Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-301/2025 28.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X13 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5, X6 və X1 qızının, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X7, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, müdafiəçilər, Bakı şəhəri 38 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1994-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, orta təhsilli, işləməyən, Abşeron rayonu, Qobu qəsəbəsi, S.Vurğun küçəsi, ev 105 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4-1-ci maddələri ilə xx xxxx 2003-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında olan razılaşmaya əsasən 31 yanvar 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.Gəraybəyli küçəsində qara rəngli polietilen bağlamada olan xüsusilə külli miqdarda 1905,5 qram çəkidə narkotik vasitə olan heroini və həmin bağlamada olan külli miqdarda 995 qram çəkidə narkotik vasitə olan marixuananı qanunsuz olaraq satış məqsədi ilə birgə əldə etdikdən sonra, həmin narkotik vasitələri üzərində saxlamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında daşıyarkən Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında şübhəli şəxs qismində saxlanılıb, ünvan 3ən 16-cı Polis şöbəsinə gətirildikdən sonra, həmin polis şöbəsinin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 əlində olan qara rəngli polietilen bağlamada olan xüsusilə külli miqdarda 1905,5 qram çəkidə narkotik vasitə olan heroin və həmin bağlamada olan külli miqdarda 995 qram çəkidə narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq təkrarən xeyli miqdarda psixotrop maddə və narkotik vasitələri əldə edib saxlamaqla daşımış və satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda olmaqla 0,392 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Abşeron rayonu, Xırdalan şəhəri ərazisində üzərində saxlamaqla daşımış, Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 oktyabr 2023cü il tarixdə saat 13:00 dəqiqədə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF PARK” yaşayış kompleksində məscidin qarşısında saxlanılaraq Abşeron rayon Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə xeyli miqdarda olmaqla 0,392 qram çəkidə kustar üsulla hazırlanmış psixtorop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2 19 dekabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində əvvəllər tanımadığı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq təkrarən 10 manat nağd pula xeyli miqdarda olmaqla 1,043 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamış və Abşeron rayonu, Qobu qəsəbəsi ərazisinə daşımış, Abşeron rayon Polis İdarəsinin Qobu Polis bölməsinin əməkdaşları tərəfindən 20 dekabr 2023-cü il tarixdə saat 12:15 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən “Qobu Supermarket”in yaxınlığında saxlanılaraq Abşeron rayon Polis İdarəsinin Qobu Polis bölməsinin inzibati binasına gətirilmiş, Abşeron rayon Polis İdarəsinin Qobu Polis bölməsinin inzibati binasında xidməti otaqların birində üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə xeyli miqdarda olmaqla 1,043 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında olan razılaşmaya əsasən 31 yanvar 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, A.Gəraybəyli küçəsində qara rəngli polietilen bağlamada olan xüsusilə külli miqdarda 1905,5 qram çəkidə narkotik vasitə olan heroini və həmin bağlamada olan külli miqdarda 995 qram çəkidə narkotik vasitə olan marixuananı qanunsuz olaraq satış məqsədi ilə birgə əldə etdikdən sonra, Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri üzərində saxlamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında daşıyarkən Vəlicanov X11 rayon Polis İdarəsinin 16-cı Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında şübhəli şəxs qismində saxlanılıb, ünvan 3ən Bakı şəhəri 16-cı Polis şöbəsinə gətirildikdən sonra, həmin polis şöbəsinin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 əlində olan qara rəngli polietilen bağlamada olan xüsusilə külli miqdarda 1905,5 qram çəkidə narkotik vasitə olan heroin və həmin bağlamada olan külli miqdarda 995 qram çəkidə narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, hadisə yanvar ayının 31-i baş vermişdir. O, “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş və iranlıya yazmışdır. Onun yazmağa telefonu olmamışdır, üzərində olan telefon da, nömrə də Ağabəyin adına olmuşdur. Ağabəy onun məhəllə yoldaşı olmaqla aralarında səmimiyyət olmuşdur. Onun özü narkotik vasitədən istifadə etmişdir. X24 Respublikası vətəndaşı ilə yazışaraq narkotik vasitə atmasını istəməyi, sonra da həmin narkotik vasitəni götürüb verməmələrini təklif etmişdir. Ağabəy də buna görə telefonu və nömrəni ona vermişdir. O da İran İslam Respublikası vətəndaşı ilə danışıb 1 kiloqram marixuana atmasını istəmiş, dediyi yerə qoyduqdan sonra da əvəzində 800 manat pul almaq barədə razılaşmışdır. Ağabəy ona şəhərdə işi olduğunu, bu səbəbdən narkotik vasitəni gedib götürə biləcəyini demişdir. O, Ağabəyə ünvanı atmış, Ağabəy də götürməyə gedəndə saxlanılmışdır. Onu isə məhəllədə saxlayıb bölməyə gətirmişlər. Bölmədə onların önünə heroin qoyulmuşdur, halbuki onlar İran İslam Respublikası vətəndaşı ilə sadəcə 1 kiloqram marixuana haqqında danışmışlar. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirdi ki, İran İslam Respublikası vətəndaşı ilə “İnstagram”dan tanış olmuş, amma adını bilməmişdir. Polis əməkdaşları tərəfindən saat 11-12 arası saxlanılmışdır. Videoçəkilişdə də 1 kilo marixuana olduğunu bildirmiş, heroin adı çəkməmişdir. Onun Ağabəylə satmaq fikri olmamış, İran İslam Respublikası vətəndaşına “atmaq” istəmişdir. Heroinin haradan aşkar olunduğunu bilməmiş, özlərində də heroin olmamışdır. Bununla yanaşı, mübahisələndirdiyi epizodla bağlı ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan olunmaqla tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 2 ilə yaxındır ki, müxtəlif vaxtlarda narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. 30 yanvar 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində İran vətəndaşı ilə tanış olmuş və sonuncu ilə danışığa özünə məxsus ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” şəbəkəsində davam etmişlər. Söhbət əsnasında iranlı ona özündə narkotik vasitələrin hər cür növü olduğunu və istəsə satıb pul əldə etmək məqsədi ilə onun üçün göndərə biləcəyini demişdir. O da maddi durumunda sıxıntılar olduğundan iranlı ilə razılaşmış və iranlıdan 800 manat dəyərində külli miqdarda narkotik vasitə olan heroin və marixuana göndərməsini istəmişdir. İranlı onunla razılaşdığı üçün iranlının atdığı ünvan tanışı Ağabəyə yaxın olduğunu düşünüb həmin atılan narkotikləri götürməsini Ağabəydən xahiş etmişdir. Ağabəyə bildirmişdir ki, götürməli olduğu narkotik vasitələrin satışından sonra əldə olunacaq pul vəsaitini yarı-yarıya bölüşəcəklər. Ağabəy onunla razılaşmış və o, İran vətəndaşının onun üçün göndərdiyi narkotik vasitələri haradan götürəcəyi barədə ismarıcı Ağabəyə göndərmişdir. 01 fevral 2024-cü il tarixdə saat 01:45-də yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, S.Vurğun küçəsi, ev 105 ünvanın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu 16-cı Polis şöbəsinə gətirmişlər. Ona xidməti otaqda iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilməsi təklif edilmişdir. Lakin üzərindən hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır (cild 1, iş vərəqi 104-106). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, əvvəllər şəhərdə iş görmüş, atasına kömək etmişdir. Elxan ona yazaraq axşam zəng edəcəyini, marixuananı gedib götürməli olacağını demişdir. Elxan ona ünvan atmış, o da həmin ünvana getmiş, narkotiki götürməmiş 4 nəfər maşından düşərək ona yaxınlaşmışlar. 4 nəfər bağlamanı götürərək ona gətirmiş, ona aid olduğunu demişlər. Onlar yalnız İran İslam Respublikası vətəndaşı ilə 1 kiloqram marixuana danışmış, özlərində heroin olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, Elxan ona “Whatsapp” üzərindən məlumat vermiş, narkotik vasitəni götürməyi barədə demişdir. Elxan ona 1 kiloqram marixuana demişdir. O, 800 manat məsələsini də sonradan eşitmiş, Elxan həmin vaxt deməmişdir. Elxan ona narkotik vasitəni götürüb yanına gətirməsini, sonra da bölüb çəkəcəklərini bildirmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan olunmaqla tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 1 ilə yaxındır ki, narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 31 yanvar 2024-cü il tarixdə saat 18 radələrində tanışı Elxan adlı şəxs onun ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, İran vətəndaşının onun üçün atacağı narkotik vasitələr olan heroin və marixuananı göndərdiyi ünvandan götürməsini istəmişdir. Elxan bildirmişdir ki, həmin narkotik vasitələri satdıqdan sonra əldə olunan pul vəsaitini onunla yarı-yarıya bölüşəcəklər. O da Elxanla razılaşmış və sonuncunun “Whatsapp” şəbəkəsinə atdığı ünvana, yəni Bakı şəhəri, Nərimanov rayonu, A.Gəraybəyli küçəsinə getmişdir. Orada yerləşən binanın yanında qara sellofan paketi görmüş və onu götürərək cəld şəkildə oradan uzaqlaşmışdır. 31 yanvar 2024-cü il tarixdə saat 22 radələrində ünvan 2 ünvanın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu 16-cı Polis şöbəsinə gətirmişlər. Xidməti otaqda onun üzərinə baxış keçirilmiş, bu zaman o da əlindəki qara rəngli, üzərində “vohisaber” yazısı yazılmış sellofan paketi və şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonunu təqdim etmişdir. Qara rəngli sellofan paketin içərisinə baxış keçirildikdə, oradan üzərində “K-B10” yazısı olan yaşıl rəngli sellofanla, yapışqan lentlə bükülmüş içərisində şəffaf rəngli, ot şəkilli, spesifik qoxuya malik 01 bağlama, eyni zamanda qara rəngli sellofana bükülərək yapışqan lentlə bağlanmış, içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik 01 bağlama aşkar olunmuşdur. İçərisində narkotik vasitə və psixotrop maddə olan bükümlər qablaşdırılmış, o da imza etmişdir. O, həmin bağlamalarda narkotik vasitə olan heroin və marixuana olacağını bildiyini qeyd etmişdir (cild 2, iş vərəqi 233-235). Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ-nin 16-cı Polis şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən X8 ifadəsində göstərdi ki, onlara Təqsirləndirilən şəxs1 adlı şəxsin mütəmadi olaraq, narkotik vasitələrin saxlanması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış və qeyd olunan ünvanda Təqsirləndirilən şəxs1 tutulub saxlanılaraq polis şöbəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs1 üçün vəkil təyin olunmuş və videoçəkiliş altında 16-cı Polis şöbəsində xidməti otaqların birində şəxsin üzərinə baxış həyata keçirilmişdir. Baxış zamanı şəxs əlində olan çantanı masanın üzərinə qoymuş və şalvarının cibindən “Samsung” markalı telefonu çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Şəxsin onlara təqdim etdiyi çantanın içərisində 2 büküm olmuşdur. Bükümlərdən birində qəhvəyi rəngli, spesifik iyə malik olan maddə, digər bükümdə isə yaşıl rəngli maddə olmuşdur. Təqsirləndirilən şəxs1 dindirilən zaman bükümlərdən birinin içərisində nəşə kimi tanınan marixuana, digərində isə heroin olduğunu etiraf etmişdir. Sorğu zamanı şəxs narkotik vasitələri dostu Elxanın göstərişi ilə həmin ünvandan götürdüyünü bildirmişdir. Elxan ona narkotik vasitələri aralarında bölüşəcəklərinə dair vədlər vermişdir. Daha sonra keçirdikləri əməliyyat tədbirləri nəticəsində Elxanın yeri müəyyənləşdirilmiş, Elxan Qobu qəsəbəsində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Elxan dindirilən zaman Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmişdir. Elxanın üzərində axtarış keçirilən zaman heç bir qanunsuz vasitə aşkar olunmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq X8 bildirdi ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Təqsirləndirilən şəxs1 dostu X25 Respublikası vətəndaşı ilə əlaqə saxlayaraq narkotik vasitənin saxlanıldığı ünvanı öyrəndiyini, sonra da ona dediyini, onun da narkotik vasitələri ünvandan alan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını demişdir. Təqsirləndirilən şəxslərə qarşı tərəflərindən heç bir fiziki və psixi təzyiqlər olmamışdır. Elxan və Ağabəy tutulub saxlanılan zaman heç bir çətinlik yaratmamış, müqavimət göstərməmiş, səmimi şəkildə hər şeyi etiraf etmişlər. Məhkəmədə həmin epizodla bağlı şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 Rauf oğlu eyni məzmunlu ifadə verərək şahid X3 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Cinayət Axtarışı şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4 ifadəsində göstərdi ki, o, xidməti ərazidə xidmət apararkən Təqsirləndirilən şəxs2 görmüş, Təqsirləndirilən şəxs2 özünü şübhəli apardığına görə ona yaxınlaşaraq Abşeron rayon Polis İdarəsinə dəvət etmişdir. İdarədə təhqiqatçının iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış həyata keçirilmiş, axtarış zamanı üzərindən bir bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş metamfetamini şəxsi istifadəsi üçün 15-20 manata əldə etdiyini bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 bildirdi ki, Təqsirləndirilən şəxs2 qarşı tərəflərindən heç bir təsir və təzyiq olmamışdır. Məhkəmədə verilən çarpaz suallara cavab olaraq Təqsirləndirilən şəxs2 Şahid4 düzgün ifadə verdiyini, həmin epizodla bağlı ona qarşı irəli sürülmüş ittihamla razılaşdığını bildirdi. Məhkəmədə həmin epizodla bağlı şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid5 eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən X9 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxslərdən ancaq Təqsirləndirilən şəxs2 tanıyır. Belə ki, Təqsirləndirilən şəxs2 Qobu qəsəbəsində yaşamışdır. Elxanın narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı əldə edilmiş, Təqsirləndirilən şəxs2 Qobu qəsəbəsi ərazisində saxlanılaraq Qobu Polis bölməsinə dəvət edilmişdir. Bölmədə təhqiqatçı və vəkilin iştirakı ilə Elxanın üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərindən çəkisini xatırlamadığı miqdarda narkotik vasitə olan heroin aşkar edilmişdir. Sorğu zamanı Elxan aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə təhqiqata təhvil verilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid X9 bildirdi ki, Təqsirləndirilən şəxs2 qarşı tərəfindən heç bir fiziki, psixi təsir və təzyiq olmamışdır. Elxan narkotik vasitəni tanımadığı şəxsdən 20 manata əldə etdiyini bildirmişdir. Məhkəmədə həmin epizodla bağlı şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid6 eyni məzmunlu ifadə verərək şahid X4 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixində daxil olmuş əməliyyat məlumatı əsasında "Ağabəy" adlı şəxsin narkotik vasitələrin saxlaması və istifadəsi ilə məşğul olması göstərilmişdir. Eyni zamanda daxil olmuş məlumatda "Ağabəy" adlı şəxsin xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində ünvan 2 ünvanın qarşısında olacağı və üzərində mütəmadi narkotik vasitə saxlaması, həmin şəxsin geyimi və xüsusi əlamətləri bildirilmişdir. Daxil olmuş əməliyyat məlumatının yoxlanması, "Ağabəy" adlı şəxsi müəyyən edərək 16-cı Polis şöbəsinə gətirilməsi zərurəti yaranmışdır (cild 1, iş vərəqi 3). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “Ağabəy” adlı şəxsin müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(005)- 263/2024 nömrəli qərarından görünür ki, "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında" Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis şöbəsinin Cinayət Axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin rəisi Arzu Heydərov tərəfindən təsdiq edilmiş 31 yanvar 2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir (cild 1, iş vərəqi 9-11). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, daxil olmuş əməliyyat məlumatına əsasən, xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində ünvan 2 ünvanın qarşısında narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli olan, xx.xx.2003-cü ildə Abşeron rayonunda anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 saxlanılaraq saat 22:30 radələrində Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis şöbəsinə gətirilmişdir (cild 1, iş vərəqi 12). - şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə etməklə həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra Təqsirləndirilən şəxs1 əlindəki qara rəngli, üzərində "vohisaber" yazısı yazılmış sellofan paketi və şalvarının sağ yan cibindən 01 ədəd "Samsung" markalı mobil telefonu təqdim etmiş, paketin içərisinə baxış keçirildikdə, oradan üzərində "K-B10" yazısı olan yaşıl rəngli sellofanla, yapışqan lentlə bükülmüş içərisində şəffaf rəngli, ot şəkilli, spesifik qoxuya malik vasitə olan 01 bağlama, eyni zamanda qara rəngli sellofana bükülərək yapışqan lentlə bağlanmış, içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik vasitə olan 01 bağlama aşkar olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təqdim etdiyi sellofan paketin içərisindəki bağlamaların birindəki maddə narkotik maddə hesab olunan "kakos" adı ilə tanınan heroin və digər bağlamada isə "nəşə” adı ilə tanınan marixuanadır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitələr olan bağlamaları xx.xx.2024-cü il tarixdə tanışı Elxan adlı şəxsin deməsi və əldə olunacaq pulun yarısının ona veriləcəyinə razılaşması əsasında ünvan 2 ünvanın qarşısından götürdüyünü bildirmişdir. Aşkar olunmuş narkotik vasitə olan bağlamalar iştirakçıların, həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs1 iştirakı ilə qablaşdırılmış, 218 nömrəli möhürlə möhürlənmişdir (cild 1, iş vərəqi 31-33). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, saxlanılan Təqsirləndirilən şəxs1 sifariş etdiyi narkotik vasitələri götürməsini bildirən Elxan adlı şəxsin şəxsiyyətinin və yerinin müəyyən edilərək tutulması məqsədi ilə Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis şöbəsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkilləri, polis baş leytenantı X10 və polis leytenantı Şahid2 ilə birgə xx.xx.2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və xx.xx.1994-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, orta təhsilli, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə məhkum olunmuş, Abşeron rayonu, Qobu qəsəbəsi, S.Vurğun küçəsi, ev 105 ünvanında qeydiyyatda olmaqla yaşayan Həsənov X14 rayonu, Qobu qəsəbəsi, S.Vurğun küçəsi, ev 105 ünvanın qarşısında saat 01:45 radələrində saxlanılaraq saat 02:15 radələrində Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis şöbəsinə gətirilmişdir (cild 1, iş vərəqi 47). - şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024cü il tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə etməklə həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd "Samsung" markalı mobil telefonu və 01 ədəd "xxxx" ASC-nin 4169- 7388-3469-1440 nömrəli plastik kartını təqdim etmişdir. Lakin onun üzərinə baxış zamanı hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır (cild 1, iş vərəqi 67- 69). - məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/644 nörməli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün N218" dairəvi möhür əksləri olan “..."imza” Vəlicanov... ” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd bağlamadakı 01 (bir) ədəd bükülüdə təmiz çəkisi 1905,5 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil edir (cild 1, iş vərəqi 77-81). - məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/174 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1.imza...” yazı və imzalar olan bağlamada 01 (bir) ədəd sellofanda təmiz çəkisi 995,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixunanadır. Aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manat təşkil edir (cild 1, iş vərəqi 82-85). - cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir (cild 1, iş vərəqi 107). - təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrilə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 108-109). - təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrilə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 122-123). - telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 məxsus “Samsung A10” markalı mobil telefona baxış keçirilmiş, telefonda Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***- ***-**-** saylı möbil nömrəsi ilə "whatsapp" ani mesajlaşma mübadilə sistemi vasitəsilə +98-***-***-**-** saylı mobil nömrə ilə 31 yanvar 2024-cü il tarixdə yazışmaları zamanı aşkar olunmuşdur. Belə ki, naməlum şəxs – “abi sabah danis mali çatır pulu al, suz danışdıg 500 veracam qaqa malı bela catirsan yaxşı senla iş gurum çatdırmağı birden gurursen kilu uolur kiluda 700-800 veram” demişdir. Bundan başqa naməlum şəxs Təqsirləndirilən şəxs2 demişdir ki, “Negadar pul istasan veram, 500 razisan”, Təqsirləndirilən şəxs2 – “razı” demişdir. Naməlum şəxs – “Gutur malı güldü çatır ura sakil könom eliyajaxsan”, Təqsirləndirilən şəxs2 “prablem deyil demiş”, naməlum şəxs “İngilaba tafinanegadar yulun var” demiş, Təqsirləndirilən şəxs2 “yarim saat”, naməlum şəxs “qaqa iraniyam, malım galib culda, adam cavab vermir mana”, Təqsirləndirilən şəxs2 “buyur qardaş, Eliyen deyilem qardaş, bele hardansa haraya çatdiraram” demişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** saylı möbil nömrəsi ilə "watshapp" ani mesajlaşma mübadilə sistemi vasitəsilə Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı mobil nömrə ilə 31 yanvar 2024-cü il tarixdə yazışmaları zamanı aşkar olunmuşdur: Ağabəy – “gec gelecem axi qaqa”, Elxan – “Hele oda gec atacaq, etaga bomba kimi olacaq problemsizdi qaqa narahat olma, gözle danişim onunla, sene heşkim zeng elemiyecey men konum atacam sene götürüb geleceysdn, xeber gözle mennen, qaqa 8-9 arası sene konum atacam, internetini açıq saxla, qaqa sene arxayinam, bomba kimi pul olacaq, temada neqeder desdn, sene arxayinam qaqa bunu elimizden buraxsaq day ne bilim qaqa temada gencliyde rahat bir yerde olacaq götüren kimi otur taksiye sürdür kende mene xeber ele men taksinin pulunu verecem”, Ağabəy – “yaxsı qaqa gedirem”, Elxan – “atim konumu”, “Ağabəy – “at”, Elxan – “daima menle elaqede ol”, Ağabəy – “az, bes on deyqeye çatıram”, Elxan “şeklin üsdüne vur yekeld, göreceysen, salafani”, Ağabəy – “hə”, Elxan – “tapmadin salafani”, Ağabəy – “yo”, Elxan – “burdasan, ag cip olmalidi qaqa, alo, ay brat, cavab verde, ay qaqa hara getdün cavab verde bir mene, alo ay aga, cavab verde bu ... (söyüş) qaqa” (cild 1, iş vərəqi 212-231). - diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarışın gedişatını özündə əks etdirən diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, fayldaki görüntü 13 dəqiqə 10 saniyə davam edir. X12 baxışda iştirak edən şəxsləri təqdim edib Təqsirləndirilən şəxs1 hüquq və vəzifələrini izah etdikdən sonra ona təklif olunur ki, üzərində olan əşyaları könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs1 müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə görüntünün 01 dəqiqə 20-ci saniyəsində sağ əlində saxladığı qara rəngli, üzərində "vohisaber" yazısı yazılmış sellofan paketi, sonra isə əyinindəki qara şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli "Samsung" markalı mobil telefonu təqdim edir. Qara rəngli sellofan paketin içərisinə baxış keçirildikdə isə oradan üzərində "K-B10" yazısı olan yaşıl rəngli sellofanla, yapışqan lentlə bükülmüş içərisində şəffaf rəngli, ot şəkilli, spesifik qoxuya malik vasitə olan 01 bağlama, digəri isə qara rəngli sellofana bükülmüş yapışqan lentlə bağlanmış, içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik vasitə olan 01 ədəd bağlama aşkar olunur. Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan paketin içərisindəki bağlamalardan birinin narkotik maddə hesab olunan "kakos" adı ilə tanınan heroin, digərinin isə "nəşə” adı ilə tanınan marixuana olduğunu bildirir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükülü zərfə qoyularaq möhürlənir və zərf iştirakçılar tərəfindən imzalanır. Bununla da videogörüntü başa çatır (cild 1, iş vərəqi 234). - diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarışın gedişatını özündə əks etdirən diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, fayldaki görüntü 04 dəqiqə 28 saniyə davam edir. X12 baxışda iştirak edən şəxsləri təqdim edib Təqsirləndirilən şəxs2 hüquq və vəzifələrini izah etdikdən sonra ona təklif olunur ki, üzərində olan əşyaları könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs2 müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə görüntünün 01 dəqiqə 11-ci saniyəsində əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd "Samsung" markalı mobil telefonu və 01 ədəd "xxxx" ASC-nin 4169- 7388-3469-1440 nömrəli plastik kartını təqdim edir. Təqsirləndirilən şəxs2 üzərinə baxış zamanı isə hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmur. Bununla da videogörüntü başa çatır (cild 1, iş vərəqi 235). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.1994-ci ildə, Abşeron rayonunda anadan olmuş, Abşeron rayonu, Qobu qəsəbəsi, Səməd Vurğun küçəsi ev 105-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİnin Qobu PB-nə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən sonuncudan təhqiqata məlum olmayan mənbədən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən qanunsuz olaraq satış məqsədi olmadan əldə edib saxladığı siqaretin gümüşü kağızına bükülmüş 01 (bir) ədəd bükümdə qəhvəyi rəngli kristallardan ibarət maddə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür (cild 2, iş vərəqi 3). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 2, iş vərəqi 8-9). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş 1 (bir) ədəd bükümdən ibarət, toz şəkilli qəhvəyi rəngli, kustar usulla hazırlanmış narkotik vasitəyə bənzər kütləni könüllü olaraq çıxardıb təqdim etmiş, Təqsirləndirilən şəxs2 həmin kütlənin narkotik maddə olan "kakos" kimi adlandırıldığını, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə günörta saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan 1 (bir) ədəd bükümdən ibarət, toz şəkilli, qəhvəyi rəngli kustar usulla hazırlanmış narkotik vasitəyə bənzər kütlə götürülərək müvafiq qaydada qablaşdırılmışdır (cild 2, iş vərəqi 35- 37). - məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6495 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №245" dairəvi möhür əksləri olan, "... 3.Təqsirləndirilən şəxs2 "imza"..." ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 1,043 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 2, iş vərəqi 43-47). - CD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 01 ədəd CD diskdə olan videogörüntülərə baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 üzərində 20 dekabr 2023-cü il tarixdə Abşeron RPİ-nin Qobu Polis bölməsinin inzibati binasında olan xidməti otaqların birində polis əməkdaşları və müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılır. Şəxsi axtarışa başlamadan öncə Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümü çıxararaq təqdim edir və bildirir ki, həmin bükümdə olan narkotik vasitə heroindir, həmin narkotik vasitə heroini 19 dekabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində əvvəllər tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata əldə etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olan kütlə açıldıqda içərisində qəhvəyi rəngli tozşəkilli maddənin olduğu müşahidə olunur. Bundan başqa Təqsirləndirilən şəxs2 üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilmir. Həmin kütlə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılır. Zərf Təqsirləndirilən şəxs2 tərəfindən imzalanır (cild 2, iş vərəqi 54). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 2, iş vərəqi 56). - əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülən 1,043 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (cild 2, iş vərəqi 72, 260). - cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir (cild 2, iş vərəqi 73-74). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.1994-cü ildə ünvan 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitəni və psixotrop maddəni üzərində gəzdirməsi, istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 2, iş vərəqi 78). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 2, iş vərəqi 81-82). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə olub-olmaması, olduğu halda onları könüllü təqdim etməsi təklifindən sonra o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən çıxartdığı 1 ədəd şəffaf sellofana büklmüş psixotrop maddə olan metamfetaminə oxşar 1 ədəd bükümü təqdim edərək həmin kütlənin ona məxsus olduğunu, onu xx.xx.2023-cü il tarixdə günorta saatlarında Yasamal rayonu ərazindən öz şəxsi istifadəsi üçün 20 manata tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofanda olan 01 ədəd kütlə götürülərək müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir (cild 2, iş vərəqi 98-100). - məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5279 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Zərflər üçün №56" möhür əksi, "Təqsirləndirilən şəxs2 üzərindən aşkar olan kütlə...." və s. yazılar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,392 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı 1) daxildir. Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edir (cild 2, iş vərəqi 105-109). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 2, iş vərəqi 118). - əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülən 0,392 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (cild 2, iş vərəqi 137, 260). - Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 həqiqətən də ünvan 8 ünvanında yaşayır. Qəsəbədə yaşadığı müddət ərzində özünü sakit aparmış, dostlarının və qonşularının hörmətini qazanmışdır. Təqsirləndirilən şəxs2 və onun ailə üzvləri barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (cild 2, iş vərəqi 138-139). - ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 24 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorlarin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 148-150). - ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 1083 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 166-167). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 446 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altma düşmür. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 168-171). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 447 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altma düşmür. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 172-173). - sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş 1905,5 qram heroin (ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1905,32 qram) və həmçinin ondan aşkar edilərək götürülmüş 995,0 qram qurudulmuş marixuna (ekspertiza tədqiqatından sonra qalıq çəkisi 994,95 qram) narkotik vasitələr iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs2 götürülmüş təmiz çəkisi 0,392 qram (ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,342 qram) kustar üsulla hazırlanmış psitxotrop maddə metamfetamin və təmiz çəkisi 1,043 qram (ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,993 qram) olan kustar üsulla hazırlanmış heroin narkotik vasitə maddi sübut kimi tanınmış və saxlanması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs2 məxsus “Samsung A10” markalı və Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (cild 2, iş vərəqi 184- 197). - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işinin materiallarından Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əldə etdiyi xüsusilə külli miqdarda narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (cild 2, iş vərəqi 199). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 2, iş vərəqi 202-203). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 2, iş vərəqi 220-221). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4-1-ci maddələri, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar, metamfetaminin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar, marixuananın 5 qramı xeyli miqdar, 500 qramı külli miqdar, 50000 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 İran vətəndaşından yalnız marixuana əldə etmələri, iranlıdan heroin əldə etməmələri, narkotik vasitələrin satışı ilə məşğul olmamaları, narkotik vasitələri iranlıdan əldə etməkdə məqsədlərinin həmin şəxsə “atmaq” istəmələri olması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxslərin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hadisə yerində saxlanıldıqdan dərhal sonra onun müdafiə hüququ təmin edilmiş, o, müdafiəçinin iştirakı ilə tutulmuş, daha sonra müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə etməklə onun üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra Təqsirləndirilən şəxs1 əlindəki qara rəngli, üzərində "vohisaber" yazısı yazılmış sellofan paketi təqdim etmiş, paketin içərisinə baxış keçirildikdə, oradan üzərində "K-B10" yazısı olan yaşıl rəngli sellofanla, yapışqan lentlə bükülmüş içərisində şəffaf rəngli, ot şəkilli, spesifik qoxuya malik vasitə olan 01 bağlama, eyni zamanda qara rəngli sellofana bükülərək yapışqan lentlə bağlanmış, içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik vasitə olan 01 bağlama aşkar olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təqdim etdiyi sellofan paketin içərisindəki bağlamaların birindəki maddə narkotik maddə hesab olunan "kakos" adı ilə tanınan heroin və digər bağlamada isə "nəşə” adı ilə tanınan marixuanadır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitələr olan bağlamaları xx.xx.2024-cü il tarixdə tanışı Elxan adlı şəxsin deməsi və əldə olunacaq pulun yarısının ona veriləcəyinə razılaşması əsasında ünvan 2 ünvanın qarşısından götürdüyünü bildirmişdir. Bundan sonrakı istintaq hərəkətlərində ibtidai istintaqın sonuna kimi o, eyni məzmunlu ifadələr verərək, ondan marixuana ilə yanaşı herion də aşkar olunduğunu bildirmişdir. Eyni məzmunlu ifadələri Təqsirləndirilən şəxs2 saxlandığı andan ibtidai istintaqın sonuna kimi müdafiəçisinin iştirakı ilə vermiş və həmin narkotikləri məhz satış məqsədilə İran vətəndaşından əldə etdiyini bildirmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrini, həmin ifadələr işin digər materialları ilə tam uzlaşdığından daha dolğun və həqiqətə uyğun hesab edir və həmin ifadələri sübut kimi qəbul edir. Məhkəmə eyni zamanda təqsirləndirilən şəxslərdən tarix etibarilə sonuncu epizodla bağlı aşkar edilmiş narkotik vasitələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, onların müxtəlifliyini də nəzərə alır və iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, onlar aşkar edilmiş narkotik vasitələri məhz satış məqsədilə əldə etmişlər. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqında onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətlərini yüngülləşdirmək məqsədini güdürlər. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq təkrarən xeyli miqdarda psixotrop maddə və narkotik vasitələri əldə edib saxlamaqla daşıması, satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşıması, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, onlar təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 174-176). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməsindən və Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(012)-196/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad edilmiş və cəza müddəti başa çatdığından 14 aprel 2023-cü ildə qeydiyyatdan çıxarılmışdır. Bundan əlavə, Həsənov X14 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkməsinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, qeyd edilən hökm xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Həmin hökmdən apelyasiya şikayəti verilməmişdir (cild 1, iş vərəqi 177-180, 181-210). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Həsənov X14 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixlii hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki il keçmədiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu ödənilmədən yenidən qəsdən xüsusilə ağır cinayət törətdiyindən onun əməlində cinayətin residivi mövcuddur. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayətləri təkrar törətməsini və əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron rayonunun Qobu qəsəbəsində yaşadığı müddət ərzində özünü sakit aparmış, nümayəndəliyi onun barəsində hər hansı şikayət daxil olmamışdır. Hərbi xidmət zamanı nümunəvi əsgər olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilərlər, buna görə də onlara təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs2 ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 234.4-1-ci maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi əməllər müvafiq olaraq az ağır və xüsusilə ağır cinayətlər kimi təsnif edilmişdir. Təqsirləndirilən şəxs1 ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi əməl xüsusilə ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalar ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olması nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.1 və 234.4-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli hökmünə əsasən ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 hazırkı hökm üzrə təyin olunacaq cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokollarından və məhkəmənin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 09 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 oktyabr 2023-cü il tarixdə həbsdən azad olunmaqla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 20 dekabr 2023-cü il tarixdə yenidən şübhəli şəxs qismində tutulmuş, 22 dekabr 2023-cü il tarixdə həbsdən azad olunmaqla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 01 fevral 2024-cü il tarixdə yenidən şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 fevral 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 2, iş vərəqi 22, 68-69, 70, 92, 130-131, 132-133; cild 1, iş vərəqi 63-64, 149-153). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 tutulub həbsdə saxlandığı 6 (altı) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalı, cəza çəkməsinin başlanğıcı onun yenidən şübhəli şəxs qismində tutulduğu 01 fevral 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 31 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 yanvar 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 27-28, 146-148). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 31 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs1 götürülərək Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1905,32 qram heroin və 994,95 qram qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 götürülərək Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,342 qram psixotrop maddə metamfetamin və 0,993 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs2 məxsus “Samsung A10” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalı, Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs1 isə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, təkbaşına törətdiyi cinayətlər üzrə ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 175 (yüz yetmiş beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs2, əlbir olmaqla verilmiş ittiham üzrə keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 159 (yüz əlli doqquz) manat məbləğində məhkəmə məsrəfi müştərək qaydada hər birindən 79,5 (yetmiş doqquz manat əlli qəpik) olmaqla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırkı hökm üzrə təyin edilmiş cəzaya Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs2 qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 tutulub həbsdə saxlandığı 6 (altı) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 10 (on) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinsin və o, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs1 götürülərək Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1905,32 qram heroin və 994,95 qram qurudulmuş marixuana məhv edilsin; - Təqsirləndirilən şəxs2 götürülərək Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,342 qram psixotrop maddə metamfetamin və 0,993 qram narkotik vasitə heroin məhv edilsin; - cinayət işinin materiallarında saxlanılan, Təqsirləndirilən şəxs2 məxsus “Samsung A10” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın; - cinayət işinin materiallarında saxlanılan, Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar əmələ gəlmiş 334 (üç yüz otuz dörd) manat məbləğində məhkəmə xərcindən 254,5 (iki yüz əlli dörd manat əlli qəpik) Təqsirləndirilən şəxs2, 79,5 (yetmiş doqquz manat əlli qəpik) Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-301/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-301/2025
28.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver