Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-301/2024 29.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X2 və Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında 01 avqust 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, bağ evi 691-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daşkarxanası yaşayış massivi, nömrəsiz evdə yaşamış, 13 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 yanvar 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 708,5 qram olan narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, 13 yanvar 2023-cü il tarixdə, saat 00:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanasında özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 1 ünvanda yerləşən Sabunçu RPİ-nin 14-cü polis bölməsinə gətirilib, həmin bölmənin inzibati binasında üstünə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli idman gödəkçəsinin sağ içəri cibindən bir bükümdə içərisində külli miqdarda təmiz çəkisi 708,5 qram olan kustar usulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı tədqiq olunan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 12 yanvar 2023-cü il tarixdə, axşam saat 10-11 radələrində evdə özündən kiçik olan qardaşı Şahid3 və qonşuları İqor adlı şəxslə Rafiqin evində yemək yeyərkən 5-6 nəfər polis əməkdaşı evə daxil olmuşlar. Gələnlərin içində ancaq Samir adlı əməkdaşı tanımışdır. Belə ki, narkolojidə müalicə aldığı zaman Samiri orada görüb tanımışdır. Polislərdən xahiş etdikdən sonra qonşu İqor buraxılmış, lakin onu və qardaşını 14-cü Polis Bölməsinə aparmışlar. Daha sonra polislərdən qardaşını buraxmalarını istəmiş, əvəzində nə desələr, razı olduğunu bildirmişdir. Belə ki, qardaşının xəstəliyi olmuşdur. Hadisə zamanı ailəsi yanında olmamış, çünki onlar başqa ünvanda yaşamışlar. 14-cü PB-yə gəldikdən sonra rəisin bölmənin birinci mərtəbəsində yerləşən otağında polis bölməsinin rəisi qardaşını buraxmaları müqabilində narkotiki təklif etmiş, o da qəbul eləmişdir. Həmin vaxt nə qədər narkotik təklif olunduğunu bilməsə də, növbəti gün videoçəkiliş olan zaman narkotikin çəkisini öyrənib bilmişdir. Bölmədə ona Balaxanıda olan zaman avtomobildən bir nəfərin düşüb narkotiki ağacın dibinə qoyub getdikdən sonra həmin narkotiki götürməsini deməsini tapşırmışlar. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, polis əməkdaşları tərəfindən döyülməmiş, qardaşına görə narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Qətimkan tədbiri ilə bağlı məhkəməyə gedən zaman baş verənləri demiş, lakin hakim ona “Polislərin səninlə nə şəxsi qərəzliyi ola bilər?” sualına heç bir cavab verməmişdir. Onun istifadəsində “**********” nömrəli mobil nömrə olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun illər narkotik vasitələrin istifadəsi ilə məşğul olmuşdur. Əvvəllər narkotik vasitələrin istifadəsinə və satışına görə dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə cəzasını çəkib qurtaran kimi 2017-ci ildə azadlığa buraxılmışdır. Azadlığa çıxandan sonra yenə də narkotik vasitələrin istifadəsi ilə məşğul olmağa başlamışdır. 12 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində Balaxanı qəsəbəsində yolun kənarında gəzişdiyi zamanı markasını və nömrəsini xatırlamadığı avtomobilin dayandığını görmüşdür. Həmin avtomobildən bir nəfər şəxs düşmüş, ətrafda yolun kənarında nəsə gizlətmiş və yenidən avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Ona maraqlı olduğu üçün maşının çıxıb getməsini gözləmiş, sonra həmin yerə yaxınlaşıb gizlədilən əşyaya baxmışdır. Həmin əşya qara rəngli sellofan torbada olmuşdur. Torbanın içərisinə baxanda orada narkotik vasitə heroin saxlanıldığını görmüşdür. Heroin istifadəçisi olduğuna görə həmin narkotik vasitəni özündə saxlamaq üçün əynində olan göy rəngli idman gödəkçəsinin içəri sağ cibində gizlətmiş və evinə tərəf getmişdir. Narkotik vasitəni tapdığı barədə heç kimə heç bir məlumat verməmişdir. 1-2 saatdan sonra, yəni 12 yanvar 2023-cü il tarixdən 13 yanvar 2023-cü il tarixə keçən gecə yaşadığı evə çatanda təxminən saat 00 radələrində iki nəfər mülkü geyimdə olan şəxs ona yaxınlaşıb, özlərini polis əməkdaşı kimi təqdim etmiş, ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. Üzərində heç bir sənəd olmadığına görə və üzərində narkotik vasitə heroin olduğuna görə polis əməkdaşlarından yayınmaq istəmiş, lakin onlar onu saxlayıb 14-cü polis bölməsinə aparmışlar. Orada ona narkotik vasitələrin istifadəsində şübhəli olduğu bildirilmiş və hüquqları izah olunduqdan sonra şübhəli şəxs qismində tutmuşlar. Bundan sonra hüquqlarını müdafiə etmək üçün ona dövlət tərəfindən təyin olunmuş vəkil təqdim edilmişdir. Sonra ona üzərinə axtarış keçiriləcəyi bildirilmiş və o, üzərində narkotik vasitə heroin saxladığından vəkilin həmin axtarışda iştirak etməsini istəməmişdir. Vəkil bölmənin xidməti otağından çıxanda üzərinə videoçəkilişlə axtarış keçirilmiş və axtarış zamanı əynində olan göy rəngli idman gödəkçəsinin sağ içəri cibindən bir bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Polis əməkdaşlarının suallarına cavab verərkən aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni Balaxanı qəsəbəsində yolun kənarında tapdığını, öz istifadəsi üçün üzərində saxladığını etiraf etmişdir. Həmin narkotik vasitə heroin ondan aşkar olunaraq götürülmüş və ekspertizaya göndərilmişdir. Narkotik vasitə heroinin ondan aşkar olunub götürülməsi ilə əlaqədar olaraq protokol tərtib olunmuş, protokolu və zərfi imzalamışdır. Etdiyi əməlinə görə peşman olmuşdur (iş vərəqə: 135-137). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 13 yanvar 2023-cü il tarixdə, saat 00.10 radələrində Sabunçu RPİnin 14-cü polis bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət aparan zamanı Maştağa qəsəbəsi, Daş Karxanasında nömrəsiz evin qarşısında özünü şübhəli aparan bir nəfər kişi görmüşlər. Həmin şəxs zahiri görünüşlə narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olan şəxsə oxşamışdır. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, şəxsiyyət vəsiqəsini istəyəndə həmin şəxs üzərində sənəd olmadığını bildirmiş və buna görə də onlardan iti addımlarla uzaqlaşmağa başlamışdır. Şəxsin hərəkətləri şübhə doğurduğuna görə onlar həmin şəxsi saxlayıb, Sabunçu RPİ-nin 14-cü polis bölməsinə aparmışlar. Polis bölməsinin inzibati binasında gətirilən şəxsin hazırda barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılıb polis bölməsinə aparılan zaman üzərində qeyri-qanuni hər hansı əşya olduğu təqdirdə tullaya bilməməsi üçün ciddi nəzarətdə olmuşdur. 14-cü polis bölməsinin xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və dövlət tərəfindən vəkillə təmin olunmuşdur. Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə huquq və vəzifələri izah olunandan sonra videoçəkilişlə üzərinə axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək axtarışın vəkilin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman gödəkçəsinin içəri sağ cibindən bir bükümdə spesifik iyli, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər olan maddə aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı üzərindən aşkar olunmuş bir bükümdə olan qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni Balaxanı qəsəbəsində yolun kənarında tapıb üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinə bənzər olan maddə qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Protokol ucadan oxunmuş və imzalanmışdır. Ekspertiza tədqiqatından sonra isə Təqsirləndirilən şəxs götürülmüş maddənin narkotik vasitə heroin olduğu məlum olmuşdur. Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilinə axtarış keçirilməsi təklif olunmuş, sonuncu etiraz etməyərək ərizəsi ilə evinə axtarış aparılmasına icazə vermişdir. Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı Maştağa qəsəbəsi, Daşkarxanası küçəsi, yeni yaşayış massivində yerləşən evinə videçəkilişlə axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs evindən hər hansı bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs tutulandan sonra ətrafında əməliyyat tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olmuş, hazırda da narkotik vasitələrin satışı ilə məşğul olmaqdadır. Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün təsadüfən saxlanılmasına baxmayaraq, tutulandan sonra keçirilmiş əməliyyat tədbirləri nəticəsində daxil olmuş əməliyyat məlumatlarında Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitə heroni satış məqsədi ilə əldə edib, üzərində saxlaması göstərilmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. İlhamın da, özünün də əvvəllər narkotiklə məhkumluğu olmuşdur. Hazırda onun özünün barəsində oğurluqla bağlı cinayət təqibi aparılmaqdadır. Qardaşı ilə əvvəllər də görüşmüş, sonuncu gəlib onu yaşadığı evdə ziyarət etmişdir. Qardaşının tutulması da onun Mehdi Hüseynzadə küçəsində yerləşən evində baş vermişdir. Belə ki, onlar çörək yeməyə hazırlaşmış, qonşuda yaşayan İqor adlı rus da gəlmiş, İqorla hərdən birgə araq içmişlər. Həmin gün İqor da onlarda olmuşdur. Birdən aləmi səs götürmüş, 14-cü bölmədə işləyən Samir adlı şəxs onun üstünə tapança çəkmiş və “tərpənmə” demişdir. Evə 8-10 nəfər polis əməkdaşı doluşmuş, evi pis bir hala qoymuşlar. İqoru şillə-təpiklə vurmuş, onlara da əl qol atmışlar. Lakin polislərə xəstə adam olduqlarını demiş, İqoru da xəstə adam olduğundan bölməyə aparmamalarını xahiş etmişlər. Samirdən başqa digər polisləri tanımamışdır. Üstündə mobil telefon olmuş, Samir həmin telefonu almışdır. Telefon öz adına olmuş, lakin üstündəki telefon nömrəsi yadında qalmamışdır. Bundan sonra onları 14-cü polis bölməsinə aparmışlar. Orda Sabiq adlı müavin onlarla salamlaşmış, “ikinizdən biriniz mütləq getməlisiz sroka” demişdir. Sabiq adlı müavin onlara bir evdən iki nəfəri sroka göndərmədiyini demiş, ikisindən birinin getməli olduğunu bildirmişdir. Qardaşı İlham “Rafiqi burax, nə lazımdırsa mənlikdi” demişdir. Onların üstündə, evdə heç nə olmamış, qardaşını yükləmişlər. Qardaşının kurtkasının cibindən guya 1 kilo narkotik çıxmış, kurtka da elə kurtka olmuşdur ki, ora bir qutu siqaret güclə yerləşmişdir. Şahid3 ifadəsinin davamında göstərdi ki, başından və belindən travma keçirmiş, müalicə almışdır. Lakin saxlanıldıqları gün yataq xəstəsi olmamışdır. Polislər tərəfindən ona hər hansı xəsarət yetirilməmişdir. Samir adlı şəxsi tanımış, Şahid1 və Şahid2 adlı şəxsləri tanımamışdır. Qardaşı İlhamı küçədə yox, onun evində tutmuşlar. Polis bölməsində onu dejurkada, qardaşını isə kamerada saxlamışlar. Gecə bölmədə saxlanılsa da, onun saxlanılması ilə bağlı heç bir sənədləşmə aparılmamış, nə də İlhamın üzərindən narekotik çıxması ilə əlaqədar ondan izahat alınmamışdır. Polislər onları tutduqları zaman evdə heç bir çəkiliş aparmamış, bölməyə aparılandan sonra da polislərin yenidən onun evinə getməsi barədə məlumatı olmamışdır. Yalnız sonradan İlhamın yüklənilməsi barədə məlumat öyrənmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 13 yanvar 2023-cü il tarixli, 6/218 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100 dairəvi möhür əksi olan, “Şübhəli şəxsdən aşkar olunmuş maddi sübut” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir qara rəngli sellofan bağlamada təmiz çəkisi 708,5 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Ekspertizanın tədqiqatından sonra narkotik vasitə heroinin qalıq təmiz təkisi 708,45 qram təşkil edir (iş vərəqə: 42-46). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-narkoloji ekspertizasının 09 mart 2023-cü il tarixli, 1361 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispenserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 119-120). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, video yazıya baxış keçirilməsi haqqında 14 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, diskdə olan «20230113_005646» adlı faila daxil olduqda müəyyən olunur ki, faylda 6 dəqiqə 23 saniyədən ibarət olan video görüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, Sabunçu RPİ-nin 14-cü PB-nin baş təhqiqatçısı polis mayoru Ramin Güləliyev 14-cü PBnə gətirilmiş saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra onun üzərinə 14-cü PB-nin xidməti otağında şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı İlha Bağırovun əynində olan göy rəngli idman gödəkçəsinin içəri sağ cibindən qara rəngli sellofana bükülmüş bir bükümdə narkotik vasitə heroinə bənzər olan maddə aşkar olunaraq götürülür. İlham Bağirov həmin maddənin narkotik vasitə «kokos», yəni heroin olduğunu və öz istifadəsi üçün əldə edib üzərində saxladığını etiraf etmişdir (iş vərəqə: 54- 55). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, video yazıya baxış keçirilməsi haqqında 14 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş axtarışla əlaqədar olaraq 13 yanvar 2023-cü il tarixli protokola əlavə edilən 01 ədəd «DVD» diskdə qeydə alınmış videoyazıya baxış keçirilmiş, baxış zamanı iş üçün maraq kəsb edilən məlumatlar aşkar olunmamışdır (iş vərəqə: 56-57). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan, maddi sübut kimi tanıma haqqında 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir bükümdə olan ümumi təmiz çəkisi 708,5 qram olan maddə kütləsi küstar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmışdır və ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 708,45 qram çəkidə olan qalıq hissəsi saxlanması üçün Sabunçu RPİ-nə təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd, yaşayış sahəsinə axtarış keçirilməsi prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd – cəmi 02 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 84-85). Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin mübahisələndirdiyi Təqsirləndirilən şəxs saxlanıldığı vaxt onun qardaşı Şahid3 da saxlanılması və Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinə aparılması məsələsinə aydınlıq gətirilməsi üçün Şahid3 xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılıbsaxlanılmaması, Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinə aparılıb-aparılmaması barədə məhkəmə sorğusuna Sapunçu RPİ-dən verilən xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə Bağırov X3 RPİ-nin 14-cü Polis Şöbəsinə gətirilməmiş və barəsində hər hansı bir araşdırma aparılması müəyyən edilməmişdir (iş materialları). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyinin müəyyənləşdirilməsi mümkün olmamış və qeyd olunan mənbənin müəyyənləşdirilməsi məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 141). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 708,5 qram heroin narkotik vasitəsinin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin start külli miqdar həddindən təqribən üç yüz əlli dörd dəfə artıq olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək üzərində saxlaması, daşıması, məhkəməyədək icraat mərhələsində əməlini etiraf etməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı mərhələsində verdiyi ifadələrində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsi, aşkar edilib götürülən külli miqdarda narkotik vasitənin ona aidiyyatının olmaması, həmin narkotik vasitəni qardaşının buraxılması müqabilində özünün boynuna götürməsi barədə göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş, həmin məhkumluqları ödənsə də, sonuncu dəfə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29 aprel 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ağır cinayəti törətməyə görə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu və 19 yanvar 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunduğu iş üzrə məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinin tələbinə əsasən ödənilməmiş və ya götürülməmişdir (iş vərəqə: səh.87-90, 91-96). Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunduğu və hazırda baxılan iş üzrə törətdiyi əməl həmin Məcəllənin 15.4-cü maddəsinin tələblərinə görə ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29 aprel 2009-cu il tarixli hökmü üzrə ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını 19 yanvar 2017-ci il tarixdə çəkib qurtarmasını nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü il tarixdə yeni cinayət törətməyə münasibətdə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli hesab olunur. Həmin Məcəllənin 83.1-ci maddəsinin tələblərinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə bu hissədə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin cinayətlərin təhlükəli residivini yaratması ona cəza təyin edilərkən cəzasını ağırlaşdıran hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən ……, cinayətlərin residivi cəza təyin edilərkən cəzasını ağırlaşdıran hallardan biri hesab olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, sonuncunun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin təsnifatına görə ağır cinayətlərə aid olmasını, onun əməlinin cinayətlərin təhlükəli residivini yaratması, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təhlükəli residivə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan sanksiya həddində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələblərinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun əməlinin cinayətlərin təhlükəli residivini yaratmasını və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza çəkmə müəssisəsi ciddi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 13 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 yanvar 2023-cü il tarixdə müvafiq məhkəmə qərarına əsasən onun barəsində həbsetmənin əvvəli 13 yanvar 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunan cəza müddətinə hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan ambulator məhkəmə-narkoloji ekspertizasının rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı, həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-in Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasına saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 708,5 qram heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 708,45 qram heroin narkotik vasitəsi məhv edilməli; - 02 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 13 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-in Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasına saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 708,5 qram heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 708,45 qram heroin narkotik vasitəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və yaşadığı mənzildə axtarış aparılması proseslərinin videogörüntülərinin yükləndiyi 02 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-301/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-301/2024
29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver