Məhkəmə qərarları › İş №1(101)-302/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-302/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-302/2025 25.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X22-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2, X7 dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokurorları Dövlət ittihamçısı, X8 müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə Təqsirləndirilən şəxs, xx xxxxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Suraxanı rayonu X18 sədri vəzifəsində işləmiş, hazırda işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında faktiki yaşamış, hazırkı iş üzrə barəsində həbs qətimkan tədbiri seçilib Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 311.3.2, 311.3.3, 312-1.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Quliyev X17 rayonu X18 16 yanvar 2020-ci il tarixli 1 nömrəli iclas protokoluna əsasən, bələdiyyə sədri vəzifəsinə seçilməklə 19 fevral 2024-cü il tarixədək həmin vəzifədə işləyərkən, bələdiyyə üzvlərinin qərarı ilə təsdiq edilmiş “Suraxanı rayonu, X18 Nizamnaməsi” və “Bələdiyyələrin statusu haqqında” 2 iyul 1999-cu il tarixli, 698-İQ nömrəli və “Bələdiyyə qulluğu haqqında” 30 noyabr 1999-cu il tarixli, 765-İQ nömrəli Azərbaycan Respublikasının Qanunlarına əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyənin qərarlarının imzalanması, bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik edilməsi, bələdiyyə qulluğu ilə bağlı təşkilati rəhbərliyin həyata keçirilməsi, bu Qanunların yerinə yetirilməsi üzərində nəzarət edilməsi, bələdiyyə qulluqçularının yerdəyişməsinə dair təkliflərin verilməsi, bələdiyyə tərəfindən qəbul edilmiş qərarların icra edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni Şahid10 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Yuxarı Mədən küçəsi, "xxxx" ASC-nin anbarına gedən yolun sağ tərəfində yerləşən (coğrafi koordinatları: 417806; 4475706) faktiki 0,08 hektar torpaq sahəsinə bələdiyyə ilə alqı-satqıya dair sənədinin verilməsi və tikinti işlərinin aparılmasına dair köməklik göstərilməsi üçün 2020-ci ilin oktyabr ayında ünvan 3 ünvanında yerləşən X18 inzibati binasında görüşləri zamanı özünə müraciəti ilə əlaqədar bölgü üzrə bələdiyyənin ərazi hüdudları daxilində olan qeyd olunan torpaq sahəsinə bələdiyyə ilə alqı- satqıya dair sənədin verilməsi və tikinti işlərinin aparılmasına görə Şahid10 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan külli miqdar təşkil edən 10.500 (on min beş yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, sonuncunun razılığını aldıqdan sonra, həmin niyyətlə ilkin olaraq 2020-ci ilin oktyabr ayının ortalarında həmin ünvanda yerləşən X18 inzibati binasında 7.000 (yeddi min) manat, eyni niyyətlə 2021-ci ilin may-iyun aylarında 500 (beş yüz) manat, eyni niyyətlə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Titanik” adlı restoranda 3.000 (üç min) manat olmaqla maddi nemət olan külli miqdar təşkil edən cəmi 10.500 (on min beş yüz) manat məbləğində pul vəsaitini Şahid10 edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə rüşvət qismində almış, rüşvət qismində edəcəyi hərəkətin icrası ilə əlaqədar 2020ci ilin oktyabr ayında ünvan 3 ünvanında yerləşən X18 inzibati binasında guya torpaq sahəsinin Şahid10 qohumu, cinayətdən xəbərsiz Şahid11 istifadəsinə verilməsinə dair 49 saylı Bakı şəhəri X18 qərarından çıxarış, eləcə də, kassa mədaxil orderinin qəbzi, torpaq alqı-satqısına dair akt və torpaq sahəsinin sxeminə bilə-bilə yalan məlumatlar daxil etməklə tərtib edib şırnaqlı çap qurğusu (printer) vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxarmaqla həmin sənədlərdə, qeyd edilən dövrdə bələdiyyə sədri işləmiş, mərhum X13, eləcə də, torpaq sahəsinin sxemində həmin dövrdə memar işləmiş mərhum X25 imzası görüntüsü yaratmaq üçün bələdiyyə sədri Z.N.Cəfərovun və memar M.M.Babayevin adının qarşısında diyircəkli qələmlə qəsdən oxşatmaqla imzaladıqdan sonra üzərində saxladığı X18 möhürü ilə təsdiq edib, vəzifə saxtakarlığı yolu ilə hazırladığı qeyd edilən rəsmi sənədi Şahid10 təqdim edərək, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmiş, cinayətkar niyyətini davam etdirərək, eyni niyyətlə, 2023 cü ilin yay aylarında qeyd olunan torpaq sahəsinə bələdiyyə ilə alqı-satqıya dair sənədinin verilməsi və tikinti işlərinin aparılmasına dair köməklik göstərilməsi üçün həmin tarixdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi 24 ünvanında yerləşən X18 inzibati binasında Şahid10 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan külli miqdar təşkil edən 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə rüşvət qismində istəmişdir. Bundan başqa, o, həmin vəzifədə işləməklə, qeyd olunan səlahiyyətləri yerinə yetirərkən Şahid9 məxsus olmaqla Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,04 hektar torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsinə köməklik göstərilməsi üçün sonuncunun 2022-ci ilin iyun ayında ünvan 3 ünvanında yerləşən X18 inzibati binasında özünə müraciəti ilə əlaqədar Şahid9 Suraxanı rayon İcra Hakimiyyətinə yönəltməli olduğu halda, Bələdiyyə sədri olmaqla İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə münasibətlərinin olmasını, güman edilən təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək həmin vəzifəli şəxslər tərəfindən, Şahid9 məxsus torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin həyata keçirilməsinə razılıq verilməsi barədə qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib qeyd edilən məsələnin müsbət həlli ilə bağlı özü üçün şəxsən birbaşa yolla 6.000 (altı min) manat məbləğində maddi nemət olan pul vəsaitini istəyib, sonuncunun 5000 (beş min) manat məbləğində pul vəsaitini verə biləcəyinə dair razılığını aldıqdan sonra Suraxanı rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qərarlarına qanunsuz təsir etmək məqsədilə 2022-ci ilin iyul ayında qeyd edilən ünvanda yerləşən X18 inzibati binasında Şahid9 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini alıb öz güman edilən təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək nüfuz alveri etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləməklə, qeyd olunan səlahiyyətləri yerinə yetirərkən Şahid3 məxsus olmaqla ünvan 10 ünvanında (coğrafi koordinatları: 417982; 4476230) yerləşən 0,086 hektar torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində olan yaşayış evinin sənədləşməsinə köməklik göstərilməsi üçün sonuncunun 2022-ci ilin dekabr ayında ünvan 3 ünvanında yerləşən X18 inzibati binasında özünə müraciəti ilə əlaqədar Şahid3 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə yönəltməli olduğu halda, Bələdiyyə sədri olmaqla qeyd olunan publik hüquqi şəxsin vəzifəli şəxsləri ilə münasibətlərinin olmasını, güman edilən təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək həmin vəzifəli şəxslər tərəfindən, Şahid3 məxsus torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasına dair çıxarışın verilməsinin təmin edilməsi barədə qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib qeyd edilən məsələnin müsbət həlli ilə bağlı özü üçün şəxsən birbaşa yolla 15.000 (on beş min) manat məbləğində maddi nemət olan pul vəsaitini təkrarən istəyib, sonuncunun razılığını aldıqdan sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin vəzifəli şəxslərinin qərarlarına qanunsuz təsir etmək məqsədilə 2022-ci ilin dekabr ayında qeyd edilən ünvanda yerləşən X18 inzibati binasında Şahid3 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitini təkrarən alıb öz güman edilən təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək təkrarən nüfuz alveri etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni Şahid3 X18 bölgü üzrə ərazi hüdudları daxilində olan ünvan 12 ünvanında yerləşən ünvan 13ları: 417982; 4476230) 0,014 ha torpaq sahəsinin bələdiyyə ilə alqı-satqı edilməklə sonuncunun mülkiyyətinə verilməsinə dair köməklik göstərilməsi üçün 2023-cü ilin yanvar ayında ünvan 3 ünvanında yerləşən X18 inzibati binasında görüşləri zamanı özünə müraciəti ilə əlaqədar Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli N° 160-İİQ nömrəli Qanununun 6.2, 6.6, 9.1 və 20.1-ci maddələrinin, bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə torpaq sahəsini almaq istəyən şəxsin rəsmi müraciəti əsasında bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilməli olduğu halda həmin tələblərə əməl etməyərək bölgü üzrə bələdiyyənin ərazi hüdudları daxilində olan qeyd olunan torpaq sahəsinin alqı-satqı yolu ilə Şahid3 mülkiyyətinə verilməsinə görə sonuncudan özü üçün birbaşa yolla şəxsən maddi nemət olan külli miqdar təşkil edən 40.000 (qırx min) manat məbləğində pul vəsaitini edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə təkrarən rüşvət qismində istəyib, həmin niyyətlə 2023-cü ilin yanvar ayında X18 inzibati binasında yerləşən xidməti otağında Şahid3 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan külli miqdar təşkil edən 40.000 (qırx min) manat məbləğində pul vəsaitini edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə təkrarən rüşvət qismində almışdır. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləməklə, qeyd olunan səlahiyyətləri yerinə yetirərkən Şahid5 məxsus olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Südçülük adlanan ərazidə yerləşən kənd təsərrüfat təyinatlı 0,025 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsinə köməklik göstərilməsi üçün sonuncunun 2023-cü ilin may ayında ünvan 3 ünvanında yerləşən X18 inzibati binasında özünə müraciəti ilə əlaqədar Şahid5 Suraxanı rayon İcra Hakimiyyətinə yönəltməli olduğu halda, Bələdiyyə sədri olmaqla qeyd olunan İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə münasibətlərinin olmasını, güman edilən təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək həmin vəzifəli şəxslər tərəfindən, Şahid5 məxsus torpaq sahəsi üzərində yaşayış evinin tikintisinə icazə verilməsi barədə qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib qeyd edilən məsələnin müsbət həlli ilə bağlı özü üçün şəxsən birbaşa yolla 7.000 (yeddi min) manat məbləğində maddi nemət olan pul vəsaitini təkrarən istəyib, sonuncunun 6.000 (altı min) manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını aldıqdan sonra Suraxanı rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qərarlarına qanunsuz təsir etmək məqsədilə xx.xx.2023-cü il tarixdə sonuncunun qardaşı cinayətdən xəbərsiz X11 vasitəsilə özü üçün şəxsən birbaşa yolla 6.000 (altı min) manat məbləğində maddi nemət olan pul vəsaitini Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Titanik” adlı restoranda təkrarən almış, daha sonra, cinayətkar niyyətini davam etdirərək eyni niyyətlə, 2023-cü ilin avqust ayında fərdi yaşayış evinin tikintisinə icazə verilməsinə köməklik göstərilməsi üçün əlavə olaraq özü üçün şəxsən birbaşa yolla 1.500 (bir min beş yüz) manat məbləğində maddi nemət olan pul vəsaitini vahid niyyətlə istəyib, Şahid5 1.000 (bir min) manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını aldıqdan sonra sonuncudan özü üçün şəxsən birbaşa yolla 1.000 (bir min) manat məbləğində maddi nemət olan pul vəsaitini Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Titanik” adlı restoranda vahid niyyətlə almaqla, Şahid5 cəmi 7.000 (yeddi min) manat pul vəsaitini özü üçün birbaşa yolla şəxsən vahid niyyətlə təkrarən alıb öz güman edilən təsir imkanlarından və qulluq mövqeyindən vahid niyyətlə istifadə edərək təkrarən nüfuz alveri etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləməklə, qeyd olunan səlahiyyətləri yerinə yetirərkən Şahid16 məxsus olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində Mərkəzi küçədə, V döngədə yerləşən (coğrafi koordinatları: 416437; 4477856) 0,02 hektar torpaq sahəsinə və sonuncunun qonşusu X26 məxsus 0,04 hektar torpaq sahəsinə çıxarışın verilməsinə köməklik göstərilməsi üçün 2023-cü ilin avqust ayında ünvan 3 ünvanında yerləşən X18 inzibati binasında Şahid16 özünə müraciəti ilə əlaqədar sonuncunu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə yönəltməli olduğu halda, Bələdiyyə sədri olmaqla qeyd olunan publik hüquqi şəxsin vəzifəli şəxsləri ilə münasibətlərinin olmasını, güman edilən təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək həmin vəzifəli şəxslər tərəfindən, Şahid16 və Ravil Məmmədova məxsus torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına dair çıxarışın verilməsinin təmin edilməsi barədə qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib qeyd edilən məsələnin müsbət həlli ilə bağlı özü üçün şəxsən birbaşa yolla 12.000 (on iki min beş yüz) manat məbləğində maddi nemət olan pul vəsaitini təkrarən istəyib, sonuncunun 12.000 (on iki min beş yüz) manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını aldıqdan sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin vəzifəli şəxslərinin qərarlarına qanunsuz təsir etmək məqsədilə 2023-cü ilin avqust ayında qeyd edilən ünvanda yerləşən X18 inzibati binasında Şahid16 özü üçün birbaşa yolla şəxsən 10.500 (on min beş yüz) manat məbləğində maddi nemət olan pul vəsaitini təkrarən alıb öz güman edilən təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək təkrarən nüfuz alveri etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləməklə, qeyd olunan səlahiyyətləri yerinə yetirərkən Şahid13 məxsus olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsinə gedən yolun sol tərəfində yerləşən (coğrafi koordinatları: 416305; 4478504) 0,06 hektar torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına dair çıxarışın verilməsinə köməklik göstərilməsi üçün 2023-cü ilin sentyabr ayında ünvan 3 ünvanında yerləşən X18 inzibati binasında sonuncunun özünə müraciəti ilə əlaqədar Şahid13 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə yönəltməli olduğu halda, Bələdiyyə sədri olmaqla qeyd olunan publik hüquqi şəxsin vəzifəli şəxsləri ilə münasibətlərinin olmasını, güman edilən təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək həmin vəzifəli şəxslər tərəfindən, Şahid13 məxsus torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına dair çıxarışın verilməsinin təmin edilməsi barədə qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib qeyd edilən məsələnin müsbət həlli ilə bağlı özü üçün şəxsən birbaşa yolla 30.000 (otuz min) manat məbləğində maddi nemət olan pul vəsaitini təkrarən istəyib, həmin pul vəsaitinin 20.000 manatını ilkin olaraq ödənilməsi, qalan 10.000 manatının isə sənədləşmə yekunlaşdıqdan sonra verilməsi barədə razılığını aldıqdan sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin vəzifəli şəxslərinin qərarlarına qanunsuz təsir etmək məqsədilə 2023-cü ilin sentyabr ayında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsində Şahid13 özü üçün birbaşa yolla şəxsən 20.000 (iyirmi min) manat məbləğində maddi nemət olan pul vəsaitini təkrarən alıb öz güman edilən təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək təkrarən nüfuz alveri etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləməklə, qeyd olunan səlahiyyətləri yerinə yetirərkən Şahid9 məxsus olmaqla Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,04 hektar torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsinə köməklik göstərilməsi üçün sonuncunun 2023-cü ilin oktyabr ayında ünvan 17 ünvanında yerləşən X18 inzibati binasında özünə müraciəti ilə əlaqədar Şahid9 Suraxanı rayon İcra Hakimiyyətinə yönəltməli olduğu halda, Bələdiyyə sədri olmaqla qeyd olunan İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə münasibətlərinin olmasını, güman edilən təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək həmin vəzifəli şəxslər tərəfindən, Şahid9 məxsus torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib qeyd edilən məsələnin müsbət həlli ilə bağlı özü üçün şəxsən birbaşa yolla 10.000 (on min) manat məbləğində maddi nemət olan pul vəsaitini təkrarən istəyib, sonuncunun razılığını aldıqdan sonra Suraxanı rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qərarlarına qanunsuz təsir etmək məqsədilə xx.xx.2023-cü il tarixdə həmin ünvanda yerləşən X18 inzibati binasında Şahid9 özü üçün birbaşa yolla şəxsən 10.000 (on min) manat məbləğində maddi nemət olan pul vəsaitini təkrarən alıb öz güman edilən təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək təkrarən nüfuz alveri etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləməklə, qeyd olunan səlahiyyətləri yerinə yetirərkən X19 məxsus olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində keçmiş Dəmiryol stansiyasının yaxınlığında, Göl küçəsində yerləşən (coğrafi koordinatları: 418224; 4475251) 0,19 hektar torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə və fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasına dair çıxarışın verilməsinə köməklik göstərilməsi üçün sonuncunun 2023-cü ilin oktyabr ayında ünvan 3 ünvanında yerləşən X18 inzibati binasında özünə müraciəti ilə əlaqədar Seymur Mehdiyevi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və Suraxanı rayon İcra hakimiyyətinə yönəltməli olduğu halda, Bələdiyyə sədri olmaqla qeyd olunan İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin vəzifəli şəxsləri ilə münasibətlərinin olmasını, güman edilən təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək həmin vəzifəli şəxslər tərəfindən, Seymur Mehdiyevə məxsus torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisinə icazə və fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasına dair çıxarışın verilməsi barədə qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib qeyd edilən məsələnin müsbət həlli ilə bağlı özü üçün şəxsən birbaşa yolla 14.000 (on dörd min) manat məbləğində maddi nemət olan pul vəsaitini təkrarən istəyib, sonuncunun razılığını aldıqdan sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin və Suraxanı rayon İcra hakimiyyətinin vəzifəli şəxslərinin qərarlarına qanunsuz təsir etmək məqsədilə 2023-cü ilin oktyabr ayında həmin ünvanda yerləşən X18 inzibati binasında Seymur Mehdiyevdən özü üçün birbaşa yolla şəxsən 14.000 (on dörd min) manat məbləğində maddi nemət olan pul vəsaitini təkrarən alıb öz güman edilən təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək təkrarən nüfuz alveri etmişdir. Bundan başqa, o, təkrarən,həmin vəzifədə işləməklə, qeyd olunan səlahiyyətləri yerinə yetirərkən Şahid8 məxsus olmaqla sonuncunun qohumu X9 adına rəsmləşdirilmiş Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,04 hektar torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsinə köməklik göstərilməsi üçün 2023-cü ilin noyabr ayında Şahid8 qohumu Şahid7 ünvan 3 ünvanında yerləşən X18 inzibati binasında özünə müraciəti ilə əlaqədar X28 rayon İcra Hakimiyyətinə yönəltməli olduğu halda, Bələdiyyə sədri olmaqla qeyd olunan İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə münasibətlərinin olmasını, güman edilən təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək həmin vəzifəli şəxslər tərəfindən, Şahid8 məxsus torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib qeyd edilən məsələnin müsbət həlli ilə bağlı özü üçün şəxsən birbaşa yolla 8.000 (səkkiz min) manat məbləğində maddi nemət olan pul vəsaitini təkrarən istəyib, Nemət Mahmudoviçin 7.500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını aldıqdan sonra Suraxanı rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qərarlarına qanunsuz təsir etmək məqsədilə 2023-cü ilin noyabr ayında həmin ünvanda yerləşən X18 inzibati binasında sonuncudan özü üçün birbaşa yolla şəxsən 7.500 (yeddi min beş yüz) manat məbləğində maddi nemət olan pul vəsaitini təkrarən alıb öz güman edilən təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək təkrarən nüfuz alveri etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləməklə, qeyd olunan səlahiyyətləri yerinə yetirərkən X6 məxsus olmaqla Bakı şəhəri, ünvan 20 ünvanının yanında yerləşən (coğrafi koordinatları: 418780; 4476197) 0,04 hektar torpaq sahəsinə çıxarışın verilməsinə köməklik göstərilməsi üçün 2023-cü ilin noyabr ayında ünvan 3 ünvanında yerləşən X18 inzibati binasında Nübar Abdullayevanın özünə müraciəti ilə əlaqədar sonuncunu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə yönəltməli olduğu halda, Bələdiyyə sədri olmaqla qeyd olunan publik hüquqi şəxsin vəzifəli şəxsləri ilə münasibətlərinin olmasını, güman edilən təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək həmin vəzifəli şəxslər tərəfindən, Nübar Abdullayevaya məxsus torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına dair çıxarışın verilməsinin təmin edilməsi barədə qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib qeyd edilən məsələnin müsbət həlli ilə bağlı özü üçün şəxsən birbaşa yolla 2.500 (iki min beş yüz) manat məbləğində maddi nemət olan pul vəsaitini təkrarən istəyib, sonuncunun razılığını aldıqdan sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin vəzifəli şəxslərinin qərarlarına qanunsuz təsir etmək məqsədilə 2023-cü ilin noyabr ayında sonuncunun yaşadığı Bakı şəhəri, ünvan 22 ünvanında Nübar Abdullayevadan özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini təkrarən alıb öz güman edilən təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək təkrarən nüfuz alveri etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətləri yerinə yetirərkən Şahid2 məxsus olmaqla Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,02 hektar torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsinə köməklik göstərilməsi üçün sonuncunun 2023-cü ilin dekabr ayında ünvan 3 ünvanında yerləşən X18 inzibati binasında özünə müraciəti ilə əlaqədar Şahid2 Suraxanı rayon İcra Hakimiyyətinə yönəltməli olduğu halda, Bələdiyyə sədri olmaqla qeyd olunan İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə münasibətlərinin olmasını, güman edilən təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək həmin vəzifəli şəxslər tərəfindən, Şahid2 məxsus torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib qeyd edilən məsələnin müsbət həlli ilə bağlı özü üçün şəxsən birbaşa yolla 7.000 (yeddi min) manat məbləğində maddi nemət olan pul vəsaitini təkrarən istəyib, sonuncunun 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını aldıqdan sonra Suraxanı rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qərarlarına qanunsuz təsir etmək məqsədilə 2023-cü ilin dekabr ayında həmin ünvanda yerləşən X18 inzibati binasında Şahid2 özü üçün birbaşa yolla şəxsən 5.500 (beş min beş yüz) manat məbləğində maddi nemət olan pul vəsaitini təkrarən alıb öz güman edilən təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək təkrarən nüfuz alveri etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni X18 bölgü üzrə ərazi hüdudları daxilində olan Şahid10 istifadəsində olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Yuxarı Mədən küçəsi, "xxxx" ASC-nin anbarına gedən yolun sağ tərəfində yerləşən (coğrafi koordinatları: 417806; 4475706) faktiki 0,08 hektar torpaq sahəsinin alqı-satqı yolu ilə Şahid1 mülkiyyətinə verilməsinə görə sənədləşmənin həyata keçirilməsi üçün köməklik göstərilməsinə dair 2023-cü ilin noyabr ayında sonuncunun müraciəti ilə əlaqədar görüşləri zamanı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli N° 160-İİQ nömrəli Qanununun 6.2, 6.6, 9.1 və 20.1 -ci maddələrinin, bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə torpaq sahəsini almaq istəyən şəxsin rəsmi müraciəti əsasında bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilməli olduğu halda həmin tələblərə əməl etməyərək bölgü üzrə bələdiyyənin ərazi hüdudları daxilində olan qeyd olunan torpaq sahəsinin alqı-satqı yolu ilə Şahid1 mülkiyyətinə verilməsinə görə 2023-cü ilin noyabr ayında Suraxanı rayonu ərazisində həmin torpaq sahəsinin yaxınlığında sonuncudan özü üçün birbaşa yolla şəxsən maddi nemət olan külli miqdar təşkil edən 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəyib, Şahid1 23.000 (iyirmi üç min) manat məbləğində pul vəsaitinin hissə- hissə ödənilməsi barədə razılığa gələrək, həmin pul vəsaitindən ilkin olaraq 2023-cü ilin noyabr ayında torpaq sahəsinin yaxınlığında 3.000 (üç min) manat, eyni niyyətlə, 2023-cü ilin dekabr ayında iki dəfəyə 10.000 (on min) manat və 10.000 (on min) manat olmaqla ümumilikdə maddi nemət olan külli miqdar təşkil edən 23.000 (iyirmi üç min) manat məbləğində pul vəsaitini sonuncudan həmin torpaq sahəsinin yaxınlığında özü üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində alıb şəxsi ehtiyaclarına sərf edərək, rüşvət qismində edəcəyi qanunsuz hərəkətin icrası ilə əlaqədar, 2023-cü ilin dekabr ayında ünvan 3 ünvanında yerləşən X18 inzibati binasında guya xx.xx.2003-cü il tarixə qeyd edilən torpaq sahəsinin Şahid1 anası, cinayətdən xəbərsiz X14 istifadəsinə verilməsinə dair Bakı şəhəri X18 Sərəncamını bilə-bilə yalan məlumatlar daxil etməklə tərtib edib şırnaqlı çap qurğusu (printer) vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxarmaqla həmin sənədlərdə, qeyd edilən dövrdə bələdiyyə sədri işləmiş, mərhum X27 imzası görüntüsü yaratmaq üçün bələdiyyə sədri “N.Qasımov” adının qarşısında diyircəkli qələmlə qəsdən oxşatmaqla imzaladıqdan sonra üzərində saxladığı X18 möhürü ilə təsdiq edib, vəzifə saxtakarlığı yolu ilə hazırladığı qeyd edilən rəsmi sənədi Şahid1 təqdim edərək vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni X18 bölgü üzrə ərazi hüdudları daxilində olan X12 istifadəsində olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Yuxarı Mədən küçəsi, "xxxx" ASC-nin anbarına gedən yolun sol tərəfində (coğrafi koordinatları: 417806; 4475706) yerləşən faktiki 0,06 hektar torpaq sahəsinin alqı-satqı yolu ilə Şahid1 mülkiyyətinə verilməsinə görə sənədləşmənin həyata keçirilməsi üçün köməklik göstərilməsinə dair 2023-cü ilin dekabr ayında sonuncunun müraciəti ilə əlaqədar özünə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Titanik” adlı restoranda görüşləri zamanı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli N° 160-İİQ nömrəli Qanununun 6.2, 6.6, 9.1 və 20.1-ci maddələrinin, bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə torpaq sahəsini almaq istəyən şəxsin rəsmi müraciəti əsasında bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilməli olduğu halda həmin tələblərə əməl etməyərək bölgü üzrə bələdiyyənin ərazi hüdudları daxilində olan qeyd olunan torpaq sahəsinin alqı-satqı yolu ilə Şahid1 mülkiyyətinə verilməsinə görə sonuncudan özü üçün birbaşa yolla şəxsən maddi nemət olan külli miqdar təşkil edən 75.000 (yetmiş beş min) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəyib, Şahid1 60.000 (altmış min) manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını aldıqdan sonra, həmin pul vəsaitindən ilkin olaraq 5.000 (beş min) manat, qalan 55.000 (əlli beş min) manatının isə sənədləşmə yekunlaşdıqdan sonra verilməsi barədə Şahid1lə razılığa gələrək, həmin niyyətlə 2023-cü ilin dekabr ayında yaşadığı ünvan 2 ünvanında sonuncudan özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində alıb, şəxsi ehtiyaclarına sərf edərək, rüşvət qismində edəcəyi qanunsuz hərəkətin icrası ilə əlaqədar, 2023-cü ilin dekabr ayında ünvan 3 ünvanında yerləşən X18 inzibati binasında guya xx.xx.2003-cü il tarixə qeyd edilən torpaq sahəsinin Şahid1 anası, cinayətdən xəbərsiz X14 istifadəsinə verilməsinə dair Bakı şəhəri X18 Sərəncamını bilə- bilə yalan məlumatlar daxil etməklə tərtib edib şırnaqlı çap qurğusu (printer) vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxarmaqla həmin sənədlərdə, qeyd edilən dövrdə bələdiyyə sədri işləmiş, mərhum X27 imzası görüntüsü yaratmaq üçün bələdiyyə sədri “N.Qasımov” adının qarşısında diyircəkli qələmlə qəsdən oxşatmaqla imzaladıqdan sonra üzərində saxladığı X18 möhürü ilə təsdiq edib, vəzifə saxtakarlığı yolu ilə hazırladığı qeyd edilən rəsmi sənədi Şahid1 təqdim edərək vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləməklə, qeyd olunan səlahiyyətləri yerinə yetirərkən Şahid14 məxsus olmaqla Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,03 hektar torpaq sahəsində tikinti işlərinin aparılması və həmin torpaq sahəsinə çıxarışın verilməsinə köməklik göstərilməsi üçün 2023-cü ilin dekabr ayında ünvan 3 ünvanında yerləşən X18 inzibati binasında Şahid14 özünə müraciəti ilə əlaqədar sonuncunu Abşeron rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə yönəltməli olduğu halda, Bələdiyyə sədri olmaqla qeyd olunan icra hakimiyyətinin və publik hüquqi şəxsin vəzifəli şəxsləri ilə münasibətlərinin olmasını, güman edilən təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək həmin vəzifəli şəxslər tərəfindən, Şahid14 məxsus torpaq sahəsində tikintinin aparılması və həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına dair çıxarışın verilməsinin təmin edilməsi barədə qərarlarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib qeyd edilən məsələlərin müsbət həlli ilə bağlı özü üçün şəxsən birbaşa yolla 6.000 (altı min) manat məbləğində maddi nemət olan pul vəsaitini təkrarən istəyib, sonuncunun razılığını aldıqdan sonra Abşeron rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin vəzifəli şəxslərinin qərarlarına qanunsuz təsir etmək məqsədilə 2023-cü ilin dekabr ayında Şahid14 yaşadığı ünvan 2 ünvanının qarşısında 2.000 (iki min) manat alınmasına, eyni niyyətlə xx.xx.2024-cü il tarixdə sonuncu tərəfindən Nərimanov rayonu, X.R.Ulutürk küçəsi, ev 79 ünvanında yerləşən “AL Market”də quraşdırılmış terminaldan cinayətdən xəbərsiz oğlu X15 məxsus 4088-*****- 6721 nömrəli LeoBank kart hesabına 4.000 (dörd min) manat pul vəsaitinin köçürülməklə, həmin pul vəsaitinin Əzizağa Quliyev tərəfindən Suraxanı rayonu ərazisində yerləşən “Ballı” marketin yanında olan “Unibank”a məxsus bankomatdan çıxarılaraq özünə təqdim edilməsinə nail olub, özü üçün birbaşa yolla şəxsən maddi nemət olan cəmi 6.000 (altı min) manat məbləğində pul vəsaitini vahid niyyətlə təkrarən alıb öz güman edilən təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək təkrarən nüfuz alveri etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, Nihad adlı şəxs torpaq satırdı, 2023-cü ilin dekabr ayında Ceyhun adlı şəxs gəlib torpağa baxmaq istəyirdi, o da Ceyhunu torpağa baxması üçün a Nihadın torpağını olan yerə aparmışdır. Ceyhun torpağa baxıb bəyəndi və 5000 manat pulu torpağın behi kimi əvvəlcədən ona verdi. Lakin ittiham da guya yazılıb ki, ondan rüşvət almışdır, əslində Ceyhun həmin pulu Nihadla razılaşıb ona vermişdir. Əvvəllər o, Ceyhun adlı şəxlə görüşməmişdir, ittihamda yazılanlar doğru deyil. İlk dəfə Hikmət Babayevlə birlikdə dekabr ayında Ceyhunla görüşmüş, ondan əvvəl Ceyhunu tanımamışdır. Onun Ceyhundan 23000 manat pul almağı ilə bağlı deyilənlər doğru deyil. Ceyhunla razılaşdıqdan sonra 5000 manat beh verdi və o da Nihadla razılaşıb açarı Ceyhuna təqdim etmişdir. O, Bələdiyyə sədri olaraq hamını məmnun etməyə çalışmışdır, İcra hakimiyyəti onlara təmir işlərini tapşırıb deyirdi ki, buraları təmir etdirsinlər, daha sonra onlar üçün şərait yaradılacaq. O da həmin xərclərini çıxaracaqdır. Buna görə də o, borc götürüb hamını məmnun etmişdir. Daha sonra icra başçısı tikinti işlərini dayandırdı, verilən sözlərinə də əməl etmədi. 2020-ci ildən bələdiyyə sədri vəzifəsində işləmişdir. Vahid Xəlilov küçəsində Nihad Heydərovdan 7000 manat saxta bələdiyyə sənədi düzəltdiyinə görə pul almışdır. Pulu bələdiyyənin binasında almışdır. 7000 manatı kəndin ehtiyacları üçün xərcləmişdir. Həmin saxta sənədi hazırlamağa risk etdiyinə görə pul almışdı. Şahid9 alınan bütün pullar qaytarılıb, ittihamda yazılan 10.000 manat da, şikayətdə qeyd olunan 5000 manat da qaytarılıb. Ev tikintisinə icazə verilməsi onun səlahiyyətində deyil, pulu alarkən düşünmüşdür ki, geri ödəyər, amma alınmadı. Şahid3 15.000 manatı evinə sənəd çıxarışı üçün almışdır, lakin həmin məsələ ilə bağlı bələdiyyənin səlahiyyəti yox idi. Çıxarış alınmadı, lakin verilən pul geri qaytarıldı. Şahid3 torpaq sahəsində market açması üçün köməklik etməyilə bağlı 40.000 manat pul almışdı, həmin məsələ ilə bağlı icazə ala bilmədi. 1500 manat pul geri qaytarılıb. Həmin pulu kəndin ehtiyaclarına xərcləmişdir, bununla bağlı rəsmi sənədlər yoxdur. Bələdiyyənin fondu borc içində idi, təxminən 100000 manat borcun böyük hissəsini vergidən yığdığı pul ilə ödəmişdir. Şahid5 ev tikməsi ilə bağlı 7000 manat pul almışdı, evi yarımçıq tikə bildi, çünki tikinti saxlanıldı. Həmin pulu qaytarmamışdır, həmin pul eyni məsələlər ilə bağlı xərclənib. Şahid16 tikinti üçün 10.500 manat pul almışdır, tikintilər dayandığına görə tikinti olmadı, pulu qaytarmamışdır. Pul olmadığına görə geri qaytarmamışdır. Vasif Əhmədovdan sənəd düzəltməyilə bağlı 20000 manat pul almışdır. Vaxtı çatmadığına görə sənəd hazır olmadı. Şahid9 alınan bütün pullar qatarılıb. Seymur Mehdiyevdən tikinti işi ilə bağlı 14.000 manat pul almışdı, tikinti saxlanıldığına görə ev tikilmədi. Şahid8 alınmış pul da ev tikintisi ilə bağlı idi, lakin ev tikintisi ilə bağlı icazə ala bilməmişdi. Şahid12 torpaq zəbt etdiyinə görə 2500 manat pul almışdı, həmin ərazi sökülməmişdi. Şahid2 5.500 manat pul almışdı, 3.000 manatı geri qaytarılıb, pul almağının səbəbi fərdi yaşayış evinə tikintisinə icazə almağa kömək etməsi ilə bağlı idi. Lakin icazə ala bilmədi. Əmircan qəsəbəsi, Quliyev küçəsi, ev 63 ünvanının Zöhrab Əliyevanın istifadəsinə verilməsi ilə bağlı sənəd verilməyib, Nihadın torpağına görə beh alınıb. Şahid14 tikinti ilə bağlı köməklik etməyi üçün 6000 manat pul almışdır, tikinti işi ilə bağlı məsələ alınmayıb, köməklik edə bilməmişdir. Torpaq satmaq səlahiyyəti olmayıb. Suraxanı ərazisində hər hansı torpaq satmaq səlahiyyəti olmayıb, bələdiyyələrin 2007-ci ilə qədər hərrac yolu ilə satmaq səlahiyyətləri var idi, lakin daha sonra həmin məsələ Bakı şəhərində dayandırılıb. Ev alqı-satqısı ilə bağlı hüquq müəyyənedici sənəd təqdim etmək imkanı yox idi, heç kimə belə sənəd təqdim etməmişdir. Torpaqların çıxarışı (kupça) yox idi. O, evin tikintisinə köməklik etməyi üçün həmin şəxslərdən pul alırdı, torpaqlar bələdiyyənin deyildi. Sənədsiz torpaqda ev tikmək istəyirdilər, bununla bağlı onlara köməklik etməli idi. Bundan əlavə, Şahid9 10 min manat pulu geri qaytarılıb. Şahid9 ona zəng edərək, iki nəfər təqdim etdi və iki min manat onlara verməyini bildirdi, o da iki min manatı həmin şəxslərin bank kartına pul köçürdü. Sonra Şahid9lə özü görüşüb, iki min manat pulu ona verdi. Sonra kiçik oğlu Şahid9lə onun evinin yaxınlığında görüşüb, ona dörd min manat pul verib. Qalan iki min manat pulu isə işçisi Elşən Atakişiyev vasitəsi ilə göndərdi, Elşən Bələdiyyənin qabağında həmin pulu Şahid9 verib. Şahid9 ondan pulu aldıqdan sonra başqa adamlara verdi, lakin həmin adamlar həbs olundular. Şahid10 dedi ki, torpaq sahəsini istəmir, gedib, ondan şikayət edəcək, o da Nihata sənəd verdiyinə görə ehtiyat etdi və ona bildirdi ki, torpaq sahəsini ya satar, ya da özü alar.. Həmin vaxt Şahid1 həmin torpaq sahəsini təklif etdi, Şahid1 ona beş min manat beh verdi və qalan 45 min manat pulu isə fevral ayının 15-dən 20-dək verəcəyini bildirdi. Sonra Şahid1 həmin torpaq sahəsinə iki ədəd it buraxdı. Həmin torpaq sahəsi Bələdiyyənin balansında deyildi. Nihata torpaq sahəsi verməyiblər, Nihat həmin torpaq sahəsini Əlövsət adlı şəxsdən alıb. Həmin torpaq sahəsini Əlövsətə kimin verdiyini bilmir. Nihata həmin torpaq sahəsi üçün Bələdiyyə sənədi verib. Həmin ərazi əvvəllər Bələdiyyə torpaqları olub, sonra ARDNŞ-nə verilib. Şahid1 2023-cü ilin dekabr ayından tanıyır, əvvəllər tanımamışdır. Şahid1 torpaq sahəsi almaq istəyirdi, Nihat isə torpaq sahəsini satırdı. O, Şahid1 Nihatın torpaq sahəsini göstərdi, xoşuna gəldi. Bir müddət sonra Şahid1 onun evinin həyətində ona beş min manat beh verdi, o da həmin pulu Nihata vermişdiri və ona Şahid1 ona məxsus torpaq sahəsini aldığnı, narahat olmamasını, fevral ayının18-20-si pulun qalan hissəsini verəcəyini demişdir. O, Şahid1lə Nihadın torpağının alqı-satqısını 48 min manata razılaşmışdılar. O, eyhun Paşayevə həmin torpaq sahəsindən başqa torpaq sahəsi satmamışdır. Yanacaq doldurma məntəqəsinin arxası qrunt torpaqdır, orada tikinti yoxdur, o, oranın arxasındakı torpaq sahəsini Şahid1 satmamışdır. Beş min manat pulu Şahid1 onun evində verib. Şahid1 65 min manata onunla razılaşdığını bildirdiyi 6 sot torpaq sahəsi Hikmətə məxsus olub və Hikmətin torpaq sahəsi ilə Nihatın torpaq sahəsi arasında 200 metr məsafə var, necə ola bilər ki, 6 sot torpaq sahəsini 65 min manata razılaşır, lakin 9 sot torpaq sahəsini 23 min manata satır?. O, Şahid1 bir ədəd sənəd vermişdir, digər sənəd sənədin sürəti idi, axtarış aparılarkən seyfindən çıxdı, həmin sənədin sürətini Şahid1 veriblər. 2023-cü ilin dekabr ayında Hikmətlə Ceyhun yanına gəldilər, Hikmət bildirdi ki, o, torpağını Ceyhuna satmışdır, Ceyhuna sənəd və tikintiyə icazə lazımdır. O bildirdi ki, sənəd məsləsinə baxar, lakin tikinti üçün müəyyən icazələr almalısdır. Ceyhun bildirdi ki, tikinti məsələsini özü həll edər. 3-4 gün sonra Ceyhun ona zəng edərək, it saxlamaq üçün torpaq sahəsi almaq istədiyini bildirdi, o da ona Nihatın torpaq sahəsini satdığını bildirmişdir. Hikmətin torpağı ilə Nihatın torpağı arasında 200 metr məsafə var. O, Ceyhunu aparıb, Nihatın torpağını göstərmişdir, torpaq sahəsi Ceyhunun xoşuna gəldi. 3-4 gen sonra Ceyhun ona zəng edərək, torpaq sahəsinin açarını istədi, o da açarı Ceyhuna vermişdir. Bir müddət sonra Ceyhun Nihatın torpağı üçün beş min manat beh verdi və qalan pulu 2024-cü ilin fevral ayının 20-nə kimi verəcəyini bildirdi. Nihatın onun torpağına görə Ceyhundan beh aldığından xəbəri var idi. 2024-cü ilin fevral ayının 19-u onu həbs etdilər. Sonra eşitdi ki, Ceyhun Nihatın torpağını ələ keçirib, orada tikinti işləri görür. Ceyhunla aralarında ancaq Nihatın torpağına görə söhbətləri olub. Nihat torpağını 50 min manata satırdı. Ceyhun 5 min manat beh verdi, 45 min manat qaldı. Nihatın və Hikmətin torpaq sahələri üçün sənəd hazırlamışdı, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları həmin sənədləri apardılar. Nihatın torpağının sənədini Ceyhunun anası Əliyeva Zöhrənin adına hazırlamışdı. Ceyhun bildirir ki, o, torpaq sahəsini Ayişə adlı xanıma satmış, lakin o, həmin xanımı tanımamışdır. Hikmət qəsəbədə yaşayır və torpaq sahələrinin satışı ilə məşğul olur. O, heç kimə torpaq satmamışdır. Nihat həmin torpaq sahəsini kimdənsə alıb. O, torpaq sahəsinin açarını Şahid1 dekabr ayının ortaları vermişdir. Şahid1 ona zəng vuraraq, it saxlamaq üçün torpaq sahəsi istədiyini bildirdi, o isə ona Nihatın torpaq sahəsini satdığını bildirdi. Ceyhun bir xanımla gəlmişdi, Ceyhun içəri girib, torpaq sahəsinə baxdı və xoşuna gəldiyini bildirdi. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 311.3.2, 311.3.3, 312- 1.1 və 313-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verməkdən imtina etmiş, lakin cinayət işi üzrə şahid, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, xx.xx.2020-ci il tarixdən X18 sədri vəzifəsinə seçilmişdir. Şahid1 2023-cü ilin dekabr ayında tanışı Hikmət Babayevə görə tanımış, X56 Suraxanı qəsəbəsində yol kənarında, yuxarı mədən deyilən yerdə yerləşən torpaq sahəsi olmuşdur. Təxminən 2023-cü ilin dekabr ayında Hikmət Şahid1lə onun yanına gələrək qeyd edilən torpaq sahəsinin satılmasında Şahid1lə razılaşdığını bildirdikdən sonra həmin torpaq sahəsinə Bələdiyyə sərəncamının verilməsi və həmin ərazidə tikinti işlərinin aparılması üçün müvafiq qurumlardan icazə alınmasına köməklik göstərməsini xahiş etmişdir. Pula ehtiyacı olduğu üçün onların dediklərini edə biləcəyini bildirmiş və bunun müqabilində Şahid1 65.000 manat pul istəmiş və onlar razılaşmışlar. Bir müddət sonra, təxminən 2024-cü ilin yanvar ayında Ceyhun ona ilkin olaraq 5.000 manat pul vermiş, qalan pulu isə sənədlər hazır olandan sonra verəcəyini bildirmiş, o da, öz növbəsində Şahid1 anası X14 adına X36 tərəfindən 592 kv. metr torpaq sahəsinin ayrılması barədə xx.xx.2003-cü il tarixli 52 saylı Sərəncamı hazırlayaraq ona bu barədə məlumat vermiş və sonra Ceyhuna göstərmişdir. Həmin sərəncamda danışıqlarına əsasən gələcəkdə tikinti aparılması üçün bələdiyyə ilə razılaşdırılması da, qeyd edilmişdir. Daha sonra Ceyhun həmin yerin yaxınlığında “Nihad” adlı oğlanın 875 kv. metr ölçüdə torpaq sahəsini satdığını, həmin yerin də, sənədləşməsinə kömək etməyi bildirmişdir. Çünki Nihad həmin torpaq sahəsini satmaq istədiyini, istəyən olsa ona deməyi və həmin yeri 45.000 manata verə biləcəyini ona demişdir. O da, sənədləşmə ilə birlikdə 48.000 manata Ceyhuna demişdir. Ceyhun razı olmuşdur. Bu məqsədlə həmin yerə xx.xx.2003-cü il tarixli 54 nömrəli Sərəncamı hazırlayaraq Ceyhuna bu barədə məlumat vermişdir. Həmin sənədi özü öz otağında komyuterində hazırlayaraq printerdən çıxarmış və sonra Ceyhuna göstərmişdir. Amma hər iki sənədi görüşmədiyindən Ceyhuna verməmiş, özündə saxlamışdır. O, Şahid7 göstərdikləri ilə razı olduğunu, Nemətin öz torpağında tikintiyə icazə verilməsi üçün yaxınlaşdığını, amma sonuncunun həmin vaxt torpağın qohumu Zöhrabın olmasını demədiyini bildirmişdir. Tikintiyə icazə şifahi veriləcəkmiş, bunun üçün ondan deyilən tarixdə 8.000 manat pul istəmiş, lakin Nemət güzəşt etməyi demiş, o, 500 manat azalda biləcəyini, buna gücü çatdığını deyərək bir çox qurumlara verəcəyini demişdir. Müxtəlif dövlət orqanlarının adını çəkməkdə məqsədi sözünün inandırıcı olması olmuşdur. Amma bu pulu özü üçün almış, həmin adını çəkdiyi qurumlardan heç kimin xəbəri olmamışdır. Tikinti dayandığından Nemət tikinti apara bilməmiş, aralarında narazılıq yaranmış və bundan sonra bilmiş ki, həmin torpaq onun qohumu Zöhrabındır, əslində icazəni onun üçün almışdır. Onların israrından sonra tutulmasından təxminən 10 gün əvvəl 1.500 manat qaytarmış, qalan pulu da, qaytaracaqmış, çünki xərcləmişdir. Şahid13 göstərdikləri ilə razı olduğunu, onu ərazidən tanıdığını, qeyd edilən tarixdə sonuncunun ona yaxınlaşaraq özünə məxsus olan torpaq sahəsi üçün çıxarış almağa kömək etməyi bildirdiyini, bunun üçün 30.000 manat pul istəyərək razılaşdıqlarını, təxminən 2023-cü ilin sentyabr ayında onunla görüşərək 20.000 manat aldığını, aralarında olan razılığa görə sənəd düzələndən sonra 10.000 manat verəcəyini, sənədləri düzəltmək istədiyini, amma düzəldə bilmədiyini, onun pulunu xərclədiyindən qaytara bilmədiyini bildirmişdir. O, Şahid5 göstərdikləri ilə razı olduğunu qeyd etmişdir. Nazim tikintiyə razılıq almaq üçün onun iş yerinə gəlmiş, əvvəllər Nazimin özünü tanımamış, qardaşı Vüsalı tanımış, 6.000 manata razılaşmışlar, sonuncunun qardaşı Vüsalla Suraxanı rayonu, Dəmiryolunun qırağı, Mədən küçəsində yerləşən, “Titanik” kafesinin qarşısında görüşərək 6.000 manatı almışdır. Məsələ biraz uzandığından Nazim çətinlik varsa, əlavə pul verməyi demiş, o, 1.500 manat istəmiş, amma Nazim görüşə gələrək 1.000 manat vermiş, lakin icazəni ala bilməmiş, çünki həmin ərəfələrdə tikinti aparılması dayandırılmışdır. Şahid3 dedikləri ilə razı olduğunu qeyd etmişdir. Natiq ilkin olaraq ona məxsus olan Yeni Suraxanıda yerləşən torpaq sahəsinin və orada olan evin xüsusi mükiyyətinə keçirilməsi üçün müraciət etmiş, bunun üçün sonuncudan 2022-ci ilin dekabr ayında 15.000 manat istəmiş, Natiq onunla razılaşaraq həmin pulu vermiş, daha sonra 2023-cü ilin yanvar ayında Natiq yenə yanına gələrək torpaq almaq istədiyini demiş, xidməti otağında ona kəndin içərisində yerləşən 14 İyul küçəsində olan torpaq sahəsi ilə birlikdə sənədləşmə işinin aparılması müqabilində 40.000 manat pul istəmiş, Natiq də, razılaşmış, Natiq yoldaşı ilə torpağa baxaraq bəyənmiş, sonuncu 40.000 manat pulu otaqda ona vermiş, işi düzəldə bilmədiyi üçün Natiq pulu tələb etməyə başlamış, sonuncunun tələbindən sonra 2024-cü ilin yanvar ayında 15.000 manatı qaytararaq qalan pulun əvəzinə borcunun olması barədə əlyazma yazaraq ona vermiş və Natiqin arxayın olması üçün özünə məxsus olan kafeyə dair sənəd vermiş ki, pulunu qaytaracağına əmin olsun, pulu qaytarandan sonra sənədlər qaytarılacaqmış. Bundan başqa o, ifadələrində Şahid16 dedikləri ilə razı olduğunu, tikintiyə icazə verilməsi üçün ondan 12.000 manat pul istədiyini, lakin sonuncu razı olmayaraq getdiyini, sonra yenə gələrək 10.500 manat verilməsi barədə razılığa gəldiklərini, təxminən 2023-cü ilin iyul ayının sonlarında Turalın həmin pulu iş yerində ona verdiyini, lakin sənədləşməni düzəldə bilmədiyini göstərmişdir. Şahid15 düz dediyini, X32 ilə deyilən tarixdə yanına gəldiklərini, Seymurun ona məxsus sənədsiz torpaq sahəsində iki ədəd yaşayış evi tikmək istədiyini, sənədləşmə və tikinti işlərinin aparılması üçün onlardan 14.000 manat pul istədiyini, Seymurun razı olaraq həmin pulu verdiyini, lakin rayon üzrə ümumi tikinti dayandırıldığından tikintinin aparılmasına icazə ala bilmədiyini, onsuz tikintiyə icazə verilməyəcəyini bildiyini, başqa borclarını həmin pulla qaytaracağını düşündüyünü, əlinə pul gələndən sonra Seymurun pulunu ödəyəcəyini bildirmişdir. Şahid9 tərəfindən təqdim edilmiş əlyazma ilə tanış olmuş, həmin əlyazmanı yazaraq Nəsrəddinə verdiyini təsdiq etmişdir. Belə ki, Nəsrəddinlə qismən razı olduğunu, onun dediyi kimi tikinti aparmaq üçün icazə verilməsi adı altında ondan 6.000 manat pul istədiyini, lakin 5.000 manata razılaşdıqlarını, pulu verdikdən sonra Nəsrəddinin tikintiyə başladıqlarını, lakin həmin tikintinin icra tərəfindən qanunsuz olduğundan dayandırılaraq söküldüyünü, çünki icraya bununla bağlı heç nə demədiyini, həmin pulu özü üçün aldığını, bu səbəbdən Nəsrəddinin verdiyi 5.000 manatı qaytardığını, eləcə də, Nəsrəddinin tikinti aparması ilə əlaqədar ona ziyan dəydiyindən tikinti xərcinə kömək məqsədilə əlavə 2.500 manat da, sonuncuya verdiyini bildirmişdir. Bunun ardınca Nəsrəddin yenə gələrək tikinti aparmasına köməklik göstərməsini xahiş etmiş, o da, ondan bunun üçün 10.000 manat pul istəmiş, Nəsrəddin gətirib vermişdir. Lakin Nəsrəddin tikinti apara bilmədiyindən onun yanına gələrək kağızda əlyazma verməyi, bundan sonra pulun qaytarılmasını gözləyə biləcəyini demiş, o da, 10.000 manat pul alması barədə yazaraq imzalamış və ona təqdim etmiş, lakin dediyi kimi rayon ərazisində tikinti dayandırıldığından Nəsrəddindən aldığı 10.000 manatı da, ona hissə-hissə qaytarmışdır. Belə ki, əlyazmadan sonra, hərbir halda 2023-cü ilin dekabr ayında Nəsrəddinin deməsi ilə onun tanışlarının xatırlamadığı müxtəlif kart hesabına unutduğu mağazaların birindən ödəmə terminalından 1.000 manat, 500 manat və 500 manat olmaqla 2.000 manat ödəmişdir. Dekabr ayında Nəsrəddinin özünə yaşadığı evin yaxınlığında 2.000 manat qaytarmış, sonra xəstə olduğundan dekabr ayının sonu, yanvar ayının əvvəllərində 4.000 manat oğlu Əzizağaya vermiş ki, Nəsrəddinə aparıb versin, Əzizağa da, Nəsrəddinin yaşadığı evin yaxınlığında aparıb sonuncuya vermişdir. 2.000 manat da, 2024-cü ilin 20 yanvar günü işçisi, ümumi şöbənin rəisi Elşən Atakişiyev vasitəsilə Nəsrəddinə bələdiyyənin qarşısında vermişdir. Beləcə, Nəsrəddinin pulunu qaytarmış, nə üçün ondan pul tələb etməsini bilmədiyini, ona şər atdığını bildirmişdir. Şahid2 dedikləri ilə razı olduğunu, sonuncunun ona məxsus olan torpaq sahəsində tikinti aparmaq üçün yanına gəldiyini, ondan 5.500 manat pul istədiyini, İnqilabın onunla razı olaraq qeyd edilən məbləği verdiyini, sonra dəfələrlə pulun arxasınca gəldiyini, fevral ayında ona 3.000 manat dediyi kart hesabına göndərdiyini, 2.500 manat borcunun qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs əlavə ifadələrində göstərmişdir ki, Şahid10 tərəfindən təqdim edilmiş sənədlərlə tanış olmuş, həmin sənədlərin hamısını öz otağında kompyuterində tərtib etmiş, həmin bələdiyyə sədrinin öldüyünü bildiyindən ölmüş bələdiyyə sədrinin imzasını onun əvəzinə çəkərək saxtalaşdırmış, Nihatın yaşı az olduğundan nisbətən yaşı çox olan adam gətirməsini demiş ki, əvvəlki illərə saxta sənəd tərtib edə bilsin. O, Şahid10 dedikləri ilə razı olduğunu, Nihatdan torpaq sahəsinə sənəd düzəldilməsi üçün 7.000 manat, hasara almasına icazə üçün 3.000 manat, sənədə möhür vurulması üçün isə 500 manat aldığını bildirmişdir. İstifadəsində olmasını təsdiq etmək üçün Nihata Bələdiyyə vergisi ödəmək üçün ona kod da, vermişdir. Lakin sonra Nihat gələrək torpağı istəmədiyini demiş, o da, torpağı Şahid1 təklif etmiş, Ceyhun 50.000 manata ala biləcəyini demiş, Nihata bunu dedikdə sonuncu razı olmuşdur. Nihat yarımçıq tikili tikmiş, lakin həmin torpaqlar neftin olduğundan tikintini dayandırmışlar. Torpağa görə 5.000 manat özündən Nihata vermiş, çünki Ceyhun 50.000 manatı tam ödəyəcəkmiş, o da, pulu Nihata verəcəkmiş, lakin tutulduğundan yarımçıq qalmışdır. X4 yalan dediyini, sonuncunun yaşadığı evin qarşısında olan 0,04 ha torpaq sahəsinə tam hasar çəkmək üçün müraciət etdiyini, əslində hasar çəkərək pulunu sonradan gətirib verdiyini, aralarında sənəd düzəldilməsi məsələsinin olmadığını, sadəcə hasarlamaq üçün müraciət etdiyini, hər bir halda Nübarın oranı zəbt etdiyini, buna icazə vermək səlahiyyətinin olmadığını, amma faktiki zəbt etdiyindən və bununla maraqlanan olmadığından 2.500 manatı verdiyindən ondan aldığını bildirmişdir. Şahid14 dedikləri ilə razı olduğunu, onun torpağının Abşeron ərazisi olduğunu, onsuz ona aidiyyəti olmadığından pulu alaraq borclarını bağlayaraq sonra isə qaytaracağını düşündüyünü, sonuncudan 2.000 manat, daha sonra karta atması ilə 4.000 manat aldığını qeyd etmişdir. O, ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 6-cı döngədə yerləşən ümumi sahəsi 990 kv. metr olan qeyri-yaşayış sahəsinin olmadığını göstərmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Titanik” adlı restoranı işlətsə də, 2005-ci ildən anası X10 adına olmuşdur. “Lexsus LX470” markalı, “90HN740” dövlət nömrə nişanlı avtomobili əl krediti əsasında almış, pulunu verə bilmədiklərindən bildiyi qədəri ilə ailə üzvləri geri qaytarmışdır. “Ford Granada” markalı, “10EE036” dövlət nömrə nişanlı avtomobili uzun illər əvvəl almış, həmin avtomobili təxminən 2000-ci illərdə etibarnamə əsasında satmış, ola bilsin ada keçirilməyib deyə onun istifadəsində görünmüşdür. Həmin avtomobilin indi qalmasına inanmadığını, köhnə avtomobil olduğundan çoxdan yararsız hala düşdüyünü bildirmişdir. Şahid15 ifadələrində göstərdi ki, Mehdiyev Seymurla birlikdə Yeni Suraxanı qəsəbəsində torpaq sahəsi almışdılar. Həmin torpaq sahəsində ev tikmək istəyirdilər. Ev tikmək üçün icazə verilməsi üçün X18 sədri Təqsirləndirilən şəxs onların hərəsindən 7 min manat pul istədi. Onlar Təqsirləndirilən şəxs 14 min manat pul verdilər. Yaşayış məntəqələrinin torpaqları idi. Təqsirləndirilən şəxs pulu qaytarmayıb. 2023-cü ilin oktyabr ayında pul vermişdir. Otağında Fİkrətə 14 min manat pul veriblər. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid15 ibtidai istintaq zamanı şahid X33 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə dindirilmiş şahid X33 göstərmişdir ki, Rusiya Federasiyasında yaşayaraq işləyir, amma buna baxmayaraq ailə üzvləri və qohumları Bakı şəhərində yaşadığından hərdən Bakıya gəlib-gedir. Bakı şəhərinə gəlib-getdiyindən düşünmüş ki, boş torpaq sahəsi alaraq ev tikib sataraq qazanc əldə etsin. Bir çox dostlarına, tanışlarına bu fikri barədə demişdir. 2023-cü ilin oktyabr ayında Azərbaycan Respublikasına gələrkən çoxdan tanıdığı və işlərində ona kömək edən dostu Şahid15 da, Bakı şəhərində ev tikmək üçün torpaq sahəsi almaq istədiyini bildirdiyindən sonuncu da, bu məsələ ilə maraqlanmışdır. Dəyanət Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində keçmiş Dəmiryol stansiyasının yaxınlığında 0,19 ha boş torpaq sahəsinin satılması barədə ona məlumat vermiş, torpaq sahəsinin adını xatırlamadığı sahibi ilə görüşüb əraziyə baxdıqdan sonra bəyənərək almış, lakin bələdiyyə mülkiyyətində olmaqla hüquqi vəziyyətinə görə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilən torpağa aid qiymətləndirmə cədvəlindən başqa sənəd mövcud olmadığına görə oranı adına özəlləşdirmək, həmçinin torpaq sahəsində tikilməsi nəzərdə tutulan iki ədəd fərdi yaşayış sahəsini sənədləşdirməklə bu barədə Daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarış almaqdan ötrü X18 sədri Təqsirləndirilən şəxs müraciət etmişlər, 2023- cü ilin oktyabr ayında Bələdiyyə sədri ilə xidməti otağında üçlükdə baş tutan görüşlərində Dəyanətlə ona torpaq sahəsi üzərində hər biri 60 m2 olan iki ədəd ev tikdirmək istədiyini bildirmiş, Fikrət isə həm torpaq sahəsinin adına xüsusi mülkiyyət obyekti kimi Daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışla rəsmiləşdirilməsi, həm də, torpaqda tikilməsi nəzərdə tutulan yaşayış sahələrinin hər birinin tikintisinə aidiyyəti orqanlardan icazə alınması müqabilində cəmi 14.000 manat pul tələb etmiş, Fikrət məsələnin 1 ay ərzində həll olunacağına vəd vermiş, o, sonuncu ilə razılaşıb 14.000 manatı bir neçə gün sonra tam həcmdə Bələdiyyədəki xidməti otağında Dəyanətin iştirakı ilə Təqsirləndirilən şəxs vermiş, lakin pul verilsə də, Fikrət nə verdiyi vədə əməl etmiş, nə də aldığı vəsaiti geri qaytarmışdır. Təqsirləndirilən şəxs göstərdiyi məsələnin həllinə köməklik göstərmək adı ilə 14.000 manat pul tələb edib alarkən həmin vəsaiti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində və ya digər qurumda hansısa vəzifəli şəxsə verəcəyi barədə heç nə deməmiş, onlar da, bu barədə soruşmamışlar. Şahid14 ifadələrində göstərdi ki, üç sot torpağı var idi. Həmin torpaq sahəsində ev tikmək üçün icazə almaq məqsədi ilə 2023-cü ilin dekabr ayının 23-də Fikrətə iki min manat pul vermişdir. 2024-cü ilin yanvar ayında isə Fikrətin oğlunun kartına dörd min manat pul göndərmişdir. Təqsirləndirilən şəxs Bələdiyyənin sədri idi. Fikrət onun pulunu qaytarmayıb. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid14 ibtidai istintaq zamanı göstərmişdir ki, ucuz olması üçün boş torpaq alaraq sonradan yaşadığı evi satıb puluna ev tikməyi düşünmüş, bu səbəbdən işi ilə bağlı ərazilərdə olanda torpaq sahəsi axtarmış, 2015-ci ilin ortalarında Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsinin satıldığını öyrənmiş, amma torpağı satan adamın adını hazırda uzun müddət keçdiyindən xatırlamamış, çünki vasitəçi, yəni makler vasitəsilə torpağı tapmışdır. Torpağı alqı-satqı əsasında almış, alandan sonra müraciət edərək adına xx.xx.2015-ci il tarixdə çıxarış almışdır. Torpağı alarkən təyinatına fikir verməmiş, sonradan bilmiş ki, kənd təsərrüfatı təyinatlıdır, orada yaşayış evi tikmək olmaz. Həm bu səbəbdən, həm də, pulu olmadığından torpaqda heç bir tikinti aparmamışdır. Təxminən 2023-cü ilin dekabr ayının əvvəllərində oralarda ev tikənlərdən maraqlandıqda icra hakimiyyətinin, bələdiyyənin nəzarət etdiyini öyrənmiş, bu səbəbdən maraqlanaraq Suraxanı bələdiyyəsinin yerləşdiyi yerə getmiş, orada Fikrətlə tanış olmuş və ona torpağın təyinatı barədə məlumat vermiş, lakin təyinata görə tikinti apara bilmədiyini, necə etməli olduğunu soruşmuş, Fikrət tikintiyə icazə alınması və torpağın təyinatının dəyişdirilərək Kadastr xidmətindən sənəd alacağı müqabilində 6.000 manat pul istəmiş, o da başqa variantı olmadığından razı olmuşdur. Bundan təxminən 10-15 gün sonra o, Fikrətin yaşadığı evin qarşısında 2.000 manat və evin torpağın sənədlərinin surətini ona təqdim etmiş, sonra isə Fikrət oğlu Əzizağaya məxsus kart nömrəsini göndərmiş ki, qalan pulu ora göndərsin. xx.xx.2024-cü il tarixdə 4.000 manatı Nərimanov rayonu, X.R.Ulutürk küçəsi, ev 79 ünvanında yerləşən “AL Market”-də quraşdırılmış terminaldan həmin hesaba göndərmiş, Fikrət yanvar ayının sonunadək həll edəcəyini, sonra fevral ayında seçkilər olduğundan qurumların başının qarışdığını, seçkilər bitəndən 3-4 gün sonra sənədlərini verəcəyini, Abşeron rayon İcra Hakimiyyətində sənədlərin artıq hazırlandığını, Şəhərsalmada sənədləşmənin artıq bitdiyini, bircə qalıb ki, sənədləri gətirib Suraxanı rayon icrasına versin, bundan sonra tikintiyə başlamasını demiş, o, sonuncuya inanmışdır. Lakin yenə vaxt uzandığından Fikrətlə əlaqə saxlamış, sonuncu həll edəcəyini demişdir. O, məsələnin uzandığını görüb yenidən Fikrətlə əlaqə saxlamaq istədikdə sonuncunun telefonuna zəng çatmamış, Fikrətin tutulmasından təxminən 3-4 gün sonra onun iş yerinə getmiş, orada Fikrətin olmayacağını demişlər, amma tutulduğunu deməmişlər. O, pulun 2.000 manatını onun yaşadığı evdə verdiyindən oranı tanımış, bu səbəbdən onun yaşadığı ünvana getmiş, Fikrətin arvadı və oğlu Əzizağa qapıya çıxaraq Fikrətin həbs olunduğunu və böyük oğlu Nicatın nömrəsini verərək bu işlərlə onun məşğul olduğunu demişlər. O, Nicatla əlaqə saxladıqda o da, atası kimi bugun sabah dediyindən məcbur olub şikayət etmişdir. Şahid5 ifadələrində göstərdi ki, Yeni Suraxanı qəsəbəsində yerləşən 2,5 sot ölçüdə torpaq sahəsini 99 il müddətində icarəyə götürmüşdü. Həmin torpaq sahəsində ev tikmək istəyirdi. Tikintiyə icazə almaq məqsədi ilə 2023-cü ilin may ayında Fikrətə altı min manat pul verdi. 2023-cü ilin sentyabr ayında isə min manat məbləğində pul verdi, amma evi tikə bilmədi. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid5 ibtidai istintaq zamanı göstərmişdir ki, xx.xx.2015-ci il tarixdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin ərazisində yerləşən 0,025 ha, yəni 2,5 sot ölçüdə torpaq sahəsini 99 il müddətində icarəyə götürmüş, həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla, sənədlərə əsasən Abşeron rayonunun 1 nömrəli Hövsan Zeytunçuluq sovxozunun ərazisinə aid olmuş və torpaq sahəsinə dair çıxarışı Abşeron rayonunda yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsindən almışdır. Torpaq sahəsini aldıqdan sonra, maddi imkanı olmadığı üçün qeyd olunan sahədə tikinti işləri aparmamışdır. 2023-cü ilin may ayında həmin torpaq sahəsinin üzərində özü üçün fərdi yaşayış evi inşa etmək qərarına gəlmiş və yaşadığı qəsəbə sakinlərindən tikintiyə icazə verilməsi məsələləri ilə X18 sədri Təqsirləndirilən şəxs məşğul olduğunu öyrənmiş və buna görə də, 2023-cü ilin may ayının sonlarında X18 inzibati binasının qarşısında Təqsirləndirilən şəxslə görüşmüş, görüş zamanı Təqsirləndirilən şəxs qeyd etdiyi torpaq sahəsinin üzərində Suraxanı rayon İcra hakimiyyətindən tikinti işlərinin aparılması ilə bağlı icazə alınması üçün özünə 6.000 manat məbləğində pul vəsaitinin verilməsini istəmiş, Təqsirləndirilən şəxs tikintiyə icazənin verilməsi ilə əlaqədar Suraxanı və Abşeron rayon icra hakimiyyəti, Suraxanı rayon polis idarəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Kadastr və Şəhərsalma İdarəsindən razılığı özünün alacağını əlavə etmişdir. O, 7.000 manat məbləğində vəsaitinin olmadığını, 0.025 ha torpaq sahəsinin üzərində tikinti işlərinin aparılmasına icazənin alınması üçün 6.000 manat məbləğində pul vəsaitini verə biləcəyini bildirmiş və Təqsirləndirilən şəxslə həmin şərtlə razılaşmışlar. Təxminən xx.xx.2023-cü il tarixdə qardaşı X40 Quliyevə təqdim etməsi üçün 6.000 manat məbləğində pul vəsaitini vermiş və qardaşı həmin tarixdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin ərazisində yerləşən Təqsirləndirilən şəxs məxsus “Titanik” adlanan kafedə sonuncu ilə görüşüb tikintiyə icazənin verilməsi üçün 6.000 manat məbləğində pul vəsaitini vermişdir. Təqsirləndirilən şəxs tikintiyə başlama vaxtı barədə özünün məlumat verəcəyini bildirmişdir. Sonradan mütəmadi olaraq həm mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, həm də ki, şəxsən görüşüb işin nəticəsi barədə və tikintiyə hansı zamanda başlaya biləcəyini soruşan zaman, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək, gözləməsini istəmişdir. 2023-cü ilin avqust ayının sonlarında Fikrət ona zəng edərək, verilən 6.000 manat məbləğində vəsaitin az olduğunu, torpaq sahəsi üzərində tikinti işlərinin aparılması ilə bağlı icazənin alınması üçün əlavə olaraq 1.500 manat məbləğində pul vəsaitinin verilməli olduğunu demiş, lakin o, ilkin olaraq etirazını bildirmişdir. Təxminən 2 gün sonra, 2023-cü avqust ayının sonlarında “Titanik” adlanan kafedə Təqsirləndirilən şəxslə görüşdükdə artıq gözləməkdən bezdiyi üçün Təqsirləndirilən şəxs əlavə olaraq 1.000 manat məbləğində verə biləcəyini demiş, Təqsirləndirilən şəxslə yenidən razılaşmış, həmin tarixdə “Titanik” adlanan kafedə sonuncuya şəxsən 1.000 manat məbləğində pul vəsaitini ikisi görüşərkən vermişdir. O, daim Təqsirləndirilən şəxslə əlaqə saxlayıb işin nəticəsi ilə maraqlanarkən sonuncu müxtəlif bəhanələr gətirərək, tikintiyə başlamamasını istəmiş və qısa müddətə icazənin təqdim olunacağını bildirmişdir. Lakin, müddət keçdikcə Təqsirləndirilən şəxs onu aldatdığını başa düşmüş və ondan aldığı pulu geri qaytarmasını tələb etmiş, buna cavab olaraq sonuncu ondan aldığı pulu dövlət qurumlarında işləyən vəzifəli şəxslərə verdiyini və vəsaiti geri alıb qaytaracağını qeyd etmişdir. Sonradan Təqsirləndirilən şəxs ona məxsus ümumilikdə 7.000 manat məbləğində pul vəsaitini geri qaytarmadığını gördükdə, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161 Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmişdir. Şahid X11 ifadələrində göstərdi ki, Yeni Suraxanı qəsəbəsində qardaşı Nazim ev tikmək istəyirdi. Tikintiyə icazə almaq məqsədi ilə 2023-cü ilin may ayında qardaşı Nazimin Fikrətə verməyi üçün ona verdiyi altı min manat pulu Fikrətə vermişdir. 2023-cü ilin sentyabr ayında isə qardaşından min manat məbləğində pul alıb. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahid X11 ibtidai istintaq zamanı Şahid5 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid3 ifadələrində göstərdi ki, o, dükkan tikmək üçün torpaq sahəsi almaq istəyirdi, bu məqsədlə Fikrətə müraciət etmişdir. Fikrət ondan 40 min manat pul tələb etdi. O, 40 min manat pulu Fikrətə vermişdir. O da həmin pulu Fikrətə verib, Fikrət də pulun ondan alınması barəsində yazılı sənəd vermişdir. Fikrət torpağın bələdiyyə mülkiyyətində olması barədə sənəd təqdim etməmişdi. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı göstərmişdir ki, 10 il əvvəl ünvan 10 ünvanında yerləşən, sahəsi 86 m2 olan bir mərtəbəli fərdi yaşayış evini əvvəllər tanımadığı sahibindən dəyərini ödəyərək alıb həmin evdə ailə üzvləri ilə birlikdə yaşamağa başlamış, lakin sözügedən ev yerləşdiyi torpaq sahəsi ilə birlikdə sənədsiz olmuş, 2022-ci ilə qədər oranı sənədləşdirmək üçün hər hansı orqana müraciət etməmiş, lakin məşğul olduğu fərdi sahibkarlıq fəaliyyəti ilə əlaqədar bir neçə dəfə yaşadığı evi ipoteka ilə yüklü etməklə müxtəlif banklardan kredit götürmək istəsə də, evin sənədləri olmadığına görə maneələrlə rastlaşmışdır. Odur ki, 2022-ci ilin dekabr ayında evin yerləşdiyi torpaq sahəsi ilə birlikdə sənədləşdirilməsində köməklik göstərilməsi üçün X18 sədri Təqsirləndirilən şəxs xidməti otağında müraciət etmiş, sonuncu köməklik göstərə biləcəyini, fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə xüsusi mülkiyyət hüququna dair çıxarış almaq üçün məsul vəzifədə işləyən, məsələni həll edəcək tanışlarına verməkdən ötrü 15.000 manat pul lazım olduğunu bildirmiş, lakin pulu konkret olaraq hansı orqanda, hansı vəzifədə işləyən şəxsə, başqa sözlə, kimə verəcəyini deməmiş, o isə pulun kimə verilməsində deyil, sənədləşdirmənin tezliklə aparılmasında maraqlı olduğu üçün əlavə detalları soruşmadan onunla razılaşmış, o, pulu verdikdən sonra 2 ay ərzində sənədlərin hazır olacağını demişdir. Bir neçə gün ərzində o, "xxxx" ASC-dən kredit götürdüyü 15.000 manat pulu Bələdiyyədəki xidməti otağında şəxsiyyət vəsiqəsi və evlə torpağın planını təklikdə Fikrətə vermiş, sonuncu bir neçə gün sonra özü gəlib mobil telefonla evin və torpağın fotoşəkillərini çəkmişdir. Bundan başqa, 1 ay sonra, 2023-cü ilin yanvar ayında Yeni Suraxanı qəsəbəsində sahibkarlıq obyekti inşa etdirmək üçün torpaq sahəsi almaq qərarına gəlmiş, bu məqsədlə, yenidən Bələdiyyə sədri Təqsirləndirilən şəxs xidməti otağında müraciət etmiş, sonuncu qəsəbənin 14 İyul küçəsində, 101 saylı tam orta məktəbin yaxınlığında 0,014 ha torpaq sahəsi təklif etmiş, o, həmin torpaq sahəsinə arvadı X20 ilə birlikdə baxıb bəyənmiş, Fikrət torpağın satılması və eyni zamanda onun istəyi ilə arvadının adına xüsusi mülkiyyət obyekti kimi rəsmiləşdirilməklə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi müqabilində ondan ümumilikdə 40.000 manat pul tələb etmiş, o, razılaşdıqdan sonra arvadı öz adından Bələdiyyədə bu barədə ərizə yazıb imzalamış, o isə öz növbəsində "xxxx" ASC-dən kreditlə götürdüyü 40.000 manat pulu Bələdiyyədəki xidməti otağında arvadının yanında Fikrətə vermiş, Fikrət ondan aldığı 40.000 manatı da, əvvəlki qaydada məsul vəzifədə işləyən, məsələni həll edəcək tanışlarına verəcəyini demiş, lakin pulu konkret olaraq hansı orqanda, hansı vəzifədə işləyən şəxsə, başqa sözlə, kimə verəcəyini bildirməmişdir. Fikrət müvafiq torpaq sahəsi ilə bağlı məsələnin 2 ay ərzində həllini tapacağını vəd etmişdir. Vəd olunan vaxt tamamlansa da, Fikrət öhdəsinə götürdüyü iki məsələdən heç birini həll etməmiş, ona görə də, o, aldadıldığını başa düşüb verdiyi pulların geri qaytarılmasını tələb etmiş, Fikrət ötən müddət ərzində ondan fərdi yaşayış evinə görə aldığı 15.000 manatı tam həcmdə ödəsə də, ikinci, torpaq sahəsinə görə aldığı 40.000 manatın heç bir hissəsini geri qaytarmamışdır. O, sonuncudan 40.000 manatı dəfələrlə təkidlə tələb etdikdən sonra o, xx.xx.2024-cü il tarixdə Bələdiyyədəki xidməti otağında onun yanında boş A4 vərəqində əlyazma xətti ilə “Mən Təqsirləndirilən şəxs, Şahid3 40.000 AZN (qırx min manat) borcum var. Ona görə də, mənə məxsus olan “Titanik” adlı kafemi müvəqqəti olaraq Şahid3 verirəm. Mən borclu olduğum pulu qaytarandan sonra kafemi geri alacağam xx.xx.2024 Təqsirləndirilən şəxsƏ” məzmunlu qəbz yazıb imzalayaraq ona vermişdir. Fikrət qəbzlə yanaşı ona Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsindəki kafenin yerləşdiyi torpaq sahəsinin baş planını, tikintinin planını və qiymətləndirilməsinə dair hesabat cədvəlini də, təqdim etmişdir. Hesabat cədvəlini Fikrətlə yanaşı, "xxxx" MMC-nin direktoru kimi qeyd edilmiş S.R.Vəliyev imzalamış, cədvəldə obyektin mülkiyyətçisi kimi onun ad, soyad və ata adı qeyd olunmuşdur. Şahid4 Şücayət qızı ifadələrində göstərdi ki, onlar torpaq almaq istəyirdilər. Yoldaşı Natiq bu məqsədlə Fikrətlə danışmışdı. Natiq Fikrətə 40 min manat pul verdi, lakin Fikrət onlara torpaq sahəsi vermədi. Torpaqla bağlı sənəd təqdim etməmişdi. Hərracla bağlı prosedur olmayıb. Təqsirləndirilən şəxs pulu onlara yazılı sənəd təqdim edərək alıb. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 Şücayət qızı ibtidai istintaq zamanı Şahid3 Ağagüoğlu ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid10 ifadələrində göstərdi ki, o, kirayə qalır. 2021-ci ildə torpaq alıb ev tikmək məqsədi ilə Əlövsət Qasımova 20 min manat pul vermişdir, lakin ona torpaq sahəsi vermədi, pulunu da qaytarmadı. O, Təqsirləndirilən şəxs 7 min manat pul vermişdir. X50 vasitəsi ilə tanımışdır. X58 vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Torpaq sahəsini Əliövsət Qasımovdan almışdı. O, Əlövsət Qasımova 22 min manat pul vermişdi, o da ona sənəd verməli idi. Həmin pul vəsaitini verməmişdən əvvəl onlar Fikrət müəllimin yanında da olmuşdular, Fikrət arxiv sənədinin mövcud olduğunu və onun əsasında ona sənəd verəcəyini bildirmişdi. Əlövsət Qasımova sənəd verilməli idi, o bununla bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində izahat vermiş, lakin heç bir hüquqi qiymət verilməmişdir, Əlövsət Qasımov dindirilib və çıxıb gedib. O bununla bağlı yenidən digər dövlət orqanlarına şikayət ərizəsi yazmışdır. O, sənəd verilmədikdən sonra Fikrət müəllimin yanında olmuşdur, ona bildirdi ki, ona sənəd veriləcəyinə söz verilmişdi, lakin sənəd verilmədi. O gördü ki, ev tikə bilmir, 40 min manata yaxın pul xərcləmişdir, buna görə də o, torpaq sahəsinin açarını Fikrət müəllimə verib ona “mənim pulunu qaytar, torpaq sahəsi sənin olsun” demişdir. Fikrət müəllim də razılaşdı. Ona 50 min manat zərər dəymişdi, Fikrət müəllim ona 5 min manat pul verdi, 45 min manat pul qaldı. Fikrət müəllim həmin 5 min manat pulu haradan aldığını bildirmədi. O, Fikrət müəllimə dedi ki, şikayət edəcək, o isə ona 2-ci gün pulunu qaytaracağını bildirdi. O da birinci gün axşam Fikrət müəllimə zəng etmişdir.Fİkrət müəllim də onu otağına çağırdı. O da işdən icazə alıb, Fikrət müəllimin otağına getmişdir. Fikrət müəllim ona səs yazısı qulaq asdırdı və torpaq sahəsini Şahid1 satdığını və Şahid1 5 min manat beh verdiyini bildirdi. Fikrət müəllim 5 min manat pulu ona həbs olunmamışdan ay yarım-iki ay əvvəl vermişdi. Fikrət müəllim ona “whatsapp”-da səs yazısına qulaq asdırdı, həmin səs yazısında Şahid1 bildirirdi ki, “əgər qalan vəsaiti verməsəm, həmin 5 min manat beh batsın”. Bundan başqa Ayşə adlı xanım ona zəng edərək, həmin torpaq sahəsini aldığını bildirdi. O, Ayşə adlı xanımla görüşmüşdür. Ayşə ona bildirdi ki, bu torpaq sahəsinə 27 min manat vermişdir, Ceyhun Hikmətin torpaq sahəsini alıb. Fikrət müəllim ona 5 min manat pul verib. O, Fikrət müəllimə dedi ki, “torpaq sahəsinə 55 min manat pul xərcləmişəm, bu açarı verirəm sizə, mənə dəymiş 55 min manat ziyanı mənə qaytarın”. O, Əlövsət Qasımova 22 min manat pul vermişdi, o da ona sənəd verməli idi, o, Əlövsət Qasımov barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişdi. O, Fikrət müəllimə 7 min manat, sonra isə 3 min manat pul vermişdir. Fikrət müəllim ona dedi ki, “tikə bilərsən”, o da hasar tikdi, sonra ARDNŞ-nin əməkdaşları tikintiyə icazə vermədilər. Onun ARDNŞ ilə danışığı olmayıb. Ona 60 min manata yaxın zərər dəymişdir, Fikrət müəllim dedi ki, 50 min manat qaytaracaq. Sonra Fikrət müəllim ona 5500 manat pul vermişdir. Fikrət müəllim bildirdi ki, torpaq sahəsini Şahid1 satmışdır. Fikrət müəllim otağında dedi ki, Hikmətin də torpaq sahəsini Şahid1 satmışdır. Sonra Fikrət müəllimin oğlu atasının həbs olunduğunu bildirdi. Şahid1 gəlmədi, Ayşə adlı xanım gəldi. Ayşə adlı xanım bildirdi ki, bu torpaq sahəsini almışdır, Ceyhunun torpaq sahəsi başqasıdır, Ceyhun Hikmətin torpaq sahəsini alıb. Ayşə bildirdi ki, bu torpaq sahəsini almaq üçün, Təqsirləndirilən şəxs “Lexus” markalı maşında 27 min manat pul vermişdir. O, şikayət edəndən sonra Şahid1 onunla görüşdü və ona hədə-qorxu gəldi ki, o, torpaq sahəsi onundur, şikayət edəcək. Şahid1 onun xəbəri olmadan ona məxsus torpaq sahəsinə iki ədəd it bağlayıb və torpaq sahəsinin açarını dəyişdirib. Fikrət müəllimin torpaq sahəsini kimə satdığını bilmədiyi üçün, o, nömrəsini qonşuya vermişdir. Bundan sonra Şahid1 ona zəng vuraraq özünü təqdim etdi, sonra həmin torpaq sahəsini aldığını bildirdi və onu hədələdi. Sonra Ayişə adlı bir xanım zəng edib, bildirdi ki, torpaq sahəsini Şahid1 almayıb, o almışdır. Fikrət müəllim həbs olunmamışdan bir ay əvvəl torpaq sahəsinə iki ədəd it salıblar, həmin vaxtadək torpaq sahəsi onun sahibliyində olub, torpaq sahəsinin açarı onda idi. Həmin torpaq sahəsi sənəddə 8 sot idi. Fikrət müəllim həbs olunmamışdan 3 gün əvvəl Elit Ticarət Mərkəzinin yanında ona 5 min manat pul vermişdi. Fikrət müəllim ona bildirdi ki, torpaq sahəsini Şahid1 satmışdır. Sonra Fikrət müəllim Şahid1 zəng etdi, lakin Ceyhun cavab vermədi. Sonra Hikmətə zəng edib, Şahid1lə danışıb-danışmamasını soruşdu, Hikmət Şahid1lə danışdığını və Şahid1 “5 min manat pul vermişəm, əgər qalan vəsaiti verməsəm, beh batsın” dediyini bildirdi. Həmin torpaq sahəsində bütün tikinti işlərini o aparmışdır, bunun görüntüləri onda da var. Sonradan Şahid1 5 min manat beh verərək, həmin torpaq sahəsinə 2 ədəd it salıb. O həmin torpaq sahəsinə 55 min manat xərc çəkmişdir. Ayişə adlı xanım bildirdi ki, o Yevlax rayonundakı torpaq sahəsini satıb, bu torpaq sahəsini almışdır, Fikrət müəllimə maşında 27 min manat pul vermişdir, Ceyhunun torpaq sahəsi başqasıdır, Ceyhun Hikmətin torpaq sahəsini alıb. Fikrət müəllim dedi ki, torpaq sahəsini Şahid1 satmışdır. Fikrət müəllim ona 40 min manat pul verməli idi. Fikrət müəllim dedi ki, “5 min manat vermişəm, pulun qalan hissəsini də fevral ayının 20-si verəcəm”. Fikrət müəllim Şahid1 zəng etdi, lakin Ceyhun cavab vermədi. Sonra Fikrət müəllim ona səs yazısı qulaq asdırdı, həmin səs yazısında Şahid1 bildirirdi ki, “əgər qalan vəsaiti verməsəm, həmin 5 min manat beh batsın”. Beh veriləndən sonra həmin torpaq sahəsinə qulluq etməmişdir. O həmin torpaq sahəsində heç nə tikə bilmirdi, ona görə 40 min manata razılaşdı. O, Fikrət müəllimə demişdi ki, onu Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edəcək, Fikrət müəllim ona bildirdi ki, 2-ci günə kimi ona vaxt versin, Ceyhun adlı bir nəfər var, qardaşı Ceyhuna pul verib, ev tikib-satırlar, Ceyhun 2-ci gününə ona söz verib. Ayişə xanımı tanıyır. Fikrət müəllim həbs olunandan sonra, Fikrət müəllimin torpaq sahəsini kimə satdığını bilmədiyi üçün, o, nömrəni qonşuya vermişdir. O, torpaq sahəsinin açarını Fikrət müəllimə vermişdi ki, onun pulunu qaytarsın. Həmin torpaq sahəsinin hasara qədər o tikdirmişdir. O sonradan bildi ki, Fikrət müəllim torpaq sahəsini Şahid1 satıb. Bundan sonra Şahid1 ona zəng vuraraq özünü təqdim etdi, sonra həmin torpaq sahəsini aldığını bildirdi. Sonra Ayişə adlı bir xanım zəng edib, bildirdi ki, torpaq sahəsini Şahid1 almayıb, o almışdır. Ayişə xanım bildirdi ki, o Yevlax rayonundakı torpaq sahəsini satıb, bu torpaq sahəsini almışdır, Fikrət müəllimə maşında 27 min manat pul vermişdir, Ceyhunun torpaq sahəsi başqasıdır, Ceyhun Hikmətin torpaq sahəsini alıb. Onda “whatsapp” yazışmaları var, həmin yazışmalardan aydın olur, o həmin torpaq sahəsinin açarını Fikrət müəllimə nə vaxt vermişdir. O, Fikrət müəllimin torpaq sahəsini satdığını, itlər ora salınandan sonra bilmişdir. Qonşu ona zəng edərək, torpaq sahəsinə it salındığını bildirdi. Hikmətin torpaq sahəsi ilə ona məxsus torpaq sahəsi arasında 200-250 metr məsafə var. Qonşu qardaşına ona məxsus torpaq sahəsinə it salındığını bildirmişdi, qardaşı da bu barədə ona bildirdi. Fikrət müəllim həbs olunmamışdan 20-25 gün əvvəl Fikrət müəllimə zəng edib bildirdi ki, “Fikrət müəllim mənim torpaq sahəmə it salmısız”. Sonra Fikrət müəllim onu çağırdı, iş yerində onunla görüşdülər. Fikrət müəllim Hikmətə zəng edib, Şahid1lə danışıb- danışmamasını soruşdu, Hikmət Şahid1lə danışdığını və Şahid1 “5 min manat pul vermişəm, əgər qalan vəsaiti verməsəm, beh batsın” dediyini bildirdi. Fikrət müəllim 2-ci günə onun pulunu verəcəyinə söz vermişdi, lakin 1-ci gün həbs olundu. O, torpaq sahəsinin açarını Fikrət müəllimə o, həbs olunmamışdan 2-3 ay əvvəl vermişdi. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid10 ibtidai istintaq zamanı göstərmişdir ki, təxminən 2020-ci il tarixdə dayısı qızı İlhamə məclislərin birində ona yaxınlaşaraq yoldaşı Rauf Məmmədovun borclarının olduğunu, borc sahiblərinin onun üstünə gəldiyini, Raufa bankdan kredit götürməyə köməklik göstərməyi xahiş etmişdir. Toyu Rauf tərəfindən işlədilən “Mətin” şadlıq sarayında olduğundan sonuncu ilə münasibəti oradan yaranmışdır. Rauf özü də, dəfələrlə qapısına gələrək, zəng edərək ona pul tapmağa köməklik göstərməyi xahiş etmiş, onların israrından sonra ümumilikdə 8.000 manat pul taparaq Raufa vermiş, həmin pulları iş yoldaşlarından götürmüşdür. Lakin Rauf həmin pulları qaytarmamış, pulu o, tapdığından borc sahibləri ondan tələb etmiş, məcbur olub Raufun yerinə 8.000 manatı qaytarmış, amma ilk əvvəllərdə bunu sonuncuya bildirməmiş, o, Raufdan pulu tələb edəndə sonuncu Suraxanıda təxminən 8 sot torpaq sahəsinin olduğunu, oranın 30.000 manata satıldığını, həmin torpağın sahibinin onun tanışı olduğunu, 22.000 manat verməyi, olan 8.000 manat borcu oradan çıxmağı, həmin pulu torpaq sahibi ilə özünün həll edəcəyini bildirmiş, o, onsuz torpaq sahəsi axtarmış, bundan başqa, Raufdan pulu ala bilmədiyindən bu təklif onun üçün sevindirici olmuş, Raufla birlikdə həmin torpaq sahəsinə getmişlər, həmin yer təxminən Yuxarı Mədən küçəsində, “Azərsun”nun anbarının yaxınlığında yerləşmiş, Rauf orada onu torpağın sahibi kimi özünü təqdim edən Əlövsət Qasımov adlı şəxslə tanış etmiş, torpağa baxaraq yerləşdiyi yer uzaq olsa da, razı olmuş, Əlövsət həmin torpağa sənədin bələdiyyədə olduğunu, oraya aid ödəniş kodunun olduğunu, pulu verəndə bələdiyyədən sənəd və həmin kodu götürüb verəcəyini demişdir. Əlövsətlə danışıqları belə olmuş ki, sonuncu torpağı 30.000 manata ona satacaq, 22.000 manat pulu Əlövsətə o, verəcək, qalan 8.000 manatı isə Rauf ona olan borcunun əvəzinə Əlövsətə verəcək və Əlövsət sənədləri ona təqdim edəcək. Əlövsət bununla razı olmuş, o, orada da, Əlövsətə vurğulamış ki, 8.000 manata cavabdehlik daşımır, həmin pulu Raufdan alsın, Əlövsət də, razı olmuşdur. Bu söhbətlər torpağın ətrafında, üçünün iştirakı ilə olmuşdur. Oradan Suraxanı bələdiyyəsinə getmişlər, Rauf və Əlövsət adının sonradan Fikrət olduğunu bildiyi bələdiyyə sədrinin otağına girmişlər, o, çöldə Əlövsətin avtomobilində gözləmişdir. Çünki Əlövsət demiş ki, pulu verəndə bələdiyyədən torpağa dair sənədi də, təqdim edəcək. Onlar oradan çıxmışlar və Əlövsət Fikrətin təxminən 10 gün müddətinə bələdiyyə sənədi hazırlayaraq ona verəcəyini bildirmişdir. Bir müddət sonra, təxminən 15 gün sonra, yəni 2020-ci ilin əvvəllərində Raufla ikisi Fikrətin yanına getmişlər, Fikrət ona arxiv sənədi verəcəyini demişdir. Əlövsətlə onun arasında olan danışığa görə bələdiyyə sənədinin alınmasına xərci o çəkəcəkmiş, bu səbəbdən o, Fikrətlə həmin vaxt sənədin verilməsi üçün pulla bağlı heç bir danışığı olmamışdır. Təxminən 10-15 gün sonra Rauf zəng edərək bildirmiş ki, torpağı başqa adam almaq istəyir, bunun üçün 5.000 manat Əlövsətə beh verilmiş, o, 5.000 manat Əlövsətə versin ki, həmin behi qaytarıb torpağı ona satsın. O, Raufa inanıb xx.xx.2020-ci il tarixdə dəqiq xatırlamadığı yerdə, təxminən “20 Yanvar” metrostansiyasının yaxınlığında Əlövsətin xatırlamadığı avtomobilində oturaraq 5.000 manatı Əlövsətə vermiş, Rauf da, orada olmuşdur. Rauf 5.000 manat verməyi desə də, orada Əlövsət əlavə 500 manat istəmiş, amma nəyə görə verməyi dediyini xatırlamadığını qeyd etmişdir. Ümumilikdə 5.500 manatı Əlövsətə vermiş, elə oradaca Əlövsət həmin puldan 2.500 manat sayaraq Raufa vermiş, nəyə görə verməsini xatırlamadığını bildirmişdir. Pulu verəndə Əlövsət qeyd etmiş ki, qısa zamanda torpağın sənədini ona verəcək. Çünki danışıqları elə olmuş ki, pulu verəndə Əlövsət artıq sənədləri ona verməli idi. Əlövsət torpağın sənədini verəcəyini bildirsə də, amma gecikdirmiş, mütəmadi sonuncunu yığmış, artıq sənədi vermədiyini görüb Əlövsətdən verdiyi 5.500 manatı qaytarmasını tələb etmişdir. Əlövsət torpağı sataraq qaytaracağını demişdir. O, Əlövsətin pulu qaytarmadığını görüb tək Fikrətin yanına getmiş, ona torpağa dair sənəd verəcəyinə söz verdiyini demiş, Fikrət buğun-sabah deyərək uzatmış, ikinci dəfə yenə Fikrətin yanına getmiş, bu 2020-ci ilin oktyabr ayına təsadüf etmiş, Fikrət Əlövsətin sənədləri hazırlamaq üçün ona pul verəcəyini, amma pulu vermədiyindən sənədləri hazırlamadığını demiş, Fikrət nə qədər məbləğdə pul veriləcəyini deməmişdir. O, həll yolunu Fikrətdən soruşduqda o, torpağın sotunu 1.000 manatdan hesablamaqla sənəd verəcəyini və Əlövsətdən kodu alaraq ona verməyi bildirmiş, o, isə torpağın neftə aid olduğunu bildirdikdə, Fikrət torpağın sotuna 500 manat verməklə neftin balansından çıxara biləcəyini qeyd etmişdir. Torpağın neftin balansında olmasını sonradan, yəni Əlövsətə pul verdikdən sonra bilmişdir. Fikrət bütün bu məsələlərdə, eləcə də, tikintiyə icazə verilməsinə köməklik edəcəyinə söz vermişdir. O, torpağa dair bələdiyyə sənədinin verilməsi üçün 7.000 manat verə biləcəyini dedikdə sonuncu razılaşmış, amma ona pul verməsini Əlövsətə bildirməməyi, kodu sonuncudan alaraq ona göndərməyi xahiş etmiş, o, razılıq verdiyindən Fikrət torpağa sənəd vermək üçün yaşca böyük adam tapmağı, onun adına geri tarixlə sənəd düzəldəcəyini bildirmişdir. Bundan təxminən 3-4 gün sonra, 2020-ci ilin oktyabr ayının ortalarında qardaşının qayınatası Şahid11 şəxsiyyət vəsiqəsini və 7.000 manat pulu otağında Fikrətə ikisi olarkən vermiş, təxminən 2-3 gün sonra Fikrət zəng edərək həmin torpağa dair Şahid11 adına xx.xx.2004-cü il tarixli bələdiyyə sədri Z.N.Cəfərovun adından imzalanan torpağın satılması haqqında sənəd vermiş, həmin sənədin necə və hansı qaydada saxtalaşdırılmasını bilmədiyini qeyd etmişdir. O, artıq sənədi əldə etdiyindən Əlövsətlə işini bitirmək istəmiş, Əlövsətə sənədi özünün düzəldəcəyini demiş, amma pulu olmadığından Əlövsətə pulu tam verə bilməmişdir. Özünün, anasının adına kreditlər götürərək hissə-hissə Əlövsətə pul vermiş, belə ki, xx.xx.2020-ci il tarixdə Əlövsətə “20 Yanvar” metrostansiyasının yaxınlığında avtomobildə 3.000 manat vermişdir. Bütün görüşlərində Rauf yanlarında olmuşdur. O, həmin yerə hasar-setka çəkdirmiş, çünki Fikrət demişdir. Əlövsətgil Fikrətin ona sənəd verməsindən hələ də, məlumatlı olmadığını qeyd etmişdir. Bununla bərabər Əlövsət mütəmadi olaraq ona zəng etmiş ki, Raufun verəcəyi 10.000 manatdan sonuncu heç nə verməmiş, ona görə də, hasarı- setkanı sökəcək. xx.xx.2020-ci il tarixdə Əlövsətin deməsi ilə Yeni Günəşlidə yerləşən “Lahmacun” restoranında kassirə 700 manat vermiş ki, sonradan sonuncunun oğlu gəlib götürəcək. xx.xx.2020-ci il tarixdə 500 manat Əlövsətin deməsi ilə qohumu Aydan Ağazadənin kartına göndərmiş, xx.xx.2020-ci il tarixdə Yeni Günəşlidə “Ballı marketin qarışısında 1.000 manat, xx.xx.2020-ci il tarixdə torpağın yanında 1.150 manat Əlövsətə vermiş, xx.xx.2020-ci il tarixdə 1.000 manat sonuncunun arvadının kartına, xx.xx.2021-ci il tarixdə Əlövsətin kartına 150 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat göndərmişdir. Əlövsətə 5.500 manat borcu qalmış, Əlövsət ondan əl çəkməmiş, qalan 5.500 manat pulu və Raufun 10.000 manat borcunu tələb etmiş, o, Fikrətə zəng edərək torpağa hasar çəkmədiyindən Əlövsət oranı sahibsiz bilərək pulu verməyi, əks halda hasarı-setkanı sökəcəyini dediyini bildirmiş, çünki Fikrət söz vermiş ki, 7.000 manatın içində tikinti və bütün məsələlər onluqdur. Fikrət bugün sabah deyərək onu “yola” vermiş, sonra Fikrət onu başa salmış ki, yalan sənəd düzəltsin, guya həmin yeri şirkət almış, parnik tikəcək, belə etsin ki, Əlövsət ondan əl çəksin. O da, Fikrətin deməsi ilə özü onun dediyi formada müqavilə yazaraq Əlövsətə və Raufa imzalatmış, çünki Fikrət onu da, demiş ki, Əlövsət birdən pulu almasını danar, bu yolla ona pul verilməsini təsdiq edə bilsin. Həmin vaxt o, Əlövsətə qalan 5.500 manat borcunu da, vermişdir. Bu təxminən 2021-ci ilin aprel-may ayına təsadüf etmiş, X41 yerləşən evində görüşmüşlər. O, öz borcunu Əlövsətə versə də, Rauf Əlövsətə pul vermədiyindən sonuncu mütəmadi ona yığaraq pulu tələb etmişdir. Fikrət ona təqdim etdiyi sənədə, həmin sənədin verilməsindən 7-8 ay sonra əmlak komitəsinin möhürünün vurulması üçün 500 manat almışdır. O, yenə Fikrətə zəng edərək Əlövsətin onu bezdirdiyini, hasarı qaldırmaq istədiyini bildirmiş, Fikrət hasarı tikmək üçün əlavə olaraq ondan 3.000 manat pul tələb etmişdir. O, 3.000 manatı aparıb ona “Titanik” kafesində vermiş, amma Fikrət yenə tikməyə icazə verməmiş, onun israrından sonra ancaq gecələr bir daş olmaqla hasarı qaldırmışlar. Beləcə hasarı qaldıra bilmişdir. Lakin əsaslı tikintiyə icazə verməmişdir. Dəfələrlə Fikrətə icazəni almağı, danışığa əməl etməsini demişdir. Çünki neftdən də, gələrək tikintiyə qoymamışlar. Onun israrından sonra Fikrət həyətdə tikintiyə başlamağı, sonrasını həll edəcəyini demişdir. Tikintiyə başlamış, lakin Neftdən gələrək tikintini saxlamışlar. Təxminən hasara qədər 100 kv. metr sahədə tikinti aparmışdır. Beləcə günü-günə yola verməklə Fikrət uzatmışdır. Fikrətə pulları verərkən o, məsələləri özünün həll edəcəyini, 3.000 manatı da, verərkən icazəni alacağını demiş, amma kimə verəcəyini deməmiş, sonradan Fikrətin hamısını özünə götürdüyünü düşündüyünü bildirmişdir. Təxminən 2023-cü ilin yay aylarında Fikrət zəng edərək 8.000 manat pul verməyi, icradan və neftdən tikintiyə icazə alacağını demiş, o, pulu olmadığını, əvvəl verdiyi pulların kreditlərini qaytarmadığını bildirmişdir. Tikinti konkret olaraq dayanmışdır. Tikintini apara bilmədiyini görüb o, həyətin açarını aparıb Fikrətə verməyi qərara almışdır. Belə ki, həyətdə tikintini aparan fəhləni onun üçün Fikrət tapmış, qapının açarı fəhlədə olmuşdur. O, fəhləyə tikintini davam etdirməsini deyəndə, o, Fikrətin icazə vermədiyini demiş, o da, fəhləyə açarı aparıb Fikrətə verməsini bildirmişdir. Bu səbəbdən açar həmin vaxtdan Fikrətdə olmuşdur. Fikrət tutulandan sonra həyətə gələrək baxanda görmüş ki, qapının açarı dəyişilmişdir. Açarları Fikrətə verdiyi gündən həmin müddətə qədər həyətə getməmişdir. O, Fikrətə zəng edərək bu torpağı almasını, tikintiyə görə ümumlikdə 65.000 manat ziyan dəydiyini və ona verdiyi pulları, dəyən ziyanı ödəməsini, torpağı ona verdiyini bildirmişdir. Təxminən 2023-cü ilin noyabr- dekabr aylarında Fikrət 65.000 manat yox, 50.000 manat verərək torpağı özünün alacağını, pulu verdikdən sonra sənədi qaytarmağı demişdir. O, Fikrətə ondan şikayət edəcəyini demiş, 2023-cü ilin dekabr ayında Fikrət onu çağıraraq “Elit” T/M-nin yanında 5.000 manat pul vermiş, qalan 45.000 manatı isə hissə-hissə verəcəyini demişdir. O, sonradan onun pul vermədiyini görüb mütəmadi olaraq ona zəng etmiş, Fikrət hər dəfə pulu verəcəyini deyərək vaxt qazanmışdır. Təxminən tutulmasından 3-4 gün əvvəl Fikrət onu yanına çağıraraq şikayət etməməyi, həmin torpağı və “Hikmət” adlı şəxsin torpağını “Ceyhun” adlı şəxsə satdığını, sonuncunun beh verdiyini, pulunu növbəti həftənin 2-ci günü qaytaracığına söz vermiş, sonradan eşitmiş ki, həftənin 1-ci günü Fikrət tutulmuşdur. Beləliklə, Fikrət torpağa bələdiyyə sənədi düzəldilməsi və tikintiyə icazə alınması üçün ondan 7.000 manat, 500 manat və 3.000 manat olmaqla 10.500 manat pul almış, bundan cəmi 5.000 manatını qaytarmışdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid11 ibtidai istintaq zamanı Şahid10 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid13 ifadələrində göstərdi ki, ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Yeni Suraxanı qəsəbəsində torpaq sahəsi almışdı, 2023-cü ilədək torpaq bələdiyyə mülkiyyəti olaraq qalmışdı, oranı özəlləşdirməmişdi. 2023-cü ildə torpaq sahəsini özəlləşdirmək, yəni daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq qərarına gəldi və bu məsələdə köməklik göstərməsi üçün əvvəlcədən tanıdığı X18 sədri Təqsirləndirilən şəxs müraciət etdi, Fikrət torpağın özəlləşdirilməsi üçün 30 min manat istədi, o da razılaşdı. 2023-cü ilin sentyabr ayında müvafiq torpaq sahəsinin yaxınlığında Fikrətə 20.000 manat pul verdi, qalan 10 min manatı isə dövlət reyestrindən çıxarışı aldıqdan sonra verəcəyini dedi, Fikrət razılaşdı. Lakin torpaq sahəsinin çıxarışını vermədi. Fikrət torpaq sahəsinə çıxarış alıb, verəcəkdi. Torpaq sahəsinin sənədi yox idi. Təqsirləndirilən şəxs Bələdiyyəsinin sədri idi. Ona dəymiş 20 min manat zərəri geri qaytarıblar. Həmin torpaq sahəsinin Bələdiyyə mülkiyyətində olmasından xəbəri yoxdur. Fikrət torpaq sahəsinə çıxarış almaq üçün heç kimin adını çəkməmişdi, özünün həll edəcəyini bildirmişdi. Torpaq sahəsi onun deyildi. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid13 ibtidai istintaq zamanı göstərmişdir ki, 2001-2002-ci illərdə Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, indiki Yeni Suraxanı - Mərkəzi küçə ərazisində özünə sahəsi 0,06 ha olan, məqsədli təyinatına görə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilən boş torpaq sahəsi almış, lakin cari dövrədək oranı hasarlasa da, üzərində hansısa obyekt inşa etməmiş, oradan rəhbərlik etdiyi, su və kanalizasiya xətlərinin çəkilməsi ilə məşğul olan "xxxx" MMC-nin fəaliyyəti ilə əlaqədar avadanlıq və ləvazimatların saxlanması üçün açıq anbar kimi istifadə etməyə başlamışdır. 2023-cü ilədək torpaq bələdiyyə mülkiyyəti olaraq qalmış, oranı özəlləşdirməmişdir. 2023-cü ildə torpaq sahəsini özəlləşdirmək, yəni öz xüsusi mülkiyyəti kimi qeyd etdirərək bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq qərarına gəlmiş və bu məsələdə köməklik göstərməsi üçün əvvəlcədən tanıdığı Bakı şəhəri, X18 sədri Təqsirləndirilən şəxs müraciət etmiş, onunla birlikdə torpaq sahəsinə əyani baxış keçirmiş, sonuncu torpağın özəlləşdirilməsi üçün ondan 30.000 manat alacağını bildirmişdir. O, razılaşdıqdan sonra ilkin olaraq 2023-cü ilin sentyabr ayında Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, indiki Yeni Suraxanı - Mərkəzi küçə ərazisində müvafiq torpaq sahəsinin yaxınlığında Fikrətə 20.000 manat pul vermiş, qalan 10.000 manatı isə dövlət reyestrindən çıxarışı aldıqdan sonra verəcəyini demiş, sonuncu razılaşmışdır. Fikrət ondan pulu aldıqdan sonra 1 ay ərzində torpaq sahəsinin çıxarışını verəcəyini demiş, lakin vəd olunan vaxt tamam olduqdan sonra Fikrətə zəng edərək sənəd barədə maraqlandıqda o, müxtəlif bəhanələr gətirərək, çıxarışın alınmasının ləngidiyini, ancaq tezliklə çıxarışı alaraq təqdim edəcəyinə söz vermişdir. Buna baxmayaraq, Fikrət hazırkı vaxtadək çıxarışın verilməsini təmin etməmiş, eləcə də, aldığı 20.000 manat pulu geri qaytarmamışdır. Fikrət çıxarışı təqdim etmədiyi üçün o, vəd etdiyi pulun qalan 10.000 manatını ona verməmişdir. Fikrət tələb edib aldığı pulu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində və ya digər qurumda hansısa vəzifəli şəxsə verəcəyi barədə heç nə deməmiş, o da, bu barədə soruşmamışdır. Təqsirləndirilən şəxs ondan 30.000 manat pul istəyib həmin vəsaitin 20.000 manatını alarkən yanlarında heç kəs olmamış, aralarındakı danışıqlar və görüşlər təklikdə baş tutmuşdur. Şahid8 ifadələrində göstərdi ki, ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Yeni Suraxanı qəsəbəsində torpaq sahəsi almışdılar. Onlar ev tikməyə icazə almaq üçün Suraxanı Rayon İcra Hakimiyyətinə getdilər, orada onları yönəltdilər ki, bu işlə Bələdiyyə məşğul olur. Əmisi oğlu Nemət ev tikməyə icazə almaq üçün Fikrətlə danışıb, razılaşdı. Nemət 7500 manat pulu Fikrətə verdi, Fikrət isə ona bildirdi ki, ““Dövlət Şəhərsalma və Arxitektura Komitəsi”-nin əməkdaşları gələcək, bir həftəyə tikintiyə başlayarsız”. Üç ay sonra Fikrətlə danışdı, Fikrət ona 1500 manat pulu qaytardı, o, Fikrətdən soruşdu ki, “bu 1500 manat sənə çatan pul idi, Fikrət dedi ki, bəli”. Fikrət pulun qalan hissəsini də qaytaracağını bildirdi, sonra “Lexus” markalı maşınının açarını ona verdi, o isə maşının açarını götürməmişdir. 2024-cü ilin fevral ayının 19-u Fikrət həbs olundu. Hazırda Fikrət ona 6 min manat qaytarmalıdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid8 ibtidai istintaq zamanı göstərmişdir ki, 2022-ci ilin yay aylarında Suraxanı rayonu, Qara-çuxur qəsəbəsndə yerləşən özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi tikmək istəmiş, fərdi yaşayış evinin tikintisinə icazə verilməsi üçün müxtəlif şəslərə pul vermiş, lakin bilmədiyi səbəblərdən fərdi yaşayış evi tikməyə icazə verilməmiş, pul verdiyi şəxslərdən pul vəsaitlərini geri istəsə də, pul qaytarılmamış, bununla əlaqədar müxtəlif orqanlara çoxsaylı şikayətlər etmiş, çoxsaylı şikayətlərdən sonra pul vəsaitini geri ala bilsə də, evi tikə bilməmiş, evi olmadığından 2023-cü ilin may ayında Yeni Suraxanı qəsəbəsi ərazisindən 2 sot kənd təsərrüfatı təyinatlı torpaq sahəsi alıb tanışı X9 adına rəsmiləşdirmiş, onun belə rəsmiləşdirmədə məqsədi əvvəlki müraciətlərinə görə Suraxanı rayon icra hakimiyyətində “demaqoq” kimi tanınmağına görə heç kimin həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verməyəcəyindən həmin sahədə başqasının adından özü üçün ev tikmək olmuşdur. Elə bu məqsədlə də, həmin sahədə ev tikilməsinə icazə alınmasını doğma əmisioğlu Şahid7 tapşırmış və özü kənarda dayanaraq prosesləri izləməyə başlamışdır. Bildiyi qədərilə Nemət də, bu işi həll etmək üçün əvvəlcə Suraxanı rayon icra hakimiyyətinə getmiş, orada torpaq sahəsi Abşeron rayon icra hakimiyyətinə aid olduğu üçün məsələni ərazidə ev tikən şəxslərdən maraqlanıb yolunu öyrənərək həll etməyi bildirmişlər, Nemət də, torpaq sahəsinin yerləşdiyi ərazidə ev tikən şəxslərdən bu işləri X18 sədri Təqsirləndirilən şəxs həll etdiyini, sonuncu ilə danışmaq lazım olduğunu öyrənmişdir. xx.xx.2023cü il tarixdə Nemət torpaq sahəsinin yerləşdiyi ərazidə Təqsirləndirilən şəxslə görüşüb danışmış, Fikrətə həmin torpaq sahəsini göstərib orada evi 8x10 metr ölçüdə olan bir mərtəbəli kürsülü fərdi yaşayış evi tikmək istədiyini bildirmiş, Fikrət də, onunla razılaşıb bunun üçün 8.000 manat verməli olduğunu, Fikrət həmin pulu aidiyyəti orqanlara, yəni Abşeron və Suraxanı rayon icra hakimiyyətlərinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yerli bölməsinə, Əmlak komitəsinin vəzifəli şəxslərinə verməklə, həmin sahədə rahatlıqla tikinti aparmasına şərait yaradacağını, ümumi himayədarlıq edəcəyini, fərdi yaşayış evi tikmək üçün şərait yaradacağını, həmçinin, pulu verdikdən 15 gün sonra tikintiyə başlaya biləcəyini demiş, yekunda 7.500 manata razılaşmışlar. Belə ki, Fikrət həmin puldan özünə çatacaq 500 manat həddində endirim edə biləcəyini, özünə çatacaq hissədən imtina etdiyini, lakin iş üçün 7.500 manat verməli olduğunu bildirmiş, nəticədə Fikrətlə Nemət razılaşmışlar. Sonuncu da, elə həmin gün bu barədə ona məlumat verdikdə, o, razılaşmış, həmin gün 7.500 manat pulu torpaq sahəsinin yaxınlığında Nemətə vermişdir. Bildiyi qədərilə Nemət də, həmin gün mobil telefonla Fikrətə məlumat vermiş, sonuncu ilə torpağın yanında görüşüb pulu ona vermişdir. Lakin həmin vaxtdan hazırki vaxtadək Fikrət aldığı pulun qarşılığında vəd verdiyi hərəkəti etməmiş, tikintiyə başlaya bilməmişlər. Fikrət hər dəfə müxtəlif bəhanələr gətirmiş, son dövrlərdə Fikrətin işi görə bilmədiyini anlayıb pullarını geri qaytarmasını istəmişlər, lakin hazırki vaxtadək Fikrət nə pulu qaytarmış, nə də, vəd verdiyi işi görməmişdir. Uzun müddətdən sonra, 11,02.2024-cü il tarixdə Fikrət Nemətə verdiyi puldan 1.500 manatını qaytarmış, qalan 6.000 manat pulu Fikrət hələ də, qaytarmamışdır. Şahid7 ifadələrində göstərdi ki, ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Onlar Fikrətə tikintiyə icazə almaq üçün dəfələrlə müraciət ediblər, Fikrət həmişə onlara köməklik edib, lakin axırıncı dəfə köməklik edə bilmədi. Onun əmisinin Yeni Suraxanı qəsəbəsində 2 sot torpaq sahəsi var idi, lakin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi idi. 2023-cü ilin noyabr ayının 1-də mən Fikrətlə görüşdü, Fikrətə bildirdi ki, onlar yenidən ev tikmək istəyirlər, evin tikintisinə icazə almaq üçün onlara köməklik göstərsin. Fikrət bu iş üçün 7500 manat pul istədi, onlar da razılaşdılar. Bir saat sonra Fikrətlə yenidən görüşdülər və o, Fikrətin dediyi pulu ona verdi. 19 fevral 2024-cü il tarixinə qədər Fikrət onları gözlətdi, sonra eşitdilər ki, Fikrət nəzarətə götürülüb. Fikrət 1500 manat pulu qaytardı, lakin 6 min manat pulu qaytarmadı. Onlar Fikrətə torpaq sahəsinin çıxarışının və şəxsiyyət vəsiqəsinin sürətini verdilər. Onlar Suraxanı Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət ediblər, icra başçısının köməkçiləri onlara bildirdilər ki, həmin ərazi Abşeron rayonunun ərazisidir və ora müdaxilə edə bilməzlər, tikintiyə kim icazə verirsə, ona yaxınlaşsınlar. Təqsirləndirilən şəxs dəfələrlə onlara köməklik edib. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid7 ibtidai istintaq zamanı Şahid8 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid1 ifadələrində göstərdi ki, ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Onun 6.5 sot torpaq sahəsi var idi, o həmin torpaq sahəsində obyekt tikmək istəyirdi. O, əvvəllər Fikrətin Bələdiyyə sədri olduğunu bilmirdi. Hikmət onu Fikrətlə tanış etmişdi. O həmin torpaq sahəsində obyekt tikməyə icazə almaq üçün Hikmətə 12 min manat, Fikrətə isə 5 min manat pul vermişdi. O, aldadıldığını bildikdə gedib Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişdir. Hikmət verdiyi 12 min manat pulu geri qaytarıb, Fikrətə isə 5 min manat pul geri qaytarmayıb. O, Fikrəti saxlanılmamışdan 2-3 ay əvvəl Fikrəti tanımışdır. Fikrətlə onu Hikmət tanış etmişdi. Fikrət torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdi. Fikrətlə həmin torpaq sahəsində obyekt tikməklə bağlı razılığa gəlmişdilər. Torpaq sahəsinin sənədlərini görməmişdi, Fikrət həmin torpaq sahəsinin sənədlərini hazırlayıb, verəcəyini bildirmişdi. Fikrətin və ya Hikmətin həmin torpaq sahəsinin başqa şəxsə məxsus olmasını bildirmələrini xatırlamır. Fikrətə verdiyi pul öz pulu idi. Ona xüsusi pul vəsaiti və işarələnmiş pul vəsaiti verilməyib. O, pulu Fikrətə verəndən sonra şikayət etmişdir. Şikayət edəndə çəkilişi də təqdim etdi. Çəkilişi aparat vasitəsi ilə çəkmişdi. Fikrətə 5 min manat verəndə çəkiliş apardı. Hikmətə 12 min manat verəndə çəkiliş etməmişdi. İki dəfə çəkiliş etmişdir. Verdiyi pul Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qeydiyyatdan keçirilməyib. Fikrətə 7 min manatdan əlavə pul verməmişdir. Əvvəllər Fikrəti tanımışdır, lakin onun Bələdiyyə işçisi olduğunu bilməmişdir. Əvvəllər Fikrətlə aralarında torpaq söhbəti olub. O əvvəllər Fikrətdən torpaq sahəsi alıb, başqasına hədiyyə vermişdir, lakin Fikrətin Bələdiyyə sədri olduğunu bilməmişdir. Həmin torpaq sahəsini 23 min manata almışdı. Həmin torpaq sahəsini hədiyyə vermişdir. Həmin torpaq sahəsini Ayşəyə hədiyyə vermişdir. Həmin torpaq sahəsini 2 il əvvəl almışdır. Pulu Fikrətə torpaq sahəsinin yanında vermişdir. 2 il əvvəl 23 min manat pulu Fikrətə vermişdir. Onlar Fikrətlə yanacaq doldurma məntəqəsinin arxasında görüşdülər. Fikrət qara maşınla gəlmişdi. Bundan əlavə o göstərdi ki, 2- ci epizodda tikintiyə icazə almaq üçün Fikrətlə 70 min manat pula razılaşmışdı. Fikrətə 5 min manat pulu sənəd almaq üçün vermişdir, beh kimi verməmişdir. Fikrətə 5 min manat pulu nə vaxt verməyi yadında deyil. Fikrətə verdiyi 5 min manat öz pulu idi. həmin 5 min manat pulun üzərində xüsusi işarə olmayıb. 1-ci epizod 1-2 əvvəl olub. Fikrəti tanıyandan 1-2 il əvvəl olub. 1-ci dəfə Fikrətə 5 min manat verdi, sonra 10 min manat, sonra yenə 10 min manat pul verdi. Ayşə torpaq sahəsinin sahibidir. Ayşəyə Fikrətdən aldığı torpaq sahəsini vermişdir. Şahid10ı bir dəfə görmüşdür. Nihatı nə vaxt gördüyü yadında deyil. 23 min manata aldığı torpaq sahəsidir. Həmin torpaq sahəsini nə vaxt aldığı dəqiq yadında deyil. İfadəsində bildirdiyi həmin sahə sahəsi 9,5 sot olan torpaq sahəsidir. Fikrətə 5 min manat pulu nə vaxt verdiyi yadında deyil. Fikrətə 5 min manat pul öz şəxsi pulu olub. Ona əməliyyat qurmaq üçün pul verilməyib. Behini verdiyi torpaq sahəsi Lukoil YDM-nin arxasında idi. Həmin torpaq sahəsinin pulunu qohumu verməyib, o özü vermişdir. Həmin torpaq sahəsini hədiyyə vermişdir. O, 23 min manat pulu Fikrətə hissə-hissə vermiş, 1-ci dəfə torpaq sahəsini yanında, 2-ci dəfə Lukoil YDM-nin yanında 3-cü dəfə isə məktəbin yanında vermişdir. Pulu verdiyi tarixlər yadından çıxıb. Fikrətlə telefon danışığı olub. O, (070)722-22-01 və (050)210-53-05 saylı nömrələri istifadə edirdi. Bunlardan başqa nömrələri olmayıb. Ona Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən xüsusi avadanlıq verilib. Xüsusi avadanlığın nə vaxt verildiyi yadından çıxıb. Aişə xanım Mərdəkan qəsəbəsində yaşayır. Fikrət ona YDM-nin arxasındakı torpaq sahəsini 2 mərtəbəli obyeklə birlikdə 105 min manata təklif etdi, o 105 min manat məbləğin çox olduğunu bildirdi, sonra 75 min manata razılaşdılar. Fikrət ondan sənədləri düzəltmək üçün 5 min manat pul istədi, həmin 5 min manat pul bata bilər demişdir. O sonradan bildi ki, Fikrət onu aldadır, həmin sənəd saxtadır. Fikrət ona YDM-nin arxasındakı torpaq sahəsini vəd edib. İtləri həmin torpaq sahəsinə o, buraxmışdır. Həmin torpaq sahəsini əvvəllər Fikrətdən almışdır. Həmin torpaq sahəsini almaq üçün Fikrətə 23 min manat pul vermişdir. 5 min manat pulu YDM-nin arxasındakı torpaq sahəsi üçün vermişdir. O, Fikrətə 3 min manat torpaq sahəsinin yanında, 10 min manat Qırmızı YDM-nin yanında, 10 manat da məktəbin yanında vermişdir. Həmin pulları bir ay ərzində vermişdir. Ümumilikdə Fikrətə 23 min manat pul vermişdir. O, əvvələr də Fikrətlə alver etmişdir, lakin Fikrətin Bələdiyyə sədri olduğunu bilməmişdir. O, Fikrətin Bələdiyyə sədri olduğunu Titanik kafesində görüşəndə bilmişdir. Hikmət onu Titanik kafesinə Bələdiyyə sədri ilə tanış etməyə aparmışdı, gördü ki, Fikrətdir, lakin heç nə demədi. Fikrət tikinti və sənədlə birlikdə torpaq sahəsi üçün 75 min manat istədi. Həmin vaxt Fikrət sənəd verməmişdi. Fikrət ona iki dəfə sənəd verib. Hər iki sənədi Fikrət ona onun anasının adına verib. Hər iki sənədi istintaq orqanına təqdim etmişdir. Torpaq sahəsini pulunu verib, öz anasının adına almışdır. O, Şahid18 10 min manat borc almış, sonra isə qaytarmışdır. Əliyeva Zöhrənin adına olan sənəd onun evindədir. O “5 min manat pul vermişəm, əgər qalan vəsaiti verməsəm, beh batsın” demişdir, lakin həmin pulu obyekt tikmək istədiyi torpaq sahəsinə çıxarış almaq və obyekin tikintisinə icazə verilməsi üçün vermişdir. Fikrət tərəfindən ona sənəd təqdim olunub. Məktəbin yanında pul verəndə Fikrət ona sənəd verdi. Fikrət ona 1 sənəd verməli idi. O 2-ci sənədi almağa gələndə Fikrətin bələdiyyə işçisi olduğunu bildi. O, ikinci dəfə torpaq sahəsi almağa deyil, iki mərtəbəli obyekin tikintisinə icazə almağa getmişdi. Fikrətə 23 min manat vermiş, sonra isə beş min manat vermişdir. İki mərtəbəli obyekin torpağının çıxarışını almaq üçün Fikrətə 65 min manat verməli olmuşdur. Həmin obyektin torpaq sahəsi Hikmətə məxsus idi. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən ona torpağın sənədini verməyiblər. Birinci i dəfə Fikrətə üç min manat pul vermişdir. Tikintiyə pulu verəndən bir-iki gün sonra başlamışdır. Hazırda evi tikib qurtarmışdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, 2023-cü ilin dekabr ayında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində qeyri-yaşayış obyekti tikmək üçün torpaq sahəsi almaq qərarına gəlmişdir. Bu məqsədlə tanışlarından maraqlandıqda həmin ərazidə dəllal kimi fəaliyyət göstərən “Hikmət” adlı şəxsdən orada torpaq sahəsi ala biləcəyini bildirmişlər. O, maraqanıb həmin “Hikmət” adlı şəxsi tapıb onunla tanış olmuş, Hikmətlə görüşüb ona Yeni Suraxanı qəsəbəsindən torpaq sahəsi almaq istədiyini bildirmişdir. Hikmətə təxminən 5-6 sot torpaq sahəsi almaq istədiyini demiş, Hikmət qəsəbə ərazisində sata biləcəyi torpaq sahələrinin olduğunu bildirərək həmin torpaq sahələrini göstərmişdir. Hikmət ona həmin torpaq sahələrinin sənədsiz olduğunu bildirmişdir. O, sənədsiz torpaq sahəsində necə obyekt tikə biləcəyini soruşduqda Hikmət bu işi bələdiyyə sədri Fikrətlə həll edə biləcəyini bildirmişdir. Hikmət ondan hər hansı sənədi olmayan torpaq sahəsi üçün 35.000 manat pul tələb etmiş, o, Hikmətlə razılaşmışdır. Bir neçə gündən sonra Hikmətlə görüşərək Fikrətə məxsus olduğunu bildiyi “Titanik” adlı restorana getmişlər. Oraya getməkdə məqsədləri Hikmətin onu Fikrətlə tanış etməsi olmuşdur. Tanış olduqdan sonra o, Fikrətə Hikmətdən torpaq sahəsi almaq istədiyini, lakin torpağın heç bir sənədinin olmadığını bildirmiş, Fikrət isə bu işləri rayon ərazisində özünün gördüyünü, bütün sənədləri düzəldib verəcəyini demişdir. Fikrət həmçinin söhbət əsasında bu iş üçün 75.000 manat pul tələb etmişdir. O, bir müddət restoranda Hikmət və Fikrətlə qaldıqdan sonra oradan çıxıb getmişdir. Hikmətlə Fikrətin saxtakarlıqla məşğul olduqlarını, rüşvət aldıqlarını görüb bu barədə Azərbaycan Respublikasının Baş prokuroru yanıdna Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. 2024-cü ilin yanvar ayında Fikrətlə sonucunun Yeni Suraxanı qəsəbəsində yerləşən evində görüşmüşlər. Görüşdən qabaq əməliyyatçılar tərəfindən üzərində videoçəkiliş funksiyasına malik cihaz quraşdırılmış, görüş zamanı Fikrət bir daha bütün sənədləşmələri özünün həll edəcəyini, torpaq sahəsinin ona məxsus olmasına dair sənədləri tərtib edib verəcəyini, İcra hakimiyyəti və digər orqanlarla danışıb həmin torpaq sahəsində tikintini aparmasına şərait yaradacağını bildirmişdir. O isə 70.000 manata gücünün çatacağını bildirmiş, Fikrət də, onunla razılaşmışdır. O, torpaq sahəsinin ona məxsus olmasına dair sənədlərin hazırlanması üçün beh kimi 5.000 manat pulu Fikrətə evində təqdim etmişdir. Bundan sonra bir neçə dəfə Fikrətlə görüşləri olmuş, görüşlər zamanı Fikrət əvvəlcə sənəd nümunəsini ona göstərmiş, ardınca düzəltdiyi sənədləri ona təqdim etmişdir. Bu ərəfələrdə Hikmət də ondan satdığı torpaq sahəsinə görə pul tələb etmiş, o da, bu səbəbdən sonuncuya 2.000 manat pul vermişdir. Beləliklə, 2024-cü ilin yanvar ayının əvvəllərində Fikrətə torpaq sahəsinə sənədlərin düzəldilməsi üçün 5.000, Hikmətə sənədsiz torpaq sahəsinin ona satılması üçün 2.000 manat pul vermişdir. Şahid1 əlavə ifadəsində göstərmişdir ki, ilkin ifadəsində göstərilən, Hikmətə məxus olan torpaq sahəsini almamışdan təxminən 5 ay qabaq Fikrətdən “Teksunun”nun yanında 0,09 ha torpaq sahəsini almış, it saxladığından boş torpaq sahəsi axtarmışdır. Maklerlər vasitəsilə Fikrətlə tanış olmuş, amma onun həmin vaxt bələdiyyə sədri olduğunu bilməmişdir. Fikrət həmin bu torpağı ona göstərərək 28.000 manata sənədlə birlikdə sata biləcəyini demişdir. O, nə sənədi olduğunu soruşanda bələdiyyə Sərəncamı olmasını demişdir. O, 23.000 manat verəcəyini dedikdə Fikrət razılaşmşdır. Həmin vaxt, yəni təxminən 2023-cü ilin noyabr ayında Fikrətə 3.000 manat beh vermiş, bundan təxminən 15 gün sonra iki dəfəyə 10.000 manat və 10.000 manat olmaqla ümumilikdə ona 23.000 manatı dekabr ayının sonunadək vermişdir. Pulu tam verdikdən sonra Fikrət onun anası X14 adına yazılmış 2003-cü il tarixli sərəncamı vermişdir. Sərəncama baxanda görmüş ki, həmin sərəncam keçmiş bələdiyyə sədrinin adındandır. Anlayışı olmadığından sənədə əhəmiyyət verməmiş, düşünmüş ki, saxta olmaz. Həmin torpaq sahəsi hasarlanmış, içində yarım tikili olmuşdur. Fikrət tikintinin icazəsini də, verdiyi pulun içində alacağına söz vermişdir. Təxminən Fikrətin tutulmasından 3-4 ay əvvəl itləri gətirib ora buraxmış, bu müddət ərzində heç kim gəlib maraqlanmamışdır. Hətta yarımtikilinin üstündə bir qədər tikinti də, aparmış, təxminən 2 ay ustalar işləmişdir. Sonra Hikmətlə tanış olmuş, sonuncu onu Fikrətin yanına aparanda görmüş ki, torpağı ona satan adamdır. İlkin ifadəsində bununla bağlı bildirməyi unutduğundan sonradan bildirmişdir. Torpağı almasından 6 ay sonra “Nihat” adlı oğlan meydana çıxaraq torpağın onun olduğunu demiş, Nihat Fikrətin onun pulunu qaytardığını, 5.000 manat borcunun qaldığını ona bildirmiş, amma bir neçə ay olmuş ki, orada it saxlamış, bu müddət ərzində nə Nihat, nə də ki, qeyrisi gələrək maraqlanmamışdır. Tikintinin başa çatmamasına səbəb isə ilkin ifadəsində göstərilənlərin, yəni Fikrətin onu aldatması olmuş, başı ona qarışdığından tikinti yarımçıq qalmışdır. Bundan başqa, Fikrətin ondan 75.000 manat istədiyini, 70.000 manata gücü çatacağını dediyini, sonuncunun bununla razılaşdığını, Fikrətə 5.000 manatı verəndə isə əlavə olaraq 55.000 manat da, verə biləcəyini, 60.000 manata həll etməsini dediyini, Fikrətin 5.000 manatı götürərək razılaşdığını bildirmişdir. Şahid18 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim edilən Təqsirləndirilən şəxs tanıyır, üç dəfə görmüşdür. O, dörd ildir ki, Şahid1lə birlikdə yaşayır, lakin nikahları yoxdur. Ceyhun torpaq sahəsi almaq istəyirdi, araşdırıb bir nəfər makler tapdı. Onlar Suraxanı qəsəbəsində torpaq sahəsinə baxmağa getdilər, həmin vaxt maklerin yanında Təqsirləndirilən şəxs də gəlmişdi, o elə bildi ki, Fikrət də maklerdir. Həmin vaxt o, maşında idi, onlar danışdılar, sonra Ceyhun Fikrətə 3 min manat pul verdi. Fikrətlə Ceyhun torpaq sahəsini 25 min manata danışmışdılar, sonra Fikrət 23 min manata razılaşdı. Ceyhun ona təklif etdi ki, “gəl, həmin torpaq sahəsini birlikdə alaq və yarı bölək, yarısında sən tikinti apar, yarısında da mən”. Ceyhun ondan 10 min manat pul aldı. “Qırmızı” yanacaq doldurma məntəqəsinin yanında Ceyhun Fikrətə 10 min manat pul verdi, həmin vaxt o, maşında idi, Fikrət isə maşınsız idi. 10 gün sonra məktəbin yanında Ceyhun Fikrətə 10 min manat pul verdi, həmin vaxt o, maşında idi və pəncərədən Fikrətə dedi ki, “heç bir problem yoxdu ki ?”, Fikrət isə ona bildirdi ki, get, orada “5 mərtəbəli ev tik, halalığını verdim”. Fikrəti üç dəfə görmüşdür, lakin nə vaxt gördüyü yadında deyil. Həmin torpaq sahəsi Suraxanı qəsəbəsində, zavoda bənzər tikilinin yaxınlığında yerləşir, torpaq sahəsinin dəmir qapısı var, açarını da Fikrət Ceyhuna verib. Həmin torpaq sahəsini Ceyhun almışdı, lakin 10 min manat ondan borc aldığı üçün, Ceyhun ona təklif etdi ki, həmin torpaq sahəsini “yarı bölək və tikinti işləri görək”. Ceyhun iki ədəd torpaq sahəsi almaq istəyirdi. Ceyhun həm obyekt yeri almaq istəyirdi, həm də ev tikmək üçün torpaq sahəsi almaq istəyirdi. Onun baxdığı torpaq sahəsi ev tikmək üçün idi, həmin torpaq sahəsində o, ev tikdirirdi, Nihat müəllim gəlib, torpaq sahəsinin ona satıldığını bildirdi, o isə beş aydır burada tikinti işləri gördüyünü bildirdi. Birinci dəfə Fikrət qara maşınla gəlmişdi, iki nəfər idilər. Hər üç görüşdə o, orada olmuşdur. Həmin vaxt ***-***-**-** saylı nömrəni istifadə edirdi. Bu nömrə Fikrətlə görüşlərdə üzərində olub. Nihat torpaq sahəsi ilə bağlı əvvəlcə Ceyhuna zəng etmişdi, Ceyhun isə torpaq sahəsinin sahibinin onun olduğunu bildirmişdir. Sonra o, Nihata zəng edib, onunla görüşdü. Nihat bildirdi ki, Fikrət müəllim bu torpaq sahəsini ona satıb, o isə torpaq sahəsinin ona satıldığını bildirdi. Nihat həmin torpaq sahəsini almaq üçün 25 min manat pul verdiklərini bilir, bu barədə Nihatla danışıqları olub. Nihatın nə qədər pul verdiyini bilmir. Fikrətlə Ceyhunu kimin tanış etdiyini bilmir. Fikrətlə Ceyhun ilk dəfə görüşəndə o, iştirak etməmişdir. O, torpaq sahəsinə baxmaq üçün gedəndə iştirak etmişdir. Hikmətin adını eşitmişdir. Hikmətin makler olduğunu eşitmişdir. Fikrət tərəfindən ona həmin torpaq sahəsinin sənədi verilməyib. Fikrət bələdiyyə sənədi verəcəyini demişdi. Fikrət torpaq sahəsinin sənədini Ceyhuna təqdim edib, lakin nə vaxt təqdim etdiyi yadında deyil. Fikrətə pullar bir ay və ay yarım ərzində verilmişdi. Ceyhunun Fikrətə başqa torpaq sahəsinə görə pul verib-verməməsini bilmir. Nihat yalan danışır, o, Ceyhunun Hikmətin torpaq sahəsini aldığını deməmişdir. Ceyhun ona dedi ki, “zəng edən kişidir, sən isə qadınsan, get, onunla sən danış”. Ceyhun torpaq sahəsinə baxmağa gedəndə, o da onunla getmişdi, lakin o, maşından düşməmişdir. Ceyhun içəri girib, torpaq sahəsinə baxdı. Həmin gün, o, maşında olanda Ceyhun Fikrətə 3 min manat pul verdi. Ceyhun əvvəlcədən makler vasitəsi ilə Fikrətlə görüşmüşdü. Fikrət maklerlə birlikdə gəlmişdi. Ceyhun axırıncı dəfə pul verəndə torpaq sahəsinin açarını ona verdi və bildirdi ki, get işlərini gör. Ceyhun açarı verəndən 2-3 gün sonra tikinti işlərinə başladı. Ceyhunun başqa hansı torpaq sahəsini almaq istədiyini bilmir. Şahid17 ifadələrində göstərdi ki, ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Qohumu Şahid16 özünə məxsus torpaq sahəsinə çıxarış almaq istəyirdi, bu məqsədlə o, vasitəçilik edərək, Fikrətlə danışmışdır. Fikrət torpaq sahəsinə çıxarış almaq üçün 10 min manat pul istədi. Tural Fikrətə 10 min manat pul verdi, pulu verərkən, o da orada idi, lakin Fikrət çıxarışı vermədi. Fikrət Turaldan aldığı 10 min manat pulu geri qaytarmayıb. Fikrət bildirdi ki, 21 gündən sonra onlara mesaj gələcək, sonra gedib, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətindən sənədləri götürərlər. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid17 ibtidai istintaq zamanı Şahid16 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid2 ifadələrində göstərdi ki, ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. O 2 il əvvəl 2 sot torpaq sahəsi almışdı, lakin həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi idi. O həmin torpaq sahəsində ev tikmək məqsədi ilə icazə almaq üçün Fikrətlə danışdı. Fikrət bu iş üçün ondan 5500 manat pul alıb. Sonra 3 min manat pulu geri qaytardı, 2500 manat pulu isə hələ də qaytarmayıb. Fikrətə 5500 manat pulu ev tikməyə icazə verilməsi üçün vermişdi. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, təxminən 2 il əvvəl Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində yerləşən 2 sot çıxarışlı torpaq sahəsini öz adına hazırda adını xatırlamadığı şəxsdən almışdır. Torpağa dair çıxarışı olsa da, torpağın təyinatı kənd təsərrüfatlı olmuşdur. İşləyərək müəyyən qədər pul vəsaiti topladığından həmin torpaqda özü üçün yaşayış evi tikmək qərarına gəlmişdir. Lakin torpaq kənd təsərrüfatı təyinatlı olduğundan orada yaşayış evi tikmək üçün icazə almaq lazım olmuş, 2023-cü ilin dekabr ayının əvvəllərində torpaq bələdiyyənin balansında olduğundan bu məqsədlə ərazi üzrə X24 getmiş, orada bələdiyyə sədri Təqsirləndirilən şəxs otağına yaxınlaşaraq torpaq sahəsində yaşayış evi tikmək istədiyini demiş, Fikrət bir mərtəbə üçün 7.000 manat, iki mərtəbə üçün 11.000 manat verməli olduğunu bildirmişdir. O, həmin pulu verəcəyi halda tikinti üçün pulunun qalmayacağını demiş, Fikrət nə qədər verə biləcəyini soruşduqda o, 5.000 manat verməyə gücünün çatacağını bildirmiş, Fikrət isə 5.500 manat istəmişdir. O, bu məbləğə necə həll edəcəyini, icazənin icra hakimiyətinin verdiyini bildiyindən onların necə olacağını soruşmuş, Fikrət hamısını özünün həll edəcəyni demiş, o da, razı olmuşdur. Sabahı gün 5.500 manat məbləğində pul vəsaitini Fikrətin iş otağında sonuncuya vermiş və sonuncu təxminən bir həftə sonra, həftənin bazar günü tikintiyə başlaya biləcəyini bildirmişdir. Bir həftə tamam olanda o, öz istifadəsində olan 050- ***-**-** nömrəsindən Fikrətin istifadəsində olan “212” ilə başlayan nömrəsinə zəng etmiş, Fikrət 1-2 gün də, səbrli olmağı demiş, beləcə hərdəfə zəng edəndə 1-2 gün gözləməyi demişdir. Artıq o, məsələnin uzandığını görüb, eləcə də, atası əməliyyat olunduğundan evi tikmək üçün pulu olmadığından tikintini apara bilməyəcəyindən 2024-cü ilin yanvar ayının sonu, fevral ayının əvvəllərində Fikrətə zəng edərək tikintini apara bilməyəcəyini, həm də, onsuz icazə ala bilmədiyini deyib pulu qaytarmasını demiş, Fikrət “bu gun sabah” deyərək yenə uzatmağa başlamışdır. O, Fikrətin qanunsuz hərəkətlərinə görə Suraxanı rayon İcra başçısının qəbuluna gedəcəyi barədə zəng edərək sonuncuya məlumat vermiş, Fikrət qəbula getməməyi xahiş etmiş, Fikrət onun qəbula gedəcəyini bildikdən sonra xx.xx.2024-cü il tarixdə ona məxsus olan “Kapital” banka aid 4169-**- 7667 nömrəli kart hesabına 3.000 manat pul göndərmiş, o isə pulu tam verməsini, onsuz icra başçısının qəbuluna gedəcəyini demiş, amma hazırki günə qədər Fikrət 2.500 manatı qaytarmamışdır. Şahid X37 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim edilən Təqsirləndirilən şəxs tanıyır. O, Suraxanı Bələdiyyəsində ictimai əsaslarla sədr muavini vəzifəsində işləmişdir. Fikrət müəllim gözəl insandır, o, öz şəxsi təşəbbüsü ilə şəhid ailələrinə və kasıblara yardım edib. Fikrət müəllim şəhid ailəsi olan Qədir müəllimin banka olan borcunu öz şəxsi vəsaiti hesabına ödəyib. Şahid1 və Şahid10ı tanıyır. Şahid1 və Şahid10 Bələdiyyəyə gəlib-gedirdilər, Fikrət müəllimlə şəxsi işləri var idi. Tikinti işi ilə bağlı gəlib-gedirdilər. Şahid1 bir dəfə görmüşdür. 2023-cü ilin dekabr ayının sonları idi, saat 17:00 radələrində Ceyhun gəlmişdi, Fikrət müəllim Ceyhuna açar verdi. Yarım tikilinin açarı idi. Yarım tikili Nihata məxsus idi. Həmin vaxtlarda Nihat da tez-tez gəlibgedirdi. Nihat tikinti işi ilə bağlı gəlib-gedirdi. Bələdiyyənin tikintiyə icazə vermək səlahiyyəti yox idi. Fikrət müəllim Ceyhuna açarı verəndə, Ceyhun fevral ayında pulu verəcəyini bildirdi. Şahid X42 ifadələrində göstərdi ki, ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. O, Suraxanı Bələdiyyəsində işləmişdir. Nihat torpaq sahəsinin açarını ona vermək üçün, ona zəng etdi, o da Nihatla görüşüb, açarı aldı. Bu hadisə 2023-cü ilin noyabr ayının sonları-dekabr ayının əvvəllərində olub. Həmin torpaq sahəsində daşlar var idi. Açarı Nihatdan aldı və Fikrət müəllimə verdi. Nihatın açarı Fikrət müəllimə niyə verdiyini bilmir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid12 ibtidai istintaq zamanı göstərmişdir ki, 2010-cu ildə yaşadığı Bakı şəhəri, ünvan 22 ünvanında özünə məxsus olan fərdi yaşayış sahəsinin qarşısından keçən avtomobil yolunun əks tərəfində yerləşən, məqsədli təyinatına görə kənd təsərrüfatı torpaqları kateqoriyasına aid edilən 0,04 ha torpaq sahəsini sahibindən 5.000 manata alaraq əkin-biçin işləri görərək təyinatına uyğun istifadə etməyə başlamışdır. Torpağı alarkən sahibi tərəfindən sənəd qismində yalnız torpaq vergisinin ödənilməsini təsdiq edən qəbzlər təqdim edilmiş, torpaq üzərində hüquqmüəyyənedici hər hansı sənəd verilməmişdir. Sözügedən torpaq bələdiyyə mülkiyyətində olmaqla özəlləşdirilməmişdir. 14 il ərzində torpağın iki tərəfini hasarlamış, 2023-cü ilin noyabr ayında isə oranı bütövlükdə hasarlamaq qərarına gəldiyi üçün ilk növbədə ərazini özəlləşdirmək, yəni daşınmaz əmlakın dövlət reyestrindən torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış almaq üçün X18 sədri Təqsirləndirilən şəxs Bələdiyyədəki xidməti otağında şəxsən müraciət etmiş, Fikrət isə torpaq sahəsinə çıxarış almaqdan ötrü birinci növbədə torpağa dair Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən kod - şəhadətnamə verilməli olduğunu, bundan sonra çıxarış verilməsinin təmin edilə biləcəyini bildirib, qeyd olunan məsələlərin müsbət həll olunması müqabilində 2.500 manat pul tələb etmiş, əvvəllər həmin torpaq sahəsini gördüyü üçün ora yenidən baxış keçirməyə ehtiyac olmadığını demişdir. O, Fikrətin təklifi ilə razılaşıb tələb olunan vəsaiti düzəldərək 2023-cü ilin noyabr ayında yaşadığı Bakı şəhəri, ünvan 22 ünvanında X18 sədri Təqsirləndirilən şəxs ilə təklikdə görüşüb tam həcmdə şəxsən özünə təqdim etmiş, Fikrət məsələni 10 gün ərzində həll edəcəyini desə də, işi bilavasitə kimin həll edəcəyini, pulu kiməsə verib-verməyəcəyini bildirməmişdir. Vəd olunan müddət tamamlansa da, Fikrət nə üzərinə götürdüyü öhdəliyi icra etmiş, nə də ki, aldığı vəsaiti geri qaytarmışdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid16 ibtidai istintaq zamanı göstərmişdir ki, 1-ci qrup əlilliyi olan atası X21 adına 2004-cü ildə bələdiyyə sahəsi kimi rəsmiləşdirilmiş Bakı şəhəri Suraxanı rayonu Yeni Ramanı qəsəbəsində yerləşən 2 sot torpaqda 2023- cü ilin iyul ayının əvvəllərində tikinti-təmir işləri, yəni yaşayış evinin tikintisini aparmaq istəsələr də, bundan öncə tikintiyə icazə və digər məsələləri maraqlanmaq məqsədi ilə X24 müraciət etmək qərarına gəlmişlər. Həmin torpaq sahəsinə bitişik, yəni qonşuluqda adına 4 sot bələdiyyə sahəsi rəsmiləşdirilmiş və ümumi tanışlıq münasibətində olduqları X38 niyyətlərini bildikdə, həmin Bələdiyyəyə müraciət etdikdə eyni məsələni ona aid hissədə də, dəqiqləşdirmələrini xahiş etmişdir. Bir neçə gün sonra X24 gedib bələdiyyə sədri Təqsirləndirilən şəxslə görüşmüşlər, sonuncunun xidməti otağında olan zaman, o, məqsədlərini öyrəndikdə yalnız torpaq sahəsinin özəlləşdirilməsini apararaq mülkiyyəti təsdiq edən çıxarış aldıqdan sonra orada müəyyən tikintitəmir işləri apara biləcəklərini qeyd etmiş, Təqsirləndirilən şəxslə danışıq apararkən həmin işdə köməklik edə bilib- bilməyəcəyini soruşduqda o, narahat olmamalarını, 12.000 (on iki min) manat məbləğində pul vəsaiti verilməsi qarşılığında bir-iki ay ərzində 6 sot torpaq sahəsinə çıxarışı alıb təqdim edə biləcəyini demiş, Təqsirləndirilən şəxs bu məbləğin yüksək olmasını bildirsələr də, qiymətdə razılıq əldə edə bilməmişlər. Həmin ayın ortalarında baldızının kürəkəni Şahid17la söhbət edərkən yaranmış çətinlik haqda məlumat vermiş, sonuncu isə Təqsirləndirilən şəxslə tanışlıq münasibətində olmasını, bu məsələnin həll edilməsində köməklik etməyə çalışacağını demişdir. 2023-cü ilin iyul ayının axırlarında səhər saatlarında qohumu Şahid17la birlikdə Təqsirləndirilən şəxs qəbuluna getmişlər, sonuncu onları qəbul etmiş və xidməti otağında aralarında aparılan danışıq zamanı o, 1 sot torpaq sahəsinə 1.750 (min yeddi yüz əlli) manat olmaqla 6 sot torpaq sahəsi üçün ümumilikdə 10.500 (on min beş yüz) manat məbləğində pul vəsaiti təqdim edəcəyi təqdirdə müvafiq çıxarışın verilməsi məsələsini həll edəcəyinə dair vəd vermişdir. Daha sonra o, bu barədə R.Məmmədovla danışıq aparıb məlumat vermiş, sonuncu razılıq versə də, onun əvəzinə də, pul vəsaiti təqdim etməsini xahiş etmiş, bu səbəbdən elə həmin gün tələb olunan məbləğdə pul vəsaitini və zəruri sənədləri hazırlayaraq, nahar fasiləsindən sonrakı müddətdə Şahid17la birlikdə yenidən Təqsirləndirilən şəxs yanına gedib xidməti otağında qohumunun iştirakı ilə 10.500 (on min beş yüz) manat məbləğində pul vəsaitini, habelə hər iki torpaq sahəsinə dair bələdiyyə sənədlərinin surətlərini Təqsirləndirilən şəxs təqdim etmiş, sonuncu pulu və sənədləri qəbul edərək 21 gün ərzində Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətindən həmin torpaqlara dair ilkin qeydiyyatın və ya hansısa “birka” adlı sənədin veriləcəyini, növbəti 21 gün müddətinə isə artıq mülkiyyəti təsdiq edən çıxarışların təqdim ediləcəyini vəd etmişdir. Verilən vədlərə baxmayaraq, hazıradək ona və ya R.Məmmədova torpağın mülkiyyətini təsdiq edən hər hansı bir sənəd təqdim edilməmiş, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinə çağırılmamışlar, Təqsirləndirilən şəxs isə pulun verilməsindən sonra ilk danışıqlarda qısa müddətə işin düzələcəyini söyləsə də, sonradan işin alınmadığını və pulu qaytaracağını desə də, lakin sözünə əməl etməmişdir. Şahid17 uzun müddət Yeni Suraxanı qəsəbəsində qəssab kimi fəaliyyət göstərdiyindən Təqsirləndirilən şəxslə ümumi tanışlıq münasibətində olmuş, sonuncunun Fikrətə əvvəllər bu kimi işlərinin həllinə dair müraciət edib-etməməsi haqda məlumatı olmadığını, habelə bu məsələdə heç bir maddi və sair marağı olmadığını, sadəcə köməklik etmək istədiyini qeyd etmişdir. Atasının adına rəsmiləşdirilmiş torpaq sahəsi bələdiyyə torpağı olduğundan və Yeni Ramana qəsəbəsində yerləşdiyindən müvafiq çıxarışın alınması üçün yalnız X24 müraciət etmiş və həmin qurumun rəhbəri məsələnin həlli qarşılığında müəyyən miqdarda pul vəsaiti tələb etdiyindən məcbur şəkildə təqdim etmişdir. Təqsirləndirilən şəxs atasının və tanışının adına olan bələdiyyə torpaq sahələrinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasına köməklik edəcəyini vəd etsə də, buna əməl etməmiş, sonradan müxtəlif bəhanələr gətirərək vaxt uzatmış və ya pulu qaytaracağını demiş, buna baxmayaraq Fikrət ona məxsus pul vəsaitini geri verməmiş, danışıqlar və zənglərin heç bir nəticəsi olmamış, işin həlli məsələsində isə Fikrət kiminsə adını çəkməmiş, sadəcə vəzifəli tanışları vasitəsi ilə bu işi görəcəyini demişdir. R.Məmmədovla tanışlıq münasibətilərində olduqlarından və sonuncu ilə aralarında razılıq olduğundan onun tərəfindən sonuncunun əvəzinə ödənilən, yəni 7000 (yeddi min) manat məbləğində pul vəsaitini sonradan Ravil geri qaytaracaqmış. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş: Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(001 )-2672/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs ətrafında 6 ay müddətində texniki vasitələrdən istifadə edilməklə gizli foto və video çəkilişlərin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərdə, zəruri halda binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirmə əməliyyat- axtarış tədbirinin keçirilməsinə icazə verilmişdir. Pul əsginaslarının təqdim edilməsi və texniki vasitənin quraşdırılması haqqında xx.xx.2023cü il tarixli protokola əsasən müəyyən edilir ki, tələb olunan pulun Təqsirləndirilən şəxs verilməsi zamanı danışıqların audio və video yazısının aparılması məqsədilə Şahid1 üzərinə “Stayer” markalı xüsusi texniki avadanlıq quraşdırılmışdır. Şahid1 təqdim edilən 50 (əlli) ədəd 100 (yüz) manat dəyərində əskinasların seriya və nömrələri aşağıdakı kimidir: Bİ0625855 B03379705 A914949477 A27045880 A86201872 C34027939 B02652004 B08164571 C91840118 10.1662995 C54600453 C51998226 A41263916 C75055340 A96792537 A03257846 C40070505 C43541313 D17430143 A63834167 A03660090 22. C37679697 C40424761 A52509905 C85094911 C17285379 Bİ4820276 28. C24205883 A64960220 A92300375 C74229475 C43069391 D20036500 34. A42506380 B05113004 C70123988 C27791022 C42262121 A44199694 40. dl4838365 C18755035 Bİ 1167946 A85500901 Bİ2859516 A30151490 46. A13942203 C23146445 D19178773 A05147589 C05719735 xx.xx.2024-cü il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokola əsasən Təqsirləndirilən şəxs iştirakı ilə X18 inzibati binasına baxış keçirilərkən X18 möhürü, nootbook, xx.xx.2003-cü il tarixli, 52 nömrəli Sərəncam və digər zəruri sənədlər götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş kompleks məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, “ 1.1 .Ekspertizaya təqdim edilmiş, X14 adına xx.xx.2003-cü il tarixli, 52 nömrəli və xx.xx.2003-cü il tarixli, 54 nömrəli sərəncamlarda və həmin sərəncamlara əlavə edilmiş sxemlərdə “Yeni-Suraxanı bələdiyyəsinin sədri” qrafalarında əks olunan imzalar - X43 tərəfindən icra olunmuş imzanın əksidir. 1.2.Ekspertizava təqdim edilmiş, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş qəbzdəki yazılar və imza, 18 yanvar 2024-cü il tarixli qəbzdəki yazılar və imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. 2.1. Ekspertizaya təqdim edilmiş, xx.xx.2004-cü il tarixli 49 saylı bələdiyyə qərarından çıxarışda “Yeni- Suraxanı bələdiyyəsinin sədri” qrafasında əks olunan imza, torpaq alqı-satqısına dair aktda “Z.N.Cəfərov” yazıları önündə əks olunan imza və torpaq sahəsinin sxemində “Yeni- Suraxanı bələdiyyəsinin sədri” qrafasında əks olunan imza - X34 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuş imzanın əksidir. 2.2, Ekspertizaya təqdim edilmiş, ƏEX seriyalı 231021 nömrəli kassa mədaxil orderinin qəbzində “Rəhbər” qrafasındakı imza - X34 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.3. Ekspertizaya təqdim edilmiş, xx.xx.2004-cü il tarixli 49 saylı bələdiyyə qərarından çıxarışdakı yazılar, ƏEX seriyalı 231021 nömrəli kassa mədaxil orderinin qəbzindəki yazılar, torpaq alqı-satqısına dair aktdakı yazılar - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.4. Ekspertizaya təqdim edilmiş, Şahid11 adından olan torpaq alqı-satqısına dair aktda “İmzalar” qrafasında “Şahid11” yazısı qarşısında əks olunan imza - Şahid11 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuş imzanın əksidir. 2.5. Ekspertizaya təqdim edilmiş, Şahid11 adından olan torpaq sahəsinin sxemində olan “Memar” qrafasında əks olunan imza - X44 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuş imzanın əksidir. 1.Ekspertizaya təqdim edilmiş, xx.xx.2004-cü il tarixli 49 saylı bələdiyyə qərarından çıxarışda “Yeni-Suraxanı bələdiyyəsinin sədri” qrafasında əks olunan imzanın, ƏEX seriyalı 231021 nömrəli kassa mədaxil orderinin qəbzində “Rəhbər” qrafasındakı imzanın, torpaq alqı-satqısına dair aktda “Z.N.Cəfərov” yazıları önündə əks olunan imzanın və torpaq sahəsinin sxemində “Yeni-Suraxanı bələdiyyəsinin sədri” qrafasında əks olunan imzanın, Şahid11 adından olan torpaq alqı-satqısına dair aktda “İmzalar” qrafasında “Şahid11” yazısı qarşısında əks olunan imzanın Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin “3” bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş Bakı şəhəri, Yeni Suraxanı X1 adına xx.xx.2003-cü il tarixli 52 nömrəli, xx.xx.2003cü il tarixli 54 nömrəli Sərəncamlarında və torpaq sahəsinin sxemlərində, 231021 nömrəli kassa mədaxil orderinin qəbzində olan X18 möhür əksləri relyef klişe ilə sənədlərin üzərinə birbaşa vurulmuşdur. 2. Tədqiqata təqdim edilmiş Bakı şəhəri, Yeni Suraxanı X1 adına xx.xx.2003-cü il tarixli 52 nömrəli, xx.xx.2003- cü il tarixli 54 nömrəli Sərəncamlarında və torpaq sahəsinin sxemlərində olan imzalar, X18 Şahid11 adına xx.xx.2004-cü il tarixli 49 nömrəli qərarından çıxarışda, Torpaqların alqı- satqısına dair aktda, ərazinin sxemində olan möhür əksləri və imzalar şırnaqlı printerdə çap edilmişdir. 3. Tədqiqata təqdim edilmiş Bakı şəhəri, Yeni Suraxanı X1 adına xx.xx.2003-cü il tarixli 52 nömrəli, xx.xx.2003-cü il tarixli 54 nömrəli Sərəncamlarında və torpaq sahəsinin sxemlərində, X18 Şahid11 adına xx.xx.2004-cü il tarixli 49 nömrəli qərarından çıxarışda, Torpaqların alqı-satqısına dair aktda, ərazinin sxemində, 231021 nömrəli kassa mədaxil orderinin qəbzində olan X18 möhür əksləri ekspertizaya təqdim edilmiş X18 möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir.” Təqsirləndirilən şəxs ilə Şahid1 arasında olan danışıqlar gizli video çəkiliş aparma nəticəsində əldə edilən məlumatlar 1 ədəd “DVD” diskə köçürülmüş və həmin disklər cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin görüntülərə baxış keçirilməsinə dair xx.xx.2024-cü il tarixli protokola əsasən müəyyən edilir ki, “19022024 sened” faylı üzrə: K1 - Hə vəziyyət necədi, işin-gücün qaqa? K2 - Sağ ol, sən necəsən? K1 - Qaqa mən şükür Allaha. Ə, xalam oğluna demişəm, burdadı e, dedi birəz gecikirəm, dedi beş dəyqiyə burdayam. Yo yo sənin kabinetdərindi bular? K2 - Hmm K1 - Sən özün də belə klentnən oturursan elə? K2 - Necə? K1 - Kabinetdərdə oturursan elə? K2 - Yox ə K1 - Hay? K2 - Xarabdı o K1 - Ofisin oradı? Həə bura istidi yaxşıdı ə. Bi dənə denən çay versinnər də bizə də K2 - Xalaoğlunu gözdüyürük? K1 - Hə e, 4-5 dəyqiyə gəlir K2 - Muhəmməd, bir dənə çay dinən versin də bura K1 - Nağayrırsan neynirsən, sənətin hazırdı? K2 - Salamatçıhxdı hə. Yuxarı istidi dırmaşdı içəri ora girib K1 - Ə, o başı xarabdı o itin, havalanıb bilmirəm, o niyə elə eliyir, daşın üstünə çıxırmış K2 - Orda tikili yoxdu orda yarımtikili onun üstünə çıxıb K1 - Nə bilim a K2 - Qonşular qorxur tutar dişdiyər neyniyər başa düşdün K1 - Ə, hara tutar yoo. Ə, üşüyürsən də, get otur maşında, büzüşüfsən duruf böyrümdə K2 - Cummaz camaata o? K1 - Ə, yox hara cumur, yoox K2 - Bəli, sağ ol. Hə. Nəticə büdcədə pul yoxdu hələ qardaş. Bilmirəm vallah, maaşdan gücnən veririk. Oldu, cavab yazıb göndərəciyəm sizə. Göndərərəm də. Sağ ol. (telefonla danışır) K1 - ... K2 - Şəhid ailəsidi, köməy eliyə bilmirəm K1 - Niyə bə K2 - Ona buna ona buna K1 - Buy. Konum atdı gənə. Buranı tanımır. Sən özün bi dənə haqq-hesab elə də Hikmətnən, şey ay Tural K2 - Haycan K1 - Hə ha tərəfdəsən? K - Çatıram gəlirəm K1 - Hə mən burdayam gəl. Bi dənə danışarsan, o ölçməni özün danışarsan mən səni tanıyıram K2 - Danışım da K1 - Aha. Sənətdər hardadı? K2 - Köhnə sənətdərdi haa K1 - Hə də mən yo mən Turala dedim ki, qardaş K2 - Şey eliyərsən tükanı da/// K1 - Həə K2 - Tükanı düzüm qoşum onu, hasarın içindədi də yerində K1 - Həə prablem yoxdu hə, indi sən gətirmədin mənə? K2 - Gətirmişəm K1 - Hə sən hələ vergiləri///Ə o mənim kimi döy, hə baxım hələ bir ona, o bilirsən nətərdi ə, Tural mənim kimi döyül. O aran yaxşı olsa onu sənnən tanış eliyəcəm indi də onnan K2 - Hə? K1 - Onnan səni tanış eliyəcəm, yəni ola bilər yaşayışı başqadı onun. Özün nağarırsan, neynirsən e? K2 - Budu ba elə budu K1 - Hə, hansıdı? Hə o özüdü. K2 - Bu tükandı K1 - Hm. Tükanı satırsan? K2 - Yo yo K1 - Hm. Qıza denən bi dənə çay de çay içək K2 - Gətirir indi. Alo. Salam. Neyçün? K1 - Hə özünə qayıdır K2 - Hə kim nə deyib? Avrora? Avrora şirkəti? Bi dənə vatsapda bir şey yaz mənə, mən sənə şeyə konum atım. Hə. K1 - Çayı bir az tez eliyərdiz də Q - Demişəm olur K2 - Necə? K1 - Həə boğazım quruyub K2 - Ayə soram gir içəri də, ayə qapıdı e, boz qapı var e, yanında da qaraj qapısı, kötüylər var e, yerdə. Hə. Hə gir ordan qapıdan içəri. Diyan. Sora qalx yuxarı. Qaqaş eşidirsən, sora bir dənə orda gözdəginən o sənəti yazıb versinnər də sənə. Yaxşı? Davay. Hə gözdə orda, gözdə orda (telefonla danışır) K1 - Hə Tural, ha tərəfdə qaldın ə? K - Gəlirəm K1 - Hə hə hə gəl,eşidirsən məni? K-Hə K1 - Sən oranı döndün konmnan K2 - Bir dənə Aynura ver telefonu K1 - Hə yaxşı sağ ol sağ ol K2 - Aynura ver telefonu Aynura. Aynur, bir dənə get otağıma, get otağıma adboy vermə, aç birinci siyirməni, orda görəcəksən boş qaimələr var, çıxart birini, otur stola, nə yazılıb orda yuxarıda, qaimə faktor yuxarıda nə yazılıb nömrəsi hə, nömrə yaz 02, aha, sifariş tarixi bu günkü tarixi yaz, aha. 24, kimdən, Təqsirləndirilən şəxs, kimə, Avrora şirkəti, aha, sora birincidə yazginən boş kağız vse o birin K1 - Üzr istiyirəm, hə Tural hardasan, hə, otağı da orda/// “Rec1_20231226_162458” faylı üzrə: K1 - Mən maşın sürməydən uje əyağım ağrıyır inanırsan sən, nə var nə yox, vəziyyət necədi? K2 - Sağ ol salamatçılıx K1 - Nağarırsan, neynirsən, işin gücün necədi? K2 - Hə iki gündü sistem vururam tez gəlirəm evə K1 - Hə hə K2 - Sistem köçürdürəm K1 - İnanırsan ki, rayonda/// ba bura gəlirəm indi sabahları ba bir də qayıdıram, sizə görə gəldim ki, siznən bir görüşüm siznən qayıdıram K2 - Silip bağlıdı e K1 - Harda? K2 - Slipdə şey boşdu elə mənim də bu abyekt də K1 - Həə K2 - Hazır otağlardı. Sən Hikmətnən danışmadın K1 - Hikmət nə deyir verəcəm indi sizə pul gətirmişəm K2 - Aha K1 - Ümumilikdə bunu verəcəm inşallah, bir dənə qaldı Hikmət K2 - Maaşda K1 - Hikmət nə qədər pul verəcəm olara/// K2 - Hə K1 - Bildin? Hə Hikmət indi sabahları K2 - Hə o dedi sənət-mənət neynirəm ki K1 - Hə ona görə deyirəm ki, mənim deməyim odu ki, hə K2 - Sən onda beh atginən ki K1 - Beh atıram da K2 - Qalsın səndə K1 - Hə beh verəcəm indi. O səndə/// K2 - Bağlıdı o K1 - Hara bağlıdı? K2 - Ə, nə bilim ə K1 - O qayıdar da inşallah K2-Sağol K1 - Sağ ol. Özün nağayrırsan neynirsən? Allah şəfa versin nolub ki, sənə? K2 - Ayə bir az soyuqlamışam ölürəm K1 - Bıy, özünə baxmırsan onda K2 - Ə, yox e, baxıram e K1 “Hə K2 - Özüm iynə-dərmannan bu öskürək keçən döyül K1 - Hə K2 - Məə dedilər sistem köçür K1 - Hə Allah şəfa versin K2 - Mən indi dünənnən bura tez gəlirəm evə o da ki, yarım saata/// K1 - Hə. Nağayrırsız vəziyyət zad? K2 - Babatçılıx, dünən birin vurdum, bu gün birin. Saba da birin K1 - Həə Allah şəfa versin yaxşı olacax K2 - Uje görürəm a öskürəy zad azalıb K1 - Mənə ordan bir dənə güzəşt elə də. Bax indi 5000 gətirmişəm. Ancax ayın gələn ayın axırına kimi sənnən kutaracam. Sənət də tez vurulsa lap tez kutaracam belə də pul verməlidilər mənə, inanırsan mənim özümün pulum... K2 - İndi bilirsən necə eliyə bilir onu, həm icazə həm də sənət K1 - Hə hə hə K2 - Sən özün dan/// K1 - Hə hə əsas odu hə K2 - Hazır işi hazırdı onu pulunu verib K1 - Yox yox K2 - Şəklini göstərib/// K1 - İnşallah hə onu deyirəm elə. Daş qoy o birisinə on gün qabaq, on gün qabaq pulu verim sənə, ba 60.000-nən həll eliyəy işə K2 - 60.000-nən? K1 - Hə başına dönüm 60.000-ni eliyəy, yarısının pulunnan kəsərəm adı nədi onun K2 - Onnan hardasa iki sot 2.500 eliyir K1 - Hə hə 2.000/// Belə eliyək, inşallah 60.000-nən həll eliyək işi, sağlıq olsun, 5.000 verirəm, 55.000 də allahın köməkliyinnən haçan deyirsiz hazırdı yer, ayın 15-nən 25-nə kimi mən pulumu alıram. Çəkib verəcəm inşallah K2 - Aha K1 - Çünki, o tikintiləri həll eliyəcik onnan sora K2 - Hə K1 - Hə İcranın haqq hesabıdı K2 - İcranın micranın K1 - Hə bir də şeyin mmm şəhərsalma K2 - Şəhər salmadı əmlakdı hamısı K1 - Hə hə onun hamısını özün eliyərsən oldu? 1 **********11 1213 14 15 16 17 18 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50. Özün də say indi. Aldın verdin say deyir xalam oğlu mənə deyir K2 - Elədir də saydın da K1 - Yo aldın sakitcə yerində say başına dönüm sənin. Ona görə dedim ki, mən yorğun adamam. Qaldım 55.000-ni inşallah. 55.000-ni də tikintidə həll eliyirik, sən sənətdəri hazırra (pul sayılmasına xarakterik səslər eşidilir) K2 - 5000 K1 - Hə qaldımı 55.000 K2 - Sənin sənədin çəkəcək bir hardasa 20 gün K1 - İndi sən hazırra mənə xəbər elə bəlkə tez aldım bəlkə pulu K2 - Maliyyəni əsas çəkdir ki, maliyyə hazır olsun K1 - Yo əsas odur ki/// Hə başına dönüm sənin, bir də eşidirsən məni Hikmət bilməsin K2 - Yo bilməsin K1 - Hə Hikmətin sabah pulunu verəcəm K2 - Hə ver ona K1 - Hikmətə hə 3-4000 verəcəm prablem yoxdu. 1000 manat verərəm də K2 - Hə də nə istiyirsən ver də K1 - Hə 1000 manat verim K2 - Mən layihəni hazırrıyım sənə zəng vuracıyam layihən hazırdı K1 - Mənə zəng vurginən ki, hardasa/// K2 - İmzalanıb təsdiqlənsin/// K1 - Hə hə prablem yoxdu sənət hazır olsun ki, səhər hazır olsun ki, mənə zəng elə ki, mən gedim ayın 15-i pulu alacam ancaq, gələn ayın 15-nən 20-nə kimi pulu alacam belə deyək, yaxşımı qardaş K2 - Yaxşı K1 - Onu sən Allah bir də bələdiyyə sənədi kupçaya var da sənəti K2 - Gedəjik onu tikənnən sora K1 - Hə tikənnən sora olacax o K2 - Tikənnən sora olacax K1 - Hə başa düşdüm K2 - Tikənnən sora bəlkə başqa şey verəcəm sənə K1 - Hə hə Allah köməyin olsun K2 - Başa düşdün? K1 - Hə hə K2 - Zəng eliyəcəm sənə K1 - Hə oldu başına dönüm sənin K2 - Özəlləşmiş K1 - Hə hə Allah canını sağ eləsin K2 - Əsas layihədi K1 - Hə hə layihə ola K2 - Hə layihədi K1 - Mən də onu deyirəm ki K2 - Hm K1 - Birbaşa maammın adına olsun İnşallah K2 - Elə olacax olmağına K1 - Hə oldu başına dönüm sənin, oldu görüşərik inşallah K2 - Oldu K1 - Oldu əzizim oldu K2 - Sağ salamat K1 - Sənət hazır oldu mənə denən mən ayın 15-i pul almalıyam e, biləsən onnan tez olmuyacax K2 - Yaxşı K1 - Yaxşı, oldu başına dönüm sənin öpürəm K2 - Oldu K1 - Sağ ol. Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Titanik” adlı restorandan götürülməklə xx.xx.2003-cü il tarixli, 52 nömrəli Bakı şəhəri X18 Sərəncamından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X14 Yeni Suraxanı qəsəbəsi Yuxarı Mədən küçəsində yerləşən torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə xx.xx.2003-cü il tarixdə X24 müraciəti əsasında X30 sədri N.C.Qasımovun adından imzalanaraq həmin yerdə 592 kv. m boş torpaq sahəsi onun istifadəsinə verilməsinə dair məlumatlar daxil edilməklə bələdiyyənin möhürü ilə təsdiq edilmişdir. Şahid1 tərəfindən təqdim edilməklə xx.xx.2003-cü il tarixli, 54 nömrəli Bakı şəhəri X18 Sərəncamından görünür ki, X14 Yeni Suraxanı qəsəbəsi Yuxarı Mədən küçəsində yerləşən torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə xx.xx.2003-cü il tarixdə X24 müraciəti əsasında X18 sədri N.C.Qasımovun adından imzalanaraq həmin yerdə 875 kv. m boş torpaq sahəsi onun istifadəsinə verilməsinə dair məlumatlar daxil edilməklə bələdiyyənin möhürü ilə təsdiq edilmişdir. Şahid10 tərəfindən təqdim edilərək X18 xx.xx.2004-cü il tarixli, 49 nömrəli qərarından çıxarışdan görnür ki, Şahid11 Bələdiyyə ehtiyat fondunun alqı-satqı predmerti olan kənd təsərrüfatına yararsız torpaq sahəsində fərdi yaşayış evi tikmək məqsədilə 0,08 ha torpaq sahəsinin satılması barədə xx.xx.2004-cü il tarixdə X24 müraciəti əsasında X18 sədri Z.N.Cəfərovun adından bu barədə qərar qəbul edimişdir. Şahid10 tərəfindən təqdim edilməklə “231021 nömrəli kassa mədaxil orderi”nin qəbzinə əsasən müəyyən edilir ki, torpaq alqı-satqısına əsasən Şahid11 tərəfindən köhnə məzənnəyə əsasən 7.040.000 manat X18 hesabına köçürülmüşdür. Şahid10 tərəfindən təqdim edilməklə “torpaqların alqı-satqısına dair” akta əsasən müəyyən edilir ki, ünvan 28 ünvanında yaşayan Şahid11 0,08 ha torpaq sahəsinin satılması barədə müraciəti əsasında X36 bu barədə xx.xx.2004-cü il tarixli, 49 nömrəli qərar qəbul etmiş və sonuncu tərəfindən köhnə məzənnəyə əsasən 7,040.000 manat ödənilmişdir. Şahid10 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 683 nömrəli arayışdan görünür ki, Asan kommunala təqdim edilməsi üçün Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Yuxarı Mədən küçəsindəki fərdi yaşayış evində qeydiyyatsız yaşayan Şahid11 adına verilir və həmin arayış Təqsirləndirilən şəxs imzası ilə imzalanaraq X18 möhürü ilə təsdiq edilmişdir. Şahid10 tərəfindən təqdim edilmiş tədiyyə bildirişindən görünür ki, Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Yuxarı Mədən küçəsindəki əmlaka görə Şahid11 adına yerli vergi ödəyicisinin kodu verilmişdir. xx.xx.2024-cü il tarixli baxış protokollarına əsasən müəyyən edilir ki, ardıcıl olaraq Şahid1, Şahid10, Şahid3, Şahid16, Şahid13, Şahid15 və X5 iştirakı ilə onlara məxsus olan torpaq sahələrinə baxış keçirilmiş, həmin ərazilərin coğrafi koordinatları müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-20/2-635/2024 nömrəli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə Yeni Suraxanı qəsəbəsində baxış keçirilən ərazilərin coğrafi koordinatları 1) 417806; 4475706, 2) 417982; 4476230, 3) 416437; 4477856, 4) 416305; 4478504, 5) 418224; 4475251, 6) 418780; ******* olması müəyyən edilmişdir. Suraxanı rayonunun inzibati ərazisində yerləşən Abşeron RİH istifadəsində olan və Abşeron RİH tərəfindən fiziki və hüquqi şəxslərə 99 il müddətinə icarəyə verilmiş Abşeron rayon, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən torpaq sahələri üzərində dövlət şəhərsalma nəzarətini Abşeron RİH-in və Suraxanı RİH-in əməkdaşları tərəfindən həyata keçirilir. Yeni Suraxanı qəsəbəsində yerində baxış keçirilən torpaq sahələrinə dair heç bir hüquq müəyyənedici sənədlərin olmadığı müəyyən edildiyindən mövcud qanunvericiliyin tələblərinə əsasən həmin torpaq sahələrində hər hansı bir tikilinin aparılmasına icazənin verilməsi mümkün deyil. Əgər qeyd olunan torpaq sahələri hər hansı bir fiziki və ya hüquqi şəxsin adına mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd (çıxarış) olsa idi, həmin torpaq sahələrində məlumatlandırma icraatına uyğun tikinti işlərinin aparılmasına Suraxanı RİH tərəfindən münasibət bildirə bilərdi. Bakı şəhərində dövlət mülkiyyətində olan torpaq sahələrinin fiziki və ya hüquqi şəxslərə ayrılması Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aiddir, Abşeron rayon, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən icarədə olan torpaq sahələrinin təyinatı (kateqoriyası) “kənd təsərrüfatı təyinatlı” torpaqlar olduğundan həmin torpaq sahələrində mövcud qanunvericiliyin tələblərinə əsasən tikinti işlərinin aparılmasına icazə verilmir.” xx.xx.2015-ci il tarixli, ******* nömrəli çıxarışın surətinə əsasən müəyyən edilir ki, Abşeron rayonu 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,025 ha boş torpaq sahəsi Şahid5 Əlizamin oğluna məxsusdur. Həmin torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında alınmış, icarə yüklüdür. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətinə əsasən müəyyən edilir ki, Abşeron rayonu 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,04 ha boş torpaq sahəsi Şahid9 məxsusdur. Həmin torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında alınmış, icarə yüklüdür. Təqsirləndirilən şəxs tərəfindən yazılmış əlyazmaya əsasən müəyyən edilir ki, xx.xx.2023cü il tarixdə tikiniti ilə əlaqədar olaraq Şahid9 10.000 manat pul alınmış, həmin pul xx.xx.2023-cü il tarixində qaytarılacaqdır. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətinə əsasən müəyyən edilir ki, Abşeron rayonu 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,02 ha boş torpaq sahəsi Şahid2 məxsusdur. Həmin torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında alınmış, icarə yüklüdür. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətinə əsasən müəyyən edilir ki, Abşeron rayonu 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,02 ha boş torpaq sahəsi X9 adına olmaqla faktiki olaraq Şahid8 məxsusdur. Həmin torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında alınmış, icarə yüklüdür. Təqsirləndirilən şəxs tərəfindən yazılmış əlyazmaya əsasən müəyyən edilir ki, Şahid3 40.000 manat pul almış, Təqsirləndirilən şəxs məxsus sənədlər müvəqqəti olaraq Şahid3 verilir, pul qaytarılandan sonra sənədlər də, qaytarılacaq. 93251 nömrəli qəbzin surətinə əsasən müəyyən edilir ki, ünvan 29 ünvanında yerləşən “AL Market”-də quraşdırılmış “Emanat" terminalı vasitəsilə Şahid14 tərəfindən xx.xx.2024-cü il tarixdə 4.000 manat məbləğində pul vəsaiti **71946121 nömrəli kart hesabına köçürülmüşdür. Suraxanı rayonu X18 16 yanvar 2020-ci il tarixli 1 nömrəli iclas protokoluna əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs bələdiyyə sədri vəzifəsinə seçilməklə şübhəli şəxs qismində tutulduğu günədək, yəni 19 fevral 2024-cü il tarixədək həmin vəzifədə işləmişdir. Bələdiyyə üzvlərinin qərarı ilə təsdiq edilmiş “Suraxanı rayonu, X18 Nizamnaməsi” və “Bələdiyyələrin statusu haqqında” 2 iyul 1999-cu il tarixli, 698-İQ nömrəli və “Bələdiyyə qulluğu haqqında” 30 noyabr 1999-cu il tarixli, 765-İQ nömrəli Azərbaycan Respublikasının Qanunlarına əsasən, Təqsirləndirilən şəxs, əmr və sərəncamlar verilməsi, bələdiyyənin qərarlarının imzalanması, bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik edilməsi, bələdiyyə qulluğu ilə bağlı təşkilati rəhbərliyin həyata keçirilməsi, bu Qanunların yerinə yetirilməsi üzərində nəzarət edilməsi, bələdiyyə qulluqçularının yerdəyişməsinə dair təkliflərin verilməsi, bələdiyyə tərəfindən qəbul edilmiş qərarların icra edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxsdir. Təqsirləndirilən şəxs ilə Şahid1 arasında olan danışıqların video görüntülərinin və Təqsirləndirilən şəxs video görüntüsünün əks olunduğu 02 ədəd DVD disk, X14 adına xx.xx.2003cü il tarixli, 52 nömrəli və xx.xx.2003-cü il tarixli, 54 nömrəli sərəncamlarda və həmin sərəncamlara əlavə edilmiş sxemlər, 49 saylı bələdiyyə qərarından çıxarış, kassa mədaxil orderinin qəbzi, torpaq alqı- satqısına dair akt və torpaq sahəsinin sxemi, xx.xx.2022-ci il tarixli, 683 nömrəli və xx.xx.2023-cü il tarixli, 582 nömrəli arayışlar, tədiyyə bildirişi, Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş əl-yazmalar xx.xx.2024-cü il tarixi qərarımla maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin 26 fevral 2024-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicə almamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” publik hüquqi şəxsin 27 fevral 2024-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicə almamışdır. Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli sənədinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmənin hüquqi qiymətləndirməsi: İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 312-1.1 və 313-cü maddələri ilə tövsif etmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs ittihamda nəzərdə tutulan əməlləri törətmədiyini bəyan edib, Suraxanı rayonu X18 sədri vəzifəsində işləyərkən rayonun icra hakimiyyətinin tapşırığı ilə Yeni Suraxanının abadlaşdırılmasında fəal iştirak etdiyini, ehtiyacı olan şəxslərə maddi kömək etdiyini, sosial həssas sakinlərin banklara olan ödənişlərini ödəyib, bu səbəbdən özünün külli miqdarda borcu yarandığını, bu borcları icra hakimiyyətindən tələb etdikdə, torpaq istəyən şəxslərə torpaq satıb, əldə etdiyi gəlirlə borcların əvəzlənməsi ona təklif olunduğunu, özünün də bu təklifdən sonra müəyyən hərəkətlər etdiyini və ona bu işi təklif edən şəxslər tərəfindən əməliyyat qurulub həbs olunduğunu göstərdi. Məhkəmədə onun bu iddiaları araşdırılıdıqda təsdiqini tapmadı. Çünki o məhkəməyə öz iddiasını təsdiq edən sübut təqdim etmədi. Məhkəmədə də belə sübut müəyyən olunmadı. Əksinə məhkəmədə Təqsirləndirilən şəxs: 16 yanvar 2020-ci il tarixdən 19 fevral 2024-cü il tarixədək Suraxanı rayonu X18 sədri vəzifəsində işlərkən vəzifəli şəxs kimi Şahid10 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Yuxarı Mədən küçəsi, (coğrafi koordinatları: 417806; 4475706) faktiki 0,08 hektar torpaq sahəsinə bələdiyyə ilə alqı-satqıya dair sənədinin verilməsi və tikinti işlərinin aparılmasına dair köməklik göstərilməsi üçün 2020-ci ilin oktyabr ayında Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi 24 ünvanında yerləşən X18 inzibati binasında qeyd olunan torpaq sahəsinə bələdiyyə ilə alqı- satqıya dair sənədin verilməsi və tikinti işlərinin aparılmasına görə Şahid10 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan külli miqdar təşkil edən 10.500 (on min beş yüz) manat rüşvət istəyib, sonuncunun razılığını aldıqdan sonra, həmin niyyətlə ilkin olaraq 2020-ci ilin oktyabr ayının ortalarında həmin ünvanda yerləşən X18 inzibati binasında 7.000 (yeddi min) manat, eyni niyyətlə 2021-ci ilin may-iyun aylarında 500 (beş yüz) manat, eyni niyyətlə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Titanik” adlı restoranda 3.000 (üç min) manat olmaqla maddi nemət olan külli miqdar təşkil edən cəmi 10.500 (on min beş yüz) manat məbləğində pulu Şahid10, rüşvət qismində edəcəyi hərəkətin icrası ilə əlaqədar 2020- ci ilin oktyabr ayında ünvan 3 ünvanında yerləşən X18 inzibati binasında guya torpaq sahəsinin Şahid10 qohumu, Şahid11 istifadəsinə verilməsinə dair 49 saylı Bakı şəhəri X18 qərarından çıxarış, eləcə də, kassa mədaxil orderinin qəbzi, torpaq alqı-satqısına dair akt və torpaq sahəsinin sxeminə bilə-bilə yalan məlumatlar daxil etməklə tərtib edib sənədlərdə, qeyd edilən dövrdə bələdiyyə sədri işləmiş, vəfat etmiş X13, eləcə də, torpaq sahəsinin sxemində həmin dövrdə memar işləmiş mərhum X25 imzası görüntüsü yaratmaq üçün bələdiyyə sədri Z.N.Cəfərovun və memar M.M.Babayevin adının qarşısında oxşatmaqla imzaladıqdan sonra üzərində saxladığı X18 möhürü ilə təsdiq edib, vəzifə saxtakarlığı yolu ilə hazırladığı qeyd edilən rəsmi sənədi Şahid10 təqdim edərək, 2023 cü ilin yay aylarında qeyd olunan torpaq sahəsinə bələdiyyə ilə alqı-satqıya dair sənədinin verilməsi və tikinti işlərinin aparılmasına dair köməklik göstərilməsi üçün həmin tarixdə Suraxanı rayonu, bələdiyyənin inzibati binasında Şahid10 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan külli miqdar təşkil edən 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsi, Şahid9 məxsus olmaqla Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,04 hektar torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsinə köməklik göstərilməsi üçün sonuncunun 2022-ci ilin iyun ayında ünvan 3 ünvanında yerləşən X18 inzibati binasında özünə müraciəti ilə əlaqədar Şahid9 Suraxanı rayon İcra Hakimiyyətinə yönəltməli olduğu halda, Bələdiyyə sədri olmaqla İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə münasibətlərinin olmasını, güman edilən təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək həmin vəzifəli şəxslər tərəfindən, Şahid9 məxsus torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin həyata keçirilməsinə razılıq verilməsi barədə qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib qeyd edilən məsələnin müsbət həlli ilə bağlı özü üçün şəxsən birbaşa yolla 6.000 (altı min) manat məbləğində maddi nemət olan pul vəsaitini istəyib, sonuncunun 5000 (beş min) manat məbləğində pul vəsaitini alıb Suraxanı rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qərarlarına qanunsuz təsir etmək məqsədilə 2022-ci ilin iyul ayında qeyd edilən ünvanda yerləşən X18 inzibati binasında Şahid9 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini alıb öz güman edilən təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək nüfuz alveri etmiş, Şahid3 məxsus olmaqla ünvan 10 ünvanında (coğrafi koordinatları: 417982; 4476230) yerləşən 0,086 hektar torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində olan yaşayış evinin sənədləşməsinə köməklik göstərilməsi üçün sonuncunun 2022-ci ilin dekabr ayında Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi 24 ünvanında yerləşən X18 inzibati binasında özünə müraciəti ilə əlaqədar Şahid3 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə yönəltməli olduğu halda, Bələdiyyə sədri olmaqla qeyd olunan publik hüquqi şəxsin vəzifəli şəxsləri ilə münasibətlərinin olmasını, güman edilən təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək həmin vəzifəli şəxslər tərəfindən, Şahid3 məxsus torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasına dair çıxarışın verilməsinin təmin edilməsi barədə qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib qeyd edilən məsələnin müsbət həlli ilə bağlı özü üçün şəxsən birbaşa yolla 15.000 (on beş min) manat məbləğində pul vəsaitini təkrarən alıb öz güman edilən təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək təkrarən nüfuz alveri etməsi, Şahid3 X18 bölgü üzrə ərazi hüdudları daxilində olan ünvan 12 ünvanında yerləşən ünvan 13ları: 417982; 4476230) 0,014 ha torpaq sahəsinin bələdiyyə ilə alqı-satqı edilməklə sonuncunun mülkiyyətinə verilməsinə dair köməklik göstərilməsi üçün 2023-cü ilin yanvar ayında Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi 24 ünvanında yerləşən X18 inzibati binasında görüşləri zamanı bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə torpaq sahəsini almaq istəyən şəxsin rəsmi müraciəti əsasında bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilməli olduğu halda həmin tələblərə əməl etməyərək bölgü üzrə bələdiyyənin ərazi hüdudları daxilində olan qeyd olunan torpaq sahəsinin alqı-satqı yolu ilə Şahid3 mülkiyyətinə verilməsinə görə sonuncudan özü üçün birbaşa yolla şəxsən maddi nemət olan külli miqdar təşkil edən 40.000 (qırx min) manat məbləğində pul vəsaitini edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə təkrarən rüşvət qismində istəyib, xidməti otağında Şahid3 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan külli miqdar təşkil edən 40.000 (qırx min) manat məbləğində pul vəsaitini edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə təkrarən rüşvət alması, Şahid5 məxsus olmaqla Hövsan qəsəbəsi Südçülük adlanan ərazidə yerləşən kənd təsərrüfat təyinatlı 0,025 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsinə köməklik göstərilməsi üçün sonuncudan 7.000 (yeddi min) manat pul vəsaitini özü üçün birbaşa yolla şəxsən vahid niyyətlə təkrarən alıb, o, təkrarən, Şahid16 məxsus olmaqla Yeni Suraxanı qəsəbəsində Mərkəzi küçədə, V döngədə yerləşən (coğrafi koordinatları: 416437; 4477856) 0,02 hektar torpaq sahəsinə və sonuncunun qonşusu X26 məxsus 0,04 hektar torpaq sahəsinə çıxarışın verilməsinə köməklik göstərilməsi üçün 2023cü ilin avqust ayında 10.500 (on min beş yüz) manat məbləğində pul vəsaitini alması, Şahid13 məxsus olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsinə gedən yolun sol tərəfində yerləşən (coğrafi koordinatları: 416305; 4478504) 0,06 hektar torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına dair çıxarışın verilməsinə köməklik göstərilməsi üçün 2023-cü ilin sentyabr ayında Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi 24 ünvanında yerləşən X18 inzibati binasında 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin 20.000 manatını ilkin olaraq ödənilməsi, qalan 10.000 manatının isə sənədləşmə yekunlaşdıqdan sonra verilməsi barədə razılığını aldıqdan sonra Ən 20.000 (iyirmi min) manat məbləğində maddi nemət olan pul vəsaitini təkrarən almış, o, Şahid9 məxsus olmaqla Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,04 hektar torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsinə köməklik göstərilməsi üçün sonuncunun 2023-cü ilin oktyabr Yeni Suraxanı qəsbəsi, Vahid Xəlilov küçəsi 24 ünvanında yerləşən X18 inzibati Şahid9 özü üçün birbaşa yolla şəxsən 10.000 (on min) manat məbləğində maddi nemət olan pul vəsaitini alması, X19 məxsus olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində keçmiş Dəmiryol stansiyasının yaxınlığında, Göl küçəsində yerləşən (coğrafi koordinatları: 418224; 4475251) 0,19 hektar torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə və fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasına dair çıxarışın verilməsinə köməklik göstərilməsi üçün Seymur Mehdiyevdən özü üçün birbaşa yolla şəxsən 14.000 (on dörd min) manat almış, məbləğində maddi nemət olan pul vəsaitini təkrarən alıb öz güman edilən təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək təkrarən nüfuz alveri etməsi, Şahid8 məxsus olmaqla sonuncunun qohumu X9 adına rəsmləşdirilmiş Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,04 hektar torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsinə köməklik göstərilməsi üçün 2023-cü ilin noyabr ayında Şahid8 qohumu Şahid7ı 7.500 (yeddi min beş yüz) manat məbləğində maddi nemət olan pulunu alması, X6 məxsus olmaqla Bakı şəhəri, ünvan 20 ünvanının yanında yerləşən (coğrafi koordinatları: 418780; 4476197) 0,04 hektar torpaq sahəsinə çıxarışın verilməsinə köməklik göstərilməsi üçün 2023-cü ilin noyabr ayında 2.500 (iki min beş yüz) manat məbləğində pul almış, Şahid2 məxsus olmaqla Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,02 hektar torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsinə köməklik göstərilməsi üçün sonuncunun 2023-cü ilin dekabr ayında 5.500 (beş min beş yüz) manat məbləğində maddi nemət olan pulunu alması, Şahid10 istifadəsində olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Yuxarı Mədən küçəsi, "xxxx" ASC-nin anbarına gedən yolun sağ tərəfində yerləşən (coğrafi koordinatları: 417806; 4475706) faktiki 0,08 hektar torpaq sahəsinin alqı-satqı yolu ilə Şahid1 mülkiyyətinə verilməsinə görə sənədləşmənin həyata keçirilməsi üçün köməklik göstərilməsinə dair 2023-cü ilin noyabr ayında bələdiyyənin ərazi hüdudları daxilində olan qeyd olunan torpaq sahəsinin alqı-satqı yolu ilə Şahid1 mülkiyyətinə verilməsinə görə 2023-cü ilin noyabr ayında Suraxanı rayonu ərazisində həmin torpaq sahəsinin yaxınlığında sonuncudan külli miqdar təşkil edən 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəyib, Şahid1 23.000 (iyirmi üç min) manat məbləğində pul vəsaitinin hissə- hissə ödənilməsi barədə razılığa gələrək, 23.000 (iyirmi üç min) manat məbləğində pul vəsaitini alması, X12 istifadəsində olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Yuxarı Mədən küçəsi, "xxxx" ASC-nin anbarına gedən yolun sol tərəfində (coğrafi koordinatları: 417806; 4475706) yerləşən faktiki 0,06 hektar torpaq sahəsinin alqı-satqı yolu ilə Şahid1 mülkiyyətinə verilməsinə görə sənədləşmənin həyata keçirilməsi üçün köməklik göstərilməsinə dair 2023-cü ilin dekabr ayında sonuncudan 2023-cü ilin dekabr ayında ünvan 3 ünvanında yerləşən X18 inzibati binasında guya xx.xx.2003-cü il tarixə qeyd edilən torpaq sahəsinin Şahid1 anası, cinayətdən xəbərsiz X14 istifadəsinə verilməsinə dair Bakı şəhəri X18 Sərəncamını bilə- bilə yalan məlumatlar daxil etməklə tərtib edib şırnaqlı çap qurğusu (printer) vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxarmaqla həmin sənədlərdə, qeyd edilən dövrdə bələdiyyə sədri işləmiş, mərhum X27 imzası görüntüsü yaratmaq üçün bələdiyyə sədri “N.Qasımov” adının qarşısında diyircəkli qələmlə qəsdən oxşatmaqla imzaladıqdan sonra üzərində saxladığı X18 möhürü ilə təsdiq edib, vəzifə saxtakarlığı yolu ilə hazırladığı qeyd edilən rəsmi sənədi Şahid1 təqdim edərək vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı etmiş, Şahid14 məxsus olmaqla Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,03 hektar torpaq sahəsində tikinti işlərinin aparılması və həmin torpaq sahəsinə çıxarışın verilməsinə köməklik göstərilməsi üçün 2023-cü ilin dekabr ayında 6.000 (altı min) manat məbləğində pul vəsaitini əldə etməsi sübuta yetirldi. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan, özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, gəldiyi bütün nəticələri əsaslandırmalıdır, lakin bu o demək deyildir ki, məhkəmə gəldiyi nəticəyə əsas olmuş bütün halları təsvir etməlidir. Məhkəmənin bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X39rşı (19 aprel 1994-cü il) işində (51 b bəndi) gəldiyi qənaəti baxımından da əsaslıdır. Məhkəmə həmin qərarında qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüquqi tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o, demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə, yuxarıda təsvir olunan sübutları və halları nəzərə alıb təqqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 312-1.1 və 313-cü maddələri ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib onun bu əməllərə görə həmin maddələrdə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs ilə Şahid1 arasında olan danışıqların video görüntülərinin və Təqsirləndirilən şəxs video görüntüsünün əks olunduğu 02 ədəd DVD disk, X14 adına xx.xx.2003-cü il tarixli, 52 nömrəli və xx.xx.2003-cü il tarixli, 54 nömrəli sərəncamlarda və həmin sərəncamlara əlavə edilmiş sxemlər, 49 saylı bələdiyyə qərarından çıxarış, kassa mədaxil orderinin qəbzi, torpaq alqı-satqısına dair akt və torpaq sahəsinin sxemi, xx.xx.2022-ci il tarixli, 683 nömrəli və xx.xx.2023-cü il tarixli, 582 nömrəli arayışlar, tədiyyə bildirişi və Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş əl-yazmaların cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə dövlət büdcəsi hesabına məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 200 (iki yüz) manatın Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsini və həmin məbləğin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi təqsirləndirildiyi ittihamın mahiyyəti üzrə qismən etirafedici ifadələr verməsi və əvvəllər məhkum olunmaması müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsinə münasibətdə cinayəti təkrar və qulluq mövqeyindən istifadə etməklə törətməsi və CM-nin 313-cü maddəsinə münasibətdə cinayəti təkrar törətməsi müəyyən olundu. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs onun şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Çünki məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza təyin etmək üçün əsas müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 312-1.1ci maddələrinə münasibətdə Cinayət qanununun həmin normasının nəzərə alınması və Təqsirləndirilən şəxs həmin maddələrlə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza növü kimi təyin olunmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub həmin tarixdə də təqsirləndirilən şəxs qismində cəlb edilərək onun barəsində həbs qətimkan tədbiri seçilib hazırki vaxtadək həbsdə saxlanılmışdır. Məhkəmə bu halı Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcını müəyyən edərkən nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs ilk dəfə qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb, təyin edilmiş cəzanın onun tərəfəindən Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini, onun cəmiyyətə reinteqrasiya olma hallarını nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 311.3.2, 311.3.3, 312-1.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 311.3.2 və 311.3.3-cü maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinin tələblərinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 19 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsi hesabına məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 200 (yüz iyirmi doqquz) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs ilə Şahid1 arasında olan danışıqların video görüntülərinin və Təqsirləndirilən şəxs video görüntüsünün əks olunduğu 02 ədəd DVD disk, X14 adına xx.xx.2003-cü il tarixli, 52 nömrəli və xx.xx.2003-cü il tarixli, 54 nömrəli sərəncamlarda və həmin sərəncamlara əlavə edilmiş sxemlər, 49 saylı bələdiyyə qərarından çıxarış, kassa mədaxil orderinin qəbzi, torpaq alqı-satqısına dair akt və torpaq sahəsinin sxemi, xx.xx.2022-ci il tarixli, 683 nömrəli və xx.xx.2023-cü il tarixli, 582 nömrəli arayışlar, tədiyyə bildirişi, Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş əl-yazmalar cinayət işinin materiallarında saxlanılsınlar. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar