Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-299/2021 02.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1988-ci il tarixdə Ermənistan Respublikasının, Meqri rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 18-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qəsdən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 3.665 qram olan “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 22:40 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 39 ünvanında yerləşən “Golden Falcon” otelinin üçüncü mərtəbəsindəki 306 nömrəli otaqda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, xx xxx 2020-ci il tarixdə saat 01:01 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarının sol ön cibindən iki ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.640 və 2.025 qram olmaqla ümumi təmiz çəkisi 3.665 qram kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən bir il yarımdır ki, narkotik vasitələrdən ara-sıra istifadə etmişdir. xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 39 ünvanında yerləşən “Golden Falcon” adlı oteldə dostu X1 doğum günü münasibətilə keçirilən məclisə dəvət olunmuşdur. Həmin gün saat 20 radələrində otelə getmiş, onlar otelin restoranında olan zaman otelin işçiləri bildirmişlər ki, bir qədər sonra polis əməkdaşları karantin qaydalarına nəzarət olunması ilə əlaqədar otelə baxış keçirəcəklər. Bu səbəbdən ad günündə iştirak edən hər kəsə otelin ayrı-ayrı otaqlarına daxil olmaları məsləhət görülmüş, bu zaman o, təsadüfən orada iştirak edən Kamran adlı meyxanaçı ilə və əvvəlcədən tanıdığı Cəmalə adlı xanımla eyni otağa keçmişlər. Təxminən saat 22:40 radələrində Kamran ilə söhbət edərkən mülki geyimdə olan polis əməkdaşları otağa daxil olub özlərini təqdim etmişlər. Həmin əməkdaşların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduğunu bilmişlər. Polis əməkdaşları onlarla birlikdə Baş İdarəyə getməli olduğunu bildirmişlər. Həmin vaxtı oteldə onun üzərinə baxış keçirilmiş, onun üzərindən qeyri qanuni heç nə aşkar edilməmişdir. Eyni zamanda həmin vaxt yanında olan Şahid4, eləcə də digər şəxslər Baş İdarəyə dəvət edilmiş, onlar da heç bir etiraz etmədən könüllü olaraq baş idarəyə getməyə razı olmuşlar. Onlar polis əməkdaşları ilə birlikdə Baş İdarəyə gəldikləri günün səhəri yenidən videoçəkiliş aparılaraq üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ona əvvəldən olunan təklifdən sonra əynindəki qara rəngli cins şalvarının sağ ön cibindən içərisində ***-***-**-** nömrəli simkart olan “Samsung A5” markalı 01 ədəd mobil telefonu, özünə məxsus 01 ədəd 20 manatlıq pul əsginazını və onların ona verdikləri guya şalvarının sol ön cibində Vilayət adlı şəxsdən alaraq üzərində saxladığı iki ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heorini çıxarıb onlara təqdim etmişdir. Bundan sonra o, sorğu zamanı da polis əməkdaşlarının ona dediyi qaydada bildirmişdir ki, həmin maddəni xx xxx 2020-ci il tarixdə Vilayət adlı şəxsdən özü istifadə etmək məqsədi ilə 150 manata almışdır. O, bəzi hallarda narkotik vasitələrdən istifadə etsə də saxlanıldığı zaman onun üzərində heç bir narkotik vasitə olmamışdır. Narkotik vasitələrin satışı ilə isə ümumiyyətlə heç bir zaman məşğul olmamışdır. Həmin narkotik vasitənin ona aid olmasını ona göstəriləcək təzyiqlərdən qorxaraq etiraf etmişdir. Çəkiliş zamanı o, polis əməkdaşlarının dediklərini edərək narkotik vasitənin ona aid olduğunu boynuna almalı olmuşdur. Məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə etmiş, icazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Sonra həmin məlumatın yoxlanılması üçün 3 nəfərdən ibarət yəni, o, baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 ibarət qrup yaradılmışdır. Həmin qrupa o, rəhbərlik etmiş, Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etmiş, sonra Təqsirləndirilən şəxs “Golden Falcon” otelində olduğunu bilmişdir. Buna görə də əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin otelə getmiş, otelə daxil olanda Təqsirləndirilən şəxs bir nəfər şəxslə söhbət etdiyini görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və ya psixotrop maddə əldə etməsi, saxlaması, daşıması və satması barədə məlumat daxil olduğunu, bu məqsədlə Baş İdarəyə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Həmin şəxsi axtarışda iştirak etmək üçün onun yanında olan Şahid4 də Baş idarəyə dəvət edilmiş, onlarda etiraz etmədən onlarl razılaşıb Baş İdarəyə gəlmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilmiş, bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış başlamış, şəxsi axtarışda onun yanında olan Şahid4 iştirak etmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra əvvəlcə Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ ön cibindən içərisində nömrə olan “Samsung A5” markalı 01 ədəd mobil telefonu, 01 ədəd 20 manatlıq pul əsginazını, şalvarının sol ön cibindən 2 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heorinə bənzər qəhvəyi rəngli toz halında maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddəni haradan əldə etdiyi soruşulduqda o bildirmişdir ki, həmin maddəni təxminən xx xxx 2020-ci il tarixdə Vilayət adlı şəxsdən özü istifadə etmək məqsədi ilə 150 manata almışdır. Hökməli həmin vaxtı bildirmişdir ki o, təxminən bir il yarımdır ki, narkotik vasitənin heroin, marixuana növlərindən, o cümlədən psixotrop maddə metafetmindən istifadə edir, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli toz halında olan maddə 01 ədəd kağız zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənmiş və mobil telefonu ilə birlikdə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş, 20 manat pulu isə sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra da şəxsi axtarış davam etdirilmiş, lakin şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində digər sübut əhəmiyyətli predmetlər aşkar olunmamışdır. Eyni vaxta sonra Təqsirləndirilən şəxs saxlanılarkən onun yanında olmuş Şahid4 da üzərinə baxış məqsədi ilə ona üzərində olan predmetləri təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Şahid4 göy rəngli cins şalvarın sağ ön cibindən ümumilikdə 163 manat pulu, içərisində iki nömrə olan 01 ədəd “Samsung A20” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Şahid4 əynindəki paltarların ciblərini göstərdikdən sonra əlavə heç bir predmet aşkar olunmamış, mobil telefonu və 163 manat pulu iş üzrə əhəmiyyət kəsb etmədiyindən onlar Şahid4 özünə qaytarılmışdır. Bundan sonra Şahid4 sorğu zamanı o, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, onunla ilk dəfə görüşdüyünü, meyxana demək üçün oteldəki məclisə dəvət olunduğunu, heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini və satmadığını, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, satması və üzərində narkotik vasitə olması barədə məlumatı olmadığını bildirmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs da Şahid4 dediklərini təsdiq edərək onunla ilk dəfə görüşdüklərini bildirmişdir. Bundan sonra şəxsi axtarış, baxış və götürmə hərəkətinin aparılması barədə vəsatət və şikayət daxil olmadığından videoçəkiliş dayandırılmışdır. Sonra protokol tərtib edilərək ucadan oxunmuş, protokolla bağlı vəsatət və şikayət daxil olmadığı üçün həmin protokola iştirakçılar tərəfindən imza etmişlər. Onlarda olan məlumata əsasən Hökməli 306 nömrəli otaqda olmuş, həmin vaxtı otağın qapısı açıq olduğundan onlar otağa daxil olarkən otaqda Hökməli ilə Kamran söhbət etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili Şahid3 və BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid2 da BMCMİ-nin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 39 ünvanında yerləşən “Golden Falcon” adlı oteldə Elnur adlı şəxsin doğum günü münasibətilə keçirilən məclisə meyxana demək üçün Faiq adlı şəxs tərəfindən dəvət olunmuşdur. Həmin məclisdə iştirak edən Hökməli adlı şəxslə birlikdə söhbət edərkən həmin gün saat 22:40 radələrində mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Polis əməkdaşları Hökməliyə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı Baş İdarəyə məlumat daxil olduğunu bildirib şübhəli olduğu barədə məlumat vermişlər. Bundan sonra Hökməlini haqqında çıxarılmış qərarla tanış edib onlarla birlikdə Baş İdarəyə getməli olduğunu bildirmişlər. Eyni zamanda həmin vaxt o da Baş İdarəyə dəvət edilmiş, polis əməkdaşları ilə birlikdə Baş İdarəyə getdikdən sonra Hökməlinin üzərinə şəxsi axtarış aparılmalı olduğu bildirilmişdir. Bundan sonra videoçəkilişlə, onun da iştirakı təmin olunmaqla təhqiqatçı tərəfindən Hökməlinin üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ona olunan təklifdən sonra Hökməli əynindəki qara rəngli cins şalvarının sağ ön cibindən “Samsung A5” markalı 01 ədəd mobil telefonu, 01 ədəd 20 manatlıq pul əsginazını, şalvarının sol ön cibindən 02 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heorinə bənzər qəhvəyi rəngli toz halında maddəni çıxarıb onlara təqdim etmişdir. Sorğu zamanı Hökməli bildirmişdir ki, həmin maddəni təxminən xx xxx 2020-ci il tarixdə Vilayət adlı şəxsdən özü istifadə etmək məqsədi ilə 150 manata almışdır. Təxminən bir il yarımdır ki, narkotik vasitənin heroin, marixuana növlərindən, o cümlədən psixotrop maddə metafetmindən istifadə edir, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onun üzərindən aşkar olunmuş iki ədəd sellofan bükümdə narkotik vasitə heroin təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmış və mobil telefonu ilə birlikdə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş, 20 manat pulu isə Hökməlinin özünə qaytarılmışdır. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər sübut əhəmiyyətli predmetlər aşkar olunmamış, bundan sonra, ona üzərində olan predmetləri təqdim etmək təklif olunmuşdur. O da əynindəki göy rəngli cins şalvarın sağ ön cibindən 1 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 1 ədəd 10 manatlıq və 1 ədəd 3 manatlıq əsginazlardan ibarət olmaqla 163 manat pulu, 01 ədəd “Samsung A20” markalı mobil telefonu çıxarıb onlara təqdim etmişdir. Daha sonra əynindəki paltarların ciblərinin hamısını onlara göstərmiş, lakin əlavə heç nə olmadığı müəyyən edilmişdir. Daha sonra mobil telefonu və 163 manat pul özünə qaytarılmış, sorğu zamanı Hökməlini əvvəllər tanımadığını, ilk dəfə görüşdüyünü, meyxana demək üçün oteldəki məclisə dəvət olunduğunu, heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini və satmadığını, həmçinin Hökməlinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı ilə bağlı heç bir məlumatım olmadığını bildirmiş, onun dediklərini Hökməli də bir daha təsdiq etmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, digər iştirakçılarla birlikdə həmin qablaşdırılmış zərfin üzərini, həm də tərtib olunmuş protokolu imzalamışlar. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, onlar əvvəllər qonşu olmuşlar. Həmçinin Elnur da onların dostudur, onların aralarında dostluq münasibətləri vardır. Onu həmin gün “Golden Falcon” otelə ad gününə Elnur dəvət etmiş, həmin vaxtı axşam vaxtları olmuşdur. Həmin vaxtı oteldə ad günündə təxminən 20 nəfər olmuş, onlar otelin restoranında olan zaman otelin işçiləri onlara polislərin oraya gəldiyini bildirmişlər. Həmin vaxt karantin vaxtı olduğundan və çox adamın bir yerə toplaşması qanunla qadağan edildiyindən onlara ayrı-ayrı otaqlara keçərək gözləmələri bildirilmişdir. O, təsadüfən həmin vaxtı Hökməli və digər tanımadığı, sonradan adının Kamran olduğunu bildiyi şəxslərlə birgə otağa keçmişlər. Otağa girdikdən bir neçə dəqiqə sonra bir neçə nəfər polis əməkdaşı otağa daxil olmuş və onların üzərinə baxış keçirmiş, həmçinin onun əl çantasına da baxış keçirilmişdir. Bu zaman nə onun, nə Hökməlinin, nə də otaqda olan digər şəxsin üzərindən qeyri-qanuni bir şey aşkarlanmamışdır. Daha sonra polis əməkdaşları onları DİN-in BMCMİ-nə aparmışlar. Onlar İdarədə hər biri ayrıca otaqlara salınmış, üzərlərinə baxış keçirilmiş, onlar həmin idarədə 2 gün qalmışlar. O, Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə istifadə etməsinə şahidlik etməmiş, onun bu barədə məlumatı da olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, saç ustası kimi fəaliyyət göstərir. Ad günü olan Məmmədov Elnuru isə onun sevdiyi qızın vasitəsilə tanımışdır. Belə ki, Elnurun münasibətdə olduğu qız saç ustası kimi tez-tez onun yanına gəlib getmişdir. Hadisə günü Elnurun ad günü münasibətilə o da “Golden Falcon” otelinə dəvət olunmuşdur. Həmin günü otelin restoranında təxminən 20 nəfər olmuş, bir qədər oturduqdan sonra otelin işçiləri polislərin oraya gəldiyini bildirmişlər. Həmin vaxt karantin vaxtı olduğundan və çox adamın bir yerə toplaşması qadağan edildiyindən onlara ayrı-ayrı otaqlara keçərək gözləmələri bildirilmişdir. Təxminən 15-20 dəqiqə sonra polis əməkdaşları bütün otaqlara, eləcə də onun olduğu otağa daxil olaraq, hər kəsin üzərinə baxış keçirmişlər. Oteldə olan zaman heç kimin üzərindən qanunsuz əşya çıxdığının şahidi olmamışdır. Bundan sonra saat təxminən 21-22 radələrində onlar Baş İdarəyə aparılmış və həmin günü səhərisi oradan buraxılmış, o polis İdarədə kiminsə üzərinə baxış keçirilməsinin şahidi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 39 ünvanında yerləşən “Golden Falcon” adlı oteldə ad gününü qeyd etmişdir. Təqsirləndirilən şəxs və eləcə də digər şəxsləri ad gününü keçirmək üçün oraya dəvət etmişdir. Həmin vaxtı otelin ümumi restoranında təxminən 20 nəfər oturmuşlar. Restoranda oturduqdan təxminən yarım saat sonra otelin işçiləri bildirmişlər ki, karantin vaxtı olduğu üçün bir qədər sonra polis əməkdaşları tərəfindən otelə baxış keçiriləcəkdir. Çox adamın bir yerə toplaşması qadağan edildiyindən onlara ayrı-ayrı otaqlara keçərək gözləmələri bildirilmişdir. Onlar da 2-3 nəfər şəklində bölünməklə ayrı-ayrı otaqlara keçmiş, otelin otaqlarına keçdikdən təxminən 10-15 dəqiqə sonra mülki geyimdə polis əməkdaşları otaqlara daxil olaraq, özlərini təqdim etmişlər. Oteldə hər kəs kimi onun da üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya aşkar olunmamışdır. Buna baxmayaraq polis əməkdaşları onları DİN-in BMCMİ-nə aparmışlar. İdarədə ifadə verməli olmuş və ona qarşı AR CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Hal-hazırda onun da barəsində olan cinayət işi üzrə məhkəmə baxışı davam edir. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 39 ünvanında yerləşən “Golden Falcon” adlı oteldə dostu Elnur Məmmədov ad gününü qeyd etmişdir. Həmin gün Elnur onu da ad gününə dəvət etmiş, onlar otelin ümumi restoranında təxminən 20-25 nəfər oturmuşlar. Restoranda oturduqdan təxminən yarım saat sonra otelin işçiləri onlara bildirmişlər ki, karantin vaxtı olduğu üçün bir qədər sonra polis əməkdaşları tərəfindən otelə baxış keçiriləcəkdir. Çox adamın bir yerə toplaşması qadağan edildiyindən onlara ayrı-ayrı otaqlara keçərək gözləmələri bildirilmişdir. Onlar da 2-3 nəfər şəklində bölünməklə ayrı-ayrı otaqlara keçmişlər. Otelin otaqlarına keçdikdən təxminən 10-15 dəqiqə sonra mülki geyimdə polis əməkdaşları otaqlara daxil olaraq, özlərini təqdim etmişlər. Oteldə hər kəs kimi onun da üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya aşkar olunmamışdır. Buna baxmayaraq polis əməkdaşları onları DİN-in BMCMİ-nə aparmış, idarədə ifadə verməli olmuşdur. İdarədə ona vəkil təyin olunsa da, sərbəst ifadə verməsinə şərait yaradılmamışdır. İdarəyə oteldə saxlanıldıqları gün saat 22 radələrində aparılmışlar, lakin üzərlərinə videoçəkilişlə baxış həmin günün səhəri saat 11-12 radələrində keçirilmişdir. Yekunda ona qarşı AR CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüş, hazırda barəsində olan cinayət işi üzrə məhkəmə baxışı davam edir. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 6/866 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN-ə məxsus “Zərflər üçün №6” möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində..” əl yazıları olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1.640 qram və 2.025 qram, ümumi təmiz çəkisi 3.665 qram tünd qəhvəyi rəngli, toz şəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 02 bükümdəki heroinlər kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsinə əsasən Heroinin ümumi təmiz çəkisi – 3,665 qr, tədqiqata sərf edildi – 0,05 qr, qalıq – 3,615 qr. (iş vərəqə 39-42) İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxsi Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx xxxxxx 2020-ci il tarixli 2181 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu NARKOMANİYA xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 158-159) DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X9 tərəfindən tərtib edilmiş şəxsi axtarış, baxış və götürmə aparılması barədə protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xxx 2020-ci il tarixdə saat 22.40-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 39 ünvanında yerləşən Golden Falcon otelində saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarının sol ön cibindən iki ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddələr aşkar edilərək götürülmüşdür. (iş vərəqə 24-26) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx xxx 2020-ci il tarixli qərar qəbul edilmiş və həmin qərar AR CPM-in 445.2-ci maddəsinə əsasən nəzarət qaydasında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilmişdir. (iş vərəqə 4, 29) İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 5(005)-480/2020 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə AR Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizmin KQQMİ-nin XMİŞ baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və AR Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx xxx 2020-ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir. (iş vərəqə 121-122) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin onun üzərində aşkar olunmaması və narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə verdiyi ifadəsinə qiymət verərək belə nəticəyə gəlir ki, onun məhkəmədə verdiyi bu ifadəsi işin faktiki hallarına uyğun deyil və iş üzrə dindirilmiş şahidlərin istər ibtidai istintaq dövrü, istərsə də məhkəmədə verdikləri ifadələri, eyni zamanda videogörüntülər, ekspert rəyləri eləcə də digər sübutlarla tam təkzib olunur. Belə ki Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da müdafiəçisinin iştirakı ilə xx xxx 2020-ci il tarixli izahatında, xx xxx 2020-ci il tarixdə şübhəli şəxsi dindirmə protokolundan və xx xxx 2020-ci il tarixli ifadəsində də göstərmişdir ki, təxminən bir il yarım olar ki, narkotik vasitələrin heroin və marixuana növlərindən, həmçinin psixotrop maddə olan metafetamindən istifadə edir. Bu məqsədlə də xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Əcəmi metrosunun yanına getmişdir. O, bilirdi ki, Əcəmi metrosunun yanında Moskva univermağının yaxınlığında Vilayət adlı şəxs narkotik vasitələrin satışı ilə məşğul olur. Qeyd etdiyi tarixdə Moskva univermağının yanına gedərək bir az gözlədikdən sonra Vilayət adlı şəxsin həmin ərazidə olduğunu görür. O, ondan narkotik vasitə almaq məqsədi ilə ona yaxınlaşmış, Vilayətə salam verərək hal-əhval tutmuş, sonra isə onda narkotik vasitə olub olmadığını soruşmuşdur. Vilayət ona əvvəl yox desə də o, ona izah etmişdir ki, o da narkotik vasitə qəbul edəndir, buna görə də narkotik vasitə almaq istəyir. Vilayəti inandırdıqdan sonra o, ona narkotik vasitə satdığını bildirmiş, oda Vilayətə 150 manatlıq narkotik vasitə heroin satmağını xahiş etmişdir. Vilayətdə ona alacağı malın pulunu verməyini bildirmiş, o da ona narkotik vasitə almaq üçün 150 manat pul vermişdir. Bundan sonra Vilayət ondan uzaqlaşmış, təxminən 10 dəqiqə sonra Vilayət ona yenidən yaxınlaşaraq özü ilə gətirdiyi iki ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroini ona vermişdir. O da həmin iki ədəd şəffaf rəngli sellofan bükümdə olan heroini əynində olan qara rəngli cins şalvarının sol ön cibinə qoymuşdur. Həmin narkotik vasitə heroinləri o, alsa da hər dəfə yanında adam olduğuna görə istifadə edə bilməmişdir. Bundan sonra xx xxx 2020-ci il tarixdə dostu X7 onu Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 39 ünvanında yerləşən “Golden Falcon” adlı otelə doğum günü münasibətilə keçirilən məclisə dəvət etmişdir. O da həmin gün saat 20 radələrində həmin otelə getmiş, məclisə olarkən oraya meyxana demək üçü çağırılmış meyxanaçı Kamran ilə birlikdə söhbət etməyə başlamışdır. Həmin gün təxminən saat 22:40 radələrində Kamranla söhbət edərkən mülki geyimdə olan polis əməkdaşları oteldə onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra həmin əməkdaşların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduğunu bilmişdir. Polis əməkdaşları ona qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı ilə bağlı Baş İdarəyə məlumat daxil olduğunu bildirmişlər. Bundan sonra ona şübhəli olduğu barədə məlumat verilmiş, sonra haqqımda çıxarılmış qərarla onu tanış edib onlarla birlikdə Baş İdarəyə getməli olduğunu bildirmişlər. Eyni zamanda həmin vaxtı onunla olan Şahid4 də Baş İdarəyə dəvət etmişlər. Onlar polis əməkdaşları ilə birlikdə Baş İdarəyə gəldikdən sonra ona hüquq və vəzifələri izah edilmiş və vəkillə təmin edildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ona olunan təklifdən sonra əynindəki qara rəngli cins şalvarının sağ ön cibindən içərisində ***- ***-**-** nömrəli simkart olan “Samsung A5” markalı 01 ədəd mobil telefonu, özünə məxsus 01 ədəd 20 manatlıq pul əsginazını, həmin şalvarının sol ön cibində Vilayətdən şəxsi istifadəsi üçün alaraq üzərimdə saxladığı iki ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heorini çıxarıb onlara təqdim etmişdir. O, sorğu zamanı onlara bildirmişdir ki, həmin maddəni xx xxx 2020-ci il tarixdə Vilayət adlı şəxsdən özü istifadə etmək məqsədi ilə 150 manata almışdır. Həmin vaxtı o, polis əməkdaşlarına təxminən bir il yarım olar ki, narkotik vasitələrin heroin, marixuana növlərindən, o cümlədən psixotrop maddə metafetmindən istifadə etdiyini, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını da bildirmişdir. Üzərindən aşkar olunmuş iki ədəd sellofan bükümdə narkotik vasitə heroin təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmış və mobil telefonu ilə birlikdə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş, 20 manat pulu isə özünə qaytarılmışdır. Bundan sonra, Şahid4 üzərinə baxış məqsədi ilə ona üzərində olan predmetləri təqdim etməsi təklif olunmuşdur. Şahid4 göy rəngli cins şalvarın sağ ön cibindən 1 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 1 ədəd 10 manatlıq və 1 ədəd 3 manatlıq əsginazlardan ibarət olmaqla 163 manat pulu, 01 ədəd “Samsung A20” markalı mobil telefonu çıxarıb onlara təqdim etmişdir. Bundan sonra Kamran əynindəki paltarların ciblərini göstərdikdən sonra ondan əlavə heç bir predmet aşkar olunmamış, mobil telefonu və 163 manat pulu özünə qaytarılmışdır. Kamran da Sorğu zamanı məni əvvəllər tanımadığını, ilk dəfə olaraq görüşdüyümüzü, meyxana demək üçün oteldəki məclisə dəvət olunduğunu, heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini və satmadığını, həmçinin mənim narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı ilə bağlı heç bir məlumatı olmadığını bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, digər iştirakçılarla birlikdə həmin qablaşdırılmış zərflərin üzərini, həm də tərtib olunmuş protokolu imzalamışlar. (cild 01 iş vərəqə 34-35, 50-54, 68-71). Məhkəmə, məhkəmədə əlavə şahid qismində dindirilmiş şahidlər, X4, X1, X2 və X3 məhkəmədə verdikləri ifadələrinə qiymət verərək, belə nəticəyə gəlir ki, onların məhkəmədə verdikləri ifadələri, onların özlərinin də qeyd etdikləri kimi, dost və yaxın münasibətdə olduqları Təqsirləndirilən şəxs müdafiə etmək və eyni zamanda onun məsuliyyətdən boyun qaçırmasına şərait yaratmaq xarakteri daşıyaraq, həqiqəti əks etdirmir. Eyni zamanda Məhkəmə hesab edir ki, şahidlər X7 və X8 özləri də AR CM-in 234.4.3cü maddəsi ilə ittiham irəli sürülməklə məhkəməyə verildiklərindən, məhkəmə iclasında verdikləri ifadələr ilə həm təqsirləndirilən şəxsin həm də özlərinin məsuliyyətdən yayınmalarına şərait yaratmaq niyyətindədirlər. Bu baxımdan da onların ifadələrində qeyd etdikləri hallar cinayət işi üzrə digər sübutlarla təkzib olunur. Eyni zamanda, X7 da xx xxxx 2020-ci il tarixdə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 39 ünvanında yerləşən “Golden Falcon” adlı oteldə ad günü keçirmək qərarına gəlmişdir. Buna görə də dostları Təqsirləndirilən şəxs, Faiqi və başqalarını dəvət etmişdir. Dostları ilə birgə oteldə olarkən polislər gəlmiş, onu və yanında olan Kamil, Elnur və Rəşad adlı şəxsləri BMCMİ-nə aparmışlar. Baş İdarədə üzərinə baxış keçirilən zaman üzərindən psixotrop maddə olan metamfitamin aşkar olunaraq götürülmüşdür. (iş vərəqə 126-128) Göründüyü kimi, hazırkı cinayət işi üzrə şahid X7 məhkəmə iclasında onun və digər şəxslərin üzərindən heç bir qanunsuz əşya çıxmadığını qeyd etsə də, ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə sərbəst ifadə verən zaman üzərindən psixotrop maddə olan metamfitamin aşkar olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinə gəlincə, məhkəmə belə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Təqsirləndirilən şəxs götürülmüş kütləsi 3,665 qram çəkidə olan narkotik vasitə heroin narkotik vasitəsi, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitəni qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə 2800 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə Təqsirləndirilən şəxs həmin cəriməni tam şəkildə ödəmişdir. (iş vərəqə 105-106) İş materiallarında olan Binəqədi İHB-nın M.Ə.Rəsulzadə qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (iş vərəqə 152) İş materiallarında olan Bakı şəhəri, Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2015-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. (iş vərəqə 153) Məhkəmə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxsi Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx xxxxxx 2020-ci il tarixli 2181 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, Azərbaycan Respublikasının 2005-ci il, 28 iyun tarixli Qanunu ilə dövriyyəsi qadağan edilmiş, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş iki ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 3.615 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq iş üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 109,90 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, 3.615 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD disk isə cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 109,90 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-299/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-299/2021
02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver