Məhkəmə qərarları › İş №1(101)-305/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-305/2021

05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-305/2021 05.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxx 1991-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 2016-cı il təvəllüdlü azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan rayonu Seyidsadıqlı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128, 127.2.1, 127.2.2, 126.2.2 və 126.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla, zərər çəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun barəsində törədilməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş, xüsusi amansızlıqla, zərər çəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun barəsində törədilməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Bəxtiyar oğlunun qeyri-rəsmi nikahda yaşadığı Zərərçəkmiş şəxs2 ilə aralarında yaranmış soyuq münasibətlər səbəbindən sonuncu həmin nikahdan olan 4 yaşlı qızı Zəhranı da götürərək ailə üzvlərinin kirayədə qaldığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 7 ünvanına gedərək bir müddət orada yaşamış, Təqsirləndirilən şəxs dəfələrlə Zərərçəkmiş şəxs2 və ailə üzvlərinə ünvanladığı barışıq istəyi rədd olunaraq bu təkliflə həmin ünvana gəlməməsi Təqsirləndirilən şəxs bildirilmiş, bu səbəbdən də Təqsirləndirilən şəxs onlardan qisas almaq məqsədilə, istintaqa məlum olmayan bıçağı özü ilə götürərək 13 may 2020-ci il tarixdə, saat 21 radələrində həmin ünvana gedərək qonşu kimi özünü təqdim etdikdən sonra evə girməyə nail olmuş, bıçağı çıxarıb ilk olaraq Zərərçəkmiş şəxs2 İlqar qızının üstünə cummaqla sonuncunun ondan evi tərk etməsi barədə xahişinə məhəl qoymadan həmin bıçaqla Zərərçəkmiş şəxs2 vuraraq ona döş qəfəsinin ön səthindəki, sağ saidin və mil-bilək oynağı nahiyələrindəki kəsilmiş yaralarla müşayiət olunan xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuş, həmin vaxt Zərərçəkmiş şəxs2 atası Zərərçəkmiş şəxs3 ictimai borcunu yerinə yetirərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin qarşısını almaq istəyərkən sonuncu 4 yaşlı Zəhranın gözü qarşısında xüsusi amansızlıqla həmin bıçaqla Zərərçəkmiş şəxs3 iki dəfə vuraraq ona döş qəfəsinin sol yarısının arxa səthinin plevra boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payının zədələnməsi və döş qəfəsinin sol yarısının arxa səthinin qarın boşluğuna nüfuz edərək sol diafraqmanının künbəzinin və dalağın zədələnməsi ilə müşaiyət olunan deşilmiş-kəsilmiş xəsarətlər yetirərək insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş, həmin vaxt atasının Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanmasını görən Zərərçəkmiş şəxs1 İlqar qızı ictimai borcunu yerinə yetirərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin qarşısını almaq məqsədilə bıçağı ondan götürmək istəyərkən sonuncu 4 yaşlı Zəhranın gözü qarşısında xüsusi amansızlıqla həmin bıçaqla Zərərçəkmiş şəxs1 vuraraq ona sağ əlin bükücü vətərlərinin zədələnməsi ilə müşaiyət olunan sağ əlin İİ-İİİ barmağının kəsilmiş yarası, sağ əlin ovuc səthinin və sağ milbilək oynağı nahiyəsinin arxa səthinin, sağ bazu nahiyəsinin ön səthinin kəsilmiş yaraları ilə müşayiət olunan xəsarətlər yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun arvadı, Zərərçəkmiş şəxs3 qaynatası, Zərərçəkmiş şəxs1 isə baldızıdır. Zərərçəkmiş şəxs2 ilə rəsmi nikahları yoxdur, qeyri-rəsmi yaşamış, toydan sonra Zərərçəkmiş şəxs2 ilə Salyan rayonu Seyidsadıqlı kəndində ata evində yaşamışlar. Birgə nigahdan qızı olmuş, qızının hal-hazırda 4 yaşı vardır. Əntiqə ilə ata evində 3 ilə yaxın yaşamış, 2016-cı il tarixdə Əntiqə hamilə olarkən Binəqədi rayonu, Biləcəri qəsəbəsində Əntiqənin valideynlərinin kirayədə qaldığı evdə yaşamış, qızı Zəhra dünyaya gəldikdən 40 gün sonra yenidən Salyan rayonuna qayıtmışlar. Qayınanası da Salyan rayonuna gəlib getmişdir. Növbəti gəlişlərinin birində qayınanası ona demişdir ki, uşağı götürüb Bakıya aparacaq. Lakin o, razı olmamış və bildirmişdir ki, uşağın atası odur. Buna baxmayaraq qaynanası Safra polis vasitəsi ilə qızını və nəvəsini Bakıya aparmışdır. Bundan sonra məcbur qalıb o da Bakıya getmiş, kirayə ev tutaraq yaşamış və tikintidə fəhlə işləmişdir. Arvadı Əntiqə uşaqla birlikdə anasının kirayədə qaldığı Biləcəri qəsəbəsindəki evində yaşamışdır. O da ara bir onların yaşadığı evə getmiş və uşağa baş çəkmişdir. Onların ailə həyatına qaynanası Şahid1 kəskin şəkildə qarışmış, boşanmaqlarını istəmiş, məhkəmə yolu ilə qızına verdiyi cehizin dəyərini geri istəmişdir. Bundan savayı qaynatasının Toğrul adında qaynı oğlu Əntiqənin ünvanına nalayiq sözlər işlətmiş, belə arvadı saxlamağın mümkün olmadığını bildirdiyi üçün bu məsələni araşdırmaq məqsədilə xx xxx 2020-ci il tarixdə təxminən saat 12 radələrində o, qayınanası Safraya zəng edib ailəsini aparacağını deyərək Xırdalan şəhərinə onun yaşadığı evə getmişdir. Toğruldan ehtiyatlanaraq özü ilə mətbəxdən bir ədəd çörək bıçağı götürüb əynindəki gödəkcəsinin iç cibinə qoymuşdur. Saat 21 radələrində o, qayınanasının kirayə yaşadığı Biləcəri qəsəbəsi, Binəqədi şosessi, döngə 7 ünvanındakı evinə çataraq qapını döymüş, qapını qaynanası Safra açıb onu gördükdə qapını bağlamaq istəmiş, lakin o, buna imkan verməyərək evin dəhlizinə daxil olmuşdur. Bu zaman qayınatası İlqar əlində bıçaq qəflətən onun üstünə gəlib söyüş söyüb onu təhqir etməyə başlamış və onunla tutaşmışdır. O, İlqarın başını sol əli ilə özünə sıxdığı zaman İlqarın onun kürəyindən xəsarət yetirməsini hiss etmiş, azad olan digər əli ilə əynindəki gödəkcəsinin iç cibindən bıçağı çıxarıb bir dəfə İlqarın qarın nahiyyəsindən vurmuşdur. Həmin vaxt onun üzərinə qayınanası Şahid1, arvadı Əntiqə və onun bacıları Günellə Könül hücum çəkərək əllərindəki əşyalarla onu vuraraq xəsarətlər yetirmişlər. Bu vaxt bayırdan qapının döyülməsini və qonşuların qışqırıq səslərini eşitdiyi üçün çöl qapısını açıb oradan uzaqlaşmış, uzaqlaşdığı zaman mətbəx bıçağını kənara atmışdır. Yaşadığı evə gəldikdə özünü səliqəsəhmana salaraq gedib polisə təslim olmuşdur. Etdiyi əməldən peşmandır. Qaynatası İlqardan savayı heç kəsə xəsarət yetirməmişdir, əksinə bütün zərərçəkmiş şəxslər ona xəsarətlər yetirmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun əridir. Onunla 2015-ci ildə ailə quraraq ərinin yaşadığı Salyan rayonu Seydsadıqlı kəndində yaşamışlar. Birgə nigahdan Zəhra adlı qızları olmuşdur. İlk vaxtlar yaxşı yaşamışlar, lakin Təbriz işləmədiyi və daima sərxoşluq edib onu döydüyü üçün münasibətləri pozulmuşdur. Təbriz işləyib pul qazanmadığı üçün sarılıq xəstəliyinə tutulmuş qızını da müalicə etdirə bilmirdi. Bu səbəbdən olan vəziyyəti anasına bildirmiş, anası Salyan rayonu Seydsadıqlı kəndinə gələrək onu və Zəhranı Bakı şəhərinə aparmasını, Zəhranı orada müalicə etdirəcəyini bildirmişdir. Təbriz buna razı olmadığı üçün anası polisə müraciət edərək onu və Zəhranı Bakı şəhərinə öz yaşadığı evə aparmışdır. Bir müddətdən sonra Təbriz də Bakıya gələrək kirayə ev tutub yaşamağa başlamış, arabir gəlib Zəhraya baş çəkir, evdə oturub onunla çörək yeyir, qızı ilə oynayırdı. Bəzən isə Təbriz elə anasıgilin yaşadığı evdə mübahisə salır, ona əl qaldırır, ailə üzvlərini təhqir edirdi. 2018-ci ildə Təbriz onların kirayədə qaldığı evə gəlib uşağını görmək istədiyini kobud şəkildə tələb etmiş, onunla və anası Safra ilə mübahisə edərək onları döymüşdür. Bu səbəbdən 2018-ci ildə avqust ayında o, anası Safra ilə 6-cı PB-nə şikayət etmiş, polis bölməsində bununla bağlı araşdırılma aparılmışdır.Bundan sonra o, cehiz əşyalarını geri almaq məqsədi ilə 2019-cu ildə Salyan rayon məhkəməsinə ərizə ilə müraciət etmiş və məhkəmə onun iddiasını təmin etmişdir. Bundan sonra Təbriz cehiz əşyalarının bir qismini qaytarsa da, qalan qismini satdığına görə 1864 manat və bir ədəd üzüyünün ona qaytarılması ilə bağlı məhkəmə qərar qəbul etmişdir. Lakin Təbriz ödəniş etmədiyinə görə iki dəfə inzibati qaydada həbs edilmişdir. xx xxx 2020-ci il tarixdə günorta saatlarında Təbriz onun telefonuna zəng edib evə gələrək onu aparmaq istədiyini bildirmişdir. O, buna etiraz edərək Təbrizə gəlməməsini demişdir. Həmin gün saat 21 radələrində o, atası İlqar, anası Safra ,bacıları Könül, Günel və qızı Zəhra evdə olmaqla Ramazan ayı olduğu üçün onlar oruc süfrəsinə yığışmışlar ki, iftarı açsınlar. Bu zaman evin dəmir qapısı döyülmüş və anası Safra qapını açmağa getmişdir. Bu zaman o, bayırdan səs-küy eşitmiş və bayıra çıxanda görmüşdür ki, gələn Təbrizdir. Təbriz gödəkcəsinin altından bir ədəd mətbəx bıçağı çıxarıb hamıya hədə-qorxu gəlirdi. O, Təbrizi sakitləşdirmək məqsədilə qarşısına keçmiş və Təbrizi dilə-tutmağa başlamışdır ki, sözü varsa ona desin. Bu sözü deyib qurtarmışdır ki, Təbriz onun üstünə gəlmiş, əli ilə onun boğazından tutmuş və bıçaqla onun qolu və sinəsindən xəsarətlər yetirmişdir. Səs-küyə atası İlqar onlara yaxınlaşmış və Təbriz əlindəki bıçaqla qəfildən atası İlqarın sol böyrək nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra Təbriz ikinci zərbəni bıçaqla onun atası İlqarın qabırğa nahiyəsindən vurmaq istədikdə bacısı Günel Təbrizin qarşısına keçib atasını tutmaq istədikdə Təbriz əlindəki bıçaqla Günelin sinəsindən vurmaq istəmiş, lakin Günel əli ilə bıçağı tutduqda bıçaq Günelin əlini kəsmişdir. Həmin vaxt onun atası İlqar müvazinətini itirib yerə yıxılmış və anası Təbrizin qarşısına keçmiş, Təbriz əlindəki bıçaqla onun anasının sifətindən, başından vurmuşdur. Anası Safura əli ilə Təbrizin əlindəki bıçağı tutmaq istəyəndə Təbriz bıçaqla anasının sağ əlinə xəsarət yetirmişdir. Bu zaman onun bacısı Könül Təbrizin arxasına keçmiş və yumruqla Təbrizin kürəyindən vurmuşdur. Həmin vaxt onlar çığır-bağır salmışlar, qızı Zəhra da Təbrizin vəhşi hərəkətlərini görüb ağlamışdır. Bu vaxt qonşular qapını döyüb qışqırdıqları üçün Təbriz qonşuların köməyə gələcəyini görüb bıçaq əlində evdən çıxıb küçəyə qaçmışdır. Evə keçən qonşuları Emil vəziyyəti görərək dərhal 102 xidmətinə, təcili yardıma zəng vurub hadisə barədə bildirmişdir. Təqsirləndirilən şəxs barəsində ən ciddi tədbirlər görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, Təbriz onun qızı Əntiqənin əridir. Qızı 2015-ci ildə ərə gedərək ərinin yaşadığı əslən Salyan rayonundan olan Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi olaraq ailə qurmuş və Zəhra da həmin nikahdan olan övladlarıdır. Ailə qurduqdan sonra bir müddət qızı Əntiqə Təqsirləndirilən şəxs ilə birlikdə Salyan rayonu Seydsadıqlı kəndində, Təbrizin ata evində yaşamışlar. Lakin 2016-cı ilin oktyabr ayının 2-də nəvəsi Zəhra anadan olduqdan sonra Təbrizin onun qızı Əntiqəyə qarşı münasibəti pisləşmişdir. Təbriz qızı Zəhranın xəstə doğulmasında Əntiqəni günahlandırır, anası və özü Əntiqəni incitmişlər. Bu səbəbdən arvadı Safra qızının yanına getmiş, oradan ona zəng edərək Təbrizin onu döyməklə hədələdiyini bildirərək polisə xəbər verməsini istəmişdir. O, 102 xidmətinə zəng edərək kömək istəmiş və Salyan polisi məsələyə qarışdıqdan sonra arvadı Safra, qızı Əntiqə, nəvəsi Zəhranı götürərək Bakıya qayıtmışlar. Əntiqə ilə nəvəsi Bakı şəhəri, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 7 ünvanında kirayədə qaldıqları evdə yaşamağa başlamışlar. Bundan sonra Təbriz də Bakı şəhərinə gələrək bir ev kirayə tutub orada yaşamış, arada bir onlara gələrək qızına baş çəkirdi. Lakin Təbrizin sərxoşluqla məşğul olmasını gördüyü üçün qızı və onlar qızının Təbrizlə barışmasını istəməmişlər. xx xxx 2018-ci ildə axşam ailəsi ilə birlikdə iftar açmağa hazırlaşdığı zaman qapı döyülmüş, arvadı Safra qapını açdıqda Təbrizin gəldiyini görmüşdür. O, bu zaman süfrə arxasında oturmuş, lakin səs-küy eşidib Safragilin yanına getmiş, görmüşdür ki, Təbriz gödəkcəsinin altından bir ədəd mətbəx bıçağını çıxararaq əli ilə Əntiqənin boğazından tutmuş və bıçaqla Əntiqənin sinəsindən vurmuşdur. O, Təbrizin əlindəki bıçağı almağa cəhd etmiş, lakin Təbriz qəflətən onun sol böyrək nahiyəsindən bıçaqla vurmuşdur. Bundan sonra, Təbriz ikinci zərbəni ona vuranda qızı Günel Təbrizin qarşısına keçmiş və onu tutmaq istəyəndə, Təbriz əlindəki bıçaqla Günelin sinəsindən vurmaq istəmişdir. Həmin vaxt Təbriz ona daha bir zərbə bıçaqla yetirmiş və o, ikinci zərbədən müvazinətini itirib yerə yıxılmış və huşunu itirmiş, xəstəxanada ayılmışdır. Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 İlqar qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, bacısı Əntiqənin həyat yoldaşıdır. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 atası, Zərərçəkmiş şəxs2 isə bacısıdır. O, ataanası, bacıları Könül, Əntiqə və sonuncunun azyaşlı qızı Zəhra ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 7 ünvanında 2020-ci ilin may ayının sonlarınadək kirayədə yaşamışdır. Bacısı Əntiqə 2015-ci ildə Salyan rayon sakini olan Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi olaraq ailə qurmuş, onların Zəhra adlı qızı olmuşdur. Lakin Əntiqənin ailə həyatı Təbrizin işləmədiyi, ailəni dolandırmadığı, xəstə uşaqlarını müalicə etdirmədiyi üçün dağılmış, bu səbəbdən Əntiqə uşağı ilə onlarla birlikdə yaşamışdır. Buna baxmayaraq Təbriz Əntiqəni rahat buraxmamış, evlərinə gələrək mübahisələr yaratmış, Əntiqəyə fiziki zor tətbiq etmişdir. Hətta məsələ polisə qədər gedib çıxmışdır. Bundan sonra Əntiqə cehiz əşyalarını geri almaq məqsədi ilə 2019-cu ildə Salyan rayon məhkəməsinə ərizə ilə müraciət etmiş və məhkəmə Əntiqənin iddiasını təmin etmişdir. Təbriz Əntiqənin cehiz əşyalarının bir qismini qaytarsa da, qalan qismini satdığına görə 1864 manat və bir ədəd üzüyün qaytarılması ilə bağlı məhkəmə tərəfindən qərar qəbul olunmuşdur. Hətta Təbriz məhkəmənin qərarını icra etməkdən boyun qaçırdığına görə iki dəfə inzibati qaydada həbs edilmişdir. xx xxx 2020-ci il tarixdə saat 21 radələrində o, anası Safra, atası İlqar, bacıları Könül, Əntiqə və sonuncunun qızı Zəhra evdə olmaqla iftar yeməyinə hazırlıq görmüşlər. Bu zaman evin dəmir qapısı döyülmüş və anası qapını açmağa getmişdir. Qapı tərəfdən anasının qışqırıq səslərini eşitdiyi üçün təcili qapıya tərəf getdikdə görmüşdür ki, evlərinə soxulmuş Təbriz gödəkcəsinin altından bir ədəd mətbəx bıçağı çıxartmış, onun qarşısına çıxmış və Təbrizi dilə-tuta, sakitləşdirməyə çalışan Əntiqəni əli ilə tutub bıçaqla sinəsindən vurmuşdur. Bunları görən atası İlqar dərhal Təbrizə yaxınlaşaraq Təbrizin əlindəki bıçağı almaq istədikdə sonuncu həmin bıçaqla qəfildən atasının sol böyrək nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra, Təbriz bıçaqla ikinci zərbəni atasının qabırğa nahiyəsindən vuranda o, Təbrizin qarşısına keçmiş və bu zaman Təbriz əlindəki bıçaqla onun sinəsindən vurmaq istəmiş, lakin o, özünü müdafiə etmək məqsədilə əlini qarşıya uzadıb Təbrizin bıçaq olan əlini tutmaq istədikdə Təbriz onun sağ əlinin üstündən vurmuş və ikinci zərbə ilə onu vurmaq istəyəndə o, həmin yaralı əli ilə bıçağın iti yerindən tutmuş və bıçaq onun əlini kəsmişdir. Həmin vaxt atası İlqar müvazinətini itirib yerə yıxılmış və anası Safra Təbrizin qarşısına keçmişdir. Təbriz əlindəki bıçaqla anası Safranın sifətindən, başından vurmuşdur. Anası əli ilə Təbrizin əlindəki bıçağı tutmaq istəyəndə Təbriz bıçaqla anasının da sağ əlinə xəsarət yetirmişdir. Bu zaman Könül Təbrizin arxasına keçmiş və yumruqla Təbrizin kürəyindən vurmuş, onlar isə vəziyyətin bu həddə çatmasını görərək çığır-bağır salaraq qonşuları köməyə çağırmışlar. Zəhra da Təbrizin vəhşi hərəkətlərini görüb qışqırıbağlamışdır. Həmin vaxt Təbriz qonşuların köməyə gələcəyini görüb bıçaq əlində evdən çıxıb qaçmışdır. Toğrul onun dayısı oğludur. Toğrul heç vaxt Əntiqənin ailə işlərinə qarışmamış, onun heç Təbrizlə münasibətləri də olmamışdır. Toğrul heç vaxt Əntiqənin pisinə Təbrizə bir şey deməmiş, bunun üçün heç bir əsas da olmamışdır. Belə ki, Əntiqə onlarla bir evdə qalmaqla xəstə uşağının müalicəsi ilə məşğul olmuş, kənar yerlərə çıxmamış, başqa kişilərlə münasibətdə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçmiş kürəkəni, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 həyat yoldaşı, Əntiqə, Günel və Könül isə qızlarıdır. Ailəsi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 7 ünvanında kirayədə yaşamışdır. Qızı Zərərçəkmiş şəxs2 2015-ci ildə Salyan rayon sakini olan Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi olaraq ailə qurmuş, onların Zəhra adlı qızı olmuşdur. Lakin Əntiqənin ailə həyatı Təbrizin işləmədiyi, ailəni dolandırmadığı, xəstə uşaqlarını müalicə etdirmədiyi üçün dağılmış, bu səbəbdən Əntiqə uşağı ilə onlarla birlikdə yaşamışdır. Buna baxmayaraq Təbriz Əntiqəni rahat buraxmamış, evlərinə gələrək mübahisələr yaratmış, Əntiqəyə fiziki zor tətbiq etmişdir. Hətta məsələ polisə qədər gedib çıxmışdır. Bundan sonra Əntiqə cehiz əşyalarını geri almaq məqsədi ilə 2019-cu ildə Salyan rayon məhkəməsinə ərizə ilə müraciət etmiş və məhkəmə Əntiqənin iddiasını təmin etmişdir. Təbriz Əntiqənin cehiz əşyalarının bir qismini qaytarsa da, qalan qismini satdığına görə 1864 manat və bir ədəd üzüyün qaytarılması ilə bağlı məhkəmə tərəfindən qərar qəbul olunmuşdur. Hətta Təbriz məhkəmənin qərarını icra etməkdən boyun qaçırdığına görə iki dəfə inzibati qaydada həbs edilmişdir. xx xxx 2020-ci il tarixdə günorta saatlarında Təbriz ona zəng edib evinə gəlmək istədiyini və söhbət edib ailəsi ilə barışmaq istədiyini, Əntiqəni və qızını özü ilə aparmaq istədiyini bildirmişdir. O, Təbrizə demişdir ki, Əntiqə daha onu istəmir və barışıq ola bilməz. Həmin gün saat 21 radələrində o, həyat yoldaşı İlqar, qızları Könül, Günel, Əntiqə və nəvəsi Zəhra Ramazan ayı olduğundan oruc süfrəsinə yığışmışlar. Bu zaman evin dəmir qapısı döyülmüş və o, süfrədən durub evin qapısını açmağa getmişdir. Qapını açmazdan əvvəl orada kimin olmasını soruşmuş, qapını döyən şəxs qonşu olduğunu bildirmişdir. O da inananaraq qapını açmış, qapının qarşısında Təbrizi gördükdə qapını örtmək istəmiş, lakin Təbriz güc tətbiq edib qapını açaraq içəri soxulmuşdur. Bundan sonra Təbriz onu əli ilə kənara itələmiş və qapını içəridən kilidləmişdir. O, qorxaraq qışqırmış, səsinə ailə üzvlərinin hamısı qapıya tərəf gəlmişlər. Təbriz isə gödəkcəsinin altından bir ədəd mətbəx bıçağı çıxarıb qarşısına keçən Əntiqənin sinəsindən bıçaqla vurmuşdur. Bu zaman əri İlqar Təbrizin qarşısını almaq istədikdə Təbriz əlindəki bıçaqla qəfildən İlqarın sol böyrək nahiyəsindən bir dəfə vurmuş, Təbriz bıçaqla ikinci zərbəni İlqarın qabırğa nahiyəsindən vuranda qızı Günel Təbrizin qarşısına keçmiş və İlqarı tutmaq istəyəndə, Təbriz əlindəki bıçaqla Günelin sinəsindən vurmaq istəmiş, Günel əlini qarşıya uzadıb özünü Təbrizin zərbəsindən qorumaq istədikdə Təbriz bıçaqla Günelin sağ əlinin üstündən vurmuş, yaralı əli ilə bıçağın iti yerindən tutmuş, bu zaman bıçaq Günelin əlini kəsmişdir. Həmin vaxt əri müvazinətini itirib yerə yıxılmış və o, Təbrizin hərəkətlərini dayandırmaq üçün özü Təbrizin qarşısına keçmiş və bu zaman Təbrizin əlindəki bıçaq onun üzünə toxunmuşdur. Həmin vaxt o, əli ilə Təbrizin əlindəki bıçağı tutmaq istəyəndə Təbriz bıçaqla onun sağ əlinə xəsarət yetirmişdir. Bu zaman onun digər qızı Könül Təbrizin arxasına keçmiş və yumruqla Təbrizin kürəyindən vurmuşdur. Sonra onlar hamısı çığır-bağır salmışlar, nəvəsi Zəhra da Təbrizin bu vəhşi hərəkətlərini görüb qışqırıb ağlamışdır. Təbriz qonşuların köməyə gələcəyini görüb bıçaq əlində evdən çıxıb qaçmışdır. Bundan sonra səs-küyə gələn qonşuların köməyi ilə təcili tibbi yardıma və polisə məlumat vermişlər. Təbrizin bir yalanını açıqlamaq istəyir. Toğrul onun qardaşı oğludur. Toğrul heç bir zaman Əntiqənin ailə işinə qarışmamışdır. Əntiqənin hər hansı pis hərəkəti barədə Təbrizə bir söz deməmişdir. Çünki buna heç bir əsas da olmamışdır. Qızı Əntiqə əxlaqlı və tərbiyəli qadındır. Ailənin içində yaşamaqla uşağının müalicəsi və tərbiyəsi ilə məşğul olurdu. Hansı ki, Təbriz öz qızına və arvadına heç bir yardım göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısı Əntiqənin keçmiş əri olmuşdur. Zərərçəkmiş şəxs3 atası, Əntiqə və Günel isə bacılarıdır. Əntiqə 2015-ci ildə Salyan rayon sakini olan Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi olaraq ailə qurmuş, onların Zəhra adlı qızı olmuşdur. Lakin Əntiqənin ailə həyatı Təbrizin işləmədiyi, ailəni dolandırmadığı, xəstə uşaqlarını müalicə etdirmədiyi üçün dağılmış, bu səbəbdən Əntiqə uşağı ilə onlarla birlikdə yaşamışdır. Buna baxmayaraq Təbriz Əntiqəni rahat buraxmamış, evlərinə gələrək mübahisələr yaratmış, Əntiqəyə fiziki zor tətbiq etmişdir. Hətta məsələ polisə qədər gedib çıxmışdır. Bundan sonra Əntiqə cehiz əşyalarını geri almaq məqsədi ilə 2019-cu ildə Salyan rayon məhkəməsinə ərizə ilə müraciət etmiş və məhkəmə Əntiqənin iddiasını təmin etmişdir. Təbriz Əntiqənin cehiz əşyalarının bir qismini qaytarsa da, qalan qismini satdığına görə 1864 manat və bir ədəd üzüyün qaytarılması ilə bağlı məhkəmə tərəfindən qərar qəbul olunmuşdur. Hətta Təbriz məhkəmənin qərarını icra etməkdən boyun qaçırdığına görə iki dəfə inzibati qaydada həbs edilmişdir. xx xxx 2020-ci il tarixdə saat 21 radələrində o, anası Safra, atası İlqar, bacıları Günel, Əntiqə və sonuncunun qızı Zəhra evdə olmaqla iftar yeməyinə hazırlıq görmüşlər. Bu zaman evin dəmir qapısı döyülmüş və anası qapını açmağa getmişdir. Qapı tərəfdən anasının qışqırıq səslərini eşitdiyi üçün təcili qapıya tərəf getdikdə görmüşdür ki, evlərinə soxulmuş Təbriz gödəkcəsinin altından bir ədəd mətbəx bıçağı çıxartmış, onun qarşısına çıxmış və Təbrizi dilə-tuta, sakitləşdirməyə çalışan Əntiqəni əli ilə tutub bıçaqla sinəsindən vurmuşdur. Bunları görən atası İlqar dərhal Təbrizə yaxınlaşaraq Təbrizin əlindəki bıçağı almaq istədikdə sonuncu həmin bıçaqla qəfildən atasının sol böyrək nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra, Təbriz bıçaqla ikinci zərbəni atasının qabırğa nahiyəsindən vuranda bacısı Günel Təbrizin qarşısına keçmiş və bu zaman Təbriz əlindəki bıçaqla onun sinəsindən vurmaq istəmiş, lakin bacısı özünü müdafiə etmək məqsədilə əlini qarşıya uzadıb Təbrizin bıçaq olan əlini tutmaq istədikdə Təbriz onun sağ əlinin üstündən vurmuş və ikinci zərbə ilə onu vurmaq istəyəndə bacısı Günel həmin yaralı əli ilə bıçağın iti yerindən tutmuş və bıçaq onun əlini kəsmişdir. Həmin vaxt atası İlqar müvazinətini itirib yerə yıxılmış və anası Safra Təbrizin qarşısına keçmişdir. Təbriz əlindəki bıçaqla anası Safranın sifətindən, başından vurmuşdur. Anası əli ilə Təbrizin əlindəki bıçağı tutmaq istəyəndə Təbriz bıçaqla anasının da sağ əlinə xəsarət yetirmişdir. Bu zaman o, Təbrizin arxasına keçmiş və yumruqla Təbrizin kürəyindən vurmuş, bacıları və anası vəziyyətin bu həddə çatmasını görərək çığır-bağır salaraq qonşuları köməyə çağırmışlar. Zəhra da Təbrizin vəhşi hərəkətlərini görüb qışqırıb-ağlamışdır. Həmin vaxt Təbriz qonşuların köməyə gələcəyini görüb bıçaq əlində evdən çıxıb qaçmışdır. Toğrul onun dayısı oğludur. Toğrul heç vaxt Əntiqənin ailə işlərinə qarışmamış, Təbrizə Əntiqənin ziyanına heç bir söz deməmişdir. Bacısı Əntiqə əxlaqlı qadındır. Evdə qalmaqla xəstə qızını müalicə edir, onun tərbiyəsi ilə məşğul olur. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, yaşadığı həyət evin bir hissəsini kirayəyə vermişdir. Belə ki, 2020-ci ilin may ayının sonlarınadək orada Zərərçəkmiş şəxs3 öz ailə üzvləri ilə birlikdə onun evinin bir hissəsində kirayədə yaşamağa başlamışlar. Təxminən üç ilə yaxın onların həmin evdə qaldıqları müddət ərzində o, İlqarın ailəsindən pul almamışdır. Belə ki, onlar yalnız kommunal xərclərini ödəmişlər. Buna səbəb İlqarın ailə üzvlərinin çox olması olmuşdur. İlqar həyat yoldaşı,uşaqları, nəvəsi ilə birlikdə orada yaşamışlar. Onların qaldıqları ev onun həyətinin bir hissəsi olsa da, evin giriş-çıxış qapısı ayrı olmuş və demək olar ki, ayrıca yaşamışlar. xx xxx 2020-ci il tarixdə saat 21 radələrində o, evdə olan zaman həyətdən İlqargil tərəfdən bərk səs küy eşitmişdir. Belə ki, həyətdən qışqırıq və ağlamaq səsləri gəlmiş, uşaq ağlamağı böyük səslərinə qarışmış və buna görə də o, dərhal evdən çıxıb İlqargilin yaşadığı evin həyətinə gəlmişdir. Həyətdə çox acınacaqlı bir vəziyyətin şahidi olmuş, görmüşdür ki, İlqar, həyat yoldaşı Safra, qızları yaralanmış vəziyyətdədirlər, azyaşlı uşaq isə ağlayır. İlqarın vəziyyəti isə lap ağır olmuş, İlqar yerdə olmuş və bıçaqlanmışdır. İlqarın həyat yoldaşı Safra bildirmişdir ki, kürəkəni evə gələrək hamını bıçaqlamış və çıxıb qaçmışdır. Safra sözünə davam edərək bildirmişdir ki, kürəkəni Təbriz İlqarın qarnından bıçaqla vurmuşdur. O, dərhal Safra və qızları ilə köməkləşib İlqarı qapını ağzına gətirmişlər. Safra və qızları xəsarət alsalar da ayaq üstə olmuşlar, yəni həyatları üçün elə ciddi təhlükə olmamışdır. Sonra isə o, evə girib dərhal özünə məxsus «Mercedes» markalı, **-LS-*** dövlət nömrə nişanlı avtomaşını sürüb bayıra çıxararaq İlqarı öz avtomobilnə mindirmişdir. Safra da onunla gedəcəyini bildirmişdir. O, onları Kliniki Tibbi mərkəzə gətirmiş, İlqarı dərhal reansimasiya şöbəsinə yerləşdirmişlər. Zərərçəkmiş şəxs3 yaşadığı evdə əvvəllər hər hansı münaqişənin və səs-küyün olduğunu görməmişdir. İlqar fərdi əməklə məşğul olmuş, səhər gedib axşam gəlmiş, ümumiyyətlə İlqarın ailəsinin sakit ailə olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 kürəkəni Təbriz adlı şəxsi o, heç vaxt görməmiş və tanımamışdır. Həmin hadisədən sonra bilmişdir ki, kürəkənləri Təbriz evə gəlmiş və onlara bıçaqla xəsarət yetirmişdir. Bundan əlavə o, səs-küyə gələndə həyətdə İlqarın ailə üzvləri olmuş, kənar şəxs olmamışdır. Həmçinin hadisə yerinə gəldikdən sonra da o, hadisə yerində hər hansı bıçaq olmasını görməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o,2020-ci ilin may ayının sonlarınadək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 7 ünvanında kirayədə yaşamışdır. Belə ki, kirayədə qaldığı həyət evinin o biri tərəfində Safra adlı qadın da öz ailə üzvləri ilə birlikdə kirayədə yaşamışdır. Kirayədə qaldığı evlə onların evi yanba-yan olsa da, gediş-gəlişləri olmamışdır. 13 may 2020-ci il tarixdə saat 21 radələrində o, yaşadığı evdə olan zaman həyətdən Safragil tərəfdən bərk səs-küy eşitmişdir. Belə ki, həyətdən qışqırıq və ağlamaq səsləri gəlmiş, buna görə də o, dərhal evdən çıxıb Safragilin yaşadığı həyət evinin qapısını açıb içəri girmək istəmiş, lakin dəmir darvaza bağlı olmuşdur. Buna baxmayaraq o, qapını döyməyə başlamışdır ki, qapını açsınlar, həyətdən gələn qışqırıq səsləri hələ də davam etmişdir. Bu zaman, bir nəfər tanımadığı şəxs içəridən qapını açmış və onun yanından iri addımlarla çıxaraq getmişdir. O, ilk əvvəl nə baş verdiyini başa düşməmiş və həyətə daxil olmuşdur. Həyətdə görmüşdür ki, bir nəfər kişi yerdə yaralı vəziyyətdə uzanmış, Safra orada bildirmişdir ki, yerdəki şəxs əridir, ərini kürəkəni bıçaqlayıb qaçıb getmişdir. Safranın özü də, həyətdə olan qızları da yaralı vəziyyətdə olmuşlar, əlləri qanamışdır. Həyətdə onlardan başqa bir nəfər körpə uşaq da ağlamışdır. O, başa düşmüşdür ki, həyətdən qaçıb gedən şəxs onların kürəkəni olmuş və Safranın ailə üzvlərini bıçaqlayaraq qaçıb getmişdir.Çünki özləri ona demişlər ki, qaçan şəxs onları da bıçaqlamışdır. O, dərhal Safra və qızları ilə kişiyə yaxınlaşıb ayağa qaldırmışlar, həmin şəxsin qarnı qanlı olmuşdur. Bu zaman o, əynindəki köynəyi çıxarıb qolunu cıraraq həmin şəxsin yarasının üstünə qoymuşdur ki, qan itirməsin. Çox keçmədən digər qonşu Pərviz də gəlmişdir. Onlar köməkləşib Safranın ərini Pərvizin avtomobilinə mindirmişlər. Safra da maşına minmiş və tez bir zamanda Safranın ərini xəstəxanaya aparmışlar. Bundan bir neçə dəqiqə sonra o, evinə gəlmişdir. Bundan əvvəl o, qonşusu Safranın həyətində əvvəllər səs-küy eşitməmiş, Safranın kürəkənini də tanımamışdır. Onun həmin ailə ilə ümumiyyətlə gediş-gəlişi olmamış və o, həmin ilin may ayının sonlarında həmin üvandan çıxmışdır. Səs-küyə o, həyətə girəndə orada qonşulardan heç kəs olmamış, Safranın ailə üzvləri orada olmuşdur. Sonradan digər qonşu Pərviz də ora gəlmişdir. Qapını ona açan şəxsin isə sifətini də görə bilməmiş, əlində də bıçaq görməmişdir,bədənind hər hansı xəsarət görsməmişdir. Sonradan ona demişlər ki, qaçan şəxs Safranın kürəkənidir, adı Təbrizdir və onları bıçaqlayıb qaçmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin rəisinə ünvanlanan xx.xx.2020-ci il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə, saat 20:53 radələrində Biləcəri qəsəbəsi, 4 Yol adlanan ərazidən özünü təqdim etməyən qadın DİN-nin 102 xidmətinə zəng edərək əri İlqarın bıçaqlanması barədə məlumat vermişdir. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin rəisinə ünvanlanan xx.xx.2020-ci il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə, saat 21:40 radələrində 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs3 “Sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası” xəsarəti ilə KTM-ə daxil olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin rəisinə ünvanlanan xx.xx.2020-ci il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə, saat 22:15 radələrində 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 İlqar qızının “Sağ əlin kəsilmiş yarası və vətərlərin zədələnməsi” xəsarəti ilə Travmotologiya xəstəxanasına daxil olmuşdur. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin rəisinə ünvanlanan xx.xx.2020-ci il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə, saat 00:15 radələrində Zərərçəkmiş şəxs2 “Sol biləyin və sinənin kəsilmiş yarası” xəsarəti ilə 17/1 saylı TTYS-dan KTM-ə daxil olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs2 Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin rəisinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs onların yaşadığı evdə onu, bacısını və atasını bıçaqla vuraraq xəsarət yetirmişdir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “hadisə yerinə baxışın keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 7-ci ünvanında fərdi yaşayış evində baş vermişdir. Ev bir mərtəbəlidir, evə giriş dəmir ağ qapıdandır. Ev iki otaqlı olmaqla dəhlizdən və mətbəxdən ibarətdir, dəhlizdən otaqlara qapı açılır. Evin döşəməsində, divanın üzərində qana bənzər ləkələr olduğu müəyyən edilmişdir. Evdə olan Zərərçəkmiş şəxs2 bildirmişdir ki, keçmiş əri Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs3 bıçaqla vuraraq xəsarət yetirmişdir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2020-ci il tarixli «könüllü gəlmə barədə» protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nə gələrək xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 7 ünvanında Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 İlqar qızına xəsarət yetirməsini bildirərək könüllü olaraq təslim olmuşdur. Məhkəmədə tədqiq edilmiş «cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» xx.xx.2020-cu il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 15.05. 2020-ci il tarixli, 4(001)-433/2020 saylı qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilmiş «ifadənin yerində yoxlanılması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə bıçaqla xəsarət yetirdiyi yeri əyani olaraq göstərmiş, evi tərk edərkən zərəçəkmiş şəxslərə xəsarət yetirdiyi bıçağı yolda atıb getdiyini bildirmişdir. Məhkəmədə tədqiq edilmiş «əşyaya baxış keçirilməsi haqqında» protokollardan müəyyən olunur ki, hadisə vaxtı Zərərçəkmiş şəxs3 oğlunun əynində olan mayka, şalvar iki ədəd şərf kəsiyi, bir ədəd idman şalvarı, bir ədəd jaket götürülmüşdür. Jaketin sol qolu cırılmış, üzərində qəhvəyimtil rəngli qana bənzər ləkələr aşkar edilmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxx 2020-ci il tarixli, 720 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin ön səthindəki, sağ saidin və mil-bilək oynağı nahiyələrindəki kəsilmiş yaralar kəsici kənara malik olan iti alətin təsirindən müayinədən 1- 2 gün əvvəl törənmişlər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 889 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin sol yarısının arxa səthinin plevra boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payının zədələnməsi və döş qəfəsinin sol yarısının arxa səthinin qarın boşluğuna nüyuz edərək sol diafraqmanının künbəzinin və dalağın zədələnməsi ilə müşaiyət olunan deşilmiş-kəsilmiş 2 ədəd yarası deşici-kəsici alətin (əşyanın), ola bilsin ki, bıçağın tiyəsinin deşici-kəsici təsirindən, onun tibbi yardım üçün Bakı Baş Sİ-nin KTM-nə müraciət etdiyi xx.xx.2020-ci il tarixdə əmələ gəlmişlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 782 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər – sağ əlin bükücü vətərlərinin zədələnməsi ilə müşaiyət olunan sağ əlin İİ-İİİ barmağının kəsilmiş yarası, sağ əlin ovuc səthinin və sağ milbilək oynağı nahiyəsinin arxa səthinin, sağ bazu nahiyəsinin ön səthinin kəsilmiş yaraları kəsici alətin (əşyanın) təsirindən, onun tibbi yardım üçün Az ETTOİ-na müraciət etdiyi xx.xx.2020-ci il tarixdə əmələ gəlmişlər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aiddirlər. Məhkəmədə tədqiq edilmiş məhkəmə-trassoloji ekspertizasının 18 iyun 2020-ci il tarixli, 3/498 saylı rəyindən müəyyən olunur ki, təqdim edilmiş maykanın arxa hissəsinin sol yuxarı tərəfində rəyin tətqiqi hissəsində təsvir edilmiş zərbələr vardır. Təqdim edilmiş maykanın səthindəki “a” zədəsi bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Maykanın səthindəki “b” zədəsi fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb cırılma zədəsidir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 03 sentyabr 2020-ci il tarixli, 2310 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır, onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət törədilən vaxt və hal-hazırda öz hərəkətərini dərk emək və onları idarə etmək iqtidarında olmuşdur, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmədə tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 13 may 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu,Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 7 ünvanına gəlmiş, qapını döymüş, qapı açıldıqda o özünü qapıdan içəri salır, saat 20:55-də digər həyətin qapısı açılır və bir nəfər cavan oğlan qapını həyacanlı şəkildə açmaq istəyir, bir neçə saniyədən sonra həmin qapı içəridən açılır və oradan Təqsirləndirilən şəxs onun yanından iti addımlarla keçərək gedir. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən cavablandırılmış tələbnamədən müəyyən olunur ki, o əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o, yaşayış yeri üzrə müsbət xaraxterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128, 127.2.1, 127.2.2, 126.2.2 və 126.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün, zərərçəkmiş şəxslərin və şahid ifadəsi, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmənin gəldiyi bu nəticə, Təqsirləndirilən şəxs özünün, zərərçəkmiş şəxslərin və şahidin ifadəsi ilə, istintaq hərəkətləri protokolları, məhkəmə ekspertiza rəyləri və məhkəmədə tədqiq edilmiş işin digər sənədləri ilə tam təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128, 127.2.1, 127.2.2, 126.2.2 və 126.2.3-cü maddələri ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, CM-nin 59.1.10-cu maddəsinə uyğun olaraq könüllü gəlib təqsirini boynuna almasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən CM-nin 126.2.2 və 126.2.3-cü maddələri ağır cinayətlərə, 128-ci maddəsi Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən, 127.2.1, 127.2.2-ci maddəsi CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini barəsində həbs qətimkan tədbiri seçilmiş xx.xx.2020-ci il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” x xxxx 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi RPİ-də saxlanılan Zərərçəkmiş şəxs3 məxsus bir ədəd mayka, bir şalvar, bir ədəd jaket və iki ədəd şərf kəsiyi məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri olan 64 (altmış dörd) manat məbləğində pul Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 (c.2, i/v 112), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 üçün Bakı şəhəri 11 saylı Vəkil Bürosunun nəfinə 228 (iki yüz iyirmi səkkiz) manat, müdafəçi Müdafiəçi üçün isə 180 AZN (yüz səksən manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128, 127.2.1, 127.2.2, 126.2.2 və 126.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 08 (səkkiz) ay müddətə, CMnin 127.2.1 və 127.2.2-ci maddələri ilə 03 (üç) il müddətə, CM-nin 126.2.2 və 126.2.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi RPİ-də saxlanılan Zərərçəkmiş şəxs3 məxsus bir ədəd mayka, bir şalvar, bir ədəd jaket və iki ədəd şərf kəsiyi məhv edilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X4 üçün 228 (iki yüz iyirmi səkkiz) manat pul Bakı şəhəri 11 saylı Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdjiyi hüquqi yardımla bağlı isə Müdafiəçi üçün 180 AZN (yüz səksən manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar