Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-303/2022 04.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X14, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı. Subay, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nərimanov rayonu, X30 küçəsi, bina 114, mənzil 41 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirib dələduzluq etməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə bilə-bilə qanunsuz edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini sövdələşmə yolu ilə təhrik etmişdir. Belə ki, o, 2021-ci ilin fevral ayının sonlarında tanışlıq münasibətində olduğu X8 dostu Şahid1 qardaşı X7 barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 03 fevral 2021-ci il tarixdə başlanmış cinayət işi üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 04 fevral 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsini öyrənib, Səbuhi Həsənovun cinayət məsuliyyətindən azad edilməsi, yaxud barəsində həbslə bağlı olmayan cəzanın tətbiq edilməsinə köməklik göstərilməsi vədi ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 xeyli miqdarda əmlakını, yəni pulunu ələ keçirmək qərarına gəlib, bu məqsədlə Tural Abbasova yalandan həmin məsələni müsbət həll etmək səlahiyyətlərinə malik qohumunun prokurorluq orqanlarında yüksək vəzifədə işlədiyini, həmin vəzifəli şəxsin xidməti vəzifələrini (səlahiyyətlərini) icra edərək Səbuhi Həsənovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin, yəni sonuncunun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığı halda müəyyən miqdarda pul vəsaitinin şəxsən özünün vasitəsilə birbaşa yolla həmin vəzifəli şəxsə rüşvət qismində verilməsi qarşılığında həll edəcəyini bildirib aldadaraq bir neçə gün sonra, yəni 2021-ci ilin fevral ayının sonlarında istintaqla dəqiq müəyyən olunmayan gündə axşam saatlarında Tural Abbasov və Şahid1la birlikdə Bakı şəhəri, Nərimanov rayonunun ərazisində X17 küçəsində yerləşən «Dostlar» adlanan kafedə görüş zamanı Şahid1 da 25000 (iyirmi beş min) manat pulun vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qardaşı Səbuhi Həsənovun xeyrinə bilə-bilə qanunsuz edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsi ilə Səbuhi Həsənovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, gələcəkdə sonuncunun barəsində cinayət təqibinə xitam verilməsi, yaxud həbslə bağlı olmayan cəza təyin olunacağına dair yalan vədlər verməklə Şahid1 aldadaraq təxminən 2021-ci ilin fevral ayının sonlarında istintaqla dəqiq müəyyən edilməyən tarixdə Bakı şəhərində, Nərimanov rayonunun ərazisində «Şəki» restoranının yaxınlığında sonuncu ilə təkrar görüşü zamanı Şahid1 yalnız 20000 (iyirmi min) manat pul verməyə maddi imkanının çatdığını bildirmiş, o, isə vədinin daha inandırıcı olması görüntüsü yaratmaq üçün qohumu olan vəzifəli şəxslə görüşüb danışdıqdan sonra fikir söyləyə biləcəyini deyib, növbəti gün istifadəsində olan 055- ***-**-** saylı mobil nömrə ilə Şahid1 ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək 20000 (iyirmi min) manat pulun rüşvət kimi verilməsi müqabilində Səbuhi Həsənovam məhkəmə baxışında həbsdən buraxılmasına köməklik göstərilməsi barədə qohumu olan vəzifəli şəxsin razılığını aldığını və ilkin olaraq 3000 manatın təcili verilməli, qalan 17000 (on yeddi min) manat pulun isə Səbuhi Həsənov həbsdən azad olunduqdan sonra verilməli olduğunu bildirərək Şahid1la sövdələşmiş, cinayətkar planını icra edərək 02 mart 2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəsi ilə Şahid1 ***-***-**-** saylı mobil nömrəsinə zəng edib Bakı şəhəri, Nərimanov rayonunun ərazisində X17 küçəsində yerləşən «Dostlar» adlanan kafedə günorta saatlarında Şahid1 və onunla birlikdə görüşə gəlmiş əmisi Şahid3 ilə birlikdə görüşüb Şahid1 30 ədəd 100 manatlıq əskinaslardan ibarət olan cəmi 3000 (üç min) manat pulu almış, daha sonra vahid qəsdlə cinayət əməlini davam etdirərək eyni yalan vədlərlə 2021-ci ilin mart ayının ortalarında saat 19 radələrində Bakı şəhəri, Abşeron ravonu Masazır qəsəbəsi ərazisində yerləşən «Buta çay evi» kimi tanınan «Forsaj club» adlanan kafenin qarşısında Şahid1 50 və 100 manatlıq əskinaslardan ibarət cəmi 1500 (min beş yüz) manat pulu da nağd qaydada alaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ümumilikdə Şahid1 4500 (dörd min beş yüz) manat pulunu-əmlakını dələduzluq yolu ilə ələ keçirməklə vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Səbuhi Həsənovun xeyrinə edəcəyi qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 20.000 manat pul vəsaitini rüşvət qismində verməyə Şahid1 sövdələşmə yolu ilə təhrik etmiş, Şahid1 ona vəd verilmiş işin düzəlmədiyini, uzandığını, hər dəfə yeni bəhanələrin deyildiyini görüb aldadıldığını başa düşərək qalan 15.500 manat məbləği verməkdən imtinadən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda ziyan vurmaqla 20.000 manat məbləğində əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ittiham aktında olan ifadəsini təstiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ittiham aktında olan ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri X4 şəxsən tanımamış, onunla hər hansı bir münasibəti və ya əlaqəsi olmamış, təxminən 14 iyul 2021 -ci il tarixdə saat 19 radələrində həmin ərəfədə istifadəsində olmuş və ondan başqa heç kəsin istifadə elmədiyi «Bakcell» mobil telefon operatoruna aid ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng gəlmiş, telefona cavab verdikdə zəng edən şəxs özünü Baş prokurorluğun Dövlət təhlükəsizliyi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri "Tariyel müəllim” adı ilə təqdim edərək onu tanıyıb tanımadığını soruşmuş, həmin şəxsə onu tanımadığını və ilk dəfə olaraq onunla telefonla danışdığını bildirmiş, özünü prokurorluq əməkdaşı "Tariyel müəllim" kimi təqdim edən şəxs ona "sən məni tanımırsansa nə üçün və hansı səbəbdən Şahid1 adlı şəxsdən guya hansısa işin görülməsi müqabilində mənə vermək adı ilə 4500 manat pul almısan?" deyə sual vermiş, Tariyel müəllimə cavab olaraq onu tanımadığını, heç vaxt Şahid1 və ya digər şəxsdən ona verəcəyi adı ilə, yaxud da onun adından istifadə etməklə pul almadığını, Şahid1 4500 manat pulu altı ay müddətinə qaytarmaq şərti ilə borc aldığını demiş, bundan sonra Tariyel müəllim ilə aralarında olan danışıq kəsilmişdir. Lakin, aradan bir neçə dəqiqə keçmiş Tariyel müəllim yenindən ona zəng edərək Sahil və Sahilin qohumu Feyyaz adlı şəxsin ona zəng edərək Sahildən aldığı 4500 manat pulu ona vermək adı ilə aldığını demiş, həmin zaman da Tariyel müəllimə onu tanımadığını, eləcə də heç vaxt onun adı ilə Sahildən və ya kimdənsə pul almadığını, Sahildən altı ay müddətinə ödəmək şərti ilə 4500 manat pul aldığını demiş, həmçinin danışıq zamanı Tariyel müəllim ona Sahil və Feyyaz ona zəng edərkən onlardan özünə məxsus mobil telefon nömrəsini haradan əldə etmələri ilə maraqlandıqda, Sahil və Feyyazın mobil telefon nömrəsini onun verdiyini demişlər, lakin həmin vaxt o, Tariyel müəllimə onu tanımadığı üçün mobil telefon nömrəsini də bilmədiyini və heç kəsə də mobil nömrə vermədiyini bildirmiş, Tariyel müəllimlə arasında olan bu danışıqdan bir müddət sonra ***-***-**-** saylı mobil telefon nömrəsinə ***-***-**-** saylı mobil nömrədən zəng daxil olmuş, zəngə cavab verdikdə zəng edən şəxs özünü Şahid1 dayısının oğlu Feyyaz kimi təqdim edərək onun guya Sahilin qardaşı Səbuhinin həbsdən buraxılmasına köməklik etməsi üçün Sahildən cəmi 4500 manat pul aldığını, həmin işi isə görmədiyini, özünün həmin vəzifəli şəxslə əlaqə saxladığını, həmin vəzifəli şəxsin onu tanımadığını və heç kimdən hər hansı işin görülməsi ilə bağlı pul almadığını dediyini bildirmiş, Feyyaza Sahildən cəmi 4500 manat pulu borc qismində aldığını, Tariyel Qurbanov adlı şəxsi tanımadığını, Sahildən, yaxud digər hər hansı şəxsdən hər hansı işin görülməsi ilə bağlı pul almadığını deyib zəngi sonlandırmış, hansı səbəbdən həm Tariyel Qurbanov, həm də Feyyaz adlı şəxsin guya onun Sahilin qardaşı Səbuhinin həbsdən buraxılmasına köməklik etməsi üçün Baş prokurorluqda yüksək vəzifədə işləyən şəxsinə verilməsi adı ilə Sahildən cəmi 4500 manat pul aldığını bildirmələrini izah edə bilmir. O, Şahid1 təxminən 2017-ci ildə dostu Tural Abbasovun vasitəsi ilə tanımış, belə ki, 2017-ci ildə o, ünvan 2 ünvanında yerləşən icarəyə kafe götürərək həmin kafenin açılışını edərkən müsiqiçi və meyxanaçı kimi dostu Turalı açılışa dəvət etmiş, həmin məclisə də Tural öz tanışı meyxanaçı kimi fəaliyyət göstərən Sahil ilə birlikdə gəlmiş, məhz həmin vaxt Turalın vasitəsi ilə Sahillə tanış olmuş, Sahillə yaxın münasibəti olmasa da sonrakı tarixlərdə hansısa məclisdə Sahili gördükdə onunla salamlaşıb hal-əhvalını soruşmuş, Sahillə arasında hər hansı bir ədavət və ya düşmənçiliyi olmamış, şəxsi ehtiyacları üçün 3000 manat pula ehtiyacı yarandığından təxminən 2021-ci ilin yanvar ayının əvvələrində günorta saatlarında Çingiz adlı dostu ilə Bakı şəhəri, Nərimanov rayonunun ərazisində, «Kitay» restoranının yaxınlığında yerləşən «Dostlar» adlanan kafedə oturub çay içən zaman Şahid1 borc pul istəmək qərarına gəlib həmin ərəfədə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Sahilin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək Sahilə 4500 manat pula ehtiyacı olduğu deyib, 6 ay müddətində qaytarması şərti ilə həmin məbləğdə pulu borc qismində verməsini xahiş etmiş, bu xahişinə əsasən Sahil etiraz elmədən ona ilkin olaraq 3000 manat məbləğində pulu, sonrakı tarixlərdə isə qalan 1500 manat pulu borc qismində verə biləcəyini demiş, bundan sonra Sahilə Bakı şəhəri, Nərimanov rayonunun ərazisində, «Kitay» restoranının yaxınlığında yerləşən «Dostlar» adlanan kafedə olduğunu və həmin kafeyə gələrək 3000 manatı ona verməsini xahiş etmiş, Sahil də razılaşaraq həmin kafeyə gələcəyini deyib təxminən saat 14 radələriındə əvvəllər tanəmadığı hadisələrin sonrakı gedişində isə adının İntiqam olduğunu bildiyim əmisi və eyni ilə əvvəllər tanımadığı Sahilin dostu olduğunu bildiyi "Yusif adlı şəxslə birlikdə Bakı şəhəri. Nərimanov rayonunun ərazisində, «Kitay» restoranının yaxınlığında yerləşən «Dostlar» adlanan kafeyə gələrək onunla və Çingizlə görüşmüş, həmin kafedə onlar eyni masa arxasına əyləşib çay içən zaman onun xahişi ilə Sahil masadan qalxıb onunla kənara çəkilmiş, orada Sahil 3000 manat pulu sayaraq əlbəəl ona vermiş, həmin pulu alıb 6 ay müddətində borcunu tam qaytaracağına söz verdmiş, bundan sonra bir qədər də birlikdə çay içdikdən sonra Sahil və onunla birlikdə gəlmiş əmisi İntiqam və Yusif adlı dostu sağollaşaraq yanlarından ayrılmış, bu hadisədən 4-5 gün sonra, yəni təxminən 2021-ci ilin yanvar ayının ortalarında axşam saatlarında yenidən istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Sahilin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək qalan 1500 manat pulu da ona borc qismində verməsini xahiş etmiş, Sahil üzərində 1000 manat pul olduğunu və hazırda işdə olduğunu, istədiyi zaman yanına gəlib həmin pulu götürə biləcəyini demiş, bunu görə təxminən 30-40 dəqiqə sonra Sahilin musiqiçi kimi işlədiyi Bakı şəhəri, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən «Buta çay evi» kimi tanınan «Forsaj klub» adlanan kafenin qarşısına gedib ona zəng edərək həmin yerdə olduğunu bildirmiş, bundan sonra Sahil işlədiyi kafedən çıxaraq onunla təklikdə görüşüb 1000 manat pulu sayaraq əlbəəl ona borc qismində vermiş, həmin pulu aldıqdan sonra Sahillə sağollaşıb yanından ayrılmış, bu hadisədən 2-3 gün sonra, yəni təxminən 2021-ci ilin yanvar ayının ortalarında axşam saatlarında istifadəsində olan ***-***-**-** saylı mobil nömrədə Sahilin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək ondan qalan 500 manat pulu da borc qismində verməsini xahiş etmiş, Sahil də hazırda Sumqayıt şəhərində yaşadığı evdə olduğunu, istədiyi zaman yanına gəlib həmin pulu götürə biləcəyini demiş, razılaşıb təxminən 1 saat sonra Sumqayıt şəhərinə gedərək ünvanı dəqiq xatırlamadığı yerdə təxminən Sumqayıt şəhərinin giriş hissəsində Sahillə zəngləşib təklikdə görüşmüş, həmin vaxt Sahil 500 manat pulu sayaraq əlbəəl ona borc qismində vermiş, həmin pulu aldıqdan sonra Sahillə sağollaşıb yanından ayrılmış, bundan başqa dəqiq xatırlamadığı tarixdə idarə etdiyi avtomobilin cəriməsi olduğundan və həmin cəriməni ödəməyə pulu olmadığı üçün Sahilə zəng edərək ondan 50 manat pul borc istəmiş, Sahil borc verməyə razılaşdığından dəqiq hansı banka məxsus olduğunu bilmədiyi bank kartının üzərində olan 16 rəqəmi Sahilə bildirib pulu kartına köçürməsini demiş, bir neçə dəqiqə sonra Sahil «Paypoint» adlanan ödəmə terminalı vasitəsi ilə bank kartına 50 manat pul yükləmiş, beləliklə Sahildən ümumilikdə borc qismində 4550 manat pul almış, borc aldığı vaxtdan 6 ay keçdikdən sonra təxminən 2021-ci ilin iyul ayının əvvələrində Sahillə əvvəlcədən razılaşmalarına baxmayaraq ondan aldığı borc pulu geri qaytara bilməmiş, həmin tarixdən etibarən də Sahil tez-tez onunla əlaqə saxlayaraq borc qismində verdiyi 4550 manat pulu geri qaytarmasını tələb etmiş, təxminən 15 iyul 2021-ci il tarixdə günorta saatlarında borc məsələsini müzakirə etmək üçün Sahilin xahişi ilə onunla Bakı şəhərində «20 yanvar» dairəsi yaxınlığında görüşmüş, həmin görüşə dostu Çingizlə getmiş, Sahil isə görüşə Feyyaz adlı qohumu ilə gəlmiş, görüş zamanı Sahil ondan borcunu qaytarmasını istəmiş, lakin o, maddi imkanı olmadığı üçün borcunu tam şəkildə qaytara bilməyəcəyini demiş, həmin vaxt Feyyaz ona təklif edərək bir kağız parçasına Sahildən borc pul almasını yazmasını və həmin sənədin faktiki Sahilin ona borc pul verməsini təsdiq edən sənəd olacağını bildirmiş, o, da Çingizin və Feyyazın yanmda razılaşıb Sahildən cəmi 4600 manat pulu borc qismində alması və həmin məbləğ bitənə kimi ona gündəlik 20 manat olmaqla, ayda 600 manat pul qaytaracağına dair öz xətti ilə yazıb imzalayaraq həmin kağızı Sahilə vermiş, həmçinin Sahilə gündəlik 20 manat pulu onun bank kartına köçürəcəyini demiş, Sahil də istifadəsində olan "Kapitalbank” bankına aid bank kartının üzərində olan 16 rəqəmi ona bildirmiş, Sahildən cəmi 4550 manat borc pul alsa da yazdığı kağızda bu məbləği 4600 manat kimi göstərməsinin səbəbi artıq olan 50 manatın öhdəlik götürərək Sahilin bank kartına göndərəcəyi pulları Sahilin kartından istifadə etməklə bankomatdan çıxaran zaman bank xərci kimi tutulacaq faiz məbləğinin nəzərə alınması olmuş, sonrakı tarixlərdə, 19 iyul 2021 -ci il tarixdən başlamaqla Sahilə köçürmə yolu ilə cəmi 180 manat pul göndərmiş, sonra isə maddi imkanı olmadığından əlavə pul göndərə bilməmişdir. Şahid1la arasında onun qardaşı Səbuhinin həbsdən buraxılması ilə bağlı heç vaxt heç bir söhbət və ya sövdələşmə olmamış, ümumiyyətlə onun Sahilin qardaşı Səbuhinin həbs olunmasından əvvəlcədən məlumatı olmamış, yalnız Şahid1 cəmi 4550 manat borc qismində pul aldıqdan təxminən 3-4 ay sonra Səbuhinin narkotik vasitə ilə tutulmasını Sahildən eşitmiş, lakin həmin işin təfərüatlarını bilməmiş, heç vaxt Şahid1 onun həbsdə olan qardaşı Səbuhinin həbsdən buraxılması ilə bağlı pul almamış, habelə heç vaxt Şahid1 pul alarkən ona həmin pulu guya qohumu olan prokurorluq əməkdaşına verəcəyini deməmiş, araşdırma zamanı fikrini düzgün izah etməyərək Sahildən borc aldığı yerləri düzgün göstərməmiş, həqiqətdə Sahildən borc aldığı pulun 3000 manatını Bakı şəhərində Nərimanov rayonunu ərazisində «Dostlar» kafesində, 1000 manatını Bakı şəhəri, Abşeron rayonu Masazır qəsəbəsinin ərazisində yerləşən «Qutab çay evi» adlanan kalenin qarşısında, 500 manatı isə Sumqayıt şəhərinin girişində almışdır. Araşdırma zamanı Şahid1 izahatına əlavə etdiyi 1 ədəd diskdə olan audio fayllardakı səslər ona məxsusdur və həmin səsləri o, mobil telefonunda ***-***-**-** saylı mobil nömrədən istifadə etməklə qeydiyyatdan keçdiyi “vatsap" ani mesajlaşma proqramı vasitəsi ilə Sahilin həmin proqramda istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə göndərmiş, o, həmin diskdəki "1" nömrəli audio yazıda Sahilə müraciət edərək '‘Çox sağol qardaşım, öpürəm, görüşərik Allahın izni ilə, birinci gün də pul verəndə o söhbəti də edəcəm, görüm o vəkillə nələr eləyirik, nağayrırıq, nə vaxt görüşürük, sənə konkret bir söz deyəcəm o barədə də, yaxşı?!" sözlərini demiş, bu hallar- barədə Səbuhiyə deməsinin səbəbi təxminən 2021-ci ilin aprel ayının əvvələrində axşam saatlarında Sahilin musiqiçi kimi işlədiyi Bakı şəhəri, Abşeron rayonu Masazır qəsəbəsinin ərazisində yerləşən «Buta çay evi» kimi tanınan «Forsaj klub» adlanan kafeyə gedib orada Sahillə təklikdə söhbət edən zaman Sahilin ona qardaşı Səbuhinin narkotik vasitələrlə polis əməkdaşları tərəfindən tutulduğunu, barəsində DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işinin istintaqının aparıldığını, Səbuhinin həbs edildiyini və Bakı istintaq təcridxanasmda saxlanıldığını bildirib ondan istintaq zamanı qardaşı Səbuhinin hüquqlarını müdafiə etməsi üçün hər hansı vəkil tanışının olub-olmadığını soruşması olmuş. Sahilə taksi sürücüsü kimi işlədiyi müddətlərdə vəkil müştərilərinin də olduğunu, onlardan biri ilə onu əlaqələndirə biləcəyini demiş, Sahil isə ona savadlı vəkil tapmasını, borclu olduğu pulla vəkilin pulunu verməsini xahiş etmiş, o, da Sahillə razılaşıb borclu olduğum pulla Səbulmə köməklik etməsi üçün savadlı vəkil lulacağını demiş, lakin sonrakı tarixlərdə maddi imkanı olmadığından Səbuhinin işi ilə bağlı hər hansı vəkillə əlaqə saxlamamış, o, “2” nömrəli audio yazıda Sahilə müraciət edərək “Qardaşım, sənin başına dönərəm, biz xırda adamlarla iş görmürük, müstəntiq belə götürəndə kimdiki, xırda bir insandı, bizimki hakimlədi, yəni bizdə məhkəmə zalında nə olacaqsa hakim qərar verəcək, müstəntiq zad boş şeydi. o müstəntiq sənə nə deyib, neyniyib bilmirəm, bizim müstəntiqlə heç bir işimiz yoxdu, inşallah bu birinci məhkəməsində bilinəcək də nə var nə yox." sözlərini demiş, bu hallar barədə Səbuhiyə deməsinin səbəbi təxminən 2021-ci ilin aprel ayının ortalarında günorta saatlarında uzun müddət keçdiyindən xatırlamadığı şəraitdə tanış olduğu və əvvəllər bir neçə dəfə müştəri kimi taksi kimi fəaliyyət göstərdiyi avtomobilindən istifadə etmiş, Bakı şəhərində Həzi Aslanov metrostansiyasının yaxınlığında yerləşən amma dəqiq ünvanını və nömrəsini bilmədiyi vəkil bürosunda fəaliyyət göstərən adını, soyadını, əlaqə vasitəsini bilmədiyi, xarici görünüşünün də necə olduğunu unutduğu vəkillə təsadüfü şəraitdə yolda rastlaşıb Sahilin qardaşı Səbuhinin işi ilə bağlı ona məlumat verib ondan bu işə necə köməklik göstərə biləcəyini soruşması, həmin vəkilin də ona istintaqı aparan müstəntiqin heç bir köməklik göstərə bilməyəcəyini və həmin işə özü vəkil kimi çıxarsa yalnız məhkəmə baxışı zamanı Səbuhinin həbsdən azad edilməsinə köməklik edə biləcəyini deməsi olmuşdur. O, vəkilin dedikləri barədə "vatsap" ani mesajlaşma proqramı vasitəsi ilə Sahilə məlumat vermiş, sonrakı tarixlərdə isə bir daha həmin vəkili görməmiş və onunla əlaqə saxlamamış, qeyd olunan diskə baxış keçirilməsinə dair tərıib edilmiş protokoldan və onun danışığından göründüyü kimi o. “3" nömrəli audio yazıda Sahilə müraciət edərək “Qardaşım, sənin başına dönərəm, gör tapa bilsən 150 yox. 50 tap. 100 bir yerdən tapdım, bir dənə gör 50-ni neyniyə bilirsən, bir dənə mənə xəbər elə də". "3" nömrəli audio yazıda “Bankomat deyəndə mənim qardaşım, lyuboy paypointdən almaq olur“. "4” nömrəli audio yazıda “Prosto orda şəxsiyyət məlumatı da istəyir, ona görə şəxsiyyət vəsiqəsini atdım” sözlərini demiş, bu hallar barədə Səbuhiyə deməsinin səbəbi xatırlamadığı tarixdə idarə etdiyi avtomobilin cəriməsi olduğundan və həmin cəriməni ödəməyə pulu olmadığı iiçün Sahilə zəng edərək ondan 50 manat pul borc istəməsi olmuş, həmin vaxt da Sahil borc verməyə razılaşdığından o, istifadəsində olan dəqiq hansı banka məxsus olduğunu bilmədiyi bank kartının üzərində olan 16 rəqəmi Sahilə bildirmiş, bir neçə dəqiqə sonra Sahil «Paypoint» adlanan ödəmə terminalı vasitəsi ilə bank kartına 50 manat pul yükləmiş. "6” nömrəli audio yazıda o, Sahilə müraciət edərək '‘Qaqaş salam, necəsən, nə var nə yox. vəziyyəl nətərdi, salamatçılıqdı?. Bir dənə mənə xəbər elə də görüm nağayra bildin, neynəyə bildin, bir azdan gedəcəm onların yanına, sənin fikrin nədir, niyyətin nədi, neyləmək istəyirsən, onu mənə de, mən də ona uyğun onlara sözümü deyim, görək nətər eləyirik, nağayrırıq. Dünənləri gec oldu, özüm də gec gəldim, dedim sən də oruc tutursan bəlkə yatmısan, ona görə yığmadım. Bır dənə mənə xəbər elə görək nağayrırıq, neyləyirik, mən də onlara xəbər eləyim, yekunlaşdıraq bu məsələni”, “7" nömrəli audio yazıda “Şükür qardaşım, sağlıq-salamatlıqdı məndə də. yavaş-yavaş gedir də. Heç bi şey qardaşım, indi bir azdan gedəcəm müəllimin yanına, bir dənə müəllimlə söhbət eləyim, nədi nə deyil xəbər eləyəcəm sənə, mən də bilirəm e sizin fikriniz niyyətiniz azadlığa çıxmağıdı, başqa fikriniz, niyyətiniz yoxdu. Elə şeylər var ki. mənlik də bir şey alınmır, sənlik də bir şey alınmır, başa düşdün?!, nə bilim qardaşım, gedirəm e yoldaşam, gedim müəllimlə görüşüm söhbət edim, sənə xəbər eyəyəcəm.”, “8" nömrəli audio yazıda “Yaxşı qardaş, yaxşı, görüşüm ətraflı sənə xəbər edəcəm”. "9” nömrəli audio yazıda “Qardaşım, kart yoxdu, mən özüm gələcəm, səndəd isə mən yavaşyavaş burdayam Gənclikdə çıxıb burdan gəlim”, “10” nömrəli audio yazıda “Qardaşım heç yerə getmə başımı dönərəm, çıxmışam Gənclikdən gəlirəm Masazıra, 20-25 dəqiqəyə çox güman orda olaram". "11" nömrəli audio yazıda “Bir daha salam qardaşım, problem yoxdu qardaşım. Allah sənin qaynatana da rəhmət eləsin, prosta “müəllim” birinci günə verəsi oldu mənim maaşımı, yəni mən ondan aylıq maaş alıram axı bilmirəm, demişəm sənə ya deməmişəm, maşının da həbsı var idi, bu günləri mən onu bağlamalıyam ki, maşını sürə bilim, axşamüstü 8-9-a kimi onu bağlamalıyam, 1-2 yer var ora gedəcəm axşamüstü ona görə, heç bir şey qardaşım, problem yoxdu başına dönərəm, bir dənə də elə-belə popıtka eləyərsən də. gör əmələ gətizdirə bilərsən. İnanırsan özümdə çoxdu ye həbsi, dirənən yeri, cərimələrim yığışmışdı 700-800 manata yaxın idi, prosta dirənən yeri qalıb 150 manata, ona görə dedim görüm səndə bəlkə tapılar, köməklik eləyəsən qardaşına” sözlərini demiş, bu səs yazılarını Sahilə göndərdiyi ərəfədə, yəni təxminən 2021-ci ilin aprel ayının sonlarında Sahil artıq ondan borc verdiyi pulu geri istəməyə başlamışdı, o, da Sahilə ondan borc aldığı pulla qardaşına köməklik etməsi üçün hansısa savadlı vəkil də tutacağına söz vermiş, buna görə də borcunu qaytarmaq üçün vaxt qazanmaq istədiyindən Sahilə yalandan guya “müəllim” deyə müraciət etdiyi bir nəfər savadlı vəkil tapdığını, həmin vəkilin onun qardaşı Səbuhinin hüquqlarını müdafiə edəcəyini demiş, bımdan başqa Sahilə guya həmin vəkilin sürücülüyünü də etdiyini və ondan maaş aldığını da bildirmiş, lakin həqiqətdə belə bir hal olmamış, sadəcə bu xüsusatları Sahilə bildirməkdə məqsədi Sahildən aldığı borc pulu geri qaytarmaq üçün vaxt qazanmaq və həmin pulu düzəldib gen qaytarmaq istəməyi olmuşdur. Ona təqdim edilən diskdə olan videogörüntüdə onunla Sahil və əmisi İntiqam arasında Sahildən aldığı borc pulun geri qaytarılması barədə söhbət olmuş, həmin videoçəkiliş onun idarə etdiyi avtomobildə Sahil tərəfindən çəkilmiş, çəkilişdə avtomobilin sükanı arxasında oturan şəxs odur, çəkiliş zamanı avtomobilin ön sağ oturacağında İntiqam, arxa oturacaqda isə Sahil əyləşmiş, həmin videoçəkilişdə də Sahil və əmisi İntiqama bankdan kredit alıb aldığı borcu geri qaytaracağını bildirmiş, lakin ona kredit verilmədiyindən hər hansı bankdan kredit ala bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ittiham aktında olan ifadəsini təstiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ittiham aktında olan ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, 02 fevral 2021-ci il tarixdə kiçik qardaşı X15 və bacısı Baladadaşova (Həsənova) Türkan Elmxan qızının həyat yoldaşı X5 Bakı şəhəri Binəqədi rayonunun ərazisində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Miibarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik maddələrlə tutulmuş, onda olan məlumata görə bacısının həyat yoldaşı Qadir Baladadaşovda satış məqsədi ilə külli miqdarda, qardaşı Səbuhi Həsənovda isə təxminən 8 qrama yaxın narkotik vasitə aşkar olunmuş, törətdikləri həmin cinayətlərə görə qardaşı Səbuhi və bacısının həyat yoldaşı Qadir Baladadaşovun barələrində DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin istintaqı aparıldı və cinayət işi baxılması üçün Bakı Ağır cinayətlər məhkəməsinə göndərilmiş, Səbuhi və Qadir Baladadaşovun barələrində Nərimanov rayon Məhkəməsinin qərarı ilə 02 fevral 2021-ci il tarixdə 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, hazırda da onların hər ikisi Bakı istintaq təcridxanasında saxlanılır. Qardaşı Səbuhinin narkotiklə tutulub həbs edilməsi və barəsində cinayət işinin istintaqının aparılmasını barədə aralarında olan söhbətlər zamanı bildirdiyindən ətrafında olan dostları, eləcə də sənət yoldaşlarının da məlumatları olmuş, təxminən 2021-ci ilin fevral ayının ortalarında qardaşı Səbuhinin tutulmasından məlumatı olan, həm dostluq münasibətində olduğu, həm də sənət yoldaşı, yəni meyxanaçı olan «Tural Montinli» ləqəbli X20 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan 051-370- 78-76 saylı mobil telefon nömrəsinə zəng edərək “Elmir" adlı tanışının olduğunu, həmin tanışının deməsinə görə prokurorluqda yüksək vəzifədə işləyən qohumunun işlədiyini və yəqin ki, Elmirin müəyyən miqdarda pulun verilməsi müqabilində prokurorluqda yüksək vəzifədə işləyən qohumunun vasitəsi ilə qardaşı Səbuhinin cinayət məsuliyyətindən azad olunmasına, yəni həbsdən azad olunmasına köməklik edə biləcəyini, Elmir ilə bu məsələni danışıb razılığını aldıqdan sonra ona məlumat verəcəyini demiş, Turalın ona bu məzmunlu məlumat verməsinin səbəbi aralarında olan bu danışıqdan əvvəlki tarixlərin birində Turala qardaşı Səbuhinin həbs edilməsi barədə məlumat verdikdən sonra, ona qardaşı Səbuhinin həbsdən azad olunmasına köməklik edə biləcək hər hansı tanışı olarsa onunla əlaqələndirməsini xahiş etməsi olmuş, bir neçə gün sonra, təxminən 2021-ci ilin fevral ayının sonlarında axşam saatlarında Tural istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan 051- ***-**-** saylı mobil nömrəyə zəng edərək Elmirlə birlikdə Bakı şəhəri, Nərimanov rayonunun ərazisində, «Kilay» restoranının yaxınlığında yerləşən «Dostlar» adlanan kafedə çay içib söhbət etdiyini deyib, onu birlikdə söhbət edərək qardaşı Səbuhinin məsələsini müzakirə etmək üçün həmin kafeyə dəvət etmiş, razılaşaraq həmin zaman Sumqayıt şəhər sakini, Sumqayıt şəhərində fərdi qaydada taksi sürücüsü kimi fəaliyyət göstərən Yusif adlı şəxsin idarə etdiyi dövlət qeydiyyat nömrəsini xatırlamadığı qırmızı rəngli «OPEL-ASTRA» markalı avtomobillə yaşadığı Sumqayıt şəhərindən Bakı şəhərinə Tural və Elmir ilə görüşə getmiş, həmin kafeyə çatdıqda Yusif onu çöldə gözləmiş, o. isə kafeyə daxil olmuş, orada Turalın masaların birində əvvəllər görmədiyi və tanımadığı, təxminən 28-30 yaşları olan, yumru sifət quruluşuna malik, ortaboylu, ağbəniz oğlanla oturduğunu, qeyd etdiyi şəxsin yanında isə əvvəllər Turalın vasitəsi ilə tanıdığı soyadını və atasının adını bilmədiyi, tanış kimi münasibətlərinin yaxşı olduğu Çingiz adlı şəxsin olduğunu görmüş, Çingizi görüşə kimin dəvət etdiyini bilməmiş, onlara yaxınlaşaraq görüşüb masada əyləşdikdə Tural və Çingiz masada oturan şəxsi ona Elmir adı ilə təqdim edərək Elmirin onların hər ikisinin dostu olduğunu bildirmişlər, Elmirlə tanış olduqdan sonra həm Tural, həm də Çingiz ona Elmir adlı şəxsin Baş Prokurorluqda yüksək vəzifədə işləyən şəxsin həm qohumu, həm də sürücüsü olduğunu, Elmirin qohumu Tariyel Qurbanovun vasitəsi ilə onun qardaşını həbsdən buraxılmasına köməklik edə biləcəyini demişlər, o, Tariyel Qurbanovu şəxsən tanımasa da onun Hacıqabul rayon prokurorluğunun sabiq prokuroru olmasını eşitmiş, Elmir Turalın və Çingizin yanında ona qardaşı Səbuhinin işi ilə bağlı, yəni qardaşının nə ilə bağlı tutulduğu, polis idarəsində barəsində cinayət işinin istintaq edildiyi, işin icraatının hansı müstəntiqdə olduğu və sair bu qəbildən suallar verməyə başlamış, o, da Elmirin suallarına bildiklərinə uyğun cavablar vermiş, Elmir tanışı Çingiz və dostu Turalın yanında ona «səndən qabaq Tural sənin qardaşının işi barədə mənə məlumatları verib və mən bu barədə qohumum, əvvəllər Hacıqabul rayon prokuroru vəzifəsində işləmiş, indi isə Baş Prokurorluqda İstintaqa nəzarət idarəsinin rəisi vəzifəsində işləyən Tariyel Qurbanovla danışıb sənin qardaşına onun tərəfindən köməklik olunacağı ilə razılaşmışam» sözlərini demiş, habelə Elmir ona Tariyel Qurbanovla razılığına əsasən 25000 manat pulun ona verilməsi müqabilində ilkin mərhələdə Səbuhini 2-ci və ya 3-cü məhkəmə baxışında həbsdən buraxılmasını, gələcəkdə isə barəsində olan cinayət işinin məhkəmədə tam bağlanılmasını, yəni işə xitam verilməsini, yaxud ən pis halda şərti cəza almasını təşkil edəcəyini bildirmişdir. Həmin vaxt Elmirə bir qədər bu barədə düşünüb cavab verəcəyimi demiş, Elmir isə qısa zamanda məlumat verməsini, Tariyel Qurbanovun təcili cavab gözlədiyini, razılaşdığı təqdirdə ilkin olaraq 3000 manatı ona verməli olduğunu, yalnız bundan sonra Tariyel Qurbanovun tövsiyyə etdiyi 1 nəfər vəkilin vasitəsi ilə Səbuhinin həbsdən buraxılması işinə başlanılacağını demiş, lakin vəkilin kim olmasını, adını və soyadını, hansı vəkil bürosunda işləməsini bildirməmiş, o, da Elmirə qısa zamanda cavab deyəcəyini bildirmiş, bundan sonra Elmir istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini ona demiş, göstərdikərindən sonra o, Elmir, Çingiz və Tural ilə sağollaşıb kafeni tərk edərək yanlarından ayrılıb Yusifin avtomobili ilə Sumqayıt şəhərinə yaşadığı evə geri qayıiımş təxminən 2-3 gün keçmiş, yəni təxminən 2021-ci ilin fevral ayının sonlarında axşam saatlarında Elmir ona zəng edərək onun təklifi ilə bağlı cavabını öyrənmək istəyərkən Elmirə üzbəüz danışmaq istədiyini deyərək görüşməklərini təklif etmiş, Elmir də ona Bakı şəhərində, Nərimanov rayonunun ərazisində «Şəki» restoranının yaxınlığındakı «erməni qəbirstanlığı» adlanan ərazidə görüş təyin etmiş, bundan sonra xatırlamadığı taksi ilə Sumqayıt şəhərindən Bakı şəhərinə gedərək qeyd etdiyi ərazidə Elmirlə görüşmüş, həmin zaman Elmir görüşə tək gəlmiş, Elmirlə görüşərkən ona ailəsinin 25000 manat pulu ödəməyə imkanı çatmadığını demiş, bu sözləri dedikdə Elmir «mən artıq Tariyel müəllim ilə sənin qardaşının həbsdən buraxılması məsələsini danışmışam, sən məni müəllimin yanında pis vəziyyətdə qoyursan, məni onun yanında yalançı çıxardırsan, belə hərəkət etmək olmaz» deyə bildirdikdə, Elmirə həmin işin görülməsi üçün 20000 manat pul verməyə maddi imkanlarının çatdığını demiş, bələ ki, Hacıqabul rayonunun Udulu kəndində yerləşən ailələrinə məxsus torpaq sahəsini və ailələrinə məxsus qızıl-zinət əşyalarını sataraq 20000 manat pulu düzəldib qardaşı Səbuhinin həbsdən buraxılması üçün Elmirə verə biləcəklərini düşünmüş, bu sözlərinə Elmir "Tariyel müəllim çox insanlara əl tutub, çox insanlara köməklik edib, yəqin ki, bu iş üçün 20000 manat pulun verilməsinə etiraz etməz, mən sabah Tariyel müəllimlə görüşüb onunla danışaraq razılığını aldıqdan sonra sənə də məlumat verəcəm, əgər Tariyel müəllim razılaşsa ilkin olaraq 3000 manat pul mənə mütləq verilməli idi ki, həmin pulu Tariyel müəllimə çatdırım və qardaşın Səbuhinin həbsdən buraxılması işinə başlanılsın, qalan 17000 manat pulu isə Səbuhi həbsdən azad olunduqdan sonra verərsən, mən səndən alacağım pulun hamısını Tariyel müəllimə verəcəm, o, da həmin puldan mənim payımı verəcəkdir” deyə bildirmiş, lakin Elmir 20000 manat puldan ona hansı məbləğdə pul çatacağını deməmişdir. Bundan sonra o, etiraz etmədən Elmirin təklifi ilə razılaşıb onun əminliklə danışmasından Tariyel Qurbanovun həqiqətən də 20000 manat pulun verilməsi müqabilində qardaşı Səbuhinin həbsdən azad olunmasını təmin edəcəyinə inanmış, buna görə Elmirlə sağollaşıb yanından ayrıldıqdan sonra həmin gün Hacıqabul rayonunun 1-ci Udulu kəndinə atası Şahid2 və anası Maral Həsənovanın yaşadığı evə getmiş, evdə olarkən atası Elmxan və anası Marala kim olduğunu demədən tanışının vasitəsi ilə Bakı şəhərində yaşayan Elmir adlı bir nəfər şəxslə tanış olduğunu, Elmirin əvvəllər Hacıqabul rayon prokuroru vəzifəsində işləmiş, hazırda Baş Prokurorluqda yüksək vəzifədə işləyən Tariyel Qurbanovun qohumu olduğunu və Elmirin deməsinə görə 20000 manat pulun verilməsi müqabilində prokurorluq əməkdaşı olan qohumu Tariyel Qurbanovun vasitəsilə Səbuhinin məhkəmə baxışında həbsdən buraxılmasını təşkil edə biləcəyini demiş, atası Elmxan və anası Maral isə ona «biz heç bir yerdə işləmirik həmin miqdarda pulu düzəltmək bizim üçün çox çətin olar, bizə vaxt lazımdır ki qızıl-zinət əşyalarımızı satıb və qohuməqrabadan, dost-tanışlardan borc yığıb həmin pulu düzəldək» deyə bildirmişlər. O, atası və anasına Səbuhinin həbsdən buraxılması məsələsini həll edən Tariyel Qurbanovun qohumu Elmirin bu işin müqabilində istədiyi cəmi 20000 manat puldan ilkin olaraq 3000 manat pulun ona verilməsini istədiyini, Elmirin deməsinə görə ilkin olaraq Səbuhinin həbsdən buraxılması üçün ona 3000 manat verməli olduqlarını, qalan 17000 manat pulu isə Səbuhi həbsdən azad olunaraq məhkəmədən buraxıldıqdan sonra ona çatdırmalı olduqlarını demiş, atası Şahid2 ona «hissə-hissə ödəməklə çalışıb həmin pulu düzəldərik» deyə bildirmişdir. Bu danışıqlardan sonra o, Sumqayıt şəhərinə geri qayıtmış, növbəti gün, yəni 2021-ci ilin fevral ayının sonlarında səhər saatlarında Elmir ona zəng edərək qohumu Tariyel Qurbanovla görüşüb danışaraq 20000 manat pulun ona verilməsi müqabilində qardaşı Səbuhinin məhkəmə baxışında həbsdən buraxılmasına köməklik göstərilməsi barədə razılığını aldığını və Səbuhinin həbsdən buraxılmasını işini təşkil edəcəyi üçün razılaşdıqları 20000 manat puldan 3000 manatı təcili olaraq ona verməli olduğunu, hamin pulu da o, işin görülməsinə başlanılması üçün Tariyel müəllimə çatdırmalı olduğunu demiş, Elmirə 2-3 gün ərzində onunla əlaqə saxlayıb 3000 manat pulu çatdıracağını bildirmiş, Elmirlə danışığından təxminən 2-3 gün sonra təkrarən Hacıqabul rayonunun 1-ci Udulu kəndinə atası Şahid2 və anası Maral Həsənovanın yaşadığı evə getmiş, evdə olarkən atası və anasını Səbuhinin həbsdən buraxılması məsələsini həll edən Tariyel Qurbanovun qohumu Elmirin bu işin müqabilində istədiyi cəmi 20000 manat puldan ilkin olaraq 3000 manat pulun ona verilməsini istədiyini demiş, həmin vaxt atası Elmxan “mən hələ pulu düzəldə bilməmişəm, evimizdə cəmi 1200 manat pul vardır” deyə bildirdikdə atasına «ata sən 1200 manat pulu mənə ver, mən Bakı şəhərinə qayıdım, sən də 1-2 günə qalan 1800 manat pulu da düzəldib mənə göndərərsən» deyə demiş, bundan sonra atası Elmxan razılaşaraq evdə olan özünə məxsus əsasən 100 və 50 manatlıq əskinaslardan ibarət cəmi 1200 manat pulu Elmirə çatdırması üçün ona vermiş, daha sonra o, həmin gün Sumqayıt şəhərinə geri qayıtmış, bundan 1-2 gün sonra 02 mart 2021-ci il tarixdə saat 10- 11 radələrində Elmir ona zəng edərək əvvəllər görüşdükləri «Dostluq» adlanan kafedə görüş təyin edib təcili olaraq 3000 manat pulu ona çatdırmasını tələb etmiş, həmin vaxt Elmirə pulu tək verməkdən çəkindiyi üçün əvvəllər polis orqanlarında işləmiş, müvəqqəti olaraq Bakı şəhərində yaşayan əmisi Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək onunla görüşmək istədiyimi demiş, danışıq zamanı razılaşıb əmisi İntiqamla həmin tarixdə təxminən saat 13-14 radələrində Bakı şəhərində Nərimanov rayonunun ərazisində, Nərimanov metro stansiyasının çıxışında görüşmüş, əmisi İntiqamla görüşə taksi sürücüsü kimi fəaliyyət göstərən Yusif adlı şəxsin idarə etdiyi «OPEL» markalı avtomobillə getmiş, görüşdükdən sonra əmisi İntiqam da Yusifin idarə etdiyi avtomobilə əyləşmiş, avtomobildə Yusifin yanında əmisi İntiqama Bakı şəhər sakini Elmir adlı tanışının ona Hacıqabul rayonunun sabiq prokuroru, hazırda Baş Prokurorluqda İstintaqa nəzarət idarəsində işləyən Tariyel Qurbanovun qohumu olduğunu və Tariyel Qurbanovun vasitəsi ilə 20-25 min manat pulun verilməsi müqabilində Səbuhinin ilkin mərhələdə həbsdən buraxılmasını, gələcəkdə isə barəsində olan cinayəi işınin məhkəmədə tam bağlanılmasını, yəni işə xitam verilməsini, yaxud ən pis halda şərti cəza almasını təşkil edə biləcəyini dediyini bildirib əmisindən Tariyel Qurbanovu tanıyıbtanımadığmı soruşmuş, əmisi İntiqam Hacıqabul rayon Mühafizə bölməsində polis nəfəri kimi işlədiyi zaman bir neçə dəfə Hacıqabul rayon prokurorluğunda polis nəfəri kimi mühafizədə dayandığı üçün Hacıqabul rayon prokuroru olmuş Tariyel Qurbanovu tanıdığını, lakin onunla heç bir münasibətinin olmadığını demiş, bundan sonra İntiqama artıq bir neçə gün öncə Elmir adlı şəxslə görüşərək onunla bu işin 20000 manat pulun verilməsi müqabilində həlli ilə bağlı razılaşdığını və razılaşmalarına əsasən bu gün Tariyel Qurbanovun vasitəsi ilə Səbuhinin həbsdən buraxılması prossesinə başlanılması üçün Elmirə istədiyi cəmi 20000 manatdan ilkin olaraq 3000 manat pul verməli olduğunu, Elmirin deməsinə görə ilkin olaraq ona veriləcək 3000 manat pulu o, Tariyel Qurbanova çatdırdıqdan sonra, Tariyel Qurbanovun tövsiyyə etdiyi 1 nəfər vəkilin vasitəsi ilə Səbuhinin həbsdən buraxılması işinə başlanılacağını bildirmişdir. Bu halla barədə əmisi İntiqama məlumat verdikdən sonra, əlavə olaraq atası Elmxana və anası Marala da bu barədə məlumat verdiyini, atasının Elmirə verilməsi üçün 1200 manat pul verdiyini, habelə sonradan 1800 manat pul da topladığını deyib, ondan «Kapitalbank» bankına aid olan, təqaüd aldığı plastik kartının üzərindəki 16 rəqəmli nömrəni deməsini və həmin nömrəni atası Elmxana bildirəcəyini, atasının da 1800 manat pulu həmin karta köçürəcəyini, sonra qeyd olunan məbləğdə olan pulu kartdan çıxarıb üzərinə üzündə olan 1200 manat pulu əlavə edəcəyini, sonra birlikdə Elmir adlı şəxslə görüşüb onun Tariyel Qurbanova verəcəyi adı ilə istədiyi 20000 manat puldan ilkin olaraq 3000 manatı ona verəcəyini demiş, əmisi İntiqam etiraz etmədən təqaüd kartının nömrəsini ona bildirdikdə o. atasına zəng edərək Elmir adlı şəxsin təcili olaraq Səbuhinin həbsdən buraxılması işim başlaması üçün ilkin razılaşdıqları 3000 manat pulu istədiyini bildirib 1800 manat pulu da təcili ona çatdırmasını xahiş etmiş, həmçinin atası Elmxana Elmir adlı şəxsə pulu vermək iiçüıı onunla görüşə İntiqamla birlikdə gedəcəyini, artıq bu məqsədlə İntiqamla Bakı şəhərində Nərimanov melroslansiyasının yaxınlığında görüşdüklərini demiş, həmin vaxt atası pulu necə göndərməli olduğunu soruşduqda, ona 1800 manat pulu ödəmə terminalı vasitəsi ilə İntiqamın təqaüd kartına köçürməsini deyib İntiqamın təqaüd aldığı bank kartının üzərində olan nömrələri ona bildirmiş, təxminən 20-25 dəqiqə keçmiş atası Elmxan ona zəng edərək bsııo manat pulu İntiqamın təqaüd kartına köçürdüyünü bildirmiş, bundan sonra əmisi İntiqam Nərimanov metrosiansiyasmın yaxınlığında yerləşən «Kapilalbank» bankının qarşısındakı bankomatdan təqaüd kartından 1782 manat pul çıxartmış, alasının karla köçürdüyü İ8un manat pulun 18 manatı bank xərcləri kimi tutulmuş, daha sonra o. əmisinin karıdan çıxardığı 1782 manat pulun üzərinə özündə olan 1218 manat pul əlavə edib cəmi 3000 manat pul düzəltmiş, sonra isə əmisi İntiqamla Yusifin idarə etdiyi avtomobillə Bakı şəhəri, Nərimanov rayonunun ərazisində, «Kitay» restoranının yaxınlığında yerləşən «Dostlar» adlanan kafeyə getmiş, həmin kafedə o, İntiqam və Yusiflə birlikdə Elmir və Çingizin əyləşdiyi masanın yanına getmiş, Çingizin hansı səbəbdən Elmirlə birlikdə görüşə gəldiyini bilməmiş, əvvəlcə Elmir və Çingizi əmisi İntiqamla tanış etmiş, daha sonra onlar Elmir və Çingizin əyləşdikləri masa arxasında əyləşib birlikdə çay içmiş, görüş zamanı Elmir Yusif və Çingizin yanında əvvəlcə ona və əmisi X6 yaxın qohumu olduğunu, Tarıyel Qurbanovun Baş Prokurorluqda İstintaqa nəzarət idarəsinin rəisi vəzifəsində işlədiyini demiş, Elmir konkret olaraq Tariyel Qurbanovla hansı qohumluq əlaqələrinin olmasını deməsə də, söhbət əsnasında Tariyel Qurbanovun adını çəkəndə müraciət forması kimi "əmim Tariyel müəllim" deyə bildirmiş, söhbətinin davamında isə Tariyel Qurbanovu xitabən "müəllim", "ağsaqqal" sözlərini işlətmiş, X18 qohumluq əlaqəsi barədə bildirdikdən sonra sözünə davam edib Yusif və Çingizin yanında ona və əmisi İntiqama istədiyi 20000 manat puldan ona ilkin olaraq verəcəkləri 3000 manat pulu Tariyel Qurbanova verəcəyini, Tariyel Qurbanovun da Səbuhinin həbsdən buraxılmasını işini təşkil etmək üçün istintaqa Səbuhinin müdafiəçisi qismində hansısa vəkil ləyin etdirəcəyini, 3-4 gün sonra isə onlan da həmin vəkil ilə görüşdürəcəyini, Tariyel müəllim də 3000 manat pulun müqabilində həmin vəkilin vasitəçiliyi ilə Səbuhinin 2-ci və ya 3-cü məhkəmə baxışında həbsdən ev dustaqlığına buraxılmasını təmin edəcəyini, daha sonra əvvəlcədən razılaşdıqları qalan 17 000 manat pulu verdikdə X13 məhkəmədə işinin bağlanılmasını, yəni cinayət işinə xitam verilməsini, yaxud da ən pis halda şərti cəza almasını təşkil edəcəyini demiş, o və əmisi İntiqam Elmirin dediklərinə inandıqlarından o, əmisi İntiqam, Yusif və Çingizin yanında üzərində olan, 30 ədəd 100 manatlıq əskinaslardan ibarət cəmi 3000 manat pulu sayaraq əlbəəl Elmirə vermiş, Elmir də öz növbəsində 3000 manat pulu alıb sayaraq cibinə qoyub bir daha 3000 manat pulu Tariyel müəllimə verəcəyini, Tariyel müəllim Səbuhinin 2-ci və ya 3-cü məhkəmə baxışında həbsdən buraxılmasını təşkil edəcəyini, sonra isə Səbuhi buraxılan kimi əlavə olaraq razılaşdıqları kimi ona Tariyel Qurbanova verilməsi üçün qalan 17 000 manat pulu da çatdırmalı olduqlarını demiş, 3000 manat pulu Elmirə verərkən Elmir qohumu Tariyel müəllimin həm də sürücüsü olduğunu bildirmiş, lakin konkret olaraq rəsmi və ya qeyri-rəsmi sürücüsü olduğunu deməmiş, həmçinin pulu verdikdən sonra Elmir ona və əmisinə «heç bir şeydən narahat olmayın, çıxın gedin, mənim zəngimi gözləyin, mən sizi vəkil ilə 3-4 günə görüşdürəcəm. Tariyel müəllim bütün məsələləri özü həll edəcəkdir, sizin verdiyiniz puldan özümə heç nə qalmır, sadəcə Tariyel müəllim özü mənə müəyyən məbləğdə pııl verəcək» deyə bildirmiş, Bu danışıqlardan sonra Çingiz Elmirə "bu işi görə bilməyəcəksənsə pulu alma, əgər işi həll edə biləcəksənsə pulu götür” deyə bildirmiş, Elmir isə Çingizə "narahat olma. Tarıyel müəllimlə danışmışam, heç bir problem olmayacaq" deyə cavab vermiş, bundan sonra onlar Elmir və Çingizlə sağollaşıb kafedən ayrılmışlar. Bu hadisədən sonra, o və əmisi İntiqam mütəmadi olaraq Elmirin mobil nömrəsinə zənglər edərək Səbuhinin həbsdən buraxılması məsələsi ilə, habelə vəkillə nə zaman görüşəcəkləri barədə maraqlanmış, həmin danışıqlar zamanı Elmir həm ona, həm də əmisi İntiqama verdikləri 3000 manat pulu artıq Tariyel Qurbanova verdiyini, işlərin qaydasında olduğunu, narahat olmumaqlarını, bir qədər gözləməklərini demiş, Elmirə 3000 manat pulu verməklərindən təxminən 10-13 gün sonra, yəni 2021-ci ilin mart ayının ortalarında saat 19 radələrində Elmirə zəng edərək qardaşı Səbuhinin işlərinin nə yerdə olması ilə maraqlandıqda Elmir razılaşmalarına əsasən gələcəkdə verməli olduğu 17 000 manat puldan 1500 manat pulu da istəyərək həmin pulun təcili olaraq Tariyel Qurbanova verilməli olduğunu demiş, qardaşı Səbuhinin həbsdən azad olunmasını istədiyindən, həm də Elmirin onu aldada biləcəyini düşünmədiyindən dediklərinə inanıb Elmirə həmin məbləğdə pulu hazır edib xəbər edəcəyini bildirmiş, bundan sonra, həmin ərəfədə musiqiçi kimi işlədiyi, Bakı şəhəri, Abşeron rayonu Masazır qəsəbəsinin ərazisində yerləşən «Buta çay evi» kimi tanınan «Forsaj klub» adlanan kafenin müdiri, soyadını bilmədiyi Qoşqar adlı şəxsdən 1500 manat borc pul istəyib almış, lakin Qoşqardan borc pul alarkən həmin pulu hansı məqsədlə aldığını deməmiş, Qoşqardan borc aldıqdan sonra Elmirə zəng edərək istədiyi 1500 manat pulu hazırladığını bildirdikdə Elmir pulu götürmək üçün işlədiyi yerə gələcəyini demiş, bir müddət sonra Elmir Bakı şəhəri, Abşeron rayonu Masazır qəsəbəsinin ərazisində yerləşən «Buta çay evi» kimi tanınan «Forsaj klub» adlanan kafenin qarşısına gəlib ona zəng edərək çölə çağırmış, çölə çıxaraq təklikdə Elmirlə görüşüb 30 əlli manatlıq əskinaslardan ibarət cəmi 1500 manat pulu sayaraq əlbə-əl Elmirə vermis, Elmir də pulu aldıqdan sonra həmin pulu qohumu Tariyel Qurbanova çatdıracağını, narahat olmamasını qardaşı Səbuhinin həbsdən buraxılması işinə artıq başlanıldığını deyib sağollaşaraq yanından ayrılmış, bu hadisənin növbəti günü Qoşqardan borc aldığı 1500 manat pulu ona geri qaytarmış, Elmirə əlavə olaraq 1500 manat pul verməsini həm əmisinə, həm də atası və anasına da bildirmiş, sonrakı tarixlərdə də həm o, həm də əmisi İntiqam dəfələrlə Elmirə zəng edərək Səbuhinin həbsdən buraxılması məsələsinin nə yerdə olmasını maraqlandıqda Elmir hər dəfə müxtəlif bəhanələrlə guya prossesin getdiyini bir qədər gözləməklərini tələb edərək, Tariyel müəllimin yaxın zamanlarda Səbuhinin həbsdən buraxılmasını təşkil edəcəyini demiş, bu minvalla Elmir 3-4 ay onu və əmisi İntiqamı müxtəlif bəhanələrlə aldatmış, 2021-ci ilin may ayının ortalarında günorta saatlarında Elmirə zəng edərək onunla Bakı şəhərində əvvəllər də görüşdükləri «Dostlar» adlanan kafedə təklikdə görüşmüş, həmin görüş zamanı Elmirə onu aldadaraq pulunu aldığını bildirib verdiyi ümumilikdə 4500 manat pulu geri qaytarmasını tələb etmiş, Elmirdən pulu tələb etdikdə Elmir 4500 manat pulu prokurorluq əməkdaşı olan qohumu Tariyel Qurbanova verdiyini, lakin pulu ondan geri ala bilməyəcəyini bildirmiş, Elmirə onu Tariyel Qurbanovla görüşdürməsini həmin pulu geri istəyəcəyini bildirmiş, həmin vaxt Elmir növbəti həftənin birinci günü onu Tariyel müəllimlə görüşdürəcəyini bildirmiş, həmçinin onu bu görüşə inandırmaq üçün istifadəsində olan, markasını bilmədiyi mobil telefonunda «Tariyel müəllim» adı altında qeydiyyat apardığı bir mobil telefon nömrəsini göstətərək həmin mobil telefon nömrəsinin qohumu Tariyel Qurbanova aid olduğunu yaxın günlərdə Tariyel müəllimlə onu görüşdürəcəyini demişdir. Elə həmin vaxt Elmirin göstərdiyi mobil telefon nömrəsini xatirində saxlayaraq Elmirdən aralandıqdan sonra gələcəkdə lazım ola bilər deyə həmin mobil telefon nömrəsini öz mobil telefonunun yaddaşına qeyd etmiş, Elmirin göstərdiyi və Tariyel müəllimə aid olduğunu dediyini mobil telefon nömrəsi ***-***-**-** saylı nömrə olmuş, göstərdiyi xüsusatlarla bağlı Baş prokurorluqda aparılan araşdırma zamanı ona verilmiş suallardan Tariyel Qurbanovun istifadəsində ***-***-**-** saylı mobil nömrənin də olmasını öyrənmiş və araşdırma zamanı izahat verərkən dəqiqliyini unutduğundan səhvən izahatında Elmirin mobil telefonunda Tariyel Qurbanovun mobil nömrəsinin ***-***-**-** saylı mobil nömrə kimi qeyd olunduğunu göstərmiş, lakin izahat verdikdən sonrakı tarixlərin birində həmin nömrənin, yəm Elmirin mobil telefonunda Tariyel Qurbanovun mobil nömrəsi kimi ***-***-**-** saylı mobil nömrənin qeyd olduğunu xatırlamış, Elmir ilə sonuncu görüşlərindən sonra, Elmir bir neçə həftə də onu aldadaraq Tariyel müəllim ilə görüşdürməkdən yayınmış, həmçinin həmin ərəfədə əmisi İntiqam ilə Elmirlə Bakı şəhərində müxtəlif ərazilərdə görüşərək verdiyi cəmi 4500 manat pulu geri qaytarmasını tələb etmiş, lakin Elmir hər dəfə növbəti gün pulu qaytaracağına söz versə də, onu aldadaraq pulunu geri qaytarmamışdır. Həmin ərəfələrdə artıq aldandığına əmin olub Tariyel müəllimin Elmirin mobil telefonundan götürdüyü nömrəsinə zəng edərək Elmirin onun adı ilə 4500 manat pulunu aldığını deyib ondan həmin pulu geri istəməyi düşünmüş, lakin, Tariyel müəllim prokurorluq işçisi olduğu üçün özü ona birbaşa zəng vurmaqdan çəkinmiş, buna görə 14 iyul 2021-ci il tarixdə günorta saatlarında Hacıqabul rayonunda yaşayan, əvvəllər Daxili Qoşunlarda işləmiş dayısı oğlu Şahid6 zəng edərək baş vermiş hadisələri danışdıqdan sonra Feyyazı Tariyel müəllimə aid ***-***-**-** saylı mobil telefon nömrəsini verib ondan Tariyel müəllimə zəng vurub bu hadisələri Tariyel müəllimə də bildirməsini və pulunu geri istməsini xahiş etmiş, habelə həmin zaman Feyyaza Elmirin də mobil telefon nömrəsini vermiş, həmin günü axşam saat 20:30 radələrində Feyyaz ona zəng edərək, Tariyel Qurbanovla əlaqə saxlayıb baş verən hadisələr barədə ona məlumat verdiyini, Tariyel Qurbanovun isə ona Elmir adlı şəxsi tanımadığını, heç bir kəslə Səbuhinin və ya kiminsə həbsdən buraxılması ilə bağlı hərhansı bir danışıq və ya sövdələşmə aparmadığını, heç kəsdən, eləcə də Elmirdən pul almadığını dediyini bildirmiş, həmçinin Feyyaz ona Tariyel Qurbanov ilə danışdıqdan sonra Elmirə də zəng edərək özünü təqdim edib Tariyel Qurbanovla əlaqə saxladığını, Tariyel müəllimin onu tanımadığını deməsini bildirdiyini, habelə Elmirə «sən vəzifəli şəxsin adından dələduzluq edərək Sahilin pulunu aldadıb aldığı üçün sənin barəndə hüquq mühafizə orqanlarına şikayət edəcəyik» deyə bildirdiyini. Elmir isə Feyyaza «gedin hara istəyirsiniz şikayət edin, mənim heç kəsdən qorxum yoxdur» deyə cavab verdiyini demişdir. Bununla yanaşı, Feyyaz ona Tariyel Qurbanovla telefon danışığı zamanı Tariyel Qurbanovun ona Baş Prokurorluğun rəhbərliyinə rəsmi qaydada müraciət edərək Elmirin onun adından istifadə edib pul almasını bildirəcəyini demiş, 15 iyul 2021-ci il tarixdə günorta saatlarında dayısı oğlu Feyyaz Bakı şəhərində yanında olarkən Elmirə zəng edərək Bakı şəhərində «20 yanvar» dairəsi yaxınlığında görüş təyin etmiş,bir müddət sonra Elmir görüşə Çingizlə birlikdə gəlmiş, orada o Feyyazla birlikdə Elmirə bır daha vəzifəli şəxsin adı ilə onu aldadaraq dələduzluq edib 4500 manal pulunu ələ keçirdiyini, Tariyel Qurbanovun bu işdən xəbərinin olmadığını demiş, həmin vaxt Elmir onlara guya aldığı 4500 manat pulu qohumu Tariyel Qurbanova verdiyini, lakin həmin pulu nə vaxt geri alacağını bilmədiyini bildirmiş, sonra Elmir təklif edərək 4600 manat pulu guya borc qismində almasına və həmin məbləğ bitənə kimi ona gündəlik 20 manal olmaqla, ayda 600 manat pul qaytaracağına dair bir kağızda öz xətti ilə yazıb verə biləcəyini, gündəlik 20 manat pulu da bank kartına köçürəcəyini demiş, Elmirin təklifi ilə razılaşdıqda Elmir Çingizin və Feyyazın yanında öz xətti ilə bir kağızda ondan cəmi 4600 manat pulu borc qismində almasına və həmin məbləğ bitənə kimi gündəlik 20 manat olmaqla, ayda 600 manat pul qaytaracağına dair qeydiyyat aparıb həmin kağızı ona vermiş, o, da istifadəsində olan "Kapital“ bankına aid bank kartının üzərində olan 16 rəqəmi Elmirə bildirmiş, həmin kağızdan əlavə Elmir şəxsiyyət vəsiqəsinin kserosurətini də ona vermiş, həmin kağızda Elmir ondan Tariyel Qurbanova verərək qardaşı Səbuhini buraxdıracağı adı ilə aldığı 4500 manat pulu ondan guya borc kimi almasını qeyd etsə də, o, buna etiraz etməmiş, çünki onun üçün əsas verdiyi pulu geri ala bilməsi vacib olmuş, o, qardaşı Səbuhinin həbsdən azad edilməsi müqabilində Elmirə 4500 manat pul versə də Elmir yazıb verdiyi kağızda bu məbləği 4600 manat kimi göstərməsinin səbəbi artıq yazılan 100 manat pulun 50 manatını qardaşının işinə aid olmayan məsələ üçün, yəni şəxsi istifadəsi üçün tarixini unutsa da Elmirə ödəmə terminalı vasitəsi ilə göndərməklə borc qismində vermiş, digər 50 manat isə Elmirin öhdəlik götürərək bank kartını göndərəcəyi pulları öz kartından istifadə etməklə bankomatdan çıxaran zaman bank xərci kimi tutulacaq faiz məbləği nəzərə alınmış, sonrakı tarixlərdə 19 iyul 2021-ci il tarixdən başlamaqla Elmir ona köçürmə yolu ilə cəmi 180 manat pul göndərmiş, sonra isə ödəmələrini dayandırmış, son zamanlar isə Elmir onun və ya qohumu Feyyazm telefon zənglərinə cavab verməmişdir. Elmirin ondan prokurorluq əməkdaşı Tariyel Qurbanova verəcəyi adı ilə 4500 manal pul alması ilə bağlı heç bir hüquq-mühafizə orqanına müraciət etməmiş, çünki Elmir hər dəfə pulunu qaytaracağına söz verdiyindən ona inanmış, həmçinin dayısı oğlu Feyvaz Tariyel müəllim ilə danışıb hadisəni bildirdikdə Tariyel Qurbanov ona özünün Baş Prokurorluğun rəhbərliyinə bu faktla bağlı məlumat verəcəyini, prokurorluqda bununla bağlı araşdırma aparılacağını, izahatımızın alınması üçün prokurorluğa dəvət ediləcəyimizi demiş, bu səbəbdən də artıq hüquq-mühafizə orqanlarının bu məsələdən məlumatı olduğunu düşünüb heç bir dövlət orqanına şikayət etməmiş, qardaşı Səbuhinin həbsdən azad edilməsini təşkil etməsi üçün rüşvət qismində pul verməsinin cinayət olduğunu başa düşür, bu hadisələr barədə məlumatları əsasında Tariyel Qurbanovun Baş Prokurorluğun rəhbərliyinə müraciət etməsi, habelə Tariyel Qurbanovun müraciəti əsasında prokurorluqda bu fakt üzrə araşdırma aparılacağını bilməsini, araşdırma zamanı izahatında və istintaq zamanı ifadəsində baş verənlərlə bağlı düzgün məlumatlar verməsinin nəzərə alınmasını xahiş edir, ondan aldığı cəmi 4500 manat pulu qohumu Tariyel Qurbanova verəcəyi adı ilə almış və onu aldadaraq pulunu geri qaytarmamış, əgər X19 adını çəkməsəydi nə o nə də ailə üzvləri Elmirə pul verəsi olmamış, Elmir prokurorluqda yüksək vəzifədə işləyən Tariyel müəllimin adını çəkdiyi üçün ona inanaraq 4500 manat pulu vermiş, ona qarşı dələduzluq etdiyi üçün Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. Araşdırma zamanı izahatına Elmirə 4500 manat pul verdikdən sonra pulu geri tələb edərkən Elmir ilə aralarında olan telefon danışığı zamanı Elmirin mobil telefonunun «WhatsaApp» proqramı vasitəsi ilə ona göndərdiyi audio yazıları, eləcə də Elmirdən qardaşı Səbuhinin həbsdən buraxılması üçün verdiyi 4500 manat pulu geri tələb edərkən avtomaşında apardığı gizli videoçəklişi özündə əks etdirən “Radala" markalı DVD-R formatında olan bir ədəd DVD diski əlavə etmiş, Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq üçün araşdırma zamanı yalan məzmunda izahat vermiş, belə ki, həqiqətən də Elmirin izahında göstərdiyi kimi o, təxminən 2017-ci ildə ünvan 2 ünvanında yerləşən kafenin açılışında dostu Turalın dəvəti ilə musiqiçi kimi iştirak etmiş, lakin həmin vaxt Elmirdə tanış olmamış, Elmiri ilk dəfə təxminən 2021-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonunun ərazisində, «Kilay» restoranının yaxınlığında yerləşən «Dostlar» adlanan kafedə görüb tanımış, ifadəsində göstərdiyi kimi Elmirə yalnız 50 manat pulu borc qismində vermiş. Elmir izahatında həmin faktı düzgün göstərmiş, həmçinin Elmir heç vaxt ondan «Gənclik» metro stansiyasının yaxınlığında, yaxud Sumqayıt şəhərində pul almamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Ağaməmmod oğlu, Şahid4 Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək həmin xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etdilər. Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir (cild 2, i.v.9-13). Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 02 fevral 2021-ci il tarixdə kiçik oğlu X15 və qızı Türkan Baladadaşovanın (Həsənova) həyat yoldaşı, kürəkəni X5 Bakı şəhərinin Binəqədi rayonunun ərazisində Daxili İşlər Nazirliyinin Baş Narkoliklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik maddələrlə tutulmuş, onda olan məlumata günə kürəkəni X1 məqsədi ilə külli miqdarda, oğlu Səbuhi Həsənovda isə təxminən 8 qrama yaxın narkotik vasitə aşkar olunmuş, törətdikləri həmin cinayətlərə görə oğlu Səbuhi və qızının həyat yoldaşı Qadir Baladadaşovun barələrində DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin istintaqı aparılmış, hazırda cinayət işi baxılması üçün Bakı Ağır cinayətlər məhkəməsinə göndərilmiş, oğlu Səbuhi və kürəkəni Qadir Baladadaşovun barələrində Nərimanov rayon Məhkəməsinin qərarı ilə 02 fevral 2021-ci il tarixdə 4 ay müddətində həbs qətimkan tədbiri seçilməklə hazırda da hər ikisi Bakı istintaq təcridxanasında saxlanılırlar. Təxminən 2021ci il ilin fevral ayının sonlarında böyük oğlu Şahid1 yaşadığı Sumqayıt şəhərindən onun Hacıqabul rayonunun Çəngən kəndində yaşadıqları evə gəldiyi zaman aralarında olan söhbət əsnasında ona və anası X12ma hansısa tanışlarının vasitəsi ilə Bakı şəhərində yaşayan Elmir adlı bir nəfər şəxslə tanış olduğunu, Elmirin Sahilə deməsinə görə 20000 manat pulun verilməsi müqabilində əvvəllər Hacıqabul rayon prokuroru vəzifəsində işləmiş sonradan isə Baş Prokurorluğun istintaqa nəzarət idarəsində işləyən qohumu Tariyel Qurbanovun vasitəsi ilə Səbuhinin məhkəmə baxışında həbsdən buraxılmasını təşkil edə bilər, həmin zaman oğlu Sahilə "mən və anan heç bir yerdə işləmirik, həmin miqdarda pulu düzəltmək bizim üçün çox çətin olar, mənə vaxt lazımdır ki qızıl-zinət əşyalarımızı satım və qohum-əqrabadan, dost tanışlardan borc yığıb həmin pulu düzəldim” deyə bildirmiş, Sahil isə ona Elmirin deməsinə görə həmin işin müqabilində istədiyi cəmi 20000 manat pulu o, qohumu Tariyel müəllimə verəcək, həmin pulu da Elmirə hissə-hissə də ödəyə bilərik” deyə bildirmiş, belə ki, həmin pulun bir qismi əvvəlcədən, qalan hissəsi isə Səbuhi məhkəmə baxışında həbsdən buraxıldıqdan sonra Elmirə verilməli olmuş, həmin vaxt oğlu Sahilə "hissə-hissə ödəməklə çalışıb həmin pulu tam düzəldərik” demiş, o, X4 şəxsən tanımamış, onunla hər-hansı bir münasibəti və ya əlaqəsi olmamış, sadəcə Tarıyel Qurbanovun yaşadığı Hacıqabul rayonunda əvvəllər rayon prokuroru vəzifəsində işlədiyini, hazırda isə Baş Prokurorluqda işlədiyini bilmiş, lakin T.Qurbanovun Baş Prokurorluqda konkret hansı vəzifədə işləməsindən məlumatı olmamış, Tariyel Qurbanovu şəxsən tanımasa da haqqında rayonlarında yalnız müsbət fikirlər söylənilmiş, insanlar hər zaman onun obyektiv və ədalətli insan olmasından danışmışdır. Sahillə aralarında göstərdiyi danışıqdan təxminən 2-3 gün keçmiş Sahil təkrarən kəndə evlərinə gələrək ona və anası Marala Səbuhinin həbsdən buraxılması məsələsini həll edən Tariyel Qurbanovun qohumu Elmirin bu işin müqabilində istədiyi cəmi 20000 manat puldan ilkin olaraq 3000 manat pulun ona verilməsini istədıvin; demiş, belə ki, Elmirin deməsinə görə ilkin olaraq Səbuhinin həbsdən buraxılması üçün ona 3000 manat verilməli, qalan 17000 manat puiu isa Səbuhi həbsdən azad olunaraq məhkəmədən buraxıldıqdan sonra ona çatdırmalı olmuş, həmin vaxt Sahilə "mən hələ pulu düzəldə bilməmişəm, evimizdə cəmi 1200 manat pul vardır” deyə bildirmiş. Sahil isə «ata sən 1200 manat pulu mənə ver, mən Bakı şəhərinə qayıdım, sən də 1-2 günə qalan 1800) manat pulu da düzəldib mənə göndərərsən» demiş, bundan sonra evdə olan özünə məxsus, əsasən 100 və 50 manatlıq əskinaslardan ibarət cəmi 1200 manat pulu Elmirə çatdırması üçün oğlu Sahilə vermiş, Sahil Sumqayıt şəhərinə qayıtdıqdan sonra bir neçə gün ərzində hansı səbəbə istədiyini demədən müxtəlif qohumlarından müxtəlif məbləğlərdə borc pul istəyərək alıb cəmi 1800 manat pul toplamış, sonrakı tarixlərdə borc aldığı şəxslərə borcunu geri qaytarmış, daha sonra yəni, Sahilə 1200 manat pulu verdikdən təxminən 1-2 gün sonra, səhv etmirsə 02 mart 2021-ci il tarixdə günorta saatlarında Sahil ona zəng edərək Elmir adlı şəxsin təcili olaraq Səbuhinin həbsdən buraxılması işini başlaması üçün ilkin razılaşdıqları 3000 manat pulu istədıvim bildirib ondan 1800 manat pulu da təcili ona çatdırma sını xahiş etmiş, həmçinin Sahil Elmir adlı şəxsə pulu vermək üçün görüşə kiçik qardaşı İntiqamla birlikdə gedəcəyini, artıq bu məqsədlə İntiqamla Bakı şəhərində Nərimanov metrostansiyasınm yaxınlığında görüşdüklərini də demiş, Sahildən ona pulu necə göndərməli olduğunu soruşduqda Sahil 1800 manat pulu İntiqamın təqaüd kartına köçürməsini deyərək həmin kartının üzərində olan nömrələri demiş. o, da nömrələri bir kağıza yazmışdır. Bundan sonra, o, hər-hansı bir karta pul köçürməni bacarmadığı üçün Hacıqabul rayonu Udulu kəndində qonşuluqlarında yaşayan əmisi oğlu Şahid7 evlərin dəvət edib ona “oğlum Sahil bir nəfər Elmir adlı şəxslə danışıb razılaşıb, Elmir adlı şəxs Baş Prokurorluqda işləyən Tariyel adlı qohumunun vasitəsi ilə 20000 manat pulun verilməsi müqabilində həbsdə olan oğlum Səbuhinin məhkəmə baxışında həbsdən buraxılmasını təşkil edəcək, bu məsələnin həlli üçün Elmir adlı şəxs ilkin olaraq bizdən 3000 manat pul istəyir, həmin 3000 manat puldan 1200 manatını mən Sahilə vermişəm və o pulu özü ilə aparıb, lakin qalan 1800 manat pulu təzə düzəltmişəm həmin 1800 manat pulu da Sahilə çatdırmalıyam, Sahil və əmisi İntiqam Bakı şəhərindədirlər, onlar pulun mənim tərəfimdən onlara göndərməyimi gözləyirlər, lakin mən pulu necə və hansı qaydada qardaşım İntiqamın bank kartına köçürməyi bacarmıram" dey bildirmiş. Kamil isə 1800 manat pulu «Emanat» adlanan ödəniş terminalı vasitəsi ilə İntiqamın bank kartına köçürə biləcəyini demiş, bundan sonra o, həyat yoldaşı Maralın yanında borc alaraq yığdığı 1800 manat pulu Kamilə verib onunla birlikdə kəndlərində yerləşən ticarət obyektlərinin birinə getmiş, orada Kamil «Emanat» adlanan ödəniş terminalı vasitəsi ilə qardaşı İntiqamın bank kartına 1800 manat pulu köçürmüş, Kamil pulu İntiqamın bank kartına köçürdükdən bir müddət sonra o, Sahilə zəng etdikdə Sahil ona artıq 1800 manat pulu bankomatdan çıxartdıqlarını və Elmirlə görüşə getdiklərini demiş, həmin gün axşam saatlarında Sahil zəng edərək əmisi İntiqam və dostu Yusif ilə birlikdə Elmir adlı şəxslə Bakı şəhərində Nərimanov rayonunun ərazisində yerləşən hansısa kafedə görüşüb 3000 manat pulu əlbəəl Elmirə verdiyini bildirmiş, bundan başqa həmin danışıq zamanı oğlu Sahil ona Elmirin bu yolla qohumu Tariyel Qurbanovun vasitəsi ilə Səbuhini həbsdən buraxdıracağına bildirdiyini demiş, lakin bu xüsusatlardan anlayışı olmadığından Sahilin dediklərini tam başa düşməmiş, Sahilin dediklərindən yalnız onun Elmirə verdiyi 3000 manat pulu Elmirin qohumu Taryel Qurbanova verməli olduğu, Tariyel Qurbanovun da əvvəlcə Səbuhinin 2-ci və ya 3-cü məhkəmə baxışında həbsdən buraxılmasını təmin etməli olduğu, daha sonra Elmirin Sahil ilə razılaşdıqları qalan 17 000 manat pul da verildikdə X13 məhkəmədə işinin bağlanılmasını, yəni ya cinayət işinə xitam verilməsini, yaxud da ən pis halda şərti cəza almasını təşkil etməli olmuşdur. Bu hadisədən sonra, oğlu Sahil və qardaşı İntiqam mütəmadi olaraq Elmirin mobil nömrəsinə zənglər edərək Səbuhinin həbsdən buraxılması məsələsi ilə maraqlanmış, onlar bu hallar barədə ona da məlumat vermiş, həmin danışıqlar zamanı Elmir həm Sahilə, həm də qardaşı İntiqama 3000 manat pulu artıq qohumu Tariyel Qurbanova verdiyini, işlərin qaydasında olduğunu, narahat olmamaqlarını, bir qədər gözləməklərini demiş, Sahilin Elmira 3000 manat pulu verməsindən təxminən 10- 15 gün sonra, yəni 2021-ci ilin mart a\ının ortalarında günorta saatlarında Sahil ona zəng edərək Elmirdən Səbuhinin işlərinin nə wrdə olması ilə maraqlandıqda Elmir ondan gələcəkdə veriləcək 17000 manat puldan 1500 mana! pulu da istəyərək həmin pulun təcili olaraq Tariyel Qurbanova verilməli olduğunu dediyindən musiqiçi kimi işlədiyi, Abşeron rayonu Masazır qəsəbəsinin ərazisində yerləşən “Buta çay evi” kimi tanınan «Forsaj klub» adlanan kafenin qarşısında Elmirə əlavə olaraq 1500 manat pul verdiyini bildirmiş, həmçinin həmin telefon danışığı zamanı Sahil ona Elmirə əlavə olaraq verdiyi 1500 manat pulu işlədiyi çay evinin müdiri Qoşqar adlı şəxsdən borc aldığını, Qoşqar adlı şəxsdən 1500 manat borc alarkən həmin pulu hansı məqsədlə aldığını bildirmədiyini demiş, sonrakı tarixlərdə də həm Sahil, həm də İntiqam dəfələrlə Elmirə zəng edərək Səbuhinin həbsdən buraxılması məsələsinin nə yerdə olmasını maraqlandıqda Elmir hər dəfə onlara müxtəlif bəhanələrlə guya prossesin getdiyini bir qədər gözləməklərini tələb edərək Tariyel müəllimin yaxın zamanlarda Səbuhinin həbsdən buraxılmasını təşkil edəcəyini demiş, bu minvalla Elmir 3-4 ay Sahili və qardaşı İntiqamı müxtəlif bəhanələrlə aldatmış, 2021-ci ilin may ayının ortalarında Sahil ona zəng edərək bir gün əvvəl Elmirlə Bakı şəhəri Nərimanov rayonunun ərazisində yerləşən «Dostlar» adlanan kafedə təklikdə görüşdüyünü, orada Elmirə onu aldatıldığını bildirərək əlbə-əl verdiyi ümumilikdə 4500 manat pulu geri tələb etmiş, həmin vaxt Elmirin aldığı 4500 manat pulu qohumu Tariyel müəllimə verdiyini və pulu geri ala bilmədiyini dediyini, Elmirdən onu Tariyel müəllimlə görüşdürməsinİ xahiş edərək özü pulunu Tariyel müəllimdən geri istəyəcəyini dediyini, Elmirin isə növbəti həftənin birinci günü Sahili Tariyel müəllimlə görüşdürəcəyinə söz verdiyini bildirmiş, bundan başqa həmin görüş zamanı Elmir öz mobil telefonunda «Tariyel müəllim» adı altında qeydiyyat apardığı bır mobil telefon nömrəsini Sahilə göstərərək nömrənin Tariyel müəllimə aid olduğunu demiş, həmin vaxl Sahil Elmirin ona göstərdiyi mobil telefon nömrəsini xatirində saxlayaraq Elmirdən aralandıqdan sonra həmin nömrəni öz mobil telefonunun yaddaşına qeyd etmiş. Sahilin Elmir ilə qeyd etdiyi sonuncu görüşlərindən sonra, Elmir bir neçə həftə də Sahili və İntiqamı aldadaraq Sahili Tariyel müəllim ilə görüşdürməkdən yayınmış, həmçinin həmin ərəfədə Sahil və qardaşı İntiqam ayrıayrılıqda və ya bir neçə dəfə birlikdə Elmirlə Bakı şəhərində müxtəlif ərazilərdə görüşərək ondan 4500 manat pulu geri qaytarmasım tələb etsələr də Elmir hər dəfə pulu qaytaracağına söz verib onları aldadaraq pulu qaytarmamış, həmin ərəfələrdə aldandıqlarını başa düşdüklərindən onlar Tariyel müəllimin Sahildə olan Elmirin telefonundan götürdüyü mobil telefon nömrəsinə zəng edərək Tariyel müəllimə Elmir adlı şəxsin Sahildən ona verəcəyi adı ilə 4500 manat pul aldığı barədə bildirib, Tariyel müəllimdən pulu geri istəməyi düşünmüşlər, lakin Sahil Tariyel müəllim prokurorluq işçisi olduğu üçün ona birbaşa zəng vurmaqdan çəkinmişdir. Daha sonra 14 iyul 2021-ci il tarixdə günorta saatlarında Sahil ona zəng edərək bildirmişdir ki, o, qohumları Şahid6 zəng edərək bütün hadisələri danışmış və Elmirdən götürdüyü Tariyel müəllimə aid mobil telefon nömrəsini Feyyaza verib ondan Tariyel müəllimə zəng vurub bu hadisələri ona danışmasını və Elmirə onun adı ilə verdiyi 4500 manat pulunu geri istəməsini xahiş etmiş, Feyyaz da Sahilin xahişi ilə Tariyel müəllimə zəng edərək baş vermiş hadisələri ona danışmış, Tariyel müəllim isə Feyyaza Elmir adlı şəxsi tanımadığını, heç kəslə Səbuhinin və ya kiminsə həbsdən buraxılması ilə bağlı hər-hansı bir danışıq aparmadığını, heç kəsdən, eləcə də Elmirdən pul almadığını, Elmir adlı qohumunun və ya sürücüsünün olmadığını bildirmişdir. Həmçinin, həmin telefon danışığı zamanı Sahil ona Tariyel müəllim ilə telefon danışığından Tariyel müəllimin Feyyaza fakt üzrə araşdırma aparılması üçün Baş Prokurorluğun rəhbərliyinə rəsmi qaydada müraciət edəcəyini və Elmirin onun adından istifadə edib pullarım almasını bildirəcəyini demiş, habelə Sahil ona bildirmişdir ki, Tariyel müəllimlə telefon danışığından sonra Feyyaz Elmirə də zəng edərək ona «sən vəzifəli şəxsin adından dələduzluq edərək Sahilin pulunu aldadıb aldığın üçün sənin barəndə hüquq mühafizə orqanlarına şikayəı edəcəyik» sözlərini demiş, Elmir isə Feyyaza «gedin hara istəyirsiniz şikayət edin, mənim heç kəsdən qorxum yoxdur» cavabını vermişdir. Sonrakı tarixlərdə ümumiyyətlə Elmir oğlu Sahilin, Feyyazm və qardaşı İntiqamın telefon zənglərinə cavab verməmiş. Feyyaz əvvəllər Daxili Qoşunlarda xidmət etdiyi üçün belə məsələlərdən anlayışı olduğunu düşündüyündən oğlu Sahil məhz X11 zəng edərək Elmirin onun adından pul aldığım bildirməsini və pulu geri istəməsini xahiş elmişdir. Təqsirləndirilən şəxs oğlu Sahil 1 İəsənovdmı prokurorluq əməkdaşı Tariyel Qurbanova verəcəyi adı ilə 3000 manat, sonradan isə təklikdə 1500 manat, ümumilikdə 4500 manat pul alması ilə bağlı heç bir hüquq-mühafizə orqanlarına müraciət etməmiş, çünki Elmir hər dəfə Sahilə və qardaşı İntiqama pulu qaytaracağına söz verdiyindən onun yalanlarına inanmış, həmçinin bir səbəb də qohumları Feyyaz Sahilin xahişi ilə Tariyel müəllim ilə danışıb ona məsələni bildirdikdə Tariyel müəllim ona baş Prokurorluğun rəhbərliyinə məlumat verəcəyini, bu hadisə ilə bağlı araşdırma aparılacağım, onlarında izahatlarının alınması üçün prokurorluğa dəvət ediləcəyini deməsi olmuş, buna görə o və oğlu Sahil artıq hüquq-mühafizə orqanlarının bu məsələdən məlumatlı olduğunu düşünmüş, tarixini dəqiq unutsa da həqiqətəndə Tariyel Qurbanovun Baş Prokurorluğuna müraciəti əsasında araşdırma aparılmış, araşdırmanın gedişində onun da izahatı alınmış, həmçinin araşdırmanın gedişində ona məlum olmuşdur ki, 15 iyul 2021-ci il tarixdə Sahil və Feyyaz Elmirlə Bakı şəhərində görüşmüş, görüş zamanı Elmir Sahildən aldığı 4500 manat pulu guya Tariyel Qurbanova verdiyini, lakin ondan həmin pulu nə vaxt geri alacağını bılmədiyini demiş, habelə bir kağıza Sahildən 4600 manat pulu guya borc pul almasını, həmin məbləğ bitənə kimi gündəlik 20 manat olmaqla, ayda 600 manat pul qaytaracağını yazıb imzalayaraq kağızı Sahilə vermiş, dəqiqliklə hansı səbəbdən Elmirin 4500 manat pul almasına baxmayaraq, yazdığı kağıza Sahildən 4600 manat məbləğində pul almasını yazmasını bilmir, amma onu deyə bilər ki, Sahil Elmirin ondan Tariyel Qurbanova verərək qardaşı Səbuhini həbsdən buraxdıracağı adı ilə aldığı 4500 manat pulu ondan guya borc kimi alması barədə kağızda qeyd etməsinə Elmirə verdiyi pulu hər hansı yolla geri almaq istədiyi üçn etiraz etməmiş, X22 verəcəyi adı ilə aldığı 4500 manat puldan Sahilə cəmi 180 manat pul qaytarmış, qalan pulu hazıradək qaytarmamışdır. Səbuhinin həbsdən azad edilməsini təşkil etməsi üçün rüşvət qismində pul verilməsində iştirakının cinayət olduğunu başa düşür, bu hadisələr barədə məlumatları əsasında Tariyel Qurbanovun Baş Prokurorluğun rəhbərliyinə məlumat verməsini, həmçinin Tariyel Qurbanovun müraciəti əsasında prokurorluqda bu fakt üzrə araşdırma aparılacağını bilməsini, habelə araşdırma zamanı izahatında və istintaq zamanı ifadəsində baş verənlərlə bağlı düzgün məlumatlar verməsinin nəzərə alınmasını xahiş edir Elmir oğlu Sahildən aldığı ümumilikdə 4500 manat pulu qohumu Tariyel Qurbanova verəcəyi adı ilə almış və onları aldadaraq pullarını geri qaytarmamış, X19 adım çəkməsəydi nə o, nə oğlu Sahil Elmirə pul verəsi olmamış, Elmir prokurorluqda vəzifəli şəxs olan Tariyel müəllimin adını çəkdiyi üçün onlar Elmirə inanaraq 4500 manat pulu vermişdir(cild 1, i.v. 122-128). Şahid qismində dindirilmiş Həsənov Kamil Əvəz oğlu ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində şahid Həsənov Eİmxan Ağamməd oğlu ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə təqdiq etmişdir (cild 2, i.v. 35-38). Şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin fevral ayının sonlarında axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonunun ərazisində, «Kitay» restoranının yaxınlığında yerləşən «Dostlar» adlanan kafedə olarkən Elmir və Turalın bir masa arxasında əyləşib çay içdiyini görüb yanlarına gedərək onlarla birlikdə çay içmiş, həmin vaxt aralarında olan söhbət zamanı X23 nə işlə məşğul olduğunu soruşmuş, X25 yaxşı olduğunu, sadəcə qardaşının həbsinə görə narahat olduğunu demiş, bu zaman X28 oturduqları kafeyə çağırmasını və onunla qardaşının məsələsini müzakirə etmək istədiyini demiş, həmin vaxtadək o, Sahilinin qardaşının həbs edilməsindən xəbərsiz olmuş, bundan sonra Tural ıstifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Sahilin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək ona Elmirlə birlikdə Bakı şəhəri, Nərimanov rayonunun ərazisində, «Kitay» restoranının yaxınlığında yerləşən «Dostlar» adlanan kafedə çay içib söhbət etdiyini istədiyi təqdirdə qardaşı Səbuhinin məsələsini müzakirə etmək üçün həmin kafeyə gələ biləcəyini demiş, təxminən 1 saat sonra Sahil olduqları kafeyə gəlib əyləşdikləri masaya yaxınlaşıb onunla, o cümlədən Elmir və Turalla görüşmüş, həmin vaxt X26 deməsinə görə onun Baş Prokurorluqda yüksək vəzifədə işləyən şəxsin qohumu olduğunu və həmin qohumunun vasitəsi ilə qardaşı Səbuhinin həbsdən buraxılmasına köməklik edə biləcəyini demiş, həmin vaxtadək Turalla Elmirin arasında Sahilin qardaşının həbsdə olması ilə əlaqədar əvvəlcədən hansısa söhbətin getməsindən məlumatı olmamış, sonra Sahillə Elmir arasında gedən söhbətlərdən Şahid1 qardaşı Səbuhinin polis əməkdaşları tərəfindən narkotik maddələrlə tutulduğunu, törətdiyi həmin cinayətə görə Səbuhinin barəsində cinayət işinin istintaqının aparıldığını və barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı istintaq təcridxanasında saxlanıldığını öyrənmiş, həmçinin Sahilin qardaşı Səbuhinin həbsdən buraxılmasına köməklik edə biləcək şəxs axtardığını bilmişdir. Bundan sonra Elmir onun və Turalın yanında Sahilə qardaşı Səbuhinin işi ilə bağlı, yəni qardaşının nə ilə bağlı tutulduğu, hansı polis idarəsində barəsində cinayət işinin istintaq edildi) ı. i qu icraatının hansı müstəntiqdə olduğu və sair bu qəbildən suallar verməyə başlamış. X32 suallarına müəyyən cavablar vermiş, uzun müddət keçdiyindən həmin danışmın məzmununu dəqiqliklə xatırlaya bilmir, sonra Elmir onun və Turalın yanında Sahilə əvvəlcədən Turalın onun qardaşının işi barədə məlumat verdiyini, bu haqda Baş prokurorluqda işləyən qohumu ilə danışıb qardaşına köməklik olacağı barədə razılaşdığını bildirmiş, Elmir Baş prokurorluqda yüksək vəzifədə işləyən qohumu kimi qələmə verdiyi şəxsin adını çəksə də, uzun müddət keçdiyindən Elmirin həmin qohumunun adını nə kimi bildirməsini xatırlaya bilmir, həmçinin Elmir Sahilə 25000 manat pulun Baş prokurorluqda işləyən qohumuna verilməsi müqabilində ilkin mərhələdə Səbuhinin 2-ci və ya 3-cü məhkəmə baxışında həbsdən buraxılmasını, gələcəkdə isə barəsində olan cinayət işinin məhkəmədə tam bağlanılmasını, yəni işə xitam verilməsini, yaxud ən pis halda şərti cəza almasını təşkil edəcəyini bildirmiş, həmin vaxt Sahil Elmirə bir qədər bu barədə düşünüb ona cavab verəcəyini demiş, Elmir isə Sahilə qısa zamanda məlumat verməsini, Baş prokurorluqda işləyən qohumunun ondan təcili cavab gözlədiyini, razılaşdığı təqdirdə ilkin olaraq 3000 manatı ona verməli olduğunu, yalnız bundan sonra qohumunun tövsiyyə etdiyi 1 nələr vəkilin vasitəsi ilə Səbuhinin həbsdən buraxılması işinə başlanılacağını demiş, lakin Elmir vəkilin kim olmasım, adını və soyadını, hansı vəkil bürosunda işləməsini bildirməmiş, Sahil də Elmirə qısa zamanda ona cavab deyəcəyini bildirmiş, qeyd etdiyi məzmunda Sahil və Elmirin söhbətləri 20-25 dəqiqə davam etmiş, ona aidiyyəti olmadığından Elmirdə onun Sahilin qardaşına hansı qaydada köməklik edəcəyi ilə bağlı hər hansı söhbət aparmamışdır. Bundan sonra 02 mart 2021-ci il tarixdə günortadan sonra Bakı şəhəri, Nərimanov rayonunun ərazisində, «Kilay» restoranının yaxınlığında yerləşən «Dostlar» adlanan kafedə olarkən Elmir də həmin kafeyə gəldiyindən onunla görüşüb bir masa arxasında əyləşib çay içməyə başlamış, həmin vaxt Elmir ona bir qədər sonra Sahilin də yanlarına gələcəyini, Sahilin qardaşının həbsdən azad edilməsi üçün ona köməklik etmək istədiyini, bunun müqabilində Sahilin ona pul verəcəyini demiş, həmin vaxt da ona aidiyyəti olmadığından Elmirdən Sahilin qardaşının həbsdən azad edilməsinə hansı qaydada köməklik edəcəyini bunun müqabilində hansı məbləğdə pul alacağını soruşmamış, bu danışıqdan bir müddət sonra oturduqları kafeyə Sahil sonradan adının İntiqam olduğunu öyrəndiyi əmisi və sonradan adının Yusif olduğunu öyrəndiyi şəxslə gəlib onlarla görüşərək bir masa arxasında əyləşmiş, həmin vaxt Sahil əmisi İntqamı və dostu Yusifi onlarla tanış etmiş, bundan sonra Elmir onun və Yusifin yanında əvvəlcə Sahil və əmisi İntiqama hansısa qohumunun Baş Prokurorluqda yüksək vəzifədə işlədiyini demiş, lakin Elmir həmin şəxslə konkret olaraq hansı qohumluq əlaqəsində olmasını deməmiş, yalnız sonradan Elmir söhbət əsnasında həmin qohumuna xitabən "müəllim” və "ağsaqqal” sözlərini işlətmiş, Elmir qohumluq əlaqəsi barədə bildirdikdən sonra sözünə davam edib Sahil və əmisi İntiqama demişdir ki, istədiyi 20000 manat puldan ona ilkin olaraq verəcəkləri 3000 manat pulu prokurorluqda işləyən qohumuna verəcəkdir ki, Səbuhinin həbsdən buraxılmasını işini təşkil etmək üçün istintaqa Səbuhinin müdafiəçisi qismində hansısa vəkil təyin etdirsin, 3-4 gün sonra isə onları, yəni Sahil və əmisini həmin vəkil ilə görüşdürəcək, prokurorluqda işləyən qohumu da 3000 manat pulun müqabilində həmin vəkilin vasitəçiliyi ilə Səbuhinin 2-ci və ya 3-cü məhkəmə baxışında həbsdən ev dustaqlığına buraxılmasını təmin edəcək, daha sonra ona əvvəlcədən razılaşdıqları qalan 17 000 manat pulu verildikdən sonra həmin qohumu Səbuhinin məhkəmədə işinin bağlanılmasını, yəni ya cinayət işinə xitam verilməsini, yaxud da ən pis halda şərti cəza almasını təşkil edəcəkdir. Daha sonra Sahil və əmisi İntiqam Elmirin dediklərinə inandıqlarından Sahil onun, əmisi İntiqamın və Yusifin yanında üzərində olan, 30 ədəd 100 manatlıq əskinaslurdan ibarət olan cəmi 3000 manat pulu sayaraq əlbə-əl Elmirə vermiş, Elmir də öz növbəsində 3000 manat pulu Sahildən alıb sayaraq cibinə qoyub bir daha bildirmişdir ki, o. Sahilin verdiyi 3000 manai pulu prokurorluqda işləyən qohumuna verəcək və həmin qohumu da Səbuhinin 2-ci və va 3-cü məhkəmə baxışında həbsdən buraxılmasını təşkil edəcək, sonra isə Səbuhi həbsdən buraxılan kimi Sahil ona əlavə olaraq razılaşdıqları qalan 17000 manat pulu da çatdıracaqdır. 3000 manat pulu aldıqdan sonra Elmir Sahil və əmisi İntiqama «heç bir şeydən narahat olmayın, çıxın gedin, mənim zəngimi gözləyin, mən sizi vəkil ilə 3-4 günə görüşdürəcəm. qohumum bütün məsələləri özü həll edəcəkdir, sizin verdiyiniz puldan özümə heç nə qalmır, sadəcə müəllim özü mənə müəyyən məbləğdə pul verəcək» deyə bildirmiş, bu danışıqlardan sonra o, Elmirə “bu işi görə bilməyəcəksənsə pulu alma, əgər işi həll edə biləcəksənsə pulu götür" deyə bildirmiş, Elmir isə “narahat olma, qohumumla danışmışam, heç bir problem olmayacaq" deyə cavab vermiş, bundan sonra şəxsi işi olduğundan onlarla sağollaşıb kafedən ayrılmış, sonradan onların arasında hansı danışıqların olmasını bilməmiş, göstərdiyi hadisədən sonrakı tarixlərdə ona aidiyyəti olmadığından nə Elmirdən, nə də Sahildən bu işin gedişatı ilə bağlı heç nə soruşmamış, bu işlə bağlı hər hansı məlumatı olmamışdır. Daha sonra, 15 iyul 2021-ci il tarixdə günorta saatlarında Sahil istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək ona Elmirlə görüşmək üçün danışdığını, Sahilin qardaşı Səbuhinin həbsdən azad edilməsinə köməklik etməsi üçün onun yanında verdiyi 3000 manat puldan əlavə də pul verdiyini, ancaq Elmirin qardaşının işini həll etmədiyini, eləcə də aldığı pulu da geri qaytarmadığını, Elmirə pul verməsi ilə bağlı əlində heç bır sübut olmadığını, Elmirin ona verdiyi pulu danmasından ehtiyat etdiyini demiş, Sahildən bu məsələ ilə bağlı ona necə köməklik edə biləcəyini soruşduqda Sahil ondan Elmiri onunla görüşə gətirməsini xahiş etmiş, razılaşıb Elmirlə danışacağını və görüşə gətirəcəyini deyib zəngi sonlandırmış, sonra istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Elmirin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək ona Sahilin dediklərini bildirib onunla görüşməsini xahiş etmiş, Elmir də razılıq verdiyindən idarə etıdiyi “Ravon" markalı avtomobillə Elmiri yaşadığı evdən götürüb onu Sahillə razılaşdığı görüş yerinə yəni Bakı şəhərində «20 yanvar» dairəsi yaxınlığına aparmış, həmin yerdə onlar Sahil və onunla birlikdə görüşə gəlmiş sonradan Sahilin qohumu olduğu və adının Feyyaz olduğunu öyrəndiyi 1 nəfər şəxslə görüşmüş, görüş zaman Sahil Elmirə vəzifəli şəxsin adı ilə onu aldadaraq dələduzluq edib 4500 manat pulunu ələ keçirdiyini, qohumu kimi qələmə verdiyi Baş prokurorluqda yüksək vəzifədə işləyən şəxslə mobil telefonla danışdıqlarını, həmin şəxsin onun adı ilə pul alınmasında məlumatlı olmadığını bildirdiyini demiş, Feyyaz da Elmirə iradını bildirmiş, Elmir isə Sahil və Feyyazın dediklərini dinləyib Sahilə təklif edərək bildirmişdir ki, o, Sahildən cəmi 4600 manat pulu guya borc qismində almasına və həmin məbləğ bitənə kimi ona gündəlik 20 manat olmaqla, ayda 600 manat pul qaytaracağına dair bir kağızda öz xətti ilə yazıb Sahilə verə bilər, həmçinin, Elmir Sahilə gündəlik 20 manat pulu onun bank kartına köçürəcəyini demiş, Sahil də Elmirin təklifi ilə razılaşdıqda Elmir onun və Feyyazın yanında öz xətti ilə bir kağızda Sahildən cəmi 4600 manat pulu borc qismində almasına və həmin məbləğ bitənə kimi ona gündəlik 20 manat olmaqla, ayda 600 manat pul qaytaracağına dair qeydiyyat aparıb həmin kağızı Sahilə vermis, Sahil də istifadə etdiyi “Kapitalbank” bankına aid plastik kartının üzərində olan 16 rəqəmi Elmirə bildirmiş, həmin kağızdan əlavə Elmir öz şəxsiyyət vəsiqəsinin kserosurətini də Sahilə vermiş, həmin kağızda Elmir Sahildən qardaşı Səbuhini həbsdən buraxdıracağı adı ilə aldığı 4500 manat pulu ondan guya borc kimi almasını qeyd etsə də, nə Sahil, nə də Feyyaz buna etiraz etməmiş, belə ki, Elmir onlardan yazacağı kağızda guya Sahildən pulu borc qismində almasını qeyd etməsinə icazə vermələrini xahiş etmiş, həmin vaxt ona məlum olmuşdur ki, Sahil qardaşı Səbuhinin həbsdən azad edilməsi müqabilində Elmirə cəmi 4500 manat pul vermiş, lakin Elmir Sahilə yazıb verdiyi kağızda bu məbləği 4600 manat kimi göstərməsinin səbəbi Elmirlə Sahilin arasında olan razılaşmaya əsasən, artıq yazılan 100 manat pulun 50 manatını Sahil qardaşının işənə aid olmayan məsələ üçün, yəni şəxsi istifadəsi üçün Elmirə hansısa tarixdə (ödəmə terminalı vasitəsi ilə göndərməklə borc qismində vermiş, digər 50 manatı isə Elmirin öhdəlik götürərək Sahilin bank kartına göndərəcəyi pulları Sahil öz kartından istifadə elməklə bankomatdan çıxaran zaman bank xərci kimi tutulacaq faiz məbləği nəzərə alınmış, göstərdiklərindən sonra onlar sağollaşıb Sahil və Feyyazın yanından ayrılmış, sonrakı tarixlərdə həm ona aidiyyəti olmadığından, həm də maraqlı olmadığı üçün Elmirin Sahilə pul qaytarıb-qaytarmamasından məlumatı olmamış, heç kimdən bu barədə heç nə soruşmamış, lakin tarixini dəqiq unutsa da sonrakı tarixlərin birində Sahil ona zəng edərək ifadəsində göstərdiyi hadisələrlə bağlı Baş prokurorluqda araşdırma aparıldığını, onun da izahatının alınması üçün prokurorluğa çağırılacağını demişdir. Elmirin Sahilin qardaşı Səbuhinin həbsdən azad olunması vədi ilə aldadaraq ondan cəmi 4500 manat pul almasında onun hər hansı iştirakı və marağı olmamış, bununla bağlı gedən prosseslərdə iştirak etməsi üçün nə Elmir, nə də başqa şəxs ona pul və ya digər maddi nemət təklif etməmiş və verməmiş, bununla bağlı heç kimdən pul və ya digər maddi nemət istəməmiş və almamış, sadəcə hadisələrin təsadüfü axarı zəminində Elmir və Sahilin həmin hadisə ilə bağlı danışıqlarının, eləcə də ifadəsində göstərdiyi prosseslərin şahidi olmuşdur(cild 1, i.v.210-215). Cinayət işinin 1-ci cildinin 30-33-cü vərəqlərində olan Şahid1 izahatına əlavə etdiyi 1 ədəd diskə baxış keçirilməsinə dair 03 avqust 2021-ci il tarixli protokoldan görünür ki, təqdim edilən diskdə "SHS" adlı qovluqun ”MP3” formatında ‘T\ “2”, "3”, “4”, “5”, “6”, *‘7’\ “8”, “9", ”10" və '‘11" adlı cəmi 1 İ ədəd audioyazı və 1 ədəd “MP4” formatında VİD_J20210609_182542” adlı video faylı vardır. Qeyd olunan audioyazılar tək adamın danışığından ibarət olmaqla mobil telefonla səs yazısı göndərmə vasitəsilə (Vatshapp ani mesajlaşma proqramı vasitəsi ilə göndərilməsi ehtimal olunur) aparılan danışıqları özündə əks etdirir. Danışıqların müddəti və mətni aşağıdakı kimidir: Audio-yazının adı, müddəti və mətni: 16 saniyə: Çox sağol qardaşım, öpürəm, görüşərik Allahın izni ilə. birinci gün də pul verəndə o söhbəti də edəcəm, görüm o vəkillə nətər eləyirik, nağayrırıq, nə vaxt görüşürük, sənə konkret bir söz deyəcəm o barədə də, yaxşı?! 25 saniyə: Qardaşım, sənin başına dönərəm, biz xırda adamlarla iş görmürük, müstəntiq belə götürəndə kimdi ki, xırda bir insandı, bizimki hakimlədi, yəni bizdə məhkəmə zalında nə olacaqsa hakim qərar verəcək, müstəntiq zad boş şeydi, o müstəntiq sənə nə deyib, neyniyib bilmirəm, bizim müstəntiqlə heç bir işimiz yoxdu, inşallah bu birinci məhkəməsində bilinəcək də nə var nə yox. 37 saniyə: Qaqaş salam, necəsən, nə var nə yox, vəziyyət nələrdi, salamatçdıqclı?. Bir dənə mənə xəbər elə də görüm nağayra bildin, neynəyə bildin, bir azdan gedəcəm "onların" yanma, sənin fikrin nədi, niyyətin nədi, neyləmək istəyirsən, onu mənə de, mən də ona uyğun "onlara” sözümü deyim, görək nətər eləyirik, nağaynrıq. Dünənləri gec oldu, özüm də gec gəldim, dedim sən də oruc tutursan bəlkə yatmısan, ona görə yığmadım. Bir dənə mənə xəbər elə görək nağaynnq, neyləyirik, mən də “onlara” xəbər eləyim, yekunlaşdıraq bu məsələni 37 saniyə: Şükür qardaşım, sağlıq-salamatlıqdı məndə də, yavaş-yavaş gedir də. 1 icç bi şc\ qardaşım, indi bir azdan gedəcəm “müəllimin” yanma, bir dənə "müəllimlə” söhbət eləyim. nədi nə deyil xəbər eləyəcəm sənə, mən də bilirəm e sizing fikriniz niyyətiniz azadlığa çıxmağıdı, başqa fikriniz, niyyətiniz yoxdu. Elə şeylər var ki. mənlik də bir şev alınmır, sənlik də bir şey alınmır, başa düşdün?!, nə bilim qardaşım, gedirəm e yoldayam, gedim "müəllimlə" görüşüm söhbət edim, sənə xəbər eləyəcəm. 7 saniyə: Yaxşı qardaş, yaxşı, görüşüm ətraflı sənə xəbər edəcəm. 7 saniyə: Qardaşım, kart yoxdu, mən özüm gələcəm, səndəd isə mən yavaş-yavaş burdayam Gənclikdə çıxıb burdan gəlim 8 saniyə: Qardaşım heç yerə getmə başına dönərəm, çıxmışam Gənclikdən gəlirəm Masazıra, 20-25 dəqiqəyə çox güman orda olaram 11.43 saniyə: Bir daha salam qardaşım, problem yoxdu qardaşım, Allah sənin qaynatana da rəhmət eləsin, prosta "‘müəllim” birinci günə verəsi oldu mənim maaşımı, vəni mən ondan aylıq maaş alıram axı bilmirəm, demişəm sənə ya deməmişəm, maşının da həbsi var idi. bu günləri mən onu bağlamalıyam ki, maşını sürə bilim, axşamüstü 8-9-a kimi onu bağlamalıyam. 1-2 yer var ora gedəcəm axşamüstü ona görə. Heç bir şey qardaşım, problem yoxdu basma dönərəm, bir dənə də elə-belə popıtka eləyərsən də, gör əmələ gətizdirə bilərsən. İnanırsan özümdə çoxdu ye həbsi, dirənən yeri, cərimələrim yığışmışdı 700-800 manata yaxın idi. prosta dirənən yeri qalıb 150 manata, ona görə dedim görüm səndə bəlkə tapılar, köməklik eləyəsən qardaşına. “VİD_20210609_182542” adlı video faylı 4 dəqiqə 29 saniyə müddətində 5 kişi cinsli şəxsin iştirakı ilə avtomobildə mobil telefonun kamerası vasitəsilə qarşı tərəfin məlumatı olmadan gizli çəkiliş formasında aparılan videoçəkilişdir. Avtomobildə olan söhbət pul vəsaitinin geri tələb edilməsi barədə olmaqla pulu qaytarmalı olan tərəf avtomobilin sükanı arxasında olan Elmir adlı şəxs, pulu tələb edən avtomobilin qabaq sağ oturacağında əyləşmiş, Elmirin ona "'ağsaqqal”, “əmi” deyə müraciət etdiyi yaşlı kişi, arxada sağ oturacaqda isə videoçəkiliş aparan və səs tonundan cavan olduğu ehtimal edilən, Elmirin ona "Sahil" deyə müraciət etdiyi şəxsdir. Cinayət işinin 1-ci cildinin 45-46-cı vərəqlərində olan Şahid3 izahatına əlavə etdiyi ona məxsus "Kapital Bank” bankına aid ödəniş kartı üzrə 01.02.2021-31.05.2021-ci il tarixləri əhatə edən 12.08.2021-ci il tarixli çıxarışdan görünür ki, 02.03.2021-ci il tarixdə "E-manat" ödəmə terminalı vasitəsi ilə kart hesabına 1800 manat pul mədaxil edilmiş və həmin məbləğdən 18 manat komissiya haqqı tutulmuşdur. Habelə, həmin tarixdə qeyd olunan kartdan ünvan 6 ünvanında yerləşən bankomatdan 1782 mana pul çıxarılmışdır. Cinayət işinin 1-ci cildinin 65-66-cı vərəqlərində olan 13.08.2021-ci il tarixli 11/01-305 nömrəli xidməti məktubdan görünür ki, Hacıqabul rayonunun Çəngən kənd sakinləri X15 və X5 02 fevral 2021 -ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 fevral 2021 -ci il tarixdə barələrində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat idarəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmış və 04 fevral 2021-ci il tarixdə onlar qeyd olunan maddələrlə təqsirləndirlən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 4-cü vərəqində olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı birliyinin 115 saylı Mənzil-Kommunal istismar sahəsindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Cinayət işinin 1-ci cildinin 116-cı vərəqində olan Şahid1 ifadəsinə əlavə etdiyi sənədin əslindən görünür ki, 15.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs öz xətti ilə həmin sənəddə Şahid1 4600 manat pul borc aldığını, 4600 manat bitənədək 18.07.2021-ci il tarixdən etibarən hər gün 20 manat olmaq şərti ilə aylıq 600 manat pulu tam ödəməyi öhdəsinə götürməsinə dair qeydiyyat aparıb sənədi imzalamışdır. Cinayət işinin 1-ci cildinin 187-188-ci vərəqlərində olan “Azercell” mobil operatorundan daxil olmuş 1 ədəd CD formatlı optik diskə baxış keçirilməsinə dair 23 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, diskdə olan “**********76" adlandırılmış, habelə “abuneciler" və “antenna” adlandırılmış fayllara baxış zamanı müəyyən edilmişdir ki, Şahid2 adına rəsmiləşmiş, faktiki olaraq Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nomrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 26 fevral 2021-ci il tarixdən etibarən 31 iyul 2021-ci il tarixədək müxtəlif vaxtlarda mütəmadi danışıqlar aparılmış, bundan başqa hadisə tarixində, yəni 02 mart 2021-ci il tarixdə 051- 376- 78-76 saylı mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrə arasında saat 10:12:13-də 40 saniyə, saat 10:16:31-də 23 saniyə, saat 10:23:29-da 26 saniyə, saat 12:05:42-də 43 saniyə, saat 13:31:14-də 16 saniyə müddətində danışıqlar aparılmış, həmçinin ***-***-**-** saylı mobil nömrənin taxılı olduğu mobil telefon həmin tarixdə Bakı şəhəri Nərimanov rayonun ərazisində, yəni saat 13:12-də “X31 kuç 136,"CAR1CİN0" Dukani'b saat 13:31də “Nerimanov r-nu, Aga Neymetullah kuc.44,Metropark T, M.”, saat 14:24-də "/iyu Bunyadov pr” anten dairələrində olmuşdur. Cinayət işinin 1-ci 223-234-cü vərəqlərində olan “Azerfon” mobil operatorundan daxil olmuş 1 ədəd CD formatlı optik diskə baxış keçirilməsinə dair 04 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, diskdə olan “Zənglərin Detallaşması ********** 1956„ 707606661" adlandırılmış “PDE” formatlı fayla baxış zamanı müəyyən edilmişdir ki, Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin taxılı olduğu mobil telefon hadisə tarixində, yəni 02 mart 2021-ci il tarixdə saat 12:22:56-dan saat 14:09:33-dək Şahid1 və Təqsirləndirilən şəxs görüşdükləri Bakı şəhəri, Nərimanov rayonunun ərazisində X17 küçəsində yerləşən «Dostlar» adlanan kafenin olduğu verdə, yəni “UBBK4891A/UBBK4891 Pekin Restaurant/"Bakı şəhəri, Nərimanov rayonu. Y.Vəzirov küçəsi lÜ67Narimanov” anten dairələrində olmuşdur. Cinayət işinin 1-ci cildinin 241-245-ci vərəqlərində olan "Bakcell" mobil operatorundan daxil olmuş 1 ədəd CD formatlı optik diskə baxış keçirilməsinə dair 07 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, diskdə olan “Zənglərin_Detaİlaşması **********4011_55962931 E’ adlandırılmış "PDF“ formadı fayla baxış zamanı Şahid6 istifadəsində olmuş 055-962-93-1 İ »ı\f mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 14-15 iyul 2021-ci il tarixlərdə aşağıda göstərilən vaxtlarda və müddətlərinə danışıqların aparılması müəyyən edildi: Zəng edən Zəng edilən Tarix və vaxt 559629311 554091906 14.07.2021 18:52:56 559629311 554091906 14.07.2021 19:48:41 559629311 554091906 14.07.2021 20:55:16 554091906 559629311 14.07.2021 21:23:29 559629311 554091906 14.07.2021 21:31:58 554091906 559629311 14.07.2021 2 İ:32:21 559629311 554091906 14.07.2021 21:39:32 559629311 554091906 14.07.2021 21:50:42 554091906 559629311 14.07.2021 21:58:43 554091906 559629311 14.07.2021 22:22:33 559629311 554091906 ^ 14.07.2021 22:49:31 559629311 554091906 15.07.2021 10:56:30 Bundan başqa, “Zənglərin_Dctallaşması **********401 1 „559629311 adlandırılmış "PDF” formatlı fayla baxış zamanı Şahid6 istifadasində olmuş 055- ***-**-** saylı mobil nömrə ilə X3 istifadəsində olmuş 050- ***-**-** saylı mobil nömrə arasında 14 iyul 2021-ci il tarixdə aşağıda göstərilən vaxtlarda və müddətlərdə danışıqların aparılması müəyyən edildi: Zəng edən Zəng edilən Tarix və vaxt 559629311 502118207 14.07.2021 19:40:25 559629311 502118207 14.07.2021 19:42:00 559629311 502118207 14.07.2021 19:46:54 502118207 559629311 14.07.2021 19:52:33 502118207 559629311 14.07.2021 20:03:16 Bundan əlavə, "Zənglərin_Detallaşması_**********403 1_554091906" adlandırılmış "PDF” formatlı fayla baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrə arasında 26 fevral 2021-ci il tarixdən etibarən 31 iyul 2021-ci il tarixədək müxtəlif vaxtlarda mütəmadi danışıqlar aparılmış, himdən başqa hadisə tarixində, yəni 02 mart 2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrə arasında saat 10:12:13-də 45 saniyə, saat 10:16:31-də 24 saniyə, saat 10:23:29-da 26 saniyə, saat 12:05:42-də 43 saniyə, saat 13:31:14-də 16 sa nisə müddətində danışıqlar aparılmış, həmçinin Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrənin taxılı olduğu mobil telefon 02 mart 2021-ci il tarixdə saat 1 l:28:40-dan saat 14:31:03-dək onun Şahid1 Eİmxan oğlu ilə görüşdükləri Bakı şəhəri, Nərimanov rayonunun ərazisində X17 küçəsində yerləşən «Dostlar» adlanan kafenin olduğu yerdə, səm "UBBK4891A/UBBK4891 Pekin Restaurant/"Bakı şəhəri, Nərimanov rayonu. Y.Və/nvs küçəsi 1067Narimanov” anten dairəsində olmuşdur. Habelə, ”Zənglərin_Detallaşması **********4118 557971920" adlandırılmış "PDF" formatlı fayla baxış zamanı müəyyən edilmişdir ki, Şahid4 istifadəsində olmuş ***- ***-**-** saylı saylı mobil nömrə 02 mart 2021-ci il tarixdə .mai 12:42:50-də saat 13:06:55dək Təqsirləndirilən şəxs ilə Şahid1 Flmxan oğlunun görüşdükləri Bakı şəhəri, Nərimanov rayonunun ərazisində X17 küçəsində yerləşən «Dostlar» adlanan kafenin olduğu yerdə, yəni "LBBK489101/LBBK4N»! Pekin Restaurant/"Bakı şəhəri, Nərimanov rayonu,Y.Vəzirov küçəsi 106'7 Nərimanov anten dairəsində olmuşdur. Təqsirləndirilən şəxs özünün müdafiəsi ilə bağlı ifadəsində Şahid1la arasında onun qardaşı Səbuhi Həsənovun həbsdən buraxılması ilə bağlı heç vaxt heç bir söhbət və ya sövdələşmə olmaması, ümumiyyətlə onun Sahilin qardaşı Səbuhinin həbs olunmasından əvvəlcədən məlumatı olmaması, yalnız Şahid1 cəmi 4550 nama! borc qismində pul aldıqdan təxminən 3-4 ay sonra Səbuhi Həsənovun narkotik vasitə ilə tutulmasını Sahildən eşitməsi, heç vaxt Şahid1 onun həbsdə olan qardaşı Səbuhimi, həbsdən buraxılması ilə bağlı pul almaması, habelə heç vaxt Şahid1 pul alarkən ona həmin pulu guya qohumu olan Tariyel Qurbanov adlı prokurorluq əməkdaşına verəcəyini deməməsi, Sahilin ondan qardaşı Səbuhinin barəsində olan cinayət işi ilə əlaqədar savadlı vəkil tapmasını, borclu olduğu pulla vəkilin pulunu verməsini xahiş etməsinə dair dəlillər gətirsə də, məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, baxış, üzləşdirmələr, mobil operatorlardan təqdim edilmiş məlumatlar, digər sənədlər və iş üzrə toplanmış digər təkzibedilməz sübutlarla Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 29,178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilməklə onun özünün müdafiəsi ilə bağlı göstərdiyi dəlillər bir-birini əlaqəli surətdə tamamlayan mötəbər sübutlarla təkzib edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 36-cı bəndində göstərilir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələr ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 86-cı vərəqində olan Baş prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olııuiş 07.09.2021-ci il tarixli 16/1 -773ia nömrəli xidməti məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 163-165-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək 23.09.2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və iş üzrə dəymiş ziyanın 180 manatının ödənilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz kimi tələbini nəzərə alır. Cəza çəkməsinin başlanğıcı 04 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından həb edilməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 420 AZN (dörd yüz iyirmi manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 29,178.2.4-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.4,312,2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 04 aprel 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalından həb edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməsin. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 420 AZN (dörd yüz iyirmi manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Mahmud Ağalarov