Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-303/2021 12.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, döngə 2, ev 13, mənzil 2-də qeydiyyatada olan, Bakı şəhəri, ünvan 1-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 03.11.2019-cu il tarixdə saat 13 radələrində icarə əsasında işlətdiyi Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən «Qızıl- Qum» sanatoriyası ilə üzbəüz «Qızıl-Qum» adlı kafenin həyətində Zərərçəkmiş şəxs ilə mübahisə edən zaman sonuncunun onu döyməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəminində üzərində olan bıçaqla qəsdən Zərərçəkmiş şəxs qarın və döş qəfəsi nahiyələrinə vuraraq sonuncuya döş qəfəsinin sol yarsının daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sağ tərəfli pnevmotoraks (sağ döş boşluğuna sərbəst havanın yığılması), diafraqmanın və qaraciyərin yaralanmasına səbəb olan döş qəfəsinin ön səthinin döş və qarın boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir dövlət müəsisəsində rəsmi olaraq işləmir, lakin fərdi əməklə məşğul olur. Əvvəllər Sabunçu rayonu, Pirşağı qəsəbəsi «Qızıl-Qum» sanatoriyasında atası Elmirlə birlikdə yaşamışdır. Atası anası ilə boşandığı üçün anası ünvan 1 ünvanında nənəsi ilə birlikdə yaşayır. Ona görədə həm anası həmdə atası ilə qalır. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, «Qızıl Qum» sanatoriyası ilə üzbəüz yerləşən «Qızıl Qum» adlı kafeni təxminən 6-7 ay əvvəl icarə əsasında götürmüş, işlətmək fikri olmuşdur. Bu müddət ərzində həmin kafedə təmir işləri aparmışdır. Bununla yanaşı yay aylarında kafenin qarşısında qarpız satıb çörəkpulu qazanmışdır. Barəsində araşdırılan cinayət işi üzrə bildirmişdirki, Şahid1 və onun atası Zərərçəkmiş şəxs Hümbət oğlunu qiyabi tanıyır. Belə ki, Zərərçəkmiş şəxs işlətdiyi kafenin yaxınlığında yerləşən digər kafedə kababçı işləyir, oğlu Sərxan ilə də münasibəti yaxşı olmuşdur. Məlum hadisəyə qədər Sərxan və Həsənlə aralarına heç bir dava-dalaş, mübahisələri olmamışdır. 03.11.2019-cu il tarixdə təxminən saat 13 radələrində icarə əsasında işlətdiyi kafeyə baş çəkmək üçün getmiş, həm də kafedə təmir işləri aparmaq və işləmək üçün hazırlaşmışdır. Onan bir qədər sonra «Qızıl Qum» sanatoriyasında yaşayan tanıdığı, dostu Sahil kafeyə gəlmiş, birlikdə oturub çay içib söhbət edərkən sonradan adını Ağamalı kimi bildiyi şəxs əlində elektrik naqili ilə kafeyə gəlmiş və evinə gedən elektrik xəttinin kəsildiyini deyib təmir etmək istəmişdir. O, Ağamalıya «ağsaqqal bizim də xətt kəsilib, işığımız yanmır, biz qırmamışıq» demiş, həmin vaxt Ağamalı bildirmişdir ki, əvvəl də kafenin həyətinə girib, naqili təmir edibdir. O, isə Ağamalıya kafenin ona məxsus olduğunu, nə üçün icazəsiz içəri daxil olduğunu, nə üçün qapıdan yox çəpərdən keçdiyini soruşmuşdur. Həmin vaxt Sahil otaqların birindən çıxmış, Ağamalı Sahili gördükdən sonra daha da əsəbləşmiş, onlarla aqressiv danışmağa başlamışdır. O, Ağamalının Sahil ilə dalaşacağını görüb Sahili kənara çəkib Ağamalını kafenin həyətindən çıxarmışdır. Sahil də Ağamalının arxasınca çıxmış və kafedən çöldə yenə də sözlə mübahisə etməyə başlamışlar. Ağamalı Sahilə «Əkbərin gədəsi» dedikdə Sahil əsəbləşmiş, Ağamalı ilə dalaşmaq istəsə də o, Sahili saxlayıb kafeyə salmışdır. Həmin vaxt Ağamalının qardaşı oğlu Sərxan da gəlmiş, əmisini yanında durub ona sakit olmasını, getməsini işarə etmişdir. Ağamalı yenidən kafeyə girmək istəmiş, kafenin çölündən onları hədələmiş və getməmişdir. Onlar kafedə olarkən Sərxanın atası Həsən gəlmiş, kafedən içəri girən kimi onunla mübahisə etməyə başlamış, qardaşının yaşlı adam olduğunu nə səbəbə onunla mübahisə etmələrini soruşmuş, Həsənə qardaşı Ağamalının əsassız yerə onlarla mübahisə etdiyini dedikdə Həsən əsəbləşib üzərinə gələrək təpiklə qarın nahiyyəsinə vurmuşdur. Həmin vaxt Sahil də onun arxa tərəfində dayanmışdı. Mübahisə zamanı Ağamalı da, Sərxan da onların üstünə gəlmiş, Sərxanla atası Həsən Sahili yumruq-təpiklə vurmuşlar. Sərxan onun arxa tərəfinə keçib çəkib yerə yıxmış, atası Həsənlə birlikdə onu da, Sahili də döyməyə başlamışlar. Sahil zəif, cansız olduğu üçün o, ortaya girib Sahili onların əlindən almış, kənara itələmiş, Sahil kafedən bayıra çıxmışdır. Həmin vaxt Həsənlə Sərxanın onu yenə də döyəcəklərini görüb mətbəxə qaçmış, mətbəxdə çörək, tərəvəz və s. doğramaq üçün istifadə etdikləri bıçağı götürüb geri qayıtmış, yenidən Sərxan və Həsənlə aralarında mübahisə olmuşur. Həmin vaxt Həsən arxadan başına vurub onu yerə yıxmışdır. Yerdən ayağa qalxdıqda Sərxanı qarşısında görmüş, Sərxanın sol bud nahiyəsindən bir dəfə bıçaqla vurmuşdur. Sərxanı vurduqdan sonra Həsən onu vurduğu üçün əlində olan bıçaqla Həsənin də döş və qarın nahiyyələrindən iki dəfə vurmuşdur. Həsəni vurduqdan sonra tez qaçıb kafedən çıxmış və avtobus dayanacağına getmişdir, gedərkən üzərində olan bıçağı çöllük əraziyə tullamışdır. Həmin vaxt əmisi Nicat qarşısına çıxmış, əmisinə kafeyə təcili tibbi yardım çağırmasını, orada xəsarət alan olduğnu demişdir. Əmisi Nicat soruşsa da tələsdiyi üçün ona heç nə deməyib taksi ilə şəhərə, oradan da yaşadıqları evə nənəsigilə getmişdir. Hadisə 03.11.2019-cu il tarixdə təxminən saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən «Qızıl Qum» sanatoriyası ilə üzbəüz yerləşən icarə əsasında işlətdiyi «Qızıl Qum» adlı kafenin həyətində baş verdiyini, hadisəyə səbəb Ağamalı Ağamalıyevin icarə əsasında işlətdiyi kafenin həyətində sözlə mübahisə etməsindən sonra Zərərçəkmiş şəxsla Şahid1 gəlib onu və Sahili döymələri olduğunu, tanışı Şahid3 Həsən və Sərxanı bıçaqla vurmadığını, əksinə Həsən, Sərxan, Ağamalının onu və Sahili yumruq, təpiklə döydüklərini, döyüldüyü üçün də Sərxanla Həsəni bıçaqla vurduğunu, Zərərçəkmiş şəxs ilkin ifadəsində göstərdiklərinin yalan olduğunu, lakin sonradan verdiyi ifadəsinin tam dəqiq olduğunu və Zərərçəkmiş şəxs sonuncu ifadəsi ilə tam razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Həsən və Şahid1ları bıçaqla vurarkən öldürmək niyyəti olmamış, əgər elə bir niyyəti olsaydı, hərəkətlərinə davam edib onların hər ikisini bıçaqla öldürə bilərdi. Bıçaqla vurmaqda məqsədi onları qorxudub kənara çəkilmələri olmuş, mübahisə zamanı orada Ağamalı, Həsən, Sərxan, Sahil olmuş, hadisəni kənardan heç kim görməmişdir. Hadisədən sonra kafedən çıxıb qaçarkən əlində olan bıçağı tullamış, lakin tam olaraq hara atdığını bilmir, hadisədən sonra Sahil ilə danışıb birlikdə polisə gedəcəklərini planlaşdırsalar da Sahil polisə getdikdən sonra işin qaydasına düşəcəyini fikirləşdiyi üçün daha sonra özü də polisə gedib həqiqəti bildirəcəyini fikirləşmişdir. Mübahisə zamanı Həsən və Sərxanın onu yumruq və təpiklə vurub xəsarət yetirdiklərini, lakin heç bir xəstəxanaya və ya tibb müəssisəsinə müraciət etmədiyini, hazırda da heç bir xəsarəti olmadığını, məhkəmə-tibbi ekspertizasından keçmək istəmədiyni, hadisə zamanı Sahilin əlində bıçaq görmədiyini, Sahilin Sərxan və Zərərçəkmiş şəxs xəsarət yetirdiyini də görməiyini, Həsən və Şahid1 bıçaqla xəsarəti özünün yetirdiyini və kafedən çıxıb qaçıb getdiyini, bu barədə əmisi Nicata kafedə xəsarət alanların olduğunu, ora təcili tibbi yardım çağırmasını dediyini, tututduğu əməlin məsuliyyətini dərk etməklə əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 03.11.2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, «Qızıl Qum» sanatoriyası ilə üzbə-üz yerləşən «Qızıl Qum» adlı kafenin həyətində Şahid3 və Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş mübahisə zamanı oğlu Şahid1 və özünün bıçaqla xəsarət almağı ilə əlaqədar Sabunçu RPİ-nin İŞ-də araşdırılan ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmişdir. Məlum hadisədən sonra aldığı xəsarətlə əlaqədar 3 saylı ŞKX-da müalicə almış, həmin ərəfədə verdiyi ifadəni qismən təsdiq etməklə yanaşı əlavə olaraq bildirmişdir ki, xəstəxanada olarkən hadisənin tam təfərrüatını xatırlamadığını, çünki hadisə baş verəndən sonra xəstəxanaya yerləşdirilmiş və əməliyyat olmuş və özünü yaxşı hiss etməmişdir. İlk dəfə verdiyi ifadədə bəzi məqamları düzgün bildirməmişdir. Hal hazırda özünü gümrah hiss edir və evdə olarkən hadisəni gözünün qarşısına gətirib orada hadisənin hansı formada baş verməsini nəzərdən keçirmişdir. Bununla bağlı bildirmişdir ki, 03.11.2019-cu il tarixdə saat 13 radələrində işlədiyi kafedən çıxıb çöldə dayandıqda qardaşı Ağamalı ilə oğlu Sərxanın «Qızıl Qum» adlı kafenin qarşısında 2 nəfər şəxslə sözlə mübahisə etdiklərin görmüş, onları sakitləşdirmək və mübahisənin nə olduğunu öyrənmək üçün həmin yerə getmişdir. Yaxınlaşdıqda isə həmin uşaqlardan birinin «Qızıl Qum» sanatoriyasında yaşayan Əkbərin oğlu Sahil olduğunu digərini isə adını bilməsə də üzdən tanıdığını şəxs olduğunu görmüşdür. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Hadisə zamanı kafenin həyətinə girərək İdrisə qardaşı Ağamalının yaşlı adam olduğunu, nə səbəbə onunla mübahisə etdiyini soruşmuş, bu mövzuda söhbət edərkən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı İdrisi itələyib sinəsindən əli ilə vurmuş, əlbəyaxa olmuşlar. Oğlu Sərxan da Sahil də mübahisəyə qarışmış, bir-birilərini itələyərək kafenin həyətində olan tikiliyə tərəf getmişlər. Mübahisə və dava-dalaş edərkən Sahil onlardan aralanıb küçəyə tərəf çıxmış, İdris isə kafenin içərisində onlarla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı İdrisin bıçaqla oğlu Sərxanın sol bud nahiyəsindən bir dəfə vurduğunu görmüş, İdrisə yaxınlaşan zaman İdris əlində olan bıçaqla onun döş qəfəsindən bir dəfə, qarın nahiyəsindən bir dəfə vurmuşdur. Həmin vaxt öz vurulmağına əhəmiyyət verməyib oğlu Sərxanı axtarmış, çünki Sərxanın hara getdiyini görməmişdir. İdris də onu vurduqdan sonra qaçıb kafenin həyətindən çıxmışdır. Sərxanı axtarmaq üçün onun ardınca çıxsa da tapa bilməmiş, həmin vaxt qarın nahiyəsindən qan axdığını görmüş, qardaşı Ağamalı kafenin giriş qapısında ona yaxınlaşaraq piyada yaxınlıqda yerləşən öz evlərinə aparmışdır. Evdə paltarlarını dəyişib təcili tibbi yardım çağıraraq xəstəxanaya getmişdir. Xəstəxanada həkimlər ona tibbi yardım göstərmişlər. Hadisənin 03.11.2019-cu il tarixdə təxminən saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən «Qızıl Qum» sanatoriyası ilə üzbəüz Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi «Qızıl Qum» adlı kafesinin həyətində baş verdiyini, hadisəyə səbəb qardaşı X5 və Sahillə kafenin həyətində sözlə mübahisə etməsindən sonra İdrisə irad bildirməyi və Sahil və İdrisin onlarla dava-dalaş etmələri olduğunu, xəstəxanada olarkən hadisənin tam təfərrüatını xatırlamadığını həmin vaxt onu Sahilin vurduğunu hesab etdiyini, lakin sonradan oğlu Sərxanla oturub fikirləşərək hadisənin baş verməsini və gedişatını analiz etmiş və hadisə zamanı İdrisin oğlu Sərxanı sol bud nahiyəsindən bir dəfə bıçaqla vurduqdan sonra əlində olan bıçaqla onun da döş qəfəsindən bir dəfə, qarın nahiyəsindən bir dəfə vurduğunu xatıradığını bildirərək, konkret olaraq onu və oğlu Sərxanı bıçaqla Təqsirləndirilən şəxs vuraraq xəsarət yetirdiyini, mübahisə edərkən qardaşı Ağamalı Ağamalıyevin yanlarında olduğunu, lakin o onları dava-dalaş etməyə qoymadığını, həmçinin Sahil və İdrisi vurmadığını, mübahisə zamanı bir-birilərini itələyib vurduqlarını, Sahil və İdrisin hadisə zamanı xəsarət alıb-almamaları barədə bir söz deyə bilmədiyini, həmin vaxt Sahilin əlində bıçaq görmədiyini bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs ailəsi tərəfindən ona müalicə xərcləri ödənilmişdir. O, Təqsirləndirilən şəxsla barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, yuxarıda qeyd olunan ünvanda valideyinləri ilə birlikdə yaşayır. BDU-nin Şərqşünasılıq fakültəsində təhsil alır. 03.11.2019-cu il tarixdə təxminən saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, «Qızıl Qum» sanatoriyası ilə üzbəüz yerləşən «Qızıl Qum» adiı kafenin qarşısında əmisi Ağamalının əsəbi halda dayandığını görüb nə baş verdiyini soruşmuş, əmisi elektrik xəttini təmir etmək məqsədi ilə kafenin həyətinə girdiyi üçün Şahid3 və sonradan adanı bildiyi Təqsirləndirilən şəxs ilə mübahisə etdiyini demişdir. Əmisinin əsəbi olduğunu görüb heç bir söz demədən oradan uzaqlaşdırmaq istədikdə Sahil və İdris kafenin həyətindən onlara doğru yaxınlaşmışlar. Həmin vaxt o İdrislə Sahilə sakit olmalarını və özü məsələni yoluna qoyacağını bildirmiş, bu zaman yaxınlıqda kafedə kabaçı işləyən atası Həsən bu hadisələri kənardan görüb gəlmiş, lakin o, atasının gəldiyini görməmişdir. Atası Həsən kafenin həyətinə daxil olub İdrisə nə baş verdiyini soruşduqda İdris əmisi Ağamalı ilə olan sözlü mübahisəni atasına danışan zaman aralarında mübahisə yaranmışdır. Bu zaman İdris atasının sinəsindən itələmiş, atası da əli ilə İdrisin sinəsindən vurmuşdur. Ayırmaq üçün kafenin həyətinə girdikdə aralarında mübahisə yaranmış, birbiriləri ilə əlbəyaxa olmuşlar, mübahisə edə-edə kafenin həyətində olan tikiliyə-mətbəxə tərəf getmişlər. Mübahisə zamanı Sahil onlardan ayrılıb kafenin həyətindən bayıra çıxmış, İdris isə kafenin mətbəxinə girib çıxmış, onlarla mübahisə etməyə başlamışdır. O, İdrisin arxasına keçib onu yerə yıxmış, İdris ayağa qalxıb oun sol budundan bir dəfə bıçaqla vurmuşdur. Bu zaman sol bud nahiyəsinin ağrıdığını və isindiyini hiss etmişdir, bir anlıq özünü itirmiş, buna baxmayaraq kömək çağırmaq üçün kafedən çıxıb ətrafa baxmış, lakin heç kimi tapa bilməyib bir qədər sonra kafeyə qayıtmış, kafedə heç kim olmadığı üçün evə getmişdir. Evdə olarkən İdrisin onu bıçaqla vurduqdan sonra atası Həsənin qarın nahiyəsindən bir dəfə və döş qəfəsindən bir dəfə bıçaqla vurduğunu bilmişdir. Atası əmisi Ağamalıgilə getdiyi üçün Ağamalı atasını xəstəxanaya aparmışdır. Hadisənin 03.11.2019cu il tarixdə təxminən saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən «Qızıl Qum» sanatoriyası ilə üzbəüz Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi «Qızıl Qum» adlı kafesinin həyətində baş verdiyini, hadisəyə səbəb əmisi X5 və Sahillə kafenin həyətində sözlə mübahisə etməsi və bundan sonra atası Həsənin İdrisə irad bildirməyi və onların dava-dalaş etmələri olduğunu, İdrisin onu vurduqdan sonra kömək çağırmaq məqsədi ilə qaçıb kafedən çıxdığı üçün İdrisin atasını bıçaqla vurduğunu görmədiyini, bunu yalnız evə getdikdən sonra öyrəndiyini, hadisə zamanı, yəni İdrisin onu bıçaqla vurmasından əvvəl Sahilin kafenin həyətindən çıxdığını gördüyünü, həmin vaxt İdris onu əlində olan bıçaqla vurduğunu, bundan sonra kafedən çıxdğını və atasının isə kafenin həyətində qaldığını, Sahilin atası Həsəni bıçaqla vurduğunu görmədiyini, evdə olarkən İdrisin onu bıçaqla vurduqdan sonra atası Həsəni də bıçaqla vurduğunu öyrənmişdir. Hadisə zamanı orada atası Həsən, əmisi Ağamalı, Sahil və İdrisin olduğunu, hadisəni kənardan heç kimin görmədiyini, mübahisə zamanı aralarında dava-dalaş olduğunu, lakin Təqsirləndirilən şəxs və Şahid3 hər hansı bir xəsarət almaları barədə bir söz deyə bilmədiyini qeyd etmişdir. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, fərdi qaydada əməklə məşğul olur. Şahid1 və onun atası Zərərçəkmiş şəxs Hümbət oğlunu tanıyır. Təqsirləndirilən şəxs ilə dostdur. İdris Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən «Qızıl Qum» sanatoriyası ilə üzbəüz «Qızıl Qum» kafesini icarə əsasında götürmüşdür. Lakin həmin kafe işləmir, təmir işləri aparılır. Həsən yaxınlıqda olan kafedə kababçı işləyir, oğlu ilə də münasibəti yaxşı olmuşdur. Bu günə kimi Sərxan və Həsənlə aralarında heç bir dava-dalaş, mübahisə olmamışdır. 03.11.2019-cu il tarixdə təxminən saat 13 radələrində şəhərə getmək üçün evdən çıxıb sanatoriya ilə üzbəüz yerləşən, həmişə gedib-gəldiyi, dostu İdrisin icarə əsasında işlətdiyi «Qızıl Qum» adlı kafeyə getmiş, kafeyə daxil olan zaman jdris də kafedə olmuşdur. Görüşüb birlikdə çay içərkən Sərxanın əmisi Ağamalı gəlmişdir. İdris ondan Ağamalının kim olduğunu soruşmuş, İdrisə qohum olduğunu demişdir. Ağamalıya yaxınlaşmış, Ağamalı səhər-səhər də bir neçə dəfə gəlib, qapı bağlı olduğu üçün çəpərdən keçdiyini, indi də çəpərdən keçib gəldiyini demişdir. İdris isə ona «ağsaqqal nə üçün çəpərdən keçirsən, biz çəpəri düzəltməkdən bezmişik, qapının açarı daşın altında olur, hər kəs yerini bilir» demişdir. Buna baxmayaraq Ağamalı elektrik xəttini təmir etmək və ya kəsmək üçün yaxınlıqda olan tikilinin yanından, pilləkəndən yuxarı çıxmaq istəmişdir. Həmin vaxt İdris ona pilləkənin sınıq olduğunu, çıxmamasını demiş, bu zaman Ağamalı ona «mənə yol göstərmə, nə etdiymi yaxşı bilirəm» demişdir. O, Ağamalının qoluna girib kənara çəkmiş, «əmi lazım deyil, gəl gedək» sözünü demişdir. Birlikdə qapıdan çıxarkən qəflətən Ağamalı dönüb ona qarşı «Əkbərin gədəsinə bax ee» sözünü demiş, ona gədənin nə olduğunu, nə üçün ona həmin sözü dedidyini bildirdikdə Ağamalı daha da aqressivləşərək onunla və İdrislə mübahisə etməyə başlamışdır. Həmin vaxt onun qardaşı oğlu, Sərxan gəlmiş, Ağamalının arxasında dayanıb əli ilə onlara işarə edərək sakit olmasını, əmisini aparacağını demişdir. Ona görə də İdrislə birlikdə dönüb kafeyə qayıtmışdır. Bir qədər sonra Ağamalının yenə də səsinin gəldiyini eşitmişlər. Bundan təxminən 10-15 dəqiqə sonra Ağamalı yenə də gəlmiş, onlara «çıxın qapını ağzına gəliblər» demişdir. İdrislə birlikdə çıxmaq istədikdə Ağamalının qardaşı Həsən kafeyə girərək İdrislə mübahisə etməyə başlamışdır. Həsən əsəbləşib İdrisin üzərinə hücum etmiş və təpiklə qarın nahiyyəsinə vurmuşdur. Orada olan Sərxan da onun üzərinə gəlib İdrislə onu döyməyə başlamışlar. Həmin vaxt İdris araya girib onu Sərxan və Həsənin əlindən almışdır. Bundan sonra kimisə köməyə çağırmaq üçün dərhal oradan çıxıb uzaqlaşmışdır. Kömək çağırmaqda məqsədi Sərxanla Həsən onları döymələri və onlara güclərinin çatmaması olmuşdur. Köməyə heç kimi tapa bilmədiyi üçün geri qayıtdıqda artıq Sərxanın sol ayağından qan axdığını görmüşdür. Həmin vaxt İdrisin artıq kafedə olmadığını görüb oradan uzaqlaşmışdır. Daha sonra polis əməkdaşlarının həmin yerə gələcəklərini güman edib Bərdə rayonuna qohumlarıgilə getməyi qərara almışdır. Ona görədə oradan Qaradağ rayonu, Lökbatan qəsəbəsinin dairəsinə gedib yol maşını ilə Bərdə rayonuna getmiş, Bərdə rayonunda olarkən atası onu evə çağırmış, yalnız bundan sonra Bərdə rayonundan çıxıb Bakı şəhərinə gəlmişdir. Hdisənin 03.11.2019-cu il tarixdə təxminən saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən «Qızıl Qum» sanatoriyası ilə üzbəüz dostu İdrisin icarə əsasında işlətdiyi «Qızıl Qum» adlı kafenin həyətində baş verdiyini, hadisəyə səbəb Ağamalı Ağamalıyevin onlarla kafenin həyətində sözlə mübahisə etməsindən sonra Zərərçəkmiş şəxsla Şahid1 gəlib İdrisi və onu döymələri olduğunu, Zərərçəkmiş şəxs yalan danışdığını, hadisə zamanı əlində bıçaq olmadığını, Həsənlə Sərxanın bıçaqla vurulmasını sonradan öyrəndiyini bildirmişdir. Belə ki, ona məlum olmuşdur ki, Həsənlə Sərxan onları döyərkən İdris onu Həsən və Sərxanın əlindən aldıqdan sonra kafedən çıxıb köməyə adam çağırmağa gedərkən İdris bıçaqla Həsəni və Sərxanı vurmuşdur. Ona görədə İdrisin bıçaqla Həsənlə Sərxanı vurmasını görmədiyini, kafeyə geri qayıdanda Sərxanın sol budundan qanaxdığını gördüyünü, hadisə zamanı ümumiyyətlə əlində bıçaq olmadığını, hadisə zamanı orada Ağamalı, Həsən, Sərxan, İdrisin olduğunu, hadisəni kənardan heç kimin görmədiyini bildirərək, hadisəni kənardan kimsə görsəydi, o, dərhal həmin şəxsləri kafeyə kömək üçün çağıracağını göstərmişdir. Şahid3 həmçinin bildirmişdir ki, hadisə zamanı Sərxanın ayağından qan axdığını gördükdə qorxub qaçmış və bu günə kimi də İdrisin ortaya çıxmasını gözləmişdir, lakin onun ortaya çıxmadığını və işin onun üzərində qalacağını bilib evə qayıtmış, onlardan başqa Həsənvə Sərxanla mübahisə edən şəxslər olmamışdır. Mübahisə zamanı Həsən yumruq vətəpiklə onunbədənimin müxtəlif nahiyyələrinə vuraraq döymüş, Sərxanda onutəpiklə vurmuşdur. Lakin qarşıqlıq yarandığı üçün konkret olaraq bədəninin hansı nahiyəsinə zərbə dəydiyini bilmədiyini, həmçinin xəsarətinin ciddi olmadığı üçün heç bir xəstəxanaya və ya tibb müəssisəsinə müraciət etmədiyini, hazırda da heç bir xəsarəti olmadığını tibbi ekspertizadan keçmək istəmədiyini bildirmişdir. Şahid qismində dindirilmiş X2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 03.11.2019-cu il tarixdə yaşadıqları evin işığı söndüyü üçün evdən çıxıb yaxınlıqda olan kafeyə getmişdir. Çünki evinə gedən elektrik xətti kafenin içindən keçir və tez-tez həmin yerdən sınır. Xətti təmir etmək məqsədi ilə təxminən saat 13 radələrində kafeyə getmiş, qapıdan içəri keçmiş, girən kimi İdris adlı tanımadığı bir nəfər cavan oğlan ona yaxınlaşaraq nə üçün bura icazəsiz girdiyini, kim olduğunu nə istədiyini soruşmuşdur. Ona elektrik xəttini təmir etmək üçün girdiyini dedikdə İdris yenə də ona nə üçün kafeyə icazəsiz girdiyini soruşmuşdur. Ona kafeyə girmək üçün nəyə görə icazə almalı olduğunu, kafeyə adam girməlidir dedikdə aralarında mübahisə yaranmış, mübahisə zamanı tanıdığı Əkbərin oğlu Sahil ona yaxınlaşıb qolundan tutaraq kafedən çıxarmığa başlamışdır. Ona görə də kafedən çıxmışdır. Həmin vaxt qardaşı Həsənin oğlu Sərxan onu görüb orada nə etdiyini soruşmuş, ona «küçük gədələr məni əsəbləşdirdi» demişdir. Bu ərəfədə qardaşı Həsən də gəlmiş və kafeyə girmişlər. Həsən və oğlu Sərxan içəri girsələr də o, kafenin bayır tərəfində dayanmışdır. Bir qədər sonra o, da kafenin həyətinə girmişdir. Həyətə girən zaman Sərxanın sol bud nahiyəsindən qan axdığını görüb qardaşı Həsənə tərəf yaxınlaşanda İdrisin əlində bıçaq kafedən qaçaraq çıxdığını görmüşdür. Qardaşına tərəf getdikdə isə Həsənin qarın nahiyəsindən və döş qəfəsindən qan axdığını görmüş, ona kömək edib öz evinə aparmışdır. Evdə Həsənin paltarını dəyişib xəstəxanaya aparmışdır. Sonradan ona məlum olmuşdur ki, İdris qardaşı oğlu Sərxanın sol bud nahiyəsindən bir dəfə bıçaqla vurmuş, daha sonra Həsənin döş qəfəsindən bir dəfə və qarın nahiyəsindən bir dəfə bıçaqla vuraraq xəsarət yetirmişdir. Hadisənin 03.11.2019-cu il tarixdə təxminən saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən «Qızıl Qum» sanatoriyası ilə üzbəüz Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi «Qızıl Qum» adlı kafesinin həyətində baş verdiyini, hadisəni tam olaraq görmədiyini, lakin hadisədən sonra ona məlum olmuşdur ki, İdris qardaşı oğlu Sərxanın sol bud nahiyyəsindən bir dəfə bıçaqla vurduqdan sonra Həsənin də döş qəfəsindən bir dəfə və qarın nahiyəsindən bir dəfə bıçaqla vuraraq xəsarət yetirmişdir. Mübahisə zamanı orada qardaşı Həsən, onun oğlu Sərxan, Sahil və İdris olmuş, hadisəni kənardan heç kim görməmişdir. Cinayət işinin 87-89-cu vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 07.11.2019cu il tarixli 1648 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs Hümbət oğlunda sağ tərəfli pnevmotoraks (sağ döş boşluğuna sərbəst havanın yığılması), diafraqmanın və qaraciyərin yaralanmasına səbəb olan döş qəfəsinin ön səthinin döş və qarın boşluğuna keçən bir ədəd, döş qəfəsinin sol yarsının daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 03.11.2019-cu il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən sağ tərəfli pnevmotoraks (sağ döş boşluğuna sərbəst havanın yığılması), diafraqmanın və qaraciyərin yaralanmasına səbəb olan döş qəfəsinin ön səthinin döş və qarın boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, döş qəfəsinin sol yarsının daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Cinayət işinin 8-12-ci vərəqlərində olan protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən "Qızıl-Qum” sanatoriyası ilə üzbəüz “Qızıl-Qum” kafesinin həyətidir. Odur ki, hadisə yerinin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən “Qızıl- Qum” sanatoriyası ilə üzbəüz “Qızıl-Qum” kafesinin həyəti olması nəzərə alınmışdır. Cinayət işinin 57-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 70, 118-119, 148-149, 165, 204-207-ci vərəqində olan protokol və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 13.11.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15.11.2019-cu il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 31.01.2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmış, 15.06.2020-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq istintaqa təqdim edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsə müalicə xərcləri ilə əlaqədar maddi yardım göstərilməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması, anasının ikinci qrup əlil olması və dayısının birinci Qarabağ müharibəsi zamanı şəhid olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin tərkibini yaradan bıçaq zərbəsinin vurulmasından əvvəl zərərçəkmiş şəxsin ona qarşı etdiyi təhrikedici hərəkətlərini, zərərçəkmiş şəxslə barışıq əldə olunmasını, zərərçəkmiş şəxsə müalicə xərcləri ilə əlaqədar maddi yardım göstərilməsini, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını, Təqsirləndirilən şəxs anasının ikinci qrup əlil olmasını və dayısının birinci Qarabağ müharibəsi zamanı şəhid olmasını məcmu halda Təqsirləndirilən şəxs münasibətdə müstəsna hal hesab edir və Təqsirləndirilən şəxs cəza təyin edilərkən barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də aşağı cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 15 iyun 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, İbtidai istintaq zamanı tutularaq saxlanıldığı 13.11.2019-cu il tarixdən 15.11.2019-cu il tarixədək olan 02 (iki) gün təyin olunmuş cəza müddətinə hesablanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi, üzərinə həbs qoyulmuş əmlak və maddi sübut yoxdur. İbtidai istintaq zamanı təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 120 AZN (yüz iyirmi manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun nəfinə, X1 162 AZN (yüz altmış iki manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai istintaq zamanı tutularaq saxlanıldığı 13.11.2019-cu il tarixdən 15.11.2019-cu il tarixədək olan 02 (iki) gün təyin olunmuş cəza müddətinə hesablanmaqla həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 15 iyun 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İbtidai istintaq zamanı təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 120 AZN (yüz iyirmi manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun nəfinə, X1 162 AZN (yüz altmış iki manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov