Məhkəmə qərarları › İş №1(101)-299/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-299/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-299/2024 27.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Tofiq oğlunun, müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri «KREDO» Vəkil Bürosunun vəkili Müdafiəçi1, “BHM və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3 və "Xəzər Konsaltinq" Vəkil Bürosunun vəkili Müdafiəçi2, mülki iddiaçının nümayəndəsi Nümayəndə2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin baş dövlət vergi müfəttişi X6, tərcüməçi X5 ştirakları ilə açıq məhkəmə iclasında

1. xx.xx.1975-ci ildə Türkiyə Respublikası Zonguldak şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, yük avtomobili sürücüsü, Türkiyə Respublikası, Zonguldak şəhəri, Mərkəz, 10 Temmuz məhəlləsi, Yıldırım küçəsi 144-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 3153-cü məhəllə, ev 7, mənzil 75Cdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.4 və 29,318.1-ci maddələri ilə

2. xx.xx.1969-cu ildə Ucar rayonnun, Küçəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, "xxxx" MMC-nin direktoru, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 179.4 və 213.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ona etibar edilmiş özgə əmlakını xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçməyə cəhd etmişdir. Belə ki, o, 2021-ci ilin noyabr-dekabr aylarında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girib, özünün Türkiyə Respublikası vətəndaşı Ünal Aydına məxsus “MAN” markalı, Türkiyə Respublikasına məxsus 41F9660/71AAJ679 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yüklənərək Qazaxıstan Respublikasının Balkaş şəhərində fəaliyyət göstərən “X25 LLP” hüquqi şəxsindən xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən dəyəri ödənilməklə alınaraq Türkiyə Respublikasının Tekirdağ şəhərində fəaliyyət göstərən Zərərçəkmiş şəxs hüquqi şəxsinin ünvanına daşınmalı olan dəyəri 520.800 manat olan 10 yerdən ibarət 20.958 kiloqram çəkidə “saflaşdırılmış mis: katodlar və katod” yükünü Azərbaycan Respublikasına gətirib ona təhvil verməyi, Təqsirləndirilən şəxs2 müvafiq alıcı taparaq həmin yükü satması, şəxsiyyəti istintaqa dəqiq məlum olmayan şəxsin əldə edilmiş pul vəsaitini Türkiyə Respublikasında qəbul edərək ona çatdırmağı barədə əvvəlcədən aralarındakı müəyyən edilmiş rol bölgüsünə və cinayətkar niyyətə uyğun olaraq həmin yükün Azərbaycan Respublikasında boşaldılmaqla ələ keçirmələri barədə razılaşmalarına əsasən, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına daşınma barədə 11 №-li, xx.xx.2021-ci il tarixli invoys, 151121 №-li CMR və eyniləşdirmə vasitəsi olan ******* №-li zavod plombundan istifadə edərək Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postunda xx.xx.2021-ci il tarixdə, saat 22:26-da **********7098 sorğu nömrəli gömrük bəyannaməsi ilə tranzit yükü xüsusi gömrük proseduru altında bəyan edərək Azərbaycan Respublikasının gömrük sərhədindən keçirərək gömrük bəyannaməsində təyinat gömrük orqanı Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postu olaraq göstərməsinə baxmayaraq, qabaqcadan əlbir olan bir qrup şəxs qismində aralarındakı cinayətkar niyyətə uyğun olaraq, 7 dekabr 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu ərazisində müəyyən edilmiş marşurutdan yayınaraq idarə etdiyi yük nəqliyyat vasitəsini Bakı şəhəri, Qaradağ rayonu, “Lökbatan dairəsi” adlanan əraziyə, oradan isə hüquqi ünvanı Sumqayıt şəhəri Sülh küçəsi ev 86D, məhəllə 76 olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Binəqədi şossesi 5 ünvanında yerləşən "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs2 tapşırığı ilə "xxxx" MMC-nin təsisçisi Şahid2 xahişi əsasında "xxxx" MMC-nin mühafizə rəisi vəzifəsində işləyən Şahid3 müşayiəti ilə "xxxx" MMC-yə məxsus zavoda gətirərək nəqliyyat vasitəsinin yük yerinə “Samur” gömrük postunda vurulmuş 193 nömrəli gömrük plombunu cinayətkar qrupun üzvləri ilə birlikdə qanunsuz olaraq sındırmaqla idarə etdiyi yük avtomobilində daşıdığı tranzit mal statuslu mis katod yükünün boşaldılmasına nail olub ələ keçirməklə, öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs MMC-yə məxsus olmaqla ona etibar edilmiş 520.800 manat dəyərində özgə əmlakını - mis katod yükünü xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu talamışdır. Bundan başqa, o, xx.xx.2021-ci il tarixdə saat 15:30-da X21 Aeroportunda Bakı- Ankara aviareysi ilə Azərbaycan Respublikası ərazisini tərk etmək istəyərkən “xüsusi diqqət siyahısı”nda olması səbəbindən dövlət sərhədindən buraxılmaması ilə əlaqədar qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstana getmək məqsədi ilə 23 dekabr 2021-ci il tarixdə saat 21 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qazax rayonunda yerləşən 1-ci sərhəd zastavasının xidməti ərazisinin 2-ci sahəsindən Azərbaycan Respublikasından Gürcüstana qəsdən qanunsuz olaraq keçməyə çalışarkən, DSX-nin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanıldığından qəsdən cinayət törətməyə yönələn əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində ona etibar edilmiş özgə əmlakını xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, xeyli miqdarda vergiləri və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən vahid niyyətlə qəsdən yayınmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 2021-ci ilin noyabr-dekabr aylarında etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girib, Təqsirləndirilən şəxs1 Türkiyə Respublikası vətəndaşı Ünal Aydına məxsus “MAN” markalı, Türkiyə Respublikasına məxsus 41F9660/71AAJ679 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yüklənərək Qazaxıstan Respublikasının Balkaş şəhərində fəaliyyət göstərən “X25 LLP” hüquqi şəxsindən xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən dəyəri ödənilməklə alınaraq Türkiyə Respublikasının Tekirdağ şəhərində fəaliyyət göstərən Zərərçəkmiş şəxs hüquqi şəxsinin ünvanına daşınmalı olan dəyəri 520.800 manat olan 10 yerdən ibarət 20.958 kiloqram çəkidə “saflaşdırılmış mis: katodlar və katod” yükünü Azərbaycan Respublikasına gətirib ona təhvil verməyi, özünün müvafiq alıcı taparaq həmin yükü satması, şəxsiyyəti istintaqa dəqiq məlum olmayan şəxsin əldə edilmiş pul vəsaitini Türkiyə Respublikasında qəbul edərək Təqsirləndirilən şəxs1 çatdırmağı barədə əvvəlcədən aralarındakı müəyyən edilmiş rol bölgüsünə və cinayətkar niyyətə uyğun olaraq həmin yükün Azərbaycan Respublikasında boşaldılmaqla ələ keçirmələri barədə razılaşmalarına əsasən, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına daşınma barədə 11 №-li, xx.xx.2021-ci il tarixli invoys, 151121 №-li CMR və eyniləşdirmə vasitəsi olan ******* №-li zavod plombundan istifadə edərək Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postunda xx.xx.2021-ci il tarixdə, saat 22:26-da **********7098 sorğu nömrəli gömrük bəyannaməsi ilə tranzit yükü xüsusi gömrük proseduru altında bəyan edərək Azərbaycan Respublikasının gömrük sərhədindən keçirərək gömrük bəyannaməsində təyinat gömrük orqanı Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postu olaraq göstərməsinə baxmayaraq, qabaqcadan əlbir olan bir qrup şəxs qismində aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Təqsirləndirilən şəxs1 7 dekabr 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu ərazisində müəyyən edilmiş marşurutdan yayınaraq idarə etdiyi yük nəqliyyat vasitəsini Bakı şəhəri, Qaradağ rayonu, “Lökbatan dairəsi” adlanan əraziyə, oradan isə öz tapşırığı, eləcə də cinayətdən xəbərsiz "xxxx" MMC-nin təsisçisi Şahid2 xahişi əsasında "xxxx" MMC-nin mühafizə rəisi vəzifəsində işləyən Şahid3 müşayiəti ilə hüquqi ünvanı Sumqayıt şəhəri Sülh küçəsi ev 86D, məhəllə 76 olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Binəqədi şossesi 5 ünvanında yerləşən, direktoru olduğu "xxxx" MMC-yə məxsus zavoda gətirərək nəqliyyat vasitəsinin yük yerinə “Samur” gömrük postunda vurulmuş 193 nömrəli gömrük plombunu cinayətkar qrupun üzvləri ilə birlikdə qanunsuz olaraq sındırmaqla tranzit mal statuslu mis katod yükünün boşaldılmasına nail olub ələ keçirməklə, Təqsirləndirilən şəxs1 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibar edilmiş özgə əmlakını yəni Zərərçəkmiş şəxs MMC-yə məxsus 520.800 manat dəyərində - mis katod yükünü xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Bundan başqa, o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmış hüquqi ünvanı Sumqayıt şəhəri Sülh küçəsi ev 86D, məhəllə 76 olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Binəqədi şossesi 5 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN: **********) 21 aprel 2020-ci il tarixdən direktoru vəzifəsində işləyərkən maddi məsul rəhbər vəzifəli şəxs kimi cəmiyyətin nizamnamə məqsədlərinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olub, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirən, bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-16.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 82, 103-105, 149.2, 154, 177.1.2, 177.1.3, 177.2, 178-ci maddələrinin tələblərini pozaraq, vergi orqanlarına təqdim edilmiş mənfəət vergisi bəyannamələrinə təhrif edilmiş məlumatlar daxil etməklə 2021-ci il üzrə mənfəət vergisi tutulan dövriyyəsi 8.613.082,74 manat, fəaliyyətlə əlaqədar çəkilən xərci 8.477.256,05 manat, mənfəəti 135.826,69 manat, mənfəət vergisi 27.165,34 manat olduğu halda, müvafiq dövr üzrə tərtib etdiyi mənfəət vergisi bəyannaməsinə təhrif edilmiş məlumatlar daxil etməklə, mənfəət vergisi tutulan dövriyyəsini 8.551.971,15 manat, büdcəyə ödənilməli mənfəət vergisini 14.943,12 manat göstərərək, 12.222,22 manat mənfəət vergisini, eləcə də 2020-ci ilin yanvar ayından 2022-ci ilin iyul ayınadək olan vergi dövrü üzrə 18% ƏDV tutulan dövriyyəsi 5.775.890,59 manat, “0” dərəcə ilə ƏDV-yə cəlb edilən mal ixracı dövriyyəsi 4.638.478,12 manat, satışdan ƏDV məbləği 1.039.660,31 manat, əvəzləşdirilən ƏDV məbləği 775.569,46 manat, dəqiqləşdirilmiş vergi tutulan dövriyyə üzrə azaldılan ƏDV məbləği 13.700 manat, büdcəyə ödənilməli ƏDV əbləği 250.390,85 manat olmağına baxmayaraq, müvafiq dövr üzrə tərtib etdiyi ƏDV bəyannamələrinə təhrif edilmiş məlumatlar daxil etməklə, müvafiq dövr üzrə 18% ƏDV tutulan dövriyyəsini 5.496.777,33 manat, “0” dərəcə ilə ƏDV-yə cəlb edilən mal ixracı dövriyyəsini 4.638.478,12 manat, satışdan ƏDV məbləğini 989.419,92 manat, əvəzləşdirilən ƏDV məbləğini 789.400,05 manat, dəqiqləşdirilmiş vergi tutulan dövriyyə üzrə azaldılan ƏDV məbləğini 13.700 manat, büdcəyə ödənilməli ƏDV məbləğini 186.319,87 manat göstərərək, 64.070,98 manat ƏDV məbləğini, 2020-ci ilin 1-ci rübündən 2022-ci ilin 2-ci rübünədək olan vergi dövrü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutmalar üzrə sosial sığorta ayırmaları, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarını 127.825,74 manat göstərərək, müvafiq dövr üzrə 126,5 manat sosial sığorta ayırmasını, 2020-ci ilin 3-cü rübündən 2022-ci ilin 2-ci rübünədək olan dövr üzrə ödəmə mənbəyində tutulan vergi məbləği 165.692,14 manat olduğu halda, müvafiq dövr üzrə ödəmə mənbəyində tutulan vergi məbləğini 165.583,64 manat göstərərək, 108,5 manat ödəmə mənbəyində tutulan vergini dövlət büdcəsinə ödəməkdən yayındırmaqla, vahid niyyətlə ümumilikdə xeyli miqdar təşkil edən 76.528,2 manat vergiləri və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən vahid niyyətlə qəsdən yayınmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 179.4 və 29,318.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Türkiyə Respublikası vətəndaşıdır, yük avtomobili sürücüsüdür, 2006-cı ildən etibarən Rusiya, Qazaxıstan və digər ölklərə beynəlxalq yük daşımaları həyata keçirir. Onun özünə məxsus olan yük avtomobili yoxdur, lakin ayrı-ayrı şirkətlərə və ya fiziki şəxslərə yük avtomobillərini etibarnamə əsasında idarə edərək yükləri daşımışdır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Qazaxıstan Respublikası qeydiyyatında olan yük nəqliyyat vasitəsilə Türkiyə Respublikasının Trabzon şəhərindən Qazaxıstanın Almata şəhərinə tekstil yükünün daşınmasını həyata keçirmiş, orada Türkiyəyə qayıtmaq üçün yük və nəqliyyat vasitəsi gözləyərkən Almata şəhərində Fatih adlı Türkiyə vətəndaşı ona telefonla zəng vurmuş, özünün də sürücü olduğunu demiş və onun nömrəsini digər sürücü tanışlardan tapdığını demişdir. Fatihlə telefonda danışmış, üz-üzə görüşməmişdir. Fatih ona Qazaxıstanın Cambul şəhərində yola çıxmağa hazır vəziyyətdə Ünal adlı Türkiyə Respublikası vətəndaşına məxsus 41F9660/71AAJ679 nömrə nişanlı, Man markalı yük nəqliyyat vasitəsindəki yükü İstanbul şəhərinin Tekirdağ vilayətinə aparmaq lazım olduğunu bildirmişdir. O, Fatihin bu təklifini qəbul etmiş, bundan sonra Almata şəhərində Ünalla görüşmüş, həmin nəqliyyat vasitəsini və yükün sənədlərini sonuncu ona vermişdir. Ünal ona yol pulu olaraq 500 ABŞ dolları və özünə məxsus bank kartını verərək pulun qalanını karta qoyacağını demişdir. Ünaldan maşının açarını, yükün sənədlərini almış, lakin yükün mis olduğunu Canbulda maşını qəbul edəndə bilmişdir. Cambul şəhərində tır parkında 10 gün müddətində yüklə qalmış 41F9660/71AAJ679 nömrə nişanlı, Man markalı maşını idarə edərək Qazaxıstandan Rusiya ərazisinə keçmiş, əvvəldən Vladiqafqaz vasitəsilə Rusiyadan Gürcüstana, Gürcüstandan Türkiyəyə keçməyi planlaşdırmışdır. Yolda olarkən daimi olaraq Ünal və Fatihlə əlaqə saxlamışdır. Ünal ona “Samur” gömrük postundan keçib Azərbaycana, oradan “Qırmızı Körpü” gömrük postu vasitəsilə Gürcüstana, oradan Türkiyəyə keçməyi bildirmişdir. O, etiraz edərək hər dəfə RF-nin Vladiqafqaz şəhərindən keçməklə Gürcüstana, oradan da Türkiyəyə getdiyini bildirmiş, lakin Ünal təkidlə dediyi yolla, Azərbaycandan keçərək getməyini, orada növbə olmadığını bildirmişdir. Bundan sonra o, maşını ilə Samur gömrük postundan keçib Azərbaycana daxil olmuş, orada yanacaq pulu qurtardığı üçün ona Ünal Aydın ona kartına 200-300 ABŞ dolları pul atacağını bildirmiş və Murad adlı şəxsin onunla əlaqə saxlayacağını demişdir. Həqiqətən Murad adı ilə özünü təqdim edən şəxs ona zəng edərək Bakı şəhərinə Lökbatana gəlməsini demiş və o, həmin ünvana gəlmişdir. Orada o, tanımadığı bir əraziyə daxil olmuş, orada onun maşınında olan yükü tanımadığı şəxslər boşaltmış, bundan sonra adını bilmədiyi şəxs Rendrover markalı CİP maşını ilə həmin əraziyə gələrək onun Türkiyəyə qayıtmaq üçün 3.000 ABŞ dolları vermişdir. Yük onun maşınından boşaldıldıqdan sonra o, həmin yük maşını ilə ərazinin giriş hissəsində gözləmiş, Ünal Aydının onun yanına göndərdiyi 2 nəfər Azərbaycan vətəndaşını yükün pulunu almaq üçün həmin ərazidə gözləyən Təqsirləndirilən şəxs2 yanına aparmışdır. Azərbaycanlıları Təqsirləndirilən şəxs2 ofisinə yola saldıqdan sonra çıxıb getmişdir. Yaxınlıqda olan ərazidə oteldə yer götürmüş, təyyarəyə bilet almaq üçün Covid -19 infeksiyasına dair analiz vermiş, bundan sonra Türkiyəyə uçmaq üçün bilet almış, lakin hava limanında gömrük əməkdaşları onun sənədlərini yoxlayarkən ona bildirmişlər ki, o, Azərbaycan Respublikası ərazisinə maşınla daxil olmuş və maşınla da çıxmalıdır. Bundan sonra aldadıldığını başa düşmüşdür. Murada zəng vurub onu oyuna saldıqları üçün şikayət edəcəyini, polisə, gömrüyə gedəcəyini demişdir. Murad isə onu Qazax rayonundan “Qırmızı Körpü” gömrük məntəqəsindən Gürcüstana yola salacağını bildirmiş və yanına tanımadığı şəxsləri göndərmişdir. Həmin şəxslər onu Qazax rayonunda olan bir evə aparmış, təxminən 1 həftə həmin evdə qalmış, bundan sonra həmin adamlar onu Qazax şəhərinə “Damcılı" otelə aparmış, orada Turan adlı yerli sakinlə tanış etmişlər. O, 3 gün həmin oteldə qalmış, bundan sonra Turan onu gecə saatlarında qaldığı oteldən idarə etdiyi qırmızı rəngli minik avtomobili ilə sərhədin yaxınlığına aparmışdır. Maşından düşüb Turanla birlikdə bir qədər piyada getmişlər, lakin qarşıda bir əsgəri gördükdə Turan onu qoyub oradan qaçmış, o, isə sərhədi keçməyə qorxmuş və geri “Damcılı”otelə qayıtmışdır. Oteldə olduğu zaman 2 nəfər sərhəd xidməti əməkdaşı otelə gələrək onu sərhəd xidmətinin idarəsinə aparmışlar. O, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına Ünal Aydının hədələrinə görə müraciət etməmişdir. Belə ki, sonuncu onu uşaqlarına zərər yetirəcəyi ilə hədələmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 179.4 və 213.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin direktoru və təsisçisidir, həmin şirkət əvvəllər Binəqədi rayonu ərazisində yerləşmiş, hal-hazırda isə Sumqayıt şəhəri ərazisindədir. Bu hadisədən təxminən 4 il əvvəl o, Türkiyədən meyvətərəvəz alıb Rusiyaya aparmaqla məşğul olmuş, həmin ərəfələrdə Antalya şəhərində istirahətdə olarkən meyvə-tərəvəz satışı ilə məşğul olan Hakan adlı şəxslə tanış olmuşdur. Lakin pandemiya zamanı sərhədlər bağlandığı üçün özünə özünə təsis etdiyi müəssisə vasitəsi ilə dəmir qırıntıları alıb onları əritməklə əldə olunan malın satışı ilə məşğul olmuşdur. Onun bu işi həyata keçirmək üçün polad əritmə sexləri də vardı. 2021-ci ilin sonlarında Hakan ona zəng edərək Bakı şəhərində 21 ton mis yükü olan maşının olmasını bildirmiş və həmin misi alıb Türkiyəyə göndərməklə daha baha qiymətə satışını həyata keçirməyi təklif etmişdir. O, da Hakana razılıq vermiş və qiymətlə bağlı müzakirə aparmışlar. Son olaraq bir maşın 21 ton misi 195.000 ABŞ dollarına almağa razılaşmışdır. Hakan ona sürücünün nömrəsini göndərmiş və sürücünün yüklə birlikdə Bakı şəhərində olduğunu bildirmişdir. O da yük maşınını qarşılamağı tanışı Şahid2 xahiş etmişdir. Sonuncuya Hakanın ona göndərdiyi nömrəni vermiş və həmin şəxslə danışıb yük maşınını qarşılamağı xahiş etmişdir. Bundan sonra Vüsal işçisi Hikmət vasitəsilə malı qarşılayaraq zavoda gətirmişdir. Həmin yük zavodun ərazisinə boşaldılmış, misin keyfiyyətini yoxlamaq üçün mütəxəssis olan Şahid4 xahiş etmişdir. Elvin də gəlib öz avadanlıqları ilə mala baxış keçirtmiş və malın keyfiyyətinin aşağı olmağı barədə məlumat vermişdir. Bundan sonra o, Hakanla yenidən əlaqə saxlayaraq, malın keyfiyyətinin aşağı olduğunu bildirmiş və qiyməti aşağı salmağını istəmişdir. Bundan sonra Hakanla malın qiymətini 178.000 ABŞ dollarına razılaşmışlar. Razılaşmalarına görə o, həmin pulun 3.000 ABŞ dolları hissəsini sürücüyə, geridə qalan hissəsini isə Hakanın ona göndərəcəyi adamlara verməli idi. Belə də oldu. O, sürücüyə 3.000 ABŞ dolları tanışı X7 Məmmədovun vasitəsi ilə verdirmişdir. Bundan sonra zavodun ərazisinə getmiş, ofisdə olduğu zaman həmin sürücü, yəni Çinar Oktay yanına 2 azərbaycanlı şəxsi gətirib çıxıb getmişdir. O, telefon vasitəsilə Hakanla görüntülü əlaqə yaradaraq pulu gələn şəxslərə verib-verməməsini soruşmuşdur. Hakin da həmin şəxsləri telefon vasitəsi ilə görüb pulu bu şəxslərə verməsini bildirmişdir. O da 175.000 ABŞ dolları məbləğində pulu həmin şəxslərə vermişdir. Bu məbləğin yarısı özünə məxsus olmuş, digər yarısını isə tanışından borc almışdır. Həmin şəxsin adını bildirmək istəmir. Öz növbəsində misi Bakı şəhərində olduğu "xxxx" MMC-yə satmışdır. Belə ki, həmin MMC-nin rəhbəri Şahid5la olan müqaviləyə əsasən, həmin şirkətə ümumilikdə 95 ton mis katod yükünü satmalı imiş. Həmin vaxta kimi 71.5 ton təhvil versə də, 23,5 ton qalıq qalıbmış və Şahid5 qalıq misi tələb edirmiş. 8 dekabr 2021-ci il tarixdə saat 10-11 radələrində Şahid5 zəng vurub 21 ton misin hazır olduğunu, gəlib götürməyini bildirmişdir. Rauf da yük maşınını göndərmiş, həmin misi aparmışdır. Bundan sonra, gömrük əməkdaşları onu izahat verməyə dəvət edəndə həmin malın qaçaqmalçılıqla ölkəyə gətirilmiş mal olduğunu bilmiş, bununla əlaqədar Hakana dəfələrlə zəng etsə də sonuncu cavab verməmişdir. O, Hakandan və ya sürücüdən aldığı malın mənşəyi ilə maraqlanmadığını və buna aid hər hansı sənəd tələb etmədiyini, 175.000 ABŞ dolları məbləğində aldığı misə dair ödəniş etməyi barədə ödəniş sənədi və ya təhvil təslim aktı və ya müqavilənin olmadığını, misi şifahi söhbət və şifahi razılaşma əsasında aldığını qeyd etmişdir. Onun müəssisəsinin vergi ödəmələri ilə bağlı 76.000 manat vergi borcu olmuş, lakin həmin borcu hissə-hissə ödəmişdir. Hal-hazırda onun vergiyə heç bir borcu yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər X27 və Təqsirləndirilən şəxs2 tanıyır, onların heç biri ilə ədavəti və düşmənçiliyi yoxdur. O, "xxxx" MMC-nin təsisçisidir. Müəssisə bina tikintisi ilə məşğul olur. MMC Bakı şəhəri, Binəqədi şosesi, A.Ələsgər 5 ünvanında yerləşir. "xxxx" MMC ilə eyni ərazidə "xxxx" MMC yerləşir, "xxxx" MMC-nin təsisçisi və direktoru Təqsirləndirilən şəxs2dur. Müəssisə kabel istehsalı ilə məşğul olurdu, lakin, "xxxx" MMC-nin kabel zavodu 2022-ci ilin aprel ayından fəaliyyət göstərmir. Həmin ərazidə "xxxx" MMC-yə məxsus tikinti getdiyi üçün zavod fəaliyyətini dayandırmışdır. Hər iki müəssisə X26a məxsusdur. X26 "xxxx" MMC-ni ona, "xxxx" MMC-nin idarəçiliyini isə Təqsirləndirilən şəxs2 həvalə etmişdir. Müvafiq hesabatları Nüsrət Məmmədova təqdim edirlər. 2021-ci ilin dekabr ayının 7-də Təqsirləndirilən şəxs2 “Whatsapp” proqram təminatı vasitəsilə ona zəng edərək bir tır maşınını qarşılayıb zavodun həyətinə gətirmək lazım olduğunu bildirmiş və ondan gedib həmin tırı qarşılayıb zavoda gətirmək üçün bir nəfər göndərməyi xahiş etmişdir. O, da bununla əlaqədar "xxxx" MMC-nin mühafizəsinin rəisi Hikmət Mehtiyevi çağıraraq ondan gedib tırı qarşılayıb gətirməyi xahiş etmişdir. Elçinin verdiyi nömrə ilə X29 Mehdiyev danışaraq Çinar Oktayı və sonuncunun idarə etdiyi maşını "xxxx" MMC-nin kabel zavodun həyətinə gətirmişdir. Həmin vaxt o, ofisdə olmuş, tırın gəlməsini ona Hikmət Mehtiyev bildirmiş, o da həyətə çıxaraq ilk dəfə Çinar Oktayı görmüşdür. Çinar Oktayın idarə etdiyi maşının yük yerinin qapıları açıq olmuş, yük yerində mis lövhələrin olduğunu görmüşdür. Bundan sonra Elçin ona zəng edərək maşının gəlib gəlmədiyini soruşmuş, o, da maşının gəldiyini bildirmişdir. Elçin ondan misin keyfiyyətini müəyyən etməyi xahiş etmiş, o, da bunun üçün "xxxx" MMC-də xəzinədar vəzifəsində işləyən Əli Məmmədovu dəvət etmişdir. Əli Məmmədov uzun müddət Gürcüstan Respublikasında kabel zavodunda işlədiyi üçün sonuncudan bunu xahiş etmişdir. Əli əraziyə gəlmiş və misə baxış keçirərək, misin keyfiyyətini bu formada müəyyən edə bilməyəcəyini, bunun üçün misi laboratoriyaya göndərmək lazım olduğunu demişdir. Bundan sonra, dayısıoğlu Şahid6 özünə məxsus qara rəngli “Land Rover” markalı avtomobil ilə əraziyə gəlmiş və Təqsirləndirilən şəxs2 xahişi ilə tır sürücüsünə 3000 ABŞ dolları məbləğində pul vermişdir. Kənan ilə görüşüb evə getmişdir. Çinar Oktay və onun idarə etdiyi tır artıq zavodun həyətində olmamışdır. Növbəti gün, yəni 8 dekabr 2021-ci il tarixdə Əli Məmmədov həmin misi Sumqayıt şəhərində Şahid4 məxsus laboratoriyada yoxladıqlarını, misin aşağı keyfiyyətli olduğunu bildirmişdir. Bundan sonra yenidən Elçinlə əlaqə saxlayıb misi alıb-almayacağı ilə maraqlananda Elçin ona həmin mislə əlaqədar məsələni özünün həll edəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 mühafizə rəisi işlədiyi, bir ərazidə yerləşən "xxxx" MMC və "xxxx" MMC-nin rəhbərlərindən biri kimi tanıyır. İş yeri Bakı şəhəri, Binəqədi rayonu ərazisində FHN-nin Xüsusi Riskli Xilasetmə İdarəsinin inzibati binası ilə üz-üzə ərazidə yerləşir. Hər iki müəssisə Nüsrət Məmmədova məxsusdur. Həmin zavodda əvvəl kabel istehsal olunmuş, indi isə iş dayanmışdır. "xxxx"-in direktoru, işə nəzarət edən şəxs Təqsirləndirilən şəxs2dur. Baxılan iş üzrə bildirir ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 16:30 radələrində mühafizə otağında olduğu zaman "xxxx" MMC-nin təsisçisi Şahid2 ona zəng edərək ofisə çağırmış, ona xarici bir mobil telefon nömrəsi vermiş və həmin şəxslə danışaraq qarşılayıb “Binəqədi Rezidens’in ərazisinə gətirməyini bildirmişdir. O, da həmin nömrə ilə “Whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlamış, danışan şəxsin türk olduğunu müəyyən etmiş, harada olduğunu soruşmuş və sonuncunun bildirdiyi Lökbatan dairəsində yük maşını ilə olan yerə çatdıqda həmin şəxsin, yəni hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs1 avtomobilin qəza işıqlarını yandırıb yolun kənarında gözlədiyini görmüşdür. Təqsirləndirilən şəxs1 onun idarə etdiyi avtomobilin ardınca sürmüş və Bakı dairəvi yolu ilə "xxxx"-in ərazisinə gəlmişlər. O, avtomobilini saxlayıb ofisə qalxaraq çay içib mühafizə otağına qayıtmış, Təqsirləndirilən şəxs1 isə Vüsal və yanındakı digər şəxslərlə söhbət etmişdir. Hava qaraldığı üçün və həmin şəxslər ondan aralı olduğu üçün digər şəxslərin kim olduğunu və nə barədə söhbət etmələrini bilməmişdir. Sonra siqaret almaq üçün mağazaya getmiş, təxminən 10-15 dəqiqə sonra qayıtmış və maşından yerə nə isə yığıldığını görmüş, tikinti üçün taxta olduğunu düşünmüşdür. Mühafizə otağında oturduğu vaxt Vüsal gəlmiş və çay varsa Təqsirləndirilən şəxs1 burada oturub içməsini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 gəlib onunla birlikdə oturub, çay içmiş və söhbətləşmişdir. Sonra Təqsirləndirilən şəxs1 öz maşınının yanına getmiş və qalxıb kabinada oturmuşdur. Bir qədər sonra Vüsal ona həmin yük maşınını qarşıladığı yerə aparıb yola salıb qayıtmağını demişdir. O, da idarə etdiyi avtomobil ilə sürücünü müşayiət edib Lökbatan dairəsinə aparıb yola salmışdır. Həmin vaxt saat təxminən 19:00 olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1ı bir daha görməmişdir. Həmçinin bildirir ki, bu hadisədən bir gün sonra, yəni xx.xx.2021-ci il tarixdə işdə olduğu zaman günorta saatlarında Vüsal ona zəng edərək bir Azərbaycan mobil nömrəsi vermiş, həmin şəxsin sürücü olduğunu demiş, onu qarşılayıb "xxxx"-ə gətirməyini tapşırmış, sonra isə həmin avtomobili “DSK yolu” adlanan ərazidə, dəyirmanın yaxınlığında tərəziyə aparıb çəkdirib sonra “Binəqədi Residensə” gətirməyini bildirmişdir. O, həmin nömrəyə zəng edib sürücü ilə danışmış və onu “DSK yolu” adlanan ərazidə gözləyəcəyini demiş, sürücü ilə görüşüb tərəziyə gedib avtomobilin çəkisini ölçdürüb sənəd aldıqdan sonra birlikdə "xxxx"-ə gəlmişlər. Həmin vaxt Vüsal özü orada olmamışdır. Həmin avtomobil "xxxx"-ə daxil olmuş, o, da gedib mühafizə otağında oturmuşdur. Həmin yük avtomobilinə əvvəlki gün türk sürücünün avtomobilindən boşaldılmış yük işçilər tərəfindən yüklənmişdir. Həmin yükün nədən ibarət olduğunu həmin vaxt bilməmişdir. Yüklənmə bitdikdən sonra Vüsal ondan aparıb yük maşınını yenidən tərəziyə çıxarmağı xahiş etmişdir. O, sürücü ilə yenidən həmin ərazidəki tərəziyə getmiş və yük maşınını tərəzidə çəkdirəndən sonra geriyə qayıtmışdır. Həmin vaxt Vüsal ona zəng edərək Elvin adlı şəxsin mobil nömrəsini verərək yük avtomobilin hara gedəcəyini sonuncunun deyəcəyini bildirmişdir. Elvinə zəng etmiş və daha sonra sonuncu sürücü ilə danışmış və ona maşını Sulutəpə qəsəbəsinə “Koka Kola” zavodunun qarşısına aparmağı, gömrükçünün ora gələcəyini bildirmişdir. O, da idarə etdiyi avtomobil ilə həmin yük avtomobilini müşayiət etmiş və deyilən yerə getmişdir. Bir qədər sonra mülki geyimdə gömrük əməkdaşı yük avtomobilinə yaxınlaşmış, yük yerinə qalxıb yükə baxış keçirmiş, yük yerinə plomb vurub getmişdir. O zaman görmüşdür ki, maşının yük yerində mis löhvələri vardır. Bu iş üzrə bildiyi budur. Zavodun işinə onun heç bir aidiyyətin yoxdur, ərazinin sutka ərzində mühafizəsinin ona aid olduğunu, işçilər zavodu tərk etdikdən sonra zavodun çöl qapısını bağladıqdan sonra açarı mühafizə otağına qoyduğunu, səhər gəldikdə isə götürüb zavodu açdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs2 tanıyır. Digər Təqsirləndirilən şəxs1ı tanımır.O hal-hazırda Sumqayıt şəhərində yerləşən "xxxx" MMC-də satış müdiri vəzifəsində işləyir. "xxxx" MMC mis emalı zavodu kimi fəaliyyət göstərir. Əvvəllər "xxxx" MMC-də çalışdığı dövrdə, 2014-cü ildən Türkiyə Respublikasında fəaliyyət göstərən mis emalı və alqı-satqısı ilə məşğul olan “Ormetsan” şirkəti ilə əməkdaşlıq etmişdir. Həmin şirkətin rəhbəri kimi tanıdığı Ali Köşe adlı şəxslə uzun müddətdir əməkdaşlıq etdiyi üçün aralarında etibarlı münasibət yaranmışdır. 07 dekabr 2021-ci il tarixdə saat 18 radələrində "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs2 ona “Whatsapp” proqramı vasitəsilə zəng edərək zavodun ərazisində mis katod yükünün olduğunu və onun keyfiyyətini yoxlamağını xahiş etmiş, həmin gün işdən çıxdıqdan sonra Binəqədi rayonu ərazisində yerləşən "xxxx" MMCyə məxsus zavodun ərazisinə getmişdir. Zavodun ərazisinə daxil olduqda bir yük nəqliyyat vasitəsinin dayandığını görmüş və avtomobilə yaxınlaşanda arxa yük yerinin qapılarının açıq olduğunu və mis katodların yük yerində olduğunu görmüşdür. Yük yerinə qalxmış və özü ilə gətirdiyi, tapança formasında olan mis analizatoru vasitəsilə mis katodların keyfiyyətini yoxlamışdır. Qaranlıq olduğu və sayın çox olduğu üçün ilk 2 paletdəki mis katodlardan ümumi 3 analiz götürmüş və nəticədə misin saflığının 99%-dən az olduğunu və “A” kateqoriya olmadığını, 93-94% olmaqla aşağı keyfiyyətli mal olduğunu müəyyən edərək bu barədə Təqsirləndirilən şəxs2 məlumat vermiş və analizatorda çıxan nəticələrin şəklini çəkib “Whatsapp” vasitəsilə ona göndərmişdir. Bundan sonra həmin ərazini tərk edib evə getmişdir.Sabahkı gün, xx.xx.2021 -ci il tarixdə səhər saatlarında mis işi ilə məşğul olan şəxs kimi tanıdığı Şahid5 ona “Whatsapp” proqramı vasitəsilə zəng edərək bir yük maşınından ibarət mis katod yükünün olduğunu və “Ormetsan” şirkəti ilə əlaqə yaradaraq həmin yükün qiymətini müəyyən etməyini ondan xahiş etmiş və qiymət qane edərsə satacağını bildirmişdir. O, da öz növbəsində həmin malın qiymətinin müəyyən edilməsi məqsədilə “Ormetsan” şirkətinin direktoru Ali bəyə zəng edərək bir yük avtomobili mis katodun olduğunu və almaq istəyib-istəmədiyini və təklif etdiyi qiyməti soruşmuşdur. O isə tonunu təqribən 9400 ABŞ dolları civarında ala biləcəyini qeyd etmişdir. Bu barədə Raufa zəng edərək məlumat vermiş, qiymət qane etdiyi üçün Rauf həmin mis katod yükünü satacağını bildirmişdir. Raufdan malı hansı nəqliyyat vasitəsində göndərəcəyini soruşanda sonuncu bu barədə nəqiliyyat müəssisəsinin rəhbəri olan Şahid8lə əlaqə saxlamağı xahiş etmişdir. O, da İltimasa zəng edərək “Ormetsan” şirkətinə gedəcək olan malları daşıyacaq nəqliyyat vasitəsi və sürücü barədə məlumatları ona verməsini xahiş etmişdir. İltimas da sürücünün əlaqə nömrəsini ona göndərmişdir. Rauf ona da, İltimasa da malın "xxxx" MMCnin ərazisindən yüklənəcəyini demişdir. Bundan sonra axşam saatlarında sürücü ilə əlaqə saxlayıb harada olduğunu soruşmuş və sonuncu Xırdalan ərazisində dayanıb gömrük əməkdaşını gözlədiyini bildirmiş, sürücü ilə bundan sonrakı danışığında sürücü Xırdalandan çıxıb getdiyini bildirmiş, o da “Qırmızı Körpü” gömrük postuna çatdıqda və ya postu keçdikdən sonra ona məlumat verməsini xahiş etmiş, lakin bundan sonra sürücü ilə heç bir danışığı olmamış, həmin maşının “Qırmızı Körpü” sərhəd nəzarət məntəqəsində saxlanıldığını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs2 tanıyır. Belə ki, o, 15 ildən çoxdur ki, əlvan metalların, yəni mis, aluminium, qurğuşun və sair metalların istehsalı, satışı və ixracı ilə məşğuldur. Əvvəllər "xxxx" MMC-nin təsisçisi və rəhbəri olmuş, 2015-cı ildə "xxxx" MMC fəaliyyətini dayandırmışdır. Hazırda əlvan metalla bağlı əməliyyatları “ZR-78 Company" MMC-nin adından həyata keçirir, həmin şirkətin təsisçisi və direktoru rəsmi olaraq işçisi Zaur Məmmədşərifovdur, lakin faktiki olaraq şirkət, zavod, anbar sahələri ona məxsusdur, əsl sahibkar özüdür, bütün işləri özü idarə və nəzarət edir. 2021-ci ilin noyabr ayında ilk dəfə "xxxx" MMC-nin direkotoru Təqsirləndirilən şəxs2la mis katodların alqısatqısı barədə müqavilə bağlamış, müqaviləyə əsasən "xxxx" MMC ona 96 ton mis katod təhvil verməli imiş, mis katodunun 1 tonunu 16 min manata razılaşmışlar. Təqsirləndirilən şəxs2 3 partiyada mis katoları ona təhvil vermiş, sonuncu partiyada ona 23,5 ton mis katodla bağlı xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 zəng edərək malın qalanını verməsini istəmiş, sonuncu isə malın hazır olduğunu, lakin 2-3 ton kəsir olduğunu demişdir. O, da razılaşmışdır. xx.xx.2021-ci il tarixdə Elçin ona zəng edərək yükün hazır olduğunu və təhvil ala biləcəyini bildirmişdir. O, da tanışı mis sahəsində işləyən Şahid4 zəng etmiş və Türkiyədə fəaliyyət göstərən “Ormetsan Metal Sanayi ve İnşaat” şirkəti ilə əlaqə saxlayıb qiymət almasını xahiş etmişdir. Çünki Elvin çoxdan mis katod sahəsində çalışır və “Ormetsan” şirkəti ilə uzun müddətdir əməkdaşlıq edir. Elvin həmin şirkətlə danışmış və ona “Ormetsan” şirkətinin mis katodun tonuna təklif etdiyi qiyməti bildirmiş, qiymət onu qane etdiyi üçün Elvinə yükün "xxxx" MMC-nin həyətində olduğunu və İltimasla danışıb yükü qəbul etmək üçün bir yük avtomobili verməsini bildirmiş, lakin özü İltimasla danışmamışdır. Həmin gün mal yük avtomobilinə yükləndikdən sonra Təqsirləndirilən şəxs2 ona zəng edərək mis katodların 21 ton çəkidə olduğunu və maşının hazır olduğunu bildirmişdir. Lazimi sənədləri tərtib etdikdən sonra 21 ton mis katodları yüklənmiş maşını Türkiyə getmək üçün göndərmiş, lakin həmin maşın Qazax rayonunda “Qırmız Körpü” nəzarət keçid məntəqəsində saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs2 tanıyır. 2021-ci ilin avqust ayından "xxxx" MMC-nin mühasibatlığını o, həyata keçirir. Müəssisə 2020-ci ildən ƏDV ödəyicisidir. Müəssisənin əvvəlki illərdə idxalı olsa da, hazırda idxal əməliyyatı yoxdur. Amma müəssisə istehsal etdiyi mis katodlarını əsasən Türkiyə Respublikasına ixrac edir. Müəssisə kabel naqillərinin istehsalı və satışı ilə məşğul olur. Hüquqi ünvan ünvan 7anında yerləşir. Müəssisə xarici ölkəyə ixrac həyata keçirsə də, ölkədaxili müəssisələrə də satış həyata keçirir. Onlardan biri "xxxx" MMC-dir. "xxxx" MMCnin satdığı mis katodlar üzrə ödəniş mal tam təhvil verildikdən sonra həyata keçirilir. Lakin, kabel satışında bəzən avans kimi ödənişlər də verilir. Amma hər bir halda aparılan əməliyyat üzrə hesabat malın dəyəri tam şəkildə bank hesabına ödənildikdən sonra bəyan edilir. Lakin malın tam təhvil verildiyi müəssisələr də var ki, ödəniş ala bilməsələr də, həmin əməliyyatlar müvafiq bəyannamələrdə debitor borcu olaraq göstərilib."xxxx" MMC-nin "xxxx" MMC ilə 95 ton mis katodunun satışı ilə əlaqədar bağladığı müqavilə üzrə aparılan əməliyyatla bağlı təhvil təslim aktlarına əsasən təxminən 2.5 ton kəsr mövcuddur. Bundan əlavə, həmin müəssisəyə satılmış son 21 ton mal üzrə aparılan əməliyyat da istintaqla əlaqədar ləğv edilib. 8 dekabr 2021-ci il tarixdə "xxxx" MMC-yə satılmış 21 ton mis katodunun alışı və mənşəyi barədə hər hansı sənədin mövcud olmamış, həmin əməliyyatlar tam olaraq başa çatmadığı üçün qeyd edilən əməliyyat vergi bəyannamələrində öz əksini tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1ı tanıyır. Belə ki, o, özünə məxsus **-PD-*** dövlət qeydiyyat nişanlı, “Xəzər” markalı avtomobil ilə sərnişin daşıma ilə məşğuldur. xx.xx.2021-ci il tarixdə səhər saat 09 radələrində hal-hazırda məhkəmə zalında gördüyü X32 rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 50/52 ünvanında ona yaxınlaşmış, hava limanından Gürcüstana uçmaq istədiyini, lakin bunun üçün “Covid” test verməli olduğunu deyərək, onu test alınan yerlərdən birinə aparmağı xahiş etmişdir. Oda Təqsirləndirilən şəxs1ı “Referans” tibb labaratoriyasına aparmış, Oktay orada analiz verdikdən sonra onu aviakassaya aparmışdır. Avikassa açıldıqdan sonra satıcı həmin günə Ankaraya bilet olmadığını demiş, buna görə də Oqtay Tbilisiyə bilet almışdır. Hətta həmin ərəfədə Təqsirləndirilən şəxs1 28 May küçəsindəki Beynəlxalq Bankda 300 ABŞ dolları xırdalayaraq bir telefon mağazasından özünə “Redmi Note 9" mobil telefon almışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 bir türklə telefon danışdıqdan sonra Tiflisə aldığı təyyarə biletini Ankara reysinə dəyişmiş, həmin reys üzrə uçuş saat 20:50-də olmalı idi.Bu səbəbdən Oqtay ona nahar etməyi təklif etmiş, yaxınlıqdakı “Anadolu” restoranında nahar etmişlər. Bundan sonra analiz nəticələrini götürərək aeroporta getmişlər. Təxminən saat 15- 16 radələrində Təqsirləndirilən şəxs1ı hava limanına aparıb düşürtmüş, bir daha onu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1ı tanıyır.Belə ki, o, Dövlət Sərhəd Xidmətinin X23 zabiti olmaqla əməliyyat xidmətində qulluq edir. xx.xx.2021-ci il tarixdə aldıqları əməliyyat məlumatı ilə əlaqədar o və polkovnik-leytenant Fəsli Sərxanov 1-2-ci sərhəd zastavasının 1-2-ci sahələrindən təxminən 100-150 metr arxa istiqamətdə saat 18:00-dan saat 23:00-dək “pusqu” sərhəd naryadı xidmətini təşkil etmişlər. Belə ki, onlara türk vətəndaşının sərhədi pozmaq ehtimalının olmağı barədə məlumat daxil olmuşdur. Xidmətdə olduqları zaman saat 21 radələrində bir nəfər şəxsin Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətində hərəkəti müşahidə edilmişdir. Dayandığı yer İİ Şıxlı kənd qəbiristanlığının yuxarı hissəsində olmuşdur. Pusquda olarkən həmin şəxs qəbirsanlığın yaxınlığındakı dərədən 1-ci sahənin arxa istiqamətindəki düzənliyə çıxmış və dövlət sərhədinin mühəndis çəpərinə doğru hərəkət etmişdir. Təxminən 100-150 metr qalmış sərhəd naryadının başçısı baş çavuş İlkin Əlizadə əl fanarının işığını həmin sərhəd pozucusunun üzərinə tutaraq dayan komandası vermiş, bu zaman həmin şəxs özünü 1-ci sahədə olan dərəyə ataraq qaçmağa başlamışdır. O və digər əməkdaşlar həmin sərhəd pozucusunun arxasınca qaçmağa başlamışlar. Hava şəraiti qaranlıq olduğundan o, qaçan şəxsin arxasınca dərəyə hoppanmış və yıxılmışdır. Ayağa durub arxasınca getmək istəyəndə həmin şəxsin ərazidən uzaqlaşdığı məlum olmuşdur. Həmin şəxs hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs1dır. O və digər əməliyyatçılar dərəni axtarmağa başlamışlar. Bu zaman həmin şəxsin İİ Şıxlıda yerləşən elektrik stansiyasının yaxınlığından kəndə tərəf qaçdığı barədə məlumat daxil olmuşdur. Daha sonra kəndin içərilərinə doğru əməliyyat tədbirini davam etdirmişlər. Bu zaman X13 müavini polkovnik-leytenant Fəsli Sərxanov “Damcılı” otelə tərəf hərəkət etmiş və oteldə Təqsirləndirilən şəxs1 tutularaq zastavaya gətirilmişdir. Zastavada Təqsirləndirilən şəxs1 üzərini təmizləmək və yemək üçün şərait yaradılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Məhəmməd oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin heç birini tanımır. O logistika sahəsində işləməklə yüklərin nəqiliyyat vasitələri ilə daşınmasını sifarişlər əsasında təşkil edir. Özünə məxsus 5 ədəd yük avtomobili var, həmin nəqliyyat vasitələrini sürücülər idarə edir. Mal sahibləri ona müraciət etdikdə və onun həmin vaxt boş olan yük avtomobili olmadıqda tanıdığı digər şəxslərə müraciət edir və yük sahibləri ilə əlaqələndirir. xx.xx.2021-ci il tarixdə tanışı olan Elvin adlı şəxs ona zəng edərək Türkiyənin Gebzə şəhərinə yükün aparılması üçün maşınının olub-olmadığını soruşmuş, həmin vaxt öz maşınları məşğul olduğu üçün “Whatsapp” sosial şəbəkəsində sürücülər qrupuna bu sifarişi göndərmişdir. Həmin müraciətə Arif adlı sürücü cavab verərək yükü Türkiyənin Gebzə şəhərinə aparacağını bildirmişdir. Bundan sonar Arifi Elvinlə calaşdırmış, Arifdən işin nəticəsini maraqlandıqda sonuncu bildirmişdir ki, maşına mis yüklənmiş, lakin həmin yük “Qırmızı Körpü” X8 buraxılmamış, yük ondan götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən heç birini tanımır. O 2018-ci ildən beynəlxalq yük daşımalarını həyata keçirir, həmin vaxtdan “Daf’ markalı, **-SX-***/**-ZE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edir. Daşımaq üçün yükləri nəqliyyat işi ilə məşğul olan şəxslər vasitəsilə, “Whatsapp” sosial şəbəkəsində yük avtomobillərinin sürücülərindən ibarət qruplar vasitəsilə tapır. Şahid8 də nəqliyyat işi ilə məşğul olan şəxs kimi tanıyır. 2021-ci ilin dekabr ayının əvvəllərində özü Şahid8 və nəqliyyat işi ilə məşğul olan bir neçə şəxsə Türkiyənin İstanbul şəhərinə yük olarsa ona xəbər etmələrini demiş və “Whatsapp” qruplarında da bu barədə yazmışdır. xx.xx.2021-ci il tarixdə Şahid8 “Whatsapp” qrupuna Türkiyəyə yükü olduğunu yazmışdır. Zəng edərək yükün İzmir şəhərinə göndərildiyini öyrənmişdir. İzmir şəhərinin yolu uzaq olduğundan həmin yükü daşımağı qəbul etməmiş və İltimasdan bir neçə günə İstanbul şəhərinə yükü olarsa ona verməyini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə günorta saatlarında Hacıqabul rayonunun Muğan qəsəbəsində evdə olduğu vaxt Şahid8 öz mobil nömrəsindən “Whatsapp” mobil tətbiqi vasitəsilə zəng edərək Türkiyə Respublikasının İstanbul şəhərinə aparılmalı yük olduğunu bildirmiş və apara bilib-biləcəyini soruşmuş və daşınmaya görə 750 ABŞ dolları təklif etmişdir. İltimasın təklifini qəbul etmiş, İltimas mümkün qədər tezliklə gedib Xırdalan şəhəri yaxınlığından yükü qəbul etməyi bildirmişdir. O, gömrük rəsmiləşməsi üçün lazımi sənədlərini “Whatsapp” mobil tətbiqi vasitəsilə İltimasa göndərmiş, İltimas da ona “Whatsapp” mobil tətbiqi vasitəsilə malların yüklənəcəyi məkanın xəritədə yer məlumatlarını və yük sahibi kimi Elvin adlı şəxsə məxsus ***-***-**-** mobil nömrəsini göndərmişdir. Əvvəlcədən razılaşdırılmış formada “DSK yolu” adlanan əraziyə çatanda dövlət nömrə nişanının axırıncı nömrəsi 537 olan, boz rəngli “Lexus" markalı minik avtomobilində bir cavan oğlan onu qarşılamış, bundan sonra nəqliyyat vasitəsinin boş çəkisini öyrənmək üçün tərəziyə getmişlər, orada nəqliyyat vasitəsinin boş çəkisini çəkdikdən sonra malların yüklənəcəyi əraziyə doğru yola düşmüşlər. Təxminən 10 dəqiqə sonra Xırdalan dairəsindən Binəqədi istiqamətində gedərkən yolun solunda yerləşən Fövqaladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin inzibati binası ilə üzbə-üz içərisində tikinti işləri gedən və anbar yerləşən əraziyə daxil olmuş, əraziyə daxil olan zaman orada 7-8 nəfər şəxs olmuş, qoşqunun sol tərəfini açmış, sonra yerdə olan mis yükləri avtokar vasitəsilə idarə etdiyi “DAF XF 105.460" markalı, 99SX026/99ZE026 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə yüklənmişdir. Yüklənmə zamanı o, idarə etdiyi yük avtomobilinin qoşqusunda olmuş, yükün düzgün vurulmasına nəzarət etmişdir. Orada olan şəxslərdən yüklə maraqlanan, ona yüklə bağlı göstəriş verən şəxs onu qarşılayıb anbara aparan şəxs olmuşdur. Orada olan şəxslərdən həmin şəxsdən başqa heç kəs onunla əlaqə saxlamamışdır. Həmin şəxs mühafizə rəisi olduğunu demiş, ləhcəsindən naxçıvanlı olduğunu başa düşmüşdür. Həmin gün, yəni xx.xx.2021-ci il tarixdə saat 16-17 radələrində yüklənmə başa çatmış, maşında olduğu zaman Hikmət öz telefonunu ona vermiş və Elvinin onunla danışmaq istədiyini demişdir. Elvin ona avtomobili Sulutəpə qəsəbəsi dairəsinə sürməyini, gömrük əməkdaşının gəlib sənədləri ona verəcəyini və avtomobilin qoşqusunun yük yerini möhürləyəcəyini demişdir. Sonra Hikmət öz idarə etdiyi avtomobillə irəlidə, o isə idarə etdiyi “DAF XF 105.460" markalı, 99SX026/99ZE026 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə arxada Sulutəpə dairəsinə doğru yola düşmüşlər. Oraya çatdıqda o, avtomobildən düşmüş, Hikmət isə idarə etdiyi avtomobili düz yük maşının arxasında saxlamışdır. 1-2 saat sonra, saat 19-20 radələrində bir nəfər mülki geyimli şəxs yaxınlaşmış və gömrük əməkdaşı olduğunu deyərək, qoşquya qalxıb yükə baxmış, şəkillərini mobil telefonu ilə çəkmişdir. Gömrük əməkdaşı yükə baxdıqdan sonra, özü yük yerini bağlamış, trosu dartıb bərkitmişdir. Gömrük əməkdaşı yük yerini möhürləmiş və yükün sənədlərini ona vermişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 11:30 radələrində evdən çıxaraq “Qırmızı Körpü" gömrük postu istiqamətində yola düşmüş, təxminən saat 18:30 radələrində “Qırmızı Körpü” gömrük postuna çatmışdır. “Qırmızı Körpü" gömrük postunun qarşısında növbə gözlədiyi vaxt İltimas ona zəng vurub harada olduğunu soruşmuş, o, isə gömrük postunun qarşısında olduğunu, növbənin çatmağına az qaldığını demişdir. Bir qədər sonra gömrük əməkdaşları ona yaxınlaşmış və araşdırma məqsədilə Bakı şəhərinə getməli olduğunu bildirmişlər. Həmin yük ondan dövlət orqanları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır. O, 2020-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" MMC-də ixrac edilən məhsullar və yerli bazarda satılan mis naqillər üzrə nəzarət sahəsində çalışmış, müəssisə atası Nüsrət Məmmədova məxsus olan "xxxx"-lə eyni həyətdə yerləşir. 7 dekabr 2021-ci il tarixdə axşam saatlarında Buzovna qəsəbəsində atasına məxsus olan "Delmar" restoranında Təqsirləndirilən şəxs2la birlikdə yemək yeyərkən, sonuncunun telefonuna zəng gəlmiş və telefonda danışa-danışa ona müraciət edərək üzərində 3000 ABŞ dolları məbləğində pulun olub-olmadığını soruşmuşdur. O, da avtomobilində qeyd edilən məbləğdə pulun olduğunu bildirmiş, Elçin isə həmin pulu bir neçə gününə qaytaracağını demişdir. Dəfələrlə Elçin mal alarkən, şirkətin digər işləri ilə bağlı borc alıb və qaytarıb, bu birinci dəfə olmamışdır. Elçin həm atasının dostu, həm də şirkətin direktoru kimi etibar etdikləri şəxsdir. Belə olan halda Elçinə 3000 ABŞ dolları verə biləcəyini, lakin 2 günə qaytarmasını demiş, Elçin də razılaşmış və ondan şəhərə gedib-getməyəcəyini soruşmuşdur. O, da gedəcəyini bildirmişdir. Elçin 3000 ABŞ dolları pulu aparıb zavoda verməyini xahiş etmişdir. Elçin dəqiq olaraq nəyə görə və kimə pul verməli olduğunu deməmişdir. Lakin zavoda mal gəldiyi üçün pula ehtiyac olduğunu təxmin etmişdir. Bu səbəbdən idarə etdiyi qara rəngli, "Range Rover" markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə restorandan çıxıb birbaşa "xxxx"-ə getmiş, ora çatdıqda ərazidə türk nömrəli bir yük avtomobilinin olduğunu görmüş, həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 xahişi ilə 3300 ABŞ dolları pul vermişdir. Bundan sonra ofısə öz otağına qalxıb siqaret götürərək avtomobilə əyləşib oradan getmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qimində dindirilmiş Şahid1 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, 2013-cü ildə «Astay Lojistik» şirkətini təsis etmiş, şirkətin əsas fəaliyyət sahəsi Özbəkistan və Qazaxıstandan Türkiyə Respublikasına yüklərin daşınmasından ibarətdir. Bir qayda olaraq, Avropada qeydiyyatda olan və fəaliyyət göstərən “Traxys Europa SA” və “Trafıgura” adlı şirkətlərin Özbəkistan və Qazaxıstandakı mis zavodlarından aldıqları mis xammalının Türkiyədəki zavodlara daşınmasını həyata keçirir, hazırda ay ərzində ən az 150 yük avtomobilində Özbəkistan və Qazaxıstandan “Traxys Europa SA” və “Trafıgura” şitkətlərinə məxsus mis xammalının Türkiyəyə daşınmasını həyata keçirir. Pandemiyadan əvvəl bu rəqəm 300 ətrafında olmuş, pandemiyadan sonra azalmışdır. “Traxys Europa SA" və “Trafıgura’' şirkətlərinin yükünü daşıyır, yükün daşınması və çatdırılması ilə bağlı birbaşa o, məsuliyyət daşıyır. Mis yükləri tranzit qaydada Türkiyə Respublikasının Tekirdağ şəhərinə çatdırıldıqdan sonra sözügedən mal Zərərçəkmiş şəxs şirkəti tərəfindən müvafiq gömrük prosedurundan keçdikdən sonra Türkiyə Respublikasında əridilərək son məhsul halına gətirilib həmin şirkət tərəfindən daxili bazarda satışa çıxarılır. Daşınmanı adətən Qazaxıstan-Rusiya-Gürcüstan-Türkiyə marşrutu ilə həyata keçirir. Lakin qış aylarında hava şəraiti ilə bağlı, Dağıstanda yolların qarlı olması səbəbindən yük avtomobilləri “Samur” gömrük postundan keçməklə Rusiyadan Azərbaycan Respublikasına, buradan isə “Qırmızı Körpü” gömrük postundan Gürcüstana, oradan isə Türkiyəyə keçərək həyata keçirilir. Qazaxıstan Respublikasının Balkaş şəhərində fəaliyyət göstərən “X25 LLP”-dən Zərərçəkmiş şəxs şirkəti tərəfindən alınan və Türiyənin Tekirdağ şəhərinə daşınması nəzərdə tutulan xammal formada olan mis katodlar yükü onun rəhbərlik etdiyi “Astay Lojistik” şirkəti tərəfindən təxminən 15-xx.xx.2021-ci il tarixdə 24 ayrı-ayrı yük avtomobilinə yüklənmiş və yola salınmışdır. Qazaxıstanda işçisi Mustafa Kılçaparlar şəxsən özü zavoddan avtomobillərin yüklənməsini, sənədlərin tərtibini, sürücülərin yol pulunun verilməsini təşkil edir və mütəmadi olaraq yolda olan sürücülərlə əlaqə saxlayıb harada olduqlarını, nə vaxt çatacaqlarını, problem olub-olmadığını soruşur və ona məlumat verir. Həmin avtomobillərə mis yükü yüklənərkən Mustafa orda olmuş və fotoşəkillərini çəkmişdir. Həmin avtomobillərdən 23-ü Türkiyədə təyinat yerinə çatmış, 1-i isə Türkiyəyə daxil olmamışdır. İşçisi Mustafa həmin təyinat yerinə çatmayan və telefonu bağlı olan Çinar Oktay adlı sürücünün harada olduğu ilə maraqlanmış və yükü daşıyan sürücülərdən kimsə sonuncunun Azərbaycana girib yoxa çıxdığını demişdir. Mustafa bu barədə ona məlumat vermiş, sonuncu bu işlə bağlı Azərbaycana gəlmiş və yükün aqibətini öyrənmək üçün Gömrük Komitəsinə getmişdir. O, da bu işlə bağlı xx.xx.2021-ci tarixdə Azərbaycana gəlmiş, araşdırma ilə bağlı izahat vermiş və onda olan fotoşəkilləri təqdim etmişdir. O, həmin yükün Zərərçəkmiş şəxs şirkəti tərəfindən alındığını, bu yük də daxil olmaqla həmin şirkətə daşınan bütün yüklərin daşınmasını rəhbərlik etdiyi “Astay Lojistik” şirkəti tərəfindən hayata keçirildiyini bildirmişdir. Təyinatyerinə çatmayan yüklə bağlı maddi məsuliyyəti o, daşıyır və bununla bağlı maddi zərəri o, ödəməlidir. “Traxys Europe SA" şirkəti Azərbaycan Respublikasında yoxa çıxan malının dəyərini ondan tələb edir. Çinar Oktayın idarə etdiyi 41F9660/71AAJ679 nömrə nişanlı, “Man” markalı nəqliyyat vasitəsi 15 noyabr 2021-ci il tarixdə Qazaxıstan Respublikasının Balkaş şəhərindən fəaliyyət göstərən “X25 LLP”-dən yüklənmiş və Zərərçəkmiş şəxs şirkətinə “151121” nömrəli beynəlxalq yol nəqliyyat qaiməsi (CMR) əsasında göndərilmişdir. Həmin nəqliyyat vasitəsi “Ehlen" yükdaşıma şirkətinə məxsusdur. 10 paletdə olan yükün hər birinin ayrı-ayrılıqda nömrələri və çəkiləri qeyd edilir, həmin qaimədə hər bir palet barədə məlumatlar qara rəngli markerlə paletdəki yükün üst hissəsinə əl yazısı ilə istehsalçı tərəfindən qeyd edilir və hər bir yük möhürlənir, sonra sənədləri ilə birlikdə daşıyıcıya təqdim edilir. Çinar Oktayın kim olması barədə heç bir məlumatının olmadığını, lap əvvəl həmin nəqliyyat vasitəsini başqa sürücünün idarə etməli olduğunu, daha sonra işçisi Mustafadan əldə etdiyi məlumata görə həmin sürücünün şəxsi problemləri yarandığı üçün Çinar Oktay adlı şəxs ilə həmin nəqliyyat vasitəsinin idarə edilməsi üçün əməkdaşlıq edildiyini bildirmişdir. O, həmçinin Azərbaycan Respublikası ərazisində malı və yük maşınını qarşılayan, gömrük və digər məsələlərin həlli ilə bağlı əlaqələndirici şəxsin olmadığını, Azərbaycan Respublikası ərazisinin onlar üçün alternativ yol olduğunu, əsasən Qazaxıstan-Rusiya-Gürcüstan-Türkiyə marşrutu ilə sürücülərin hərəkət etdiklərini, hava şəraiti pis olarsa, Azərbaycandan keçməklə tranzit daşınma həyata keçirildiyini, belə hallar az-az baş verdiyi üçün Azərbaycan Respublikası üzrə əlaqələndirici şəxs təyin etmədiklərini qeyd etmişdir. O, "xxxx" MMC və "xxxx" MMC şirkətlərini tanımadığını, əvvəllər hər hansı əlaqəsinin olmadığını, ümumiyyətlə malın Qazaxıstanda yükləndikdən sonra həmin malın alışı ilə əlaqədar ona heç kimin müraciət etmədiyini, həmin yüklərin “Traxys Europe SA" şirkətinə məxsus olduğunu və Türkiyəyə çatdırılmasının zəruri olduğunu, özünün isə həmin yüklərin daşınması və təyinat yerinə çatdırılmasına cavabdeh olduğunu, həmin yükün hansısa səbəbdən itdikdə, yararsız hala düşdükdə və sair belə hallar baş verdikdə maddi zərəri özünün ödəməli olduğunu qeyd etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Ünal Aydının ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Qazaxıstandan Türkiyəyə və əks istiqamətdə yüklərin daşınmasını həyata keçirir, hazırda 41F9660/71AAJ679 nömrə nişanlı, “Man" markalı yük nəqliyyat vasitəsini idarə edir, həmin yük avtomobili əvvəlki arvadı Emine Kayanın adınadır. Son 2-3 ildir ki, mütəmadi olaraq Qazaxıstanın Balkaş şəhərində yerləşən mis istehsal edən zavoddan mis yüklərini Türkiyənin Tekirdağ şəhərinin Çerkezköy rayonunda yerləşən sənaye mərkəzindəki kabel istehsal edən zavoda daşıyır, təxminən 2 aydan bir bu yükü Qazaxıstandan qəbul edib Türkiyəyə aparır. Həmin zavoddan bir dəfəyə 50-60 yük avtomobili mis yükü ilə yüklənir və Türkiyəyə yola salınır. xx.xx.2021-ci il tarixdə Qazaxıstanın Balkaş şəhərindəki mis zavodundan idarə ediyi 41F9660/71AAJ679 nömrə nişanlı, “Man" markalı yük nəqliyyat vasitəsinə mis katodlar yüklənmiş, yüklənmədə şəxsən iştirak etmişdir. Qazaxıstanda maşın almaq işləri ilə məşğul olduğu üçün “Canbey Lojistik" şirkətinin direktoru Mustafa bəydən sonuncu mis yükünü bir qədər gec yola salmağı, özü gedə bilməsə başqa sürücü ilə yükü Türkiyəyə göndərməyi xahiş etmişdir. O da razılıq vermişdir. Yük avtomobilini yüklü vəziyyətdə Cambul şəhərində tırparkına qoymuş və Almata şəhərinə getmişdir. Tanışlardan həmin yükü daşımaq üçün sürücü tapmaqlarını xahiş etmiş, “Whatsapp" qruplarında da bu barədə yazmışdır. Qazaxıstanın Almata şəhərində Fatih adlı türk yük avtomobili sürücüsü ilə tanış olmuşdur. Fatih ona Oktay adlı sürücü tanışı olduğunu, sonuncunun iş axtardığını, nəqliyyat vasitəsini Oktaya verə biləcəyini demiş və Oktayın telefon nömrəsini ona vermişdir. Oktayla telefonda danışmış, sonuncu avtomobili ilə yük daşıdığını, təhvil verib bir neçə gündən sonra gələcəyini demişdir. Belə olduqda yükün daşınması gecikdiyi üçün özü yükü daşıyıb Türkiyədə təhvil vermək qərarına gəlmişdir. Oktay Alamata şəhərində türk sürücülərin olduğu qarajda onu taparaq işsiz olduğunu bildirmiş və yükü daşımaq üçün avtomobili ona verməyi xahiş etmişdir. O, əvvəlcə yalançı adama oxşadığı üçün avtomobili vermək istəməmiş, çünki Oktayı gözü tutmamışdır, lakin qaraja gəlib ondan xahiş etdikdə o, da razılaşaraq avtomobilin və yükün sənədlərini, açarlarını Oktaya vermiş və maşının Cambul şəhərində tırparkda olduğunu demişdir. Oktaya 500 ABŞ dolları pul və yanacaq almaq üçün bank kartını vermişdir. Razılaşmalarına görə yük təyinat yerinə çatandan sonra daha 600 ABŞ dolları məbləğində pul verəcəyini bildirmişdir. Maşının çənində 1200 litr yanacaq olmuş, verdiyi pulla da “Qırmızı Körpü" gömrük postuna qədər yanacağı çatmalı imiş. Əvvəllər heç vaxt başqa sürücüyə yük avtomobilini etibar etməmiş, həmişə özü sürmüşdür. 2021-ci ilin noyabr ayının son günlərində Oktay ona məxsus 411F9660/71AAJ679 nömrə nişanlı, “Man” markalı yük nəqliyyat vasitəsilə Cambul şəhərindən yola düşmüş, həmin vaxt o, Qazaxıstana gedərkən tranzit yolla Azərbaycandan keçmiş və yol vərəqəsi almışdır. Bu səbəbdən də qayıdarkən maşın eyni marşrutla hərəkət etməli imiş. Yol vərəqəsi Azərbaycan üzərindən olduğu üçün maşın geriyə qayıdarkən mütləq Azərbaycana daxil olmalı imiş. Bu barədə Oktayı məlumatlandırmış və Azərbaycandan Gürcüstana, oradan Türkiyəyə getməsini demişdir. Oktay yola düşdükdən sonra Atrau şəhərində Oktay maşında yanacağın bitdiyini deyərək kartla 300 ABŞ dolları dəyərində yanacaq almış və bu barədə ona mesaj gəlmişdir. Oktaya zəng edib nə üçün bu qədər yanacaq aldığını soruşmuş və onunla kobud danışmışdır, çünki maşının çənində olan yanacaqla düz “Qırmızı Körpü" gömrük postuna qədər gedə bilərmiş, lakin Oktay, Cambul şəhərindən Atrauya təxminən 2500 kilometr yol sürüb maşının yanacağının azaldığını deyərək aşkar şəkildə onu aldatmışdır. Uzaq məsafədə olduğundan edə biləcəyi bir şey olmamışdır. Oktayın maşını naməlum yerə atıb gedəcəyindən ehtiyatlanmışdır. Oktay barəsində digər sürücü yoldaşlar heç yaxşı rəylər verməmişlər. Bundan sonra Oktay onun verdiyi kartla Rusiyada hansısa şəhərdə nağd pul çəkmiş və ona SMS gəlmişdir. Bu zaman o, Gürcüstanda yaşayan tanışları ilə danışmış və Oktayın Gürcüstana daxil olarkən yük avtomobilini ondan alaraq etibarlı sürücü ilə yükü Türkiyəyə yola salmalarını xahiş etmişdir. Bundan sonra xx.xx.2021ci il tarixdə Oktay “Samur" gömrük postundan Azərbaycana daxil olduğunu demiş və gömrük postunun yaxınlığındakı yanacaqdoldurma məntəqəsindən verdiyi kartla yanacaq almışdır. Həmin saatdan sonra Oktayın telefonlarına zəng çatmamışdır. 2-3 gün Oktaydan xəbər ala bilməmiş, qəza törətdiyini düşünmüşdür. Azərbaycanda yaxın dostuna zəng edib maşının şəkillərini, Oktayın şəkilini göndərib maşının harada olduğu ilə maraqlanmasını xahiş etmişdir. X9 da Oktayın və maşının tapılması üçün Azərbaycanda öz tanışları ilə əlaqə saxlamışdır. Oktayla nəqliyyat vasitəsinin və malın təhvil təslim edilməsi və ya etibar edilməsi ilə əlaqədar heç bir sənəd olmamışdır. Çünki sənəd lazım deyil, maşının açarlarını Oktaya vermiş, o da Cambul şəhərində parkdan maşını təhvil alıb yola düşmüşdür. O, maşının sənədi tranzit olaraq Azərbaycan üzərindən olduğu üçün Oktaya Vladiqafqazdan yox, Azərbaycandan getməsini demiş, həm də qış aylarında Azərbaycandan keçdikdə yol daha qısa və rahat olur. Oktay Azərbaycana daxil olduqdan sonra zənglərinə cavab verməmişdir. Öz tanışlarına, yükün nəqliyyatçısı Mustafa Kılıçparlara bu barədə məlumat verərək Oktayın yoxa çıxdığını, tapılmasına köməklik etmələrini xahiş etmişdir.

Məhkəmə iclasında ibtidai istintaq zamanışahid qismində dinrilmiş Şahid11 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur, xx.xx.2021-ci il tarixdə Heydər Əliyev adına Beynəlxalq Aeroportunda olarkən dolu bədənli bir türk vətəndaşı ona yaxınlaşaraq danışdığı telefonu ona uzatmış, telefondakı şəxs həmin türk vətəndaşını “20 Yanvar” dairəsinə aparmağı xahiş etmiş və 20 manata razılaşmışlar. Danışıqdan telefondakı şəxsin həmin türk vətəndaşını qeyd edilən ünvandan götürəcəyini başa düşmüşdür. Yolda olarkən sərnişinin telefonuna zəng gəlmiş, sonuncu yük avtomobilinin üzərinə qeydiyyatlı olduğu üçün ölkəni tərk edə bilmədiyini maşını qoyub getdiyini bildirmişdir. O, yük avtomobilini nə səbəbə qoyub getdiyi ilə maraqlananda müdir ilə dalaşdığını, bu səbəbdən işləmək istəmədiyini və maşını Bakı şəhərində atdığını bildirmiş, ondan ölkəni quru yolu ilə necə tərk edə biləcəyini soruşmuş, o, isə pandemiya ilə əlaqədar quru yollarının bağlı olduğunu bildirmişdir. 20 Yanvar dairəsinə çatdıqda harada düşəcəyi ilə maraqlanmış, sonuncu isə dairənin yaxınlığında saxlamağı və müdirin gəlib onu həmin ünvandan götürəcəyini bildirmişdir. Dairəyə çatanda avtomobildən düşmüş və daha sonra onunla heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X11 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, 2021-ci ilin ortalarından Qazax rayonu, Daş Salahlı kəndində yerləşən “Damcılı Otel”-də inzibatçı vəzifəsində işləyir, otel 2 mərtəbə, 8 otaqdan ibarətdir. Otelin yanında otelə məxsus restoran fəaliyyət göstərir. xx.xx.2021-ci il tarixdə gecə saat təxminən 12 radələrində otelə bir türk vətəndaşı və yanında 3 nəfər azərbaycanlı gəlmişdir. Onlar əvvəlcə restorana gəlmiş, Azərbaycanlılardan 2-nin saqqalı uzun olmuşdur. Digəri isə həmkəndlisi Daş Salahlı kəndində yaşayan Şahid16 olmuşdur. Gəray heyvandarlıqla məşğuldur. Onlar otelə də Gəraya məxsus ağ rəngli “NİVA” markalı avtomobil ilə gəlmişdir. Gəray yaxınlaşaraq türk vətəndaşının onun qonağı olduğunu bildirmiş və gecə oteldə qalacağını demişdir. Onlar restoranda yemək yedikdən sonra türkün adını soruşmuş, türk vətəndaşı adının Hakan Soylu olduğunu deyərək, bundan sonra o doğum tarixini və sənədinin nömrəsini bildirmişdir. O, sonuncunun sənədinə baxmamışdır. Qeyd edilən şəxs barədə məlumatları türk vətəndaşının özünün verdiyi məlumat əsasında qeydiyyat dəftərinə işləmişdir. Həmin gecə türk oteldə qalmış, digər 2 nəfər uzun saqqallı şəxsin oteldə qalıb qalmadığını hazırda dəqiq xatırlamır, növbəti gün yəni xx.xx.2021-ci il tarixdə Gəray yenidən səhər saat 09:50-də otelə gəlmiş və həmin türkü götürüb özünə məxsus ağ rəngli NİVA ilə getmişdir. xx.xx.2021-ci il tarixdə həmin türk yenidən otelə qayıtmış, həmin vaxt otelə 2-ci Şıxlıdan olan Tural adlı şəxslə birlikdə gəlmişdir. Onlar Turalın qırmızı VAZ 2107 markalı avtomobili ilə gəlmişlər. Tural həmin türklə yaxınlaşaraq türkün onun qonağı olduğunu bildirmişdir. Bundan sonra Tural türkün pulunun olmadığını demiş və sonuncunun pulunu özünün ödəyəcəyini bildirmişdir. O, da razılaşmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə Tural gəlib həmin türkü oteldən götürərək aparmışdır. xx.xx.2021-ci il tarixdə saat 20:44-də türk yenidən geri qayıtmış və yenə otaq istəmişdir. Sonuncu ona pulunun olmadığını bildirmiş, o da problemin olmadığını deyərək, ondan pul almamışdır. Onun adını yenə işçisi Mehman qeydiyyat kitabına işləmişdir. Bundan sonra türkün ac olduğunu düşünərək ona restoranda yemək sifariş vermişdir. Həmin gün sonuncunun kiminlə gəldiyini xatırlamır. Növbəti gün, yəni xx.xx.2021ci il tarixdə saat 14:15-də türk oteldən çıxdığını qayıdıb-qayıtmayacağını bilmədiyini bildirmişdir. Bundan sonra otelin qabağında dayanıb gözləyən Turalın qırmızı rəngli “VAZ 2107” markalı avtomobilinə minmişdir. Türk vətəndaşı həmin gün təxminən saat 18-19 radələrində təzədən otelə qayıtmış, otelə girmədən restorana gəlmiş, Oktay çox narahat görünmüş, sonuncudan nə probleminin olduğunu soruşanda heç bir probleminin olmadığını bildirmiş və patronu ilə döyüşdüyünü və patronun maşını əlindən aldığı üçün Azərbaycanda qaldığını bildirmişdir. Təxminən 15-20 dəqiqə sonra restorana hərbi formalı şəxslər gələrək türkü aparmışlar. O, həmin türkü Hakan deyə çağıranda sonuncunun ona adının Təqsirləndirilən şəxs1 olduğunu bildirdiyini, bu səbəbdən adının qabağında əsl adını qeyd elədiyini bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid16 ifadəsi elan edilər müəyyən edilmişdir ki, o, heyvandarlıqla məşğuldur, Azərbaycanın ayrı-ayrı yerlərindən heyvan alaraq özünə məxsus ərazidə saxlayıb, sonra isə sataraq pul qazanır. Hər il Qazax rayonunun Daş Salahlı kəndində Damcılı otelin yaxınlığında yerləşən torpaq sahəsini icarəyə götürüb orda heyvan saxlayır. 2021-ci ilin dekabr ayının 17-də Gürcüstan Respublikasının vətəndaşı, Gürcüstan Respublikasının Qaraçöp kəndində yaşayan əslən azərbaycanlı olan Mahmud adlı dostu ona zəng edərək Oktay adlı bir dostunun Qazaxda olduğunu bildirmiş və ondan həmin şəxsi oteldə yerləşdirməyi xahiş etmişdir. Mahmud deyən şəxslərlə Qazax rayonunun girişində görüşmüş, həmin vaxt özü taksidə olmuş, qeyd edilən şəxslər avtomobil ilə gələrək ona yaxınlaşmış, həmin şəxslərə onu izləməyi tapşırmışdır. Onlar onu izləyərək Damcılı otelə gəlmişlər. Damcılı otelə daxil olduqda uzaq yol gəldikləri üçün onları əvvəl restorana aparmış, restoranda yemək yeyəndə Damcılı otelin inzibatçısı Yusifə qeyd edilən şəxslərin qonaq olduqlarını, axşam oteldə qalacaqlarını bildirmişdir. Bundan sonra çıxıb getmişdir. Qeyd edilən şəxslərin üçünün də oteldə qalıb qalmadığını bilməmişdir. Növbəti gün Mahmud ona həmin şəxsi gəlib götürəcəklərini bildirərək sonuncunu oteldən götürməyi xahiş etmiş, o da otelə gedərək Oktayı götürərək otelin yaxınlığında icarəyə götürdüyü sahəyə gətirmişdir. Oktayı ərazidə bir stulda əyləşdirib işlərilə məşğul olmuşdur. Sonra artıq gec olduğu üçün Oktayı otelə qaytarmamış və evə aparmışdır. Evdə yemək yedikdən sonra Oktaya yatmaq üçün yer vermişdir. Növbəti gün yəni xx.xx.2021-ci il tarixdə o, Mahmuda zəng edib həmin türkü aparan olmadığını və onun evində qaldığını bildirmişdir. Bundan bir müddət sonra Oktayı Qazaxa gətirən şəxslərdən biri yenidən öz avtomobili ilə gəlib Oktayı aparmışdır. Həmin şəxsi görən kimi tanımışdır. Həmin şəxs papaqlı və üzü saqqallı ortaboylu bir şəxs olmuşdur. Bundan sonra nə Oktayla, nə də ki onun yanındakı şəxslərlə əlaqəsi olmamışdır. O, Oktayın Azərbaycan Respublikasına və Qazax rayonuna nə üçün gəldiyini demədiyini, özünün də bu barədə ondan soruşmadığını bildirmişdir. Təqsirləndirilən şəxslər X27 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməlləri üzrə təqsirli olmaları qismən özlərinin, zərərçəkmiş şəxslərin nümayəndəsi və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından (cild 3 i.v. 182) müəyyən olunur ki, X18 Gürcüstana qanunsuz yolla getmək məqsədi ilə 23 dekabr 2021-ci il tarixdə saat 21 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin Qazax rayonu ərazisində yerləşən 1-ci sərhəd zastavasının xidməti ərazisinin 2-ci sahəsindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd edərkən sərhəd naryadı tərəfindən saxlanılması və öz iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməməsi faktına görə 25 dekabr 2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin rəisi, ədliyyə mayoru X19 tərəfindən Azərbaycan Respublikası CM-in 29, 318.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və həmin tarixdə İstintaq şöbəsinin rəisi, ədliyyə kapitanı Cavid Məmmədzadə tərəfindən icraata qəbul edilərək istintaqı aparılmışdır. Məhkəmədə elan edilib araşdırılmış ********* cinayət işinin materiallarından (cild 3 i.v. 254-255, 279-281) müəyyən olunur ki, X27 27 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 29, 318.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin tarixdə ona qeyd edilən maddə ilə ittiham elan edilmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın eyni tarixli qərarı ilə barəsində 2 (iki) ay müddətə, yəni 23 fevral 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış ********* nömrəli cinayət işinin materiallarından (cild 2 i.v. 109-112) müəyyən olunur ki, cinayət işi üzrə X27 12 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin tarixdə ona qeyd edilən maddə ilə ittiham elan edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış ********* və ********* nömrəli cinayət işinin materiallarından (cild 3 i.v. 179-180, cild 4 i.v. 28-30) müəyyən olunur ki, cinayət işləri Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat idarəsinin böyük müstəntiqi X12 tərəfindən 15 fevral 2022-ci il tarixli qərarla bir icraatda birləşdirilmiş və 16 fevral 2022-ci il tarixli qərarla cinayət işi üzrə əməl CM-nin 206.3.2 və 29, 318.1-ci maddələrinə tövsif edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından (cild 6 i.v. 284-288, 306-309) müəyyən olunur ki, X27 17 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının CM-in 179.4 və 29, 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, 20 sentyabr 2022-ci il tarixdə ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından (cild 7 i.v. 219-232) müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 16 mart 2023-cü il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 179.4 və 213.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin tarixdə ona qeyd edilən maddələr ilə ittiham elan edilmiş, barəsində həmin tarixli qərarımla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından (c.4.i.v. 107-112, cild 5 i.v. 304-308, cild 6 i.v. 205-211, cild 7 i.v. 6-12, 42-48, 49-59, 77-82,100-101) müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin 22 fevral 2022-ci il tarixli qərarı ilə 2 (iki) ay müddətə yəni 25 aprel 2022-ci il tarixədək, 22 aprel 2022-ci il tarixli qərarı ilə 3 (üç) ay müddətə yəni 25 iyul 2022-ci il tarixədək, Binəqədi Rayon Məhkəməsinin hakimi Aynurə Sadıqovanın 19 iyul 2022-ci il tarixli qərarı ilə 2 (iki) ay müddətə yəni 25 sentyabr 2022-ci il tarixədək, Binəqədi Rayon Məhkəməsinin hakimi Abbas Rzayevin 22 sentyabr 2022-ci il tarixli qərarı ilə 2 (iki) ay müddətə yəni 25 noyabr 2022-ci il tarixədək, Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin 21 oktyabr 2022-ci il tarixli qərarı ilə 2 (iki) ay müddətə yəni 25 dekabr 2022-ci il tarixədək uzadılmışdır. Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun 31 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, qətimkan tədbirinin müddəti 21 dekabr 2022-ci il tarixədək müəyyən edilmişdir. Ev dustaqlığı qətimkan tədbirinin müddəti Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin 20 dekabr 2022-ci il tarixli qərarı ilə 1 (bir) ay müddətə yəni 25 yanvar 2023-cü il tarixədək uzadılmışdır. 25 yanvar 2023-cü il tarixli qərarımla Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belələiklə, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdən 25 yanvar 2023-cü il tarixədək-yəni 01 il 01 ay 02 gün həbsdə olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından (cild 6 i.v. 53-90) müəyyən olunur ki, "xxxx" MMC (satıcı) və Zərərçəkmiş şəxs şirkəti (alıcı) arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən, satıcı alıcıya satıcının Qazaxıstan Respublikasında yerləşən mis istehsalı zavodundan selektiv ekstradisiya və elektroliz üsulu ilə əldə edilmiş və alıcının bu müqavilənin şərtlərinə əsasən qəbul etdiyi mis katodu almaq hüququ verir. Müqavilədə məhsulun qiyməti, çatdırılma və ödəniş şərtləri və digər xüsusatlar tənzimlənmişdir. Məhkəmədə elan edilib araşdırılmış 15 aprel 2022-ci il tarixli baxış protokolundan (cild 5 i.v. 201-208)müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Qazaxıstan Respublikasında fəaliyyət göstərən "xxxx" MMC-dən Azərbaycan Respublikasından tranzit keçməklə Türkiyə Respublikasına ümumilikdə 119 partiyada yük daşımasının həyata keçirilmiş, həmin daşımalardan 58 daşıma Zərərçəkmiş şəxs hüquqi şəxsinin ünvanına göndərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış (cild 1 i.v. 13-15) Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən Təqsirləndirilən şəxs1 idarə etdiyi “Man” markalı, 41F9660/71AAJ679 nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerinə yerləşdirilmiş 193 nömrəli gömrük plombunun qoparılaraq faktiki olaraq yerində olmadığı, gömrük təminatı zamanı istifadə edilən trosun qoşqunun sağ hissəsində yerləşən qapılarına pərçimlənmiş bir neçə metal dəlikdən keçirilmədiyi, eyni zamanda tranzit qaydada ölkə ərazisindən aparılmalı olan və sürücü tərəfindən bəyan edilmiş 20978 kq, saflaşdırılmış məmulatlarının faktiki olaraq yük yerinin daxilində mövcud olmayaraq nəqliyyat vasitəsinin boş olduğu müəyyən edilmişdir. Bundan əlavə, keçirilmiş baxış zamanı qoşqunun daxilində döşəmənin üzərində bəzi sahələrdən mis məmulatına oxşar əlvan metal qırıntıları aşkar edilmiş, selofan paketdə qablaşdırılaraq götürülmüşdür. Baxış başa çatdıqdan sonra avtomobilin yük yeri plomlanaraq gömrük nəzarəti altında saxlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış 09 dekabr 2021-ci il tarixli arayışa əlavə edilmiş yük gömrük bəyannaməsindən (cild 1 i.v. 16-22) müəyyən olunur ki, maliyyə tənzimlənməsinə məsul şəxs Təqsirləndirilən şəxs1, “göndərən-ixracatçı” X25 LLP, “malı qəbul edən-idxalatçı” Traxys Europe SA şirkəti, “daşınan mal” saflaşdırılmış mis: katodlar və katod, “seksiyalar” – 10 ədəd, 20958 kq, “invoys dəyəri” – 213.771,60 ABŞ dolları, “gömrük dəyəri” – 363.411,72 manat, GB-də göstərilən məlumatları təsdiq edən şəxs – Təqsirləndirilən şəxs1, “təyinat gömrük orqanı – Qırmızı Körpü olaraq qeyd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs1 sərhədkeçmə məlumatlarından çıxarışdan (cild 2 i.v. 1-4) müəyyən olunur ki, o, 6 dekabr 2021-ci il tarixdə saat 22:08-də Azərbaycan Respublikasının ərazisinə Samur keçid məntəqəsindən keçməklə daxil olub, 8 dekabr 2021-ci il tarixdə Heydər Əliyev adına Bakı Aeroportundan Türkiyə Respublikasının Ankara şəhəri istiqamətində getmək istəyərkən dövlət sərhədindən buraxılmayaraq, geri qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 25 dekabr 2021-ci il tarixli məktubundan (cild 2 i.v. 57-58) müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə saat 15:27-də H.Əliyev adına X15 ölkə ərazisini tərk etməyə cəhd etmişdir. Lakin şəxs “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısında” olduğundan ölkə ərazisini tərk edə bilməmişdir. Həmçinin həmin gün Təqsirləndirilən şəxs1 hava limanına taksi fəaliyyəti ilə məşğul olan Şahid10 idarə etdiyi “Xəzər” markalı avtomobil ilə gəldiyi müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 10 dekabr 2021-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan (cild 1 i.v. 55-56) müəyyən olunur ki, Şahid9 idarə etdiyi içərisində "xxxx" MMC tərəfindən Ormetsan Metal Sanayi ve İnşaat Ticaret şirkətinə ixrac olunan mis katod yükü olan “DAF” markalı **-SX-***/**-ZE-*** nömrə nişanlı nəqliyyat vasitəsi gömrük nəzarəti daxilində “Qırmızı Körpü” gömrük postunda saxlanılaraq avtomobilə baxış keçirilmişdir. Baxış zamanı yük yerində 10 bərabər hissədən ibarət olmaqla ayrı-ayrılıqda qablaşdırılmış vəziyyətdə 10 yerdən ibarət mis məmulatına oxşar əlvan metal lövhələrin olduğu müəyyən edilmişdir. Həmin metal lövhələrə baxış zamanı 10 yerdən ibarət və hər bir qablaşdırmanın ən üst hissəsində olan əlvan metal lövhələrin üzərlərində əlyazma ilə müxtəlif nömrəli qeydlərin yazıldığı, 9 yerdən ibarət əlvan metal lövhələrin üzərində olan etiketlərin tam olaraq qoparıldığı, 1 yerdən ibarət olan qablaşdırmada olan və üzərində N38 2108-624 49k xx.xx.2021 yazıları olan metal lövhənin üzərində olan ağ rəngli etiket müxtəlif hissələrdən qoparılaraq cırıldığı və əlvan metaldan ibarət lövhənin üzərində qalmış etiket hissəsinin üzərində “99%-9,%38” yazılı göstəricilərin olduğu, ölçmə həyata keçirilərək həmin əlvan metal lövhələr eni 1000 mm+ 10 mm, qalınlığı 4mm+1mm olduğu müəyyən edilmişdir. Baxış başa çatdıqdan sonra nəqliyyat vasitəsi plomblanaraq gömrük terminalına alınmaqla “İpək Yolu” gömrük postunda saxlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış 2 fevral 2022-ci il tarixli Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda saxlanılan “DAF XF” markalı, **-SX-***/**-ZE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinədəki mis katodlar yükünə baxış keçirilməsi haqqında protokoldan (cild 3 i.v. 2-20) müəyyən olunur ki, Ünal Aydın həmin mis katodlar yükünün 15 noyabr 2021-ci il tarixdə Qazaxıstan Respublikasının Balkaş şəhərindəki zavodda özünün iştirakı ilə idarə etdiyi “MAN" markalı, Türkiyə Respublikasına məxsus 41F9660/71AAJ679 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yüklənən mis katodlar yükü olduğunu, zahiri əlamətlərinin, qablaşmasının, quruluşunun eyni olduğunu və dəfələrlə həmin zavoddan bu yükü daşıdığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Ünal Adına məxsus “Whatsapp” proqramından çıxarışlarına baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan (cild 2 i.v. 14-17) müəyyən olunur ki, Təqsirləndirilən şəxs1la son yazışması xx.xx.2021-ci il tarixə aiddir. Həmin yazışmada Təqsirləndirilən şəxs1 “yanacaq neçə litr alacam yaz. Mənə də yol pulu yatır. Çörək almağa pulum yoxdur” yazır və Ünal Aydın sonuncuya bank kartının şifrəsini atır. Bundan əlavə, protokoldan həmçinin görünür ki, Ünal Aydın xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 telefonuna zəng çatmadığı və ondan xəbər ala bilmədiyi haqqında sms yazır. Bundan sonra digər şəxslərlə də sonuncunun axtarışı məzmunda smsləri mövcuddur. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında bağlanmış 15 noyabr 2021-ci il tarixli müqavilədən (cild 1 i.v. 198-205) müəyyən olunur ki, satıcı alıcıya istehsal edilmiş katod və digər mal satır, alıcı isə həmin malı qəbul edir və razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Müqavilədə malın dəyərinin dəyişkən olduğu və elektron qaimə ilə müəyyən olunduğu qeyd edilmişdir. Qeyd edilən müqavilənin razılaşdırılma protokolunda 95 ton malın alınacağı, ümumi dəyərin isə ƏDV ilə birlikdə 1.793.600,0 manat olduğu qeyd edilmiş, həmin mis katod yükündən 24 noyabr 2021-ci il tarixdə 24 ton, 26 noyabr 2021-ci il tarixdə 23,5 ton, 3 dekabr 2021-ci il tarixdə 24 ton və 5 dekabr 2021-ci il tarixdə isə 21 ton çəkidə mis katod yükünün təhvil-təslim edilməsi haqqında "xxxx" MMC və "xxxx" MMC arasında akt tərtib edilərək hər iki müəssisənin direktorları tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 5 dekabr 2021-ci il tarixli aktdan (cild 1 i.v. 201) müəyyən olunur ki, "xxxx" MMC "xxxx" MMC-yə 21 ton mal təhvil verdiyini göstərir. Amma reallıqda isə qeyd edilən yük 8 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən "xxxx" MMC-yə, 9 dekabr 2021-ci il tarixdə isə sonuncu müəssisə tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. Lakin iki müəssisə arasında təhvil-təslim aktının malın real təhvil tarixindən 3 gün əvvələ tərtib edilməsi "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs2 qeyd edilən malın alışı barədə əvvəlcədən sövdələşdiyini, ölkəyə gəlməsi və onun çəkisi barədə əvvəlcədən məlumatının olmasını göstərir. Məhkəmədə elan edilib araşdırılmış 10 dekabr 2021-ci il tarixli arayışa əlavə edilmiş yük gömrük bəyannaməsindən (cild 1 i.v. 72) müəyyən olunur ki, maliyyə tənzimlənməsinə məsul şəxs "xxxx" MMC, “göndərən-ixracatçı” "xxxx" MMC, “malı qəbul edən-idxalatçı” Ormetsan Metal Sanayi ve İnşaat Ticaret şirkəti, “daşınan mal” mis katodlar, “miqdar” – 10 yer, 21000 kq, “invoys dəyəri” – 201.600,0 ABŞ dolları, “gömrük dəyəri” – 342.720,0 manat, GB-də göstərilən məlumatları təsdiq edən şəxs – X3, “təyinat gömrük orqanı – Qırmızı Körpü olaraq qeyd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2021-ci il tarixli mənşə sertifikatından (cild 1 i.v. 95) müəyyən olunur ki, "xxxx" MMC tərəfindən Ormetsan Metal Sanayi ve İnşaat Ticaret şirkətinə göndərilən 10 yükdən ibarət mis katodun mənşə ölkəsi Azərbaycan Respublikası olaraq göstərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 13 dekabr 2021-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan ( cild 1 i.v. 125-126) müəyyən olunur ki, Türkiyə Respublikası vətəndaşı Şahin Ecevitin idarə etdiyi, Qazaxıstan şirkəti X25 LLP tərəfindən Traxys Europe SA şirkətinə ixrac edilən 10 yerdən ibarət mis katod yükünün olduğu 34GA5525/34BFP924 nömrə nişanlı “DAF” markalı yük maşınına baxış keçirilmişdir. Baxış zamanı katod lövhələr üzərində müxtəlif nömrəli qeydlərin yazıldığı, hər bir qablaşmada ən üstdəki lövhəyə üzərində “X33 – 99,99% X25 LLC” Balkash Made in Kazakhistan yazılarının çap olunduğu ağ rəngli etiketlərin yapışdırıldığı, habelə ölçülərin eni 1000 mm+ 10 mm, qalınlığı 4mm+1mm olduğu müəyyən edilmişdir. Baxış zamanı həmin metal lövhələrdən və metal lövhələr üzərindəki etiketlərdən nümunə götürülərək qablaşdırılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sənədlərin məhkəmə-texniki ekspertizasının 17 dekabr 2021-ci il tarixli 34/154/058223 saylı rəyindən (cild 1 i.v. 217-220) müəyyən olunur ki, Şahid9 idarə etdiyi içərisində "xxxx" MMC tərəfindən Ormetsan Metal Sanayi ve İnşaat Ticaret şirkətinə ixrac olunan mis katod yükü olan “DAF” markalı **-SX-***/**-ZE-*** nömrə nişanlı nəqliyyat vasitəsindən götürülmüş etiket kəsiyi ilə Türkiyə Respublikası vətəndaşı Şahin Ecevitin idarə etdiyi, Qazaxıstan şirkəti X25 LLP tərəfindən Traxys Europe SA şirkətinə ixrac edilən 10 yerdən ibarət mis katod yükünün olduğu 34GA5525/34BFP924 nömrə nişanlı “DAF” markalı yük maşınından götürülmüş etiket nümunələrinin materialı eyni fiziki xassələrə malik olub kimyəvi tərkibinə görə polivinilxlorid əsaslı polimerdir. Tədqiqata təqdim olunmuş etiketlərdəki “2138,2136,2130,2128” əlyazıları və etiket kəsiyindəki “38” əlyazısı rəngləyici maddələrin kimyəvi tərkibinə görə öz aralarında eyni gelli qələmlə icra olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin materialların məhkəmə ekspertizasının (metal və və daşların tədqiqi) 22 dekabr 2021-ci il tarixli 34/154/058223 saylı rəyindən (cild 1 i.v. 260-263) müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Man” markalı, 41F9660/71AAJ679 nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerindən götürülmüş və xüsusi polietilen paketdə olan ümumilikdə 10,49 qram kütləli və müxtəlif formalı 10 ədəd metal qırıntısı və Türkiyə Respublikası vətəndaşı Şahin Ecevitin idarə etdiyi, Qazaxıstan şirkəti X25 LLP tərəfindən Traxys Europe SA şirkətinə ixrac edilən 10 yerdən ibarət mis katod yükünün olduğu 34GA5525/34BFP924 nömrə nişanlı “DAF” markalı yük maşınından götürülmüş 5 ədəd metal qırıntısı mis əsaslı ərintidən ibarət olmaqla, kimyəvi tərkibinə görə eynilik təşkil edir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 fevral 2022-ci il tarixli 34/154/058223 saylı rəyindən (cild 4 i.v. 204-207) müəyyən olunur ki, ekspert tədqiqatına təqdim edilmiş mis lövhələrin (katodların) 1 tonunun orta bazar qiyməti təxminən 24.800 manat, 21 tonunun qiyməti isə təxminən 520.800,0 manat müəyyən edilir. Məhkəmədə elan edilib araşdırılmış 24 dekabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan (cild 3 i.v. 201-203 ) müəyyən olunur ki, hadisə yeri Qazax rayonu, 2-ci Şıxlı kəndi ərazisində yerləşən N nömrəli sərhəd divizisiyasının 1-ci sərhəd zastavasının 2-ci sahəsində dövlət sərhəd xəttindən 300 metr aralı olan ərazidir, ərazi düzən relyefə malikdir, boş dərəlik sahələr mövcuddur. Əraziyə torpaq yolla hərəkət edilir. Əraziyə baxış zamanı vətəndaşı Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə axşam radələrində Azərbaycan Respublikasından Gürcüstan Respublikasının ərazisinə qanunsuz olaraq dövlət sərhədini pozmağa cəhd etdiyini, lakin orada dövlət sərhədinin mühafizəsinin təşkil edən sərhəd naryadını gördükdən sonra fikrini dəyişərək geri qayıtdığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış 22/xx.xx.2021-ci il tarixdə 1-ci SZ-nın sərhəd döyüş məntəqəsinin sərhədin mühafizəsi kitabının 4-cü bölməsindən çıxarışdan (cild 3 i.v. 212) müəyyən olunur ki, saat 18:00-dan 23:00-dək 1-2-ci sahələrdə sərhəd naryadı xidmətinə təyin edilən baş çavuş İlkin Əlizadə, əsgər Adil Əliyev və əsgər Seyidəli Seyidov tərəfindən saat 21:45-də 1-ci sahənin arxa istiqamətində 1 nəfər qaraltının olması barədə SZ-na məruzə olunmuş, dərhal SZ “Silaha” komandasına qaldırılaraq hadisə yerinə hərəkət olunmuş, həmçinin arxa istiqamətdə sərhəd naryadı xidmətini təşkil edən əməliyyat heyətinə məlumat verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2021-ci il tarixdə 1-ci sərhəd zastavasının sərhədin mühafizə kitabının 7-ci bölməsindən baş vermiş hadisələrin qeydiyyatı kitabından çıxarışdan (cild 3 i.v. 208) müəyyən olunur ki, naryad tərəfindən saat 21:45-də qaraltı görülərək dərhal məruzə edilmiş, saat 22:45-də ƏŞ tərəfindən Qazax rayonunda türk vərəndaşı Təqsirləndirilən şəxs1 Tahir oğlu saxlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış “Damcılı” otelə aid qeydiyyat kitabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə saat 02:21-də otelə daxil olub və 3 nömrəli otaqda özündən başqa daha 1 nəfərlə birlikdə qalmış, xx.xx.2021-ci il tarixdə saat 09:50-də isə çıxmışdır. O, xx.xx.2021-ci il tarixdə 22:00-da yenidən otelə daxil olmuş, 3 nömrəli otaqda tək qalmış və xx.xx.2021-ci il tarixdə 09:30-da oteldən çıxmışdır. O, yenidən xx.xx.2021-ci il tarixdə saat 20:44-də otelə daxil olmuş, 3 nömrəli otaqda tək qalmış və saat 14:15-də oteldən çıxmışdır. Qeydiyyat kitabında Təqsirləndirilən şəxs1 adı əvvəl Hakan Soylu olaraq qeyd edilsə də, sonradan həmin adın yanında “Təqsirləndirilən şəxs1” sözləri yazılmışdır. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-nin 1 yanvar 2020-ci il tarixdən 1 avqust 2022-ci il tarixədək olan dövrdə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanmasına dair Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin 2 mart 2023-cü il tarixli rəyindən (cild 7 i.v. 153- 163) müəyyən olunur ki, müəssisədə aparılmış inventarizasiya nəticəsində əksik gələn 305814,60 manat dəyərində mallar barədə məlumat cədvəli təsdiqlənmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsində aparılan səyyar vergi yoxlamasına təqdim edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsində "xxxx" MMC üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2023-cü il tarixli **********162684 nömrəli aktına əsasən (cild 7 i.v. 105-121) müəssisə tərəfindən 2021-ci il üzrə 12222,22 manat mənfəət vergisinin, 2020-ci il üzrə 13830,56 manat, 2021-ci il üzrə 12028,11 manat, 2022-ci il üzrə 38212,31 manat əlavə dəyər vergisinin, 2020-ci il üzrə 126,46 manat, 2022-ci il üzrə 0.04 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta ayırmalarının, 2020-ci il üzrə 108,5 manat ödəmə mənbəyində tutulan verginin, ümumilikdə 76.528,20 manat vergilərin və məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta ayırmalarının azaldılması müəyyən edilərək, 42.105,39 manat maliyyə sanksiyası hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış 17 mart 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs MMC zərərçəkmiş şəxs, 24 mart 2023-cü il tarixli qərarıma əsasən etibarnamə əsasında həmin hüquqi şəxsin nümayəndəsi qismində çıxış edən Nümayəndə1 zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. Məhkəmədə elan edilib araşdırılmış 17 mart 2023-cü il tarixli qərarla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mülki iddiaçı, Bakı Lokal Gəlirlər İdarəsinin Hüquq İdarəsinin baş dövlət vergi müfəttişi X16 mülki iddiaçının nümayəndəsi qismində tanınmışdır. Məhkəmədə elan edilib araşdırılmış 17 mart 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 mülki cavabdeh qismində tanınmışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi BƏSİİ-dən və Türkiyə Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Reyestri və statistika İdarəsindən götürülmüş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi BƏSİİ-dən götürülmüş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2 il islah işləri cəzasına məhkum edilmişdir. Bundan əlavə, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 178.3.2-ci maddələri ilə təqsirli bilinərək barəsində CM-in 70-ci maddəsinə əsasən 2 il şərti sınaq müddəti tətbiq edilməklə 5 il 8 ay 15 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə nəzərə alır ki, CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxs kimi tanınmalıdır. Məhkəmədə elan edilib araşdırılmış sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 7 i.v. 208-209) müəyyən olunur ki, işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə, habelə üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Zərərçəkmiş şəxs MMC-yə məxsus mis lövhələr (katodlar), "xxxx" MMC və "xxxx" MMC-arasında 21 ton misin təhvil-təsliminə aid xx.xx.2021-ci il tarixli akt, "xxxx" MMC və Zərərçəkmiş şəxs şirkəti arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə, “Damcılı” otelə aid qeydiyyat kitabı, Təqsirləndirilən şəxs1 sərhədkeçmə məlumatlarından çıxarış 16 mart 2023-cü il tarixli qərarımla iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs MMC-yə məxsus mis lövhələr (katodlar) 16 mart 2023-cü il tarixli qərarla (cild 7, i.v.209) müəssisəyə geri qaytarılmışdır. Bu səbəbdən cinayət nəticəsində zərərçəkmiş şəxsə vurumuş ziyan tam şəkildə ödənilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********002200 saylı aravyışından müəyyən olunur ki, "xxxx" MMC-də (rəhbəri Təqsirləndirilən şəxs2) keçirilmiş səyyar vergi yoxlamanın nəticəsində hesablanmış vergilərə və məcburi dövlət sosial sığorta haqlarına münasibətdə hazırda müəssisənin vergilər Məcburi Dövlət Sosial Sığortası üzrə borcu yoxdur. Məhkəmə iş üzrə toplanmış bütün sübutlara və işin obyektiv hallarına qiymət verməklə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs1 əməllərini CM-in 179.4 və 29,318.1-ci maddələri və Təqsirləndirilən şəxs2 əməllərini CM-in 179.4 və 213.1-ci maddələri ilə düzgün olaraq tövsif etmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.4-cü maddəsi ilə cəza təyin edilməli, CM-nin 29,318.1-ci maddəsi ilə Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası CMnin 75.1 və 75.1.1-ci maddələri ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 29,318.1-ci maddəsi ilə cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 179.4-cü maddəsi ilə cəza təyin edilməli, CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsində nəzərdə tutulmuş cəzadan azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.3-cü maddəsində (cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə) nəzərdə tutulmuş halda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Bu səbəblərə görə dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 CM-nin 29,318.1-ci maddəsi ilə elan edilmiş ittihama görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onun CMnin 29, 318.1-ci maddəsi maddəsiilə ilə elan edilmiş ittiham üzrə təqsirli bilinməsi, lakin ona cəza təyin edilməməsini, Təqsirləndirilən şəxs2 CM-nin 213.1-ci maddəsi ilə CM-nin 73-2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini məhkəməyə təklif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlunun "xxxx" MMC-yə yanacaq doldurmaq üçün gəldiyini və icazəsi olmadan idarə etdiyi maşının yük yerinin açılaraq daşıdığı mis katodların boşaldıldığını, ailə üzvləri ilə hədələndiyi üçün hüquq mühafizə orqanlarına müraciət etmədiyini dövlət sərhədini qanunsuz yollarla keçməyə cəhd etmədiyini və Təqsirləndirilən şəxs2 yükünün tranzit olduğunu bilməməsinə dair ifadələrini həqiqətə uyğun hesab etmir, həmin ifadələrin iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə təkzib olunduğunu hesab edir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 52-ci maddəsinə əsasən əcnəbilər onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra onlara Azərbaycan Respublikasından kənara məcburi çıxarma cəza növü tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunan əsas cəza ilə yanaşı, əsas cəzanı çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsində göstərilən və məcburi çıxarılmaya mane olan hallar məhkəmə iclası zamanı aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını, misin şirkətə qaytarılmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 misin şirkətə qaytarılmasını və iş üzrə vergi borclarının ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin etdikdə nəzərə alınmalıdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 islah olunmasına yalnız onları cəmiyyətdən təcrid olunma yolu ilə nail olmaq mümkündür. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusi ilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün həmin şəxsin azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda, Təqsirləndirilən şəxs1 həbsdə və ev dustaqlığındla saxlanıldığı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddət, yəni 01 il 01 ay 02 gün müddət, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı, cəzalarının əvvəli isə xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs MMC-yə məxsus mis lövhələr (katodlar), "xxxx" MMC və "xxxx" MMC-arasında 21 ton misin təhvil-təsliminə aid xx.xx.2021-ci il tarixli akt, "xxxx" MMC və Zərərçəkmiş şəxs şirkəti arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə, “Damcılı” otelə aid qeydiyyat kitabı, Təqsirləndirilən şəxs1 sərhədkeçmə məlumatlarından çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 380 (üç yüz səksən) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi:

1. Çınar X14 Respublikası CM-nin 179.4 və 29,318.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası CM-nin 75.1 və 75.1.1-ci maddələri ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 03 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə və ev dustaqlığındla saxlanıldığı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək – 01 il 01 ay 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 08 (səkkiz) il 10 (on) ay (28 imyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs1 məhkəmə zalından həbsə alınsın. Cəza çəkmə müddətinin əvvəli 27 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 42.0.9 və 52-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində o əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza tətbiq edilsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 73-2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi məsuliyyətdən azad olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 179.4-cu maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 03 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs2 məhkəmə zalından həbsə alınsın. Cəza çəkmə müddətinin əvvəli 27 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcləri olan 380 (üç yüz səksən) manat müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına ödənilsin. İş üzrə maddi sübutlar- cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs MMC-yə məxsus mis lövhələr (katodlar), "xxxx" MMC və "xxxx" MMC-arasında 21 ton misin təhvil-təsliminə aid xx.xx.2021-ci il tarixli akt, "xxxx" MMC və Zərərçəkmiş şəxs şirkəti arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə, “Damcılı” otelə aid qeydiyyat kitabı, Təqsirləndirilən şəxs1 sərhədkeçmə məlumatlarından çıxarış cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar