Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-303/2020 07.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxx 1988-ci ildə İmişli rayonu Şahverdili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Nəsimi rayonu, S.Əsgərova küçəsi ev 13, mənzil 3-də qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi kəndi, C.Cabbarlı küçəsi, döngə 1-də yerləşən fərdi evdə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs x xxxx 2019-cu il tarixdə saat təxminən 01 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsində yerləşən «FAB» boya zavodunun yaxınlığında tanışı Zərərçəkmiş şəxs telefonla danışıq zamanı onu təhqir etdiyi üçün şəxsi münasibətlərin pozulması zəminində mübahisə etmiş və bu zaman üzərində olan bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsindən bir dəfə vuraraq ona döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən və yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Bakı şəhərində özünə məxsus «Opel Astara» markalı avtomobillə sərnişin daşımaqla məşğul olmuşdur. Zərərçəkmiş şəxslə 2014-cu ildə tanış olmuşdur. Həmin vaxtı sonuncu «Flit» ticarət mərkəzinin yaxınlığında yerləşən avtomobil təmiri sexində çilingər işləmişdir. Bir neçə dəfə idarə etdiyi avtomobili Zərərçəkmiş şəxs işlədiyi təmir sexinə aparıb orada təmir etdirmişdir. Sonradan idarə etdiyi «Opel Astra» markalı avtomobili satmışdır. x xxxx 2019-cu il tarixdə Binəqədi rayonunda DSK yolu deyilən yolun üstündə, «FAB» boya zavodunun yaxınlığında yerləşən çayxanada Ərşadla bır yerdə oturub çay içmişdir. Ərşada əvvəllər 30 manat borcu olmuşdur. Sonuncu ondan həmin borcunu istəmişdir. Ərşada hazırda işləmədiyini, iş tapan kimi pulunu qaytaracağını bildirmişdir. Ərşad onu eşitmək istəməyərək, pulunu tələb etmişdir. Ərşadla birlikdə gecə saat təxminən 1 radələrində çayxanadan çıxıb «FAB» boya zavodu istiqamətinə keçmişlər. Həmin vaxtı Ərşad bir söz demədən hücum edib onu vurmağa başlamışdır. Odur ki, zərbələrə dözməyib, üstündə olan kiçik ölçülü açılıb-bağlanan cib bıçağını çıxararaq Ərşadı bir dəfə vurmuşdur ki, ondan əl çəksin. Zərbənin Ərşadın bədəninin hansı nahiyəsinə dəydiyini bilməmişdir. Bundan sonra hadisə yerindən uzaqlaşıb evlərinə getmişdir. Ertəsi gün Ərşadın xəstəxanaya getdiyini və əməliyyat olunduğunu eşitmişdir. Xəstəxanadan çıxandan sonra Ərşadla görüşüb barışmışdır. Zərərçəkmiş şəxs vurduğu bıçağı evə gedərkən xatırlamadığı yerdə tullamışdır. Aralarındakı mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, ətrafda kənar şəxs olmamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, avtomobil təmiri ustasıdır, sənəti çilingərdir. Xırdalan şəhərində yerləşən çörək sexinin avtomobillərinin təmir işinə baxır. Əvvəllər «Elite» Ticarət Mərkəzinin yaxınlığında yerləşən avtomobil təmiri sexində çilingər işləmişdir. Həmin vaxtda Təqsirləndirilən şəxsla tanış olmuşdur. Bəhruz dövlət qeydiyyat nişanını xatırlamadğı «Opel Astra» markalı avtomobilini təmir etmək üçün ona müraciət etmişdir. x xxxx 2019-cu ildə saat 20 radələrində işdə olarkən Bəhruz zəng edib Nihad adlı tanışının mobil telefon nömrəsini istəmiş, əlində işi olduğuna görə Bəhruza sonra zəng vurub nömrəni deyəcəyini bildirmişdir. Təxminən 15 dəqiqə sonra Bəhruz yenidən zəng edib Nihadın telefon nömrəsini istəmiş, sonuncuya əlində işi olduğunu deyib, işini qurtarandan sonra Nihadın telefon nömrəsini verəcəyini bildirmişdir. Həmin vaxt Bəhruz telefonda onun ünvanına nalayiq ifadələr işlətmişdir. İşini qurtarandan sonra çıxıb evinə getmişdir. Gecə saat 1 radələrində Bəhruzun mobil telefonuna zəng edib nə səbəbə ünvanına nalayiq sözlər deməsinin səbəbini soruşduqda sonuncu ona: «söymüşəm, əcəb eləmişəm»-deyə cavab vermişdir. Bəhruzun bu cavabından əsəbləşib sonuncudan onun harada olduğunu soruşmuşdur. Bəhuz Binəqədi rayonu ərazisində yerləşən «FAB» boya zavodunun yanında olduğunu bildirmişdir. Bəhruza orada dayanıb onu gözləməsini demişdir. Dərhal taksiyə minib həmin yerə gedib Bəhruzla görüşmüşdür. Çatan kimi heç nə demədən sağ əli ilə Bəhruzun sifət nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Zərbədən Bəhruz geri çəkilmişdir. Üstünə gedib ikinci dəfə yumruqla vurmaq istəyərkən Bəhruz cibindən bıçaq çıxarıb onun sol döş nahiyəsindən bir dəfə vurmuşdur. Ona xəsarət yetirdikdən sonra Bəhruz qaçıb getmişdir. Dərhal taksiyə minib «Semaşko» adlı xəstəxanaya getmiş və həkimlər onu əməliyyat etmişlər. Hadisə yerindən xəstəxanaya getdiyi taksinin dövlət qeydiyyat nişanını və markasını xatırlamır. Əvvəllər Bəhruzla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun əridir. Təqsirləndirilən şəxs isə tanımır. x xxxx 2019-cu il tarixdə gecə saatlarında Ərşad işdən evə gəlmişdir. Bir qədər sonra ona zəng gəlmiş və Ərşad əsəbi vəziyyətdə evdən çıxıb getmişdir. Gecə evə gəlmədiyindən narahat olub Ərşadın mobil telefon nömrəsinə zəng etdikdə, ərinin bıçaqlanaraq xəstəxanaya düşdüyünü və əməliyyat olunduğunu öyrənmişdir. Əməliyyatdan sonra Ərşad ona Binəqədi rayonu ərazisində yerləşən «FAB» boya zavodunun yaxınlığında Bəhruz adlı müştərisi tərəfindən bıçaqla qarın nahiyyəsindən vurulduğu barədə danışmışdır. Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli 1578 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət - döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası iti deşici-kəsici alətin təsirindən törənmişdir; törənmə müddəti qərarda qeyd olunan vaxta, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçiin təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi kriminalistik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 396/2019-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya ləqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin sol döş nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (ola bilsin ki, bıçağın) təsirindən əmələ gəlmişdir. Məhkəmə-tibbi bioloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 580/2019-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: 0/1/ (Təqdim olunmuş sənədə əsasən). Ekspertizaya təqdim edilmiş bir ədəd köynək üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda yalnız H antigeni alındı. Göstərilən qan ləkələri O/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. İşin 1-ci cildinin 1-ci vərəqəsindəki qərardan görünür ki, Abşeron RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən x xxxx 2019-cu il tarixdə saat 1 radələrində Abşeron rayonu Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 8, mənzil 9-da yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında naməlum şəxs tərəfindən bıçaqla döş qəfəsinin sol yarısının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası, sol tərəfli hematoması kimi həyat üçün təhlükə törədən qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirməyə görə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlamışdır. İşin 24-27-ci vərəqələrindəki xx xxxx 2019-cu il tarixli protokol və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs hadisənin baş verdiyi Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi 1-ci Mədən küçəsində yerləşən «FAB» boya zavodunun yaxınlığındakı yaşayış massivindəki həyətyanı sahəni göstərmiş, Zərərçəkmiş şəxs telefonla danışıq zamanı onu təhqir etdiyi üçün onunla mübahisə etdiyini, bu zaman üzərində olan bıçaqla Təqsirləndirilən şəxs onu bir dəfə vuraraq bədən xəsarəti yetirdiyini bildirmişdir. İşin 47-48-ci vərəqələrindəki x xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, hadisə Bakı şəhəri Binəqədi rayonu ərazisində baş verdiyi müəyyən edildiyindən cinayət işi Azərbaycan Respublikası CPM-nin 216-cı maddəsinə əsasən ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. İşin 51-ci vərəqəsindəki xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə başlanmış ********* saylı Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru Nuru Həsənov tərəfindən icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir. İşin 59-cu vərəqəsindəki xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İşin 61-63-cü vərəqələrindəki xx xxxxxxxx 2019-cu il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. İşin 66-67-ci vərəqələrindəki məktub və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə tutulmuşdur. İşin 68-ci vərəqəsindəki xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, iş üzrə icraat təzələnmişdir. İşin 103-104-cü vərəqələrindəki Binəqədi rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşin 133-135-ci vərəqələrindəki xx xxxxxx 2019-cu il tarixli protokol və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən istintaq hərəkətinin iştirakçılarına hadisənin baş verdiyi yeri göstərib, törətdiyi əməli etiraf etmişdir. İstintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşin 108-ci vərəqəsindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 136-142-ci vərəqələrindəki xx xxxxxx 2019cu il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qəhvəyi-boz rəngli kişi köynəyi iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İşin 109-cu vərəqəsindəki zərərçəkmiş şəxs X1 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin 110-cu vərəqəsindəki doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində x xxxxxx 2015-ci ildə doğulmuş bir azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməklə o, həmin maddə ilə təqsirli bilinməli və ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmə, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları müstəsna hal kimi nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla, ona ittiham olunduğu CM-nin 126.1-ci maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə barəsində CMnin 62-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu xx xxxxxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınaraq Binəqədi RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qəhvəyi-boz rəngli kişi köynəyi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin. Ona həmin maddə ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Binəqədi RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qəhvəyi-boz rəngli kişi köynəyi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan edildiyi (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-303/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-303/2020
07.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver