Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-304/2023 19.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhə 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Astara rayonu, Maşxan kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işsiz, Astara rayonu, Maşxan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yerləşən keçmiş uşaq baxçasının binasında kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq, ümumi təmiz çəkisi 0,841 qram olan narkotik vasitə heroini əldə edərək, yaşadığı ünvan 2 ünvanına daşımaqla saxlamış, 10 aprel 2022-ci il tarixdə, saat 19 radələrində ünvan 3 ünvanının yaxınlığında həmin narkotik vasitə heroindən 01 ədəd bükümdə, təmiz çəkisi 0,090 qram olan hissəsini tanışı X12 10 manat pul müqabilində 01 ədəd bükümdə, təmiz çəkisi 0,226 qram olan hissəsini digər tanışı X6 10 manat pul müqabilində satmışdır. Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Emin İsaxanlı və Ramil Ağamalıyev 10 aprel 2022-ci il tarixdə saat 20 radələrində ünvan 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayon Polis İdarəsinin inzibatı binasına gətirilib üzərlərində şəxsi axtarış aparılan zaman X4 əynində olan qara rəngli cins şalvarın sağ yan kiçik cibindən Təqsirləndirilən şəxs satdığı bir ədəd bükümdə təmiz çəkisi 0,226 qram qəhvəyi rəngli toz şəkillə maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, X11 üzərində aparılan şəxsi axtarış zamanı onun əynində olan boz rəngli cins şalvarın sağ yan kiçik cibindən Təqsirləndirilən şəxs satdığı bir ədəd bükümdə təmiz çəkisi 0,090 qram qəhvəyi rəngli toz şəkillə maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs 11 aprel 2022-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayon Polis İdarəsinin inzibatı binasına gətirilib idarədə xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən Emin İsaxanlı və Ramil Ağamalıyevin üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin ilə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynilik təşkil edən, bir ədəd bükümdə təmiz çəkisi 0,525 qram qəhvəyi rəngli toz şəkillə maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutulana qədər narkotik vasitə hesab edilən heroini papiros vasitəsi ilə çəkərək qəbul etmişdir. 10 aprel 2022-ci il tarixində Bakı şəhəri, Papanin adlanan ərazidən keçdiyi vaxt, üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsə yaxınlaşıb ona narkotik vasitə heroin tapmasını xahiş etmiş, həmin şəxs ona razılığın verdikdən sonra ondan aralanmış və bir neçə dəqiqədən sonra ona yaxınlaşıb bir bükümdə olan narkotik vasitə hesab edilən heroini ona 10 manata satmışdır. Həmin heroini əynində olan idman şalvarının yan cibinə qoyub şəxsi istifadəsi üçün saxlamışdır. 11 aprel 2022-ci il tarixdə saat 05:00-da yaşadığı evdən çıxdıqda iki nəfər mülki geyimdə polis işçiləri ona yaxınlaşaraq özlərini ona təqdim etdikdən sonra birlikdə Nizami rayon Polis İdarəsinə getməyini təklif etmişlər. Həmin vaxt bükümdə olan narkotik vasitə heroin cibində olduğu üçün şübhə yaranmasın deyə onların təklifini qəbul edib Nizami rayon Polis İdarəsinə onlarla birlikdə gəlmişdir. Şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibində saxladığı narkotik vasitə heroini masa üzərinə qoymuşdur. 11 aprel 2022-ci il tarixdə üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş 0,525 qram çəkidə, bir bükümdə narkotik vasitə olan heroini 10 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Papanin adlanan ərazidə bir gün əvvəl tanımadığı adamdan 10 manata şəxsi istifadəsi üçün almışdır. X15 və X7 tanımır, eləcə də onlara narkotik vasitə satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 10 aprel 2022-ci il tarixdə Ramil Ağamahyevin və Emin İsaxanlınm narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nizami rayon Polis İdarəsinin əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında idarə rəisinə raportla məruzə edərək təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etdikdən sonra onların olduğu yerin müəyyən edilib ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilərək yaxalanmasından ötrü rəhbərliyi altında Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Nizami rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin inspektoru, polis serjantı X2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Belə ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 aprel 2022-ci il tarixdə, saat 20:00-da saxlanılaraq Nizami rayon Polis İdarəsinə gətirilmiş ünvan 5 ünvanında yaşayan X11 üzərində 0,090 qram 1 ədəd bükümdə narkotik vasitə heroin, ünvan 6 ünvanında yaşayan X8 üzərində 0,226 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Emin İsaxanlı və Ramil Ağamalıyev birlikdə Nizami rayon Polis İdarəsinə gəlmişlər. Nizami rayon Polis İdarəsinə gəldikdən sonra Emin İsaxanlı barəsində araşdırmanın aparılması Nizami Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Kənan Əliyevə, Ramil Ağamalıyev barəsində araşdırmanın aparılması isə Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Emil Hacıyevə həvalə edilmişdir. Təklifdən sonra X15 əynində olan boz rəngli cins şalvarının sağ yan kiçik cibindən şəffaf rəngli sellofana bükülü olan 1 ədəd maddəni çıxararaq içərisində narkotik vasitə sayılan “heroin” kimi tanıdığı maddəni, həmçinin sol yan cibindən İphone 8 markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Emin İsaxanlı ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi narkotik vasitəni Nizami rayonu, B.Nuriyev 10 ünvanının yaxınlığında tanıdığı Zamik adlı şəxsdən 10 manata almışdır. O, həmçinin dostu Ramil adlı şəxslə birlikdə olduğunu və onun da Zamik adlı şəxsdən 10 manat müqablində 1 büküm heroin aldığını bildirmişdir. X9 götürülən 1 ədəd şəffaf sellofana bükülmüş narkotik maddə heroin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 1 ədəd bağlamada qablaşdırılıb möhürlənərək götürülmüşdür, X10 da əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf politilen bükümü çıxarıb təhqiqatçıya təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirildikdə qəhvəyi rəngli toz şəkilli kütlənin olması müəyyən edilmişdir. Ramil Ağamalıyev ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümdə narkotik vasitə heroindir, həmin heroini 10 aprel 2022-ci il tarixdə tanışı Emin İsaxanovla birlikdə Zamik adlı şəxsdən hər biri 10 manat sonuncuya verməklə bir bükümdə narkotik vasitə olan heroini özü, bir bükümü isə Emin İsaxanlı almış, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. X3 götürülən 1 ədəd şəffaf polietilen sellofana bükülmüş narkotik maddə heroin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 1 ədəd bağlamada qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Nizami rayon Polis İdarəsinin KTQ-nun inspektoru, polis kapitanı Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verməklə onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə-kimyəvi ekspertizasının 11 aprel 2022-ci il tarixli, 6/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №162» dairəvi möhür əksi və «...Təqsirləndirilən şəxs-imza; iştirak etdilər-imzalar; Qablaşdırdı: Emil Hacıyev-imza» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi- 0,525 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs, X10 və X9 aşkar edilmiş heroinlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynilik təşkil edirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd bükümdəki təmiz çəkisi- 0,525 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq qalmış 0,475 qram heroin Nizami RPİ-nin MSK-nə saxlamşa təhvil verilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 11 aprel 2022-ci il tarixli, 6/2023 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №162» dairəvi möhür əksləri, «Vət. X12 məxsus maddə...» yazıları, imzalar və soyadlar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,090 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-kimyəvi ekspertizasının 11 aprel 2022-ci il tarixli, 6/2024 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №162» dairəvi möhür əksi və «...R.Ağamalıyev-imza; iştirak etdilər-imzalar; Qablaşdırdı: Emil Hacıyev-imza» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi- 0,226 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, X10 və X9 aşkar edilmiş heroinlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynilik təşkil edirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2466 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X18 xx.xx.2022-ci il tarixli, 5665 nömrəli rəyindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü, Astara rayonu, Maşxan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxanda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X18 xx.xx.2022-ci il tarixli, xx/xx-9211 nömrəli rəyindən görünür ki, Astara rayonu, Maşxan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntüniin olduğu bir ədəd CD disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmanı ehtiva edir. Həmin Məcəllənin CM-in 234.4.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri təkrarən əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərməyə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri təkrarən satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs satış məqsədilə əldə etdiyi 0,841 qram olan narkotik vasitə heroinin 10 aprel 2022-ci il tarixdə, saat 19 radələrində 0,090 qram olan hissəsini X12 və 0,226 qram olan hissəsini digər tanışı X1 Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə satması ilə bağlı vahid niyyətlə əhatə olunduğundan təkrar satma kimi deyil, belə maddənin satılması əməli kimi, yəni bir əməl kimi Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi kimi qiymətləndirilməlidir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitə heroinin eyni vaxtda vahid niyyətlə satması xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsinin tərkib əlamətinin olmaması müəyyən edilmişdir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən "narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir” müddəası öz əksini tapmışdır. Həmçinin "Narkotik vasitələrin psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 mart 2011-ci il tarixli Plenum qərarının 8-ci maddəsinə əsasən "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz.” müddəası öz əksini tapmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs 10 aprel 2022-ci il tarixdə X12 və X6, narkotik vasitə heron satmaması öz təsdiqini tapmadığından və qanunun tələbinə əsasən satma dedikdə narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülməsi müddəasına görə Təqsirləndirilən şəxs 10 aprel 2022-ci il tarixdə X12 və X6 narkotik vasitə heroini satması təkrar satma kimi tövsif olunmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitənin təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə narkotik vasitəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. "xxxx" MMC-dən daxil olmuş 24 iyun 2022-ci il tarixli, 11114 saylı məktuba əlavə edilmiş CD diskdə olan məlumatlara baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs adına olan ********* mobil nömrəsi ilə xx.xx.2022-ci il tarixdə, saat 00:00:00-dan xx.xx.2022-ci il tarixdə, saat 23:59:59-a qədər olan müddət ərzində sonuncu ilə X11 istifadəsində olan 070 ***-**-** saylı mobil nömrə arasında müxtəlif tarixlərdə aparılmış telefon danışıqlarına dair sms yazışmalarına dair aşağıdakı məlumatlar müəyyən olundu: xx/xx/2022,17:58:17,**********30,**********84, X21 Zank Ela xx/xx/2022,18:17:02,**********30,**********84,Brat 3 Daqiqaə Ordaəm xx/xx/2022,18:22:49,**********30,**********84,Zamiq Burdaəm xx/xx/2022,19:29:04,**********30,**********84, X22 X24 xx/xx/2022,21:17:10,**********64,**********84, 10 dəgəyə göndərirəm qaqa xx/xx/2022, 04:37:28, **********44, **********84, Qaqa narahat olma menem mobil .daniwa bilirsen yigim. xx/xx/2022,21:42:47,**********30,**********84,X23 Zank Ela xx/xx/2022,23:55:20,**********64,**********84,Qaqa karti atda brat xx/xx/2022,10:25:11,**********30,**********84,Zamiq Azardi 5 Daqiqa Ordaəm xx/xx/2022,10:27:43,**********30,**********84,X25 xx/xx/2022,19:37:26,**********84,**********44,Aa osdurag senden pul alan kuriyeldi ne it telfonu üzüme niye söndü xx/xx/2022,19:37:27,**********84, **********44, rürsenki mennonun emisiyle indi danışdım belede söndürde esas oduki xx/xx/2022,19:37:30,**********84,**********44, it deyil sennloxsan xx/xx/2022,16:46:23,**********30,**********84,Zamiq xardasan xx/xx/2022,21:45:08,**********64,**********84,Qaqa basiva nöner qardaşin danışamıram 20 dege yigiram qadan alaram xx/xx/2022,19:03:48,**********84,**********64,Senin canın yansın xx/xx/2022, 01:35:20,**********84,**********64,4169 7413 9667 0406 qaqa at buna yadan çıxdı bayaq atım getmeliyem xx/xx/2022,01:35:24,**********84,**********64, qaqa tez at xaiş xx/xx/2022,01:59:35,**********64,**********84,Qaqa sebiıi ol atram xx/xx/2022, 02:00:04, **********84, **********64, Qaqa gözlüyürem getmeliyem başqa yerdeyem xx/xx/2022,02:24:09,**********64,**********84,Qaqa 6 ti aparatnnan vurdum. 4 de edevenen gonderirem çatanda kimi xx/xx/2022,02:24:12,**********64,**********84,mene xeber et xx/xx/2022,02:25:12,**********84,**********64,Aaa yeke kişisen edviya nedi 10 manat yoxundu qaqa ay bılyat xx/xx/2022,08:18:56,**********30,**********84,Zamiq mana X24 xx/xx/2022,16:15:20,**********30,**********84, Brat mana X24 xx/xx/2022, 16:18:25, **********30, **********84, Zank ela xx/xx/2022,15:45:04, **********55, **********84, Burdavam kapitalin yaninda xx/xx/2022, 06:01:03, **********23,**********84, Omrum yaxwisan bilmedim niye sildim axi indi senden xeberim yoxdu xx/xx/2022,22:51:57,**********61,**********84,Brat qurtarıb, ğələndə mənə sms yaz yada ki zənğ vu xx/xx/2022, 22:51:58, **********61, **********84, rarsan robnoy xx/xx/2022, 23:41:42, **********61, **********84, Rodnoy gəlmisən qonaqlıqdasan? xx/xx/2022,04:24:41,**********23,**********84, Meni boklayirsan zamiq qehbe yaninda delelime bu sahatda qeder helede eve gelmemisen ve zegimi vacabimi boklayirsan demeli qehbe yanindadasanki boklayirsan xx/xx/2022, 04:25:00, **********23, **********84, Ac telfonu ac xx/xx/2022, 04:25:24, **********23, **********84, Ac dedim ac ac zamiq ac xx/xx/2022, 17:44:46,**********61,**********84,Brat məni yıxda konturum yoxdu. Srocnı zəhmət oımasa.Krupnıdı bir ba xx/xx/2022,17:44:47,**********61,**********84,laça xx/xx/2022,18:14:11,**********61,**********84,Brat odboy verirdim danışıb qurtarıb,səndə bu manent yıxırdın sluca xx/xx/2022,18:14:12,**********61,**********84,yno sənədə odboy verdim. Yıxda təzdən sənə qurban xx/xx/2022,00:23; 17,**********97,**********84,Zamiq menem orxan bu nömrəyə yiqardinda konttur yoxdu bonusdu xx/xx/2022,00:40:40,**********84,**********97,Qaqa uzaqdayam çox uzaqda xx/xx/2022,20:58:00,**********90,**********84,Qaqulya nevar ne yox? kamaldi. salamatciliqdi?qardawim nese elemey olar?2qr kola İqr pt.alİnar? xx/xx/2022,14:18:00, **********84,**********88, **********571591 bura at çekide at qaqa Cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən "xxxx" MMC-dən daxil olmuş 24 iyun 2022-ci il tarixli, 11114 saylı məktuba əlavə edilmiş CD disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 14245 saylı məktuba əlavə edilmiş CD diskdə olan məlumatlara baxış keçirilərkən müəyyən olunmuşdur ki, diskdə «15597-xx.xx.2022.zip» adlı 01 ədəd qovluq, həmin qovluğu açdıqda «**********84_SMS.txt», «**********84.txt», , «abunechiler.xls», «antena.xlsx» adlı 04 ədəd fayl vardır. Həmin fayllar tərəfimdən bir-bir açılaraq fayllarda olan məlumatlara ardıcıllıqla baxış keçirildi. «**********84_SMS.txt» adlı fayla baxış keçirilərkən qeyd olunan mobil nömrə ilə aparılmış sms yazışmalarına dair hər hansı əhəmiyyət kəsb edən məlumatlar müəyyən edilmədi. Bundan başqa, «**********84.txt» adlı fayla baxış keçirildikdə Təqsirləndirilən şəxs adma olan ********* saylı mobil nömrəsi ilə xx.xx.2022-ci il tarixdə, saat 00:00:00-dan xx.xx.2022-ci il tarixdə, saat 23:59:59-a qədər olan müddət ərzində sonuncu ilə X11 istifadəsində olan 070 ***-**-** saylı mobil nömrə arasında müxtəlif tarixlərdə aparılmış telefon danışıqlarına dair məlumatlar müəyyən olundu. Təqsirləndirilən şəxs adma olan ********* saylı mobil nömrəsi ilə xx.xx.2022-ci il tarixdə, saat 00:00:00-dan xx.xx.2022-ci il tarixdə, saat 23:59:59-a qədər olan müddət ərzində X4 istifadəsində olan 070 ***-**-** saylı mobil nömrə arasında danışıqlar aparılmasına dair hər hansı məlumatlar müəyyən edilmədi. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs adma olan və istifadəsində olan ********* saylı mobil nömrənin xx.xx.2022-ci il tarixdə saat 10:00-dan 20:00-adək olan vaxt ərzində anten dairəsinin «Qara Qarayev pr.», «8 km X19 "Konfirm MMC”» və «8- KM Naxcivanski kuc.» adlı inzibati ərazi vahidində olması müəyyən edilmişdir. Cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 14245 saylı məktuba əlavə edilmiş CD disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək narkotik vasitə satmadığını bildirməsi yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə onun bu ifadəsini inandırıcı hesab etmir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi telefon danışıqları, sms yazışmaları şphid ifadələr i və ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitəni əldə etməsi barədə törətmiş olduğu cinayət əməli məhkəmədə tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci İl tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1, 180.2.2, 180.2.4 maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları toplamaq yolu ilə qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunduğu cinayət az ağır cinayətlər katiqoriyasına aiddir. Qüvvədə olan Cinayət Məcəllənin 83.3-cü maddəsinə əsasən az ağır cinayə törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardığı gündən 06 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəza qalmamış, məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61 və 59-cu maddəlrində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsinrin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 11 aprel 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Nizami rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,475 qram heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd SD disk və "xxxx" MMC-dən alınmış CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 11 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Nizami rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,475 qram heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd SD disk və "xxxx" MMC-dən alınmış CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-304/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-304/2023
19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver