Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-302/2023 07.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri «Yusif Allahverdiyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1-da qeydiyyatda olub, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əsədov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən (?) «Əli» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün üzərinə düşən öhdəliyə əsasən, «Əli» adlı şəxsin «Whatsapp» proqram tətbiqi vasitəsilə telefon danışığı zamanı sonuncunun ona bildirdiyi istintaqa məlum olmayan tarixdə və ünvandan ümumi təmiz çəkisi 316,771 qram narkotik vasitə olan külli miqdarda heroini və narkotik vasitə hesab edilən təsir maddəsinin ümumi miqdarı 0,080 qram təşkil edən 02 ədəd üzərində «Methadone 40» göstəriciləri olan dərman konvolyutunda 20 ədəd açıq qəhvəyi rəngli, dərman həbləri-metadonu əldə edərək, İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən (?) «Əli» adlı şəxsin «Whatsapp» proqram tətbiqi vasitəsilə ona bildirdiyi ünvanlara çatdırmaq məqsədilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əsədov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə daşıyaraq orada saxlamış və həmin külli miqdarda narkotik vasitə olan heroini yaşadığı mənzildə satış məqsədilə elektron tərəzidən istifadə etməklə 01 bükümdə təmiz çəkisi 16,427 qram və 01 bükümdə təmiz çəkisi 300,344 qram olan hissələrə bölmüş, 01 bükümdə təmiz çəkisi 300,344 qram olan heroini və 20 ədəd metadon həblərini yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əsədov küçəsində yerləşən nömrəsiz fərdi evdə saxlamış, 01 bükümdə təmiz çəkisi 16,427 qram olan heroini isə satış məqsədilə üzərində saxlamaqla daşımış və 14 iyun 2022-ci il tarixdə saat 20:30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əsədov küçəsindəki evin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq, Bakı şəhəri, Sabunçu RPİnin 14-cü PB-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan şalvarın sol yan cibindən satış məqsədilə əldə etdiyi bir bükümdə təmiz çəkisi 16,427 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin aşkar edilərək götürülmüş və əməliyyat axtarış tədbirlərinin davamı olaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əsədov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilərkən mənzilə girişdən sol tərəfdə yerləşən stulun alt hissəsində saxladığı çantanın içərisindən bir bükümdə təmiz çəkisi 300,344 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin, 02 ədəd üzərində «Methadone 40» göstəriciləri olan dərman konvolyutunda 20 ədəd açıq qəhvəyi rəngli, təsir maddəsinin ümumi miqdarı 0,080 qram təşkil edən dərman həbləri-narkotik vasitə metadon və üzərində narkotik vasitə heroinə məxsus izlər olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham və ibtidai araşdırma zamanı ittiham tərəfinin əldə etdiyi sübutların qanunsuz olması təsdiq edildiyindən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, habelə onun təqsirliliyini təsdiq edən sübutlar irəli sürülmüş ittihamın qanuni və əsaslı sayılmasına kifayət etməmişdir. Məhkəmə bu nəticəyə gələrkən aşağıdakı sübutlara əsaslanmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilsə də ifadəsində göstərdi ki, o, ünvan 1-da qeydiyyatda olsa da, tutulduğu ərəfədə ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əsədov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamışdır. Təxminən 2-3 il olar ki, narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 14 iyun 2022-ci il tarixdə ailə üzvlərini bacanağının evinə qonaq aparıb, özü isə avtomaşınını təmir etdirmək üçün ustaya getmişdir. Avtomobil təmir sexində olan zaman ona tanımadığı 5-6 nəfər mülki geyimli şəxs yaxınlaşaraq onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu deyib, onu öz avtomaşınlarına əyləşdirmişlər. Həmin şəxslər onun avtomaşınını axtarsalar da, heç nə tapmamışlar. Polis əməkdaşları öz avtomaşınlarını onun avtomaşınının arxasında saxladıqları üçün o, öz avtomaşınını görmüşdür. Polis əməkdaşları ondan harada yaşadığını soruşmuş, o da kirayədə qaldığını demişdir. Polis əməkdaşları ona yaşadığı evə getmələrini dedikləri zaman, o da sonunculara ailə üzvlərinin qonaq getdiklərini, evdə heç kəsin olmadığını bildirmişdir. Bundan sonra onlar polis əməkdaşları ilə birlikdə ailə üzvlərinin qonaq getdiyi bacanağının evinə getmişlər. Polis əməkdaşları bacanağının da evində axtarış keçirmiş, lakin oradan da heç nə aşkar olunmamışdır. Daha sonra oradan həyat yoldaşını götürüb özlərinin kirayədə yaşadıqları evə getmişlər. Polis əməkdaşları onun yaşadığı evdə də axtarış keçirmiş, lakin heç nə aşkar edə bilməmişlər. Bundan sonra onu 14-cü PB-yə gətirib, orada ondan 10.000 manat pul istəmiş, həmin pulun qarşılığında onu buraxacaqlarını bildirmişlər. O isə kirayədə yaşadığını, deyilən miqdarda pulunun olmadığını, yalnız avtomaşınının olduğunu, həmin avtomaşını satıb əldə etdiyi məbləğdə pulu verə biləcəyini demişdir. Lakin polis əməkdaşları onu buraxmamışlar. Bölmədə müdafiəçi dəvət edilmiş, o, həmin müdafiəçini də tanımışdır. Çəkilişdən əvvəl polis əməkdaşları ona su vermiş, suyu içəndən sonra bir az halsızlaşmış, sanki suyun içərisinə nəsə qatılmışdır. Polis əməkdaşları onu aldatmışlar ki, çəkiliş edən zaman sonuncuların ona öyrətdikləri kimi danışsa və davransa onu buraxacaqlar. O da polis əməkdaşlarına inanmışdır. Polis əməkdaşları çəkilişdən əvvəl onun cibinə narkotik vasitə yerləşdirmiş, daha sonra isə çəkilişə başlamışlar. Çəkiliş zamanı üzərində nə varsa çıxarması təklif edilmiş, o da üzərində olanları çıxarıb təqdim etmişdir. Belə ki, çəkiliş zamanı o, cibinə qoyulmuş bir büküm narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Daha sonra üzərində axtarış keçirilmiş, şalvarının cibindən 01 ədəd açar, 10 manat pul, üzərində ***-***-**-** və ***-***- **-** saylı nar nömrələr olan «Nokia» və «Red Mi» markalı 02 ədəd mobil telefon götürülmüşdür. Üzərindən aşkar olunan büküm ona məxsus olmamış, həmin narkotik vastiəni polis əməkdaşları özləri cibinə qoymuşlar. Ümumiyyətlə o, saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, narkotik vasitə olan heroindən təxminən 3 il olar ki həftədə 1-2 dəfə olmaqla istifadə edir. Onu saxlayan polis əməkdaşlarını əvvəllər tanımamışdır. Saxlanılan zaman onun üzərində narkotik vasitə olmamışdır. Videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçiriləndə vəkil iştirak etmişdir. Videoçəkiliş aparılmamışdan əvvəl ona videoçəkiliş olacağı bildirilmiş, çəkiliş zamanı onların dediklərini təkrarlayacağı təqdirdə onu buraxacaqlarını bildirmişlər. Saxlandıqdan sonra polis əməkdaşları ona qarşı fiziki zor tətbiq etməmiş, lakin onu etirafedici ifadələr verməsi üçün aldatmışlar. Saxlanılan zaman üzərində «Nokia» və «Redmi» markalı 02 ədəd mobil telefon olmuş, həmin telefonlarda ***-***-**-** və ***-***-**-** saylı nar nömrələr olmuşdur. Polis əməkdaşları onu saxlayan zaman, sonunculardan biri demişdir ki, «bu həmin Vüsal deyil». Belə ki, Maştağada hamının tanıdığı narkotik vasitə satan Vüsal adlı şəxs var, bir dəfə də səhvən həmin şəxsin yerinə onu tutub, inzibati məsuliyyətə cəlb etmişlər. O, hazırkı cinayət işi üzrə 14 iyun 2022-ci il tarixdə tutulmuş, 16 iyun 2022-ci il tarixdə isə onu «Asan Xidmət» Mərkəzinə aparmışlar. Orada bacanağına etibarnamə vermişdir ki, sonuncu ona məxsus olan avtomaşını satsın. Həmin etibarnamə əsasında da bacanağı Aydın ona məxsus avtomaşını satıb, X23ə onu buraxması üçün 3.000 manat pul vermişdir. Müstəntiqə pul versələr də, onu buraxmadılar. Bundan sonra isə onun yaxınları müstəntiqlə əlaqə saxlaya bilməmişlər. O, avtomobil sexinin qarşısında saxlandığı zaman oraya təxminən 3- 4 avtomaşın gəlmiş, maşınların hamısının markasını və modelini xatırlamasa da, onlardan biri ağ rəngli «Hyundai» markalı, digəri isə qara rəngli «Xəzər» markalı avtomaşın olmuş, onu da həmin qara rəngli «Xəzər» markalı avtomaşına mindirmişdilər. Saxlanıldığı gün, yəni 14 iyun 2022-ci il tarixdə, saat 13 radələrində evdən çıxıb, avtoservisə təkər ustasına getmişdir. Onun kirayədə yaşadığı ev Savalan qəsəbəsində «Araz» marketin yanında yerləşir. O, saxlanılandan təxminən 30 dəqiqə ərzində Maştağa qəsəbəsinin mərkəzində polis əməkdaşları ilə birlikdə avtomaşında dövr etmişlər və daha sonra isə onun evinə deyil, bacanağının evinə getmişlər. Bacanağının evinə getməyi onun özü istəmişdir, çünki onun ailəsi bacanağının evində olmuşdur. O, əvvəlcə oraya getmək istəmişdir ki, evə polis əməkdaşları ilə tək getməsin, həyat yoldaşı da onların yanında olsun. O, istəmişdir ki, ailəsi onun tutulmasını bilsin. Saxlanıldıqdan sonra polis əməkdaşları onu bacanağının evinə aparmış, oradan isə özünün yaşadığı evə gedərək, evində axtarış etmişlər. Həmin axtarış zamanı video çəkiliş aparılmamış, eyni zamanda evdən də heç nə aşkar olunmamışdır. Daha sonra isə polislər onu yenə həmin avtoservisin yanından bölməyə aparmışlar. Bundan sonra onun üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, həmin vaxt artıq axşam saatları olmuşdur. Onun üzərinə şəxsi axtarış polis idarəsində keçirilmişdir. Əslində isə o, avtoservisdə saxlanılan zaman saat təxminən 15:30-16:00 radələri olmuşdur. O, saxlanıldığı zaman oraya təxminən 3 avtomobil gəlmiş, həmin avtomobillərdən biri ağ rəngli «Hyundai» markalı, biri qara rəngli «Xəzər» markalı, biri isə Jeep kuzalı avtomaşın olmuşdur. Polis əməkdaşları artıq avtoservisdə üzərinə və avtomaşınına da baxış keçirib, axtarsalar da heç nə tapmamışlar. Daha sonra boğazı quruduğu üçün su istəmiş, polis əməkdaşları isə onun maşınından suyu gec gətirmişlər. O həmin sudan bir qurtum içsə də, polis əməkdaşları ona yenə də içməsini demiş, o da suyu içdikdən sonra halsız olmuşdur. Onu bir qədər avtomobildə gəzdirdikdən sonra Ramana qəsəbəsinə getmişlər. Evə baxış keçirilərkən, həyat yoldaşı evdən bayırda dayanıb gözləmiş, polis əməkdaşları isə evdə axtarış etsələr də, oradan da heç nə aşkarlaya bilməmişlər. Onun yaşadığı evdə axtarış keçiriləndən sonra Polis bölməsinə getmiş, bölməyə çatdıqları vaxt artıq hava qaralmışdır. Ramanadan Maştağaya getdikləri zaman Zabrat yolu ilə keçib getmişlər. Ramana qəsəbəsində isə polislər bacanağının da evinə axtarış keçirdikləri üçün təxminən 15-20 dəqiqə qalmışlar. Tutulduğu zaman polis əməkdaşlarından Şahid2 orada iştirak etmiş, hətta həmin şəxs onu avtomobillə aparan zaman öz dostuna zəng vurub «yaxşı maşın var, almaq istəmirsən?» deyə soruşmuşdur. Onun nə üzərində, nə də evində heç bir narkotik vasitə olmamışdır. Cibinə də, evinə də narkotik vasitələri polis əməkdaşları özləri qoymuşlar. Evə baxış keçirilən zaman həyat yoldaşı da evdə olmuş, lakin çöldə dayanmış, baxış aparılan otaqda olmamışdır. Mənzilə baxışı axşam tərəfi keçirmişlər. Əvvəlcə mənzilə baxış keçirib heç nə aşkar etmədikdən sonra, onu bölməyə aparmış, daha sonra bölmədən narkotik vasitələri də götürüb, yenidən video çəkilişlə mənzilə baxış keçirmək üçün geri qaytarmışlar. Həyətdə onun bir çantası olmuş, həmin çantanın içərisində ona məxsus avtomobil «domkratı» olmuş, polis əməkdaşları həmin çantanı götürüb, özləri ilə gətirdikləri narkotik vasitəni həmin çantanın içərisinə qoyub masanın altına atmış, çəkiliş aparılan zaman da guya gizlədilmiş çantanı aşkar etmişlər. Onun ailəsi bacanağının evində olmuş, polis əməkdaşları onu saxladıqdan sonra, evə sonuncularla tək getmək istəmədiyi üçün evdə heç kimin olmadığını, ailəsinin bacanağının evində olduğunu demiş, polis əməkdaşları onu da götürüb Ramanada yerləşən bacanağının evinə aparmışlar. Qanunsuz şəkildə həmin evə də baxış keçirsələr də, heç nə aşkar etməmişlər. Daha sonra oradan həyat yoldaşını götürüb kirayədə qaldıqları evə getmişlər. Etibarnamə vermək üçün onu «Asan Xidmət» Mərkəzinə polis əməkdaşı Şahid2 aparmamış, onu oraya aparan başqa polis əməkdaşları olmuşdur. Bacanağının yaşadığı evə onu aparan polis əməkdaşları, məhkəmədə şahid qismində dindirilən polis əməkdaşı Şahid2 olmuşdur. Ailə vəziyyəti ilə əlaqədar avtomaşınının satılması üçün müstəntiqə hər hansı bir ərizə yazmamışdır. Polislər onu «Asan Xidmət» Mərkəzinə əli qandallı şəkildə PPX avtomaşını ilə aparmışlar. Polis İdarəsindən çıxdıqdan sonra tez bir zamanda «Asan Ximdət» Mərkəzinə çatdıqlarından, elə zənn edir ki, həmin idarələrin binası bir-birinə yaxın ərazilərdə yerləşir. Maşınının satılmasından və həmin pulun müstəntiqə verilməsindən məlumatı olmuşdur. Maşın satıldığı gün ona 100 manat pul çatdırılmışdır. Müstəntiq barədə şikayət etmək istəsə də, etməmişdir. İlk dəfə ondan pulu yeni saxlanılan zaman polis əməkdaşı Şahid2 istəmişdir. Evində axtarış aparmaq üçün yolda getdikləri zaman da sonuncu ondan pul istəmişdir. Daha sonra onun pulunun olmadığını öyrənəndə, bildirdilər ki, «maşınını sat». Hətta onun yanında Şahid2 öz dostuna zəng edərək satılıq «Tofaş» olduğunu bildirmiş və almaq istəyib-istəmədiyini soruşmuşdur. Onu saxlayan şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olmuşlar. Müstəntiq maşını satmaq məsələsini özündən deməmiş, yəqin ki əməliyyatçılar sonuncuya onun avtomobilinin olduğunu və satıla biləcəyini bildirmişlər. Müstəntiqə bu barədə nə isə deyildiyini şəxsən eşitməmişdir, sadəcə ehtimal edir. Yaşadığı evə ilk dəfə baxış keçirilən zaman onu evə aparmamışlar, o, bayırda avtomobildə oturmuşdur. Onun sənədləri əməliyyat müvəkkillərində olmuş, o, saxlanılan zaman sənədlərinin hamısı, o cümlədən şəxsiyyət vəsiqəsi də maşında olmuşdur. «Asan Xidmət» Mərkəzində etibarnamə verərkən şəxsiyyət vəsiqəsi üzərində olmuşdur. Ümumiyyətlə «Asan Xidmət» Mərkəzində şəxsiyyət vəsiqəsini təqdim etmədən hər hansı bir əməliyyat aparmaq mümkün deyildir. Maşının satılması ilə bağlı əldə olunan 3000 manat pul X23ə verilmiş, hətta məhkəmə iclasında qeyd olunan məsələni qaldırdıqdan sonra X23 həmin məbləği anasına geri qaytarmışdır. O, saxlanılan zaman nə üzərində, nə evində, nə də avtomaşınında heç bir narkotik vasitə olmamışdır. O, heç kimə narkotik vasitə satmamış və heç kimə narkotik vasitə pay verməmişdir. Narkotik vasitəni birlikdə istifadə etdiyi insanlar olmuş, lakin həmin zamandan uzun müddət keçmişdir. Ondan heç kim narkotik vasitə istəməmiş, sadəcə olaraq ona deyilib ki, özü üçün narkotik vasitə götürəndə onlar üçün də götürsün. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə onun rəhbərliyi və BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx.xx.2022-ci il tarixdə, saat 20:30da Təqsirləndirilən şəxs saxlanılmış, Təqsirləndirilən şəxs özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, qanunsuz olaraq üzərində gəzdirməsi, istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu bildirərək barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə qərarla tanış etmiş və Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasına dəvət etmişlər. Xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilmiş, daha sonra onun, X19un, müdafiəçi X7 və əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. X19 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında, əşyalarında və bədənində ola biləcək qanunsuz əşyaları təqdim etməsi təklif edilmiş, Vüsal əynindəki şalvarın sol, yan cibindən 01 bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Vüsalın üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 01 ədəd açar, 10 manat pul, 1 ədəd «Nokia» markalı və 1 ədəd «Red Mi» markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs şalvarının sağ, sol, arxa ciblərinə baxılsa da, heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 1 ədəd bükümə baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin olmasını, həmin maddəni İran İslam Respublikası vətəndaşı olan «Əli» adlı şəxsdən əldə etməsini bildirmişdir. Həmin 1 ədəd büküm halında olan narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etirazı olmadığını bildirmiş, X19un, müdafiəçi X7 və BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakı ilə video çəkiliş edilməklə Təqsirləndirilən şəxs yaşadığı, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əsədov küçəsində yerləşən nömrəsiz ünvana baxış keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs mənzilində narkotik vasitələrə və ya psixotrop maddələrə aid ola biləcək maddələri təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs da mənzilinin girişindən sol tərəfdə yerləşən stulun altında olan çantadan 02 ədəd elektron tərəzini, 02 konvalyutda 20 ədəd «Methadon 40» həbini, 1 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik olan, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Vüsalın təqdim etdiyi kütləyə baxış keçirilərək elektron tərəzidə çəkilmiş və kütlənin qablaşdırma ilə birlikdə çəkisinin 305,46 qram olduğu müəyyən edilmişdir. Daha sonra mənzilin digər hissələrinə də baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs mənzilindən aşkar edilən kütlələr və 02 ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir təzyiq olunmamış, Vüsal özü səmimi olaraq hər şeyi etiraf etmişdir. Təqsirləndirilən şəxs başqa Vüsal adlı şəxsin yerinə tutulmamış, belə ki, daxil olan əməliyyat məlumatı hazırda təqsirləndirilən şəxs kimi məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs barəsində olmuş və əməliyyat məlumatı daxil olan zaman sonuncunun bütün xarici əlamətləri onlara məlum olmuşdur. O, Aydın adlı şəxsi tanımır və həmin şəxsin kiməsə pul verməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs ünvan 2 ünvanın qarşısında saxlamışlar. Ola bilsin ki, həmin yerin yaxınlığında maşın düzəltmək üçün yerlər olsun, lakin onlar Təqsirləndirilən şəxs avtomobil təmiri yerində saxlamamışlar. Əməliyyatda iki nəfər polis işçisi iştirak etmiş, əməliyyata piyada və ya avtomobil ilə getdiklərini xatırlamır. Adətən əməliyyatlara şəxsi avtomobilləri ilə gedirlər, hadisə günü əməliyyata şəxsi avtomobili ilə gedibgetmədiyini xatırlamır. Təqsirləndirilən şəxs piyada olduğu vəziyyətdə saxlamışlar. Dövlət ittihamçısının vəsatətinə əsasən məhkəmə iclasında təkrarən dindirilən Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilən zaman, Vüsalın arvadı da evdə olmuşdur. Vüsalın arvadının əvvəldən evdə olması və ya onlar evə getdikdən sonra gəlməsini xatırlamır. Vüsal saxlanılan zaman evin açarı özündə olmuş, həmin evin açarını götürmək üçün başqa heç bir ünvana getməmiş, bölmədən birbaşa Vüsalın evinə getmişlər. Hadisə günü Təqsirləndirilən şəxs onlardan əvvəl başqa polis əməkdaşları saxlamamışdır. Onlar Vüsalı saxlayan zaman, Vüsal ona onlardan 2-3 saat əvvəl onu hansısa başqa polis işçilərinin saxlamış olması barədə heç bir məlumat verməmişdir. Onlar hadisə günü Ramana və ya Bülbülə qəsəbəsi ərazisində ümumiyyətlə olmamışlar. Təqsirləndirilən şəxs adlı şəxsin Bakı şəhəri, Sabunçu rayoun ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və daxil olmuş məlumata əsasən əməliyyat qrupu yaradılaraq həmin şəxs saxlanılmışdır. Onlar təqsirləndirilən şəxsi saxlayan zaman sonuncu küçədə olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra tərəflərindən 14-cü Polis bölməsinə aparılmışdır. Təqsirləndirilən şəxsin üzərinə bölmədə şəxsi axtarış keçirilmiş, sonuncunun üzərində narkotik vasitə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs özü etiraf etmişdir ki, narkotik vasitəni Əli adında İran İslam Respublikasının vətəndaşından alıb və əlavə olaraq yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Evə daxil olan zaman xatırladığı qədəri ilə qarderobun arxa və ya alt hissəsində olan narkotik vasitəni Təqsirləndirilən şəxs özü könüllü çıxararaq təqdim etmişdir. Evə baxış keçirilən zaman, Təqsirləndirilən şəxs başqa evdə bir nəfər qadın da olmuşdur. Onlar şübhəli şəxslə birlikdə polis bölməsindən birbaşa Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Evin açarı Təqsirləndirilən şəxs özündə olmuşdur. Xatırladığı qədəri ilə şəxs özü bildirmişdir ki, mülkiyyətində maşını da var. Əməliyyata neçə avtomaşınla və hansı marka avtomaşınla getdiklərini dəqiq xatırlamır. Daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs yaşadığı ünvan dəqiqliklə göstərilməmişdir. Ona təqdim edilmiş fotoşəkillərdə göstərilən avtomaşınlar onların maşınları deyil və həmin avtomaşının yanında olan şəxsləri tanımır. xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində o, deyilən avtoservisin yanında olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə onun və əməliyyat müvəkkili Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx.xx.2022-ci il tarixdə, saat 20:30-da Təqsirləndirilən şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, qanunsuz olaraq üzərində gəzdirməsi, istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu bildirərək barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə qərarla tanış etmiş və Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasına dəvət etmişlər. Xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilmiş, sonra onun, X19un, müdafiəçi X7 və əməliyyat müvəkkili Şahid1 iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. X19 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında, əşyalarında və bədənində ola biləcək qanunsuz əşyaları təqdim etməsi təklif edilmiş, Vüsal əynindəki şalvarın sol yan cibindən 01 bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Vüsalın üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 01 ədəd açar, 10 manat pul, 1 ədəd «Nokia» markalı və 1 ədəd «Redmi» markalı mobil telefonlar aşkar olunaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs şalvarının sağ, sol, arxa ciblərinə baxılmış, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 1 ədəd bükümə baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin olmasını, həmin maddəni İran İslam Respublikası vətəndaşı olan «Əli» adlı şəxsdən əldə etməsini bildirmişdir. Həmin 1 ədəd büküm halında olan narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Video çəkiliş edilməklə Təqsirləndirilən şəxs yaşadığı, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əsədov küçəsində yerləşən nömrəsiz ünvana baxış keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs mənzilində narkotik vasitələrə və ya psixotrop maddələrə aid ola biləcək maddələri təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs mənzilinin girişindən sol tərəfdə yerləşən stulun altında olan çantadan 02 ədəd elektron tərəzini, 02 konvalyutda 20 ədəd «Methadon 40» həblərini, 1 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik olan, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Vüsalın təqdim etdiyi kütləyə baxış keçirilərək elektron tərəzidə çəkilmiş və kütlənin qablaşdırma ilə birlikdə çəkisinin 305,46 qram olduğu müəyyən edilmişdir. Daha sonra mənzilin digər hissələrinə baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs mənzilindən aşkar edilən kütlələr və 02 ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 məhkəmə iclasında verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından əldə edib, öz istifadəsi üçün saxladığını bildirmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir təzyiq olmamış, təqsirləndirilən şəxs özü səmimi olaraq hər şeyi etiraf etmişdir. Təqsirləndirilən şəxs pul tələb edən olmamışdır. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı Şahid1 daxil olmuş, həmin şəxs başqa Vüsal adlı şəxsin yerinə tutulmamışdır. Daxil olan əməliyyat məlumatı hazırda təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs barəsində olmuş və sonuncunun bütün xarici əlamətləri onlara məlum olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin yerini onlar özləri müəyyən etmişdilər. Videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsindən əvvəl Vüsalın su istəməsini və su içməsini xatırlamır. Təqsirləndirilən şəxs ünvan 2 ünvanın qarşısında saxlamışlar. Ola bilsin ki, yaxınlıqda maşın düzəltmək üçün yerlər olsun, lakin onlar Təqsirləndirilən şəxs avtomobil təmiri yerində saxlamamışlar. O, Aydın adlı şəxsi tanımır və həmin şəxsin kiməsə pul verməsi barədə məlumatı yoxdur. Onlar Təqsirləndirilən şəxs başqa heç kəsin evinə baxış keçirməmişlər. Onlar Təqsirləndirilən şəxs bacanağının evində olmamış və həmin evdə axtarış keçirməmişlər. Onlar Təqsirləndirilən şəxs hansısa etibarnamə verməsi üçün «Asan Xidmət» Mərkəzinə aparmamışlar. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində avtomaşına aid sənədlərin olub-olmamasını xatırlamır. Onlar Təqsirləndirilən şəxs saxlanılan gün ümumiyyətlə Ramana kəndində olmamışlar və orada heç bir mənzilə baxış keçirməmişlər. Dövlət ittihamçısının vəsatətinə əsasən Şahid2 təkrarən məhkəmə iclasına dəvət olunub dindirilməsi qərara alınmış, lakin o, dəfələrlə məhkəmə iclasına dəvət olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nəticədə dövlət ittihamçısı həmin vəsatətindən imtina etmiş və məhkəmə iclasının davam etdirilməsini xahiş etmişdir. Bu hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şahid2 təkrar dindirilməsi iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən məhkəmə dəfələrlə onun təkrarən dindirilməsinə səy göstərmiş, lakin məhkəmənin bütün mümkün cəhdlərinə baxmayaraq, məhkəmədən asılı olmayan səbəblərdən onun məhkəmə iclasında təkrarən iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacanağıdır. Vüsal tutulduqdan sonra Vüsalın işini aparan müstəntiq özünə məxsus telefon nömrəsi ilə ona zəng vuraraq, polis idarəsinə çağırmışdır. Müstəntiq onun mobil telefon nömrəsini Vüsalın həyat yoldaşından almışdır. X11 zəng edərək özünü təqdim etmiş, Vüsalın işini aparan müstəntiq olduğunu bildirmişdir. Həmin zəngdən sonra o, Sabunçu RPİ-yə gedərək orada Elşən Quliyevlə görüşmüşdür. Görüş zamanı Elşən Quliyev ona bildirmişdir ki, «Vüsal nə qədər ki burdadır, işini yüngülləşdirib həll etmək olar». Müstəntiq bunun qarşılığında ondan 3.000 (üç min) manat pul istəmişdir. Belə ki, müstəntiq E.Quliyev əvvəlcə 5.000 (beş min) manat istəmiş, lakin o, maddi imkanının olmadığını, Vüsalın da, onun da kirayədə yaşadıqlarını dedikdən sonra, məbləği 3.000 (üç min) manata endirmişdir. Müstəntiqlə köməkliyin tam olaraq nədən ibarət olacağı barədə ətraflı danışıqları olmamış, sadəcə olaraq ona Vüsalın işində yüngülləşdirmə olacağı bildirilmişdir. Vüsalın «Tofaş» markalı avtomaşını olmuş, polis idarəsindən çıxdığı gün maşına müştəri axtarıb, həmin maşını «dəyər-dəyməzə», öz qiymətindən aşağı, 3.000 (üç min) manata tanımadığı bir şəxsə satmışdır. Satdığı həmin avtomobil Vüsalın adına olmuşdur. Müstəntiqə Vüsalın maşını olduğunu, o maşını sata biləcəyini və hansı qiymətə satsa, həmin məbləği də gətirib verəcəyini bildirmişdir. Müstəntiq də ona bildirmişdir ki, üç gün müddətində, nə qədər ki Vüsal polisdədir, ona köməklik edə bilər. O da həmin maşını 3.000 (üç min) manata satmış, tələsməsəydi həmin maşını 5.000 (beş min) manata da sata bilərdi. Avtomobil Vüsalın adına olduğu üçün, o, Vüsaldan etibarnamə almalı olmuş, bu vəziyyəti müstəntiqə bildirmiş və müstəntiq özü bütün işləri təşkil etmişdir. Vüsalın özünü polislərin müşayiəti ilə Asan Xidmət Mərkəzinə gətirmişlər və Vüsal ona etibarnamə verdikdən sonra, o, həmin etibarnamə ilə maşını satmışdır. Vüsal «Asan Xidmət» Mərkəzinə əlində qandal, iki nəfər polis əməkdaşının nəzarəti altında gətirilmiş, o, həmin polis əməkdaşlarının adlarını bilməmişdir. Vüsalın ona verdiyi etibarnamə əsasında maşını 3.000 (üç min) manata satıb, dərhal gətirib polis idarəsində həmin 3.000 (üç min) manatı müstəntiq Elşənə vermişdir. Müstəntiq həmin puldan 200 (iki yüz) manatı ona qaytarmış, həmin 200 manatdan 100 manatını Vüsala verməyini tapşırmış, digər yüz manatı isə «Asan Xidmət» Mərkəzində sənədləşdirməyə xərclədiyi pulun əvəzi olduğunu bildirmişdir. Həmin 3.000 (üç min) manatdan 100 (yüz) manat onda qalmış, 2.900 (iki min doqquz yüz) manatını da müstəntiq Elşənə vermişdir. Ona qaytarılan 100 manatı Polis İdarəsində müvvəqqəti saxlama təcridxanasına nəzarət edən polisə vermişdir ki, Vüsala çatdırsın. 2.900 manat pulu müstəntiq Elşənə verdiyi gün, sonuncu ona zəng edərək əlavə 500 (beş yüz) manat da lazım olduğunu bildirmiş, üç gündən sonra Vüsalın həyat yoldaşı ilə birlikdə müstəntiqin yanına gedərək, 500 (beş yüz) manat pul düzəltməyə imkanlarının çatmadığını deyib 300 (üç yüz) manat düzəldə bildiklərini qeyd edərək, 300 (üç yüz) manat pulu orada müstəntiqə vermişdir. Müstəntiq həmin 300 (üç yüz) manatdan 100 (yüz) manat geri qaytarmış, 200 (iki yüz) manatı isə özünə götürmüşdür. Müstəntiqin 100 (yüz) manatı geri qaytarmasının səbəbi isə, onların Vüsalın uşağının velosipedini sataraq məbləği tamamlamaları ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs əslində Maştağa yolunun üzərində avtoservisin yanında tutulmuş, həmin zaman Vüsalın ailəsi onun evində qonaq olmuşlar. Vüsal da ailəsini götürüb aparmaq üçün onlara gəlməli olmuşdur. Polislər Vüsalı saxladıqdan sonra kobud formada onun yaşadığı evə girərək evi darmadağın edib, qanunsuz olaraq axtarış aparmışlar. Bir müddət keçdikdən sonra evin sahibi gələrək bunun qarşısını almış, lakin artıq polis işçiləri evin yarı hissəsində axtarış aparmışlar. Səs-küy olduqdan sonra polis işçiləri çıxaraq evdən getmişlər. Şahid Aydın Əliyev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Təqsirləndirilən şəxs məxsus avtomaşını gecə saat 03 radələrində Maştağa yolunda «Kanal» adlanan yerdən tapmışdır. Təqsirləndirilən şəxs da 14 iyun tarixində məhz orada tutulmuşdur. O, üç gün müddətində Təqsirləndirilən şəxs avtomobilini axtarmışdır. Vüsal ayın 14-ü tutulmuş, o isə Təqsirləndirilən şəxs avtomobilini 16 iyun tarixində satmışdır. O, Vüsalın avtomobilini uzun müddət axtarmışdır, çünki avtomobilin harada olduğunu dəqiq bilməmişdir. O, hələ avtomobili tapmamışdan artıq həmin avtomobili almaq istəyən müştəri tapmışdır. Tapdığı müştəri maşını ucuz satdığı üçün ona baxmadan almışdır. Tarixləri tam dəqiq xatırlamadığından, maşını tapdığı və satdığı tarixlər barədə yanlışlıq edə bilər. Təqsirləndirilən şəxs işi ilə əlaqədar müstəntiq Elşəndən başqa heç kimlə danışmamış, bütün danışıqlarını həmin müstəntiqlə etmişdir. Müstəntiq onlara sadəcə olaraq Vüsalın işini yüngülləşdirəcəyini demiş, konkret olaraq köməkliyin nədən ibarət olacağını deməmişdir. Müstəntiqə pulu saat neçədə verdiyini dəqiq xatırlamır, həmin vaxt axşam saatları olmuşdur. Pulu müstəntiqə verdiyi zaman sonuncu sadəcə Vüsala köməklik edəcəyini bildirmiş, lakin dəqiq olaraq nə edəcəyini bilməmişdir. Müstəntiqə pulu maşını satdığı gün vermişdir. Polis əməkdaşlarının onun yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirildiyi zaman o, evdə olmamış, həmin vaxt evdə onun və Vüsalın həyat yoldaşı olmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, Maştağa qəsəbəsində yol kənarında yerləşən təkər təmiri servisində işləmişdir. Ayın tarixini dəqiq xatırlamasa da, iyun ayında, günorta təxminən saat 13-14 radələrində Təqsirləndirilən şəxs «Tofaş» markalı maşının təkərlərini balans etdirmək üçün işlədiyi təkər təmiri servisinə gəlmişdir. Vüsalın servisə gətirdiyi «Tofaş» markalı avtomaşının bir tərəfinin təkərlərini balans etdikdən sonra, digər tərəfin təkərlərini balans etmək istədikdə, Vüsala orta yaşlı bir oğlan yaxınlaşaraq maşınını satıbsatmadığını soruşmuşdur. Vüsal da həmin şəxsə maşını satmaq fikrində olmadığını bildirmişdir. Vüsal bu sözü dedikdən sonra, həmin şəxs Vüsalın qoluna qandal vuraraq özlərinin idarə etdikləri mülki avtomaşına mindirmişlər. Onlar Vüsalı kimin apardığını soruşduqda isə polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin gündən sonra Vüsalın maşını bir neçə gün avtoservisdə qalmış, bir neçə gün keçdikdən sonra işə gəldikdə isə Vüsalın «Tofaş» markalı avtomaşınının orada olmadığını görmüşdür. Şahid Azər Sadıxov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs gündüz vaxtı, təxminən saat 13-14 radələrində saxlanılmışdır. Vüsalın qoluna qandal vuran şəxslər gəlməmişdən əvvəl o, artıq Vüsalın «Tofaş» markalı avtomaşının bir tərəfinin təkərlərini balans etmişdir. Vüsaldan maşını satıb-satmadığını və qiymətini soruşan şəxs mülki geyimdə olmuşdur. O, Maştağa qəsəbəsində Müşəlan yaşayış massivində yaşayır. Hadisə vaxtı yaşadığı ev ilə işlədiyi yerin arasında təxminən 1 km. məsafə olmuşdur, lakin hal-hazırda orada işləmir. Vüsalı onun tutulmasından təxminən 7-8 ay əvvəl tanımış, belə ki, Vüsal əvvəllər «VAZ 2106» markalı avtomaşınının təmiri ilə əlaqədar təxminən 2-3 dəfə işlədiyi yerə müraciət etmişdir. Sonuncu dəfə isə Vüsal qara rəngli «Tofaş» markalı avtomaşınla gəlmiş, o, həmin avtomaşınla ilk dəfə avtotəmir sexinə gəlmişdir. 7-8 ay əvvəl Vüsalın onların servisinə hansı saatlarda gəldiyini xatırlamır. Gün ərzində yaxınlaşan müştərilərin sayını dəqiq bilmir. Vüsalı da müştərilərdən biri kimi tanımış, sonuncu ilə heç bir xüsusi münasibəti olmamışdır. Vüsal «Tofaş» markalı avtomaşınla servisə cəmi bir dəfə gəlmiş, o da hadisə olan gün olmuşdur. O, bildiyinə görə Vüsal da Maştağa qəsəbəsində yaşayır, lakin sonuncunun yaşadığı yeri tanımır. Onun işlədiyi servis Maştağa qəsəbəsində yol kənarında «Kanal» adlanan marketin yanında yerləşir. Həmin servis Elşən adlı bir şəxsə məxsusdur, Elşən özü də həmin servisdə usta işləyir. O, həmin servisdə qeyrirəsmi, günəmuzd işləmişdir. Vüsalın hansı işlə məşğul oduğunu bilməmişdir, lakin ümumi məlumatı olmuşdur ki, o, usta-malyar işləyir. Vüsalın «Tofaş» markalı avtomaşınını servisin yanından kimin gəlib götürdüyünü bilmir. Həmin avtomobil bir neçə gün servisin həyətində qaldıqdan sonra, o, səhər işə gələndə görmüşdür ki, artıq avtomobil oradan götürülmüşdür. Avtomobili kimin apardığı ilə isə maraqlanmamışdır. Polis əməkdaşları Vüsala yaxınlaşarkən Vüsal öz avtomaşınının şüşələrini silmişdir. Mülki geyimdə servisə daxil olan şəxslər xidməti vəsiqələrini göstərməmış, sadəcə olaraq polis işçisi olduqlarını demişlər. Vüsalın mobil nömrəsi ilə 1-2 dəfə müştəri qismində danışıqları olmuş, elə çox ünsiyyətləri olmamışdır. Vüsalın mobil nömrəsi telefonunun yaddaş kitabçasında qeyd edilmiş, lakin həmin nömrəni əzbər bilmir. Vüsalla aralarında danışıqları yalnız avtomaşınla əlaqədar olmuşdur. Belə ki, Vüsal servisə gəlməmişdən əvvəl ona maşını gətirmək istədiyi barədə məlumat verib, onun işdə olduğunu dəqiqləşdirmək üçün zənglər etmişdir. Təxminən bir-iki dəfə Vüsal ona əvvəlcədən zəng etməmiş servisə gəlmiş, lakin digər vaxtlarda qabaqcadan zəng edərək gəlmişdir. O, həmin servisdə usta deyil, usta köməkçisi olmuşdur. Usta servisi işlədən Elşən adlı şəxsdir, sonuncu həm servisin sahibi, həm də ustasıdır. Vüsalın saxlanıldığı vaxt işlədiyi servisin yanında başqa bir servis də olmuş, orada dəmirçi Rauf və motor ustası Elşad işləmişdir. Vüsal saxlanılarkən həmin motor ustası və dəmirçi, həmçinin Elşən də orada olmuş, sonuncular da onun ifadəsində göstərdiyi halların şahidi olmuşlar. O, təxminən 1 ildən çox müddətdə Elşənin servisində işləmiş, təxminən 1 aydır ki, artıq orada işləmir. Vüsal ilk dəfə servisə tutulmamışdan 7-8 ay əvvəl gəlmişdir. Polis əməkdaşları servisə 2-3 ədəd mülki avtomaşınla gəlmişlər. Onlardan biri qara rəngli «Mercedes» markalı avtomobil olmuş, yanlış xatırlamırsa Vüsalı «Xəzər» markalı avtomaşınla aparmışdılar. O, həmin servisdə qeyri-rəsmi işləmişdir. Onun orada işləməyini həm servisin digər işçiləri təsdiq edə bilərlər, həm də servisin qarşısında çəkilmiş şəkilləri var ki, onları məhkəməyə təqdim edə bilər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, o, Maştağa qəsəbəsində yol kənarında yerləşən avtotəmir servisində dəmirçi işləyir. 14 iyun 2022-ci il tarixdə günorta təxminən saat 15-16 radələrində hazırda məhkəmə zalında olan təqsirləndirilən şəxs, yəni Təqsirləndirilən şəxs «Tofaş» markalı avtomaşını ilə avtoservisə gəlmiş və avtomaşının təkərlərini balans etdirmişdir. Həmin vaxt Vüsala bir nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq maşınını satıb-satmadığını soruşmuşdur. Vüsal da həmin şəxsə maşını satmadığını bildirmişdir. Vüsal bu sözü dedikdə, həmin şəxs Vüsalın qoluna qandal vurub, kənara çəkmişdir. Həmin vaxt avtoservisə 3-4 avtomaşın gəlmişdir. Avtomaşınlar «Xəzər-Lada», «Hyundai», «BMW-X5» və səhv etmirsə «Mercedes ML» markalı avtomaşınlar olmuşdur. Daha sonra isə həmin şəxslər Vüsalı avtomaşınların birinə oturdub getmişlər. Şahid Rauf Mirzəyev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdə, gündüz vaxtı təxminən saat 15-16 radələrində saxlanmışdır. Bu proses təxminən 10-15 dəqiqə çəkmişdir. Lakin sonra Vüsalı avtomaşınla o tərəf-bu tərəfə aparmışlar, avtomaşınla ətraf ərazilərdə dolandırmışlar. Həmin şəxslər Vüsalı saxladıqları yerdən aparmazdan əvvəl saxladıqları yerdə üst-başını yoxlamışlar. Həmin vaxt işdə iş yoldaşı Azər, o, bir də onun şagirdi olmuşdur. Onun şagirdi hal-hazırda hərbi xidmətdədir, lakin digər şəxslər hazırda da həmin avtoservisdə işləyirlər. Vüsalı saxlayan şəxslər qoluna qandal vurub qara rəngli «Xəzər-Lada» markalı avtomaşına oturtmuşlar. Onun işlədiyi avtotəmir sexinin qarşısında kamera vardır, lakin bir ay keçdikdə görüntülər silinir, yaddaş yenilənir. Buna baxmayaraq o, Vüsalı saxlayan şəxslərin polis əməkdaşı olduğunu bilmədiyi üçün, hər ehtimala qarşı həmin şəxslər Vüsalı avtomaşına oturtduqdan sonra, həmin avtomaşınların şəkillərini telefonu ilə çəkmişdir. Həmin şəxslər mülki geyimdə olduqlarına görə, o, sonuncuların polis əməkdaşları olduqlarını bilməmişdir. Həmin fotoşəkillər hazırda da onun telefonunun yaddaşındadır və onları məhkəməyə təqdim edə bilər. Onun istifadəsində olan mobil telefon nömrəsi ***-***-**-**-dür. İşlədiyi avtoservisdə təkər təmiri, slesar motorist və dəmirçi sexi var. Həmin avtoservisin müdiri Elşən Cavadovdur, həmin şəxs eyni zamanda güləş müəllimidir. Onun özü 14 ildir dəmirçi olaraq fəaliyyət göstərir. Vüsalı saxlayan şəxslər polis geyimində olsaydılar, o, heç vaxt sonuncuların fotoşəkillərini çəkməzdi. Lakin həmin şəxslər mülki geyimdə olduqları üçün o, onların şəkillərini çəkmişdir. Çünki o, həmin vaxt Vüsalı kimin apardığını, onu nə məqsədlə apardıqlarını bilməmişdir. Mülki geyimli şəxslər Vüsalın qolunu qandal ilə bağladıqdan sonra, həmin şəxslərin polis işçiləri olduğunu ehtimal etmiş, çünki əvvəlcə həmin şəxslərlə Vüsal arasında maşın satılmasından söhbət getmiş, sonra isə Vüsalı tutaraq qoluna qandal vurmuşlar. O, şəkilləri Vüsalı qara rəngli «Xəzər-Lada» avtomaşınına oturtduqdan sonra çəkmişdir. O, şəkilləri çəkən zaman Vüsal artıq qara rəngli «Xəzər» markalı avtomaşında əyləşdirilmişdir. Bu səbəbdən Vüsalın özü foto kadrlarda görünmür. Vüsalı saxlayan şəxslər orada həm Vüsalın üst-başına, həm də yolun kənarında Vüsalın avtomaşınına da baxış keçirmişdilər. Bu zaman o, polis əməkdaşlarının Vüsalın üzərindən və avtomobilindən nə isə aşkar edib götürdüklərini görməmişdir. Vüsalın avtomaşını həmin gün gecəni yolun kənarında qalmış, sonra isə avtomaşının kimin tərəfindən aparılmasını görməmişdir. Azərbaycan Respublikası CPM-nin 95-ci maddəsinin tələblərinə əsasən cinayət təqibi zamanı yol verilmiş nöqsan və vəzifədən sui-istifadə halları ilə bağlı cinayət işi üzrə ibtidai istintaqı aparmış Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X8 məhkəmənin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş, o, ifadəsində və ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs portal çıxarış sənədi cinayət işinin materialına əlavə edilmiş, həmin vaxt sonuncunun şəxsiyyət vəsiqəsi ona təqdim edilməmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılması üçün sonuncu məhkəməyə aparılmamışdan əvvəl onun şəxsiyyət vəsiqəsinin yenidən bərpa edilməsi ilə bağlı «Asan Xidmət» Mərkəzinə müraciət olunmuşdur. Onun sonradan məlumatı olmuşdur ki, Təqsirləndirilən şəxs «Asan Xidmət» Mərkəzində olan zaman öz adında olan avtomaşına dair başqa bir şəxsə etibarnamə vermişdir. Təqsirləndirilən şəxs «Asan Xidmət» Mərkəzinə onun tərəfindən aparılmamışdır. Təqsirləndirilən şəxs qohumlarından Vüsalın işinin yüngülləşdirilməsi üçün pul tələb edilməsinə dair qeyd edilən xüsusatlar yalandır. Təqsirləndirilən şəxs onun təşəbbüsü ilə və onun şifahi göstərişi əsasında «Asan Xidmət» Mərkəzinə aparılmışdır. Vüsal «Asan Xidmət» Mərkəzinə MSY-nin konvoy nəzarətçiləri vasitəsi ilə aparılmış, o, sonuncularla birlikdə «Asan Xidmət» Mərkəzinə getməmişdir. Həmin zaman MSY-nin konvoy nəzarətçilərinin kim olduğunu tam dəqiq xatırlamır. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini bərpa etməsi üçün «Asan Xidmət» Mərkəzinə göndərdikdən dərhal sonra ona məlum olmuşdur ki, Vüsalın şəxsiyyət vəsiqəsi var. Bu səbəbdən Vüsalın şəxsiyyət vəsiqəsi alması üçün müraciət etməsinə ehtiyac qalmamışdır. Təqsirləndirilən şəxs həbs olunacağını bildiyi üçün, «Asan Xidmət» Mərkəzində olan zaman adına olan avtomaşını etibarnamə ilə qohumuna vermək istəmişdir. O, «Asan Xidmət» Mərkəzində onlarla birlikdə olmadığına görə, etibarnamə ilə əlaqədar Təqsirləndirilən şəxs konkret olaraq kimə müraciət etdiyini bilmir. Lakin Təqsirləndirilən şəxs belə bir istəyinin olduğunu MSY-nin nəzarətçi konvoylarına bildirmişdir. O, Təqsirləndirilən şəxs kiməsə etibarnamə verməsi ilə bağlı heç kimə belə bir icazə verməmiş, konvoyun da belə bir iş görməyə səlahiyyəti olmamışdır. Onun özünün də təqsirləndirilən şəxsi heç bir qərar və rəsmi yazışma olmadan «Asan Xidmət» Mərkəzinə göndərmək kimi səlahiyyəti olmamışdır. «Asan Xidmət» Mərkəzindən qayıtdıqdan sonra MSY-nin nəzarətçi konvoyları ona Vüsalın orada bir nəfər qohumuna etibarnamə verməsi ilə bağlı məlumat vermiş, lakin o, sonuncuların etdiyi bu hərəkətlə bağlı onlara qarşı heç bir tədbir görməmişdir. Aydın Əliyev adlı şəxs maşını satıb ona pul verməmiş, belə bir hadisə olmamışdır. Aydın Əliyev adlı şəxslə görüşləri olmuş, sonuncu ona Vüsalın qohumu olduğunu bildirib və iş barədə məlumatlar öyrənmişdir. O, Aydın Əliyevdən pul almamış, nə də geri qaytarmamışdır. Məhkəmə cinayət işinin materiallarına əlavə edilmiş ekspertiza rəylərini və sənədləri bilavasitə məhkəmə iclasında tədqiq etmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2022ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (iş vərəqə; cild 01, səh.1) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 həmin idarənin rəisinə olan xx.xx.2022-ci il tarixli raportundan görünür ki, əməliyyat müvəkkili yazılı şəkildə məruzə edərək, xx.xx.1989-cu ildə Şirvan şəhərində anadan olmuş, AR vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əsədov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib, həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyatat keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (iş vərəqə: cild 01, səh.6) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qeyd edilən əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə yaxalanmasındna ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi və üzərinə, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə və yaşayış yerinə baxış keçirilməsi, əməliyyataxtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə davam etdirilməsi, Təqsirləndirilən şəxs müəyyən edilib ifşa edilməsi məqsədilə əməliyyat qrupunun yaradılması, qrupun tərkibinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 daxil edilməsi, qrupa rəhbərliyin baş əməliyyat müvəkkili Şahid1 həvalə edilməsi, qərarın müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. (iş vərəqə: cild 01, səh. 7-8) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 həmin idarənin rəisinə olan xx.xx.2022-ci il tarixli raportundan görünür ki, əməliyyat müvəkkili yazılı şəkildə məruzə edərək, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop madələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün xx.xx.2022-ci il tarixdə, saat 20:30 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əsədov küçəsində yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasına gətirilməsini bildirmiş, habelə Təqsirləndirilən şəxs üzərində və paltarında, əşyalarında, bədənində, yaşadığı ünvanda olması ehtimal edilən nakrotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Qeyd olunan raportun üzərinə dərkənar qoyulmaqla, N.Omarovdan qərar qəbul edilməsi xahiş edilmiş, o cümlədən sözügedən raport BNMİ-nin «törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında xx.xx.2022 tarixində, 194 nömrəsi ilə növbətçi V.Mehdiyev tərəfindən qeydə alınmışdır. (iş vərəqə: cild 01, səh. 12) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən Təqsirləndirilən şəxs barəsində «şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış» üzrə portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar bölməsində sənədin nömrəsi ******** olmaqla, sənədin Şirvan QVŞV qrupu tərəfindən xx.xx.2018-ci il tarixdə verildiyi, müvafiq olaraq xx.xx.2024-cü il tarixdə sənədin bitmə tarixi olaraq qeyd edilmişdir. Həmçinin həmin çıxarışla müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində məlumatlar xx.xx.2022-ci il tarixdə, saat 07:42-də operator tərəfindən portaldan sorğu edilmişdir. (iş vərəqə: cild 01, səh. 13-15) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən xx.xx.2022-ci il tarixli «Şübhəli şəxsin tutulması haqqında» qərar və protokoldan görünür ki, AR DİN BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində, xx.xx.2022ci il tarixdə, saat 21:10 dəqiqədə Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasında müdafiəçi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X7 iştirakı ilə tutulmuşdur. Tutulmanın əsasları olaraq xx.xx.2022-ci il tarixdə AR DİN BNMİ-yə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 20:30 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əsədov küçəsində yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən saxlanılması və daha sonra Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasına gətirilməsi qeyd edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokol xx.xx.2022-ci il tarixdə, saat 21:10 dəqiqədə tərtib edilmişdir. (iş vərəqə: cild 01, səh. 24-25) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 15 iyun 2022-ci il tarixli, 6/3350 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi...» sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 16,427 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində «Təqsirləndirilən şəxs baxış zamanı...» sözləri olan 2 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 300,344 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 02 ədəd üzərində «Methadone 40» göstəriciləri olan dərman konvolyutunda 20 ədəd olan açıq-qəhvəyi rəngli dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,080 qram təşkil edir, iki ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır, iz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. 1 və 2 №-li zərfdəki narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər və ümumi təmiz çəkisi 316,771 qramdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in siyahısına (Siyahı İİ) daxildir. 1 №-li zərfdəki heroinin ümumi təmiz çəkisi - 16,427 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq qaldı - 16,327 qram. 2 №-li zərfdəki heroinin ümumi təmiz çəkisi - 300,344 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq qaldı - 300,244 qram. 3 №-li zərfdəki metadon həblərinin ümumi sayı - 20 ədəd həb, tədqiqata sərf edildi - 1 həb, qalıq qaldı - 19 ədəd həb. (iş vərəqə: cild 01, səh. 45-50) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(008)-511/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (iş vərəqə: cild 01, səh. 83-84) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş AR DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamə arayışından və məhkəmə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 09 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-873/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməklə üzərində 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanmış və o, həmin cəzasını çəkib qurtardığından cəzaçəkmə müəssisəsindən azad edilmişdir. (iş vərəqə: cild 01, səh. 95-99) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş «Nikah haqqında şəhadətnamə» və «Doğum haqqında şəhadətnamə»nin surətindən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində xx.xx.2019-cu il təvəllüdlü azyaşlı bir qız uşağı vardır. (iş vərəqə: cild 01, səh. 129) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş «Diskə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən "xxxx" MMC-dən daxil olmuş, xx.xx.2022-ci il tarixli, AZF/LGL- 5846/22 saylı məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmiş və üzərində «NAR-073-34999» yazısı olan CD formatlı disk «HP» markalı kompyuterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 08 ədəd fayl olması müəyyən edilmişdir. Həmin fayllar aşağıdakılardır :
1. Zənglərin_Məxsusluq_Tarixçələri **********0847____ 705700556_NAR
2. Zənglərin_Məxsusluq_Tarixçələri **********0840_775000556_NAR
3. Zənglərin_Detallaşması_ **********0920_705700556
4. Zənglərin_Detallaşması_**********0911_775000556
5. SMS_Tarixçəsi__**********4636_775000556
6. SMS_Tarixçəsi_**********4634_775000556
7. SMS_Tarixçəsi_**********4626_705700556
8. SMS_Tarixçəsi_**********4623_705700556 1-ci və 2-ci fayllarda X3, 3-cü və 4-cü fayllarda zənglərin detallaşması, 4-8-ci fayllarda isə SMS tarixçələri göstərilmişdir. SMS tarixçələrinə baxış keçirildikdə Təqsirləndirilən şəxs istifadəsidə olan ***-***-**-** və 070-570-05- 56 saylı "xxxx" nömrəsindən çıxan və həmin nömrəyə daxil olan istintaq əhəmiyyətli mətnlər olması müəyyən edildi. Belə ki, həmin SMS məntlər «QAQAM İWİM VAR AC BASQA İWİM VAR», «qaqam acda bawiva donerem», «QaGaŞ X28 X37 Fovqaladidi», qaqam acda seryoznudu, qaqam bidene acda vacibdi, Gelende 2 getir gozdiyen var getira. Ac telide menem ne oldu, Ne oldu menem eli bir soz de mene cox gozduyecem , Ne oldu he 15 deqe oldu axi, Yeke oğlansan bu ne herekedi deyirem ağrıyıram başa düşmürsen, Ac bir soz de mene camat meni gozduyur dedim axi qonagim var, Brat berk agriyiram 20 deyqeye gelim qapiya ? Dawda isdirem kolada 20 manatda pulum var, X41 Hacan Gesen, Pulu yaralamaq isdemirem taksiye versem az qalicey pul 15 manat cemi pul var brat, 15 manat pul var brat zengivi gozduyurem berkde agriyiram imkan daxilinde tez goruwsey bomba olardi brat, Brat menem cavanwir mesajimi oxuyanda mennen elaqe saxla qardawimsan iwe gedicem olurem 10 manatda pulum var , Aye menem terlan oyaqsansa ac soz deyecem, Qaqaş pulunu verem de bu ne bez pantovu herekedi, Brat inan ALLAH'A X20 Gelib Weherden pulparada X46 X32 X29 Bilirsen?, Ay qaqa pulun verem tema lazımdı, Brat 10-15 manat pul varimdi bidene u ari qardewive vere bilirsense gelim yaniva qonagim var Atam Qebri borc elemiwem biweyki, Oyee menem Terlan ac bir kelme sozum varrr, Brat 3 nefer oturub gozduyuruy neyniyey dagliwag ya gozduyey brat ?, Yeka oğlansan ala bidafada soza duz cixda ala iwin duwsa mana bela elamaram man., Qaqawimsan mani now bela pis vzyatda qoyrsa ainir denan alinmirda, Vüsal mənəm Vüqardı açda telefonu 20 manatım var canım bərk ağrır, Qaqa senin ureyive qurban cox az vermisen qaqa and olsun allaha 03 qoymusan, Qaqaş surocnu meni yıq sene bir şey ötureceyiq mesajı sil sonra, X42 X43 Xeber Ele ikiqat X33 yara var pirisdup verir goruwum sennen cox pis Veziyyetdeyem ozunde goruceysen, Brat cox pisdi veziyyetim ac telefonu, Brat 1 saatdan çoxdu uje qardawimsan harda qaldun, X53 X47 X6 X34 X48 Gumanim Sensen, Qaqa 15 Var 05 Kola Alinar, Brat biraz daw bidenede yari qaqawuncun duzub qowsaydun sabah nece lazimdi cixardim xecaletunnen 7dene goturecem sabah yaxwi olacaq ikimizin cani, Brat 20 manat uwagdadi X38 Neyniyim?, Ay qaqa 1 lazim idi bidene hell etmek olar qardasimsan, Yeke oğlansan ac de ölürem axı, X51 gəlim ya gəlmiyim Mənə hə Yox de, vüsal neynursen menem pepes nese gucun catir bas qatmaqa tekem sixilam geze geze gelim yoxdusa yene canin saqolsun olsa yazarsan gozdurem olmsa bos ver, Salam qardasim menem ibisdi yarim masin das lazimdi o terefde tanis var ?, Vüsal qaqaş mənəm Vüqardı 10 manathğ pəncərə düz qoş elədə mənimçün gəlim götürüm, Sud hazirdi hardasan, Qaqa taksi cağirim gelim de men qaqa sen öl veziyet pisdi, X50 Sene, X52 Cixmadi Brat.,.. X35 Yesi Yanimdadi İDene X30 Deyir., Brat berk agriyiram sen cani nese varsa xeber ele mene telefonuda goturmuwem mended bidenede lezzetdi bicag verecem sene, brat dediyim adamin yanina gedende xeber ele mene bir yerde gedey 20 manatda emireslan vercey mene qoy usdumuzde pulnan gedey, busal biz kakos tapmiwiq biraz ac telefonu xotduyaq seni, Kiwisen acda telefonu hecne tapa bilmemiwem veziyyetim pisdi neycun bele eliyirsen axi, brat yarim qiram kola lazimdi prosda tez bazar lazimdi sora pul olmayacaq.indi pul var.telefonu ac daniwaq, brat bilirem usagi gozliyirsen.iki dene yari ayirib saxla mencun.usag geldi xeber ele gelib goturum, axsamin xeyir brat necesen menem ibiwdi evdesen? biraz aynoyun almaq lazimiydi imkan var komey eliyesen brat?, Brat terezivi goturub bize gelebilersen oturag isdirahet edey, Qaqa salam mennevdeyem birden dunenki kimi nese alinsa mene xeber ele karta pulu atim yatmıram oyağam zeng vur mene sene zehmet, Deyinen ama mal varsa lao ela cetnende olsa deyinen men gelim.lap prablem yoxdu». Baxış keçirilməsi başa çatdıqdan sonra üzərində «NAR-073-34999» yazısı olan 01 ədəd CD formatlı disk qablaşdırılaraq cinayət işinin materiallarına əlavə edilmişdir və SMS mətnlər printer vasitəsilə çap olunaraq protokola əlavə olunmuşdur. (iş vərəqə: cild 01, səh. 132-133) Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 iyul 2022 il tarixli, 3727 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı ekspertə bildirmişdir ki, zərərli vərdişlərdən siqaret çəkmiş, spirtli içkilərdən arabir istifadə etmiş, arabir narkotik vasitə olan marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə: cild 01, səh. 166-167) Cinayət işinin materiallarında olan «Toplanmış sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış sübutların məcmusu əsasında, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilərək, ona həmin maddələrlə yenidən ittiham elan edilməsi, narkotik vasitələr və 2 ədəd elektron tərəzinin saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına verilməsi, Təqsirləndirilən şəxs üzərinə və fərdi yaşayış evinə baxış keçirilməsi və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu 02 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilməsi, cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş, 24 avqust 2022-ci il tarixli, AZF/LGL-5846/22 saylı məktuba əlavə edilmiş 01 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan şalvarın sağ, yan cibindən aşkar edilərək götürülmüş «Redmi» və «Nokia» markalı mobil telefonların iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən ailə üzvlərinə qaytarılması, cinayət işindən şəxsiyyəti istintaqa məlum olmayan İİR vətəndaşı «Əli» adlı şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 22005316 saylı cinayət işinin ayrılması və s. qərara alınmışdır. (iş vərəqə: cild 01, səh. 168-184). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla yanaşı, həmçinin Təqsirləndirilən şəxs Ədalət oğlunun Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Bu baxımdan məhkəmə əvvəlcə Təqsirləndirilən şəxs elan edilmiş ittihamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri olmaqla, müvafiq olaraq Cinayət Məcəlləsinin 2 (iki) maddəsi ilə əhatə edilmişdir ki, hər iki norma özlüyündə CM-in Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllərin tövsifedici əlamətlərdə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və ya külli miqdarda) törədilməsini ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə isə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma – qanunla qadağan edilir. Məhkəmə hazırki cinayət işinin hallarından çıxış edərək qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən hər iki cinayət əməli üzrə ilk növbədə sonuncu tərəfindən qanunla dövriyyəsi qadağan edilmiş predmetlərin əldə edilmiş olması və həmin predmetlərin Təqsirləndirilən şəxs (üzərindən və evindən) aşkar edilməsi qanuni yollarla əldə edilmiş sübutlarla təsdiq olunmalıdır. Yalnız bundan sonra Təqsirləndirilən şəxs hərəkətlərində yuxarıda sadalanan tövsifedici əlamətlərin mövcud olub-olmaması tədqiq edilməlidir. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, cinayət işi üzrə ibtidai istintaq materiallarında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməklə xx.xx.2022-ci il tarixdə, saat 20:30-da yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əsədov küçəsindəki evin yaxınlığında piyada hərəkət edən zaman saxlanılması, habelə bundan sonra Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasına aparılması və üzərinə şəxsi axtarış və götürmə, daha sonra isə yaşadığı evə axtarış keçirilməsi və bu mexanizm üzrə ittihamın əsasını təşkil edən sübutların toplanmış olması rəsmiləşdirilmişdir. Lakin məhkəmə istintaqı nəticəsində, həm təqsirləndirilən şəxsin ifadəsi, həm şahid ifadələri, həm də müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi digər sübutlarla (sənədlər, foto şəkillər və s.) hadisələrin həqiqətdə cinayət işinin materiallarında qeyd olunduğundan tamamilə fərqli şəkildə cərəyan etməsi müəyyən edilmişdir. «Barbera, Messege və Yabardo İspaniyaya qarşı» şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan göründüyü kimi, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilməsinin əsasını üç mərhələdə toplanmış sübutlar məcmusu təşkil etmişdir. Bunlar Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanması, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və daha sonra sonuncunun yaşadığı evdə keçirilmiş axtarış istintaq hərəkətləri olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ətrafında keçirilmiş yuxarıda sadalanan tədbir və prosessual hərəkətlərin bir-biriləri ilə qarşılıqlı şəkildə bağlı olduğunu qeyd edərək belə hesab edir ki, hər bir mərhələdə keçirilmiş tədbirlərin və onların rəsmiləşdirilməsi ilə bağlı protokolların məzmunu, məhkəmə istintaqı zamanı əldə olunmuş digər sübutlarla qarşılıqlı şəkildə tədqiq və təhlil edilməklə, ətraflı şəkildə araşdırılmalıdır. İlk növbədə keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanuniliyi, habelə əldə edilmiş sübutların qanuni yolla əldə edilməsi ilə bağlı məsələ ilə əlaqədar məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, cinayət işinin materiallarına Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarın qanuniliyinin yoxlanılması məqsədi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsinə dair məktub əlavə edilsə də, cinayət işinə həmin materialların məhkəməyə real olaraq təqdim olunmasına dair hər hansı bir sübut, o cümlədən həmin qərarın qanuni hesab edilməsi ilə bağlı hər hansı məhkəmə qərarı əlavə edilməmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, məhkəmənin (hakimin) qərarı olmadan Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi artıq özü-özlüyündə qeyd olunan əməliyyat-axtarış tədbirlərinin qanunsuz hesab edilməsi üçün əsasdır. Belə ki, «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinin İİİ bəndinə əsasən, bu maddənin İ hissəsinin 3-5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu maddənin İV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir. Həmin maddənin İV bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Həmin maddənin V bəndinə əsasən, bu maddənin İV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. Daha sonra məhkəmə, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və ilkin olaraq polis əməkdaşları tərəfindən saxlanması ilə bağlı qeyd edir ki, istintaq materiallarına və verilmiş ittihama görə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:30 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əsədov küçəsində yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən saxlanılmış və Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasına gətirilmiş, bu barədə əməliyyat müvəkkili tərəfindən müvafiq raport tərtib edilmişdir. (iş vərəqə: cild 01, səh. 12) Təqsirləndirilən şəxs isə məhkəmə istintaqı zamanı ifadəsində polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində avtotəmir sexinin qarşısında saxlanıldığını, orada üzərində və avtomobilində axtarış keçirildiyini, lakin qanunsuz heç bir əşya aşkar edilmədiyini bildirmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «04» mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 28-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tətqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilsin ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı iş materiallarına nəzər saldıqda Təqsirləndirilən şəxs barəsində «şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış» üzrə portaldan çıxarışdan (cild 01, səh. 13- 15) Təqsirləndirilən şəxs barəsində məlumatların xx.xx.2022-ci il tarixdə, saat 07:42-də operator tərəfindən portaldan sorğu edilmiş olması görünür. Bu isə onu deməyə əsas verir ki, DİN BNMİ-yə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı artıq xx.xx.2022-ci il tarixdə, saat 07:42-dək olan müddətdə daxil olmuş, bunun əsasında sonuncu barəsində məlumatlar müvafiq portaldan sorğu edilmişdir. Belə olan təqdirdə istintaq materiallarına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün ilkin addımların (müvafiq məlumatların portaldan sorğu edilməsindən) atılmasından (saat 07:42) Təqsirləndirilən şəxs saxlanmasınadək (saat 20:30) təxminən 13 saat müddət ötmüşdür. Qeyd edilən xüsusat isə məhkəmədə iş materiallarında olan xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün icazə verilməsinə dair raport və həmin tarixli «əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında» qərarda Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin (hətta zərurət olarsa hakimin qərarı belə olmadan) keçirilməsinin vacibliyinin önə çəkilərək, dəfələrlə vurğulanması fonunda, müvafiq anten məlumatları əsasında həmin gün səhər saatlarından polis əməkdaşlarına məlum olan yaşadığı ərazidə bir antenin əhatə dairəsində olduğu müəyyən edilmiş Təqsirləndirilən şəxs saxlanması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirən əməliyyat müvəkkillərinə həqiqətdə 13 saatlıq bir vaxt tələb olunmasını inandırıcı hesab etməməyə ilkin olaraq əsas verir ki, məhkəmənin gəldiyi bu nəticə həmçinin aşağıda sadalanan sübutların məcmusu ilə də təsdiqlənir. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində xx.xx.2022-ci il tarixdə Maştağa qəsəbəsində yerləşən avtoservisdə olarkən, saat 15.30-16.00 radələrində saxlandığını, avtomobil sexinin qarşısında saxlanıldığı zaman oraya təxminən 3-4 avtomaşın gəldiyini, maşınlardan birinin ağ rəngli «Hyundai» markalı, digərinin isə qara rəngli «Xəzər» markalı avtomaşın olduğunu, onun da həmin qara rəngli «Xəzər» markalı avtomaşına mindirildiyini bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş sözügedən avtoservisdə işləmiş X12 və hazırda da həmin servisdə işləyən X1 Məmmədovun ifadəsində qeyd etdiyi xüsusatları – sonuncunun saat 15.30-16.00 radələrində avtoservisin qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq «Khazar» markalı avtomobilə əyləşdirilməsini öz ifadələrində təsdiq etmişlər, bununla yanaşı Rauf Mirzəyev avtoservisin qarşısına «Khazar» markalı avtomobillə yanaşı oraya «Hyundai», «BMW-X5» və səhv etmirsə «Mercedes ML» markalı avtomaşınların gəldiyini, Təqsirləndirilən şəxs həmin vaxt polis əməkdaşları tərəfindən tutulduğunu bilmədiyindən bir neçə fotoşəkil çəkdiyini bildirmiş və həmin fotoşəkilləri məhkəməyə nümayiş etdirməklə təqdim etmişdir. Şahid X5 məhkəməyə bilavasitə mobil telefonunda nümayiş etdirməklə təqdim etdiyi, habelə müvafiq ekran görüntüləri iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə, işlədiyi avtoservisdə Təqsirləndirilən şəxs saxlanılması zamanı çəkdiyini bildirdiyi fotoşəkillərdən görünür ki, «Redmi 9T Xiaomi» markalı mobil telefonun proqram menyusunda, Şəkil albomunda:
1. xx.xx.2022 ç/a saat 16:00, Fayl məlumatı: İMG_20220614_160051.JPG Redmi 9T Xiaomi. F/1.79 1/997 İSO100
2. xx.xx.2022 ç/a saat 16:01, Fayl məlumatı: İMG_20220614_160059.JPG Redmi 9T Xiaomi. F/1.79 1/1191 İSO98
3. xx.xx.2022 ç/a saat 16:01, Fayl məlumatı: İMG_20220614_160125.JPG Redmi 9T Xiaomi. F/1.79 1/899 İSO99
4. xx.xx.2022 ç/a saat 16:01, Fayl məlumatı: İMG_20220614_160127.JPG Redmi 9T Xiaomi. F/1.79 1/913 İSO100
5. xx.xx.2022 ç/a saat 16:01, Fayl məlumatı: İMG_20220614_160130.JPG Redmi 9T Xiaomi. F/1.79 1/1027 İSO100
6. xx.xx.2022 ç/a saat 16:02, Fayl məlumatı: İMG_20220614_160248.JPG Redmi 9T Xiaomi. F/1.79 1/594 İSO100
7. xx.xx.2022 ç/a saat 16:02, Fayl məlumatı: İMG_20220614_160251.JPG Redmi 9T Xiaomi. F/1.79 1/640 İSO99 fotoşəkillərin çəkilmə tarixi, vaxtı və digər texniki təfsilatlı məlumatlarla fotoşəkillər olmuşdur. Həmin fotoşəkillərin məhkəmə baxışı zamanı tədqiq edilməsi zamanı müəyyən edilmişdir ki, qeyd edilən fotoşəkillər xx.xx.2022-ci il tarixdə, saat 16:00-16:02 aralığında çəkilmiş, habelə fotoşəkillərdə yol kənarında **-PN-*** dövlət nömrə nişanlı, qara rəngli «KHAZAR» markalı avtomobil, onun qarşısında isə **-TB-*** dövlət nömrə nişanlı, ağ rəngli «Hyundai Sonata» markalı avtomobilin olması, həmin avtomobillərə nisbətən fotoşəkli çəkən şəxsə daha yaxın məsafədə bir ədəd ön hissəsinin detalları sökülmüş vəziyyətdə bir ədəd avtomobilin olması müəyyən edilmişdir. Həmin fotoşəkillərdə həmçinin «Khazar» markalı avtomobilin sağ ön və arxa qapıları tərəfdə, habelə fotoşəkillərdən birində həmin avtomobilin arxa sağ qapısından avtomobilin salonuna doğru əyilmiş vəziyyətdə (Təqsirləndirilən şəxs ifadəsində saxlandıqdan sonra polis əməkdaşları tərəfindən «Khazar» markalı avtomobilin arxa oturacağında əyləşdirildiyini bildirmişdir) ağ rəngli köynək geyinmiş bir şəxsin olduğu müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs faktiki olaraq xx.xx.2022-ci il tarixdə saat 20.30 dəqiqədə deyil, saat 15:00-16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əsədov küçəsində yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən deyil, Maştağa qəsəbəsində yerləşən avtoservisdə avtomobilini təmir etdirən zaman saxlanılması müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş şahid ifadələri, eləcə də təqdim olunmuş fotoşəkillərlə öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və şahidlərin ifadələrində qeyd edilən halların obyektiv sübutlarla müqayisəli tədqiqinin aparılması məqsədilə məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə müdafiəçinin vəsatəti təmin edilərək Təqsirləndirilən şəxs istifadəsində və istintaq materiallarına əsasən saxlanarkən üzərindən aşkar edilmiş mobil telefonların üzərində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinin, habelə şahidlərdən (Təqsirləndirilən şəxs saxlanmasında və daha sonra ətrafında istintaq hərəkətlərinin keçirilməsində iştirak etmiş) Şahid2 istifadəsində olmuş ***-***-**- ** saylı və Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələrinin xx.xx.2022-ci il tarixdə, saat 08:00-dan 23:00-dək olan müddət ərzində hansı ərazi üzrə antenanın təsiri altında olması və hərəkət trayektoriyasının müəyyən edilməsi, qərarın icrasının "xxxx" MMC və "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərarın icrası ilə əlaqədar "xxxx" MMC-dən AZF/LGL-14178/22 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***- ***-**-** saylı mobil telefon nömrələrinin xx.xx.2022-ci il tarixdə saat 08:00-dan 23:00-dək olan müddət ərzində anten məlumatları cədvəllər formasında təqdim edilmişdir. Həmin məlumatlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** mobil telefon nömrəsi gün ərzində səhər saatlarından əsas etibarı ilə Zabrat- Maştağa yolu, «Araz Supermarket»də (təqsirləndirilən şəxs ifadəsində Maştağa qəsəbəsində «Araz» Supermarketin yaxınlığında yaşadığını bildirmişdir) yerləşən antenin əhatə dairəsində olmuş, saat 15:28-də Təqsirləndirilən şəxs «Mashtaga Avtoservis»/Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, A və B həyəti» ünvanında yerləşən antenin əhatə dairəsində olmuşdur. Təqsirləndirilən şəxs sonrakı hərəkət trayektoriyası isə müvafiq olaraq aşağıdakı kimi olmuşdur: - Saat 17:43 – Zabrat 1, Bakı şəhəri, Zabrat qəsəbəsi, - Saat 18:07 – Aeroport yolu, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, - Saat 18:30:52 – Ramana, M.Ə.Sabir küçəsi, Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozu, - Saat 18:30:56 – Ramana, M.Ə.Sabir küçəsi, Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozu, - Saat 18:38 – Zabrat aeroport, Sabunçu Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin xx.xx.2022-ci il tarixdə, saat 17:08:30-da «Mashtaga Avtoservis»/Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, A və B həyəti» ünvanında yerləşən antenin əhatə dairəsində olduğu müəyyən edilmişdir. Sözügedən qərarın icrası ilə əlaqədar olaraq həmçinin "xxxx" MMC-dən məhkəməyə xx.xx.2022-ci il tarixli, 24996 nömrəli məktubla 01 ədəd CD disk təqdim edilmişdir. Həmin CD diskdə olan məlumatlardan müəyyən edilir ki, Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin xx.xx.2022-ci il tarixdə, saat 15:28-də Maştağa qəsəbəsi, Maştağa-Aqrotexservis ASC ünvanında yerləşən antenin əhatə dairəsində olmuşdur. Həmçinin həmin məlumatlardan müəyyən edilir ki, Şahid1 istifadəsində olan ***-***-**- ** saylı mobil telefon nömrəsi xx.xx.2022-ci il tarixdə, saat 16:51-də Zabrat qəsəbəsi, 1-ci Zabrat ərazisində olmuşdur. Göründüyü kimi qeyd edilən müvafiq anten məlumatlarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs həqiqətən də xx.xx.2022-ci il tarixdə, saat 15:28-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində avtoservisdə quraşdırılmış antenin əhatə dairəsində olmuş, habelə müvafiq əməliyyat-axtarış tədbirini keçirmiş Şahid2 Zamiq oğlu da elə həmin gün, həmin vaxtda Maştağa qəsəbəsi ərazisində olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs istintaq materiallarında qeyd edildiyi kimi xx.xx.2022-ci il tarixdə, saat 20:30 radələrində yaşadığı evin qarşısında saxlandığı təqdirdə, sonuncuya məxsus avtomobilin də hər hansı bir xüsusi səbəb olmadığı şəraitdə, normal davranış halında elə özünün yaşadığı evin yaxınlığında olması ağlabatandır. Lakin iş üzrə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X25 ifadəsində Təqsirləndirilən şəxs məxsus avtomobili sonuncu saxlanıldıqdan sonra axtardığını və nəticədə həmin avtomaşını gecə saat 03:00 radələrində Təqsirləndirilən şəxs saxlanıldığı Maştağa yolunda «Kanal» adlanan yerin yaxınlığından tapdığını bildirmişdir. Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilməklə cinayət işinin materiallarına əlavə edilmiş videogörüntü ilə müəyyən edilir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən və Təqsirləndirilən şəxs ifadəsində qarşısında saxlandığını bildirdiyi avtoservisdən təxminən 150-200 metr məsafədə, yolun əks hərəkət istiqamətində «Kanal» adlı market yerləşir. Eyni zamanda müdafiəçi tərəfindən təqdim olunmuş həmin video görüntü ilə, yuxarıda qeyd edilən avtoservislə Təqsirləndirilən şəxs yaşadığı evin arasındakı məsafənin qət edilməsi üçün avtomobillə gedişə təxminən 05 dəqiqə vaxt tələb olunduğu müəyyən edilir. Göstərilənlər isə bir daha Təqsirləndirilən şəxs hər hansı bir xüsusi səbəb olmadığı təqdirdə özünə məxsus avtomobili yaşadığı evdən uzaqda yerləşən bir məkanda qoyub, özünün isə yaşadığı evdə olmasını və həmin gün saat 20:30-da yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əsədov küçəsindəki evin yaxınlığında piyada hərəkət edən zaman saxlanılması xüsusatını (eyni zamanda bununla bağlı tətib edilmiş istintaq materiallarının həqiqiliyini) şübhə altına almağa əsas verir. Məhkəmə yuxarıda qeyd edilən sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində polis əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində, «Kanal» adlanan marketin yaxınlığında yerləşən avtoservisin qarşısında saxlanmasına dair ifadəsində göstərdiyi xüsusatlar iş üzrə toplanmış sübutlar olan X12 və X5 birbaşa olaraq bu hadisəni görməklə məhkəmə iclası zamanı şahid qismində verdikləri obyektiv sübutlarla təsdiq olunan ifadələri, Aydın Əliyevin də Təqsirləndirilən şəxs məxsus avtomobili məhz «Kanal» adlanan marketin yaxınlığından tapmasını bildirməsinə dair ifadəsi, Təqsirləndirilən şəxs və Şahid2 istifadəsində olmuş mobil telefonların əhatə dairəsinə dair məlumatlar, o cümlədən şahid Rauf Mirzəyevin məhkəməyə təqdim etdiyi Təqsirləndirilən şəxs saxlanması zamanı çəkilmiş (çəkilmə tarixi, yeri və zamanı heç bir şübhə doğurmayan) fotoşəkillərlə təsdiq olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində saxlanmış olması halını sübuta yetirilmiş hesab etməklə yanaşı qeyd edir ki, Təqsirləndirilən şəxs faktiki olaraq saxlanması vaxtı ilə hadisələrin qeyd edilən formada cərəyan etməsi halında istintaq orqanının iş materiallarında rəsmiləşdirdilməklə təsvir etdiyi Təqsirləndirilən şəxs saat 20:30-da saxlanması və 21:30da üzərinə şəxsi axtarış aparılması kimi hadisələrin cərəyan etməsi mexanizmi arasında 04 saatdan da çox bir müddətdə fərq yaranır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində, «Kanal» adlanan marketin yaxınlığında yerləşən avtoservisin qarşısında saxlanıldığı halda, cinayət işinin materiallarında onun xx.xx.2022-ci il tarixdə, saat 20.30-da yaşadığı evin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılmasının qeyd olunmasının səbəbləri məhkəməyə aydın deyil və bu qeyd olunanlar iş üzrə real halların təhrif edilməklə, saxtalaşdırılmasına dair ciddi şübhələr yaradır. Bu isə təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanunsuz olmasına dəlalət edir. Bundan əlavə, təqsirləndirilən şəxsin real olaraq saxlanıldığı saat 16:00-dan cinayət işinin materiallarında qeyd olunmuş saat 20.30-a qədər 04 saatdan da çox müddətdə Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olması işin mübahisəsiz halı kimi məhkəmə tərəfindən qəbul edilir. Belə olan halda məhkəmə həmin zaman kəsiyində baş vermiş hadisələrin təhlilinin aparılmasını oxşar işlər üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında əks etdirilmiş «əldə edilmiş sübutların saxlanılan şəxslərin polisin nəzarəti altında saxlandığı müddətdə üzərinə yerləşdirilməsinin mümkünlüyü və bu hallara dair haqlı şübhəyə əsas yaranıb-yaranmaması ilə bağlı» mövqeyi baxımından zəruridir. Belə ki, «Layıcov Azərbaycana qarşı» şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. «Savalanlı və digərləri Azərbaycana qarşı» şikayətlərlə bağlı qərarında da Avropa Məhkəməsi bildirmişdir ki, ərizəçilərin ayrıca cinayət mühakimə icraatları çərçivəsində tutulmalarına və həbs olunmalarına baxmayaraq, hazırkı ərizələrin ümumi xüsusiyyəti ondan ibarətdir ki, ərizəçilər barəsində seçilmiş həbs qətimkan tədbiri və həbs müddətinin uzadılmasında istintaq orqanları tərəfindən irəli sürülən və yerli məhkəmələrin istinad etdikləri yeganə sübutlar polis tərəfindən tutulduqdan sonra onların üzərində aşkar edilmiş narkotik vasitələrdir. Belə olan halda Məhkəmə hesab edir ki, yerli hakimiyyət orqanları tərəfindən sözügedən sübutlara dair aparılan istintaq tədbirlərinin ərizəçilərin ittiham olunduqları cinayətləri törədə biləcəyini müəyyən etmək üçün obyektiv bir müşahidəçini inandırmağa kifayət edib-etmədiyi də daxil olmaqla, həmin sübutların toplanması, istifadəsi və tədqiqi ilə bağlı bütün müvafiq halları diqqətlə yoxlanılmalıdır (müqayisə edin, Rəşad Həsənov və başqaları Azərbaycana qarşı, № 48653/13, §§ 98-106, 7 iyun 2018-ci il, və İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, §§ 113-30, 13 fevral 2020). Məhkəmə polisin axtarışın aparması qaydası ilə bağlı Azərbaycana qarşı əvvəlki işlərdə gəldiyi nəticələrə istinad edir. Məhkəmə əvvəlki işlərdə müəyyən etmişdir ki, şübhəli şəxsin üzərinə baxışın üzrlü səbəb olmadan tutulduqdan dərhal sonra aparılmaması, əldə edilən sübutların polis tərəfindən yerləşdirilməsinin mümkün olduğu barədə əsaslı şübhə yaradır (bax, Layıcov Azərbaycana qarşı, № 22062/07, § 69, 10 aprel 2014- cü il və Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, §53,12 noyabr 2015ci il). Məhkəmə hesab edir ki, qeyd edilən həmin nəticələr hazırkı işin hallarına da aid edilir. Tutulmaları və üzərinə aparılmış baxışlar arasında keçən müddət ərzində ərizəçilər tamamilə polisin nəzarəti altında olduğundan, əldə edilmiş sübutların bu müddətdə onların üzərinə yerləşdirilməsinin mümkün olduğu üçün haqlı şübhəyə əsas yaranır. Üstəlik, axtarışın aparılmasını ərizəçilərin tutulmalarından dərhal sonra qeyri-mümkün edən hər hansı xüsusi halların mövcud olması ilə bağlı heç bir əsas aşkar edilmir. Bununla yanaşı, hal şahidlərinin çağırılması və rəsmi axtarış və götürmənin aparılmasından əvvəl tutulan şəxslərin şəxsi əşyalarına polis tərəfindən narkotik vasitə və ya digər sübuti əhəmiyyətə malik olan əşyaların qoyulmasına dair çoxsaylı ardıcıl hallar barədə beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında əksini tapan məlumatlara əsaslanaraq məhkəmə həmçinin hesab edir ki, hazırkı axtarışlar zamanı hal şahidlərinin iştirakının təmin edilməsi mövcud vəziyyətin aradan qaldırılmasına əsas kimi qəbul edilə bilməz (İbrahimov və Məmmədov, § 127). Bununla bağlı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində polis əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində, «Kanal» adlanan marketin yaxınlığında yerləşən avtoservisin qarşısında saxlanmasından sonra hadisələrin axarı ilə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində polis əməkdaşları tərəfindən avtomobilə əyləşdirildikdən sonra bir müddət Maştağa qəsəbəsi ərazisində dövr etdiklərini, daha sonra isə polis əməkdaşları ilə birlikdə ailə üzvlərinin qonaq getdiyi Ramana qəsəbəsində yerləşən bacanağının evinə getdiklərini, polis əməkdaşlarının orada bacanağının evində də axtarış etdiklərini, yalnız bundan sonra Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən evlərinə gəldiklərini, polis əməkdaşlarının həmin evdə də axtarış keçirdiklərini, lakin heç bir sübut əldə olunmadığını və yalnız bundan sonra Sabunçu RPİ-nin 14-cü PB-sinə aparıldığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs saxlandığı tarixdə ümumiyyətlə Ramana qəsəbəsində olmadıqlarını, orada hər hansı bir evdə axtarış keçirmədiklərini bildirmişlər. Bununla belə məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində Təqsirləndirilən şəxs əslində Maştağa yolunun üzərində avtoservisin yanında tutulduğunu, həmin zaman Vüsalın ailəsinin onun yaşadığı Ramana qəsəbəsindəki evinə qonaq gəldiklərini, Vüsalın da ailəsini götürüb aparmaq üçün onlara gəlməli olduğunu, polis əməkdaşlarının Vüsalı saxladıqdan sonra kobud formada onun yaşadığı evə girərək evi darmadağın edib, qanunsuz olaraq axtarış apardıqlarını, bir müddət keçdikdən sonra evin sahibi gələrək bunun qarşısını aldığını, lakin həmin anadək artıq polis əməkdaşlarının evin yarı hissəsində axtarış aparmış olduqlarını, habelə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili də məhz sonuncunun saxlandığı avtoservisin qarşısından tapdığını bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda qeyd edilən iş materiallarına əlavə edilmiş anten məlumatlarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi xx.xx.2022-ci il tarixdə, saat 17:08:30-da «Mashtaga Avtoservis»/Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, A və B həyəti» ünvanında yerləşən antenin əhatə dairəsində, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi isə saat 17:43-də Zabrat 1, Bakı şəhəri, Zabrat qəsəbəsi, saat 18:07-də Aeroport yolu, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, saat saat 18:30-da artıq Ramana, M.Ə.Sabir küçəsi, Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozu ünvanında olmuş, saat 18:38-də isə – Zabrat aeroportu, Sabunçu ərazisində qeydə alınmışdır. Göründüyü kimi sadalanan anten məlumatları üzərindən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində, «Kanal» adlanan marketin yaxınlığında yerləşən avtoservisin qarşısında saxlanmasından sonra, həqiqətən bir müddət hələ Maştağa qəsəbəsi ərazisində olması, saat 18:30-da isə artıq Ramana qəsəbəsi ərazisində olmaqla, bir müddət sonra yenidən Maştağa qəsəbəsi yaxınlığına (Zabrat aeroportu) geri dönmüş olması müəyyən edilir ki, bu da Təqsirləndirilən şəxs saxlanmasından sonra ifadəsində göstərdiyi polis əməkdaşları tərəfindən Ramana qəsəbəsinə aparılmış olmasına dair halların iş üzrə toplanmış obyektiv sübutlarla təsdiq olunduğunun göstəricisi olaraq qəbul edilməlidir. Məhkəmə kollegiyası hadisələrin axarının sonrakı mərhələsi kimi Təqsirləndirilən şəxs saxlanmasının, şübhəli şəxs qismində tutulması, üzərində şəxsi axtarış və götürmə aparılması, habelə yaşadığı evdə axtarış aparılması hərəkətlərinə və həmin halların istintaq materiallarında rəsmiləşdirilməsi ilə bağlı aşağıdakıları qeyd edir. BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 həmin idarənin rəisinə olan xx.xx.2022-ci il tarixli raportundan görünür ki, əməliyyat müvəkkili yazılı şəkildə məruzə edərək, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün xx.xx.2022-ci il tarixdə, saat 20:30 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əsədov küçəsində yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasına gətirilməsini bildirmiş, habelə Təqsirləndirilən şəxs üzərində və paltarında, əşyalarında, bədənində, yaşadığı ünvanda olması ehtimal edilən nakrotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunan raportun üzərinə xx.xx.2022-ci il tarixdə dərkənar qoyulmaqla, təhqiqatçı N.Omarovdan qərar qəbul edilməsi xahiş edilmiş, o cümlədən sözügedən raport BNMİ-nin «törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında xx.xx.2022 tarixində, 194 nömrəli ilə növbətçi V.Mehdiyev tərəfindən qeydə alınmışdır. (iş vərəqə: cild 01, səh. 12). Təqsirləndirilən şəxs BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı Nizami Omarova olan ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunmasından ötrü maddi imkanının olmadığını bildirib, hüquqlarının müdafiəsi üçün ona dövlət hesabına müdafiəçi verilməsini xahiş etmişdir. Həmin ərizədə tarix yerinə iyun 2022-ci il qeyd edilsə də, tarixin konkret günü ilə bağlı qrafa boş saxlanılmış, habelə ərizə DİN BNMİ-nin 008-5956M-3122 nömrəsi ilə xx.xx.2022-ci il tarixdə ştampla qeydiyyata alınmışdır. (iş vərəqə: cild 01, səh. 16) «Vəkil dəvət edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan və həmin tarixli məktubdan görünür ki, BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı Nizami Omarov tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi məqsədi ilə Bakı şəhəri Mərkəz Vəkil Bürosundan pulsuz olaraq dövlət hesabına vəkil dəvət edilməsi qərara alınmış, həmin qərar icra edilməsi üçün Mərkəz Vəkil Bürosuna göndərilmişdir. (iş vərəqə: cild 01, səh. 19-20) xx.xx.2022-ci il tarixli «Şübhəli şəxsin tutulması haqqında» qərar və protokoldan görünür ki, AR DİN BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində, xx.xx.2022ci il tarixdə, saat 21:10 dəqiqədə Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasında müdafiəçi Bakı şəhəri, Mərkəz Vəkil Bürosunun vəkili X7 iştirakı ilə tutulmuşdur. Tutulmanın əsasları olaraq xx.xx.2022-ci il tarixdə AR DİN BNMİ-yə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 20:30 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əsədov küçəsində yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən saxlanılması və daha sonra Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasına gətirilməsi qeyd edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokol xx.xx.2022-ci il tarixdə, saat 21:10 dəqiqədə tərtib edilmişdir. (iş vərəqə: cild 01, səh. 24-25) Məhkəmə iclasında şahid qismində dindirilərkən Şahid1 öz ifadəsində də bildirmişdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldıqdan sonra Sabunçu RPİ-nin 14cü PB-nin inzibati binasına aparılmış və orada onun üzərinə şəxsi axtarış keçirilmişdir. Əməliyyat müvəkkili Şahid1 şübhəli şəxsi saxladıqdan sonra birbaşa Sabunçu RPİnin 14-cü PB-nin inzibati binasına getmişdirsə, onun tərtib etdiyi raportun hansı şəkildə DİN-in BNMİ-yə təqdim edilməsi və həmin idarədə qeydiyyatdan keçməsi məhkəməyə aydın deyil. Məhkəmə qeyd edilən hərəkətləri təhlil edərək qısa xülasə şəklində qeyd edir ki, tərtib edilmiş sənədlərə görə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əsədov küçəsində yaşadığı evin yaxınlığında əməliyyat müvəkkilləri tərəfindən xx.xx.2022-ci il tarixdə saat 20:30-da saxlanıldıqdan sonra həmin gün artıq saat 21:10-da (saxlanmasından 40 dəqiqə sonra) təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bu 40 dəqiqəlik müddətdə baş vermiş hadisələrə nəzər saldıqda isə görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən Sabunçu RPİ-nin 14cü PB-sinə aparıldıqdan sonra, əməliyyat müvəkkili tərəfindən müvafiq raport tərtib edilərək, həmin raport ünvan 9 ünvanında yerləşən DİN-in BNMİ-yə aparılmış, orada müvafiq qeydiyyata alınmış, üzərinə dərkənar qoyulmaqla sonrakı tədbirlərin həyata keçirilməsi təhqiqatçıya həvalə edilmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs saxlandığı Sabunçu RPİ 14-cü PB-yə gəlmiş, Təqsirləndirilən şəxs sonuncuya ərizə ilə müraciət etdikdən və həmin ərizəsi BNMİdə qeydiyyata alındıqdan sonra təhqiqatçının müvafiq qərarı icra edilməsi üçün Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 26 ünvanında yerləşən Mərkəz Vəkil Bürosuna göndərilmiş və həmin büroda tərtib edilmiş order əsasında cinayət təqibinə qoşulmuş vəkilin iştirakı ilə artıq saat 21:10-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə qeyd edilən hərəkətlərin özlüyündə cəmi 40 dəqiqə ərzində aparılmış olmasının fiziki olaraq mümkün olmamasını obyektiv həqiqət olaraq qəbul etməklə, göstərilən xüsusatların yuxarıda əsaslandırılmış Təqsirləndirilən şəxs heç də istintaq materiallarında rəsmiləşdirildiyi kimi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əsədov küçəsində yaşadığı evin yaxınlığında əməliyyat müvəkkilləri tərəfindən xx.xx.2022-ci il tarixdə saat 20:30-da saxlanılmadığı, sonuncunun faktiki olaraq xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində, «Kanal» adlanan marketin yaxınlığında yerləşən avtoservisin qarşısında saxlanmış olması barədə gəldiyi qənaətin əsaslılığına bir daha dəlalət edən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs istintaq materialları ilə üzərinə şəxsi axtarış və götürmə, habelə yaşadığı evə axtarış istintaq hərəkətlərinin keçirilməsi proseslərini təhlil etməmişdən əvvəl qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadəsində onu evində axtarış aparıldıqdan sonra 14-cü PB-yə gətirib, orada ondan 10.000 manat pul istənildiyini, həmin pulun qarşılığında onu buraxacaqlarını bildirdiklərini, onun isə kirayədə yaşadığını, pulunun olmadığını, yalnız bir avtomaşınının olduğunu, həmin avtomaşını satıb əldə etdiyi məbləğdə pulu verə biləcəyini dediyini, lakin polis əməkdaşlarının onu buraxmadıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində polis əməkdaşları ona çəkiliş edən zaman sonuncuların ona öyrətdikləri kimi danışsa və davransa onu buraxacaqlarını deyib aldatdıqlarını, onun da polis əməkdaşlarına inandığını bildirmişdir. Polis əməkdaşları çəkilişdən əvvəl onun cibinə narkotik vasitə yerləşdirmişlər, daha sonra isə çəkilişə başlamışlar. Çəkiliş zamanı üzərində nə varsa çıxarmağı deyildiyi üçün, o da üzərində olanları, yəni cibinə qoyulmuş bir büküm narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində bölmədə üzərində şəxsi axtarış aparıldıqdan sonra polis əməkdaşlarının bölmədən narkotik vasitələri də götürüb, yenidən video çəkilişlə mənzilə baxış keçirmək üçün geri yaşadığı evə qayıtdıqlarını, evin həyətində içərisində ona məxsus avtomobil domkratı olan çantanı polis əməkdaşlarının götürüb, özləri ilə gətirdikləri narkotik vasitəni həmin çantanın içərisinə qoyub masanın altına atdıqlarını, çəkiliş aparılan zaman da guya gizlədilmiş çantanı aşkar etdiklərini bildirmişdir. «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, AR DİN BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı Nizami Omarov tərəfindən AR DİN BNMİ-yə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:30 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əsədov küçəsində yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən saxlanılması və daha sonra Sabunçu RPİ-nin 14cü PB-nin inzibati binasına gətirilməsi, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qeyd edilməklə, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğu nəzərə alınmaqla, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Qeyd edilən qərar onu qəbul etdiyi göstərilən X19 tərəfindən ümumiyyətlə imzalanmamışdır. (iş vərəqə: cild 01, səh. 33) «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokolun məzmununda qeyd edilmişdir ki, AR DİN BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı Nizami Omarov tərəfindən həmin idarənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, vəkil X7 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. İstintaq hərəkətinin gedişatı zamanı şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1 bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 1 ədəd açar, 10 manat pul, içərisində ***-***-**-** mobil nömrə olan Nokia markalı və içərisində ***-***-**-** mobil nömrə olan Redmi markalı mobil telefonlar aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 17,95 qram olmuşdur. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və tərəfimdən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2(iki) ədəd mobil telefon bu barədə Təqsirləndirilən şəxs izah verildikdən sonra götürülmüş, 10 manat pul və 1 ədəd açar isə şübhəli şəxsə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş bükümün özünə məxsus olduğunu, həmin bükümü İran islam Respublikası vətəndaşı «Əli» adlı şəxsin vasitəsi ilə təxminən 8 ay bundan əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyiləcək ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında sonuncunun ona pul verəcəyini, lakin narkotik vasitəni götürdükdən sonra Əli adlı şəxslə əlaqə saxlamadığını və götürdüyü narkotik vasitələri özü istifadə etməyə başladığını, narkotik vasitələrin aludəçisi olduğunu, həmçinin yaşadığı evdə də narkotik maddələr saxladığını, yaşadığı evə baxışın keçirilməsində etirazının olmadığını və baxış zamanı həmin narkotik maddələri təqdim edə biləcəyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Həmçinin protokolun məzmununda qeyd edilmişdir ki, şəxsi axtarış və götürmə Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində keçirilmiş, şəxsi axtarış və götürmə zamanı «Sony» markalı mobil telefondan istifadə etməklə BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru, Şahid2 tərəfindən video çəkiliş aparılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilmə vaxtı olaraq xx.xx.2022-ci il tarixdə saat 21:30-dan 21:43-dək olan müddət göstərilmiş, habelə müvafiq protokolun həmin gün saat 21:45-dən 22:05-dək olan müddətdə tərtib edildiyi qeyd edilmişdir. (iş vərəqə: cild 01, səh. 34-35) Məhkəmə iclasında protokola əlavə edilmiş videogörüntü kompyuter texnikasının vasitəsilə nümayiş etdirilməklə tədqiq edilmiş, bu zaman videogörüntüdə müşahidə edilən halların müvafiq istintaq hərəkəti protokolunda əks etdirilmiş məzmunla əsas etibarı ilə eynilik təşkil etməsi müəyyən edilmişdir. Göründüyü kimi istintaq orqanının protokollarına əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin aparılması xx.xx.2022-ci il tarixdə saat 21:30-dan 21:43-dək olan müddət ərzində rəsmiləşdirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində «Kanal» adlanan marketin yaxınlığında yerləşən avtoservisin qarşısında saxlandıqdan sonra onun üzərinə və idarə etdiyi avtomobilinə polis əməkdaşları tərəfindən baxış (axtarış) keçirilmiş və qanunsuz heç bir əşya aşkar edilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər X12 və X14 da ifadələrində qeyd edilən xüsusatları təsdiq edərək, Təqsirləndirilən şəxs avtoservisin qarşısında saxlandıqdan sonra üzərinə və avtomobilinə polis əməkdaşları tərəfindən baxış (axtarış) keçirildiyini, lakin qanunsuz heç bir əşya aşkar edilmədiyini bildirmişlər. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində polis əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində, «Kanal» adlanan marketin yaxınlığında yerləşən avtoservisin qarşısında saxlandığı zaman onun üzərinə faktiki olaraq şəxsi axtarış istintaq hərəkəti aparılmış (hər hansı formada rəsmiləşdirilmədən), bu fakt da hadisəni bilavasitə müşahidə etmiş və iş üzrə heç bir marağı olmayan, avtoservisin işçiləri olan şahidlərin ifadələri ilə də təsdiq olunmuşdur. Belə olan halda əgər təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan dərhal sonra, yəni xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində avtoservisin yaxınlığında onun üzərində axtarış keçirildiyi zaman (qeyd olunan axtarış hərəkəti tamamilə qanunsuz olsa belə) onun üzərindən qanunla qadağan edilmiş heç bir maddə aşkar olunmadığı halda, o, faktiki olaraq saxlanıldıqdan təxminən 5 saatdan da artıq müddət sonra, yəni həmin gün saat 21.30 dəqiqədə Sabunçu RPİ-nin 14-cü PB-də onun üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən hansı şəraitdə narkotik vasitə olan heroinin aşkar edilməsi məhkəməyə məlum deyil. Xüsusən də həmin müddət ərzində təqsirləndirilən şəxs bilavasitə polisin nəzarəti altında olmuş, yəni onun həmin müddətdə narkotik vasitə əldə edərək üzərində saxlaması qeyrimümkün olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs AR DİN BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı Nizami Omarova olan ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əsədov küçəsində yerləşən nömrəsiz fərdi evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Ərizənin tarix hissəsində iyun 2022-ci il tarixi qeyd edilsə də, dəqiq günün qeyd edilməsi üçün ayrılmış qrafa boş saxlanmışdır. Ərizə AR DİN BNMİ-nin ştampı ilə xx.xx.2022-ci il tarixinə, 008-5960M-3121 daxil olma nömrəsi ilə qeydiyyata alınmışdır. (iş vərəqə: cild 01, səh. 36). Məhkəmə Təqsirləndirilən şəxs təhqiqatçıya müraciəti ilə bağlı ikinci ərizəsində də artıq iş materiallarında ikinci dəfə rast gəlinən oxşar formada natamamlığın mövcudluğuna münasibətdə qeyd edir ki, göstərilən xüsusat aparılan prosessual hərəkətlərin həqiqiliynə şübhə yaradır. Bununla yanaşı məhkəmə həmin ərizənin Sabunçu RPİ-nin 14-cü PB-də olarkən alınmış olduğu halda, həqiqətən də Təqsirləndirilən şəxs yaşadığı evə gedərək orada axtarış aparılmasınadək Azərbaycan Respublikası DİN BNMİ-yə daxil olub, müvafiq qaydada qeydiyyata alınmış olmasını da ağlabatan hesab etmir. «Evə baxış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, AR DİN BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əsədov küçəsində yerləşən nömrəsiz fərdi evdə hal-hazırda narkotik vasitələr saxladığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirməklə, bu barədə ərizə təqdim etməsi, həmin evdə Təqsirləndirilən şəxs narkotik vasitələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğu nəzərə alınaraq həmin evə baxış və götürmə aparılmasının zəruri olduğu qeyd edilmiş və həmin evə baxış keçirilməsi və götürmə aparılması qərara alınmışdır. (iş vərəqə: cild 01, səh. 37) «Evə baxış keçirilməsi və götürmə haqqında» xx.xx.2022-ci il tarixli protokolun məzmununda qeyd edilmişdir ki, AR DİN BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı Nizami Omarov tərəfindən həmin idarənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, vəkil X7 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əsədov küçəsində yerləşən nömrəsiz fərdi evdə narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «baxış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli qərara əsasən videoçəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək, sözügedən ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əsədov küçəsində yerləşən nömrəsiz fərdi evdə girişdən sol tərəfdə yerləşən stulun alt hissəsində çantadan 2 ədəd elektron tərəzi, 2 konvalyutda ümumilikdə 20 ədəd Metadon 40 həbi və 1 bükümdə, açıq qəhvəyi rəngli , spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. Təqdim edilmiş kütlələrə baxış keçirildikdən sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin qablaşdırma ilə birlikdə 305,46 qram olduğu müəyyən edilmişdir. Sonra həmin kütlələr və 2 ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qabladırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirildiyi, qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və maddənin aşkar olunmadığı qeyd edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı evdən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı «Əli» adlı şəxsin vasitəsilə təxminən 8 ay bundan əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyiləcək ünvanlara qoymaq məqsədi ilə əldə etməsini, gördüyü işin qarşılığında sonuncunun ona pul verəcəyini, lakin narkotik vasitəni götürdükdən sonra Əli adlı şəxslə əlaqə saxlamadığını və götürdüyü narkotik vasitələri özü istifadə etməyə başladığını, əvvəllər məhkum olunduğunu, narkotik vasitələrin aludəçisi olduğunu, yaşadığı evdə narkotik maddələr saxlaması barədə heç kimin məlumatı ollmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Protokolda baxışın saat 22:35-də başlamaqla, 22:48-də bitdiyi, habelə protokolun saat 23:15-dən 23:25-dək müddətdə tərtib edildiyi qeyd edilmişdir. (iş vərəqə: cild 01, səh. 38-39) Göründüyü kimi istintaq orqanı tərəfindən tərtib edilmiş protokolda Təqsirləndirilən şəxs yaşadığı evə baxışın xx.xx.2022-ci il tarixdə saat 22:35-dən saat 22:48-dək olan müddətdə aparılmış olması rəsmiləşdirilmişdir. Məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs isə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra getdikləri Ramana qəsəbəsindən Zabrat qəsəbəsinin yolu ilə geriyə, yaşadığı evə qayıtdıqlarını, bu zaman ilk dəfə onun evinə axtarışın keçirildiyini, evindən heç bir qanunsuz əşya aşkar edilmədiyini və bundan sonra polis əməkdaşlarının onu Sabunçu RPİ-nin 14-cü PB-sinə gətirdiklərini bildirmişdir. Göstərilən xüsusatla bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin anten əhatə dairəsində olmasına dair yuxarıda qeyd edilən məlumatlardan həqiqətən sonuncunun saat 18:30-da Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozu ərazisində olmasından sonra, gün ərzində sonuncu anten məlumatları saat 18:38-ə, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat aeroportu ərazisinə (qeyd edilən aeroport Zabrat-Maştağa yolunun yaxınlığında yerləşir) təsadüf edir. Məhkəmə iclasında «Evə baxış keçirilməsi və götürmə haqqında» xx.xx.2022-ci il tarixli protokola əlavə edilmiş videogörüntü kompyuter texnikasının vasitəsilə nümayiş etdirilməklə tədqiq edilmiş, bu zaman videogörüntüdə müşahidə edilən halların müvafiq istintaq hərəkəti protokolunda əks etdirilmiş məzmunla əsas etibarı ilə eynilik təşkil etməsi müəyyən edilmişdir. Bununla yanaşı məhkəmə həmin videogörüntünün tədqiqi zamanı müşahidə edilən, iş üzrə düzgün nəticəyə gəlinməsi üçün əhəmiyyət kəsb edən halların sadalanmasını da zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs yaşadığı evdə keçirilmiş baxış zamanı qeydə alınmış videogörüntüyə nəzər saldıqda, həmin videogörüntünün 11 dəqiqə 56 saniyə uzunluğunda olduğu, videogörüntünün 01 dəqiqə 30-cu saniyəsində artıq Təqsirləndirilən şəxs çantanı stulun altından çıxardaraq təqdim etdiyi, videogörüntünün 11-ci dəqiqəsinin bitməsinədək yalnız çantadan aşkar edilmiş narkotik vasitələr və elektron tərəzilərin rəsmiləşdirilməsi işlərinin aparıldığı, yalnız bundan sonra evin sanitar qovşağına və dəhlizinə daxil olmaqla, qapının kandarında dayanaraq (hər hansı əşya və ya predmetə belə toxunmadan) təhqiqatçının sözlə «həmin yerlərə baxış keçirildiyi və qanunsuz heç bir əşya edilmədiyini» bildirməsi və bu prosesin videogörüntünün geridə qalan 56 saniyəsindən də az bir müddəti əhatə etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 86.2.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək təhqiqatçının vəzifəsidir; 86.3-cü maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı səlahiyyətləri daxilində istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur; 236.1. Cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır; 242.1-ci maddəsinə əsasən əldə edilmiş (mövcud) sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə, müstəntiq axtarış apara bilər. Göründüyü kimi qeyd edilən videogörüntüdə istintaq hərəkətinin aparılmasında iştirak edən təhqiqatçı və iki əməliyyat müvəkkilinin bir ədəd çantanın daxilində iş üzrə əhəmiyyət kəsb edən predmetlərin aşkar edilməsindən sonra evin digər sahələrinə münasibətdə baxış (axtarış) keçirilməsi ilə bağlı səhlənkar hərəkətləri (faktiki olaraq keçirilməməsi) məhkəmədə sonuncuların sanki baxış keçirdikləri evə əvvəlcədən bələd olmaları və evin digər yerlərində iş üzrə əhəmiyyət kəsb edən heç bir predmetin olmamasına əmin olmaları təəssüratı doğurmuşdur. Məhkəmə qeyd edilənləri Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi və iş materiallarında olan obyektiv sübutlar – anten məlumatları ilə də uzlaşan Təqsirləndirilən şəxs evinə istintaq orqanı tərəfindən daha öncədən rəsmiləşdirmə aparılmadan axtarış keçirilməsinə dair xüsusatlarla qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab edir ki, göstərilən hallar sözügedən sübutun mötəbərliyinə təsir edən hal kimi qiymətləndirilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilən zaman aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmasının qeyri-mümkünlüyü Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman «aşkar edilmiş» narkotik vasitə olan heroinlə, mənzilindən aşkar edilmiş heroinin eyni tərkibli olması ilə də öz təsdiqini tapır. Belə ki, cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 15 iyun 2022-ci il tarixli, 6/3350 saylı rəyinə əsasən, görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi...» sözləri olan 1 №-li zərfdəki və üzərində «Təqsirləndirilən şəxs baxış zamanı...» sözləri olan 2 №-li zərfdəki narkotik vasitə olan heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Təqsirləndirilən şəxsin faktiki olaraq şübhəli şəxs qismində saxlanıldıqdan 5 saat sonra (saxlanılan zaman dərhal üzərinə axtarış keçirilərkən heç bir qanunsuz maddə aşkar olunmadığı halda) onun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ona məxsus olması məhkəmədə nə qədər şübhə doğurursa, həmin narkotik vasitə ilə eyni tərkibli narkotik vasitə olan heroinin onun mənzilindən aşkar edilməsi də məhkəmə üçün bir o qədər şübhəli məqamdır. Bu isə özlüyündə yuxarıda qeyd edilən Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən dövriyyəsi qadağan edilmiş predmetlərin aşkar edilməsi ilə bağlı ittihamın sübutlarının əsasını təşkil edən xx.xx.2022-ci il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» və «Evə baxış və götürmə aparılması haqqında» protokolların mötəbər sübut kimi qəbul edilməsini cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından mümkünsüz edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işinin materiallarında olan BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportlar, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar, təqsirləndirilən şəxs tərəfindən BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı Nizami Omarovun adına yazdığı, tarixi göstərilməyən ərizələr, şübhəli şəxsin tutulması haqqında qərar, şübhəli şəxsin tutulması haqqında protokol, şəxsi axtarış və götürmə aparılması haqqında qərar, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, evə baxış və götürmə aparılması haqqında qərar, evə baxış və götürmə aparılması haqqında protokol işin həqiqi hallarını əks etdirmir, qeyd olunan sənədlərə təhrif edilmiş məlumatlar qeyd edilməklə iş üzrə mötəbər sübut kimi çıxış edə bilməz və təqsirləndirilən şəxsə ittiham verilməsi üçün əsas ola bilməz. Məhkəmə qeyd olunan sənədlərə sübut kimi istinad edilməsini və həmin sənədlərə əsasən təqsirləndirilən şəxsin barəsində ittiham hökmünün çıxarılmasını qanunun və hüququn aliliyi prinsipinin gözardı edilməsi kimi qiymətləndirir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, «İnsan hüquqlarının və X10 haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Göstərilənlərə əsasən məhkəmə istintaq orqanı tərəfindən yuxarıda qeyd edilən prosessual qanunvericiliyin tələblərinin pozulması fonunda, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması, avtomobilinin satılıb tələb olunan pulun verilməsindən sonra polis əməkdaşları tərəfindən ona köməklik göstəriləcəyi, bunun üçün videoçəkilişlər zamanı öyrədildiyi kimi hərəkət etməsinin məsləhət görülməsi və onun özünün bu məsləhət üzrə davranışı ilə bağlı halları buna dair yuxarıda sadalanan kifayət qədər əsaslı şübhələrin mövcudluğunu məcmu halında qiymətləndirərək ağlabatan hesab edir. Məhkəmə eyni zamanda qeyd edir ki, təqsirləndirilən şəxs cinayət işinin materiallarında qeyd olunmuş dövriyyəsi qadağan edilmiş predmetlərin ona məxsus olmadığı halda üzərində şəxsi axtarış və götürmə, habelə mənzilinə baxış keçirilməsi zamanı, eyni zamanda ibtidai istintaq zamanı həmin dövriyyəsi qadağan edilmiş maddələrin ona məxsus olmasına dair etirafedici ifadələr verməsinin səbəbi kimi polis əməkdaşları tərəfindən aldadılmasını, avtomobilini satıb, əldə etdiyi pul vəsaitini polis əməkdaşlarına verəcəyi halda onu buraxacaqlarını bildirdikləri üçün öyrədilmiş məzmunda ifadələr verdiyini qeyd etməsini də ağlabatan hesab edir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlindən polis əməkdaşları tərəfindən heç bir zorakılığa məruz qalmadığını, ona etirafedici ifadələr verməsi üçün fiziki təzyiq göstərilmədiyini bildirmiş, məhkəmə iclasında tədqiq edilmiş sübutlar, o cümlədən şəxsi axtarış və götürmə prosesinin əks olunduğu videogörüntülərlə də onun üzərində hər hansı bir xəsarət izlərinin olmadığı müəyyən edilmişdir. Belə olan halda təqsirləndirləndirilən şəxsin hansı səbəbdən ibtidai istintaq zamanı etirafedici ifadələr veməsi daha da aydın görünür. Məhkəmə bu nəticəyə gələrkən müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi kifayət qədər əsaslı sübutlara istinad edir. Belə ki, qeyd edilən xüsusatla bağlı hissədə Təqsirləndirilən şəxs ifadəsinə nəzər saldıqda müəyyən edilir ki, sonuncu ifadəsində tutulduğu zaman polis əməkdaşlarından Şahid2 orada iştirak etdiyini, həmin şəxsin onu avtomobillə aparan zaman öz dostuna zəng vurub «yaxşı maşın var, almaq istəmirsən?» deyə bildirdiyini, yaşadığı evə ilk dəfə axtarış keçirdikdən sonra 14-cü PB-də olarkən, ondan 10.000 manat pul istənildiyini, həmin pulun qarşılığında onu buraxacaqlarını bildirdiklərini, onun isə pulunun olmadığını bildirməklə, yalnız olan bir avtomaşınını satıb istənilən məbləğdə pulu verə biləcəyini deməsini, daha sonra X23 MSY-nə gəlib onunla görüşən zaman maşınını satması üçün şərait yaradacağını bildirib, onu Asan Xidmət Mərkəzinə göndərməklə qohumu Aydın Əliyevə etibarnamə verməsini təşkil etdiyini, qohumu Aydın Əliyevin ona məxsus avtomobili satdıqdan sonra əldə etdiyi pul vəsaitini X23ə verdiyini göstərmişdir. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi və cinayət işinin materiallarına əlavə olunmuş AR ƏN 4 saylı «Asan Xidmət» Mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2308 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə X9 etibarnamə üzrə nümayəndəsi Təqsirləndirilən şəxs müraciət edərək «Tofaş Şahin» minik markalı, **- OP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə (Bakı şəhəri 26 saylı Notariat ofisi, xx.xx.2022, 7E-6474) üzrə səlahiyyətləri X15 ötürmüş və bu barədə 7E-7667 reyestr nömrəli etibarnamə təsdiq edilmişdir. Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki:
1. X26 xx.xx.2022-ci il tarixdə, saat 15:50-də notariat haqqı olaraq 34.50 (otuz dörd manat əlli qəpik) pul ödəmişdir – 140-274 nömrəli mədaxil orderi;
2. X16 xx.xx.2022-ci il tarixdə mülkiyyətində olan «Tofaş Şahin» minik markalı, **- OP-*** dövlət nömrə nişanlı avtomobili Təqsirləndirilən şəxs etibar etmişdir (xx.xx.2022-ci il tarixdə, saat 16:11-də çap edilmiş, ƏN-Vİİİ 302926 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə)
3. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli 6474 nömrəli reyestr nömrəli etibarnaməsi ilə X9 ona etibar etdiyi hüquqlar əsasında «Tofaş Şahin» minik markalı, **-OP-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə X17 etibar etmişdir (xx.xx.2022-ci il tarixdə, saat 12:31-də çap edilmiş, ƏN-Vİİİ 335523 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə) «Elektron notariat» avtomatlaşdırılmış informasiya sistemindən çıxarışda olan fotoşəkillə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə, saat 12:25-də 4 saylı Bakı «ASAN Xidmət» mərkəzində notariat ofisində etibarnamə verərkən Təqsirləndirilən şəxs şəxsən iştirak etmiş, hətta həmin fotoşəkildə Təqsirləndirilən şəxs müşayiət edən polis əməkdaşının xidməti geyim formasının qolundakı xüsusi nişanın da aydın şəkildə göründüyü müəyyən edilmişdir. Qeyd edilən notarial hərəkətlərindən göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə əsasında X13 məxsus «Tofaş Şahin» minik markalı, **-OP-*** dövlət nömrə nişanlı avtomobili əldə etmiş, daha sonra xx.xx.2022-ci il tarixdən şübhəli şəxs qismində tutulduğu halda xx.xx.2022-ci il tarixdə həmin avtomobili 4 saylı Bakı «ASAN Xidmət» mərkəzində şəxsən iştirak etməklə nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə ilə qohumu (bacanağı) X17 etibar etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.39-cu maddəsinə əsasən tutulma – həmin Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxsin azadlığını qısa müddətə məhdudlaşdırmaqla onun müvəqqəti saxlanılma yerində saxlanılmasıdır; «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun: 3.1-ci maddəsinə əsasən cinayət törətməkdə şübhəli olduğu üçün tutulmuş şəxsin müvəqqəti saxlama yerində saxlanılması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada və hallarda cinayət prosesini həyata keçirən orqanlar tərəfindən tərtib edilmiş tutulma haqqında protokol əsasında həyata keçirilir; 4.1.1-ci maddəsinə əsasən müvəqqəti saxlama yerləri tutulmuş və ya həbs edilmiş şəxslərin saxlandığı həbs yerlərinə daxildir; 5.1-ci maddəsinə əsasən tutulmuş və ya həbs edilmiş şəxslər Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və bu Qanunla müəyyən edilmiş hallarda və müddətlərdə müvəqqəti saxlama yerlərində saxlanılırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 148.6-cı maddəsinə əsasən, cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması, bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 48 saatdan artıq davam edə bilməz. Həmin müddət keçənədək tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməli, məhkəmə təxirə salmadan işə baxmalı və həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır. Məhkəmə iclasında dindirilən X25 ifadəsində xx.xx.2022-ci il tarixdə ona etibar edilmiş «Tofaş Şahin» minik markalı, **-OP-*** dövlət nömrə nişanlı avtomobili müstəntiq E.Quliyevin ona Təqsirləndirilən şəxs köməklik göstərilməsi üçün etdiyi tələblə bağlı satdığını və əldə edilmiş pul məbləğini X23ə verdiyini bildirmişdir. Bununla bağlı məhkəmə iclasında ifadə verən X23 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan 2 gün sonra 4 saylı Bakı «ASAN Xidmət» mərkəzinə onun göstərişi əsasında aparıldığını, lakin orada notariat hərəkətləri etməsindən xəbərsiz olduğunu, həmin gün sonuncunun oraya şəxsiyyət vəsiqəsinin əldə olunması üçün aparıldığını bildirmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» təlimatın 17-ci maddəsinə görə notariat hərəkətlərini apararkən notariuslar hər bir halda notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya hüquqi şəxslərin nümayəndələrinin şəxsiyyətini müəyyən edirlər. Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyəti Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Bundan əlavə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi cinayət işinin materiallarına əlavə edilmiş və həmin şəxsiyyət vəsiqəsindən görünür ki, qeyd olunan sənəd Şirvan ŞPŞ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmişdir. Qeyd edilənlərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 4 saylı Bakı «ASAN Xidmət» mərkəzində notariat hərəkətləri etməsi zamanı sonuncunun şəxsiyyətinin müəyyən edilməsi üçün şəxsiyyət vəsiqəsi üzərində olmuş və bunun nəticəsində o, müvafiq etibarnaməni vermişdir. Göründüyü kimi xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs 4 saylı Bakı «ASAN Xidmət» mərkəzində şəxsən iştirak etməklə nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə verərkən onun şübhəli şəxs qismində tutulması ilə bağlı qanunvericiliyin tələbləri kobud surətdə pozulmuş, şəxs şübhəli şəxs qismində saxlanıldıqdan sonra 48 saat ərzində zəruri prosessual hərəkətlər aparılmalı olduğu halda, X23in bilavasitə qanunsuz göstərişi əsasında 4 saylı Bakı «ASAN Xidmət» mərkəzinə aparılmaqla özünə məxsus «Tofaş Şahin» minik markalı, **-OP-*** dövlət nömrə nişanlı avtomobilə dair sərəncam verməsi ilə bağlı qohumu X17 etibarnamə verməsi təmin edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən halı digər faktlarla qarşılıqlı şəkildə qiymətləndirərək, təqsirləndirilən şəxsin təhqiqat və ibtidai istintaq zamanı ona məxsus olmayan dövriyyəsi qadan edilmiş maddələrin ona məxsus olmasına dair etirafedici ifadələr verməsinin səbəbi kimi avtomobilini satdıqdan sonra polis əməkdaşlarının tələb etdikləri pul məbləğini onlara (polislərə) verəcəyi təqdirdə onu buraxacaqları ilə aldatmaları ilə əsaslandırmasını ağlabatan hesab edir. Bu hissədə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, X23 təqsirləndirilən şəxsin polis əməkdaşlarının müşayiəti ilə 4 saylı Bakı «ASAN Xidmət» mərkəzinə aparılmasını guya təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən etmək üçün şəxsiyyət vəsiqəsinin bərpa edilməsi məqsədilə aparılması ilə əsaslandırmağa cəhd etsə də, bu cəhd uğursuz olmuşdur. Məhkəmə müstəntiqin bu hissədə gətirdiyi arqumentləri həqiqətə uyğun hesab etmir. Belə ki, tədqiq edilmiş etibarnamədən və bununla bağlı aparılmış notariat hərəkətlərinə dair sənədlərdən açıq-aşkar görünür ki, qeyd olunan notariat hərəkətləri məhz təqsirləndirilən şəxsin şəxsiyyət vəsiqəsi əsasında aparılmışdır. Onun üzərində şəxsiyyət vəsiqəsi olmadığı halda onun tərəfindən hansısa notariat hərəkətinin aparılması mümkün ola bilməzdi. Bu da onu göstərir ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis əməkdaşlarının qanunsuz təsiri altına düşməklə, qeyri-prosessual münasibətlərə sövq edilmişdir. Bu isə məhkəmənin diqqətindən qaçmamışdır. Qeyd edilən hal isə özlüyündə qanunvericiliyin tələblərinin kobud pozulması olmaqla, ümumilikdə iş üzrə aparılmış istintaq hərəkətlərinin qanuniliyini şübhə altına almağa əsas verməklə yanaşı, Təqsirləndirilən şəxs artıq yuxarıda sadalanan sübutlarla təsdiqini tapmış saxlanması ilə əlaqədar prosessual qanunvericiliyin tələblərinin pozulması, habelə ittihamın əsası kimi qoyulmuş istintaq hərəkətlərinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sübutların mötəbərliyinin digər sübutlarla şübhə altına alınması fonunda saxlandığı andan üzərində və avtomobilində, habelə evində heç bir qanunsuz predmet aşkar edilməmiş şəxsə münasibətdə qanunsuz tələblərin irəli sürülməsi kimi addımların atılmış ola biləcəyini güman etməyə məhkəmədə əsas verir. Məhkəmə bu nəticəyə gələrkən cinayət işi üzrə həm əməliyyat, həm təhqiqat, həm də istintaq mərhələlərinin hər birində silsiləvi şəkildə yol verilmiş kobud qanun pozuntularının fonunda təqsirləndirilən şəxsə qarşı qanuni və əsaslı ittihamın irəli sürülməsinin qeyri-mümkünlüyünü də göz önündə saxlayır. Məhkəmə həmçinin bununla əlaqədar hesab edir ki, Bakı şəhəri Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X4 hərəkətlərində cinayət tərkibinin olubolmaması məsələsinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsinə dair qərar qəbul edilməsi məqsədəmüvafiqdir. Bundan əlavə yuxarıda sadalanan kobud prosessual pozuntularla əlaqədar məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, habelə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X2 barəsində xüsusi qərar çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin polis əməkdaşlarının ona su verməsi və suyun tərkibində onun halını pisləşdirən maddənin olması, habelə onun başqa «Vüsal» adlı şəxsin yerinə səhvən həbs olunması ilə bağlı ifadələrinə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs əvvəlcə polis əməkdaşları tərəfindən saxlanıldıqdan dərhal sonra, yəni avtoservisin yaxınlığında olarkən polis əməkdaşlarından su istədiyini, həmin suyu xeyli miqdarda içməsi üçün ona təkid edildiyini, ona təqdim olunan suyun tərkibində onun halını pisləşdirən maddənin olduğunu bildirsə də, daha sonra ifadəsində Polis Bölməsində olarkən üzərində şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona su təqdim edildiyini, qeyd edilən suyu içdikdən sonra halının pisləşdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan məsələ ilə bağlı ziddiyyətli ifadələr verməsini, habelə müdafiə tərəfinin məhkəməyə bu faktı təsdiq edəcək hər hansı bir sübut təqdim etmədiyini, bundan əlavə, onun başqa «Vüsal» adlı şəxsin yerinə səhvən tutulması halları məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi qeyd olunan hissələrdə həqiqətə uyğun deyil. Digər bir tərəfdən qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən maddi sübutların və digər əşyaların saxlanılması zamanı, habelə onların ekspertizadan keçirilməsi, cinayət işinin digər ibtidai araşdırma orqanına, prokurora və ya məhkəməyə göndərilməsi ilə əlaqədar bu əşyaların itirilməsi, zədələnməsi, xarab olması, bir-birinə toxunması və ya qarışmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraatın materialları göndərilərkən onları müşayiət məktubunda, ayrıca siyahıda və ya ittiham aktına əlavə olunmuş arayışda həmin materiallarla göndərilən bütün maddi sübutlar və digər əşyalar qeyd olunmalıdır. Cinayət təqibi üzrə icraatın materialları ilə göndərilməyən əşyaların saxlanıldığı yerlər yuxarıda sadalanan sənədlərdə göstərilməlidir. AR DİN BNMİ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material aidiyyəti üzrə Sabunçu RPİ-yə göndərilərkən, materiala qoşma olaraq 2 (iki) ədəd mobil telefonun da göndərildiyi qeyd edilmişdir. Cinayət işinin materiallarında olan «Telefona baxış keçirilməsi haqqında» xx.xx.2022ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin müstəntiqi Elşən Quliyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş 01 ədəd «Nokia» markalı mobil telefonun yaddaşına baxış keçirilmişdir. Baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, həmin mobil telefon aparatı sadə, düyməli, yaşıl və ağ rəngli korpusu olmaqla, «Nokia» markalı, bir sim kart girişinə malikdir, telefonun korpusu plastik materialdandır, telefon işlənmiş vəziyyətdədir, korpusu və ekranı üzərində adi gözlə görünən zədə yoxdur. Telefonun üzərində "xxxx" mobil operator şəbəkəsinə aid ***-***-**-** nömrəsi vardır. Baxış zamanı telefonun ekran hissəsinin aktivləşmədiyi, ekranın işlək vəziyyətdə olmadığı, bu səbəbdən telefonun daxili yaddaşına baxış keçirilməsinin mümkün olmadığı müəyyən edilmişdir. (iş vərəqə: cild 01, səh. 102) Cinayət işinin materiallarında olan «Telefona baxış keçirilməsi haqqında» xx.xx.2022ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin müstəntiqi Elşən Quliyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş 01 ədəd «Redmi» markalı mobil telefona baxış keçirilmişdir. Baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, həmin mobil telefon aparatı smartfon tipli, sensorlu, boz rəngli korpusu olmaqla «Redmi» markalı, bir sim kart girişinə malikdir. Telefonun korpusu plastik materialdandır, telefon işlənmiş vəziyyətdədir, telefonun ekranı sınmış vəziyyətdədir və işə saldıqda aktivləşmir. Telefonun üzərində "xxxx" mobil operator şəbəkəsinə aid ***-***-**-** nömrəsi vardır. Ekranı işlək vəziyyətdə deyildir. Bu səbəbdən telefonun daxili yaddaşına baxış keçirilməsi mümkün olmamışdır. (iş vərəqə: cild 01, səh. 103) Məhkəmə bununla bağlı ilk növbədə qeyd edir ki, yuxarıda qeyd edilən mobil telefonlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilərkən sonuncunun üzərindən aşkar edilməklə, qeyd edilən istintaq hərəkət protokolunun məzmununda, o cümlədən həmin hərəkətin qeydə alındığı videogörüntü tədqiq edildikdə də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən sonuncunun cibindən çıxarılmış «Redmi» və «Nokia» markalı telefonların işlək vəziyyətdə olmaması və kənar təsirlərə məruz qalma nəticəsində üzərlərində aşkar görünən defektin olması barədə hər hansı bir nüans qeyd edilmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş müvafiq telefonların üzərində olan telefon nömrələrindən ötürülmüş məlumatlara (daxil olan və çıxan zəng və SMS mətnlərlə bağlı) nəzər saldıqda isə müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş hər 2 (iki) telefondan sonuncu istifadə edə - zəng edə və daxil olan zəngləri qəbul edə, habelə SMS yazışmalarını həyata keçirə bilmişdir. Bu isə onu deməyə əsas verir ki, həmin «Redmi» və «Nokia» markalı telefonlar Təqsirləndirilən şəxs saxlananadək tamamilə işlək vəziyyətdə olmuşlar. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli əlyazma qəbzdən görünür ki, Təqsirləndirilən şəxs arvadı X18 «Redmi» və «Nokia» markalı mobil telefonları müstəntiqdən təhvil götürmüşdür. (iş vərəqə: cild 01, səh. 198) Lakin yuxarıda qeyd edilən protokollardan göründüyü kimi iş materialları ilə görünməyən səbəblərdən müstəntiq tərəfindən şəxsin saxlanmasından 1 (bir) ay belə keçməmiş iş üzrə əhəmiyyət kəsb edən (ittihamın mahiyyətindən irəli gələn) əşyaların yararsız vəziyyətdə olması səbəbindən tədqiq edilməsinin mümkün olmadığı qeyd edilmiş, habelə həmin əşyaların məhkəmə baxışında tədqiq olunması imkanı da saxlanılmadan, təqsirləndirilən şəxsin yaxın qohumuna qəbzə imza etdirilməklə təhvil verilmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərdən sonra Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə əhatə olunan – qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitələrin əldə edib, saxlama və daşıma cinayətinin törədilməsi ilə əlaqədar qeyd edir ki, verilmiş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən «Əli» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün üzərinə düşən öhdəliyə əsasən, «Əli» adlı şəxsin «Whatsapp» proqram tətbiqi vasitəsilə telefon danışığı zamanı sonuncunun ona bildirdiyi istintaqa məlum olmayan tarixdə və ünvandan narkotik vasitələri əldə edib, saxlamış və daşımaqda ittiham edilmişdir. Məhkəmə ilk növbədə qeyd edilmiş ittihamın bilavasitə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edildiyi qeyd edilən narkotik vasitələrlə bağlı olmasını, hazırki məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs həmin ittihamla bağlı hissədə toplanmış sübutlarla təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilmədiyini qeyd edir. Bu isə özlüyündə Təqsirləndirilən şəxs həmin cinayəti (satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib, saxlama və daşıması) törətməsinin sübuta yetirilmədiyi təqdirdə, həmin cinayəti təkbaşına deyil, digər bir şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini, yəni cinayətin müvafiq tövsifedici əlamətlə törədilmiş olmasını cinayət qanunvericiliyin tələbləri baxımından mümkünsüz edir. Başqa sözlə desək, şəxs özü cinayətin törədilməsində təqsirli hesab edilmirsə, onun bu cinayəti başqa bir şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinə israr edilməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-cü maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Məhkəmə qeyd edilənlərin verilmiş ittiham çərçivəsində şəxsin təqsirsiz hesab edilməsi üçün kifayət etməsini vurğulamaqla yanaşı, hesab edir ki, istintaq orqanının qeyd edilən hissədə də yol verdiyi cinayət prosessual qanunvericiliyin tələbləri baxımından aradan qaldırıla bilməyən ziddiyyətlərin, habelə prosessual natamamlıqların vurğulanması zəruridir. Belə ki, ittihamdan da göründüyü kimi Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətdiyi qeyri bir şəxslə əlaqə saxlamasının üsulu olaraq mobil telefon üzərindən istifadə edilən «Whatsapp» proqram tətbiqi vasitəsindən istifadə edildiyi qeyd edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, yuxarıda ətraflı şəkildə təsvir edilmiş hallardan göründüyü kimi Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon aparatları ibtidai istintaq müddətində ümumiyyətlə tədqiq edilməmiş, müstəntiq tərtib etdiyi protokollarda bunu telefonların işlək vəziyyətdə olmaması ilə əlaqələndirmişdir. Həmçinin iş üzrə tərtib edilmiş istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollara, habelə qeydə alınmış videogörüntülərə nəzər salındıqda görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi «etirafedici» ifadələrdə belə Əli adlı şəxsin onunla ilk olaraq «İnstagram» sosial şəbəkəsi vasitəsilə əlaqə saxladığı qeyd edilmişdir. Belə olan təqdirdə istintaq orqanının Təqsirləndirilən şəxsla Əli adlı şəxs arasında «Whatsapp» proqram tətbiqi vasitəsi ilə əlaqə yaradılmış olmasına dair gəldiyi qənaət də anlaşılan deyildir. Digər tərəfdən xx.xx.2022-ci il tarixli «Əməliyyat tapşırığı»ndan görünür ki, qısa müddət ərzində Təqsirləndirilən şəxs Bakı şəhərində anten darəsinin müəyyən edilməsi, onun haradan və kimdən narkotik vasitə olan heroin əldə etməsi, narkotik vasitəni harada və kimlərlə istifadə etməsi, kimlərə satması, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş külli miqdarda heroini almış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Əli» adlı şəxsin əməliyyat yolu ilə müəyyən edilməli və görülmüş işlərin nəticəsi barədə Sabunçu RPİ-nin İŞ-yə yazılı məlumat verilməsi tapşırılmışdır (iş vərəqə: cild 01, səh. 92-93). İş materiallarında olan Sabunçu RPİ-nin 14-cü PB-nin rəisinin 7046-1222 nömrəli, xx.xx.2022-ci il tarixli yuxarıda qeyd edilən əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini satmış şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olan «Əli» adlı şəxsi müəyyən edib istintaqa təqdim etmək mümkün olmadığı barədə məlumat verilmişdir. (iş vərəqə: cild 01, səh. 130) Qeyd olunanlarla yanaşı məhkəmə ibtidai istintaq zamanı müvafiq məhkəmə qərarı ilə əldə olunmuş və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrələri üzrə ötürülmüş zəng və SMS mətnlərini də tədqiq edərək qeyd edir ki, həmin sübutların əhatə etdiyi məlumatların daxilində Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən «Əli» adlı şəxslə əlaqə yaratmış olmasına dəlalət edə biləcək hər hansı informasiya yoxdur. Məhkəmə həmçinin «Diskə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokolda qeyd edilən Təqsirləndirilən şəxs istifadəsidə olan ***-***-**-** və 070-570-05- 56 saylı "xxxx" nömrəsindən çıxan və həmin nömrəyə daxil olan istintaq əhəmiyyətli mətnlərlə bağlı onu qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin protokola əlavə edilmiş mətnləri məhkəmə tədqiq və təhlil edərək qeyd edir ki, mətnlərin məzmununda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbləri baxımından hazırki iş üzrə Təqsirləndirilən şəxs verilmiş ittihamla, yəni xx.xx.2022-ci il tarixdə üzərinə şəxsi axtarış və götürmə, habelə yaşadığı evə baxış və götürmə aparılması zamanı aşkar edilmiş narkotik vasitələrlə (həmin sübutların mötəbərliyinə artıq yuxarıda qiymət verilmişdir) bağlı olmasına dair hər hansı bir informasiyaya rast gəlinməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, həmin mətnlərin hazırki ittiham üzrə ittihamın təsdiq və ya inkar edilməsi üçün sübut olaraq istifadə edilməsi cinayət prosessual qanunvericiliyinin tələbləri ilə uzlaşmır. Belə ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar isə onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 11-ci maddəsində, «İnsan hüquqlarının və X10 haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, «İnsan hüquqlarının və X10 haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs bu cür qanunsuz əldə olunmuş sübutlar əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsi nə cinayət mühakimə icraatının prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalarına, o cümlədən CPM-nin 125, 143-146-cı maddələrinə, nə də ki, (nəticə etibarı ilə) İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə uyğun deyil. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 125.2.1-ci maddəsinə əsasən İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Bütün yuxarıda qeyd edilən halları məcmu halda təhlil edib, bir-biri ilə qarşılıqlı şəkildə müqayisə edib və hasil olunan nəticəni nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri qanunsuz şəkildə keçirilmiş, nəticədə isə ittiham tərəfinin əldə etdiyi sübutlar qanunsuz şəkildə əldə edilmiş, qanunsuz şəkildə əldə edilmiş sübutlar isə mötəbər sübut hesab olunmadığından həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham üzrə məhkum edilməsi həm daxili qanunvericiliyə, həm də Avropa Məhkəməsinin presedent hüququnda bərqərar olmuş hüquqi mövqeyinə zidd olmaqla yanaşı, həmçinin qanunsuz və ədalətsizdir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinə aidiyyətinin olduğunu müəyyən edilməsi və onun həmin maddələr üzrə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi ciddi şəkildə şübhə doğurur və cinayət işi üzrə aparılmış istintaq hərəkətlərinin prosessual qanun pozuntuları ilə həyata keçirilməsi həmin şübhələrin mövcudluğunu tam şəkildə təsdiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli, ətraflı və obyektiv qiymət verərək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, eləcə də təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.3-cü maddəsinə əsasən, bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri üzrə təqsiri sübuta yetirilmədiyindən barəsində təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinin mənası baxımından məhkəmə məsrəfləri məhkəmə tərəfindən yalnız məhkumun üzərinə qoyula bildiyindən, hazırkı iş üzrə isə Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraət verildiyindən, o, cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 81 manat məhkəmə məsrəflərindən tam şəkildə azad edilməli və həmin məbləğ Dövlət Büdcəsi vəsaiti hesabından ödənilməlidir (CPM-198.2.). Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış və qalıq çəkisi 16,327 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 300,244 qram təşkil edən narkotik vasitə heroin və qalıq sayı 19 ədəd təşkil edən metadon həbinin qanunla dövriyyəsi qadağan edildiyindən, o cümlədən 2 (iki) ədəd elektron tərəzi həmin narkotik vasitələrin dövriyyəsi ilə bağlı olduğundan və həmin narkotik vasitələrin və elektron tərəzilərin mövcudluğu mübahisə doğurmadığından, onların qanunsuz olaraq əldə olunması, saxlanılması, satışı və bu qəbildən olan sair hərəkətlər cinayət təqibi üçün əsas götürülə bildiyindən, hazırkı iş üzrə narkotik vasitənin və elektron tərəzinin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna göndərilməli və Sabunçu rayon Polis İdarəsində saxlanılmaqla maddi sübut kimi tanınmış və qalıq çəkisi 16,327 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 300,244 qram təşkil edən narkotik vasitə heroin və qalıq sayı 19 ədəd təşkil edən metadon həbi və eləcə də 2 (iki) ədəd elektron tərəzi həmin iş materiallarına əlavə edilməlidir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsiri sübuta yetirilmədiyindən o, təqsirsiz hesab edilsin, ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə məhkəmə məsrəfi olan 81 manat məbləğində pul dövlət büdcəsi hesabına aid edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış narkotik vasitələr ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna göndərilsin və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılmaqla maddi sübut kimi tanınmış və qalıq çəkisi 16,327 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 300,244 qram təşkil edən narkotik vasitə heroin, qalıq sayı 19 ədəd təşkil edən metadon həbi və 2 (iki) ədəd elektron tərəzi həmin iş materiallarına əlavə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər: Əli Məmmədov Telman Hüseynov