Məhkəmə qərarları › İş №1(101)-300/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-300/2021

05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-300/2021 05.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, M.Maqomayev küçəsi, ev 14-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3. və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs başqa mənbədən əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, M.Maqomayev küçəsi, ev 14 ünvanında yerləşən evin həyətində olan mal tövləsinin üstündə dibçəklərdə əkib yetişdirərək əldə etdiyi çətənə bitkisinin kollarının yarpaq, çiçək və hissələrini toplayaraq onları qurudub satış məqsədilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana hazırlamaqla saxlamış, habelə əldə etdiyi həmin narkotik tərkibli çətənə bitkilərinin toxumlarını 2020-ci ilin aprel ayının axırlarından başlayaraq vahid niyyətlə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, M.Maqomayev küçəsi, ev 14 ünvanındakı evin həyətyanı sahəsində yerləşən mal tövləsinin damında dibçəklərdə əkib yetişdirməyə başlamaqla qanunsuz olaraq külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirərək, onlara aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, bu barədə daxil olmuş məlumat əsasında Xəzər RPİ-nin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə, saat 17:20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, M.Maqomayev küçəsi, ev 14 ünvanında yerləşən həyətyanı sahəyə baxış keçirilərkən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq hazırladığı evin həyətində olan mal damında saxladığı 01 ədəd kisədə 5015 qram (5 kq 15 qram) çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, evin həyətində olan mal damının qarşısındakı toyuq hininin üzərində saxladığı 05 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,750 qram, 2,845 qram, 2,050 qram, 2,680 qram və 3,140 qram olmaqla ümumi xalis çəkisi 5027,465 qram (5 kq 27,465 qram) çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, eləcə də evin həyətindəki mal tövləsinin damında dibçəklərdə qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi, tərkibində narkotik maddələr olan 100 (yüz) ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi 960 qram çəkidə, yəni külli miqdarda əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, o, yaşadığı həyətdən aşkar olunan kolları şəxsi istifadəsi üçün əkmişdir. O, narkotik vasitənin satışı ilə məşğul olmur və heç vaxt narkotik vasitə satmayıb. Özü marixanadan beş ilə yaxındır istifadə edir. Marixuananı tanımadığı şəxslərdən əldə etmişdir. Sonradan özündə olan çətənə bitkisinin toxumlarını yaşadığı həyətyanı sahədə əkib özü üçün qurudulmuş marixuana hazırlamaq qərarına gəlmişdir. O, həmin toxumları əvvəllər çəkmək üçün əldə etdiyi marixuanaların içərisindən az-az yığıb özündə saxlamışdır. 2019-cu ilin dekabr ayının sonlarından etibarən ona məxsus həyətyanı sahədə çətənə bitkisinin toxumlarını səpmiş və həmin toxumlardan çıxan kollara qulluq etməyə başlamışdır. Kolları əkib yetişdirdikdən sonra onları torpaqdan çıxardıb mal tövləsində qurudub, kisəyə yığıb, tövlədə saxlamışdır. 2020-ci ilin mart ayının sonlarından özündə olan toxumları ona məxsus evin həyətində olan mal tövləsinin damında dibçəklərdə əkmişdir. O həmin kollara qulluq etmiş, su, dərman və peyin vermişdir. xx xxxx 2020-ci il tarixdə günorta saatlarında Xəzər rayonu, Türkan qəsəbəsi, M.Maqomayev küçəsində yerləşən evinin yaxınlığında mülki geyimli iki nəfər ona yaxınlaşaraq özlərini polis əməkdaşları olmalarını bildirərək vəsiqələrini təqdim etdilər. Polis əməkdaşları ondan adını soruşduqda o, özünü təqdim etmişdir. Sonra onu Xəzər RPİ-nin inzibati binasına dəvət etdilər. O da polis əməkdaşları ilə birlikdə Xəzər RPİ-nə getmişdir. Orada ona narkotik vasitələrin kultivasiyasında və qəbulunda şübəhli bilindiyi üçün polis idarəsinə gətirildiyini bildirib üzərində şəxsi axtarış aparmışlar. Onun üzərindən qadağan olunmuş heç nə aşkar olunmadı. O özü polis əməkdaşlarına yaşadığı Türkan qəsəbəsi, M. Maqomayev küçəsi, ev 14 ünvanında narkotik vasitə olan çətənə kolları əkdiyini bildirmişdir. Bundan sonra Xəzər RPİ-də dəvət olunmuş müdafiəçinin və aqranomun iştirakı ilə ona məxsus evə və həyətyanı sahəyə baxış keçirilməsi üçün yaşadığı ünvana getmişlər. O, yaşadığı Türkan qəsəbəsi, M.Maqomayev küçəsi, ev 14 ünvanında yerləşən mal tövləsinin damında dibçəklərə əkdiyi çətənə kollarını göstərmişdir. Oradan ümumilikdə 100 ədəd çətənə kolları aşkarlandı. Bundan sonra o, əvvəllər əkib yetişdirərək qurutduğu nəşənin yerini göstərmək üçün mal tövləsinə gedərək oradakı torbadakı nəşələri, eyni zamanda tövlənin qarşısında olan toyuq hininin üstündəki içərisində qurutduğu marixuana olan beş ədəd kibrit qutusunu polis əməkdaşlarına göstərmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitələr qablaşdırıldı, protokol tərtib olundu və hamı tərəfindən imzalandı. Şahid1 ifadələrində göstərdi ki, o, Xəzər RPİ-nin Narkotiklərlə Mübarixə bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə bağlı tanıyır, aralarında ədavətləri və yaxınlıqları yoxdur. xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, M.Maqomayev küçəsi, ev 14-də yaşayan Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması barədə məlumat daxil oldu. Məlumat əsasında əməliyyat qrupu yaradıldı. Məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, M.Maqomayev küçəsinə gəlib Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirib onu Xəzər RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Xəzər RPİ-nin İstintaq Şöbəsinə gəldi. Vəkilin və hal şahidlərinin iştirakı ilə müstəntiq Azər Həsənov Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirdi, lakin Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qadağan olunmuş əşya və maddə aşkar olunmadı. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, M.Maqomayev küçəsi, ev 14 saylı ünvanda narkotik vasitə olan çətənə kolları əkdiyini bildirdi. Bundan sonra müstəntiq Azər Həsənov tərəfindən aqronom dəvət olundu və vəkilin də iştirakı ilə həyətyanı sahəyə baxış keçirtmək üçün Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, M.Maqomayev küçəsi, ev 14 ünvana getmişlər. Həyətyanı sahədə video çəkiliş ilə onun, müstəntiq Azər Həsənovun, əməliyyat müvəkkili Şahid2, inspektor Şahid3, Bəhruz Səfərovun, aqronom Əli Əliyevin və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirildi. Təqsirləndirilən şəxs Xəzər RPİ-də olarkən evinin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə verdi. Baxış zamanı Xəzər rayonu, Türkan qəsəbəsi, M.Maqomayev küçəsi, 14 saylı ünvanın həyətyanı sahəsində olan mal tövləsinin damında dibçəklərdə ümumilikdə 100 ədəd narkotik tərkibli bitkilər aşkar olunaraq götürüldü. Baxışda iştirak edən aqronom mütəxəssis həmin kollara baxaraq onların çətənə kolları olduğunu və aqrotexniki qulluq göstərilməsini bildirdi. Bundan başqa həyətdə olan mal tövləsindən kisənin içərisindən qurudulmuş çətənə kollarını və mal tövləsinin qarşısındakı toyuq hininin üstündə beş ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuana aşkarlandı. Təqsirləndirilən şəxs məxsus evə baxış keçirilərkən evdən iyirmi ədəd boş kibrit qutusu aşkarlandı. Baxış zamanı mal tövləsinin damında isə dibçəklərdə yetişdirilmiş 100 ədəd narkotik tərkibli bitkilər, həyətyanı sahədə olan tövlədən kisənin içərisindən qurudulmuş çətənə kolları, tövlənin qarşısındakı hinin üstündə beş ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuana və iyirmi ədəd boş kibrit qutusu götürülərək qablaşdılıb möhürləndi,bu barədə protokol tərtib olundu və protokol ucadan oxundu. Protokolun düzgünlüyü iştirakçılar tərəfindən təsdiq olununb imzalandı. Baxış zamanı fotoaparatın yaddaş kartında olan texniki nasazlıq səbəbindən videoçəkiliş üç hissədən ibarət olmaqla aparıldı. Bu barədə də müstəntiq Azər Həsənov tərəfindən protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalandı. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır, Təqsirləndirilən şəxs məxus ünvanda keçirilən baxış zamanı video çəkilişi o aparmışdır. Aralarında ədavətləri və yaxınlıqları yoxdur. Xəzər RPİ-nin X2 ekspert kriminalisti vəzifəsində çalışır. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, M.Maqomayev küçəsi, ev 14 saylı ünvanın həyətyanı sahəsində video çəkiliş ilə onun, Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Azər Həsənovun, Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis mayoru Şahid2, Xəzər RPİnin NMB-nin əməliyyat müvəkkili polis baş-leytenantı Şahid1, 8 saylı vəkil bürosunun vəkili Bəhruz Səfərovun, Dendrologiya İnstitutunun Baş aqronomu Əli Əliyevin və saxlanılan şəxs Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs Xəzər RPİ-də olarkən yaşadığı evinin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə verdi. Baxış zamanı Xəzər rayonu, Türkan qəsəbəsi, M.Maqomayev küçəsi, 14 saylı ünvanın həyətyanı sahəsində olan tövlənin damında dibçəklərdə ümumilikdə 100 ədəd narkotik tərkibli bitkilər aşkar olunaraq götürüldü. Baxışda iştirak edən aqronom həmin kollara baxaraq onların çətənə kolları olduğunu və aqrotexniki qulluq göstərildiyini dedi. Həyətyanı sahədəki tövləsindən kisənin içərisindən qurudulmuş vəziyyətdə çətənə kolları və mal tövləsinin qarşısındakı toyuq hininin üstündə beş ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuana aşkarlandı. Həmçinin Təqsirləndirilən şəxs məxsus evə baxış keçirilərkən evdən iyirmi ədəd boş kibrit qutusu da aşkarlandı. Baxış zamanı aşkar olunanlar qablaşdılaraq tərəflərindən möhürlənmişdir. Baxış aparılması barədə protokol tərtib olundu, ucadan oxundu və iştirakçılar tərəfindən imzalandı. Şahid2 ifadələrində göstərdi ki, o, Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə bağlı tanıyır, aralarında ədavətləri və yaxınlıqları yoxdur. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması və onları qurudub satması barədə məlumat daxil oldu. Məlumatı yoxlamaq üçün əməliyyat qrupu yaradıldı. O da məlumatı yoxlanılması məqsədi ilə əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, M.Maqomayev küçəsinə getmişdir. O, orada Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görüb özlərini ona təqdim edib ona onlarda onun tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirib onu Xəzər RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Xəzər RPİ-nin İstintaq şöbəsinə gəldi. Orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildidi. Onun üzərindən dövriyyəsi qadağan olunmuş əşya və maddə aşkar olunmadı. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilərkən yaşadığı ünvanda narkotik vasitə olan çətənə kolları əkdiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, M.Maqomayev küçəsi, ev 14 ünvana getmişlər. Həyətyanı sahədə video çəkiliş ilə baxış keçirildi. Təqsirləndirilən şəxs Xəzər RPİ-də olarkən evinin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə də vermişdi. Baxış zamanı Xəzər rayonu, Türkan qəsəbəsi, M.Maqomayev küçəsi, 14 saylı ünvanın həyətyanı sahəsində olan tövlənin damında dibçəklərdə ümumilikdə yüz ədəd narkotik tərkibli bitkilər aşkar olunaraq götürüldü. Baxışda iştirak edən aqronom mütəxəssis həmin kollara baxaraq onların çətənə kolları olduğunu və aqrotexniki qulluq göstərildiyini bildirdi. Bundan başqa həyətdə olan tövlədəki kisənin içərisindən qurudulmuş çətənə kollarını və tövlənin qarşısındakı toyuq hininin üstündən beş ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuana, evdən isə iyirmi ədəd boş kibrit qutusu aşkarlandı. Baxış zamanı mal tövləsinin damında dibçəklərdə ümumilikdə yüz ədəd narkotik tərkibli bitkilər, həyətyanı sahədə olan mal tövləsindən kisənin içərisindən qurudulmuş vəziyyətdə çətənə kolları, tövlənin qarşısındakı hinin üstündə beş ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuana və iyirmi ədəd boş kibrit qutusu aşkar edilib götürdü, qablaşdırılaraq möhürləndi və bu barədə protokol tərtib olundu və düzgünlüyü iştirakçılar tərəfindən təsdiqlənib imzalandı. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində şahid X5 istintaq zamanı göstərmişdir ki, bir neçə ildir ki, Azərbaycan Respublikası Milli X3 qəsəbəsində Dendrologiya İnstitunda baş aqranom vəzifəsində işləyir. Cinayət işinin mahiyyəti üzrə bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı Azər Həsənov onu Polis İdarəsinə dəvət edərək bir mütəxəsisaqranom kimi ona bildirmişdir ki, Xəzər rayonu, Türkan qəsəbəsi, M.Maqomayev küçəsi, ev 14 ünvanında Xəzər RPİ-də narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinərək saxlanılan şəxsin həyatyanı sahəsində baxış keçiriləcəkdir və ondan baxış zamanı əkilən bitkilərin narkotik tərkibli olub-olmamasını müəyyən etmək məqsədilə oraya getməyini xahiş etmişlər. Oda bir aqranom kimi onlarla birlikdə deyilən ünvana, yəni Xəzər rayonu, Türkan qəsəbəsi, M.Maqomayev küçəsi, ev 14 ünvanına getmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs məxsus yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, M.Maqomayev küçəsi, ev 14 saylı ünvanın həyətyanı sahəsində video çəkiliş ilə onun, Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Azər Həsənovun, Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis mayoru Şahid2, Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş-leytenantı Şahid1, 8 saylı vəkil bürosunun vəkili Bəhruz Səfərovun, saxlanılan şəxs Təqsirləndirilən şəxs və Xəzər RPİ-nin KTQ-nun inspektoru polis baş-leytenantı Şahid3 iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı Xəzər rayonu, Türkan qəsəbəsi, M.Maqomayev küçəsi, ev 14 saylı ünvanın həyətyanı sahəsində olan mal tövləsinin damında dibçəklərdə ümumilikdə 100 ədəd narkotik tərkibli bitkilər aşkar olunaraq götürülmüşdür. Bundan başqa həyətyanı sahədə mal tövləsindən bir ədəd kisədə qurudulmuş vəziyyətdə çətənə kolları və mal tövləsinin qarşısındakı toyuq hininin üstündə 5 ədəd kibrit qutusunun içərisində marixuana aşkarlanmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs məxsus evə baxış keçirilərkən evdən 20 ədəd boş kibrit qutusu aşkarlanmışdır. Aşkar olunmuş 100 ədəd kola baxış keçirərək bildirmişdir ki, həmin kollar narkotik tərkibli çətənə kollarıdır və onlara aqrotexniki qaydada qulluq olunmuşdur. Həmin kollar müxtəlif uzunluqda olmuşlar. Eyni zamanda saxlanılan şəxs Təqsirləndirilən şəxs həmin kolların çətənə kolları olduğunu və onlara qulluq etdiyini bildirmişdir. Baxış zamanı Xəzər rayonu, Türkan qəsəbəsi, M.Maqomayev küçəsi, ev 14 saylı ünvanın həyətyanı sahəsindəki mal tövləsinin damından aşkar olunaraq götürülmüş 100 ədəd narkotik tərkibli bitkilər, mal tövləsində bir ədəd kisədə olan qurudulmuş marixuana, 5 ədəd kibrit qutusunun içərisindəki marixuana və 20 ədəd boş kibrit qutusu qablaşdılaraq möhürlənmişdir. Baxış aparılması barədə protokol tərtib olunmuş və protokol ucadan oxunmuşdur. Protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı fotoaparatın yaddaş kartında olan texniki nasazlıq səbəbindən videoçəkiliş 3 hissədən ibarət olmaqla aparılmışdır. Bu barədə müstəntiq Azər Həsənov tərəfindən protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 7/286 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı...aşkar olmuş narkotik vasitəyə oxşar...” yazısı və imzalar olan sintetik torbadakı təmiz çəkisi-5015 qram (5 kq 15 qram) və üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı...aşkar olmuş narkotik vasitəyə oxşar...” yazısı və imzalar olan sellofan bağlamadakı 05 (beş) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 1,750 qram; 2,845 qram; 2,050 qram; 2,680 qram; 3,140 ram olan bitki mənşəli kütlələr, tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi- 5027,465 qramdır. (5 kq 27,465 qram).Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı...aşkar olmuş narkotik vasitəyə oxşar...” yazısı və imzalar olan sellofan bağlamadakı ümumi sayı 100 (yüz) ədəd yaş vəziyyətdə ümumi çəkisi-960 qram, olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə(kannabis) birkiləridir. Tədqiqata təqdim olunmuş marixuanalar və çətənə (kannabis) bitkiləri eyni növə aiddirlər. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 1746 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Milli Elmlər X1 xx xxxx 2020-ci il tarixli, 103-69 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi M.Maqomayev küçəsi, ev 14 ünvanında yerləşən həyətyanı sahəsindən tapılmış 100 (yüz) ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri əkilmiş və aqrotexniki qaydada qulluq olunması aşkar edilmişdir. Məhkəmədə nümayiş etdirilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aparılmış video çəkilişin əks etdirildiyi “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış və götürülmə aparılması protokolunun məzmununda göstərilənlər əyani şəkildə təsdiqini tapmışdır. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həyətindəki bostandan götürülmüş 960 qram çəkidə olan 100 ədəd narkotik tərkibli çətənə bitkisi, həyətyanı sahədə olan mal damında saxladığı 01 ədəd kisədə 5 kq 15 qram çəkidə və mal damının qarşısındakı toyuq hininin üzərində saxladığı 05 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,750 qram, 2,845 qram, 2,050 qram, 2,680 qram və 3,140 qram olmaqla ümumi xalis çəkisi 5027,465 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf edilmiş 0,2 qram nəzərə alınmaqla hazırkı qalıq çəkisi 959,8 qram olan 100 ədəd narkotik tərkibli çətənə bitkisi, ekspertiza tədqiqatına sərf edilmiş 0,3 qram (sintetik torbadan 0,2 qram, hər bir kibrit qutusundan 0,02 qram) nəzərə alınmaqla hazırkı qalıq çəkisi 5027,165 qram olan qurudulmuş marixuana, 20 ədəd boş kibrit qutusu Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aparılmış video çəkilişin 01 ədəd “DVD” diski maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitəni özü üçün əkib becərməsi və saxlaması, narkotik vasitənin satışı ilə məşğul olmaması barədə ifadələrini ifadələrini şahid ifadələri, özünün dolayısı ilə ittihamı təsdiq edən ifadələri, iş üzrə məhkəmədə araşdırılmış sübutlarla və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu ifadələrinin özünün müdafiəsinə yönələn cəhdi kimi qiymtələndirir. Məhkəmə eyni zamanda, Təqsirləndirilən şəxs bu davranışını onun prosessual hüququndan istifadə etməsi kimi qiymtələndirir. Məhkəmə, bu sübutları Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərinin baş verməsini, həmin əməllərin onun tərəfindən qəsdən və anlaqlı vəziyyətdə törədilməsini təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs başqa mənbədən əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, M.Maqomayev küçəsi, ev 14 ünvanında yerləşən evin həyətində olan mal tövləsinin üstündə dibçəklərdə əkib yetişdirərək əldə etdiyi çətənə bitkisinin kollarının yarpaq, çiçək və hissələrini toplayaraq onları qurudub satış məqsədilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana hazırlamaqla saxlaması, habelə əldə etdiyi həmin narkotik tərkibli çətənə bitkilərinin toxumlarını 2020-ci ilin aprel ayının axırlarından başlayaraq vahid niyyətlə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, M.Maqomayev küçəsi, ev 14 ünvanındakı evin həyətyanı sahəsində yerləşən mal tövləsinin damında dibçəklərdə əkib yetişdirməyə başlamaqla qanunsuz olaraq külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirərək, onlara aqrotexniki qaydada qulluq etməklə kultivasiya etməsi, bu barədə daxil olmuş məlumat əsasında Xəzər RPİ-nin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə, saat 17:20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, M.Maqomayev küçəsi, ev 14 ünvanında yerləşən həyətyanı sahəyə baxış keçirilərkən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq hazırladığı evin həyətində olan mal damında saxladığı 01 ədəd kisədə 5015 qram (5 kq 15 qram) çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, evin həyətində olan mal damının qarşısındakı toyuq hininin üzərində saxladığı 05 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,750 qram, 2,845 qram, 2,050 qram, 2,680 qram və 3,140 qram olmaqla ümumi xalis çəkisi 5027,465 qram (5 kq 27,465 qram) çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, eləcə də evin həyətindəki mal tövləsinin damında dibçəklərdə qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi, tərkibində narkotik maddələr olan 100 (yüz) ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi 960 qram çəkidə, yəni külli miqdarda əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülməsi sübuta yetirildi. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrinin tərkib əlamətlərinin olduğu qənaətinə gəlib onun əməllərinin həmin maddələr ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 1746 saylı rəyinə əsasən narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmamasını, Ərazi narkoloji dispanserində qeydiyyata alınmasının məsləhət görülməsini nəzərə alıb onun narkomaniya ilə əlaqədar ərazi narkoloyi dispanserində qeydiyyata alınması qənaətinə gəlir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin istintaqı zamanı məhkəmə ekspertizasının keçirilməsinə 139,69 (yüz otuz doqquz manat altmış dörd qəpik ) manat xərclənmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 30 (otuz) saat ərzində hüquqi yardım göstərilmişdir. Buna görə ona 180 (yüz səksən) manat ödənilməlidir. Məhkəmə, həmin məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir. Çünki Təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmiş - ekspertiza tədqiqatına sərf edilmiş 0,2 qram nəzərə alınmaqla qalıq çəkisi 959,8 qram olan 100 ədəd narkotik tərkibli çətənə bitkisinnin, ekspertiza tədqiqatına sərf edilmiş 0,3 qram (sintetik torbadan 0,2 qram, hər bir kibrit qutusundan 0,02 qram) nəzərə alınmaqla qalıq çəkisi 5027,165 qram olan qurudulmuş marixuananın dövriyyəsi qadağan edildiyi üçün, 20 ədəd boş kibrit qutusunun dəyəri olmayan əşyalar kimi məhv edilməsini, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aparılmış video çəkilişin görüntülərini əks etdirən 01 ədəd “DVD” diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitənin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin miqdarı arasında yaranmış fərqi onun ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxx 2020-ci il tarixli DİN-nin BƏSİİ tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və o, qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından təqsirləndirilən şəxs Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu - xx xxxx 2020-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə araşdırılmış iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi reyimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloyi dispanserində qeydiyyata alınsın. Cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 139,69 (yüz otuz doqquz manat altmış dörd qəpik ) manat vəsait məhkəmə ekspertiza mərkəzinin hesabına, Təqsirləndirilən şəxs hüquqi yardım göstərilməsi ilə bağlı 180 (yüz səksən) manat Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına ödənilsin. Həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmiş - ekspertiza tədqiqatına sərf edilmiş 0,2 qram nəzərə alınmaqla qalıq çəkisi 959,8 qram olan 100 ədəd narkotik tərkibli çətənə bitkisi, ekspertiza tədqiqatına sərf edilmiş 0,3 qram (sintetik torbadan 0,2 qram, hər bir kibrit qutusundan 0,02 qram) nəzərə alınmaqla qalıq çəkisi 5027,165 qram olan qurudulmuş marixuana dövriyyəsi qadağan edildiyi üçün, 20 ədəd boş kibrit qutusu dəyəri olmayan əşyalar kimi məhv edilsin, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aparılmış video çəkilişin görüntülərini əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar