Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-300/2024 15.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X6-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4, X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 05 noyabr 2022-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsinin ərazisində başqa şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi 0,314 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 13:30 radələrində ünvan 2 ünvanın yaxınlığında Bakı şəhəri, Xətai RPİ-nin 34-cü Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanaraq ünvan 4 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə gətirilib, orada üzərində şəxsi axtarış keçirilən zaman onun əynindəki şalvarın sağ yan cibindən 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,314 qram miqdarında kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilrək götürülmüşdür. Bundan başqa, o, təkrarən 13 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsinin ərazisində başqa şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi 0,469 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 18:50 radələrində ünvan 6 ünvanın qarşısında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 118 ünvanında yerləşən Bakı şəhəri, Nizami RPİ-nin 23-cü Polis Bölməsinə gətirilib, orada üzərində şəxsi axtarış keçirilən zaman onun əynindəki şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,469 qram miqdarında kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən 13 yanvar 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində başqa şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə külli miqdarda, yəni təmiz çəkisi 10,886 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 15:00 radələrində ünvan 9 ünvanın yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 10 ünvanında yerləşən Binəqədi RPİ-nin 5-ci PB-nə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman onun əynindəki şalvarın cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 10,886 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş itttihamda nəzərdə tutlan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, o, həbsdən buraxıldıqdan doqquz gün sonra qardaşı onu tutdurmuşdur. Polis əməkdaşları onu evinin içindən götürüb aparıblar. Onun qanından analiz zamanı heç bir şey aşkar edilməyib. Onu polisə tabesizliklə bağlı aparıblar. O, narkotik istifadəçisi olmuşdur, lakin satışı ilə məşğul olmamışdır. Ona təzyiq göstərdilər ki, səni həbsə atacağıq. O, polislər tərəfindən təzyiqə məruz qalmışdır. Onu döymüşlər, qabırğasını sındırmışlar. Barmağında, qabırğasında və ağzında xəsarətlər olub. O, “yarım kola 25 manatdır” ifadəsini deməmişdir. O, Xətai və Nizami rayon Polis İdarələri ilə bağlı epizodlarda özünü təqsirli bilmir. Bakı İstintaq Təcridxanasına girən zaman üzərində xəsarət olub. Sanitar tibb işçisi onun üzərində olan xəsarətləri qeyd etmişdir. Başına gələnlərlə bağlı protokola qeyd yazmışdır. Ona xəsarət yetirənlərə aid hər hansı bir tədbir görülməyib, görülsə belə, onun bunun haqqında hər hansı bir məlumatı yoxdur. Polis əməkdaşlarından Elməddin və Elnurun adı yadındadır. Protokol yazılan zamanı polis əməkdaşları və vəkil iştirak etmişdir. Hər dəfə ayrı vəkil çağırılmışdır. Sonuncu vəkilin adı Toğrul olmuşdur, soyadını bilmir, digərləri yadında deyil. Onun üzərindən narkotik çıxmayıb. O, 05 noyabr 2022-ci il tarixdə uşağı görmək üçün evə getmişdir. Onun barəsində narkotiklə bağlı polisə şikayət edən onun qardaşı olmuşdur. Narkotik vasitə ona aid deyildir, onun üzərinə bölmədə narkotik qoymuşlar. 13 dekabr 2022-ci il tarixdə onu polis əməkdaşları evdən çıxararaq qonağı ilə birlikdə Nizami rayon Polis İdarəsinə gətirmişilər. Həmin narkotik vasitə ona aid deyil. O, qonağımı buraxsınlar deyə məcbur ittiham aktında yazılanları boynuma almışdır. 2022-ci il oktyabr ayında o, həbsdə olmamışdır. Birinci və ikinci epizodlarda üzərindan narkotik vasitə çıxmasa da, narkotik vasitə istifadəçisi olmuşdur, ona görə də yalnız bu epizodlarda özünü təqsirli bilir. O, şahid X9 nə tutulanda, nə də bölmədə onun üzərinə keçirilən axtarış zamanı görməmişdir. O, bu şahidi tanımır və ona bu şəxs xəsarət yetirməmişdir. Şahid7 da yalan deyir, o, axşam saatlarında polis tərəfindən saxlanılmışdır. Polisə şikayət olunub deyə, onu saxlayıblar. Şahid1 da yalan deyir, ona aid olan kartlar narkotik vasitənin satışı ilə bağlı deyildi. O, 12 dekabr 2022-ci il tarixində polislər tərəfindən saxlanılmışdır. 13 dekabr 2022-ci il tarixində müvvəqqəti saxlama yerinə göndərilmişdir. O, polis bölməsində əsəblərini sakitləşdirmək üçün narkotik vasitədən istifadə etmişdir. Onun barəsində ifadə verən bütün şahidələrin ifadələri ziddiyətlidir. Onun özünün ifadələrində isə heç bir ziddiyyət yoxdur. Ziddiyyətli ifadələr əsasında onu cəlb etmək olmaz. Olsa, onu yalnız istifadəçisi kimi cəlb etmək olar. Onun barəsində həmin tarixdə “102” xidmətinə zəng vurulduqdan sonra həbs edilmişdir. Onun şübhəli şəxs qismində saxlanılıb bölməyə dəvət olunmağı barədə polis əməkdaşlarının verdiyi ifadəsi doğru deyil. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 05 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində saxlanılması ilə əlaqədar göstərmişdir ki, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir və buna görə də əvvəllər dəfələrlə məhkum olunmuşdur. Narkotik vasitələri və psixotrop maddələri tanımadığı şəxslərdən alır. Sonuncu dəfə 05 noyabr 2022-ci il tarixdə, saat 10 radələrində, Xətai rayonu, Əhmədli qəsəbəsində olan zaman tanımadığı bir şəxsin narkomana oxşamasını görüb ona yaxınlaşmış, narkotik vasitə satıb-satmamasmı soruşduqda, həmin şəxs bildirmişdir ki, şüşə kimi adlanan metamfetamini var, sata bilər. O, həmin şəxsə 10 manat verib bir bükümdə metamfetamin alıb əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur ki, ağırılan olanda istifadə etsin. Həmin günü, yəni 05 noyabr 2022-ci il tarixdə, saat təxminən 13:30 radələrində Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 1 saylı evin yaxınlığı ilə gedən zaman mülki geyimli şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını və özünü təqdim etməsini bildirdilər. O, özünü təqdim etdikdən sonra narkotik vasitələrdən istifadə etməkdə şübhəli bilindiyi üçün onu Xətai RPİ-nin 34-cü Polis Şölməsinə öz razılığı ilə aparmışdırlar. Şöbədə polis əməkdaşları tərəfindən vəkillə təmin olunduqdan sonra videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim olunması xahiş olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir bükümdə olan psixotrop maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Hləmin maddənin nə olması soruşulduqda bildirmişdir ki, həmin maddə şüşə kimi tanıdığı metamfetamindir, bu maddəni 05 noyabr 2022-ci il tarixdə, saat 10 radələrində Xətai rayonu, Kəndə Əhmədli qəsəbəsi ərazisində tanımadığı şəxsdən özü üçün istifadə etmək məqsədilə 10 manata alıb üzərində saxlamışdır. Sonra üzərində şəxsi axtarış davam etdirilsə də başqa heç bir qanunla qadağan olunmuş maddə və ya əşya aşkar edilməmişdir. Bundan sonra həmin maddə ölçülüdü və 0,36 qram olması müəyyən edildi. Daha sonra həmin maddə zərfə qoyulub möhürləndi və protokol tərtib edilərək onun və iştirakçılar tərəfindən imzalanmışdır. O, 13 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu yaxalanaraq ifşa olunduqda ifadə verməkdən imtina etmiş, 13 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində törətdiyi cinayət əməlləri ilə bağh göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir. Yallnız külli miqdarda narkotik vasitəni qanunsuz əldə edib saxlamaqda, satışında təqsirli bilmir. 13 yanvar 2023-cü il tarixdə saat təxminən 15:00 radələrində ünvan 12 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişdər, onun külli miqdarda narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişlər. O, könüllü olaraq bu əməkdaşlarla həmin bölməyə gəlmişdir. Burada hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə və onun öz razılığı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı bir əşya olduğu halda təqdim etməyi xahiş edilmişdir. Bu təklifdən sonra o, əynindəki göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd mobil telefonunu, 10 manat pulunu, 2 ədəd bank kartını, sol yan cibindən isə 1 ədəd sellofan bükümdə narkotik vasitə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin narkotik vasitə 1 ədəd zərəfə qoyularaq qablaşdırılmışdır və götürülmüşdür, bu barədə protokol tərtib olunmuşdur. Şifahi sorğu zamanı o, üzərində olan vasitənin narkotik vasitə heroin olduğunu, həmin vasitəni 13 yanvar 2023-cü il tarixdə səhər saatlarında Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 10 manata əldə etdiyini, öz istifadəsi üçün üzərimdə saxladığını, özünün 10 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmamasını, saxlanılan zaman, eləcə də, polis idarəsində ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmur. Onun bu cinayətlə məşğul olmağından heç kimin xəbəri və ya iştirakı olmamışdır, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir, şəxsi axtarış keçirilmədən öncə onun üzərində heç bir polis əməkdaşı yoxlanış keçirilməmişdir, əvvəllər o, eyni əməlləri törətdiyinə görə məhkum olunmuş və hazırda barəsində Nizami RPİ-nin və Xətai RPİ-nin İstintaq Şöbələrində cinayət işləri istintaqı aparılır. Ona Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamın mahiyyəti aydındır, hüquqları izah edilib, bu ittiham üzrə özünü qismən təqsirli bilir yalnız narkotik vasitəni qanunsuz əldə edib saxlamaqda, satışında təqsirli bilmir. Ona elan edilmiş ittihamı qanunsuz sayaraq ifadə verməkdən və istintaq sənədlərini imzalamaqdan imtina edir. Şahid X12 ifadələrində göstərdi ki, məhkəmədə ona təsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs ilə qohumluğu və ədavəti yoxdur. Onu xidməti vəzifələrinin icrası ilə əlaqadar tanıyır. Özü Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-də sahə inspektoru vəzifəsində işləyir. Hadisə günü Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən baxılan iş üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nin 23-cü PB-nə gətirilmişdi. Təqsirləndirilən şəxs üzərində olan şəffaf sellofana bükülü maddəni çıxarıb stolun üzərinə qoyub bildirdi ki, narkotik vasitədir və elə həmin tarixdə öz şəxsi istifadəsi üçün Keşlə qəsəbəsində tanımadığı şəxsdən 10 manata almışdır. Təqsirləndirilən şəxs saxlanıldığı tarix dəqiq yadında deyil, təxminən dekabr ayı olduğunu xatırlayır. Təqsirləndirilən şəxs aşkar olunan narkotik maddənin növünü bilmir. Təqsirləndirilən şəxs günün hansı hissəsində saxlanıldığını və bölməyə gətirilməsini xatırlamır. Baxışda, səhv etmirsə, o, əməliyyatçı Rüstəm və təhqiqatçı Rəşad iştirak etmişdir. Kənar şəxslərin olmasını isə xatırlamır. Baxışda çəkilişi o, öz telefonu ilə aparmışdır. Baxış zamanı , səhv etmirsə, Elnurun vəkili iştirak etmişdi. Rəhbərlik etdiyi əraziyə Təqsirləndirilən şəxs qardaşı tərəfindən şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı ərazi onun xidməti ərazisi deyil. İbtidai istintaqda verdiyi ifadə düzgün ifadədir, həmin ifadənii təsdiq edir. Təqsirləndirilən şəxs üzərinə onlar tərəfindən nə narkotik vasitə qoyulmayıb, nə də onun qardaşını tanımır. Bu barədə Təqsirləndirilən şəxs bildirdikləri yalan ifadələrdir. O, əməliyyat məlumatları barədə məhkəmədə açıqlama verə bilmir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X12 ifadələrində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə inspektoru vəzifəsində xidmət edir, polis kapitanı rütbəsindədir. Xidməti fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyi, DİN-nin əmr və təlimatlarına uyğun aparır. Xidmət sahə üzrə baş vermiş cinayətlərin açılması istiqamətində qanunla müəyyən edilmiş qüvvə və vasitələrdən, həmçinin məxfi əməkdaşların (agentlərin) köməyindən istifadə edilir və baş verəcək cinayətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görülür. Cinayət hadisəsi ilə bağlı bildirmək istəyir ki, 13 dekabr 2022-cü il tarixdə Azərbaycan Respublikası DİN BNMİ-nin əməkdaşları tərəfindən xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, ünvan 13 ünvanda yaşayan Təqsirləndirilən şəxs şübhələr olduğundan sonuncu Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsində saxlanılaraq ərazi aidiyyəti üzrə RPİ-nin 23-cü PB-nə gətirilmiş və bu barədə raportla bölmə rəhbərliyə məruzə edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi və götürmənin aparılması Nizami RPİnin 23-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Rəşad Məmmədova həvalə olunmuşdur. Ona isə həmin axtarış və götürmədə iştirak etmək tapşırılmışdır. Daha sonra müdafiəçi dəvət olunmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Nizami RPİ-nin 23-cü PB-nin xidməti otaqlarının birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərirində şəxsi axtarış və götürmə keçirilmişdir. Belə ki, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş, ona və iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək onun içində narkotik vasitə olduğunu, onu həmin gün şəxsi istifadəsi üçün Keşlə qəsəbəsinin ərazisində 10 manata tanımadığı şəxsdən aldığını sərbəst şəkildə bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şəxsi axtarış və götürmənin nəticələrinə dair protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman və polis bölməsində olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilməmiş və ona qarşı heç bir zor tətbiq edilməmişdir. Qeyd etməlidir ki, Təqsirləndirilən şəxs barədə ilkin əməliyyat məlumatı tam dəqiq olmayaraq onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu göstərilsə də, tədbir nəticəsində onun psixotrop maddəni metamfetamin satışı ilə məşğul olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs araşdırma zamanı özünü müdafiə edərək narkotik vasitələri və psixotrop maddələri satmadığını desə də, daxil olan əməliyyat məlumatlarına əsasən sonuncu üzərində aşkar edilmiş psixotrop maddəni metamfetamini satış məqsədi ilə əldə etmiş və onu satmağa hazırlayırmış, lakin yaxalandığı üçün satmağa imkan tapmamışdır. Təqsirləndirilən şəxs dəfələrlə tutulduğu üçün çox təcrübəli cinayətkar olaraq həmişə cibinə bir büküm narkotik vasitə və ya psixotrop maddəni metamfetamini qoyurmuş ki, onu ifşa etmək çətinləşsin. Buna baxmayaraq Təqsirləndirilən şəxs dəfələrlə ifşa edilmişdir. Əldə olunmuş əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs dəfələrlə psixotrop maddəni metamfetamini və narkotik vasitə heroini satış məqsədi ilə əldə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroini və ya psixotrop maddə metamfetamini kimlərə hansı qiymətə satmamın müəyyən olunması istiqamətində əməliyyat tədbirlər aparılmış, lakin müsbət nəticə əldə olunmamışdır. Əməliyyat tədbirləri davam etdirilir, əlavə məlumat əldə olunduğu halda bu barədə istintaqa bildiriləcəkdir. Şahid7 ifadələrində göstərdi ki, məhkəmədə ona təsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs ilə qohumluğu və ədavəti yoxdur, onu xidməti vəzifəm ilə əlaqədar olaraq tanıyır. 13 dekabr 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Təqsirləndirilən şəxs Keşlə qəsəbəsində saxlamış və Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinə aparılmışdır. Xidməti otaqda Elnurun üzərinə videoçəkilişlə axtarış həyata keçirilərkən onun üzərindən sellofana bükülmüş narkotik vasitəyə bənzər bir büküm aşkar olundu. Elnur bükümdə narkotik vasitə olduğunu, özünə məxsus olduğunu bildirdi. Büküm ekspertizaya göndərildi. Elnura heç bir fiziki və psixi təzyiq olunmayıb. Elnur narkotik vasitənin özünə məxsus olduğunu bildirdi. O, narkotik vasitənin növünü xatırlamır. Elnur 13 dekabr 2022ci il tarixdə günorta saatlarında saxlanılmışdır. Elnur özü könüllü şəkildə bölməyə gedib. Elnura heç bir fiziki və psixi təzyiq olunmayıb. Elnur 13 dekabr 2022-ci il tarixdə günorta saatlarında saxlanılmışdır. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantı rütbəsindədir. Xidməti fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyi, DİN-nin əmr və təlimatlarına uyğun aparır. Xidmət sahə üzrə baş vermiş cinayətlərin açılması istiqamətində qanunla müəyyən edilmiş qüvvə və vasitələrdən, həmçinin məxfi əməkdaşların (agentlərin) köməyindən istifadə edilir və baş verəcək cinayətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görülür. Cinayət hadisəsi ilə bağlı bildirmək istəyir ki, 13 dekabr 2022-cü il tarixdə Azərbaycan Respublikası DİN BNMİ-nin əməkdaşları tərəfindən xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, ünvan 13 ünvanda yaşayan Təqsirləndirilən şəxs şübhələr olduğundan sonuncu Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsində saxlanılaraq ərazi aidiyyəti üzrə RPİ-nin 23-cü PB-nə gətirilmiş və bu barədə raportla bölmə rəhbərliyə məruzə edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi və götürmənin aparılması Nizami RPİ-nin 23-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Rəşad Məmmədova həvalə olunmuşdur. Ona isə həmin axtarış və götürmədə iştirak etmək tapşırılmışdır. Daha sonra müdafiəçi dəvət olunmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Nizami RPİ-nin 23-cü PB-nin xidməti otaqlarının birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərirində şəxsi axtarış və götürmə keçirilmişdir. Belə ki, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş, ona və iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək onun içində narkotik vasitə olduğunu, onu həmin gün şəxsi istifadəsi üçün Keşlə qəsəbəsinin ərazisində 10 manata tanımadığı şəxsdən aldığını sərbəst şəkildə bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şəxsi axtarış və götürmənin nəticələrinə dair protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman və polis bölməsində olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilməmiş və ona qarşı heç bir zor tətbiq edilməmişdir. Qeyd etməlidir ki, Təqsirləndirilən şəxs barədə ilkin əməliyyat məlumatı tam dəqiq olmayaraq onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu göstərilsə də, tədbir nəticəsində onun psixotrop maddəni metamfetamin satışı ilə məşğul olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs araşdırma zamanı özünü müdafiə edərək narkotik vasitələri və psixotrop maddələri satmadığını desə də, daxil olan əməliyyat məlumatlarına əsasən sonuncu üzərində aşkar edilmiş psixotrop maddəni metamfetamini satış məqsədi ilə əldə etmiş və onu satmağa hazırlayırmış, lakin yaxalandığı üçün satmağa imkan tapmamışdır. Təqsirləndirilən şəxs dəfələrlə tutulduğu üçün çox təcrübəli cinayətkar olaraq həmişə cibinə bir büküm narkotik vasitə və ya psixotrop maddəni metamfetamini qoyurmuş ki, onu ifşa etmək çətinləşsin. Buna baxmayaraq Təqsirləndirilən şəxs dəfələrlə ifşa edilmişdir. Əldə olunmuş əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs dəfələrlə psixotrop maddəni metamfetamini və narkotik vasitə heroini satış məqsədi ilə əldə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroini və ya psixotrop maddə metamfetamini kimlərə hansı qiymətə satmamın müəyyən olunması istiqamətində əməliyyat tədbirlər aparılmış, lakin müsbət nəticə əldə olunmamışdır. Əməliyyat tədbirləri davam etdirilir, əlavə məlumat əldə olunduğu halda bu barədə istintaqa bildiriləcəkdir. id5 ifadələrində göstərdi ki, məhkəmədə ona təsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs ilə qohumluğu və ədavəti yoxdur, onu xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Daxil olmuş məlumata əsasən əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə raportla məruzə edilmiş, rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmışdır. Daha sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilmiş, 05 noyabr 2022-ci il tarixdə saat 13:30 dəqiqədə Təqsirləndirilən şəxs ünvan 14 ünvanının yaxınlığında piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq xidməti vəqisələrini göstərib özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə videoçəkiliş aparılmaqla Elnurun üzərində axtarış aparıldı. Şəxsi axtarış zamanı onun üzərindən içərisində metamfetamin olan 01 ədəd büküm aşkarlandı. Elnur da həmin metafetaminin özünə məxsus olduğunu bildirdi. İfadələrinə başqa əlavəsi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 Eləsən oğlu ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayoru rütbəsindədir. Xidməti fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyi, DİN-nin əmr və təlimatlarına uyğun aparır. Xidmət sahə üzrə baş vermiş cinayətlərin açılması istiqamətində qanunla müəyyən edilmiş qüvvə və vasitələrdən, həmçinin məxfi əməkdaşların (agentlərin) köməyindən istifadə edilir və baş verəcək cinayətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görülür. Cinayət hadisəsi ilə bağlı bildirmək istəyir ki, 05 noyabr 2022-ci il tarixdə etimad doğuran məlum və qərəzsiz mənbədən xx xxxx 1979-cu ildə Bakı şəhərind anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş- məhkumluğu ödənilməmiş, ünvan 6-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə raportla məruzə edilmişdir, rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar şöbə rəisi tərəfindən təsdiq edilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmışdır. Daha sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilmiş, ilkin əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin gün ünvan 15 ünvanının qarşısı və ətraf ərazilər tərəflərindən əməliyyat müşahidəsinə götürülmüşdür. 05 noyabr 2022-ci il tarixdə saat 13:30 dəqiqədə Təqsirləndirilən şəxs ünvan 15 ünvanının yaxınlığında piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq xidməti vəqisələrini göstərib özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs özünü təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdə sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər, Təqsirləndirilən şəxs da heç bir etiraz etməyərək onlarla şöbəyə gəlmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs polis şöbəsinə gətirib orada şəxsiyyəti dəqiqləşdirildikdən sonra bu barədə raport yazıb şöbə rəisinə mərizə etmişlər. Faktla bağlı ilkin araşdırmanın aparılması şöbənin təhqiqatçısı, polis kapitanı Aqşin Abdullayevə həvalə olunmuşdur. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis şöbəsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, qərar elan olunaraq vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş və ya sübut əhəmiyyətli əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində spesifik iyə malik maddə olan bükümü masının üzərinə qoymaqla təqdim edib, soruşduqda həmin bükümün içərisindəki maddənin psixotrop maddə metamfetamin olmasını, həmin metamfetamini 05 noyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində olduğu zaman tanımadığı şəxsdən 10 manata almasını və şəxsi istifadəsi üçün üzərində saxlamasını sərbəst şəkildə etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir, lakin qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər maddə elektron tərəzi ilə çəkilən zaman 01 ədəd şəffaf sellofana bükülmüş metamfetaminin çəkisinin 0,36 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş büküm Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 152 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmənin nəticələrinə dair protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Qeyd etməlidir ki, Təqsirləndirilən şəxs barədə ilkin əməliyyat məlumatı tam dəqiq olmayaraq onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi göstərilsə də, tədbir nəticəsində onun psixotrop maddəni metamfetamin satışı ilə məşğul olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs araşdırma zamanı özünü müdafiə edərək narkotik vasitələri və psixotrop maddələri satmadığını desə də, daxil olan məlumata əsasən Təqsirləndirilən şəxs, üzərində aşkar edilmiş psixotrop maddəni metamfetamini satış məqsədi ilə əldə etmiş və onu satmağa hazırlayırmış, lakin yaxalandığı üçün satmağa imkan tapmamışdır. Təqsirləndirilən şəxs dəfələrlə tutulduğu üçün çox təcrübəli cinayətkar olaraq həmişə cibinə bir büküm narkotik vasitə və ya psixotrop maddəni metamfetamini qoyurmuş ki, onu ifşa etmək çətinləşsin. Buna baxmayaraq Təqsirləndirilən şəxs dəfələrlə ifşa edilmişdir. Əldə olunmuş əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs dəfələrlə psixotrop maddəni metamfetamini və narkotik vasitə heroini satış məqsədi ilə əldə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroini və ya psixotrop maddə metamfetamini kimlərə hansı qiymətə satmasının müəyyən olunması istiqamətində əməliyyat tədbirlər aparılmış, lakin müsbət nəticə əldə olunmamışdır. Əməliyyat tədbirləri davam etdirilir, əlavə məlumat əldə olunduğu halda bu barədə istintaqa bildiriləcəkdir. Şahid3 ifadədələrində göstərdi ki, məhkəmədə ona təsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs ilə qohumluğu və ədavəti yoxdur, onu xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. 2022-ci il dekabr ayının ortalarında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Onun üzərində axtarış aparılanda metamfetamin aşkar olundu. O, metamfetaminin ona məxsus olduğunu, özünün istifadəsi üçün əldə etdiyini dedi. Sonradan məlum oldu ki, narkotik vasitələrin satışı ilə məşğul olur. Elnura heç bir fiziki və psixi təzyiq olunmayıb. Sonradan məlum oldu ki, Elnur narkotik vasitələrin satışı ilə məşğul olur. Elnur yalan deyir. Onlar ərazi üzrə xidmətdə olarkən Elnurun özünü şübhəli apardığına görə onu saxlamışlar. Elnura fiziki və psixi təsir göstərilməyib. O, özü könüllü şəkildə bölməyə gedib. İfadələrinə başqa əlavəsi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. hkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadələrində göstərmişdir ki, Azərbaycan Respublikası DİN BNMİ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis polkovnik- leytenantı rütbəsindədir. Xidməti fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyi, DİN-nin əmr və təlimatlarına uyğun aparır. Xidmət sahə üzrə baş vermiş cinayətlərin açılması istiqamətində qanunla müəyyən edilmiş qüvvə və vasitələrdən, həmçinin məxfi əməkdaşların (agentlərin) köməyindən istifadə edilir və baş verəcək cinayətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görülür. Cinayət hadisəsi ilə bağlı bildirmək istəyir ki, 13 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsində xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli apardığından ona yaxınlaşıb özlərini təqdim etmişlər. Söhbət zamanı həmin şəxs, yəni Təqsirləndirilən şəxs özünü olduqca şübhəli aparırdı, xarici görünüşündən isə narkotik vasitələrin aludəçisi olduğu aydın görünürdü. Odur ki, Təqsirləndirilən şəxs zəruri araşdırma aparılması üçün Nizami RPİnin 23-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs bölməyə dəvət olunaraq onlarla könüllü oraya gəlmişdir. Bundan sonra, bölmədə apardıqları araşdırma zamanı Təqsirləndirilən şəxs qanusuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğundan dəfələrlə məhkum olduğunu müəyyən etmişlər, həmin bölmənin rəisinin adma raport yazaraq Təqsirləndirilən şəxs müvafiq əməkdaşlara təhvil vermişlər ki, sonuncu ilə bağlı müvafiq araşdırma aparılsın. Araşdırma zamanı onlara məlum olmuşdur ki, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotror maddələri əldə edib satan Təqsirləndirilən şəxs təkrarən 13 dekabr 2022-ci il tarixdə istintaqla müəyyən edilməmiş vaxtda və şəraitdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsinin ərazisində istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi 0,469 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 18:50 radələrində ünvan 6 ünvanın qarşısında tərəflərindən saxlanaraq Bakı şəhəri, Nizami RPİ-nin 23-cü Polis Bölməsinə gətirilib, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,469 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs dəfələrlə tutulduğu üçün çox təcrübəli cinayətkar olaraq həmişə cibinə bir büküm narkotik vasitə və ya psixotrop maddəni metamfetamini qoyurmuş ki, onu ifşa etmək çətinləşsin, habelə istintaqı həqiqətdən yayındırmaq üçün narkotik vasitəni və ya psixotrop maddəni hər bir halda guya 10 manata aldığını bildirmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs bundan əvvəl 05 noyabr 2022-cı il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən yaxalanarkən satış məqsədi ilə qanunsuz əldə edib saxladığı psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü il tarixdə onlarin xidmət etdikləri Baş İdarənin digər əməkdaşları tərəfindən ünvan 16 ünvanın yaxınlığında yaxalanarkən üzərindən satış məqsədi ilə qanunsuz əldə edib saxladığı külli miqdarda təmiz çəkisi 10,886 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əldə olunmuş əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini hər üç halda satış məqsədi ilə əldə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini kimlərdən almasının, kimlərə hansı qiymətə satmasının müəyyən olunması istiqamətində əməliyyat tədbirlər aparılmış, lakin müsbət nəticə əldə olunmamışdır. Şahid4 ifadədəlrində göstərdi ki, məhkəmədə ona təsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs ilə qohumluğu və ədavəti yoxdur, onu xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. 2022-ci il dekabr ayının ortalarında özünü şübhəli apardığına görə Təqsirləndirilən şəxs tərəflərindən saxlanılıb, bölməyə dəvət olunub Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinə aparıldı. Orada Elnurun üzərində axtarış aparıldı və metamfetamin aşkar olundu. Elnur metamfetaminin özünə məxsus olduğunu bildirib, öz istifadəsi üçün aldığını dedi. Sonradan məlum oldu ki, Elnur narkotik vasitələrin satışı ilə məşğul olur. Elnura heç bir fiziki və psixi təzyiq olunmayıb. Elnur Keşlə adlanan ərazidə saxlanılıb. Elnur metamfetaminin özünə məxsus olduğunu etiraf etdi. Onlar Elnurun nə ailəsini, nə də qardaşını tanımırlar. Elnurun bu barədə dedikləri yalandır. O, ifadələri ilə Elnura böhtan atmır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadələrində göstərmişdir ki, Azərbaycan Respublikası DİN BNMİ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş-leytenantı rütbəsindədir. Xidməti fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyi, DİN-nin əmr və təlimatlarına uyğun aparır. Xidmət sahə üzrə baş vermiş cinayətlərin açılması istiqamətində qanunla müəyyən edilmiş qüvvə və vasitələrdən, həmçinin məxfi əməkdaşların (agentlərin) köməyindən istifadə edilir və baş verəcək cinayətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görülür. Cinayət hadisəsi ilə bağlı bildirmək istəyir ki, 13 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsində xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli apardığından ona yaxınlaşıb özlərini təqdim etmişlər. Söhbət zamanı həmin şəxs, yəni Təqsirləndirilən şəxs özünü olduqca şübhəli aparırdı, xarici görünüşündən isə narkotik vasitələrin aludəçisi olduğu aydın görünürdü. Odur ki, Təqsirləndirilən şəxs zəruri araşdırma aparılması üçün Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs bölməyə dəvət olunaraq onlarla könüllü oraya gəlmişdir. Bundan sonra, bölmədə apardıqları araşdırma zamanı Təqsirləndirilən şəxs qanusuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğundan dəfələrlə məhkum olduğunu müəyyən etmişlər, həmin bölmənin rəisinin adma raport yazaraq Təqsirləndirilən şəxs müvafiq əməkdaşlara təhvil vermişlər ki, sonuncu ilə bağlı müvafiq araşdırma aparılsın. Araşdırma zamanı onlara məlum olmuşdur ki, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotror maddələri əldə edib satan Təqsirləndirilən şəxs təkrarən 13 dekabr 2022-ci il tarixdə istintaqla müəyyən edilməmiş vaxtda və şəraitdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsinin ərazisində istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi 0,469 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 18:50 radələrində ünvan 6 ünvanın qarşısında tərəflərindən saxlanaraq Bakı şəhəri, Nizami RPİ-nin 23-cü Polis Bölməsinə gətirilib, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,469 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs dəfələrlə tutulduğu üçün çox təcrübəli cinayətkar olaraq həmişə cibinə bir büküm narkotik vasitə və ya psixotrop maddəni metamfetamini qoyurmuş ki, onu ifşa etmək çətinləşsin, habelə istintaqı həqiqətdən yayındırmaq üçün narkotik vasitəni və ya psixotrop maddəni hər bir halda guya 10 manata aldığını bildirmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs bundan əvvəl 05 noyabr 2022-cı il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən yaxalanarkən satış məqsədi ilə qanunsuz əldə edib saxladığı psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü il tarixdə onlarin xidmət etdikləri Baş İdarənin digər əməkdaşları tərəfindən ünvan 16 ünvanın yaxınlığında yaxalanarkən üzərindən satış məqsədi ilə qanunsuz əldə edib saxladığı külli miqdarda təmiz çəkisi 10,886 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əldə olunmuş əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini hər üç halda satış məqsədi ilə əldə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini kimlərdən almasının, kimlərə hansı qiymətə satmasının müəyyən olunması istiqamətində əməliyyat tədbirlər aparılmış, lakin müsbət nəticə əldə olunmamışdır. Əməliyyat tədbirləri davam etdirilir, əlavə məlumat əldə olunduğu halda bu barədə istintaqa bildiriləcəkdir. Şahid6 ifadələrində göstərdi ki, məhkəmədə ona təsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs ilə qohumluğu və ədavəti yoxdur, onu xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, Xətai rayon 34-cü polis bölməsində xidmət göstərir. Hadisə ilə bağlı heç nə yadında deyil. O, sahə inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs görmüşdür. İbtidai istintaq zamanı ifadəsini özü vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarsa xatırlayar. Həmin zaman üzərində hansı mobil nömrənin olduğunu xatırlamır. Təqsirləndirilən şəxs tərəflərindən bölməyə dəvət olunub, etiraz etmədən onlarla gəlmişdir. Təqsirləndirilən şəxsla heç bir şəxsi münasibətləri olmayıb. Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar olaraq tanıyır. Təqsirləndirlən şəxsin ailəsinin onunla bağlı şikayət etməsi barədə məlumatı yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təqsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadələrində göstərmişdir ki, o, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ -nin CA üzrə sahə inspektoru vəzifəsində xidmət edir, polis leytenantı rütbəsindədir. Xidməti fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyi, DİN-nin əmr və təlimatlarına uyğun aparır. Xidmət sahə üzrə baş vermiş cinayətlərin açılması istiqamətində qanunla müəyyən edilmiş qüvvə və vasitələrdən, həmçinin məxfi əməkdaşların (agentlərin) köməyindən istifadə edilir və baş verəcək cinayətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görülür. Cinayət hadisəsi ilə bağlı bildirmək istəyir ki, 05 noyabr 2022-ci il tarixdə etimad doğuran məlum və qərəzsiz mənbədən xx xxxx 1979-cu ildə Bakı şəhərind anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş- məhkumluğu ödənilməmiş, ünvan 6-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə raportla məruzə edilmişdir, rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar şöbə rəisi tərəfindən təsdiq edilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmışdır. Daha sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilmiş, ilkin əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin gün ünvan 15 ünvanının qarşısı və ətraf ərazilər tərəflərindən əməliyyat müşahidəsinə götürülmüşdür. 05 noyabr 2022-ci il tarixdə saat 13:30 dəqiqədə Təqsirləndirilən şəxs ünvan 15 ünvanının yaxınlığında piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq xidməti vəqisələrini göstərib özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs özünü təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdə sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər, Təqsirləndirilən şəxs da heç bir etiraz etməyərək onlarla şöbəyə gəlmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs polis şöbəsinə gətirib orada şəxsiyyəti dəqiqləşdirildikdən sonra bu barədə raport yazıb şöbə rəisinə mərizə etmişlər. Faktla bağlı ilkin araşdırmanın aparılması şöbənin təhqiqatçısı, polis kapitanı Aqşin Abdullayevə həvalə olunmuşdur. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis şöbəsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, qərar elan olunaraq vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş və ya sübut əhəmiyyətli əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində spesifik iyə malik maddə olan bükümü masının üzərinə qoymaqla təqdim edib, soruşduqda həmin bükümün içərisindəki maddənin psixotrop maddə metamfetamin olmasını, həmin metamfetamini 05 noyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində olduğu zaman tanımadığı şəxsdən 10 manata almasını və şəxsi istifadəsi üçün üzərində saxlamasını sərbəst şəkildə etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir, lakin qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər maddə elektron tərəzi ilə çəkilən zaman 01 ədəd şəffaf sellofana bükülmüş metamfetaminin çəkisinin 0,36 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş büküm Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 152 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmənin nəticələrinə dair protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Qeyd etməlidir ki, Təqsirləndirilən şəxs barədə ilkin əməliyyat məlumatı tam dəqiq olmayaraq onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi göstərilsə də, tədbir nəticəsində onun psixotrop maddəni metamfetamin satışı ilə məşğul olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs araşdırma zamanı özünü müdafiə edərək narkotik vasitələri və psixotrop maddələri satmadığını desə də, daxil olan məlumata əsasən Təqsirləndirilən şəxs, üzərində aşkar edilmiş psixotrop maddəni metamfetamini satış məqsədi ilə əldə etmiş və onu satmağa hazırlayırmış, lakin yaxalandığı üçün satmağa imkan tapmamışdır. Təqsirləndirilən şəxs dəfələrlə tutulduğu üçün çox təcrübəli cinayətkar olaraq həmişə cibinə bir büküm narkotik vasitə və ya psixotrop maddəni metamfetamini qoyurmuş ki, onu ifşa etmək çətinləşsin. Buna baxmayaraq Təqsirləndirilən şəxs dəfələrlə ifşa edilmişdir. Əldə olunmuş əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs dəfələrlə psixotrop maddəni metamfetamini və narkotik vasitə heroini satış məqsədi ilə əldə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroini və ya psixotrop maddə metamfetamini kimlərə hansı qiymətə satmasının müəyyən olunması istiqamətində əməliyyat tədbirlər aparılmış, lakin müsbət nəticə əldə olunmamışdır. Əməliyyat tədbirləri davam etdirilir, əlavə məlumat əldə olunduğu halda bu barədə istintaqa bildiriləcəkdir. Şahid1 ifadlərində göstərdi ki, məhkəmədə ona təsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Onunla münasibətələri və ədavəti yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barəsində Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 13 yanvar 2023-cü il tariixndə ünvan 9 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə aparılmışdır. Bölmədə müdafiəçinin iştirakı ilə onun üzərinə videoçəkilişlə şəxsi axtarış həyata keçirilərkən Elman könüllü telefon, bank kartları, 10 manat və bir ədəd sellofan büküm təqdim etdi. Elnurun üzərindən heroin aşkar oludu. Elnura heç bir fiziki və psixi təsir göstərilməyib. Elnurun narkotik vasitənin satışı ilə məşğul olması barədə də məlumat daxil olmuşdu. Üzərindən aşkar olunan kartlar da narkoitk vasitənin satışı ilə bağlı idi. Elnura tərəflərindən heç bir fiziki və psixi təzyiq göstərilməyib.Bu barədə Elnurun dedikləri yalandır.O,Elnura böhtan atmır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Azərbaycan Respublikası DİN BNMİ-nin x.m.i.ü. baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis polkovnik-leytenantı rütbəsindədir. Xidməti fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyi, DİN-nin əmr və təlimatlarına uyğun aparır. Xidmət sahə üzrə baş vermiş cinayətlərin açılması istiqamətində qanunla müəyyən edilmiş qüvvə və vasitələrdən, həmçinin məxfi əməkdaşların (agentlərin) köməyindən istifadə edilir və baş verəcək cinayətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görülür. Cinayət hadisəsi ilə bağlı bildirmək istəyir ki, 13 yanvar 2023-ci il tarixdə etimad doğuran qərəzsiz mənbədən xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, ünvan 13 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotror maddələri əldə edib Bakı şəhəri, Binəqədi rayon ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatı raportla rəsmiləşdirilərək rəhbərliyə məruzə edilmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilərək müvafiq əmrlə əməliyyat qrupu yaradılmışdır. Həmin məlumat keçirmiş əməliyyat tədbirləri nəticəsində yoxlanılarkən təsdiq olunaraq 13 yanvar 2023-cü il tarixdə saat 15:00 radələrində ünvan 9 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışlar. Bu zaman onlar özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs şübhəli olduğundan ərazi aidiyyəti üzrə Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs bölməyə dəvət olunaraq onlarla könüllü oraya gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi və götürmənin aparılması Baş İdarənin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyevə həvalə olunmuşdur. Daha somu müdafiəçi dəvət olunmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Binəqədi RPİ-nin 5-ci Polis bölməsinin xidməti otaqlarının birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərirində şəxsi axtarış və götürmə keçirilmişdir. Belə ki, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş, ona və iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd içərisində (050)-874-48-59 GSM nömrə olan Redmi markalı mobil telefonunu, 10 manat pulunu, 01 ədəd üzərində **********275010 rəqəmləri əks olunmuş, “Kapital Banka’1 məxsus bank kartını, l ədəd üzərində **********356256 rəqəmləri əks olunmuş “Leo Banka” məxsus bank kartım, sol yan cibindən 01 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir və üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 10 manat pulu, özünə qaytarılsa da, ona izah edilməklə sonuncuya məxsus 01 ədəd mobil telefon, 02 ədəd bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik maddə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin aşkar edilmiş maddə 01 (bir) ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdəki maddənin narkotik maddə heroin olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, bu gün Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 10 manata aldığını, 10 ilə yaxındır ki, narkotik tərkibli maddələrin istifadəçisi olmasını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmamasını, saxlanılan zaman və polis bölməsində olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı burada heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir. Şəxsi axtarış və götürməninın nəticələrinə dair protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Qeyd etməlidir ki, Təqsirləndirilən şəxs araşdırma zamanı özünü müdafiə edərək heroini satmadığını və desə də, onlarda olan məlumata əsasən Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş külli miqdarda heroini satış məqsədi ilə əldə etmiş və onu satmağa hazırlayırmış, lakin yaxalandığı üçün satmağa imkan tapmamışdır. Təqsirləndirilən şəxs dəfələrlə tutulduğu üçün çox təcrübəli cinayətkar olaraq həmişə cibinə bir büküm narkotik vasitə və ya psixotrop maddəni metamfetamini qoyurmuş ki, onu ifşa etmək çətinləşsin və istintaqı həqiqətdən yayındırmaq üçün narkotik vasitəni və ya psixotrop maddəni hər bir halda guya 10 manata aldığını bildirmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs bundan əvvəl 05 noyabr 2022-ci il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən yaxalanarkən satış məqsədi ilə qanunsuz əldə edib saxladığı psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs 13 dekabr 2022-ci ildə onların işlədiyi Baş İdarənin digər əməkdaşları tərəfindən Bakı şəhəri Nizami rayonu ərazisində yaxalanarkən üzərindən satış məqsədi ilə qanunsuz əldə edib saxladığı psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.Əldə olunmuş əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini hər bir halda yalnız satış məqsədi ilə əldə etmişdir. Onun ətrafında aparılmış əməliyyat tədbirlərinin məlumatları, internet vasitəsi ilə daxil olmuş vətəndaşların şikayətləri və telefonla yazışmaları bunu tam təsdiq edir. Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini kimlərə hansı qiymətə satmamın müəyyən olunması istiqamətində əməliyyat tədbirlər aparılmış, lakin müsbət nəticə əldə olunmamışdır. Əməliyyat tədbirləri davam etdirilir, əlavə məlumat əldə olunduğu halda bu barədə istintaqa bildiriləcəkdir. id2 ifadələrində göstərdi ki, məhkəmədə ona təsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs ilə yaxın münasibətləri və ədavəti yoxdur, onu xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. AR Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında tərəflərindən 13 yanvar 2023-cü il tarixində saat 15:00 radələrində ünvan 9 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə aparılmışdır. Bölmədə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış həyata keçirilərkən telefon, iki ədəd plastik kart, 10 manat və bir ədəd sellofan bükümü təqdim edib bükümün içərisində heroin olduğnu, özünün istifadəsi üçün əldə etdiyini, özünün narkoitk vasitə aludəçisi olduğunu bildirdi. Onlar daxil olmuş məlumat əsasında Elnurun narkotik vasitənin satışı ilə məşğul olduğunu bilmişlər. Elnurla bağlı başqa şikayətlər də daxil olmuşdu. Elnur saxlanılarkən heç bir müqavimət göstərmədi. Təqsirləndirilən şəxsə böhtan atmır. İfadələrinə başqa əlavəsi yoxdur. hkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Azərbaycan Respublikası DİN BNMİ-nin x.m.i.ü. baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis polkovnik- leytenantı rütbəsindədir. Xidməti fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyi, DİN-nin əmr və təlimatlarına uyğun aparır. Xidmət sahə üzrə baş vermiş cinayətlərin açılması istiqamətində qanunla müəyyən edilmiş qüvvə və vasitələrdən, həmçinin məxfi əməkdaşların (agentlərin) köməyindən istifadə edilir və baş verəcək cinayətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görülür. Cinayət hadisəsi ilə bağlı bildirmək istəyir ki, 13 yanvar 2023-ci il tarixdə etimad doğuran qərəzsiz mənbədən xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, ünvan 13 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotror maddələri əldə edib Bakı şəhəri, Binəqədi rayon ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatı raportla rəsmiləşdirilərək rəhbərliyə məruzə edilmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilərək müvafiq əmrlə əməliyyat qrupu yaradılmışdır. Həmin məlumat keçirmiş əməliyyat tədbirləri nəticəsində yoxlanılarkən təsdiq olunaraq 13 yanvar 2023-cü il tarixdə saat 15:00 radələrində ünvan 9 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışlar. Bu zaman onlar özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs şübhəli olduğundan ərazi aidiyyəti üzrə Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs bölməyə dəvət olunaraq onlarla könüllü oraya gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi və götürmənin aparılması Baş İdarənin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyevə həvalə olunmuşdur. Daha somu müdafiəçi dəvət olunmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Binəqədi RPİ-nin 5-ci Polis bölməsinin xidməti otaqlarının birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərirində şəxsi axtarış və götürmə keçirilmişdir. Belə ki, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş, ona və iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd içərisində (050)-874-48-59 GSM nömrə olan Redmi markalı mobil telefonunu, 10 manat pulunu, 01 ədəd üzərində **********275010 rəqəmləri əks olunmuş, “Kapital Banka’1 məxsus bank kartını, l ədəd üzərində **********356256 rəqəmləri əks olunmuş “Leo Banka” məxsus bank kartım, sol yan cibindən 01 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir və üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 10 manat pulu, özünə qaytarılsa da, ona izah edilməklə sonuncuya məxsus 01 ədəd mobil telefon, 02 ədəd bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik maddə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin aşkar edilmiş maddə 01 (bir) ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdəki maddənin narkotik maddə heroin olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, bu gün Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 10 manata aldığını, 10 ilə yaxındır ki, narkotik tərkibli maddələrin istifadəçisi olmasını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmamasını, saxlanılan zaman və polis bölməsində olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı burada heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir. Şəxsi axtarış və götürməninın nəticələrinə dair protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Qeyd etməlidir ki, Təqsirləndirilən şəxs araşdırma zamanı özünü müdafiə edərək heroini satmadığını və desə də, onlarda olan məlumata əsasən Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş külli miqdarda heroini satış məqsədi ilə əldə etmiş və onu satmağa hazırlayırmış, lakin yaxalandığı üçün satmağa imkan tapmamışdır. Təqsirləndirilən şəxs dəfələrlə tutulduğu üçün çox təcrübəli cinayətkar olaraq həmişə cibinə bir büküm narkotik vasitə və ya psixotrop maddəni metamfetamini qoyurmuş ki, onu ifşa etmək çətinləşsin və istintaqı həqiqətdən yayındırmaq üçün narkotik vasitəni və ya psixotrop maddəni hər bir halda guya 10 manata aldığını bildirmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs bundan əvvəl 05 noyabr 2022-ci il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən yaxalanarkən satış məqsədi ilə qanunsuz əldə edib saxladığı psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs 13 dekabr 2022-ci ildə onların işlədiyi Baş İdarənin digər əməkdaşları tərəfindən Bakı şəhəri Nizami rayonu ərazisində yaxalanarkən üzərindən satış məqsədi ilə qanunsuz əldə edib saxladığı psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Verilmiş suala cavab olaraq Şahid1 ifadəsində göstərmişdir ki, əldə olunmuş əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini hər bir halda yalnız satış məqsədi ilə əldə etmişdir. Onun ətrafında aparılmış əməliyyat tədbirlərinin məlumatları, internet vasitəsi ilə daxil olmuş vətəndaşların şikayətləri və telefonla yazışmaları bunu tam təsdiq edir. Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini kimlərə hansı qiymətə satmamın müəyyən olunması istiqamətində əməliyyat tədbirlər aparılmış, lakin müsbət nəticə əldə olunmamışdır. Əməliyyat tədbirləri davam etdirilir, əlavə məlumat əldə olunduğu halda bu barədə istintaqa bildiriləcəkdir. hkəmədə əlavə şahid qismində dindirilmiş X14 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs onun qardaşıdır. Elnur uzun müddətdir ki, narkotik vasitə istifadə edirdi, az miqdarda satışı ilə məşğul olurdu. Narkotik vasitə almaq üçün pulu olmayanda ya onlardan, ya da qonşulardan pul alırdı. Əvvəllər az miqdarda narkotik vasitənin satışı ilə məşğul olurdu, lakin sonradan yəqin ki, narkotik vasitəni əldə etmək üçün külli miqdarda narkotik vasitənin satışı ilə məşğul olub. Bunu qonşular da təsdiq edir. Özü Qaradağ küçəsi, ev 22, mənzil 5 ünavnında qeydiyyatdadır. Keşlə qəsəbəsi, Yenikənd ünavnında yaşayır. Həm qardaşı narkotik istifadəçisi olduğuna görə, həm də anasını qorumaq məqsədilə onunla birlikdə eyni evdə yaşayırlar. Böyük qardaşları alkoqolizmdən əziyyət çəkdiyinə görə vəfat edib. Elnurun narkotik vasitədən istifadə etməsi ilə bağlı 102 çağrı xidmətinə zəng vurduğu onun yadına gəlir, lakin prokurorluq orqanlarına şikayət etdiyi yadına gəlmir. Hərdən olurdu ki, Elnur evin qapısını içəridən kilidliyib ona pul verməyi tələb edirdi. Elnur analarını döyürdü, onun özünə qarşı isə bıçaq çıxardırdı. Elnuru evlərindən qeydiyyatdan anası çıxardıb. Onu Elnurdan şikayət etməyə vadar edən vəfat edən qardaşının əmlakı olmayıb. Onların ailələrinə aid evlər satıldıqdan sonra pulun idarəsi atası və onda olub. Özünün şəxsi biznesi olub, öz şəxsi əmlakını satmışdır. O, Elnurun həyətdə onun gözləri qarşısında narkotik vasitə satıldığını görmüşdür. Həm o, həm də digər ailə üzvləri tərəfindən Polisə dəfələrlə zənglər edilərək Elnurla bağlı şikayət edilib. 05 dekabr 2022-ci il tarixində polisə Elnurla bağlı şikayət edilib. Polisə Elnurla bağlı o, zəng vurub şikayət etmişdir. Elnuru evdən qeydiyyatdan çıxaran anasıdır. Anası, səhv etmirsə, avqust ayında Baş Narkotiklərlə Mübarizə İdarəsinə ərizə yazıb. Elnur özündən diqqəti yayındırmaq üçün məhkəmədə belə danışır. Avqust, sentyabr aylarında Elnurun narkotikdən istifadə etməsi ilə bağlı polisə zənglər olunub. Elnur üzərindəki bıçaqla yoldaşını hədələyirdi ki, ondan boşanmasın. O, 102 çağrı xidmətinə öz mobil nömrəsilə zəng etmişdir. O, qardaşına böhtan atmır. 102 xidmətəiənə sonuncu dəfə zəng etdikdə polis əməkdaşları onlara gəlib, Elnuru evdə tapmamışlar. Onu evdə tutmayıblar. Polislər gedəndən sonra Elnur evdən çıxıb getmişdir. Polislər sonradan Elnuru küçədə tutmuşlar. Elnur Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsində həbs olunan zaman o, 102 xidmətinə zəng vurmamışdır. 102 xidmətinə Elnurun yoldaşı və qızı zəng vururdu. Həmin vaxt ona zəng edib Elnurun qapıda durduğunu, ondan qorxduqlarını bildirdilər, o da onlara qorxurlarsa, “102” xidmətinə zəng vurmalarını demişdir. “102” xidmətinə zəng vurulduqdan sonra polis əməkdaşları gəlsə də, Elnuru tapa bilməmişlər, daha sonra Elnurun yoldaşı və ya qızı yenidən onu görüb evə qayıtdıqlarını, daha sonra Post Patrul Xidmətinin əməkdaşları Elnuru saxladıqlarını dedilər. Həmin vaxt o, işdə olmuşdur, bu hadisələr ona danışılıb. Yoldaşı ilə qızı Elnuru görəndə o, evdə olmamışdır. O, onlara “102” xidmətinə zəng vurun deyib, daha sonra özü evə gəlmişdir. Təqsirləndirilən şəxs böhtan atmır, dəfələrlə onu öz hesabıma müalicə etdirmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 05 noyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolla və əlavə edilmiş videçəkilişin diski ilə Təqsirləndirilən şəxs tərəfindən istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərilərində saxlaması faktı təsdiq olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 13 dekabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolla və əlavə edilimiş videçəkilişin diski ilə Təqsirləndirilən şəxs tərəfindən istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərilərində saxlaması faktı təsdiq olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 13 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolla və əlavə edilimiş videçəkilişin diski ilə Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşıyaraq üzərində saxlaması faktı təsdiq olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 06 noyabr 2022-cı il tarixli 6/6431 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs 05 noyabr 2022- ci ildə götürülmüş 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,314 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 14 dekabr 2022-ci il tarixli 6/7016 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs 13 dekabr 2022- ci ildə götürülmüş 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,469 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 14 yanvar 2023-cü il tarixli 6/227 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2023- cü ildə götürülmüş 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10,886 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 16 yanvar 2023-cü il tarixli 84 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21- ci maddəsinin təsiri altma düşmür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 noyabr 2022-ci il tarixdə saxlanılaraq Xətai Rayon Polis İdarəsinin 34cü Polis Şöbəsinə gətirilib, orada üstünə şəxsi axtarış və götürmə keçirilən zaman çəkilmiş videogörüntülər keçirilmiş baxış protokolundan görünür ki, videogörüntünün birinci saniyəsindən etibarən Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Aşqin Abdullayev özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini elan edir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs anket məlumatları barədə suallar ünvanlayaraq ondan bu suallara müvafiq cavablar alır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq ona CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah oldunduğuııu bildirir və təkrar olaraq hüquq və vəzifələrini izah edilir. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hərhansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş içərisində ağ rəngli, sepisifık qoxuya malik, psixotrop maddə metamfetaminə bənzər maddə olan 01 ədəd bükümü təqdim edərək masanın üzərinə qoyub, həmin bükümün içərisindəki maddənin psixotrop maddə metamfetamin olmasını, həmin metamfetamini 05 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində olduğu zaman tanımadığı şəxsdən 10 manata almasını, şəxsi istifadəsi üçün üzərində gəzdirərkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilməsini bildirmişdir. Daha sonra təqdim olunan kütlə elektron tərəzidə çəkilmiş, çəkilən zaman ağ rəngli, sepisifık qoxuya malik, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddənin ümumi çəkisinin isə 0.36 qram olması müəyyən edilmiş, aşkar edilmiş həmin kütlə zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 dekabr 2022-ci il və 13 yanvar 2023-cü il tarixdə saxlanılaraq ifşa edilərkən üstünə şəxsi axtarış və götürmələr keçirilən zaman çəkilmiş videogörüntülər yazılmış və istintaqa təqdim edilmiş 02 ədəd «DVD» disklərdə olanlara baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd DVD diskdə olan videogörüntünün fayyları açıldıqda aydm görünür ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin xidməti otağında Təqsirləndirilən şəxs keçiriləcək şəxsi axtarış və götrürmədən əvvəl bu barədə qərar elan olunur, iştirakçılar elan olunaraq hüquqları izah edilir. Daha sonra Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək onun içində narkotik vasitə olduğunu, onu həmin gün şəxsi istifadəsi üçün Keşlə qəsəbəsinin ərazisində 10 manata tanımadığı şəxsdən aldığını sərbəst şəkildə bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılıb üzəri möhürləndi və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülüb axtarış və götürmənin nəticələrinə dair protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunumuş, digər 01 ədəd DVD diskdə olan videogörüntünün baxış protokolundan görünür ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin xidməti otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilir, ona və iştirakçılara hüquq və vəzifələri izah edilir. Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd içərisində (050)-874-48-59 GSM nömrə olan Redmi markalı mobil telefonunu, 10 manat pulunu, 01 ədəd üzərində **********275010 rəqəmləri əks olunmuş, “Kapital Banka” məxsus bank kartını, 01 ədəd üzərində **********356256 rəqəmləri əks olunmuş “Leo Banka” məxsus bank kartını, sol yan cibindən 01 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi 10 manat pulu, özünə qaytarılır, ona izah edilməklə sonuncuya məxsus 01 ədəd mobil telefon, 02 ədəd bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik maddə heroinə bənzər kütlə olması müəyyən edilr. Aşkar edilmiş maddə l(bir) ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılıb, üzəri möhürlənərək, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdəki maddənin narkotik maddə heroin olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, bu gün Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 10 manata aldığım, 10 ilə yaxındır ki, narkotik tərkibli maddə istifadəçisi olmasını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığım, bu əməlindən heç kimin məlumatının olmamasını, saxlanılan zaman və polis bölməsində olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı burada heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirir. Şəxsi axtarış və götürmənin nəticələrinə dair protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanır. Videogörüntüdə Təqsirləndirilən şəxs a qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyi görünür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsi ilə bağlı "xxxx" MMC-dən 30 yanvar 2023-cü il tarixli 2156 nömrəli məktubla göndərilmiş 01 ədəd DVD diskində olan məlumatlara baxış keçirilməsi haqqında protokolan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğunu təsdiq hallar kimi yazışmalar, o, cümlədən də; xx/xx/2022,17:11:49,**********59, **********12, Dünən mənə patı deyirdin aa. Var. İstiyirsən? xx/xx/2022,05:59:54,**********45. **********59, Yari kola-25m. 1 cet poti-lO m. Birda bax deyiram 35m bir manat eksiy olsa vermiyaja xx/xx/2022,04:00:43,**********59,**********50, Götür bu zibili da. Rastvorun qalıb. Gedirəm siqaret almağa.çıx gətirim xx/xx/2022,05:47:01,**********59, **********50, Tema var burda. 35 dən. Yez elqməy lazımdı. xx/xx/2022,17:58:20,**********59, **********06, Gələndə qapıya gəlmə.Dalana girəndə xəbər elə,oralara çıxacam. xx/xx/2022,09:16:26,**********59, **********50,Röşka patı var. İstəmirsənmi? Tez denən cavab lazımdı demək ay dəmək xx/xx/2022,13:52:04,**********59, **********31,Patı qalmadı xx/xx/2022,22:1 1:24,**********59, **********03, Qardaşımız Tərlanın qardaşıdı, Məhləmizin dəlisidi deyib keçirəm üstünnən.Nəyəsə ehtiyacın olsa denən çəkinmə. Aminazin.qalapiridol zad... xx/xx/2022,14:56:29,**********59, **********52,onnan sora telefonu dene nagil danisasan.Ama men sennen mal gezdemirem gece vurduğun sen aydinnigini veressen. Senİn alver kutardi. xx/xx/2022,02:04:26,**********59, **********50, Got. bir neferde 50 manat var tema istiyir. rey neyniyiriy xx/xx/2023,07:01:48,**********59 ,**********09, A-etin idi bir dene A-et galıb gelmey. Ele tutagim ki pulum yoxdu, getirseydin 7 vere bilmiyeceydim. Sence mene bu da 100 ilde bir defede pulsuz siz verin da. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,314 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,469 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 10,886 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, telefon məlumatları yazılmış 01 ədəd CD diski və 03 ədəd vüdiegörüntülərin «DVD» diskləri cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmışlar, telefon məlumatları yazılmış 01 ədəd CD diski və 03 ədəd «DVD» diskləri cinayət işinin materiallarına əlavə edilmişlər, ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin 01 ədəd şəffaf polietilen bükümdə 0,264 qram, 01 ədəd şəffaf sellofan bükümdə 0,419 qram və narkotik vasitə heroinin 01 ədəd sellofan bükümdə 10,786 qram olan qalıqları istintaq tamamlandıqdan sonra saxlanılması üçün Binəqədi RPİ-nin MSSK nə təhvil verilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyib göstərdi ki, o, həbsdən buraxıldıqdan doqquz gün sonra qardaşı onu qardaşı X10 böhtan ataraq tutdurub. O, saxlanıldıqda onun üzərində narkotik vasitə aşkar olunmayıb. İş üzrə ifadə verən şahidlərin ifadələri yalan və ziddiyətli ifadələrdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmayıb, yalnız istifadəsi ilə məşğul olub. Məhkəmədə Təqsirləndirilən şəxs bu ifadələri onun ibtidai istintaqın ilkin mərhələsində verdiyi etirafedici ifadələri və işin faktiki halları ilə müqayisəli təhlil olunduqda əsaslı şübhələrlə müşahidə olundu. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs bu iddialarını yoxlamaq məqsədi ilə onun qardaşı X10 dindirildikdə o, ifadələrində qardaşı Təqsirləndirilən şəxs böhtan atmadığını, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi va satışı ilə məşğul olduğunu gözü ilə gördüyünü təsdiq edərək Təqsirləndirilən şəxs evdə deyil küçədə tutulduğunu göstərdi. Həmçinin bu hallarla bağlı şahidlər Şahid5 və Şahid6 Təqsirləndirilən şəxs 05 noyabr 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanıldığını və üzərindən təxmini 0,3 qram psixotrop maddə metamfetamin aşkarlandığını, şahidlər Şahid3 və Şahid4 13 dekabr 2022-ci il tarixdə DİN BNMİ-ə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanıldığını və üzərindən təxminən 0,4 qram psixotrop maddə metamfetamin aşkarlandığını, şahidlər Şahid1 və Şahid2 13 yanvar 2023-ci il tarixdə DİN BNMİ-ə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanıldığını və üzərindən təxminən 10 qram narkotik vasitə heroin aşkarlandığını, aşkar olunduğunu təsdiq edib, Təqsirləndirilən şəxs ailə üzvlərini tanımadıqlarını və ona böhtan atmadıqlarını göstərdilər. Məhkəmə Təqsirləndirilən şəxs iş üzrə məhkəmədə dindirilmiş şahidlərin və qardaşı X5 ona böhtan atması barədə verdiyi ifadələrinə münasibətdə qeyd edir ki, məhkəmədə şahid qismində dindirilmiş şəxslərin polis əməkdaşları olmaları, onların Təqsirləndirilən şəxs ilə ədavətlərinin və onun qardaşı X10 ilə yaxınlıqlarının olmaması müəyyən olundu. Bu səbəbdən də həmin şahidlərin Təqsirləndirilən şəxs böhtan atmasının ağlabatan olmaması, Təqsirləndirilən şəxs qardaşı X5 polis əməkdaşlarına bu və ya digər şəkildə təsir imkanının olmaması müəyyən olundu. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs bu iddialarını öz müdafiəsinə yönəlmiş, faktiki əsası olmayan ifadələr kimi qiymətləndirir. Məhkəmə bu hallarla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini anlaqlı vəziyyətdə qəsdən törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir və Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 338 (üç yüz otuz səkkiz) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, ekspertizasının keçirilməsinə sərf edilmiş 338 (üç yüz otuz səkkiz) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Binəqədi RPi-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin 01 ədəd şəffaf polietilen bükümdə 0,264 qram, 01 ədəd şəffaf sellofan bükümdə 0,419 qram və narkotik vasitə heroinin 01 ədəd sellofan bükümdə 10,786 qram olan qalıqlarının məhv edilməsini, telefon məlumatları yazılmış 01 ədəd CD diskin və 03 ədəd «DVD» disklərin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, hazırkı iş üzrə 13 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 14 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 07 fevral 2023-cü il tarixli tələbnamədən, Nizami Rayon Məhkəməsinin 13 iyul 2021-ci İl tarixli hökmündən və 16 iyul 2021 -ci il tarixli Qərarından, həmçinin, Binəqədi Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs son dəfə 13 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhrum etmə cəzasına məhkum edilmiş, 16 iyul 2021- ci il tarixdə cəzası 01 il 11 ay 28 günə endirilmiş, 27 dektabr 2021-ci il tarixdə “8 Noyabr- Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə cəzası 06 ay müddətinə azaldılmış və 17 avqust 2022-ci ildə bitmişdir. Azərbaycan Respublikası CM-nin 83.1 -ci maddəsində qeyd edilir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Beləliklə, Azərbaycan Respublikası CM-nin 83.3.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 noyabr 2022-ci il tarixdə yenidən qəsdən cinayət törədərkən məhkumluğu ödənilməmişdir. Bu səbəbdən də onun əməllərində Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsinə əsasən, cinayətlərin residivi mövcuddur. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində bir azyaşlı uşağının olmas müəyyən edildi. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi əməllərində cinayətlərin residivi olması müəyyən olundu. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 30 noyabr 2022-ci il tarixli 7229 nömrəli ,16 yanvar 2023-cü il tarixli 214 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRTİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə həmin ekspertiza rəylərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 13 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 338 (üç yüz otuz səkkiz) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Pro Bono” Vəkil Bürosunun vəkili X8 ödənilməsi üçün 480 ( dörd yüz səksən ) manat pul vəsaiti Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiə xərcindən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Binəqədi RPi-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin 01 ədəd şəffaf polietilen bükümdə 0,264 qram, 01 ədəd şəffaf sellofan bükümdə 0,419 qram və narkotik vasitə heroinin 01 ədəd sellofan bükümdə 10,786 qram olan qalıqları məhv edilsin, telefon məlumatları yazılmış 01 ədəd CD diski və 03 ədəd «DVD» diskləri cinayət işinin materiallarında saxlanılsınlar. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-300/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-300/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver