Məhkəmə qərarları › İş №1(101)-305/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-305/2020

07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-305/2020 07.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibləri - X15 və X7, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi Azərbaycan Respublikası Vəkillər kollegiyası fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1985-ci il tarixdə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasında həkim-stomatoloq işləyən, ünvan 1 ünvanda qediyyatda olmaqla, Sumqayıt şəhəri, «Qurd dərəsi» bağlar massivi ərazisində yerləşən evdə yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə həkim-stomatoloq işlədiyi Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 163 A ünvanda yerləşən “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasında həmin klinikanın tibb qeydiyyatçısı vəzifəsində işləyən Şahid12 aralarında baş vermiş mübahisə barədə sonuncu həmin klinikanın baş həkimi vəzifəsində işləyən Zərərçəkmiş şəxs bu barədə bildirib, habelə guya ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanına da nalayiq ifadələr söylədiyini bildirdiyindən, Zərərçəkmiş şəxs məsələyə aydınlıq gətirmək üçün xx xxxxxx 2019-cu il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs öz xidməti otağına dəvət edərək, digər şəxslərin yanında sonuncunu şəxsiyyətinə qarşı nalayiq ifadələr işlədərək, işdən çıxardığını bildirməsi və otağından çıxmasını tələb etməsi ilə bağlı aralarında mübahisə baş verdikdən sonra Zərərçəkmiş şəxs özünə məxsus “Kia markalı”, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxladığı məişət təyinatlı və soyuq silah hesab edilməyən qatlanan tipli cib bıçağını özü ilə götürüb həmin gün saat 18 radələrində klinikaya qayıdaraq Zərərçəkmiş şəxs xidməti otağına daxil olub, yenidən aralarında baş vermiş mübahisə zamanı sonuncunu qəsdən öldürmək niyyəti ilə üzərinə hücum edib əlində olan bıçaqla həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyələrinə qəsdən zərbə vurub sonuncuya qarının ön divarının daxilə keçərək mədəni, mədəaltı vəzi, böyük piyliyi, diafraqmanı və sol ağ ciyəri zədələyən, epigastral nahiyəni daxilə keçərək böyük piyliyi və mədəni zədələyib böyük piyliyin çıxarılması ilə nəticələnən, sol bel nahiyəsinin daxilə nüfuz edib böyrəyi zədələyən və böyrəyin çıxarılması ilə nəticələnən, enən çənbər bağırsağı zədələyən, sol kürəkaltı nahiyənin döş boşluğuna keçərək sol ağ ciyəri zədələyən deşilmiş-kəsilmiş yaraları kimi yetirilən anda həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid olan və qarnın ön səthinin qarın boşluğuna keçməyən, sol budun və sağ budun, sol kürəkaltı nahiyənin döş boşluğuna keçməyən, sol əlin İ barmağının kəsilmiş-deşilmiş yaraları kimi canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan, cəmi doqquz ədəd xəsarət yetirmiş, lakin sonuncunun müqavimət göstərməsi və ətrafdakı şəxslərin Zərərçəkmiş şəxs tibb müəssisəsinə çatdırıb vaxtında müalicə tədbirləri görüldüyünə görə həyatı xilas olduğundan öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini başa çatdıra bilməyərək qəsdən Zərərçəkmiş şəxs öldürməyə cəhd göstərmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi ərazisində yerləşən fərdi evdə öz ailəsi ilə birlikdə yaşayır. Himayəsində iki azyaşlı övladı vardır. O, 2007-ci ildən hadisə baş verdiyi, yəni xx xxxxxx 2019-cu il tarixdək Sumqayıt şəhəri, 1-ci mikrorayon, S.Vurğun küçəsi, 163A ünvanda yerləşən keçmiş adı 1 №li Stomatoloji poliklinika olan “xxxxxxxxxxxxxxxx” adlı klinikada stomatoloq vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs X3 həmin klinikanın baş həkimi olaraq tanımışdır. Şahin Baxşəliyevlə əvvəllər münasibətləri çox yaxşı olmuş, lakin hadisədən əvvəlki son bir ildə münasibətləri pisləşmiş, dəfələrlə dolayı formada Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan onun ünvanına nalayiq sözlər işlətmişlir. O isə buna əhəmiyyət verməyərək öz işinə davam etmişdir. Hadisədən iki gün əvvəl, yəni xx xxxxxx 2019-cu il tarixdə saat 14 radələrində işlədiyi “xxxxxxxxxxxxxxxx” diş klinikasında olan vaxt onun yanına müalicə üçün gəlmiş iki nəfər xəstə qeydiyyat şöbəsində tibb qeydiyyatçısı işləyən Şahid12 barəsində ona şikayət etmişlər. O, nə baş verdiyini soruşduqda həmin şəxslər qeydiyyat şöbəsində işləyən həçmin qadına pul xırdalamaq üçün yaxınlaşdıqda sonuncunun onlara aqressiv cavab verdiyindən aralarında mübahisə baş verdiyini ona bildirmişlər. Buna görə də o, qeydiyyat şöbəsinə yaxınlaşaraq bir qədər öncə xəstə ilə mübahisə edən şəxsin kimliyini soruşmuşdur. Həmin vaxt qeydiyyat şöbəsində işləyən Şahid12 ona əhəmiyyət verməyərək “erməni onun arvadıdı, qızıdı” və digər sözlər deyərək qışqırıb səsküy salmışdır. Həmin vaxt o, bir qədər əsəbləşərk İranəyə “küçük, qarşında həkim var, bu nə danışıqdır” deyərək sakit olmasını tələb etmişdir. İranə isə daha da əsəbləşərək onun ünvanına nalayiq sözlər işlətmiş və bununla bağlı aralarında mübahisə baş vermişdir. Mübahisə vaxtı Şahid12 onun üzərinə hücum edərək dava-dalaş salmaq istəmiş, o isə İranə qadın olduğuna görə ona baş qoşmaq istəməmişdir. Həmin vaxt klinikada diş texniki vəzifəsində işləyən Əlabbas Əliyev, Şahid10 və digər işçilər İranəni tutub saxlayaraq ona yaxınlaşmasına imkan verməmişlər. Həmin vaxt o, bərk əsəbləşərək İranəyə işdə özünü apara bilmədiyini bildirmiş və ona “hansı fahişə səni bu işə götürüb” deyərək klinikadan çıxıb getmişdir. Həmin münaqişədən bir neçə saat sonra ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə tanımadığı bir şəxs zəng edərək özünü Şahid12 həyat yoldaşı “Emin” adı ilə təqdim edərək onun olduğu yeri soruşmuşdur. O isə cavab olaraq həmin şəxsə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində olduğu yeri demişdir. Təxminən bir saatdan sonra o, yolun kənarına çıxmış və bu zaman onun qarşısında “Mercedes EClass” və “BMW” markalı, nömrəsini xatırlamadığı qara rəngli iki avtomobil dayanmışdır. «Mercedes» markalı avtomobildən bir nəfər şəxs yerə düşərək ona həmin avtomobilə əyləşməyi təklif etmiş, o qeyd edilən avtomobilin sağ ön sərnişin oturacağına oturmuşdur. Özünü «Emin» adı ilə təqdim edən şəxs isə avtomobilin sükanı arxasına əyləşmişdir. O, avtomobilə əyləşən zaman baş vermiş hadisəni olduğu kimi ona danışmışdır. Özünü İranənin həyat yoldaşı kimi təqdim edən şəxs ondan onun həyat yoldaşına fahişə deyib-demədiyini soruşduqda o, belə bir hal olmadığını ona demiş, «Emin» adlı şəxs isə onun arvadına fahişə deyən şəxsin ailəsinin və özünün ünvanına nalayiq sözlər işlətmişdir. O özüözlüyündə İranəyə küçük deməsinin səhv hərəkət olduğunu anladığından həmin şəxsə bir söz deməyərək mədəni insan kimi onunla sağollaşaraq oradan çıxıb getmişdir. Bundan sonra onların aralarında hər hansı bir söhbət olmamış və növbəti iki gün ərzində işlədiyi klinikada heç bir problem yaşanmamışdır. Həmin hadisədən iki gün sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində işə gəlib klinikanın giriş qapıçında içəri daxil olub qeydiyyat şöbəsinin qarşısından keçən vaxt klinikanın işçisi Şahid5 ona yaxınlaşaraq baş həkim Zərərçəkmiş şəxs onu öz yanına çağrıldığını bildirmişdir. O, isə öz iş otağına daxil olub geyimini dəyişdikdən sonra baş həkim Zərərçəkmiş şəxs iş otağına getmişdir. Özünün iş otağında Zərərçəkmiş şəxs ondan xx xxxxxx 2019-cu il tarixdə klinikanın qeydiyyat şöbəsində işləyən İranə adlı tibb qeydiyyatçısı ilə arasında nə baş verdiyini soruşmuşdur. O da cavab olaraq baş vermiş hadisəni baş həkimə danışıb bütün günahın İranə xanımda olduğunu bildirmişdir. Bu vaxt Zərərçəkmiş şəxs hadisə baş verən zaman orada olmuş diş texnikləri Əlabbas və Həsəni də öz iş otağına çağırmışdır. Bundan sonra isə Zərərçəkmiş şəxs ondan İranənin və onun özünün ünvanına söyüş-söyüb söymədiyini soruşmuşdur. O isə onun ünvanına və İranənin ünvanına söyüş söymədiyini, İranə özü söyüş söydüyünə görə onun ünvanına küsük sözü işlətdiyini demişdir. Həmin vaxt o, aralarında baş vermiş mübahisə zamanı İranəni işə götürən şəxsin ünvanına pis söz işlətdiyini İranəin baş həkimə məhz həmin pis sözü sonuncunun ünvanına dediyini çatdırdığını başa düşmüş və buna görə də baş həkim Zərərçəkmiş şəxs həmin sözü məhz onun ünvanına işlətmədiyini, sadəcə olaraq İranənin öz işinə yaramadığını, müalicəyə gəlmiş xəstələrlə kobud davrandığına görə elə belə söz kimi işlətdiyini demişdir. Həmçinin baş həkim Zərərçəkmiş şəxs həmin vaxt bərk əsəbi vəziyyətdə olduğunu görə sonuncunu sakitləşdirmək üçün sonuncuya zarafatla “Ay həkim həmişə sən bizi söyürsən, bir dəfə də xəta edib biz söymüşük, gəl məsələni uzatma bağlansın bitsin hər şey artıq iki gün keçib, olan-olub” deyərək söhbəti uzatmamasını xahiş etmişdir. Bu zaman Zərərçəkmiş şəxs daha da əsəbləşərk başında olan tibbi baş geyimini çıxardıb masanın üzərinə çırpmışdır. Daha sonra isə Zərərçəkmiş şəxs onun iki gün əvvəl özünü İranənin əri kimi təqdim etmiş “Emin” adlı şəxslə olmuş görüşü zamanı özünün xəbəri olmadan avtomobildə həmin şəxslə olmuş söhbətnin, yəni yəni orada İranəyə pis söz demiş şəxsin ünvanına həmin şəxsin nalayiq söyüşlər söydüyü, onun isə konfliktə girməyərək heç bir cavab vermədiyi əks olunduğu videogörüntüləri nümayiş etdirərək kənar şəxslərin yanında onun şəxsiyyətini alçatmışdır. Bundan sonra Zərərçəkmiş şəxs özündən çıxaraq onun özünü təhqir etmiş və həyat yoldaşının və anasının ünvanına nalayiq söyüşlər işlədərək söyüşlə otağı tərk etməyini, onunla işləmək istəmədiyini və artıq onu işdən qovulduğunu bildirərək uca səslə onu otaqdan qovmuşdur. O öz iş yoldaşlarını yanında biabır olaraq Zərərçəkmiş şəxs iş otağından çıxıb getmiş və özünü sakitləşdirmək üçün bir qədər avtomobili ilə Sumqayıt şəhəri ərazisində gəzərək Zərərçəkmiş şəxs iş kollektivi içində onun özünə, arvadına, anasına qarşı işlətdiyi nalayiq ifadələri fikirləşib özünü sakitləşdirə bilməmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədilə təxminən iki-üç il əvvəl Şamaxı rayonunda univermaqdan suvenir kimi aldığı qara rəngli bıçağı özünə məxsus “KİA” markalı avtomobildən götürüb belinə taxmış sonra isə işlədiyi “xxxxxxxxxxxxxxxx” klinikasına yola düşmüşdür. Yolda olarkən bir neçə ildir ki tanıdığı, dişlərini müalicə etdiyi Şahid7 adlı xəstəsi ona zəng edərək onun yanına, yəni həmin diş klinikasına gəlib dişlərini müalicə etdirmək istədiyini bildirmiş, o isə Elnura onu yolüstü götürəcəyini demişdir. Bir neçə dəqiqə sonra Elnuru Sumqayıt şəhəri, “Heydər Parkı” deyilən ərazidən götürmüşdür. O, yolda olarkən Elnura Zərərçəkmiş şəxslə və klinikada işləyən Şahid12 ilə arasında yaranmış mübahisə barədə danışmışdır. Lakin, Elnura baş həkim Zərərçəkmiş şəxslə arlarında olmuş mübahisə barədə heç bir söz deməmişdir. Həmin gün saat 17:30 radələrində o, özünə məxsus “Kia” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobillə “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasının həyətinə daxil olmuşdur. Avtomobildən enib birlikdə klinikaya daxil olarkən o, baş həkim Zərərçəkmiş şəxs otağında beş dəqiqəlik işinin olacağını Elnura bildirərək sonuncudan onun iş otağının qarşısında onu gözləməyini xahiş etmişdir. Onlar klinikaya daxil olduqda Elnur girişdən sağ tərəfə dönərək onun iş otağı istiqamətində getmiş, onun özü isə birbaşa Zərərçəkmiş şəxs qəbul otağından keçərək iş otağına daxil olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs qəbul otağında Leyla adlı işçi olmuşdur, Zərərçəkmiş şəxs özü isə otağında giriş qapısına yaxın dayanmışdır. O, otağa daxil olaraq Zərərçəkmiş şəxs nə üçün başqa şəxslərin yanında onun özünün, ailəsinin, arvadının ünvanına nalayiq sözlər işlətdiyini, onu biabır edərək, əsassız yerə işdən qovduğunu soruşduqda, sonuncu qışqıraraq əcəb etdiyini bildirib, oradan rədd olub-çıxıb getməsini bildirmişdir. Zərərçəkmiş şəxs ona qarşı belə münasibətindən sonra o, özünü saxlaya bilməyib belindən bıçağı çıxarıb onu cəzalandırmaq məqsədi ilə Zərərçəkmiş şəxs ayaq nahiyəsinə bir bıçaq zərbəsi vuraraq bir qədər kənara çəkilmişdir. Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlədərək onun üzərinə yeriyərək əlbəyaxa olduqda o, aralaşması üçün Şahinə bir neçə dəfə də bıçaq zərbələri endirib bıçağı tullamışdır. Lakin, Zərərçəkmiş şəxs aldığı bıçaq yaralarına baxmayaraq onun üzərinə hücum etməkdə davam etmiş, onlar əlbəyaxa vəçziyyətdə dəhlizə kimi çıxmışlar. Dəhlizdə olarkən ətrafda olan şəxslər onları ayırmış və Tural adlı iş yoldaşı, onu tutub klinikadan çölə çıxarmışdır. O bundan sonra yaşadığı evə getmiş, ailə üzvlərinə törətdiyi hadisə barədə məlumat vermiş, sonra isə təslim olmaq üçün Sumqayıt şəhər Polis İdarəsinə gedərək baş vermiş hadisə barədə bildirmişdir. Ona verilmiş ittihamla razı deyil. Onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, sonuncu onu və ailə üzvülərini pis sözlərlə təhqir etdiyinə görə onu cəzalandırmaq üçün ona bir neçə dəfə bıçaqla xəsarət yetirmişdir. Törətdiyi həmin əmələ görə peşmançılıq çəkir. Onu da bildirmək istəyir ki, hadisədən sonrakı dövrdə o, baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs dəfələrlə üzürxaqlıq etmiş, sonuncu da İranə ilə onun arasında baş vermiş hadisə barədə dəqiq məlumatı olmadığına görə o zaman onun ünvanına pis söz işlətdiyini zənn etdiyinə görə o zaman əsəbi olduğunu ona bildirmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs bıçaqla iki dəfə bədən xəsarəti yetirdiyini dəqiq xatırlayır, sonradan yenə bıçaq zərbəsi vurub-vurmamasını hadisə zamanı əsəbi halda olduğundan xatırlamasa da, bir daha bildirir ki, sonuncunu öldürmək məqsədi olmamışdır. Həmin hadisə zamanı onun özü xəsarət almamışdır. Bir daha bildirir ki, o, Zərərçəkmiş şəxs sonuncu, onun ailə üzvlərinin və öz ünvanına nalayiq ifadələr işlədib söyüş söyməsi, həmin söyüşləri həzm edə bilməməsi səbəbindən özü ilə gətirdiyi bıçaqla xəsarət yetirmişdir. O, Zərərçəkmiş şəxs iş otağına daxil olduqda Leyla xanım qəbul otağında olmuş, onlar dəhlizdə çıxdıqda isə ətrafda kimlərin olmasına fikir verməmişdir. O, Zərərçəkmiş şəxs ilk öncə ayağından vurmuş, lakin bundan sonra Şahin üzərinə hücum etdikdə sonuncuya bir neçə dəfə də bıçaqla zərbə vurmuş, sonra isə bıçağı yerə tullamışdır. Dəqiq olaraq qeyd edir ki, onlar dəhlizə çıxdıqları zaman bıçaq onun əlində olmamış, otaqdan kənarda sonuncuya xəsarət yetirməmişdir. xx xxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs iş otağında olan zaman sonuncu onun özünün, həmçinin arvadı və anasının da ünvanına nalayiq ifadələr işlətmiş, o məhz bu səbəbdən Zərərçəkmiş şəxs cəzalandırmaq istəmişdir. Zərərçəkmiş şəxslə onun arasında əvvəllər heç bir ədavət və yaxud dava-dalaş olmamışdır. Lakin, hadisədən təxminən bir il əvvəl onluran münasibəti söyumuşdur. Belə ki, hadisədən təxminən bir il əvvəl öz iş yerində, yəni “Summoderd dental” diş klinikasının daxilində siqaret çəkdiyi üçün Zərərçəkmiş şəxs onun orada siqaret çəkdiyini eşidib bilərək kollektivin içində “orada siqaret çəkənin anasına, bacısına, nəslinə” qarşı nalayiq söyüşlər söyərək onu iş yoldaşlarının yanında onu aşağılayaraq biabır etmişdi. Hadisədən təxminən 7-8 ay öncə isə onun belində ağrılar olduğu üçün “xxxxxxxxxxxxxxxx” diş klinikasının daxilində sanitariya qaydaları ilə bağlı sellofandan hazırlanmış ayaqqabı geyimi, yəni baxıl geyinə bilmədiyi üçün Zərərçəkmiş şəxs ona qarşı ağır nalayiq ifadələər işlədərək sonra ona qarşı “özün baxıl geyinə bilmirsənsə get evdən arvadını gətir, qoy o geyinsin” sözlərini deyərək onun kollektiv içində alçaldaraq təhqir etmişdir. Bu hər iki konfliktin şahidi klinikada çalışan Şahid4 və Şahid10 olmuşlar. Həmçinin sonuncular xx xxxxxx 2019-cu il tarixdə hadisə vaxtı Zərərçəkmiş şəxs iş otağında ona, arvadına və anasına qarşı söyüş söyərkən də otaqda olmuşlar və bunun birbaşa şahididirlər. Həmin şəxslər Şahin Baxşəliyevin öz otağında məni və ailə üzvülərimi söyüb təhqir etməsini təsdiq etmişlər. Bir daha bildirir ki, o 2007-ci ildən olmaqla artıq təxminən 12 il müddətində Zərərçəkmiş şəxs rəhbərliyi altında “xxxxxxxxxxxxxxxx” klinikasında çalışmış və həmin müddət ərzində kollektivdə heç kimlə konflikti olmamış, yuxarıda sadaladıqlarından başqa hər hansı bir xoşagəlməz hallar baş verməmiş, hər bir əməkdaşla normal işgüzar münasibətlərdə olmuşdur. Bildirir ki, xx xxxxxx 2019-cu il tarixdə Şahid12 “hansı fahişə səni işə götürüb” dedikdə, əslində Zərərçəkmiş şəxs nəzərində tutmamış, işə götürən kimi klinikanın tibb qeydiyyatçısı işləyən digər şəxsi nəzərdə tutmuşdur. Yenə də qeyd edir ki, o Zərərçəkmiş şəxslə 12 ildən uzun müddət ərzində bir yerdəçalışmış və klinikanın baş həkimi ona hörmətlə yanaşmış və heç bir zaman Zərərçəkmiş şəxslə, sonuncunun bir neçə dəfə bunun üçün zəmin yaratmasına baxmayaraq mübahisə etməmişdir. Hadisə günü isə Şahin Baxşəliyevin nalayiq söyüşlərinə dözə bilməmiş və nəticədə belə bir hadisə baş vermişdir. Özünün İranənin həyat yoldaşı olduğunu bildirən şəxs özünü ona «Emin» adlı ilə təqdim etmişdir. Həmin şəxsin şəxsiyyəti barədə onun heç bir məlumatı yoxdur. İranənin həyat yoldaşının adının Emin deyil, Elvin olması ona məlum deyil. Baş vermiş hadisə ilə bağlı onu söhbətə çağırmış şəxsin həqiqətən İranənin həyat yoldaşı və yaxud başqa bir tanışı olması ona məlum deyil. Bir daha bildirir ki, onun Zərərçəkmiş şəxs öldürmək kimi bir niyyəti olmamışdır. O, heç bir xuliqanlıq hərəkəti etməmişdir. Zərərçəkmiş şəxs ikinci dəfə də onu söyüb təhqir etdiyinə görə onu cəzalandırmaq istəmişdir. Lakin, birinci dəfə onun ayaq nahiyyəsinə bıçaq zərbəsi vurduqdan sonra Zərərçəkmiş şəxs onun üzərinə gəldiyindən əlbəyaxa olmuşlar və o, daha bir neçə dəfə Şahinə bıçaqla zərbə vurmuşdur. Verilmiş ittihamla razı deyil. İşə düzgün baxılıb əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməsini, zərərçəkmiş şəxslə barışmasını, hadisədən sonra istintaq orqanına könüllü olaraq gedərək törətdiyi əməli etiraf etməsini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan və ya şərti olaraq məhkum etmə tətbiq edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxs və şahid ifadələri, “xxxxxxxxxxxxxxxx” klinikasının girişində və dəhlizlərində quraşdırılmış videokameraların qeydə aldığı videogörüntülər, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə ünvan 5 ünvanda yaşayır. O, 2004-cü ildən 2016-cı ilədək müddət ərzində Sumqayıt şəhər 1 saylı Stomotoloji Poliklinikasının baş həkimi vəzifəsində işləmiş, 2016-cı ildə həmin poliklinikanı özəlləşdirib “xxxxxxxxxxxxxxxx” MMC adı ilə fəaliyyət göstərməyə başlamışdır. 2017-ci ilin mart ayından etibarən həmin klinikanın direktoru vəzifəsində işləyir. O, təxminən on ildən artıq müddətdir ki, Təqsirləndirilən şəxs həmin poliklinikada işləyən həkim-stomatoloq kimi tanımışdır. Pərviz ilk öncə stomatoloji kilinikada həkim-stomatoloq vəzifəsində işləmiş, 2017-ci ildə isə klinika özəlləşib MMC olduğundan Pərviz ilə illik xidməti müqavilə bağlamışdır. Pərviz həmin xidməti müqavilə əsasında klinikanın 4 nömrəli xidməti otağında fəaliyyət göstərmişdir. İşgüzar münasibətləri normal olsa da, son bir il ərzində bir neçə dəfə işə gecikməsi və klinikanın daxili qaydalarına riayət etməməsi ilə bağlı sonuncuya irad bildirmişdir. Hadisə ilə bağlı bildirir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 14 radələrində əməliyyatdan çıxıb öz xidməti otağına gəldikdə qeydiyyat şöbəsində işləyən Şahid12 yanına gəlib ağlayaraq stomatoloq işləyən Pərviz tərəfindən təhqir edildiyini ona bildirmişdir. O, İranədən hadisənin səbəbi barədə soruşduqda sonuncu, pul xırdalamaq üçün bir nəfər şəxsin ona yaxınlaşdığını və onda xırda pul olmadığına görə həmin şəxsə köməklik edə bilmədiyini, bu səbəbdən Pərvizin oraya gələrək təhqir etdiyini, hətta onu işə götürənin ünvanına nalayiq ifadələr işlətdiyini bildirmişdir. O öz növbəsində sahə müvəkkilinə zəng edərək hadisə barədə məlumat vermiş, sahə müvəkkili işləyən Elvin adlı polis əməkdaşı qısa müddət ərzində klinikaya gələrək İranə adlı xanımdan ərizə və izahat alaraq çıxıb getmişdir. Hadisə günü, yəni xx xxxxxx 2019-cu il tarixdə saat 14-15 radələrində işlədiyi “xxxxxxxxxxxxxxxx” diş klinikasına gələrək xidməti iş otağına keçmişdir. Həmin ərəfədə İranə onun xidməti otağına gələrək həyat yoldaşının Pərviz ilə görüşdüyünü, görüş zamanı Pərvizin İranənin ünvanına deyil, məhz onun ünvanına söyüş söydüyünü deməsi barədə ona məlumat vermişdir. O, bu sözləri eşitdikdən sonra qeydiyyat şöbəsində işləyən xanımlara Pərvizə klinikaya daxil olduğu zaman onun xidməti otağına getməsi barədə məlumat verilməsini tələb etmişdir. Təxminən bir saatdan sonra Pərviz onun xidməti otağına gəlmiş və həmin vaxt o, xidməti otaqda tək olmuşdur. Pərvizlə söhbət zamanı sonuncudan xx xxxxxx 2019-cu il tarixdə hansı səbəbdən qeydiyyat şöbəsində işləyən Şahid12 adlı xanımı təhqir etməsini soruşmuşdur. Pərviz isə cavab olaraq Şahid12 təhqir etmədiyini bildirdikdə o, əvvəlcədən baxdığı kamera görüntülərinə əsasən hadisə baş verən zaman orada olan işçiləri, yəni Əliabbas və Həsəni də xidməti otağına dəvət etmişdir. Bir neçə dəqiqədən sonra Əliabbas və Həsən onun xidməti otağına gələrək Pərvizin qeydiyyatçı işləyən Şahid12 ünvanına nalayiq sözlər dediyini təsdiqləmişlər. O, stomatoloq işləyən Pərvizdən nə üçün Şahid12 və onu işə götürən şəxsi, yəni onun özünü təhqir etdiyini soruşduqda Pərviz cavab olaraq ona “həkim həmişə sən bizi söyürsən, bir dəfə də biz söymüşük” demişdir. Pərvizin bu sözləri ona pis təsir etmiş və əsəbi şəkildə Pərvizə qarşı söyüş söymüş və bundan sonra daha onunla bir yerdə işləyə bilməyəcəyini deyib otağından qovmuş, Pərviz də xidməti otağından çıxıb getmişdir. O, xx xxxxxx 2019-cu il tarixdə, saat 17 radələrində klinikanın 17 saylı otağından çıxıb öz xidməti otağına keçdikdə mühasib işləyən Leyla xanımın əyləşdiyi otaqla onun xidməti otağının arasında Pərvizin dayandığını görmüşdür. O, xidməti otağına keçmək istəyərkən Pərviz onun az öncə dediyi sözlərin səbəbini soruşmuş, o isə Pərvizə acıqlı cavab verərək çıxıb getməsini tələb etdikdə, Pərviz belindən çıxardığı bıçaqla ilk olaraq ürək nahiyəsinə bir zərbə endirmişdir. O, Pərvizə müqavimət göstərməyə çalışdıqda Pərviz ikinci zərbəni sol arxa döş qəfəsinə vurmuşdur. O, aldığı xəsarətlərə baxmayaraq əlləri ilə Pərvizə müqavimət göstərməyə davam etmiş və qarşlıqlı mübarizə şəraitində dəhlizdən onun qəbul otağına keçid qapısı açılmış və onlar dəhlizə çıxmışlar. Pərviz isə dəhlizdə olarkən hərəkətlərini yenə də davam etdirərək bıçaqla ona bədəninin müxtəlif nahiyələrindən yeni zərbələr endirmiş, o da Pərvizin ona qarşı əlavə bıçaq zərbələri endirməsinin qarşısını almağa çalışmışdır. Elə həmin vaxt ətrafda olan Fariz adlı şəxs hadisəyə müdaxilə edərək Pərvizin ona daha çox bıçaq zərbələri endirməsinin qarşısını almışdır. Daha sonra səsküyə ətrafda olan şəxslər də gəldiyindən hadisə sakitləşmiş və oradakı şəxslər Pərvizi oradan aparmış, onu isə həkim yoldaşları öz xidməti otağına aparmışlar. Bundan sonra isə çoxlu qan itirdiyini görüb orada olan şəxslərdən onu «Şəfqət» klinikasına aparmalarını xahiş etmişdir. Orada əməliyyat olunduqdan sonra «X21» klinikasına aparılmış və orada da əməliyyat olunmuşdur. Əvvəlki klinikada onu əməliyyat edib sol ağ ciyərin dilcik seqmentinin deşilmiş-kəsilmiş yarasını, diafraqmanın kəsilmiş-deşilmiş yarasını tikib qarın boşluğunun sanasiya və drenaj edilməsini həyata keçirilmiş, lakin onun bədəni üzərində başqa xəsarətlər də olduğu üçün “X21”-ya aparılmış və orada da əməliyyat olunaraq böyrəyini və böyük piyliyini çıxarmışlar. Məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 1496 saylı rəyinə əsasən bədənində müəyyən edilmiş doqquz ədəd xəsarətin hamısı Təqsirləndirilən şəxs tərəfindən hadisə günü ona yetirilmişdir. Hadisəyədək səhhətində hər hansı bir problemi olmamış, üzərində aparılmış əməliyyatlar məhz aldığı xəsarətlərlə bağlı olmuşdur. Hadisə ilə bağlı bir daha bildirir ki, Pərviz ona ilk xəsarəti yetirdikdən sonra, o, Pərvizə müqavimət göstərmiş və qarşılıqlı şəkildə mübarizə apardıqları şəraitdə onlar hər ikisi otaqdan dəhlizə çıxmışlar. Dəhlizdə olarkən Təqsirləndirilən şəxs əlində olan bıçaqla onu vurmağa davam etmişdir. Təqsirləndirilən şəxsla hadisədən təxminən 1 il əvvəl “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasının daxilində siqaret çəkdiyi üçün irad bildirmiş, bu zaman Təqsirləndirilən şəxs ona heç bir cavab verməmiş, həmçinin hadisədən təxminən 7-8 ay öncə “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasının daxilində Təqsirləndirilən şəxs baxıl geyinmədiyi üçün üçün, sonuncuya “özün baxıl geyinə bilmirsənsə get evdən arvadını gətir, qoy o geyindirsin” sözlərini demişdir. Həmin vaxt ətrafda klinika işçilərinin olub-olmamasını xatırlamasa da, Təqsirləndirilən şəxs ona heç bir cavab qaytarmamışdır. Ümumiyyətlə Təqsirləndirilən şəxs klinikada işlədiyi müddətdə sonuncunun işçi heyəti ilə, eləcə də onun özü ilə hər hansı bir konflikti olmamış, Şahid12 ilə yaşanmış konfliktin səbəbləri barədə tam olaraq məlumatlı olmamışdır. Qeyd etdiyi Pərviz və Rənanın arasında baş vermiş hadisə barədə o, sahə müvəkkilinə zəng edərək bu barədə məlumat vermişdir. Sahə müvəkkili işləyən Elvin adlı polis əməkdaşı klinikaya gələrək İranə xanımdan ərizə və izahat alaraq çıxıb getmiş, lakin həmin araşdırmanın nəticəsi baprədə onun məlumatı yoxdur. Şahid12 qohumu ilə Təqsirləndirilən şəxs arasında baş tutmuş görüş və orada baş verənlər barədə heç bir məlumatı olmamış, bu barədə sonuncular ona heç bir məlumat verməmişlər. Xidməti otağında Təqsirləndirilən şəxsla mübahisə edərkən, sonuncuya heç bir video görüntü nümayiş etdirməmiş və bu barədə Pərvizin dediklərini təsdiq etmir. Şahid12 sonradan onun xidməti otağına gələrək Təqsirləndirilən şəxs onun ünvanına söyüş söydüyünü bildirməsindən sonra işçilərə Pərviz işə gəldikdə onun otağına gəlməsini demələrini tapşırmış və xx xxxxxx 2019-cu il tarixdə, saat 16 radələrində Pərviz onun yanına gəlmiş və orada aralarında mübahisə baş vermişdir. Həmin mübahisə zamanı o, Pərvizi söyüb təhqir etmiş və Pərviz də ona söyüşlə cavab verərək otaqdan çıxıb getmişdir. Hadisədən bir qədər öncə Pərvizin dediyi sözlərə görə xidməti otağında digər iki nəfərin yanında sonuncuya qarşı söyüşlə cavab verib, daha birlikdə işləməyəcəklərini deyib otaqdan qovduğu üçün Pərvizin onu öldürmək istədiyini düşünür. Xidməti otaqda olarkən Pərviz Şahid12 ilə mübahisə edərkən, onun ünvanına söyüş söymədiyini izah etməyə çalışsa da, həmin vaxt özü də baş verənlərdən kifayət qədər əsəbi olmuş, klinikada belə bir hadisələrin yaşanmasını həzm edə bilmədiyindən, ani olaraq özündən çıxaraq Pərvizə qarşı nalayiq ifadələr işlətmiş və onu otaqdan qovmuş və bir daha onunla işləməyəcəyini bildirmişdir. Hadisədən sonrakı dövrdə Təqsirləndirilən şəxs və sonuncunun yaxın qohumları baş vermiş hadisə ilə bağlı ona dəfələrlə üzrxahlıq etmişlər. Bildirir ki, hazırda Təqsirləndirilən şəxsla barışıblar. Baş vermiş hadisə ilə bağlı hal-hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və maddi tələbi yoxdur, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını və digər halları nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, 2019-cu ilin iyul ayından etibarən Sumqayıt şəhəri ərazisində yerləşən “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasında tibb qeydiyyatçısı vəzifəsi üzrə fəaliyyət göstərir. Orada işlədiyi dövr ərzində həmin klinikada yalnız xəstəxananın baş həkimi Şahin Baxşəliyevi tanımışdir. Təqsirləndirilən şəxs işlədiyi dövr ərzində klinikada bir-iki dəfə görmüş, lakin onun həkim stomatoloq işlədiyindən xəbərsiz olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasının girişində olan qeydiyyat şöbəsində olduğu zaman tanımadığı, əvvəllər görmədiyi orta yaşlı qadınla bir kişi ona yaxınlaşıb pul xırdalamaq lazım olduğunu bildirmişlər. O, həmin şəxslərə kassada xırda pulun olmadığını, bu səbəbdən pulu xırdalaya bilməyəcəyini deyib üzrxahlıq etmişdir. Bu zaman pulunun xırdalanmağını istəyən tanımadığı şəxs ona qarşı nalayiq ifadələr işlədərək “erməni qırılmışları. Siz insan deyilsiz” deyərək səs-küy salmışdır. Həmin şəxsin bu sözləri ona çox pis təsir etdiyindən, o da öz növbəsində həmin şəxslərin cavabını kobüd formada qaytarmış, ətrafda olanların vəziyyəti sakitləşdirmələrindən sonra isə öz işi ilə məşğul olmağa davam etmişdir. Bundan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs ona yaxınlaşaraq müştərisi ilə hansı səbəbdən münaqişə olduğunu, niyə müştərisinin pulunu xırdalamadığını soruşduqda o, Pərvizə kassada pulun olmadığını və bu səbəbdən pulu xırdalamadığını demişdir. Həmçinin həmin müştərinin onun özünə qarşı işlətdiyi ifadələri təkrarlayıb, yenidən əsəbləşərək erməni onun arvadıdı, qızıdır deyərək etirazını bildirmişdir. Bundan sonra heç gözləmədiyi halda Təqsirləndirilən şəxs ona küçük deyib onu təhqir edici ifadələr işlətmiş, onu işə götürən barəsində də “hansı fahişə səni işə götürüb” demişdir. Buna görə aralarında mübahisə yaranmış, lakin klinikanın işçilərindən orada olan Əlabbas, Həsən və adını xatırlamadığı digər işçilər onları sakitləşdirmişlər. Daha sonra o, əri Elvin Məmmədovun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək hadisə barədə məlumat vermişdir. Elvin, onu telefonda sakitləşdirərək baş həkim Zərərçəkmiş şəxslə danışacağını, söhbəti yoluna qoyacağını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs onu öz xidməti otağına çağırıb söhbət etmiş və baş vermiş hadisəni aydınlaşdıracağını, hüquq-mühafizə orqanlarına məlumat verəcəyini ona bildirmişdir. O da Zərərçəkmiş şəxslə söhbətdən sonra sakitləşmişdir. Bundan iki gün sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində o, klinikanın girişində qeydiyyat şöbəsində olduğu zaman Şahin Baxşalıyevin otağından möhkəm səs-küy eşitsə də, qeydiyyat şöbəsindən kənarlaşa bilmədiyi üçün otağa gedib nə baş verdiyini öyrənə bilməmişdir. Bundan bir neçə dəqiqə sonra isə Təqsirləndirilən şəxs əsəbi halda klinikadan çıxıb getdiyini, əynindəki köynəyin üzərində qanabənzər ləkələrin olduğunu görmüşdür. Gördüklərindən çox qorxmuş, klinikanın bufetinə doğru getdikdə Zərərçəkmiş şəxs üst-başının qan içində olduğunu, ətrafında camaatın toplaşdığını görmüşdür. Lakin, qandan qorxduğu üçün sonuncuya yaxınlaşmamışdır. O, Zərərçəkmiş şəxs Pərvizin mübahisə edərkən onun özü ilə yanaşı onu işə qəbul edən şəxsi yəni, Zərərçəkmiş şəxs də söyərək barəsində nalayiq ifadələr işlətdiyini Zərərçəkmiş şəxs bildirmişdir. O zaman Zərərçəkmiş şəxs öz növbəsində hüquq-mühafizə orqanlarına bu barədə məlumat vermişdir. Bir qədər sonra Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasına gələrək onun ərizəsini və izahatını almışlar. Təqsirləndirilən şəxs onunla mübahisə zamanı, onu işə götürən şəxsi söyərkən dəqiq olaraq Şahin Baxşəliyevin adını çəkməmiş, eyni zamanda sonuncunu baş həkim və ya direktor adı ilə adlandırıb söyüş söyməmişdir. O zaman o, Pərvizin sözlərinin Zərərçəkmiş şəxs ünvanlandığını düşünərək bu barədə Zərərçəkmiş şəxs bildirmişdir. Təqsirləndirilən şəxs onu işə götürəni söyərkən direktor Zərərçəkmiş şəxs yox, klinikanın tibb qeydiyyatçısı işləyən Çinarə adlı xanımı nəzərdə tutması barədə heç bir şey deyə bilməz. Pərviz aralarındakı mübahisə vaxtı onun özünə küçük dedikdən sonra, hansı “fahişə səni işə götürüb” ifadəsini işlətmiş, o da Pərvizin həmin ifadəni məhz direktor Zərərçəkmiş şəxs ünvanına işlətdiyini düşünmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə aralarında daha əvvəl hər hansı bir münaqişənin və ya mübahisənin baş verməsinin şahidi olmamış, sonuncular normal işgüzar münasibətdə olmuşlar. Qeyd etdiyi kimi Zərərçəkmiş şəxs baş vermiş hadisə, yəni Pərvizin işlətdiyi ifadələr barədə o bildirmiş, bu zaman Zərərçəkmiş şəxs polisə məlumat verəcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşı onların iş yerinə gələrək ondan ərizə və izahat almışdır. Həmin polis əməkdaşının adını xatırlamır. Baş vermiş hadisə barədə həmçinin əri Elvin Məmmədova zəng edərək məlumat vermiş, sonuncu ona həkim Zərərçəkmiş şəxslə danışacağını, söhbəti yoluna qoyacağını bildirmişdir. Ərinin sonradan Təqsirləndirilən şəxsla görüşüb-görüşməməsi barədə məlumatsızdır. Sonuncu ona bu barədə heç bir məlumat verməmiş, düşünür ki, belə bir hadisə olsaydı əri ona bu barədə məlumat verərdi. Aralarında yaranmış mübahisə ilə bağlı onun Pərvizə qarşı heç bir şikayəti yoxdur. Qeyd etdiyi kimi, o Pərvizin klinikada həkim işlədiyini bilməmiş və ona müraciət etmiş şəxslərin Pərvizin xəstələri olması barədə məlumatı olmamışdr. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, üs ildən artıqdır ki, Sumqayıt şəhərində “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasında diş texniki işləyir. T əqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmin klinikada işləyən həkimlərdən biri kimi tanıyır və aralarında heç bir ədavət yoxdur. Zərərçəkmiş şəxs işlədiyi klinikanın baş həkimidir və onunla da münasibətləri yaxşıdır. Hadisə ilə bağlı bildirir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində iş yeri olan diş klinikasında Nüsrət Qədirov adlı baş texnikin yanında işlədiyi zaman klinikanın dəhlizindən qışqırıq səsləri eşitmiş və nə baş verdiyini öyrənmək üçün dərhal klinikanın dəhlizinə çıxmışdır. Bu zaman dəhlizdə İranə adlı tibb qeydiyyatçısı ilə Təqsirləndirilən şəxs sözlə mübahisə etdiklərini, Pərvizin mübahisə zəminində İranəyə və onu işə götürənin ünvanına nəsə nalayiq sözlər işlətdiyini və İranənin də Pərvizin ünvanına nalayiq ifadələr işlətdiyinin şahidi olmuşdur. Buna görə də o və iş yoldaşı Şahid10 onları sakitləşdirərək Pərvizi öz iş otaqlarına aparmışlar. Mübahisə sakitləşdikdən bir qədər sonra isə Pərviz klinikadan çıxıb getmişdir. Bundan iki gün sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə günorta radələrində klinikanın baş həkimi Zərərçəkmiş şəxs onu və iş yollaşı Həsəni öz iş otağına çağırmışdır. O, Zərərçəkmiş şəxs iş otağına daxil olduqda Təqsirləndirilən şəxs otaqda olduğunu və stulda əyləşdiyini görmüşdür. O, otaqda olarkən Zərərçəkmiş şəxs Pərvizdən xx xxxxxx 2019-cu il tarixdə İranə adlı tibb qeydiyyatçısı ilə dalaşan zaman İranənin və onun özünün ünvanına söyüşlər söyüb-söymədiyini soruşmuşdur. Pərviz isə baş həkimə onu söymədiyini demiş və Zərərçəkmiş şəxs niyə belə hərəkət etdiyini, arada münaqişə yaratmaq istədiyini soruşaraq vəziyyəti sakitləşdirmək istəmişdir. Onun özü və iş yoldaşı Həsən Zərərçəkmiş şəxs Pərvizin İranəyə və yaxud ona qarşı söyüşlər söyüb-söyməməsi barədə heç bir söz deməmişlər. Həmin söhbət vaxtı Zərərçəkmiş şəxs acıqlı halda Təqsirləndirilən şəxs özünə və ailəsinə qarşı nalayiq ifadələr işlədərək Pərvizin onların kollektivinə uyğun hərəkət etmədiyini, buna görə də daha onunla bir yerdə işləməyəcəyini deyib onu otaqdan qovmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanına heç bir təhqiredici söz işlətməmiş, lakin görüşəcəklərini deyib otaqdan sakit çıxıb getmişdir. Təqsirləndirilən şəxs Şahid12 ilə mübahisə edərkən sonuncuya “hansı fahişə səni işə götürüb” ifadəsini işlətmişdir. Həmin sözlərin kimə ünvanlanmış olması ona aydın olmamışdır. O, Şahid12 ilə Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə və orada işlədilmiş ifadələr barədə Zərərçəkmiş şəxs heç bir söz deməmişlər. Düşünür ki, həmin ifadəni Şahid12 Zərərçəkmiş şəxs çatdırmış və Zərərçəkmiş şəxs də özünün ünvanına təhqir kimi qəbul etmiş və Pərvizi xidməti otağına dəvət etmiş və səbəbini aydınlaşdırmaq istəmişdir. İş üzrə btidai istintaq zamanı xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs, nə Təqsirləndirilən şəxs, nə də onun ailəsinə qarşı nalayiq ifadələr işlətməməsini bildirməsi ilə bağlı bildirir ki, həmin vaxt istintaq getdiyi müddətdə məsələni Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs və ailəsinin öz aralarında həll edəcəklərini düşündüyündən, hadisənin təfərrüatları barədə tam dolğun ətraflı ifadə verməmişdir. Həmçinin həmin vaxt direktor Zərərçəkmiş şəxs hələ də Təqsirləndirilən şəxs etdiyi hərəkətlərə görə sərt münasibətini klinikada da hiss etdirdiyindən arada problemin yaşanmasını istəməmişdir. Baş vermiş hadisə ilə bağlı bildirir ki, baş həkimin otağında olan zaman Təqsirləndirilən şəxs heç bir formada mübahisə yaratmağa çalışmamışdır. Baş həkim Zərərçəkmiş şəxs xidməti otağında sonuncu Pərvizdən İranəin və onun ünvanına söyüş söyüb-söymədiyini soruşarkən, Pərviz mübahisəni sakitləşdirməyə çalışmış, Zərərçəkmiş şəxs sözlərinə, təhqirinə və onu işdən qovmasını bildirdiyinə görə heç bir nalayiq ifadə işlətməmiş və sakitcə otaqdan çıxıb getmişdir. Təqsirləndirilən şəxs klinikada işlədiyi müddətdə işçi heyətlə normal münasibətdə olmuş, kollektiv üzvlərindən hər hansı biri ilə mübahisəsi olmamışdır. Təqsirləndirilən şəxs ümumiyyətlə geri qayıdıb Zərərçəkmiş şəxs hər hansı bir formada xəsarət yetirə biləcəyini ağlına belə gətirməmiş, çünki Pərviz özü təbiətcə sakit biri olmuşdur. Belə düşünür ki, Pərviz belə bir hərəkətə yol vermişdirsə, bunun üçün daxilində kifayət qədər səbəb formalaşmış və özünü cilovlaya bilməmiş və bu hərəkətə yol vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, iki ildir Sumqayıt şəhərində fəaliyyət göstərən “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasında diş texniki işləyir. Təqsirləndirilən şəxs Pərviz İbarahimovu həmin klinikada işləyən həkimlərdən biri kimi tanıyır. Həmin klinikanın baş həkimi isə Zərərçəkmiş şəxsdir və onların hər ikisi ilə onun münasibətləri yaxşıdır. X14 və qeydiyyatçı Rənanın arasında baş vermiş mübahisənin şahidi olmuşdur. Belə ki, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 15 radələrində o, öz iş yerində, yəni “xxxxxxxxxxxxxxxx” diş klinikasında Nüsrət Qədirov adlı baş texnikin yanında işlədiyi zaman klinikanın dəhlizindən qışqırıq səsləri eşitmişdir. Nə baş verdiyini öyrənmək üçün dərhal klinikanın dəhlizinə çıxdıqda dəhlizdə İranə adlı tibb qeydiyyatçısı ilə Təqsirləndirilən şəxs bir-birləri ilə mübahisə etdiklərini və Pərvizin İranəyə və onu işə götürənin nəsə təhqiredici söz işlətdiyini eşitmişdir. Bu zaman onun özü və səsə dəhlizə çıxmış iş yoldaşı Əliabbas onları sakitləşdirərək Pərvizi öz iş otağına aparmışlar. Bundan bir az sonra isə Pərviz həkim klinikadan çıxıb getmişdir. Bundan iki gün sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə günorta radələrində o, iş yerində olan zaman klinikanın baş həkimi Zərərçəkmiş şəxs onu və Əliabbası iş otağına çağırmışdır. O, Əliabbas ilə birlikdə Zərərçəkmiş şəxs iş otağına daxil olduqda Təqsirləndirilən şəxs da otaqda olduğunu görmüşdür. Onların yanında Zərərçəkmiş şəxs ondan Pərvizin xx xxxxxx 2019-cu il tarixdə İranə adlı tibb qeydiyyatçısı ilə dalaşan zaman sonuncunun və özünün ünvanına söyüşlər söyüb-söymədiyini soruşmuşdur. O isə səsə dəhlizə çıxdığını, həmin şəxslərin mübahisə etdiklərini, lakin dəqiq nə kimi sözlər işlətdiklərini eşitmədiyini bildirmişdir. Bu zaman Pərviz həkim onların söhbətinə müdaxilə edərək baş həkim Zərərçəkmiş şəxs niyə belə hərəkət etdiyini, şəçxsən onu söymədiyini bildirərək, nə səbəbə münaqişə yaratmaq istədiyini soruşaraq Zərərçəkmiş şəxs sakitləşdirmək istəmişdir. Bu zaman Zərərçəkmiş şəxs bir qədər acıqlı olduğuna görə Təqsirləndirilən şəxs qarşı nalayiq ifadələr işlədərək onun düzgün hərəkət etmədiyini və buna görə də onu işdən azad etdiyini deyərək Təqsirləndirilən şəxs otaqdan qovmuş və Pərviz heç nə demədən oradan çıxıb getmişdir. Bundan sonra nə baş verdiyi barədə onun özünün məlumatı yoxdur. Lakin, sonradan bildiyinə görə Pərviz sonradan iş yerinə qayıtmış və baş həkim Zərərçəkmiş şəxs bıçaqlamışdır. Təqsirləndirilən şəxs klinikada işlədiyi müddətdə işçi heyətlə normal münasibətdə olmuş, kollektiv üzvlərindən hər hansı biri ilə mübahisəsi olmamışdır. Təqsirləndirilən şəxs Şahid12 ilə mübahisə edərkən sonuncuya “hansı fahişə səni işə götürüb” ifadəsini işlədiyb-işlətməməsini dəqiq eşitməmişdir. Onun özü Şahid12 ilə Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə barədə Zərərçəkmiş şəxs heç bir söz deməmişdir. Belə güman edir ki, həmin hadisə barədə baş həkim Zərərçəkmiş şəxs Şahid12 özü demişdir. İbtidai istintaq zamanı məsələnin Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında həll edəcəklərini düşünmüş və bu səbəbdən hadisənin təfərrüatları barədə tam dolğun ətraflı ifadə verməmiş, yəni xx xxxxxx 2019-cu il tarixdə baş həkim Zərərçəkmiş şəxs otağında olan zaman sonuncunun Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətməməsini deməmişdir. İş üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxsla üzləşdirilmiəsi üçün çağrıldığı vaxt oraya iş yoldaşı Əliabbas və baş həkim Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxsla üzləşdirilmə üçün prokurorluq binasına dəvət olunmuşdur. Həmin vaxt öz iş yerində problemin yaşanmasını istəməmiş və buna görə onlar baş həkim Zərərçəkmiş şəxs otağında olan zaman sonuncunun Təqsirləndirilən şəxs ünvanına nalayiq sözlər işlədib onu otaqdan qovudluğu barədə ətraflı ifadə verməmişdir. Hadisə günü Zərərçəkmiş şəxs otağında olarkən Təqsirləndirilən şəxs mübahisə yaratmağa çalışmamış, Zərərçəkmiş şəxs davranışlarına qarşılıq mübahisəni sakitləşdirməyə çalışmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sözlərinə, təhqirinə və onu işdən qovmasını deməsi ilə bağlı heç bir nalayiq ifadə işlətməmiş və otaqdan çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2017-ci ilin oktyabr ayından etibarən Sumqayıt şəhərində yerləşən “Summodern” adlı klinikada tibb qeydiyyatçısı işləməyə başlamış və hal hazırda da həmin klinikada fəaliyyətini davam etdirir. Klinikada işlədiyi dövr ərzində iş kollektivi ilə, eyni zamanda Təqsirləndirilən şəxs və baş həkim Zərərçəkmiş şəxslə münasibəti yaxşı olmuşdur. Hadisə ilə bağlı bildirir ki, xx xxxxxx 2019-cu il tarixdə İranə adlı tibb qeydiyyatçısı Təqsirləndirilən şəxs müştərisinin pulunu xırdalamadığı üçün, ilk öncə İranə ilə həmin müştəri arasında daha sonra isə elə o səbəbdən Pərviz və İranə arasında mübahisə baş vermişdir və həmin şəxslər bir-birinə qarşı nalayiq ifadələr işlətmişlər. Lakin, həmin vaxt şəxsən Pərvizin baş həkim Şahin Başxaliyevin ünvanına hər hansı formada nalayiq ifadələr işlətməsinin şahidi olmamış və belə bir söz eşitrməmişdir. Hadisə günü, yəni xx xxxxxx 2019-cu il tarixdə səhər saat 08:00-da işə başlamış və saat 11 radələrində klinikanın girişində qeydiyyat şöbəsində olarkən Təqsirləndirilən şəxs klinikaya daxil olmuşdur. O, bu barədə baş həkim Zərərçəkmiş şəxs məlumat vermiş, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs onun yanına göndərməyini ona demişdir. Buna görə də o, Təqsirləndirilən şəxs Şahin həkimin onu öz otağına getməsini dediyini ona bildirmişdir. Bundan bir az sonra Təqsirləndirilən şəxs baş həkimin iş otağına getmiş, lakin orada nə baş verməsindən məlumatı olmamışdır. Həmin gün saat 18 radələrində o, qeydiyyat şöbəsində olarkən klinikanın dəhlizindən hay-küy və qışqırıq səsləri eşitdiyindən nə baş verdiyini öyrənmək üçün qeydiyyat şöbəsindən klinikanın dəhlizinə qaçmışdır. Bu zaman uzaqdan Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs tutaşdığını görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs arxası ona tərəf olmuş, sonunculara yaxınlaşdıqda isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs möhkəm tutduğunu və ona zərbələr endirmək istədiyini, Zərərçəkmiş şəxs isə öz canını Pərvizin əlindən qurtarmaq üçün çalışdığını, ətrafdakı şəxslərin isə Təqsirləndirilən şəxs aralamağa çalışdıqlarını görmüşdür. Bir neçə saniyə ərzində ətrafdakı şəxslərin köməyi ilə sonuncuları araladıqdan sonra Təqsirləndirilən şəxs klinikadan çıxıb getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs əynində olan paltarların üzərində qanabənzər ləkələr olduğunu, bir ədəd bıçağın yerdə olduğunu, baş həkim Zərərçəkmiş şəxs qan itirdiyini görmüşdür. Bundan sonra orada olan şəxslər tez bir zamanda Zərərçəkmiş şəxs ilk növbədə öz xidməti otağına, sonra isə “Şəfqət Klinikası”-na aparmış və onlar da baş həkimin yanına həmin klinikaya getmişlər. Bildiyinə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arasında normal münasibət olmuş və onların əvvəllər bir-birləri ilə mübahisə etmələrinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində klinikaya arxa qapıdan daxil olduğu üçün o, sonuncunun nə vaxt klinikaya gəldiyini görməmişdir. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs klinikanın dəhlizində dalaşan zaman Pərviz, sonuncuya müxtəlif nahiyələrdən zərbələr endirmiş, lakin ətrafdakı şəxslər onları ayırmağa çalışmışlar. Həmin vaxt bıçaq Təqsirləndirilən şəxs əlində olmuş və Zərərçəkmiş şəxs bıçaq zərbələri endirməyə çalışmışdır. Onları ayırdıqdan sonra isə Pərviz klinikadan çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2011-ci ildən etibarən “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasında işləmişdir. Hadisə günü, yəni xx xxxxxx 2019-cu il tarixdə o, həmini klinikada işdə olmuş və həmin gün saat 18 radələrində klinikanın bufetində olarkən qəfildən klinikanın dəhlizindən hay-küy və qışqırıq səsləri eşitmişdir. Bufetdən klinikanın dəhlizinə nə baş verdiyini öyrənmək üçün çıxdıqda isə iş yoldaşı Təqsirləndirilən şəxs baş həkim Zərərçəkmiş şəxs arxa hissədən iki əli möhkəm tutaraq sağa sola tərəf çəkdiyini, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs canını qurtarmaq üçün əlindən gələni etdiyini görmüşdür. Təxminən 3-4 saniyə ərzində hamı otaqlardan klinikanın dəhlizinə çıxmışdır, bir neçə şəxsin köməkliyi ilə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlindən alaraq onları ayırmışlar. Sonra o, Pərvizin orada qalacağı halda Zərərçəkmiş şəxs əlavə xəsarətlər də yetirə biləcəyini düşünüb mübahisənin davam etməsinin qarşısını almaq üçün Pərvizi klinikadan kənarlaşdırmışdır. O, Pərvizi klinikadan çıxardıb Zərərçəkmiş şəxs otağına qayıtdıqda Şahinin qan içində divanda uzadılmış vəziyyətdə olduğunu, qan itirdiyini görmüşdür. Daha sonra Zərərçəkmiş şəxs “Şəfqət Klinikası”-na aparmışlar. Əvvəllər iclaslarda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bir neçə dəfə irad tutub, tənqid etmiş, Pərviz həmin tənqidləri sakit qəbul etmiş və aralarında hər hansı bir münaqişə baş verməmişdir. İş üzrə istintaq zamanı xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasında baş vermiş hadisəni əks etdirən videogörüntülər ona nümayiş etdirilmiş, o Təqsirləndirilən şəxsla birlikdə klinikaya gələn şəxsi əvvəllər gördüyünü, həmin şəxsin əvvəllər Təqsirləndirilən şəxs yanına bir neçə dəfə gəlib dişlərini müalicə etdirdiyini və həmin şəxsin adının Elnur olduğunu müstəntiqə bildirmişdir. Həmin Elnur adlı şəxs də hadisə zamanı Pərvizlə Şahini ayırmağa çalışmışdır. Onun özü Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla neçə dəfə və necə vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla Sumqayıt şəhərində eyni məhəllədə yaşamış və bir tanış kimi yaxşı münasibətlərdə olmuşlar. Zərərçəkmiş şəxs də xeyli müddətdir ki, tanıyır və onunla da yaxşı münasibətdə olmuşdur. O, Pərvizin diş klinikasında həkim işlədiyini bildiyinə görə sonuncunun işlədiyi “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasına arabir gedib öz dişlərini müalicə etdirmişdir. Hadisə günü, yəni xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında o, Təqsirləndirilən şəxsla mobil telefon vasitəsilə əlaqə saxlayaraq dişini müalicə etdirmək üçün “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasına getmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə yolda olduğunu, klinikaya gedəcəyini ona deyərək saat 17 radələrində onu yolüstü Sumqayıt şəhəri“Heydər Parkı” adlanan ərazidən özünə məxsus qara rəngli “Kia” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobillə götürmüşdür. Yolda olarkən Pərviz ona işlədiyi diş klinikasının baş həkimi Zərərçəkmiş şəxs camaat içində nalayiq ifadələrlə onu təhqir etdiyini bildirmişdir. O, Pərvizdən bir neçə dəfə həmin söhbətin necə baş verdiyini soruşsa da, Pərviz ona ətraflı məlumat verməmişdir. Onlar “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasına çatdıqdan sonra Pərviz avtomobili klinikanın dayanacağında saxlamış və onlar avtomobildən enib klinikaya daxil olduqda Pərviz ondan beş nömrəli iş otağının qarşısında gözləməyini, özünün isə baş həkimin yanına gedib 2-3 dəqiqə ərzində öz iş otağına qayıdacağını ona bildirmişdir. O, öz növbəsində klinikaya daxil olub dəhlizlə sağa doğru Pərvizin 5 nömrəli iş otağının qarşısına keçmişdir. Pərviz isə klinikaya daxil olduqda dəhlizlə sola doğru baş həkimin otağına tərəf getmişdir. O, Pərvizin otağının qarşısında bir neçə dəqiqə gözləyib qəfildən dəhlizin əks tərəfindən baş həkimin otağının qarşısından möhkəm qışqırıq səsləri eşitmişdir. Həmin istiqamətdə hərəkət edərək nə baş verdiyini öyrənmək üçün baş həkimin otağına yaxınlaşdıqda isə Pərvizlə Şahinin tutaşaraq dəhlizə çıxdıqlarını, baş həkim Zərərçəkmiş şəxs əynindəki paltarlarının qan içində olduğunu görmüşdür. Tez yaxınlaşıb onları ayırmışdır. Ondan başqa bir nəfər adını xatırlamadığı cavan oğlan da Pərvizlə Şahini ayırmağa ona kömək etmişdir. Pərvizlə Şahini ayırdıqdan sonra Tural adlı həkim Pərvizi həmin yerdən uzaqlaşdırıb klinikadan çölə çıxartmış, o da öz növbəsində Pərvizin dalıyca klinikadan çıxmışdır. Pərviz avtomobilə minərkən o da birlikdə avtomobilə minib Pərvizdən niyə belə hərəkət etdiyini soruşduqda Pərviz, Şahini bıçaqlamaq istəmədiyini, lakin söhbət zamanı Şahinin ona qarşı nalayiq ifadələr işlətdiyi üçün əsəbləşib onu bıçaqladığını demişdir. Pərviz ona evə gedib ailəsi ilə görüşüb polisə təslim olacağını ona demişdir. Buna görə də o, Pərvizlə sonuncunun yaşadığı ünvana birlikdə getmiş, Pərviz ailəsi ilə görüşdükdən sonra o, Pərvizi Sumqayıt şəhər Polis İdarəsinə apararaq baş vermiş hadisə barədə məlumat vermişlər. xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxsla görüşərkən sonuncunun üzərində bıçaq saxladığından xəbərsiz olmuşdur. Təqsirləndirilən şəxs işlədiyi klinikanın baş həkiminə qarşı belə bir hərəkət edəcəyini heç vaxt güman etməmişdir. “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasının baş həkimi Zərərçəkmiş şəxslə onunla münasibətləri yaxşı olmuş, o ailə üzvləri ilə birlikdə həmin klinkaya müalicəyə gedərkən dəhlizdə Zərərçəkmiş şəxs onunla görüşərək ona qarşı hörmət göstərmiş, onların arasında hər hansı bir ədavət, düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında hadisə gününə qədər hər-hansı mübahisə olub-olmadığı barədə onun məlumatı olmamışdır. Hadisə baş verməzdən birbaşa əvvəl, yəni Təqsirləndirilən şəxsla birlikdə həmin klinikaya gəldikdən sonra Pərviz ona özünün iş otağının qarşısında gözləməsini demiş və baş həkim, yəni Zərərçəkmiş şəxs yanına gedib 2-3 dəqiqə öz iş otağına qayıdacağını ona bildirmişdir. Həmin hadisə onun üçün gözlənilməz olmuşdur. Onlar klinikaya gələn zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs cəzalandırmaq istədiyini və bu məqsədlə onun yanına gedəcəyi barədə ona bir söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 2008-ci ildən etibarən «Summodern» adlı klinikada texnik işləməyə başlamış və hal-hazırda da həmin klinikada fəaliyyətini davam etdirir. Klinikada işlədiyi dövr ərzində iş kollektivi ilə münasibəti normal olmuş, iş otağının nömrəsi 21 olmaqla, baş həkimin qəbul otağına yaxındır. xx xxxxxx 2019-cu il tarixdə, səhər saat 09:00-da işə başlamış, saat 13:00-dan 14:00-a qədər müddət ərzində nahar fasiləsinə klinikadan kənara çıxmış, sonra işə geri qayıtmışdır. Həmin gün saat 18 radələrində xidməti otağında işləyərkən klinikanın dəhlizindən hay-küy, qışqırıq səsləri eşitmiş və iş otağından klinikanın dəhlizinə nə baş verdiyini öyrənmək üçün çıxmışdır. Bu zaman iş yoldaşı Təqsirləndirilən şəxs baş həkim Zərərçəkmiş şəxs arxa hissədən iki əli möhkəm tutaraq sağa sola çəkdiyini, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs canını qurtarmaq üçün əlindən gələni etdiyini görmüşdür. Təxminən 3-4 saniyə ərzində hamı otaqlardan klinikanın dəhlizinə doluşmuş, bir neçə şəxsin köməkliyi ilə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlindən alaraq onları aralamışlar. Bundan sonra Təqsirləndirilən şəxs klinikadan çıxıb getmişdir. Zərərçəkmiş şəxs əynində olan paltarların üzərində qanabənzər ləkələr olmaqla, sonuncu qan itirdiyinə görə orada olan şəxslər tez bir zamanda Zərərçəkmiş şəxs ilk növbədə öz xidməti otağına, sonra isə “Şəfqət Klinikası”na aparmışlar. Onlar da sonuncunun yanına həmin klinikaya getmişlər. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında normal münasibət olmuş, hər hansı bir ədavət, düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasındakı baş vermiş münaqişənin baş vermə səbəbi barədə hər hansı bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 18 radələrində Sumqayıt şəhərində yerləşən “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasına müayinə olunmaq üçün klinikada fəaliyyət göstərən Ələs adlı həkimin yanına getmişdir. Rentgen müayinəsindən keçdikdən sonra yenidən Ələs adlı həkimin iş otağına getdikdə Ələs həkim rentgenin nəticələrinə baxıb əməliyyat lazım olduğunu bildirərərk onu əməliyyatın tarixini dəqiqləşdirmək üçün həmin klinikanın baş həkimi Zərərçəkmiş şəxs otağına göndərmişdir. O, Zərərçəkmiş şəxs otağına keçib 1 həftə ərzində qəbul etməli olduğu dərmanların adlarını alıb otaqdan çıxdıqda qəbul otağının giriş qapısının yanında dayanmış, adını sonradan bildiyi Təqsirləndirilən şəxs baş həkimin otağına daxil olmuşdur. O isə sağollaşmaq üçün Ələs həkimin otağına keçib təxminən 1-2 dəqiqə otaqda söhbətləşən zaman Zərərçəkmiş şəxs otağından möhkəm qışqırıq səsləri gəlmişdir. O, nə baş verdiyini öyrənmək üçün Ələs həkimlə birlikdə dərhal klinikanın dəhlizinə çıxdıqda Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs üzbəüz şəkildə tutaşdıqlarını, Zərərçəkmiş şəxs əynindəki paltarların qan içində olduğunu, kürək nahiyəsində bıçağın sallandığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tutub özünə çəkmək, sonuncunun kürəyindəki bıçağı götürüb yenidən zərbələr endirmək istədiyini, Zərərçəkmiş şəxs isə var gücü ilə Təqsirləndirilən şəxs əlindən canını qurtarmağa çalışırdığını, möhkəm müqavimət göstərdiyini görmüşdür. O, dərhal yaxınlaşaraq arxa tərəfdən Təqsirləndirilən şəxs əllərini tutmuşdur, Pərviz isə onun əlindən çıxıb yenidən Zərərçəkmiş şəxs üzərinə hücüm etməyə cəhd etdikdə ətrafdakı şəxslərin köməyi ilə Pərvizlə Şahini ayırıb Zərərçəkmiş şəxs öz iş otağına aparmışlar. xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs iş otağına daxil olarkən qəbul otağında adını bilmədiyi bir xanımın olmuş, Zərərçəkmiş şəxs isə öz otağında tək olmuşdur. Zərərçəkmiş şəxs iş otağından çıxarkən oraya Təqsirləndirilən şəxs tək girmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 1991-ci ildən etibarən müxtəlif xəstəxanalarda həkim - cərrah işləmişdir. Hal-hazırda 1 saylı Sumqayıt şəhər xəstəxanasında həkim - cərrah işləyir. xx xxxxxx 2019-cu il tarixdə baş vermiş hadisə ilə bağlı olaraq bildirmişdir ki, həmin gün saat 18 radələrində istifadəsində olan 050 *** ** ** saylı nömrəli mobil telefon nömrəsinə bir neçə ildir ki tanıdığı, “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasında işləyən Nüsrət adlı şəxs zəng edərək məhəlləyə düşməyini xahiş etmişdir. O, məhəlləyə düşdükdə Nüsrətin məhəllədə onu gözlədiyi görmüş, avtomobilə əyləşib söhbət edərkən Nüsrət, ona “xxxxxxxxxxxxxxxx” klinikasının baş həkimi - Zərərçəkmiş şəxs bıçaqlandığını, sonuncunu Şəfqət klinikasına apardıqlarını bildirirək əməliyyat etmək lazım olduğunu demişdir. O, birinci Nüsrətin sözlərinə inanmamış, biraz sonra Şəfqət klinikasına çatdıqda Zərərçəkmiş şəxs qan içində olduğunu, bədəni üzərində bir neçə dənə xəsarət olmuşdur. O, Zərərçəkmiş şəxs əməliyyat edib sol ağ ciyərin dilcik seqmentinin deşilmiş-kəsilmiş yarasını, diafraqmanın kəsilmiş-deşilmiş yarasını tikib qarın boşluğunun sanasiya və drenaj edilməsini həyata keçirmiş, sonuncuya bundan başqa hər hansı bir tibbi-müdaxilə etməmiş, üzərində başqa hər hansı bir əməliyyat keçirməmişdir. Daha sonra Zərərçəkmiş şəxs bədəni üzərində başqa xəsarətlər olduğu üçün “X21”ya aparmışlar. İstintaq zamanı müstəntiq tərəfindən məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 1496 saylı rəyi ona təqdim olunmuş, həmin rəylə tanış olduqda Zərərçəkmiş şəxs bədəni üzərində qarnın ön səthinin qarın boşluğuna keçməyən yarası, sol budun 1 ədəd kəsilmiş-deşilmiş yarası, sağ budun 1 ədəd deşilmiş-kəsilmiş yarası, sol kürəkaltı nahiyənin döş boşluğuna keçməyən deşilmiş-kəsilmiş yarası, sol əlin İ barmağının kəsilmişdeşilmiş yarası kimi 5 ədəd yüngül xəsarətlərin olduğunu, ağır xəsarətlərdən isə sol ağ ciyərin dilcik seqmentinin deşilmiş-kəsilmiş yarasını, qarın boşluğunun gematoma sahəsinin drenə edilməsi və diafraqmanın kəsilmiş-deşilmiş yarasının tikilməsi əməliyyatılarını görmüşdür. Digər 1 ağır xəsarətlə bağlı aparılmış böyrəyin çıxarılması və böyük piyliyin çıxarılması əməliyyatı “X21”da həyata keçirilmiş ola bilər. Belə ki, o, həmin əməliyyatları həyata keçirməmiş, Zərərçəkmiş şəxs həmin nahiyələrdə hər hansı bir tibbi yardım, eləcə də müdaxilə etməmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 1496 saylı rəyində qeyd edilmiş xəsarətlərin yeri və sayının onun aşkar etdikləri ilə təxminən uyğun olduğunu bildirir. Zərərçəkmiş şəxs böyrək nahiyəsində əməliyyat aparıldığı nəzərə alınmaqla, özünün sonuncunun üzərində əməliyyat keçirdiyi müddətdə, həmin nahiyələrə hər hansı tibbi müdaxilə etməməsinin səbəbini izah etməkdə, hadisənin üzərindən uzun müddət keçdiyindən çətinlik çəkir. Çox güman ki, həmin nahiyədə kəskin qanaxma müşahidə etmədiyindən hər hansı tibbi müdaxilə etməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanda əri Xaliq Nağıyev, övladları Əli və Fidanla birlikdə yaşamış, 1998-2002-ci illər ərzində “Azərbaycan Dövlət İqtisad Universiteti”nin Əmtəəşünaslıq fakültəsi üzrə ali təhsil almışdır. O, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müddət ərzində Sumqayıt şəhəri ərazisində yerləşən “xxxxxxxxxxxxxxxx” adlı klinikada mühasib vəzifəsi üzrə fəaliyyət göstərmişdir. Həmin dövr ərzində iş kollektivi ilə münasibətinin normal olduğunu, iş rejiminin stabil olduğunu, yəni hər gün saat 09:00-dan 17:00-a qədər iş saatı, saat 13:00-dan 14:00-a qədər müddət ərzində nahar fasiləsi, həftənin 6-cı və bazar günləri isə qeyri iş günləri olduğunu və iş otağının baş həkimin qəbul otağına bitişik olduğunu bildirmişdir. O, xx xxxxxx 2019-cu il tarixdə baş vermiş hadisə ilə bağlı olaraq qeyd etmişdir ki, həmin gün qayda üzrə saat 09:00-da işə başlamış, saat 13:00-dan 14:00-a qədər müddət ərzində yalnız nahar fasiləsində klinikadan kənara çıxmışdır. Saat 18 radələrində xidməti otağında işləyərkən klinikanın baş həkimi Şahin Baxşəliyevin yanına klinikada fəaliyyət göstərən diş həkimi Təqsirləndirilən şəxs daxil olmuşdur. O, Şahin Baxşəliyevin otağının giriş qapısının həmişə açıq olduğunu, klinikada fəaliyyət göstərən digər həkimlərin də istədiyi vaxt baş həkimin qəbuluna girərək onunla məsləhət etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs, Şahin Baxşəliyevin otağına daxil olmaq üçün ilk növbədə onun qəbul otağına daxil olmuş, həmin vaxt onunla salamlaşıb heç bir söz demədən çox sakit və təmkinli vəziyyətdə, əlində isə heç nə olmadan, paltarı səliqəli vəziyyətdə sonuncunun otağına keçmişdir. Bir neçə saniyə keçdikdən sonra qəfildən Pərvizlə Şahin möhkəm tutaşaraq qəbul otağına çıxmışlar. o Pərvizlə Şahinə tərəf baxdıqda Şahinin geyiminin üzərində qanabənzər ləkələrin olduğunu görmüşdür. Şok vəziyyətinə düşərək nə edəcəyini bilməyib uca səslə qışqıraraq kömək çağırmışdır. Baş həkimin qəbul otağında olarkən Pərviz, Şahinlə üzbəüz dayanaraq sol əli ilə Şahinin sol çiyin nahiyəsindən tutub özünə tərəf çəkmişdir, sağ əlində isə bıçaq olmuşdur. Pərviz, Şahinə bıçaq zərbələri endirmək üçün münasib şərait yaratmaq istəsə də Şahin Pərvizin əlindən çıxıb öz canını qurtarmaq üçün yerində cəld şəkildə fırlanıb öz yaxasını Pərvizin əlindən qurtarmaq üçün cəhd etmişdir. Bir neçə saniyə sonra Şahin, Pərvizin əlindən canını qurtara bilməyəcəyini görüb qəbul otağının qapısını açıb özünü qapıdan klinikanın dəhlizinə atmışdır, lakin Pərviz yenə də Şahini əlindən buraxmaq istəməmişdir. Şahin isə özünü müdafiə edib Pərvizin əlindən canını qurtarmaq üçün cəhdlərə davam etdmiş, dəhlizə çıxan kimi klinikanın dəhlizində olan tanımadığı şəxslər Şahinlə Pərvizə yaxınlaşıb onları güclə ayırmışlar və Zərərçəkmiş şəxs dərhal öz otağına aparmışlar. Pərvizin isə hara getməsindən onun xəbəri olmamışdır, təxminən 1-2 dəqiqə sonra Zərərçəkmiş şəxs otaqdan çıxarıb “Şəfqət” klinikasına aparmışlar. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs dalaşan zaman onlar bir-birlərinə qarşı heç bir söz deməmişlər, Pərviz Şahini bıçaqla yenidən vurub öldürməyə cəhd etmiş, Şahin isə öz canını Pərvizin əlindən qurtarmaq üçün əlindən gələni etmişdir. Habelə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs otağına daxil olarkən tək olmuş, o, Pərvizi dəhlizdə kiminsə gözləməsini görməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs otağına daxil olarkən Zərərçəkmiş şəxs otağında özündən başqa heç kim, qəbul otağında isə ondan başqa heç kim olmamışdır. (Cild İ, i/v. 120-123) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, hadisənin baş verməsindən təxminən bir il əvvəldən “xxxxxxxxxxxxxxxx MMC”-də stomatoloq həkim vəzifəsində işləmişdir. Həmin klinikanın direktoru Zərərçəkmiş şəxsdur. Münasibətləri hər zaman yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Soyadı Baxşaliyev olsada direktor işləyən Şahin həkimlə heç bir qohumluq əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs kilinikada işləyən stomatoloq həkim kimi tanımış, normal münasibətlər olmuşdur. Əvvəllər Pərviz və Şahin arasında heç bir mübahisəyə şahid olmamış, bu haqda heç bir məlumatı yoxdur. xx xxxxxx 2019-cu il tarixdə, saat 17 radələrində işlədiyi xxxxxxxxxxxxxxxx klinikasının 7 saylı otağında xəstə Fariz adlı şəxslə söhbət edən vaxt dəhlizdən səs-küy gəldiyini eşitmiş, həmin vaxt yanında olan ilk öncə Fariz, ardı ilə isə o nə baş verdiyini öyrənmək məqsədi ilə klinikanın dəhlizinə çıxmışlar. O çölə çıxan vaxt Şahin həkimlə Pərviz həkimin bir-birilərinin yaxalarından tutduğunu, ətrafda olan şəxslərin isə hadisəyə müdaxilə edərək əlbəyaxa olan şəxsləri ayırmağa çalışdığını görmüşdür. O yaxınlaşan zaman Pərviz və Şahin ətrafdakı şəxslərin köməkliyi ilə bir-birilərindən ayırmışlar. O direktor işləyən Şahin həkimə baxan zaman qara rəngli bıçağın sonuncunun əynində olan paltarın kürək nahiyəsi hissəsinə ilişib asılı qaldığını görmüş və bıçağı paltardan çıxarıb dəhlizdə yerə tullamışdır. Onlar ətrafda olan şəxslərin köməkliyi ilə Şahin həkimi öz xidməti otağında divana uzatmış, o isə yenidən dəhlizə qayıdıb bir az öncə Şahin həkimin paltarından dartıb yerə qoyduğu bıçağı özü ilə gətirdiyi sellofan bükülüyə qoyub Şahin həkimin xidməti otağında yerə qoymuşdur. Bundan sonra isə Şahin həkim “Şəfqət” kilinikasına aparılmış, Pərvizdən isə ümumiyyətlə məlumatı olmamışdır. O hadisə baş verən zaman Pərvizin əlində bıçaq görməmiş, bir ədəd qara rəngli bıçağı Şahinin əynində olan paltarın kürək nahiyəsi hissəsinə ilişib qaldığını görmüşdür. Həmin bıçağı da Şahinin paltarından özü çıxarıb ilk öncə yerə tullasa da sonradan sellofan torbaya bükərək Şahinin xidməti otağında yerə qoymuşdur. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs direktor işləyən Zərərçəkmiş şəxs xəsarət yetirməkdə köməklik göstərən hansısa bir şəxs görməmiş, o dəhlizə çıxan zaman Şahin və Pərviz bir-birilərinin yaxasından tutaraq dartışmış, ətrafda olan şəxslər isə onları ayırmağa çalışmışdır. (cild 01, iş vər. 154-158) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 1991-1997-ci illər ərzində Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsi üzrə ali təhsil almış, ali təhsili başa vurduqdan sonra “xxxxxxxxxxxxxxxx” adlı klinikada fəaliyyət gsötərməyə başlamış, hal-hazırda həmin klinikada fəaliyyətini davam etdirir. Klinikada işlədiyi dövr ərzində iş kollektivi ilə münasibəti yaxşı olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə, saat 09:00-da işə gəlmiş və gün ərzində klinikada olmuşdur. Həmin gün saat 18 radələrində 41 nömrəli iş otağından çıxıb dəhliz boyunca klinikanın bufetinə doğru gedərkən klinikanın baş həkimi – Zərərçəkmiş şəxs otağının qarşısına yaxınlaşan zaman onun otağından Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla tutaşaraq otaqdan dəhlizə çıxdıqlarını, ətrafdakı şəxslərin də onları ayırmaq istədiklərini görmüşdür. Bir neçə saniyə ərzində onları ayırmışlar, o tez Zərərçəkmiş şəxs yaxınlaşıb ona kömək edərək otağa aparmış, ona ilkin tibbi yardım göstərmişdir. Bir neçə dəqiqə otaqda qaldıqdan sonra Zərərçəkmiş şəxs öz təkidi ilə onu Sumqayıt şəhəri ərazisində yerləşən “Şəfqət” adlı klinikaya aparmışlar. Orada Zərərçəkmiş şəxs əməliyyat etmişlər. O, Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs tutaşaraq otaqdan dəhlizə çıxan zaman gördükdə Təqsirləndirilən şəxs əlində bıçaq olmamış, həmin vaxt bıçaq Zərərçəkmiş şəxs kürək nahiyəsində paltarının üstündə asılı vəziyyətdə qalmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zərbə endirməsini görməmişdir, çünki o sonunculara yaxınlaşdıqda artıq onları ayırmışlar. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında normal münasibət olmuş, hər hansı bir ədavət, düşmənçilik olmamışdır. Eşitdiyinə görə bu münaqişlərə səbəb klinikanın qeydiyyat şöbəsində işləyən tibb qeydiyyatçısı Şahid12 ilə Təqsirləndirilən şəxs arasında yaranmış mübahisə nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs haqqında dediyi nalayiq ifadələr olmuşdur. (cild 01, iş vər. 180-183) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 2017-ci ildən etibarən “xxxxxxxxxxxxxxxx” adlı klinikasında tibb bacısı vəzifəsi üzrə işləmişdir. O, xx xxxxxx 2019-cu il tarixdə baş vermiş hadisə ilə bağlı olaraq bildirmişdir ki, həmin gün saat 18 radələrində klinikanın qeydiyyat şöbəsində olarkən dəhlizdən səs-küy, qışqırıq səsləri eşitmiş, nə baş verdiyini öyrənmək üçün həmin tərəfə getmiş, Zərərçəkmiş şəxs otağına yaxınlaşdıqda Şahid6 adlı həkimin Təqsirləndirilən şəxs arxa hissədən hər iki əli ilə tutub məcburi kənarlaşdırdığını, Təqsirləndirilən şəxs əlində bıçaq olduğunu görmüşdür. O, bildirmişdir ki, Təqsirləndirilən şəxs klinikaya bir nəfər dostu ilə gəlmiş, həmin şəxs kənarda dayanmış, mübahisə zamanı isə Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs ayırmağa cəhd etmişdir. Təqsirləndirilən şəxs, klinikadan çıxıb getdikdən sonra Zərərçəkmiş şəxs dərhal Sumqayıt şəhəri ərazisində yerləşən Şəfqət klinikasına aparmışlar. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında normal münasibət olmuş, hər hansı bir ədavət, düşmənçilik olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə baş vermiş hadisələrin səbəbi kimi o xx xxxxxx 2019-cu il tarixdə klinikanın qeydiyyat şöbəsində işləyən tibb qeydiyyatçısı - Şahid12 ilə Təqsirləndirilən şəxs arasında yaranmış münaqişə zəminində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs haqqında dediyi nalayiq ifadələri göstərmiş, ümumilikdə Təqsirləndirilən şəxs çox kobud, iş kollektivində çox adamla mübahisə edən biri olduğunu qeyd etmişdir. (cild 01, iş vər. 140-143) Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tərəflərə elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 17:35-də həkim – stamotoloq işlədiyi ünvan 9 A ünvanda yerləşən “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasının içərisində 18 nömrəli otaqda aralarında yaranmış şəxsi münaqişə zəminində baş vermiş mübahisə zamanı qeyd edilən klinikanın direktoru işləyən Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi bıçaqla çoxsaylı zərbələr vurub sonuncuya ağır xəsarətlər yetirməsi barədə daxil olmuş məlumat əsasında toplanmış material əsasında fakta görə CM-in 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (cild 01, iş vər. 01) Sumqayıt ŞPİ-nin məsul növbətçisinin nhəmin idarənin rəisi vəzifəsini müvəqqəti icra edən səlahiyyətli şəxsə olan xx.xx.2019-cu il tarixli raportundan görünür ki, məsul növbətçi tərəfindən raportla xx.xx.2019-cu il tarixdə saat 19.00-da Sumqayıt şəhəri, 1-ci məhəllə ev 4, mənzil 47-də yaşayan, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs çoxsaylı bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Şəfqət klinikasına gətirilməsi barədə məruzə olunmuşdur. (cild 01, iş vər. 03) Hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Sumqayıt ŞPİ-nin İş-nin müstəntiqi polis mayoru X12 tərəfindən dəvət olunmuş hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı hadisə yeri ünvan 9 A ünvanda yerləşən “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasında dəhlizin sonundakı otağın qarşısı olduğu müəyyən edilmiş, iş otağına daxil olduqda giriş hissədən sol tərəfdə divarın kənarında sellofan bükülüdə 01 ədəd açılıb-qatlanan, dəstəyi və özü qara rəngli bıçaq aşkar olunaraq iş üçün əhəmiyyət kəsb etdiyindən qanunamüvafiq qaydada qablaşdırılaraq götürülmüş, divarın qurtaracağında qara rəngli oturacaq və divanlar olduğu müəyyən edilmiş, divanın qarşısında bir sağ tayı olan üzərində qanabənzər ləkələr olan geyim ayaqqabısı olduğu, ayaqqabının olduğu döşəmələrdə qan laxdtaları müşahidə edilmişdir. (Cild İ, i/v. 4-12) “Könüllü gəlmə barədə” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə, saat 22.30-da könüllü olaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gələrək xx.xx.2019-cu il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri, xxxxxxxxxxxxxxxx adlı diş klinikasında aralarında yaranmış şəxsi münaqişə zəminində klinikanın baş həkimi – Zərərçəkmiş şəxs bir neçə bıçaq zərbəsi endirib ona ağır xəsarətlər yetirməsi barədə məlumat vermişdir. (cild 01, iş vər. 17) “Əşyanın tanınmaya təqdim edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli protokol və həmin protokollara əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs ona nömrələnməklə təqdim olunmuş hadisə yerindən aşkarlanaraq götürülmüş bir ədəd bıçaq və daha 03 ədəd bıçaqlardan 02 sıra nömrəsi ilə işarələnmiş bir ədəd qara rəngli dəstəyi və tiyəsi olan bıçağı tanımış və həmin bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bildirmişdir. (cild 01, iş vər. 23-24) “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-126.1-ci maddəsində nəzrədə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından xx.xx.2019-cu il tarixdə saat 11.30-da Sumqayıt ŞPİnin İş-nin müstəntiqi tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 33-34) Sumqayıt şəhər Məhkəməsinin 4(060)-186/2019 saylı, xx.xx.2019-cu il tarixli “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki,CM-in 126.1-ci maddəsi ilə təqsirləndiirlən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs etmə müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 70-71) “Əşyanın təqdim edilməsi, əşyaya baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin İş-nin müstəntiqi tərəfindən dəvət olunmuş hal şahidlərinin və X5 və intensiv terapiya şöbəsində tibb bacısı işləyən X8 iştirakları ilə, sonuncu Zərərçəkmiş şəxs məxsus 01 ədəd mayka, bir ədəd həkimə aid üst geyimi və bir ədəd şalvarı təqdim edərək həmin paltarlarının xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs bıçaq xəsarətləri ilə reanimasiya şöbəsinə daxil olarkən əynində olduğunu bildirmiş, təqdim olunmuş 01 dədə kişi maykası, bir ədəd dəst həkimə aid yaşıl rəngli üst geyimi və bir ədəd yaşıl rəngli şalvara baxış keçirilərkən müəyyən edilmişdir ki, bir ədəd qəhvəyi rəngli kişi maykasının üzərində altı ədəd, yaşıl rəngli geyimin üzərində iki ədəd kəsik olduğu aşkarlanmış, şalvarın üzərində isə hər hansı bir zədə izi müəyyən edilməmişdir. Bundan sonra qeyd olunan paltarlar fotoşəkilləri çəkilməklə iş üzrə əhəmniyyət kəsb etdiyindən götürülmüşdür. (cild 01, iş vər. 72-75) Şahid12 Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin rəisinə olan xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, Şahid12 ərizə ilə müraciət edərək işlədiyi Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “xxxxxxxxxxxxxxxx” klinikasında həkim vəzifəsində çalışan Pərviz adlı şəxsin onun ünvanına nalayiq ifadələrlə söyərək təhqir etməsi, şəxsiyyətini alçaltması barədə məlumat vemriş və həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. (cild 01, iş vər. 77) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 1496 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qarnın ön divarının daxilə keçərək mədəni, mədəaltı vəzi, böyük piyliyi, diafraqmanı və sol ağ ciyəri zədələyən yarası, epigestral nahiyənin daxilə keçərək böyük piyliyi və mədəni zədələyən böyük piyliyin çıxarılması ilə nəticələnən yarası, sol bel nahiyəsinin daxilə keçərək böyrəyi zədələyən və böyrəyin çıxarılması ilə nəticələnən, enən çənbər bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası, sol kürəkaltı nahiyənin döş boşluğuna keçərək sol ağ ciyəri zədələyən yarası, qarnın ön səthinin qarın boşluğuna keçməyəm yarası, sol budun 1 ədəd kəsilmiş-deşilmiş yarası, sağ budun 1 ədəd deşilmiş-kəsilmiş yarası, sol kürəkaltı nahiyənin döş boşluğuna keçməyən deşilmiş-kəsilmiş yarası, sol əlin İ barmağının kəsilmiş yarası xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər deşici-kəsici alətlə, təkrari zərbələrlə yetirilmişdirlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən ekspertizaya təqdim olunmuş bıçaqla yetirilmişdir, xx.xx.2019-cu il tarixə uyğundur, dərəcəsinə görə qarnın ön divarının daxilə keçərək mədəni, mədəaltı vəzi, böyük piyliyi, diafraqmanı və sol ağ ciyəri zədələyən yarası, epigastral nahiyənin daxilə keçərək böyük piyliyi və mədəni zədələyən böyük piyliyin çıxarılması ilə nəticələnən yarası, sol bel nahiyəsinin daxilə keçərək böyrəyi zədələyən və böyrəyin çıxarılması ilə nəticələnən, enən çənbər bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası, sol kürəkaltı nahiyənin döş boşluğuna keçərək sol ağ ciyəri zədələyən yarası – həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilmişdir. Qarnın ön səthinin qarın boşluğuna keçməyən yarası, sol budun 1 ədəd kəsilmiş-deşilmiş yarası, sağ budun 1 ədəd deşilmiş-kəsilmiş yarası, sol kürəkaltı nahiyənin döş boşluğuna keçməyən deşilmiş-kəsilmiş yarası, sol əlin İ barmağının kəsilmiş-deşilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilmişdir. Zərərçəkmiş şəxs xəsarət yetirilən anda xəsarət yetirmiş şəxslə müxtəlif qarşılıqlı vəziyyətdə olmuşdur. Yara kanallarının istiqaməti öndən arxaya, yuxarıdan aşağıya, aşağıdan yuxarıya, arxadan önə doğru istiqamətlərdə olmuşdur. Zərərçəkmiş şəxs əynində olan və ekspertizaya təqdim edilmiş paltarlardakı zədələrlə bədəni üzərində olan zədələr yerləşmə nahiyəsinə görə bir-birinə uyğun gəlmişdir. (cild 01, iş vər. 125-129) X2 xx.xx.2019-cu il tarixli ərizəsindən və “Götürmənin aparılması haqqında” xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Sumqayıt şəhər prokurorluğunun müstəntiqi tərəfindən dəvət olunmuş hal şahidlərinin iştirakı ilə “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasında quraşdırılmış videokameraların qeydə alındığı görüntülərin əks olunduğu və Zərərçəkmiş şəxs təqdim etdiyi 03 ədəd disk götürülmüşdür. (cild 01, iş vər. 152,155-157) “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Sumqayıt şəhər prokurorluğunun müstəntiqi tərəfindən dəvət olunmuş hal şahidlərinin, Təqsirləndirilən şəxs və müdafiəçisinin, eyni zamanda Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə X1 şöbəsinin baş məsləhətçisi Elnur Əhmədovun iştirakları ilə Təqsirləndirilən şəxs verdiyi ifadəsinin düzgünlüyünün müəyyən edilməsi və ya dəqiqləşdirilməsi məqsədilə həmin ifadələri onun iştirakı ilə yerində yoxlanmışdır. Müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ibtidai isitntaq zamanı verdiyi ifadəsində göstərdiklərini əyani olaraq göstərmişdir. (cild 01, iş vər. 220-223) “Texniki vasitələrə baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Sumqayıt şəhər prokurorluğunun müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs işlədiyi “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasında baş həkim – Zərərçəkmiş şəxs xx xxxxxx 2019-cu il tarixdə çoxsaylı bıçaq zərbələri endirərək sonuncuya ağır xəsarətlər yetirməsi hadisəsini özündə əks etdirən 01 ədəd DVD-RW diskə təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi Nail Məmmədovun iştirakı ilə tərəfimdən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskə daxil olduqda “Moy DVD“ yazısı altında 20 hissədən ibarət video görüntü pəncərəsi vardır. Birinci və ikinci pəncərəyə daxil olduqda “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasının həyətinin giriş hissəsində quraşdırılmış kamera vasitəsilə xx xxxxxx 2019-cu il tarixdə saat 17:30:01-dən 17:30:32-yə qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin görüntülərdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Üçüncü pəncərəyə daxil olduqda “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasının həyətinin giriş hissəsində quraşdırılmış kamera vasitəsilə xx xxxxxx 2019-cu il tarixdə saat 17:30:33-dən 17:32:15-ə qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Dördüncü pəncərəyə daxil olduqda “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasının həyətinin giriş hissəsində quraşdırılmış kamera vasitəsilə xx xxxxxx 2019-cu il tarixdə saat 17:32:16-dan 17:38:02-yə qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin görüntüyə baxdıqda Təqsirləndirilən şəxs, saat 17:34:35-də klinikanın həyətinə daxil olan qara rəngli Kia markalı avtomobilin ona məxsus olduğunu bildirmişdir, həmin vaxt avtomobilin sükanında Pərviz, yanında isə Elnur adlı tanışı vardır, saat 17:34:55-də Pərviz və tanışı Elnur avtomobildən enib saat 17:35:12-də klinikanın giriş qapısından içəri daxil olduqları görünür. Həmin video görüntüdə bundan başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Beşinci pəncərəyə daxil olduqda “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasının həyətinin giriş hissəsində quraşdırılmış kamera vasitəsilə xx xxxxxx 2019-cu il tarixdə saat 17:38:03-dən 17:45:21-ə qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin görüntüyə nəzər saldıqda saat 17:38:12-də Pərvizin özünə məxsus Kia markalı avtomobilə əyləşərək Elnur adlı tanışı ilə birlikdə klinikadan kənarlaşdıqları ayırd edilmişdir. Saat 17:41:42-də klinikanın içindən bir neçə nəfər şəxsin Zərərçəkmiş şəxs kömək edərək onu klinikanın həyətinə çıxardıqları, daha sonra onu avtomobilə əyləşdirərək klinikanın həyətindən apardıqları görünür. Həmin video görüntüdə bundan başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Altıncı pəncərəyə daxil olduqda “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasının həyətinin giriş hissəsində quraşdırılmış kamera vasitəsilə xx xxxxxx 2019-cu il tarixdə saat 17:45:22-dən 17:48:50-yə qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Yeddinci pəncərəyə daxil olduqda “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasının həyətinin giriş hissəsində quraşdırılmış kamera vasitəsilə xx xxxxxx 2019-cu il tarixdə saat 17:48:51-dən 17:51:00-a qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Səkkizinci pəncərəyə daxil olduqda “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasının həyətinin giriş hissəsində quraşdırılmış kamera vasitəsilə xx xxxxxx 2019-cu il tarixdə saat 17:51:01-dən 17:51:00-a qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Doqquzuncu pəncərəyə daxil olduqda “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasının içində quraşdırılmış kamera vasitəsilə xx xxxxxx 2019-cu il tarixdə saat 17:30:01-dən 17:44:00-a qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin video görüntüyə baxdıqda saat 17:35 radələrində klinikanın dəhlizində olan şəxslərin qaçaraq baş həkimin otağına doğru getdikləri görünür. Bundan əlavə video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Onuncu pəncərəyə daxil olduqda “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasının içində quraşdırılmış kamera vasitəsilə xx xxxxxx 2019-cu il tarixdə saat 17:44:01-dən 17:50:59-a qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. On birinci və on ikinci pəncərəyə daxil olduqda “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasının içində baş həkimin iş otağının giriş qapısı tərəfdə quraşdırılmış kamera vasitəsilə xx xxxxxx 2019-cu il tarixdə saat 17:30:01-dən 17:30:33-ə qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. On üçüncü pəncərəyə daxil olduqda “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasının içində baş həkimin iş otağının giriş qapısı tərəfdə quraşdırılmış kamera vasitəsilə xx xxxxxx 2019-cu il tarixdə saat 17:30:34-dən 17:31:06-ya qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. On dördüncü pəncərəyə daxil olduqda “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasının içində baş həkimin iş otağının giriş qapısı tərəfdə quraşdırılmış kamera vasitəsilə xx xxxxxx 2019-cu il tarixdə saat 17:31:24-dən 17:31:38-ya qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. On beşinci pəncərəyə daxil olduqda “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasının içində baş həkimin iş otağının giriş qapısı tərəfdə quraşdırılmış kamera vasitəsilə xx xxxxxx 2019-cu il tarixdə saat 17:31:39-dan 17:32:23-ə qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. On altıncı pəncərəyə daxil olduqda “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasının içində baş həkimin iş otağının giriş qapısı tərəfdə quraşdırılmış kamera vasitəsilə xx xxxxxx 2019-cu il tarixdə saat 17:32:33-dən 17:33:10-a qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. On yeddinci pəncərəyə daxil olduqda “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasının içində baş həkimin iş otağının giriş qapısı tərəfdə quraşdırılmış kamera vasitəsilə xx xxxxxx 2019-cu il tarixdə saat 17:33:29-dan 17:34:32-yə qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. On səkkizinci pəncərəyə daxil olduqda “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasının içində baş həkimin iş otağının giriş qapısı tərəfdə quraşdırılmış kamera vasitəsilə xx xxxxxx 2019cu il tarixdə saat 17:34:33-dən 17:34:50-yə qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. On doqquzuncu pəncərəyə daxil olduqda “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasının içində baş həkimin iş otağının giriş qapısı tərəfdə quraşdırılmış kamera vasitəsilə xx xxxxxx 2019-cu il tarixdə saat 17:34:51-dən 17:49:17-yə qədər qeydə alınmış video görüntü əks edilmişdir. Həmin video görüntüyə baxdıqda klinikanın dəhlizi boyunca tək gəlib saat 17:35:30-da baş həkimin otağına daxil olan, açıq göy və ağ rənglərin qarışığından ibarət qısaqol köynəkli, qara şalvarlı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edildi, 17:35:42-də dəhlizdə gəzən qırmızı rəngli köynəkli şəxsin adının Fariz olduğu müəyyən edildi, saat 17:36:07-də Pərvizlə birlikdə klinikaya daxil olan Elnur adlı şəxsin klinikanın dəhlizində gəzərək baş həkimin otağına doğru gəldiyi görünür, saat 17:36:10-da Pərvizlə Şahinin tutaşaraq klinikanın dəhlizinə çıxdıqları görünür, bu zaman Elnur onların dalaşdıqlarını görüb tez qaçaraq onlara yaxınlaşır və onları ayırmağa cəhd edir, bir neçə saniyə sonra saat 17:36:20-də klinikanın iş otaqlarında olan şəxslərin dəhlizə çıxdıqları görünür, saat 17:36:46-da Pərvizin iş Tural adlı iş yoldaşının onu tutaraq klinikanın dəhlizi boyunca apardığı görünür, Elnurun da onların dalıyca getdiyi müəyyən edilir, dəhlizdə olan şəxslərdən bəziləri Zərərçəkmiş şəxs otağına, bəziləri isə öz otaqlarına gedir, saat 17:41:35-də Zərərçəkmiş şəxs iş otağından çıxarılaraq aparıldığı müəyyən edildi. Bundan əlavə video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. İyirminci pəncərəyə daxil olduqda “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasının içində baş həkimin iş otağının giriş qapısı tərəfdə quraşdırılmış kamera vasitəsilə xx xxxxxx 2019-cu il tarixdə saat 17:49:18-dən 17:51:00-a qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. (Cild İ, i/v. 224-226) Məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2019-cu il tarixli, 592/2019 MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus həkim üst geyiminin (köynəyin) üzərində altı ədəd və maykanın üzərində yeddi ədəd, həkim üst geyiminin (köynəyin) sağ-yan cibinin üzərində üç ədəd cibin yalnız üst qatını zədələyən deşilmiş-kəsilmiş zədələr aşkar edilmişdir. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələr ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənmişdir. Ekspertizaya təqdim edilmiş X4 məxsus həkim şalvarı üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş X4 məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmi aşağıdakı kimi qiymətləndirilmişdir: Həkim üst geyimin (köynəyin) və maykanın bütün səthi boyu fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. Həkim şalvarının üzərində fasilələrlə yerləşən, kənarları əsasən qeyri-düz, konturları aydın görünən, bəzi hissələrdə nisbətən homogen, kəskin intensivlikdə olan, bəziləri zolaq şəkilli, bəziləri uzunsov formalı qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir. Həkim şalvarının üzərində fasilələrlə yerləşən çoxsaylı nisbi-düz və qeyri-düz dairəvi və ovalvari formalı (ölçüləri 0,2x0,4sm-dək) qan ləkələri sıçrantı xarakterlidir, qan mənbəyinə və ya qanlı səthə kinetik enerji impulsu verməklə əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş bıçağın məhkəmə-tibbi bioloii tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirilmişdir: Bıçağın dəstəyinin və tiyəsinin hər iki səthinin üzərində fasilələrlə yerləşən qan ləkələri qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmamışdır. Ekspertizaya təqdim olunmuş bıçağın üzərində sonradan heç bir əlavə və dəyişikliklər edilməmişdir. (cild 01, iş vər. 237-243) Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 2545 saylı ekspert rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməmişdir. Qərarın təsviri hissəsində göstərilən əməli törətdiyi zaman Təqsirləndirilən şəxs psixi vəziyyəti situasiya ilə əlaqəli nevrotik reaksiya kimi qiymətləndirilmişdir. Cinayət işi materiallarından və psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs Gülmməmməd oğlu ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə belə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs intellektual-mnestik imkanları normaya uyğundur. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında həssaslıq, emosional reaksiyalara meyllilik aşkar edilmişdir. Çılğınlıq, hövsələsizlik, özünə qarşı hörmət tələb etmək kimi xarakterik xüsusiyyətlərə malikdir. Hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar edilməmişdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslik, qəzəblilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (cild 01, iş vər. 244-247) Məhkəmə-bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 886/2019-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu – “A/İİ/”, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu “O/İ/”-dur. Ekspertizaya təqdim edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus xüsusi tibbi geyim forması olan köynək və şalvar, mayka, Təqsirləndirilən şəxs götürülmüş qatlanan cib bıçağı üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A, H antigenləri və həmçinin əksər ləkələrdə beta aqqlyutinini də alınmışdır. Beləliklə, bu qan ləkələri A-beta/H//İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs onun qanında müşayiətçi H antigeni olduğu təqdirdə məxsusdur. Ləkələrdə Təqsirləndirilən şəxs qanının olması yalnız həmin ləkələrdə qanın qarışıq olduğu halında mümkündür. Elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan dəqiq tədqiqat metodları olmadığı üçün təqdim edilən maddi sübutlar üzərindəki qan ləkələrinin əmələ gəlmə müddəti barədə fikir söyləmək mümkün olmamışdır. (cild 01, iş vər. 249-253) Sumqayıt şəhər X19 1 saylı Məhəllə Komitəsinin sədri tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Qurd dərəsi bağlar massivində yaşamaqla, daima çalışmışdır ki, yoldaşları arasında hörmət qazansın və buna da nail olmuşdur. O, gözəl övlad və ailə başçısıdır. Barəsində həmin vaxtadək istər ərazi nümayəndəliyinə və istərsə də, başqa təşkilatlara heç bir şikayət xarakterli məlumat daxil olmamışdır. Yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (cild 02, iş vər. 05) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vər. iş vər. 9-10). “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nın 29, 120.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nın 120.2.1, 120.2.3, 120.2.4, 221.1, 221.3. və 228.4-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi, Şahid7 əməllərində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının CM-nın 120.2.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilməsi, istintaq zamanı Zərərçəkmiş şəxs götürülmüş 3 (üç) ədəd disk, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş “01 (bir) ədəd mayka, 01 (bir) ədəd yaşıl rəngli üst geyimi, 01 (bir) yaşıl rəngli şalvar” və Təqsirləndirilən şəxs məxsus “01 (bir) ədəd qara rəngli dəstəyi və tiyəsi olan bıçaq” xüsusiyyətlərinə və əlamətlərinə, eləcə də aşkar olunduğu yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması qərara alınmışdır. (cild 02, iş vər. 46- 64) İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyiŞ notarial qaydada təsdiq olunmuş xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında kompyuter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş, və baxış zamanı həmin videogörüntülərdə “Texniki vasitələrə baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokolda qeyd olunan halların əyani olaraq öz əksini tapması, yənixx xxxxxx 2019-cu il tarixdə, saat 17:34:55-də Pərviz və tanışı Elnur avtomobildən enib saat 17:35:12-də klinikanın giriş qapısından içəri daxil olduqları, saat 17:38:12-də Pərvizin özünə məxsus Kia markalı avtomobilə əyləşərək Elnur adlı tanışı ilə birlikdə klinikadan kənarlaşdıqları, saat 17:41:42-də klinikanın içindən bir neçə nəfər şəxsin Zərərçəkmiş şəxs kömək edərək onu klinikanın həyətinə çıxardıqları, daha sonra onu avtomobilə əyləşdirərək klinikanın həyətindən apardıqları, saat 17:35 radələrində klinikanın dəhlizində olan şəxslərin qaçaraq baş həkimin otağına doğru getdikləri, açıq göy və ağ rənglərin qarışığından ibarət qısaqol köynəkli, qara şalvarlı Təqsirləndirilən şəxs klinikanın dəhlizi boyunca tək gəlib saat 17:35:30-da baş həkimin otağına daxil olduğu, saat 17:36:07-də Pərvizlə birlikdə klinikaya daxil olan Elnurun klinikanın dəhlizində gəzərək baş həkimin otağına doğru gəldiyi, saat 17:36:10-da Pərvizlə Şahinin tutaşaraq klinikanın dəhlizinə çıxdıqları, bu zaman Elnurun onların dalaşdıqlarını görüb tez qaçaraq onlara yaxınlaşdığı və onları ayırmağa cəhd etdiyi, bir neçə saniyə sonra saat 17:36:20-də klinikanın iş otaqlarında olan şəxslərin dəhlizə çıxdıqları, saat 17:36:46-da Pərvizin Tural adlı iş yoldaşının onu tutaraq klinikanın dəhlizi boyunca apardığı, Elnurun da onların dalınca getdiyi, dəhlizdə olan şəxslərdən bəzilərinin Zərərçəkmiş şəxs otağına, bəzilərinin isə öz otaqlarına getdiyi, saat 17:41:35-də Zərərçəkmiş şəxs iş otağından çıxarılaraq aparıldığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutları müqayisəli qaydada tədqiq edərək, sübutlara hərtərəfli və obyektiv qiymət verməklə belə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən şəraitdə aralarında yaranmış mübahisə zəminində üzərində gəzdirdiyi bıçaqla qəsdən Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etməkdə təqsirli olması özünün qismən etirafedici ifadələri, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Bununla yanaşı, ibtidai istintaq orqanı tərəfindən baş vermiş həmin hadisə ilə bağlı Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülmüşdür ki, o, xuliqanlıq niyyəti ilə başqa şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, verilmiş ittihama görə o, xx xxxxxx 2019-cu il tarixdə həkim-stomatoloq kimi işlədiyi Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 163 A ünvanda yerləşən “xxxxxxxxxxxxxxxx” adlı diş klinikasında həmin klinikanın tibb qeydiyyatçısı vəzifəsində işləyən Şahid12 aralarında yaranmış mübahisə zəminində nalayiq ifadələrlə təhqir etdiyinə görə sonuncu həmin klinikanın baş həkimi vəzifəsində işləyən Zərərçəkmiş şəxs bu barədə bildirib, habelə onun Zərərçəkmiş şəxs ünvanına da nalayiq ifadələr söylədiyini dediyindən sonuncunun bu məsələyə aydınlıq gətirmək üçün xx xxxxxx 2019-cu il tarixdə, saat 15 radələrində onu xidməti otağına dəvət edərək iradını bildirməsini öz şəxsiyyətinə qarşı təhqir kimi qəbul edib bunu bəhanə edərək, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş və cinayətkar niyyətini həyata keçirmək üçün özünə məxsus “Kia markalı”, **-LP- *** dövlət qeydiyyat nişanlı avtomobildə saxladığı məişət təyinatlı və soyuq silah hesab edilməyən qatlanan tipli cib bıçağını özü ilə götürüb həmin gün saat 18 radələrində klinikaya qayıdaraq Zərərçəkmiş şəxs xidməti otağına daxil olub sonuncunun üzərinə hücum edib əlində olan bıçaqla həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyələrinə qəsdən 9 zərbə vurub sonuncuya qarının ön divarının daxilə keçərək mədəni, mədəaltı vəzi, böyük piyliyi, diafraqmanı və sol ağ ciyəri zədələyən, epigastral nahiyəni daxilə keçərək böyük piyliyi və mədəni zədələyib böyük piyliyin çıxarılması ilə nəticələnən, sol bel nahiyəsinin daxilə nüfuz edib böyrəyi zədələyən və böyrəyin çıxarılması ilə nəticələnən, enən çənbər bağırsağı zədələyən, sol kürəkaltı nahiyənin döş boşluğuna keçərək sol ağ ciyəri zədələyən deşilmiş-kəsilmiş yaraları kimi yetirilən anda həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid olan və qarnın ön səthinin qarın boşluğuna keçməyən, sol budun və sağ budun, sol kürəkaltı nahiyənin döş boşluğuna keçməyən, sol əlin İ barmağının kəsilmiş-deşilmiş yaraları kimi canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan, cəmi 9 ədəd xəsarət yetirmiş, lakin sonuncunun müqavimət göstərməsi və ətrafdakı şəxslərin Şahin Baxşəliyevi tibb müəssisəsinə çatdırıb vaxtında müalicə tədbirləri görüldüyünə görə həyatı xilas olduğundan öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini başa çatdıra bilməyərək xuliqanlıq niyyəti ilə qəsdən Şahin Baxşəliyevi öldürməyə cəhd göstərmişdir. Məhkəmə cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmək üçün xx xxxxxx 2019-cu il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla, işin həqiqi hallarına hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbi, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə gəldiyi bu nəticə ilə bağlı əsaslandırma və təhlil aparılmamışdan əvvəl qeyd edir ki, hazırkı məhkəmə baxışının predmeti olan cinayət hadisəsinin iştirakçıları olmaqla, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin əksəriyyəti “xxxxxxxxxxxxxxxx” klinikasının işçi heyəti olmaqla, Zərərçəkmiş şəxs həmin klinikanın direktoru olmuş və təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında 10 ildən də çox müddəti əhatə edən işgüzar münasibətlər, eləcə də digər şahidlərlə zərərçəkmiş şəxs arasında tabeçilik münasibətləri mövcud olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iş üzrə şahidlərin verdiyi ifadələrin həqiqiliyi həm qarşılıqlı şəkildə, həm də cinayət işi üzrə digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının 6-cı bəndinin 3-cü abzasına əsasən Hökmün təsviri hissəsində həmçinin müttəhimin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Müttəhim tədqiqat və ya ibtidai istintaq dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Ümumiyyətlə qeyd olunmalıdır ki, məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün cinayət prosesi iştirakçılarından hər birinin həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, yalnız ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından müqayisəli şəkildə qiymət verildiyi təqdirdə obyektiv həqiqətin müəyyən edilə biləcəyi qənaətinə gəlir. Məhkəmə kollegiyası ilk növbədə xx xxxxxx 2019-cu il tarixdə baş vermiş hadisə ilə bağlı qeyd edir ki, ibtidai araşdırma materialları və məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrinin) müqayisəli tədqiqi nəticəsində müəyyən olunur ki, xx xxxxxx 2019-cu il tarixdə “xxxxxxxxxxxxxxxx” diş klinikasında Şahid12 ilə Təqsirləndirilən şəxs arasında mübahisə baş vermiş, bu barədə Şahid12 Zərərçəkmiş şəxs bildirməklə yanaşı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs də ünvanına nalayiq ifadələr işlətdiyini bildirməsindən sonra, Zərərçəkmiş şəxs Pərbiz İbrahimovu xidməti otağına çağırtdırmış, sonuncu oraya getdikdən sonra Şahid10 və Şahid4 iştirakı ilə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nalayiq ifadələrlə təhqir edib, mübahisə edərək, otaqdan qovmuş və bundan bir müddət sonra geri qayıdan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yuxarıda qeyd olunan xəsarətləri yetirmiş, bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs müqavimət göstərmiş, ikisi birlikdə dəhlizə çıxdıqdan sonra da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməyə, öz növbəsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs müqavimət göstərməyə davam etmiş, kənar şəxslərin onları aralamasından sonra, Təqsirləndirilən şəxs oradan çıxıb getmiş, Zərərçəkmiş şəxs isə orada olan şəxslərin köməkliyi ilə xəstəxanaya aparılmaqla, sonuncuya tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə yuxarıda qeyd olunan xəsarətləri yetirməsi həm Təqsirləndirilən şəxs qismən etirafedici, həm Zərərçəkmiş şəxs məhkəmə istintaqında vermiş olduğu ifadələri ilə yanaşı işdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 1496 saylı rəyi və məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2019-cu il tarixli, 592/2019 MTKŞ saylı rəyləri ilə təsdiq olunur. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli 3 №-li qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Göstərilənləri nəzərə alaraq məhkəmə xx xxxxxx 2019-cu il tarixdə baş vermiş hadisənin qəsdən adam öldürməyə cəhd kimi kimi qiymətləndirilməli olması ilə bağlı ibtidai istintaq orqanının qənaəti ilə razılaşmaqla yanaşı təqsirləndirilən şəxsin ifadəsində Zərərçəkmiş şəxs qəsdən öldürmək istəmədiyi barədəki hissədə ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs bu kimi ifadələri öz məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır və onun yuxarıda qeyd edildiyi kimi Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etməsi özünün ibtidai istintaq və məhkəmə iclasında verdiyi qismən etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, hadisənin baş verməsinin bir hissəsini özündə əks etdirən videogörüntülərlə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin bu cinayəti xuliqanlıq niyyəti ilə törətməsinə dair ibtidai istintaq orqanının gəldiyi nəticəni əsassız hesab edir və qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin cinayət-hüquq normasının (CM 120.2.2) dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri ilə uzlaşmadığını qeyd edir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə törətmiş olduğu ictimai təhlükəli əmələ hüquqi qiymət verilməsi ilə bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli 3 №-li qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə qeyd edir ki, xuliqanlıq niyyətinin mahiyyəti belə motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsindən, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər etməsidir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Məhkəmə göstərilən hallarla bağlı ilk növbədə iş materialları ilə Təqsirləndirilən şəxs sosial portretini, şəxsiyyətini, işlədiyi və hadisənin baş verdiyi “Summmodern dental” klinikasında işçi olaraq portretinin müəyyən edilməsini, zərərçəkmiş şəxslə daha əvvəl aralarında mübahisələrin olub-olmamasını, bununla da sonuncunun xuliqanlıq niyyəti ilə hər hansı bir ictimai təhlükəli əməli törətməyə meyilli şəxs olub-olmamasının müəyyən edilməsinin iş üzrə mühüm zərurət kəsb etdiyini qeyd edir. İş materiallarından müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs ali təhsilli mütəxəssis olmaqla, 10 ildən artıq müddətdə Stomatoloq kimi çalışmış, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş, kollektiv arasında işçilərlə normal münasibətdə olmuş, Zərərçəkmiş şəxs daha əvvəl bir neçə dəfə klinika daxilində yol verdiyi səhvlərlə əlaqədar iradını bildirdikdə, sonuncu həmin iradları adekvat qəbul edib, Zərərçəkmiş şəxs hər hansı bir cavab verməmiş, həmçinin hadisənin baş verməsindən sonra da hüquq-mühafizə orqanlarına könüllü olaraq getmişdir ki, göstərilən hallar Təqsirləndirilən şəxs şəxsiyyət olaraq xuliqanlıq və bu motivlə cinayət törətməyə, ətrafdakılara hörmətsizlik göstərməyə, ictimai və işgüzar qaydalara qarşı gedən eqoist biri olmadığına dəlalət edir. Bu hal nəzərə alındıqda məhkəmə hesab edir ki, baş vermiş hadisənin obyektiv tərəfləri ilə yanaşı, yaşananların Təqsirləndirilən şəxs mənəvi dəyərlərinə də təsir etmə dərəcəsi xüsusilə nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət hadisəsi törədilməmişdən iki gün qabaq Şahid12 ilə Təqsirləndirilən şəxs arasında mübahisə baş vermiş, həmin mübahisə ilə bağlı Zərərçəkmiş şəxs şəxsən özü Təqsirləndirilən şəxs hadisədən iki gün sonra otağına çağıraraq mübahisə etmiş, bu vaxt Təqsirləndirilən şəxs yumşaq cavablar verərək mübahisə yaranmasının qarşısını almaq cəhdlərinə məhəl qoymadan, Təqsirləndirilən şəxs orada olan digər şəxslər Şahid10 və Şahid4 yanında nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranmış və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs otağından qovaraq, işdən çıxardığını bildirmişdir. Yalnız bu hadisələrin baş verməsindən sonra həmin gün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs otağına qayıdaraq, sonuncudan həmin gün onu digər işçilərin yanında söyüb biabır etməsinin səbəbini soruşarkən, Zərərçəkmiş şəxs ona cavabı ilə yaranmış təkrar mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurub öldürməyə cəhd etməklə ittihamda qeyd olunan xəsarətləri yetirmişdir. Həmçinin qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs özü də məhkəmə istintaqının gedişatında vermiş olduğu ifadəsində, həqiqətən də Şahid12 ilə Pərviz arasında baş vermiş mübahisədən yalnız İranənin ona bildirməsi əsasında məlumatlı olduğunu, sonuncunun bildirməsindən Pərvizin onun ünvanına nalayiq ifadələr işlətdiyini düşündüyünü, bu məsələ ilə bağlı İranə ona bildirdikdən sonra onun özünün işçilərə Pərviz klinikaya gəldikdə onun yanına göndərmələrini tapşırdığını, xx xxxxxx 2019-cu il tarixdə xidməti otağında olarkən Pərvizin dediyi sözlərə görə digər iki nəfərin yanında sonuncuya qarşı söyüşlə cavab verib, daha birlikdə işləməyəcəklərini deyib otaqdan qovduğunu, sonradan Pərviz onun yanına təkrar olaraq gəldikdə isə acıqlı şəkildə çıxıb getməsini bildirdiyini göstərmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli üzləşdirmə protokollarının məzmunundan da görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə, Şahid10 və Şahid4lə eyni tarixdə üzləşərkən Zərərçəkmiş şəxs xidməti otağında olarkən, onun söhbətə son qoymasını xahiş etdiyini, buna baxmayaraq Zərərçəkmiş şəxs onun özünün, arvadının və ailəsinin ünvanına nalayiq ifadələr işlətdiyini sonuncuların üzünə qarşı söyləmişdir. Bundan başqa, məhkəmə istintaqının gedişatında Şahid10 və Şahid4 də ifadələrində xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs xidməti otağında olarkən sonuncunun Pərvizin mübahisəni yumşaltmağa çalışma cəhdlərinə fikir vermədiyini, Pərvizi nalayiq ifadələrlə təhqir edərək, daha birlikdə işləməyəcəklərini bildirərərk otaqdan qovduğunu təsdiq etmişlər. İbtidai istintaq zamanı verdikləri ifadələrində göstərilən xüsusatı bildirməmələri ilə bağlı isə mübahisənin Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında həll olunacağını düşündüklərini və eyni zamanda Zərərçəkmiş şəxs o zaman hələ də Təqsirləndirilən şəxs etdiyi hərəkətlərə görə sərt münasibətini klinikada da hiss etdirdiyini və bu səbəbdən məsələyə qarışmaq istəmədikləri ilə izah etmişlər. Məhkəmə hesab edir ki, şahidlər Şahid10 və Şahid4 məhkəmə iclasında verdikləri ifadələri təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələrlə uzlaşdığından, eyni zamanda sonuncuların “xxxxxxxxxxxxxxxx” klinikasında işləməklə Zərərçəkmiş şəxslə işgüzar tabeçilik münasibətdə olmaları nəzərə alınmaqla, sonuncuların məhkəmə iclasında verdikləri ifadələrində fərqli xüsusat göstərmələri əsaslı qəbul edilməklə, həiqətə uyğun olan hal kimi qəbul edilməlidir. Bu səbəbdən məhkəmə, zərərçəkmiş şəxsin özünün davranışları ilə təqsirləndirilən şəxslə münaqişəyə səbəb olmasını və həmin münaqişə nəticəsində cinayət hadisəsinin baş verməsinin sübuta yetmiş hesab edir və həmin halın özü özlüyündə Təqsirləndirilən şəxs əməlində xuliqanlıq niyyətinin olmamasına dəlalət etdiyini bildirir. Yəni məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, yəni qəsdən Zərərçəkmiş şəxs öldürməyə cəhd etməsinin məhz xuliqanlıq niyyəti ilə yetirilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticəni əsassız hesab edərək, belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməmiş, əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş, Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibinin mövcudluğu sübuta yetirilməmiş, əksinə belə bir xuliqanlıq niyyətinin istisna olunduğu mövcud sübutların qarşılıqlı tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən qəsdən zərərçəkmiş şəxs Başxaliyev Şahin Məhərrəm oğlunu öldürməyə cəhd etməsi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə iş üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək, hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun Zərərçəkmiş şəxs qarşı törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə tövsif edilsə də, yuxarıda qeyd edildiyi kimi, iş üzrə məhkəmə baxışı zamanı baş vermiş hadisənin onların aralarında məhz Zərərçəkmiş şəxsun təşəbbüsü ilə yaranmış mübahisə zəminində sonuncunun Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətdiyinə görə törədildiyi müəyyən edildiyi, sonuncunun hadisə vaxtı zərərçəkmiş şəxsə məhz qəsdən öldürmək niyyəti ilə xəsarət yetirmiş olduğu və öz iradəsindən asılı olmayan səbəblərə görə bu istəyini başa çatdıra bilməməsinin məhkəmə istintaqı zamanı öz təsdiqini tapdığı nəzərə alınaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək CM-in 29,120.1-ci maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsi, 127-ci maddəsinin 2-ci hissəsi və 129-cu maddəsinin 3-cü hissəsinin müddəalarına əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxmalı və məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin müddəalarına əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddələrində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Təqsirləndirilən şəxs qəsdən xüsusilə ağır cinayət törətməyə cəhd etməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən eyni zamanda başa çatmayan cinayətə görə cəza təyin edilməsini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələbini də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü madəsinə görə, cinayətə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini əsas etibarı ilə qismən etiraf edib peşman olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmadığı, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını himayəsində iki azyaşlı uşağının olmasını, CM-nin 59.1.10-cu maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs könüllü olaraq gəlməklə təqsirini boynuna almasını, həmçinin Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə müvafiq olaraq zərərçəkmiş şəxslə barışıq əldə edərək zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Belə olan halda məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs könüllü olaraq gəlməklə təqsirini boynuna aldığından və zərərçəkmiş şəxslə barışıq əldə etdiyindən, ona cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı qərarının 9-cubəndində qeyd edilir ki, başa çatmamış cinayətə görə CM-in 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən, nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının cəzaçəkmə müddətinin başlanğıcının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə, saat 22.30-da könüllü olaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gələrək xx.xx.2019-cu il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri, xxxxxxxxxxxxxxxx adlı diş klinikasında aralarında yaranmış şəxsi münaqişə zəminində klinikanın baş həkimi – Zərərçəkmiş şəxs bir neçə bıçaq zərbəsi endirib ona ağır xəsarətlər yetirməsi barədə məlumat vermiş, sonuncu barəsində “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2019-cu il tarixli protokol tərtib olunmaqla, xx.xx.2019-cu il tarixdə saat 11.30-da Sumqayıt ŞPİ-nin İş-nin müstəntiqi tərəfindən şübhəli şəxs qismində tutulmuş və Sumqayıt şəhər Məhkəməsinin 4(060)-186/2019 saylı, xx.xx.2019-cu il tarixli “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında” qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən, həbsetmə müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Məhkəmə göstərilən halları nəzərə alaraq belə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il tarixdə, saat 22.30-da könüllü olaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gələrək azadlığı faktiki olaraq həmin tarixdən məhdudlaşdırıldığından sonuncunun cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar: Sumqayıt şəhər prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılmaqla Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 (bir) ədəd mayka, 01 (bir) ədəd yaşıl rəngli üst geyimi, 01 (bir) yaşıl rəngli şalvar dəyərini itirdiyindən və Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd qara rəngli dəstəyi və tiyəsi olan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs götürülmüş 3 (üç) ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri, üzərinə həbs qoyulmuş əmlak və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: Sumqayıt şəhər prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılmaqla Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 (bir) ədəd mayka, 01 (bir) ədəd yaşıl rəngli üst geyimi, 01 (bir) yaşıl rəngli şalvar dəyərini itirdiyindən və Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd qara rəngli dəstəyi və tiyəsi olan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs götürülmüş 3 (üç) ədəd DVD disk cinayət işi materiallarında saxlansın. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkumlara isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar