamili işdən kənarlaşdırmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (l cild i.v. 1-2) xx.xx.2023-cü il tarixli audio yazılara dair bir ədəd CD diskin götürülməsi və ona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Fakhrat Mamedov (Мамедов Фахрат Салам оғлу) bir ədəd CD diskini təqdim edərək CD diskdə bacısı Şahid6 ona whatsappla göndərdiyi iki ədəd audio yazılar olduğunu bildirmişdir. Həmin audio yazılarda Şahid6 Təqsirləndirilən şəxs və onun adına sənədləşdirdiyi bütün ev, mənzillərin və avtomobillərin ona məxsus olduğunu və ona qaytaracaqlarını bildirir. Şahid6 Fakhrat Mamedova (Мамедов Фахрат Салам оғлу) göndərdiyi üç ədəd whatsapp audio yazılarına dair stenoqram. Birinci səs yazısının müddəti 17 saniyədir. Səs yazısının stenoqramı aşağıdakı kimidir: Şahid6: “hər şey sənindir, bir az səbrli ol, hər şey sənindir, bax yüz dəfə demişəm sənə, min dəfə demişəm sənə ki, deyirəm yenə deyirəm qardaş adımızda 100 dənə ev var nə təhər satırdın?, bircə kəlmə deyirdik ki, niyə vermirik, yenə də, sənin də hər şey” İkinci səs yazısının müddəti 07 saniyədir. Səs yazısının stenoqramı aşağıdakı kimidir: Şahid6: “qoyan yoxdu, vallah evimizdə qırğındır, Elçin məni bir hala salıb evimizdə qırğındır, mən nə qayırım, Allah məni öldürsün” Üçüncü səs yazısının müddəti 2 dəqiqə 20 saniyədir. Səs yazısının stenoqramı aşağıdakı kimidir: Şahid6: “Xeyir, ay dədə, dədə deyim, qardaş deyim, sən bütün Bakıya yayırsan, yayırsan yaxşı edirsən yayırsan bacım mənim vardövlətimə gözün dikib, yaddında saxla nə bacın nə də ki, bacın uşağı sənin var-dövlətinə gözün dikməyib, hər şeyi də səni qorumaq üçün adımızda saxlayırıq bunu bil, bir vaxt gələcək Allah qoysa bunu biləcəksən, adımızda nə qədər ev olub o olub hamısını satmısan, onda niyə deməmişik ki, vermirik, hər şey də sənindir, amma mən bunu sənə verən kimi, bunu o qurdlar, canavarlar əlindən alacaqlar, mən də onu gözləmirəm. Vaxt olacaq sən mənə deyəcəksən ki, ay bacı nə yaxşı sən o şeyləri heç kəsə vermirsən, yenə də hər şey sənindir. Sadəcə olaraq mən səni qorumaq üçün, bax ağzım orucdur, mənim onun sənin heç nəyində gözümüz yoxdur, yenə də hər şey sənindir, ancaq mən onu kiminsə adına keçirməyi istəmirəm. Çünki, məndən ala biləcəksən sənə lazım olanda iraq olsun şər deməsən xeyir gəlməz bir şey olanda, ancaq özgədən ala bilməyəcəksən qardaş, mən də sənə bunu gözümü yumub verə bilmərəm, yaddında saxla hər şey sənindir, özünündür, bizim heç nə də gözümüz yoxdur, yaddında saxla ki, biz bunları səni qorumağa görə saxlayırıq, bir vaxt düşdün üstümə maşını tez ol ver, tez ol ver, tez ol ver, verdim, nə oldu axırda, bax dedim ay qardaş o vaxt niyə belə elədin, dedin ki, sənin ağlın var idi verməyəyədin, indi ağlım var, deyir eşşək palçığa bir dəfə batar, hər nəsə, hamı bu dəqiqə sevinir, tələ qurub ki, bacısı Afət gəlib veşləri qaytaracaqdır, canavarlar da keçirəcək adlarına, onların başı üçün, onlar qədər mənim başım işləmir, əvvəllər verirdim, sonra oturub fikirləşdim ki, hamımız deyirik, oğlum da deyir, Şamil deyir, Elçin də, deyir, hamı deyir ki, hər şey sənindir, sadəcə biz səni qorumaq istəyirik, bunu ağla tax, ağlın bir küncünə yaz, bu da orucluq ayıdır, ağzım oruc bu sözləri sənə havadan demirəm, əgər mən sənə bu sözləri havadan deyirəmsə deməli mənim tutduğum oruc boşunadır”. (İ cild i.v. 88-89) xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, zərər çəkmiş şəxs Mamedov Fakhrat (Мамедов Фахрат Салам оғлу) ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İl cild i.v. 130-131) xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Şahid1 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İl cild i.v. 133-136) xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs Mamedov Fakhrat (Мамедов Фахрат Салам оғлу) ifadəsində qeyd olunanları X3 üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İl cild i.v. 142-143) xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs Mamedov Fakhrat (Мамедов Фахрат Салам оғлу) ifadəsində qeyd olunanları Şahid6 üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İl cild i.v. 149-150) xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Şahid2 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İl cild i.v. 165-167) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:30-da CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (lİ cild i.v. 189-190) xx.xx.2023-cü il tarixli telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı, Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrlə aparılan danışıqlar məhkəmə qərarı əsasında ələ keçirilmişdir. "xxxx" MMC-dən daxil olmuş, BKC/LGL-7349/23 saylı xx.xx.2023-cü il tarixli məktubla daxil olmuş CD diskə, "xxxx" MMC-dən daxil olmuş AZF/LGL-3037/23 saylı xx.xx.2023-cü il tarixli məktubla daxil olmuş CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 2018-ci ildə 34 dəfə, 2019-cu ildə 928 dəfə, 2020-ci ildə 72 dəfə, 2021-ci ildə 177 dəfə və 2022-ci il tarixdə 39 dəfə danışıq olmuşdur. Mamedov Fakhrat (Мамедов Фахрат Салам оғлу) adına Azərbaycan Respublikasında fəaliyyət göstərən mobil operatorlara məxsus mobil nömrələr aşkar edilmədi. Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrdən daxil olan və xaric olan sms mətnlərində iş üzrə sübut əhəmiyyəti kəbs edən məlumatlar aşkar edilməmişdir. (lİ cild i.v. 196) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İİ cild i.v. 209-211) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(011)-509/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(011)-618/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasından imtina olunmuş və o, məhkəmə iclas zalından azad edilmişdir. (İİ cild i.v. 233-239, İİİ cild i.v. 65-77) Dövlət Gömrük Komitəsinin "xxxx" MMC-nin idxal və ixrac əməliyyatları haqqında məlumatlardan görünür ki, Mamedov Fakhrat (Мамедов Фахрат Салам оғлу) faktiki rəhbəri olduğu "xxxx" MMC-nin adına Estoniya, İran və Özbəkistan Respublikalarından xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində ümumilikdə 273446,50 ABŞ dollar qiymətində balıq məhsulları və digər məhsullar idxal edilmişdir. xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə MMC-nin adından Rusiya Federasiyasına 73415,91 ABŞ dollar qiymətində balıq hissələri ixrac edilmişdir. (lİİ cild i.v. 12-20) Dövlət Gömrük Komitəsinin "xxxx"MMC-nin idxal və ixrac əməliyyatları haqqında məlumatlardan görünür ki, Mamedov Fakhratın (Мамедов Фахрат Салам оғлу) rəhbəri olduğu Estoniyanın paytaxtı Tallin şəhərində fəaliyyət göstərən “Coregon” şirkəti adından “"xxxx" MMC-nin adına xx.xx.2021-ci il tarixdə 23000 ABŞ dollar dəyərində “Volvo” markalı (yəhərli dartıcı), xx.xx.2021-ci il tarixdə 20000 ABŞ dollar dəyərində “Mercedes-benz Actros 1841 LS” markalı (yəhərli dartıcı) və 17000 ABŞ dollar dəyərində soyuducu tipli “SCHMİTZ SKO 24L” markalı yarımqoşqu (yarımyedək), xx.xx.2021-ci il tarixdə 23000 ABŞ dollar dəyərində “Mercedes-benz Actros 1844” markalı (yəhərli dartıcı), xx.xx.2022-ci il tarixdə 9500 ABŞ dollar dəyərində “KRONE SDP27” markalı yarımqoşqu (yarımyedək) və 32000 ABŞ dollar dəyərində “SCANİA R450” markalı (yəhərli dartıcı), Tallin şəhərində fəaliyyət göstərən “Taninen” şirkəti adından xx.xx.2021-ci il tarixdə 10000 ABŞ dollar dəyərində soyuducu tipli “SCHMİTZ SK024” markalı yarımqoşqu, Tallin şəhərində fəaliyyət göstərən “Metro-V” şirkəti adından xx.xx.2021-ci il tarixdə 7500 ABŞ dollar dəyərində “KRONE SDP27” markalı yarımqoşqu (yarımyedək) və Litvada fəaliyyət göstərən “UAB VİJA” şirkəti adından xx.xx.2022-ci il tarixdə 33000 ABŞ dollar dəyərində “SCANİA R450” markalı (yəhərli dartıcı) yük avtomobilləri göndərilmişdir. Mamedov Fakhrat (Мамедов Фахрат Салам оғлу) təkcə Təqsirləndirilən şəxs adına deyil, faktiki olaraq rəhbərlik etdiyi "xxxx" MMC-nin adına təkcə 2021-2022-ci illər ərzində 5 ədəd yük avtomobili və 4 ədəd soyuducu tipli yarımqoşquları xarici ölkələrdə öz hesabına satın alaraq göndərmişdir. Həmçinin 2018-2021-ci illər ərzində Təqsirləndirilən şəxs adına Estoniyadan göndərdiyi 4 ədəd yük avtomobili və 4 ədəd yarımqoşquları Mamedov Fakhrat (Мамедов Фахрат Салам оғлу) öz hesabına satın almışdır. (lİİ cild i.v. 22-24) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İİİ cild i.v. 84) xx.xx.2023-cü il tarixli telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, şahidlər Şahid1 istifadəsində olan ***-***-**-** saylı və Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrlə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində danışıqlar məhkəmə qərarı əsasında ələ keçirilmişdir. "xxxx" MMCdən daxil olmuş 05 oktyabr 2023-cü il tarixli 22627 nömrəli məktubla göndərilmiş CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 2018-ci ildə 34 dəfə, 2019-cu ildə 928 dəfə, 2020-ci ildə 72 dəfə, 2021-ci ildə 177 dəfə və 2022-ci il tarixdə 39 dəfə danışıq olmuşdur. Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 17 sentyabr 2021 və 10 aprel 2022-ci il tarixdə 2 dəfə danışıq olmuşdur. (lİİ cild i.v. 101) Hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. (lİİ cild i.v. 119- 120) İ-13951, İ-6680 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. (lİİ cild i.v. 121-122) Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş invoys sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs adına Fakhrat Mamedova (Мамедов Фахрат Салам оғлу) məxsus Estoniya Respublikasında fəaliyyət göstərən “Caregon” şirkətindən xx.xx.2021-ci il tarixdə 15000 Avro qiymətində “Mersedes-Benz Actros 1841 LS” markalı, xx.xx.2021-ci il tarixdə 16000 Avro qiymətində “Scania R420” markalı, Estoniya Respublikasında fəaliyyət göstərən Fakhrat Mamedova (Мамедов Фахрат Салам оғлу) məxsus “Omul-Fot” şirkətindən xx.xx.2018-ci il tarixdə 18000 Avro qiymətində “Volvo” markalı, xx.xx.2021-ci il tarixdə Estoniya Respublikasında fəaliyyət göstərən “EUROPEAN EKSPRESS” şirkətindən 9000 Avro qiymətində “Volvo FH” markalı və həmin tarixdə 6000 Avro qiymətində “Krone SDR 27” markalı yarımqoşqu, xx.xx.2021-ci il tarixdə 5000 Avro qiymətində “Krone SDR27” markalı yarımqoşqu göndərilmişdir. (lV cild i.v. 55-72) Dövlət Gömrük Komitəsinin Təqsirləndirilən şəxs adına idxal olunan nəqliyyat vasitələrinə dair məlumatlardan görünür ki, Estoniya Respublikasından aşağıdakı nəqliyyat vasitələri Təqsirləndirilən şəxs adına göndərilmişdir. 1) 27.04.2018-ci il tarixdə 30000 ABŞ dollar qiymətində “Volvo FH” markalı yük avtomobili (yəhərli dartıcı), 2) 22000 ABŞ dollar qiymətində “Krone SD” markalı soyuducu tipli yarımqoşqu, 3) 23.10.2019-cu il tarixdə 16500 ABŞ dollar qiymətində “Daf FTXF105” markalı (yəhərli dartıcı), 4) 23.10.2019-cu il tarixdə 18000 ABŞ dollar qiymətində “Krone” markalı soyuducu tipli yarımqoşqu, 5) 14.11.2019-cu il tarixdə 16500 ABŞ dollar qiymətində “Krone SDR27” markalı, soyuducu tipli yarımqoşqu, 6) 14.11.2019-cu il tarixdə 16500 ABŞ dollar qiymətində “DAF FTXF105” markalı yük avtomobili (yəhərli dartıcı), 7) 19.05.2021-ci il tarixdə 23000 ABŞ dollar qiymətində “SCANİA R420” markalı yük avtomobili (yəhərli dartıcı), 8) 19.05.2021-ci il tarixdə 17000 ABŞ dollar qiymətində “Krone SDR 27” markalı soyuducu tipli yarımqoşqu, 9) xx.xx.2021-ci il tarixdə 28000 ABŞ dollar qiymətində “Volvo FH” markalı yük avtomobili (yəhərli dartıcı), 10) xx.xx.2021-ci il tarixdə 10000 ABŞ dollar qiymətində “Krone SDR27” markalı soyuducu tipli yarımqoşqu, 11) xx.xx.2021-ci il tarixdə 23000 ABŞ dollar qiymətində “Mersedes-Benz Actros 1841 LS” markalı yük avtomobili (yəhərli dartıcı) (lV cild i.v. 84-92) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İV cild, i.v. 111-112) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (İV cild i.v. 145-147) AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X7 adlı, xx.xx.2018-ci il təvəllüdlü X4 adlı, xx.xx.2020-ci il təvəllüdlü X6 adlı azyaşlı uşaqları vardır. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 178.3.2ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, onun dayısı Faxratı aldatmaması, ona verilən etibarnamə ilə sonuncunun adına əmlaklar alması, ona 220.000 dollar pulun verilməməsi və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, üzləşdirmə protokolları, Fakhrat Mamedovun (Мамедов Фахрат Салам оғлу) təqdim etdiyi bacısı Şahid6 ona whatsappla göndərdiyi iki ədəd audio yazılara dair CD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokol, Dövlət Gömrük Komitəsinin "xxxx"MMC-nin idxal və ixrac əməliyyatları haqqında məlumatlar, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş invoys sənədlər, Dövlət Gömrük Komitəsinin Təqsirləndirilən şəxs adına idxal olunan nəqliyyat vasitələrinə dair məlumatlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Eyni zamanda qeyd olunmalıdır ki, zərər çəkmiş şəxs Fakhrat Mamedov (Мамедов Фахрат Салам оғлу) məhkəmə istintaqındakı ifadələrində bildirmişdir ki, ev almaq üçün Təqsirləndirilən şəxs pul vermişdir. İstintaq zamanı verdiyi ifadələrdə də Təqsirləndirilən şəxs ev alması üçün 220000 ABŞ dollar məbləğində Faiq vasitəsilə pul verdiyini, Təqsirləndirilən şəxs vəd verdiyi kimi evi almadığını qeyd etmişdir. Qeyd olunan bu hal məhkəmə iclasında dindirilən Müdafiəçi1 və Şahid2 tərəfindən də təsdiq edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından suiistifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində 3 nəfər azyaşlı uşağının olmasını, 44 günlük Vətən müharibəsində iştirak etməsini, “Vətən müharibəsi iştirakçısı” “Laçının azad olunmasına görə” medalları ilə təltif edilməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu, ümumilikdə 01 ay 27 gün müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur, maddi sübut və ekspertiza xərci müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu, ümumilikdə 01 ay 27 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 05 (beş) il 10 (on) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalında dərhal həbs edilsin və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar