Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-300/2020 05.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1989-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədilə külli miqdarda 2 bükümdə olan ayrı-ayrılıqda 8,500 qram və 0,300 qram, ümumi təmiz çəkisi 8,800 qram eyni tərkibli narkotik vasitə heroin əldə edib qanunsuz olaraq saxlayaraq daşımış, 2019-cu il martın 5-də saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində İlqar Musayev və Abbas Fətullayev küçələrinin kəsişməsində, “Qartal” abidəsinin yanında, həmin narkotik vasitəni tanışı Şahid 200 manat müqabilində qanunsuz olaraq satmış, 2019-cu ilin martın 6-da saat 23:30 radələrində Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Əliyev X4 rayonu Arbatan kəndində şübhəli kimi saxlanılıb polis şöbəsinə gətirilib üzərində keçirilən şəxsi axtarış zamanı 2 bükümdə olan ayrı-ayrılıqda 8,500 qram və 0,300 qram, ümumi təmiz çəkisi 8,800 qram eyni tərkibli narkotik vasitə - heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, o, x xxxx 2019-cu il tarixdə saat 18:00 radələrində idarə etdiyi “Ford” markalı ** BG *** qeydiyyat nişanlı avtomaşınla şəxsi işləri ilə əlaqədar Quba rayonuna gedən zaman Sumqayıt şəhərinin “Nasosnıy” qəsəbəsi ilə “Beşbarmaq” ziyarətgahı arasında magistral avtomobil yolunun kənarında dayanmış “Man” markalı İran İslam Respublikasına məxsus TİR yük avtomobilinin yanında sürücünün keçən avtomaşınlara kömək üçün əl etdiyini görmüş, sürücüyə kömək etmək məqsədi ilə idarə etdiyi avtomaşını saxlamış, 40- 45 yaşlı yük avtomaşının iranlı sürücüsü onunla azərbaycan dilində salamlaşıb adının “Şəhram” olduğunu demiş, avtomaşının boşalmış təkərini göstərib təmir etməkdə ondan kömək istəmiş, o, etiraz etməmiş, iranlı sürücü ilə avtomobilin təkərini açıb onun avtomobilinə yerləşdirdikdən sonra birlikdə “Beşbarmaq” ziyarətgahı istiqamətində gedərək təkəri təmir sexində yamatdırmış, təkəri avtomobilin altına bağlamış, göstərdiyi köməyə görə iranlı sürücü ona təşəkkür edərək avtomobilin kabinəsindən götürdüyü qoz boyda bir ədəd selofan bükümü ona uzadıb narkotik vasitə olduğunu demiş, o, iranlı sürücüdən həmin narkotik vasitənin ona verməsinin səbəbini soruşmuş, iranlı sürücü ona narkotiki satıb özünə pul edə biləcəyini bildirmiş, o, İranlı sürücünün verdiyi həmin bükümü ondan alıb öz avtomobilinin bardaçokuna yerləşdirərək yoluna davam etmiş, ertəsi gün x xxxx 2019-cu il tarixdə Qubadan Bakı şəhərinə tək qayıdarkən tanışı Şahid zəng etmiş, söhbət əsnasında sonuncuya bir gün əvvəl yolda iranlı sürücüyə təkəri təmir etməyə kömək etdiyi üçün əvəzində ona selofan bükümdə narkotik vasitə verdiyini demiş, Tofiq bunu eşidən kimi sevinib həmin narkotik vasitəni ondan istəmiş, o, narkotik vasitənin istifadəçisi olmadığından Tofiqə etiraz etməmiş, nə vaxt Bakı şəhərinə gəlsə, həmin narkotiki ondan götürə biləcəyini demiş, x xxxx 2019-cu il tarixdə saat 15 radələrində o, evdə olan zaman Tofiq ona zəng etmiş, həmin vaxt Bakı şəhərində olduğunu, onda olan narkotik vasitəni almaq üçün gəldiyini bildirmiş, o, həmin gün saat 17 radələrində yaşadığı evin yaxınlığında, yəni Yeni Günəşli qəsəbəsində yerləşən “Qartal” abidəsinin yanında, Tofiqlə görüşmüş, həmin vaxt nə Tofiqin yanında, nə də ki, onun yanında heç kəs olmamış, o, Tofiqlə görüşdükdən sonra özündə olan narkotik vasitəni Tofiqə vermiş, Tofiq bükümün ağzını açıb narkotik vasitəni dilinə vurub dadına baxmış, həmin narkotik vasitənin heroin olduğunu demiş, sonra Tofiq həmin bükümü əlində yelləyib həmin narkotikin çəkisinin təxminən 10 qram olduğunu, həmin narkotik vasitə heroini aparıb Salyan şəhərində öz tanışına satacağını, əvəzində ona 200 manat verəcəyini demiş, o Tofiqə etiraz etməmiş, onunla razılaşaraq ertəsi günü Salyan rayonundakı Xalac türməsində dustaq yatan dayısı oğluna baş çəkməyə gedəcəyini, həmin vaxt görüşüb 200 manatı götürəcəyini demiş, Tofiq onunla razılaşmış, onlar ayrılmışlar, ertəsi gün, yəni xx xxxx 2019-cu il tarixdə günorta saatlarında o, tanışı Böyükağa Cavadlı ilə görüşmüş, sonuncunun avtomobili ilə Salyan rayonundakı Xalac türməsinə gəlmiş, lakin artıq gec olduğundan dayısı oğlu ilə görüşməyə icazə verilmədiyinə görə o, Böyükağaya maşını Salyan şəhərinə sürməyini demiş, Böyükağa ondan nə üçün Salyan şəhərinə getdiyini soruşmuş, o, Böyükağaya bir gün əvvəl Tofiqə narkotik vasitə heroin satdığını və həmin heroinin 200 manatını ondan alacağını, həmçinin ev üçün kəsilmiş həyət toyuqları alacağını demiş, əvvəlcə Böyükağa etiraz etmiş, lakin onun təkidindən sonra maşını Salyan şəhərinə sürmüş, həmin gün saat 23:00 radələrində onlar Tofiqin yaşadığı Arbatan kəndinə getmiş, Tofiqin yaşadığı məhəlləyə gəlib çayxananın qarşısında Tofiqi soruşmuş, cavabında həmin şəxslər bir az əvvəl Tofiqi polis əməkdaşlarının tutub apardığını demiş, bu zaman o, polis əməkdaşlarının Tofiqi onun verdiyi narkotikə görə tutduqlarını başa düşmüş, bundan sonra o, Böyüküğa ilə birlikdə Yardımlı rayonuna, qohumunun yas mərasiminə gemiş, ertəsi günü Böyükağa Bakı şəhərinə qayıtmış, o, Yardımlı rayonunda qohumlarının evində qalmış, x xxxx 2019-cu il tarixdə anası ona zəng edərək Salyan rayon polis şöbəsinin əməkdaşlarının onu axtardıqlarını bildirmiş, o, Tofiq narkotik vasitəyə görə tutulubsa gec-tez onu da tutacaqlarını başa düşmüş, x xxxx 2019-cu il tarixdə könüllü olaraq Salyan RPŞ-yə getmiş və həmin narkotik vasitəni Tofiqə 200 manata satdığını da etiraf etmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərmişdir ki, x xxxx 2019-cu il tarixdə tanışı Elnur Həsənov ona zəng edərək bir gün əvvəl yolda iranlı sürücüyə təkəri təmir etəmyə kömək etdiyi üçün İranlının əvəzində sonuncuya selofan bükümdə narkotik vasitə verdiyini demiş, o, həmin narkotik vasitəni Elnurdan istəmiş, Elnur ona nə vaxt Bakı şəhərinə gəlsə, həmin narkotiki sonuncudan götürə biləcəyini bildirmiş, o, x xxxx 2019-cu il tarixdə Bakı şəhərinə getmiş, saat 15:00 radələrində Elnura zəng edərək narkotik vasitəni almaq istədiyini demiş, Elnurla həmin gün saat 17 radələrində Yeni Günəşli qəsəbəsində yerləşən “Qartal” abidəsinin yanında görüşmüş, Elnur narkotik vasitəni ona vermiş, o, Elnura həmin narkotik vasitə heroini aparıb Salyan şəhərində öz tanışınaa satacağını, əvəzində Elnura 200 manat verəcəyini və ya həmin pulun əvəzinə sonuncuya toyuq-cücə verə biləcəyini demiş, Elnur onun təklifi ilə razılaşmış, o, Elnurdan narkotik vasitəni götürərək yaşadığı Salyan rayonuna yola düşmüş, x xxxx 2019-cu il tarixdə saat 23:30 radələrində yaşadığı məhəllədəki çayxananın qarşısında gəzişərkən yanında dayanmış avtomaşından düşən şəxslər özlərini polis əməkdaşı kimi təqdim etmiş, onlarla birlikdə polis şöbəsinə getməyini təklif etmişlər, o, polis əməkdaşlarına etiraz etməmiş, sonuncularla birlikdə Salyan RPŞ-yə getmiş, polis şöbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulduğu ona elan olunmuş, orada ona təqdim olunmuş müdafiəçinin və hal şahidlərinin iştirakı ilə üstünə baxış keçiriləcəyini bildirilmiş, bundan sonra ona üzərində qadağan olunmuş hər hansı bir əşya varsa, könüllü təqdim etmək təklif olunmuş, o, üzərində narkotik vasitə olan “kokos” olduğunu bildirmiş, sonra əynində olan qara rəngli cins şalvarın sol yan cibindən “Vinston” markalı siqaret qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etmiş, polis əməkldaşları siqaret qutusunun içərisinə baxdıqda oradan 1 ədəd ağ rəngli kağız bükümdə, 1 ədəd selofan bükümdə tünd bozumtul rəngdə toz şəkilli maddələr, 1 ədəd bükümdə isə yaşıl rəngli iki hissədən ibarət həb qalıqları, 1 manat pul əşkar edilmiş, sorğu zamanı o, polis əməkdaşlarına üzərindən aşkar edilmiş narkotik vasitəni Ağahüseyn adlı tanışından aldığını demiş, Nurlanın adını çəkməmiş, sonradan istintaq zamanı etiraf edərək üzərindən aşkar edilib götürülmüş narkotik vasitəni Təqsirləndirilən şəxs 200 manat müqabilində aldığını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan x xxxx 2019-cu il tarixli şəxsi axtarış və götürmə protоkolundan görünür ki, Salyan rayon Polis Şöbəsində Şahid üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet olduğu halda, təqdim etməsi təklif edilmiş, Şahid üzərində narkotik vasitə heroin olduğunu bildirmiş, əynindəki qara rəngli cins şalvarın sol yan cibində gizlətdiyi 1 ədəd “Winston” siqaret qutusunu çıxarıb təqdim etmişdir; “Winston” siqaret qutusunun içərisinə baxıldıqda orada 1 ədəd ağ rəngli kağız bükümdə tünd bozumtul rəngdə toz şəkilli maddə, 1 ədəd selofan bükümdə tünd bozumtul rəngdə toz şəkilli maddə, 1 ədəd selofan bükümdə üzəri yaşıl rəngli içəsiri ağ rəngli 2 hissədən ibarət həb qalıqları aşkar edilmişdir (1-ci cild iş vərəqi 5-6). İşdə olan xx xxxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə Şahid Ağaəli oğluna 200 manata 10 qram narkotik vasitə heroin satmasını etiraf etmiş, Şahid də Təqsirləndirilən şəxs göstərdiklərini təsdiq etmişdir (1-ci cild iş vərəqi 209-211). İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə xx xxxx 2019-cu il tarixli 6417 saylı ekspertrəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid üzərindən aşkar edilib götürülmüş” və s. qeydlər olan zərfdəki 2 ədəd bükümlərdə təmiz çəkiləri 8,500 qram və 0,300 qram, ümumi təmiz çəkisi 8,800 qram olan qəhvəyi rəngli maddələr tərkiblərinə görə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir; 1 ədəd bükümdəki üzərində “KGR” hərfləri həkk olunmuş tünd yaşıl rəngli həb qırıntıları-təsiredici maddəsi sildenafil sitrat (VİAGRA) olan dərman preparatıdır; həmin preparat narkotik vasitə, psixotrop maddə onların prekursorları və güclütəsiredici maddələrin siyahılarına daxil deyildir; Şahid götürülmüş 1-ədəd bükümdəki heroinin ümumi təmiz çəkisi 8,800 qram olmuş, tədqiqata 0,050 qram sərf edildikdən sonra qalıq 8,750 qram olmuşdur (1-ci cild iş vərəqi 7-9). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Dispanserinin xx.xx.2019-cu il tarixli 1039 saylı məhkəmə ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır; müayinə zamanı narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 107-108). İşdə olan Şahid Ağaəli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə xx xxxxxxx 2019-cu il tarixlə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid Ağaəli oğlundan aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 8,750 qram narkotik vasitə heroin həmin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Salyan RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. İşdə olan sübutların qiymətləndirilməsi haqqında x xxxxx 2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ibitidai istintaqı aparılan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə həmin Məcəllənin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (2-ci cild iş vərəqi 34-41). İşdə olan x xxxx 2019-cu il tarixli ərizədən və x xxxx 2019-cu il tarixli şəxsin istintaq orqanına könüllü gəlməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs x xxxx 2019-cu il tarixdə Salyan rayon polis şöbəsinə könüllü gələrək x xxxx 2019-cu il tarixdə Salyan rayon sakini Şahid Ağaəli oğluna 200 manat bir bükümdə 10 qram heroin satdığını etiraf etmişdir (1-ci cild iş vərəqi 17-18). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış xx xxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 88-89). İşdə olan xx xxx 2011-ci il tarixli AZ-İİ-659684 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxxx 2011-ci il tarixdə doğulmuş bir azyaşlı uşağı var (1-ci cild iş vərəqi 51) İşdə olan şübhəli şəxsin tutulması haqqında x xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs x xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cildiş vərəqi 18). İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə, yəni xx xxxx 2019-cu il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 59-60). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə Təqsirləndirilən şəxs və şahidin ifadəsinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üstündə saxlaması və daşıması tam təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını və həmin Məcəllənin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması, cəzasını ağırlaşdıran halların olmaması və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının xx xxxx 2005-ci tarixli № 961-İİQ №-li “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram, müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi və saxladığı 8,800 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” xx xxxx 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən X1 Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı x xxxx 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının x xxxx 2019-cu il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Təqsirləndirilən şəxs Şahid Ağaəli oğluna satdığı 8,800 qram narkotik vasitə heroinin (ekspertiza tədqiqatından sonra qalıq 8,750 qram) Şahid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 19072042 nömrəli cinayət işi üzrə maddi sübut kimi tanıması nəzərə alınmalıdır. İş üzrə maddi sübut, eksperiza xərcləri və mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertizadan sonra qalıq qalmış 8,750 qram narkotik vasitə heroinin Şahid Ağaəli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 19072042 nömrəli cinayət işi üzrə maddi sübut kimi tanıması nəzərə alınsın. İş üzrə maddi sübut, ekspertiza xərcləri və mülki iddia yoxdur. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-300/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-300/2020
05.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver