Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-301/2022 21.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı3, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxx 1989-cu il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla olan, 13 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 avqust 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsində yerləşən “Məhəllə” adlı kafeyə gələrək orada xidmətçi işləyən bibisi qızı Zərərçəkmiş şəxs həmin kafedə görüb sonuncuya yaxınlaşaraq belə bir yerdə işləməyin düzgün olmadığını bildirməklə işdən çıxmasını tələb etdikdə Zərərçəkmiş şəxs ona kafedə işləməsinin səbəbini savadının olmaması və buna görə də başqa yerdə özünə iş tapa bilməməsi ilə izah etdikdə o, heç bir əsaslı səbəb olmadan, sonuncunun bu sözlərindən hiddətlənməklə özünü nüfuz sahibi kimi göstərərək özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirib, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozaraq Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə ictimai yer olan kafenin fəaliyyətini pozaraq orada müştərilərin narahatçılığına səbəb olmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməklə naməlum mənbədən əldə edərək şalvarının bel kəmərinə keçirib üzərində gəzdirdiyi, soyuq silah olan qara rəngli, qatlanan bıçağı silah qismində istifadə edib tətbiq edərək, həmin bıçaqla qarşısında dayanan Zərərçəkmiş şəxs bədəninin həyat üçün əhəmiyyətli orqanlarının yerləşdiyi döş qəfəsi və qarın nahiyyələrinə güclü zərbələr vuraraq sonuncuya sol tərəfli hemotoraks ilə müşayiət olunan perikard və ürəyin sol mədəciyinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön səthinin sol plevra boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, daxili qanaxma ilə müşayiət olunan diafraqmanın sol yarısı, dalağın kənar hissəsi və mədənin böyük əyriliyinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yan səthinin sol plevra və qarın boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, qarnın sol yan səthinin daxilə nüfuz etməyən 2 ədəd deşilmiş-kəsilmiş yarası, sol bazunun aşağı 1/3-nin arxa səthinin 2 ədəd və sol saidin yuxarı 1/3-nin arxa səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya xarakterik xəsarətlər yetirmiş, lakin Zərərçəkmiş şəxs sol qolunu qarşıya verərək aktiv müqavimət göstərməklə bıçaq zərbələrinin davam etməsinin qarşısını alıb ondan yayındığından, kafedə olan digər şəxslər ona mane olduğundan və Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən o, öz iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs qəsdən öldürməyə yönəldilmiş əməlini başa çatdıra bilməyərək sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 221.3 və 228.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 13 avqust 2021-ci il tarixdə baş vermiş hadisədən təxminən 4-5 ay əvvəl maddi vəziyyəti pis olduğuna, iş tapa bilmədiyinə görə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə köçdükdən sonra Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən NZS qəsəbəsində mebel sexində rəngsaz kimi çalışmışdır. Zərərçəkmiş şəxs onun bibisinin qızıdır və Elnarə əvvəllər Lənkəran şəhəri, Liman qəsəbəsində yaşamışdır. Zərərçəkmiş şəxs bir neçə il bundan əvvəl həyat yoldaşından boşanmış, daha sonra maddi sıxıntı səbəbindən azyaşlı qızı ilə birlikdə Bakı şəhərinə köçərək Bakıda yaşamış, müxtəlif işlərdə işləmişdir. O, Bakı şəhərinə köçdükdən sonra bir müddət yeznəsi Zaur Baxşıyevin evində yaşamış, Zaur Baxşıyevin evində yaşadığı müddət ərzində bibisi qızı Elnarənin Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində yerləşən “Məhəllə” adlı kafedə çalışdığını eşitmişdir. O, Elnarənin kafedə işləməsini eşitdikdən sonra Elnarə barəsində onda pis fikirlər yaranmış, belə ki, Elnarənin çalışdığı kafeyə müxtəlif yad kişilərin gəlməsi, Elnarənin orada onların qarşısına çay qoyması, hadisədən bir neçə gün əvvəl Elnarəni əlində araq şüşəsi ilə kafeyə daxil olarkən görməsi kimi hallar ona pis təsir bağışlamışdır. Hadisədən əvvəl Elnarəyə bununla əlaqədar bir neçə dəfə xəbərdarlıq etməyə çalışsa da, əvvəllər Elnarəyə bu barədə fikrini bildirməmişdir. Qohum kimi Elnarədən həmişə uzaq olmağa çalışmışdır. Buna baxmayaraq Elnarəni kafedə işləməkdən çəkindirmək istəmişdir. Elnarənin yüngül həyat tərzi keçirməsi ilə bağlı hər hansı bir şey eşitməmiş, sadəcə kafedə işləmək görüntü olaraq xoş olmadığından bu haldan narazı olmuşdur. Elnarəyə hər hansı maddi yardım göstərməmiş, maddi yardım göstərəcəyi ilə bağlı hər hansı vəd verməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 13 avqust 2021-ci il tarixdə, axşam saat 18 radələrində sürücüsünü tanımadığı taksi ilə işdən evə qayıdarkən yolu “Məhəllə” kafesinin qarşısından keçdiyindən Elnarə ilə söhbət etmək qərarına gəlmiş, taksidən düşərək “Məhəllə” kafesinə daxil olmuş, kafeyə daxil olduqdan sonra içəridə 2 nəfər tanımadığı orta yaşlı müştərinin stolda əyləşdiyini, Elnarənin isə pivə süzən aparatın arxasında dayanmış vəziyyətdə olduğunu görmüşdür. Elnarə onu gördükdə qabağına gələrək onunla salamlaşmışdır. Daha sonra o, Elnarədən nə üçün kafedə işlədiyini, özünə normal iş tapmadığını, məsələn, mağazalarda satıcı işləmədiyini soruşmuş, Elnarə isə cavabında ona sakit tərzdə savadının olmadığını, mağazalarda işləmək üçün cavan qızların tələb olunduğunu, onu mağazaya işə götürmədiklərini, bu səbəbdən də kafedə işlədiyini bildirmişdir. Elnarənin bu sözlərindən sonra əsəbləşmiş və Elnarənin onun sözünə əməl etmək əvəzinə onunla söz güləşdirdiyini düşünərək əvvəlcədən şalvarının bel kəmərində saxladığı bir ədəd qara rəngli qatlanan tipli bıçağı çıxararaq Elnarəyə vurmağa başlamışdır. O, bir neçə bıçaq zərbəsini Elnarəyə vurduqdan sonra sonuncu zərbələri vurmaq üçün bıçağı yuxarıya qaldırdıqda Elnarə sol qolunu bıçağın qarşısına verərək onun Elnarənin yaxasından tutduğu əlini koftasından aralayaraq onu itələmişdir. Bu zaman bir neçə dəfə Elnarəyə vurmaq istədiyi bıçaq zərbələri Elnarənin sol qoluna dəymişdir. Bu vaxt ətrafda olan şəxslər ona “Nə edirsən? Bu nə hərəkətdi edirsən?” deyə bildirmişlər. Sonra həmin şəxslər kafedən çıxmışlar. Elnarəyə vurduğu bıçaq zərbələrindən sonra Elnarə stulda əyləşmişdir. O isə geriyə dönərək kafenin qapısını örtmüş və kafedən çıxmışdır. Elnarəni vuraraq kafedən çıxdıqdan sonra yeznəsi Zaur Baxşıyevə zəng edərək Nizami RPİ-nin 23-cü PB-nə təslim olmağa getdiyini bildirmiş, nə üçün getdiyini demədən telefon danışığı kəsilmiş və danışıq başa çatmışdır. O, təsadüfi əyləşdiyi, sürücüsünü tanımadığı taksi ilə Nizami RPİ-nin 23-cü PB-nə getmiş, oraya getdikdən sonra bölməyə daxil olaraq cinayət əməli törətdiyini könüllü surətdə etiraf etmiş və Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyi bıçağı Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısına təhvil vermişdir. Baş vermiş hadisə zamanı spirtli içkinin və ya narkotik vasitənin təsiri altında olmamış, 13 avqust 2021-ci il tarixdə “Məhəllə” kafesinə gedərkən Elnarəni bıçaqla vurmaq fikri olmamış, nə Elnarə ilə söhbət etməyində, nə də sonuncunu bıçaqla vurmağında hər hansı bir şəxsin rolu olmamışdır. Elnarənin kafedə işləməsini bəyənmədiyindən əvvəlcə söhbət etmək üçün kafeyə gəlmiş, Elnarəni bıçaqla vurmaq fikri olmamış, Elnarənin ona “savadım yoxdur, özümə başqa iş tapa bilmirəm, mağazalarda işləmək üçün cavan qızlar tələb olunur” deyə bildirməsi onu əsəbləşdirdiyindən şalvarının bel kəmərində olan qatlanan tipli bıçağı çıxararaq Elnarəni bıçaqla vurmağa başlamış, məqsədi sonuncunu cəzalandırmaq olmuşdur. Zərərçəkmiş şəxsnı öldürmək məqsədi olmasa da, hadisə vaxtı əsəbi olduğundan sonuncuya 7 bıçaq zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyi bıçağı uzun müddət bundan əvvəl xatırlamadığı vaxtda xatırlamadığı yerdən əldə etmiş, bıçağı gecə saatlarında evə gəldiyindən üzərində saxlamış, lakin kafeyə gəldikdə Elnarəni bıçaqla vurmaq fikri olmamışdır. Hazırda ailə üzvlərinin başsız qalmasına görə peşmandır, Zərərçəkmiş şəxs ilə barışmış, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi qalmamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunan, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadələri hadisə yerində yoxlanılmış və təqsirləndirilən şəxs sərbəst ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmişdir (iş vərəqə: cild İ, səh. 175-180). Məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edib göstərdi ki, Lənkəran rayonu, Liman şəhəri, Mətləb Ağayev küçəsində qeydiyyatda olsa da, hazırda qızı X11 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayır. Təqsirləndirilən şəxs dayısı oğludur. Aralarında əvvəllər ədavət və düşmənçilikləri olmamışdır. 2011-ci il tarixdə həyat yoldaşından rəsmi olaraq ayrıldıqdan sonra atası Balakişinin yaşadığı evdə yaşamış, 2016-cı ildə isə Bakı şəhərinə gələrək Sabunçu rayonu, Bakıxanov qəsəbəsində şirniyyat sexində təxminən 2 ay xadimə işlədikdən sonra, təxminən 4 ay aşbaz köməkçisi işləmişdir. Buna görə də işlədiyi əraziyə yaxın ünvanda kirayədə qalmışdır. Bir müddət sonra isə hazırda kirayədə qaldığı ünvana, yəni Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsinə köçərək nömrəsiz fərdi yaşayış evində qızı ilə birlikdə kirayədə yaşamağa davam etmiş, işsiz olduğu üçün yaşadığı ünvana yaxın «Məhəllə» adlanan kafedə təmizləyici, yəni xadiməçi işi taparaq orada işləməyə davam etmişdir. Kafedə işlədiyi müddət ərzində kafenin mətbəx hissəsində təmizləmə işlərini görmüş, ara-sıra müştərilərə qulluq etmişdir. Kafedə işləyərkən əmək müqaviləsi olmamış, lakin Sabuhi Şeydayev aylıq olaraq ona gördüyü işlərin müqabilində 300 manat məbləğində əmək haqqı vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, 13 avqust 2021-ci il tarixdə, saat 18 radələrində işlədiyi kafenin içərisində olarkən dayısı oğlu Arzuman Hadıyev kafeyə daxil olmuş, Arzumanı görüb xoş gəldin deyərək onunla görüşmüşdür. Həmin vaxt Arzuman ondan niyə mağazalarda satıcı işləmədiyini, nəyə görə kafedə işlədiyini soruşmuş, o isə Arzumana savadının olmadığını, mağazalarda satıcı işləmək üçün cavan qızların tələb olunduğunu, hazırki işi yaşadığı ünvana yaxın olduğundan ara-sıra gedib qızı Nərminə baş çəkib gəldiyini və işinin rahat olduğunu bildirmişdir. Həmin vaxt kafenin içərisində masada 2 nəfər yaşlı tanımadığı müştərilər əyləşmişdir. O, bu sözləri Arzumana bildirdikdən sonra Arzuman sol əli ilə onun yaxasından tutub, sağ əlində tutduğu qara rəngli açılıb-qatlanan bıçaqla sol tərəf nahiyəsinə, yəni qarın boşluğuna və sinə nahiyəsinə bir neçə dəfə bıçaq zərbəsi vurmuşdur. Təqsirləndirilən şəxs bıçaqla ona bir neçə dəfə zərbə endirdikdən sonra huşu özündə olsa da, Arzumanın artıq onu öldürmək niyyətində olduğunu başa düşmüş, həmin vaxt orada olan şəxslər də Arzumana “nə edirsən, bu nə hərəkətdi edirsən?” deyə bildirmişlər. Arzuman bir neçə dəfə bıçaqla zərbə endirməsinə baxmayaraq, sonuncu dəfə qışqıraraq bıçağı yuxarıya doğru qaldırmış, o, Arzumanın bunu bıçağın təsirinin daha çox olması üçün var qüvvəsi ilə sonuncu zərbəni endirmək üçün etdiyini başa düşmüşdür. Həmin vaxt bıçağı sinəsinə doğru endirdikdə bütün gücünü toplayaraq bıçağın qarşısını kəsmək üçün sol qolunun dirsək hissəsini bıçağın qarşısına vermiş və sağ əli ilə onun yaxasından tutduğu sol əlini koftasından aralamışdır. Daha sonra sağ əli ilə onu sinəsindən itələməyi bacarmışdır. Həmin vaxt sol qolunun dirsək hissəsinin aşağı və yuxarı nahiyyələrindən xəsarət almışdır. Belə ki, sonuncu zərbələrdən müdafiə olunmağı bacarsa da, Təqsirləndirilən şəxs sonuncu zərbəni sinəsinə doğru endirdikdə qolunu qarşıya verdiyinə görə bıçaq zərbələri onun qolunu doğramışdır. Təqsirləndirilən şəxs sonuncu zərbəni endirmək üçün bir neçə dəfə cəhd etsə də, o, qolunu qarşıya verdiyi üçün bıçağı ona vura bilməmişdir. Həmin vaxt o, artıq stullardan birinin üzərinə oturmuş halda halsız vəziyyətdə qalmış, huşu üzərində olsa da, gözlərini yummuşdur. Bundan sonra baş verənləri gözləri yarı yumulu vəziyyətdə görmüşdür. Həmin vaxt Arzuman kafedən iki nəfər müştərinin çıxdığını, onun al-qan içərisində olduğunu, artıq nə kafenin içərisində, nə də qarşısında kimsənin olmadığını, onun xeyli qan itirdiyini, gözlərini yumduğunu görüb geriyə dönərək kafedən çıxmışdır. Arzuman çıxdıqdan sonra o, bir qədər özünə gəlmiş, kömək üçün kimisə çağırmağa çalışsa da, bunu bacarmamışdır. Həmin vaxt halsız vəziyyətdə olmuşdur. Gözlərini açıb ətrafa baxa bilsə də, hər şeyin son olduğunu düşünmüşdür. Arzuman getdikdən təxminən 10 dəqiqə sonra müdiri Səbuhi adlı şəxs kafeyə gəlmiş, dərhal təcili tibbi yardıma zəng etmişdir. Səbuhi ondan nə baş verdiyini soruşduqda ona sakit səslə dayısının oğlu Arzuman tərəfindən bıçaqlandığını bildirmişdir. Səbuhi təcili tibbi yardımın gecikə biləcəyini ehtimal edib onu taksi ilə xəstəxanaya aparmışdır. Sabunçu rayonu ərazisində yerləşən 3 saylı şəhər kliniki xəstəxanasında həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərildikdən sonra cərrahiyyə şöbəsinə yerləşdirilmiş, əməliyyat olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, hadisə zamanı Təqsirləndirilən şəxs onun sol tərəfdən sinəsindən və qarın hissəsindən bir neçə yerdən bıçaqla vuraraq xəsarətlər yetirmiş, bundan başqa Arzumandan müdafiə olunmağa çalışdıqda Arzuman əlində olan bıçaqla onu qolundan da yaralamışdır. Arzuman Hadıyevin onu nə məqsədlə vurmasını bilməmiş, lakin Arzumanın onu öldürmək istədiyini bilmişdir. Həmin vaxt o, qolunu bıçağın qarşısına verməyəcəyi halda o, zərbələrin təsirindən yerindəcə ölməli idi. Təqsirləndirilən şəxs kafeyə daxil olarkən Arzumanın əlində heç nə görməmiş, Arzumanla söhbət etdikdən sonra qəflətən sonuncunun əlində qara rəngli, qatlanan bıçağın olduğunu görmüşdür. Həmin bıçağı necə çıxardığını görməmişdir. O, başqa-başqa kişilərlə münasibət saxlamamış, Arzumanın kafedə işləməsinə görə onu öldürmək istəməsi üçün heç bir səbəb olmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs ona əvvəllər hər hansısa formada xəbərdarlıq etməmiş, Zaur Baxşıyevin yoldaşı onun bibisi qızı olduğundan bir dəfə onlarda olmuş, həmin vaxt da Arzumanın orada olduğunu görmüşdür. Lakin, orada Arzuman onunla hər hansı söhbət etməmişdir. Hazırda Təqsirləndirilən şəxs bağışlamış, sonuncu ilə barışmış, Arzumana qarşı heç bir şikayəti və tələbi qalmamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmiş, sonuncu isə üzünə qarşı deyilənləri inkar etməmişdir (iş vərəqə: cild İ, səh. 206-211). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, usta kimi fəaliyyət göstərmiş, təxminən 3 ilə yaxın bir müddətdir ki, maddi cəhətdən vəziyyəti yaxşı olmadığından usta kimi çalışmaqla yanaşı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində yerləşən, qonşusu Şahid2 məxsus “Məhəllə” adlı kafeni işlətmişdir. Kafedə müştərilər üçün əsasən çay, bir sıra hallarda pivə verilmişdir. O, kafedə həm ofisiantlıq etmiş, həm də oranı işlətmişdir. Zərərçəkmiş şəxs isə orada xadimə kimi çalışmış, ara-sıra müştərilərə qulluq etmişdir. Lakin kafedə Elnarənin əsas işi oranı silib təmizləmək olmuşdur. O, hər ay Elnarəyə gördüyü işin müqabilində 300 manat məbləğində pul vermişdir. Şahid X10 ifadəsinin davamında göstərdi ki, 13 avqust 2021-ci il tarixdə axşam saatlarında kafeyə gəlib içəri daxil olduqda Zərərçəkmiş şəxs stulda əyləşmiş vəziyyətdə görmüşdür. Elnarənin huşu tam üzərində olmamış, əynində olan kofta, eyni zamanda kafenin içərisi tamamilə qan içərisində olmuşdur. O, Elnarədən nə baş verdiyini soruşduqda Elnarə sakit səslə dayısı oğlu Arzuman tərəfindən bıçaqlandığını bildirmişdir. Elnarənin danışmağa taqəti olmadığını görüb başqa sual vermədən dərhal təcli tibbi yardıma zəng etmiş, baş vermiş hadisəni və hadisə yerini izah etmişdir. Bir müddət gözlədikdən sonra Elnarənin huşunu itirəcəyini görüb sonuncunu Keşlə qəsəbəsində fəaliyyət göstərən Şahid3 İkram oğlunun taksi avtomobilinə əyləşdirərək Sabunçu rayonu ərazisində yerləşən 3 saylı şəhər kliniki xəstəxanasına çatdırmışdır. Oraya çatdıqda polis əməkdaşları tərəfindən xəstəxanaya əvvəlcədən məlumat verildiyindən həkimlər hazır vəziyyətdə gözləmişlər. Həkimlər dərhal Elnarəyə müdaxilə edərək sonuncunu əməliyyatxanaya aparmışlar. O, kafeni işlətməyə başladıqda iş üçün elan vermiş, həmin vaxt Zərərçəkmiş şəxs kafeyə gələrək işləmək istədiyini bildirmiş, sonuncunu işə götürmüşdür. Elnarə ilə əmək müqaviləsi olmamış, Elnarəyə hər ay kafedə işləməsinə görə aylıq 300 manat məbləğdə məvacib vermişdir. 13 avqust 2021-ci il tarixdə baş vermiş hadisədən təxminən 10 dəqiqə sonra kafeyə daxil olduqda orada nə kafenin qarşısında, nə də içərisində heç kəs olmamış, kafeyə tək gəlmiş, Elnarəni gördükdən sonra kafenin qarşısına çıxaraq taksi axtarmağa başlamışdır. Həmin vaxt yoldan keçən, əvvəlcədən tanıdığı taksi sürücüsü, Keşlə qəsəbəsində fəaliyyət göstərən Şahid3 saxlatmış, sonuncuya vəziyyəti izah etmiş, Elnarənin sağ olub-olmadığını soruşduqda sağ olduğunu, bıçaqlandığını bildirmiş, Qrant köməklik göstərməyə razılıq verdikdən sonra Elnarəni avtomobilə əyləşdirərək xəstəxanaya aparmışlar. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış, sonuncuyla hər hansı əlaqəsi olmamış, baş vermiş hadisədən sonra Arzumanın adını Elnarədən eşitmişdir. Zərərçəkmiş şəxs hər hansı qeyri-əxlaqi hərəkətinin şahidi olmamış, Elnarə kafedə xadimə kimi çalışmış, ara-sıra müştərilərə çay vermiş, bəzən müştərilər pivə içmək istəyərkən özü qulluq etmişdir. Arzumanın Elnarəyə kafedə işləməsinə görə xəbərdarlıq etməsinin və ya çəkindirici söhbətlər aparmasının şahidi olmamışdır. Elnarənin başqa kişilərlə münasibət saxlaması və ya yüngül həyat tərzi keçirməsi barədə ümumiyyətlə hər hansı bir şey eşitməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində ünvanın yaxınlığında yerləşən “Məhəllə” adlı kafeni 3 ilə yaxın müddətdir ki, Şahid1 işlətmişdir. Kafenin adı “Məhəllə” olmuşdur. Kafenin işlədiyi dövrlərdə Səbuhi ilə ara-sıra görüşmüş, kafeyə gedibgəlmişdir. Səbuhi kafedə işçi kimi yalnız Zərərçəkmiş şəxs çalışdırmış, Zərərçəkmiş şəxs kafedə xadimə kimi çalışmış, ara-sıra müştərilərə çay vermişdir. Kafe evinin yaxınlığında olduğundan ara-sıra özü də kafeyə getmiş, oraya baş çəkmişdir. 13 avqust 2021-ci il tarixdə, gecə saatarında evə gələrkən kafenin bağlı olduğunu müşahidə etmiş, həyətdə olan qonşulardan nə üçün kafenin bağlı olmasını maraqlandıqda onlar kafedə işləyən Elnarənin bıçaqlanmasını və kafeni işlədən Səbuhi tərəfindən xəstəxanaya aparıldığını bildirmişlər. Sonradan Zərərçəkmiş şəxs dayısı oğlu Arzuman adlı şəxs tərəfindən bıçaqlandığını eşitmişdir. Səbuhi ilə telefon əlaqəsi yaradaraq nə baş verdiyini soruşduqda Səbuhi ona Elnarənin dayısıoğlu Arzuman tərəfindən bıçaqlandığını, Elnarəni 3 saylı Şəhər kliniki xəstəxanasına apardığını bildirmişdir. Elnarəni əvvəllər tanımasa da kafedə görmüş, Elnarənin kafedə açıq-saçıq geyimdə olmasını, müxtəlif kişilərlə münasibət saxlamasını görməmişdir. Elnarə kafedə kasıbçılıq ucbatından çalışmış və Təqsirləndirilən şəxs əvvəllər Elnarəyə kafedə işləməməsi barədə hər hansı xəbərdarlıq etməsi barədə nə isə eşitməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən X12 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bacısı ilə 2002-ci ildə ailə həyatı qurmuş, Arzumanla aralarında normal qohumluq münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs isə həyat yoldaşının bibisi qızıdır. Zərərçəkmiş şəxs ilə arvadının, Təqsirləndirilən şəxs və onun normal münasibətləri olmuşdur. Elnarənin 2 azyaşlı uşağı vardır. Elnarə bir neçə il bundan əvvəl həyat yoldaşından ayrılmış, həyat yoldaşından ayrıldıqdan sonra Bakıya gələrək uşaqları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yaşamışdır. Elnarə “Məhəllə” kafesində xadimə kimi çalışmış, ara-sıra ofisiant kimi də işləmişdir. Elnarənin Arzumanla aralarında hər hansı münaqişəsi və ya söz-söhbəti olması barədə indiyə kimi eşitməmişdir. 13 avqust 2021-ci il tarixdə, saat təxminən 19 radələrində Təqsirləndirilən şəxs ona telefonla zəng etmiş, polisə təslim olmaq üçün Nizami RPİ-nin 23-cü PB-nə getdiyini bildirərək əlaqəni kəsmişdir. Hadisənin baş verdiyi “Məhəllə” kafesi onların yaşadıqları ünvana yaxın olduğundan bir qədər sonra qonşulardan və digər qohumlardan Arzumanın Keşlə qəsəbəsində Nizami Abdullayev küçəsində yerləşən “Məhəllə” adlı kafedə Elnarəni bıçaqla vurmasını, Elnarənin “Məhəllə” kafesinin müdiri Səbuhi adlı şəxs tərəfindən vaxtında xəstəxanaya çatdırıldığını öyrənmiş və öz avtomobili ilə oraya getmişdir. Xəstəxanaya çatdıqda artıq Elnarə əməliyyatda olmuşdur. Zərərçəkmiş şəxs müxtəlif kişilərlə münasibət saxlaması barədə heç bir şey eşitməmiş, Elnarə kafedə və ya digər yerlərdə açıq-saçıq geyimdə olmamış, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onların evində olarkən aralarında hər hansı bir söz-söhbət olmamışdır. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 İkram oğlunun və Şahid4 ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu. Şahid3 İkram oğlu ibtidai istintaq zamanı vermiş olduğu, məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, 13 avqust 2021-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində özünəməxsus avtomobili ilə hərəkətdə olarkən Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində yerləşən “Məhəllə” adlı kafenin qarşısından keçmiş, həmin vaxt kafenin sahibi Səbuhi əl işarəsi ilə avtomobili saxlamasını ona bildirmişdir. O, avtomobili “Məhəllə” adlı kafenin qarşısında dayandırmış, Səbuhi avtomobilə yaxınlaşaraq içəridə bir nəfər şəxsin bıçaqlandığını, xəstəni xəstəxanaya çatdırmaq üçün kömək istədiyini bildirmişdir. Həmin vaxt o, kömək edə biləcəyini bildirmiş, daha sonra Səbuhi bir nəfər sonradan adının Elnarə olduğunu bildiyi qadının qoluna girərək kafedən çıxmışdır. Qadının sol qolunun üzəri, eyni zamanda paltarı qanlı olmuşdur. Elnarə demək olar ki, huşsuz vəziyyətdə olmuşdur. O, əvvəlcə Elnarənin öldüyünü düşünərək avtomobilə yerləşdirməkdən qorxmuş, daha sonra Səbuhi ona sağ olduğunu bildirmiş, həmin vaxt qadın da “ölürəm, ölürəm” deyə xırıltılı səslə bildirmişdir. Bundan sonra Səbuhi Elnarəni avtomobilə yerləşdirmiş, sonra 3 saylı şəhər kliniki xəstəxanasına yola düşmüşlər. Yolda Səbuhi ona Elnarənin kafesində çalışdığını, dayısıoğlu Arzuman adlı şəxs tərəfindən bıçaqlandığını bildirmişdir. Onlar 3 saylı Şəhər kliniki xəstəxanasına çatdıqda həkimlər 3 saylı şəhər kliniki xəstəxanasının əməliyyat bölməsinin qarşısında Elnarəyə müdaxilə etmək üçün gözləyirlərmiş. Elnarə ilkin tibbi müdaxilə olunaraq içəriyə aparılmışdır. Elnarəni əvvəllər tanımamış, Səbuhini isə “Məhəllə” kafesini işlədən şəxs kimi tanımışdır (iş vərəqə: cild İ, səh. 231-235). Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2 ilə yaxın müddətdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsində ət mağazası işlətmişdir. 13 avqust 2021-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsində yol kənarı obyekt olan “Məhəllə” adı kafedə çalışan Elnarə adlı qadının bıçaqlanması barədə qəsəbə sakinlərindən eşitmiş, Zərərçəkmiş şəxs əvvəllər tanımasa da, kafedə işlədiyi müddət ərzində tanımışdır. Həmin kafe onun obyektinə yaxın olduğundan ara-sıra oraya getmişdir. Kafeni Səbuhi adlı Keşlə qəsəbəsinin sakini işlətmiş, Səbuhi bir çox hallarda özü də orada olmuşdur. Elnarənin başı aşağı, heç kəslə işi olmayan qadın olduğunu bildiyindən və kiminləsə mübahisə etdiyini görmədiyindən bıçaqlanmasını eşitdikdə təəccüblənmişdir. O, Təqsirləndirilən şəxs tanımamış, heç bir zaman görməmişdir. Baş vermiş hadisədən sonra Elnarənin Arzuman adlı qohumu tərəfindən bıçaqlanmasını eşitmişdir. Elnarənin kafedə açıq-saçıq geyimdə olmasını və ya yad kişilərlə münasibət saxlamasını görməmiş, eşitməmişdir. Keşlə qəsəbəsi kiçik bir qəsəbə olduğundan hər kəs Elnarəni tanımış, hörmətini saxlamışdır (iş vərəqə: cild İİ, səh. 26-28). Məhkəmə baxışı zamanı tədqiq olunan, «Hadisə yerinə baxış keçirilməsi haqqında» 13 avqust 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsində yerləşən “Məhəllə” adlı kafedir. Kafenin ağ rəngli, şəffaf şüşədən və plastmas materialdan ibarət qapısı, qapının yuxarısında ağ rəngli yığılıb-açılan jalüzü, jalüzdən yuxarıda “X19” sözləri yazılmış reklam lövhəsi vardır. Kafenin qapısından içəri daxil olduqda içəridə 4 ədəd stol və hər stolun ətrafında 4 ədəd stulun, stolların üzərində domino, külqabı və qənqabıların olması, kafenin içərisində əşyaların ümumən dağınıq vəziyyətdə olması müəyyən edilmişdir. Döşəmə kafel örtükdən ibarət olmaqla kafenin eni 5 metr, uzunluğu isə 6 metr 40 sm-dir. Girişdə sağdan sola doğru 2 ədəd stol və 8 ədəd stul, pivə süzülməsi üçün istifadə olunan üzərində “NZS” yazısı olan 1 ədəd pivə süzən aparat, arxasında 1 ədəd soyuducu və divardan asılmış şkaf, sola doğru 2 ədəd stol və 8 ədəd stul vardır. Pivə süzən aparatla sol tərəfdə olan stolun arasında kafel döşəmə üzərində olan 90 sm-lik məsafədə və pivə süzən aparatla sağ tərəfdə olan stolun arasında 45 sm-lik məsafədə pivə süzən aparatın qarşısında və sol tərəfdə olan stolların üzərində maye halında qanabənzər nümunələrin olması müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilərkən tampona hopdurulma üsulu ilə 3 ədəd zərfin içərisində qan nümunələri qablaşdırılaraq götürülmüş, hadisə yerində iş üçün əhəmiyyət kəsb edən hər hansı digər əşya və ya predmet aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh. 10-14). Məhkəmə baxışı zamanı tədqiq olunan, «Götürmə aparılması və baxış keçirilməsi haqqında» 13 avqust 2021-ci il tarixli protokoldan görünür ki, 3 saylı şəhər kliniki xəstəxanasından baş vermiş hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd qısaqol, qara rəngli, yaxalığı dairəvi formalı, qara rəngli materialdan hazırlanmış, üzərində geyilmə izləri olan, yaxalığın astar səthinə «ROZANNA İTALY» sözləri yazılmış, uzunluğu 610 mm, çiyin nahiyəsində eni 380 mm, qollarının uzunluğu 90 mm olan, üzərində müxtəlif zədələri olan 1 ədəd kofta götürülərək baxış keçirilmişdir (iş vərəqə: cild İ, səh. 18-20). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-tibb ekspertizasının 22 sentyabr 2021-ci il tarixli, 837 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol tərəfli hemotoraks ilə müşayiət olunan perikard və ürəyin sol mədəciyinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön səthinin sol plevra boşluğuna nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası, daxili qanaxma ilə müşayiət olunan diafraqmanın sol yarısı, dalağın kənar hissəsi və mədənin böyük əyriliyinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yan səthinin sol plevra və qarın boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, qarnın sol yan səthinin daxilə nüfuz etməyən 2 ədəd deşilmiş-kəsilmiş yarası, sol bazunun aşağı 1/3-nin arxa səthinin 2 ədəd və sol saidin yuxarı 1/3-nin arxa səthinin 1 ədəd deşilmişkəsilmiş yarası( ümumilikdə 2 ədəd daxilə nüfuz edən, 2 ədəd daxilə nüfuz etməyən və 3 ədəd sol yuxarı ətrafda olan yara) olmuş, qeyd olunan xəsarətlər deşici-kəsici əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 13.08.2021-ci il tarixdə yarana bilər, dərəcəsinə görə döş qəfəsinin sol yarısının ön və yan səthinin daxilə nüfuz edən 2 ədəd deşilmiş-kəsilmiş yarası həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər deşilmiş-kəsilmiş yaralar həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir (iş vərəqə: cild İ, səh. 158-161). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-bioloji ekspertizasının 05 oktyabr 2021-ci il tarixli, 694/2021-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O-alfa, beta/İ/, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: Abeta/İİ/./-dır. Zərərçəkmiş şəxs məxsus kofta, bir ədəd qatlanan cib bıçağı üzərindəki ləkələrdə və hadisə yerindən 03 ədəd pambıq topası üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olunmuş, ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni və kofta üzərindəki ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alınmış, beləliklə, bu qan ləkələri O-alfa,beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər (iş vərəqə: cild İ, səh. 181-185). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-kriminalistik ekspertizasının 07 oktyabr 2021-ci il tarixli, 557/MTKŞ-2021 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus koftanın ön səthinin sol yarısının aşağı hissəsində bir ədəd, arxa səthinin sol yarısında bir ədəd, arxa səthinin sol yan nahiyəsində iki ədəd deşilmiş-kəsilmiş zədələr var, bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin təsirindən törənmişlər. Zərərçəkmiş şəxs məxsus koftanın ön səthinin yuxarı hissəsində bir ədəd və ön səthinin sol yarısında bir ədəd cırılmış zədələr var, bu zədələr küt mexanizmlə, koftanın kəskin dartılması nəticəsində törənmişlər. Zərərçəkmiş şəxs məxsus koftanın üzərində olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən törənməsi inkar olunmur. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazrlanmış, ümumi təyinatlı qatlanan ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silah hesab edilir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir (iş vərəqə: cild İ, səh. 186-191). Məhkəmə baxışı zamanı tədqiq olunan, ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının 23 oktyabr 2021-ci il tarixli, 2492 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs idrak proseslərinin, dünya görüşünün, intelektual imkanlarının normaya uyğun olması müəyyən edilmiş, ümumilikdə adaptiv və ünsiyyatcil olmaqla özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional iradi sferasında fərdi psixi xüsusiyyətlərindən hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamış, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, o, iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. O, hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs psixi-emosional sferasında qeyd edilən cinayəti törədən zaman gərginlik, hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (iş vərəqə: cild İİ, səh. 30-34). Məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən daxil olmuş 22 oktyabr 2021-ci il tarixli məktub və 1 ədəd CD disk üzrə məlumatlara baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrələrinə 13.07.2021-ci il tarixdən 14.08.2021-ci il tarixədək olan müddətdə daxil olan və çıxan zənglərin və yazılı mətnləri də daxil edilməklə SMS ismarıclarının izahlı qaiməsinin, əlaqə saxlanılmış telefon nömrələrinin istifadəçilərinə dair məlumatların, habelə telefon nömrəsinin istifadədə olduğu ərazi üzrə anteninə dair məlumatlara baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrələrlə bir-birilərinə zəng etməmiş və yazılı SMS mətnləri göndərməmiş, həmçinin anten məlumatların təhlilinə əsasən Zərərçəkmiş şəxs 13.08.2021-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində, saat 20 radələrində isə Bakı şəhəri, Sabunçu rayonu ərazisində olması, Təqsirləndirilən şəxs isə 13.08.2021-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində, saat 20 radələrində Heydər Əliyev prospektində olması müəyyən olunmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdə saat 18:45 radələrində yeznəsi Zaur Baxşıyevin istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsi ilə əlaqə yaratmışdır (iş vərəqə: cild İİ, səh. 23-25). Məhkəmə baxışı zamanı tədqiq olunan, «könüllü gəlib təqsirini könüllü boynuna alma haqqında» 13 avqust 2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.1989-cu il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin 23cü PB-nə gələrək Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində yerləşən “Məhəllə” adlı kafedə bibisi qızı Zərərçəkmiş şəxs bıçaqla xəsarətlər yetirdiyini, könüllü olaraq təqsirini etiraf etməklə boynuna almasını və cinayət əməlini törətdiyi qara rəngli qatlanan tipli bıçağı təqdim etdiyini bildirmişdir (iş vərəqə: cild İ, səh. 04). Məhkəmə baxışı zamanı tədqiq olunan, «Götürmə aparılması və baxış keçirilməsi haqqında» 13 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq təqdim olunan 1 ədəd qatlanan tipli, qara rəngli, üzərində “ChangJiang” sözləri yazılmış, dəstək hissəsində əqrəb şəkili olan işlək vəziyyətdə ümumilikdə uzunluğu 218 mm, tiyəsinin uzunluğu 92 mm, dəstəyinin uzunluğu 126 mm olan bıçaq götürülərək baxış keçirilmişdir (iş vərəqə: cild İ, səh. 06-08). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 26 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq təqdim edilən, cinayətin aləti olan 01 ədəd qara rəngli, qatlanan tipli, işlək vəziyyətdə ümumi uzunluğu 218mm olan soyuq silah hesab edilən bıçaq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus qara rəngli, yaxalığın astar səthinə «ROZANNA İTALY» sözləri yazılmış, uzunluğu 610 mm, çiyin nahiyəsində eni 380 mm, qollarının uzunluğu 90 mm olan, üzərində müxtəlif zədələri olan 01 ədəd qısaqol kofta və 03 ədəd ayrı-ayrı zərfdə pambığa hopdurulma üsulu ilə götürülmüş qan ləkələri cinayət təqibi üzrə zəruri halların müəyyən edilməsi üçün əhəmiyyət kəsb etdiklərindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nizami rayon prokurorluğunun “maddi sübutların saxlanılması otağı”-na təhvil verilmişdir (iş vərəqə: cild İİ, səh. 41-65). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq təqdim edilən soyuq silah hesab edilən bıçağın əldə edilmə mənbəyini müəyyənləşdirmək məqsədilə material ayrılaraq aidiyyəti üzrə araşdırılması üçün Bakı şəhəri, Nizami RPİ-nə göndərilmişdir (iş vərəqə: cild İİ, səh. 41-65). "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 2-ci bəndində qeyd olunur ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrə tövsiyyə edir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 12 dekabr 2002-ci il tarixli həmin Qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Ali Məhkəmə Plenumunun həmin Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərər çəkmişi öldürmək məqsədi ilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, baş vermiş cinayət hadisəsi təqsirləndirilən şəxsin birbaşa qəsdi ilə əhatə olunmuş, lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən - zərərçəkmiş şəxsin fəal müdaxiləsinin, kafedə olan şəxslərin işə qarışmasının və dərhal tibb müəssisəsinə çatdırılması və ona vaxtında tibbi yardım göstərilməsi səbəbindən baş verməmişdir. Məhkəmə baxışı zamanı bir daha təsdiq olundu ki, baxılan iş üzrə cinayət hadisəsində təqsirləndirilən şəxsin niyyəti həyat üçün mühüm orqana – döş qəfəsinə, ürək nahiyyəsinə xəsarət yetirilməklə, qəsdən adam öldürməyə yönəlmişdir. Həmçinin məhkəmə baxışı nəticəsində müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət hadisəsinin gedişatında öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla, yəni xuliqanlıq niyyəti ilə cinayət törətmişdir. Cinayət hadisəsinin zərərçəkmiş şəxsin deyil, məhz təqsirləndirilən şəxsin təşəbbüsü ilə başlanması təsdiq olunur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyətilə qəsdən öldürməyə cəhd etməsi, silah qismində əşyadan istifadə edərək qərəzli xuliqanlıq hərəkətləri törətməsi və qanunsuz olaraq soyuq silah gəzdirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 221.3 və 228.4-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddələrlə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 29,120.2.2, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması ilə bağlı gətirdiyi dəlilləri müdafiə xarakterli dəlillər kimi qiymətləndirir. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini bildirsə də, son sözlə məhkəməyə müraciət edərkən tutduğu əməldən səmimi peşman olduğunu bildirmiş, həmçinin zərər çəkmiş şəxslə barışdığını və zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, özünün könüllü olaraq gedib hüquq-mühafizə orqanlarına təslim olunduğunu nəzərə alıb, ona ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş 26 oktyabr 2021-ci il tarixli, 16/1-967ia nömrəli məktuba əlavə edilmiş məhkumluq haqqında çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İİ, səh. 38-40). Lakin qeyd edilən məktubdan, Lənkəran rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 3990/2021 nömrəli məktubundan, müvafiq ittiham aktından və Lənkəran rayon məhkəməsinin 1(049)-284/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 28 yanvar 2021-ci il tarixdə Lənkaran rayonu, Liman şəhərində X5 bıçaqla sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirməsi faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi baxılmasından ötrü Lənkəran rayon Məhkəməsinə göndərilmiş, Lənkəran rayon Məhkəməsinin 1(049)-284/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qərarı ilə «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 23.5-ci bəndinə əsasən X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilmişdir (iş vərəqə: cild İ, səh. 167; 238-243; iş materialları). Qeyd olunan hüquqi faktla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verildiyindən o, məhkum edilmiş və məhkumluğu olan şəxs kimi qəbul edilə və ona cəza təyin edilərkən nəzərə alına bilməz. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2017-ci il və 2020-ci il təvəllüdlü olmaqla iki nəfər azyaşlı övladı vardır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs könüllü olaraq Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə gələrək cinayət hadisəsi törətdiyini etiraf etmiş, həmçinin cinayətin aləti olan bıçağı təqdim etməklə cinayətin açılmasına fəal köməklik göstərmişdir (iş vərəqə: cild İ, səh. 04). Məhkəmə icraatı zamanı notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir (iş materialları). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, hadisədən sonra təqsirləndirilən şəxsin yaxınları tərəfindən zərər çəkmiş Zərərçəkmiş şəxs dəymiş maddi ziyan tam ödənilmişdir. İşdə olan Lənkəran Rayon İcra Hakimiyyətinin 04 oktyabr 2021-ci il tarixli, 10-54/6- 1173 nömrəli arayışından və əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 5 ünvanında yaşayır və ailə tərkibi 1995-ci il təvəllüdlü arvadı X7, 2017-ci il təvəllüdlü oğlu X3 və 2000-ci il təvəllüdlü oğlu X6 ibarətdir, Hadiyev X2 rayonu, Liman şəhərində qeydiyyatdadır, hal-hazırda ailəvi olaraq Bakı şəhərinə köçmüş və Bakı şəhərində yaşayır, Lənkəran rayonunda yaşadığı müddət ərzində heç bir neqativ hərəkət yol verməmiş, ailə üzvləri və ətrafında yaşayan insanlarla normal rəftara malikdir, neqativ və xoşagəlməz vərdişlərdən uzaq olmuşdur. Ondan nümayəndəliyə narazılıq və şikayət daxil olmamışdır (iş vərəqə: cild İ, səh. 218-220). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını qüvvədə olan Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, polis bölməsinə könüllü gəlib təqsirini boynuna almasını və cinayətin açılmasına fəal köməklik göstərməsini Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə, zərər çəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, zərər çəkmiş şəxsə vurmuş olduğu ziyanın tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını və tutduğu əməldən səmimi peşmanlığını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə edilməsi; 59.1.13-cü maddəsinə əsasən isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, onun polis bölməsinə könüllü gəlib təqsirini boynuna almasını, cinayətin açılmasına fəal köməklik göstərməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, zərər çəkmiş şəxsə vurmuş olduğu ziyanın tamamilə ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və tutduğu əməldən səmimi peşmanlığını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alıb Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 221.3 və 228.4-cü maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusuna, başa çatmayan cinayətə görə və cəzanı yüngülləşdirən hallar olduqda cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmçinin məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.10, 59.1.12 və 59.1.3-cü maddələrinə əsasən baxılan cinayət işi üzrə təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna alması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 221.3 və 228.4-cü maddələrinə münasibətdə Azərbaycan Respublikası CMnin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 5-ci bəndində məhkəmələrə tövsiyyə olunur ki, CM-nin 59.1.9 və 59.1.10-cu (hazırda qüvvədə olan qanunvericiliyə əsasən CM-nin 59.1.8, 59.1.10-59.1.13-cü) maddələrinin tətbiqi ilə əlaqədar təyin olunacaq cəza, konkret maddədə müəyyən edilən cəzanın aşağı həddindən də aşağı olduğu hallarda, CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1 və 63.3-cü maddələrinə uyğun cəza təyin etmə prinsiplərinin imperativliyini və Ali Məhkəmə Plenumunun yuxarıda qeyd olunan tövsiyyələrini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, törətdiyi xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd cinayət əməlinə görə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçünün dörddə üçündən artıq ola bilməz, ona təyin olunacaq qəti cəza CM-nin 62-ci maddəsinə istinad edilmədən təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu, hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alıb, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri ciddi rejim olaraq müəyyən edilir. Bundan başqa məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdə könüllü olaraq Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə gələrək cinayət hadisəsi törətdiyini etiraf etmiş, 16 avqust 2021-ci il tarixdə barəsində «həbs» qətimkan tədbiri seçilmiş və fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 13 avqust 2021-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhəri Nizami rayon prokurorluğunun “maddi sübutların saxlanılması otağı”nda saxlanılan maddi sübutlar - Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq təqdim edilən, cinayətin aləti olan 01 ədəd qara rəngli, qatlanan tipli, işlək vəziyyətdə ümumi uzunluğu 218 mm olan soyuq silah hesab edilən bıçaq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus qara rəngli, yaxalığın astar səthinə «ROZANNA İTALY» sözləri yazılmış, uzunluğu 610 mm, çiyin nahiyəsində eni 380 mm, qollarının uzunluğu 90 mm olan, üzərində müxtəlif zədələri olan 01 ədəd qısaqol kofta və 03 ədəd ayrı-ayrı zərfdə pambığa hopdurulma üsulu ilə götürülmüş qan ləkələri məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 221.3 və 228.4cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə 11 (on bir) il 3 (üç) ay müddətinə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 13 (on üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 13 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübutlar - Bakı şəhəri Nizami rayon prokurorluğunun “maddi sübutların saxlanılması otağı”nda saxlanılan, Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq təqdim edilən, cinayətin aləti olan 01 ədəd qara rəngli, qatlanan tipli, işlək vəziyyətdə ümumi uzunluğu 218 mm olan, soyuq silah hesab edilən bıçaq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus qara rəngli, yaxalığın astar səthinə «ROZANNA İTALY» sözləri yazılmış, uzunluğu 610 mm, çiyin nahiyəsində eni 380 mm, qollarının uzunluğu 90 mm olan, üzərində müxtəlif zədələri olan 01 ədəd qısaqol kofta və 03 ədəd ayrı-ayrı zərfdə pambığa hopdurulma üsulu ilə götürülmüş qan ləkələri məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-301/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-301/2022
21.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver