Məhkəmə qərarları › İş №1(101)-304/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-304/2025

25.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-304/2025 25.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X7 və X ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi qaydada əməklə məşğul olmuş, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 29,317-1.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 25 aprel 2025-ci il tarixdə, saat 17:45-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,048 qram narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,929 qram çəkidə psixotrop maddə metamfetamini və təmiz çəkisi 0,674 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlayaraq Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi “Zabrat dairəsinədək” daşımış, qadağan olunmuş əşyalar hesab edilən həmin narkotik vasitələri və psixotrop maddəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan cinayətdən xəbəri olmayan Şahid7 yoxlamadan gizlətməklə ötürülməsinə cəhd edib üzərində “Sport” yazıları olan tərliyin sağ tayının içliyinin alt hissəsinə xüsusi üsulla gizlətmiş, 30 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində həmin ünvanda cinayətdən xəbəri olmayan Şahid6 ilə görüşüb sonuncunun vasitəsi ilə cinayətdən xəbəri olmayan Bakı İstintaq Təcridxanasında saxlanılan Şahid7 sovqat göndərilməsi üçün paketdə saxladığı, üzərində “Sport” yazıları olan tərliyin içərisində gizlətdiyi narkotik vasitələri və psixotrop maddəni vermiş, Şahid6 isə 30 sentyabr 2023-cü il tarixdə, saat 17:15 radələrində həmin narkotik vasitələri və psixotrop maddələri Təcridxanada saxlanılan Şahid7 sovqatda ötürərkən Təcridxananın əməkdaşları tərəfindən saxlanılaraq Təcridxananın xüsusi otağında yoxlanılan zaman sovqatda olan üzərində “Sport” sözləri yazılmış tərliyin (tapıçka) sağ tayının içliyinin alt hissəsinə xüsusi üsulla gizlədilmiş halda ümumilikdə 8 (səkkiz) ədəd bükümdə olmaqla, 3 (üç) ədəd bükümdə ayrı ayrılıqda 0,320 qram, 0,377 qram və 0,351 qram olmaqla ümumi təmiz çəkisi 1,048 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,455 qram və 0,474 qram olmaqla ümumi təmiz çəkisi 0,929 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,240 qram, 0,230 qram və 0,204 qram olmaqla ümumi təmiz çəkisi 0,674 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

2. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,540 qram olan narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, 23 noyabr 2023-cü il tarixdə, saat 14:10 radələrində Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin (bundan sonra mətndə - Sabunçu RPİ-nin 15-ci PB) əməkdaşları tərəfindən Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi T.Ələsgərli küçəsi ev 20 ünvanının qarşısında barəsində elan edilmiş axtarışla əlaqədar keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasına gətirilmiş, orada üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının ön sağ cibindən 1(bir) bükümdə təmiz çəkisi 2,540 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış 30 sentyabr 2023-cü il tarixdə, saat 17:15 radələrində Şahid6 üzərindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasının əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüş kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə kimyəvi komponent tərkibinə görə eyni olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və tərəflərin dəlilləri:

3. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 23 noyabr 2023-cü il tarixdə marketdən bazarlıq edib yaşadığı evə qayıdarkən evdəkilər ona zəng edərək polisin evin qapısına qədər gəlib onu axtardığını, lakin qapını açmadıqları üçün evin işıq və suyunu kəsdiklərini bildirmişlər. Bu zaman o, binaya daxil olaraq liftə minərkən polislər tərəfindən saxlanılaraq polis bölməsinə aparılmışdır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən əlində üç ədəd sellofan paket, üzərində isə üzük, bıçaq və pul olmuş, sonradan üzüyü ailə üzvlərinə təhvil verilmişdir. Onun yaşayış yeri polislərə məlum olmuş, ümumiyyətlə axtarışda olmasından məlumatı olmamış, axtarışda olmasından məlumatı olduğu halda da qaçıb gizlənməyə hər hansı digər yeri olmamışdır. 20 sentyabr 2023-cü il tarixdə öz şəxsiyyət vəsiqəsindən istifadə etməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Şahid7 ərzaq göndərmişdir. O, 24-25 sentyabr 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasında saxlanılan Şahid7la telefon vasitəsilə əlaqə saxlamış, sonuncu ona “Sumka gətirib verəcəklər. Onu götür, özün də üzərinə siqaret falan nə imkanın çatsa içinə qoyub göndərərsən.” demiş, 4-5 gün sonra isə Ramin Mərdanov adlı şəxs ona yük verərək Ceyhuna çatacağını demiş, o da Şahid6 yanına gedib sonuncu ilə birlikdə aparıb yükü Şahid7 vermişdir. Həmin vaxt avtomobilində olan başqa bir nəfər şəxsi isə dediyi yerə apararaq orada düşürüb təcridxananın qarşısına geri qayıtmış, lakin Novruzun orada olmadığını görmüş, sonuncuya zəng etdikdə isə ona cavab verməmişdir. 3 gün sonra Novruz onun yanına gəlib Ceyhuna göndərdiyi yükün içərisindən narkotik vasitə çıxdığından saxlanıldığını, müstəntiqlə danışdığını, sonuncunun həmin məsələnin həlli üçün ondan pul istədiyini bildirmiş, Novruzla birlikdə ümumilikdə 1900 manat pul düzəldib işin bağlanması üçün müstəntiqə vermişdir. Lakin bir müddət sonra Novruz ona narkotik vasitəni boynuna qoymaq üçün onu axtardıqlarını, həmin narkotik vasitəni onun boynuna qoyduqdan sonra isə Novruzu buraxacaqlarını bildirmişdir. Göstərdiyi məsələlərlə bağlı Novruzla müstəntiq arasında 1900 manat pul verilməsi, habelə ona qarşı ifadə verməsinə dair yazışmalar da olmuşdur. Novruz Elvinin ona göndərdiyi səsi ona (Təqsirləndirilən şəxs) göndərərək polislərin onu axtardığını bildirmişdir.

4. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, yaşadığı binaya daxil olub liftlə 6-cı mərtəbəyə qalxmış, orada polis əməkdaşları tərəfindən tutularaq binadan çıxarılıb avtomobilə əyləşdirilmiş, hətta avtomobildə olarkən polis əməkdaşları onunla birlikdə “selfie” də çəkdirmiş, bu zaman Ağakərim adlı polis əməkdaşı da həmin avtomobildə olmuşdur. Polis bölməsində Ramin Babayevin yanına aparılaraq orada döyülmüş, həmin vaxt üzərində 53 manat pul və avtomobil açarı olmuş, sonradan polis əməkdaşları avtomobilini də gedib yoxlamışlar. O, saxlanılmamışdan təxminən 10 gün əvvəl polis əməkdaşları onun qohumunu tutaraq guya onun (Təqsirləndirilən şəxs) avtomobillə kimisə vurub qaçdığını demişlər. O, barəsində cinayət işi və ya axtarış işi açılmasını bilməmişdir. O, Binəqədi rayonu 7-ci mikrorayonda polisin inzibati binasında qeydiyyatda olmaqla Ramana qəsəbəsində yerləşən Ələsgərli küçəsində məcburi köçkün olan həyat yoldaşına məxsus sosial binalarda yaşamışdır. O, polis əməkdaşı Şahid2 saxlanılarkən deyil, sonradan polis bölməsində üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən videoçəkiliş zamanı görmüşdür. O, saxlanılarkən polis əməkdaşları tərəfindən cibinə narkotik vasitə qoyulmuşdur. Onun mülkiyyətində hər hansı avtomobil olmamış, sürücülük vəsiqəsi ilə icarəyə avtomobil götürərək idarə etmişdir. Polis əməkdaşı Elvin liftdə olarkən onu döyərək Raminin yanına aparıb diz çökməyə məcbur etmiş, o da etiraz etmiş, bundan sonra avtomobilin açarını götürüb evə getmişlər. O, saxlanılarkən ailə üzvləri 102 məlumat mərkəzinə zəng edib bu barədə məlumat vermiş, lakin polislər onu buraxdıqlarını bildirmişlər. O, axtarışda olmağı barədə 102 məlumat mərkəzinə zəng edib deməmişdir. O, Elvin və Ağakərim tərəfindən döyülmüş, Şahid2 tərəfindən isə ona qarşı hər hansı fiziki təzyiq göstərilməmişdir. Onun mobil telefonunda Elvinlə Novruz arasındakı “Orxanı bizə ver, onu yükləyək” tipli mesajların fotoşəkilləri vardır.

5. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, onun şübhəli şəxs qismində tutulma protokolu müdafiəçisi qismində iştirak etmiş Şahid8 iştirakı olmadan tərtib edilmişdir. Belə ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti müdafiəçinin iştirakı olmadan aparılmış, o həmin istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsinə dair ərizə yazmamış, müdafiəçi onunla ümumiyyətlə konfidensial söhbət aparmamış, sonuncu sadəcə onu çağırıb vəkili olduğunu, onu döyüb döymədikləri barədə soruşmuş, lakin onu döyən şəxslərin yanında döyülməsi barədə məlumat verməsi mümkün olmamışdır. Müdafiəçi şəxsi axtarışdan və çəkilişdən sonra, təxminən saat 16:50 radələrində polis şöbəsinə gəlmiş, müdafiəçinin iştirakı olmadan şübhəli şəxs qismində ifadə vermişdir. O, narkotik vasitənin cibinə qoyulması ilə bağlı qanunsuz hərəkət barəsində müdafiəçiyə heç bir məlumat verməmişdir. O, axtarışda olması ilə bağlı polis idarəsinə gedib sorğu-sual etməmiş, polislərin qaynatasıgilə gedib avtomobil vurduğuna görə axtarışda olmasını dediklərini bilmişdir. Novruz polis əməkdaşlarına onun Pirşağıda qaldığını demiş, habelə mobil telefon nömrələrini də vermişdir. O, Novruzun tutulduğunu bilməmiş, sonuncu yalnız 3 gün sonra ona zəng edərək tutulduğunu demişdir. O, təcridxanaya sovqat apararkən Novruzu orada qoyub avtomobildə olan başqa bir nəfəri dediyi yerə aparmış, qayıdanda isə Novruz təcridxananın qarşısında olmamış, təcridxananın qapıları da bağlı vəziyyətdə olmuşdur. O, Novruza zəng etmiş, lakin onun telefonu bağlı olmuşdur. Novruz polisdən çıxdıqdan sonra ona “səni axtarırlar, sənin ünvanını və telefon nömrələrini polisə vermişəm” demişdir. Lakin o, özünün axtarışda olmasını bilməmişdir.

6. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, Şahid1 adını soruşduqda sonuncu özünü gah Firdovsi, gah da Əli kimi təqdim etmiş, yalnız polis bölməsində onun adının Elvin olduğunu öyrənmişdir. O, polis əməkdaşları tərəfindən tutularkən, eləcə də, bloka daxil olarkən Ağakərimlə üz-üzə gəlmiş, liftə minərkən Elvin arxadan əlini tutaraq başını aşağı əymiş, lift yuxarı qalxanda liftin qapısı açılmış, həmin vaxt onları bir nəfər qadın gördükdə polislər sonuncuya onun axtarışda olduğu üçün tutulduğunu bildirmişlər. O, sonradan həmin qadını görməmişdir. Polislər onu aşağı düşürdüb blokda saxlamış, avtomobili gətirdikdən sonra onu həmin avtomobilə əyləşdirib aparmışlar. Polis əməkdaşı Şahid12 liftdə onun qolunu tutub arxaya buraraq saxlamış, Firdovsi adlı polis əməkdaşı başqa avtomobili binanın yanına gətirmiş, Elvinlə Ağakərim isə onu avtomobilə əyləşdirmişlər. Avtomobildə sağ tərəfində Ağakərim, sol tərəfində isə Elvin oturmuşdur. Üzərindən çıxan 48 manat pul Ağakərimə verilmiş, sonuncu da həmin pulu ailəsinə qaytarmışdır. Şahid2 isə orada olmamışdır. Onun əyləşdirildiyi avtomobil ağ rəngli “Sportage” markalı olmuşdur. Avtomobili Firdovsi idarə etmişdir. O, istifadəsində olmuş mobil telefon nömrələrinə yazılan mesajlara cavab verməmişdir. Belə ki, ona mesaj yazmış şəxslərin bəzilərini tanıyır, qalanlarını isə ümumiyyətlə tanımır. Onun 2 mobil telefonu, 4 nömrəsi olmuşdur. O, narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs himayəsində yaşlı anası və azyaşlı uşağı olduğunu, ailədə ondan başqa qazanc gətirən şəxsin olmadığını bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etdi.

7. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraatın ilkin mərhələsində 24 və 25 noyabr 2023-cü il tarixlərdə onun hüquqlarını müdafiə etmiş müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Şahid8 iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmiş və o həmin ifadələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər bir neçə maddə üzrə dəfələrlə məhkum olunmuş və cəzasını tam çəkib qurtarmışdır. O, 2022-ci ilin sentyabr ayında ilk dəfə narkotik vasitələri istifadə etməyə başlamışdır. Rəsmi olaraq heç yerdə işləmir, fərdi qaydada əməklə məşğul olub ailəsini dolandırır. O, 2023-cü ilin yanvar ayında narkotik vasitələrin istifadəsi ilə məşğul olduğuna görə polis əməkdaşları tərəfindən tutulmuş və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanılaraq həbs olunmuşdur. 2023-cü ilin avqust ayına qədər o, Bakı İstintaq təcridxanasında saxlanılmış və həmin tarixdə barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən bəraət hökmü çıxarılaraq azadlığa buraxılmışdır. Bakı İstintaq Təcridxanasında saxlanılan zaman orada Şahid7 ilə bir kamerada saxlanılmışdır. Aralarında normal münasibət olmuş və söhbət əsnasında Ceyhun ona azadlıqda olan zaman bir neçə dəfə müxtəlif növlü narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. O, 2023-cü ilin avqust ayında barəsində çıxarılmış bəraət hökmü ilə azadlığa çıxdıqdan sonra Ceyhuna 20 sentyabr 2023-cü il tarixdə siqaret və ərzaq mallarından ibarət sovqat göndərmişdir. Bundan sonra o, özündən Ceyhuna hədiyyə etmək üçün narkotik vasitə və psixotrop maddə göndərmək istəmiş, buna görə də 2023-cü ilin sentyabr ayının sonlarında, sentyabr ayının 20-dən sonrakı tarixlərdə o Balaxanı qəsəbəsinə gedib orada tanımadığı şəxsdən cəmi 50 manata, ümumi 8 bükümdə olan - 3 büküm narkotik vasitə heroin, 2 büküm psixotrop maddə metamfetamin və 3 büküm narkotik vasitə qurudulmuş marixuana almışdır. Həmin narkotik vasitələri o, evində olan üzərində “Sport” yazıları olan tərliyin sağ tayının içliyinin alt hissəsinin içərisində gizlətmişdir. Həmin narkotik vasitələri və psixotrop maddələri o, Bakı İstintaq Təcridxanasında saxlanılan tanışı Şahid7 göndərmək istəmiş və hansı üsulla etməyi fikirləşib tanışı Şahid6 zəng vurub Bakı İstintaq Təcridxanasında saxlanılan tanışı Şahid7 sovqatı çatdırmağı xahiş etmişdir. Belə ki, Şahid6 10 ildən çoxdur tanıyır və əvvəllər birlikdə marşrut xəttində sürücü işləmişlər. Novruz özü də əvvəllər yol nəqliyyat hadisəsi törətdiyinə görə məhkum olunmuş və 5 il müddətində azadlıqdan məhrum edilmişdir. Novruz sovqatın içərisində narkotik vasitələri və psixotrop maddəni Ceyhuna çatdıracağını bilməmişdir. Ceyhunun ona narkotik vasitələri və psixotrop maddələri göndərməsindən xəbəri olmamışdır. Novruz ilkin olaraq razılığını vermək istəməmiş, tərəddüd edərək sovqatın içərisində hər hansı qeyri-qanuni əşya saxlanılıb-saxlanılmamasını soruşmuş, o da Novruza yalandan and içib onu inandırmışdır ki, Ceyhuna göndərmək istədiyi sovqatın içərisində qeyri-qanuni əşya yoxdur, sadəcə ərzaq mallarıdır. Novruz ondan Ceyhuna sovqatı özünün niyə çatdırmadığını soruşduqda o, Novruzu aldadıb şəxsiyyət vəsiqəsi olmadığından sovqatı qeydiyyata alıb keçirdə bilməyəcəyini bildirmişdir. Novruzu inandırandan sonra Novruz sovqatı Ceyhun üçün Bakı İstintaq Təcridxanasına göndərməyə razılaşmışdır. 30 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində o, Novruzla birlikdə “Zabrat dairəsinin” yaxınlığında görüşmüşdür. Həmin vaxtı o, Ceyhun üçün sovqat düzəltmiş, ağ paketin içərisində 5 ədəd çörək, qril toyuğu, şirniyatlar, soklar, siqaretlər, alışqanlar və üzərində “Sport” yazıları olan bir cüt tərlikləri qoymuşdur. Həmin tərliklərin sağ tayının içliyinin alt hissəsinin içərisində 8(səkkiz) ədəd bükümdə narkotik vasitələri və psixotrop maddələri gizlətmişdir. Paketi Novruza verəndə sonuncuya şəxsiyyət vəsiqəsinin olmadığını bildirərək Bakı İstintaq Təcridxanasına Şahid7 həmin sovqatı keçirtməsini və özünü Şahid7 xalası oğlu kimi təqdim etməsini xahiş etmişdir. O, Novruza özünü Ceyhunun xalası oğlu kimi təqdim etməsini bildirmişdir. Belə ki, Novruzun Bakı İstintaq Təcridxanasına daxil olarkən özünü Ceyhunun xalası oğlu kimi təqdim etdiyi halda Novruzdan heç kimin şübhələnməyəcəyini və sonuncunun rahat sovqatı Ceyhuna çatdıra biləcəyini düşünmüşdür. Novruzu Zabrat dairəsinin yaxınlığından idarə etdiyi avtomobilə əyləşdirib Bakı İstintaq təcridxanasının yaxınlığına aparıb düşürtmüş, həmin vaxt Novruz ona verilən içərisində saxlanılan narkotik vasitələrlə və psixotrop maddələrlə birlikdə sovqatı götürüb Bakı İstintaq Təcridxanasına daxil olmuşdur. O da oradan bir qədər uzaqlaşmış, təxminən 15-20 dəqiqədən sonra Novruzun çıxmadığını görüb Bakı İstintaq Təcridxanasının əməkdaşlarının sovqatın içərisində gizlətdiyi narkotik vasitələri və psixotrop maddələri tapmalarını və Novruzu saxlamalarını başa düşmüşdür. Buna görə də o oradan idarə etdiyi avtomobillə uzaqlaşmışdır. Növbəti dəfə narkotik vasitəni əldə etmək məqsədi ilə 23 noyabr 2023-cü il tarixdə, səhər saatlarında Balaxanı qəsəbəsinə gedib orada tanımadığı şəxsdən 20 manata bir bükümdə narkotik vasitə heroini almışdır. Aldığı narkotik vasitə heroin sellofanda bir bükümdə bükülmüş, heroini əynindəki cins şalvarının sağ qabağ cibinə qoymuşdur. Heroini aldıqdan sonra o ətrafda onu qəbul etmək üçün əlverişli şərait axtarmışdır. Saat 14 radələrində o yaşadığı Sabunçu rayonu Ramana qəsəbəsi T.Ələsgərli küçəsi ev 20 ünvanının yaxınlığına gəlib orada əldə etdiyi narkotik vasitə heroini qəbul etmək istəmiş, bu zamanı həmin ünvanın yaxınlığında ona iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. Həmin şəxslər ona axtarışda olmasını bildirmiş və o üzərində narkotik vasitə heroin olduğu üçün tutulmaqdan qorxaraq qaçmaq istəmiş, lakin polis əməkdaşları onu yaxalayıb 15-ci PB-yə gətirmişlər. Polis bölməsinin inzibati binasında o polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və orada dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o vəkilin həmin axtarışda iştirak etməsini üzərində narkotik vasitə heroin saxlaması ilə əlaqədar istəməmişdir. Vəkil bölmənin xidməti otağından çıxdıqdan sonra üzərində videoçəkilişlə axtarış keçirilmiş və axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ ön cibindən bir bükümdə narkotik vasitə heroin götürülmüşdür. Şalvarının sol ön cibindən isə 3 ədəd “Redmi” markalı mobil telefon aparatları götürülmüşdür. Polis əməkdaşlarının suallarına cavab verərkən o aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğunu və onu öz istifadəsi üçün 20 manata Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin narkotik vasitə heroin ondan aşkar olunaraq götürülərək ekspertizaya göndərilmiş, bu barədə protokol tərtib olunmuş, protokol və zərf imzalanmışdır. Üzərindən aşkar olunaraq götürülmüş mobil telefonlar da götürülmüşdür. Həmin narkotik vasitə heroini o, şəxsi istifadəsi üçün əldə etmiş, əldə etdiyi heroini başqa şəxsə satmağa fikri olmamış, əlverişli anda özü qəbul etməsi üçün əldə etmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. Üzərindən aşkar olunaraq götürülmüş 3 ədəd “Redmi” markalı mobil telefon aparatlarından iki ədəd “Redmi” markalı mobil telefon aparatları ona məxsusdur, digər “Redmi” markalı mobil telefon aparatı isə oğlu Ayxana məxsusdur. Tutulmazdan əvvəl o bir ədəd “Redmi” markalı mobil telefonun üzərində olan ***-***-**-** mobil telefon nömrəsini işlətmişdir. Digər “Redmi” markalı mobil telefon aparatının üzərində isə ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri vardır. Oğlu Ayxanın “Redmi” markalı mobil telefon aparatının üzərində olan nömrəni xatırlamır və həmin nömrə işlək deyildir. Həmin mobil telefon aparatının ekran kodunu da xatırlamır. Şahid6 ilə Bakı istintaq təcridxanasında saxlanılan Şahid7 bir-birlərini tanımırlar, heç vaxt görüşməyiblər. O, 2023-cü ilin yanvar ayından Ceyhunla tanış olmuş, Bakı İstintaq Təcridxanasında bir kamerada saxlanılmışlar. Şahid6 sovqatın içərisində narkotik vasitələrlə psixotrop maddələr saxlanılmasını bilməmiş, o, Novruza sovqatın içərisində narkotik vasitələri və psixotrop maddəni gizlətməsini deməmişdir. Belə ki, Novruza dediyi halda sonuncu sovqatı Ceyhuna keçirtməyə razılaşmayacaqdı. Ceyhunun da Novruzun vasitəsi ilə ona sovqatda narkotik vasitələri və psixotrop maddələri keçirdəcəyinə dair məlumatı olmamış, Novruzun da bu barədə xəbəri olmamışdır. O, Bakı İstintaq Təcridxanasına narkotik vasitələri Ceyhun üçün göndərmək istəyəndə bu barədə heç kimlə razılaşma əldə etməmişdir. Uzun müddət, təxminən 2 ildir ***-***-**-** nömrəni işlətmiş, 2023-cü ilin avqust ayında azadlığa çıxanda ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələri istifadə etmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 26; 44-46; 57-59; 206-208; 227- 229; 239-241;).

8. Eyni zamanda, Təqsirləndirilən şəxs məhkəməyədək icraatın sonrakı mərhələsində müqavilə əsasında hüquqlarını müdafiə edən müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Büorsunun vəkili X8 iştirakı ilə 7 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin ifadəsində məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə vermiş, lakin ibtidai istintaqın ilkin mərhələsində onun hüquqlarını müdafiə etmiş müdafiəçisinin şübhəli şəxs qismində tutularkən və sonradan iştirak etməməsi, ona keyfiyyətli hüquqi yardım göstərməməsi, eləcə də, polis əməkdaşı Şahid2 onun saxlanılmasında iştirak etməməsi, polis əməkdaşı Şahid12 ona qarşı qanunsuz hərəkətlər etməsi barədə hər hansı halı bildirməmişdir(Cild 2, i.v. 173-178;).

9. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

10. Məhkəmə, qanunun bu və ya digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

11. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli bilindiyinə görə Sabunçu RPİ-nin İstintaq Şöbəsi tərəfindən axtarışa verilməklə axtarış işinin icrası ona həvalə edilmişdir. Belə ki, 23 noyabr 2023-cü il tarixdə axtarış işi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında axtarışda olan Təqsirləndirilən şəxs olduğu yer müəyyənləşdirilmiş, sonuncu həmin tarixdə, saat 14:10 radələrində Sabunçu rayonu Ramana qəsəbəsi T.Ələsgərli küçəsi 20 saylı binanın qarşısında tərəflərindən saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-yə gətirilmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və həmin bölmənin baş əməliyyat müvəkkili Şahid12 ona köməklik göstərmişlər. Belə ki, Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq bölməyə gətirilərkən Şahid12 idarə etdiyi avtomobilin arxa oturacağına əyləşdirilmiş, o da əməliyyat müvəkkili Şahid2lə birlikdə həmin avtomobilin arxa oturacağında Təqsirləndirilən şəxs sağ və sol tərəfində əyləşmişlər. Təqsirləndirilən şəxs həmin tarixdə, təxminən saat 14:30-da 15-ci PB-yə gətirilmişdir. Təqsirləndirilən şəxs tutularaq polis bölməsinə gətirilərkən və bölmədə olduğu müddətdə üzərində qeyri-qanuni əşya olduğu halda tullaya bilməməsi üçün ciddi nəzarətdə saxlanılmışdır. 15-ci PB-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq dövlət hesabına vəkillə təmin olunmuş, ona vəkilin iştirakı ilə huquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərində axtarış keçirilmişdir. Xatırladığına görə, şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək axtarışı vəkilin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının ön sol cibindən 3(üç) ədəd “Redmi” markalı mobil telefon cihazları, şalvarın ön sağ cibindən isə bir bükümdə içərisində qəhvəyi rəngli spesifik iyli narkotik vasitə heroinə bənzər olan maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı ondan aşkar olunmuş bir bükümdə olan qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinə bənzər maddə qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş və protokol oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Ekspertiza tədqiqatından sonra isə Təqsirləndirilən şəxs götürülmüş maddənin həqiqətən də narkotik vasitə heroin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ondan aşkar olunaraq götürülmüş narkotik vasitə heroini saxlanıldığı gün, yəni 23 noyabr 2023-cü il tarixdə, səhər saatlarında Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata əldə edib öz şəxsi istifadəsi üçün üzərində saxladığını, habelə ondan aşkar olunaraq götürülmüş üç ədəd “Redmi” markalı mobil telefon aparatlarının özünə məxsus olmaqla şəxsən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, polis bölməsinə gətirilərkən və polis böməsində olarkən ona qarşı hər hansı zor tətbiq olunmamış, fiziki və psixi təsir və təzyiqə, pis rəftara məruz qalmamışdır. Təqsirləndirilən şəxs tutulduqdan sonra istintaqın sorğusu əsasında ətrafında əməliyyat-axtarış tədbirləri keçirilmiş və onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilmişdir.

12. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs 23 noyabr 2023-cü il tarixdə, saat 14:10 radələrində yaşadığı Sabunçu rayonu Ramana qəsəbəsi T.Ələsgərli küçəsi 20 saylı binanın qarşısında saxlanılaraq bölməyə gətirilmiş, şəxsi axtarış istintaq hərəkəti zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisi və növünə dair hər hansı etirazını bildirməmiş, əksinə sərbəst olaraq həmin narkotik vasitəni Balaxanı qəsəbəsindən 20 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan axtarış işi onun saxlanılmasından təxminən 3-4 ay əvvəl icraatına daxil olmuş, sonuncunun ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, habelə tapılması üçün Şahid6lə 1-2 dəfə əlaqə saxlanılmışdır. Daxil olmuş əməliyyat məlumatlarında Təqsirləndirilən şəxs Pirşağı qəsəbəsinə gəlib-getdiyi bildirilsə də, ətrafında bir neçə ay keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun yaşayış yeri barədə dəqiq məlumatlar əldə etmək mümkün olmuşdur. Təqsirləndirilən şəxs saxlanılmasını təşkil etməkdən ötrü onun hansısa qohumu tutulmamış, o cümlədən evinə daxil olunmamışdır. O, Pirşağı qəsəbəsinin əməliyyat müvəkkili olmaqla həmin ərazidə yaşayan sakinləri də tanımış, bu səbəbdən sonradan Təqsirləndirilən şəxslə qohumluq münasibətləri olmasını öyrəndiyi Şahid11 və Şahid10 də tanımış, Təqsirləndirilən şəxs tutulmazdan 10 gün əvvəl Şahid10 yaxınlaşaraq Təqsirləndirilən şəxs barəsində axtarış işi olduğunu, habelə sonuncuya polis bölməsinə yaxınlaşmasını deməsini tapşırmış, Şahid10 isə Təqsirləndirilən şəxslə əlaqələrinin olmadığını bildirmişdir. O, Şahid10lə danışarkən oğlu Musa da yanlarına gəlmişdir. Təqsirləndirilən şəxs özü axtarışda olduğunu bilərək gizlənmişdir. Belə ki, Təqsirləndirilən şəxs Binəqədi rayonunda yerləşən inzibati binada qeydiyyatda olmasına baxmayaraq, daha əvvəl Şahid10 evində yaşamış, tutulduğu ünvanda olan binadakı ev isə Təqsirləndirilən şəxs deyil, məcburi köçkünlərə verilmiş, Orxan da Mayılın qızı ilə həmin evdə yaşamışdır. Orxanın qaldığı ünvan sonradan müəyyən edilmiş və əvvəldən harada olmasını bilməmişdir. O, axtarışda olması barədə Təqsirləndirilən şəxslə şəxsən əlaqə saxlaya bilmədiyinə görə məlumat verməmiş, lakin bildiyinə görə müstəntiq özü Təqsirləndirilən şəxs axtarışda olması barədə Şahid6 vasitəsilə məlumat vermişdir. Axtarış barədə qərar müstəntiq Orxan Səmədov tərəfindən qəbul edilmiş və o, Təqsirləndirilən şəxs axtarış işi ona daxil olduqdan sonra sonuncu ilə şəxsən əlaqə saxlaya bilmədiyinə bu barədə məlumat verə bilməmişdir.

13. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PŞ-nin cinayətaxtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir.

14. Məhkəmədə şahid qismində dindirilmiş X11 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, əvvəllər törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və hazırda cəzasını Bakı İstintaq Təcridxanasında çəkməklə təssərüfat briqadasında saxlanılır. O, 30 sentyabr 2023-cü il tarixdə, saat 17:15 radələrində Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən axtarış otağına dəvət olunmuş, ondan başqa həmin otağa onun kimi Bakı İstintaq Təcridxanasında cəza çəkən və istintaq təcridxanasının təssərüfat briqadasında saxlanılan, sonradan adını bildiyi X5 da dəvət olunmuşdur. Onlar otağa daxil olduqdan sonra nəzarətçilər otağa bir nəfər təxminən 30 yaşlı sonradan ona Bakı İstintaq Təcridxanasının 5 saylı rejim korpusunun 10-cu kamerasında saxlanıldığı məlum olan həbs olunmuş Şahid7 sovqat gətirən Şahid6 dəvət edib həmin şəxsin gətirdiyi sovqatın içərisinə baxış keçirməyə hazırlaşmışlar. Ruslan Məmmədovla o həmin baxışda hal şahidləri qismində iştirak etmişdir. Baxış keçirilməmişdən əvvəl ona və digər hal şahidi Ruslan Məmmədova Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 94-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuşdur. Nəzarətçilər tərəfindən Şahid6 iştirakı ilə Şahid7 gətirdiyi sovqatın içərisinə baxış keçirilərkən sovqatda saxlanılan üzərində “sport” yazıları olan rezin tərliyinin sağ tayının içliyinin alt hissəsində xüsusi üsulla gizlədilmiş halda olan ümumi 8(səkkiz) ədəd bükümdə olan maddələr aşkar olunmuşdur. Həmin bükümlərin 3(üç) ədədinin içərisində narkotik vasitə heroinə, 2(iki) ədəd bükümdə psixotrop maddə metamfetaminə və 3(üç) ədəd bükümdə isə narkotik vasitə qurudulmuş marixuanaya bənzər olan maddələr aşkar olunmuşdur. Nəzarətçilərin suallarına cavab verən Şahid6 sovqatın içərisindən aşkar olunmuş narkotik vasitələrə və psixotrop maddələrə oxşar olan maddələr barədə məlumatının olmadığını, həmin sovqatı təxminən yarım saat əvvəl Zabrat qəsəbəsində ona tanışı Orxan adlı şəxsin Şahid7 göndərməsi üçün verdiyini qeyd edərək Orxan adlı şəxsin mobil telefon nömrəsinin ***-***-**-** olmasını bildirmişdir. Bundan sonra Şahid6 gətirdiyi sovqatın içərisindən aşkar olunaraq götürülmüş 8(səkkiz) ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuana, heroin və psixotrop maddə metamfetamin Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş və yoxlanılması üçün ekspertizaya göndərilmişdir. Bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar, həmçinin Şahid6 tərəfindən imzalanmışdır. O, Şahid6, Orxan adlı şəxsi və Bakı İstintaq Təcridxanasında saxlanılan Şahid7 əvvəllər tanımamış, hazırda da tanımır. Şahid6 cəmi bir dəfə keçirilən baxışda görmüşdür. Baxışda iştirak etdiyi zaman və sonradan nəzarətçilər tərəfindən Şahid6 hər hansı fiziki və psixi təsir və təzyiq göstərilməsinin, pis rəftara məruz qoyulmasının şahidi olmamışdır.

15. Məhkəməyədək icraat zamanı X2 verdiyi izahatı tərəflərin iştirakı ilə elan edilərək tədqiq edilmiş və onun şahid X11 ilə eyni məzmunlu izahat verməsi müəyyən edilmişdir (Cild 1, i.v. 78;).

16. Məhkəmədə şahid qismində dindirilmiş Bakı İstintaq Təcridxanasının korpus üzrə nəzarətçisi ədliyyə kiçik giziri Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 30 sentyabr 2023-cü il tarixdə, saat 17:15 radələrində iş yoldaşları böyük nəzarətçi ədliyyə baş giziri Şahid4 və Bakı İstintaq Təcridxanasının əməliyyat şöbəsinin inspektoru ədliyyə leytenantı Şamil Tarverdiyevlə birlikdə xidmətdə olan zaman Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslərə gətirilən sovqatlar hal şahidlərinin iştirakı ilə yoxlamadan keçirilmişdir. Bakı İstintaq Təcridxanasının 5 saylı rejim korpusunun 10-cu kamerasında saxlanılan həbs olunmuş Şahid7 sovqat gətirən Şahid6 xüsusi yoxlanış otağına dəvət edilərək orada hal şahidlərinin iştirakı ilə Şahid6 gətirdiyi sovqatın içərisinə tərəfindən baxış keçirilmiş, baxış keçirilməmişdən əvvəl hal şahidlərinə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 94-cü maddəsi ilə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Şahid6 iştirakı ilə gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda saxlanılan üzərində “sport” yazıları olan rezin tərliyinin sağ tayının içliyinin alt hissəsində xüsusi üsulla gizlədilmiş halda olan ümumi 8(səkkiz) ədəd bükümdə olan maddələr aşkar olunmuşdur. Həmin bükümlərin 3(üç) ədədinin içərisində narkotik vasitə heroinə, 2(iki) ədəd bükümdə psixotrop maddə metamfetaminə və 3(üç) ədəd bükümdə isə narkotik vasitə qurudulmuş marixuanaya bənzər olan maddələr aşkar olunmuşdur. Şahid6 suallara cavab olaraq sovqatın içərisindən aşkar olunmuş narkotik vasitələrə və psixotrop maddəyə oxşar olan maddələr barədə məlumatının olmadığını, həmin sovqatı təxminən yarım saat əvvəl Zabrat qəsəbəsində ona tanışı Orxan adlı şəxsin Şahid7 göndərməsi üçün verdiyini bildirərək Orxan adlı şəxsin mobil telefon nömrəsinin ***-***-**-** olmasını göstərmişdir. Bundan sonra Şahid6 gətirdiyi sovqatın içərisindən aşkar olunaraq götürülmüş ümumilikdə 8(səkkiz) ədəd bükümdə içərisində narkotik vasitə qurudulmuş marixuana, heroin və psixotrop maddə metamfetamin tərəfindən qablaşdırılaraq götürülmüş, yoxlanılması üçün ekspertizaya göndərilmiş, bu barədə protokol tərtib olunub oxunaraq və iştirakçılar tərəfindən imzalanmışdır.

17. Verilən suallara cavab olaraq Şahid5 ifadəsinə əlavə edərək göstərdi ki, istintaq təcridxanasına gətirilən sovqatlara baxmaq və görüşlərə nəzarət etmək onların vəzifəsinə daxildir. Əgər təcridxanaya hər hansı əməliyyat məlumatı daxil olarsa, sovqat gətirən şəxsin iştirakı ilə gətirilmiş sovqata baxış keçirilməklə yoxlanış aparılır. Hazırkı iş üzrə sözügedən sovqatla bağlı daxil olmuş əməliyyat məlumatı əsasında sovqat gətirən şəxsin iştirakı ilə sovqata baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl əməliyyatçılar tərəfindən şəxsə sovqatın içərisində hər hansı qeyri-qanuni predmet olub-olmaması barədə sual verilmiş, şəxs sovqatın içərisində hər hansı qanunsuz predmet olmadığını, habelə sovqatı Orxan adlı şəxsin xahişinə əsasən təcridxanaya gətirdiyini bildirmişdir. İstintaq təcridxanasında axtarış qrup üzvlərinə mobil telefondan istifadə tam qadağan olunduğundan baxış prosesi videoçəkilişlə qeydiyyata alınmamışdır.

18. Məhkəmədə şahid qismində dindirilmiş Bakı İstintaq Təcridxanasının korpus üzrə baş nəzarətçisi ədliyyə baş giziri Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu və Şahid5 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.

19. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxslə avtobusda sonuncu sürücü, özü isə pul yığan kimi işləyərkən tanış olmuşdur. Belə ki, Orxanın yaşadığı Ramana qəsəbəsində yerləşən evinə getdikdən təxminən bir saat sonra Ceyhun adlı şəxs Orxana zəng edərək ona bağlama göndəriləcəyini bildirmiş, Orxan isə cavabında “Bağlama bizdədir, lakin sürücülük vəsiqəm polisdədir. Amma “malış” (Orxan onu “malış” adlandırmış) buradadır, razılaşsa, sumkanı sənə gətirəcək” demişdir. O, əvvəlcə sözügedən bağlamanın içərisində qeyri-qanuni hər hansı predmet olmasından ehtiyat edərək razılaşmamış, lakin Orxan ona “narahat olma, Ceyhun bizə qarşı səhv hərəkət etməz”, habelə “narahat olma, gedək, əgər bağlamanın içərisindən hər hansı qanunsuz predmet çıxarsa, deyərsən ki, Orxan verib bağlamanı” deyərək israr etmişdir. Bundan sonra o, Orxanın qeyd etdiyi şərt əsasında sonuncu ilə razılaşaraq özünü sığortalamışdır. Orxanla Bakı İstintaq Təcridxanasına gedərkən dostu Eldarı da yolüstü götürmüş, həmçinin Zabrat yolunda marketdən siqaret də almışlar. Saat 16:30-17:00 radələrində bağlama ondan götürülərkən yanında yoxlanış aparılmamış, təxminən 40 dəqiqə sonra sonuncu adam olduğu bildirilərək gətirdiyi bağlamanın yoxlanılması üçün otağa dəvət edilmişdir. Orada verilən suallara cavab olaraq Ceyhunun yanına gəldiyini, habelə həmin bağlamaya cavabdeh olmadığını bildirmişdir. Bundan sonra bağlamaya baxış keçirilərkən içərisindən narkotik vasitə aşkar olunmuş, həmin vaxt videoçəkilişdən istifadə olunmamışdır. Təcridxananın rəis müavini Ceyhun müəllim ona narahat olmamasını, həmçinin həmin məsələdə “onun “yem” qismində iştirak etdiyindən onluq heç nə olmadığını” bildirmişdir. O, Təcridxananın rəisi Elnur müəllimin yanına gedib izahat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-yə aparılıb orada 1 (bir) gün saxlanılmış, daha sonra yenidən Sabunçu RPİ-yə gətirilmişdir. Sabunçu RPİ-də tanış olduğu müstəntiq ona 5000 manat qarşılığında işi bağlayacağını təklif etdikdə o, yalnız 2000-3000 manat məbləğində pul tapa biləcəyini bidirmişdir. O, iki gün idarədə saxlanıldıqdan sonra müstəntiq onu sərbəst buraxmasının qarşılığında 2(iki) gün ərzində 2500 manat, 2(iki) ay sonra isə 2000 manat pul gətirməli olmasına dair şərt qoymuşdur. O, evə getmək üçün müstəntiqin dediyi şərtlə yalandan razılaşmış, oradan çıxdıqdan sonra Orxanın yaşadığı yerə gedib tutulduğunu və buraxılmasının əvəzində 5000 manat pul tələb edildiyini bildirmişdir. Orxan ona pulunun olmadığını deyərək bağlamanın sahibi Ceyhuna zəng edib məlumat verməyini bildirmişdir. Orxan ona 550 manat pul verdikdən sonra o, evdəki qızılları satıb 1900 manat pul düzəldərək müstəntiqə vermişdir. Müstəntiq ona Orxanın saxlanılması üçün sonuncunun yerini deməsini, eləcə də sonuncu tutulduqdan sonra məhkəmədə ona qarşı ifadə verməsini bildirmişdir. O, Orxanın bir evinin Pirşağı qəsəbəsində, digər evinin isə Ramana qəsəbəsində (sosial evlər) yerləşdiyini bildirmiş, əməliyyat müvəkkilləri ondan Orxanın olduğu yeri soruşub bezdirdikdə isə sonuncunun konkret olaraq harada olmasını bilmədiyini, yalnız evlərinin ünvanlarını bildiyini göstərmişdir. Orxan tutulduqdan sonra o da Rusiyaya getmişdir.

20. Verilən suallara cavab olaraq Şahid6 ifadəsinə davam edərək göstərdi ki, o, Ceyhun adlı şəxsi tanımır. Ceyhun onun xalası oğlu deyil, Orxanın deməsinə əsasən təcridxanada guya Ceyhunun onun xalası oğlu olmasını bildirmişdir. Onun 2 uşağı var. Orxanı 15 ildir tanıdığından ona güvənmiş, bu səbəbdən Orxanın onu “qurban verəcəyi” ağlından belə keçməmişdir. Orxanın Ceyhuna göndərdiyi bağlamanın içərisində 1(bir) ədəd “şəpit”, 1(bir) blok “Prima” siqareti, alışqan və konfetin içərisindən çıxan qənd olmuşdur. Orxan and içərək sürücülük vəsiqəsinin polisdə olduğunu, buna görə bağlamanı təcridxanaya aparmağı ona təklif etdiyini demişdir. Orxanın deməsinə görə şəxsiyyət vəsiqəsi olmamışdır. Orxan bağlamanı Bakı İstintaq Təcridxanasının yaxınlığında ona verəndə özü də orada olmuş, o, bağlamanı yazdırıb təcridxanaya vermiş və Orxan çöldə onunla birlikdə 5-10 dəqiqə gözlədikdən sonra avtomobildə olan adamı düşürüb gələcəyini deyib getmişdir. O, polis bölməsindən çıxdıqdan sonra Orxana bağlamadan narkotik vasitə çıxdığını demiş, Orxan ona həmin bağlamadan çıxan narkotik vasitə ilə bağlı heç nə deməmiş, sonuncu ümumiyyətlə narkotik vasitədən xəbəri olmadığını bildirmişdir. Onun bağlamadan qanunsuz predmet çıxacağına dair hər hansı şübhəsi olmamış, o cümlədən bağlamaya baxış keçirilərkən qablaşmanın quruluşunun dəyişib-dəyişmədiyinə fikir verməmişdir. Bağlamada narkotik vasitənin gizlədildiyi yer çox yaxşı gizlədilmişdir. Müstəntiqin ondan pul istəməsi ilə bağlı şikayət etmiş, lakin sonradan bununla bağlı müstəntiq tərəfindən təzyiqlərə məruz qaldığından şikayətini geri götürmüşdür. Bildiyinə görə şikayəti ilə bağlı hər hansı qərar qəbul edilməmiş, Baş prokurorluqdan izahatının alınması üçün çağırılmış, lakin telefonda şikayətini geri götürdüyünü bidirmişdir. Təcridxanada olarkən Ceyhun adlı şəxs ona “sən yem oldun, bu qurulma iş idi” demişdir. İbtidai istintaq zamanı hər hansı polis əməkdaşı tərəfindən döyülməmiş, fiziki və psixi təsirə, o cümlədən pis rəftara məruz qalmamışdır. 15-ci PB-dən tanıdığı polis əməkdaşı Şahid1 onu müstəntiqin yanına aparmış, müstəntiqlə danışdıqdan sonra sonuncu (Orxan Səmədov) onu Təqsirləndirilən şəxs yerini deməsi üçün Elvinlə əlaqələndirmişdir. Elvin Təqsirləndirilən şəxs tutulduqda ona görüntülü zəng edərək (videozəng) “Orxanı tutmuşam, külli miqdarla yükləmişəm, sən narahat olma” demişdir. O, Təqsirləndirilən şəxs axtarışda olduğunu bilmişdir. O, ibtidai araşdırma zamanı bağlamanın ona Təqsirləndirilən şəxs tərəfindən verildiyini qeyd etmiş, həmçinin bu barədə sonuncuya da məlumat verərək onunla dost olmasına baxmayaraq, ailəsindən üstün olmadığını bildirmişdir. O, Orxanın bağlamada narkotik vasitə olduğunu bildiyi halda onu həmin bağlama ilə təcridxanaya göndərməyəcəyini bildirmişdir. Elvin onunla yalnız “whatsapp” sosial şəbəkəsi vasitəsilə səsli zənglə danışmışdır. İbtidai istintaq zamanı verdiyi izahat və ifadələrindəki imzalar və həmin sənədlərdəki əlyazmalar onun özünə məxsusdur.

21. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsi ilə məhkəməyədək icraat zamanı 30 sentyabr 2023-cü il tarixdə əlyazma ilə yazdığı izahat, o cümlədən müdafiəçisinin iştirakı ilə 2 və 4 oktyabr 2023-cü il tarixlərdə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin izahat və ifadələr elan edilərək tədqiq edilmiş və həmin izahat və ifadələrdə Şahid6 göstərmişdir ki, o, narkotik vasitələrin istifadəsi, eləcə də satışı ilə məşğul olmur. Təxminən 10 il əvvəl müxtəlif avtobus marşrut xətlərində sürücü kimi işləmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmuş, cəzasını çəkib 2018-ci ilin aprel ayından azadlığa buraxıldıqdan sonra ilk dəfə narkotik vasitə qurudulmuş marixuananı çəkməyə başlayaraq ayda bir dəfə olmaqla nadir hallarda qəbul etmişdir. Sonuncu dəfə təxminən 25 gün əvvəl narkotik vasitə qurudulmuş marixuana çəkmişdir. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, müxtəlif tikinti işlərində, eləcə də fəhləliklə məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs 10 ildən çoxdur tanıyır. Orxan özü də əvvəllər onunla birlikdə marşrut xətlərində avtobus sürücüsü işləmiş, narkotik vasitələrin istifadəsi ilə məşğul olmuşdur. Cəzaçəkmə müəssəsindən çıxanda Orxan yenə də onunla əlaqə saxlamağa başlamışdır. 2019-cu ildən etibarən o, ***-***-**-** mobil telefon nömrəsindən istifadə edir. 2023-cü ilin sentyabr ayının axırlarında təxminən 26-27 sentyabr tarixlərində Təqsirləndirilən şəxs ***-***-**-** mobil telefon nömrəsindən onun ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək ondan Bakı İstintaq Təcridxanasında saxlanılan tanışı Şahid7 sovqat göndərməsini xahiş etmişdir. Orxan ona şəxsiyyət vəsiqəsinin olmadığını bildirərək verəcəyi sovqatı öz şəxsiyyət vəsiqəsi ilə Şahid7 göndərməsini xahiş edib aldatmışdır. O, Şahid7 tanımamış, sonuncu ilə heç bir əlaqəsi olmamışdır. Orxan ona sovqatı Bakı İstintaq Təcridxanasına keçirdikdə orada guya Şahid7 onun xalası oğlu olduğunu bildirməsini tapşırmışdır. O, Orxandan sovqatın içərisində nə olması barədə ona dəqiq məlumat verməsini, əgər qeyriqanuni əşya olarsa həmin sovqatı keçirməyəcəyini bildirmişdir. Lakin Orxan ona yalandan and içərək sovqatda ancaq yemək və paltar olduğunu, qeyd etdiklərindən başqa heç bir qeyri-qanuni əşya olmadığını bildirib onu aldatmışdır. O, yenə də sovqatı göndərməyə tərəddüd etməyinə baxmayaraq, Orxan ona bir neçə gün ərzində dəfələrlə zəng vuraraq sovqatı Şahid7 çatdırmasını israr etdiyindən sonuncu ilə razılaşmışdır. 30 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində Orxanın xahişi ilə onunla Zabrat dairəsinin yaxınlığında görüşmüş, bu zaman Orxanın əlində içərisində ərzaq malları, siqaretlər və bir cüt üzərində “sport” yazılan tərliklər olan ağ paket olmuşdur. O həmin vaxt Orxandan şübhələnməmişdir. Orxan ona yenidən şəxsiyyət vəsiqəsindən istifadə etməklə Bakı İstintaq Təcridxanasına Şahid7 verdiyi sovqatı keçirməsini xahiş etdikdə sonuncudan bir dəfə də sovqatda hər hansı qeyri-qanuni əşya varsa onu bu işə qatmamasını təkid etmiş, lakin Orxan ona yalandan and içərək həmin sovqatda qanunsuz əşya saxlamadığına inandırmışdır. Saat 17:15-də Orxanla birlikdə sonuncunun “Rent a Car” şirkətindən icarəyə götürdüyü göy rəngli avtomobili ilə Bakı İstintaq Təcridxanasının qarşısına gələrək sovqatı ona verib özünü Bakı İstintaq Təcridxanasında saxlanılan Şahid7 xalası oğlu kimi təqdim etməsini bildirmişdir. O, Orxandan sovqatı götürüb Bakı İstintaq Təcridxanasına daxil olmuş, orada xüsusi otaqda sovqat yoxlanışdan keçirilərkən üzərində “sport” sözləri yazılan tərliyin (tapıçkanın) sağ tayının içliyinin alt hissəsində xüsusi üsulla gizlədilmiş halda olan ümumi 8 (səkkiz) büküm olmaqla 3 ədəd bükümdə narkotik vasitə heroinə, 2 ədəd bükümdə psixotrop maddə metamfetaminə və 3 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər olan maddələr aşkar olunmuşdur. Aşkar olunmuş maddələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. İzahatında guya Şahid7 onun xalası oğlu olması ilə bağlı göstərdiyi xüsusatları Orxanın ona verdiyi tapşırığa əsasən həyəcanlı olduğuna görə bildirmişdir. O, Orxanın ona verdiyi sovqatın içərisində narkotik vasitə və psixotrop maddələr saxlanılmasını bilməmiş, Orxan ona bu barədə heç nə deməmiş, Ceyhunu isə ümumiyyətlə tanımamış, habelə heç vaxt onunla əlaqəsi olmamışdır (Cild 1, i.v. 68; 107-109; 118-120;).

22. Məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadələri elan edildikdən sonra Şahid6 verilən suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, o, Orxanla avtobus sürərkən narkotik vasitə istifadə etməsinə dair ifadə verməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadələrini təzyiq altında verməmişdir. O, Orxanın yüklənilməsinə görə sözünə əhəmiyyət verilməyəcəyini düşündüyü üçün yenidən şikayət etməmişdir. O, tutulub buraxıldıqdan sonra Təqsirləndirilən şəxs narkotik vasitədən xəbəri ola-ola bağlamanı ona verib onu oyuna saldığını düşünsə də, sonradan Orxanın narkotik vasitədən xəbərinin olmadığını, onun iki uşağının olduğunu bilə-bilə ona qarşı belə bir hərəkəti edə bilməyəcəyini anlamışdır. İbtidai istintaq dövründə bağlamanın içərisindən çıxan narkotik vasitədən Orxanın xəbərinin olmasına dair ifadəsində göstərdiyi xüsusatları əsəbi olduğuna görə demişdir. O, izahatını yazıb çıxdıqdan sonra Elvin adlı polislə mobil telefonda Orxanın yüklənməsi barədə danışmış, müstəntiqlə Elvin adlı polis ona zəng edib Orxanı yükləmək lazım olduğunu demişdir. O, sonuncuların Orxanı yükləməsi barədə dedikləri ilə bağlı hər hansı orqana şikayət etməmişdir.

23. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, hazırda törətdiyi cinayət əməllərinə görə Bakı İstintaq Təcridxanasında saxlanılır. Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayından tanıyır. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində ittiham olunduğuna görə barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında onunla birlikdə bir kamerada saxlanılmış, 2023-cü ilin avqust ayında barəsində bəraət hökmü çıxdığına görə Bakı İstintaq Təcridxanasından buraxılmışdır. Orxanla aralarında normal münasibət olmuş, 2023-cü ilin sentyabr ayının ortalarında Təqsirləndirilən şəxs ona sovqat göndərmişdir. Həmin sovqatda ərzaq və siqaretlər olmuşdur. Şahid6 isə tanımır, sonuncu ilə heç bir əlaqəsi olmamış, onu ümumiyyətlə heç vaxt görməmiş, kim olduğunu bilmir. 30 sentyabr 2023-cü il tarixdə Şahid6 aşkar olunaraq götürülmüş narkotik vasitələr və psixotrop maddə barədə məlumatı yoxdur. Onun Orxanla əlaqə saxlamağa imkanı yoxdur, habelə Orxana ona narkotik vasitə və psixotrop maddələr göndərməsini deməmişdir. Təqsirləndirilən şəxslə arasında heç bir razılaşma olmamış, ümumiyyətlə bu barədə heç bir məlumatı olmamışdır.

24. Verilən suallara cavab olaraq Şahid7 ifadəsinə əlavə edərək göstərdi ki, onun əvvəlki kamera yoldaşı Ramin Mərdanov onunla əlaqə saxlayaraq yanına gəlmək istədiyini, lakin gələ bilmədiyini, habelə ona bağlama çatdırmalı olduğunu dedikdə o, Orxanın da onun yanına gələcəyini, ona çatası bağlamanı sonuncuya verməyini bildirmişdir. Raminin göndərdiyi bağlamada qənd, çay və siqaret olmuş, Orxan əlaqə saxlayarkən sonuncu həmin bağlamada “şəpitin” də olduğunu deyib bağlamanı gətirəcəyini bildirmiş, həmçinin özü də şokolad və digər şeylər alıb bağlamaya əlavə etdiyini demişdir. Lakin Orxan razılaşdıqları gün gəlməmişdir. 2 gün sonra onu çağırıb adına narkotik vasitə gəldiyini, habelə Novruz adlı şəxsi tanıyıb-tanımadığını soruşduqda, o, Novruzu tanımadığını, Orxanı tanıyıb-tanımadığını soruşduqda isə kamera yoldaşı olduğunu demişdir. O, Orxandan narkotik vasitə istəməmiş, həmçinin sonuncu, eləcə də Raminlə telefon əlaqəsi zamanı onlardan hər hansı biri ona narkotik vasitə göndərəcəklərini deməmişdir. Onun ümumiyyətlə göndərilən narkotik vasitədən xəbəri olmamışdır. Onun Orxanla arasında ədavət olmamışdır. İbtidai istintaq zamanı ifadəsinin sonundakı imzalar ona məxsusdur. O, Orxandan sadəcə sovqat istəmişdir. Belə ki, olduğu kamera əsasən maddi cəhətdən imkanı zəif olan şəxslərin olduğu kamera olduğundan sovqatda kameradakı şəxslərə lazım olan qənd, çay, gigiyenik vasitələr və s. ləvazimatlar olmuş, hər kəs sovqatdan ehtiyacı olan predmetləri götürmüşdür. Onun kameradakı şəxslərdən kiminsə narkotik vasitə istəməsi barədə hər hansı məlumatı yoxdur.

25. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, 24 ildir vəkillik fəaliyyəti ilə məşğul olur. Təhqiqatçı və müstəntiqlərdə əvvəlcədən müvafiq ərazilər üzrə vəkillərin növbətçilik cədvəli olur. Adətən, vəkil bürolarında 1-2 növbətçi vəkil olur. Təhqiqatçı şübhəli şəxs saxlanıldıqdan sonra vəkil bürosunun müdirinə zəng edərək növbətçi sırasının hansı vəkildə olduğunu müəyyən edərək həmin vəkilə zəng edib polis bölməsinə dəvət edirlər. Təqsirləndirilən şəxs saxlanıldığı gün də o, büroda növbətçi vəkil olmaqla büroda olmuşdur. Şəxsi axtarış və götürmə istintaq hərəkəti şübhəli şəxsin vəkilinin iştirakı olmadan həmin istintaq hərəkətinin həyata keçirilməsinə dair ərizə verdiyi hallar istisna olmaqla vəkilin iştirakı ilə aparılır. O, həmişə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasında iştirak etmək istəsə də, şübhəli şəxsin ərizəsi olduğu halda edə biləcəyi başqa hər hansı bir hərəkət qalmır. O, hazırda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin vəkilin iştirakı olmadan aparılmasına dair ərizə verib-verməməsini xatırlamır. İş materiallarında onun imzası varsa, o, mütləq şəkildə həmin prosessual hərəkətlərin həyata keçirilməsində şəxsən iştirak etmişdir. Eyni zamanda, o, Təqsirləndirilən şəxs tutulma prosesində şəxsən iştirak etmişdir. 055 215 83 65 saylı mobil telefon nömrəsi onun istifadəsindədir. Xatırladığına görə, Təqsirləndirilən şəxs 15-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar saxlanılmış, sonuncunun şübhəli şəxs qismində izahat verməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövrünün sonunadək onun tərəfindən müdafiə olunmasından imtina etməmiş, habelə ondan hər hansı narazılıq etməmişdir. O, adətən hüquqlarını müdafiə etdiyi bütün şəxslərlə təkbətək görüşür, təzyiq olub-olmadığını soruşur. O, adətən müdafiəçi qismində vətəndaşa təzyiq göstərilməsi ilə bağlı sualları təhqiqatçı və ya müstəntiqin yanında deyil, kənarda tək halda suallar verib söhbət aparır.

26. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxslə faktiki nikah (ər-arvad) münasibətində olmaqla onunla hər hansı ədavəti və ya düşmənçiliyi yoxdur. O, hadisə günü Orxanla birlikdə olmamışdır. Orxan saxlanılanarkən sovxoz Ramana, sosial evlər, 20-ci bina, 6-cı mərtəbə, 32-ci mənzil ünvanında övladı ilə olmuş, qardaşı ilə atasını sonradan zəng edərək çağırmışdır. Polis əməkdaşları onların yaşadıqları evə gəlib Orxanın guya kimisə maşınla vurub qaçdığına görə axtarışda olmasını demişdir. Orxan 23 noyabr 2023-cü il tarixdə, saat 13:50-14:00 radələrində saxlanılmışdır. Belə ki, 23 noyabr 2023-cü il tarixdə yaşadığı evin qapısı döyülmüş, polis əməkdaşı Orxanı soruşduqda ona yoldaşının evdə deyil, şəhərdə olduğunu bildirdikdən sonra Orxana zəng edib qapıda onu soruşan polislərin olduğunu demiş, Orxan isə cavabında 10 dəqiqəyə çatacağını söyləmişdir. Bundan sonra Ağakərim adlı polis əməkdaşı onların evinin işığını çöldən söndürdüyündən yoldaşı ilə əlaqə saxlaya bilməmiş, habelə onun çölə çıxmasını təmin etmək üçün evin suyunu da kəsmiş, lakin o, evdən çıxmadan Orxanın gəlməsini gözləmişdir. Bir qədər sonra Orxan bazarlıq edib evə gələrkən sonuncu çöldə tutulmuş, həmin vaxt onun səsini blokdan eşitmişdir. Orxan evdən çıxanda qapını çöldən bağladığından qapını aça bilməmiş, sonuncunun səsi gəlmədiyindən balkona çıxmış, şəhidlər abidəsi tərəfdən maşının gəlib Orxanı blokdan çıxarıb maşına mindirdiklərini, qışqırmaq istəyəndə isə maşını sürüb Orxanı məhəllədən çıxardıqlarını görmüşdür. O bu barədə 102 məlumat mərkəzinə zəng etdikdə ona Orxanın 15-ci PB-yə apardığını demişlər. Bundan sonra 15-ci PB-dən ona zəng gəlmiş, özünü təqdim etdikdə isə telefonu üzünə bağlamışlar. O, qardaşı Musaya zəng etmiş, sonuncu gəldikdən sonra birlikdə 15-ci PB-yə getmişlər. Elvin və Firdovsi Orxanın avtomobilinə əlavə “mal” ataraq Orxanı “yükləmək” üçün təkrarən geri qayıtmış, o bu barədə 102 məlumat mərkəzinə zəng edərək polislərin avtomobilə narkotik vasitə atmaq üçün geri qayıtdıqlarını bildirib şikayət etmiş, bununla da polislər avtomobilə narkotik ata bilmədən geri qayıtmışdır. Qardaşı Musa polislərlə münaqişə etdikdən sonra sonuncular avtomobili söndürüb çıxıb getmişdir. Bundan sonra Musa onu evə aparıb polislərin evə gəlib nəsə atması ehtimalına qarşı evdə qalmasını bildirmiş, özü isə bölməyə getmişdir. Polis bölməsində Orxanın ona aldığı üzüyü Ağakərim qardaşı Musaya verərək üzüyün Orxanın cibindən çıxdığını demişdir. O, Ağakərimin bağladığı evin suyunu sonradan özü gedib açmışdır. O, 070 *** ** ** mobil telefon nömrəsi ilə Orxanın sonu 75 45 olan nömrəsinə zəng etmişdir. Orxanı tutmaq üçün Elvin, Firdovsi, Ağakərim, Ramin və başqa polis əməkdaşları gəlmiş, həmin vaxt sonuncular avtomobili sürətlə sürüb məhləyə daxil olaraq Orxanı avtomobilə mindirib aparmışlar. Orxanı polislər aparanda məhlədə heç kim olmamışdır. O, Ramana qəsəbəsi T.Ələsgərli küçəsi ev 20 ünvanını tanımır. Orxan evə daxil olmadan blokda olarkən tutulmuşdur. Polis əməkdaşları onun yaşadığı ünvana gələrkən Orxanın axtarışda olması barədə deməmişlər. Hadisədən bir gün əvvəl polislər atasıgilin yaşadığı Pirşağı qəsəbəsindəki evə gedib atasına guya Orxanın avtomobillə kimisə vurub qaçması ilə əlaqədar axtarışda olmasını bildirmişlər. O, Orxanda narkotik vasitə olmasını görməmiş, habelə onun narkotik vasitə istifadə etməsindən məlumatı olmamış, sonuncu narkotik vasitə istifadə etməmişdir. Orxan qardaşı Musa ilə kondisioner ustası işləmiş, əvvəllər isə avtobus sürücüsü kimi fəaliyyət göstərmişdir. O, 23 noyabr 2023-cü il tarixdə 102 məlumat mərkəzinə zəng edərkən həmin mərkəzdən ona Orxanın Ağakərim və Elvin adlı polislərin tutub apardıqlarını bildirmişlər. Orxan istintaq təcridxanasına sovqat göndərdiyini və sovqatın içərisindən narkotik vasitə aşkar olunduğuna görə axtarışda olması barədə ona bir söz deməmişdir. Orxan onunla birlikdə yaşadığı dövrdə adətən bütün gün evdə olmaqla çölə çıxmamış, yalnız nəsə lazım olduqda evdən çölə çıxmışdır. Orxanın anası kirayədə qalmış, polislər atasıgilə gedəndə Orxan da orada olmuşdur.

27. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, o, Pirşağı qəsəbəsində “Aylı Gecə” restoranının yanında yolun kənarında yerləşən evdə yaşayır və evinin yanında yem mağazası işlədir. Təqsirləndirilən şəxs onun qızının əridir. Onun yaşadığı evə avtomobillə mülki geyimli 2 nəfər polis əməkdaşı gələrək avtomobillə adam vurulduğunu və həmin şəxsi axtardıqlarını bildirmişlər. Həmin gün evinə Mingəçevir şəhərindən qohumu qonaq gəlmiş, polis əməkdaşı Elvin onunla danışarkən oğlu Musa ilə həmin qonaq evdən çıxmış, polislər qonağın çıxdığını görən kimi həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu düşünüb onun qolunu burmuşlar. O, polislərə qolunu burduqları şəxsin Təqsirləndirilən şəxs deyil, bacısı oğlu olduğunu bildirmiş, polislər Musa ilə mübahisə edərək sonuncunun onlarla polis bölməsinə getməli olduğunu demiş, Musa da polislərlə birlikdə avtomobilə əyləşmişdir. Musa avtomobilə əyləşdikdən sonra polislər guya Təqsirləndirilən şəxs avtomobillə adam vurduğunu və axtarışda olduğunu bildirmişlər. Sonradan polislərin Təqsirləndirilən şəxs evdən çıxarmaq üçün Ramanadakı evin işıqlarını söndürüb suyunu kəsmələrini eşitmiş, lakin həmin halın birbaşa şahidi olmamış və ya görməmişdir. Belə ki, qızı bu barədə ona xəbər verib çağırdıqdan sonra Musa ilə qızının yaşadığı evə getmiş və qızının deməsinə görə əri Təqsirləndirilən şəxs bazarlıqdan qayıdıb liftə minərkən polislər tərəfindən tutulmasını öyrənmişdir. Bir müddət sonra onlar da evdə olarkən polis əməkdaşlarının Təqsirləndirilən şəxs icarəyə götürdüyü avtomobilin açarı ilə geri qayıdaraq həmin avtomobilin qapısını açıb avtomobilə əyləşmək istədiklərini görüb övladı Musa ilə birlikdə polis əməkdaşlarına imkan verməyərək avtomobilin qapılarını kilidləmişlər. Həmin polis əməkdaşlarının adlarını bilmir. Xatırladığına görə həmin polis əməkdaşları Təqsirləndirilən şəxs tutulmazdan 2 gün əvvəl də onun yanına gəlib Təqsirləndirilən şəxs axtardıqlarını bildirmişlər. Lakin o, kürəkəni Təqsirləndirilən şəxslə əlaqə yaradıb ona bu barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs istintaq təcridxanasına sovqat göndərməsi və həmin sovqatın içərisindən narkotik vasitə aşkar olunduğuna görə axtarışda olması barədə ona hər hansı bir söz deməmişdir.

28. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, 2023-cü ilin noyabr ayının 16-17-də axşam saat 21-22 radələrində o, atası və bibisioğlu ilə söhbət edərkən mülki geyimli polis əməkdaşları yolun kənarında öz şəxsi avtomobillərini saxlayıb onlara tərəf gəlmiş və atası həmin polis əməkdaşlarını tanıyaraq “oğlanı tanıyıram, o, 2 gün əvvəl heyvanlara yem verməklə bağlı gəlib məndən məsləhət alıb” demişdir. Polislərdən biri onlara yaxınlaşan kimi bibisioğlunun qolundan yapışıb “Təqsirləndirilən şəxs budur” deyərək onu maşına tərəf çəkməyə çalışmış, lakin o həmin polisdən özünü təqdim etməsini tələb etmiş, həmin vaxt Elvin adlı polis əməkdaşı da avtomobildə olmuşdur. Elvin kənardan digər polis əməkdaşına tutduqları həmin şəxsin Təqsirləndirilən şəxs olmadığını bildirdikdən sonra digər polis əməkdaşı bibisioğlunun qolunu buraxıb onun qolundan yapışaraq “gəl söhbət edək” demişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxslə aralarındakı qohumluq əlaqəsini soruşduqda sonuncunun yeznəsi olduğunu bildirmişdir. Polis əməkdaşı onun qolundan çəkib avtomobilə əyləşməsini tələb etmiş, o isə etiraz edərək polis əməkdaşından özünü təqdim etməsini tələb etmişdir. Bundan sonra həmin polis əməkdaşı narkotiklərə qarşı mübarizə bölməsindən olduğunu bildirərək Elvini göstərib onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı olduğunu bildirmişdir. O, avtomobilə əyləşərək “Aylı Gecə” restoranının yaxınlığında polislərlə söhbət etmiş, söhbət zamanı polislər Təqsirləndirilən şəxs avtomobillə adam vurub qaçdığını bildirmiş, o isə onlara “Orxan lazımdır get Orxanı tut, məni niyə tutursan?!” demişdir. Polis əməkdaşları onlarla birlikdə polis idarəsinə getməli olduğunu bildirsələr də, o, etiraz edərək avtomobildən enmişdir. Elvin Təqsirləndirilən şəxs tapa bilmək üçün mobil telefon nömrəsini ona vermişdir. Təqsirləndirilən şəxs axtarışda olduğunu ona deməmişdir. Həmin hadisədən 4-5 gün sonra, yəni 23 noyabr 2023-cü il tarixdə, saat 14 radələrində bacısı ona zəng edərək 6-7 nəfər polisin əri Təqsirləndirilən şəxs yaşadığı binadan tutulub aparıldığını bildirmişdir. O, dərhal Ramana qəsəbəsinə bacısının yaşadığı evə getmiş, ora çatdıqda AP seriyalı “Kia Sportage” markalı avtomobili ilə gəlmiş Elvin və Ramin adlı polis əməkdaşlarının Təqsirləndirilən şəxs icarəyə götürdüyü avtomobilə tərəf getdiklərini görmüş, lakin o, polis əməkdaşlarına Təqsirləndirilən şəxs avtomobilinə yaxınlaşmağa icazə verməyərək avtomobilə onun yanında baxmalarını tələb etmişdir. Təqsirləndirilən şəxs avtomobilinin açarı polis əməkdaşlarında olmuş, sonuncular avtomobilin qapısını açmış, lakin o, polislərlə münaqişə etdikdən sonra sonuncular avtomobilin qapısını bağlayıb getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs artıq saxlanılaraq polis bölməsinə aparıldığını bilmişdir. Sonradan o, avtomobilin sahibi ilə 15-ci PB-yə gedib açarı götürmək istəmiş, orada Ağakərim adlı polis əməkdaşı şəxsən Orxanın tutulmasında iştirak etdiyini, habelə evin su və işığını da özünün kəsdiyini bildirmişdir. Təqsirləndirilən şəxs cibindən aşkar edilmiş 48 manat pul və üzüyü Ağakərim ona təhvil vermiş, lakin üzərindən çıxmış bıçağı isı Ağskərim götürmüşdür. Təqsirləndirilən şəxs tutulmamışdan 2-3 gün əvvələ qədər onun barəsində axtarış işinin olduğunu bilməmiş, Orxanın özü də bu barədə ona heç nə deməmişdir. O hər gün Təqsirləndirilən şəxslə birlikdə olduğundan sonuncunun avtomobillə adam vurub qaçmadığından əmin olmuşdur.

29. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, onun xidməti ərazisi əsasən Zabrat qəsəbəsini əhatə edir. 23 noyabr 2023-cü il tarixdə, saat 14:10 radələrində Təqsirləndirilən şəxs saxlanılması zamanı təsadüfən həmin ərazidə olmuşdur. Belə ki, o, təsadüfən şəxsi işi ilə əlaqədar hadisə yerində avtomobilində olarkən əməliyyat müvəkkilləri Elvin və Həsən ondan köməklik etməsini xahiş etmişlər. Bildiyinə görə Şahid1 icraatında Təqsirləndirilən şəxs barəsində olan axtarış işi olmuş və Təqsirləndirilən şəxs saxlanılması zamanı sonuncu onun avtomobili ilə polis bölməsinə aparılmışdır. Belə ki, o, başqa işlə bağlı xidməti “Kia- Sportage” markalı AP 212 nömrəli avtomobillə həmin ərazidə olarkən Şahid2 və Şahid1 əməliyyat tədbirinə başqa avtomobillə gəlmələrini görmüşdür. O, Təqsirləndirilən şəxs ilk dəfə avtomobilinə əyləşdirilərkən görmüşdür. Təqsirləndirilən şəxs axtarışda olduğunu bilmişdir. Belə ki, polis bölməsində axtarışda olan şəxslərin fotoşəkilləri vurulmuş və o, fotoşəkilə əsasən polis bölməsinə gəldikdən sonra həmin şəxsin axtarışda olan şəxslərdən olmasını bilmişdir. Təqsirləndirilən şəxs avtomobilinə əyləşdirilərkən hər hansı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları Şahid1 və Şahid2 tərəfindən saxlanılmışdır. Sonradan bildiyinə görə Təqsirləndirilən şəxs axtarışda olması ilə əlaqədar polis bölməsinə dəvət edilməsinə baxmayaraq, polis bölməsinə gəlmək istəməmişdir. O, Təqsirləndirilən şəxs onun olduğu avtomobilə doğru gətirildiyini avtomobildə olarkən görmüşdür. Təqsirləndirilən şəxs Şahid1 və Şahid2lə birgə avtomobilində əyləşmişlər. Xidməti avtomobili ona təhkim olunduğundan və Təqsirləndirilən şəxs axtarışda olduğundan polis əməkdaşlarına sonuncunun polis bölməsinə aparılmasında köməklik etmişdir. Belə ki, polis əməkdaşları Təqsirləndirilən şəxslə birlikdə onun avtomobilinə əyləşmişlər. Təqsirləndirilən şəxs avtomobillə polis bölməsinə gətirdikdən sonrakı hadisələr barədə hər hansı məlumatı yoxdur. Eləcə də, Təqsirləndirilən şəxs üzərindən çıxmış hər hansısa əşya ona təqdim edilməmişdir.

30. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmədə əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində fiziki-kimyəvi ekspertiza şöbəsinin aparıcı eksperti vəzifəsində işləyir və 2014-cü ildən etibarən ekspert qismində fəaliyyət göstərir. Ekspert tədqiqatına təqdim edilən predmetin hansı növdə olduğunu ekspertlər adətən xüsusi cihaz vasitəsi ilə müəyyənləşdirir. Belə ki, ekspertin əsas işi predmetdən nümunənin düzgün götürülərək yerləşdirilməsi, düzgün metodun seçilməsini təmin etməkdir. Mərkəzdə olan müasir cihazlar onlara yüklənmiş müxtəlif proqram təminatları ilə işləyir və həmin cihazlarda axtarış verildikdə müvafiq predmetin heroin və ya digər növdə predmet olduğunu dəqiq müəyyən edir. Ekspertlər adətən cihazdan əlavə həmin predmeti digər metodlarla da tədqiq etməklə dəqiqləşdirirlər. Misal üçün rəng testi edərək alınan nəticədən tam əmin olunur. Mərkəzə təqdim edilən heroinlər adətən kustar üsulla hazırlanan heroinlər olduğundan həmin heroinlərin tərkibini ayırmaq olmur. Heroin diasetilmorfin olmaqla, kimyəvi tərkibinə nəzər saldıqda fenontrin halqası, hidroksil metil qrupuna aid maddədir. Ekspertlər tərəfindən rəylərə əlavə edilmiş diaqramlar cihaz vasitəsilə çap edilir. Belə ki, diaqramlarda göstərilənlər dalğanın udma uzunluğu olmaqla hər dalğanın uzunluğu ***- **** nanometrdir. Hazırkı iş üzrə onun tərəfindən verilmiş rəyləri tam təsdiq etməklə müdafiə edir. Narkotik vasitələrin və ya psixotrop maddələrin tədqiqatını apararkən beynəlxalq tədqiqat metodlarından istifadə edilir. Belə ki, adətən 4 metoddan, yəni rəng testi, nazik təbəqəli xrematoqrafiya, infraqırmızı spektra və qaz xrematoqrafiya metodlarından istifadə edilir. Həmin metodlardan hansının seçilməsi maddənin xarakteristikasından asılıdır. Adətən iki metoddan istifadə edilir, lakin ekspertdə nəticəyə dair hər hansı şübhə yaranarsa bütün dörd metoddan da istifadə edilə bilər. Lakin nəticə şübhə doğurmursa onda digər metodlara adətən müraciət edilmir. Ekspert rəylərinə əlavə edilmiş diaqramlardakı göstərilən rəqəmlər “Perkimer” şirkətininin infraqırmızı spektrometr cihazı vasitəsi ilə əldə edilmiş rəqəmlərdir. Cihazın yaddaşında bütün maddə nümunələrinin spektral bazası var. Həmin rəqəmlər əsasında hansısa nəticəyə gəlinmir. Belə ki, hansısa nümunə cihaza yerləşdirildikdən sonra cihaz aldığı nəticəni müvafiq elmi ədəbiyyatın spektr məlumatı ilə qarşılaşdırır və nümunənin heroin olub-olmadığını ekspertə bildirir. Narkotik vasitələrin eyni tərkibli olması dedikdə ekspert adətən narkotik vasitənin rənginə baxmaqla, hissəciklərini, nəmliyini araşdırmaqla həmin rəyə gəlir. Rəng testində maddələr müxtəlif rəng çalarları verə bilir. Məsələn nazik təbəqəli xromatoqrafiyada alınan zonaların ölçüləri fərqli ola bilir. İnfraqırmızı spektr analizinə gəldikdə isə cihazın daxilində spektr üzərində işlənilir. Bütün heroinlərdə spektr nümunələri əks olunur, həmin nümunələr araşdırılan predmetin heroin olub-olmadığını bildirir. Əgər qarşılaşdırmaya ehtiyac varsa o zaman spektr üzərində işləməklə fərqli molekullar qarşılaşdırılır. Klark nümunələrində göstərildiyi kimi heroinlər eyni zolaqlara malikdir. Heroinin həcmini atırmaq üçün qlükoza və ya hər hansı bir maddə əlavə edəndə spektroqramın zolaqlarında hansısa fərqlilik olmur, zolaqlar standart olur. Heroin kustar üsulla hazırlanmış narkotik vasitə olduğuna görə tərkibi təmizlənmir. Labarotor üsulla hazırlanan heroin standart heroinin nümunəsi olmaqla zavod şəraitində emal olunur. Təqdim edilmiş ekspert rəyinə əlavə edilmiş diaqramdakı heroinin spektoqrammında olan ölçülər kustar üsulla hazırlanan heroinin ölçüləridir.

31. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

32. “Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” 24 noyabr 2023-cü il tarixli qərardan görünür ki, 23 noyabr 2023-cü il tarixdə, saat 14:10 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ qabaq cibindən 1 (bir) bükümdə təmiz çəkisi 2,540 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktına görə Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X17 tərəfindən həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1-2;).

33. Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid1 və polis leytenantı Şahid2 tərəfindən həmin polis bölməsinin rəisinə ünvanlanmış birgə tərtib olunmuş 23 noyabr 2023-cü il tarixli raportdan görünür ki, 23 noyabr 2023-cü il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə axtarışda olan xx xxxx 1989-cu il təvəllüdlü Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon S.S.Axundov küçəsi İ/B ev 1-də qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi T.Ələsgərli küçəsi ev 20 mənzil 32-də yaşayan, evli, orta təhsilli, işsiz Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:10-da ünvan 5 binanın qarşısında saxlanılaraq Sabunçu RPİ-nin 15 PB-yə gətirilmiş, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş digər əşyaların olması ehtimal edilən sonuncunun barəsində müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmiş, həmin raport araşdırılması üçün dərkənarla Sabunçu RPİ-nin 15-ci PB-yə ezam olunmuş təhqiqatçı polis mayoru Rafiq Babayevə həvalə edilmişdir (Cild 1, i.v.3;5;).

34. “Şübhəli şəxsin tutulması haqqında” 23 noyabr 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli bilinərək Sabunçu RPİ-nin 15-ci PBnin əməkdaşları tərəfindən 23 noyabr 2024-cü il tarixdə, saat 14:10 radələrində Sabunçu rayonu Ramana qəsəbəsi T.Ələsgərli küçəsi 20 saylı binanın qarşısında saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-yə gətirilmiş, həmin tarixdə, saat 16:00-da Sabunçu RPİ-nin 15ci PB-yə ezam olunmuş təhqiqatçı polis mayoru X13 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Şahid8 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 23 noyabr 2023-cü il tarixdə, saat 14:10 radələrindən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 6; 15;).

35. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 noyabr 2023-cü il tarixli qərar və protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçisi Şahid8 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında və sonuncunun müdafiəçisinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə dair yazılı ərizəsi əsasında həmin gün Sabunçu RPİ-nin 15-ci PB-yə ezam olunmuş təhqiqatçı polis mayoru X13 həmin bölmənin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid1 və polis leytenantı Şahid2 iştirakı ilə həmin gün, saat 16:30-dan 16:55-dək Sabunçu RPİ-in 15-ci PB-nin inzibati binasında xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri ətraflı izah edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol qabaq cibindən 3 (üç) ədəd “Redmi” markalı mobil telefon, sağ qabaq cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli tozşəkilli maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmin maddənin narkotik vasitə “kakos” olduğunu, 23 noyabr 2023-cü il tarixdə, səhər saatlarında Balaxanı qəsəbəsindən adını və ünvanını bilmədiyi şəxsdən 20 manata alaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilərək götürülmüş maddə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış davam etdirilərkən 3 (üç) ədəd “Redmi” markalı mobil telefon istintaq üçün sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüşdür. Şəxsi axtarış və götürmə gündüz vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmiş, protokolda “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkilişin aparılması, videoyazının əks olunduğu məlumat daşıyıcısının protokola əlavə edilməsi qeyd edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir. Müdafiəçi Şahid8 sonradan qeyd edilən protokolla tanış olaraq imzalamışdır (Cild 1, i.v. 22-25;).

36. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 noyabr 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olmaqla müddəti 6 dəqiqə 5 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq Orxan Səmədov tərəfindən baxış keçirilməsinə dair 24 noyabr 2023-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, kifayət qədər sərbəst olmaqla suallara ətraflı və rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 47-48;).

37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının” 3-16-16/2-6/6147 saylı, 24 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №160” dairəvi möhür əksləri olan və “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə; Şübhəli şəxs: Təqsirləndirilən şəxs “imza” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,540 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 2,540 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq – 2,490 qramdır. Aparılmış tədqiqatın dəyərinin 89 (səksən doqquz) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 33-37;).

38. “Təhqiqat materialının aidiyyəti üzrə göndərilməsi haqqında” 24 noyabr 2023-cü il tarixli qərardan görünür ki, təhqiqatçı R.H.Babayev tərəfindən Təqsirləndirilən şəxs üzərindən narkotik maddə olan heroin aşkar olunması faktı əsasında toplanmış material aidiyyəti üzrə Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (Cild 1, i.v.39-40;).

39. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 25 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilməklə hüquq və vəzifələri ətraflı olaraq izah edilmişdir (Cild 1, i.v. 49-50;).

40. “Cinayət işləri üzrə icraatın birləşdirilməsi haqqında” 25 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Sabunçu RPİ-nin İŞ-in müstəntiqi polis mayoru Orxan Səmədov tərəfindən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin hərtərəfli, tam və obyektiv araşdırılması, cinayət təqibinin səmərəliliyinin təmin edilməsi məqsədilə ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilməklə işin istintaqı ********* nömrə altında davam etdirilmişdir. ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilmişdir (Cild 1, i.v. 60-61;).

41. “Cinayət işi başlanması və icraata qəbul olunması haqqında” 2 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Şahid6 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,048 qram narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,929 qram çəkidə psixotrop maddə metamfetamini və təmiz çəkisi 0,674 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlayaraq daşımış, 30 sentyabr 2023-cü il tarixdə, saat 17:15 radələrində həmin narkotik vasitələri və psixotrop maddələri Bakı İstintaq Təcridxanadında saxlanılan Şahid7 sovqatda keçirən zamanı həmin təcridxananın əməkdaşları tərəfindən saxlanılaraq təcridxananın xüsusi otağında yoxlanılan zamanı sovqatda olan üzərində sport sözləri yazılmış tərliyin (tapıçka) içliyinin alt hissəsində xüsusi üsulla gizlədilmiş halda ümumilikdə 8 bükümdə olmaqla, 3 bükümdə ayrı-ayrılıqda 0,320 qram, 0,377 qram, 0,351 qram olmaqla ümumi təmiz çəkisi 1,048 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə heroin, 2 bükümdə ayrı-ayrılıqda 0,455 qram və 0,474 qram olmaqla ümumi təmiz çəkisi 0,929 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 3 bükümdə ayrı-ayrılıqda 0,240 qram, 0,230 qram və 0,204 qram olmaqla ümumi təmiz çəkisi 0,674 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi faktına görə müstəntiq Orxan Səmədov tərəfindən 2 oktyabr 2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.63-64;).

42. 30 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 17:15 radələrində Bakı İstintaq Təcridxanasının əməliyyat şöbəsinin inspektoru Şamil Tarverdiyev tərəfindən həmin təcridxananın ədliyyə baş giziri Şahid4 və ədliyyə kiçik giziri Şahid5, habelə 2(iki) nəfər hal şahidinin iştirakı ilə Şahid6 xalası oğlu Şahid7 gətirdiyi sovqata baxış keçirilən zaman, sovqatın içərisində olan üzərində sport sözləri yazılmış bir cüt tərliyin (tapıçka) sağ tayının içliyinin alt hissəsində xüsusi üsulla gizlədilmiş olan, ümumilikdə 7-8 ədəd şəffaf sellofan bükülüdə olmaqla, onlardan 3 (üç) ədəd şəffaf sellofan bükülünün içərisində qəhvəyi rəngli, 3 (üç) ədəd şəffaf sellofan bükülünün içərisində qara rəngli və 2 (iki) ədəd şəffaf sellofan bükülünün içərisində isə ağ rəngli spesifik iyə malik narkotik vasitəyə oxşar maddələr aşkar olunmuşdur. Bundan sonra Şahid6 müəssisənin əməliyyat şöbəsinin otağına dəvət olunmuş, sonuncu öz yazılı izahatında 30 sentyabr 2023-cü il tarixdə, təxminən saat 17:15 radələrində Bakı İstintaq Təcridxanasında saxlanılan xalası oğlu həbs olunmuş şəxs Şahid7 yanına gətirdiyi sovqata onun və hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman sovqatın içərisində olan, üzərində sport sözləri yazılmış bir cüt tərliyin (tapıçka) sağ tayının içliyinin alt hissəsində xüsusi üsulla gizlədilmiş olan, ümumilikdə 8 ədəd şəffaf sellofan bükülüdə olmaqla, onlardan 3 (üç) ədəd şəffaf sellofan bükülünün içərisində qəhvəyi rəngli, 3 (üç) ədəd şəffaf sellofan bükülünün içərisində qara rəngli, 2 (iki) ədəd şəffaf sellofan bükülünün içərisində isə ağ rəngli maddələrin aşkar olunduğunu qeyd edərək həmin tərliyi (tapıçkanı) Bakı şəhərində Zabrat qəsəbəsi ərazisində “Orxan” (telefon nömrəsi ***-***-**-**) adlı şəxsin Bakı İstintaq Təcridxanasında saxlanılan həbs olunmuş xalası oğlu Şahid7 çatdırması üçün verdiyini bildirmişdir. Götürülmüş ümumilikdə 8 (səkkiz) ədəd şəffaf sellofan bükülüdə olmaqla, onlardan 3 (üç) ədəd şəffaf sellofan bükülünün içərisində qəhvəyi rəngli, 3 (üç) ədəd şəffaf sellofan bükülünün içərisində qara rəngli, 2 (iki) ədəd şəffaf sellofan bükülünün içərisində isə ağ rəngli maddələrin tərkibini və çəkisini müəyyən etmək məqsədilə kriminalistik tədqiqat keçirilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi məqsədilə hal şahidlərinin və vətəndaş Şahid6 iştirakı ilə qablaşdırılaraq xüsusi paketə qoyularaq müəssisənin zərf üçün nəzərdə tutulmuş möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib olunaraq hal şahidləri, vətəndaş Şahid6 və proses iştirakçıları tərəfindən imzalanmış, bütün proses zamanı şikayət və təkliflər daxil olmamışdır (Cild 1, i.v. 65; 68-69;).

43. “Bakı İstintaq Təcridxanasında görüş verilməsi və ərzaq qəbulu” vərəqəsindən görünür ki, şəxsi işinin nömrəsi 1146 olmaqla Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi yeni massivdə yaşamış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6 və 182.2.1-ci maddələri ilə 5-ci korpus 10-cu kamerada həbsdə saxlanılan Şahid7 o cümlədən 20 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və 30 sentyabr 2023-cü il tarixdə isə Şahid6 tərəfindən ərzaq gətirilmişdir (Cild 1, i.v.70;).

44. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının” 3-16-16/2-6/5139 saylı, 1 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “..Şahid6...” sözləri olan zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,320 qr., 0,377 qr., 0,351 qr., ümumi təmiz çəkisi 1,048 qram olan qəhvəyi rəngli madddələr kustar üsulla hazırlanmış narkotik vaitə heroindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,455 qr., 0,474 qr., ümumi təmiz çəkisi 0,929 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi – 1,048 qram, tədqiqata sərf edildi - 0,090 qram, qalıq – 0,958 qramdır. Metamfetaminin təmiz çəkisi – 0,929 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq – 0,829 qramdır. Aparılmış tədqiqatın dəyərinin 40,91 (qırx manat doxsan bir qəpik) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 79-85;).

45. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə-bioloji ekspertizasının” 3-16-16/2-7/1363 saylı, 1 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “xx.xx.2023-cü il tarixdə .... həbs olunmuş şəxs Şahid7 yanına sovqat gətirmiş xalası oğlu vətəndaş Şahid6 ... gətirdiyi sovqatda ... maddələr aşkar olundu ...” yazı və imzalar olan zərfdə 3 (üç) ədəd şəffaf sellofan kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0, 240 qram, 0,230 qram və 0,204 qram olmaqla, ümumi çəkisi 0,674 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi – 0,674 qram, cəmi tədqiqata sərf edilən miqdar - 0,15 qram, qalıq – 0,524 qramdır. Aparılmış tədqiqatın dəyərinin 70 (yetmiş) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 87-89;).

46. “Şübhəli şəxsin tutulması haqqında” 2 oktyabr 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Şahid6 müstəntiq Orxan Səmədov tərəfindən həmin tarixdə, saat 19:00-da müdafiəçisinin iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (Cild 1, i.v. 95; 106;).

47. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 4 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Şahid6 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmaqla hüquq və vəzifələri ətraflı olaraq izah edilmişdir (Cild 1, i.v. 110-111;).

48. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 4 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Şahid6 barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v. 126-128;).

49. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 14 oktyabr 2023-cü il tarixli cavabından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8 noyabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 iyul 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 132, 68.1.2 və 67.1-ci maddələrinə əsasən 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 24 aprel 2009-cu il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək cəzası 1 (bir) il 3 (üç) ay müddətə artırılmış, 27 oktyabr 2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3 may 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respubikasının Cinayət Məcəlləsinin 263.1, 264, 67.1 və 67.5-ci maddələrinə əsasən 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 6 aprel 2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir (Cild 1, i.v. 137-167;).

50. “Şəxsin şübhəli şəxs qismində tutulması və tutulması üçün barəsində axtarış elan edilməsi haqqında” 14 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, müstəntiq Orxan Səmədov tərəfindən Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmaqla Sabunçu RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilməsi və tutulması üçün barəsində axtarış elan edilməsi qərara alınmış və qərar icra olunması üçün aidiyyəti üzrə göndərilmişdir (Cild 1, i.v. 168-169;).

51. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə-bioloji ekspertizasının” 3-16-16/2-7/14/04 saylı, 19 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 3 (üç) ədəd kağız bükülülərdə ayrı-ayrılıqda çəkiləri 0,19 qram, 0,18 qram və 0,154 qram, ümumi çəkisi 0,524 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İlkin tədqiqat zamanı kütlələrin təmiz çəkiləri 0,24 qram, 0,23 qram, 0,204 qram, ümumi çəkisi 0,674 qram təşkil etmişdir. Marixuananın ümumi çəkisi – 0,524 qram, tədqiqata cəmi sərf edildi - 0,06 qram (hər obyektdən 0,02 qram), qalıq – 0,464 qramdır. Aparılmış tədqiqatın dəyərinin 72 (yetmiş iki) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 170-173;).

52. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının” 3-16-16/2-6/5335 saylı, 24 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X12 №67” dairəvi möhür əksi olan “..Şahid6...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində bir ədəd zərfdə üç ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 0,290 qr., 0,347 qr., 0,321 qr., ümumi təmiz çəkisi 0,958 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik maddə heroindir. Digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,405 qr., 0,424 qr., ümumi təmiz çəkisi 0,829 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 0,958 qram, tədqiqata sərf edildi - 0,09 qram, qalıq – 0,868 qramdır. Metamfetaminin təmiz çəkisi – 0,829 qram, tədqiqata sərf edildi - 0,06 qram, qalıq – 0,769 qramdır. Aparılmış tədqiqatın dəyərinin 65 (altmış beş) olması müəyyən edilmişdir (Cild 1, i.v. 175-178;).

53. “İş üzrə toplanmış sübutlara qiymət verilməsi haqqında” 24 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Şahid6 əməlində cinayət tərkibi olmadığına görə ona 4 oktyabr 2023cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihama və barəsində seçimiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinə xitam verilmiş, habelə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddə ilə nəzərdə tutulmuş ittihamın elan olunması qərara alınmışdır (Cild 1, i.v. 214- 218;).

54. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 25 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (Cild 1, i.v. 219-220).

55. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 25 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona yeni məzmunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (Cild 1, i.v. 230- 232;).

56. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 noyabr 2023-cü il tarixli, 4(008)- 869/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 23 noyabr 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin məhkəmənin 22 fevral 2024 və 16 mart 2024-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 23 may 2024-cü il tarixədək uzadılmışdır (Cild 1, i.v.249-252; Cild 2, i.v. 156-160;).

57. “Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının” 1 dekabr 2023-cü il tarixli, 7867 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlər, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviriəsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə, 2022-ci ildən narkotik vasitələrdən istifadə edir, narkotik vasitə heroini yandırıb tüstüsünü nəfəsinə çəkməklə, 1-2 ildir narkotik vasitə olan marixuanadan isə siqaretə doldurub çəkməklə istifadə edir (Cild 2, i.v. 30-31;).

58. “Sənədlərə baxış keçirilməsi haqqında” 7 dekabr 2023-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş müvafiq çıxarışdan görünür ki, "xxxx" MMC-dən müvafiq məhkəmə qərarı əsasında əldə olunaraq istintaqa təqdim edilmiş, özündə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin danışıqların və smslərin çıxarışlarına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** nömrəyə ***-***-**-** nömrədən 27 sentyabr 2023-cü il tarixdə, saat 19:37-də “qaqaş qurban sene tosu açmır mənə birdənə bütöv lazımdır sabah ev günüdü vallah 3 manat borc var cəmi qurban sənə aç bir söz de” mətnli sms göndərilmişdir. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı digər xüsusat aşkar edilməmişdir (Cild 2, i.v. 35-42;).

59. “Sənədlərə baxış keçirilməsi haqqında” 20 dekabr 2023-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş müvafiq çıxarışlardan görünür ki, “Azercell MMC”dən müvafiq məhkəmə qərarı əsasında əldə olunaraq istintaqa təqdim edilmiş, özündə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə aparılmış danışıqlar və smslərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə 11-12 oktyabr 2023-cü il tarixdə ***-***-**-** saylı nömrədən “dönə dönə üzr istəyirəm”, “Orxan gəlir ya necə?”, “ay qaqa nooldu bes başivadönüm qadan alım gəlim yanıva sənin Orxan bir söz denən də brat səhər açıldı” mətnli sms, ***-***-**-** saylı nömrədən 12 oktyabr 2023-cü il tarixdə “oku yarı daşın pulunu uşaq helə atmayıb onu hələki saxla, 20liy kola düzəlt birdə gör mənə biraz daş verə bilərsən? çıxdım kənddən gəlirəm” mətnli sms, ***-***-**-** saylı nömrədən 15 oktyabr 2023-cü il tarixdə “qaqaş sən allah 30 verecem indi 25 səhər ataram karta ata bütöv ver hər gün gəlməyim” “pulundan balam canı narahat olma sən duranda karta olacaq bu günnün sabahı yoxdur 30 verəcəm 5 daş bütöv səhər karta nə atacam onu de bidənə vəssalam iki gündən bir gəlimdə qaqaş artıq rasxod olmasında”, 051-484 42-98 saylı nömrədən 17 oktyabr 2023-cü il tarixdə “qaqa yarı daş lazımdır m10 na atıram”, “qaqa ya 2 dənə 25 elə ya 1 dənə 50 çatmır pul olan budu sənol” mətnli sms, ***-***-**- ** saylı sim nömrədən 20-22 oktyabr 2023-cü il tarixdə “qaqa buralar (söyüş var).... mənidəki dərimə saman təpəcəylər tutsalar yola sal gedimdə”, “qaqa noldu sən allah çox çəkər qayıdım evə”, “qaqaş 3 dənə yarı 1 yarı 1/1 var atım 70”, “qaqaş daş gəlsün atam”, “3 dənə yarı vurum pulu hacan gələr başva dönüm evdəsən gəlim mən 3-4 dənə götürüm”, “qaqam 5 dəfə günorta 7 dəfə də axşam tapşırdım noolar məni padvadit eləmə hardasan gəlim deee”, “var qadası ikisindəndə, nolar prosto bir söz de gözdüyüm biabır oldum”, “qaqaş imkandırsa bir tikə daş”, “qardaş bu günə ümid var?”, “evdəsən yarı gəlib götürərdim”, “orxan qaqaşı dilləndə atam gəlim sizə? şesi ay Orxan nooldun ее qardaşım gəlim də”, “qaqa maşın da var kakraz sora əziyyət çekirəm gəlim sizə bir dənə daş lazımdır”, “qaqaş gedirsən arxayın olum pul götürərəm bircə kəlmə brat rahat olumda hacan olsa alınacaq yaz bilim də” məntli sms, ***-***-**-** saylı nömrədən 26 oktyabr 2023-cü il tarixdə “qaqaş bir kəlmə aç ya hə de yada yox de bilimdə olmasını, daş lazımdı hara gəlim?” mətnli sms, ***-***-**-** saylı nömrədən 28 oktyabr 2023-cü il tarixdə “qaqaşım mən hara gəlim nağarım”, “cavab vermir brat??? Hardasan səndə var yanıva gəlim” mətnli sms, ***-***-**-** saylı nömrədən 29 oktyabr 2023-cü il tarixdə “... telefonu aç daş verə mənə ... gəlirəm ramanıya ...” məntli sms, ***-***-**-** saylı nömrədən 31 oktyabr 2023-cü il tarixdə “qaqaş adboy vermə yarı lazımdır” mətnli sms, ***-***-**-** saylı nömrədən 04-05 noyabr 2023-cü il tarixdə “Orxan dediyim nədi noolar brat birdənə yarı da mənə qret eledə qardaşım. Yarı da daş ver kendə çatım anamın canı 40 atımda”, “orxan qadası azmazda olsa sən ətağa gəlim də kart de puluvu da atım” mətnli sms, ***-***-**-** saylı nömrədən 05 noyabr 2023-cü il tarixdə “qoyuram tükana obaya gətirərəm 2 banka əncili 1 ağ gilas” mətnli sms, 070-646 -29-00 saylı nömrədən 06 noyabr 2023-cü il tarixdə “ay brat 1 qr istiyən varee” mətnli sms, ***-***-**-** saylı nömrədən 08 noyabr 2023-cü il tarixdə “Qaqas bidene 25 m das hazir ele uzagi saat 6 da gelib gotururem.bidene teli acda” mətnli sms, ***-***-**-** saylı nömrədən 08-09 noyabr 2023cü il tarixdə “Orxan alinir brat mene de indi indi atillar pul hele gedmisen ya???”, “Qaqam biraz pul varaa geerem goturem sen deyen kimi cixib yoldan atib gelecem” mətnli sms, ***-***-**-** saylı nömrədən 09 noyabr 2023-cü il tarixdə “Qadan alim yatmıram zeng ğözdüyürem senden başina dönüm ğələnde xeber elə” mətnli sms, ***-***-**-** saylı nömrədən 09 noyabr 2023-cü il tarixdə “Ayagvin altda ölüm qaqa bir soz denen de basva donum millete ne deyim qadasi”, “Qaqam hem telefonu goturerdim hemde elave 2-3 dene lazim idi.Yatmisan?”, “Orxan vacibdi brat danisaq da bidene telfonu da gotrum belede pul var idi 100-150” mətnli sms, ***-***-**-** saylı nömrədən 09 noyabr 2023-cü il tarixdə “Qaqaş sen cani qadan alaram oyaqsansa hay ver camahat meni gozdeyir”, “Vərimizdi erzaq?he”, “Menim temAmi ora qatma ha 30 adelni” mətnli sms, ***-***-**-** saylı nömrədən 09 noyabr 2023-cü il tarixdə “1 qr kola yarı daş” mətnli sms, ***-***-**-** saylı nömrədən 10 noyabr 2023-cü il tarixdə “Qaqaş yol gedirəm biraz dawi artig elə qardawimsan”, “Dawin var yaninda” mətnli sms, ***-***-**-** saylı nömrədən 10-12 noyabr 2023-cü il tarixdə “Orxan allah canivi sag eləsin camahatin yaninda biyabir elədin meni pulu almisam bayağdan doluyuram camahati mende bayağdan qalmisam burda”, “Bildimde saat 6 7 yarisina gelib cixarsan eve men ise gedecem 7 de 15 manatliq das gelim 7yarisi ama deqiq olsun qardasimsan”, “Orxan acda bidene 20 m kola salafdnda olsun yariya oxsanin.25 m das oda salafanda 15 deqeye ordayam ac teli” mətnli sms, ***-***-**-** saylı nömrədən 12-14 noyabr 2023-cü il tarixdə “ay oku 6 dənə lazımdır birdənə bax tez zenge”, “Ay qaqa nefcilerdeyem telesir usag qardawimsan tez ol 7 dene yari daw” “Ay qaqa dedim axi usaglar telesir elemede belə”, “25 daw 10 borcdan atiram” mətnli sms, ***-***-**-** saylı nömrədən 14-16 noyabr 2023-cü il tarixdə “Ay brat filan qədər məhsul istiyən var, tez bidənə əlaqə saxla mənimlə”, “Qaqaş 2 dənə yarı lazımdıyee budəyqə”, “Qaqaş 3 cü yarınıda istiyən var” mətnli sms, ***-***-**-** saylı nömrədən 15 noyabr 2023-cü il tarixdə “Salam qaqas hardasan bidene yar das nece goturum sennen mene tez xeber ele» mətnli sms, ***-***-**-** saylı nömrədən 17-21 noyabr 2023-cü il tarixdə «qaqa iki dene yarimciq nece eliyerdiy?” “Alinar ya isimi bilerdim tezkən?” “qaqa ayagvin altda ölüm iki dene yari torpaq qurban olum deyirem inan Allaha gebererem”, “qaqassssss ay ...... qeyretin .... problem yaradirsan mene ac bir kelme denen yat”, “qaqa mali goturun olar ele”, “Orxan alinir nese ya yatim men bir soz desen yaxsi olar meynen nece nefer de gozduyur”, “Qaqa 100 manat var geeerem qarayeve 100de gotrum sen etaga cavab verde yiganda” mətnli sms, ***-***-**-** saylı nömrədən 19 noyabr 2023-cü il tarixdə “qaqaş quran haqqı aparıb atarsan tərəziyə 2dən çoxdu”, “sənədə rovnu 50 verəcəm 1 dənədə btov ver mənə gəlirsən çıxıb qardaş?” mətnli sms, ***-***-**-** saylı nömrədən 21 noyabr 2023-cü il tarixdə “Orxan mecun burdan nese duzub qosardun da nolar pul vurum atsinlar goturum basva donerem elede bu yaxsiligi mecun ozvu yaxsi aparsan bu nomreni de vererem sene” mətnli sms, ***-***-**-** saylı nömrədən 21 noyabr 2023-cü il tarixdə “Abi 2 dənə elədə onu yarımçıq” mətnli smslərin göndərilməsi aşkar olunur. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsindən 19 sentyabr 2023-cü il tarixdən 10 noyabr 2023-cü il tarixə qədər olan müddətdə müxtəlif nömrələrə özünə məxsus olan kartın rəqəmlərini “4098 5844 6741 8560 leo bank” mətnli smslərin, 12 oktyabr 2023-cü il tarixdə ***-***-**-** saylı nömrəyə “qaqaş 80 elə otduye” mətnli sms, 17 oktyabr 2023-cü il tarixdə ***-***-**-** nömrəyə “at 30 ged zabrata”, “30 olacaq ancaq” mətnli sms, ***-***-**-** saylı nömrəyə 17 oktyabr 2023-cü il tarixdə “qaqaş 30 deyəsən sora zabratdan istixanadan götürə bilərsən” mətnli sms, ***-***-**-** saylı nömrəyə 27 oktyabr 2023-cü il tarixdə “Sənə karta 300 gəlib ola bilsin gəldi yenə hamısı gəlsin deyəcəm”, “atarsan karta”, “4098 5844 6741 8560” mətnli sms, ***-***-**-** saylı nömrəyə 10 noyabr 2023-cü il tarixdə “yığma itdər xvostumdadır” mətnli sms, ***-***-**-** saylı nömrəyə 17 noyabr 2023-cü il tarixdə “yarı torpaq at tez» mətnli sms, ***-***-**-** saylı nömrəyə 22 noyabr 2023-cü il tarixdə “Hardasan gəlləm yandırmaq istəyirdi məni” mətnli smslərin göndərilməsi aşkar olunur (Cild 2, i.v. 53-81;).

60. “Sənədlərə baxış keçirilməsi haqqında” 22 dekabr 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş çıxarışlardan görünür ki, "xxxx" MMC-dən müvafiq məhkəmə qərarı əsasında əldə olunaraq istintaqa təqdim edilmiş, özündə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin danışıqların və smslərin çıxarışlarına baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı xüsusat aşkar edilməmişdir (Cild 2, i.v. 82-86;).

61. “Mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” 6 yanvar 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 3 ədəd “Redmi” markalı mobil telefon aparatlarına baxış keçirilmişdir. “Redmi 10 5G” markalı mobil telefon aparatına baxış keçirilərkən müəyyən olmuşdur ki, həmin mobil telefon aparatının üzərində ***-***-**-** saylı sim nömrə vardır. Mobil telefon aparatına “vatsap” proqramı yüklənmiş, həmin “vatsap” proqramının çatlarında +99470 *** ** ** saylı nömrədən 22 noyabr 2023-cü il tarixdə, saat 10.44-də “Orxan salam, Bu gün kənd tərəfə gələ biləcəksən” “Qardaşım 50m atıram 25 daş 25 kola” mətnli sms, 23-24 noyabr 2023-cü il tarixdə “Salam Orxan”, “Salam Orxan qaqaş biz tərəflərə gəlmiyəcəksən” mətnli sms, +99451 *** ** ** “Ceyhun Ramanı” kimi qeydə alınmış nömrədən 21 noyabr 2023-cü il tarixdə saat 17.33-də: - “3 ya 5 ot birdə torpaq” - “Var” - “Maşında adam var düşsünlər deyerem” - “Ok” mətnli yazışmalar, müəyyən olunur. Həmin mobil telefon aparatının “sms” bölməsində istintaq üçün maraq kəsb edən hər hansı bir məlumatlar aşkar olmamışdır. Kontaktlar bölməsində İran İslam Respublikasına aid olan “+98914 *** ** ** Maqa”, “+98937 *** ** ** Maqa Məhəmməd”, “+98936 *** ** ** Sako İ” cəmi 3 ədəd nömrələrin olması müəyyən olunur. Təqsirləndirilən şəxs götürülmüş “Redmi 10” markalı mobil telefon aparatına baxış keçirilərkən müəyyən olmuşdur ki, həmin mobil telefon aparatının üzərində ***-***-**-** və ***-***-**-** saylı sim nömrələr var. Mobil telefon aparatına “vatsap” proqramı yüklənmiş, həmin “vatsap” proqramının çatlarında, “sms” bölməsində istintaq üçün maraq kəsb edən hər hansı məlumat aşkar olmamışdır. Kontaktlar bölməsində İran İslam Respublikasına aid olan +98991 *** ** ** X27” olmaqla cəmi 1 ədəd nömrənin olması müəyyən olunur. Təqsirləndirilən şəxs götürülmüş göy rəngli “Redmi” markalı mobil telefon aparatına baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin mobil telefon aparatının üzərində ***-***-**-** saylı sim nömrə vardır. Mobil telefon aparatının kodunu açmaq mümkün olmadığına görə, telefon məlumatlarına baxış keçirmək mümkün olmamışdır(Cild 2, i.v. 91-95;).

62. “İş üzrə toplanmış sübutlara qiymət verilməsi haqqında” 6 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Ccinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 29,317-1.1-ci maddələrinə tövsif edilməklə ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan olunması qərara alınmışdır (Cild 2, i.v. 96-98;).

63. “Sənədlərə baxış keçirilməsi haqqında” 19 yanvar 2024-cü il tarixli protokoldan və protokola əlavədən görünür ki, müstəntiq Orxan Səmədov tərəfindən Sabunçu RPİ-nin 15ci PB-nin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabına” baxış keçirilmiş, baxış zamanı kitabın 1145-ci sətirində Təqsirləndirilən şəxs 23 noyabr 2023-cü il tarixdə, saat 14:30-da əməliyyat müvəkkilləri Şahid12, Şahid1 və S.Həsən tərəfindən gətirilərək 23 noyabr 2023-cü il tarixdə, saat 17:30-da Sabunçu RPİ-nin müvəqqəti saxlama yerinə aparılıb təhvil verilməsi qeyd olunmuşdur (Cild 2, i.v. 115-118;).

64. “Baxış keçirilməsi haqqında” 19 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, müstəntiq Orxan Səmədov tərəfindən Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasında quraşdırılan videokameralara baxış keçirilmiş, baxış zamanı kameraların yaddaş qurğularında qeydə alınmış videoyazıların 7 gün müddətində arxivdə saxlanılması müəyyən olunmuş, 23 noyabr 2023-cü il tarixdən 7 gündən çox müddət keçdiyindən həmin tarixə qeydə alınmış videoyazıları əldə etmək mümkün olmamışdır (Cild 2, i.v. 119;).

65. “Baxış keçirilməsi haqqında” 19 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 23 noyabr 2023-cü il tarixdə, saat 14:10 radələrində polis əməkdaşları tərəfindən saxlandığı ünvan 5 ünvana müstəntiq O.Səmədov tərəfindən baxış keçirilmiş və baxış zamanı həmin ünvanın qarşısında, həmçinin həmin binanın blokunda və 6-cı mərtəbəsində hər hansı bir kameranın quraşdırılması aşkar olunmamışdır (Cild 2, i.v. 120;).

66. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X24 tərəfindən daxil olmuş 16 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd olunan xəstəxanada müalicədə olmamışdır (Cild 2, i.v. 121;).

67. “Birgə istintaq qrupunun yaradılması barədə” 19 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə müstəntiq Orxan Səmədovun rəhbərliyi ilə ondan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinin böyük müstəntiqi kiçik ədliyyə müşaviri X3 ibarət birgə istintaq qrupu yaradılmışdır (Cild 2, i.v. 122-123;).

68. “Sənədlərə baxış keçirilməsi haqqında” 17 fevral 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş çıxarışlardan görünür ki, "xxxx" MMC-dən müvafiq məhkəmə qərarı əsasında əldə olunaraq istintaqa təqdim edilmiş, özündə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə aparılmış danışıqların və smslərin çıxarışlarına baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı xüsusat aşkar edilməmişdir (Cild 2, i.v. 140-146;).

69. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 4(008)- 113/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 23 mart 2024-cü il tarixədək uzadılmışdır. Həmin qərarın təsviri-əsaslandırcı hissəsindən görünür ki, müdafiəçi Şahid8 çıxış edərək təqsirləndirilən şəxsin həbsdə saxlanılması üçün prosessual əsasların olmadığını qeyd edərək həbsdə saxlama müddətinin uzadılması barədə verilmiş vəsatətin təmin edilməməsini xahiş etmişdir (Cild 2, i.v. 156-160;).

70. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının” 3-16-16/2-6/6306 saylı, 28 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mərkəzə məxsus iki ədəd paketdəki üzərində “Rəy-6/5335 Sabunçu RPİ; ********* c/i; ...” yazıları və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 № 65 və №67” mətninə malik möhürlərlə möhürlənmiş vəziyyətdə, içərisində “Azərbaycan Resupblikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanası Zərflər üçün” dairəvi möhür əksləri və “xx.xx.2023 -cü il tarixdə ... vətəndaş Şahid6 yanında gətirdiyi sovqata baxış zamanı... maddələr aşkar edildi; vətəndaş Şahid6 “imza” yazıları olan kağız zərfin içərisindəki ümumi təmiz çəkisi 0,868 qram olan 03 (üç) ədədə bükümdəki heroinlərlə üzərində “Rəy-3-16-16/2-6/6147 № 43-4/2- 3174; Sabunçu RPİ 15-ci PB, Təqsirləndirilən şəxs; ..” yazıları və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 №62” mətninə malik möhürlərlə möhürlənmiş vəziyyətdə, içərisində üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №160” dairəvi möhür əksləri olan “vət Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə; şübhəli şəxs Təqsirləndirilən şəxs “imza” və digər ad, soyad, imzalar olan kağız zərfdəki təmiz çəkisi 2,490 qram olan 01 (bir) ədəd bükümdəki heroin kimyəvi komponent tərkibinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatından sonra Şahid6 aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin qalıq hissəsi 0,778 qram, Təqsirləndirilən şəxs isə aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin qalıq hissəsi 2,460 qram olmuşdur. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil edir (Cild 2, i.v. 167-171;).

71. “Üzləşdirmə” 5 aprel 2024-cü il tarixli protokollardan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ilə Təqsirləndirilən şəxs arasında sonuncunun müqaviləsi əsasında iştirak edən müdafiəçisi Vüsal Səfərovun iştirakı üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları Şahid2 və Şahid1 ona məxsus olmayan narkotik vasitəni boynuna götürmələrini tələb etdiklərini bildirmiş, sonuncular isə Təqsirləndirilən şəxs qarşı tərəflərindən hər hansı zor tətbiq olunmadığını, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroinin onun özünə məxsus olduğunu, onun özünümüdafiə etmək məqsədilə yalan ifadə verdiyini, o cümlədən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasının məlum olduğunu göstərmişlər (Cild 2, i.v. 219-224;).

72. “Təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında” 6 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş ittiham müdafiəçilər Şahid8 və Vüsal Səfərovun iştirakı ilə elan olunmuşdur (Cild 2, i.v. 225-227;).

73. “Sənədlərə baxış keçirilməsi haqqında” 16 aprel 2024-c üil tarixli protokoldan və protokola əlavə edilmiş çıxarışlardan görünür ki, "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinin danışıqların və smslərin çıxarışlarına baxış keçirilmiş, baxış zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı sim nömrəsinə 14 sentyabr 2023-cü il tarixdə ***-***-**-** saylı nömrədən “70 düzəldi qaqa atdım m10a, 70 m düzəlib brat ya 70 m ele ya birazdan 10 m atım, bidene 20liy bidene 15diy daş, cavab vermir kola 20 daş 15 daş” mətnli mətnli sms, ***-***-**-** saylı nömrədən “brat qardaşunçun bidənə siqaretə başa bilərsən ele bunlarnan biryerdə çəkəcəm baxsınlar görsünlər ki necə oğullar var” mətnli sms, 22 sentyabr 2023-cü il tarixdə ***-***-**-** saylı nömrədən “orxan usdalar çatır bura 1 kelme 1 soz dede başıva dönüm” mətnli sms, 1 oktyabr 2023-cü il tarixdə ***-***-**-** saylı nömrədən “qonaq var yanımda orxan and olsun allaha deye bilmedim 10m pul var ne verirsen ver” mətnli sms, 5 oktyabr 2023-cü il tarixdə ***-***-**-** saylı nömrədən “qaqa kart atda mənə” mətnli sms, ***-***-**-** saylı nömrədən “istixanadayam məktəbin yanında, ay orxan borca çıxırsansa elemede yene bele 6-cı günə demişdim axı verecem qalmışam istixanada mektebin yanında” mətnli smslərin göndərilməsi aşkar olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan 077-377- 67-77 saylı nömrəsindən 25 avqust 2023-cü il tarixdən 1 oktyabr 2023-cü il tarixə qədər olan müddətdə müxtəlif nömrələrə özünə məxsus olan kartın rəqəmlərini “4098 5844 6741 8560 leo bank” mətnli smslərin, 14 sentyabr 2023-cü il tarixdə ***-***-**-** “qaqaş o gün gelmişdin e kanalın üstündən keçennen sora sağa şamlığa yol orda teker var idiya ordadır”, “kola yox?” mətnli sms, ***- ***-**-** saylı nömrəyə “rizlam yoxdur elimde iş görürəm çatdırmayacam zibillik terefe keçersen tek xeber ele atım” mətnli sms, 11 oktyabr 2023-cü il tarixdə ***-***-**-** saylı nömrəyə “totu sən canı 02 atarsan çekerik qalanında bölerikde yaxşı sehere” mətnli sms, 8 noyabr 2023-cü il tarixdə ***-***-**-** saylı nömrəyə “***-***-**-** m10” mətnli smslərin göndərilməsi aşkar olunmuşdur. Bundan əlavə olaraq Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəsindən 30 sentyabr 2023-cü il tarixdə saat 17.40-da Şahid6 istifadəsində olan ***-***-**-** saylı nömrəsinə “hardasan camaat xəstəxanada ölüm halındadır niyə gəlmirsən?” mətnli sms, 1 oktyabr 2023-cü il tarixdə saat 09:21-də Şahid6 istifadəsində olan ***-***-**-** saylı nömrəsinə “ay bala cavab ver .... hamı nigarandır səndən xəbər yoxdur evə gedməmisən nə olub hardasan” mətnli smslərin göndərilməsi aşkar olunur. Həmin sənədlərə baxış keçirilən zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 7 mart 2024-cü il tarixdə istintaqa verdiyi ifadəsində göstərdiyi dəlillər öz təsdiqi tapmamışdır. Belə ki, istintaqa verdiyi 7 mart 2024-cü il tarixli ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, (...Şahid6 ilə 30 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı Ramana qəsəbəsi T.Ələsgərli küçəsi ev 20 mənzil 32 ünvanda görüşmüş, orada sovqatı Şahid6 verib saat 17 radələrində Novruzla birlikdə Bakı İstintaq Təcridxanasının inzibati binasının qarşısına gəlmişdir...). Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin anten məlumatlarından görünür ki, o, Şahid6 istifadə etdiyi ***-***-**-** nömrəsi ilə 30 sentyabr 2023-cü il tarixdə cəmi 4 dəfə, saat 17:19:29; 17:21:24; 17:32:00; 17:32:56; vaxtlarda əlaqə saxlamış, əlaqə saxlayan zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi Ramana qəsəbəsində yox, Zabrat qəsəbəsində olmuşdur. (Cild 2, i.v. 244-264;).

74. “Maddi sübut kimi tanınması haqqında” 20 aprel 2024-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, Şahid6 aşkar olunaraq götürülmüş üç bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,320 qram, 0,377 qram, 0,351 qram ümumi təmiz çəkisi 1,048 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,455 qram, 0,474 qram ümumi təmiz çəkisi 0,929 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 3 bükümdə hər birinin ayrı -ayrılıqda təmiz çəkisi 0,240 qram, 0,230 qram və 0,204 qram olmaqla ümumi təmiz çəkisi 0,674 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir bükümdə təmiz çəkisi 2,540 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmaqla ekspertiza tədqiqatından sonra Şahid6 götürülmüş narkotik vasitə qurudulmuş marixuananın 0,464 qram, psixotrop maddə metamfetaminin 0,769 qram, narkotik vasitə heroinin 0,778 qram və Təqsirləndirilən şəxs götürülərək maddi sübut kimi tanınmış narkotik vasitə heroinin 2,460 qram qalıq hissələri təqsirləndirilən şəxs maddi sübutlarla tanış edildikdən sonra saxlanması üçün Sabunçu RPİ-yə təhvil verilməsi qərara alınmış, həmçinin Sabunçu RPİ-nin 15-ci PB-yə ezam olunmuş təhqiqatçısı polis mayoru Rafiq Babayev tərəfindən narkotik vasitələrin saxlanılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi barədə 23 noyabr 2023-cü il tarixli protokola əlavə etdiyi 1 ədəd “DVD” disk iş üzrə maddi sübut kimi tanınmaqla saxlanılması üçün cinayət işinin materiallarına əlavə olunmuşdur (Cild 3, i.v. 1- 4; 44;).

75. “Cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında” 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini Təqsirləndirilən şəxs satmış naməlum şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı başqa cinayət işi ayrılmaqla istintaqı davam etdirilir (Cild 3, i.v. 5-6;).

76. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 1 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru İ dərəcəli hüquqşünas X14 tərəfindən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə müraciəti əsasında toplanmış 581-C-24 nömrəli material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd olunmuşdur. Həmin qərarda göstərilmişdir ki, “Məhkəmə-Tibbi Ekspertiza və X10” X21 Sabunçu rayon şöbəsinin 8 aprel 2024-cü il tarixli, 740 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində 23 noyabr 2023-cü il tarixə uyğun gələn xəsarət aşkar edilməmişdir. Bununla da, araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki güc tətbiqinə, işgəncə və digər qanunsuz hərəkətlərə məruz qalması müəyyən edilməmişdir (Cİld 3, i.v. 8-10;).

77. “İş üzrə toplanmış sübutlara qiymət verilməsi haqqında” 2 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 6 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, eyni zamanda Təqsirləndirilən şəxs aşkar olunmaqla götürülmüş üzərində ***-***-**-** saylı sim nömrəsi olan “Redmi 10 5G” markalı, üzərində ***-***-**-** və ***-***-**-** saylı sim nömrələr olan “Redmi10” markalı və üzərində ***-***-**-** saylı sim nömrələr olan göy rəngli “Redmi” markalı mobil telefon aparatlarının istintaq üçün sübut əhəmiyyəti kəsb etdiyindən məhkəmənin hökmünə qədər Sabunçu RPİ-də saxlanılması qərara alınmışdır (Cild 3, i.v. 11-30;).

78. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq O.C.Səmədov tərəfindən 11 may 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 13 may 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 3, i.v.45-64;).

79. Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 iyun 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarına əsasən cinayət işi məhkəmə baxışına təyin edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə məhkəməyə verilmişdir (Cild 4;).

80. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Təqsirləndirilən şəxs adına tərtib edilmiş 11012/2025 saylı məhkumun tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 25 noyabr 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarət aldığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs sağ bazunun yuxarı 1/3 hissəsində köhnə çapıq toxuma aşkar edilmişdir (Cild 4;).

81. AZE №12080738 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 17 may 2009-cu il təvəllüdlü Aysu Şəfiyeva O.İ.X4 övladıdır (Cild 4;)

82. Sabunçu RPİ-nin əməliyyat işi üzrə rəis müavini polis polkovniki Fazil Zərbəliyevin 5 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 1 noyabr 2023-cü il tarixdə axtarış işi açılmış və Təqsirləndirilən şəxs saxlanıldığı üçün 29 noyabr 2023-cü il tarixdə axtarış işinə xitam verilmişdir (Cild 4;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

83. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

84. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

85. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

86. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

87. CM-in 234.4.2 və 234.4.3-cü maddələri təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddələrin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

88. CM-in 317-1.1-ci maddəsi cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsinə görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddələrin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

89. CM-in 29-cu maddəsinin tələbinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.

90. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Həmin Siyahıların İ siyahısının 12-ci bəndinin a) yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram müəyyən edilmişdir. Həmin Siyahıların İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

91. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı 2,540 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 17 dəfə, külli miqdarından isə təxminən 1,6 dəfədən artıq olması, habelə istintaq təcridxanasına keçirilməsi üçün xüsusi səylə gizlədilməklə Şahid6 verdiyi təmiz çəkisi 1,048 qram narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 7 dəfə, habelə 0,929 qram psixotrop maddə metamfetaminin miqdarının şəxsi istehlak miqdarından təxminən 6 dəfədən artıq olması, həmin narkotik vasitə və psixotrop maddələrin müxtəlif növlərə aid olmaqla çoxsaylı ayrı-ayrı bükümlərdə qablaşdırılması, o cümlədən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin Şahid6 vasitəsilə istintaq təcridxanasına keçirilməsinə cəhd göstərilmiş narkotik vasitə heroinin kimyəvi tərkib komponentlərinə görə eyni olmaları, habelə istifadəsində olmuş bir neçə mobil telefon nömrələrinə və həmin mobil telefonda olan vatsap mobil tətbiqində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışına dair daxil olan və çıxan jarqon ifadələrlə çoxsaylı sms-mesajların, eləcə də vatsap yazışmaların aşkar edilməsi və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

92. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində hər hansı narkotik vasitə və ya digər qanunsuz predmetin olmaması, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmaması, üzərindən aşkar edilmiş narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmaqla üzərinə qoyulması, Şahid6 Şahid7 çatdırması üçün verdiyi sovqatda narkotik vasitə və psixotrop maddələrin olmasından, eləcə də bu səbəblə onun barəsində axtarış elan edilməklə axtarış işi açılmasından guya məlumatının olmaması, polis əməkdaşı Şahid12 tərəfindən onun saxlanılmasının təmin edilməsi üçün qeyri-rəsmi faktiki nikah münasibətlərində olduğu Şahid9 məxsus sosial evin işıq və su sisteminin kəsilməsi və digər qanunsuz hərəkətlərin edilməsi, ibtidai istintaqın ilkin mərhələsindən onun hüquqlarını müdafiə etmiş vəkil Şahid8 tərəfindən ona keyfiyyətli hüquqi yardımın göstərilməməsi, ümumiyyətlə sonuncu ilə hər hansı konfidensial söhbətlər aparmaması ilə bağlı ifadəsində göstərdiyi ziddiyyətli xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən və cəzadan yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

93. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs barəsində axtarış işinin açılmaqla axtarışda olmasından məlumatının olmaması ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, sonuncunun ifadəsində göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun olmamaqla özünün ağır cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıyır. Belə ki, məhkəmə istintaqı ilə müəyyən edildi ki, 30 sentyabr 2023-cü il tarixdə Şahid6 ilə özü tərəfindən hazırlanmış içərisində narkotik vasitə və psixotrop maddələr olan sovqatı Bakı İstintaq Təcridxanasında saxlanılan Şahid7 çatdırması üçün həmin təcridxanaya getmiş, Şahid6 sovqatı vermək üçün təcridxanaya girdikdən qısa müddət sonra sonuncunun geri qayıtmadığını görüb təcridxananı tərk etmiş, habelə ona harada qalması (yubanması) ilə bağlı həmin tarixdə, eləcə də növbəti gün səhər saatlarında müxtəlif məzmunlu mesajlar (bax: hökmün 73-cü bəndinə) yazmışdır. Həmçinin Şahid6 barəsində 4 oktyabr 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildikdən dərhal sonra Təqsirləndirilən şəxs yanına gedərək baş verən hadisələri ona danışmış, Təqsirləndirilən şəxs axtarışda olmasını bildikdən sonra öz daimi yaşadığı ünvanda deyil, faktiki qeyri-rəsmi nikah münasibətlərində olduğu məcburi köçkün Şahid9 verilmiş sosial evdə qalaraq gizlənmiş (həmçinin bu barədə Şahid9 da ərinin çox zəruri olmadıqca evdən çölə heç çıxmadığını bildirmişdir), polis əməkdaşları tərəfindən axtarışda olan Təqsirləndirilən şəxs tutulması istiqamətində bir sıra tədbirlər keçirilmiş, hətta sonuncunun tutulmasından təxminən 10 gün əvvəl qohumları Şahid10 və Şahid11 onun axtarışda olması barədə məlumat verilmiş, bununla da onun faktiki yaxın qohumlarının Təqsirləndirilən şəxs axtarışda olmasından məlumatı olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələrinə daxil olan və çıxan mesajların məzmunundan onun axtarışda olmasını bilməsi müəyyən olunmuşdur (10 noyabr 2023-cü il tarixdə ***-***-**-** saylı mobil telefon nömrəsinə “yığma itdər xvostumdadı” məzmunda mesaj göndərmişdir. Bax: hökmün 59cu bəndinə). Müvafiq məhkəmə qərarı əsasında Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrələrinə daxil olan və çıxan sms-mesajlarından, eləcə də mobil telefonunun vatsap proqramına daxil olan və çıxan yazışmalardan sonuncunun mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, hətta barəsində axtarış elan olunmaqla axtarış işinin açılmasından məlumatı olmasına baxmayaraq, öz cinayətkar fəaliyyətini davam etdirməsi məlum olmuşdur. Qeyd olunanlar nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması iş materiallarında olan bu və digər mötəbər sübutların məcmusu ilə mübahisəsiz olaraq bir daha öz təsdiqini tapmışdır.

94. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

95. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, hökmün 35-36, 56, 76 və 80-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sübutlarla da Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ilkin ifadələrində və üzərinə videoçəkiliş vasitəsilə həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı verilən suallara ətraflı cavablar verməklə (şəxsi istifadəsi üçün əldə etməsini xüsusi vurğulamasına baxmayaraq) fiziki və ya psixi təzyiqlərə məruz qalması barədə hər hansı məlumat verməmiş, lakin məhkəməyədək icraatın sonrakı mərhələsində isə həmin ifadələrindən imtina edərək polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması, aşkar edilmiş predmetin özünə məxsus olması və sair işin faktiki halları ilə tam ziddiyyət təşkil etməklə özünün ifadəsindən başqa hər hansı digər sübutla təsdiqini tapmayan ifadələr vermişdir.

96. Eyni zamanda, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı üzrə məhkəmə iclaslarında şəxsi axtarış və götürmə istintaq hərəkətinin məhkəməyədək icraat zamanı onun hüquqlarını müdafiə etmiş Şahid8 iştirakı olmadan keçirildiyini, sonuncunun onun hüquqlarını formal olaraq müdafiə etdiyini, habelə onunla ümumiyyətlə konfidensial görüş keçirmədən söhbət aparmadığını bildirmişdir. Halbuki, iş materiallarında görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi haqqında qərar müdafiəçisi Şahid8 iştirakı ilə elan olunaraq hüquqları ətraflı şəkildə izah edilmiş, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək üzərində keçiriləcək şəxsi axtarış və götürmə istintaq hərəkətinin müdafiəçisinin iştirakı olmadan aparılmasını xahiş etmiş, qeyd olunan istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə tərtib olunmuş protokolla müdafiəçi tanış olmuş, habelə bundan sonra Təqsirləndirilən şəxs barəsində keçirilən digər istintaq hərəkətlərinin aparılmasında şəxsən iştirak etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məsələsinə baxılarkən müdafiəçi Şahid8 onun barəsində verilmiş təqdimatın rədd olunmasını xahiş edərək məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqlarını fəal şəkildə müdafiə etmişdir. Bununla yanaşı, məhkəmə baxışı üzrə məhkəmə iclasında vəkil Şahid8 ibtidai istintaq zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsən üzərində keçiriləcək olan şəxsi axtarış və götürmə istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan aparılmasını xahiş etməsi və bu barədə onun iştirakı ilə ərizə təqdim etməsi ilə əlaqədar müdafiəçi kimi hüquqlarını müdafiə etdiyi şəxsin iradəsinə uyğun olaraq həmin istintaq hərəkətinin aparılmasında iştirak etmədiyini, lakin onunla konfidensial görüş keçirərək söhbətlər apardığını və digər istintaq hərəkətlərində şəxsən iştirak etdiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsi bütövlükdə sonuncunun iradəsinə uyğun olaraq həyata keçirildiyindən onun müdafiə hüquqlarının hər hansı pozuntusu hallarına yol verilməmişdir.

97. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs onun saxlanılmasında polis əməkdaşı Şahid12 da iştirak etdiyini, o cümlədən sonuncu tərəfindən onun yaşadığı evə müdaxilələr olunduğunu bildirmişdir. Belə ki, məhkəmə baxışı üzrə məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid12 ifadəsindən məlum olmuşdur ki, o, digər polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı özünün həmin ərazidə olması ilə əlaqədar olaraq sonuncuların müraciəti ilə axtarışda olan şübhəli şəxsin təhlükəsiz qaydada saxlanılması ilə bağlı köməklik etmişdir. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, polis əməkdaşları tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir.

98. Məhkəmə, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Şahid6 təqsirləndirilən şəxslə yaxın dostluq münasibətlərində (həmçinin uzun müddət birlikdə sürücü kimi işləmişlər) olmaqla Təqsirləndirilən şəxs məhz ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmasından yayındırmaq, habelə məsuliyyətini yüngülləşdirməyə cəhd etməsi kimi qiymətləndirməlidir. Belə ki, Şahid6 məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində onun istintaq təcridxanasına keçirməyə çalışdığı sovqatın içərisindəki qanunsuz predmetlərdən, yəni narkotik vasitə və psixotrop maddələrin olmasından məlumatının olmadığını, həmin predmetlərin ona Təqsirləndirilən şəxs tərəfindən Şahid7 çatdırılmasını təmin etmək məqsədilə verildiyini, Təqsirləndirilən şəxs dəfələrlə həmin sovqatın içərisində hər hansı qanunsuz predmetin olub-olmamasına dair sual verməsinə baxmayaraq, sonuncunun and içərək onu aldatdığını bildirmiş, lakin məhkəmə icraatı zamanı həmin ifadəsini dəyişərək öz mülahizəsinə görə Təqsirləndirilən şəxs onu aldatmayacağını güman etdiyini bildirmişdir. Halbuki, Şahid6 Təqsirləndirilən şəxs onu aldatmayacağını güman etməsi yalnız sonuncunun şəxsi fikirlərinə, daxili inamına və mülahizələrinə əsaslanmaqla işin faktiki halları ilə bütövlükdə inkar edilmişdir. Beləliklə, Şahid6 istintaq təcridxanasına apardığı sovqatın içərisindəki narkotik vasitə və psixotrop maddələrin Təqsirləndirilən şəxs tərəfindən yerləşdirilməsi iş materiallarında mövcud olan kifayət qədər çoxsaylı sübutlarla, həmçinin sovqatın içərisindəki narkotik vasitə heroinin təxminən 2 aya yaxın müddət sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin kimyəvi tərkib elementləri ilə eyni olması məhz həmin sovqatın içərisindəki narkotik vasitə və psixotrop maddələrin məhz Təqsirləndirilən şəxs tərəfindən yerləşdirilməklə Şahid6 vasitəsilə təcridxanadan keçirməyə cəhd edilməsi bir daha öz təsdiqini tapmaqla tam sübuta yetirilmişdir.

99. Məhkəmə, məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid9, Şahid10 və Şahid11 ifadələrinə də tənqidi yanaşaraq hesab edir ki, Şahid9 təqsirləndirilən şəxsin faktiki nikah münasibətlərində olduğu arvadı, Şahid10 və Şahid11 isə təqsirləndirilən şəxsin faktiki nikah münasibətində olduğu arvadının yaxın qohumları olmaqla verdikləri ifadələri ilə Təqsirləndirilən şəxs məhz ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmasından yayındırmaq, habelə məsuliyyətini yüngülləşdirməyə cəhd etmələri kimi qiymətləndirilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, işin faktiki halları ilə Şahid10 və Şahid11 Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasının birbaşa şahidi olmaması müəyyən edilmişdir. Eyni zamanda, Şahid9, Şahid10 və Şahid11 ifadələri ilə bir daha Təqsirləndirilən şəxs axtarışda olmasını bilməsi öz təsdiqini tapır.

100. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

101. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

102. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.

103. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin və ya psixotrop maddənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

104. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbərliyi şübhə doğurmayan çoxsaylı sübutlarla onun qeyd edilən cinayət əməllərini, yəni ona istinad edilən cinayət əməllərini törətməsi mübahisəsiz olaraq tam sübuta yetirilir.

105. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına, CM-in 29,317-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli isə başa çatmamış cinayət olmaqla, təsnifata görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir.

106. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

107. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

108. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur.

109. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.4.2, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

110. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.2, 234.4.3 və 29,317-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlilərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.2, 234.4.3 və 29,317-1.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

111. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

112. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

113. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

114. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən himayəsində 1(bir) yetkinlik yaşına çatmayan uşağının və yaşlı anasının olmasının, məhkəməyədək icraat zamanı ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək peşman olmasını bildirməsini və məhkəmə icraatı zamanı davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

115. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.

116. CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz.

117. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.2, 234.4.3 və 29,317-1.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

118. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz.

119. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi hər bir cinayət əməlinə görə ayrı-ayrılıqda cəza təyin edilməli, daha sonra CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna görə ona hazırkı iş üzrə qəti cəza təyin edilməlidir.

120. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

121. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

122. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 noyabr 2023-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 23 noyabr 2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 22 fevral 2024, 16 mart 2024 və 14 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 7 iyun 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

123. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə (həmçinin CPM-in 158.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlama müddətinə) bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 noyabr 2023-cü il tarixdən hesablanmalıdır.

124. Məhkəmə hökmün 57-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

125. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

126. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 0,464 qram narkotik vasitə qurudulmuş marixuana, 0,769 qram psixotrop maddə olan olan metamfetamin, 0,778 qram və 2,460 qram olan narkotik vasitə heroin məhv edilməli, üzərində ***-***-**-** sim nömrəsi olan “Redmi 10 5G” markalı, üzərində ***-***-**- ** və ***-***-**-** sim nömrələr olan “Redmi10” markalı və üzərində ***-***-**-** sim nömrələr olan göy rəngli “Redmi” markalı, cəmi 3(üç) ədəd mobil telefon aparatları təqirləndirilən şəxs Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-yə məxsus 7 (yeddi) ədəd disk olmaqla, cəmi 8 (səkkiz) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

127. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

128. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 425 (dörd yüz iyirmi beş) manat 91 (doxsan bir) qəpik məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

129. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

130. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

131. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

132. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla qəti olaraq ona 7(yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 23 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 0,464 qram narkotik vasitə qurudulmuş marixuana, 0,769 qram psixotrop maddə olan olan metamfetamin, 0,778 qram və 2,460 qram olan narkotik vasitə heroin məhv edilsin, 3(üç) ədəd “Redmi” markalı mobil telefon aparatları təqirləndirilən şəxs Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər yaxın qohumlarına qaytarılsın və 8 (səkkiz) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 425,91 (dörd yüz iyirmi beş manat doxsan bir qəpik) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli olan əmlakın, mülki iddianın olmaması nəzərə alınsın Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar