Məhkəmə qərarları › İş №1(101)-304/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-304/2020

31.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-304/2020 31.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), x1 və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi: x5, müdafiəçi: Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1986-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 2009-cu il təvəllüdlü uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olarq ünvan 2 mənzil 10 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs bir qrup şəxs halında, xuliqanlıq niyyəti ilə, həmçinin təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışları x15, Zərərçəkmiş şəxs, Şahid1 və x4 birlikdə əvvəllər dəfələrlə yığışdıqları və gecələdikləri ünvan 3 ünvanında yerləşən dayanacağın arxa hissəsindəki otluq sahədə 03 may 2017-ci il tarixdə, gecə saat 02-03 radələrində spirtli içki qəbul edib yatdıqdan sonra həmin gün saat 06 radələrində Elman Məhərrəmovu yuxudan oyadaraq Zərərçəkmiş şəxs onun (Elman Məhərrəmovun) şalvarının arxa cibini kəsib pulunu götürməsini bildirdikdə Elman Məhərrəmov ayağa qalxıb təxminən 3-5 metr aralıda yatmış Zərərçəkmiş şəxs yaxınlaşıb yuxudan oyatmış, pulunu götürməsinə iradını bildirərək yaxasından tutub ayağa qaldırmış, Zərərçəkmiş şəxs pulu götürmədiyini və pulu kimin götürməsindən xəbəri olmadığını dedikdə, Elman Məhərrəmov sərxoş halda cüzi səbəbdən, yəni cibindən üç manat məbləğində pulunu götürməsini bəhanə edib xuliqanlıq niyyəti ilə, ağır dərəcəli sərxoş vəziyyətində olması səbəbindən müqavimət göstərmək imkanından məhrum olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə yaxasından tutaraq Elman Məhərrəmov onu özünə tərəf çəkib kəllə ilə baş nahiyəsinə və gözünün qaş hissəsinə zərbə vurmuş, ardınca yumruğu ilə sifətinin sol tərəfində qaşla göz arasındakı nahiyəyə daha iki zərbə vurmuş və zərbədən arxası üstə yerə yıxılmış Zərərçəkmiş şəxs yaxasından tutub özünə tərəf çəkərək, sağ tərəfi üstə fırladıb yerə yıxaraq təpiklə ayaqqabısının alt hissəsi ilə üz-alın nahiyəsinə zərbələr vurarkən, o, Elman Məhərrəmovla həmrəy olduğunu nümayiş etdirərək sonuncuyla eyni vaxtda bir qrup şəxs halında təpik zərbələrilə ayaqqabısının alt hissəsi ilə Zərərçəkmiş şəxs üz və alın nahiyəsinə çoxsaylı təpik zərbələri vuraraq sağ qaşın tış kənarında bir ədəd əzilmiş yara və qançır, sağ göz ətrafını əhatə edən qançır, alın nahiyyəsində ortada qançır, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə nəticələnərək ölümünə səbəb olmuş xəsarətlər yetirib Zərərçəkmiş şəxs bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs təxminən 10 ilə yaxındır ki, tanımışdır. Belə ki, o, Bakı şəhərində «Yaşıl bazarda» araba ilə yük daşımaqla çörək pulu qazanmışdır. Məhz o zamanlar Müşfiqlə tanış olmuşdur. Müşfiq plastmas tara və dəmir tullantıları toplayaraq təhvil verib içkiyə xərcləyirdi. Müşfiq tüfeyli həyat tərzi sürür, daimi yaşayış yeri də olmamışdır. Müşfiqin bir mənfi xüsusiyyəti var idi. Belə ki, o, yoldaşlıq etdiyi adamlara qarşı cibgirlik edirdi. Hətta bir dəfə onun da cibindən pul oğurlamışdır. Asudə vaxtı olanda o, Müşfiqlə, əvvəllər CÇM-də tanış olduğu Elman Məhərrəmovla və digər şəxslərlə görüşüb spirtli içkilər qəbul edirdi. Bu şəxslərlə birlikdə sökülmüş “Qarabağ” mehmanxanasının yerində olan sahədə görüşüb spirtli içkilər qəbul edir, bəzən orada da gecələyirdilər. İş ondadır ki, o, 2017-ci ildə CÇM-dən çıxdıqdan sonra yaşadığı Şəmkir rayonunda iş tapa bilməyərək Bakı şəhərinə gəlmişdir. Bilirdi ki, Müşfiq Lənkəran rayonundandır, iki qızı, anası və həyat yoldaşı vardır. Müşfiqin deməsinə görə Müşfiq mahnılar bəstələmiş və oxumuş, lakin sonra içkiyə və narkotik vasitələrə qurşanmışdır. Onun Müşfiqlə dostluq münasibətləri olmuşdur. Müşfiq 2009-cu ildə Dağıstanda bir nəfərin ona 2.000 ABŞ dolları borcu olmasını, lakin həmin borcun qaytarılmadığını bildirdikdə Müşfiqlə birlikdə Dağıstana yollanmışdır ki, həmin pulu alıb Müşfiqə qaytarsın. Lakin dövlət sərhəddində Müşfiqi hansısa məsələyə görə sərhədi keçməyə icazə verməmişlər. Bu səbəbdən o, Dağıstana tək getmiş, Müşfiqə borclu olan şəxsi tapmış, məlum olmuşdur ki, Müşfiq orada da kimlərəsə pul atmış, bu səbəbdən o, Müşfiq üçün yalnız 500 ABŞ dolları alıb Azərbaycana qayıtmışdır. Həmin pulu Müşfiqlə birlikdə yeyib-içməyə xərcləmişlər. 02.05.2017-ci ildə günorta yenə o, Müşfiq və digər tüfeyli həyat tərzi sürən Tofiq, Sanya, Yaşar və Yusif adlı tanışları ilə yenə yuxarıda göstərdiyi sahədə görüşmüşlər. Elman Məhərrəmov isə onların yanına axşama tərəf gəlib çıxmış və gələrkən özü ilə spirt və siqaret alıb gətirmişdir. Elman gələnə qədər onlar artıq araq içmişlər. Elman gətirdiyi spirti də içib siqareti də çəkdikdən sonra pul qoyub yenə də spirt alıb içmişlər. Sonra o, taksafonla anasına zəng etmək üçün Elmanla birgə Dəmiryolu vağzalı tərəfə getmişdir. Onun danışığının pulunu da Elman vermişdir. Sonra isə Elman yoldan iki spirt və siqaret alıb yığışdıqları yerə qayıtmışlar. Elman alış-veriş etdikdə görmüşdür ki, sonuncunun 3 manat pulu qalmışdır. Artıq hava qaralmışdır. Onlar yenə Sanya, Müşfiq və Tofiqlə birlikdə Elman aldığı spirti içdikdən sonra olduqlprı əraziyə təxminən 35-40 yaşlarında olan Müşfiqin bir tanışı sonuncunun yanına gələrək söhbət etmişlər. Həmin şəxs bir neçə dəfə Müşfiqin yanına gəlibgetmiş, səhv etmirsə o şəxs də Lənkəranlı olmalıdır. Müşfiq həmin tanışla gedib araq alıb qayıtmış və birlikdə onu da içmişlər. Artıq gecə saatları olduğu üçün digərləri yatmış, o, isə Müşfiqlə içməyə davam etmişdir. Sanya arada ayılıb onlarla içib yenidən yatmışdır. Müşfiq də yatmaq üçün Elmanın yanına uzanmışdır. O, uzun illər Müşfiqi tanıdığı üçün sonuncunun cibə girmək kimi bir xasiyyətinin olduğunu bildiyi üçün özünü yatmış kimi aparsa da, Müşfiqə fikir vermişdir. Görmüşdür ki, Müşfiq cibindən lezva çıxardıb Elmanın arxa cibini kəsərək 3 manat pulu çıxarmışdır. O, bunu görüb bərk əsəbiləşmiş, spirtli içkinin təsirindən və birgə çörək yediyi adamların cibinə girməyini ona irad bildirdikdə Müşfiq əlində olan pulu və lezvanı kənara atmışdır. Bundan sonra Müşfiq Elmanın yanından aralanaraq başqa tərəfdə uzanmışdır. O isə Elmanı oyadıb Müşfiqin onun cibinə girdiyini demişdir. Elman ayılıb şalvarın arxa tərəfinə baxdıqda cibinin kəsildiyini, pulun isə götürüldüyünü görmüşdür. Elman da çox əsəbiləşmiş və Müşfiqə yaxınlaşaraq əvvəlcə ayağı ilə Müşfiqin ayağına vurub yuxudan oyatmış və Müşfiqə “utanmırsan cibimə girirsən?” demişdir. Müşfiq ayılaraq heç bir şeydən xəbəri olmadığını dedikdə Elman ondan ayağa qalxmasını tələb etmiş, əl atıb Müşfiqin paltosunun cibində olan şəxsiyyət vəsiqəsini götürmüş və pulunu qaytardığı halda vəsiqəni verəcəyini demişdir. Müşfiq vəsiqəsini qaytarmağı deyib bir təhər ayağa qalxanda Elman yenə ondan cibini niyə kəsdiyini soruşmuşdur. Müşfiq isə bir daha bildirmişdir ki, onun heç nədən xəbəri yoxdur. O, həmin vaxt Müşfiqin Elmanın cibini kəsdiyini və pulunu götürmək istədiyini inkar etməsindən daha da əsəbiləşib sonuncunun ünvanına söyüş söymüş və yaxınlaşıb dirsəyi ilə boğazına udlağının üstündən bir dəfə zərbə endirmişdir. Həmin zərbədən Müşfiq səndələmiş, lakin yıxılmamışdır. Bu vaxt Elman kəllə ilə Müşfiqin baş nahiyəsinə və gözünün qaş hissəsinə zərbə vurmuş, ardınca yumruğu ilə sifətindən vurmuş və Müşfiq arxası üstə yerə yıxılmışdır. Elman Zərərçəkmiş şəxs yaxasından tutub özünə tərəf çəkərək, sağ tərəfi üstə fırladıb yerə yıxaraq təpiklə ayaqqabısının alt hissəsi ilə üz-alın nahiyəsinə zərbələr endirmişdir. Müşfiqin üz-gözü qana bulaşmış və Müşfiq böyrü üstə fırlanaraq həmin formada yerdə qalmışdır. Elə həmin zaman o da yaxınlaşıb Müşfiqin ünvanına söyüş söymüşdür. x19 daha da vurmasını istəməmişdir. Ona görə də Elmanı Müşfiqdən aralamışdır. Bu vaxt Müşfiq yerdə uzanıb xırıldayırdı. Bu zaman Tofiq Müşfiqə yaxınlaşmışdır. Həmin vaxt Müşfiq sağ olmuş və öskürürdü. O, Tofiqin onların Müşfiqi vurmağını görüb-görmədiyini bilməmişdir. Lakin Tofiq ona bu barədə heç nə deməmişdir. Bir neçə dəqiqə sonra Müşfiqin səsi kəsilmişdir. O, yaxınlaşıb baxanda Müşfiqin öldüyünü başa düşmüş və paltosunu üstünə örtmüşdür. Lakin oyaq olan Tofiqə, həmçinin də yatılı olan Sanya və Elmana bu barədə heç nə deməmişdir. Sonra Tofiqlə birgə araq butulkasının içində qalanı içməyə başlamışlar. Aradan nə qədər vaxt keçdiyini bilməmişdir. Sonradan oturduqları yerə bir nəfər Müşfiqin tanışı gəlmiş, kənarda üzü örtülü vəziyyətdə olan Müşfiqə yaxınlaşaraq Müşfiqin üzünü açarkən xəsarətlərini görmüş və onu kimin belə etdiyini soruşaraq onların barəsində nalayiq sözlər demiş, sonra isə cibindən telefon çıxardaraq harasa zəng etməyə başlamışdır. O, Müşfiqin tanışının polisə zəng etdiyini zənn edərək oradan qaçıb getmişdir. Müşfiqin tanışına o deməmişdir ki, Müşfiqi o öldürmüşdür. Bir müddət Bakı şəhərində gizləndikdən sonra Balakən rayonuna getmiş, oradan isə gizli sərhədi keçərək Gürcüstanın Laqadexi rayonuna getmişdir. Lakin orada polis onu yaxalamış və sərhədi qanunsuz keçməsinə görə o, iki il müddətinə azadlıqdan məhrum edilmişdir. Ondan sonra isə Azərbaycana ekstradisiya olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş x8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, bu gün görür. Bu iş üzrə məhkum olunmuş Elman Məhərrəmovun bu məhkəmədə 2017-ci ildə keçirilmiş məhkəmə iclasında sonuncu bildirmişdir ki, oğlu Müşfiqi ikisi, yəni Elmanla Ramin birlikdə döyüb öldürmüşlər. Elman ifadəsində o zaman göstərmişdir ki, Müşfiqi birinci məhz Ramin vurmuşdur. Oğlu haqqında onu bildirir ki, sonuncu Lənkəranda orta məktəbi qızıl medalla bitirmiş, Lənkəran Dövlət Universitetinin Gömrük işi fakultəsinə qəbul olunmuş, lakin həmin fakultə ləğv olunduğu üçün təhsili yarımçıq qalmışdır. Oğlu istedadlı bəstəkar və müğənni olmuş, həmçinin idmanla məşğul olmuş, rayonun «Xəzər- Lənkəran» futbol komandasının oyunçusu olmuş, lakin həmin ərəfələrdə narkotikə qurşandığı üçün bütün nailiyyətlərdən məhrum olunmuş, işsiz qalmışdır. Oğlunu evləndirmiş, onun iki uşağı vardır, böyük qızı artıq tələbədir, oğlu isə şagirddir. Oğlu ilə birlikdə Dağıstana getmiş, burdan ora ərzaq məhsulları aparıb, oradan isə Azərbaycana tələb olunan mallar əldə edərək ticarətlə məşğul olmuşlar. Lakin oğlu Müşfiq ondan ayrılmış, Bakı şəhərində yük daşımaqla məşğul olmuş, ayrı-ayrı evlərdə kirayə qalmışdır. Müşfiq sonuncu dəfə təxminən 2017-ci ilin aprel ayının 08-10-u tarixlərində rayonda olmuş, bundan sonra Müşfiqlə heç bir əlaqələri olmamışdır. 01.05.2017-ci ildə, axşam saat 01 radələrində Müşfiq hal-hazırda unutduğu bir nömrədən ona zəng edib əhvalını soruşmuş, həmişəki kimi “Yaşıl bazarda” yük boşaltdığını, hər bir işinin qaydasında olduğunu demişdir. Bundan sonra Müşfiq onunla əlaqə saxlamamışdır. 03.05.2017-ci ildə Rusiya Federasiyasına getmiş və 05.05.2017-ci ildə onunla birgə ticarətə gedən şəxslərin birinin vasitəsi ilə ona Müşfiqin qəzaya düşməsi barədə məlumat verilmişdir. Azərbaycana qayıtdıqda isə ona məlum olmuşdur ki, oğlu öldürülmüşdür. Oğlunun qatilinə ən ağır cəza verilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Vəlihəd oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə günü görmüş, mərhum Zərərçəkmiş şəxs isə həmyerlisi kimi hadisədən təxminən 4 ay əvvəl tanımışdır. Belə ki, o, Bakı şəhərində «Yaşıl bazarda» göy-göyərti satışı ilə məşğul olmuş, Müşfiq isə bir müddət orada yük daşımışdır. Müşfiqlə birlikdə Tofiq adlı şəxs də işləmişdir. Bilirdi ki, Müşfiq tüfeyli həyat tərzi sürür, spirtli içkilərə meyillidir, gündəlik ödənişi 2 manat olan evlərdə kirayə yaşayırdı. Pulu olmayanda isə əvvəl «Qarabağ» mehmanxanası kimi tanınmış və sökülmüş binanın yerində dostları ilə gecələyirdi. O, Müşfiqi normal həyat tərzinə qaytarmağa çalışmış, hətta ona Xırdalan şəhərində iş də tapmışdır. Elə bu məqsədlə 03.05.2017-ci ildə saat 15 radələrində “Qarabağ” yataqxanasının yerləşdiyi yerə getmişdir ki, Müşfiqə ona iş tapmağı barədə məlumat versin. Həmin əraziyə yaxınlaşdıqda Tofiqin və adlarını bilmədiyi daha iki nəfər şəxsin spirt içdiyini görmüşdür. Tanımadığı həmin şəxslərdən biri hündür boylu, orta çəkili, təxminən 35-40 yaşlarında, digəri isə milliyyətcə rus olan ağ saçlı, hündür boylu, arıq bədən quruluşu, təxminən 60-70 yaşlarında rus dilində danışan şəxs olmuşdur. Onların yaxınlığında isə bir nəfər qaraşın, orta boylu, arıq bədən quruluşlu, keçəl, bığlı təxminən 50 yaşlarından yuxarı olan şəxs yatmışdır. Müşfiq isə həmin şəxslərin yaxınlığında təxminən 4-5 metr aralıda yerdə uzanıqlı vəziyyətdə üzü örtülü vəziyyətdə olmuşdur. Müşfiqin üzünü açdıqda onun sifət nahiyəsinin qan içində olduğunu görmüşdür. Hündür boylu, orta çəkili, təxminən 35-40 yaşlarında şəxs ayağa qalxaraq “Müşfiqin üzünü ört qoy yatsın” demişdir. Həmin şəxsə məhəl qoymayıb Müşfiqin bədəninə baxıb öldüyünü başa düşmüşdür. “Bunu kim belə edib?” deyərək Tofiqlə digərlərinin əyləşdiyi tərəfə gəlmişdir. Həmin vaxt hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs “mən vurub öldürmüşəm” demiş və o, 102 xidmətinə zəng edəcəyini deyib cibindən telefonu çıxartmışdır. Bunu görən Ramin oradan qaçmışdır. Raminin arxasınca ayıq olan digər şəxslər də qaçmışdır. O, 2017-ci ildə Elman Məhərrəmov adı-soyadı olan şəxsin məhkəməsində olmuşdur. Həmin Elman ifadəsində Müşfiqi Raminlə birlikdə döyüb öldürdüyünü göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, onunla birlikdə əvvəllər 12 saylı CÇM-də cəza çəkmiş, 2017-ci ildə azad olunmuşdur. Bakı şəhərində özünə iş axtardığı zaman Təqsirləndirilən şəxsla rastlaşmışdır. Raminə iş axtardığını bildirdikdə sonuncu onu «Yaşıl bazara» yük daşıyan fəhlə kimi işə düzəldəcəyini, özünün də orada fəhlə işlədiyini bildirmişdir. O, Ramin kimi gündəlik ödəniş qiyməti 2 manat olan kirayə evlərdə qalmış, bəzən isə sökülmüş «Qarabağ» mehmanxanasının yerində digər tüfeyli həyat sürmüş Tofiq, Müşfiq, Sanya və digər şəxslərlə gecələyir, hər gün əldə etdikləri spirt və arağı qəbul edirdilər. Müşfiq Raminin tanışı olmaqla onu hadisədən 10-15 gün əvvəl tanımışdır. Hadisə baş verən gün yenə qeyd etdiyi ərazidə hamısı birlikdə spirtli içkilər qəbul edib yatmışlar. Müşfiq onun yanında yatmışdır. Gecənin yarısında Ramin onu oyadaraq demişdir ki, Müşfiq şalvarının cibini kəsib pulunu götürmüşdür. Onun şalvarının arxa cibində 3 manat pulu olmuşdur. Əlini cibinə ataraq görmüşdür ki, cibi kəsilmiş, pullar isə götürülmüşdür. Bu səbəbdən əsəbləşib Müşfiqi yatdığı yerdə oyatmış, ayağa qaldırmış, ondan pulunu tələb etmiş, Müşfiq pulu götürməyi inkar etdikdə başı ilə Müşfiqin sifət nahiyyəsindən vurmuş, Müşfiq yerə yıxıldıqda təpiklə 2 dəfə başından vurmuş, sonra isə yenidən yıxılıb yatmışdır. Lakin Ramin yerdə olan Müşfiqə yaxınlaşaraq onu söyə-söyə təpikləmiş, Müşfiq hərəkətsiz qaldıqda isə paltosunu üzərinə atmışdır. Digər hallardan onun xəbəri olmamışdır. Yəni, Rafiq adlı şəxsin hadisə yerinə gəlməsi və polisə zəng etməsindən xəbəri olmamışdır. Onu yatdığı yerdə polis əməkdaşları oyadıb bölməyə aparmışlar, barəsində cinayət işi olmuş, 2017-ci ildə elə bu məhkəmədə 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bildirmək istəyir ki, o, Müşfiqi vurub ondan aralandıqdan sonra Müşfiq sağ idi, ölməmişdir. Müşfiq yalnız Raminin zərbələrindən sonra ölmüşdür. Məhkəmə iclasında ibtidai istintaq zamanı və x9 məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadələri elan olunaraq müəyyən edilmişdir ki, hadisədən təxminən 15 gün əvvəl keçmiş “Qarabağ” yataqxanasının yerində olan otluq sahədə qalan və orada mütəmadi olaraq spirtli içki qəbul edən Müşfiq, Ramin və Saşa adlı şəxslərlə tanış olmuşdur. O, Müşfiqlə uzun illərdir münasibəti olan Şahid2 vasitəsi ilə tanış olmuşdur. Təxminən 7-8 il əvvəl o, tikintidə fəhlə işləyərkən Rafiq onlara nəzarət etmiş və bundan sonra sonuncu ilə münasibəti yaranmışdır. 15-20 gün əvvəl o, keçmiş “Qarabağ” yataqxanasının yaxınlığında dəmir və digər materialların qəbulu ilə məşğul olan Qədirin mağazasına malları təhvil verib yaxınlıqdakı otluq sahəyə gedərkən orada Rafiqi görmüşdür. Rafiq onu Müşfiqlə tanış etmiş yerlisi olduğunu bildirmişdir. Bir neçə gün ərzində həmin yerə gedib gələrkən Müşfiqi orada görmüşdür. Müşfiq adətən gecələr də orada qalmışdır. Bir neçə dəfə isə o, Müşfiqlə birgə Yusifin yaxınlıqda yerləşən evində qalmışdır. Yusif ailəsindən boşanmış, yaxınlıqda qazı işığı olmayan evdə tək yaşayan “Çernobıl” hadisəsi əlili olan şəxsdir. Yusifi təxminən 5-6 il olar ki “Yaşıl” bazarda işlədiyi vaxtlardan tanımışdır. Bəzən gec saatlarda evə getməyə avtobus olmayanda o, Yusifgildə gecələmişdir. Sonradan isə təxminən 30-35 yaşlarında, deməsinə görə Gəncəli olan Müşfiqin dostu Ramin adlı şəxslə tanış olmuşdur. Demələrinə görə Ramin əvvəllər məhkum olunmuşdur. Təxminən 3-4 il əvvəl tanıdığı Yaşar adlı tanışı da bir neçə dəfə oraya onların yanına, yəni keçmiş “Qarabağ” yataqxanasının yerində olan otluq sahəyə gedib gəlmiş və birlikdə yeyib içmişlər. 5-6 gün əvvəl isə onların yanına Raminin dostu Elman gedib gəlməyə başlamışdır. Elman Raminlə birgə 7 saylı cəza çəkmə müəssisəsində cəza çəkmişdir. 5-6 gün ərzində onlar birlikdə yeyib içmişlər. 02.05.2017-ci ildə günorta saatlarında yenidən keçmiş “Qarabağ” yataqxanasının yerində olan otluq sahəyə gəlmişdir. Həmin vaxt orada Ramin, Müşfiq, Yusif, Saşa və Yaşar olmuşdur. Elman isə bir müddət sonra gəlib çıxmışdır. Hamısı birgə orada oturub Müşfiqin gətirdiyi əti kabab edib yeyib içmişlər. Elmanın gələrkən özü ilə gətirdiyi spirtləri suya qatıb içdikdən sonra birlikdə pul yığıb yenidən aldıqları spirtləri də qəbul etmişlər. Bir müddət sonra Raminlə Elman birlikdə getmişlər və hava qaraldıqdan sonra qayıdıb gəlmişlər. Onlar getdikdən sonra Yusiflə Yaşar da çıxıb getmişlər. Həmin vaxt orada Müşfiq, Saşa və o qalmışdır. Raminlə Elman qayıdarkən gətirdikləri spirti də suya qatıb birlikdə qəbul etmişlər. Bir müddət sonra Müşfiq gözətçi kimi tanıdığı Rasim adlı şəxslə birlikdə danışıb gülə-gülə harasa getmişlər və təxminən 15-20 dəqiqə sonra qayıdarkən Müşfiqin özü ilə gətirdiyi arağı da birlikdə içmişlər. Bundan sonra əvvəlcə Elman, sonra Ramin və Saşa ətrafda olan yun örtük və döşəyin üstündə uzanıb yatmışlar. O isə çantasını başının altına qoyub uzanmışdır. O, yatan zaman Müşfiq oyaq olmuş və butulkanın dibində qalan arağı içmişdir. Nə qədər vaxt keçdiyini dəqiq xatırlamasa da, hava işıqlaşan zaman Elman onu yuxudan oyadıb Müşfiqin onun şalvarının arxa cibini kəsib pulunu götürdüyünü bildirmişdir. O, yuxudan ayılıb uzandığı yerdə oturarkən Müşfiqin 5-6 metr aralıda yerdə yarı uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Ramin və Elmanın Müşfiqə təpik və yumruqla zərbələr endirdiyini görsə də, yuxulu və sərxoş olduğuna görə konkret olaraq hansı nahiyəsindən vurduqlarını seçə bilməmişdir. Zərbədən sonra Müşfiq yerə uzanmışdır. Bundan sonra x20 təpiklə vurmağa davam etmişlər. Özünü toplayıb ayağa qalxıb Müşfiqin olduğu yerə yaxınlaşmışdır. Müşfiq üzü üstə uzanıqlı vəziyyətdə olmuşdur. Yaxınlaşanda Müşfiq sağ olmuş, üzü qan içində, hərəkətsiz halda zarıyıb “qoyma öldürdülər” demiş və bərk öskürmüşdür. Həmin vaxt hamısı sərxoş olduqlarından müvazinətlərini güclə saxlayıb hərəkət etmişlər. Sonra hamısı əvvəl uzandıqları yerə qayıtmışlar. Elman Müşfiqin olduğu yerdən 4- 5 metr aralıda uzanıb yatmışdır. Raminlə o isə yaxınlıqda əyləşib araq butulkasının dibində qalan arağı içməyə davam etmişlər. Saşa da yuxudan oyanıb onlarla birgə içməyə başlamışdır. Lakin Saşanın baş verənlər barədə ümumiyyətlə məlumatı olmamışdır. Həmin vaxt o, Müşfiqin ölməsini bilməmişdir. Çünki Müşfiq həm hərəkət etmiş, həm də o özü də sərxoş və yuxulu olduğuna görə baş verənləri dərk edə bilməmişdir. Bir müddət sonra Rafiq oraya gəlmişdir. Rafiq nə baş verdiyini soruşduqda Ramin Müşfiqin yatdığını demişdir. Rafiq Müşfiqin bədənini yoxlayıb “bunu kim belə edib?” deyərək onlara tərəf gəlmişdir. Ramin “mən vurub öldürmüşəm” dedikdə Rafiq 102 xidmətinə zəng edəcəyini deyib cibindən telefonu çıxartmışdır. Baş verən hadisələri tam dərk etməmiş və sərxoşluğu səbəbindən nə edəcəyini bilmədiyi üçün Ramin yerindən qalxıb “Yaşıl” bazar istiqamətində qaçarkən o və Saşa da qarajın çıxışına tərəf qaçmışlar. Elman isə orada yatılı vəziyyətdə qalmışdır. Oradan qaçıb evinə getmiş və bundan sonra baş verənlər barədə məlumatı olmamışdır. Sonradan ifadəsinin alınması üçün Nərimanov rayon prokurorluğuna çağırılarkən Müşfiqin Ramin və Elman tərəfindən döyülməsi nəticəsində öldüyünü bilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimonov rayon 18-ci PB-nin məsul növbətçisinin Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PB-nin rəisinə ünvanlanan 03.05.2017-ci il tarixli patortdan müəyyən olunur ki, 03.05.2017-ci il tarixdə , saat 14:57-də x12 DİN-nin 102 xidmətinə zəng vuraraq Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində köhnə “Qarabağ” mehmanxanasının qarşısında tanımadığı bir nəfər şəxsin başından xəsarət alması baədə məlumat vermişdir. Məhkəmədə elan edilib araşdırılmış 03.05.2017-cı il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan müəyyən olunur ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən keçmiş «Qarabağ» mehmanxanasının yerləşdiyi ərazidə olan dayanacaq və arxasında yerləşən boş otlaq sahədir. Otların içərisi ilə sahəyə doğru hərəkət edərkən dayanacaqdan 110 metr aralıqda meyit aşkar edilmişdir. Meyitdən 3-5 metr aralıqda qırmızı göy rəngli zolaqları olan döşək, yanında sarı rəngli matras, üzəri sarı örtüklü, qanabənzər qəkələri olan yastıq vardır. Hadisə yerində soxsaylı boş 0,5 ml ölçüdə etil spirti qabları, boş su butulkaları, üzərində qana bənzər ləkələr olan karton ötrükləri, boş sekllafon torbalar vardır. Meytin baş hissəsi olan yerdə və digər ətrafda otlar üzərində qırmızı rəngli qanabənzər ləkələr aşkar edilmişdir. Meytin baş nahiyyəsinə yaxın məsafədə göy rəngli asma xəstələri üçün nəzərdə tutulan dərman, ayaq hissəsindən 3 metr aralıda 50 sm uzunluqda dəmir boru aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 27.05.2017-ci il tarixli, 57 saylı rəyindən müəyyən olunur ki, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin üzərində sağ qaşın tış kənarında bir ədəd əzilmiş yara və qançır, sağ göz ətrafını əhatə edən qançır, alın nahiyəsində ortada qançır, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma xəsarətinin olması müəyyən edilmişdir. Göstərilən xəsarətlər güclü küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə yəni, 03.05.2017- ci ildə törənməsi mümkündür. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına baş vermiş qansızma olmuşdur. Ölüm meyidin müayinəsindən təxminən 8-10 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə - kimyəvi tədqiqatı nəticəsində 3,6 % etil spirti aşkar edilmişdir ki, bu müvcud təlimata əsasən ağır dərəcəli sərxoşluq kimi qiymətləndirilmişdir. Kimyəvi tədqiqat zamanı qanda narkotik maddə aşkar edilməmişdir. Meyit üzərində olan xəsarətlərin hamısının baş nahiyəsində yerləşməsi, həyatı xəsarətlər olması, hər birindən baş beyin toxumasına qansızmanın baş verməsi və onların hər birinin ölümə səbəb ola bilməsi səbəbindən ayrı - ayrılıqda sağlamlığa zərər vurma dərəcəsini təyin etmək mümkün olmamışdır. Zərərçəkmiş şəxs xəsarəti aldıqdan sonra qısa müddətdə ərzində məqsəd yönlü hərəkətlər etmək iqtidarında olmuşdur, yəni onun yerimək, qışqırmaq, sürünmək və s. hərəkətlər etməsi mümkün olmuş və həmin xəsarətləri aldıqdan sonra onun ölümü qısa müddət ərzində baş vermişdir. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərin əllə, başla və ya ayaqqabı geyinilmiş ayaqla yetirilməsi mümkün hesab edilmişdir. Xəsarətləri alarkən Zərərçəkmiş şəxs bədəninin ön səthi ona xəsarət yetirilmiş alətə tərəf yönəlmiş olmuşdur. Zərərçəkmiş şəxs sağlığında qaraciyərin piy distrofiyası xəstəliyindən əziyyət çəkmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi-bioloji ekspertizasının 08.06.2017-ci il tarixli, 283/2017 MTBŞ saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- Abeta(H)/İİ müəyyən edilmişdir. Həmçinin ********* nömrəli iş üzrə təqsirləndirilən şəxs x9 da ABO sistemi üzrə qan qrupu- Abeta(H)/İİ-dir. Ekspertizaya təqdim olunmuş E.Məhərrəmovun alnından 02 ədəd çubuqlu pambıq tampona götürülmüş ləkələrdə, hadisə yerindən 03 ədəd çubuqlu pambıq tampona götürülmüş ləkələrdə, 02 ədəd karton parçası, qəzet kəsiyi, atlas material kəsiyi, E.Məhərrəmova məxsus köynək, pulover, şalvar, jaket, ayaqqabının sağ tayı, Zərərçəkmiş şəxs məxsus 01 cüt krasovka, trusik, şalvar, köynək və palto üzərində insan qanı aşkar olunmuşdur. Tədqiq olunan qan ləkələrinin qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda «A» və «H» antigenləri alınmışdır. Bu qan ləkələri Abeta(H)/İİ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya x10 məxsus ola bilər (əgər sonuncuda qanaxma ilə müşaiyət olunan xəsarət olubsa). Təqsirləndirilən şəxs E.Ə.Məhərrəmova məxsus ayaqqabının sol tayı üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Həmçinin ekspertizaya тəqdim olunan 05 ədəd 100ml-lik tibbi spirt butulkaları üzərində ağız suyu aşkar olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 03.05.2017-ci il tarixli, 405 saylı rəyindən müəyyən olunur ki, x9 almış olduğu xəsarətlər – alın nahiyəsinin sıyrıqları küt əşyanın (alət) təsirindən törənmişlər, müddəti müayinədən 1-2 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi-bioloji ekspertizasının 08.06.2017-ci i tarixli, 283/2017 MTBŞ saylı rəyindən müəyyən olunur ki, Abeta(H)/İİ qruplu şəxsə məxsus olan qan nümunələri Zərərçəkmiş şəxs məxsus olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi-kriminalistik ekspertizasının 12.06.2017-ci il tarixli, 191/2017 MTKŞ saylı rəyindən müəyyən olunur ki, ********* nömrəli iş üzrə təqsirləndirilən şəxs x10 məxsus şalvarın sol arxa cibinin üzərində bir ədəd dəlib-keçən zədə aşkar olunmuşdur. Bu zədənin forma, xarakteri və morfoloji əlamətlərinə görə demək olar ki, bu zədə küt yaranma mexanizminə malik olan cırılmadır, şalvarın müvafiq nahiyyəsinin kəskin gərilibdartılması nəticəsində yaranmışdır. E.Məhərrəmova məxsus köynək, jaket, gödəkçə və bir cüt ayaqqabı üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar edilməmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın arxa səthində sağ cibin üzərində üç ədəd dəlib-keçməyən zədələr və köynəyin arxa orta səthində yuxarıda iki ədəd dəlibkeçən zədələr aşkar olunmuşdur. Bu zədələr forma, xarakteri və morfoloji əlamətlərinə görə küt yaranma mexanizminə malik olan cırılma zədələridir, paltarların müvafiq nahiyyələrinin hər hansı bir predmetə ilişib - dartılması nəticəsində yaranmışdırlar. Zərərçəkmiş şəxs məxsus tuman, palto və bir cüt idman ayaqqabısı üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar edilməmişdir. E.Məhərrəmova məxsus köynəyin yaxalığının sol küncünə yaxın və 2-ci ilgəyə yaxın daxili, şalvarının sol ayağının ön aşağı səthində olan ləkələrin morfoloji əlamətlərinə görə bu ləkələrin yaxma xarakterli olub, qan mənbəyi ilə dinamiki kontakt nəticəsində əmələ gəlməsi müəyyən edilmişdir. Şalvarın sağ ayağının ön aşağı səthində olan ləkələrin morfoloji əlamətlərinə görə isə onların qan mənbəyinə (qanlı səthə) cüzi olaraq əlavə kinetik impuls verməklə düşən “sıçrantı” xarakterli ləkələr olması müəyyənləşdirilmişdir. Şalvarın sağ ayağının ön aşağı səthində olan ləkələrin morfoloji əlamətlərinə görə bu ləkələr yaxma xarakterli olmaqla qan mənbəyi ilə dinamiki kontakt nəticəsində əmələ gəlmişdir. 170066050 nömrəli iş üzrə təqsirləndirilən şəxs E.Məhərrəmova məxsus gödəkçənin üzərində, ön yuxarı səthində olan ləkələr morfoloji əlamətlərinə görə yaxma xarakterli olub, qan mənbəyi ilə dinamiki kontakt nəticəsində əmələ gəlmişdir. Jaketin sol döş nahiyəsində olan ləkələrin morfoloji əlamətlərinə görə isə bu ləkələrin qan mənbəyinə (qanlı səthə) cüzi olaraq əlavə kinetik impuls verməklə “sıçrantı” xarakterli ləkələr olması müəyyən edilmişdir. Ayaqqabının sağ tayının dabanının yan tərəfində olan ləkələrin morfoloji əlamətlərinə görə yaxma xarakterli olub, qan mənbəyi ilə dinamiki kontakt nəticəsində əmələ gəlməsi müəyyənləşmişdir. Zərərçəkmiş şəxs məxsus köynəyin bütün səthi boyu, əsasən ön yuxarı səthində, şalvarın bütün nahiyəsində, tumanın arxa sol yan tərəfində, paltonun bütün səthində olan ləkələrin morfoloji əlamətlərinə görə bu ləkələrin qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt və az dinamiki (az hərəkətli) kontakt nəticəsində fiziki-kapilyarlıq faktoru üzrə toxuma daxilinə hopması aşkar edilmişdir. Paltonun yuxarı səthində və yaxalığının, idman ayaqqabısının sol tayı üzərində olan ləkələrin morfoloji əlamətlərinə görə isə müəyyən edilmişdir ki, bu ləkələr qan mənbəyinə (qanlı səthə) cüzi olaraq əlavə kinetik impuls verməklə düşən “sıçrantı” xarakterli ləkələrdir. İdman ayaqqabısının sol və sağ tayı üzərində olan ləkələrin morfoloji əlamətlərinə görə isə bu ləkələrin yaxma xarakterli olub, qan mənbəyi ilə dinamiki kontakt nəticəsində əmələ gəlməsi aşkarlanmışdır. Balış üzü (kəsik hissəsi), karton və qəzet parçaları üzərlərində olan ləkələrin morfoloji əlamətlərinə görə müəyyən edilmişdir ki, bu ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt və az dinamiki (az hərəkətli) kontakt nəticəsində fiziki-kapilyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. Məhkəmədə elan edilib araşdırılmış komplek ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 06.12.2019-cu il tarixli, 2538 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərərkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak edə bilər. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual-mnestik imkanları normaya uyğundur. Emosional iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs hadisələ baş verən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 05.12.2019-cu il tarixli, 2888 saylı rəyindən müəyyən olunur ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi ilə yanaşı, alkoldan sui-istifadə edilməsi ilə nəticəsində Asılılıq Sindromu, Alkoqolizm xəstəliyi aşkar olunur. Təqsirləndirilən şəxs 24.09.2009-cu ildən “Çətənə narkomaniyası” diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzində qeydiyyatdadır. Məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmədə elan edilib araşdırılmış “ittiham elan etmək üçün şəxsin tutulması və axtarış elan edilməsi haqqında” 02.07.2017-ciil tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini ehtimal etməyə əsaslar olduğu üçün tutularaq Nərimanov RPİ-nin MSY-nə təhvil verilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 18.08.2017-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün işi üzrə icraat dayandırılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin 078-36847 saylı, 15.11.2017-ci il tarixli məktubundan müəyyən olunur ki, axtarışda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarını qeyri-rəsmi yolla keçərək Gürcüstan Respublikasına getmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 06.12.2017-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2 və 120.2.9-cu maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri müəyyən edilmiş, həbsetmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. 07.11.2019-cu ildə Həsənov x11 Respublikası tərəfindən Azərbaycan Respublikasına təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 2756 saylı, 12.05.2017-ci il tarixli məktubundan müəyyən olunur ki, arxiv məlumatlarına əasən Təqsirləndirilən şəxs 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli hökmündən müəyyən olunur ki, x15 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2 və 120.2.9-cu maddələri ilə təqsirli bilinərək czasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum edilmişdir. Həmin iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Nərimanov rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş 03 ədəd tampon, 02 ədəd qan nümunəsi, bir ədəd üzərində qana bənzər ləkələr olan balış üzündən kəsilmiş hissə, bir ədəd qəzet hissəsi, bir ədəd karton hissəsi, Zərərçəkmiş şəxs məxsus bir ədəd boz rəngli tuman, bir ədəd göy rəngli şalvar, bir ədəd qara rəngli kəmər, bir ədəd qara rəngli uzun qol köynək, bir ədəd qara rəngli palto və bir cüt ağ rəngli idman ayaqqabısı, x9 hadisə zamanı əynində olmuş qara-boz rəngli zəncirbəndli bir ədəd yun jaket, bir ədəd boz rəngli yun jaket, bir ədəd qəhvəyi damalı qısa qol köynək, qara rəngli bir ədəd şalvar və bir cüt qara rəngli ayaqqabı məhv edilməsi və iş üzrə 67,20 manat pulun ekspertiza xərclərinin Elman Məhərrəmovdan tutularaq dövlət nəfinə köçürülməsi qət edilmişdir. Bakı şəhər Nərimanov rayon prokurorluğunun 70066050 saylı, 16.05.2018-ci il tarixli məktubundan müəyyən olunur ki, ayrılmış cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi ilə əlaqədar həmin əşyaların maddi sübut kimi tanınması halı mümkün ola bildiyindən onların məhv edilməsi mümkün deyildir. Məhkəmədə elan edilib araşdırılmış 07.01.2019-cu ildə Nərimanov rayon prokurorluğuna daxil olmuş məlumat əsasında müəyyən edilmişdir ki, Həsənov x11 Respublikası Qurcahani rayon Məhkəməsinin 09.07.2018-ci il tarixli hökmü ilə Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci hissəsinin “A” və üçüncü hissəsinin “D” yarımbəndi, 177-ci maddəsinin 2-ci hissəsinin “B” yarımbəndi (oğurluq) və 344-cü maddəsinin birinci hissəsi maddələri ilə (Dövlər Sərhəddini qanunsuz keçmə) təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilmiş və 27.06.2019-cu ildə cəzadan vaxtından əvvəl azad olunmuşdur. Gürcüstan Respublikası Rustavi şəhər Məhkəməsinin Cinayət İşləri üzrə Kollegiyasının 28.06.2019-cu il tarixli qərarı ilə 27 iyun 2019-cu ildə Rustavi şəhər 17 saylı cəzaçəkmə müəssisəsinə yaxın ərazidə Gürcüstan DİN x18 Departamentinin əməkdaşları tərəfindən həbs edilən Təqsirləndirilən şəxs barəsində ekstradisiya olunması ilə əlaqədar olaraq 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və o, Xüsusi Penitensiar Xidmətin 6 saylı müəssisəsinə yerləşdirilmişdir. Gürcüstan Respublikası Tbilisi şəhər Məhkəməsinin Cinayət İşləri üzrə İstintaq, Məhkəməyəqədər İclas və İşə mahiyyəti üzrə baxan Kollegiyasının 25.09.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ekstradisiya həbsinin müddəti əlavə olaraq 3 (üç) ay - 6 (altı) ayadək – 27 dekabr 2019-cu ilədək uzadılmışdır. Gürcüstan Respublikası Tbilisi şəhər Məhkəməsinin Cinayət işləri üzrə İstintaq, Məhkəməyəqədər iclas və İşə mahiyyəti üzrə baxan Kollegiyasının 18.10.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsi məqsədi ilə Azərbaycan Respublikasına ekstradisiya edilməsi haqqında qərar qəbul edilərək sonuncuya elan edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və x7 tərəfindən cavablandırılmış tələbnamədən və hökmlərin surətlərindən, müəyyən olunmuşdur ki, o əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami rayon məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirlim bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26.02.2011-ci ildə həmin cinayətə görə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Gəncə şəhəri, Nizami rayon məhkəməsinin 17.03.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum edilmiş, 26.04.2017-ci ildə cəzadan vaxtından əvvəl azd olunmuşdur. Lakin həmin cinayətə görə onun məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayəti isə 03.05.2017-ci ildə törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi ağırlaşdırıcı hal kimi nəzərdə tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə ona təyin oluna bilən cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2 və 120.2.9cu maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2 və 120.2.9-cu maddələri ilə tövsif etmişdir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli qərarın 6-cı bəndində qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Həmin Plenum qərarının 13-cü bəndində qeyd edilmişdir ki, CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Beləliklə, istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bir qrup şəxs halında, xuliqanlıq niyyəti ilə, həmçinin təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs tanışları x15, Zərərçəkmiş şəxs, Şahid1 və x4 birlikdə əvvəllər dəfələrlə yığışdıqları və gecələdikləri ünvan 3 ünvanında yerləşən dayanacağın arxa hissəsindəki otluq sahədə 03 may 2017-ci il tarixdə, gecə saat 02-03 radələrində spirtli içki qəbul edib yatdıqdan sonra həmin gün saat 06 radələrində Elman Məhərrəmovu yuxudan oyadaraq Zərərçəkmiş şəxs onun (Elman Məhərrəmovun) şalvarının arxa cibini kəsib pulunu götürməsini bildirdikdə Elman Məhərrəmov ayağa qalxıb təxminən 3-5 metr aralıda yatmış Zərərçəkmiş şəxs yaxınlaşıb yuxudan oyatmış, pulunu götürməsinə iradını bildirərək yaxasından tutub ayağa qaldırmış, Zərərçəkmiş şəxs pulu götürmədiyini və pulu kimin götürməsindən xəbəri olmadığını dedikdə, Elman Məhərrəmov sərxoş halda cüzi səbəbdən, yəni cibindən üç manat məbləğində pulunu götürməsini bəhanə edib xuliqanlıq niyyəti ilə, ağır dərəcəli sərxoş vəziyyətində olması səbəbindən müqavimət göstərmək imkanından məhrum olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə yaxasından tutaraq Elman Məhərrəmov onu özünə tərəf çəkib kəllə ilə baş nahiyəsinə və gözünün qaş hissəsinə zərbə vurmuş, ardınca yumruğu ilə sifətinin sol tərəfində qaşla göz arasındakı nahiyəyə daha iki zərbə vurmuş və zərbədən arxası üstə yerə yıxılmış Zərərçəkmiş şəxs yaxasından tutub özünə tərəf çəkərək, sağ tərəfi üstə fırladıb yerə yıxaraq təpiklə ayaqqabısının alt hissəsi ilə üz-alın nahiyəsinə zərbələr vurarkən, o, Elman Məhərrəmovla həmrəy olduğunu nümayiş etdirərək sonuncuyla eyni vaxtda bir qrup şəxs halında təpik zərbələrilə ayaqqabısının alt hissəsi ilə Zərərçəkmiş şəxs üz və alın nahiyəsinə çoxsaylı təpik zərbələri vuraraq sağ qaşın tış kənarında bir ədəd əzilmiş yara və qançır, sağ göz ətrafını əhatə edən qançır, alın nahiyyəsində ortada qançır, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə nəticələnərək ölümünə səbəb olmuş xəsarətlər yetirib Zərərçəkmiş şəxs bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs “çətənə narkomaniyası” və alkoqolizm xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağirlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədlərii açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət hadisəsinin bütün hallarını, təqsirləndirilən şəxsi səciyyələndirən halları, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2 və 120.2.9-cu maddələrinin sanksiyası çərçivəsində cəza təyin etməklə mümkündür. Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş əməllər Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid edillir və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, cəzasının əvvəli isə tutulduğu 27 iyun 2019-cu il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Bakı şəhərİ Nərimanov prokurorluğunun maddi sübutlar otağında saxlanılan - hadisə yerinə baxış zamanı götürülmüş qana bənzər ləkələrdən xüsusi tampon vasitəsi 03 ədəd, təqsirləndirilən şəxs x9 alnında olan qana bənzər ləkələrdən xüsusi tampon vasitəsi 02 ədəd qan nümunəsi, hadisə yerində aşkarlanmış üzərində qana bənzər ləkələr olan bir ədəd balış üzündən kəsilmiş hissə, bir ədəd qəzet hissəsi, bir ədəd karton hissəsi, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd boz rəngli tuman, bir ədəd göy rəngli şalvar, bir ədəd qara rəngli kəmər, bir ədəd qara rəngli uzun qol köynək, bir ədəd qara rəngli palto və bir cüt ağ rəngli idman ayaqqabısı, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs x9 hadisə zamanı əynində olmuş qara-boz rəngli zəncirbəndli bir ədəd yun jaket, bir ədəd boz rəngli yun jaket, bir ədəd qəhvəyi damalı qısa qol köynək, qara rəngli bir ədəd şalvar və bir cüt qara rəngli ayaqqabı məhv edilməlidir. İş üzrə ekspertiza xərcinə dair məsələnin Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1204\2017 saylı, 10 oktyabr 2017-ci il tarixli hökmü ilə həll edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 5 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 150 AZN (yüz əlli manat) pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 27 iyun 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan və alkoqolizmdən müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov prokurorluğunun maddi sübutlar otağında saxlanılan - hadisə yerinə baxış zamanı götürülmüş qana bənzər ləkələrdən xüsusi tampon vasitəsi 03 ədəd, təqsirləndirilən şəxs x9 alnında olan qana bənzər ləkələrdən xüsusi tampon vasitəsi 02 ədəd qan nümunəsi, hadisə yerində aşkarlanmış üzərində qana bənzər ləkələr olan bir ədəd balış üzündən kəsilmiş hissə, bir ədəd qəzet hissəsi, bir ədəd karton hissəsi, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd boz rəngli tuman, bir ədəd göy rəngli şalvar, bir ədəd qara rəngli kəmər, bir ədəd qara rəngli uzun qol köynək, bir ədəd qara rəngli palto və bir cüt ağ rəngli idman ayaqqabısı, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs x9 hadisə zamanı əynində olmuş qara-boz rəngli zəncirbəndli bir ədəd yun jaket, bir ədəd boz rəngli yun jaket, bir ədəd qəhvəyi damalı qısa qol köynək, qara rəngli bir ədəd şalvar və bir cüt qara rəngli ayaqqabı məhv edilsin. İş üzrə ekspertiza xərcinə dair məsələnin Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1204\2017 saylı, 10 oktyabr 2017-ci il tarixli hökmü ilə həll edilməsi nəzərə alınsın. Göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi x6 üçün 150 AZN (yüz əlli manat) pul Bakı şəhər 5 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar