Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-303/2023 13.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 27 aprel 2022-ci il tarixdə saxlanılmış, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il tarixdə metronun ‘‘20 Yanvar” stansiyasının yaxınlığında şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşından satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd bükümdə təmiz çəkisi 3,760 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşımış, 27 aprel 2022-ci ii tarixdə saat 23:25 dəqiqədə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Bakı şəhəri, Yasamal rayon Polis idarəsi 27-ci Polis bölməsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün binalar vermədə şübhəli bilinən və narkotik vasitəni qəbul etmək üçün getdiyi tanışı X2 yaşadığı ünvan 3 ünvanında saxlanılaraq, Yasamal RPİ, 27-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, polis bölməsinin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan gödəkçənin sol iç cibindən qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd bükümdə təmiz çəkisi 3,760 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən isə Təqsirləndirilən şəxs həmin əməli satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması faktı öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, özü 12 ildir narkotik vasitələrdən istifadə edir. O, heç kimə narkotik vasitə satmamış, nə də onun üzərində narkotik vasitə olmamışdır. Saxlanılan gün o, narkotik vasitədən istifadə etmişdir. Tanışı İsmayılın evinə narkotik vasitədən istifadə etmək məqsədi ilə getməmişdir. İttihama görə guya həmin vaxt orada olan şəxslərin üzərində hərəsində bir büküm olmaqla cəmi 4 büküm narkotik vasitə olmuşdur. Halbuki polis əməkdaşları 10 dəqiqəyə qədər qapını döymüş və bu müddətdə onların üzərində həmin narkotik vasitələr olmuşsa, onları atmaq imkanları olmuşdur. Lakin polis əməkdaşları onu döymüş və təzyiqlər göstərmiş, buna görə narkotik vasitələri etiraf etməli olmuşlar. O, İsmayılın məhkəməsinə şahid qismində gətirilmişdir. Həmin gün Namiq də onunla birlikdə olmuş, Namiq İsmayıl ilə bir yerdə cəzaçəkmə müəssisəsində olmuşlar. Onlar İsmayılın oğlu öldüyü üçün ona başsağlığı vermək üçün 27 aprel tarixdə onun evinə getmişlər. Onlar 5-10 dəqiqə evdə oturmuş və başsağlığı vermişlər. İsmayılın yaşadığı evdən bir az aralıda obyekt olmuş, onlar həmin obyektdə işləmişlər və həmin ərazidə kirayə ev tutmaq fikrində olmuşlar. İsmayıl onlara boş otağının olduğunu, oğlunun da rəhmətə getdiyini, həmin otağı təmir etdirdiyini və 80-100 manat müqabilində həmin otaqda qala biləcəklərini demişdir. Lakin onlar İsmayılın evinə gəlib üzərindən 10 dəqiqə keçməmiş polis əməkdaşları onları saxlamışlar. Videoçəkilişdə məcbur qalıb polis əməkdaşlarının ona dediklərini kameraya bildirmişdir. Polis əməkdaşları ona əgər 3 qram narkotiki boynuna almayacağı halda üzərinə üç şahid durğuzub evindən iki kiloqram narkotik vasitə çıxaracaqlarını demişlər. O da, məcbur qalıb həmin 3 qram narkotikin özünə məxsus olduğunu bildirmişdir. Sualları cavablandıran Təqsirləndirilən şəxs onu döyən polis əməkdaşlarının kim olduğunu bilmədiyini, istintaq təcridxanasına qəbul edilərkən bədənində xəsarət izləri olduğunu, bu barədə prokurorluq əməkdaşı tərəfindən ondan izahat alındığını və qərarla döyülmə faktının təsdiq olunmadığını, sonradan bu barədə heç yerə şikayət etmədiyini, evə daxil olanda ondan və Namiqdən başqa, bir də ev sahibi İsmayılın orada olduğunu, Şahini isə ümumiyyətlə birinci dəfə gördüyünü və həmin gün Şahinin oraya usta kimi gəldiyini, İsmayılın nə işlə məşğul olduğunu bilmədiyini, lakin İsmayılın özünün də narkotikdən istifadə etdiyini, onun evində olarkən narkotik vasitədən istifadə etmədiklərini, həmin gün o, Badamdarda narkotik qəbul etdiyini, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, özünün bank kartı olmadığını, mobil telefonu olsa da, həmin gün telefonun üstündə olmadığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs ilkin ifadələrində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Təxminən bir ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. 27 aprel 2022-ci il tarixdə saat təxminən 19:00 radələrində tanışı Namiqlə birlikdə Yasamal rayonu, M.Sübhi küçəsində yaşayan Namiqin əvvəllər bir yerdə həbsdə olduğu İsmayıl adlı tanışının yaşadığı evə gəlmişlər. Onların həmin evə gəlməkdə niyyəti sonuncunun özünün də narkotik vasitə aludəçisi olduğundan, həmin evdə rahat narkotik vasitədən istifadə etmək olmuşdur. Bir müddət söhbət edərək çay içmişlər, daha sonra isə hər biri özləri ilə gətirdiyi narkotik maddədən istifadə etmişlər. Sonra Şahin adlı əvvəllər tanımadığı şəxs də oraya İsmayılın evinə gəmişdir. Bir müddət sonra İsmayıl nəsə almaq üçün çölə çıxmışdır. Bir neçə dəqiqə sonra isə İsmayıl polislərlə birlikdə evə daxil olmuşdur. Həmin vaxt onlar üzərlərində olan narkotik maddədən istifadə etmişlər və iynələr də stulun üstündə olmuşdur. Polis əməkdaşları onların nə üçün İsmayılın evində olduqlarını soruşmuş, onlar da İsmayılın tanışları olduğunu və sonuncunun yanına gəldiklərini bildirmişlər. Sonra onları Yasamal RPİ-nin 27-ci PB-nə gətirmişlər. Polis bölməsinə gətirilərkən o, bildirmişdir ki, narkotik vasitələrdən istifadə edir və hazırda da üzərində narkotik vasitə vardır. PB-nə gətirildikdən sonra müdafiəçi dəvət etmişlər və hər birinə müdafiəçilərin iştirakı ilə üzərlərində hər hansı qanunsuz əşya olubolmaması ilə bağlı sual vermişlər. O, üzərində saxladığı əynində olan gödəkçənin sol iç cibindən “kokos” deyilən bir ədəd bükülüdə olan narkotik vasitəni cibindən çıxarıb təqdim etmişdir. Narkotik vasitəni bir gün əvvəl «20 Yanvar» deyilən yerdə İran İslam Respublikası vətəndaşının telefon vasitəsi ilə dediyi yerdən götürmüş və sonuncunun dediyi karta 20 manat köçürmüşdür. Həmin narkotik vasitəni sonradan istifadə etmək üçün əldə etmişdir (cild 1, iş vərəqi 227-229). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadəni polis işçilərinin özlərinin yazdığını və oxumadan imzaladığını, polis işçilərinin ona qarşı qərəzli olduqlarını, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını və həmin gün də saxlanılarkən onda narkotik vasitə olmadığını, barəsində olan cinayət işinin CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə göndəriləcəyinin ona deyildiyini, buna görə də, müstəntiqə inanıb təqdim olunmuş bütün sənədləri oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal RPİ, 27-cı Polis bölməsinin əməliyyat-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 27 aprel 2022-ci il tarixdə xidmət etdiyi bölməyə və Baş Narkotiklərlə Mübarizə idarəsinə Yasamal rayonu ərazisində X5, Təqsirləndirilən şəxs, Şahid4 və Şahid5 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, həmçinin İsmayıl Muradovun yaşadığı ünvan 3-də tiryəkxana saxlanması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və onun rəhbərliyi ilə Yasamal RPİ, 27-ci Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 və Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı onlar 27 aprel 2022-ci il tarixdə saat 22:20 radələrində X2 yaşadığı ünvanın qarşısında dayandığını görüb sonuncunu saxlamışlar. Sonuncuya narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşqul olması və yaşadığı ünvanda tiryəkxana saxlaması barədə məlumatların olduğu bildirilmiş və İsmayıl Muradovun razılığı ilə yaşadığı ünvana baxış keçirilmişdir. Həmin ünvanda üç nəfərin – Təqsirləndirilən şəxs, Şahid4 və Şahid5 olmaları, sonuncuların qarşısında taburetkanın üzərində 5 ədəd şpris, üç ədəd üzərində toz dənəcikləri görsənən kağız parçaları, bir ədəd kağız parçasında limon duzu və iki ədəd içi boş balaca şüşə qabın olduğu müəyyən edilmişdir. İsmayıl Muradov həmin şəxslərin tanışları olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs, Şahid4 və Şahid5 isə İsmayıl Muradovun tanışı olduqlarını və narkotik vasitə istifadəçiləri olduqlarını, həmin evdə birlikdə narkotik vasitə qəbul etdiklərini söyləmişlər. Taburetkanın üstündə olan şprislər, üzərində toz dənəcikləri olan kağız parçaları, bir ədəd kağız parçasında limon duzu və iki ədəd içi boş balaca şüşə qab selofan kuloka qoyularaq qablaşdırılmışdır. Sonra adları çəkilən şəxslərin hamısını Yasamal RPİ, 27-ci Polis bölməsinə gətirmişlər. Bölmədə təhqiqatçı tərəfindən müdafiəçilərin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs, Şahid4, Şahid5 və İsmayıl Muradovun üzərində şəxsi axtarışlar keçirilmişdir. Şahid1 ifadəsinə görə, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncu özü əynində olan qara rəngli gödəkçənin sol iç cibində saxladığı bir ədəd şəffaf rəngli selofan bükümü təqdim edərək bildirmişdir ki, içərisində “kokos” deyilən heroin olduğunu, həmin narkotik vasitəni bir gün əvvəl «20 Yanvar» metrostansiyasının yaxınlığında tanımadığı İran vətəndaşının kartına 20 manat pul ödəməklə ona deyilən yerdən götürdüyünü, bir qismindən istifadə etdiyini, qalan hissəsini isə sonradan istifadə etmək üçün cibində saxladığını bildirmişdir. Həmin bükülü açıldıqda içərisində narkotik maddə hesab olunan heroinə bənzər maddə olması müəyyən edilmiş, təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Eyni zamanda, həmin gün Təqsirləndirilən şəxsla birlikdə saxlanılmış İsmayıl Muradovun, Şahid4 və Şahid5 da üzərinə şəxsi axtarış keçirilmiş, onların da hər birinin üzərindən narkotik vasitə heroinə oxşar maddələr aşkar edilərək götürlümüşdür. Daha sonra protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Sualları cavablandıran Şahid1 ifadəsində həmçinin bildirdi ki, onlara İsmayıl Muradovun yaşadığı ünvanda qanunsuz olaraq tiryəkxana təşkil etməsi, həmçinin Təqsirləndirilən şəxs və onunla birlikdə tutulan daha iki nəfərin narkotik vasitə istifadəçisi olması barədə əməliyyat məlumatı daxil olmuşdur. İsmayıl Muradovun evində saxlanılan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatında heç nə deyilməmiş, bu hal sonradan keçirilmiş əməliyyat tədbirləri ilə də təsdiq olunmamışdır. Saxlanılarkən və polis bölməsinə gətirildikdən sonra şübhəli şəxslərin heç birinə, o cümlədən Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq göstərilməmiş, təqsirləndirilən şəxs onun tərəfindən və ya digər polis işçiləri tərəfindən döyülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal RPİ, 27-cı Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 və Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxsla bir məhlədə yaşayır. Hadisə baş verən gün o, Muradla birlikdə türmə yoldaşı İsmayılın evinə getmişdir. İsmayılın oğlu rəhmətə getdiyi üçün o, İsmayıla başsağlığı verməyi Murada təklif etmiş, Murad da onunla razılaşmışdır. Onlar İsmayılgildə oturub çay içmiş, bu vaxt qapı döyülmüş və polis işçiləri içəri girib onları tutmuşlar. Polis əməkdaşları onları saxlayan zaman təsir və təzyiq göstərmişlər. Saxlanılan vaxt onun üzərində narkotik vasitə olmamışdır. Həmçinin İsmayılgildə olanda narkotikdən istifadə etməmişlər. Polis əməkdaşları onların hamısını tutub bölməyə aparmış, orada onların dedikləri kimi danışmağı təklif etmişlər. Onlar da məcbur olub polis işçilərinin dedikləri kimi ifadə vermişlər. Polis işçiləri onları saxlayarkən orada dörd nəfər olmuşlar, onlardan Muradı, İsmayılı və Namiqi tanımış, lakin Şahin adlı şəxsi ilk dəfədir ki, görmüşdür. Saxlanılarkən polis əməkdaşları onun üstünə 5,62 qram narkotik vasitə heroin qoymuşlar. Onların barəsində əməliyyatı Narkotiklərlə Mübarizə Baş idarəsi ilə 27-ci Polis bölməsi birgə keçirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, o, təqsirləndirilən şəxsi əvvəlcədən tanımamış, onu polis əməkdaşları tərəfindən saxlanıldığı gün tanımışdır. Hadisə günü onu İsmayıl adlı şəxs usta kimi evin tavanını düzəltməyə çağırmışdır. O, içəri keçdikdən sonra heç on saniyə keçməmiş arxası ilə polis işçiləri içəri girmişlər. İçəridə Murad, bir də Namiq olmuşdur, o, həmin şəxslərin heç birini qabaqcadan tanımamışdır. Koridorda polis işçiləri birinci onun üstünə cumub saxlamış, sonra içəri girib Muradgili tutmuşlar. Sonra onların hamısını içəri otağa gətirərək, otaqların hər küncündən şpris yığmış və taburetkanın üstünə qoymuşlar. Sonra onlara narkotik vasitələri boynuna götürməyə məcbur etmişlər. Dörd dəfə evin içərisində ona görə çəkilişi saxlamışlar. O, polis əməkdaşlarına həmin ünvana usta kimi çağırıldığını, həmin yerə narkotik istifadə etmək məqsədi ilə gəlmədiyini bildirmişdir. Lakin onu məcbur edib sənədləri imzalatmışlar. Polis işçiləri nə yazıblarsa, məcbur olub imzalamışdır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında şahidlər Şahid4 və Şahid5 ibtidai istintaq zamanı verdikləri ifadələr elan və tədqiq olunmuşdur. Həmin ifadələrində adları çəkilən şəxslər polis əməkdaşları tərəfindən üzərlərinə şəxsi axtarış keçirilərkən hər birindən müvafiq olaraq 5,562 qram və 3,010 qram narkotik vasitə heroin aşkar olunduğunu, narkotik vasitəni bir gün əvvəl «Kubinka» deyilən yerdə və «Nizami» metrostansiyası yaxınlığında tanımadığı şəxslərdən 40 manata və 30 manata şəxsi istifadələri üçün əldə etdiklərini bildirərək, saxlanıldıqları əməliyyat tədbirinin halları barədə Təqsirləndirilən şəxs ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər (cild 2, iş vərəqi 86-87, 88-89). Məhkəmə iclasında X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində İsmayıl Muradov göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Əvvəllər narkotik vasitə qəbul etdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 27 aprel 2022-cİ il tarixdə tanışları olan Murad, Namiq və Şahin onun yaşadığı evə gəlmişlər. O, sonuncularla birlikdə oturub çay içib söhbət etdikdən sonra hər dördü narkotik vasitə aludəçisi olduğundan hərə özündə olan narkotik vasitələrdən istifadə etmişlər. O, sonuncuların ona məxsus evdə narkotik vasitələrindən istifadə etmələrinə etiraz etməmiş və özü də narkoman olduğu üçün onların narkotik vasitəni istifadə etməyə ehtiyaclarının olduğunu anlamışdır. Ona görə də həqiqətən hər dördü narkotik vasitələrdən istifadə etmişlər. O, narkoman olduğundan onun özünə aid olan şprisləri evdə olmuş və o, adlarını qeyd etdiyi şəxslərin həmin şprislərdən istifadə etmələrinə heç bir etiraz etməmişdir. Həmin günü saat 23:25 radələrində yaşadığı evin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulunda şübhəli olduğu və yaşadığı evdə tiryəkxana saxlamaqda şübhəli olduğunu bildirərək, razılığı ilə yaşadığı evə baxış keçirmişlər. Yaşadığı evdə olan 3 nəfər tanışları ilə birlikdə onları Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. Polis bölməsinə gətirilərkən o, bildirmişdir ki, uzun müddətdir narkotik vasitələrdən istifadə edir və hazırda da üzərində narkotik vasitə vardır, eyni zamanda evində olan tanışları ilə də hərdənbir yaşadığı evdə narkotik vasitə qəbul edir. Yasamal RPİ-nin 27-ci PB-nə gətirildikdən sonra müdafiəçi dəvət etmişlər və müdafiəçinin iştirakı ilə üzərində hər hansı qanunsuz əşya olubolmaması ilə bağlı sual vermişlər. O, əynində olan cins şalvarın sol yan cibindən saxladığı içərisində “kokos” deyilən bir ədəd bükülüdə olan narkotik vasitəni çıxarıb təqdim etmişdir (Cild 1, iş vərəqi 215-217). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxslərin hər biri qərarla tanış edilərək, hansı səbəbə Polis bölməsinə gətirildikləri, üzərlərində, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədləri təqdim etməsi təklif edilmişdir. Əvvəlcə şübhəli şəxs X2 üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmişdir və İ.Muradov bildirmişdir ki, uzun müddətdir narkotik vasitələrdən istifadə edir və dəfələrlə narkotik vasitələrdən istifadə etdiyinə görə həbs edilmişdir, hal-hazırda da üzərində narkotik vasitə var. İ.T.Muradov əynindəki göy rəngli cins şalvarın sol yan cibində saxladığı bir ədəd şəffaf rəngli selofana bükülmüş öz dediyinə görə narkotik vasitəni çıxarıb təqdim etmişdir. İ.Muradovun təqdim etdiyi bükülüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, təqdim edilmiş bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə vardır. İştirak edənlər və müdafiəçinin iştirakı ilə X3 üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddənin nədən ibarət olduğu barədə sual verilmiş, İ.T.Muradov bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki maddə “kokos" deyilən heroindir, həmin narkotik vasitəni bir gün əvvəl axşam saatlarında “Nizami” metrostansiyasının yaxınlığında adını bilmədiyi İran vətəndaşından almış, bir qismindən istifadə etmiş, qalanını isə sonradan istifadə etmək üçün şalvarının cibində saxlamışdır. 27 aprel 2022-ci İl tarixdə saat 23:25 radələrində yaşadığı Yasamal rayonu, M.Sübhi küçəsi, dalan 6, ev 2 ünvanının qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və əvvəlcə razılığı əsasında yaşadığı evə baxış keçirilmiş, sonra isə yaşadığı evdə olan tanışları ilə birlikdə 27-ci PB-nə gətirilmişlər. Sonra şübhəli şəxs Şahid5 üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, Şahid5 bildirmişdir ki, o da, narkotik vasitələrdən istifadə edir və hal- hazırda da üzərində narkotik vasitə var və Şahid5 əynindəki qara rəngli gödəkçəsinin sol üst cibində saxladığı bir ədəd şəffaf rəngili selofana bükülmüş öz dediyinə görə narkotik vasitəni çıxarıb təqdim etmişdir. Şahid5 təqdim etdiyi bükülüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, təqdim edilmiş bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə vardır. İştirak edənlər və müdafiəçinin iştirakı ilə Şahid5 üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddənin nədən ibarət olduğu barədə sual verilmiş, Şahid5 bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki maddə “kokos” deyilən heroindir. Sonra şübhəli şəxs Şahid4 üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmiş və Şahid4 bildirmişdir ki, o da, narkotik vasitələrdən istifadə edir və hal-hazırda da üzərində narkotik vasitə var və Şahid4 əynindəki qara rəngli gödəkçəsinin sol iç cibində saxladığı bir ədəd şəffaf rəngli selofana bükülmüş öz dediyinə görə narkotik vasitəni çıxarıb təqdim etmişdir. Şahid4 təqdim etdiyi bükülüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, təqdim edilmiş bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə vardır. İştirak edənlər və müdafiəçinin iştirakı ilə Şahid4 üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddənin nədən ibarət olduğu barədə sual verildikdə, Şahid4 bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki maddə “kokos" deyilən heroindir. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, o da, narkotik vasitələrdən istifadə edir və halhazırda da üzərində narkotik vasitə vardır. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol iç cibində saxladığı bir ədəd şəffaf rəngli selofana bükülmüş öz dediyinə görə narkotik vasitəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, təqdim edilmiş bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə vardır. İştirak edənlər və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddənin nədən ibarət olduğu barədə sual verilmiş, bu zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki maddə “kokos” deyilən heroindir. Şəxsi axtarış və götürmə zamanı saxlanılan şəxslərin hər birinə yaşadıqları ünvan və nə üçün İsmayıl Muradova məxsus evdə olduqları soruşulmuş, onlar hər biri ayrı-ayrı ünvanlarda yaşadıqlarını və İ.Muradova məxsus evə tanışları İsmayılın yanına gəldiklərini və İsmayılın evində birlikdə narkotik maddə istifadə etdiklərini bildirmişlər (Cild 1, iş vərəqi 96-99). İş materiallarına əlavə edilmiş DVD markalı disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, həmin diskdə əks edilmiş görüntülər 28 aprel 2022-ci il tarixdə saat 02:15-də qeydə alınmışdır. Həmin videogörüntülər hazırkı iş üzrə tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 28 aprel 2022-ci il tarixli protokola uyğunluq təşkil edir və sonuncu protokolun videoyazı variantıdır (Cild 1, iş vərəqi 203- 204). Məhkəmə-kimyəvi ekspertizasının 28 aprel 2022-ci İl tarixli 6/2441 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN "Zərflər üçün № 168» möhür əksi «Təqsirləndirilən şəxs üzərindən ...» və s. sözlər, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 3,760 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir (cild 1, iş vərəqi 133-136). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/2593 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş : «X2 üzərindən...» qeydli zərfdəki 1 ədəd bükümdə olan heroin kütləsi, «Təqsirləndirilən şəxs üzərindən...» qeydli zərfdəki 1 ədəd bükümdə olan heroin kütləsi, «Şahid5 üzərindən...» qeydli zərfdəki 1 ədəd bükümdə olan heroin kütləsi və «Şahid4 üzərindən...» qeydli zərfdəki 1 ədəd bükümdə olan heroin kütləsi kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. xx.xx.2022-ci il tarixli 6/2442 saylı ekspert rəyinin nəticələrinə əsasən «X6iunun evindən...» qeydli zərfdəki 1 ədəd şüşə flakonda, 3 ədəd 2 ml-İik və 2 ədəd 1 ml-lik boş şprislərdə narkotik vasitə heroinin izləri müəyyən edilmişdir. Həmin predmetlərdə heroin iz şəklində olduğundan təmiz çəkilərinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatların aparılması mümkün deyildir (Cild 3, iş vərəqi 4-18). Məhkəmə-narkoloji ekspertizasının 21 iyun 2022-ci il tarixli 3398 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 3, iş vərəqi 75-76). Məhkəmə-psixiatrik ekspertizasının 21 iyun 2022-ci il tarixli 1622 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir (Cild 3, iş vərəqi 86-87). İbtidai istintaq orqanının 30 iyun 2022-ci il tarixli qərarı ilə Şahid5 üzərindən aşkar edilmiş təmiz çəkisi 3,010 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırdanmış narkotik vasitə heroin, Şahid4 üzərindən aşkar edilmiş təmiz çəkisi 5,562 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi 3,760 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və X2 üzərindən aşkar edilmiş təmiz çəkisi 2,401 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin X2 evindən aşkar olunmuş 1 ədəd dərman ampulasında, 1 ədəd şüşə flakonda, 3 ədəd 2 ml-lik və 2 ədəd 1 ml-lik boş şprislər, baxış keçirilməsi və götürmə aparılması, şəxsi axtarış və götürmə apanlması videogörüntüləirini özündə əks etdirən 2 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkiləri 2,201 qram, 3,560 qram, 2,860 qram və 5,412 qram təşkil edən heroinlər məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Yasamal RPİ-nə təhvil verilmiş, videogörüntüləri əks etdirən 2 ədəd DVD disk cinayət işinə əlavə edilmişdir (cild 3, iş vərəqi 67-70). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayon məhkəməsinin 18 noyabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,177.1 -ci maddəsi ilə təqsirli bilinib 700 manat cərimə cəzasına məhkum edilmiş, 06 fevral 2015-ci il tarixdə cərimə məbləği dövlət nəfinə tam ödənildiyindən qeydliyyatdan çıxarılmışdır (Cild 2, iş vərəqi 214-215). Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, özünün kiməsə narkotik vasitə satmadığını və üzərində narkotik vasitə olmadığını, saxlanılan gün Badamdarda narkotik vasitədən istifadə etdiyini, tanışı İsmayılın evinə narkotik vasitədən istifadə etmək məqsədi ilə getmədiyini, polis əməkdaşları 10 dəqiqəyə qədər onların olduqları evin qapısını döydüklərini və bu müddətdə onların üzərində həmin narkotik vasitələr olmuşsa, onları atmaq imkanları olduğunu, polis əməkdaşlarının onu döydüyünü və onların təzyiqi ilə narkotik vasitələri etiraf etməli olduğunu, onu döyən polis əməkdaşlarının kim olduğunu bilmədiyini, istintaq təcridxanasına qəbul edilərkən bədənində xəsarət izləri olduğunu, bu barədə prokurorluq əməkdaşı tərəfindən ondan izahat alındığını və qərarda guya döyülməsi faktının təsdiq olunmadığını, sonradan bu barədə heç yerə şikayət etmədiyini, polis işçilərinin ona əgər 3 qram narkotiki boynuna almayacağı halda, üzərinə üç şahid durğuzub evindən iki kiloqram narkotik vasitə çıxaracaqlarını dediklərini, o da, məcbur qalıb həmin 3 qram narkotikin özünə məxsus olduğunu etiraf etdiyini bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir və təzyiq olmadan üzərində saxladığı narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. O, istintaqa şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində üzərindən aşkar edilən narkotik vasitənin özünə məxsus olduğunu, lakin həmin narkotiki satış məqsədilə deyil, öz şəxsi istifadəsi üçün əldə edib saxladığını bildirmişdir. Həmin hal iş üzrə toplanmış digər sübutlarla da öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə iclasında təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi, istintaq təcridxanasına qəbul edilərkən bədəni üzərində xəsarət izlərinin olması barədə gətirdiyi dəlillər məhkəmə tərəfindən yoxlanılmış, lakin həmin hallar məhkəmədə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasından onun adına tərtib olunmuş tibbi kitabçanın surəti əldə edilmiş, məhkəmə iclasında həmin sənədlərə baxış keçirilmişdir. Tibbi kitabçaya edilmiş qeydlərdən görünür ki, Həmid Muradov həbs olunmadan əvvəl alınmış zədələri və bədəni üzərində xəsarətlər olmasını inkar etmiş, tibbi müayinə zamanı sağ və sol dirsək nahiyəsində çapıq toxumaları aşkar edilmişdir. Məhkəmə tərəfindən Bakı şəhəri, Yasamal rayon prokurorluğuna qeyd olunan halın araşdırılıb-araşdırılmaması, müsbət halda qəbul olunmuş müvafiq qərarın məhkəməyə təqdim edilməsi barədə sorğu göndərilmişdir. Yasamal rayon prokurorluğunun 07 fevral 2023-cü il tarixli 327-xid-23 saylı məktubu ilə daxil olmuş xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tutulan zaman polis əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması barədə Bakı İstintaq təcridxanasından daxil olmuş məlumat əsasında prokurorluqda araşdırma aparılmışdır. Bu zaman təqsirləndirilən şəxsin izahatı alınmış, lakin o, həmin izahatında polis əməkdaşları tərəfindən döyülməsi barədə heç nə bildirməmiş, əksinə saxlanılarkən üzərindən şəxsi istifadəsi üçün saxladığı narkotik vasitənin aşkar olunduğunu bir daha etiraf etmişdir. Araşdırma zamanı polis əməkdaşları Şahid1 və Şahid3 da izahatları alınmış, onlar da saxlanılan şəxslərə, o cümlədən Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyini və onlara qarşı zor tətbiq edilmədiyini bildirmişlər. Araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibb ekspertizası keçirilmiş və ekspertin xx.xx.2022-ci il tarixli 263 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tibbi kitabçada qeyd olunan hər iki said nahiyəsində olan çapıqlar köhnədir, qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun deyildir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs müraciəti əsasında rayon prokurorluğunda toplanmış 261-c-22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan məsələ ilə bağlı məhkəmədə Təqsirləndirilən şəxs bildirdi ki, prokurorluq əməkdaşı tərəfindən ondan izahat alınmış və qərarla döyülmə faktı təsdiq olunmamışdır. Sonradan isə o, bu barədə heç yerə şikayət etmədiyini bildirmişdir. Göründüyü kimi, prokurorluq tərəfindən qəbul edilmiş həmin qərar sonradan təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında gətirdiyi dəlilləri onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir və onun üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib saxlaması və daşıması barədə ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut növü kimi qəbul edir. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası yuxarıda sadalanan və məhkəmədə tədqiq edilmiş bütün sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, Təqsirləndirilən şəxs 1 bükümdə 3,760 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı verilmiş ittiham məhkəmə iclasında sübuta yetirilmədi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, cinayət işinə əlavə edilmiş təhqiqat materiallarında, yəni 27 aprel 2022-ci il tarixli və 28 aprel 2022-ci il tarixli raportlarda, əməliyyat qrupunun yaradılması haqqında qərarda və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarda, şəxsi axtarış və götürmə aparılması haqqında protokolda Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması cinayətlərinin törədilməsində şübhəli bilinməsi barədə məlumat olmamışdır. Eyni zamanda, məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 da daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması barədə heç nə deyilmədiyini bildirdilər. Məhkəmə həmçinin qeyd etməyi lazım bilir ki, iş materiallarına görə toplanmış sübutlar əsasında Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. İstintaq zamanı sonradan keçən müddət ərzində təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitəni məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edə biləcək hər hansı sübut əldə edilməmiş, bütün bunlara baxmayaraq ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə istintaqın ilkin mərhələsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verdiyi ittihamı dəyişərək, narkotik vasitənin kütləsinin külli miqdar təşkil etməsi səbəbi ilə 05 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən qərarının təfsirinə əsasən, şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Baxılan cinayət işi üzrə isə ittiham tərəfi bu cür halların mövcudluğunu müəyyən edib məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 3,760 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 351.2-ci və 351.3.4-cü maddəsilərə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilibyetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunan mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin cinayət tərkibi olduğundan, əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı 27 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Yasamal RPİ, 27-ci Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 21 iyun 2022-ci il tarixli 3398 nömrəli rəyinə əsasən hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və məcburi muailicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Yasamal RPİ-nə təhvil verilmiş cinayət işi üzrə maddi sübut – Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 3,760 qram təşkil edən narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 3,560 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, İsmayıl Muradovun yaşadığı evə baxış keçirilməsi və Təqsirləndirilən şəxs üzərinə Yasamal RPİnin 27-ci Polis bölməsində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. X2 evindən aşkar edilmiş 1 ədəd dərman ampulası, 1 ədəd şüşə flakon, 3 ədəd 2 ml-lik və 2 ədəd 1 ml-lik boş şprislərlə, həmçinin İsmayıl Muradovun, Şahid4 və Şahid5 üzərindən aşkar olunmuş maddi sübutlarla bağlı məsələlərin həllinin həmin şəxslər barədə cinayət işlərinə aid olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. İş üzrə müdafiəçi - Bakı şəhəri, 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabata görə, o, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs X4 müdafiəsi ilə əlaqədar 100 saat vaxt sərf etmişdir. Lakin iş materialları nəzərdən keçirilərkən həmin hesabatın həqiqəti əks etdirmədiyi müəyyən edilmişdir. Belə ki, məhkəmə iclaslarının başlama və qurtarma vaxtlarını özündə əks etdirən protoklları, həmçinin müdafiəçinin məhkəmə iclaslarına gəlib-getməsi ilə bağlı sərf etdiyi vaxtı da nəzərə alıb məhkəmə belə hesab edir ki, iş materialları ilə tanışlıq da daxil olmaqla Müdafiəçi ümumlikdə sərf etdiyi vaxt 35 saat müəyyən edilməlidir. Ona görə də dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 110 (yüz on) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 3,760 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,560 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - 2 ədəd DVD markalı disk cinayət işinin materiallarında saxlanılsın. X2 evindən aşkar edilmiş 1 ədəd dərman ampulası, 1 ədəd şüşə flakon, 3 ədəd 2 ml-lik və 2 ədəd 1 ml-lik boş şprislər, həmçinin İsmayıl Muradovun, Şahid4 və Şahid5 üzərindən aşkar olunmuş maddi sübutlarla bağlı məsələlərin həllinin həmin şəxslər barədə cinayət işlərinə aid olması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri: - ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğndə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-303/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-303/2023
13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver