Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-301/2023 24.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X13 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X14 və X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək 05 il müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, 30 noyabr 2021-ci il tarixdə “08 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən cəzadan azad edilmiş məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanda yaşayan X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X10 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, İran İslam Respublikası vətəndaşı “Hacı” adlı şəxslə aralarında olan razılaşmaya əsasən “Hacı” adlı şəxs və ya qrupun digər üzvü satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 970 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 5130 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 5005 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlətdikdən sonra “Hacı” adlı şəxs həmin yer barədə Təqsirləndirilən şəxs məlumat vermiş, sonuncu əvvəlcədən razılaşdırılmış plana uyğun olaraq qeyd edilən ünvandan həmin külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 iyul 2022-ci il tarixdə saat 03:20-də keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Bakı-Qazax avtomagistral yolunun 38-ci kilometrliyinin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq ünvan 2 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət ediərək üzərinə şəxsi axtarış aparılan zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı, sağ əlində saxladığı polietilen çantanın içərisindən külli miqdarda - 01 ədəd bükümdə, 970 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, külli miqdarda – ümumi təmiz çəkisi 5130 qram olan, ayrı-ayrılıqda hər birində 1045 qram, 1125 qram, 1180 qram, 1060 qram və 720 qram çəki olmaqla 05 ədəd bükümdə eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda – ümumi təmiz çəkisi 5005 qram olan, ayrı-ayrılıqda hər birində 1025 qram, 995 qram, 1035 qram, 955 qram və 995 qram çəki olmaqla 05 ədəd bükümdə eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olmaqla aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X10 ifadə verərək bildirmişdir ki, aylıq gəliri 450-500 manat təşkil etmişdir. Belə ki, dostunun 10-a yaxın şəxsi avtomobili olmuşdur. O, isə həmin avtomobilləri icarəyə verdiyi şəxslərdən icarə haqqı yığmışdır. Dostu Türkiyədə olduğu üçün o, sonuncunun icarəyə verdiyi maşınların ödənişinə nəzarət etdiyindən, avtomobillərin açarları da onda olmuşdur. Şirvan şəhərində yaşasa da, işlərlə bağlı olaraq Bakı şəhərinə tez-tez gəlib getmişdir. Şirvanda olan zaman dostu ona maddi köməklik göstərmişdir. Uzun müddət əvvəl “kakos” adı ilə tanınan heroin, azadlığa çıxdıqdan sonra marixuana adlanan narkotik vasitədən istifadə etmişdir. Adətən gündə bir baş “nəşə” adı ilə tanınan marixuana tükətmişdir. Onun keçmiş məhkumluğuna görə külli miqdarda narkotik vasitələrin satışında ittiham etmişlər. Tutulduğu əraziyə 5 qram marixuana almaq üçün getmişdir. 5 qram marixuana adlanan narkotik vasitəyə görə 100 manat pul ödəmişdir. “İnstagram” adlı sosial şəbəkədə tanış olduğu, adının “Hacı” olduğunu bildirdiyi şəxsdən dördüncü dəfə idi ki, marixuana almışdır. Sonuncunun kart hesabına pul vəsaiti göndərmişdir ki, ona narkotik vasitə göndərsin. Kart hesabına pul vəsaitini “MilliÖn” ödəmə terminalı vasitəsilə yükləmiş, qəbzin şəklini “Hacı”ya atmışdır. Mobil telefonunda qəbzlərin şəklinin mövcud olub-olmamasını bilmir. Tutuduğu gün axşam saat 9-10 radələrində “Hacı” adlı şəxsin kart hesabına pul vəsaiti göndərmişdir. Onun “Hacı” adlı şəxsin İran vətəndaşı olub-olmamasını və narkotik vasitələri İran sərhədindən keçirib-keçirməməsi haqqında isə məlumatı yoxdur. Tutulan zaman “Hacı” adlı şəxsin marixuana adlanan narkotik vasitəni yerləşdirdiyi yerdə marixuana görməmiş, tutulduqdan sonra isə “Hacı” adlı şəxslə danışmamışdır. Qeyd edir ki, yaşadığı müddət ərzində heç kim deyə bilməz ki, Seyidrzadan narkotik vasitə satın almışdır. Tutulan zaman ona deyilmişdir ki, “bir il yarım müddətdir ki, azadlıqdasan, artıq həbsxanaya getmək vaxtıdır”. Onu qaçaqmalçılıqla ittiham etsələr də, həyatı boyu Salyan rayonundan üzü cənuba tərəf getməmişdir. Həmin narkotik vasitələri ona bölmədə təqdim etmiş, döyərək “boynuna qoymuşlar”. Yeni ailə həyatı qurduğunu bildirsə də bu heç bir nəticə verməmişdir. Həmin şəxslərin onu şərləməkdə fikirləri qəti olmuşdur. İttiham aktında onun 200 minlik narkotik vasitəni 2000 manata gətirəcəyi yazılmışdır. Ona Badamdarda işgəncə verdikləri üçün müvafiq sənədlərə imza atmış, elan edilən ittihamı qəbul etmişdir. Belə ki, polis əməkdaşları hər dəfə verilən suallara cavab verə bilmədiyi üçün video çəkilişi dayandıraraq onun əllərini arxadan bağlayaraq döymüş, bu səbəbdən 4 dəfə videoçəkiliş olmuşdur. Döyən şəxslərdən iki nəfər video çəkiliş zamanı otaqda olmuşdur. Döyülmə faktı ilə bağlı Bakı İstintaq Təcridxanasında qeydiyyat aparılmış, onu ombudsman qəbul etmiş, prokurorluqdan əməkdaşlar isə izahatını almışdırlar. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş X5 ibtidai istintaq dövründə verdiyi ifadədən görünür ki, 2017-ci il tarixdə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 05 il 06 ay müddətində həbs olunmuş, sonradan cəzasından 06 ay çıxarılmış və 30 dekabr 2020-ci il tarixdə vaxtından əvvəl həbsdən azad olunmuşdur. Rəsmi olaraq heç yerdə işləmir, evlidir, övladı yoxdur. Təxminən 06 aydır narkotik vasitə olan qurudulmuş marixunadan siqaret giləsinə doldurub siqaret kimi çəkməklə qəbul edir. Narkotik vasitəni Bakı şəhərində və ya Şirvan şəhərindən tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Həbsdə olduğu müddət ərzində Hüseyn adında İİR vətəndaşı ilə birlikdə cəza çəkmiş, onun ad soyadı dəqiq yadında qalmamış, lakin həbsdən azad olunduqdan sonra onunla əlaqə saxlaması üçün mobil nömrəsini götürmüşdür. Hüseyn ondan bir müddət əvvəl həbsdən azad olunmuş və həbsdən azad olunduqdan sonra onun verdiyi nömrə ilə əlaqə saxlamış, onunla əlaqə saxlamaqda məqsədi narkotik vasitələrlə bağlı olmamış, onunla həbsdə olduqları müddət ərzində münasibətləri olduğu üçün əlaqə saxlamaq qərarına gəlmişdir. Hüseyn də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün həbs olunmuşdur. Həbsdən azad olunduqdan sonra Hüseynlə danışmış, söhbətlərin birində ondan narkotik vasitə olan “nəşə” kimi tanıdığı marixuana satan tanışının olubolmadığını soruşmuş, həmin vaxt Hüseyn “Hacı" adlı İran İslam Respublikasının vətəndaşının nömrəsini ona verərək ondan istədiyi növdə narkotik vasitə ala biləcəyini demişdir. Həmin şəxslə əlaqə saxlamış və nömrəsini Hüseyndən aldığını deyərək ondan narkotik vasitə olan marixuana istəmiş və 50 qram marixuana almaq istədiyini bildirmişdir. Hacı 300 manat (üç yüz) müqabilində ona narkotik vasitə sata biləcəyini demiş və ona kart hesabı göndərərək həmin karta pulu yükləyib qəbzin şəklini “watsapp” ani mesajlaşma mübadiləsi sistemində ona göndərməyini demişdir. Həmin şəxsin dediyi hesaba pulu yükləmiş və təxminən 15 gün əvvəl Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisindən dediyi yerdən narkotik vasitəni götürüb istifadə etmişdir. Bir neçə gün sonra Hacıyla danışan zaman özündə narkotik vasitələr olduğunu, onları Azərbaycan Respublikası ərazisinə keçirəcəyini, həmin maddələri qoyulacağı yerdən götürüb deyəcəyi yerə qoymağı müqabilində 2000 manat (iki min) pul verəcəyini demiş, ilk başlarda ona etiraz etsə də, sonradan maddi imkansızlıqdan onunla razılaşmalı olmuşdur. 12 iyul 2022ci il tarixdə Hacı onunla “watsapp” ani mesajlaşma mübadiləsi sistemində danışaraq Bakı şəhərinə gəlməli olduğunu bildirib deyəcəyi vaxtda bildirəcəyi yerdən 01 ədəd torbanı götürüb deyəcəyi yerə qoymağını istəmişdir. Onun sözündən sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə gəlib Hacıdan xəbər gözləmiş, həmin gün gecə saatlarında Hacı onunla əlaqə saxlayaraq həmin torbanı Bakı şəhəri istiqamətində gələn zaman Yol Patrul Xidmətinin postuna çatmamış dəmir piyada keçidinin arxasına qoydurduğunu və onu götürüb özündə saxlamadığını istəmişdir. 20 Yanvar dairəsindən yol taksisi ilə həmin istiqamətdə getmiş və 13 iyul 2022-ci il tarixdə 03 radələrində həmin yerə çatmışdır. Hacının dediyi yerdən 01 ədəd torba olmuş və onu götürüb gec olduğu üçün özündə saxlamağını istəmişdir. Həmin şəxsin dediyi kimi edib narkotik vasitələri yoldan keçən maşınların biri ilə yaşadığı evə aparıb, səhəri günü onu Hacının dediyi yerə qoymaq qərarına gəlmişdir. Narkotik vasitələri Bakı şəhəri Qaradağ rayonu ərazisindən götürüb yolun əks istiqamətində keçib bir qədər hərəkət etdikdən sonra bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq kim olduğunu soruşmuşlar. Özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bu zaman həmin şəxslər özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Müba rizə İdarəsinin əməkdaşları olduqlarını deyərək onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmağı barədə onlarda məlumat olduğunu deyərək Baş İdarəyə dəvət etmişlər. Vəziyyəti bilib onlara etiraz etməmiş və ifşa olduğunu bilib Baş İdarəyə gəlmişdir. Baş İdarəyə gəldikdən sonra onu təhqiqatçının xidməti iş otağına aparmışlar. Təhqiqatçı tərəfindən hüquqlarının müdafiə olunması məqsədi ilə Mərkəz Vəkil Bürosunun vəkillərinin adlarının olduğu siyahı ona təqdim edilmiş, siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını demişdir. Bundan sonra təhqiqatçı vəkil Ramiz Mirzəyevi dəvət etmiş, vəkil gəldikdən sonra təhqiqatçı ondan vəkilə etirazının olub-olmadığını soruşmuş, etirazının olmadığını bildirmişdir. Daha sonra ona hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış aparılacağı izah olunmuş, etiraz etmədən razılaşmışdır. Daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman təhqiqatçı ilkin olaraq ona üzərində olan əşyalarını təqdim etməyini xahiş etmişdir. Üzərində narkotik vasitələr olduğunu deyərək əlində saxladığı torbanı, özünə məxsus olan “Xiaomi” markalı mobil telefonunu, pulunu, boyunbağını və açarları təqdim etmişdir. Mobil telefon götürülsə də, pulu və digər əşyalar özünə qaytarılmış, bundan sonra təqdim etdiyi torba açılmış və onun içərisindən ayrı- ayrılıqda bağlanmış vəziyyətdə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq qablaşdırılıb götürülmüşdür. Sorğu zamanı həmin maddələri Hacı adlı şəxsin dediyi yerdən götürüb onun dediyi yerə qoyduqdan sonra 2000 manat (iki min) pul alacağını demişdir. Bundan sonra videoçəkiliş dayandırılıb onunla bərabər digər iştirakçılara nümayiş etdirilmiş, sonda protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə protokola imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında dindirilərək ifadə verən Əmrah Fikrət oğlu ibtidai istintaq dövründə verdiyi ifadələri təsdiq edərək bildirmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs barəsində ona əməliyyat məlumatı daxil olmuş, bu məlumat əsasında əməliyyat tədbiri həyata keçirilərək, sonuncu Qaradağ rayonu ərazisində saxlanılmış, Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında şəxsin üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar olunmuşdur. Uzun müddət vaxt keçməsi səbəbilə aşkar olunan narkotik vasitənin növünü və əməliyyat tədbirinin tarixini dəqiq xatırlamasa da, çəkisinin 11 kiloqram olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs İran vətəndaşının tapşırığı əsasında narkotik vasitələri iranlının dediyi ərazilərə yerləşdirəcəkdi. Əməliyyat məlumatı külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman həmin ərazidə tək dayanmış, tutulma anı videoçəkilişə qeyd edilməmiş, təqsirləndirilən şəxs əməkdaşlara müqavimət göstərməmiş, üzərinə baxış keçirilən zaman isə əlində olan çantada narkotik vasitə aşkar edilmişdir. Əməliyyat qrupuna ondan başqa Şahid3 və Şahid2 də daxil olmuşdur. İran vətəndaşından narkotik vasitəni əldə etdiyini Təqsirləndirilən şəxs özü bildirmişdir. Məlumat daxil olan zaman təxirə salınmaz əməliyyataxtarış tədbiri keçirilərək, müşahidəyə götürülmüşdür. Əməliyyat məlumatında Qaradağ rayonu ərazisində Təqsirləndirilən şəxs narkotik vasitə ilə olacağı bildirilmişdir. Məhkəmə iclasında dindirilərək ifadə verən Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadələri təsdiq etməklə bildirmişdir ki, təqsirləndirilən şəxs barəsində baş tutmuş əməliyyat tədbiri Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinin əməkdaşlarının məlumatı əsasında keçirilmişdir. Həmin şəxslər Bakı şəhərində əməliyyat tədbirini həyata keçirən zaman Baş Narkotiklərlə Mübarizə İdarəsinin ən azı bir əməkdaşı tədbirdə iştirak etməli idi və bu səbəbdən o həmin tədbirdə iştirak etmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Bakı-Qazax magistral yolunun 38-ci kilometrliyinin yaxınlığında olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinin əməkdaşlarına əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə qeyd olunan ünvana getmişdirlər. 13 iyul 2022-ci il tarixdə gecə saatlarında sözü gedən ünvanın yaxınlığında piyada hərəkət edərkən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək narkotik dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirərək onlarla birlikdə Baş İdarəyə gəlməsini xahiş etmiş, Seyidrza isə etiraz etməyərək onlarla birlikdə Baş İdarənin inzibati binasına getmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə baxış keçirilən zaman çantasının içərisindən 5 ədəd bükümdə narkotik vasitə heroin, 5 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Seyidrzaya narkotik vasitələri haradan əldə etməsi barədə sual verilən zaman İran vətəndaşı tərəfindən Qaradağ rayonu ərazisində narkotik vasitələri yerləşdirdiyini və həmin ərazidə olan narkotik vasitələri götürüb İran vətəndaşının deyəcəyi yerə çatdırmaq üçün əldə etdiyini, ona bu işlərin qarşılığında 2 000 manat verəcəyini bildirmişdir. Əməliyyat qrupuna ondan başqa Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinin əməkdaşları “Əmrah” və “Rizvan” adlı şəxslər də daxil olmuşdur. Təqsirləndirilən şəxs Qaradağ rayonu, “Sahil” qəsəbəsi ərazisində olan avtomagistral yolun kənarında saxlamış, o isə hal-hazırda narkotik vasitə və psixotrop maddələri aldığı İran vətəndaşı ilə cəza çəkmə müəsissəsindən tanıdığı şəxs vasitəsilə tanış olduğunu bildirmişdir. Şahid bildirir ki, əgər əməliyyat tədbiri mətbuata veriləcəkdirsə, bu zaman əməliyyat çəkilişi aparılır. Təqsirləndirilən şəxs barəsində də aparılan əməliyyat-axtarış tədbirləri zamanı əməliyyat çəkilişi olmamışdır. Əməliyyat məlumatı Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinin əməkdaşlarına daxil olmuş, o sadəcə kömək məqsədilə iştirak etmişdir. Əməliyyat qrupunun rəhbəri başqa şəxs olduğundan əməliyyat çəkilişinin aparılıb -aparılmaması onun səlahiyyətində olmamışdır. Ağami Seydrzanın yaşadığı evdə hansı səbəbdən baxış keçirilmədiyi barədə məlumatı yoxdur. Əməliyyat məlumatı Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinin əməkdaşlarına daxil olsa da, Təqsirləndirilən şəxs “zakladşik” olduğunu, yəni iran vətəndaşının dediyi nöqtələrə narkotik vasitələri yerləşdirəcəyi bilmişdir. Təqsirləndirilən şəxs hansı şəxslərə narkotik vasitə satacağını barədə məlumatı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarında olan 12 iyul 2022-ci il tarixli qərardan görünür ki, X5 cinayət əməllərinin ifşa olunması, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə “Əməliyyat -axtarış fəaliyyəti haqqında” Qanununa uyğun olaraq müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (Cild 1, iş vərəqə 99) Şəxsi axtarış və götürmə aparılması haqqında 13 iyul 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, X7 üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilən əşyaları və ya sənədləri vermək təklif edilmiş, bu təklifdən sonra o, sağ əlində tutduğu polietilen çantanı təqdim etmişdir. Həmin çanta açılarkən içərisindən 05 ədəd büküm qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 05 ədəd bükümdə, yaşıl rəngli, narkotik vaitə qurudulmuş marixuanaya bənzər və 1 bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Şəxsi axtarış zamanı X5 əynində olan şalvarın sol yan cibindən 130 (yüz otuz) azn pul, “REDMİ” markalı mobil telefon, 1(bir) ədəd qara rəngli, boyun bağı və 2(iki) ədəd açar aşkar olunmuşdur. Bundan sonra həmin predmetlər polis əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüş və 130 manat pul 01 ədəd qara rəngli, boyun bağı və 02 ədəd açar X7 geri qaytarılmış, mobil terefon isə götürülmüşdür. (cild 1, iş vərəqə 30-33). Materialların kimyəvi ekspertizasının 13 iyul 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “zərflər üçün N7” dairəvi möhür əksi olan “şübhəli şəxs X5 üzərindən aşkar olunmuş” sözləri və imzalar olan torbadakı 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1045 qr., 1125., 1180 qr., 1060 qr., 720 qr., ümumi təmiz çəkisi 5130 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 970 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildirlər. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 5129,9 qram, metamfetaminin qalıq çəkisi 969,9 qram təşkil etmişdir ( cild 1, iş vərəqə 45-46). Məhkəmə-bioloji ekspertizasının 13 iyul 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “zərflər üçün N7” dairəvi möhür əksi olan “şübhəli şəxs X5 üzərindən aşkar olunmuş” sözləri və imzalar olan göy rəngli politilen torbadakı damalı çantanın içərisindəki 05 (beş) ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri : 1025 qram; 995 qram; 1035 qram; 955 qram; 995 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi -5005 qramdır (5kq 5 qram). Təqdim edilmiş marixuanalar tərkibinə görə eynidirlər. (cild 1, iş vərəqə 52-53). 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Ekspertiza tədqiqatından sonra marixuananın qalıq çəkisi 5004,5 qram təşkil etmişdir (cild 1, iş vərəqə 52). Qaradağ Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli qərarı ilə X16 barəsində 12 iyul 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 99-100). 15 iyul 2022-ci il tarixli Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdrəsinin baş müstəntiqinin “maddi sübut hesab edilməsi haqqında” qərarından görünür ki, tədqiqatdan sonra qalıq çəkisi 5004.5 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 5129.9 qram təşkil edən narkotik vasitə heroin və 969.9 qram təşkil edən psixotrop maddə metamfetamin iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır (cild 1, iş vərəqə 101-102). 16 iyul 2022-ci il tarixli mobil telefon aparatlarının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Xiaomi” markalı mobil telefonun “whatsapp” ani mesajlaşma mübadiləsi sistemində İran İslam Respublikasının mobil operatoruna məxsus olan +**********82 nömrəsi ilə qeydiyyatda olan həmin proqramda xx.xx.2022-ci il tarixdən başlayaraq səsli mesajların göndərilməsi müəyyən edilmişdir. Belə ki, həmin tarixdə saat 00:07-də Təqsirləndirilən şəxs qeyd olunan nömrədən 06 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “əmioğlu sənə qurban olum çatdın ora mənə denən. Çatdın ora mənə denən” deyilmiş, cavabında 05 saniyə səsli mesaj mətnində “narahat olma Hacı narahat olma. Ora çatan kimi özüm sənə xəbər verəcəm. Çatana yaxın” deyilmiş, cavabında 10 saniyə səsli mesajda “oldu oldu əmioğlu. Ora yaxınlaşdın mənə denən qardaş” deyilmişdir. Cavabında 15 saniyə müddətində səsli mesaj mətində “narahat olma Hacı sakitçilikdi. Yol qırağında market var düşmüşəm su zad almağa. Burda vaxtımı öldürürəm. Narahat olma mən tərəfdən sakitçilikdi. Şükür. Heç bir şey qadan alaram gözləyirəm” deyilmişdir. Həmin tarixdə saat 01:44-də İİR nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə 15 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “əmioğlu sənə canım qurban, sənin başına dolanım gəlin ordan fırlanın, postdan fırlanın. Qaradağ postundan fırlanın yavaş-yavaş gedin şəhərə sarı. Ünvanı atıram. 3 dənə olmalı idi. Birin atıb birin də atıram” deyilmiş, cavabında 10 saniyəlik səsli mesajda “yaxşı Hacı yaxşı. Onsuzda yoldan çıxmışam. Bir 15-20 dəqiqəlik yolum var. Dönüm qayıdım səni yığacam” deyilmiş, cavabında 04 saniyyəlik səsli mesajda İİR vətəndaşı “oldu qardaş oldu oldu postu keçdin zəng atarsan” deyilmişdir. Cavabında Təqsirləndirilən şəxs tərəfindən “ok” mesajı yazılmışdır. Həmin tarixdə saat 02:38-də İİR vətəndaşı 22 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “əmioğlu sənə canım qurban əmioğlu üzrlü hesab elə day iş budu da. Sənə qurban olun üzrlü hesab elə əmioğlu. Biraz səbrli ol həmin qardaşın da taksiçinin də nə rasvodu olsa özüm ödeyəcəyəm, sənə qurban olun biraz səbrli olun qoy salamatçılıqla götürəkdə qardaş” deyilmiş, cavabında 26 saniyə müddətində səsli mesajda “sadəcə bunlar nağanllar e. Bunlar hara gedib yerbə-yer edirlər e. Saatdan bunlar çoxdan keçiblər e bizi. Nəblim yenə də özün maraqlan da Hacı. Nəsə qaranlıq qalan nəsə varsa heç problem deyil bura gəlməkdə problem deyil. Qayıda bilərəm dala” deyilmiş, həmin tarixdə saat 02:42-də 10 saniyə müddətindən səsli mesaj göndərilmiş və mesaj mətnində “əmioğlu Bakıya sarı dəmir pol var. Dəmir pol. Gedin üzü o yana. Dəmir pol tərəfə gedin. Üzü Bakıya sarı dəmir pol var” deyilmişdir. Həmin tarixdə saat 03:03-də İİR vətəndaşı tərəfindən 29 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “əmioğlu bildin hara oldu? Sənin başına dolanım. Sənidə incitdim. Əmioğlu Qaradağ postunu keçəcəksən üzü Bakıya sarı. Orada dəmir pol var. Dəmir körpü. Ayaqnan çıxılandı ayaqla çıxılan. Maşın körpüsü deyil. Orda orda avtonovka var onun dalında kol var. Kolun dibindədi. Sənin başına dolanım sağ salamatçılıqnan bax oyan bu yana keç götür başına dolanım. Yola düşdün qardaşına bir dənə zəng et başına dolanım” deyilmişdir. Bundan sonra həmin şəxslər arasında danışıq olmasa da İİR vətəndaşı tərəfindən 03:12-də həmin proqramda buraxılmış zəng edilməsi müşahidə olunmuşdur. (cild 1, iş vərəqə 104-105). Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X11 barəsində Şirvan şəhər İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 128). 30 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında Qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunu baş tədqiqatçısı, polis kapitanı Nəcəf Aburşu tərəfindən 13 iyul 2022-ci il tarixdə tərtib olunmuş 03 vərəqdə ibarət “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol istintaq zamanı toplanılmış digər sübutlarla təsdiq edildiyindən, eləcə də işin faktiki hallarına uyğun gəldiyindən iş üzrə sübut növü kimi qiymətləndirilməsi və cinayət işinin materiallarına əlavə edilməsi, külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılıb icraata qəbul edilməklə istintaqın aparılması, cinayət işindən bəzi istintaq sənədlərinin əsli və kserosurəti çıxarılaraq ayrılacaq cinayət işi materiallarına əlavə edilməsi, X9 məxsus bir ədəd “Xiomi” markalı mobil telefonun maddi sübut kimi tanınması və təqsirləndirilən şəxsi tanış etdikdən sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilməsi qərara alınmışdır. (cild 1, iş vərəqə 165-174). Təqsirləndirilən şəxs X10 məhkəmə iclasında tutularkən polis əməkdaşları tərəfindən döyüldüyündən etirafedici ifadələr verdiyini bildirdiyindən məhkəmənin təşəbbüsü ilə sonuncunun saxlanıldığı Bakı İstintaq Təcridxanasından əldə edilən, məhkəmə iclasında elan edilərək tədqiq edilən tibbi-müayinə sənədlərindən görünür ki, baxış zamanı X3 çiyin nahiyədə qartmaqlı yara müşahidə olunmuşdur. 13 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Baş X12 orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokurorunun Qərarından görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X5 törətmədiyi cinayəti etiraf etməsi üçün Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən işgəncəyə məruz qalması barədə məhkəmə baxışında verdiyi ifadəsində, eləcə də anası X15 müraciətində göstərdiyi xüsusatlar üzrə aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. 13 dekabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında həmin qərar qəbul edilərkən istinad olunan məhkəmə tibbi ekspertizasının rəyində göstərilmişdir ki, məhkumun tibbi kitabçasında qeyd olunan xəsarət – sağ çiyin nahiyəsində qartmaqlı yaraların xarakteri, ölçüləri, forması, rəng göstəriciləri təsvir olunmadığından əmələ gəlmə müddəti və digər xüsusatlar haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Lakin qeyd olunan qartmaqlı yaraların küt əşyanın təsirindən əmələ gəlməsi inkar olunmur, törənmə müddətləri xx.xx.2022-ci il tarixdə Bakı İstintaq təcridxanasına qəbul olunmasından 3-5 gün əvvələ uyğun gəlir, öz boyu hündürlüyündən yıxılaraq küt əşyaya dəyməsi və yaxud özünü küt əşyaya vurması nəticəsində yarana bilərdi və sağlamlığa zərəvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə tövsif edilməlidir. CM-nin 234.2-ci maddəsində göstərilən əmələ görə cinayət məsuliyyəti həmin əməllər külli miqdarda törədildiyi təqdirdə CM-nin 234.4.3-cü maddəsində, qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən törədilməsi ilə müşaiyət olunduqda isə CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik maddə heroin, 12-ci bəndinə əsasən 500 qram və daha artıq çəkidə qurudulmuş marixuana və İİ Siyahının 67-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən narkotik vasitənin ona məxsus olmaması, döyüldüyünə görə üzərindən çıxan narkotik vasitənin onun olmasını etiraf etməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Cinayət işi materiallarına əlavə edilən və məhkəmə iclasında bilavasitə tədqiq edilən üzərində şəxsi axtarış aparılmasına dair video görüntüləri özündə əks etdirən DVD diskdən görünür ki, tutulan zaman təqsirləndirilən şəxsin üzərində marixuana, heroin və metamfetamin aşkar edilmiş, həmin maddələrin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən polis əməkdaşları tərəfindən döyülməsi səbəbindən üzərindən çıxan narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmasını bildirdiyini qeyd etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən 13 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Baş X12 orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, həmin idarənin prokuroru Hüseyn Hüseynov tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilmiş X5 törətmədiyi cinayəti etiraf etməsi üçün Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən işgəncəyə məruz qalması barədə məhkəmə baxışında verdiyi ifadəsində, eləcə də anası X15 müraciətində göstərdiyi xüsusatlar üzrə aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Qərar çıxarılarkən istinad edilən 10 sentyabr 2022-ci il tarixli məhkəmə tibb ekspertizasının rəyindən görünür ki, təqsirləndirilən şəxsin tibbi kitabçasında qeyd olunan xəsarət – sağ çiyin nahiyəsində qartmaqlı yaraların xarakteri, ölçüləri, forması, rəng göstəriciləri təsvir olunmadığından əmələ gəlmə müddəti və digər xüsusatlar haqqında dəqiq fikir söyləmək mümkün olmamış, lakin qeyd olunan qartmaqlı yaraların küt əşyanın təsirindən əmələ gəlməsi inkar olunmamış, törənmə müddətləri xx.xx.2022-ci il tarixdə Bakı İstintaq təcridxanasına qəbul olunmasından 3-5 gün əvvələ uyğun gəlməsi, öz boyu hündürlüyündən yıxılaraq küt əşyaya dəyməsi və yaxud özünü küt əşyaya vurması nəticəsində yarana bilməsi və sağlamlığa zərəvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməməsi göstərilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması faktı ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun 13 ekabr 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından məhkəmə iclasında şikayət verib-verməməsi müəyyənləşdirilərkən aydın olmuşdur ki, sonuncu həmin qərardan şikayət etməmişdir. Məhkəmə məhkəmə-tibb ekspertizasının verdiyi rəyə əsasən Təqsirləndirilən şəxs üzərində aşkar edilən xəsarətlərin xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına qəbul olunmasından 3-5 gün (yəni tutulmasından 1-3 gün) əvvələ uyğun gəlməsi, öz boyu hündürlüyündən yıxılaraq küt əşyaya dəyməsi və yaxud özünü küt əşyaya vurması nəticəsində yarana bilməsi, o cümlədən təqsirləndirilən şəxsin 13 dekabr 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından şikayət verməməsi hallarını birgə qiymətləndirərək hesab edir ki, videoçəkiliş aparılan zaman Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitənin ona məxsus olması barədə istinaq dövründə verdiyi ifadələrin, habelə 970 qram çəkidə psixotrop maddə metamfetaminin, 5130 qram çəkidə narkotik vasitə heroinin və 5005 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülməsi faktının Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsinin tələbləri nöqteyi nəzərindən şübhə altına alınması üçün əsaslar yoxdur. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəmi 5 qram marixuana əldə etmək üçün tutulduğu əraziyə getməsi, İranlı ilə aralarında narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar razılaşmanın olmaması iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən, “Xiaomi” markalı mobil telefonun “watsapp” ani mesajlaşma mübadiləsi sistemində İran İslam Respublikasının mobil operatoruna məxsus olan +**********82 nömrəsi ilə aparılan danışıqlarla təkzib edilir. Belə ki, təqsirləndirilən şəxsin tutulduğu gün, xx.xx.2022-ci il tarixdə saat 00:07-dən 03:03-ə qədər olan vaxt ərzində “Ünvanı atıram. 3 dənə olmalı idi. Birin atıb birin də atıram”, “üzrlü hesab elə day is budu da”, “taksiçinin də nə rasxodu olsa özüm ödəyəcəm, sənə qurban olun biraz səbrli olun qoy salamatçılıqla götürəkdə qardaş” məzmunda yuxarıda göstərilən iran nömrəsindən Təqsirləndirilən şəxs daxil olan smslər məhkəmənin təqsirləndirilən şəxsin şəxsi istehlakı məqsədilə 5 qram marixuana götürmək üçün tutulduğu əraziyə getməsi barədə ifadələrinin inandırıcı olmaması qənaətinə gəlməsi üçün əsas verməklə, +**********82 nömrənin sahibi “day iş budu” deməsinə görə təqsirləndirilən şəxslə iranlı arasında “işgüzar” münasibətlərin, həmin münasibətlərə əsasən təqsirləndirilən şəxsin 3 yerdən müvafiq maddələri əldə etməli, qarşı tərəfin isə onun gördüyü xidmət müqabilində hətta taksi pulunu ödəməyi öhdəsinə götürməli olması hallarına dəlalət edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Həmin əməlləri təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan əməllər ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə də ittiham elan edilmiş, lakin məhkəmə baxışının gedişində, 17 fevral 2023-cü il tarixli məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs əməllərində həmin maddələrdə nəzərdə tutulan cinayət tərkibinin sübuta yetirilməməsi əsası ilə ittihamdan imtina etmiş, məhkəmənin 17 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, faktiki ailə qurmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, X2 Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 02 noyabr 2017-ci il tarixli Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə həmin hökm dəyişdirilərək 05 il müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. (cild 1, iş vərəqə 120-121; 141-147; 149-156). 30 noyabr 2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, “08 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir. (cild 1, iş vərəqə 162). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən ağır cinayət törətməsi cinayətlərin təhlükəli resdivini yaradır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi vardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində təhlükəli residiv olmasını Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 21), Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 13 iyul 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (Cild 1, iş vərəqə 97). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 13 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 22 avqust 2022-ci il tarixli rəyindən görünür ki, X1 və opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 163-164) Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5004.5 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 5129.9 qram təşkil edən narkotik vasitə heroin və 969.9 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin video görüntülərini özündə əks etdirən 1(bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, maddi sübut kimi tanınaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Xiaomi” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən materialların məhkəmə ekspertizasının keçirilməsinə görə 159 (yüz əlli doquz) manat məbləğində ekspertiza xərci (cild 1, iş vərəqə 44,51) dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” hesabına vəkil Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, məhkəmə mərhələsində göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” bürosunun hesabına ödənilməsi üçün 360 manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azə rbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Seyidsadiq oğlu barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 5004.5 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 5129.9 qram təşkil edən narkotik vasitə heroin və 969.9 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin; - Maddi sübut kimi tanınaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Xiaomi” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 159 (yüz əlli doquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” hesabına vəkil Müdafiəçi üçün 360 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-301/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-301/2023
24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver