Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-299/2025 19.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X10 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs3 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Universal» Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğlunun, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlunun iştirakları ilə xx xxx 1990-cı il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 08 avqust 1963-cü il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, ailəli, işləməyən, əvəllər məhkum olunmamış, Masallı rayonu Çaxırlı kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə saat 14:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda və xeyli miqdarda maddi ziyan vurmaqla təkrar törədilməklə dələduzluq etmişdir. 2.Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbər vəzifəli şəxslər ilə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 oğlu Şahid2 və qardaşı oğlu Şahid1 ali hüquq təhsilli olmaqla işsiz olmalarını bildirib işə qəbul olunmasında köməklik göstərməsi üçün onlara müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan Zərərçəkmiş şəxs1 qeyd edilən məsələdə köməklik göstərməklə Şahid2 və Şahid1 adı çəkilən Nazirlikdə hüquqşünas kimi işə qəbul etdirəcəklərini bildirib əslində Zərərçəkmiş şəxs1 məxsus külli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə sonuncudan 2022-ci ilin noyabr ayında Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən X4rşısında 20000 manat, 2023-cü ilin aprel ayında ünvan 3 ünvanında yerləşən “Dadlı” kafesində 70000 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 90000 manat pulu alıb ələ keçirdikdən sonra həmin pulu öz aralarında bölərək şəxsi ehtiyaclarına xərcləyib qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. 3.Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbər vəzifəli şəxslər ilə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs3 işə qəbul olunmasında köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya adı çəkilən Nazirlikdə kadr uçotu vəzifəsinə işə qəbul etdirəcəyini bildirib əslində Zərərçəkmiş şəxs3 məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq 24 avqust 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən «Böyük Firat» restoranının qarşısında sonuncudan 16000 manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. 4.Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda və xeyli miqdarda maddi ziyan vurmaqla təkrar törədilməklə dələduzluq etmişdir. 5.Belə ki, Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlu tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs2 məhkəmədə olan mülki işin onun xeyirinə həll olunmasında köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan Zərərçəkmiş şəxs2 qeyd edilən məsələdə köməklik göstərməklə məhkəmədə olan mülki işin onun xeyirinə həll edəcəyini bildirib əslində Zərərçəkmiş şəxs2 məxsus külli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə sonuncudan 04 avqust 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik” metrostansiyasının yanında həminki vaxta olan məzənnə ilə 1700 manat olan 1000 ABŞ dolları, 2020-ci ilin mart ayında Bakı şəhəri, Yasamal rayonu, “Baku Mail” ticarət mərkəzində həminki vaxta olan məzənnə ilə 17000 manat olan 10000 ABŞ dolları, 2020-ci ilin mart ayının ortalarında Yasamal rayonu, “Ağ çiçəyim” restoranın yanında həminki vaxta olan məzənnə ilə 25500 manat olan 15000 ABŞ dolları və 2020-ci ili mart ayının sonlarında “Pobank” vasitəsi ilə Türkiyə Respublikasının İstanbul şəhərindən Zərərçəkmiş şəxs2 tərəfindən göndərilən həminki vaxta olan məzənnə ilə 8500 manat təşkil edən 5000 ABŞ doları olmaqla ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 52700 manat təşkil edən 31000 ABŞ dollar pulu alıb ələ keçirməklə sonuncuya külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. 6.Bundan başqa, Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlu təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 oğlu Əli Nəzərovun işsiz olmasını və işə düzəlmək üçün tanış axtarmasını bilib Zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs2 oğlu Əli Nəzərovun işə qəbul olunmasında köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncunu adı çəkilən Nazirlikdə işə qəbul etdirəcəyini bildirib əslində Zərərçəkmiş şəxs2 məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq 2023-cü ilin mart ayında ünvan 5 ünvanında yerləşən «Çinar» restoranının qarşısında sonuncudan 15000 manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. 7.Bundan başqa, Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlu təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbər vəzifəli şəxslər ilə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 oğlu Şahid2 və qardaşı oğlu Şahid1 ali hüquq təhsilli olmaqla işsiz olmalarını bildirib işə qəbul olunmasında köməklik göstərməsi üçün onlara müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan Zərərçəkmiş şəxs1 qeyd edilən məsələdə köməklik göstərməklə Şahid2 və Şahid1 adı çəkilən Nazirlikdə hüquqşünas kimi işə qəbul etdirəcəklərini bildirib əslində Zərərçəkmiş şəxs1 məxsus külli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə sonuncudan 2022-ci ilin noyabr ayında Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən X4rşısında 20000 manat, 2023-cü ilin aprel ayında ünvan 3 ünvanında yerləşən “Dadlı” kafesində 70000 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 90000 manat pulu alıb ələ keçirdikdən sonra həmin pulu öz aralarında bölərək şəxsi ehtiyaclarına xərcləyib qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Sübutların tədqiqi: 8.Məhkəmədə təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, ona Dağıstan bəy iyirmi min və Orxan bəy isə altı min pul vermişdir. Dağıstan ona “Dadlı” kafesinin yaxınlığında yerləşən mağazanın yanında səkkiz min manat pul sayıb vermiş, bir müddət keçəndən sonra səkkiz min götürmüş və daha sonra zəng edərək oğlu Bəylərdən dörd min manat borc götürməsi üçün adam göndərmişdir. Onun sıxıntısı olduğundan İsraillə danışaraq “Dadlı” kafesində Dağıstan müəllimlə görüşmüşdür. Sonra Dağıstan müəllim kiməsə zəng etmiş və gətirib üç min manat pul vermişlər. Həmin günün axşamı, ya da səhəri günü üç min manatı gətirib Dağıstan müəllimin özünə qaytarmışdır. Bir müddət onların əlaqəsi kəsilmiş, bundan sonra ona təkrar pul lazım olmuş, on altı min pul istəmiş, münasibətləri olduğundan hansısa sıxıntı yaratmayacağını və pulu verəcəyini düşünmüşdür. O, iyirmi min manat pulu almış və pullarla bağlı müəyyən yalanlar danışmışdır. İyirmi mini qaytarmamaqdan ötrü müəyyən bəhanələri etməyə başlamışdır. Dağıstanın özü ona uşağının Ukrayanada təhsil aldığını və iş axtardığını demişdir. O, əvvəlcə müəyyən yerlərə CV yollamasını bildirmiş, sonra vaxt qazanmaq üçün “çalışaram işlə təmin etmək üçün bir şeylər edim” demişdir. Bu məsələlər 2020-ci ili noyabr ayında baş vermişdir. Artıq 2023-cü ilin aprel ayında onların maşınla bağlı məsələləri yaranmış, ona maşın gətirməkdə köməklik etməsini demiş, o da bu işləri bilmədiyini, amma tanıdığı adamlar olduğunu və köməklik göstərmələrinə çalışacağını bildirmişdir. 2023-cü ilin aprel ayında Bəxtiyar Vahabzadə küçəsində olanda ona zəng edərək “sənə yetmiş min pul gətirirəm, gəl Allah xeyir versin, görək nə edirik maşının işini” demişdir. Dağıstan zəng edərək qardaşı Rafəddinin “Dadlı” kafesində əyləşib onu gözlədiyini demişdir. Təxminən 30 dəqiqə orada əyləşib Rafəddinlə söhbət etmişlər. Daha sonra Dağıstan bəy gəlmiş, ona paketdə pul gətirmiş və pulu sayıb götürmüşlər. Qapıdan çıxanda Rafəddin “bəlkə pul dollar, ya avro ilə lazım olar, gedək Sədərəyə” demiş, həmin vaxt o, razılşaraq pulu geriyə vermişdir. Həmin yerdən onlarla birlikdə məhəllərinə getmişlər və oradan Sədərəyə getmişlər. Qardaşının kafel-metlax yerində oturub gözləmişlər, iki qardaşlar pulu götürüb getmişlər. Onlar bir-iki saat oturub söhbət etmişlər, lakin puldan xəbər çıxmamışdır. Sonra Bəylərə “öz əminə zəng et, gör puldan nə xəbər var” demiş, Əmisi də “bu gün avro olmadı, sabah səhər saat 9-da evin yanında görüşərik, yetmiş min manat nə qədər avro olsa veriləcək” demişdir. Oradan çıxaraq maşınla geriyə qayıtmışlar. Dağıstanın onlarla gələn qardaşı geriyə qayıtmamış, pul da onda qalmışdır. Gəlib ATS-in qabağında onu düşürmüşlər. Daha sonra zəng edərək zarafatla “əmi sən məni ancaq pul saymağa çağırmışdın” demişdir. Dağıstan da narahat olmamasını, sabah saat 9 radələrində zəngələşib görüşərək təhvil verəcəyini bildirmişdir. Səhəri gün gedərək “Sahurma №-1” qarşısından bir saat zəng etsə də cavab verməmiş, sonra özü zəng edərək görüşmüş, həmin vaxt pulu ona verə bilmədiklərini və bununla da onların məsələlərinin bitdiyini demişdir. Üzərindən bir müddət keçdikdən sonra Yasamal Rayon Prokurorluğundan ona zəng gəlmiş və oraya yaxınlaşmışdır. 9.Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, Orxandan aldığı borc məbləğini etiraf edir və özünü təqsirli bilir. Pulu əvvəlcə borc adı ilə almışdır. O, yetmiş mini qəbul etmir. İyirmi mini indi də ödəməyə hazırdır, amma yetmiş min olmayıb. Ona qarşı bunları etmələrinin səbəbi iyirmi min manatı gecikdirməsi olmuşdur. Onlar müstəntiq və vəkil birlikdə restorana da baxış keçirmişlər, orada kamera falan yoxdur. “Dadlı” kafesində oturan zaman otaqda hansısa kamera olmamışdır. O, pulu alanda kamera qurulub çəkiliş aparılmış, onlar otaqdan çıxandan sonra sonra pulu ondan alaraq geri verməmişlər və bu qaydada da ssenarini qurmuşlar. Dağıstan və ya onun qardaşı kafedə oturduqları zaman çəkilişin aparılması barədə ona heç bir xəbərdarlıq etməmişlər. Prokurorluğa çağırılandan sonra barəsində çəkiliş aparıldığını bilmişdir. Borcla bağlı vaxt qazanmaq üçün Dağıstan və onun qardaşı oğlanlarının Nazirliyə işə düzəldəcəyi barədə vədlər vermişdir. Yetmiş minlə bağlı prokurorluqda nə isə danışmamışdır. Sədərəyə getdikləri maşında o, Bəylər, Rafəddin və Rafael olmuş, Rafael qardaşına zəng edərək orada olduğunu demiş, sonra isə çölə çıxaraq onlara “uşaqlar siz oturun içəridə çay için biz gəlirik” demiş və iki qardaş dollar, avro almaq üçün getmişlər, amma gəlməmişlər. Onun Bəylərlə hansı nömrəsi ilə danışmağı yadında qalmamışdır. 10.Məhkəmə iclas zalında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində bildirmişdir ki, o, əvvəllər Bakı Telekom Rabitəsi İstehsalat Birliyindən Tikinti Planlama Şöbəsində aparıcı mütəxəsss vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs1 ilə təxminən 2022-ci ilin noyabr ayından, dostluq münasibəti vardır, onunla heç vaxt iş birliyi, ticarət fəaliyyətindən irəli gələn əlaqələri olmamışdır. 2022-ci ilin oktyabr ayında tanışı Təqsirləndirilən şəxs2 vasitəsi ilə Zərərçəkmiş şəxs1la tanış olmuşdur. Maddi vəziyyəti ilə əlaqədar Təqsirləndirilən şəxs2 kömək istəmiş, o da, Zərərçəkmiş şəxs1 ona kömək etməsini, qısa müddət üçün 3000 (üç min) manat borc verməsini xahiş etmişdir. Həmin vaxt ona işləmədiyini demişdir. Zərərçəkmiş şəxs1 ona borca pul vermiş və da öz növbəsində həmin günün sonu pulları Zərərçəkmiş şəxs1 qaytarmışdır. Daha sonra özü Zərərçəkmiş şəxs1la aralarında yaranmış dostluq münasibətləri ilə əlaqədar sonuncudan kredit ödənişləri ilə əlaqədar ilk əvvəl 8.000 manat daha sonra 8.000 manat pul almışdır. Daha sonra ailə məsələlərilə bağlı yaranmış sıxıntıları ilə bağlı Zərərçəkmiş şəxs1 oğlu Şahid2 Yasamal rayonu “Günəş Petrol”un yaxınlığında xalası oğlu Şahid6 4.000 manat pulu onun xahişi ilə almışdır. Ümumilikdə Zərərçəkmiş şəxs1 20.000 manat pul almış və həmin pulları 2-3 ay ərzində qaytaracağı ilə bağlı razılığla gəlmişlər. Daha sonra Zərərçəkmiş şəxs1 oğlu Şahid2 və qardaşı oğlu Şahid1 diplomlarını Azərbaycan Respublikası təhsil nazirliyində təsdiqlətməyi və adları çəkilən şəxsləri Azərbaycan Respublikası Rəqəmsal inkişaf və Nəqliyyat nazirliyinə işə düzəltməyi ilə bağlı ondan köməklik istəmişdir. O, da aldığı 20.000 manatı həmin vaxt qaytara bilmədiyi üçün müddət lazım olduğuna görə bu məsələ ilə bağlı köməklik etməyə çalışacağını bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 oğlu Şahid2 və qardaşı oğlu Şahid1 işə düzəldilməsi məsələsi ilə bağlı tərəfindən saxta “email” adreslər tərtib edilərək, onlara işə qəbul olunduqlarını, qısa zaman ərzində işə başlayacaqları barədə həqiqəti əks etdirməyən “mail’lər göndərmişdir. Bundan başqa, aldığı 20000 manat puldan 8000 manat pulu Təqsirləndirilən şəxs2 ondan borc istədiyi üçün borc kimi vermiş, aralarda hər hansı bir anlaşma və ya iş birliyi baş verməmişdir. Yasamal rayon polis İdarəsində Bakı İstintaq Təcridxanasından ünvanladığı ərizə ilə əlaqədar bildirir ki, Zərərçəkmiş şəxs1 90000 manat pul almamışdır. Bununla əalqədar qeyd edir ki, noyabr ayına kimi onun Dağıstana 16000 manat borcu qalmışdır. Həmin vaxta qədər və həmin vaxtdan sonra aralarında heç bir narazılıq olmamışdır. Dağıstan ona borc kimi verdiyi 16000 manat pulu istəməmişdir. 2023-cü ilin fevral ayında ailə vəziyyəti ilə əlaqədar Dağıstandan əlavə olaraq 4000 manat pulu borca istəmiş, bundan sonra ona 20000 manat borc yaranmışdır. 2023-cü ilin mart ayından etibarən Dağıstan ona borclu olduğu 20000 manat pulu istəmişdir. O, isə pulu olmadığından və müəyyən vaxt qazanmaq üçün yuxarıda qeyd etdiyi sözləri ona demişdir. Lakin o, inanmadığını bildirib pullarını geri istəyirmiş. 2023-cü ilin aprel ayında o, Dağıstanla Yasamal rayonu ərazisində yerləşən kafelərin birində görüşmüşdür. Onunla görüş zamanı o, bildirmişdir ki, “görürəm mənim pulum qaytarmırsan heç olmasa mənə köməklik elə oğluma maşın alım. Sənin yəqin əlaqələrin var”. O, isə həmin maşını kompyuter vasitəsi ilə hərrac yolu ilə ala biləcəyini demişdir. Dağıstan razılaşmış və mehribancasına ayrılmışlar. Bu görüşdən təxminən 5-10 gün sonra Elmlər Akademiyası metrostansiyasının yaxınlığında olan zaman Dağıstan onun mobil nömrəsinə zəng edərək ona 70000 manat pulun hazırladığını və qardaşı Rafaelin onu “Dadlı” kafesində gözlədiyini bildirmişdir. Ona həmin yerə getməyi və təxminən 20 dəqiqə sonra da özünün gələcəyini demişdir. O, həmin kafeyə getmiş və kafenin ikinci mərtəbəsinə qalxaraq Rafaellə görüşmüşdür. Dağıstan gələnə kimi bir qədər söhbət etmiş və təxminən 20 dəqiqə sonra əlində sellofan torba ilə Dağıstan içəri daxil olmuşdur. Rafael və Dağıstan bir yerdə, o isə onlarla üzbə-üz vəziyyətdə əyləşmişdir. Dağıstan ilkin olaraq ondan hal-əhval tutmuş daha sonra isə ona maşının nə vaxt gələ biləcəyini soruşmuşdur. O, pandemiya ilə əlaqədar maşının ola bilsin ki, gec gələcəyini demişdir. Aralarında olan söhbət yalnız maşınlar barəsində olmuşdur. Daha sonra Dağıstan sellofan torbadan 7 paçka 10000 manatlıq pulları çıxartmış və onun qarşısına qoyaraq həmin paçkaları bir-bir saymağı demişdir. O, həmin pulları bir-bir götürüb sayıb sellofan torbaya yığmışdır. O, həmin torbanı özü tərəfə çəkib pulları yenidən səliqəyə salaraq torbaya yığmış və ona tərəf vermişdir. Birlikdə çölə çıxmışlar. Bu zaman Dağıstan otaqda qalmışdır və o bir qədər gec çıxmışdır. Kafedən çölə çıxdıqdan sonra Rafael qardaşı Dağıstana bildirmişdir ki, “Dağıstan bəlkə yevro götürək?”. Dağıstan onunla razılaşmış və həmin pulları qardaşının işlədiyi Sədərək Ticarət mərkəzində xırdalamağı bildirmişdir. Rafael ondan pulları götürmüş və sellofan torbanı öz qoltuğu altına qoymuşdur. Rafael qardaşı oğluna zəng edərək harada olduğunu soruşmuşdur. Rafəddinin idarə etdiyi “Mercedes E Class” markalı maşına əyləşmişlər. Həmin maşında o, Rafəddin, Bəylər və Rafael olmuşdur. Həmin zaman artıq pul onda deyilmiş. Birlikdə Sədərək Ticarət Mərkəzinə getmişlər. Rafael ora çatdıqda orada işləyən qardaşına zəng etmiş və onun işlədiyi yerə getmişlər. Ora çatdıqda Rafael qardaşı ilə görüşmüş və ona pulu dəyişib gələcəyini demişdir. Ona isə uşaqlarla birlikdə çay içib gözləməyi demişdir. O, Rafətdin və Bəylər oturub çay içmişlər. Bir neçə dəqiqə sonra o, Bəylərə demişdir ki, əmisinə yığsın və harada qaldığını soruşsun. Bəylər əmisi Rafaelə yığmış və harada qaldığını soruşmuş, Rafael bildirmişdir ki, onların istədiyi qədər yevro yoxdur ona görə həmin pulları ertəsi gün İnşaatçılar metrostansiyası yaxınlığında yerləşən “Şaurma” restoranın yanında Dağıstan ona verəcək. Bundan sonra o, Yasamal rayonu ATES tərəfə düşürtmüşlər. O, maşından düşən kimi Dağıstan ona zəng emiş və narahat olmamağı, ertəsi gün saat 09:00 radələrində Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığında yerləşən “Şaurma” restoranında verəcəyini demişdir. Ertəsi gün onun dediyi vaxtda dediyi yerə gəlmişdir. Dağıstana zəng etmiş, lakin o, telefona cavab verməmişdir. Bundan təxminən bir saat sonra Dağıstan ona zəng edərək harada olduğunu soruşmuş və onunla görüşəcəyini deyib gözləməyi xahiş etmişdir. Onunla görüşmüş və parkda gəzməyi təklif etmişdir. Onun qoluna girmiş və evdə qardaşları ilə məsləhətləşib maşın almaq istəmədiyini və ona görədə pul gətirmədiyini demişdir. Ona başqa sual vermədən heç bir problem olmadığını demişdir. Bundan sonra Dağıstanla əlaqə saxlamaq istəsə də o, telefonlarına cavab verməmişdir. Sonradan ona məlum olmuşdur ki, Dağıstan şərləyərək guya ona 90000 manat pul verdiyi ilə bağlı ərizə yazıb prokurorluğa vermişdir. 2023-cü ilin avqust ayaında kirayə yaşamaq üçün ev axtarırmış. Bununla əalqədar bir neçə maklerlərə müraciət etmişdir. İlham adlı bir makler ona ev olduğunu və həmin evin ünvan 7 ünvanında yerləşdiyini demiş, həmin ev xoşuna gəldiyindən 700 manat müqabilində ev sahibi olan Orxanla tanış olmuşdur. Orxan çox səmimi və mehriban oğlan imiş. Onunla aralarında çox yaxşı münasibət yaranmışdır. Ona Rabitə Nazirliyində işlədiyini əvvəlcədən bildirmişdir. Lakin həmin ərəfədə maddi vəziyəti pis olduğundan Orxandan pul almaq qərarına gəlmişdir. Belə ki, bir neçə gün əvvəl Orxan ona öz işindən narazı olduğunu, dolana bilmədiyini demişdir. Onu aldadıb pul almaq üçün Orxanı öz işlədiyi yerdə işə düzəldə biləcəyini demişdir. Ona yalandan vədlər verərək 16000 manat müqabilində onu işə düəlzədəcəyini, yaxşı maaşı olacağı, xidməti maşını olacağını demişdir. Yəqin ki, bununla əlaqədar yazışmaları da mövcuddur. Səmimi olaraq bildirir ki, Orxan adlı şəxsi aldatmışdır. Maddi imkanım zəif olduğundna onu aldadaraq 16000 manat pulu ələ keçirmişdir. Nə Bəylər nə də Şahid1larm işə qəbul edilməsi ilə bağlı hər hansı şəxsdən pul götürməmiş, adı çəkilən nazirlikdə hər hansı şəxsə bu məqsədlə pul verməmişdir. Barəsində deyilənlər tamamilə yalandır, nə Zərərçəkmiş şəxs1, nə sonuncunun qardaşı və adları çəkilən uşaqlardan işə düzəltmək vədi, yaxud da digər niyyətlə pul götürməmiş, buna cəhd belə etməmişdir. O, heç vaxt Azərbaycan Respublikası Rəqəmsal inkişaf və Nəqliyyat nazirliyinin əməkdaşı olmamışdır. Zərərçəkmiş şəxs1 hər zaman onu şərliyəcəyi ilə bağlı hədə-qorxu gəlmişdir. Ona 20.000 manat verdiyi halda 120.000 manatla belə bu söhbətən yaxa qurtara bilməyəciyini deyirmiş. Onunla bağlı araşdırma apardığını guya ki, 5 evinin, avtomaşınlarının olduğu bildiyini deyirmiş. Zərərçəkmiş şəxs1 təqdim etdiyi səs yazılarında “cənab nazir ilə görüşmüşəm, qısa zamanda məsələni həll edəcəyəm” ifadələri işlətmiş, məqsədi aldığı 20.000 manat borcu qaytarmaq üçün vaxt qazanmaq olmuşdur. Bu səbəbdən belə bir yalan məlumat vermişdir. Nazirlə görüşməyi və məsələni həll etməyi barədə səs yazısında bildirdiyi fikirlər həqiqəti əks etdirmir. 2015-ci il tarixdən 2022-ci il tarixədək Azərbaycan Respublikası Rəqəmsal inkişaf və Nəqliyyat nazirliyi Bakı Telefon Rabitəsi MMC-də aparıcı mütəxəssis vəzifəsində işləmişdir. Daha sonra 2022-ci ilin aprel ayında öz ərizəsi ilə tutduğu vəzifədən azad olunmuşdur (İİ cild, səh. 246-250). 11.Məhkəmədə təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Sahil ona zəng edərək borc lazım olduğunu demiş, o da üzərində 200 manat pul olduğunu bildirmişdir. Sonra Sahili pul verə biləcəyi tanışının yanına gətirmişdir. Sahil maşınını da qoya biləcəyini demiş və atasının xəstəliyinə görə ona təcili pul lazım olduğundan hətta borcu faizlə götürmək istədiyini bildirmişdir. Onlar Dağıstanın yanına gəlib oturmuşlar, Dağıstan pulu gətirdərək “arada İsrail var, ona görə də ehtiyac yoxdur hansısa faiz verməyə” demişdir. Bundan sonra o, rayona getmiş, rayona çatarkən Sahil zəng edərək “əmi, mən Dağıstan müəllimin pulunu verdim” demişdir. Dağıstana zəng edərək Sahilin pulu qaytarıb-qaytarmamasını soruşmuş, Dağıstan Sahilin pulu qaytardığını, hələ üzərində yüz manat da vermək istədiyini, lakin götürmədiyini demişdir. O, bu hadisədən sonra Dağıstanla görüşməmişdir. Onların bir dəfə telefonla əlaqəsi olmuş, qardaşı onkoloji xəstə olduğundan Dağıstandan 3-4 min borc verməsini xahiş etmiş, Dağıstan da borc vermədiyindən küsmüşdür. Dağıstanın telefonlarına da cavab verməmiş və heç bir əlaqə qurmamışdır. X8 nə alıb verdiklərindən heç bir xəbəri olmamışdır. Zərərçəkmiş şəxs2la 4-5 ildir tanışdır. İnqilab Türkiyəyə gedərkən onunla əlaqə saxlamış və rayonda görüşmüşlər. İnqilab VTB Banka borcu olduğunu və evini bankdan girovdan çıxarmaq üçün ona kömək etmək lazım olduğunu bildirmiş, o da İnqilab “gərək borcu ödəyəsən” demişdir. İnqilab ona etibarnamə vermiş, Bundan sonra banka getmiş və İnqilabın banka 76.000 dollar borcu olduğunu bildirmişlər. O da İnqilaba “gərək borcu hissə-hissə ödəyəsən, təzə qrafik açıla bilər” demişdir. Sonra İnqilabdan borc almış və İnqilab borcunu banka ödəməsini demiş, o da İnqilaba borcu qardaşı onkoloji xəstə olduğuna görə aldığını bildirmişdir. O, Zərərçəkmiş şəxs2la barışmışdır. 12.Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlu məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, o, orta ixtisas təhsillidir, əvəllər bələdiyyədə işləmişdir. İnqilabı 2018, ya da 2019-cu ildən dostunun vasitəsi ilə tanımışdır. İnqilabı hüzr yerində dostu tanış etmiş, İnqilab özü Türkiyəyə getdiyi üçün problemi ilə maraqlanmışdır. Sonra Banka gedib borcunun nə qədər olduğunu soruşmuş, onlar da borcunu göstərərək müəyyən qədər ödənilsə yenidən qrafik açılacağını demişlər. İnqilab imkanı olmadığından həmin ödənişi edə bilməmişdir. O, həmin məsələnin həll edilməsi üçün İnqilabdan pul almamışdır. İnqilabdan 4-5 dəfəyə qardaşının xəstəliyinə görə dərmanlar gətirdə bilmək üçün borc almış, borcu da bir dəfəyə yox, bir neçə dəfəyə almışdır. İnqilab həmişə oğlu Türkiyədə təhsil aldığını, ali təhsilli olduğunu və işə qəbul olmaq istədiyini demiş, İnqilabla oğlunu iş düzəltməyi ilə bağlı söhbəti olmamış və İnqilabın oğluna işə düzəltməkdə heç bir köməklik etməmişdir. O, İnqilaba olan borcunun hamısını qaytarmışdır. Sahilin atası ilə bir sinifdə oxumuş, Sahil ondan borc istəyəndə özündə olmadığından Dağıstanla tanış etmişdir. Sahillə Dağıstanın arasında olan başqa söhbətlərdən onun məlumatı olmamışdır. Dağıstan onun yanında qardaşı uşaqlarının universitet bitirdiklərini və onların iş istədiklərini demiş, bu barədə başqa söhbət olmamışdır. Sonradan uşaqların işə düzəldilməsi ilə bağlı Dağıstanın Sahilə pul verdiyini eşitmişdir. O, X6 İnkişaf Nazirliyinin əməkdaşı kimi təqdim etməmişdir. Sahil atasının müalicəsi ilə bağlı üç min manat pul lazım olduğunu demişdir. Onun Sahilin işində olan imza ilə bağlı hansısa problemin olmasına görə üç min manatın lazım olmasından məlumatı olmamışdır. Sahilin idarə etdiyi maşında Dağıstan tərəfindən ona iyirmi min manat verilməmişdir. O, Dağıstana məxsus İnşaatçılar metrosunun yaxınlığında yerləşən “Dadlı” kafesinin üçüncü mərtəbəsində olmuş və çay içdikləri kabinetdə hansısa kamera quraşdırıldığını görməmişdir. Dağıstanın qardaşının Sədərək Ticarət Mərkəzində olan mağazasında olmamışdır. O, Dağıstanın uşaqlarının Sahil tərəfindən işə düzəldilməsi üçün pulun verilməsini başqa yerdə yox, polisdə eşitmişdir. 13.Məhkəmə iclas zalında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində bildirmişdir ki, onun 2019-cu ildən əslən Masallı rayonundan olan həmyerlisi Zərərçəkmiş şəxs2 ilə münasibətləri yaranmışdır. İnqilabın Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsində yaşadığını bilmişdir. 2019-cu ilin sentyabr ayının əvvəllərində Masallı rayonunda hüzür məclisində İnqilabla görüşmüş, söhbət zamanı İnqilabın narahat olduğunu görüb ondan nə baş verdiyini soruşmuşdur. İnqilab VTB bankdan evini girov qoyaraq kreditə pul götürdüyünü, lakin kredit pulunu qaytara bilmədiyini və işinin məhkəmədə olduğunu deyib ona köməklik etməyi xahiş etmişdir. Ona pulunun olmadığını, kreditin ödənişində köməklik edə bilməyəcəyini, ancaq belə maraqlanacağını demişdir. Bundan bir müddət sonra İnqilabla aralarında yaranmış münasibətdən asılı olaraq İnqilab ondan 2019-cu ilin sentyabr ayında 3000 manat pulu borc alaraq Türkiyəyə getdiyini bildirmişdir. Həmin vaxtdan təxminən 10-15 gün sonra İnqilab həmin pulu ona qaytarmış və razılığını bildirib Türkiyədə pulunun olduğunu bildirərək ona nə vaxt pul lazım olsa göndərmək imkanı olduğunu demişdir. İnqilab qardaşının onkoloji xəstə olduğunu bilmiş və ona bu sahədə köməklik edəcəyini bildirmişdir. O, İnqilabdan 2019-cu ilin oktyabr ayında 5000 manat borc pul istəmiş, İnqilab demişdir ki, Türkiyəyə gedəndən sonra göndərər. İnqilabın Türkiyədə dəmir işi ilə məğul olduğunu bilmişdir. Bunu İnqilabın özü demişdir. İnqilab Türkiyəyə getdikdən sonra 2020-ci ilin yanvar ayında oradan poçt vasitəsi ilə onun adına 5000 manat pul göndərmişdir. Bundan sonra 2020-ci ilin mart ayında İnqilabdan 10000 manat borc pul istəmiş, İnqilab 2020-ci ilin aprel ayında Türkiyədən ona 10000 manat pul göndərmişdir. Bundan sonra 2020-ci ilin iyul-avqust ayında İnqilabdan yenə də 15000 manat pul istəmiş, həmin vaxt İnqilab dostu Vüqarın vasitəsi ilə ona 9000 manat pul götürməli olduğunu telefon vasitəsi ilə bildirmişdir. Həmin pulu Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Asan xidmətin yaxınlığında İnqilabın dostu Vüqarla görüşüb 9000 manat pulu götürmüşdür. Həmin pulu alandan sonra İnqilabla telefon əlaqəsi saxlamış və Vüqardan 9000 manat pulu götürdüyümü ona bildirmişdir. Bir müddətdən sonra yenidən 2020-ci ilin avqust ayında İnqilabdan 8000- 10000 manat pul istəmişdir. İnqilab ona 5000 manat pulu həmin vaxtda Türkiyədən poçt vasitəsi ilə göndərmişdir. Həmin pulu da aldığını İnqilaba bildirmişdir. Bununla İnqilaba 29000 manat borcu yaranmışdır. İnqilab Türkiyədən qayıdıb gələndən sonra onunla görüşüb özünə məxsus olan «Land Rover» markalı avtomobilini satmaq istədiyini bildirmiş, bu işdə ona köməklik edərək tanışı Azər adlı şəxlə onu görüşdürmüşdür. Öz aralarında avtomobilin qiymətini 22000 manat pula razılaşmışlar. Azər ona ilkin olaraq 15000 manat pul vermiş və qalan pulu da yaxın vaxtlarda verəcəyini bildirişdir. Həmin vaxt İnqilab ona 1000 manat pul verib ehtiyacları üçün xərcləməsini demişdir. X32 pulunu dediyi vaxtdan sonra gecikdirdiyindən İnqilab avtomobili geri istəmiş, lakin tanışı Azər 7000 manat pulu vermişdir. Həmin puldan 2000 manat pulu götürdüyünü İnqilaba bildirmişdir. İnqilab da öz razılığını bildirmişdir. Əvvəlki borcunu da hesablamaqla İnqilaba 31000 manat borcu yaranmışdır. Lakin maddi çətinlikləri olduğundan İnqilaba borclu olduğu pulun 15250 manatını 2023-cü ilin oktyabr-noyabr aylarında hissə-hissə olmaqla vermişdir. Belə ki, İnqilaba əvvəlcə 4500 manat, sonra 8500 manat, bundan sonra 500 manat, sonra 250 manat, daha sonra isə 500 manat pul vermişdir. Hazırda İnqilaba 15750 manat borcu qalmışdır. İnqilab Türkiyədə olan zaman onun VTB banka kredit borcunun olması ilə bağlı maraqlanmış və bankdan İnqilabın girov qoyduğu evinin artıq hərraca çıxarlıdığını ona bildirmişlər. Bu sahədə ona köməklik olunması üçün Bakı şəhərində fəaliyyət göstərən Vüqar adlı şəxsi İnqilabın işləri ilə məşğul olması üçün vəkil tutmuşdur. Vəkilin fəaliyyəti nəticəsində İnqilabın evinin hərraca çıxarılması məsələsi dayandırılmış və Nəsimi Rayon Məhəkəməsinə müraciət edilmişdir. Həmin Vüqar adlı vəkil Nəsimi Rayon Məhkəməsində prosesi uduzduğu üçün Bakı Apellyasiya Məhəkəməsinə və daha sonra isə Ali Məhkəməyə müraciətlər etmişdir. Sonuncu dəfə həmin şikayətin Ali Məhkəməyə göndərildiyini bilmişdir. Lakin Ali Məhkəmənin hansı qərar qəbul etməsindən xəbəri yoxdur. Bundan sonra İnqilab ona verdikləri borc pulu istəməyə başlamışdır. Ona bir neçə təkliflər etmiş, onlardan biri «Nissan» markalı avtomobili baş etibarnamə ilə onun adına vermişdir ki, istəyir satsın və ya avtomobilin qiymətində ona olan borcundan çıxsın. Həmin avtomobil 5-6 gün onun həyətində qalmışdır. Sonra həmin avtomobili geri götürmüş və yuxarıda qeyd etdiyi pulları İnqilaba vermişdir. Bundan sonra İnqilaba rayonda olan 1,5 ha. sahədə pay torpağını, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində olan 12 sot torpaq sahəsini ona təklif etmişdir ki, keçirtsin öz adına, lakin o, razılaşmamışdır. Son zamanlar eşitmişdir ki, İnqilab onun barəsində Yasamal rayon Polis İdarəsinə şikayət etmişdir. İstintaq dövründə İnqilaba 9700 manat pul ödəmişdir. Bununla da İnqilaba cəmi 6000 manat borcu qalmışdır. Həmin 6000 manat pulu da qısa müddət ərzində qaytaracağına söz verir. Tanışı Zərərçəkmiş şəxs1 ilə, təxminən 3 ildir dostluq münasibəti vardır, onunla heç vaxt iş birliyi, ticarət fəaliyyətindən irəli gələn əlaqələri olmamışdır. 2022-ci ilin oktyabr ayında tanışı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1la tanış edərək sonuncudan Sahilə kömək etməsini, qısa müddət üçün 3000 (üç min) manat borc verməsini xahiş etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 işləmədiyini, əvvəllər Azərbaycan Respublikası Rəqəmsal inkişaf və Nəqliyyat nazirliyində məsul vəzifədə işlədiyini demişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 borca pul vermiş və sonuncu həmin günün sonu pulları qaytarmışdır. X7koloji xəstəliyi ilə əlaqədar dərmanların alınması üçün 2023-cü ilin fevral ayında Zərərçəkmiş şəxs1 borc olaraq 3000 (üç min) manat pul istəmişdir. Zərərçəkmiş şəxs1 həmin pulu vermədiyinə görə aralarında narazılıq yaranmış, məyus olduğu üçün onunla əlaqəni kəsmişdir. Həmin vaxtdan sonra Zərərçəkmiş şəxs1la görüşməmiş və danışmamışdır. Zərərçəkmiş şəxs1, eləcə də onun qohumlarının Təqsirləndirilən şəxs1 işə düzəlmək məqsədilə 90.000 manat pul vermələri barədə heç bir məlumatı olmamış, yalnız, 2023-cü ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs1 Masallı rayonu, Çaxırlı kəndində kənd sakinlərinə pullarının ələ keçirilməsini dedikdən sonra hadisələrdən xəbərdar olmuşdur. O, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında işlədiyini deməmmiş, Təqsirləndirilən şəxs1la birlikdə Bəylər və Şahid1ları Azərbaycan Respublikası Rəqəmsal inkişaf və Nəqliyyat nazirliyində işə düzəldə biləcəklərini deməmiş, yaxud da digər niyyətlə pul götürməmiş, buna cəhd belə etməmişdir. Təqsirləndirilən şəxs1la Əzimovlar ailəsi arasında olan sövdələşmədən, işə düzəltmə məsələlərindən məlumatı olmamışdır. Əzimovların onun barəsində yalan məlumat vermələrinin səbibini bilmir. Təqsirləndirilən şəxs1 əvvəllər Azərbaycan Respublikası Rəqəmsal inkişaf və Nəqliyyat nazirliyində məsul vəzifədə işləmiş, 2021-ci ildə işdən çıxmışdır. Onun harada işləməsi barədə məlumatı yoxdur. Özü isə 1999-2019cu illərdə Masallı rayonu, Çaxırlı bələdiyyəsinin üzvü və bələdiyyə sədrinin müavini vəzifələrində işləmişdir. Təqsirləndirilən şəxs1 aldığı puldan 8000 manat pulu ona verməsi yalandır, Sahil ona heç bir məbləğdə pul verməmişdir. Zərərçəkmiş şəxs2 ona məhkəmə proseslərində olan işlərini həll etmək adı ilə ümumilikdə 31000 ABŞ dolları məbləğində pul verməsi barədə dedikləri yalandır, ondan qeyd etdiyi kimi borc məqsədi ilə 31000 manat pul almış və həmin pulun 24950 manatını qaytarmış, hazırda İnqilaba 6050 manat borcu qalmışdır. İnqilabdan məhkəmə proseslərində işlərinin həll edilməsi adı ilə pul almamışdır. Zərərçəkmiş şəxs2 dedikləri qismən düzgündür. Ondan oğlu Əlini işə düzəltmək adı ilə pul almamış, onlar özləri Sahillə danışıb sövdələşmişlər. Sahilin Əlini işə düzəltməsi üçün öz yanından kiməsə pul verib-vermədiyini də görməmişdir. İnqilabın özü onun tanışından avtomobil almaq istəyirmiş. Həmin avtomobilin qiyməti 40.000 manat olmuş, İnqilab ona demişdir ki, ilkin olaraq 15000 manat pul versin, qalanın isə qısa zamanda artıqlaması ilə verər. O, da pulu ondan götürmüş və oturduqları kafedən çölə çıxıb avtomobilin sahibi ilə danışıb İnqilabın təklifini bildirmişdir. Razı olmayaraq nağd şəkildə 38000 manata verə biləcəyini demişdir. Bundan soma kafedə oturduğu otağa getmiş və 15000 manat pulu İnqilabın özünə qaytarmışdır. Cinayət işinə əlavə edilmiş Fləş yaddaşında olan video görüntülərdə Zərərçəkmiş şəxs2la söhbət zamanı ondan 31000 ABŞ dollar pul aldığını, həmin pulu məhkəmə prosesində qalib gələrək kupçanı alacağını bildirməyini onunla izah edir ki, əgər video görüntüyə diqqətlə baxılsa onun oğlu Əlinin də orda olduğu müşahidə edilir, danışıq zamanı Əli də yanlarında olmuşdur. Onlara getməzdən əvvəl İnqilab ona bildirmişdir ki, o, pulların bir çox hissəsini öz işləri üçün xərcləyib. Lakin bunu öz ailə üzvlərinə deyə bilmir. Onunla razılaşmışdır ki, onun dediyi məbləği razılaşsın ki, onun evində problem olmasın. Hətta özü orada qeyd edir ki, həmin 31000 ABŞ dollar pulu xərcləməyinə heç bir etirazı yoxdur çünki onu qardaş hesab edir. Sonradan ona məlum olmuşdur ki, onu tora salmaq üçün və öz çıxarları üçün ona qarşı polisdə istifadə edir (İİ cild, səh. 283-287). 14.Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, çağırılmış yas məclisinə getmiş və onu evdən iki nəfər İsrailin dostları götürmüşlər. 2022-ci ilin oktyabr ayında bu şəxslər ona zəng edərək kafedə görüşmüşlər. Həmin vaxt İsrail ona kiminsə yerinə imza etdiyindən Sahili tutduqlarını və işin polisdə olduğunu deyərək üç min pul istəmiş, əvvəlcə pulunun olmadığını demiş, lakin çox yalvar yaxardan sonra başqasına zəng edərək pulu vermişdir. Gedəndə Sahil qara maşınını “qoy istəyirsənsə qaraja” demiş, o razı olmamışdır. Səhəri gün Sahil ona zəng etdiyindən görüşüb maşınına əyləşmiş, Sahil üç min pul vermiş, həmin pulu sayaraq götürmüş və Sahil əlavə pul vermək istəyəndə lazım olmadığını demişdir. Gedəndən sonra İsrail zəng edərək pulun verilib-verilmədiyini soruşmuş, o da verildiyini bildirmişdir. Üzərindən iki-üç gün sonra təkrar ona zəng edərək görüşmüşlər. İsrail onun oğlunun hüququ bitirdiyini bilmişdir. İsrail ona oğlunun Prezidentin mühafizəsində işə düzəldiyini və orada işlədiyini demiş, o, İsrailə “əgər uşaqları işə düzəldə bilsən denən” demiş, İsrail də problem olmadığını, düzəldə biləcəyini bildirmişdir. İsrail uşaqları Sahilin işlədiyi yerə düzəldə biləcəyini, onlara “Xəzər” maşını və ayda 400 litr “Aİ-95” benzin verəcəklərini, günü yetmiş manatdan ayda üç dəfə ezamiyyət yazacağını demişdir. Bu işin xərcinin nə qədər olacağını soruşmuş, ikisinə yüz iyirmi min manat olacağını demişlər. Çox olduğunu deyəndə İsrail Sahilə “xahiş edib bir qədər aşağı edərsən” demişdir. Bundan 3-4 gün keçəndən sonra zəngləşərək təzədən görüşüb danışmışlar. Yüz minə danışdıqlarını, bundan o tərəfə yerinin olmadığını, amma pulu tam verməyəcəyini bildirmişlər. Noyabr ayının 20-də bunlara iyirmi min pul vermiş, hətta işin düzəldiyini və hər şeyin əla olduğunu deyərək onu təbrik də etmişlər. Yanvar ayında Sahil ona zəng edərək “əmi mənə pul lazımdır” demiş, nə olduğunu soruşduqda atasının xəstələndiyini bildirmiş, nə qədər lazım olduğunu soruşduqda on min istəmiş, ona gücünün çatmayacağını demişdir. X27 depozit qoyduğunu, amma pul çatmadığını deyərək yalvarmağa başlamış, Sahilə beş min vermiş və 2-3 günə qaytarıb ona vermişdir. İyirmi mini bu şəxslərin hər ikisinə vermişdir. Ona yetmiş min pulu aparıb verməli olduğunu bildirmiş və “Dadlı” kafesində yetmiş min manatı vermişdir. Pulu verəndə ondan başqa qardaşı orada olmuşdur. Sahil ona on mini də “qoy qalsın, uşaqlar orada əyləşəndən sonra şirinlik olacaq” demişdir. Pulu verəndən sonra heç bir xəbər olmadığını görmüşdür. Sonra Masallı rayonunda bunların kəndinin mollası olan axunda zəng edərək başına bu iş gəldiyini bildirmiş, ağsaqqal dayısına zəng etmiş, dayısı da quranoxuyan olmuş, dayısı gələrək Sahilin dövlət işində işlədiyini, nə isə yubana və çətinlik ola biləcəyini demişdir. Təqsirləndirilən şəxsin pulu sonradan ona qaytarmasını yalandır. 15.Zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, ondan iyirmi mini borc almamışlar, işə düzəltmək üçün almışlar. Yetmiş mini Şahid2 və Şahid1 işə düzəltmək üçün vermişdir. Həmin söhbətdə həm İsrail, həm də Sahil iştirak etmişlər. İsrailin bu söhbətlərdən xəbəri olmaması barədə dedikləri yalandır. İyirmi mini də bu şəxslərin ikisinə vermişdir. Pulun verilməsində onlardan başqa kimsə iştirak etməmişdir. Pulun verilməsini səs yazıları, mesajlar, nazirliyin blankarı ilə təsdiq edir. Yetmiş mini ancaq Sahilə vermiş və yetmiş veriləndən sonra Sədərəyə getməmişlər. O, iyirmi mini verəndə hər ikisi pulu götürüb saymışdır. Sonra həmin pulu nə etdiklərini bilməmişdir. O, hadisə baş verəndə Sədərəkdə işləmişdir. Oktyabr ayında danışıqları yüz iyirmi min olmuş, noyabr ayında isə yüz minə razılaşmışlar. Yanvar ayında Sahil ondan on min manat borc istəmiş, atasının xəstə olduğunu dediyindən pul verməyə razılaşmış və on min yox, beş min manat vermişdir. Bu şəxslərə uşaqların diplomlarının surətlərini və qiymətlər cədvəlinin surətini vermişdir. Həmin sənədləri hansı tarixdə verməsini xatırlamır. Bu şəxslər ona uşaqların Rabitə Nazirliyində işləyəcəyinə söz vermişlər. Kafedə hər yerdə “kamera çəkir” yazılmış, həmin ərəfədə kafedə kabinetlərdə qapıda açarlar olduğundan içəridə kamera olmuş, indi açar olmadığından kameralar sökülmüşdür. Yetmiş min veriləndən nə qədər sonra kameraların çıxarıldığını deyə bilmir. Kafe ona məxsus olmuş və kafedəki videokameraları o, quraşdırtmışdır. Hadisə olmazdan təxminən 5-6 il əvvəl orada kameralar quraşdırılmışdır. Hazırda da kafedə kameralar var. Hansı otaqdan açarlar çıxıbsa həmin otaqdan da kameralar çıxarılmışdır. Pulun verildiyi kabinetdə hazırda kamera yoxdur, amma kameranın yeri orada var. Sahillə danışıb kafedəki kabinetə göndərəndə o, özü bazarda işdə olmuşdur. “Dadlı” kafesi ünvan 8 ünvanında yerləşir. O, “Shaurma №1”in yaxınlığındakı həyətdə yaşayır. Abuşov üçün qohumuna öz oğlu ilə dörd min manat yollamamışdır. 16.Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlu ilə təxminən 3-4 ildir dostluq münasibəti vardır, onunla heç vaxt iş birliyi və ticarət fəaliyyətindən irəli gələn əlaqələri olmamışdır. Təqsirləndirilən şəxs2 2022-ci ilin oktyabr ayında onu Təqsirləndirilən şəxs1 ilə tanış edərək sonuncunun Azərbaycan Respublikası Rəqəmsal inkişaf və Nəqliyyat nazirliyində məsul vəzifədə işlədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 da adıçəkilən nazirlikdə yüksək vəzifədə işlədiyini, xidməti fəaliyyətində yaranmış nöqsanları aradan qaldırmaq üçün 3000 (üç min) manata ehtiyacı olduğunu, qısa müddət ərzində geri qaytaracağını demişdir. Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 etiraz edərək həmin məbləğdə pullarının olmadığını, həmçinin tanımadığı şəxsə pul verə bilməyəcəyini dedikdə sonuncu insanlıq naminə Təqsirləndirilən şəxs1 kömək etməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs1 pulu verəcəyi halda qısa müddətə faizlə birlikdə geri qaytarmağı təklif etdikdə ona iradını bildirərək sələmə pul vermək kimi işlərlə məşğul olmadığını demişdir. İsrailin çoxsaylı xahişləri səbəbindən 2022-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 borca 3000 manat pul vermiş, sonuncu həmin məbləği günün sonunda geri qaytararaq problemlərinin həll olunduğunu deyib minnətdarlıq etmiş, əlavə olaraq pul vermək istədikdə həmin pulu götürməmişdir. Bununla da Təqsirləndirilən şəxs1 inamını qazanmış və onunla səmimi münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 oğlu Şahid2 ilə qardaşı oğlu Şahid1 ixtisasca hüquqşünas olduqlarından məlumatlı olduqları üçün 2022-ci ilin noyabr ayında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən kafedə olan görüşü zamanı adları çəkilən şəxslərin Azərbaycan Respublikası Rəqəmsal inkişaf və Nəqliyyat nazirliyində yüksək əmək haqqı olan işə düzəltməyi təklif etmişlər. Təqsirləndirilən şəxs2 həmişə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında işlədiyini deyir və Təqsirləndirilən şəxs1 güvənməsi onun da sonuncuya olan inamının yaranmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 120.000 manat qarşılığında oğlu ilə qardaşı oğlunun Rəqəmsal inkişaf və Nəqliyyat nazirliyində işə düzələ biləcəklərini dedikdə həmin məbləğin çox olmasını deyib imtina etsə də adları çəkilən şəxslər onu 100.000 (yüz min) manat qarşılığında uşaqların həmin Nazirliyə işə qəbul olunması təklifinə razı salmışlar. Ona görə də, 2022-ci ilin noyabr və 2023-cü ilin aprel aylarında sonuncu dəfə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “Dadlı” kafedə olmaqla Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 ümumilikdə 90.000 (doxsan min) manat pul vermişdir. Adları çəkilən şəxslər pulların Azərbaycan Respublikası Rəqəmsal inkişaf və Nəqliyyat nazirliyində vəzifəli şəxslərə təqdim olunacağını, oğlu Şahid2 ilə qardaşı oğlu Şahid1 qısa müddət ərzində adıçəkilən nazirlikdə yüksək vəzifələrə təyinat alacaqlarını bildirmişlər. Bununla belə, Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 hazırda onunla əlaqədən yayınır, uşaqların işə düzəlməsini etmir və pulları qaytarmaqdan imtina edirlər. Qardaşı Şahid3 Təqsirləndirilən şəxs1la İsrayıl Təhməzova pulların təqdim edilməsi zamanı birlikdə olmuşdur. Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Dadlı” kafesi ona məxsusdur. Təqsirləndirilən şəxs1 70000 manat pulu verən zaman müşahidə kamerası olmuşdur. Belə ki, həmin zaman o, Təqsirləndirilən şəxs1 pulu verdikdən sonra Sahil onunla əlaqəni kəsmişdir və həmin müşahidə kamerasından ona pul verməyi təsdiqləmək üçün görüntünü DVD diskə köçürərək istintaa təqdim etmişdir. Həmin vaxtdan qeyd olunan ünvanda yerləşən kafeyə getməmişdir. Oranın işlərini işçi həyata keçirmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, müştərilərin narazığına görə həmin otaqdan və digər otaqlardan müşahidə kameraları yığışdırılmışdır. Kamera yalnız dəhlizdə quraşdırılmışdır (İ cild, səh. 70-77, İİ cild, səh. 269-271). 17.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2013-cü ildə “VTB” bankdan 232.000 ABŞ dolları məbləğində kredit götürmüş və devalivasiya olana kimi banka 262.000 ABŞ dolları məbləğində pul qaytarmışdır. Ona “Nizami” və “Mərkəz” filialında kreditlərini birləşdiməyi təklif etmişlər, lakin birləşdirməyi deyəndə faizlərinin də artacağını ona deməmişlər. Qol çəkib razılaşmış və köhnə gecikmələrlə hesablayaraq borcunu çıxarıb altımış beş min dollar etmişlər. O, məhkəməyə müraciət etmiş və Ali Məhkəmədə də uduzandan sonra onun evini hərraca çıxarmışlar. Rayonda tanış bir dostunun yas məclisində olmuş, yanında bir dostu olmuş və İsrail bəyi də həmin adamın iş yerində görmüşdür. Həmin gün oğlu evin hərraca çıxarılması barədə məktubu gətirmişdir. İsrail ona yaxınlaşaraq nəyə görə qanının qara olduğunu soruşmuş və İsrail ona “vecinə alma, mən sənə deyəcəm, adamlar var, işini həll edəcəklər” demişdir. Bir iki gün üzərindən keçəndən sonra İsrail onu Bakıya çağırmış, söhbət zamanı borcun həqiqətən də iyirmi səkkiz min dollar olduğuna razı olub-olmadığını soruşmuş, o da razı olduğunu bildirmişdir. İsrail “mən onu sənin üçün iyirmi beş min dollara həll edəcəm, mənə də min dollar verəcəksən” demişdir. İsrailə yaxında Türkiyəyə gedəcəyini bildirmiş, həmin vaxt İsrail ona etibarnamə verməsini demişdir. Səhəri gün İsrail zəng edərək “şəhərdəyəm siz nə isə verə bilərsiniz ya yox” demiş, bundan sonra Nərimanov rayonu ərazisində, X33 Akademiyasının yanında görüşmüşlər və İsrail bəyə min dollar pul vermişdir. O, Türkiyədə olanda işdəki problemlərə görə pulu göndərə bilməmiş və gecikmələr gəlib fevral ayına çatmışdır. Fevral ayında münasibətləri biraz sərtləşmiş, İsrail ona “mən camaatla danışmışam, işi həll etmişəm, sən pulu yolla yoxsa söhbət başqa cür olacaq” demişdir. O, Azərbaycandakı şəriki Ərtaca zəng edərək evinin əlindən çıxdığını, iyirmi beş min dollar ödəmək lazım olduğunu bildirmiş, Ərtac da çalışıb sabahda, birigündə həll edəcəyini demişdir. İki dəfə on min, bir dəfə beş min dollar vermişlər, ümumi məbləğ iyirmi altı min ABŞ dolları olmuşdur. 2020-ci ilin Qurban bayramı günündə İsrail ona zəng edərək qərarların hazır olduğunu və qərarları götürmək üçün hardasa beş min dollar ödəmək lazım olduğunu bildirmişdir. Pulu köçürmə etdikdən sonra çatıb-çatmadığını soruşmuş və İsrail pulun çatdığını demişdir. Ondan sonra bu gün veriləcək, sabah veriləcək qalmışdır. 2020-ci ildə ona yoldaşının gəlib etibarnamə verməli olduğu deyilmişdir. Sonra həyat yoldaşı Alma Atadan gələrək Masallı Asan Xidmətdə hazırda İsraili təmsil edən Eldəniz bəyə etibarnamə vermişdir. Bundan sonra iş yenidən uzanmağa başlamışdır. Bakıya toya gəlmiş və bütün bu problemlərlə bağlı olaraq onun ölkədən çıxışına qadağa qoyulmuşdur. Sonra İsrailə dəfələrlə zəng edərək uşaqlarının böyüdüklərini, evinin Badamdarta yaxşı yerdə olduğunu və evini satıb uşaqlarının hərəsinə ev almaq istədiyini bildirmişdir. İsrail ondan otuz bir min ABŞ dolları pul almış və uşağı işə düzəltmək üçün Sahillə yanaşı oturub əlavə on beş min manat pul almışlar. 09 mart tarixində Yasamalda “Cavid” kafesində Sahillə yanaşı oturanda pulu Sahilə vermiş, on beş deyildiyini, götürə bilməyəcəyini demiş, İsrail bəy pulu saydıqda on iki min manat olduğunu görmüş, az olduğunu və pulun çatmalı olduğunu demiş, o da pulu gətirtmişdir. Sahili ona Rəqəmsal İnkişaf Nazirliynin audit şöbəsinin sədri kimi təqdim etmişlər. Pulu da ondan Sahil yox, İsrail almışdır. Şikayətlərində pulu İsrail bəydən tələb etmiş və hazırda ona dəymiş ziyanlar da tam olaraq ödənilmişdir. 18.Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, Sahillə onu İsrail tanış etmiş, Sahili Nazirliyin Departament sədri və iki yüz nəfər işçisi olan adam kimi təqdim etmişlər. Ondan otuz bir min dollar və on beş min manat pul almışlar. Pulu ondan oğlunu işə düzəltmək üçün almışlar. Hər iki təqsirləndirilən şəxsdən şikayəti yoxdur və ona dəymiş ziyanı İsrail ödəmişdir. 19.Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 1999-cu ildən 2017-ci ilədək Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cu döngə, 470 ünvanında yerləşən obyeklər ona məxsus olmuşdur. 2013-cü ildə Bakı şəhəri Şəhərsalma idarəsinin tərəfindən «Avropa oyunları»-nın keçirilməsi ilə əlaqədar olaraq ümumi şəhər üzrə obyektlərin qabaq dizayner-rekonstruksiyası olunmasına göstəriş verilmişdir. Eyni zamandə ona məxsus olan obyeklərin də qabaq hissələri dizayner-rekonstruksiyası olunmalı olmuşdur. Bu məqsədlə 04 may 2013-cü ildə özünə məxsus obyektləri girov qoyaraq «VTB» bankın Bakı şəhəri, Nizami filialından 105.000 ABŞ dolları kredit yolu ilə götürmüşdür. Özünə məxsus olan obyektlərin qabaq hissələri dizayner-rekonstruksiyasını etdirsə də həmin işə pul çatmadığı üçün 21 may 2013-cü il tarixdə yenidən eyni qaydada Bakı şəhəri ərazisində yerləşən «VTB» Mərkəzi Bankdan 127.000 ABŞ dollarını kredit yolu ilə götüb həmin işlərə sərf etmişdir. Ümumilikdə həmin bankdan 232.000 ABŞ dolları kreditlə götürmüş və həmin pulların kreditlərini ayba-ay ödəməklə cəmi 260.000 ABŞ dolları ödəmişdir və banka 28.000 dollar borcu qalmışdır. Lakin 2016-cı ildə olmuş məlum devalivasiyadan sonra kreditləri ödəməkdə çətinlik çəkmişdir. Banka girov qoyulmuş özünə məxsus obyektləri satmaq qərarına gəlmişdir. Ona görə də bankdan ona təklif edilmişdir ki, obyektlər satıldığı halda kreditləri ümumiləşdirərək ona məxsus evi girov qoyulmalıdır. O, da razılaşmış sənədləri oxumadan bank sənədlərini imzalamışdır. Sonradan məlum olmuşdur ki, onun banka 81.000 ABŞ dollar məbləğində borcu qalmışdır. Bununla da sahibkarlıq fəaliyyəti ilə götürdüyü kredit məbləğləri ilə əlaqədar 2018-ci ildə məhkəmə prosesləri başlanmışdır. 2019-cu ilin iyul ayında Masallı rayonuna hüzr məclisinə getmiş,. Mərasim evində Masallı rayonu Çaxırlı kənd sakini Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlu ilə görüşmüşdür. Təqsirləndirilən şəxs2 onun nə üçün bekef olduğunu soruşduqda ona başına gələnləri danışmışdır. Həmin vaxt İsrail ona məhkəmə işlərində hüquqi köməlik göstərəcəyini, evinin səndələrinin alınıb özünə qaytarılacağını bildirmişdir. İsrail ona «Paşayevlərlə» iş gördüyünü bildirmişdir. Ona görə də Bakı şəhərində İsraillə görüşmüş və ilk olaraq 3 saylı notariat ofisində ona mülki etibarnamə vermişdir. Həmin görüşdən az bir müddət sonra İsrail ona zəng edərək məhkəmə prosesləri üçün pul lazım olduğunu bildirmiş, 04 avqust 2019-cu il tarixdə İsraillə Bakı şəhəri, Nərimanov rayonu, «Gənclik» metrostansiyasmm yanıda görüşmüş və ona 1000 ABŞ dolları məbləğində pul vermişdir. Həmin vaxtdan bir müddət sonra İsrail ona zəng edərək pul istəmişdir. Həmin vaxt ailəsi ilə birlikdə Türkiyədə yaşamışdır. İsrailə hüquqi xidmət üçün pul verdiyini xatırlatdıqda bildirmişdir ki, verəcəyi pul hüquqi xidmət üçün deyildir, işin düzəlməsi üçündür. Barəsindəki işlə bağlı belə bir variantı düşünmədiyini bildirdikdə, İsrail həmin pulu mütləq verməli olduğunu, əks halda xoş münasibətdə olduğu və iş gördüyü «Paşayevlərin» ona qarşı çox pis tədbir görəcəklərini bildirmişdir. Təhdid altında olduğu üçün Türkiyədən tanışları X21 və X2 2020-ci ilin mart ayının əvvəllərində zəng etmişdir ki, Türkiyədə birgə iş gördüyü İlhaminin qardaşı, Bakı şəhərində yaşayan və iş görən Ərtaca yaxınlaşsınlar və ona dediyi 25000 ABŞ dollarını götürüb aparıb İsrailə versinlər. Həmin vaxt Ərtacın mobil nömrəsini tanışları Vüqar və İlqara vermişdir. Onlar 2020-ci ilin mart ayının əvvəllərində Bakı şəhərində Ərtacla görüşüb ondan 25.000 ABŞ dollarını götürdükdən sonra İsraillə əlaqə saxlayaraq Bakı şəhəri Yasamal rayonu ərazisində «Bakmolun» içərisində İsraillə görüşmüşlər. Onların hər ikisi zəng edərək İsrailin dələduz olduğunu hiss etdiklərini, onun xeyrinə heç bir iş görə bilməyəcəyini deyib pulu ona verməməyi bildirmişlər. O, isə onlara demişdir ki, İsrail onu bezdirib pulu versinlər. Onlarla danışandan sonra İsrailə 10.000 ABŞ dolları vermişlər. Həmin vaxt İsrailin narazılıq etdiyini zəng edib bildirmişlər və yenə də 15.000 ABŞ dollarını İsrailə veməməyi, onun fırıldaqçı olduğunu bildirmişlər. O, isə onlara qalan pulu da İsrailə vermələrini demiş, tanışları İsrailə 10.000 ABŞ dollarını verdikdən sonra o, zəng edərək narazılığını bildirmişdir. O, isə yaxın günlərdə 15.000 ABŞ dollarını gətirib verəcəklərini demiş, həqiqətən də 2020-ci ilin mart ayının ortalarında Vüqarla İlqar Bakı şəhəri, Yasamal rayonu ərazisində, «Ağ çiçəyim» restoranın yanında İsraillə görüşüb 15.000 ABŞ dollarını ona vermişlər. Həmin vaxtdan bir neçə gün keçmiş İsrail ona zəng edərək işinin qaydasında olduğunu, lakin məhkəmədən qərarın götürülməsi üçün 5.000 ABŞ dolları lazım olduğunu bildirmişdir. Artıq ona inanmadığını və pulu verməyəcəyini bildirəndə, İsrail yenə də «Paşayevlərlə» təhdid edərək pulu verməyəcəyi təqdirdə ona böhtan ataraq həbsxanaya saldıracaqlarını bildirmişdir. Həmin vaxtda da Türkiyədə olduğundan məcbur olub oradan tanışlarından borc tapıb həmin 5000 ABŞ dollarını pobank vasitəsi ilə İsrailə göndərmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, qeyd edilən müddət ərzində İsrail onun üçün heç bir iş görməyib, əksinə onu aldadaraq «Paşayevlərin» adından istifadə edərək halal pulunu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Bununla bağlı dəfələrlə İsrailə müraciət edərək pulunu istədikdə, hər dəfə onu aldadıb günü-günə sataraq yenə də şantaj və təhdid edərək tutduracağını bildirmişdir. 2021-ci ilin yanvar ayında İsrail onun mobil nömrəsinin “WhatsApp” proqramına yazaraq həyat yoldaşı olan X25 tərəfindən Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 etibarnamə verməsini və həmin vəkilin məhkəmə prosesində iştirak edəcəyini bildirmişdir. Ona görə də Masallı rayonu «Asan xidmət» mərkəzində həmin şəxs etibarnamə vermiş və özü həmin etibarnaməni gətirib Bakı şəhərində İsrailə vermişdir. Lakin Müdafiəçi1 adlı vəkili görməmişlər. 2023-cü ilin mart ayının əvvəllərində İsrailə pulunu qaytarmağı, oğlunun işsiz olduğunu və ona iş düzəltmək istədiyini bildirdikdə, İsrail demişdir ki, onu işə düzəlməsinə köməklik edəcək. Həmin gündən bir neçə gün keçmiş İsrail ona zəng edərək Bakı şəhəri, Yasamal rayonu, «Bravo» marketlə üzbəüz kafeyə dəvət etmişdir. Oğlanları Hüseyn və Əli, bir də kürəkəni Razi ilə birlikdə həmin görüşə İsrailin dediyi yerə getmişlər. Orada İsrailin yanında sonradan adını bildiyi Sahil adlı şəxs olmuş, X30 İnkişaf Nazirliyinin audit-texnik şöbəsinin departament sədri kimi təqdim edərək və oğlu Əlinin həmin şöbədə mütəxəssis kimi işə götürüləcəyinə söz vermişdir. Həmin işin alınması üçün İsrail belə bir işin 30.000-40.000 manat pulun arasında düzəlməsini söyləyib, ona görə həmin işi 15.000 manata həll etdirəcəyini bildirmişdir. O isə İsrailə həmin məbləğin olmadığını demişdir. İsrail həmin görüşdən sonra 06 mart 2023-cü il tarixdə oğlu Əliyə zəng edərək Sahilin onun yerinə atasının əməliyyat olunması üçün yığılmış 15.000 manat pulu verdiyini deyərək həmin pulun qaytarılmasını bildirmişdir. 08 mart 2023-cü il tarixdə İsrail ona zəng edib Sahilin atasının əməliyyat olunması üçün Mərkəzi klinikaya yerləşdirildiyini və həmin pulun çatdırılmasını bildirmişdir. Eyni zamanda İsrail oğlu Əliyə də zəng edərək həmin məlumatı vermişdir. Oğlu Əliyə zəng edib demişdir ki, aparıb maşını satsın onların pulunu versin. 09 mart 2023-cü il tarixdə oğlu Əli 26.000 manat dəyərində olan, 2017-ci il buraxılışlı, Hyundai-Elantra markalı avtomobilini 19.500 manata satmışdır. Bundan sonra oğlu Əli ilə birlikdə gedib Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ərazisindəki parkın yanında olan «Çinar» kafedə İsraillə görüşüb 15000 manat pulu ondan götürərək sayıb cibinə qoymuşdur. 06 aprel 2023-cü il tarixdə oğlu Əli işə çıxmalı olmuş, lakin İsrailin təkrarən onu aldatdığını başa düşmüş və oğlu Əliyə heç bir iş düzəltməmişdir. İsrailə bu barədə hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir. 2023-cü ilin sentyabr ayında Yasamal rayon Polis İdarəsinə girmək istəyərkən, idarənin qarşısında İsrail qardaşı oğlu Namazla onun qabağını kəsib ərizə yazmağına imkan verməmişlər. Namaz söz vermişdir ki, əmisi İsrailin aldığı pulları bir ay müddətində hamısını qaytaracaqdır. Ona bir qədər inanmış və şikayət etmək istəməmişdir. Bundan sonra bir ay ərzində, yəni 16 sentyabr 2023-cü il tarixdə Namaz yaşadığı evə gəlib ona 3500 manat pul vermişdir. 13 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ərazisindəki parkın yanında olan «Çinar» kafedə İsraillə görüşmüş və İsrail ona 8.500 manat pul vermişdir. 14 noyabr 2023-cü il tarixdə Namaz oğlu Hüseynin plastik kart hesabına 1000 manat pul göndərmişdir. Həmin vaxtdan sonra nə İsrail, nə də ki, Namaz heç bir pul verməmişlər (İ cild, səh. 250-253). 20.Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun etibarından sui istifadə edərək pulunu ələ keçirmişdir. Keçən ilin avqust ayında evini kirayə verərkən Sahil vasitəçi ilə yaxınlaşmış və danışıq əsnasında özünü ona Nəqliyyat Nazirliynin audit şöbəsinin müdiri kimi təqdim etmişdir. Sahil Rabitə Nazirliyinə insan resursları şöbəsinə işçi, mütəxəssis kimi işə götürülməkdən ötrü onun pulunu almışdır. Sahil onu işə düzəldəcəyini və xidmət haqqı olaraq on altı min manat pul lazım olduğunu bildirmişdir. O, pulu verdiyi tarixi tam dəqiq xatırlamır, amma 2023-cü ildə avqust ayının sonunda “Elmlər” metrosunun çıxışı ilə üzbə-üz yolun kənarında maşında pulu Sahilə vermişdir. 21.Zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, pulun verilməsində onların ikisindən başqa kimsə iştirak etməmiş və pul məbləğini də birdəfəlik vermişdir. Sahil 6 ədəd 3x6 şəkil, şəxsiyyət vəsiqəsi və tərcümeyi hal kimi sənədləri ondan istəmişdir. Ona maaşı min beş yüz manat, “paket” olaraq əlavə pul və xidməti maşın “Hyundai Sonata” deyilmişdir. Sahil ona bu işlərin belə olduğunu, işi görürsənsə pulu da vermək lazım olduğunu demişdir. Pulun çatacağı şəxs kimi konkret olaraq kiminsə adını çəkməmiş, amma pulu verəndə səs ataraq “pulun çatıb, nazirin “vizası” qalıb” kimi sözlər demişdir. O, pulu rüşvət kimi yox, xidmət haqqı kimi vermişdir. Pul Sahilin özünə çatmalı idi ki, iş görsün. Onlar sentyabr ayında görüşməli olmuşlar, lakin görüşə bilməmişlər, telefonları sönülü olmuş, ailə üzvlərindən birinin telefonunu tapıb zəng etmiş və açmadıqlarından şikayət etmişdir. Sahilin xəstə olması və gələ bilməməsi barədə məlumatları ona həyat yoldaşı vermişdir. Onun ixtisası filoloqdur və Hava Limanında “Aviasia Service Group”da agent vəzifəsində işləyir. Ona dəymiş ziyan ödənilməmişdir və pulunu tələb edir. O, mülki iddiasının təmin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 22.Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 11 ünvanında ona məxsus boş mənzil vardır. Həmin mənzili kirayə vermək üçün maklerlərə müraciət etmişdir. 2023-cü ilin avqust aym 4-ü İlham adlı makler ona zəng edərək bir nəfər şəxsin ailəsi ilə birlikdə ona məxsus mənzildə qalmaq istədiyini bildirmişdir. O, heç bir problem olmadığını bildirərək həmin şəxslə görüşmək istədiyini demişdir. Həmin gün onlarla görüşmüş və ona məxsus evdə qalmaq istəyən şəxsin adının Sahil olduğunu bilmişdir. Sahil ona Rabitə və Texnologiya Nazirliyində Audit şöbəsinin rəisi olduğunu bildirmişdir. O, evi kirayə götürüb-götürməməsi barədə sual verdikdə Sahil bir qədər fikirləşmək istədiyini bildirmişdir. Qeyd etdiyi kimi, hava limanında smenlə işlədiyindən yuxusu gəlmiş, yatmaq stədiyini və evi alırsa ona dəqiq cavab verməsini demişdir. Sahil nə işdə işlədiyini soruşduqda ona hava limanında smenlə işlədiyini bildirmişdir. Sahil adlı şxəs ona narahat olmamağı, daha yaxşı işə düzəldəcəyini bildirdib evi götürmək istədiyini bildirmişdir. Sahil ertəsi gün zəng edərək işlə əlaqədar CV atmaq lazım olduğunu və onu insan resurslarına mütəxəssis işinə düzəldəcəyini bildirmişdir. Sahilə çox inanmış və çox sevinmişdir ki, normal işə düzələcək. Sahil şəxsi avtomobili olacağını, dövlət tərəfindən pulsuz benzin və ezam pulu verəcəyini, aylıq olaraq 2000-2500 manat maaş alacağını bildirmişdir. Buna görə də tez bir zamanda ona CV göndərmiş, təxminən 10-12 gün sonra Sahil yenidən əlaqə saxlayaraq hər şeyin yolunda olduğunu lakin işə düzəlmək üçün pul lazım olduğunu demişdir. Nə qədər pul lazım olduğunu soruşduqda 16000 manat pul lazım olduğunu və təcili olaraq həmin gün çatdırılmalı olduğunu demişdir. İşə düzəlmək və yaxşı gələcəyi olmaq üçün tez həmin pulu taparaq Sahilə görüşmək istədiyini bildirmişdir. Həmin gün 16000 manat pulu vermək üçün Yasamal rayonu, Elmlər Akademiyasılnda yerləşən “Böyük Fırat” restoranın qarşısında Sahillə görüşmüş, Sahil idarə etdiyi “Chevrolet Cruz” markalı maşınla gəlmişdir. O, 16000 manat pulu sayaraq Sahilə vermişdir. Sahil işin oktyabr ayının əvvəlinə həll olunacağını və onu çağıracaqlarını bildirmişdir. Lakin bir müddət keçdikdə Sahillə əlaqə saxlamış, lakin Sahil telefona cavab verməmişdir. Bundan sonra Sahilin ailə üzvlərinin mobil nömrələrini tapmış və həmin şəxsin Türkiyədə olduğunu bilmişdir. Sonradan ona məlum olmuşdur ki, Sahil dələduzluq etdiyinə görə tutulmuşdur. Sahillə aralarında olan səs yazıları və fotoşəkillər istintaqa təqdim edilmişdir (İİ cild, səh. 114-116). 23.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Bakıda Sədərək Ticarət Mərkəzində kafel-metlax satır. O, İsraili iki il əvvəl tanımış, İsrail ondan evi üçün kafel-metlax almışdır. Hələ də İsrail ona min yeddi yüz səksən manat borcludur. O, hansısa pulun verilməsində iştirak etməmiş və bu barədə nə isə görməmişdir. 24.Şahid7 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki,Təqsirləndirilən şəxs1 tanımır. Sahilin onun qardaşının pulunu apardığını eşitmişdir. Sahillə onun qardaşını yəqin ki, İsrail tanış etmişdir. Sahilə iyirmi min və yetmiş min pul verilmişdir. X9 uşaqları işə düzəldəcəyini eşitmişdir. Pulun avroya dəyişdirilməsi üçün onun yanına gəlmələri halı olmamışdır. Onların yanında olmadığından pulun neçə dəfəyə verilməsini bilmir. Pulun kimə verildiyini görməmişdir. Qardaşının konkret olaraq uşaqları işə düzəldiləcəyi barədə məlumat verməsi onun dəqiq yadında deyil. Mənzil qardaşının yoldaşının adına olmuş, 1-2 il olar ki, satılmış, evin satılmasında məqsəd uşaqların işlə təmin olunması olmuşdur. Bu barədə məlumatı qardaşı Dağıstandan eşitmişdir. Mənzil doxsan iki min beş yüz manata satılmışdır. Təqsirləndirilən şəxs1 daha əvvəl onun mağazasında olmamışdır. Təqsirləndirilən şəxs1 onun qardaşları ilə işlədiyi mağazaya gəlməmişdir. Uşaqların işə necə düzələcəklərini dəqiq deyə bilmir, bu barədə onunla danışmamışlar. İsraili qardaşının vasitəsi ilə tanımış, İsrail mağazasına gələnə kimi qardaşı uşaqlarının işə düzəlmək söhəbtləri olmuşdur. İsrailin ona olan borcunun hansı tarixdən yaranması dəqiq yadında deyil. Dağıstan uşaqların işə düzəldiləcəyini deyəndə kiminsə adını çəkməmiş, əlaqəni İsrail yaratmış, amma o, Sahilin adını eşitməmiş və görməmişdir. 25.Məhkəmə iclasında Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində kafel-metlaxın satışı ilə məşğul olur. X16 onun doğma qardaşıdır. Qardaşı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1lə pul məsələsi barədə onun təxminən 5-6 ay olar ki, məlumatı olmuşdur. Ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 qardaşı Əzimov Dağıstnadan 90000 manat pulu qardaşı uşaqları Bəylər və Rafəddini işə düzəltmək üçün almışdır. Lakin həmin şəxs qardaşını aldatmışdır və ona qarşı dələduzluq etmişdir. Bu məsələ ilə əalqədar İsraili tanıyır. Bir neçə dəfə onun işlədiyi yerə gəlmişdir. Həmin vaxt onun yanında tammadığı şəxslər olmuşdur. Onun Təqsirləndirilən şəxs1lə görüşü olmamışdır, həmin şəxs tanımır. Təqsirləndirilən şəxs1 onun işlədiyi yerə İsraillə birlikdə ola bilər ki, bir neçə il əvvəl gəlmişdir. Çünki qeyd etdiyi kimi, İsrail onun yanına bir neçə dəfə kafel və metlax almaq üçün gəlmişdir. Həmin zaman onun yanında tanımaıdğı şəxslər olmuşdur. 70000 manat pulu yevroya dəyişməyə gəlməsi barədə onun dedikləri hamısı yalan və absutdur. Belə bir şey olmamışdır. Həmçinin qeyd edir ki, adı Yalçındır, lakin hamı onu Rafan kimi tanıyır. İşlədiyi yerdə və tanışları hamısı onu Rafan kimi bilirlər. Həmçinin İsrail də onun adını Rafan kimi bilir. Yəqin ki, İsrail bu barədə Sahilə demişdir (İİ cild, səh. 266-268). 26.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, İnşaatçılar metrosunun yaxınlığında olanda qardaşı Dağıstan zəng edərək “get “Dadlı” kafesinə, Sahil oraya gələcək, orada tək olmasın” demişdir. O, Sahillə görüşmüş və üzərindən yarım saat keçdikdən sonra Dağıstan gəlmişdir. Dağıstan gələndən sonra söhbət edərək uşaqların işə düzəldilməsi ilə bağlı pulu vermişlər. 27.Şahid3 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, kafe qardaşı Dağıstana məxsus olmuşdur. O, həm Sahil, həm də İsraili əvvəldən tanımışdır. İsraillə dost kimi tanış olmuşlar, Sahili isə uşaqları işə düzəldəcək adam kimi tanımışdır. İsraili üç ildir tanımış, Sahili də üç il bundan əvvəl Dağıstanın iftar süfrəsində tanımışdır. Qardaşı ilə Sahil arasında dostluq münasibətinin nə vaxtdan yaranmasını bilmir. Sahil uşaqları Rabitə Nazirliyinə düzəldəcəkdi. Onun yanında yetmiş min manat pul verilmiş və pulu Sahil götürmüşdür. Danışıqları yüz min olmuş, doxsan mini verilmiş, on mini verilməmişdir. Pulun verilməsində onların üçündən başqa kimsə iştirak etməmişdir. Pulu götürəndən sonra çıxmışlar, soruşduqda Sahil maşını “Qələbə” dairəsində saxladığını demiş, aparıb Sahili orada düşürərək evə getmiş və pul da Sahilin əlində sellofanda olmuşdur. Yetmiş min manatdan başqa bildiyi qədər qardaşı Sahilə bir dəfə də iyirmi min manat pul vermişdir. İyirmi min manatın nə məqsədlə və harada verməsini bilmir. Yetmiş mini verəndə ondan əvvəl pul verilməsini qardaşından soruşmamışdır. İyirmi min pul veriləndə başqa kiminsə orada iştirak etməsi barədə məlumatı yoxdur. Yetmiş min verilən gün Yalçın və Bəylər ona zəng etməmişdir. Dağıstan yetmiş min manatı qardaşları Sakit Əzimovun evini satmaqla əldə etmiş, ev doxsan iki min beş yüzə satılmışdır. Ev iyirmi min veriləndən əvvəl satılmışdır. Hər iki uşağı işə düzəldəcəkləri üçün Dağıstan qardaşının evini satmışdır. Hansısa maşın alqı-satqısı barədə söhbət olmamışdır. Pulun avroya dəyişdirilməsi üçün Sədərəyə getməkləri barədə söhbət olmamışdır. Kafeyə gedəndə xüsusi kabinet seçməmişlər, həmin vaxt boş olan kabinetdə oturmuşlar. Oturanda kabinetdə çəkilişin olduğunu bilməmişdir. Pulun sayılmasından sonra da kameranın olduğunu bilməmişdir. Onun kafenin fəaliyyəti barədə heç bir məlumatı yoxdur. 2012-ci ildən kafedə kameralar olmuş və kameraların hamısı açıqda olmaqla görünmüşdür. Qardaşı gələnə kimi Sahillə uşaqların işə düzəldilməsi barədə söhbətləri ollmuşdur. Sahil ona “narahat olma, inşallah əmiləri onları da işə düzəldəcək” demişdir. Dağıstanın onların danışıqlarının kamera görüntülərini nə zaman çıxardığını bilmir. O, Sahillə birlikdə ticarət mərkəzinə getməmişdir. Hazırda verdiyi ifadəsini təsdiq edir. O, ifadə verəndə ifadəsini oxumamışdır. X35 tanış etdiyindən istintaqda ikisinin birlikdə olmasını demişdir. 28.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Əzimov Sakit və Zərərçəkmiş şəxs1 onun qardaşlarıdır. Ona məlum idi ki, Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlu ilə qardaşı Dağıstan arasında dostluq münasibəti vardır. İsrayil Təhməzovun vasitəsi ilə Təqsirləndirilən şəxs1 da tanımışdır, belə ki, bir dəfə onu İsraillə birlikdə iftar süfrəsində görmüşdür. Təxminən 2023-cü ilin may amda A.M.Şərifzadə küçəsində olarkən qardaşı Dağıstan ona zəng vurub harada olmağını soruşmuş, o da ona bildirmişdir ki, «Sədərək» ticarət mərkəzinə getmək istəyir. Dağıstan bildirmişdir ki, «bir az ləngi Sahil indi oraya, yəni «Dadlı» kafesinə gəlir. Sən də orada ol, mən də 20-25 dəqiqəyə gəlirəm». Beləliklə həmin kafedə Sahillə görüşmüş, az sonra isə Dağıstan da oraya gəlmişdir. Dağıstan onun yanında Sahilə 70.000 manat pul vermiş və Sahil də pulu götürüb getmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin pulu Dağıstanın oğlu Bəyləri və digər qardaşı Sakitin oğlu X14 və Nəqliyyat Nazirliyində yüksək əmək haqqı olan işə düzəltmək üçün vermişdir. Həmçinin sonradan məlum olmuşdur ki, həmin 70.000 manatdan əlavə də müxtəlif vaxtlarda Dağıstan həmin Təqsirləndirilən şəxs1 daha 20.000 manat pul vermiş, Təqsirləndirilən şəxs1 və İsrayil Təhməzov onu aldadaraq həmin pulun müqabilində heç bir iş görməmiş və qeyd edilən pulları da qaytarmamışlar (İ cild, səh. 226-228). 29.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ildə əsgərlikdən gələndən sonra işləmək istəmişlər. 2021-ci ilin sonlarında Sahillə görüşüb danışmışlar, Sahil onu və əmisi oğlunu Rabitə Nazirliyində işə düzəldəcəyini demişdir. Sahil özü orada işlədiyini, rəis olduğunu və onların da yanında olacaqlarını bildirmişdir. Tarixi dəqiq xatırlamır, amma atası Sahilin onları işə düzəldəcəyini demişdir. Onlar da mütəmadi olaraq Sahillə görüşmüşlər. Sahil onlara “özünüzə bahalı kastyum alın, mən sizi orada öz qohumum kimi təqdim etmişəm” demişdir. Bundan başqa Sahil onlara hərəsinə bir “Xəzər” maşını, ayda 400 litr benzin veriləcəyini və onunla ezamiyyətlərə gedəcəklərini bildirmişdir. Sonrakı həftələrdə cənab nazirlə Şuşaya gedəcəyini və onlarla görüşə bilməyəcəyini demişdir. Sonra onlar təqdim etdikləri görüntülərdə “Bəylər bəy, sizi Rəqəmal İnkişaf Nazirliyinə işə qəbul olunduğunuz üçün təbrik edirik” yazılmışdır. Bundan sonra onlar Sahillə görüşüb danışaraq nə vaxt gedəcəklərini soruşmuşlar. Həmin vaxt Sahil onlara bu həftə Şuşada cənab nazirlə görüşlərinin olacağını demiş, onlara yalan dediyini bilməmişlər, çünki onlara elektron poçt hesablarından gedib işləyəcəkləri barədə məlumatlar gəlmişdir. 30.Şahid2 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, Sahillə onları atası tanış etmiş, atası ilə Sahili isə İsrail tanış etmişdir. Ümumiyyətlə Sahillə onları işə düzəltməsi barədə danışmamışlar, atası Sahilin onları işə düzəldəcəyini demişdir. Birinci dəfə Sahillə Elmlərdə “Padişah” restoranında görüşmüşlər. Onun işə təmannalı ya təmannasız düzələcəyindən məlumatı olmamışdır. Yüz minə danışıldığını və doxsan minin verildiyini indi bilmişdir. Onun aparıb kiməsə pul verməsi halı olmamışdır. İşləri polisə gələndə Sahilin onları aldatdığını bilmişlər. Atası polisə şikayət edənə kimi hansısa məbləğdə pulun verilib-verilmədiyini bilməmişdir. Ona indi də pulun harada, kimə nə qədər verilməsi məlum deyil. Sadəcə olaraq evdə olan söhbətdən nə qədər pul verildiyini bilmişdir. O, Şahid6 tanımır. Sahilin hansısa dostu ilə “Günəş Petrol” YDM-nin yanında görüşməmişdir. O, pul söhbətlərində İsrailin iştirak edib-etməməsini bilmir. Sahillə onların görüşləri çox olmuş və bu görüşlərin hansısa birində İsrail iştirak etməmişdir. İsrail və Sahili heç vaxt bir yerdə görməmişdir. O, Sahil və əmisi ilə birlikdə Sədərəyə getməmişdir. Atasının kafedə Sahillə görüşməsi barədə heç bir şey bilmir və eşitməmişdir. Polisə şikayət olunana kimi evlərinin satılması barədə onda heç bir məlumat olmamışdır. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 31.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlu ilə 3-4 ildir ki, atası Dağıstan arasında dostluq münasibəti vardır. Sakit Əzimov isə onun əmisidir. Təxminən bir il olar ki, Təqsirləndirilən şəxs2 vasitəsi ilə Təqsirləndirilən şəxs1la da tanış olmuşdur. Onun və əmisi oğlu Şahid1 ixtisasca hüquqşünas olduğunu bildiyindən onu və X14 və Nəqliyyat Nazirliyində yüksək əməkhaqqı olan işə düzəltməyi təklif etmişdir. Sahil vəd edirdi ki, ayda 2000-2500 manat maaş alacaqlar. Bu məqsədlə Sahil bir neçə dəfə onu və Rafəddini həmin nazirliyin yaxınlığına görüşə çağırmış, lakin özü gəlməmişdir. X15 metrosunun yaxınlığındakı «Padişah» restoranında görüşüb söhbət etmişlər. X31 və Nəqliyyat Nazirliyində rəis müavini vəzifəsində işlədiyini demiş və onları buna inandırmışdır. O da bu barədə atası Zərərçəkmiş şəxs1 əmisi oğlu Rafəddin isə atası Sakit Əzimova bildirmiş, onlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la görüşüb bildiyinə görə onu və X14 və Nəqliyyat Nazirliyində işə düzəlmək üçün onlardan 90.000 manat pul almışlar. Bundan sonra artıq işin hazır olduğunu bildirib 2023-cü ilin yaz aylarında yenidən həmin Nazirliyin qarşısına görüşə çağırmış və bahalı kostyum aldıraraq işə hazır olmalarını bildirmişdir. Lakin bundan sonra da dəfələrlə həmin yerə görüşə çağırsa da gəlməmiş və onlara məlum olmuşdur ki, artıq onları aldadır. Buna görə də atası Dağıstan və əmisi Sakit çətinliklə onları tapıb görüşmüş, onlar aldıqları pulu qaytaracaqlarını söz versələr də yenə də müxtəlif bəhanələrlə qaytarmamışlar. Buna görə də atası və əmisi onların barəsində polisə müraciiət etmişlər və nəticədə həmin şəxslər barəsində cinayət işi başlanmışdır. O, Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxs2 işə düzəltmək üçün pul verilməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs1 dəfələrlə onun telefonuna mesajlar göndərərək Kəlbəcərdə olduğunu, yaxud Şuşada olduğunu, Prezident tədbirində iştirak etdiyini bildirmişdir. Hətta ondan işə qəbul üçün Yasamal rayonu 39 saylı poliklinikadan tibbi müayinədən keçməyi tələb etmiş, o və Rafəddin tibbi müayinədən keçərək sağlamlıq haqqında arayışı Təqsirləndirilən şəxs1 təqdim etmişlər (İ cild, səh. 222-224). 32.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sahil bəylə Elmlərdə və Naziriliyin qarşısında görüşmüşlər. onlara müxtəlif nömrələrdən nazirlik adı ilə zənglər gəlmiş, lakin heç kimlə görüşməmişlər. 33.Şahid1 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, Ukraynada univesitet bitirmişdir. Sahili əmisinin vasitəsi ilə tanımış və Sahili 4-5 dəfə görmüşdür. Əmisi oğlu Bəyləri və onu işə düzəltməsi məqsədi ilə görüşmüşlər. Sahilin müdir müavini işlədiyi deyilmişdir. Onları işə kimin düzəldəcəyini dəqiq bilmir, amma onlar Sahil bəylə görüşmüşlər. Nə qədər, kim tərəfindən pulun verilməsindən onun məlumatı yoxdur. Sahil onlardan əmək kitabçası, şəxsiyyət vəsiqələri və diplomları kimi sənədlərini istəmişdir. Əmisioğluna elektron poçtla məktub gəlmişdir ki, “siz işə qəbul olmusunuz”. Sahil bəy telefonla sağlamlıq haqqında arayış almaq üçün həkimdən keçmələrini demişdir. Onlar gedib Nəqliyyat Nazirliyinin qarşısında gözləmişlər. Sahil onlarla Nazirliyin qarşısına gəlməmiş və onlar “Padişah” restoranında görüşmüşlər. Şəxsən o özü də Sahillə telefonda danışmışdır. O, Sahillə Dağıstan əminin vasitəsi ilə “Padişah” restoranında tanış olmuş və Sahil işə düzələcəyinə dair onlara vədlər vermişdir. Başqa nə söhbətlərin olduğunu dəqiq xatırlamır, söhbətləri ancaq işlə bağlı olmuşdur. Onlara “Xəzər” avtomobilinin veriləcəyini və min beş yüz manat da maaş alacaqlarını demişdir. Bu söhbətlər olana kimi Sahil bəyə sənədləri təqdim etmişlər. Sənədləri şəxsən o, özü təqdim etmişdir. Sahil onları hüquqşünas kimi işə düzəldəcəkdi. İşə necə düzəlmək barədə söhbəti birbaşa Sahillə o danışmamışdır. İşə düzəlməkləri üçün evləri satılmışdır. Evin nə vaxt satıldığını dəqiq bilmir. Ev doxsan iki min, ya da doxsan iki min beş yüzə satılmışdır. O, ev satılanda həmin evdə yaşamamış və ev satılarkən evdəkilərin adına olmuşdur. Sahillə onun arasında hansısa pul söhbəti olmamışdır. Onlar 4-5 dəfə Sahillə görüşmüşlər və görüşlərində Sahilin yanında başqa şəxs olmamışdır. İsrailin adını eşitmiş, lakin onunla görüşməmişdir. İsraili məhkəmədə görmüşdür. O, İsrailə işə düzəltməyə görə hansısa sənəd verməmişdir. 34.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 219-221). 35.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hadisə 2023-cü ilin yanvar-fevral aylarında olmuşdur. Sahil ona zəng edərək “bir nəfər sənə zəng edəcək, ondan dörd min manat götür gətir ver” demişdir. O da gedib Yasamal rayonunda “Günəş Petrol” YDM-nin həyətində pulu götürərək Sahilə yollamışdır. Ona pulu verən şəxsin adı Bəylər olmuşdur. Sahil ona pulun borc məqsədi ilə götürüldüyünü demişdir. O, Bəyləri əvvəldən tanımamışdır. X39 yönləndirmiş və Bəylərin nömrəsini ona Sahil vermişdir. Pulu Sahilə səhv etmirsə Yeni Yasamal ərazisində “Bravo” marketin yanında vermişdir. O, açıq zəng etməmiş, danışanda “Whatsapp” vastəsilə danışmışdır. Şahid6 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 36.Məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun xalası oğludur. 2023-cü ilin fevarl-mart aylarında Təqsirləndirilən şəxs1 ona zəng edərək bir qədər uzaqda olduğunu və bir nəfər şəxsin ona borca pul verəcəyini deyərək ondan götürməyi xahiş etmişdir. Heç bir problem olmadığını deyərək Sahil “Whatsapp” vastəsilə Bəylərin mobil nömrəsini ona göndərmiş, onunla əlaqə saxlayıb Sahilin xalası oğlu olduğunu deyərək Sahilə çatacaq pulu götürmək üçün “Günəş Petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında görüş təyin etmişdir. Yasamal rayonu ərazisində olduğu üçün həmin gün saat 16 radələrində onunla deyilən yerdə görüşmüş, Bəylər adlı şəxs cibindən 4000 manat pul çıxardaraq ona vermiş və həmin pulun Sahilə çatacağını demişdir. Həmin gün saat 19 radələrində Sahillə İnşaatçıllar metrostansiyasında görüşərək Bəylərin verdiyi 4000 manat pulu Sahilə vermişdir. Bundan sonra Sahillə Bəylərin atası olan Dağıstan arasında olan münaisbətlərdən məlumatı olmamışdır (İİ cild, səh. 262-264). 37.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ona İnqilab pul demiş və o da pulu aparıb İsrailə vermişdir. İsrailə on min və on beş min olmaqla iyirmi beş min dollar pul vermişdir. On min “Qələbə Mall”da, on beş min də “Ağ çiçəyim” mağazasının yanında İsrailə verilmişdir. Pulu nə ilə bağlı aparıb verdiyini bilmir, sadəcə olaraq İnqilab ona pulu verməyini tapşırmışdır. 38.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, -Zərərçəkmiş şəxs2 onunla həmyerlidir və sahibkarlıq işi ilə məşğul olduğu vaxtlarda münasitləri yaranmışdır. X22 1999-cu ildən 2017-ci ilədək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cu döngə, 470 ünvanında yerləşən obyektləri olmuşdur. Sonradan ona məlum olmuşdur ki, 2013-cü ildə Bakı şəhəri Şəhərsalma İdarəsi tərəfindən «Avropa oyunları»nın keçirilməsi ilə əlaqədar olaraq ümumi şəhər üzrə obyektlərin qabaq dizayner-rekonstruksiyası olunmasına göstəriş verildiyi üçün tanışı İnqilab özünə məxsus obyektləri girov qoyaraq «VTB» bankdan ümumilikdə 232.000 ABŞ dolları kredit götürmüşdür. Məlum devalivasiyadan sonra İnqilab kreditləri ödəməkdə çətinlik çədiyi üçün 2018-ci ildə məhkəmə prosesləri başlanmışdır. Məhkəmə işlərində hüquqi köməklik etmək üçün həmyerliləri Masallı rayonu, Çaxırlı kənd sakini Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlu ilə razılaşmış və 1000 manat pul vermişdir. 2019-cu ilin avqust ayında İnqilab ailəsi ilə Türkiyə Respublikasında yaşamışdır. Həmin vaxt İsrail zəng edərək işin həlli üçün 25.000 ABŞ dolları istəmişdir. İnqilab Türkiyə Respublikasından tanışları X21 və ona 2020-ci ilin mart ayının əvvəllərində zəng edib Türkiyə Respublikasında birgə iş gördüyü İlhaminin qardaşı, Bakı şəhərində yaşayan və iş görən Ərtaca yaxınlaşmalarını, ona dediyi 25000 ABŞ dollarını götürüb aparıb İsrailə vermələrini bildirmişdir. Həmin vaxt İsrail Ərtacın mobil nömrəsini onlara vermişdir. Onlar 2020-ci ilin mart ayının əvvəllərində Bakı şəhərində Ərtacla görüşüb ondan 25.000 ABŞ dollarını götürdükdən sonra İraillə əlaqə saxlayaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində «Bakmolun» içərisində görüşmüşlər. Onlar İsraillə bir qədər söhbət etdikdən sonra tanışları İnqilaba zəng edərək İsrailin dələduz olduğunu hiss etdiklərini və onun xeyrinə heç bir iş görə bilməyəcəyini deyib pulu verməmələrini bildirmişlər. İnqilab isə onlara İsrailin onu bezdirdiyini, pulu vermələrini demişdir. Onlar İnqilabla danışandan sonra İsrailə 10.000 ABŞ dolları vermişlər. Həmin vaxt İsrailin narazıçılıq etdiyini İnqilaba zəng edib bildirmişlər və yenə də 15.000 ABŞ dollarını İsrailə veməməyini, İsrailin fırıldaqçı olduğunu bildirmişlər. İnqilab isə onlara aparıb qalan pulu da İsrailə vermələrini demişdir. 2020-ci ilin mart ayının ortalarında Vüqarla o, Bakı şəhəri, Yasamal rayonu ərazisində «Ağ çiçəyim» restoranın yanında İsraillə görüşüb 15.000 ABŞ dollarını vermişlər. Bundan sonrə İsrailin tanışları İnqilabdan 5.000 ABŞ dolları alıdığını da bilmişdir. Eyni zamanda İsrailin tanışı İnqilabın oğlu Əlini də işə düzəldəcəyinə söz verərək onlardan 15.000 manat bul aldığını, lakin İnqilabın oğlu Əliyə heç bir iş düzəltmədiyini də sonradan bilmişdir. Həmçinin israilin tanışı İnqilabdan aldığı pullarına görə ümumilikdə 14.000 manat pul qaytardığını da sonradan bilmişdir (İİ cild, səh. 208-210). 39.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, onların evləri girovda olmuş və atası Zərərçəkmiş şəxs2 evlərini girovdan çıxarmaq üçün İsarilə pul vermişdir. İsrailin bankda tanışları olduğundan onların evlərini girovdan çıxarmaq üçün aracılıq edəcəkdi. O da pulun verilməsində iştirak etmişdir. Hazırda dəymiş zərər ödənilmişdir. Şahid6 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 40.Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun atasıdır. Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır. Belə ki, atasının bank işi ilə əalqədar İsrail atasından pul almışdır. Lakin həmin pul verilmələrində iştirak etməmişdir. Həmin məsələ ilə bağlı söhbətlərdn bilmişdir ki, atası İsrailə 31000 ABŞ dollar pul vermişdir. 2023-cü ilin mart ayında İsraillə atası mobil telefonla danışan zaman İsrail atasına demişdir ki, bir nəfər Sahil adında şəxs var, 15000 manat mqabilində onu işə düzəldə bilər. Atası ilkin olaraq razı olmamış, lakin söhbət zamanı İsrail demişdir ki, həmin işdə yüksək maaş və çox yaxşı təminat var, verilən 15000 manat pulu 4-5 aya çıxardacaq. Bir neçə gün sonra o, qardaşı Əli, atası və İsrail Yasamal rayonunda kafelərin birində görüşmüşlər. Həmin görüşə Sahil də gəlmişdir. Bir qədər söhbət etdikdən sonra ayrılmışlar. Bundan sonra atası İsraillə yenidən danışmış və atası ona 15000 manat pul verəcəyini demişdir. 2023-cü ilin mart ayın sonlarında yenidən X28, “Cavid” kafesində görüşmüşlər. Orada atası İsrailə 15000 manat pul vermişdir. Söhbət zamanı İsrail atasına narahat olmamağı, tez bir zamanda işinin düzələcəyini demişdir. Lakin vaxt keçəməsinə baxmayaraq atası İsraillə əlaqə saxlamış və işinin nə yerdə olduğunu soruşduqda İsrail özünün oğlunun da işinin uzun çəkdiyini və narahat olmamağı bildirmişdir. Bundan sonra atası Sahilin mobil nömrəsin tapmış və onunla əlaqə saxlamış, lakin Sahil bu məsəldən məlumatı olmadığını, pulun ona verilməldiyini, İsrailin atasını aldatdığını bildirmişdir. Bundan sonra atası İsraildən pulları tələb etmiş və İsrail həmin pulları xırda-xırda atasına qaytarmışdır. Lakin aldığı 31000 ABŞ dolları barədə məlumatı olmamışdır (İİ cild, səh. 212-214). 41.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X20-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 06 mart 2024-cü il tarixli, 649 nömrəli rəyindən görünür ki, İ.Motivləşdirici hissə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ.Yekun hissəsi: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CMnin 22-ci maddəsinin təsiri altına düşmür (İİ cild, səh. 215-217). 42.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X20-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 03 aprel 2024-cü il tarixli, 892 nömrəli rəyindən görünür ki, İ.Motivləşdirici hissə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlunda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ.Yekun hissəsi: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlu qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlunun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlunun əməli Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşmür (İİ cild, səh. 292-294). 43.«Diskə baxış keçirilməsi barədə» 11 iyul 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: «DVD» formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 92 ədəd fayl olması müşahidə edilir. Birinci fayla daxil olduqda 44 dəqiqəlik video olması müşahidə olunur. Həmin video fayla ilkin baxış zamanı müəyyən edilir ki, qeyd olunan video Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Dadlı” kafesinin otaqlarında birində xx.xx.2023-cü il tarixdə saat 15 radələrində qeydə alınmışdır. Video baxış zamanı müəyyən edilir ki, həmin videoda ilkin olaraq Zərərçəkmiş şəxs1 qardaşı Rafael Əzimov və Təqsirləndirilən şəxs1 üz-üzə oturub söhbət edirlər. Rafael Əzimov-İnşallah bizim uşqaların işi nə vaxt düzəlir. Təqsirləndirilən şəxs1uşaqların xarici diplomu təsdiqlənəcək və bundan sonra uşaqlar gedib kurs keçəcəklər. Onların diplomları təhsil nazirliyindən qeydiyyatdan keçir və daha sonra isə bizə göndərilir. Bizdə 2 dənə yer nağd boşdur. Bu işdə maaş 1500 manatdır. Lakin bundan başqa əlavə gəlirlər də olur. Belə ki, tez-tez ezamiyyətə gedirlər və gündəlik olaraq 76 manat pul yazılır. Beləliklə maaş 2300-2400 manat gəlib çıxır. Lakin təmiz maaş 1500 manatdır. Bundan başqa inşallah gələcəinə ezamiyyət üçün Avropa şəhərlərinə gedəcəklər. Mən 2-3 aydan bir Avropaya gedirəm. Narahat olma bunlar mənim öz əmim uşaqlarımdır. Həmçinin bunlara maşınlar veriləcək. Maşınlar hamısı təzədir 2021-ci ilin maşınlarıdır. Maşınlar beş gün onlarda qalır. 6-cı gün təhvil verilir qaraja və birinci gün yenidən gəlib götürürlər. Həmçinin maşınlara 95 Aİ benzin verilir. Lakin uşaqlar 92 vuracaqlar və bununla da burdanda pul gələcək. Rafal Əzimov-İnşallah ümidimiz sizədir. Təqsirləndirilən şəxs1- İnşallah yaxşı olacaq. Bundan sonra onlar arasında ümüumi ailədən söhbətlər gedir. Rafael Əzimov öz uaşqlarınan və aiəsindən danışır. Rafael Əzimov-İnşallah bu uşaqların işini düzəlt. Təqsirləndirilən şəxs1-narahat olma inşallah gələn həftə yekunlaşacaq. Bundan sonra videoda 14:50 dəqiqədə Dağıtan Əzimov içəri daxil olur. O, Sahillə görüşür və əyləşir. O, əlində bir ədəd sellofan torba olması görünür və həmin torbanı masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs1la və Zərərçəkmiş şəxs1 arasında dialoq baş verir. Təqsirləndirilən şəxs1-Narahat olma bir şey qalmayıb. İnşallah diplomları təsdiqlənsin bir şey qalmayıb. Əmi bunların işi yaxşıdı. Bunlara təzə maşınlar veriləcək. Maşınlar hamısı 2021-ci ildir. 5 gün maşınlar qalır bunlarda. Maşını heç ustaya da aparmağa ehtiyac yoxdur. Qarajda maşınların təkərinə, yağına hər şeyinə özləri baxır. Maşınların hamısı sığortalanıb. Tez-tez ezamiyyətə gedirlər. Əsasən Salyan, Biləsuvar, Cəlilabad, Lənkəran şəhərlərinə gedəcəklər. Gündəlik olaraq 76 maanat pul yazılacaq. Təmiz maaş 1500 manatdır. Amma deyilənlərlə 2400-2500 manata gəlib çıxır. Şənbə bazar günləri istirahətdir. Video görüntünün 31-ci dəqiqəsindən Zərərçəkmiş şəxs1 sellofan torbadan pulları çıxarır Sahilə verir və o əmi narahat olma hər şey düzdür. Dağıstan isə say narahat olmayım. Bundan sonra Təqsirləndirilən şəxs1 Dağıstan tərəfindən verilən pulları sayır və 7 paçka pul saydığı müşahidə olunur. Rafael Əzimov-Ya Allah bu uşaqların işin avand elə. Bundan sonra sayılmış pullar qoyulur sellofan torbaya və verilir Təqsirləndirilən şəxs1. Təqsirləndirilən şəxs1-1-ci gün Bəylərə zəng edəcəm gələr qol çəkməyə. Sorğu gözləyirik gələn kimi biz hazırıq. Bütün dakumentlər hazırdı. Birdənə diplomu gözləyirik. İşimiz hazırdır. Əmi narahat olma. Bundan sonra video sonlandırılır. Diskdə olan 2-ci fayla baxdıqda müaşhidə olunur ki, Təqsirləndirilən şəxs1 əlində pul olan sellofan torba, Rafael Əzimov və Dağsıtan Əzimov eyni anda otaqdan çıxaraq çölə doğru gedirlər. Diskdə olan digər fayllara baxdıqda isə Zərərçəkmiş şəxs1, oğlu Bəylərin və Təqsirləndirilən şəxs1 səs yazıları olması müşahidə olunur. Həmin səs yazılarında Təqsirləndirilən şəxs1 bildirir ki, onların işinin tez bir zamanda hazır olmasını, diplomun təsdiqin gözləməsi, yaxud diplom gəlsə də başqa kodların verilməsi və bu kimi işlə bağlı olan səs yazıların olması müşahidə olnur. Bundan başqa orada bir neçə şəkillərin olması müşahidə eidlir. Həmin şəkillərə baxdıqda Zərərçəkmiş şəxs1 oğlu Şahid2 mail vaitəsi ilə işə qəbulla bağılı və səndələrin hazırlanması ilə əlaqədar sosial mesaj gəlməsi müşahidə edilir (İ cild, səh. 80-81). 44.«Diskə baxış keçirilməsi barədə» 05 fevral 2024-cü il tarixli protokoldan görünür ki, fləş yaddaş kartına baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: fləş yaddaş kartı kompüterin vasitəsi ilə açıldıqda içərisində içərisində 03 ədəd fayl olması müşahidə edilir. Birinci fayla daxil olduqda 4:26 dəqiqəlik video olması müşahidə edilir. Həmin videoya baxdıqda Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlunun Zərərçəkmiş şəxs2 məxsus evdə olması görünür. İlkin dialoq zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2-Əli qoyub evi satdığa, amma kupça istəyirlər. Burda heç kim yoxdur Əlidir, mənəm və sənsən. Birinci sənlə görüşəndə mən sənə 1000 ABŞ dollar pulu verdim. Olubmu?. Sonra Vüqar gəldi sənə 15000 ABŞ dolları verdi, sonra Vüqar yenə 10000 ABŞ dolları verdi, məndə sənə 5000 ABŞ dolları pul göndərdim. Səndə dedin ki, may ayında sənin kupçanı mən verəcəm. Təqsirləndirilən şəxs2-Bəli, düzdür. Zərərçəkmiş şəxs2mənə dedin ki, narahat olma, işini həl edəcəm. Mənə de görək bu kupçanı nə zaman götürəcəm. İkinci videoya baxdıqda həmin videonun 4:26 dəqiqə olması müşahidə olması görünür. Həmin videoya baxdıqda ilkin videonun davamı olması görünür. Təqsirləndirilən şəxs2-İnqilab bu mülki işdir, şəxsi evdir. Dövlət məslələrində yuxarı çıxırsan. Bunu mən cibimə qoymamışam. Bu kəsdiyim çörək haqqı həll edəcəm. Mən bunu verdim məhkəməyə, sonra Apellyasiya, sonda Ali Məhkəmə, sonra iş qaldı VTB-yə. Sənin 67-68 min borcun var. Sənin borcun bankda dayandırıldı. Orda olan problemlərə görə sənə heç nə eləmədilər. Sənin yoldaşın iddia qaldırmalıdır ki, onun razılığı olmadan evi sən banka qoymusan. Ondan sonra yenidən məhkəməyə çıxarmalıyıq. Üçüncü fayla daxil olduqda 4:26 dəqiqləik video olması müşahidə olunur. Həmin videoya baxdıqda ikinci videonun davamı olduğu müşahidə olunur. Zərərçəkmiş şəxs2-Bu mənim oğlumdur. Mən ölsəm qoy bilsin ki, mənim nə qədər pulum var səndə. Mənim üçün fərqi yoxdur, sən yedin ya başqası. Mənim üçün əksinə lap xoş olar ki, sənə veridyim 31000 ABŞ dolları pulu başqası yox sən yeyəsən. Mən sənə pulu verməmişdim ki, mənim borcumu dayandırasan, mən sənə pul vermişdim ki, mənim işimi həl edib kupça alasan. Təqsirləndirilən şəxs2- Düzdür qardaşım (İİ cild, səh. 3). 45.«Sənədə baxış keçirilməsi haqqında» 15 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən mobil telefonundan A 4 kağıza çap edilmiş sübut əhəmiyyət kəsb edən yazışmaya baxış keçirilmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, 04 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ilə kirayə müqaviləsi bağlanmışdır. Bundan başqa Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs1 arasında “Whatsapp” yazışmaları olmuşdur. Həmin yazışmalar A4 kağız formatında təqdim edilmişdir. Həmin yazışmalara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tərəfindən göndərilən yazışmaların çox hissəsi tərəfindən silinmişdir. İlkin 24 avqustda olan yazışmaya əsasən Zərərçəkmiş şəxs3 “Sahil çox minətdara diqqətinizə görə bəli birinci dediyiniz vakansiya müraciət etsək yaxşı olardı, Siz hansını daha məsləhətli bilsəniz yaxşı olar?”, daha sonra isə Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 öz CV-sin göndərmişdir. Bundan başqa digər yazışmada isə “sahil müəllim sənədlər hazırdı. Bəli gələ bilərəm. Evro dollar qarışığdı. Hamısını manat edim?”. Bundan başqa 24 avqust yazışmasında Təqsirləndirilən şəxs1 yazır ki, “Bir xanım məsləhət bildiyin varsa dəstək ola bilərik. Mütəxəssiz vəzifəsinə”. Bundan başqa Zərərçəkmiş şəxs3 yazmışdır ki, “müəllim hansı şöbədi? Şöbənin işi nədən ibarətdir? Görəcəyim iş nə olacaq?” (İİ cild, səh. 119). 46.«Diskə baxış keçirilməsi barədə» 03 aprel 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, CD diskdə 07 fayl vardır. İlkin olaraq Təqsirləndirilən şəxs1 məxsus **********49 saylı mobil nömrənin SMS yazışmalarına baxdıqda Zərərçəkmiş şəxs1la hər hansı yazışma müəyyən edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 məxsus **********36 saylı mobil nömrədən çıxan və daxil olan SMS yazışmalarına baxdıqda xx/xx/2022 14:15:23-də **********36-**********47-Əmi salam. İmkan olsa WhatsAppa baxarsız. xx/xx/2023 16:01:23-də **********36-**********47-Əmi xahiş edirəm Bazar gününə qədər dəstəy olun mənə. xx/xx/2023 22:41:48-də **********36-**********65-Salam əmi. İndi danışma imkanım yoxdur. Sabah qayıdacam Bakıya sizinlə əlaqə saxlayacam. xx/xx/2023 15:16:30 **********36-**********65-Əmi iclasdayam.Yığacam sizi. məzmunlu SMS mətnləri aşkar olunmuşdur (İİ cild, səh. 260). 47.20 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, X5 təqdim etdiyi pul əskinaslarına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, X5 təqdim etdiyi pul əskinasları 97 ədəd müxtəlif seriyalı 100 manatlıq əskinaslardan ibarət olmaqla cəmi 9700 (doqquz min yeddi yüz) manat təşkil edir. X17 bildirmişdir ki, təqdim etdiyi 9700 (doqquz min yeddi yüz) manat pulu əmisi Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 verməli olduğu 31000 ABŞ dolları və 1000 manat puldan qismən ödəmək üçün təqdim edir. Əmisi Təqsirləndirilən şəxs2 səhəti ilə bağlı gələ bilmədiyi üçün pulu sonuncunun əvəzinə o təqdim edir. X5 təqdim etdiyi 9700 (doqquz min yeddi yüz) manat pul götürülərək Zərərçəkmiş şəxs2 təhvil verilmişdir (İ cild, səh. 299). 48.11 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlunun təqdim etdiyi pul əskinaslarına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlunun təqdim etdiyi pul əskinasları 146 ədəd müxtəlif seriyalı 100 manatlıq və 20 ədəd müxtəlif seriyalı ABŞ dolları əskinaslarından ibarət olmaqla cəmi 14600 (on dörd min) manat və 2000 (iki min) ABŞ dolları təşkil edir. Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlu bildirmişdir ki, təqdim etdiyi 14600 (on dört min) manat və 2000 (iki min) ABŞ dolları pulu onun Zərərçəkmiş şəxs2 verməli olduğu 31000 ABŞ dolları və 1000 manat puldan qismən ödəmək üçün təqdim edir. Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlunun təqdim etdiyi 14600 (on dört min) manat və 2000 (iki min) ABŞ dolları pul götürülərək Zərərçəkmiş şəxs2 təhvil veriləcəkdir (İİ cild, səh. 92). 49.12 fevral 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxs X3 müdafiəçisinin dəymiş maddi ziyanın bir qisminin ödənilməsi məqsədi ilə təqdim etdiyi 2000 ABŞ dolları və 14600 manat olmaqla, ümumilikdə 18000 manat pul Zərərçəkmiş şəxs2 təhvil verilmişdir (İİ cild, səh. 93). 50.«Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 1 ədəd fləş yaddaş kartı, Zərərçəkmiş şəxs1 təqdim etdiyi DVD formatlı disk, Zərərçəkmiş şəxs3 təqdim etdiyi «WhahatsApp» yazışmaları iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (İİ cild, səh. 295-308). 51.«Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 01 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 106). 52.«Axtarışda olan şəxsin könüllü gəlməsi haqqında» 09 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlu 09 fevral 2024-cü il tarixində, saat 14:30-da könüllü olaraq Yasamal RPİ-nin İŞ-nə gələrək istintaq çağırılmasından xəbərinin olmadığı üçün istintaq gəlmədiyini, 09 fevral 2024-cü il tarixində Yasamal RPİnin CAŞ-nin əməkdaşlarının onun ailə üzvləri ilə əlaqə saxlayaraq Yasamal RPİ-nin İŞ-nə çağırıldığını, gəlmədiyi üçün barəsində axtarış elan edildiyini bildirərək bu halın üzrlü hesab edilməsini xahiş etmişdir (İİ cild, səh. 10). 53.«İttiham elan edilməsi üçün şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlu 09 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İİ cild, səh. 17). 54.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 sentyabr 2023-cü il tarixli, 4(004)- 660/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 01 sentyabr 2023-cü il tarixdən hesablamaqla 03 (üç) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 142-145). 55.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 fevral 2024-cü il tarixli, 4(004)- 124/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlunun barəsində 11 fevral 2024-cü il tarixdən hesablamaqla 31 may 2024-cü il tarixədək “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmişdir (İİ cild, səh. 82-91). 56.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (İİ cild, səh. 140-141). 57.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlu əvvəllər məhkum olunmamışdır (İİ cild, səh. 142). 58.İş materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 ərizə ilə müraciət edərək, ona qarşı dəymiş bütün maddi zərərin tam ödənildiyini, təqsirləndirilən Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlu ilə aralarında barışıq olduğu üçün bir-birinə qarşı iddia, şikayət və tələblərinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. 59.İş materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edərək, ona qarşı dəymiş bütün maddi zərərin tam ödənildiyini, təqsirləndirilən Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlu ilə aralarında barışıq olduğu üçün bir-birinə qarşı iddia, şikayət və tələblərinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. 60.İş materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edərək, ona dəymiş 90.000 manat ziyandan Təqsirləndirilən şəxs2 tərəfindən 45.000 manat ödənildiyini bildirmişdir. 61.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2017-ci il təvəllüdlü bir uşağı vardır. Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 62.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 63.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 64.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 65.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlunun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onların törətmiş olduqları cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilmişdir. 66.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 67.Məhkəmə, təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək onların ittiham olunduğu cinayət əməlini törətmələrini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin öz müdafiələri üçün məhkəmə istintaqı zamanı irəli sürdükləri mülahizələri məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, təqiq edilmiş istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiələri üçün gətirdikləri dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 68.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X11rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 69.Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayət əməlini törətmələri məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 70.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 71.Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 72.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 73.Məhkəmə Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 74.Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlunun törətmiş olduqları ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 75.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 76.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 77.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 78.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 79.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 80.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 81.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.14-cü maddələrinin tələblərini rəhbər tutaraq, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlunun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. 82.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 83.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 84.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 60-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. 85.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cəbrayıl oğluna cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. 86.Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəbrayıl oğluna təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 87.Təqsirləndirilən şəxs1 oğluna təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 88.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 89.Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 90.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 91.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 01 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. 92.Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlunun ittiham olunduğu maddənin sanksiyasında əsas cəza tədbiri qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi, zərərçəkmiş şəxslərin heç bir şikayət və tələblərinin olmaması kimi yüngülləşdirici halların məcmusunu nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cəbrayıl oğluna təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, Təqsirləndirilən şəxs2 Cəbrayıl oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu və ailəsini ciddi məhrumiyyətlərə düçar edər, eləcə də zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasına dair xahişinin nəzərə alınmaması ilə nəticələnə bilər və faktiki mahiyyətini itirə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlunu cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlunun barəsində olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. 93.Belə ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. 94.Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. 95.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 96.Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 97.Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlunun üzərinə həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun yaşadığı yer üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. 98.Məhkəmə, Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlunun üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. 99.Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. 100.Məhkəmə, Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlunun barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbirinin ləğv edilməsini, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbirinin seçilməsini və «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 101.«Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 25-ci bəndinə qeyd olunur ki, «Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir». 102.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 103.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 104.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəbrayıl oğluna xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 105.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 106.Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 107.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 108.Həmin Məcəllənin 1096.1-ci maddəsnə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 109.Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 110.Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 111.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.İş materiallarında olan mülki iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki cavabdeh Təqsirləndirilən şəxs1 qarşı mülki iddia verərək, Zərərçəkmiş şəxs3 mülki cavabdeh Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş dələduzluq əməli nəticəsində 16000 manat maddi və 5000 manat mənəvi ziyan vurulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 113.Məhkəmə iddia tələbində qeyd edilən 16000 manat maddi ziyana münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı mülki iddiaçıya qeyd edilən məbləğdə ziyanın vurulması öz təsdiqini tapdığından iddia tələbi həmin hissədə təmin edilməli və qeyd edilən 16000 manat maddi ziyan, eyni zamanda mülki iddiaçı tərəfindən ödənilmiş 153,40 manat dövlət rüsumu mülki cavabdehdən, iddiaçının xeyrinə tutulmalıdır. 114.Məhkəmə mülki iddia tələbində qeyd edilən 5000 manat mənəvi zərərin ödənilməsinə münasibətdə qeyd edir ki, mənəvi zərər daha çox şəxsin iqtisadi məzmun daşımayan, qeyri-əmlak hüquqlarının pozulması ilə əmələ gəlir. Belə zərər şəxsə mənəvi sarsıntı və iztirablarda ifadə olunur. Məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın mahiyyətini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl mənəvi zərərin yaranması üçün əsas hesab edilə bilməz, bununla bağlı olaraq da mülki iddia həmin hissədə təmin edilməməlidir. 115.Bundan başqa, Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlundan 90.000 manat vurulmuş maddi ziyanın və 360 manat ödənilmiş dövlət rüsumunun tutulmasını tələb etmişdir. Daha sonra zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə verərərək, ona dəymiş 90.000 manat ziyandan Təqsirləndirilən şəxs2 tərəfindən 45.000 manat ödənildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə ümumilikdə 90.000 manat ziyanın vurulması öz təsdiqini tapdığından mülki iddia əsaslıdır. Bununla yanaşı məhkəmə Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs2 arasında barışığın əldə olunmasını, eyni zamanda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs1 45.000 manat ödənilməsini nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxsin mülki iddiası qismən təmin edilməli və 45.000 manat maddi ziyan və 360 manat ödənilmiş dövlət rüsumu Təqsirləndirilən şəxs1 tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. 116.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.6 və 353.4.11-ci maddələrinə əsasən cinayət işi üzrə maddi sübut olan "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD formatlı diskin, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd DVD formatlı diskin, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 ədəd fləş yaddaş kartının və Zərərçəkmiş şəxs3 təqdim etdiyi «WhatsApp» yazışmalarının cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 117.İş üzrə ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 118.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı 01 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlunun barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilərək, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilsin və «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlunun üzərinə sınaq müddəti başa çatanadək davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 Cəbrayıl oğlunun davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddiası qismən təmin edilsin, 16000 manat maddi ziyan və 153,40 manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq Zərərçəkmiş şəxs3 ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilsin, 45000 manat maddi ziyan və 360 manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Maddi sübut - "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD formatlı disk, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd DVD formatlı disk, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 ədəd fləş yaddaş kartı və Zərərçəkmiş şəxs3 təqdim etdiyi «WhatsApp» yazışmaları cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev