Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-300/2025 16.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşaqları olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silahı, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs qazanc əldə etmək niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı cinayət işinin materiallarında “İlqar Exi” kimi qeyd olunan şəxslə qanunsuz olaraq odlu silahın, qanunsuz olaraq külli miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxil olan heroinin və psixotrop maddələr siyahısına daxil olan metamfetaminin dövriyyəsi ilə məşğul olmaq üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, sonuncu ilə odlu silah, onun komplekt hissəsi, narkotik vasitə və psixotrop maddənin əldə olunması, Bakı şəhərinin müxtəlif yerlərində gizlədilməsinin təşkil olunması, pul müqabilində həmin şəxsin tapşırığı ilə odlu silahı, onun komplekt hissəsini, narkotik vasitəni və psixotrop maddəni gizlədilmiş yerdən əldə edib, müəyyən ünvanlara çatdırılması və ünvanın fotoşəklini ona göndərəcəyi barədə razılaşdıqdan sonra, 10 yanvar 2024-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı olan şəxsin “WhatsApp” tətbiqi vasitəsi ilə göndərdiyi Bakı şəhəri, Nərimanov rayonundakı gizlədilmiş ünvandan 01 ədəd sellofan bağlamada 01 ədəd, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı 9 mm kalibrli PM modelli, yivli odlu silah olan “Makarov” konstruksiyalı tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı daraq, külli miqdarda təmiz çəkisi 111,095 qram narkotik vasitə heroini və külli miqdarda təmiz çəkisi 41,082 qram psixotrop maddə metamfetamini qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz əldə edib, özündə saxlayaraq Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 11 ünvanına daşımaqla gəzdirmiş və daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin CAŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə, saat 17:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi, 11 ünvanının qarşısında olarkən saxlanılaraq, ünvan 5 ünvanında yerləşən Nərimanov RPİ-nin inzibati binasına gətirilmiş və polis İdarəsində üzərində şəxsi axtarış keçirilən zaman sağ əlində saxladığı sellofan bağlamadan qanunsuz olaraq əldə edib üstündə saxladığı 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı olan 9 mm kalibrli, PM modelli, yivli odlu silah olan “Makarov” konstruksiyalı tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq və külli miqdarda əldə edib üzərində saxladığı 01 ədəd sarı rəngli sellofan paketin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 111,095 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 41,082 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin faktiki halları:
1. “Əməliyyat qrupunun təşkil olunması barədə” xx.xx.2024-cü il tarixdə tərtib olunmuş protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov rayonu ərazisində qanunsuz olaraq odlu silahın daşınması, satışı və həmçinin narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 5).
2. “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli qərardan və həmin tarixli 3-/3-50/Ə7/2024 saylı əmrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə, Bakı şəhəri Nərimanov RPİ-nin CAŞ-nin əməliyyat müvəkkil polis baş leytenant Şahid1, CAŞ-nin kiçik inspektoru polis baş serjantı Şahid2 və Bakı şəhər Nərimanov RPİ-nin 18-ci PŞ-nin kiçik inspektoru polis serjantı Şahid3 ibarət əməliyyat-axtarış qrupu yaradılmışdır. (cild 1, iş vərəqi 3, 4).
3. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabından çıxarışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:50-də odlu silah daşınması və satışı, narkotik vasitə daşıması şübhəsi ilə saxlanılaraq Nərimanov RPİ-nin əməkdaşları Şahid1, Şahid3 və Şahid2 tərəfindən Pİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, oradan isə Təhqiqat Şöbəsinin təhqiqatçısı T.Məmmədova təhvil verilmişdir (cild 2, iş vərəqi 217-218).
4. Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürülmə aparılması barədə tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokol və ona əlavə olunmuş diskdən müəyyən olunur ki, dəvət olunmuş müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsilə ona hüquq və vəzifələri izah olunmuş və buna dair bildiriş təqdim edilmiş, bundan sonra, onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı 01 (bir) ədəd üzərində müxtəlif rənglər olan sellofan paketin işərisindən 01 (bir) ədəd qara rəngli sellofan paketə bükülmüş dəmir metaldan hazırlanmış tək lüləli, yivli, tutacaq hissəsi qəhvəyi rəngli üzərində ulduz işarəsi olan plastik materialdan hazırlanmış silahı və 01 (bir) ədəd metaldan hazırlanmış sandıqçanı və 01 (bir) ədəd sarı rəngli sellofan paketin içərisindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş ağ rəngli spesifik qoxuya malik kristal şəkilli maddəni və 01 (bir) ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli spesifik qoxuya malik maddəni təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs, bundan başqa, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd qara rəngli kənarları göy rəngdə olan “Xiaomi note 9 pro” markalı mobil telefon cihazını, əynində olan qara rəngli şalvarın sol yan cibindən isə 02 (iki) ədəd üzərində 5411-2498-0200-3439 və 5411-2498-0348-0297 rəqəmləri olan “LEO” bank kartı, 01 (bir) ədəd “Bakı kart”ı, 01 (bir) ədəd üzərində ********** rəqəmləri olan plastik kartı təqdim etmişdir. Sorğu zamanı Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, sağ əlində saxladığı 01 (bir) ədəd üzərində müxtəlif rənglər olan sellofan paketin işərisindən 01 (bir) ədəd qara rəngli sellofan paketə bükülmüş dəmir metaldan hazırlanmış tək lüləli, yivli, tutacaq hissəsi qəhvəyi rəngli üzərində ulduz işarəsi olan plastik materialdan hazırlanmış silahı və 01 (bir) ədəd metaldan hazırlanmış sandıqçanı və 01 (bir) ədəd sarı rəngli sellofan paketin içərisindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş ağ rəngli spesifik qoxuya malik kristal şəkilli maddəni və 01 (bir) ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli spesifik qoxuya malik maddəni 10 yanvar 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisindən əvvələr tanımadığı İran İslam Respublikasının vətəndaşının yönləndirməsi ilə götürmüş və onun dediyi yerə qoyacaqmış. Şəxsi axtarış və götürmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş, 01 (bir) ədəd üzərində müxtəlif rənglər olan sellofan paketin işərisindən 01 (bir) ədəd qara rəngli sellofan paketə bükülmüş dəmir metaldan hazırlanmış tək lüləli, yivli, tutacaq hissəsi qəhvəyi rəngli üzərində ulduz işarəsi olan plastik materialdan hazırlanmış silahı və 01 (bir) ədəd metaldan hazırlanmış sandıqçanı, 01 (bir) ədəd sarı rəngli sellofan paketin içərisindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş ağ rəngli spesifik qoxuya malik kristal şəkilli maddəni və 01 (bir) ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli spesifik qoxuya malik maddəni iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi götürülərək qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 saylı möhürü ilə möhürlənib götürülmüşdür (cild 1, iş vərəqi 30-31).
5. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin dindirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, dindirmə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə həyata keçirilmiş, Təqsirləndirilən şəxs göstərmişdir ki, əvvəl narkotik vasitə istifadəçisi olmuş, son bir ildən artıq narkotik vasitə istifadə etmir. 10 yanvar 2024-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri Nərimanov rayonunda olan zaman “İnstagram” sosial şəbəkəsində adını bilmədiyi İİR vətəndaşı ilə danışaraq sonuncunun dediyi ünvandan sellofan paket götürərək onun dediyi ünvana aparmağı istəmişdir. Qarşılığında isə ona narkotik vasitə verəcəyini demişdir. O bu təklifə razılaşdıqdan sonra həmin İİR vətəndaşı ünvanın fotoşəkilini göndərərək orada olan paketi götürüb onun dediyi ünvana aparmağını istədi. O da ona göndərilən ünvana gedib, fotoşəkil əsasında həmin paketi tapıb götürüb, piyada şəkildə oradan uzaqlaşmağa başladı, həmin tarixdə saat 17:30 radələrində ünvan 7 ünvanın yaxınlığında 2 nəfər polis əməkdaşı tərəfindən saxlanılmış, o onlara öz ad və soyadını demədiyi üçün onlar onu Nərimanov RPİ-nə aparmışlar. Orada vəkil ilə təmin olunmuş və vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, o İİR vətəndaşı bildirdiyi yerdən götürdüyü müxtəlif rəngli olan paketi təqdim etmiş, həmin paketin içindən bir ədəd qara sellofan paketə bükülmüş tapança silahı və bir ədəd boş sandıqça, bir ədəd sarı sellofan paketdə olan ağ rəngli spesifik qoxuya malik kristal hissəcikli maddə və bir ədəd şəffaf rəngli sellofan paketdə olan qəhvəyi rəngli spesifik qoxuya malik maddəni könüllü olaraq təqdim etmişdir. Həmçinin üzərində olan “Xiaomi Note 9 pro” markalı mobil telefonu və 04 ədəd bank kartlarınıda təqdim etmişdir. Silah, sandıqça və maddələr qablaşdırılaraq götürülmüş, buna dair protokolu imzalamışdır. Polis əməkdaşları tərəfindən o RPİ-yə gətirilərkən və RPİ-də olduğu müddətdə ona qarşı hər hansı bir qanunsuz hərəkətlər, eyni zamanda fiziki və ya psixoloji hərəkətlər olmamışdır (cild 1, iş vərəqi 63-65).
6. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/137 saylı rəyindən görünür ki, təqdiqata təqdim edilmiş, üzərində AR Dİ “Zərflər üçün” möhür əksi, “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs...” və s. Yazılat, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 111,095 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 01 ədəd bükümdə təmiz çəkisi 41,082 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qnunu ilə təsdiq edilmiş siyahılar üzrə heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı” na (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı” na (Siyahı İİ) daxildir (cild 1, iş vərəqi 48-52).
7. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 24/69 saylı ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahin hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissədir – darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır, döyüş sursatı hesab edilmir. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdan müəyyən olunur ki, “Güllə-Giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir (cild 1, iş vərəqi 42-47, cild 2, iş vərəqi 254).
8. Məhkəmədə elan edilib araşdırılmış “Təqsirləndirilən şəxs qismində dindirmə” haqqında xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs CM-nin 228.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihamda sonuncu özünü təqsirli bilərək şübhəli şəxs qismində verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, İİR vətəndaşının onun telefonuna “Whatsapp” proqramı vasitəsilə göndərdiyi ünvan və fotoşəkillər əsasında xx.xx.2024-cü tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu A.M.Cümə küçəsi 11 saylı binadan bir sellofan torba götürmüşdür ki, orada olan narkotik vasitəni və digər qanunsuz əşyaları İİR vətəndaşının bildirdiyi ünvanlara yerləşdirsin, bunun müqabilində isə ona sonuncu tərəfindən istifadəsi üçün narkotik vasitə veriləcəkdi. Sellofan torbanı götürüb binanın qarşısında hərəkət edən zaman yaxalanmış və polis idarəsinə gətirilməklə üzərinə və sellofan torbaya müdafiəçisinin iştirakı ilə baxış keçirilməklə odlu silah olan tapança, içində patron olmayan sandıqça, ağ rəngli spesifik qoxuya malik kristal hissəcikli maddə və qəhvəyi rəngli spesifik qoxuya malik maddəni könüllü olaraq təqdim etmiş, müvafiq protokolu imzalamışdır. Saxlanılan və polis idarəsinə gətirilən zaman ona qarşı fiziki zor və psixoloji təsir göstərilməmişdir (cildi 1, iş vərəqi 81-83).
9. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, qətimkan tədbiri seçən hakimə əməli barədə Təqsirləndirilən şəxs bildirmişdir ki, İran İslam Respublikasının vətəndaşı ilə sosial şəbəkədə tanış olmuş, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, paketi götürən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını və orada silah olmasını bilməmişdir (cildi 1, iş vərəqi 96-100). 10.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 dair xx.xx.2024-cü il tarixli 192 nömrəli rəyindən müəyyən olunur ki, narkoloji-tibbi yoxlamanı keçirən həkimlərə Təqsirləndirilən şəxs demişdir ki, narkotik vasitə olan marixuana və heroindən, psxiotrop maddə olan metamfetamindən istifadə edibdir. Rəyə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrə qarşı abstinensiya əlamətərli və patoloji meyl formalaşıb. Narkotik vasitənin qəbulundan fiziki və psixi aslılığı vardır. Obyektib müayinədən müəyyən edilir ki, qolları uzadılmış vəziyyətdə əl barmaqlarının titrəməsi müşahidə olunur. Əhval-ruhiyyəsi aşağıdır, öz psizi vəziyyətinə tənqidi münasibəti kifayət qədər deyildir. Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 115-116).
11. Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 5(005)-50/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Bakı şəhəri Nərimanov RPİ-nin CAŞ-ın rəis vəzifəsini müvəqqəti icra edən Sərxan Süleymanlı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarı qanunauyğun hesab edilmişdir. 12.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsdən alınmış ambulator məhkəmə-psixiatrik eksperizasının xx.xx.2024-cü il tarixli 57 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Anamnezində psixoaktiv maddələrdən sui-istifadə müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Ona ittiham olunan əməl barədə ekspertin sualına Təqsirləndirilən şəxs bildirmişdir ki, istintaqa verdiyi ifadəsini təsdiq edir, hal-hazırda törətdiyi əməl ilə əlaqədar peşman olduğunu söyləmişdir (cild 1, iş vərəqi 140- 142). 13.Məhkəmədə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin CAŞ-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin odlu silahın daşınması ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı idarədə tədbirin keçirilməsinə dair qərar və əməliyyat qrupunun yaradılmasına dair əmr tərtib edilmişdir. Əməliyyat qrupuna rəhbərliyi o etmiş, Nərimanov RPİ-nin CAŞ-nın kiçik inspektoru, polis baş setrjantı Şahid2 və Nərimanov RPİ-nin 18-ci PŞ-nin kiçik inspektoru, polis serjantı Şahid3 isə qrupun üzvüləri təyin edilmişlər. Elə həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində onlar hamısı birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi, 11 ünvanın yaxınlığında əməliyyat tədbiri keçirərək Təqsirləndirilən şəxs əlində tutduğu sellofan torba ilə birlikdə saxlayaraq onu Nərimanov RPİ-nə gətirərək təhqiqatçıya təhvil vermişlər. Bakı şəhəri Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Toğrul Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üçün müdafiəçi dəvət edilmiş, bundan sonra Nərimanov RPİ-nin CAŞ-nın kiçik inspektoru, polis baş setrjantı Şahid2 və Nərimanov RPİnin 18-ci PŞ-nin kiçik inspektoru, polis serjantı Şahid3 və vəkilin iştirakları ilə Nərimanov RPİ-nin KTQ-nin insektor-kriminalisti, polis kapitanı Fuad Süleymanov tərəfindən “Panasonic” markalı kamera vasitəsi ilə videoçəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmədən əvvəl təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində olan əşyaları təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı bir ədəd üzərində müxtəlif rənglər olan sellofan paketin işərisindən bir ədəd qara rəngli sellofan paketə bükülmüş dəmir metaldan hazırlanmış tək lüləli, yivli, tutacaq hissəsi qəhvəyi rəngli üzərində ulduz işarəsi olan plastik materialdan hazırlanmış «Makarov» tipli silahı və bir ədəd metaldan hazırlanmış sandıqçanı və bir ədəd sarı rəngli sellofan paketin içərisindən bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli spesifik qoxuya malik kristal şəkilli maddəni və bir ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli spesifik qoxuya malik maddəni təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs, bundan başqa, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd qara rəngli kənarları göy rəngdə olan “Xiaomi note 9 pro” markalı mobil telefon cihazını, əynində olan qara rəngli şalvarın sol yan cibindən isə iki ədəd üzərində 5411-2498-0200-3439 və 5411-2498-0348-0297 rəqəmləri olan “LEO” bank kartı, bir ədəd “Bakı kart”ı, bir ədəd üzərində ********** rəqəmləri olan plastik kartı təqdim etmişdir. Sorğu zamanı Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, sağ əlində saxladığı bir ədəd üzərində müxtəlif rənglər olan sellofan paketin işərisindən bir ədəd qara rəngli sellofan paketə bükülmüş dəmir metaldan hazırlanmış tək lüləli, yivli, tutacaq hissəsi qəhvəyi rəngli üzərində ulduz işarəsi olan plastik materialdan hazırlanmış silahı və bir ədəd metaldan hazırlanmış sandıqçanı və bir ədəd sarı rəngli sellofan paketin içərisindən bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli spesifik qoxuya malik kristal şəkilli maddəni və bir ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli spesifik qoxuya malik maddəni 10 yanvar 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisindən əvvələr tanımadığı İran İslam Respublikasının vətəndaşının yönləndirməsi ilə götürmüş və onun dediyi yerə qoyacaqmış. Həmin əşyalar Təqsirləndirilən şəxs götürülərək qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün 44” nömrəli möhürlə möhürlənmişdir. Şəxsi axtarış və götürmə başa çatdıqdan sonra iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olamadan imzalanmışdır. Ona qarşı heç bir fiziki zor, təzyiq göstərilməmişdir. Özü haqqında Ceyhun bildirmişdir ki, o, narkomaniyadan müalicə olunmuş, reabilitasiyadan təzə çıxmışdır. Təhqiqatçıdan əvvəl Təqsirləndirilən şəxs üzərinə və əlində tutduğu sellofan sumkaya baxış keçirilməmiş, o və digər əməliyyatçılar həmin sumkada nə olduğunu bilməmişlər. 14.Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin kiçik inspektoru, polis serjantı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanıyır. Belə ki, həmkarı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və odlu silah gəzdirməklə Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi, 11 ünvanın yaxınlığında olacaqdır. O və həmkarları Şahid1 və Şahid2 həmin tarixdə saat 17:30 radələrində həmin ərazidə əlində sellofan torba ilə hərəkət edən Təqsirləndirilən şəxs saxlayaraq idarəyə gətirmişlər. İdarədə təhqiqatçı müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, baxışdan əvvəl ona təklif etğmişdir ki, üzərində olan əşyaları təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı bir ədəd üzərində müxtəlif rənglər olan sellofan paketin işərisindən bir ədəd qara rəngli sellofan paketə bükülmüş dəmir metaldan hazırlanmış tək lüləli, yivli, tutacaq hissəsi qəhvəyi rəngli üzərində ulduz işarəsi olan plastik materialdan hazırlanmış «Makarov» tipli silahı və bir ədəd metaldan hazırlanmış sandıqçanı və bir ədəd sarı rəngli sellofan paketin içərisindən bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli spesifik qoxuya malik kristal şəkilli maddəni və bir ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli spesifik qoxuya malik maddəni təqdim etmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə və «Makarov» tipli tapançanı sosial şəbəkələrdən tanıdığı iranlının bildirdiyi məkandan götürmüşdür ki, sonra həmin əşyaları iranlının dediyi yerlərə qoysun. Şəxsi axtarış və götürmə başa çatdıqdan sonra iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olamadan imzalanmışdır. Ona qarşı heç bir fiziki zor, təzyiq göstərilməmişdir. 15.Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin CAŞ-nın kiçik inspektoru, polis baş serjantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri zamanı tanımış, ona kimi onu tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, xx.xx.2024-cü il tarixdə idarəyə daxil olmuş əməliyyat məlumatından müəyyən olunmuşdur ki, Pirallahı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində qanunsuz olaraq odlu silahın daşınması, satışı, həmçinin narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Bu məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş, əməliyyat qrupuna o və həmkarları Şahid1 və Şahid3 daxil olmuşlar. Elə həmin tarixdə saat 17.30 radələrində əməliyyat qrupu məlumatda göstərilmiş Təqsirləndirilən şəxs olacağı ünvana, yəni Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsinə getmiş, həmin ərazini nəzarətə götürərək həmin küçənin 11 saylı binanın qarşısı ilə əlində sellofan paketlə hərəkət edən Təqsirləndirilən şəxs zahiri əlamələrinə görə tanıyaraq ona yaxınlaşıb özlərini təqdim edib onun odlu silah və narkotik vasitələrinin dövriyyəsi ilə məşğul olmasında şübhəli olmasını bildirib onu idarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onlarla birlikdə idarəyə gəlmiş və orada idarənin təhqiqatçısı tərəfindən ona müdafiəçi dəvət edilməklə əlində olan sellofana və üzərinə baxış keçirilmişdir. Baxış videoçəkilişlə aparılmışdır. Təhqiqatçının təklifinə əsasqən Təqsirləndirilən şəxs əlində saxladığı sellofan paketin içərisindən başqa bir sellofan paketə bükülmüş PM markalı tapançanı darağı ilə birlikdə çıxarıb masanın üzərinə qoymuş, həmçinin digər sellofana bükülmüş 2 ədəd sellofanda olan birində metamfetaminə, digərində isə heroinə oxşar maddələri təqdim etmişdir. Xatırladığı qədər Təqsirləndirilən şəxs həmçinin özünə məxsus telefonu da könüllü olaraq təqdim etmişdir. Həmin telefon baxış zamanı açılmamış və oradakı məlumatlardan məlumatı yoxdur. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki, həmin paketi İİRsı vətəndaşının onun telefonuna göndərdiyi ünvandan götürmüş və paketdə olan əşyaları iranlının bildirdiyi yerlərə qoymalı idi. Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun deyildir. Ondan aşkar edilib götürülmüş sellofan paketi polis idarəsində və yaxud ondan əvvəl ona heç kəs verməmiş, Təqsirləndirilən şəxs saxlanılan zaman həmin paket onun əlində olmuşdur. 16.Maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9mm kalibrli Makarov konstruksiyalı PM modelli yivli odlu silah olan, texniki cəhətdən sax və atəş üçün yararlı, hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməyən tapança, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, döyüş sursatı hesab edilməyən 08 ədəd 9x18 mm kalibrli partonlar yerləşdirmək üçün nəzərdə tutulmuş zavod üsuli ilə istehsal olunmuş 01 ədəd daraq, bundan başqa, 01 ədəd bükümdə təmiz çəkisi 111,095 qram, tədqiqata 0,2 qram sərf edildikdən sonra qalıq qalmış 110,895 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 01 ədəd bükümdə təmiz çəkisi 41,082 qram, tədqiqata 0,1 qram sərf edildikdən sonra qalıq qalmış 40,982 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 165-167). 17.CD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixdə tərtib olunmuş protokoldan və həmin diskə məhkəmə iclasında baxış protokolundan müəyyən olunur ki, qeyd olunan istintaq hərəkəti müdafiəçisi X5 iştirakı ilə həyata keçirilmişdir. CD diskdə olan videogörüntüdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs könüllü olaraq sağ əlində saxladığı 01 (bir) ədəd üzərində müxtəlif rənglər olan sellofan paketi, 01 (bir) ədəd sarı rəngli sellofan paketi və 01 (bir) ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoymaqla könüllü olaraq təqdim edir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı təqdim etdiyi 01 (bir) ədəd üzərində müxtəlif rənglər olan sellofan paketin içərisindən 01 (bir) ədəd qara rəngli sellofan paketə bükülmüş dəmir metaldan hazırlanmış tək lüləli, yivli tutacaq hissəsi qəhvəyi üzərində ulduz işarəsi olan rəngli plastik materialdan hazırlanmış silah, 01 (ədəd) metaldan hazırlanmış sandıqça, 01 (bir) ədəd bükümdə qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd bükümün içərisindən ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olduğunu, 10 yanvar 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisindən İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı, lakin başqa anket məlumatlarını bilmədiyi şəxsin yönləndirməsi ilə əldə etdiyini, həmin şəxsin ona bükümlərin qoyulan yerin ünvanının şəklini atmasını, onun da həmin ünvana gedərək həmin bükümləri yerdən götürməyini, daha sonra başqa ünvanlanlara bu bükümləri yerləşdirməcəyini və daha sonra isə başqa ünvanlara yerləşdirdikdən sonra həmin bükümlərin şəklini çəkərək həmin İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı şəxsə göndərməcəyini, daha sonra buradan hansı şəxslərin gəlib həmin maddələri götürməsindən xəbərsiz olmağını, İran İslam Respublikasının vətəndaşı olan şəxsin bu iş qarşılığında ona narkotik vasitə verəcəyini, özünün bu maddələri kiməsə satmaq, hədiyyə və ya pay qismində vermək kimi bir niyyətinin olmadığını bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 (bir) ədəd qara rəngli sellofan paketə bükülmüş dəmir metaldan hazırlanmış tək lüləli, yivli tutacaq hissəsi qəhvəyi üzərində ulduz işarəsi olan rəngli plastik materialdan hazırlanmış silah, 01 (ədəd) metaldan hazırlanmış sandıqça, 01 (bir) ədəd bükümdə qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd bükümün içərisindən ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalandı və götürülmüşdür. Bu barədə protokol tərtib edilir, tərtib edilmiş protokolun doğruluğu imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqi 182-183). 18.Məhkəmədə "xxxx" MMC-dən alınmış 01 ədəd CD diskdə olan məlumatlara baxış keçirilmiş, həmin məlumatlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə dair məlumatlar xx.xx.2024-cü il tarixi ilə məhdudlaşdırılmış, xx.xx.2024-cü ilə bu telefona adi məlumatlar mövcud deyildir (cildi 1, iş vərəqi 151-152). 19.Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommuniksaiya İdarəsindən alınmış CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi xx.xx.2024-cü il tarixdə gün ərzində aşağıdakı kimi olmuşdur: Həmin nömrənin anten dairəsi saat 00:24-dən saat 15:43-dək Abşeron rayonu, Mehdiabad qəsəbəsini; Saat 15:44-dən saat 16:14-dək Abşeron rayonu Novxanı və Masazır kəndlərini; Saat 16:15-dən saat 16:17-dək Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsini; Saat 16:20-də Bakı şəhəri Binəqədi rayonu, S.Axundov 6 ünvanını; Saat 16:23-dən saat 16:27-dək Azərbaycan prospekti, 8 Azadlıq metrosu ünvanını; Saat 16:27-dən saat 16:29-dək 203 Svetlana Məmmədova ünvanını; Saat 16:33-də Tiblisi prospekti ünvanını; Saat 16:35-dən saat 16:41-dək Bakı şəhəri Yasamal rayonu, X15, Hüseyn Cavid və Aşurlu küçələrini; Saat 16:48-dən saat 16:50-dək Nərimanov rayonu, Atatürk prospekti, F.X.Xoyski küçəsini; Saat 16:50-dən saat 16:53-dək Nərimanov rayon, Təbriz küçəsini; Saat 16:54-dən saat 19:40-dək Bakı şəhəri, Nərimanov rayonunu göstərir. Bu məlumatdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 00:24-dən saat 15:43-dək Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində olmuş, bundan sonra onun hərəkət traektoriyası Binəqədi, Nəsimi, Yasamal və Nərimanov rayon ərazilərindən ibarət olmuşdur (cildi 1, iş vərəqi 153-154). 20.Mobil telefonda olan fotoşəkillərə baxış keçirilməsi haqqında tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus “Xiaomi Note 9 Pro” markalı mobil telefonda olan fotoşəkillərə baxış keçirilmiş, baxış zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs və onun yaxın qohumları tərəfindən müqavilə bağlanılmış müdafiəçisi X8 iştirak etmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin silahı, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonunda olan zaman “İnstagram” sosial şəbəkəsində adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə danışmış, sonuncu, onun dediyi ünvandan sellofan paketi götürərək dediyi ünvana aparmağı ondan istəmiş, qarşılığında isə ona narkotik vasitə verəcəyini demiş, onun bu təklifi ilə razılaşmış, bundan sonra adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ona fotoşəkil və ünvan göndərmiş, bundan sonra ona göndərilən ünvana gedib, fotoşəkil əsasında həmin paketi axarıb tapmış, paketi tapdıqdan sonra götürüb, oradan piyada şəkildə uzaqlaşmağa başlamışdır. “Xiaomi Note 9 Pro” markalı mobil telefonda olan fotoşəkillərə baxış keçirilən zaman müəyyən edilir ki, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi İran İslam Respublikasının vətəndaşının ona fotoşəkil vasitəsi ilə göndərdiyi ünvan Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi 53 saylı ünvanıdır. Fotoşəkildən görünür ki, həmin ünvanda köhnə yaşayış binası yerləşir. Fotoşəkildən müəyyən olunur ki, həmin binanın girişi ilə üzbəüz qalanda qapının sol tərəfinin yuxarı küncündən sağ tərəfinin aşağı küncü istiqamətində yaşıl rəngli ox işarəsi vardır. Fotoşəkildən görünür ki, bu yardımçı sahənin, daxil olan sağ tərəfdə divarın dibində divara söykədilmiş vəziyyətdə süpürgə vardır. Həmin süpürgədən sonra təxminən 10-15 sm məsafədə üzərində müxtəlif rənglər olan bükülünün olduğu, həmin bükülü yaşıl rəngli dairə ilə işarələnmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs bildirdki ki, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşının ona dediyi həmin bükülünü həmin ünvandan götürüb oradan uzaqlaşmışdır (cild 1, iş vərəqi 188-189). 21.İfadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixdə tərtib edilmiş protokoldan müəyyən olunur ki, müdafiəçisi X5 iştirakı ilə Təqsirləndirilən şəxs təklif olundu ki, istintaq gedişində ifadəsində dediklərini yerində göstərsin. O bildirdi ki, törədilməsində ittiham edildiyi cinayətin mahiyyəti ona izah olundu va aydındır. Ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. Əvvəl narkotik vasitə istifadəçisi olsa da, təxminən 1 ildən artıqdır ki, narkotik vasitədən istifadə etmir. 10 yanvar 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonunda olan zaman "İnstagram" sosial şəbəkəsində adını bilmədiyi İran İslam Respublikasının vətəndaşə ilə danışmışdır. Danışıq zamanı, o, ona onun dediyi ünvandan sellofan paket götürərək onun dediyi ünvana aparmağı istəmişdir. Qarşılığında isə ona narkotik vasitə verəcəyin demişdir. Onun bu təklifi ilə razılaşmışdır. Bundan sonra adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ona fotoşəkil və ünvan göndərərək, orada olan paketi götürüb onun dediyi ünvana aparmağını istəmişdir. Bundan sonra ona göndərilən ünvana gedib, fotoşəkil əsasında həmin paketi axtarmışdır. Paketi tapdıqdan sonra götürüb, piyada şəkildə oradan uzaqlaşmağa başlamışdır. 10 yanvar 2024-cü il tarixdə saat 17:30 radələrində ünvan 12 ünvanının yaxinlığında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, Nərimanov RPİ-nin polis əməkdaşları olduqlarını bildirərək ondan adını, soyadını, harada yaşadığını soruşmuşlar. Onlara öz adını və soyadını demək istəməmişdir. Onlar da ondan narkotik vasitə gəzdirməyindən şübhələndiklərini bildirib, onlarla Nərimanov RPİ-nə getməyini xahiş etmişlər. Onlarla birlikdə Nərimanov RPİ-nə getmişdir. Polis əməkdaşları tərəfindən Nərimanov RPİ-nə gətirilərkən, eyni zamanda fiziki və ya psixoloji hərəkətlər olmamışdır. Üzərində aşkar olunmuş metamfetamini və narkotik vasitə olan heroini 10 yanvar 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisindən əvvəllər tanımadığı İran İslam Respublikasının vətəndaşının yönləndirməsi ilə götürnüş və onun dediyi yerə qoyacaqdı (cild 1, iş vərəqi 186-187). 22.Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan müəyyən olunur ki, həmin tarixdə müdafiəçisi X5 iştirakı ilə verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, əvvəl narkotik vasitə istifadəçisi olmuş, bir ildən artıqdır ki, narkotik vasitədən istifadə etmir, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur, xx.xx.2024-cü il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitəni öz istifadəsi üçün götürüb üzərində saxlamaq niyyəti olmuşdur. O, İİR vətəndaşı ilə yazışmalar apardığı zaman 5 qram narkotik vasitəni gedib götürəcəyi barədə razılaşmışdır, həmin sellofan paketdə odlu silah olduğunu ümumiyyətlə bilməmişdir. O, İİR vətəndaşı yönəltdiyi yerə gedib həmin sellofana baxdığı zaman orda istədiyi narkotik vasitədən çox miqdar olduğunu və əlavə odlu silahın olduğunu aşkar etdi və oradan dərhal uzaqlaşdı. Bu ifadəsilə əvvəlki ifadələri arasında olan ziddiyyəti əvvəlki ifadəni təzyiq altında verməsi ilə əlaqələndirir (cildi 1, iş vərəqi 198-200). 23.Məhkəmədə elan edilib araşdırılımış Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin xx.xx.2024-cü il tarixli 951-C-24 nömrəli materialı üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə müdafiəçisi X5 müraciəti əsasında Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs və polis əməkdaşlarının izahatları alınmış, Təqsirləndirilən şəxs barəsində keçirilərək rəy alınmış, digər sənədlərin, o cümlədən təqsirləndirilən şəxs istintaq təcridxanasında olan tibbi kartının surətləri tələb edilərək materiallara əlavə edilmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə aparılmış, orada tanımadığı polis əməkdaşları tərəfindən döyülərək qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını, habelə odlu silah gəzdirməsini etiraf etməsi tələb edilmiş, məcbur olub etiraf edici izahat vermiş və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmişdir. Öz növbəsində Bakı şəhəri Nərimanov RPİ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 izahatlarında xx.xx.2024-cü il tarixdə əməliyyat tədbiri keçirdikləri zaman saxlayıb polis idarəsinə gətirdiklər Təqsirləndirilən şəxs qarşı fiziki zor tətbiq etmədiklərini bildirmişlər. Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyinin xx.xx.2024-cü il tarixli, 650 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar olunmamışdır. Təqsirləndirilən şəxs adına olan məhkumun tibbi kartasında xx.xx.2024-cü il tarixə uyğun xəsarətlə bağlı hər hansı bir qeydiyyat olmamışdır. Toplanmış materiallarla, Təqsirləndirilən şəxs müraciətində göstərdiyi xüsusatlarla əlaqədar Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma nəticəsində Nərimanov rayon polis idarəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması müəyyən edilmədiyi üçün toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi, yəni cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
24. Məhkəmə baxışı zamanı yaxın qohumları tərəfindən müqavilə bağladıqları Müdafiəçi2 iştirakı ilə verdiyi 09 iyul 2024-cü il tarixli ifadəsində özünü elan olnmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, narkotik vasitə aludəçisidir, narkomaniyadan Tiblisi şəhərində olan mərkəzdə müalicə olmuş, xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə gəlmiş, xx.xx.2024-cü il tarixdə isə tutulmuşdur. Belə ki, o tanıdığı İİR-sı vətəndaşı ilə Vatçap vasitəsi ilə 5 qram narkotik vasitə sifariş vermiş, pulu olmadığı üçün iranlı həmin narkotik ona nisyə verməyə razılaşmışdır. Bundan sonra həmin İİR vətəndaşı ona fotoşəkil və ünvan göndərərək, orada olan paketi götürüb onun dediyi ünvana aparmağı demişdir. O,ona göndərilən ünvana binanın blokuna gedib, fotoşəkil əsasında həmin paketi tapdıqdan sonra götürüb blokdan çıxan zaman bir nəfər şəxs onun qoluna girmiş, həmin vaxt 10-a yaxın polis əməkdaşı onu əhatəyə alaraq saxlayıb Bakı şəhəri Nərimanov RPİnə apardılar. Orada ona təzyiq edilərək üzərinə tapança və paketdə sifariş etmədiyi heroinlə metamfetamin qoydular.
25. Təqsirləndirilən şəxs məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında ifadəsini dəyişərək bu iclasda göstərmişdir ki, o hər zaman demişdir ki, narkotik vasitənin götürməyə həqiqətən getmiş, həmin bloka da girmişdir. Belə ki, İranlının deməsinə görə həmin blokda zibil qutusu var, qutunun içərisində siqaret qutusu var, qutunun içində 2 büküm olmaqla birində 5 qram marixuana, digərində isə 7 qram heroin vardır. Polis idarəsində mənə təqdim olunan sellofan paketi orada görmüş, lakin buna əhəmiyyət verməmişdir. O 5 qram narkotikin dalınca getdiyindən siqaret qutularına baxmış, lakin həmin ünvanda zibil qutusu olmamışdır. O, siqaret qutusunu tapa bilmədiyi üçün çölə çıxmış, həmin vaxt iranlı ona zəng etmiş, iranlı onunla söyüşlə danışdığı üçün o da onu söymüşdür. O artıq qarajın yanına gələndə onu tutdular. 26.Götürülmüş əşyalara baxış keçirilməsi və geri qaytarılması barədə tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı götürülmüş 01 ədəd qara rəngli “Xiaomi Note 9 Pro” markalı mobil telefon və özünə məxsus 01018-85033-9 saylı “Bakı Kart” a baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hala rast gəlinmədiyindən qardaşı X3 geri qaytarılmışdır (cild 1, iş vərəqi 194-196). 27.Cinayət işi üzrə sübutların qiymətləndirməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd nömrəsi silinmiş Makarov konstruksiyalı PM modelli yivli odlu silah, 01 ədəd 9x18 mm kalibrli patronlar üçün daraq, bundan başqa, tədqiqatdan sonra qalıq qalmış 110,895 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, tədqiqatdan sonra qalıq qalmış 40,982 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş, xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokola əlavə edilmiş 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınsın və cinayət işinin istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs odlu silahı və külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etdiyi şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olan şəxsin müəyyən edilməsi məqsədilə icraatımda olan Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmış və həmin cinayət işi ayrıca icraata qəbul edilmişdir (cild 2, iş vərəqi 51-70). 28.Cinayət işinin materiallarından ayrıca cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 228.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqi 231-232).
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini sübut edən hallar:
Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin istifadəçisidir (özünün verdiyi ifadələri və məhkəmə narkoloji müayinə rəyinə əsasən). Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov rayonu ərazisində qanunsuz olaraq odlu silahın daşınması, satışı və həmçinin narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı (Bakı şəhər Nərimanov RPİ-nin xx.xx.2024-cü il tarixli raportu). Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə olduğu ünvan 13 ünvanda “İlqar Exi” kimi müəyyən edilmiş şəxsin yönəldilməsilə götürdüyü və içərisində 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı olan 9 mm kalibrli, PM modelli, yivli odlu silah olan “Makarov” konstruksiyalı tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq və külli miqdarda əldə edib üzərində saxladığı 01 ədəd sarı rəngli sellofan paketin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 111,095 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 41,082 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan sellofan paketi götürməsi faktını təsdiq edən: “üzərinə baxış və götürmə” haqqında xx.xx.2024-cü il tarixli protokol, bu istintaq hərəkətini özündə əks etdirən CD diskə məhkəmə iclasında baxış keçirilməsi; təqsirləndirilən şəxsin istifadəsində olan mobil telefon nömrəsinin xx.xx.2024-cü il tarixə dair anten dairəsilə müəyyən edilmiş hərəkət trayektoriyası (Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommuniksaiya İdarəsi tərəfindən təqdim edilən CD diskə baxış); müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində verdiyi ifadə; mobil telefonda olan fotoşəkillərə müqavilə üzrə müdafiəçisinin iştirakı ilə baxış keçirilməsi haqqında tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokol; müqavilə üzrə müdafiəçisinin iştirakı ilə ifadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixdə tərtib edilmiş protokol; barəsində həbs qətimkan tədbirir seçilməsi məsələsinə baxılarkən hakimə etdiyi etirafedici izahat; barəsində keçirilən məhkəmə-psixiatrik ekspertizası zamanı ekspertə cinayət əməlini törətdiyinə görə peşman olmasını bildirməsi; barəsində keçirilmiş məhkəmə-narkoloji müayinə zamanı həkim-narkoloqlara marixuana, heroin və psixotrop maddə olan metamfetamindən istifadə etdiyini bildirməsi; ibtidai istintaq zamanı şübhəli şəxs qismində; təqsirləndirilən şəxs qismində iki ayrı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri; məhkəmə baxışı zamanı digər müdafiəçinin iştirakı ilə əvvəl verdiyi ifadələri dəyişdirməklə verdiyi ifadələr (həmin ifadələrin biri digərinə uyğun olmadığı); şahidlərin məhkəmədə verdiyi ifadələr və cinayət işinin digər materialları. Müdafiəçisi Müdafiəçi2 tərəfindən məhkəməyə təqdim edilmiş “Whatsapp” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs və İran İslam Respublikası vətəndaşına məxsus səs yazılarını və sms mətnlərini əks etdirən 01 ədəd yaddaş qurğusu məhkəmə baxışı zamanı tədqiq edilərək müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin “İlqar Exi” adlı İran İslam Respublikasının vətəndaşının göndərdiyi koordinatlar əsasında qeyd olunan əraziyə getdiyi, götürdüyü və “İlqar Exi” adlı şəxsin “ay qaqa 60 qram patıdı, 150 qramda otdur, bir dənədə dəmirdi, o 20 qramın zadın özüvə götürərsən, bir yer deyirəm dəmiri apar əvvəl bir var qoy ora, otnan daşıda deyəcəm hayana qoyassan” tipli mesaj göndərdiyi aşkar edilmişdir. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən cinayətin başqa şəxslə əlbir olmaqla törədilməsinə dair ittihamı, yəni sonuncunun Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsilə ittiham edilməsi əsaslıdır. Belə ki, təqsirləndirilən şəxs və onun müdafiəçisi xx.xx.2024-cü il tarixdə saat 17:13-də “götürdüm” sözünü “Whatsapp” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs deyildə polis əməkdaşlarının yazmasına dair izahları vardır. Görüntüdən müəyyən olunur ki, Ceyhunun “götürdüm” mesajını yazmasından sonra, yəni saat 17:17-də “İlqar Exi” adlı şəxsin ünvanladığı səsli mesajda “yaxşı qardaş, canım qurban indi sənə bir yer deyəcəm aparıb qoyarsan ora, yaxşı?”, saat 17:23-də ünvanladığı səsli mesajda “ay qaqa 60 qram patıdı, 150 qramda otdur, bir dənədə dəmirdi, o 20 qramın zadın özüvə götürərsən, bir yer deyirəm dəmiri apar əvvəl bir var qoy ora, otnan daşıda deyəcəm hayana qoyassan”, saat 18:17-də isə nəzərə alsaq ki, Təqsirləndirilən şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirildiyi vaxtdan sonra “İlqar Exi” adlı şəxs səsli mesaj göndərərək “ə qaqa temanı götürübsən cavab verdə dillən görək, o dəmiri tez bi yer var apar qoy ora gəl, vaxtıdı” demişdir. Məhkəmə hesab edir ki, “İlqar Exi” adlı Təqsirləndirilən şəxs həmsöhbət olduğu şəxs onun hələ polis əməkdaşları tərəfindən tutulduğunu və idarəyə aparıldığını bilmir, qabaqcadan əldə edilmiş razılıqlarına əsasən səsli mesajlar göndərməyə, hətta qeyd olunan əşyaları götürdüyü halda hara qoyacağına dair söhbətlər edir. Burada “götürdüm” mesajının təqsirləndirilən şəxs və ya polis əməkdaşları tərəfindən yazılması cinayət işinin tam, hərtərəfli və obyektiv araşdırılması üçün zəruri məlumat deyildir, əsas olan isə “götürdüm” mesajının yazılmasından sonra “İlqar Exi” adlı şəxsin Təqsirləndirilən şəxs əldə edilmiş razılığa əsasən qanuni dövriyyəsi qadağan edilmiş əşyaların hansı əraziyə qoyulmasına, özünə nə qədər götürməsinə dair səsli mesajlarıdır, “İlqar Exi” Ceyhunun polis əməkdaşları tərəfindən tutulduğunu bilmir, “götürdüm” mesajını Ceyhunun yazdığını düşünür (mesajın polis əməkdaşları tərəfindən yazılması heç bir əhəmiyyə kəsb etmir bu istiqamətdə aparılan araşdırma zamanı) və qabaqcadan əlbir olduqları üçün sonrakı mərhələdə həyata keçirmək niyyətində olduğu prosesləri Ceyhuna bildirir. Narktoik vasitələrin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, bükümlərdə və bağlamada olması, üzərindən aşkar edilmiş mobil telefonda olan fotoşəkillər həmin vasitələr ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən cinayətin onda aşkaredilərək götürülmü qanuni dövriyyəsi qadağan edilmiş əşyaya münasibəydə külli miqdarda törədilməsinə dair ittihamı, yəni sonuncunun Azərbaycan Respublikası CM-nin 234.4.3-ci maddəsilə ittiham edilməsi əsaslıdır. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. Belə ki, ittiham ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkəti və əlavə edilmiş CD disk, ekspertiza rəyi, Təqsirləndirilən şəxs müdafiəçsinin təqdim etdiyi yaddaş qurğusunda olanda “Whatsapp” mobil tətbiqi vasitəsilə təqsirləndirilən şəxs və “İlqar Exi” adlı şəxsin arasında aparılan danışıqlarla öz təsdiqni tapmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Rəsul oğlu həmin vidogörüntülər tətdiq edilən zaman izah vermişdir ki, “o həmin ünvana 5 qram üçün getmiş, orada həmin 5 qramın siqaret qutusunun içində olmasını ehtimal etdiyindən siqaret qutuları axtarmışdır, tapança və paketdə olan qanunsuz əşayalar onun üzərində qoyulmuşdur”. Məhkəmə Təqsirləndirilən şəxs həmin ünvana 5 qram üçün getdiyinə dair ifadəsini, orada siqaret qutusu axtardığını və əşyaların polis əməkdaşları tərəfindən qoyulmasını, xx.xx.2024-cü il tarixli “mobil telefonda olan fotoşəkillərə baxış keçirilməsi haqqında” protokol ilə təkzib edir, belə ki, protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən olunmuşdur ki, İran İslam Respublikasının vətəndaşının göndərdiyi şəkillərdə konkret olaraq Ceyhunun hansı ünvana getməsi və hansı blokdan götürülməsi lazım olan sellefon paket bilinəcək həddə yaşıl rəngli oxla olduğu yer göstərilmiş və yekunda həmin sellofan paket tam yaşıl dairəyə alınaraq, götürülməsi lazım olan əşyanın həmin sellofan paket olduğu qeyd olunmuşdur. Həmin şəkillərdə zibil qabı və qabda olan siqaret qutusunun fotoşəkilləri mövcud deyildir. Belə olan halda Təqsirləndirilən şəxs verdiyi ifadələri işin hallarına uyğun olmamaqla həqiqəti əks etdirmədiyi üçün mötəbər hesab edilə bilməz, çünki İran İslam Respublikası vətəndaşı kimi təqsirləndirilən şəxs tərəfindən təqdim edilən şəxsin ona götürülməsi lazım olan sellofan paketin konkret yaşıl oxla işarəyə alınaraq ona göndərilməsi və Ceyhunun “5 qram üçün ora getməsi” ifadəsi bir-birinə zidd olmaqla, Ceyhunun konkret olaraq ora hansı niyyətlə getməsini İran İslam Respublikasının vətəndaşı kimi təqdim edilən şəxsin göndərdiyi şəkillər əks etdirir. 15 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs vəsatət verərək bildirmişdir ki, o, 10 yanvar 2024-cü il tarixdə saat 17.15-də Bakı şəhəri, Nərimanov rayonu X16 küçəsi, 11 ünvanının qarşısında olarkən Bakı şəhəri, Nərimanov RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin gün saat 17.30-da Bakı şəhəri Nərimanov RPİ-nin inzibati binasına gətirilmişdir. Həmin tarixin dəqiqləşdirilməsilə bağlı təqsirləndirilən şəxs MSY-nə yerləşdirilmə tarix və saatın dəqiqləşdirilməsi məqsədilə “İdarəyə gətirilən şəxslərin qeydiyyat kitabı”n xx.xx.2024-cü ilə dair çıxarışın tələb olunmasını məhkəmədən xahiş etmişdir. Vəsatətlə əlaqədar Bakı şəhəri Nərimanov RPİ-nə sorğu verilmiş və surəti Bakı Ağır Cinayətlər məhkəməsinə təqdim edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabından müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov RPİ-nə 10 yanvar 2024-cü il tarixdə saat 17:50-də “Odlu silah daşıması, saxlaması və narkotik vasitə daşıması” xüsusatları qeyd edilərək gətirilmiş və qeydiyyatda alınmışdır. Nərimanov RPİ-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Rəsul oğlu, həmin tarixdə saat 17:30 radələrində Bakı şəhəri Nərimanov rayonu, X16 küçəsi 11 ünvanın yanında saxlanlaraq idarəyə gətirilmiş növbətçi hissəyə təhvil verilmişdir. “Tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan isə Təqsirləndirilən şəxs Rəsul oğlu Azərbaycan Respublikası CM-nin 234 və 228-ci maddələrin nəzərdə tutulan əməli törətməkdə şübhəli bilindiyi üçün həmin tarixdə saat 18:20-də tutulmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə o qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ilkin olaraq saat 17:30 radələrində Bakı şəhəri Nərimanov rayonu, X16 küçəsi 11 ünvanın yanında saxlanılmış, saat 17:50-də idarənin növbətçi hissəsinə təhvil verilmiş və yekunda saat 18:20-də şübhəli şəxs qismində tutulmuşdur. Xəritə və naviqasiya xidməti olan “Google Maps”-dan əldə edilmiş məlumatlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs saxlanıldığı Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi ilə Bakı şəhəri Nərimanov RPİ-nin inzibati binası arasında 2.4 km məsafə vardır. Hərəkətin avtomobil ilə olduğunu seçdikdə günün az tıxac olduğu vaxt 10 dəqiqəlik müddətə son nöqtəyə çatmağı göstərir. Təqsirləndirilən şəxs 10 yanvar saat 17:30 da saxlanılması ilə bağlı polis əməkdaşlarının məhkəmə baxışı zamanı bildirdikləri xüsusatlar həqiqəti əks etdirir. Belə ki, Təqsirləndirilən şəxs saxlanıldığı vaxt saat 17:30 olaraq qeyd edilmiş Bakı şəhəri Nərimanov RPİ-nin inzibati binasına gətirilərək qeydiyyata alındığı vaxt isə saat 17:50 olaraq göstərilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin saxlanılaraq polis idarəsinə gətirildiyi vaxt aralığı günün yol hərəkəti üzrə sıxlıq olan vaxtına düşməklə onun saat 17:50-də, yəni 20 dəqiqə ərzində polis idarəsinə gətirlərək qeydiyyata alınmasını həqiqətə uyğun sayır. Belə olan halda, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı saxlanılaraq polis idarəsinə gətirilməsinə dair vaxtla bağlı ifadəsi şahid polis əməkdaşlarının ifadələri, “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabı və xəritə və naviqasiya xidməti olan “Google Maps”-dan əldə edilmiş məlumatlar əsasında təkzib edilir. Belə olan halda Müdafiəçi2 məhkəməyə təqdim etdiyi Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00-da Bakı şəhəri, Nərimanov rayonu X16 küçəsində olması, lakin onun telefonundan 17:13-də “götürdüm” mesajının özü saxlanıldığı üçün polis əməkdaşları tərəfindən yazılması barədə vəsatəti əsassız olduğu üçün mötəbər sübut növü kimi qəbul edilə bilməz.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
CM-nin 234.4.1. və 234.4.3-cü maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorlarısatma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 228.2.1-ci maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakimqanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanıazadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cumaddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmişdövlət orqanının,fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı
Qərarın 1-ci bəndi.Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, habelə narkotik vasitələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməllərin aşkar edilməsi, cinayət təqibinin aparılması, əməliyyataxtarış fəaliyyəti və ibtidai istintaq üzərində məhkəmə nəzarətinin həyata keçirilməsi, cinayət işlərinə məhkəmədə baxılması zamanı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə ciddi əməl olunması, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni və müvafiq dövlət orqanlarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların düzgün tətbiq edilməsi, hər bir cinayət işi üzrə ittihamın həllində əhəmiyyətli olan bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması, məhkəmə baxışının qanuni, əsaslı və ədalətli yekun qərarların çıxarılması ilə nəticələnməsi üçün məhkəmə fəaliyyətinin cinayət mühakimə icraatının əsas prinsiplərinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) digər müddəalarına uyğun olaraq təşkil olunması və həyata keçirilməsi təmin edilməlidir. Qərarın 2-ci bəndi.Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair əməlləri təsbit edən CM-in 26-cı fəslində yer alan cinayət hüquqi normalar əsasən blanket quruluşa malik olmaqla əməlin cinayət xarakterli olduğunu göstərmək üçün onunla müvafiq normativ hüquqi aktların müddəalarının müqayisə edilməsini, bu müddəalar nəzərə alınmaqla əməlin hüquqi qiymətləndirilməsinin aparılmasını tələb edir. O, cümlədən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarın 12-ci bəndi. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.31-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Narkotik vasitə və ya psixotrop maddə ilə əlaqədar qanunsuz hərəkətlər satış məqsədi olmadan, lakin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə əməlin CM-in 234.4.1-ci maddəsində göstərilən əlamət üzrə tövsif edilməsi istisna olunsa da, CM-in 61.1.3-cü maddəsi həmin xüsusatın (cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin) cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasını tələb edir. Prekursorları göndərən və ya satan şəxsin və yaxud həmin prekursorları alıb onlardan istifadə etməklə narkotik vasitə və ya psixotrop maddə hazırlayan, istehsal edən və ya emal edən şəxsin əməli istər prekursorlara, istərsə də narkotik vasitələrə (psixotrop maddələrə) münasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş əməl kimi qiymətləndirilə bilməz (əgər prekursorları göndərən şəxslə onları alan şəxs arasında qabaqcadan birgə narkotik vasitələr və ya psixotrop maddələr hazırlamaq və ya istehsal etmək barədə razılıq olmamışdırsa). Qabaqcadan narkotik vasitələri və ya psixotrop maddələri birgə hazırlamaq barədə razılaşma olmadığı halda, prekursorları göndərən və ya satan şəxsin əməli prekursorun miqdarından asılı olaraq CM-in 234.3-cü və ya 234.4.3-cü və ya 234.4-1-ci maddəsi ilə, prekursorları alıb onlardan istifadə etməklə narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə hazırlayan, emal və ya istehsal edən şəxsin əməli isə narkotik vasitənin və psixotrop maddənin miqdarından və digər əlamətlərdən asılı olaraq CM-in 234.2-ci və ya 234.3-1ci və ya 234.4.3-cü və ya 234.41-ci maddəsi ilə tövsif edilməlidir. Qərarın 16-cı bəndi.CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3-cü maddəsində CM-in 234.2, 234.3 və 234.3- 1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CM-in 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilibtörədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olubolmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edibetməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir.
“Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 may 2005-ci il 2 nömrəli qərarı
Qərarın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayətlərin predmetini odlu silah, onun komplekt hissələri, döyüş sursatı (yivsiz silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular təşkil edir. Təqsirləndirilən şəxsdən götürülən predmetin qeyd edilən maddələrin dispozisiyalarında nəzərdə tutulan predmetə aid olubolmaması məsələsi «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının Qanununun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında» Avropa Konvensiyasının müddəaları əsasında müəyyənləşdirilməlidir. Təqsirləndirilən şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi predmetin odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir. Qərarın 13-cü bəndinə əsasən CM-in 228.2.1-ci maddəsi ilə məsuliyyət odlu silahın, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz dövriyyəsi ilə bağlı CMin 228.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin qabaqcadan əlbir olmuş iki və ya daha çox şəxsdən ibarət qrup və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi zamanı yaranır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Qərarın 6-cı bəndi. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Qərarın 17-ci bəndi. Nəzərə almaq lazımdır ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayət-prosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyat-axtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Avropa Məhkəməsinin president hüququ:
Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07,31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.
Məhkəmənin gəldiyi hüquqi nəticə:
Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 59.1.4-ci maddəsinə əsasən yüngülləşdirən hal kimi himayəsində az yaşlı uşaqlarının olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcud olub-olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. İşdə olan tutma protokolundan və məhkəmə qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Nərimanov rayon məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 4(005)-35/2024 saylı qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 15-17; 92-100). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 10 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ -nin maddi sübutları saxlama kamerasında saxlanılan tədqiqata sərf olunaraq qalıq qalmış 40,982 qram narkotik vasitə psixotrop maddə metamfetamin və 110,895 qram heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan, hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməyən tapança, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, döyüş sursatı hesab edilməyən 01 ədəd daraq Azərbaycan Respublikası DİN-nə təhvil verilməli, xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokola əlavə edilmiş 01 ədəd CD formatlı disk və 03 ədəd plastik kart maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli “Xiaomi Note 9 Pro” markalı mobil telefon və özünə məxsus 01018-85033-9 saylı “Bakı Kart”-nın qardaşı X3 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə 03 (üç) il müddətinə, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ -nin maddi sübutları saxlama kamerasında saxlanılan tədqiqata sərf olunaraq qalıq qalmış 40,982 qram narkotik vasitə psixotrop maddə metamfetamin və 110,895 qram heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan, hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməyən tapança, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, döyüş sursatı hesab edilməyən 01 ədəd daraq Azərbaycan Respublikası DİN-nə təhvil verilsin, xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokola əlavə edilmiş 01 ədəd CD formatlı disk və 03 ədəd plastik kartın cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınsın, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli “Xiaomi Note 9 Pro” markalı mobil telefon və özünə məxsus 01018-85033-9 saylı “Bakı Kart”-nın qardaşı X3 qaytarılması nəzərə alınsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova