Məhkəmə qərarları › İş №1(101)-304/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-304/2021

05.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-304/2021 05.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X19 və X6, Dövlət ittihamçısı –Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxx 1990-cı ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Quba şəhəri, Heydər Əliyev prospekti 180 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə satışını birgə həyata keçirəcəkləri barədə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qanunsuz olaraq çətənə bitkisindən küstar üsulla hazırlanmış 59,563 qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, tiryəkdən kustar üsulla hazırlanmış 20,361 qramdan artıq çəkidə külli miqdarda narkotik vasitə heroin və 5,182 qramdan artıq çəkidə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib heroindən ayrı- ayrılıqda çəkiləri 0,791 qram, 0,852 qram və 0,821 qram olan 3 bükümdə ümumilikdə 2,464 qramını satış məqsədi ilə üzərində saxlamış, qalan narkotik vasitələr və psixotrop maddələri istifadəsində olan Quba şəhəri Heydər Əliyev prospekti 180 ünvanında yerləşən evə daşıyaraq marixuananı kibrit qutularına, heroin və metamfetamini isə polietilen bükümlərə yığaraq saxlamaqla satışını həyata keçirməsini Cəbrayıl llyasova tapşırmış, sonuncu 02 dekabr 2019-cu il saat 23 radələrində onun tapşırığı əsasında bir ədəd kibrit qutusunda 1,007 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı daşıyaraq ünvan 4 ünvanının qarşısına gətirib Şahid1 70 manata satdıqdan sonra Quba RPŞ əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində 03 dekabr 2019-cu il saat 16 radəiərində Quba şəhəri Heydər Əliyev prospekti 180 ünvanının qarşısında saxlanılaraq şəxsi axtarışı aparılmaqla satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri psixotrop maddə metamfetamindən üzərində saxladığı 1 ədəd polietilen bükümdə 0,122 qram çəkidə olan hissəsi əynindəki qara rəngli gödəkcənin sol cibindən və Quba şəhəri Heydər Əliyev prospekti 180 ünvanında yerləşən evə baxış keçirilməklə ayrı-ayrılıqda çəkiləri 0,142 qram, 6,061 qram, 5,729 qram, 5,633 qram, 6,168 qram, 5,422 qram, 6,247 qram, 5,287 qram, 6,395 qram, 5,894 qram, 5,307 qram olan 11 ədəd kibrit qutusunda, həmin kibrit qutularının birinin içərisində bir ədəd kağız bükülüdə 0,271 qram olmaqla ümumilikdə 58,556 qram narkotik vasitə qurudulmuş marixuana, ayrı-ayrılıqda çəkiləri 15,248 qram, 0,423 qram, 0,440 qram, 0,458 qram, 0,427 qram, 0,446 qram, 0,455 qram olan 7 ədəd polietilen bükümlərdə ümumi çəkisi 17,897 qram külli miqdarda narkotik vasitə heroin və ayrı-ayrılıqda çəkiləri 0,103 qram, 0,102 qram, 0,127 qram, 0,114 qram, 0,125 qram, 0,127 qram, 0,116 qram, 0,130 qram, 0,115 qram, 3,112 qram, 0,399 qram, 0,258 qram, 0,232 qram olan 13 ədəd polietilen bükümdə ümumi çəkisi 5,060 qram külli miqdarda psixotrop maddə metamfetamin həmin evdən, həmçinin Quba RPŞ əməkdaşları tərəfindən davam etdirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 07 dekabr 2019-cu il saat 19 radələrində Quba şəhəri Fətəlixan küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən əynində olan yaşıl rəngli gödəkcəsinin sağ yan cibindən ayrı-ayrılıqda çəkiləri 0,791 qram, 0,852 qram və 0,821 qram olan 3 bükümdə ümumilikdə 2,464 qram çəkidə külli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, 03 dekabr 2019-cu il saat 01 radələrində şəxsiyyətləri istintaqa məlum olmayan təxminən 3-4 nəfər şəxslə bir qrup şəxs halında Gəndob-Quba yolunun Quba rayonu ərazisindən keçən hissəsində yerləşən «Qafqaz oil» yanacaq doldurma məntəqəsinin yaxınlığında aralarında telefon danışığı zamanı bir-birlərini qarşılıqlı təhqir etmələrini bəhanə edərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli hərəkətlər etməklə X1 qismində hərəkətdə olduğu Şahid5 idarə etdiyi «VAZ-2107» markalı o273km05rus Rusiya Federasiyasına aid qeydiyyat nişanlı avtomobili həmin yolla Quba şəhəri istiqamətində hərəkət etdiyi vaxtda arxadan özlərinin hərəkətdə olduqları «Mersedes» markalı qeydiyyat nişanları məlum olmayan avtomobildən işıq siqnalı verməklə saxlatdırdıqdan sonra avtomobildən düşən Zərərçəkmiş şəxs sürücü Şahid5 və digər sərnişin Şahid4 yanında özü ilə gəlmiş şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə birgə nalayiq ifadələrlə təhqir edərək əlləri və ayaqları ilə bədəninin müxtəlif nahiyələrindən, həmçinin o, özündə olan silah qismində istifadə etdiyi bıçaqla onun sağ sağrı nahiyəsindən 4 dəfə və sağ bud nahiyəsindən 1 dəfə vurmaqla Zərərçəkmiş şəxs sağ sağrıda bir-birinə yaxın 4 yerdə, sağ budun orta 1/3-nin arxa səthində bir yerdə deşilmiş- kəsilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə satışını birgə həyata keçirəcəkləri barədə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qanunsuz olaraq çətənə bitkisindən küstar üsulla hazırlanmış 59,563 qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, tiryəkdən kustar üsulla hazırlanmış 20,361 qramdan artıq çəkidə külli miqdarda narkotik vasitə heroin və 5,182 qramdan artıq çəkidə külli miqdarda psixotrop maddə metamfetamini əidə etdikdən sonra Təqsirləndirilən şəxs1 heroindən ayrı-ayrılıqda çəkiləri 0,791 qram, 0,852 qram və 0,821 qram olan 3 bükümdə ümumilikdə 2,464 qramını satış məqsədi ilə üzərində saxlamış, qalan narkotik vasitələr və psixotrop maddələri istifadəsində olan Quba şəhəri Heydər Əliyev prospekti 180 ünvanında yerləşən evə daşıyaraq marixuananı kibrit qutularına, heroin və metamfetamini isə polietilen bükümlərə yığaraq saxlamaqla satışını həyata keçirməsini ona tapşırmış, o, 02 dekabr 2019-cu il saat 23 radələrində Təqsirləndirilən şəxs1 tapşırığı əsasında bir ədəd kibrit qutusunda 1,007 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı daşıyaraq ünvan 4 ünvanının qarşısına gətirib Şahid1 70 manata satdıqdan sonra Quba RPŞ əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində 03 dekabr 2019-cu il saat 16 radələrində Quba şəhəri Heydər Əliyev prospekti 180 ünvanının qarşısında saxlanılaraq şəxsi axtarışı aparılmaqla satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri psixotrop maddə metamfetamindən üzərində saxladığı 1 ədəd polietilen bükümdə 0,122 qram çəkidə olan hissəsi əynindəki qara rəngli gödəkcənin sol cibindən və Quba şəhəri Heydər Əliyev prospekti 180 ünvanında yerləşən Təqsirləndirilən şəxs1 istifadəsində olan evə baxış keçirilməklə ayrı- ayrılıqda çəkiləri 0,142 qram, 6,061 qram, 5,729 qram, 5,633 qram, 6,168 qram, 5,422 qram, 6,247 qram, 5,287 qram, 6,395 qram, 5,894 qram, 5,307 qram olan 11 ədəd kibrit qutusunda, həmin kibrit qutularının birinin içərisində bir ədəd kağız bükülüdə 0,271 qram olmaqla ümumilikdə 58,556 qram narkotik vasitə qurudulmuş marixuana, ayrı-ayrılıqda çəkiləri 15,248 qram, 0,423 qram, 0,440 qram, 0,458 qram, 0,427 qram, 0,446 qram, 0,455 qram olan 7 ədəd polietilen bükümlərdə ümumi çəkisi 17,897 qram külli miqdarda narkotik vasitə heroin və ayrı-ayrılıqda çəkiləri 0,103 qram, 0,102 qram, 0,127 qram, 0,114 qram, 0,125 qram, 0,127 qram, 0, 127 qram, 0, 114 qram, 0,125 qram, 0,127 qram, 0, 116 qram, 0,130 qram, 0,115 qram, 3,112 qram, 0,399 qram, 0,258 qram, 0,232 qram olan 13 ədəd polietilen bükümdə ümumi çəkisi 5,060 qram külli miqdarda psixotrop maddə metamfetamin həmin evdən, həmçinin Quba RPŞ əməkdaşları tərəfindən davam etdirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 07 dekabr 2019-cu il saat 19 radəiərində Quba şəhəri Fətəlixan küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən əynində olan yaşıl rəngli gödəkcəsinin sağ yan cibindən ayrı-ayrılıqda çəkiləri 0,791 qram, 0,852 qram və 0,821 qram olan 3 bükümdə ümumilikdə 2,464 qram çəkidə külli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəlidir, Quba şəhərində yaşamışdır, son vaxtlar həyat yoldaşı xəstə olduğu üçün Bakıya müalicə almağa getmiş və Bakıda kirayədə yaşamışlar. 2019-cu ilin noyabr ayında Quba şəhərində qonşusu olmuş Təqsirləndirilən şəxs2 ona məxsus “Tofaş”markalı avtomobili idarə edərkən səkiyə vurub əzmiş və maşını orada qoyub evə getmişdir. Sonradan bilmişdir ki, Quba şəhərindən tanıdığıBəxtiyar adlı şəxs onun avtomobilində olan “Pioneer” markalı maqnitofonu götürmüşdür. O, Bəxtiyara zəng vurmuş və nə səbəbə maşından maqnitofonu götürdüyünü soruşmuşdur. Bəxtiyar ona “əcəb eləmişəm, götürmüşəm, vermirəm, vaxtında deyərdin maqnitofonu qaytar” demişdir. O, Bəxtiyara kobud cavab verməmiş, sonuncunun da onunla niyə belə danışdığını bilməmiş, hətta Bəxtiyar ona söyüş söymüşdür. O, müalicə aldığı üçün nə həmin gün, nə də səhərisi gün Qubaya gedə bilməmişdir. Bəxtiyar hər gün ona zəng edib onunla artıq-əskik danışmış, tanışlarını nə səbəbə üstünə göndərdiyini, öz söhbətini özünün həll etməsini ona bildirmişdir. Daha sonra aparıb maqnitofonu qardaşının qaynına qaytarmışdır. O, taksi ilə Qubaya gedəndə yolda Bəxtiyarı görmüş və maşını saxladıb yolda Bəxtiyarla mübahisə etmişdir. Lakin aralarında dava olmamışdır. Həmin günü paltarlarını götürüb Bakıya qayıtmışdır. Səhəri gün Cəbrayıl ona zəng edərək Bəxtiyarın avtomobilinin üstünə benzin tökdüyünü və gecə gəlib qapını döydüyünü bildirmişdir. O, Cəbrayıldan Bəxtiyarın avtomobilini yandırıbyandırmamasını soruşmuş o, Bəxtiyarın avtomobili yandırmadığını bildirmişdir. Həmin vaxt Cəbrayıla maşını oradan götürməyini demiş, Cəbrayıl isə avtomobilin işə düşmədiyini ona bildirmişdir. O, Vüqara zəng edərək maşını işə salmaq üçün elektrik naqili gətirməsini istəmişdir. Daha sonra Vüqar ona zəng edərək naqili gətirdiyini, lakin Cəbrayılın onun zəngələrinə cavab vermədiyini bildirmişdir. Bir az keçmiş qonşudan ona zəng gələrək Cəbrayılın tutulduğunu demişlər. Cəbrayılı Samir adlı polisin apardığını öyrənmiş və sonuncunun nömrəsini tapıb ona zəng edərək Cəbrayılı nə səbəbə tutqularını soruşmuşdur. Polis əməkdaşı Samir whatsapp proqramı vasitəsilə ona yazaraq Bəxtiyarı nə səbəbə vurduğunu ondan soruşmuş, o, isə Bəxtiyarla özünün dava etdiyini və Cəbrayılın heç bir günahının olmamasını bildirmişdir. Samir ondan harada olduğunu soruşmuş və o, Bakıda olduğunu bildirmişdir. Samir Cəbrayılın üstündən narkotik vasitə çıxdığını bildirmişdir. Həmin vaxt o, Samirə bu işin qurma olduğunu demiş və bu məsələni yoluna qoymasını sonuncudan istəmişdir. Samir təxminən yarım saat sonra zəng edərək 10.000 manat düzəldə biləcəyini ondan soruşmuş və o, Samirə məbləğ az olsa verə biləcəyini bildirmişdir. Samir axşamüstü ona watshap proqramı vasitəsilə yazaraq məbləğdən nə düzəldə bildiyini soruşmuşdur. O, isə 3.000 manat düzəldə bildiyini Samirə bildirmiş, sonuncu ona həmin 3.000 manatın üstünə 3.000 manat da qoymasını bildirmişdir. Səhəri gün Samir ona heç olmasa 5.000 manat düzəltməyini bildirmiş və o, razılaşmışdır. Samir ona “5.000 verib sonra gedib şikayət edən belə-belə olsun” demiş və o, heç kimə şikayət etməyəcəyinə söz vermişdir. Samir ona 5.000 manat pulu vermək üçün gəlməyə ehtiyac olmadığını və həmin pulu Laçın adlı şəxslə göndərməyini bildirmişdir. O, Bakıda olarkən 600 manat Cəbrayılın yoldaşı, biraz qaynanası, biraz da özü həmin məbləği düzəldib Bank vasitəsilə Laçına göndərmişdir. Samir Cəbrayılı buraxacaqlarını ona vəd etmişdir. Bir az üstündən keçmiş Samir ona zəng edib Bəxtiyarın anasının 102-yə zəng etdiyini və şöbəyə gəlməsini ona demişdir. O. Bakıdan Qubaya getmiş, yeni marketin qabağında ilk öncə Laçınla görüşmüş, daha X32 gəlmiş və avtomobilə əyləşib polis şöbəsinə getmişlər. Orada rəis müavini Bəhruzun otağına girmişlər, ona “məktubunu” aldıqlarını, həm onu, həm də Cəbrayılı buraxacaqlarını bildirmişdir. Orada Emin ilə nə alış-verişinin olduğunu soruşmuşlar, o isə Eminin cinayət axtarışının rəisi olduğunu, sonuncu ilə münasibətlərinin olduğunu, ondan avtomobil alıb sürdüyünü, lakin Eminlə heç bir alış-verişinin olmadığını, sadəcə polis kimi tanıdığını bildirmişdir. Orada narkotik vasitəni Emindən aldığını deməsini ona bildirmişlər. O, isə onlara etmədiyi əməli nə səbəbə baaşqasının üstünə atmalı olduğunu demişdir. Həmin vaxt məktubunu çoxaltmalı olduğunu, ən aşağısı 30.000 manat verməli olduğunu ona bildirmişlər. O, bununla razılaşmamışdır. Ona Bakıda evinin və pulunun olduğunu bildirmişlər. O, Bakıda kirayədə yaşadığını bildirmiş və polis əməkdaşları ondan pulu alacaqlarını bildirərək onu döyməyə başlamışlar. Ona evindən narkotik vasitə çıxdığını, Cəbrayılın dediyinə görə həmin narkotik vasitənin ona məxsus olduğunu bildirmişlər. O, həmin narkotik vasitənin nə özünə, nə də Cəbrayıla aid olmadığını bildirmişdir. Ona 5 gün polis idarəsində işgəncələr verərək həmin narkotik vasitələri Emindən aldığını bildirməsini demişlər. Daha sonra Cəbrayılı yanına gətirərək hər ikisinə işgəncələr verərək Cəbrayılı onu döyməyə məcbur etmişlər. Sonra həyat yoldaşını polis idarəsinə gətirmişlər və ona dediklərinə əməl etmədiyi təqdirdə yoldaşını da həbs edəcəklərini bildirmişlər. O, məcbur qalıb polis idarəsində ona verdikləri sənədlərə oxumadan imza çəkmişdir. Daha sonra onu polis şöbəsindən çıxarıb köhnə məhkəməyə aparmışlar və cibinə narkotik vasitəni qoymuşlar. Prokurorluğa gedəndə açıb dərdini danışmış, prokuror ondan beş gündür harda olduğunu soruşanda, polis idarəsində saxlandığını bildirmişdir. Prokurora yaxınlaşıb xəsarətlərini göstərmiş və prokuror ekspertiza təyin olunmasına göstəriş vermişdir. Ekspert iki gündən sonra gəlmiş, yaralarını görsə də onda heç nə olmadığını və ekspertizaya ehtiyac olmadığını bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandırarkən Təqsirləndirilən şəxs1 göstərmişdir ki, hadisə günü Bakı-Quba taksisi ilə hadisə yerinə gəlmiş, avtomobildə olan digər şəxsləri tanımamış və onlar Bəxtiyara xəsarət yetirməmişlər. Avtomobildən vintburanı götürüb mübahisə zamanı Bəxtiyarı vurmuşdur. Narkotik vasitə marixuanadan istifadə etmişdir. Əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci mddəsi ilə məhkumluğu olmuşur. Zərərçəkmiş şəxs ilə barışmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi hazırki ifadəsi özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında verdiyi ifadəsi onun ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, eləcə də tədqiq edilmiş digər mötəbər sübutların məcmusu ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə 09 dekabr 2019-cu il tarixdə vermiş olduğu ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, həmçinin 07 dekabr 2019-cu il tarixdə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, narkotik vasitə olan marixuana və heroindən 2008-ci ildən istifadə etmiş, narkotik vasitələri saxlamada və narkotik vasitələrin satışına görə əvvəllər məhkum olunmuşdur. Narkotik vasitələrdən istifadə etməklə yanaşı həmçinin, Quba rayonu ərazisində narkotik vasitələr satmışdır. Narkotik vasitələri Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal adlanan ərazidən tanımadığı şəxsdən almışdır. Adını bilmədiyi şəxlə təxminən 6 aya yaxındır ki, tanışlığı yaranmışdır. İlk vaxtlarda həmin şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə almışdır. Lakin heç bir yerdə işləmədiyindən, asan yolla qazanc əldə etmək məqsədilə narkotik vasitələr satmaq qərarına gəlmişdir. Təxminən 3 aydan artıq müddətdir ki, Quba rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Satmaq üçün gətirdiyi narkotik vasitələri Yeni Yasamal adlanan ərazidə tanımadığı şəxsdən almışdır. Bakı şəhərində onunla müxtəlif vaxtlarda görüşüb narkotik vasitə almaq üçün pul vermişdir. Həmin şəxs ona gözləməyini deyib gedərək bir qədər sonra narkotik vasitələri gətirib ona vermişdir. Həmin şəxsdən aldığı narkotik vasitələr heroin, metamfetamin və marixuana olmuşdur. Narkotik vasitələrin satışı ilə ilkin olaraq özü məşğul olmuş, sonradan narkotik vasitələrin satışında adının hallanmasından qorxduğu üçün həmçinin, həyat yoldaşını Bakı şəhərinə tez-tez müalicəyə apardığı üçün Bakı şəhərindən gətirdiyi narkotik vasitələri satmağına görə tanış adam axtarmışdır. Bu məqsədlə təxminən 2 ay əvvəl uşaqlıqdan tanıdığı qonşusu Təqsirləndirilən şəxs2 ona məxsus olan narkotik vasitələri tapşırdığı şəxslərə satmasını və əvəzində ona gündəlik 20 manat pul verəcəyini demişdir. Cəbrayılın da maddi vəziyyəti zəif olduğundan onunla razılaşmışdır. Quba şəhəri Ə.Nərimanov küçəsində “Şah Plov” kafesinin arxasında yerləşən binada kirayə ev tutmuş, Bakı şəhərinə getdiyi üçün kirayə tutduğu evi Cəbrayıla vermişdir. Satmaq üçün gətirdiyi narkotik vasitələri həmin ünvanda saxlayaraq satmışdır. Evdə saxladığı narkotik vasitələri almaq istəyən şəxs olduqda ona zəng etmiş, o da Cəbrayıla zəng edərək narkotik vasitəni almaq üçün gələn şəxsə satmasını, satdığı narkotik vasitəyə görə aldığı pulu isə özündə saxlamasını demişdir. Ara-sıra Bakı şəhərindən Quba şəhərinə qayıdan zaman narkotik vasitələrin satışından əldə olunmuş pulu Cəbrayıldan almış və Cəbrayıla gündəlik olaraq 20 manatdan olmaqla pulunu vermiş, narkotik vasitələrin satışından gəlir əldə etmişdir. 07 dekabr 2019-cu il tarixdə Quba şəhəri Fətəlixan küçəsində saat 19:20 radələrində Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin saxlanılmasında və satışında şübhəli olduğunu bildirib üzərində şəxsi axtarış keçirələcəyini bildirmişlər. O da şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Vəkil İbrahim Aqamov ona müdafiəçi kimi təqdim edilərək onun iştirakı ilə üzərində olan əşyaları təqdim etməyi istənilmişdir. Əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibindən 2 ədəd “Vant” markalı siqaret, 1 ədəd yaşıl rəngli alışqan, bir neçə ədəd salfet kağızı, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd salfet kağızı, həmin şalvarın sağ yan cibindən 12 manat pulu, əynində olan yaşıl rəngli gödəkçənin sağ yan cibindən isə 3 ədəd bükümdə narkotik vasitə olan heroini çıxarıb avtomobilin mühərrikxanasının qapağının üzərinə qoymuşdur. Üzərindən aşkar olunan bükümlərdə nə olması soruşulduqda həmin bükümlərdə olanın narkotik vasitə heroin olduğunu, 29 noyabr 2019-cu il tarixdə Bakı şəhəri Yeni Yasamaldan tanımadığı şəxsdən aldığını demişdir. 29 noyabr 2019-cu il tarixdə Bakı şəhəri Yeni Yasamaldan tanımadığı şəxsdən 4 büküm heroin almış və həmin şəxs ona narkotik vasitə olan heroinin qramını 45 manata satmışdır. Həmin şəxsdən təxminən 4 ədəd bükümdə 3 qram heroin almış və buna görə həmin şəxsə 135 manat pul vermişdir. Aldığı bükümlərdən birini istifadə etmiş və qalan 3 büküm isə üzərində olmuşdur. Üzərindən aşkar olunan 3 ədəd bükümdə olan heroin tərəzidə ölçülmüş və birinci büküm 0,7 qram, ikinci büküm 0,7 qram, üçüncü büküm isə 0,6 qram, üç büküm birlikdə çəkildikdə isə 2,1 qram olduğu görünmüşdür. Polis əməkdaşı ondan üzərində aşkar olunan narkotik vasitədən satmağı barədə həmçinin, tanışı Təqsirləndirilən şəxs2 satmağı barədə soruşmuş, o da üzərində aşkar olunan narkotik vasitədən kiməsə həmçinin, Cəbrayıla da satmadığını, şəxsi istifadəsi üçün aldığını demişdir. Vəkil ondan qonşusu Təqsirləndirilən şəxs2 narkotik vasitə satmağı barədə soruşduqda Cəbrayıla 1 ədəd böyük bükümdə narkotik vasitə satdığını demişdir. Aşkar olunan kütlə ağ zərfə qoyularaq qablaşdırılmış, vəkil və onun tərəfindən zərfin üzəri imzalanmışdır. Daha sonra prosessual hərəkətlərin davam etdirilməsi üçün onu Quba RPŞ-yə dəvət etmişlər. Saxlanılan zaman üzərindən aşkar olunan narkotik vasitə olan heroini satmaq məqsədilə götürmüşdür. Narkotik vasitələrdən istifadə etmiş və aludəçisi olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona fiziki zor və psixi təsir olunmamış, həmin vaxt müdafiəçisi yanında olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 08 dekabr 2019-cu il tarixdə Quba rayon Polis şöbəsində vediyi izahatında göstərmişdir ki, 02 dekabr 2019-cu il tarixdə axşam saatlarında dostları Alik və Elmirlə Bakıdan çıxaraq Quba şəhərinə gəlmiş, artıq 03 dekabr gecə saat 01 radələrində Quba rayonu Qaraçay kəndi ərazisindən keçərkən qarşıda hərəkət edən VAZ 2107 markalı avtomobilin arxa oturacağında Bəxtiyar adlı şəxsin oturduğunu görüb işarə verərək həmin avtomobili saxlatdırmışdır. O, maşından düşən kimi Bəxtiyara yaxınlaşmış, gödəkçəsinin sağ cibində olan cib bıçağını çıxarıb bıçağın arxa hissəsi ilə Bəxtiyarın baş nahiyəsinə zərbə endirmiş, sonra əlində olan bıçaqla Bəxtiyarın sağ bud nahiyəsinin arxa hissəsinə 4-5 dəfə zərbə vurmuşdur. Bu zaman onun yanında olan Alik və Elmir və Bəxtiyarın yanında olan Vüsal və digər naməlum şəxs onları ayırmağa çalışmışlar. Hadisə təxminən 5 dəqiqə çəkmiş və Bəxtiyar oradan qaçıb uzaqlaşmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 15 iyul 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 31 yanvar 2020-ci il tarixdə X2 rayon prokurorluğuna və Azərbaycan Respublikası Baş prokurorluğuna ərizə ilə müraciət edərək, əri Təqsirləndirilən şəxs1 qanunsuz olaraq həbs olunmasını və Quba RPŞ-nin əməkdaşlarının ondan əri Təqsirləndirilən şəxs1 azad olunması üçün 30 000 manat pul tələb etmələrini bildirmişdir. Faktla bağlı Quba rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri Pərviz Nərimanov tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı izahatı alınmış Təqsirləndirilən şəxs1 göstərmişdir ki, Cəbrayılın tutulduğunu eşitdikdən sonra əvvəldən tanıdığı Samir adlı polis əməkdaşına zənş edib Cəbrayıla kömək etmək istədiyini demiş, Samir ona 10 000 manat pul verməli olduğunu dedikdə, o qədər pulu olmadığnı bildirmişdir. Bundan sonra həmin gün axşam o, mobil telefonunda olan “Vatsap” proqramı vasitəsilə yazaraq 3000 manat pul düzəldə bildiyini demiş, Samir üstünə 3.000 manat da qoymasını və Qubaya gəlməsini bildirmişdir. Səhəri gün o, yenidən Samirlə yazışaraq 4700 manat pul düzəltdiyini və həmin pulu tanışı Laçın adlı şəxslə göndərdiyini bildirmiş və Samir Laçınla görüşərək 4700 manat pulu almışdır. Bundan sonra Samirlə telefonla əlaqə saxlamış və ondan polis şöbəsinə getməli olduğunu soruşmuşdur. Samir ona bir yerdə onu gözləməsini və gəlib onu polis şöbəsinə aparacağını bildirmişdir. X32 gəlib onu polis şöbəsinə aparmışlar. Orada rəis müavini B.Bədəlov ondan azadlığa buraxılması üçün 30000 manat pul tələb etmiş, verməyəcəyi təqdirdə həmin narkotik vasitələri atvadı Xanımananın adına sənədləşdirəcəklərini, narkotik vasitələri keçmiş CAB-ın rəisi Emildən almasını deməsini tələb etmişdir. O, B.Bədəlovla razılaşmadığından, ona işgəncələr verməyə başlamışlar. Araşdırma zamanı izahatı alınmış X14 göstərmişdir ki, 01 dekabr 2019-cu il tarixdə Quba şəhər sakini Şahid1 narkotik vasitələrdən istifadə etməsi barədə RPŞ-yə məlumat daxil olmuş, RPŞ-nin əməkdaşları tərəfindən Şahid1 saxlanılmış, üzərindən narkotik vasitə aşkar edilmiş və həmin narkotik vasitəni Baba ləqəbli Cəbrayıldan aldığını bildirmişdir. Polis əməkdaşları Şahid6, Şahid8 və digər polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, polis əməkdaşları tərəfindən Cəbrayıl saxlanılmış və üzərindən narkotik vasitə aşkar edilmişdir. Cəbrayıl həmin narkotik vasitələrin Təqsirləndirilən şəxs1 məxsus olduğunu və sonuncunun həmin narkotik vasitələri evində gizlətdiyini bildirmişdir. Bundan sonra Şahid6 Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlamış və Quba rayonuna gəlməli olduğunu bildirmişdir. Xalid və Xanımana Hacızadənin izahatlarında göstərdikləri xüsusatlar yalandır. Xalid həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə vermişdir. Təqsirləndirilən şəxs1 pul istəməklə bağlı danışıqlar onu aldadaraq Quba şəhərinə gəlməsini təmin etmək məqsədi güdmüşdür. Təqsirləndirilən şəxs1 qarşı Quba RPŞ-də heç bir qanunsuz hərəkət edilməmişdir. Araşdırma zamanı Quba RPŞ-nin əməliyyat müvəkkili Şahid6 Alovşan oğlu da X14 ilə eyni məzmunlu izahat verərək Təqsirləndirilən şəxs1 tutulması məqsədilə onunla telefonda və “Vatsap”da danışıqlara gedərək onu polis şöbəsinə çağırdığını, Xalidin inamını qazanmaq üçün guya müəyyən məbləğdə pul qarşılığında onun cinayət məsuliyyətindən azad edilməsinə köməklik edəcəyini vəd etdiyini, lakin ondan rüşvət almaq məqsədinin olmadığını göstərmişdir. Xaliddən və onun ailə üzvlərindən, o cümlədən Laçın adlı şəxsdən bu məqsədlə hər hansı məbləğdə pul almamışdır. Həmçinin polis şöbəsinə gətirildikdən sonra özü və ya digər əməkdaşlar tərəfindən Xalidə qarşı heç bir zorakı hərəkətlərə yol verilməmişdir. Araşdırma zamanı Quba RPŞ-nin əməkdaşı Şahid8 da analoji izahat vermişdir. Araşdırma zamanı izahatı alınmış X15 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Quba şəhərində yerləşən evində təmir işləri gördürən zaman onun yanına gəlmiş və mətbəx mebeli düzəltməsini xahiş etmişdir. O, Xalidlə razılaşdıqdan sonra Xalid ona 4600 manat pul vermişdir. Bundan bir neçə gün sonra Xalidin həyat yoldaşı onun yanına gəlmiş və Xalidin ona verdiyi 4600 manat pulu ondan geri alaraq Xalidin həbs edildiyini bildirmişdir. O, heç kimdən pul almamış və heç kimə pul verməmişdir. Məhkəmə-tibbi ekspertizasının 09.12.219-cu il tarixli 1371 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində obyektiv olaraq tutulduğu tarix yəni 09.12.2019-cu il və bundan sonrakı tarixə uyğun gələn hər hansı xəsarət və onun izi aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 29 iyun 2020-ci il tarixli, 001-36278-1220 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun 01.06.2020-ci il tarixli 04xid-3574 saylı məktubu əsasında xidməti təhqiqat aparılmış və müəyyən edilmişdir ki, Quba RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6 narkotik vasitələrin istifadəsində şübhəli olan Təqsirləndirilən şəxs1 Bakı şəhərindən gətirmək məqsədi ilə onun Təqsirləndirilən şəxs2 pul müqabilində kömək etməsi təklifi ilə razılaşmış, aparılan söhbət şəxsi maraqlara aid olmamış, məsələni rəhbərliyə məruzə etmiş, Təqsirləndirilən şəxs1 və həyat yoldaşından pul istəməmiş və almamış, eləcə də Təqsirləndirilən şəxs1 heç bir xəsarət yetirməmişdir. Beləliklə Quba rayon prokurorluğunda aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad olunması üçün ondan pul tələb edilməsi və Quba rayon polis şöbəsində işgəncələrə məruz qalmasıbarədə xüsusatlar təsdiq edilmədiyindən Quba rayon prokurorunun müavininin 15 iyul 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində Quba RPŞ-nə gətirildikdən sonra döyülərək işgəncəyə məruz qalması və polis əməkdaşı Şahid6 ondan pul tələb etməsi Quba rayon prokurorunun müavininin 15 iyul 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə də tam təkzib olunur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 02 dekabr 2019-cu il tarixdə, günorta 14:00 radələrində tanışı Vüqara zəng edərək akkumulyatorun öldüyünü və sonuncudan avtomobili işə salan elektrik naqili gətirməsini istəmişdir. Vüqar ona gələ bilməyəcəyini və oraya ona kömək etmək üçün qırmızı avtomobili göndərdiyini bildirmişdir. Telefonu söndürən zaman ona mülki formada şəxs yaxınlaşmış və Xalidin harada olduğunu soruşmuşdur. Xalidin harada olduğundan məlumatsız olduğunu bildirəndə onu avtomobilə əyləşdirmək istəmişlər, o müqavimət göstərərək avtomobili arxaya vermək istəyəndə onu tutub sürüyə-sürüyə maşına mindirərərk polis şöbəsinə aparmışlar. Şöbədə üzərinə baxış keçirmişlər və üstündən siqaret, telefon və pul çıxmışdır. Ondan əlindəki açarların kimə məxsus olduğunu soruşmuşlar, o, həmin açarların Xalidin qardaşının evinin açarları olduğunu bildirmişdir. Polis əməkdaşları Samir və Sadiq onu götürüb həmin evə getmişlər, Samir orada “bunu maşından düşürtməyin görüm Xalid həqiqətəndə evdə yoxdur?” demişdir. Özləri qapını açıb içəri girmiş, onların evdə nə etdiklərini bilməmiş, daha sonra evdən narkotik vasitə çıxmışdır. O, kamera qarşısında boynuna almadığı təqdirdə, onu və həyat yoldaşını narkotik adı ilə həbsə salacaqlarını bildirmişlər. Evdə onu döymüşlər, daha sonra evə baxış keçirmişlər və narkotik vasitələrin ona aid olduğunu boynuna götürmüşdür. Ev Xalidin qardaşına məxsus olmuş və o, orada fəhlə işləmişdir. O, narkotik istifadəçisi olmamış və narkotik satmamışdır. Həmin gün cibindən narkotik vasitə çıxmamışdır. Polis şöbəsində üzərindən və evdən çıxan narkotik vasitələrin Təqsirləndirilən şəxs1 məxsus olduğunu deməsini tələb etmişlər. O, təzyiqlər nəticəsində və yoldaşına görə narahat olduğu üçün həmin narkotik vasitələrin Təqsirləndirilən şəxs1 məxsus olduğunu kamera qarşısında demişdir. Onu və Xalidi zirzəmiyə salmışlar və Xalidi döyməyə məcbur etmişlər. Orada Xalidi 7-8 nəfər döymüşdür. O və Xalid narkotik vasitə qəbul etməmişlər. Polis idarəsində sənədləri təzyiq nəticəsində oxumadan imzalamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi hazırki ifadəsi özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdiyi ifadəsi onun ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, eləcə də tədqiq edilmiş digər mötəbər sübutların məcmusu ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə 05 dekabr 2019-cu il tarixdə vermiş olduğu ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, həmçinin 04 dekabr 2019-cu il tarixdə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olsa da, Quba şəhəri Ə.Nərimanov küçəsində yerləşən “Şah plov” kafesinin arxasındakı yaşayış evində kirayə qalmışdır. Narkotik vasitələrdən istifadə etməmiş, lakin narkotik vasitələri tanımışdır. Uşaqlıqdan tanıdığı qonşusu Təqsirləndirilən şəxs1 təxminən 2 ay əvvəl onu yanına çağıran zaman ona işsiz olduğunu dedikdə Təqsirləndirilən şəxs1 ona kömək edəcəyi halda pul verəcəyini demiş, o, Təqsirləndirilən şəxs1 nə etməli olduğunu soruşduqda Təqsirləndirilən şəxs1 narkotik vasitələr satdığını, özünün tez-tez Bakı şəhərinə gedib-gəldiyi üçün vaxtı olmadığını, Quba rayonu ərazisində onun narkotik vasitələrini satmağına görə gündəlik olaraq 20 manat pul verəcəyini demiş, o da Təqsirləndirilən şəxs1 ilə razılaşmışdır. Quba şəhəri Ə.Nərimanov küçəsində “Şah Plov” kafesinin arxasında yerləşən binadakı evdə əvvəllər Təqsirləndirilən şəxs1 qalmış, lakin onunla razılaşdıqdan sonra həmin evdə özü kirayə qalmağa başlamış, Təqsirləndirilən şəxs1 ona həmin evdə narkotik vasitələri haralarda gizlətdiyini demiş və aralarında olan razılaşmaya görə Təqsirləndirilən şəxs1 ona zəng edərək narkotik vasitələri almağa gələn şəxslərlə görüşdürüb narkotik vasitələri satmış, aldığı pulu Təqsirləndirilən şəxs1 ilə görüşüb ona vermiş, gündəlik olaraq Təqsirləndirilən şəxs1 20 manat almış və satdıqlarının narkotik vasitə olduğunu bilmişdir. Təxminən 2 aya yaxın müddətdə Təqsirləndirilən şəxs1 ona zəng edərək telefonla dediyi şəxslərə narkotik vasitə satmış, onları kimin alacağını Təqsirləndirilən şəxs1 zəng edərək ona demiş, o da kirayə qaldığı evdən Təqsirləndirilən şəxs1 narkotik vasitələrini dediyi şəxslərlə görüşüb satmışdır. 02 dekabr 2019-cu il saat 22 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edərək kirayə qaldığı evdən bir kibrit qutusunda olan marixuananı götürüb Vüqar adlı tanışı ilə görüşüb verməyini və Vüqardan 70 manat pul almağını istəmiş, o, evdən 1 kibrit qutusunda marixuana götürərək Vüqarla 02 dekabr 2019-cu il saat 23 radələrində Quba şəhəri Sahil küçəsində görüşüb həmin qutunu Vüqara verib 70 manat pul alıb saat 24 radələrində Təqsirləndirilən şəxs1 ilə görüşərək 70 manat pulu ona vermişdir. 03 dekabr 2019-cu il saat 16 radələrində kirayə yaşadığı evdən çıxan zaman üzərində bir büküm narkotik vasitə olan metamfetamin götürərək küçədə olan zaman Təqsirləndirilən şəxs1 zəng edib kiminləsə görüşüb metamfetamin satmağını istəməsi ehtimalına görə üzərində saxlamaq qərarına gəlmiş və fikri üzərində olan bir bükümdəki metamfetamini satmaq olmuşdur. 03 dekabr 2019-cu il saat 16:20-də kirayə yaşadığı evin həyətində Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitələri üzərində gəzdirməkdə şübhəli olduğunu deməklə üzərində şəxsi axtarış aparılacağını bildirdikdən sonra o, vəkil Abusaiat Şahmirzəyevin iştirakı ilə üzərində şəxsi axtarış aparılmasına etiraz etməmiş, ondan üzərində olan əşyaları çıxarıb təqdim etməyini istəmişlər. O da əynində olan şalvarın sol yan cibindən “Redmi” markalı telefonu, 51 manat pul çıxarmış, ardıncada əynində olan gödəkçənin sol yan cibindən bir bükümdə olan metamfetamini çıxarıb təqdim etmək istəyən zaman cibindən yerə düşmüşdür. Həmin bükülünü polis əməkdaşı yerdən götürüb nə olduğunu soruşduqda o, bükülünün içərisindəkinin "şüşə" kimi tanınan narkotik vasitə olduğunu demişdir. Daha sonra əynində olan gödəkçənin sağ yan cibindən də açarları çıxarıb təqdim etmişdir. İçərisində narkortik vasitə olan kütlə tərəzidə ölçülmüş və çəkisinin 0,2 qram olduğu görünmüşdür. Polis əməkdaşı ondan üzərində aşkar olunan narkotik vasitəni hansı məqsədlə gəzdirdiyini soruşduqda satmaq üçün gəzdirdiyini demiş, narkotik vasitəni hardan əldə etməyi barədə soruşulduqda narkotik vasitələri Təqsirləndirilən şəxs1 aldığını, onları satdığını və kirayə qaldığı evdə də narkotik vasitələr olduğunu demişdir. Bundan sonra polis əməkdaşları və vəkilin iştirakı ilə kirayə yaşadığı evə getmiş, açarla qapını açıb evə daxil olmuş, yataq otağında çarpayının üzərindəki döşəyin arasında olan dəmir qutuda olan narkotik vasitələri təqdim edərək qutuda olan narkotik vasitələrin "kokos" və "şüşə" olduğunu demişdir. Qutuda 18 ədəd bükülü olmuş, tünd rəngli bükümlərin kokos olduğunu, qalan ağ rəngli bükümlərin isə "şüşə" kimi tanınan narkotik vasitələr olduğunu demişdir. Həmin narkotik vasitələr tərəzidə ölçülərək zərfə qoyulub qablaşdırılmışdır. Daha sonra o, ayaqyolunda sifonun qabının İçərisində də narkotik vasitə olduğunu demiş, oraya baxış keçirilmiş, o, sifon qabının içərisində olan sellofandakı narkotik vasitələri də çıxarıb təqdim etmişdir. Sellofanın içərisində bir qutu “Belomorkanal” markalı siqaret qutusu, 11 ədəd içərisində marixuana olan kibrit qutusu, bir bükümdə olan heroin olmuşdur. 11 ədəd siqaret qutusu tərəzidə ölçülmüş və çəkisi 96,4 qram olduğu görünmüşdür. Heroin olan bir ədəd bükümdə tərəzidə ölçülmüş və çəkisi 15,9 qram olduğu görünmüşdür. Aşkar olunan kütlələr zərflərə qoyularaq qablaşdırılmış və prosessual hərəkətlərin davam etdirilməsi üçün Quba rayon Polis Şöbəsinə dəvət edilmişdir. Saxlanılan vaxt üzərində aşkar olunan narkotik vasitə olan metamfetamini evdən çıxan zaman satmaq məqsədilə götürmüşdür. Narkotik vasitələrdən istifadə etməmiş ancaq onları tanımışdır. Quba RPŞ- nin əməkdaşları tərəfindən baxış keçirilən mənzildə təxminən 2 ay müddətdə qalmışdır. Mənzildə aşkar olunan narkotik vasitələri Təqsirləndirilən şəxs1 tapşırığı ilə satmış və həmin narkotik vasitələr Təqsirləndirilən şəxs1 məxsus olmuşdur. Yalnız Xalidin dediyi adamlara narkotik vasitələri satıb pul almış və bu xidmətinə görə Təqsirləndirilən şəxs1 ona gündəlik olaraq 20 manat pul vermişdir. Onu polis əməkdaşları saxlayarkən hər hansı bir fiziki və psixoloji təsir göstərməmişlər, həmin vaxt müdafiəçisi də yanında olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə zamanı ona heç bir ziyan dəyməmiş, Təqsirləndirilən şəxs1 ilə aralarında mübahisə olmuş, lakin şöbəyə getməmiş, daha sonra Vüqarın tutulduğunu eşitmişdir. Sonra polis əməkdaşları gəlmiş və onu şöbəyə aparmışlar. Orada ona təzyiq göstərərək Təqsirləndirilən şəxs1 narkotik vasitə aldığını deməsini istəmişlər. Daha sonra bıçaqlanma hadisəsi olduğunu və Xalidin onu bıçaqladığını demişlər. O, Xalidin onu bıçaqlamadığını və adından yazılan izahata məcburi imza çəkdirdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs1 ilə arasında mübahisə olmuşdur. Xalidlə mübahisə zamanı ikisindən başqa orada heç kim olmamışdır. Mübahisə zamanı Xaliddə bıçaq olmasını görməmişdir. Onun Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Bununla belə, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı 01 iyul 2020-ci il tarixdə zərərçəkmiş şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, 10 noyabr 2019-cu ildə tanışı Təqsirləndirilən şəxs1 “Tofaş” markalı avtomobilinin Quba şəhəri Heydər Əliyev prospektində yerləşən “Yeni market” mağazasının qarşısında səkinin üstünə çıxmış vəziyyətdə qəzalı olduğunu və Xalidin özünün orada olmadığını görüb onun avtomobilini işə salaraq yaşadığı evin qabağına gətirib qoymuş, həmin vaxt onun avtomobilində tanışı Vüsal Əsgərova 60 manata satdığı “Pioneer” markalı avtomobil maqnitofonunun olduğunu görüb həmin maqnitofonu Xalidə satmadığı üçün oradan elə içinə qoyulduğu paketlə birgə götürüb aparmış, avtomobil isə Xalidin evinin qarşısında qalmışdır. Həmin vaxt hadisə vaxtı işlətdiyi ***-***-**-** və ya ***-***-**-** saylı nömrələrindən biri ilə Xalidin qardaşı oğlu Mehracın ***-***-**-** saylı nömrəsinə zəng edərək Xalidin avtomobilini evinin qarşısına qoyduğunu və avtomobildə telefonlar qaldığını, onları gəlib götürməsini bildirmiş, bundan sonrakı 20 gün ərzində bir neçə dəfə Xalidlə görüşsə də aralarında məlum maqnitofon barədə söhbət olmamışdır. Təxminən 2019-cu ilin noyabr ayının sonlarında Xalid özünün xatırlamadığı nömrəsindən onun ***-***-**-** və ya ***-***-**-** saylı nömrələrindən birinə zəng edərək maqnitofonu götürüb-götürmədiyini soruşanda Xalidə maqnitofonu götürdüyünü bildirdikdə Xalid onun ünvanına nalayiq ifadələr işlətmiş o da eyni ilə cavabını qaytarmışdır. Bundan sonra 2 dekabr 2019-cu il tarixdən 3 dekabr 2019-cu il tarixə keçən gecə saat 01 radələrində tanışı Vüsal Əsgərovun “VAZ-2107” markalı Rusiya Federasiyasına məxsus qeydiyyat nişanlı avtomobili ilə Şabran rayonu Gəndov kəndi istiqamətindən Quba şəhəri istiqamətində gələrkən arxadan başqa bir avtomobil Vüsala işıqla saxlama işarəsi verdiyinə görə yolun İqriq kəndi ərazisindən keçən hissəsində Vüsal avtomobili saxlamış və onlar avtomobildən düşmüşlər. Avtomobildən düşən zaman həmin avtomobillə gələnlərin Təqsirləndirilən şəxs1 və yanında olan əlavə 4 nəfərin olduğunu görmüşdür. Avtomobildən düşən kimi Xalid və yanında olan tanımadığı şəxslər üstünə hücum çəkərək onun qollarından tutub zorla öz avtomobillərinə mindirmək istəmişlər. Onlara müqavimət göstərəndə həmin 5 nəfərdən görmədiyi biri onun başının arxa tərəfindən nə iləsə vurmuş və bu zərbə ona təsir etsə də huşunu itirməmişdir. Buna baxmayaraq həmin şəxslərin hamısı ona əllə və ayaqla zərbələr endirməyə davam etmişlər. Özünü müdafiə etmək məqsədilə onlara əl-qol ataraq birtəhər əllərindən çıxıb yaxınlıqda yerləşən “Qafqaz Oil” yanacaq doldurma məntəqəsinə qaçmış, orada dayanmış tanımadığı şəxsin taksi kimi idarə etdiyi “VAZ-2107” markalı avtomobilinə minərək Quba şəhərində yerləşən “ASAN Xidmət” mərkəzinin yanına getmişdir. Oradan Vüsal gəlib onu götürmüş və köhnə avtovağzal dairəsində saxladığı avtomobilinin yanına aparmışdır. Taksi ilə Quba şəhərinə gələrkən sağ sağrı nahiyəsindən və sağ bud nahiyəsindən qan axdığını görmüşdür. İdarə etdiyi avtomobilə minərək yaşadığı evə getmiş, evdə anası Tünzalə yaralarını spirtlə sildikdən sonra qanaxma dayanmışdır. Anası xəsarəti harada aldığını soruşduqda dava etdiyini desə də kimlə dalaşdığını deməmişdir. Hadisə yerindən Quba şəhərinə çatanda Xalid özünün xatırlamadığı nömrəsindən onun ***-***-**-** və ya ***-***- **-** saylı nömrələrindən birinə zəng edərək “Gördün? Mən aciz oğlan deyiləm.” deyə bildirmiş və Xalidin danışığından onu bıçaqla vuranın Xalid olduğunu başa düşmüşdür. Xalidə 5 nəfərin bir adamın üstünə düşüb onu təkləməsinin düzgün olmadığını demişdir. Bu hadisə təxminən 3-5 dəqiqə davam etmişdir. Orada Xalid, onunla gələn tanımadığı 4 nəfər, onunla eyni avtomobildə olan Vüsal Əsgərov və dostu Şahin Şahkərimov olmuşdur. Orada ona heç kim kömək göstərməmişdir. Hadisədən bir neçə gün sonra Şahin və Vüsaldan nə üçün kömək etmədiklərini soruşanda onlar Xalidin əlində bıçaq olduğunu gördükləri üçün qorxduqlarını bildirmişlər. Hadisə zamanı Təqsirləndirilən şəxs1 və onunla olan şəxslərdən heç birinə xəsarət yetirməmiş, onları özündən aralamaq və müdafiə olunmaq üçün ancaq onları özündən kənara itələmişdir. Təqsirləndirilən şəxs1 avtomobilində olan maqnitofonu istifadə etmək üçün götürmüşdür. Həmçinin, Xalidin avtomobilini götürüb qəzalı vəziyyətdə evinə qədər gətirdiyi üçün Xalidin də ona buna görə heç bir söz deməyəcəyini fikirləşmişdir. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 03 dekabr 2019-cu il tarixdə verdiyi izahatından görünür ki, hadisə günü o, maşından düşəndən sonra Mersedes markalı avtomaşından Təqsirləndirilən şəxs1 və daha beş nəfər tanımadığı şəxslər düşüb iki nəfər onun qollarından tutub “gəl maşına” deyərək onu Mersedes markalı avtomaşına mindirmək istəmişlər. Həmin vaxt arxadan bir nəfər başına küt əşya ilə vurmuş, sonra da bir neçə nəfər birdən onu vurmağa başlamışdır. O, arxaya dönəndə Təqsirləndirilən şəxs1 əlində olan bıçaqla sağ ayağına vurduğunu görmüş, o, Xalidin əlindən dartınıb çıxmış və yaxınlıqda olan Qafqaz-Oil YDM-nə tərəf qaçmışdır. Ordada yoldan keçən VAZ-2107 markalı avtomaşına əl edib saxlatmış və onu Quba şəhərinə aparmasını istəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin Narkotiklərlə Mübarizə qrupunun baş əməliyyat mükəkkili Şahid6 ifadəsində göstərmişdir ki, llyasov Cəbrayıl Tahir oğlunun narkotik vasitə əldə etməsi, istifadə etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat aparatına daxil olmuş məlumatın yoxlanılması məqsədilə o, Təhqiqat qrupunun təhqiqatçısı polis kapitanı Cəlal Sultanov, Cinayət-Axtarış bölməsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid9, əməliyyat müvəkkilləri polis leytenantı Şahid8 və polis kapitanı Ramin Məmmədov və Əməliyyat-Rabitə qrupunun kiçik inspektoru polis serjantı Eyvaz Sultanovdan ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs2 03 dekabr 2019-cu i! saat 16:20-də Quba şəhəri Ə.Nərimanov küçəsində saxlanılaraq üzərində video çəkilişlə vəkil Abusalat Şahmirzəyevin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitələri istifadə etmək və üzərində saxlamaqda şübhəli olması bildirilərək hüquq və vəzifələri izah edilməklə Quba rayon Vəkil bürosunun vəkili Abusalat Şahmirzəyev ona təqdim olunmuşdur. Təqsirləndirilən şəxs2 vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs2 üzərində olan əşyaları təqdim etməsi bildirildikdə o, əynində olan şalvarın sol yan cibindən “Redmİ” markalı mobil telefonu, 51 manat pulu çıxarıb təqdim etmişdir. Bundan sonra o, əynində olan gödəkçənin sol yan cibindən bir ədəd sarı rəngli sellofan parçasında olan bükümü çıxarıb təqdim etmək istəyərkən büküm cibindən yerə düşmüşdür. Həmin bükülü təhqiqatçı tərəfindən yerdən götürülmüş və Təqsirləndirilən şəxs2 bükülünün içərisində nə olduğunu soruşulduqda Təqsirləndirilən şəxs2 bükülünün içərisində olanın "şüşə" kimi tanınan narkotik vasitə olduğunu demişdir. Daha sonra Təqsirləndirilən şəxs2 əynində olan gödəkçənin sağ yan cibindən açarları çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan içərisində narkortik vasitə olan kütlə tərəzidə ölçülmüş və çəkisinin 0,2 qram olduğu görünmüşdür. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan narkotik vasitəni qonşusu Təqsirləndirilən şəxs1 ona satmaq üçün verdiyini, qiymətinin 20 manat olduğunu, özünün narkotik vasitələrdən istifadə etmədiyini demişdir. Cəbrayıl İiyasovdan yaşadığı evdə narkotik vasitə saxlaması barədə soruşduqda o, evində narkotik vasitə saxlamadığını bildirmişdir. Cəbrayıl İiyasovdan üzərində aşkar olunan açarların hansı mənzilə aid olmasını soruşduqda Təqsirləndirilən şəxs2 açarın Təqsirləndirilən şəxs1 evinə məxsus olduğunu və açarın onda olduğunu demişdir. Cəbrayılın üzərindən aşkar olunan bükülü təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 evində kirayə qaldığını, orada evində narkotik vasitə olduğunu, üzərində aşkar olunan narkotik vasitəni satış məqsədilə üzərində gəzdirdiyini demişdir. Cəbrayıl İiyasovdan kirayə yaşadığı mənzilə baxış keçirilməsinə icazə veribverməməsi barədə soruşuiduqda, o, Təqsirləndirilən şəxs1 kirayə götürdüyü mənzilə baxış keçirilməsinə heç bir etiraz etmədiyini bildirmişdir. Bundan sonra o, Quba RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Bəhruz Bədəlova məlumat vermiş və o, şöbə rəhbərliyinə məlumat verməklə evə baxış əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul etdiyini dediyindən Təqsirləndirilən şəxs2 iştirakı ilə kirayə yaşadığını bildirdiyi mənzilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 baxış keçirilən evdə kirayə qaldığını, evə gəlib nəzarət etdiyini, evdə olan narkotik vasitələri satdığını, həmin narkotik vasitələri satmağını Təqsirləndirilən şəxs1 ona tapşırdığını demişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin harada olduqlarını göstərməsi təklif edilmiş, Təqsirləndirilən şəxs2 yataq otağında çarpayının üzərindəki döşəyin arasında olan dəmir qutuda olan narkotik vasitələri təqdim etmişdir. Döşəyin arasından bir ədəd qırmızı qutu götürülmüş və qutunun içərisində olanların nə olması Cəbrayıl İiyasovdan soruşulmuşdur. Təqsirləndirilən şəxs2 qutuda sellofan parçalarına bükülmüş maddələrin "şüşə” və "kokos” adlanan narkotik vasitə olduğunu, həmin narkotik vasitələrdən tünd rəngdə olanlarının “kokos” deyilən, açıq rəngdə olanlarının isə “şüşə” deyilən narkotik vasitələr olduqlarını bildirmişdir. Həmin narkotik vasitələr şəffaf, sarı və qırmızı rəngli polietilen parçalarına bükülmüşlər. Qutunun içərisində aşkar olunan içərilərində açıq rəngli maddə olan sarı, qırmızı və şəffaf rəngli polietilen parçalarına bükülmüş bükümlər tərəzidə ölçülmüş və büküldükləri polietilen parçaları ilə birgə çəkilərinin 5,5 qram olması görünmüşdür. Həmin bükümlər zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra şəffaf polietilen parçasına bükülmüş, tünd rəngli, Təqsirləndirilən şəxs2 "kokos" adlanan narkotik vasitələr olduğunu bildirdiyi maddələr tərəzidə ölçülmüş və birgə çəkilərinin büküldükləri polietilen parçaları ilə birgə 2,9 qram olduğu görünmüşdür. Həmin bükümlər də digər zərfə qoyularaq qablaşdırılmışdır. Vəkil Abusalat Şahmirzəyev Cəbrayıl İiyasovdan mənzildə aşkar olunan narkotik vasitələrdən hansı məqsədlə istifadə etdiyini soruşduqda Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri satmaq məqsədilə saxladığını demişdir. Təqsirləndirilən şəxs2 mənzildə başqa yerdə narkotik vasitə olması barədə soruşulduqda o, hamam otağı tərəfdə "ot" olduğunu demiş və hamam otağına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 hamam otağında yerləşən unitazın sifonunun içərisindən açıq qırmızı rəngli sellofan və yaşıl rəngli sellofan çıxarıb təqdim etmişdir. Cəbrayılın təqdim etdiyi yaşıl rəngli sellofana baxış keçirilmiş və sellofandan 11 ədəd kibrit qutuları aşkar olunmuş, kibrit qutularının içərisinə baxış zamanı qutuların içərisində qurudulmuş otabənzər kütlə aşkar olunmuşdur. Həmçinin, həmin qutulardan birinin içərisində kağız paketə bükülmüş əlavə qurudulmuş otabənzər maddə də olmuşdur. Cəbrayıldan qutuda olanın nə olduğu soruşulduqda Cəbrayıl qutuda olanların "nəşə" olduğunu demişdir. Yaşıl rəngli sellofan torbadan bir ədəd üzərində “Belomurkanal” yazısı olan qutu da aşkar olunmuşdur. Daha sonra açıq qırmızı rəngli sellofanda nə olduğu Cəbrayıldan soruşulduqda Cəbrayıl bükülünün içərisindəkinin "kokos" adlanan narkotik vasitə olduğunu demişdir. Aşkar olunan 11 ədəd kibrit qutusu tərəzidə ölçülmüş və çəkisi 96,4 qram olduğu görünmüşdür. İçərisində “kokos" kimi adlandırılan heroin olan bir ədəd büküm də tərəzidə ölçülmüş və çəkisinin 15,9 qram olduğu görünmüşdür. Aşkar olunan kütlələr zərflərə qoyularaq qablaşdırılmışdır. Cəbrayıl kibrit qutusunda olan narkotik vasitələri Təqsirləndirilən şəxs1 doldurduğunu və qutuların hər birini 50 manata satmaq fikrində olduğunu demişdir. Cəbrayıl aşkar olunan narkotik vasitələri özünün sifonun içərisində gizlətdiyini bildirmişdir. Aşkar olunan kütlələr zərflərə qoyulub qablaşdırılmış, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Abusalat Şahmirzəyev tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 prosessual hərəkətlərin davam etdirilməsi üçün Quba RPŞ-yə dəvət edilmişdir. Bundan başqa bildirmişdir ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanması məqsədilə o, Təhqiqat qrupunun baş təhqiqatçısı polis mayoru Famil Mirzəbəyov, Cinayət-Axtarış bölməsinin baş əməliyyat müvəkkilləri polis mayoru Şahid9 və polis kapitanı Elvin Musatafayev, əməliyyat müvəkkiləri polis baş leytenantı Şahid7 və polis leytenantı Şahid8, Narkotiklərlə-Mübarizə qrupunun əməliyyat müvəkkili polis kiçik leytenantı Ramil Mehrəliyev, Kriminalistik Tədqiqatlar qrupunun baş inspektor-kriminalisti Fuad İslamovdan ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 07 dekabr 2019-cu il saat 19:20-də Quba şəhəri Fətəlixan küçəsində saxlanılaraq üzərində video çəkilişlə vəkil İbrahim Aqamovun iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələri istifadə etməkdə və üzərində saxlamada, satışında şübhəli olması bildirilmişdir, hüquq və vəzifələri izah edilməklə Quba rayon Vəkil bürosunun vəkili İbrahim Aqamov ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Xalidə üzərində olan əşyaları təqdim etməsi bildirildikdə əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibindən 2 ədəd "Vant” markalı siqaret, 1 ədəd yaşıl rəngli alışqan, bir neçə ədəd salfet kağızı, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd salfet kağızı, həmin şalvarın sağ yan cibindən 12 manat pulu, əynində otan yaşıl rəngli gödəkçənin sağ yan cibindən isə 3 ədəd bükülünü çıxarıb avtomobilin mühərrikxanasının qapağının üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan bükümlərdə nə olması soruşulduqda həmin bükümlərdə narkotik vasitə heroin olduğunu, 29.11.2019-cu il tarixdə Bakı şəhərindən aldığını, üzərindən aşkar olunan narkotik vasitədən istifadə etdiyini demişdir. Aşkar olunan 3 ədəd bükümdə olan heroin tərəzidə ölçülmüş və birinci büküm 0,7 qram, ikinci büküm 0,7 qram, üçüncü büküm isə 0,6 qram, üç büküm birlikdə çəkildikdə isə 2,1 qram olduğu görünmüşdür. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan narkotik vasitədən satması barədə həmçinin, tanışı Təqsirləndirilən şəxs2 satması barədə soruşduqda Xalid üzərində aşkar olunan narkotik vasitədən kiməsə, həmçinin Cəbrayıla da satmadığını, şəxsi istifadəsi üçün aldığını demişdir. Vəkil İbrahim Aqamov Xaliddən qonşusu Təqsirləndirilən şəxs2 narkotik vasitə satmağı barədə soruşduqda Cəbrayıla 1 ədəd böyük bükümdə narkotik vasitə satdığını demişdir. Aşkar olunan kütlə ağ zərfə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs1 və müdafiəçisi İbrahim Aqamov tərəfindən zərf imzalanmışı və bu barədə video çəkiliş aparılmışdır. Daha sonra prosessual hərəkətlərin davam etdirilməsi üçün Təqsirləndirilən şəxs1 müdafiəçisi İbrahim Aqamov ilə birlikdə Quba RPŞ-yə dəvət edilmişdir. Daha sonra proses iştirakçılarının suallarını cavablandırarkən bildirmişdir ki, onun və digər polis işçiləri tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı hər hansı fiziki və sair təzyiq edilməmiş, həmçinin Təqsirləndirilən şəxs1 rüşvət tələb edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini X14 ifadəsində göstərmişdir ki, Quba şəhər sakini Təqsirləndirilən şəxs2 narkotik vasitə əldə etməsi, istifadə etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat aparatına məlumat daxil olmuş və həmin məlmat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat tədbiri keçirilərək həmin şəxsin Quba şəhəri Ə.Nərimanov küçəsində saxlanılması və üzərində narkotik vasitə aşkar edilməsi barədə 03 dekabr 2019-cu ildə ona məlumat verilmişdir. Həmçinin, həmin tarixdə keçirilmiş əməliyyat tədbirinin iştirakçısı olan Quba RPŞ-nin Narkotiklərlə Mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid6 tərəfindən Təqsirləndirilən şəxs2 özünün bildirməsinə əsasən Cəbrayılın tanışı Təqsirləndirilən şəxs1 kirayə götürdüyü və birlikdə narkotik vasitələrin satışı ilə məşğul olduqları ünvan 8 ünvanında yerləşən mənzildə narkotik vasitələr saxladıqlarını deməsi barədə ona məlumat verilmişdir. Daxil oimuş məlumatı şöbə rəhbərliyinə məruzə etmiş və qeyd olunan mənzildə narkotik vasitələrin olmasının dəqiqləşdirilməsi məqsədilə təxirəsalınmadan əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edərək, Cəbrayıl llyasovun qeyd etdiyi mənzilə baxış keçirilməsinə dair göstəriş vermişdir. Cəbrayıl llyasovun üzərində şəxsi axtarış keçirilməsi və kirayə yaşadığı mənzilə baxış keçirilməsi istintaq hərəkətlərində iştirak etməmişdir. Bunun da səbəbi Cəbrayıl llyasovun üzərində şəxsi axtarış Quba RPŞ-nin əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə aparıldıqdan sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 kirayə götürdüyü mənzildə narkotik vasitələrin olması barədə bildirməsini NMQ- nin baş əməliyyat müvəkkili polis baş leytenantı Samir Abduimanafovun ona bildirməsi olmuşdur. Həmin vaxt xidməti otağında olduğundan daxil olmuş məlumatı şöbə rəhbərliyinə məruzə etmiş və keçirilmiş əməliyyat tədbirinin davam etdirilməsi üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edərək tədbir iştirakçılarına göstəriş vermişdir. Onun tərəfindən tərtib olunmuş sənədlərdə Təqsirləndirilən şəxs1 soyadı mexaniki səhv olaraq Hacıyev kimi göstərilmişdir. Əslində onun soyadı Hacızadədir. Polis şöbəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı hər hansı zorakılıq edilməmiş və rüşvət tələb edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı X7 şahid qismində dindirilmiş Şahid6 və X8 ifadələri ilə eyniməzmuniu ifadə verərək Təqsirləndirilən şəxs2 kirayə qaldığını bildirdiyi evə baxış keçirilən zaman orada olan dəmir qutudakı narkotik vasitə və psixotrop maddə bükümlərini mexaniki olaraq səhv saydığını, buna görə də istintaq hərəkətinin protokolunda da dəmir qutudan aşkar olunan psixotrop maddə metamfetaminin 12 ədəd bükümdə olmasını göstərdiyini, ancaq məhkəmə-kimyəvi ekspertizasının rəyini alandan sonra bu uyğunsuzluğa diqqət yetirdiyini və istintaq hərəkətinin video çəkilişinə baxaraq bükümlərin 12 deyil, 13 ədəd olduğunu gördüyünü, ekspert rəyində həmin qutudan aşkar olunan psixotrop maddə metamfetaminin yığıldığı bükümlərin sayının 13 ədəd kimi göstərilməsinin tamamilə doğru olduğunu qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin əməkdaşları X11, X20, X13, Şahid7, X9, Şahid8, X5 və Şahid9 iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri bir həmyerlisi kimi tanımışdır. Hadisə barədə Quba şəhərində yerləşən çay evində eşitmiş, daha sonra polis şöbəsinə dəvət olunmuş və orada ifadəsi alınmışdır. O, Quba Rayon Polis Bölməsinin əməkdaşları tərəfindən təxminən 1 il 8 ay bundan əvvəl tutulmuşdur. Tutulduğu zaman üzərindən marixuana çıxmış, bu zaman onu şöbəyə gətirmişlər və marixuananı Təqsirləndirilən şəxs1 əldə etdiyini yazmasını məcbur etmişlər. Üzərindən çıxan narkotik vasitəni ona Təqsirləndirilən şəxs1 satmamış, həmin narkotik vasitəni Bakı şəhərində tanımadğım bir şəxsdən əldə etmişdir. Təqsirləndirilən şəxs2la eyni məktəbdə təhsil almışlar. Bəxtiyar ilə Xalidin arasında mübahisə olduğu zaman Xalid dəfələrlə ona zəng edərək Bəxtiyarı soruşmuş, o da Xalidə Bəxtiyarın harda olduğunu bilmədiyini demişdir. Təqsirləndirilən şəxs1 ilə marixuana narkotik vasitəsindən istifadə etmişdir, lakin satışı ilə məşğul olmamış və Xaliddən narkotik vasitə almamışdır. Bununla belə, Şahid1 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, təxminən 4 ildir narkotik vasitə marixuanadan istifadə etmişdir. Narkotik vasitə marixuananı müxtəlif tanıdığı və tanımadığı şəxslərdən almışdır. 3 dekabr 2019-cu il saat 15:20 radələrində Quba şəhəri Sahil küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz saxlanılmasında və gəzdirilməsində şübhəli olduğunu bildirib üzərində olan əşyaları təqdim etməyini bildirmişdir. Bunu etməmişdən əvvəl polis əməkdaşları ona vəkil təqdim etmiş və üzərində şəxsi axtarış aparılacağını demiş və müdafiəçinin iştirakı ilə hüquqlarını izah etmişlər. Bundan sonra həmin vaxt əynində olan boz rəngli papaqlı gödəkçəsinin sol içəri qoltuq cibindən ağ rəngli «RedMi Note 8 pro» markalı mobil telefonunu və həmin gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunun içində olan narkotik vasitə marixuananı çıxarıb könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları kibrit qutusunun içərisindəkinin nə olduğunu soruşanda onlara onun içərisindəkinin marixuana olduğunu bildirmiş, vəkilinin iştirakı ilə kibrit qutusunun içərisini açıb baxmış, həmin kibrit qutusu və içərisindəki marixuana birlikdə tərəzidə çəkilmiş və onların birgə çəkisinin 4,5 qram olduğu müəyyən olunduqdan sonra kibrit qutusu içərisindəki marixuana ilə birlikdə zərfə qoyularaq zərf möhürlənmiş, zərfin üzərində vəkili ilə birlikdə imzalamışlar. Bundan sonra, hadisə yerində sənədləşmə aparılması üçün şərait olmadığından vəkili ilə birlikdə Quba rayon Polis Şöbəsinə dəvət edilmiş və orada sənədləşmə aparılmışdır. Sonradan barəsində inzibati tədbir görülməsi üçün məhkəmə məsuliyyətinə verilmiş, Quba rayon Məhkəməsinin qərarı ilə 300 manat cərimə olunmuşdur. Həmin narkotik vasitəni təsadüfən Quba şəhərində tanış olduğu Təqsirləndirilən şəxs1 70 manata almışdır. Xalidin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmiş və marixuana lazım olan vaxtlarda ona zəng edib ona marixuana satmasını istəmişdir. Xalid onu tanıdığı üçün ona narkotik vasitə satmışdır. Bəzi vaxtlarda Xalidə zəng edib ondan marixuana istəyəndə onda həmin narkotik vasitələr olamamış və narkotik olan zaman ona xəbər etməsini bildirmiş, Xalid də öz növbəsində əlində satlıq narkotik vasitə olanda ona zəng edib bu barədə bildirmiş ya özü gətirib satmış ya da Xalidin avtomobilini sürərək narkotik vasitələrini satmaqda köməklik edən hamının Baba kimi tanıdığı Cəbrayılla göndərmişdir. Xalid özü çox vaxt Bakı şəhərində olduğundan həmin vaxtlarda Xaliddən marixuana almaq istəyəndə ona narkotiki Cəbrayılla göndərmişdir. 02 dekabr 2020-ci il saat 23 radələrində Xalid ona zəng edərək onda marixuana olduğunu bildirmiş və istədiyi halda ona sata biləcəyini demişdir. Belə ki, Xalidə bir neçə gün əvvəl zəng edib narkotik vasitə istəmiş lakin Xalid həmin vaxt onda marixuana olmadığını bildirmişdir. Xalidin bu zəngi zamanı ona bir kibrit qutusu marixuana almaq istədiyini bildirdikdə Xalid onun harada olduğunu soruşmuş, Xalidə yaşadığı evdə olduğunu deyəndə ona evinin qarşısında gözləməsini, bir qədər sonra Cəbrayılın gətirib orada ona həmin marixuananı verəcəyini və əvəzində 70 manat alacağını demişdir. Evin qabağında küçədə dayanıb gözləmiş, təxminən 40-50 dəqiqə sonra Cəbrayıl Xalidə məxsus olduğunu bildiyi qara rəngli «Tofaş» markalı avtomobili idarə edərək gəlib ondan 70 manat almış və ona bir kibrit qutusu dolu marixuananı verib getmişdir. Həmin gün və səhəri gün həmin qutudakı marixuanadan bir qədər istifadə etmiş və qalanı qutunun içərisində cibində qalmışdır. Polis tərəfindən saxlanılarkən də üstündən aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la özünün ***-***-**-** saylı nömrəsindən Xalidin ***-***-**-**, ***-***-**-** və 070-526-69- 99 saylı nömrələrinə zəng etməklə əlaqə saxlamış, sonuncu nömrə, yəni ***-***-**-** saylı nömrəni Cəbrayıl işlətmişdir. Əvvəllər bir neçə dəfə Bakı şəhərində müxtəlif tanımadığı şəxslərdən narkotik vasitələr almışdır. Hal-hazırda həmin şəxslərin telefon nömrələri və digər əlaqələrini xatırlamamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uşaqlıq illərindən tanımış, onunla dostluq münasibətləri olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs Quba sakini kimi tanımışdır. Təqsirləndirilən şəxs2 Baba adı ilə tanımış, o Xalidin qonşusu olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 nə səbəbə tutulmalarını bilməmişdir. Sonradan televizorda onlar narkotik vasitələrin dövriyyəsinə görə tutulmalarını eşitmişdir. Bununla belə, Şahid2 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uşaqlıq illərindən tanımış, onunla dostluq münasibətləri olmuşdur. Həmçinin, Zərərçəkmiş şəxs o, Quba sakini kimi tanımış, yaxın dostluq münasibətləri olmasa da nə onunla, nə də ki, Təqsirləndirilən şəxs1 ilə heç bir düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, iş üzrə Təqsirləndirilən şəxs2 da Baba adı ilə tanımış, Xalidin qonşusu olmuşdur. Təqsirləndirilən şəxs2la da heç bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis tərəfindən tutulmalarını bilsə də, əvvəl onların nə səbəbə tutulmalarını bilməmiş və sonradan televiziyada onların narkotik vasitələrin dövriyyəsinə görə tutulduğunu görmüşdür. 2019-cu ilin dekabr ayında Xalidlə görüşməsə də, Quba şəhəri Əliqulu Nərimanov küçəsində yerləşən “Şah plov” kafesi ilə üzbəüz yerləşən “Əhməd” çayxanasında hal- hazırda xatırlamadığı şəxslərlə oturan zaman həm onlarla, həm də çayçıda olan digər şəxslərlə söhbət zamanı onlardan Xalidin Bakı şəhərindən gəlmiş hansısa dostları ilə Zərərçəkmiş şəxs döydüyünü və Bəxtiyarın Xaliddən polisə şikayət etdiyini eşitmişdir. Həmin ərəfələrdə də Xalidlə aralarında pul məsələsinə görə bir qədər soyuqluq olduğundan, bir dost kimi ona canı yandığı üçün ona özünə məxsus olan ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs1 məxsus ola ***-***-**-** saylı nömrəyə 04 dekabr 2019-cu ildə «men senincun ne alverçisi deyilem nedeki yalvarcisi deyilem.ne vereceydun cerez men elcine verilecekdi.pula ehtiyac oian vaxti ozun taniyan oğlan sef buraxmaz, birce onu biliremki ureyuvun xilti mene qarsi hemise asib dasdi sebebinide ancaq ozun bilirsen.neyse deyesi sozum çoxdu xeyiri olan deyil ona gorede qoy bele qalsin.feritden sene dost olmaz sene elvin heybet kimiler alacaq, sozlerim xosuva gelmeye biler cunki heqiqeti deyirem. bextiyari doymeye gətirdiyin bakili doslar seni isteseydüer tirkanin yerine meslehet verseydiler belede olmazdi. gorduyun isde yaninda daim dos lazimdi oda sende yoxdu.» məzmunlu SMS yazmışdır. Belə ki, araları nə qədər soyuq olsa da dostunun işinin polisə düşməsi onun üçün xoş olmamışdır. Həmin vaxt Xalidin yanında həmin tanımadığı, Bakıdan olan dostları deyil, o olsaydı, ona Bəxtiyarı döyməyə köməklik göstərmək əvəzinə, onu səhv yoldan çəkindirərmiş ki, hansısa problemə də düşməsin. Təqsirləndirilən şəxs1 və onun tanımadığı dostları tərəfindən Zərərçəkmiş şəxs döyülməsini konkret olaraq həmin vaxtdan uzun müddət keçməsinə görə kimdən eşitməsini xatırlamamışdır. Ancaq Quba balaca şəhər olduğu üçün Xalidi də, Bəxtiyarı da çox adam tanıdığından onları tanıyan, demək olar ki, hər bir şəxs bu hadisə barədə eşitmişdir. Ona görə də çayxanadakı ümumi söhbətdən bu barədə eşitmiş və ona görə də qeyd olunan SMS-i Xalidə yazmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, hadisə barədə heç nə görməmiş, istintaqda ondan Xalidə sms yazması barədə soruşmuşlar və o, sms yazdığını etiraf etmişdir. Nə yazdığını bilmir, çünki nömrəni qırıb atmışdır. Narkotik vasitədən istifadə etmir və heç kimdən narkotik vasitə almamışdır. Onun telefonunda iki nəfər Xalid adlı şəxslərin nömrələri olmuşdur. Həmin Xalid indi həbsdədir, o, digər Xalidə mesaj yazmaq istəmiş, lakin səhvən Təqsirləndirilən şəxs1 yazmışdır. İstintaqdakı ifadəsində vaxtilə narkotik vasitəni Qaraçay kəndindəki Xaliddən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 heç vaxt narkotik vasitə almamışdır. Bundan başqa bildirmişdir ki, yaddaşında problemlər olmuş, Maştağa qəsəbəsində yerləşən xəstəxanada əsəbdən müalicə almışdır. Hazırda səhhəti normaldır. Bununla belə, Şahid3 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, təxminən 2014-cü ildən 2019-cu ilin ortalarına qədər narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 2019-cu ilin ortalarından başlamaqla sentyabr ayına kimi isə el arasında kokos deyilən narkotik vasitədən istifadə etmişdir. Kokos kimi tanınan narkotik vasitəni adətən Quba şəhərində tanışı, daha doğrusu uşaqlıq dostu Təqsirləndirilən şəxs1 almışdır. Onunla münasibətləri həmişə yaxın olduğu üçün ona kokos kimi tanınan narkotik vasitəni adətən təmənnasız vermişdir. O da əvəzində pul olmasa da Xalidə müxtəlif hədiyyələr vermişdir. Həmin vaxtlar ayaqqabı tikməklə məşğul olmuş və ondan aldığı narkotik vasitənin əvəzinə ayaqqabı vermişdir. Konkret olaraq pul verib narkotik vasitə almağını xatırlamamışdır. Çünki, narkotik vasitələrdən istifadə etdiyinə görə yaddaşında problemlər əmələ gəlmiş, buna görə də Xalidə nə vaxtsa satdığı narkotik vasitələrin əvəzinə pul verib-verməməyini xatırlamamışdır. 2019-cu ilin sentyabr ayının sonlarından narkoloji dispanserdə müalicə alaraq narkotik vasitələrdən asılılıqdan qurtulmuş və həmin vaxtdan narkotik vasitə istifadə etməmişdir. Təqsirləndirilən şəxs1 də sonradan polis tərəfindən tutulduğunu eşitmişdir. Narkotik vasitələrdən marixuananı Xaliddən yox, onunla heç bir əlaqəsi olmayan başqa-başqa şəxslərdən almışdır. Ancaq kokos adlı narkotik vasitəni adətən Xalidin özündən almış, ya da ondan istədiyi bəzi vaxtlarda özü olmayanda tanışı-əsi adı Cəbrayıl olan, hamının “Baba” ləqəbi ilə tanıdığı oğlanla göndərmişdir. Marixuanadan artıq uzun müddətdir ki, istifadə etmədiyi üçün onu kimdən aldığını dəqiq xatırlamamışdır. "xxxx" MMC-dən götürülmüş məlumatlarda ona məxsus olan 070-354- 54-42 saylı nömrə ilə Təqsirləndirilən şəxs1 məxsus olan ***-***-**- ** saylı nömrə arasında yazılan «brat 30 tam duzelib tel al verimde sene sonra xecdenmesin ustunden taksinenem gelim», «brat geç gelersen men solmaz gildeyem cvb verde», «belkem sene bawqa iwim duwub sende bele edirsen canin saqolsun yiqmaram 2 gundu ezabi cixaram lomkadan olsun», «Qardaw saat necede olsa yiqda meni saat 3 den lomkadayam puluda xeclemeyib seni qozleyirem 30 manat yatmayib seni qozieyirem sen anuvin cani aldatma meni», «Bura kelme kasmoy burdadi bew mertebenin heyetine qir zenk ele», «Qardaw leysan yaqdi eve qeldim zenk ele cixiw tine», «Gelde tekem caycidayam ureyim sixilir», «Qardaw acinnan olurem saat 10 corek yeyenem eve qetsem cixa biimeyecem qec qelersen caycidayam brat cvb yazda», «1134 kontur vurdum 5 manat Allahhaqqi sehere kimi yatmamiwam duzdu borcum var amma menim dost dediyim insanlara kore canimdan kecmiwem axwamki 3 manata corek yedim ona qore pulum catmamiwdi bundan sonra 1 manatda az olsa olerem lomkadan zenk etmerem helede ozume qele bilmirem 4 kundu caqiriram kel cay icek sen ayib bilesen bu caycini canin saqolsun brat», «Hacan qelesen saat necede olarsan qubada», «Yaxwi iwivi qutar yiq meni 5 deqiqe iwim var», «Duzeldi 30 catiram», «Mawinnasan qeierdin deyerdin mene brat pul xeclenmemiw hemde indi hec kim yoxdu», «brat qelde zenk elede», «Qardaw necef qelib qedirik burdadi men qelim yoxsa qelesen 5 mertedenin tinine eve qetsem cixa biimeyecem brat qelim», «imkan varsa meni yiq necef yanimdadi lato söhbetin daniwaq demiwemki xalid duzub qowur menimcin bir iki soz var onu soruwacam senden», «Konturun yoxdursa men yiqim yiqiram zanit qosterir telefonun», «Olsun bilesenki xesteyem puluda qucnen duzeltmiwem 30 manat duranda meni yiq adamin qanin qaraltirsan Brat duranda yiqarsan men bilmiremki menimle niye bele reftar edirsen belkemde Pulsuzam deye olsun xalid», «Saat 12 iwleyib qelesen olurem lomkadan Puluda duzeltmiwem men bilmirem niye bele edirsen menimle cvb verde», «Xalid quran haqqi mal istemirem iwim var», «Allaha and olsun daha mal istemeyecem indide istemirem smsi oxuyub mene cvb vermirsən hec olmasa zenk ele sozum var meslehete ehtiyacim var quran haqqi tel ac yiq meni bele dostluq olmaz xalid meni mal bu qune qoydu kimse sevinirsə men bileni sen sevinmezsen meni yiq xahiw edirem dostluqmuzu itirme bu defede cvb vermesen seni omrumun axrina kimi seni yiqmaram emilin canina and olsun», «Sabahin xeyir duranda meni yiq xeyirdi quranhaqqi», «Meni cornuya atmisan brat», «Adami bu vezyetde zenkede ehtiyaci olur hec olmasa teifonuma cvb verde senden ne steyiremki men tel alda», «Sene ne pisliyim deyib tel almirsan men butun dostlarima elimden qelen yaxwiliqi elemiwem indi menim pis qunumde menim bir zenkime cvb veren yoxdu olsun mende bele qalan deyilem qayitaram duz yola ALLAH QOYSA olsun brat», «Qardaw qurban olum eseblewme men avtobazanin qabaqindayam ora qelde», «Qardaw cox saqoi bu hereketivi yaddan cixarmaram Men bukun hec bele oimamiwdim olurdum qardaw ALLAH QOYSA qutaracam birdefelik opurem saqol gecen xeyire», «Sene padarkam var qardaw ona qoqe yiqiram», «ALLAHHAQQİ duz deyirem tez qel verim tez qei emil qelmemiw brat», «Quranhaqqi zarafat elemirem padarkam var sene vermeye alda teifonu», «Qardaw sene yaxwi hediyye verecek sende qardawa dunen ozun dediyin kimi 10 manatliqdan verersende metim qelecek seher 10 da bundan sonra qurana e! basacam kiwi aparir sabah Bundan sonra elesem menden kot adam yoxdu emilin canicin», «Bayir istidi xarab olmasin hediyye tez cixda brat bax qor ne verirem», «Zarafat edirem xarab olan wey deyil senin tez cixmaqiva qore deyirdim hardan qaldin brat» məzmunlu SMS yazışmaları keçmişdə etdiyi səhvlər olmuş, həmin SMS-lərin məzmunlarından da göründüyü kimi Xalidlə onun arasında aparılan narkotik vasitə alqı-satqısı ilə bağlı olmuş, narkotik vasitələrdən asılılıqla bağlı müalicə olunduqdan sonra Xalidlə daha bu mövzuda heç bir söhbəti olmamışdır. Onun adına qeydiyyatda olan ***-***-**-** saylı abonent nömrəsindən hazırda aktiv olmadığı üçün istifadə etməmişdir. Əvvəllər həmin nömrəni ancaq özü istifadə etmiş və başqa kimsə həmin nömrəni işlətməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, kənddən gələrkən avtomaşında Xalidlə Bəxtiyarın mübahisə etdiklərini görmüş, daha sonra Bəxtiyarın əkinliyin içinə doğru qaçdığını görmüşdür. Təqsirləndirilən şəxs1 kimisə bıçaqla vurmasını görməmişdir. Bundan başqa orada kimdəsə bıçaq və kiminsə bıçaqlandğını görməmişdir. Bununla belə, Şahid4 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Quba rayonunda taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımış və aralarında normal tanışlıq münasibətləri olmuşdur. Həmçinin, Şahid5 da taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımış və onunla da normal tanışlıq münasibətləri olmuşdur. 02 dekabr 2019-cu ildə Quba rayonu Mirzəqışlaq kəndində olarkən tanışı Bəxtiyar ona zəng edərək digər tanışı Vüsalın avtomobili ilə gəlib onu götürəcəyini bildirmiş və saat 22 radəiərində onlar ikisi birlikdə Vüsalın Rusiya Federasiyasına məxsus qeydiyyat nişanlı «VAZ-2107» markalı avtomobili ilə onu həmin kənddən götürmüşlər ki, Quba şəhəri istiqamətində getsinlər. Belə ki, gündüzdən onu həmin yerə Bəxtiyar aparmış və axşam onu oradan götürməsi barədə razılığa gəlmişlər. Beləliklə, Vüsalın avtomobilində o qabaq sərnişin oturacağında, Bəxtiyar isə arxa oturacağın sağ tərəfində oturmuşdur. Vüsal isə avtomobilini idərə edərək Vəlvələ kəndinə gəlmişdir ki, oradan işlənmiş təkər alsın və sonra evə getsinlər. Vüsal işini görüb qurtardıqdan sonra onlar saat 23 radəiərində Gəndob-Quba yolu ilə Quba şəhəri istiqamətində hərəkət etdikləri vaxt onlardan arxada hərəkət edən əvvəlcə markasına fikir vermədiyi avtomobil uzaqvuran işıqları ilə dayanmaları üçün işarə etmiş və Vüsal avtomobili saxlamışdır. Həmin vaxt onlar avtomobildən düşməmiş, saylarına tam dəqiq fikir vermədiyi 3-4 nəfər onların əyləşdiyi avtomobilə yaxınlaşıb əvvəlcə onun oturduğu tərəfdən qapını açaraq bu vaxt onların içindən kimsə “Bəxtiyar arxada oturub” deyərək onun ünvanına nalayiq söyüş də söymüş və qapını açaraq Bəxtiyarı zorla avtomobildən düşürmüşlər. Düşürəndən sonra o da avtomobildən düşmüş və həmin şəxslərin əvvəlcə Bəxtiyarı əlləri və ayaqları ilə vuraraq öz avtomobillərinə mindirmək istəmələrini, daha sonra Bəxtiyarın onların əlindən qaçıb yaxınlıqda yerləşən ağaclıq sahəyə doğru getməsini görmüşdür. Bəxtiyar onların əlindən qaçandan sonra həmin şəxslər gəldikləri avtomobilə minərək oradan qaçıb uzaqlaşmışlar. Onların hərəkət etdikləri avtomobili həmin vaxt görmüşdür. Onun «Mersedes-Benz C-kiass» markalı avtomobil olduğunu bilsə də hal-hazırda rəngi yadında qalmamışdır. Bundan sonra onunla Vüsal bir müddət uca səslə Bəxtiyarı səsləsələr də onun qayıtmadığını görəndə avtomobilə minib Quba şəhəri istiqamətində hərəkət etmiş və şəhərə çatanda yeni avtovağzalın yanında yerləşən «Ultra Aslan» adlı çayxanada oturaraq Bəxtiyara zəng etmiş lakin, Bəxtiyar cavab verməmişdir. Yolda Quba şəhərinə gələrkən Vüsal ona Bəxtiyarı döyənlərdən birinin Xalid olduğunu bildirmişdir. Ancaq o, Xalid adlı şəxs barədə eşitsə də onu şəxsən tanımamışdır. Buna görə də hadisə yerində Bəxtiyarı döyənlərdən hansının Xalid olmasını bilməmişdir. Sonrakı müddətdə Quba şəhərində hal-hazırda yadında qalmayan cavan uşaqlar arasında aparılan söhbət zamanı Bəxtiyarı döyənin Xalid olmasını bilmişdir. Həmçinin, həmin vaxt Bəxtiyarın bıçaqla da vurulduğunu eşitmişdir. Ancaq hadisə yerində qaranlıq və qarışıqlıq olduğu üçün Bəxtiyarı döyənlərdən kimin əlində bıçaq olmasını və kiminsə Bəxtiyarı bıçaqla vurmasını görməmişdir. Dava vaxtı, yəni Bəxtiyar döyülərkən Xalid deyilən şəxs Vüsalın avtomobilinin açarlarını da Vüsaldan alıb aparmış və Vüsal hadisə yerindən özünün ***-***-**-** saylı nömrəsindən Xalidin onun bilmədiyi nömrəsinə zəng edərək avtomobilin açarlarını qaytarmasını demişdir. Bir qədər sonra Xalid açarları marka və qeydiyyat nişanlarını xatırlamadığı taksi ilə onların dayandığı yerə göndərmiş və bundan sonra Vüsalla oradan Quba şəhərinə qayıtmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid5 göstərmişdir ki, Zərərçəkmiş şəxs Quba şəhərində yaşayan həmyerlisi kimi tanımış və aralarında normal tanışlıq münasibətləri olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs1 da Quba şəhərində yaşayan bir şəxs kimi tanımışdır. Xalidin qardaşı oğlu Mehracla dostluq etmiş həmçinin, Xalid «VAZ-21011» markalı avtomobil alarkən buna vasitəçilik etmişdir. Xalidlə də normal tanışlıq münasibətləri olmuş və heç bir düşmənçilik və ya ədavəti olmamışdır. 02 dekabr 2019-cu ildə Quba rayonu Vəlvələ kəndinə avtomobili üçün işlənmiş təkər almağa getmişdir. Həmin vaxt oraya faktiki olaraq özünə məxsus olsa da Rusiya Federasiyasına məxsus qeydiyyat nişanları olduğuna görə etibarnamə əsasında idarə etdiyi «VAZ-2107» markalı o273km05rus qeydiyyat nişanlı avtomobili ilə getmiş və onunla birgə tanışları Zərərçəkmiş şəxs və Şahid4 da avtomobildə olmuşlar. Vəlvələ kəndində təkərlərə baxdıqdan sonra bəyəndiyi təkər olmadığına görə saat təxminən 00-01 radələrində, yəni 2 dekabr tarixindən 3 dekabr tarixə keçən vaxt Gəndob- Quba yolu ilə Quba şəhəri istiqamətində hərəkət etdikləri zaman onlardan arxada hərəkət edən əvvəlcə markasına fikir vermədiyi avtomobil uzaqvuran işıqları ilə dayanması üçün işarə etmiş və o da avtomobili saxlamışdır. Həmin vaxt onlar avtomobildən düşməmiş, saylarına tam dəqiq fikir vermədiyi 3-4 nəfər onun idarə etdiyi avtomobilə yaxınlaşmışlar. Onlardan digərlərini tanımasa da birinin Xalid olduğunu görmüşdür. Onlar arxa oturacaqda oturan Bəxtiyar avtomobildən düşən kimi əlləri və ayaqları ilə onu döyməyə başlamışlar və onu dartışdırıb özlərinin «Mersedes-Benz C klass» markalı avtomobillərinə mindirməyə çalışmışlar. Onunla Şahin də avtomobildən düşüb onları Bəxtiyardan aralamaq istəsələr də onlar həmin məsələyə qarışmamalarını bildirmişlər. Bəxtiyar isə birtəhər onların əlindən çıxıb qaçmışdır. Bundan sonra Xalid və onunla gələn digər şəxslər avtomobillərinə minərək oradan getmişlər. Onlar gedəndən sonra bir neçə dəqiqə Şahinlə birlikdə Bəxtiyarı səsləsələr də onu tapa bilməmişlər. Bu zaman avtomobilinin açarlarının üzərində olmadığını görmüşdür. Həmin vaxt Bəxtiyara hücum edən şəxslərdən hansısa onun avtomobilinin açarını oradan qaça bilmələri üçün götürmüş olduqlarını fikirləşmiş və buna görə də ***-***-**-** saylı nömrəsindən Xalidin hal- hazırda xatırlamadığı nömrəsinə zəng edərək bu barədə ondan soruşmüşdur. Xalid də açarların onda olduğunu bildirib Quba şəhərindən taksi ilə yola salmış və gətirib açarı ona vermişlər. Həmin ərəfədə də açarlar ona çatdırılana qədər Bəxtiyar markasını xatırlamadığı taksi ilə onunla Şahin olan yerə yaxınlaşıb özünün Quba şəhərində «ASAN» Xidmət mərkəzinin yanında onları gözləyəcəyini bildirmişdir. Avtomobilin açarı veriləndən sonra deyilən yerdən Bəxtiyarı götürüb özünün avtomobilinin yanına, yəni köhnə avtovağzal deyilən yerə düşürmüşdür. Həmin vaxt Bəxtiyarın sağ arxa tərəfindən qan axdığını görəndə ondan nə baş verdiyini soruşduqda, o, dava vaxtı Xalidin onu bıçaqla vurduğunu bildirmişdir. Ancaq hadisə yerində qaranlıq və qarışıqlıq olduğundan Xalidin əlində bıçaq olub-olmamasını görməmişdir. Xalid və yanında olanlar qısa vaxt ərzində magistral avtomobil yolunun kənarında Bəxtiyarın ünvanına nalayiq ifadələr işlədə-işlədə onu döyüb oradan qaçmışlar. Dava zamanı Xalidin yanında olan şəxsləri tanımamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 04 dekabr 2019-cu il tarixli 29864 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş...” sözləri yazılmış kağız paketi açdıqda içərisində skoçla bağlanmış 11 (on bir) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 1)0,142 qram, 2)6,061 qram, 3)5,729 qram, 4)5,633 qram, 5)6,168 qram, 7)6,247 qram, 8)5,287 qram, 9)6,395 qram, 10)5,894 qram, 11)5,307 qram və həmin kibrit qutuiarının birinin içərisində bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,271 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, ümumi çəkisi-58,556 qramdır, 11 (on bir) ədəd kibrit qutusunda və bir ədəd kağız bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 04 dekabr 2019-cu il tarixli 29865 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə...” yazısı olan 4(dörd) ədəd zərflərdəki 1 (bir) ədəd polietilen bükümdə təmiz çəkisi 15,248 qram qəhvəyi rəngli tozşəkiili maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin (zərf N1), 13(on üç) ədəd polietilen bükümdə təmiz çəkisi 5,060 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin (zərf N2), 6(altı) ədəd polietilen bükümdə təmiz çəkisi 2,649 qram qəhvəyi rəngli tozşəkiili maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin (zərf N3), 1 (bir) ədəd polietilen bükümdə təmiz çəkisi 0,122 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (zərf N4). Ümumilikdə 7(yeddi) ədəd bükümdəki heroinin ümumi təmiz çəkisi 17.897 qramdır və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. 14 (on dörd) ədəd bükümdəki metamfetaminin ümumi təmiz çəkisi 5,182 qramdır və həmin metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynidirlər. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 08 dekabr 2019-cu il tarixli 30229 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs1 üzərindən...” sözlər və imzalar olan bir ədəd zərfdəki 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,791 qram; 0,852 qram; 0,821 qram; ümumi təmiz çəkisi - 2,464 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 27 dekabr 2019-cu il tarixli 31475 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş...” sözləri yazılmış kağız paketdə 11 (on bir) ədəd kibrit qutusunda və həmin kibrit qutularının birnin içərisində bir ədəd kağız bükülüdə olan marixuanalar və üzərində “Şahid1 üzərindən aşkar olunmuş...” sözləri yazılmış zərfdə bir ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 19 yanvar 2020-ci il tarixli 1291 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası ‘Tədqiqat obyekti” 59 və 76 N-li ştampla möhürlənmiş paketlərdə olan, Təqsirləndirilən şəxs2 götürülmüş 7(yeddi) ədəd bükümdəki heroinlər, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 3(üç) ədəd bükümdəki heroiniərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 06 dekabr 2019-cu il tarixli 1363 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər- sağ sağrıda bir-birinə yaxın 4 yerdə, sağ budun orta1/3-nin arxa səthində bir yerdə deşilmiş- kəsilmiş yara deşici-kəsici əşya(lar)ın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 03 dekabr 2019-cu il tarixə uyğun gəlir, bu xasrətiər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 10 dekabr 2019- cu il tarixli 1371 nömrəli rəyində Təqsirləndirilən şəxs1 bədəni üzərində obyektiv olaraq hər hansı xəsarət və onun izinin aşkar olunmaması göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 06 fevral 2020-ci il tarixli 317 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstələiyinin əlamətləri aşkar olunmur. Hal- hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 06 fevral 2020-ci il tarixli 310 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoioidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 may 2020-ci il tarixli 899 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər-hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticlərindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliiiyini dərk etmək və onları idarə etmək iqtiarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-psixiatrik ekspertizasının 15 may 2020-ci il tarixli 898 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hərhansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtiarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan 03 dekabr 2019-cu il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Quba şəhəri Əliqulu Nərimanov küçəsində yerləşən «Şah plov» restoranının arxa tərəfində yerləşən yaşayış evinin həyətində saxlanılaraq videoçəkilişlə üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilir, o, əynində olan şalvarının sol cibindən «Redmi» markalı mobil telefon və 51 manat pulu çıxarır, əynindəki qara rəngli gödəkcənin sol cibini açıb astar üzünü çevirən zaman cibindən xırda selofan bükülü yerə düşür. Bükülü götürülən zaman Təqsirləndirilən şəxs2 onun içərisindəkinin tanışı Təqsirləndirilən şəxs1 ona satmaq üçün verdiyi «şüşə» kimi tanıdığı narkotik vasitə olduğunu bildirir. Sonra gödəkcəsinin sağ cibindən açar çıxararaq onların Təqsirləndirilən şəxs1 evinin açarları olmasını, həmin evdə narkotik vasitə olub-olmaması barədə sorğu edilərkən orada da narkotik vasitə olmasını və onları göstərə biləcəyini bildirir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş bükülü tərəzidə çəkilərək 0,2 qram çəkidə olması müəyyən olunur və həmin bükülüdəki maddə zərfə qoyularaq qablaşdırılır. Cinayət işinin materiallarında olan Quba şəhəri Heydər Əliyev prospekti 180 ünvanında yerləşən evə baxış keçirilməsi haqqında 03 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, videoçəkilişlə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs2 özündə olan açarla həmin evin qapısını açıb polis əməkdaşlarını baxış keçirilməsi üçün oraya dəvət etməklə evdə yerləşən çarpayının üzərinə qoyulmuş qatlanmış vəziyyətdə olan döşəyin arasından içərisində «şüşə» və «kokos» adlanan narkotik vasitələr olduğunu bildirdiyi qırmızı rəngli dəmir hədiyyə qutusunu götürüb təqdim etmişdir. Həmin qutunun içərisində baxıldıqda orada 6 ədədinin içərisində tünd rəngli, 12 ədədinin içərisində isə ağ rəngli maddələr olan ümumilikdə 18 ədəd xırda polietilen parçalarına bağlanmış vəziyyətdə bükümlərin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 içərisində tünd rəngli maddələr olan bükümlərin narkotik vasitə «kokos», içərisində ağ rəngli maddələr olan bükümlərin isə narkotik vasitə «şüşə» olmasını bildirmişdir. Ağ rəngli maddələr olan bükümlərin ümumi çəkisinin 5,5 qram, tünd rəngli maddələr olan bükümlərin çəkisinin 2,9 qram olması müəyyən olunaraq onlar ayrı-ayrı zərflərə qoyulmaqla qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 evin tualetinə keçərək oradakı unitazın su qabının qapağını açıb oradan iki ədəd selofan paketi çıxarıb onlardan birinin içərisində «kokos» adlanan, digərinin içərisində isə «nəşə» adlanan narkotik vasitələr olmasını bildirmişdir. Həmin selofan paketlərdən birinin içərisindən «Belamorkanal» adlı siqaret qutusunda və 11 ədəd kibrit qutusunda, həmçinin həmin qutulardan birinin içərisində 1 ədəd kağız bükümdə qablaşdırmalarla birgə 96,4 qram çəkidə narkotik vasitə marixuanaya bənzər kütlə, digərinin içərisindən isə bükümlə birgə 15,9 qram çəkidə tünd rəngli kütlə aşkar olunmuş, marixuanaya bənzər və tünd rəngli kütlələr ayrı- ayrı zərflərə qoyularaq müvafiq qaydada qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan şəxsi axtarış aparılması haqqında 07 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 19:20-də Təqsirləndirilən şəxs1 Quba rayonu Fətəlixan küçəsində saxlanılaraq müdafiəçi X3 iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılarkən o, əynində olan gödəkcənin sağ yan cibindən 3 ədəd selofana bükülmüş vəziyyətdə narkotik vasitə heroinə oxşar sarımtıl rəngli spesifik iyə malik kütləni çıxarıb təqdim edərək onların «kokos» adlandırılan narkotik vasitə olmalarını bildirmiş, həmin bükümlər tərəzidə çəkilərək ayrı-ayrılıqda 0,7 qram, 0,7 qram və 0,6 qram olmaqla, ümumilikdə 2,1 qram çəkidə olmaları müəyyən olunmuş, Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri Bakı şəhərindən aldığını, onlardan başqa 1000 manat verməklə tanışı Təqsirləndirilən şəxs2 üçün də narkotik vasitələr alıb ona verdiyini, özünün də narkotik istifadəçisi olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən alınmış DVD diskin yaddaşında olan məlumatlara baxış keçirilməsi haqqında 09 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı abonent nömrəsi ilə Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələri arasında 01 sentyabr 2019-cu il tarixdən 03 dekabr 2019-cu il tarixədək çoxsaylı zəngləşmələrin aparılması, onlar arasında müxtəlif məzmunlu SMS yazışmaların olması müəyyən olunur. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən alınmış 01 ədəd CD diskdə olan məlumatlara 12 may 2020-ci ildə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsi arasında çoxsaylı danışıqların aparılması, Təqsirləndirilən şəxs1 istifadəsində olan həmin nömrə ilə Təqsirləndirilən şəxs2 02 dekabr 2019-cu ildə narkotik vasitə satdığı Şahid1 ***-***-**-** saylı nömrəsi ilə 02 dekabr 2019-cu il saat 23:20 və 23:25, həmçinin 03 dekabr 2019-cu il saat 00:10 daxil olmaqla ondan əvvəlki tarixlərdə də çoxsaylı danışıqların olması müəyyən olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən alınmış 01 ədəd CD diskin yaddaşında olan məlumatlara 14 iyul 2020-ci ildə baxış keçirilmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrə arasında 03 dekabr 2019cu il saat 01:3-də və ondan əvvəlki tarixlərdə bir neçə dəfə zəngləşmə aparılması müəyyən olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən alınmış 01 ədəd CD diskin yaddaşında olan məlumatlara baxış keçirilmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən Şahid1 narkotik vasitə qurudulmuş marixuana satıldığı 02 dekabr 2019-cu il və həmin gündən 03 dekabr 2019-cu il tarixə keçən gecə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**- ** saylı nömrə, həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrə arasında bir neçə danışıq aparılmışdır. Həmin danışıqların tarix və vaxtları baxış keçirilməsi haqqında protokolda qeyd olunmuşdur. Bundan başqa, həmin məlumatlara baxış keçirilərkən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə ***- ***-**-** saylı abonent arasında narkotik vasitələrin alqı-satqısına aid SMS-lər aşkar olunmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş Quba RPŞ-nin İstintaq bölməsinin müstəntiqi polis baş leytenantı Əli Abidlinin 12 dekabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında və Quba rayon Məhkəməsinin hakimi Rahim Həsənovun 28 dekabr 2019-cu il tarixli 3(027)-1483/2019 nömrəli qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə qurudulmuş marixuananı 70 manata alaraq üzərində saxlamış Şahid1 aşkar olunmuş narkotik vasitənin çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda olmayan 1,007 qram təşkil etdiyindən onun əməlində cinayət tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2- ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunaraq surəti sonuncunun İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasının təşkil edilməsi üçün Quba RPŞ-nin İctimai Təhlükəsizlik bölməsinə göndərilmiş, Şahid1 barəsində müvafiq inzibati protokol tərtib olunmaqla qərar qəbul edilməsi üçün Quba rayon Məhkəməsinə təqdim edilmiş və Şahid1 İXM-in 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 300 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdiyi ifadələrini onların ibtidai istintaq zamanı verdiyi ifadələri, eləcə də cinayət təqibi üzrə toplanmış digər mötəbər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri və məhkəmədə tədqiq edilmiş ifadələri obyektiv həqiqəti əks etdirir və məhkəmə həmin ifadələri sübüt növü kimi qəbul edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Bundan başqa məhkəmə Zərərçəkmiş şəxs və şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, şahidlərin, eləcə də zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdikləri ifadələr obyektiv həqiqəti əks etdirir və ona görə də həmin ifadələri sübüt növü kimi qəbul edir. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs və şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 məhkəmədə verdikləri ifadələri əsl həqiqəti əks etdirməməklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiə etmək, onların cinayət məsuliyyətindən azad olunması məqsədi güdür. Beləliklə, məhkəmə məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 221.3, 234.4.1 və 234.4.3cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi həmin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslərə qeyd olunan ittihamlar üzrə qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir.. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Xaçmaz rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli 1(067)- 29/2018 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apelyasiya Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 2 ay 2 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, 23 aprel 2019-cu ildə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələblərinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan mərhum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluğu olmayan hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 cəzanı çəkib qurtardığı gündən 2 (iki) il keçməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ona görə də, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş hesab olunmalı və onun hərəkətləri cinayətin residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş qaydada ayrıayrılıqda azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəli 07 dekabr 2019-cu il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini və himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli 03 dekabr 2019-cu il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Quba RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 17,687 qram narkotik vasitə olan heroin, 4.982 qram qram psixotrop maddə olan metamfetamin, 58,196 qram qurudulmuş marixuana və Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 2,314 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması və onun istifadəsində olmuş Quba şəhəri Heydər Əliyev prospekti 180 ünvanında yerləşən evə baxış keçirilməsi istintaq hərəkətlərinin qeydə alındığı video görüntülər yaddaşına köçürülmüş 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın aparılması istintaq hərəkətinin qeydə alındığı video görüntülər yaddaşına köçürülmüş 01 ədəd DVD disk, "xxxx" MMC-dən götürülmüş 03 ədəd CD disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdaır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 271,5 ( iki yüz yetmiş bir manat əlli qəpik) manat olmaqla, cəmi 543 (beş yüz qırx üç) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 07 dekabr 2019-cu il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 03 dekabr 2019-cu il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Quba RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 17,687 qram narkotik vasitə olan heroin, 4,982 qram qram psixotrop maddə olan metamfetamin, 58,196 qram qurudulmuş marixuana və Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 2,314 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması və onun istifadəsində olmuş Quba şəhəri Heydər Əliyev prospekti 180 ünvanında yerləşən evə baxış keçirilməsi istintaq hərəkətlərinin qeydə alındığı video görüntülər yaddaşına köçürülmüş 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın aparılması istintaq hərəkətinin qeydə alındığı video görüntülər yaddaşına köçürülmüş 01 ədəd DVD disk, "xxxx" MMC-dən götürülmüş 03 ədəd CD disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizalarına görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 271,5 ( iki yüz yetmiş bir manat əlli qəpik) manat olmaqla, cəmi 543 (beş yüz qırx üç) manat pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar