Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-301/2020 06.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəçi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi, Bakı şəhəri 05 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1984-cü ildə Quba rayonunun Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fəhlə işləyən, evli, himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Quba rayonunun, Rustov kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə zor tətbiq etməklə cinsi əlaqədə olmuş, yəni onu zorlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 03 iyul 2019-cu il tarixdə saat 15 radələrində işlədiyi Quba rayonu Rustov kəndində yerləşən “Qızılağac” kafesində spirtli içki olan pivə içib sərxoş vəziyyətə düşdükdən sonra yaşadığı həmin kənddəki evində içməli su olmadığından əvvəllər də olduğu kimi evlərinə su aparmaq məqsədi ilə idarə etdiyi atasına məxsus “VAZ 2107” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə qayınanası Zərərçəkmiş şəxs yaşadığı Rustov kəndindəki evinə getmiş, sonuncunu evin mətbəxində gördükdə onunla cinsi əlaqədə olmaq həvəsinə düşmüş, lakin qayınanasının onunla könüllü olaraq cinsi əlaqədə olmayacağını əvvəlcədən bildiyindən Zərərçəkmiş şəxs iradəsi əleyhinə, zor tətbiq etməklə cinsi əlaqədə olmaq niyyətilə sonuncuya yaxınlaşaraq arxadan qucaqlamış, Zərərçəkmiş şəxs onun niyyətini başa düşdükdən sonra müdafiə olunmaq məqsədilə evin mətbəxindən qaçaraq digər otağa keçib özünü otaqdakı pəncərədən həyətə atmaq istədikdə Təqsirləndirilən şəxs qayınanası Zərərçəkmiş şəxs sağ qolundan tutub dartmaqla sonuncuya sağ bazunun orta 1/3-nin arxa-iç səthinin, aşağı 1/3-nin arxa səthinin qançırlarından ibarət sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək zor tətbiq edib otaqdakı çarpayının üzərinə yıxmış, Zərərçəkmiş şəxs uzanıqlı vəziyyətdə əli və ayaqları ilə onu vuraraq sol çiynin üstünün sıyrığı və belin sol tərəfində üç yerdə qançırlardan ibarət sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə fəal müqavimət göstərmiş, lakin fiziki cəhətdən daha güclü və qüvvətli olduğundan Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməkdə davam edib müqavimətini qıraraq sonuncuya təkrarən sağ budun orta 1/3-nin yan səthinin, aşağı 1/3-nin yan səthinin, sol budun orta 1/3-nin iç səthinin qançırlarından ibarət sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə qayınanasının alt paltarını çıxarmış və şalvarını dizinə qədər aşağı çəkərək cinsi orqanını zorla Zərərçəkmiş şəxs cinsi orqanına bir neçə dəfə salıb-çıxarmaqla cinsi ehtirasını təmin edib cinsi aktı başa çatdırmaqla Zərərçəkmiş şəxs zor tətbiq etməklə cinsi əlaqədə olmuş, yəni sonuncunu zorlamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bildi və ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Quba rayonu Rustov kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, həmin kənddə yerləşən “Qızıl-ağac” adlı kafesi icarəyə götürüb işlətmişdir. 2006-cı ildə həmkədlisi Şahid1 ilə ailə qurmuş, birgə nikahdan üç uşaqları var. Ailəsi ilə münasibəti həmişə yaxşı olsa da, tez-tez məişət zəminində mübahisələri olmuş, mübahisə zamanı həyat yoldaşını döymüşdür. Lakin, yoldaşı heç vaxt onun barəsində şikayət etməmiş, qısa zamanda barışmışlar. Yoldaşının valideynləri ilə münasibəti yaxşı olmuşdur. Yoldaşının anası Zərərçəkmiş şəxs Nübarın tərəfini saxladığına görə onunla da tez-tez mübahisə etmişdir. Lakin heç vaxt aralarında küsülülük olmamış və qaynanası da ondan heç vaxt şikayətçi olmamışdır. 03.07.2019-cu il tarixdə Quba rayonu, Rustov kəndində yerləşən özünün icarə ilə işlətdiyi kafedə olmuş, təxminən saat 14:20-də yoldaşını işlədiyi Rustov kənd tibbi məntəqəsindən götürüb evə aparmış, evə getdikdən sonra yoldaşım anasına zəng edərək onun adına kreditlə telefon almasını xahiş etmiş, lakin qayınanası Rəşidə adına kreditlə telefon almağa razı olmadığı üçün, o, Nübardan telefonu götürüb, özü danışmış, lakin qayınanası yenə də adına kreditlə telefon almağa razı olmamışdır. Bundan sonra yenidən işlədiyi kafeyə qayıtmış, kafedə 2 ədəd 400 qramlıq bakalda pivə içdikdən sonra saat 15 radələrində atasına məxsus “Vaz 2107” markalı avtomobilə su çəlləklərini qoyaraq su gətirmək məqsədi ilə qayınanası Zərərçəkmiş şəxs Rustov kəndində yaşadığı evinə getmişdir. Qapının ağzında qayınanası Rəşidəni səsləmiş, sonuncu evdən cavab verərək içəri gəlməsini demişdir. Qayınanası mətbəxdə olmuş, onu görən kimi qəflətən ehtirası oyandığından qayınanası ilə cinsi əlaqədə olmaq istəmiş, qayınanasının onunla cinsi əlaqədə olmayacağını bildiyindən, bu barədə ona heç bir söz demədən evə daxil olaraq mətbəxdə qayınanasını qucaqlamış, bu zaman qayınanası onun əlindən çıxaraq mətbəxdən sol tərəfdəki otağa qaçıb, pəncərəni açmaq istəyəndə hər iki əli ilə qayınanasının sağ qolundan tutub dartaraq çarpayının üzərinə yıxmışdır. Qayınanası ucadan qışqıraraq ayağı ilə onun ayaqlarından, qarnından təpiklə vurmuş, lakin o, zorla qayınanası Rəşidənin donunun altından əlini salaraq alt paltarını çıxarmış, qayınanası bir daha ayağı ilə ona təpik vurmuş və qışqırmışdır. Qayınanasının alt paltarını çıxardıqdan sonra əynində olan şalvarını dizinə qədər çəkərək Rəşidənin üzərinə atlanmış, onun qollarından tutub özünə sıxmış və cinsi orqanını zorla onun cinsi orqanına daxil etmişdir. Rəşidə yerində çırpınıb qışqıraraq onu buraxmasını demiş, bu zaman qolları əlindən çıxmış və əli ilə onun sifətindən, belindən vurmağa başlamışdır. Təxminən 3 dəqiqə cinsi əlaqədə olduqdan, yəni cinsi orqanını qayınanası Zərərçəkmiş şəxs cinsi orqanına bir neçə dəfə daxil etdikdən sonra spermanın gəldiyini hiss etmiş, ona görə də cinsi orqanını onun cinsi orqanından çıxardaraq Rəşidənin üzərindən qalxıb spermasını sonuncunun ayaqlarına və xalçanın üzərinə boşaltmışdır. Sonra ayağı ilə xalçanın üzərinə bir neçə dəfə sürüşdürməklə spermanı silmiş və evdən çıxaraq işlətdiyi kafeyə getmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərdi ki, 1984-cü ildə həmkəndlisi x9 ilə ailə həyatı qurmuş, birgə nikahdan iki övladları var. Qızı Şahid1 2006-cı ildə həmkəndlisi Təqsirləndirilən şəxs ilə ailə qurmuş, birgə nikahdan üç uşaqları olmuşdur. Emin dəfələrlə qızı Nübarla mübahisə etmiş, mübahisə zamanı onları ayırmaq istəyəndə ona da əl qaldırmışdır. Yoldaşı Elmanla ona irad birdirsələr də Emin onları təhqir edərək məhəl qoymamış, mütəmadi olaraq qızı ilə mübahisə etsə də uşaqlarına görə ailənin dağılmasını istəməmişlər. 2 ildən çox müddət Eminlə küsülü olmuş, 1 ay əvvəl barışmışlar. 03.07.2019-cu il tarixdə saat 15 radələrində qızı Nübar zəng edərək onun adına kreditə özünə telefon almaq istədiyini demiş, imtina etdikdə isə telefonu kürəkəni Emin götürərək ona özü üçün deyil, qızı üçün telefon alacağını demiş, lakin Eminə qızının onun çörəyini yediyini deyərək bir daha adına kreditlə yelefon götürülməsindən imtina etmişdir. Bundan 15-20 dəqiqə sonra Emin onlara gəlmiş, həmin vaxt o, mətbəxdə olmuşdur. Eminin uşaqları ilə gəldiyini düşünmüş, lakin Emin mətbəxə girərək onu oğlunun yatdığı otağa tərəf itələmiş və qapının ağzında onu qucaqlamışdır. Emin onu qucaqlayan zaman onun niyyətinin pis oluğunu başa düşüb əlindən çıxmış və özünü bağa atmaq üçün otaqdakı pəncərəyə tərəf qaçmışdır, özünü pəncərədən çölə qtsın. Bu zaman Emin arxasınca gələrək onun sağ qolundan yapışıb çarpayının üzərinə yıxmış, Eminin gözünün qan aldığını görüb qışqırmağa başlamışdır. Emin əl ataraq onun alt paltarını əynindən çıxarmaq istədikdə ayaqları ilə Eminin qarnına, ayaqlarına təpik atmış və qışqıraraq ondan əl çəkməsini demişdir. Lakin, gücü çatmadığından Emin onun alt paltarını əynindən çıxarmış, sonra əynindəki şalvarını aşağı çəkərək onun üstünə uzanıb qollarını əli ilə tutmuş və zorla öz cinsi orqanını onun cinsi orqanına daxil etmişdir. Güclə qollarını onun əlindən çıxardıb qışqıraraq əli ilə onun sifətinə, kürəyinə vurmuş, lakin Emin onu buraxmayaraq təxminən 3-4 dəqiqə ərzində onunla cinsi əlaqədə olmuş, cinsi aktı qurtararaq spermanı onun ayaqlarına və xalçanın üzərinə boşaltmış, daha sonra ayağa qalxaraq evdən qaçmışdır. Ayağa qalxaraq ayaqlarını yumuş və Eminin atası Əliağaya zəng edərək Eminin onu zorladığını demiş, Əliağa ona inanmamışdır. 05.07.2019-cu il tarixdə qızı Nübarə demiş, qızı Eminə zəng edərək evə çağırmış və onu zorlamasını dedikdə Emin yaxşı etdiyini deyərək qızını döymüşdür. Bundan sonra qızı onlara gələrək, 102 məlumat mərkəzinə və Quba rayon polis şöbəsinə məlumat vermiş, kürəkəni Təqsirləndirilən şəxs onu zorlaması barədə rayon prokurorluğuna ərizə vermişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını və Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətinin olmadığını bildirdi. Şahid2 məhkəmədə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur, o, 2006-cı ildə həmkəndlisi x3 ailə qurmuş, həmin nikahdan üç uşaqları olmuşdur. Eminlə gəlininin münasibətləri yaxşı olsa da, hər ailədə olduğu kimi müəyyən vaxtlarda aralarında mübahisələr olmuş, lakin həmin mübahisələr böyük olmamış, onlar tez bir zamanda barışmışlar. Qohum kimi Elman Sədirov və arvadı Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olmuş, lakin oğlunun qayınanası ilə münasibətlərində soyuqluq olmuşdur. 03.07.2019-cu il tarixdə təxminən saat 15:10 radələrində Zərərçəkmiş şəxs mobil telefonla ona zəng edərək Eminin onu pis günə qoyduğunu, ona sataşığını demiş, Rəşidənin dediklərini eşidəndə yuxu gördüyünü zənn etmiş, sonra Emindən bu barədə soruşduqda o, qayınanası ilə sadəcə dalaşdığını demiş, ona görə də Rəşidənin əsəbi olduğundan Eminin ona sataşdığını deməsini fikirləşmişdir. Eminin qayınanasına qarşı əxlaqsız hərəkətlər edə biləcəyini düşünmədiyindən onun üzərinə çox getməmiş, Emin tutulduqdan sonra Rəşidənin dediklərinin həqiqət olduğunu bilmişdir. Şahid1 məhkəmədə ifadəsində göstərdi ki, o, 2006-cı ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, birgə nikahdan üç uşaqları olmuşdur. 03.07.2019-cu il tarixdə saat 14:30 radələrində Emin onu işdən evə gətirdikdən sonra anası Rəşidəyə zəng edərək onun adına kreditlə özünə telefon almaq istəməsini xahiş etmiş, anası Rəşidə razı olmadıqda, Emin telefonu ondan götürərək Rəşidədən onun üçün öz adına kreditlə telefon almasını xahiş etmiş, lakin Rəşidə Eminin sözünə də imtina etmişdir. Ona görə də Emin Rəşidənin öz adına kredit götürməməsinə gileylənmiş və evdən çıxaraq işlədiyi kafeyə getmişdir. Həmin gün bir neçə dəfə anası Rəşidə ilə danışmış, danışan zaman sonuncu ona təzyiqinin qalxmasnı bildirərək ağrıdığını demişdir. O, anasının nəsə demək istədiyini, lakin cürət etmədiyini hiss etmişdir. 05.07.2019-cu il tarixdə anası Rəşidə telefonla danışaraq ona Eminin telefon söhbəti olan gün onlara gəlməsini və onunla zorla cinsi əlaqədə olmasını demişdir. Həmçinin onun qardaşının bu söhbətdən xəbər tutmasından, Eminə nəsə edərək həbs ediləcəyindən qorxduğunu demişdir. O, anasının danışığından şoka düşmüş, tez Eminə zəng edib onu evə çağırmış, anasına nə etdiyini soruşduqda Emin kobud formada yaxşı elədiyini, cəzası nədisə çəkəcəyini demişdir. O, Eminin danışığdan əsəbləşərək anasının yanına getmiş, oradan 102 xidmətinə zəng edərək polisə məlumat vermişdir. Daha sonra anasını da götürüb polis şöbəsinə getmiş, yolda anasından hadisənin necə baş verməsini soruşmuş, anası Eminin onu mətbəxdə olarkən qucaqladığını, özünü pəncərədən atmaq istədiyini, lakin Eminin onu tutmasını və çarpayıya yıxaraq onunla zorla cinsi əlaqədə olduğunu, sağ qolunu göstərərək Eminin onu tutan zaman qolunun göyərməsini bildirmişdir. Onlar polis şöbəsinə çatıb bu barədə polis şöbəsinə məlumat verdikdən sonra Quba rayon prokurorluğuna gəlmiş, Eminin onunla zorla cinsi əlaqədə olması barədə şikayət ərizəsi yazmislar. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi haqqında 05.07.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Quba rayonu, Rustov kəndində yerləşən x6 məxsus birmərtəbəli fərdi yaşayış evidir. Həmin ev kənd daxili asfalt yoldan 250 metr sağ tərəfdə birinci evdir. Evin ətrafı qamışla, kol-kosla hasara alınmışdır. Həyətə daxil olmaq üçün qapı yoxdur. Qapını əvəz edən taxta qoyulmuşdur. Evə daxil olarkən dəhliz vardır. Dəhlizdən içəri daxil olarkən mətbəx, mətbəxin sol tərəfində və üzbəüz otaqlar var. Mətbəxdən sol tərəfdə yerləşən otaqda qapı ilə üzbəüz pəncərə, pəncərənin sol tərəfində divara bitişik birnəfərlik çarpayı, çarpayının üzərində isə qırmız rəngli, üzəri müxtəlif rəngli gül naxışlı örtük, döşəmənin üzərində isə qırmızı rəngli, üzəri müxtəlif naxışlı xalça vardır. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu həmin evdə zorladığını bildirmiş və onun təqdim etdiyi bir ədəd alt paltarı, bir ədəd xalça və bir ədəd don götürülərək qablaşdırılmışdır (cild 1, iş vərəqi 10-18). İşdə olan və məhkəmədə tədqiq edilmiş 06.07.2019-cu il tarixli ifadənin yerində yoxlanılması protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə çıxarılarkən Rəşiə Sədirovanı zorlaması barədə istintaqa verdiyi ifadəsini hadisə yerində əyani şəkildə nümayiş etdirmişdir. Həmçinin ifadənin yerində yoxalnılması istintaqı hərəkəti zamanı iş üzrə sübut əhəmiyyətinə malik olan bir ədəd yataq örtüyü və hadisə zamanı Təqsirləndirilən şəxs əynində olan bir ədəd qırmızı rəngli, qısaqol köynək götürülərək qablaşdırılmışdır (cild 1, iş vərəqi 62-66). İşdə olan və məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefona baxış keçirilməsi haqqında 05.07.2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 03.07.2019-cu il tarixdə saat 12:11 dəqiqədə istifadəsində olan ***-***- **-** nömrəli mobil telefondan Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək 06 dəqiqə 15 saniyə danışıq aparmışdır. Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefonda tarix baxış keçirilən vaxta uyğun olsa da, saat baxış keçirilən vaxtla eynilik təşkil etməmişdir. Belə ki, baxış zamanı saat 20:15 olsa da, telefonda saat 23:19 göstərilmişdir. Bununla da müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs 03.07.2019-cu il tarixdə saat 15:15də, yəni hadisədən dərhal sonra Təqsirləndirilən şəxs atası Şahid2 zəng edərək ona hadisə barədə məlumat vermişdir (cild 1, iş vərəqi 22-24). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 05.07.2019-cu il tarixli, 282 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş sol çiynin üstünün sıyrığı və belin sol tərəfinin üç ədəd qançırı küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 03.072019-cu il tarixdə əks cinsin müqavimətini qırma zamanı Zərərçəkmiş şəxs tərəfindən əl-qol, ayaq hərəkətləri edərkən əmələ gələ bilər və həmin xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Həmçinin qeyd olunan ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsiyyət orqanının ereksiya vəziyyətinə gətirilmə funksiyasını pozan hər hansı bir xarici əlamət (anomaliya, yara və s.) aşkar edilməmişdir (cild 1, iş vərəqi 67). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 19.07.2019-cu il tarixli, 277 nömrəli saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş sağ bazunun orta 1/3-nin arxa-iç səthinin, aşağı 1/3-nin arxa səthinin, sağ budun orta 1/3-nin yan səthinin, aşağı 1/3-nin yan səthinin, sol budun orta 1/3-nin iç səthinin qançırları kimi xəsarətlər küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hisssində göstərilən müddətdə və şəraitdə, yəni 03 iyul 2019-cu il tarixdə onunla zorla cinsi əlaqədə olma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər növünə aiddir (cild 1, iş vərəqi 112). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi-bioloji ekspertizasının 17.07.2019-cu il tarixli, 495/2019-MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş xalçanın bir hissəsində və qadın alt tumanı üzərində sperma ləkələri aşkar olunmuşdur (cild 1, iş vərəqi 113-116). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş lifli materialların məhkəmə kriminalistik ekspertizasının 17.07.2019-cu il tarixli, 17567 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və x2 və hadisə yerindən götürülmüş bir ədəd yataq örtüyünün üzərlərində kənar lif mikrohissəcikləri vardır. Həmin lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs donunun üzərindən tapılmış qırmızı rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs köynəyinin tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs köynəyini üzərindən tapılmış qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs donunun tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs şalvarının üzərindən tapılmış qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs donunun tərkib liflərinə uyğun gəlir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 151-156). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəməpsixoloji və məhkəmə-psixiatrik ekspertizasının 14 oktyabr 2019-cu il tarixli, 2051 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması (o cümlədən patoloji affekt) əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərindən fatiki xarakterinin və ictimai təhlükəliliyinini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır və onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətləriin faktiki xarakterinin və ictimai təhlükəliliyinini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual-mnestik imkanları normaya uyğundur. Emosional iradi sferaında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hadisə baş verən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdira bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət emək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hadisəni törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (cild 1, iş vərəqi 207-209). İşdə olan və məhkəmədə tədqiq edilmiş 06.07.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 28-29). İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ilə x7 arasında 02.10.2012-ci ildə nikah bağlanmış, birgə nikahdan onların 08.08.2007-ci il təvəllüdlü İlkin, 30.10.2011-ci il təvəllüdlü Əliağa və 06.06.2017-ci il təvəllüdlü Nərmin adlı övladları vardır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 100-103, 171-173). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 02.12.2019-cu il tarixli qərardan görünür ki, bir ədəd xalça, bir ədəd yataq örtüyü, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan bir ədəd qadın alt paltarı, bir ədəd qara rəngli don, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olan bir ədəd boz rəngli, qırmızı zolaqlı idman şalvarı və bir ədəd qırmızı rəngli, qısaqol köynək cinayət iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Quba rayon prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 222-233). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 168). Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara məhkəmə müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs zor tətbiq etməklə onunla cinsi əlaqədə olması, yəni onu zorlaması kifayət qədər sübuta yetirilir, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İşdə olan və məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş və notarial qaydada təsdiq olunmuş 15.07.2019-cu il tarixli, habelə məhkəməyə təqdim edilmiş 15.01.2020-ci il tarixli ərizələrdən görünür ki, Sədirova x4 Emin Əliağa oğlu ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 1, iş vərəqi 110). Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə, himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, eyni zamanda, Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini və təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan uzun müddətə məhrum olunmasını onun özünü cəmiyyətdən təcrid olunma hissinin güclənməsinə və cəmiyyət tərəfindən qəbul oluna bilməsi inamının sarsılmasına, himayəsində olan ailə üzvlərinin maddi-mənəvi durumunun daha da ağırlaşacağına səbəb olacağını hesab edir. Məhkəmə qeyd edilənləri və yuxarıda sadalanan təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusunu Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qəbul edir və Cinayət Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq həmin halları müstəsna hal kimi qəbul edərək CM-in 62.1-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxsə ittiham olunduğu CM-in 149.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 149.1-ci maddəsinin sanksiyasında 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kateqoriyasına aid olduğundan o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qətimkan tədbiri seçilməsi haqqında məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 06.07.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba Rayon Məhkəməsinin qərarı ilə barəsində 08.07.2019-cu il tarixdə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 06 iyul 2019-cu il tarixdən hesablanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 23.08.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, o, həbsdən azad edilmiş və hazırkı hökm çıxarılana kimi fasiləsiz olaraq ev dustaqlığında saxlanılmışdır (cild 1, iş vərəqi 39, 85-86, 133-135). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edlməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 06 iyul 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Quba rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan bu iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilməlidir: - bir ədəd xalça, bir ədəd yataq örtüyü, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan bir ədəd qadın alt paltarı, bir ədəd qara rəngli don Zərərçəkmiş şəxs qaytarılmalı; - hadisə zamanı Təqsirləndirilən şəxs əynində olan bir ədəd boz rəngli, qırmızı zolaqlı idman şalvarı və bir ədəd qırmızı rəngli qısaqol köynək Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 06 iyul 2019-cu il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə Quba rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - bir ədəd xalça, bir ədəd yataq örtüyü, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan bir ədəd qadın alt paltarı, bir ədəd qara rəngli don Zərərçəkmiş şəxs qaytarılsın; - hadisə zamanı Təqsirləndirilən şəxs əynində olan bir ədəd boz rəngli, qırmızı zolaqlı idman şalvarı və bir ədəd qırmızı rəngli qısaqol köynək Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-301/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-301/2020
06.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver