Məhkəmə qərarları › İş №1(101)-301/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-301/2021

25.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-301/2021 25.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X4 və tərcüməçi X3 iştirakı ilə xx xxxx 1956-cı il tarixdə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2da yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur . Belə ki, o, 13 mart 2020-ci il tarixdə saat 21 radələrində yaşadığı ünvan 3 ünvanına gələrkən mənzilin yataq otağında qonşusu Zərərçəkmiş şəxs arvadı X5 ilə cinsi əlaqədə olmasını görərək, Zərərçəkmiş şəxslə aralarında yaranmış mübahisə zamanı əvvəlcə əl və ayaqla, daha sonra məlum olmayan kəsici-deşici alətlə sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, sağ tərəfli hemotoraks (500,0 ml), çənəaltı, qarnın sağ yan divarının səthi kəsilmiş yarası, alm, sağ gicgah və burun yəhərinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlər və döş qəfəsinin ön səthində sağda döş boşluğuna nüfuz edərək ağciyəri zədələyən deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığa ağır zərər vuramaya aid xəsarət yetirib, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun qonşuluğunda yaşamış, münasibətləri əvvəllər qonşu kimi normal olmuşdur. Viktor hadisədən təxminən 2 ay əvvəl cəzaçəkmə müəsisəsindən amnistiya aktı əsasında azadlığa buraxılmışdır. Viktor ərazidə tüfeyli həyat keçirən, bir neçə dəfə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs olmuşdur. Bütün bunlara baxmayaraq, qonşu kimi dəfələrlə onun evində olmuş, siqaretə, pula və digər ehtiyaclarına görə onun yanma gələn zaman köməklik etmişdir. Həyat yoldaşı X5 mərhum övladları X6 2011-ci ildə leykozdan dünyasını dəyişdikdən sonra uzun illərdir psixoloji xəstəliyə görə əziyyət çəkir, yaddaşını itirir, bəzən onu belə xatırlamayaraq görəndə uşaqlarının adı ilə çağırır. O, Müdafiə Nazirliyinin 112 saylı Hərbi Hissəsində qazanxana operatoru işləmiş, iş rejimi 12 saat gecə, 12 saat gündüz olmuşdur. 13 mart 2020-ci il tarixdə saat 09:00-dan axşam saat 21:00-a dək işdə olmuş, işdən çıxıb evə gəlmiş, evin qapısım açanda sakitlik olduğunu görmüş, içəri yataq otağına keçəndə Zərərçəkmiş şəxs onun həyat yoldaşı Yeganə ilə cinsi əlaqədə olduğunu görmüşdür. Həmin vaxt ani şok vəziyyəti yaşamış, Viktorun üzərinə atılmış və əlbəyaxa olmuşdur. Viktora əli ilə, ayağı ilə zərbələr vurmuş, şokda olduğundan Viktorla əlbəyaxa olan zaman Viktoru neçə dəfə və necə vurduğunu xatırlamır. Şokdan ayılanda pəncərənin altında yerdə oturmuş vəziyyətdə olmuş və artıq Viktor orada olmamışdır. Neçə dəqiqə o vəziyyətdə qaldığını bilməmişdir. Bundan sonra, özünə gəlib su içmiş sakitləşmiş, sonra Viktorun yaxınlıqda olan evinə getmiş və anasını çağıraraq Viktoru soruşmuşdur. Viktorun anası Lyuba Viktorun evə gəlib, sonra harasa getdiyini bildirmiş və ondan nə olduğunu soruşmuş, o, Viktorun anasına baş verənləri danışmışdır. Həmin vaxt Viktorun anası Lyuba əli ilə dizinə, başına vuraraq Viktoru söymüş, sonra ona yalvarmış ki, bu barədə polisə deməsin, çünki Viktor cəzaçəkmə müəsisəsindən təzə çıxmışdır, yenidən türməyə qayıtmasını istəməmişdir. O, Viktorun anasına polisə deməyəcəyini bildirmiş, qarşılığında onunda barədəsində polisə məlumat verməmələrini xahiş etmiş, Lyuba da razılaşmış sonra o, evə getmişdir. Bir saatdan artıq müddət keçdikdən sonra X15 avtomaşınının səsini eşitmiş və çölə çıxanda X15 maşının Viktorun yaşadığı evə tərəf getdiyini görmüşdür. O, Viktorun yaşadığı evə gedən zaman Viktoru yarıçılpaq vəziyyətdə uzadıldığını, sinə və qarm nahiyəsində onun vurduğu zərbələrin təsirindən yaranan iki xəsarətin olduğunu görmüşdür. Həmçinin Viktorun baş nahiyəsində də xəsarətlər olmuşdur. Həkim Viktorun təzyiqini ölçüb, sürətlə aşağı düşdüyünü bildirərək ölə biləcəyini deyib xəstəxanaya aparacaqlarını demişlər və Viktoru xəstəxanaya aparmışlar. Həmin vaxt həkim nə olduğunu soruşmuş, bu barədə heç nə deyən olmamışdır. Hadisənin səhəri gün, yəni 14.03.2020-ci il tarixdə, səhər saatlarında həyat yoldaşı Yeganəni götürüb Masazır qəsəbəsində yaşayan oğlu Şahid3 evinə aparmış orada heç kimə bir söz deməmiş və yoldaşını qoyub evə qayıtmışdır. Həmin gün saat 17-18 radələrində oğlanları Elgünü və Anarı evə çağırmış hər ikisinə hadisə barədə danışmışdır. Saat 19 radələrində evdən çıxıb işə getmişdir. 15.03.2020-ci il tarixdə saat 09:30 radələrində işdən çıxıb evə qayıtmış qonşular ona üç nəfər mülki geyimdə olan şəxsin onu axtardıqlarını bildirmişlər. O, evə keçib yuyunmuş, yemək yeyib uzanmış, ancaq yata bilməmiş, yerindən qalxıb saat təxminən 12:00 radələrində evdən çıxıb Masazır qəsəbəsində yaşayan oğlunun yanına getmiş ki, yoldaşının vəziyyətinin nə yerdə olduğunu öyrənimş, həmin gün orada qalmış, 16.03.2020-ci il tarixdə səhər saatlarında polisdən zəng vurularaq, oğlundan onu soruşmuşlar, oğlu Elgün də onun yanında olduğunu və polisə gətirəcəyini bildirmişdir. Viktoru arvadı Yeganə ilə cinsi əlaqədə olmasını görən zaman ani şok vəziyyəti yaşamış, ona görə də, Viktorun üzərinə atılaraq əlbəyaxa olmuşdur. Həmin vaxt Viktora çoxsaylı zərbələr vurmuş və hadisənin konkret olaraq necə baş verməsini xatırlamamışdır. Hətta o, bilməmişdir ki, konkret olaraq hansı alətlə Viktora xəsarət yetirmişdir. Viktoru öldürmək niyyəti olmamış, xəsarət yetirməkdə məqsədi psixi xəstəliyi olan arvadı ilə cinsi əlaqədə olduğu üçün cəzalandırmaq olmuşdur. O, Viktora xəsarət yetirmiş, lakin qəti olaraq öldürmək fikri olmamışdır İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirmiş Təqsirləndirilən şəxs ifadə verərək göstərmişdir ki, Viktora əli və ayağı ilə zərbələr vurmuş, sonra əlinə keçən, dəqiq xatırlamadığı bıçaq və ya “atvyorka”, yaxud digər ucu iti alətlə Viktorun bədəninin müxtəlif nahiyələrinə vurmuş, şokda olduğundan Viktorla əlbəyaxa olan zaman Viktoru neçə dəfə və necə vurduğunu xatırlamır. Lakin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə yenidən itiham elan edilərkən Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs əl və ayaq zərbələrləri vurduğunu bildirsə də, kəsicideşici alətlə xəsarət yetirmədiyini bildirmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmış və şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, onun iki oğlu vardır. Oğulları Zərərçəkmiş şəxs və X1. Viktor orta ixtisas təhsili almış, televizor ustası peşəsinə yiyələnmiş, Viktorun daimi iş yeri olmamış, muzdlu işçi qismində müxtəlif təmir sahələrində çalışmışdır. Viktor mənzil oğurluğuna görə 2014-cü ildə 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdur. Azadlığa çıxandan sonra Viktor yenidən mənzil oğurluğu törətmişdir. Viktor 2020-ci ilin yanvar ayının sonunda azadlığa buraxılmışdır. Azadlığa çıxandan sonra Viktor günün əksər vaxtı evdə oturmuşdur. Viktorun çox dostu olmamışdır. Qonşuları Təqsirləndirilən şəxslə Viktorun yaxşı münasibətləri olmuş, onlar aradabir görüşüb spirtli içki içmişlər, həmçinin Faiq ona siqaret pulu verirmiş. 13.03.2020-ci il tarixdə Viktor bütün günü evdə olmuşdur. Axşam vaxtı təxminən saat 18:00 radələrində Viktor paltarını geyinmiş, evdən çıxmaq istədiyini demişdir. O, Viktordan hara getdiyini soruşsa da, Viktor bu barədə ona heç nə deməmişdir. Təxminən saat 20:30 radələrində qapı bərk döyülmüş, qapını döyən Faiq olmuş, Faiq çox əsəbi və həyəcanlı olmuş, Faiqdən nə baş verdiyini soruşmuş, Faiq ona işdən evə gələndə həyat yoldaşının lüt vəziyyətdə əynində olan alt paltarlarını geyindiyini və Viktorun həmin vaxt çarpayının altından çıxdığını gördüyünü və Viktoru döydüyünü bildirib çıxıb getmişdir. Bir neçə dəqiqədən sonra qapı döyülmüş, iki nəfər tanımadığı cavan oğlan ona bildirmişlər ki, oğlu yaxınlıqdakı zibil qutularının yanında uzanıb qalmışdır. O, həmin şəxslərdən həmin şəxsin onun oğlu olduğunu haradan bildiklərini soruşanda adının Viktor olduğunu demişlər. O, uşaqlarla birlikdə evdən təxminən 100 metr aralıda olan zibil qutularının yanma getmişdir. Viktor halzsız vəziyyətdə yerdə uzanmışdır. O, Viktoru qaldırıb oturaq vəziyyətə gətirmiş, Viktor demək olar ki danışa bilməmişdir; oğlu Jenyaya zəng vurmuş və Viktorun vəziyyətini bildirmişdir. Həmin vaxt Jenya Hövsan qəsəbəsində dostu Şahid2 ilə birlikdə işdə olmuşl, Jenya ona gələcəyini bildirmiş, həmin vaxt Viktor «tualet etmək» istədiyini demiş, o, Viktora yardım etmək istəyəndə imkan verməmişdir. Viktoru yerdən qaldırıb götürməyə onun gücü çatmamış, təxminən 40 dəqiqədən sonra Jenya dostu Enar ilə gəlmişlər və onlar Viktoru taksiyə qoyub evə aparmışlar. Evdə Viktor bir az özünə gəlmiş lakin danışmamış, oğlu Jenya və dostu Ulnar Viktorun paltarlarını dəyişməsində köməklik etmişlər, oğlu Jenya 103 X15 xidmətinə zəng vurmuş, təxminən 15 dəqiqədən sonra təcili yardım gəlmiş, Viktorun sağ döş hissəsində bir, sağ böyründə aşağıda 2 yaxud 3 cızıq izi olmuş və həmin yerdən axmış qandan Viktorun alt paltarı qanlı olmuş, təcili yardım gələn vaxtı Faiq də gəlmiş, Faiq siqater çəkərkən həkim ondan kim olduğunu soruşanda Faiq qonşu olduğunu bildirmiş, həmin vaxt Faiqin siqaret olan əli əsmiş, həkim Faiqə kənar şəxslərin evdən çıxmasını bildirmişdir. Viktorun təzyiqini ölçən zaman təzyiqinin 40-30-a olduğunu müəyyən etmişlər və həkim Viktorun səhhətinin çox pis olduğunu, ölə biləcəyini bildirmişdir. Əvvəlcə təcili yardım maşını ilə aparılmasına etiraz etmiş, sonra onların təkidi ilə Viktoru oğlu Jenyanın və dostu Enarın köməkliyi ilə xərəkdə təcili yardım maşınına qoyub KTM xəstəxanasına aparmışlar; qonşu kimi Təqsirləndirilən şəxslə münasibətləri normal olmuş, Viktora siqaret lazım olanda gedib Faiqdən almış, birlikdə içki içdikləri vaxtlar olmuş, yəni Viktorun Faiqin evinə gediş-gəlişi olmuşdur. O, Təqsirləndirilən şəxs həyatı yoldaşı Yeganə Əliyevanın psixoloji xəstəliyinin olduğunu barədə əvvəllər bilməmiş, sonradan yoldan keçəndə Yeganə qapının qarşısında oturan zaman rus dilində Yeganəyə salam vermiş, Yeganə dəli kimi ona baxmuş, o, elə fikirləşmiş ki, rus dilini bilmir ona görə də azərbaycan dilində salam vermiş, Yeganə yenə də dəli kimi ona baxmış, heç bir cavab verməmişdir. O, bu bardə Faiqdən soruşanda Faiq Yeganənin başında problemi olduğunu demişdir. Bu barədə Viktorun da, yəqin ki, məlumatı olmuş, Viktorun Faiqlə münasibəti yaxşı olmuş, evlərinə gedib-gəlmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qeyd olunan ünvanda anası Lyuba, qardaşı Viktor və dostu Şahid2 ilə birlikdə yaşayır. Qardaşı Viktor iki dəfə oğurluq etdiyinə görə məhkumluq həyatı yaşamış və sonuncu dəfə iki ay bundan əvvəl həbsxanadan çıxmışdır. 13.03.2020-ci il tarixdə təxminən saat 21:30 radələrində dostu Enarla Hovsan qəsəbəsində işdə olmuşdur. Həmin vaxt anası Lyuba ona zəng vurub ağlayaraq Viktorun vəziyyətinin pis olduğunu və evin yaxınlığında zibil qabının yanında uzanıqlı vəziyyətdə olduğunu bildirmişdir. Həmin vaxt işinin müqabilində sahibkardan alacağı pulu gözləmiş, sahibkar gəldikdən sonra Enarla bağdan çıxmış və marşrut avtobusu ilə “ Şahmat ” məkətbinin yanına gələrək oradan taksi ilə evə gəlmişlər. Viktorun xəstə kimi uzandığı yerə gəlmiş, Viktorun səhhəti pis olmuş və danışa bilməmiş, Enarın köməkliyi ilə Viktoru taksiyə oturdaraq evə aparmış, evdə Viktor bir az özünə gəlmiş, paltarını dəyişməsinə köməklik etmişdir. Sonradan Viktorun gözlərinin arxaya getdiyini görmüş və səhhəti ağırlaşdığı üçün dərhal 103 təcili yardım xidmətinə məlumat vermişdir. Təxminən 15 dəqiqədən sonra təcili yardım gəlmiş və Viktora ilk tibbi yardım göstərmişdir. Həmin vaxt Viktorun bədənində sağ döş hissəsində bir, sağ böyründə aşağıda 2 yaxud 3 cızıq olmuş və həmin yerdən axmış qan Viktorun alt paltarına qədər getmişdir, Viktorun təzyiqini ölçən zaman təzyiqinin 40-30-a olduğunu müəyyən edilmiş, həkim Viktorun səhhətinin çox pis olduğunu, ölə biləcəyini bildirmiş, Viktor əvvəlcə təcili yardım maşını ilə aparılmasına etiraz etmiş, sonra təkidləri ilə Viktoru onun və dostu Enarın köməkliyi ilə xərəkdə təcili yardım maşınına qoymuşlar və KTM xəstəxanasına aparmışlar. Viktoru evə gətirəndə Faiq də gəlmiş və demişdir ki, qardaşı Viktoru həyat yoldaşını zorladığma görə vurmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, atpsı Təqsirləndirilən şəxs anası Yeganə Əliyeva birlikdə ünvan 4 ünvanda yaşaymış; atası Təqsirləndirilən şəxs hərbi hissədə operator işləmiş, anası Yeganə Əliyeva işləməmiş və «beyinin quruması», yəni “atrofiya” xəstəliyindən əziyyət çəkmiş, atası Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs tüfeyli həyat tərzi keçirmiş, Zərərçəkmiş şəxs qonşu kimi heç kim razı olmamış, hətta Zərərçəkmiş şəxs öz valideyni də ondan narazı olmuş, 14 mart 2020-ci il tarixdə o, evdə olan zaman balaca qardaşı Şahid3 ona telefon vasitəsi ilə zəng edərək bildirmişdir ki, atası Təqsirləndirilən şəxs anası Yeganə Əliyevanı onun (Elgünün) evinə aparmış, atası Təqsirləndirilən şəxs yaşadığı ünvanda onu gözləyir, həmin gün günorta saatlarında o, qardaşı Şahid3lə Bayıl qəsəbəsində görüşərək atası Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, atası Təqsirləndirilən şəxs əsəbi və həyacanlı olmuş və bildirmişdir ki, 13.03.2020-ci il tarixdə axşam saatlarına evə qayıdan zaman Yiktor Bujdelevin evdə yarıçılpaq vəziyyətdə olduğunu görmüş və buna görə aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs əlləri ilə vuraraq evdən qovmuş, daha sonra atası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hazırda xəstəxanada olmasını bildirmişdir və Viktora baş çəkmələrini məsləhət etmiş, qardaşı Elgünlə birlikdə xəstəxanaya getmiş və Zərərçəkmiş şəxs vəziyyəti ilə bağlı maraqlanmış, lakin xəstəxanada onlara Zərərçəkmiş şəxs səhəti haqqında məlumat verilməmişdir; daha sonra Zərərçəkmiş şəxs xəstəxanada ölməsi onlara məlum olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid3 işin faktiki hallarına və qardaşı Təqsirləndirilən şəxs ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə-tibbi ekspertizası üzrə 04 aprel 2020-ci il tarixli 28 nömrəli ekspert rəyindən görünür ki; 1. mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb beyin qan dövranının kəskin pozğunluğu, sol gicgah-təpə-ənsə paylarının işemiyası, işemik insult fonunda inkişaf etmiş kəskin beyin ödemi olmuşdur; tibbi sənəddəki məlumatlara əsasən demək olar ki, Zərərçəkmiş şəxs 17 mart 2020-ci il tarixdə saat 21:00-da X8 ölmüşdür, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq edilir; 2. mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər vardır və onlar üç qrupa bölünürlər: “a”-döş qəfəsinin ön səthinin sağ yarısının plevra boşluğuna nüfuz edən, sağ ağciyəri zədələyən, daxili qanitirməyə (sağ plevra boşluğunda 350 ml+150 ml qan) səbəb olmuş deşilmiş-kəsilmiş yarası; «b» - çənəaltı nahiyənin və qarının sağ yan divarının səthi kəsilmiş yaraları; “c”- alın nahiyəsinin mərkəzinin, sağ gicgah nahiyəsinin və burun yəhərinin sıyrıqları; “a” bəndində göstərilmiş bədən xəsarəti deşici-kəsici əşya ilə(alətlə), ola bilsin bıçaqla bir zərbə nəticəsində əmələ gələrək yetirilmə müddəti 13.03.2020-ci il tarixinə uyğun gəlir, həyati əlamətlərə malik olmaqla ölümlə bilavasitə səbəbli əlaqəsi yoxdur və dərəcəsinə görə həyat üçün təhlükəli olan AĞİR zərərvurmanm əlamətlərinə malikdir; “b” bəndində göstərilmiş bədən xəsarətləri iti kənarlı əşya ilə (alətlə), ola bilsin bıçağın iti kənarının təsirindən törənmişlər, yetirilmə müddəti 13.03.2020-ci il tarixinə uyğun gəlir, həyati əlamətlərə malik olmaqla ölümlə səbəbli əlaqələri yoxdur və belə xəsarətlər həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdir; “c”- bəndində göstərilmiş bədən xəsarətləri küt əşyanın (əşyaların) təsirindən mərhumun ölümündən 4-5 gün əvvəl törənmişlər, həyati xüsusiyyətlərə malikdirlər, ölümlə əlaqələri yoxdur və belə xəsarətlər həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdirlər.

3. mərhum Zərərçəkmiş şəxs adma tərtib olunmuş tibbi sənəddə onun xəstəxanaya daxil olarkən ağzından spirtli içki iyinin gəlib-gəlməməsi barədə hər hansı bir qeydiyyat yoxdur və meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, priazalon, 1,4 benzodiazepin törəməlri və salisilatlar aşkar edilməmişdir (1-ci cild iş vərəqi 127-136). İşdə olan əlavə məhkəmə-tibbi ekspertizası üzrə 19 may 2020-ci il tarixli 02/28 saylı ekspert rəyindən rəyindən görünür ki, 1.Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb beyin qan dövranının kəskin pozğunluğu, sol gicgah-təpə-ənsə paylarının işemiyası, işemik insult fonunda inkişaf etmiş kəskin beyin ödemi olmuşdur. Tibbi sənəddəki məlumatlara əsasən demək olar ki, Zərərçəkmiş şəxs 17 mart 2020-ci il tarixdə saat 21:00-da X8 ölmüşdür, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq edilir; 2.Mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər vardır və onlar üç qrupa bölünürlər: “a”-döş qəfəsinin ön səthinin sağ yarısının plevra boşluğuna nüfuz edən, sağ ağciyəri zədələyən, daxili qanitirməyə (sağ plevra boşluğunda 350 ml+150 ml qan) səbəb olmuş deşilmiş-kəsilmiş yarası; “b”-çənəaltı nahiyənin və qarının sağ yan divarının səthi kəsilmiş yaraları; “c”-ahn nahiyəsinin mərkəzinin, sağ gicgah nahiyəsinin və burun yəhərinin sıyrıqları; “a” - bəndində göstərilmiş bədən xəsarəti deşici-kəsici əşya ilə (alətlə), ola bilsin bıçaqla bir zərbə nəticəsində əmələ gələrək yetirilmə müddəti 13.03.2020-ci il tarixinə uyğun gəlir, həyati əlamətlərə malik olmaqla ölümlə bilavasitə (birbaşa) səbəbli əlaqəsi yoxdur və dərəcəsinə görə həyat üçün təhlükəli olan AĞİR zərərvurmanm əlamətlərinə malikdir. Belə ki, Zərərçəkmiş şəxs ölümünə bilavasitə (birbaşa) səbəb daxilə nüfuz edən və ağciyəri zədələyən deşilmiş-kəsilmiş yara nəticəsində törənmiş daxili qanaxma deyil, beyin qan dövranının kəskin pozğunluğu, sol gicgah-təpə-ənsə paylarının işemiyası, işemik insult fonunda inkişaf etmiş kəskin beyin ödemi olmuşdur. “b”- bəndində göstərilmiş bədən xəsarətləri iti kənarlı əşya ilə (alətlə), ola bilsin bıçağın iti kənarının təsirindən törənmişlər, yetirilmə müddəti 13.03.2020-ci il tarixinə uyğun gəlir, həyati əlamətlərə malik olmaqla ölümlə səbəbli əlaqələri yoxdur və belə xəsarətlər həm ayrılıqda, eləcə də ümumilikdə zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdir. “c”- bəndində göstərilmiş bədən xəsarətləri küt əşyanın (əşyaların) təsirindən mərhumun ölümündən 4-5 gün əvvəl törənmişlər, həyati xüsusiyyətlərə malikdirlər, ölümlə əlaqələri yoxdur və belə xəsarətlər həm ayrılıqda, eləcə də ümumilikdə zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdirlər.

3. İşemiya-(yunan sözü olub) yerli qan azlığı, toxumalara lazımi qədər qanın çatmaması mənasını verir və bu fonda zədələnmiş orqandan asılı olaraq həmin orqana aid edilə biləcək simptomlarla (əlamətlərlə) xarakterizə edilən sindromdur (əlamətlər kompleksidir). Beyin işemiyası və ya işemik insult nevroloji simptomlar kompleksinin əmələ gəlməsi ilə özünü büruzə verir. Arterial hipertenziya, siqaret çəkmə, şəkərli diabet, ürək xəstəlikləri, hiperkoaqulyasiya (qanın damardaxili laxtalanma qabiliyyətinin yüksək olması) ilə müşaiyət olunan hallar, azhərəkətli həyat tərzi, alkoqolun həddən ziyadə qəbulu, yaş, kişi cinsinə mənsubluluq, genetik meyillilik kimi hallar, eləcə də, güclü stress (qorxu, həyəcan, gərcinlik), çoxlu miqdarda qan itkisi ilə müşayiət olunan kəskin qanitirmə vəziyyəti işemiyaya gətirib-çıxara biləcək amillərə aiddirlər. Bu baxımdan Zərərçəkmiş şəxs baş vermiş daxili qanaxmanın da işemik dəyişikliklərin başlanmasında təkanverici rolunun ola bilməsi imkanım tibbi nöqteyi-nəzərdən inkar etmək mahiyyət etibarı ilə düzgün olmazdı. Lakin, mərhum Zərərçəkmiş şəxs travmanı aldıqdan təxminən 3,5-4 saat sonra hospitalizə olunması, xəstəxanaya daxil olarkən qanitirmənin həcminin ilkin olaraq 350 ml (sonrakı gedişatda +150 ml) və arterial təzyiqinin 110/65 mm.c.süt səviyyəsində olması, açıq cərrahi müdaxiləyə ehtiyac görülməməsi, meyitin daxili müayinəsi zamanı sağ döş boşluğunda cuzi miqdarda qan izlərinin aşkar edilməsi, ürək əzələsində və boşduqlarında kəskin qanitirməyə dəlalət edə biləcək kənarçıxma hallarının (məs:”Minakov ləkəsi” halında ürəyin endokard qişası altına qansızmalann) olmaması, histoloji müayinədə daxili üzvlərdə doluqanlığm olması, stasionarda keçən müddət ərzində hemodinamiki göstəricilərin stabil və norma daxilində olması və beyin maddəsində postravmatik və poshemorragik dəyişikliklərin aşkar edilməməsinə əsaslanıb demək olur ki, Zərərçəkmiş şəxs ölümü döş qəfəsinin ön səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralanması fonunda baş beyin qan dövranının pozulması ilə əlaqədar inkişaf etmiş işemik insult və kəskin beyin ödemindən baş vermiş, göstərilən xəsarətin qeyd olunan patoloji prosesin törənməsində və formalaşmasında birbaşa səbəbli əlaqəsi və təkanverici rolu olmamışdır (1-ci cild iş vərəqi 148-158) İşdə olan təkrar komissiyon məhkəmə-tibb ekspertizasının 21 avqust 2020-ci il tarixli T 219/2020 nömrəli ekspert rəyindən görünür ki: 1.Vətəndaş Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthində sağda döş boşluğuna nüfuz edərək ağciyəri zədələyən deşilmişkəsilmiş yara, sağ tərəfli hemotoraks (500,0 ml), çənəaltı, qarnın sağ yan divarının səthi kəsilmiş yarası, alm, sağ gicgah və burun yəhərinin sıyrıqları, baş beyinin sol yarımkürəsinin geniş işemik insultu, sağtərəfli hemiparez olmuşdur. Qeyd edilən xəsarətlərdən döş qəfəsinin sağ yarısının daxilə nüfuz edən yarası deşici-kəsici alətin, kəsilmiş yaralar iti kənarlı və ya uclu alətin təsirindən, sıyrıqlar isə küt əşyanın təsirindən törənmişdir. Deşilmiş-kəsilmiş və kəsilmiş yaraların yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 13.03.2020-ci il tarixə uyğun gəlir, döş boşluğuna nüfuz edən yara canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, kəsilmiş yaralar sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Sıyrıqlar küt yaranma mexanizminə malik olmaqla yetirilmə müddəti ölüm baş verməzdən 4-5 gün əvvələ uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Yetirilən xəsarətlərlə Ölüm arasında birbaşa səbəbli əlaqə yoxdur. 2.Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş beynin sol yarımkürəsinin geniş işemik insult nəticəsində inkişaf etmiş kəskin beyin ödemi olmuşdur. Ölüm 17.03.2020-ci ildə “X9 baş vermişdir; 3.Təqdim edilmiş sənədlərə əsasən, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər kəskin qan itirməsinə səbəb olmamışdır. Belə ki, “X14”ə gətirilərkən nəbzin dəqiqlik sayı 100, arterial təzyiqi 110/65 mm civə sütununa bərabər olmuşdur. Döş qəfəsi drenaj edilərkən oradan ümumilikdə (350,0+150,0) 500,0 ml qan xaric edilmişdir. Baş verən hadisə Zərərçəkmiş şəxs qorxu, həyəcan və əsəbi gərginlik yarada bilərdi; 4. Qorxu, həyəcan və əsəbi gərginlik kəskin qanitirməyə səbəb ola bilməzdi. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb kəskin qanitirmə deyil, baş beynin geniş işemik insultu nəticəsində yaranmış kəskin beyin ödemi olmuşdur (1-ci cild iş vərəqi 249-257). Məhkəmə tərəfindən təyin edilmiş komisyon məhkəmə-tibbi ekspertiza üzrə 06 avqust 2021-ci il tarixli ekspert rəyindən görünür ki, 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertisına, adına tərtib edilmiş tibbi sənədə, məhkəmə-tibbi ekspert rəylərinə və iş materiallarına əsaslanaraq, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir; 1. Vət. V.V.Bujdeevin ölümünə səbəb kəskin beyin ödemi ilə nəticələnmiş baş beyinin sol yarımkürəsinin geyniş işemik insultu olmuşdur, ölüm 17.03.2020-ci ildə «Kliniki Tibbi Mərkəz»də baş vermişdir; 2. Vətəndaş Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthində sağda döş boşluğuna nüfuz edərək ağciyəri zədələyən deşilmişkəsilmiş yara, sağ tərəfli hemotoraks (500,0 ml), çənəaltı, qarnın sağ yan divarının səthi kəsilmiş yarası, alm, sağ gicgah və burun yəhərinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqə yoxdur və baş verən hadisədə aldığı xəsarətlə əlaqədar kəskin qan itirmənin olmaması, «X14»ə gətirilərkən nəbzin dəqiqəlik sayının 100, arterial təzyiqin 110/65 mm civə çütununa bərabər olması, döş qəfəsi drenaj edilərkən isə oradan ümumilikdə (350,0+150,0) 500,0 ml qan xaric edilməsi onu qeyd etməyə əsas verir ki, onda qeyd edilənlər qorxu, həyəcan və əsəbi gərginlik yarada bilməzdi; 3 Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb kəskin qanitirmə deyil, baş beyinin geniş işemik insultu nəticəsində yaranmış kəskin beyin ödemi olmuşdur İşdə olan kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası üzrə 09 iyun 2020-ci il tarixli 1043 nömrəli ekspert rəyindən görünür ki, - məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissə: 1. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığm və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb; 2. Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərinə cavab vermək, onları idarə etmək və onlara rəhbərlik etmək qabiliyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir;3. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə yoxlanılan şəxs Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur. Emosionaliradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyətində hirslilik, qəzəblilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman şüuruna və fəaliyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamış, emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək, hərəkət və davranışını iradi olaraq tənzimləmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır (1-ci cild iş vərqəi 159-162) Məhkəmə yuxarıda göstərilən çoxsaylı məhkəmə-tibb ekspertizaları üzrə ekspert rəylərinə sasən belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyinin geniş işemik insultu nəticəsində yaranmış kəskin beyin ödemi olmuş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yetirdiyi ağır xəsarət nəticəsində yaranmış kəskin qanitirmə olmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan şübhəli şəxsin tutulması haqqında 16 mart 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 22-23). İşdə olan Səbail Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli qərarından görünür ki, Səbail Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 14 iyul 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı 16 mart 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 53-55, 69). İşdə olan Səbali Rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (1-ci cild iş vərəqi 192-201) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə əsas görmür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Azərbaycan Respublikası Cinayət-Prosessual Məəlləsinin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun ev dustaqlığında saxlanıldığı müddət də daxildir. Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3 və 158.2.2-ci maddələrini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti və ev dusaqlığında olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı həbs olunduğu tutulduğu 16 mart 2020ci il tarixdən hesablanmalıdır Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə və Cinayət-Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə əsasən cəza çəkməsinin başlanğıcının tutulduğu 16 mart 2020-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 mart 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Siyavuş Hacıyev

hakimlər: Rahib Salmanov

Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar