Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-305/2023 03.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi saat 17:00-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, daimi yaşayış yeri olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxx 1998-ci il tarixdə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay orta təhsilli, məhkum olunmamış, Göygöl rayonu, Şəhriyar kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrum edilməsinə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təyin edilmiş 07 il 06 ay azadlıqdan məhrumetmə cəzasının 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilməsinə baxmayaraq məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma, habelə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə tanışı Təqsirləndirilən şəxs2, İran İslam Respublikası vətəndaşı “Akif” adlı şəxs və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Akif” adlı şəxs və ya qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda 19061,80 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 63,6 qram təşkil edən üzərində “F/M40” yazısı həkk olunmuş 1590 ədəd dərman tabletini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirərək Astara rayonu ərazisinə daşımaqla orada gizlətmiş “Akif” adlı şəxsin verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və şəraitdə həmin narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq Astara rayonu ərazisindən əldə etmiş, Təqsirləndirilən şəxs1 cinayətkar sövdələşməyə əsasən satıb əldə olunacaq pulu aralarında bölmək məqsədi ilə qeyd olunan narkotik vasitələri ünvan 3 ünvanında fəaliyyət göstərən “Cinema” hotelin 409 nömrəli otağına daşımaqla orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 08 iyun 2022-ci il tarixdə saat 00:13-də Bakı şəhəri, Nəsimi rayonu, S,Vurğun küçəsi 934 ünvanında fəaliyyət göstərən “Cinema” hotelin 409 nömrəli otağında saxlanılmış, qeyd olunan otağa baxış zamanı divanın altından 02 ədəd göy rəngli polietilen paketdə və 19 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış bağlamalarda hər birinin ayrıayrılıqda təmiz çəkisi 217 qram, 170 qram, 580 qram, 1390 qram, 1000,5 qram, 1000 qram, 500,5 qram, 1020 qram, 190 qram, 1030,5 qram, 2006 qram, 1000 qram, 1020,8 qram, 2000,2 qram, 1050 qram, 1100,8 qram, 1005 qram, 980 qram, 450 qram, 380 qram, 970,5 qram olmaqla ümumilikdə külli miqdarda 19061,80 qram narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd sellefon bağlamada tərkibində narkotik vasitə metadonun təsir edici maddəsinin ümumi miqdarı külli miqdarda 63,6 qram təşkil edən üzərində “F/M40” yazısı həkk olunmuş 1590 ədəd dərman tableti, üzərində narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetaminin izləri olan 03 ədəd elektron tərəzi, içərisində cüzi miqdarda marixuana hissəcikləri olan 02 ədəd çanta aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma, habelə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə tanışı Təqsirləndirilən şəxs1, İran İslam Respublikası vətəndaşı “Akif” adlı şəxs və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Akif” adlı şəxs və ya qeyriləri naməlum vaxtda şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda 19061,80 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 63,6 qram təşkil edən üzərində “F/M40” yazısı həkk olunmuş 1590 ədəd dərman tabletini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirərək Astara rayonu ərazisinə daşımaqla orada gizlətmiş, “Akif” adlı şəxsin verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və şəraitdə həmin narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq Astara rayonu ərazisindən əldə etmiş, Təqsirləndirilən şəxs1 cinayətkar sövdələşməyə əsasən satıb əldə olunacaq pulu aralarında bölmək məqsədi ilə qeyd olunan narkotik vasitələri ünvan 3 ünvanında fəaliyyət göstərən “Cinema" hotelin 409 nömrəli otağına daşımaqla orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 08 iyun 2022-ci il tarixdə saat 00:13-də ünvan 3 ünvanında fəaliyyət göstərən “Cinema” hotelin 409 nömrəli otağında saxlanılmış, qeyd olunan otağa baxış zamanı divanın altından 02 ədəd göy rəngli polietilen paketdə və 19 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 217 qram, 170 qram, 580 qram, 1390 qram, 1000,5 qram, 1000 qram, 500,5 qram, 1020 qram, 190 qram, 1030,5 qram, 2006 qram, 1000 qram, 1020,8 qram, 2000,2 qram, 1050 qram, 1100,8 qram, 1005 qram, 980 qram, 450 qram, 380 qram, 970,5 qram olmaqla ümumilikdə külli miqdarda 19061,80 qram narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd sellefon bağlamada tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 63,6 qram təşkil edən üzərində “F/M40” yazısı həkk olunmuş 1590 ədəd dərman tableti, üzərində narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetaminin izləri olan 03 ədəd elektron tərəzi, içərisində cüzi miqdarda marixuana hissəcikləri olan 02 ədəd çanta aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, 2009-cu ilədək bankda kredit bölməsində işləmişdir. Kiməsə kredit lazım olanda köməklik etmiş, Əlinin bir tanışının kredit götürmək istədiyini, bu vəsilə ilə Əli ilə tanış olduğunu, onlara köməklik göstərməsi müqabilində ona 10 faiz məbləğində pul verəcəklərini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 ilə hadisədən təxminən 2 ay əvvəl tanış olmuşlar. O, dostları ilə piknik etmək üçün Lənkəran rayonuna getməli olmuş, lakin avtomobil idarə edə bilmədiyindən, Əlidən onu Lənkəran rayonuna aparmasını xahiş etmişdir. Əli onu Lənkərana aparmış və sonra geri Bakıya qayıtmış, o da səhəri gün ünvan 4 ünvanında fəaliyyət göstərən “Cinema” hotelə yerləşmişdir. Əlinin telefonu onda qaldığı üçün Əli ilə qaldığı hoteldə görüşüb telefonunu Əliyə qaytarmışdır. O, hoteldə qaldığı otaqdakı tualetdə olan zaman otağın qapısının kart vasitəsilə açıldığını 6-7 nəfər şəxsin otağa daxil olduğunu görmüş, 1 nəfərin onun qolunu tutub otaqda digər polis əməkdaşlarının yanında yerə yıxmış və polis əməkdaşları ona təzyiq etməyə başlamışlar. Bu zaman o, huşunu itirmiş, təxmini 2 saata yaxın vaxt keçdikdən sonra özünə gəlmiş, hələ də hoteldə otaqda olduğunu və polis əməkdaşlarının əlində paketlər olmuşdur. Onlar həmin paketləri otaqda olan divanın altına qoymuş və iki nəfər polis əməkdaşı içəridə qalmaqla digərləri otaqdan çıxmışlar. Polis əməkdaşı ona bildirmişdir ki, “qapını döyüb içəri daxil olacaq, səndə bizim göstərişlərimizi çəkiliş zamanı edərsən”. Təxmini 40 dəqiqə ərzində ona təzyiq etdikdən sonra ona otaqda olan 10-a yaxın bağlı paketləri divanın altına qoymağını əks təqdirdə onun üçün pis olacağını bildirmişlər. Polis əməkdaşı ona bildirmişdir ki, “qapını döyüb içəri daxil olacaq, səndə bizim göstərişlərimizi çəkiliş zamanı edərsən”. Daha sonra videoçəkiliş olmuş, o, polis əməkdaşlarının dediklərini etməyə başlamış, xidməti geyimdə olan polis əməkdaşı əlində olan bıçaq formalı alətlə paketləri bir–bir açıb içərisindəkiləri kameraya göstərmişdir. Həmin polis əməkdaşlarının adlarını bilməmiş, amma üzdən tanımışdır. Videoçəkiliş mobil telefonla aparılmış, həmin telefonun kimə aid olduğunu bilməmişdir. Videoçəkilişdən əvvəl ona sənəd imzalatdırdıqlarını, amma özündə olmadığı üçün xatırlamadığını, saat 17:00-18:00 radələrində videoçəkiliş bitmiş və onu İdarəyə aparmışlar. Səhəri günü qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasına getməmişdən əvvəl adını xatırlamadığı müdafiəçi gəlmiş, müdafiəçinin yanında müstəntiq ona sənədləri göstərib imzalamağını tələb etmişdir. O, latın əlifbası ilə oxuyub yazmağı bilmədiyini bildirdikdə, müstəntiq onu hədələməyə başlamış, o da məcbur qalıb imzalamışdır. Təqsirləndirilən şəxs2 ilə heç vaxt narkotik vasitə ilə bağlı sövdələşmələri və cinayətlə əlbirlikləri olmamış, istintaqdakı ifadəsini təzyiq altında verdiyini, tibbi müayinə zamanı ona göstərilən təzyiqlər nəticəsində yaranmış xəsarətlər olduğunu, lakin təcridxanaya daxil olduqda ona verilən suallara cavab verib-vermədiyini xatırlamir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, onun Ələkbərlə ünsiyyətinin yaranması hadisədən təxminən 2 ay əvvələ təsadüf edilmişdir. Onların avtomobil alqı-satqısı, avtomobillərin lizinqləri ilə bağlı əlaqələri yaranmış, idarə etdiyi avtomobil onun dostuna məxsus olduğudan lazım olduqda ondan alıb istifadə etmişdir. Ələkbər ondan onu Lənkərana aparmağını xahiş etmiş, o da razılaşmış, Ələkbər ona benzin pulu olaraq 40 manat pul vermişdir. Ələkbər yolda mobil telefonla danışmış, amma kiminlə danışdığını və məzmununu bilməmişdir. O, Bakıya geri qayıdanda Lənkəran avtovağzalından özünə yoldaş olması üçün bir nəfər götürmüş, həmin şəxs də yol pulu olaraq ona 15 manat pul vermiş və o, həmin şəxsi Biləcəri dairəsində avtomobildən düşürmüşdür. Onun telefonu Ələkbərdə qaldığı üçün dostunun telefonu vasitəsilə Ələkbərlə əlaqə saxlamış, Ələkbər də ona səhəri gün qayıdacağını bildirmişdir. Səhəri gün ünvan 3 ünvanında fəaliyyət göstərən “Cinema” hoteldə Ələkbərlə görüşmüş, telefonunu geri almış və hoteldə qalmağa qərar verib, qonağını gözləməyə başlamışdır. O, 404 nömrəli otaqda olan zaman 2 nəfər polis əməkdaşı qapını kart vasitəsilə açmış, ondan özünü təqdim etməyini istəmiş, polis əməkdaşları özlərini təqdim etdikdən sonra, otaqda narkotik vasitə saxladığını bildirmişlər. O da narkotik vasitə ilə heç bir əlaqəsinin olmadığını və otaqda narkotik vasitə saxlamadığını, otağa keçib baxa biləcəklərini bildirmişdir. Onlar heç bir icazə sənədi təqdim etmədən otağı axtarmağa başlamışlar. Polis əməkdaşları onu 407-ci otağa aparmış, orada 1 nəfər mülki geyimdə, 2 nəfər əməliyyat müvəkkili həmin otaqda onu yerə yıxmış və sinəsinin üzərinə oturub əllərinə qandal vurmuş, onu hədələyərək təpikləməyə başlamışlar. O, Ələkbəri hoteldə görməmiş, onu idarəyə aparmış, hoteldə gördüyü əməliyyat müvəkkili onun qaldığı kameraya yemək və su gətirmiş və sabah qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gedəcəyini bildirmişdir. O, onlardan nə ilə təqsirli bilindiyini soruşduqda, onda ona narkotik vasitə aşkarlandığı üçün saxlanıldığını bildirmişlər. Bundan sonra o, etiraz edib onda narkotik vasitə olmadığını söylədikdə, bu zaman Akif adlı polis əməkdaşı gəlib faktın sübuta yetirildiyini bildirərək, həmin əməliyyat müvəkkili onun Akif adlı polis əməkdaşının otağına gətirib döydüyünü və sənədləri göstərib imzalamağını tələb etmişdir. Akif adlı polis əməkdaşı otaqdan çıxmış və əməliyyat müvəkkili ona yenə təzyiq göstərməyə davam etmiş, nəticədə dodağı partlamışdır. Daha sonra Akif adlı polis əməkdaşı otağa daxil olub razılaşıb-razılaşmadığını soruşmuşdur. Əməliyyat müvəkkili isə razılaşığını bildirdikdən sonra vəkil gəlmiş və sənədləri imzalamaq məcburiyyətində qalmış, ailəsi ilə hədələnmişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Heç vaxt narkotik vasitə istifadə etməmiş, nə də satışı ilə məşğul olmamış, Ələkbərlə narkotik vasitə alqı-satqısı ilə məşğul olmamış və Ələkbərlə aralarında belə bir sövdələşmə olmamış, təcridxanaya gedəndə xəsarətləri barədə məlumat vermiş, ona təzyiq göstərdikləri və ailəsi ilə hədələdikləri üçün məcbur qalıb sənədləri imzaladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 07 iyun 2022-ci il tarixdə Baş İdarəyə ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Əməliyyat qrupunun digər üzvlərini təlimatlandırarkən Baş İdarəyə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olması, həmçinin Təqsirləndirilən şəxs1 xarici əlamətlərini bildirmişdir. 07 iyun 2022-ci il tarixdə axşam saatlarında birlikdə Baş İdarədən çıxıb həmin gün Təqsirləndirilən şəxs1 olacağı ünvan 3 ünvanında yerləşən Cinema hotelə getmişlər. Hotelin işçilərindən bir nəfər dəvət edib Təqsirləndirilən şəxs1 yaşadığı 409 saylı otağın qarşısına gəlmişlər. Artıq 08 iyun 2022-ci il tarixdə saat 00:13 dəqiqədə 409 saylı otağın qapısını döydükdən sonra Təqsirləndirilən şəxs1 qapını açmışdır. Tədbir iştirakçıları xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Ona özünü təqdim etməsini bildirmiş və o da özünü təqdim edib Təqsirləndirilən şəxs1 olduğunu demişdir. Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə Baş İdarəyə məlumatın daxil olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs1 barəsində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qəbul edilmiş qərarla tanış edilmişdir. Qərara əsasən Təqsirləndirilən şəxs1 bildirilmişdir ki, daxil olmuş məlumatla əlaqədar yaşadığı otağa baxış keçirilməsi zəruridir. Təqsirləndirilən şəxs1 yaşadığı hotel nömrəsinə onlar tərəfindən baxış keçirilməsinə etiraz etməmiş, baxış keçirilməsinə razı olduğunu bildirmiş və bu barədə ərizədə yazmışdır. Bundan sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 yaşadığı oteldəki otağa baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs1 və digər proses iştirakçıları buna etiraz etmədiklərini bildirdikdən sonra baxış keçirilməsinə başlanılmış, baxış başlanmazdan öncə Təqsirləndirilən şəxs1 yaşadığı hotel nömrəsində qanunla qadağan edilmiş hər hansı bir əşyanın, predmetin, narkotik vasitə və ya psixotrop maddənin olub-olmaması sual edilmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı hotel otağında narkotik vasitə qurudulmuş marixuana olmasını etiraf edərək, həmin otaqda olan 02 ədəd divanın saxlanc yerini açıb orada olan 21 ədəd sellofan bağlamaları və 02 ədəd şəffaf sellofan paketi çıxararaq təqdim edib həmin bağlamaların və bükümlərin içərisində narkotik vasitələr olmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 21 ədəd sellofan bağlamalara və 02 ədəd şəffaf sellofana paketə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, təqdim olunmuş 02 ədəd şəffaf sellofan paketdə və 19 ədəd sellofan bağlamada narkotik vasitə marixuanaya oxşar maddələr, 02 ədəd sellofan bağlamada isə hər konvalyutda 10 həb olmaqla ümumilikdə 159 konvalyut üzərində “Methadone 40” yazısı olan həblər vardır. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs1 baxış keçirilən otaqda olan 03 ədəd elektron tərəzini, bank kartlarını, sim kartları, 01 ədəd Samsung A52 markalı və 01 ədəd Nokia markalı mobil telefonları, 01 ədəd içərisində şübhəli yazılar olan kitabça, 03 ədəd kağız kəsiyinin üzərində şübhəli yazıları və 10 manat nağd pul vəsaitini masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 otaqda olan iki ədəd idman çantasını təqdim edərək aşkar olunan bağlamaları hotelə həmin çantalarda gətirdiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 onda olan məlumata görə bağlamaların və paketlərin içərisində narkotik vasitə marixuana olduğunu, həmin bağlamaları və paketləri sosial şəbəkə vasitəsi ilə tanış olduğu “Akif” adlı İran İslam Respublikasının vətəndaşının ona göndərdiyini, “Akif’ adlı şəxsin İran İslam Respublikasında yaşadığını, hazırda aşkar olunanları "Akif’ adlı şəxsin Astara rayonuna kimliyi məlum olmayan şəxs vasitəsi ilə göndərdiyini, onun “Akifin” göstərişi ilə Astara rayonuna gedərək aşkar olunanları iki ədəd idman çantasında Akifin əvvəlcədən dediyi ünvandan 07 iyun 2022ci İl tarixdə təxminən saat 03-04 radələrində götürdüyünü, götürdükdən sonra hotelə gələrək sonrakı müddətdə Akifin göstərişi ilə təxminən 2-3 kiloqram narkotik vasitəni onun şəkilini göndərdiyi ünvanlara yerləşdirdiyini, həmin bağlamaları götürən şəxsləri görmədiyini və heç kəsdən pul almadığını, həmin bağlamalara və paketlərə görə “Akif’ adlı şəxsə pul vermədiyini, onun işinin “Akif’ adlı şəxsin göstərişi ilə onun söylədiyi ünvandan çantalarda olan narkotik vasitələri götürüb sonrakı müddətdə şəkillərini göndərdiyi yerlərə yerləşdirməkdən ibart olduğunu, bunun müqabilində “Akif” adlı şəxsin ona təxminən 300-500 qram narkotik vasitə marixuana verdiyini, “Akif” adlı şəxslə vatsap mobil tətbiqi üzərindən ünsiyyət saxlamış, həmin şəxsin mobil telefon nömrəsi onun telefonunda olmuşdur. “Akif” adlı şəxsin özünü heç vaxt görməmiş, aşkar olunmuş bağlamaları və paketləri iki ədəd idman çantasının içərisində götürmüş, həmin idman çantalarını baxış zamanı təqdim etmişdir. Hazırki partiyada “Akif” adlı şəxsin ona 02 ədəd sellofan paketdə pay ayırmış, həmin paketlər hazırda baxış zamanı aşkar olunmuş, ona ayrılmış narkotik vasitədən o, özü istifadə etmişdir. “Akif” adlı şəxsin göndərdiyi bağlamaların üzərində işarələr və rəqəmlər qoymuş, sonrakı müddətdə həmin işarələrin və rəqəmlərin olduğu bağlamaları hansı ünvana aparıb qoymağını söyləmişdir. Aşkar olunan 03 ədəd elektron tərəziləri “Akif tərəfindən narkotik vasitələrin üzərində göndərdiyini bildirmişdir. Aşkar olunan 01 ədəd kitabçada və 03 ədəd kağız kəsiyində olan yazıların Akiflə danışıq zamanı aparılan qeydiyyat olmasını söyləmişdir. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs1 əynində olan şortun ciblərini çıxararaq boş olmasını göstərmiş və üzərindən iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı təqdim olunmuş 02 ədəd sellofan paketdə və 19 ədəd sellofan bağlamada narkotik vasitə marixuanaya oxşar maddələr, 02 ədəd sellofan bağlamada hər konvalyulda 10 həb olmaqla ümumilikdə 159 konvalyut üzərində "Methadone 40" yazısı olan həblər və 03 ədəd elektron tərəzi 02 ədəd idman çantasında qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin möhürü İlə möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda baxış zamanı aşkar olunan bank kartları, simkartlar, kitabça, şübhəli yazılar olan kağız kəsikləri qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin möhürü ilə möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı aşkar olunmuş 02 ədəd mobil telefonun iş üzrə əhəmiyyət kəsb etmə ehtimalı olduğundan götürülmüşdür. Hadisə yerində keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığını nəzərə alaraq prosesdə iştirak edən şəxslər ilə birlikdə Baş İdarəyə gəlmişlər. Baş İdarəyə gəldikdən sonra şübhəli şəxsə müdafiəçi təqdim olunmuş, şübhəli şəxs müdafiəçiyə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilərək tərəflərindən imzalanmışdır. Ona daxil olan əməliyyat məlumatı Təqsirləndirilən şəxs1 ilə bağlı olduğundan onun otağına baxış keçirmişlər. Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə və psixotrop maddə aşkar olunmamış, sadəcə sim kart, telefon aşkar olunmuşdur. Narkotik vasitə və ya psixotrop maddə otaqda divanın altında olmuş, səhəri gün istintaq tapşırığı əsasında Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 ilə birlikdə olması barədə məlumatı olmuş və müvafiq istintaq hərəkətləri davam etdirilmişdir. Axşamçağı Cinema hotelə yenidən yaxınlaşıb, Təqsirləndirilən şəxs2 adlı şəxsin hoteldə olub-olmadığını maraqlanmışdır. Hotel nəzarətçisi Təqsirləndirilən şəxs2 adlı şəxsin hoteldə qaldığını lakin hazırda orada olmadığını bildirdikdə hotelin girişində onu gözləməyə başladığını, əlində Təqsirləndirilən şəxs2 fotoşəkili olduğuna görə onu tanıyıb, hotelin girişində onu saxlamışdır. Şübhəli şəxs olduğunu bildirib, onu baş idarəyə dəvət etmiş, Təqsirləndirilən şəxs2 qaldığı otağa baxış keçirilməmişdir. Əvvəldən Təqsirləndirilən şəxs2 bu proseslərdə iştirakı ilə bağlı heç bir məlumat daxil olmamış, o, Təqsirləndirilən şəxs2 idarəyə tək gətirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in BMCMİ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 07 iyun 2022-ci il tarixdə Baş İdarəyə ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmiş, əməliyyat qrupunun digər üzvləri təlimatlandırılarkən Baş İdarəyə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olması, həmçinin Təqsirləndirilən şəxs1 xarici əlamətləri bildirilmişdir. 07 iyun 2022-ci il tarixdə axşam saatlarında birlikdə Baş İdarədən çıxıb həmin gün Təqsirləndirilən şəxs1 olacağı ünvan 3 ünvanında yerləşən Cinema hotelə getmişlər. Hotelin işçilərindən bir nəfər dəvət edib Təqsirləndirilən şəxs1 yaşadığı 409 saylı otağın qarşısına gəlmişlər. Artıq 08 iyun 2022-ci il tarixdə saat 00:13 dəqiqədə 409 saylı otağın qapısını döydükdən sonra Təqsirləndirilən şəxs1 qapını açmışdır. Tədbir iştirakçıları xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Ona özünü təqdim etməsi bildirilmiş, o da özünü təqdim edib Təqsirləndirilən şəxs1 olduğunu demişdir. Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə Baş İdarəyə məlumatın daxil olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs1 barəsində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qəbul edilmiş qərarla tanış edilmişdir. Qərara əsasən Təqsirləndirilən şəxs1 bildirilmişdir ki, daxil olmuş məlumatla əlaqədar yaşadığı otağa baxış keçirilməsi zəruridir. Təqsirləndirilən şəxs1 yaşadığı hotel nömrəsinə tərəflərindən baxış keçirilməsinə etiraz etmədiyini, baxış keçirilməsinə razı olduğunu bildirmiş və bu barədə ərizədə yazmışdır. Bundan sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 yaşadığı otağa baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs1 və digər proses iştirakçıları buna etiraz etmədiklərini bildirdikdən sonra baxış keçirilməsinə başlanılmışdır. Baxış başlamazdan öncə Təqsirləndirilən şəxs1 yaşadığı hotel nömrəsində qanunla qadağan edilmiş hər hansı bir əşyanın, predmetin, narkotik vasitə və ya psixotrop maddənin olub-olmaması sual edilmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı hotel otağında narkotik vasitə qurudulmuş marixuana olmasını etiraf edərək, həmin otaqda olan 02 ədəd divanın saxlanc yerini açıb orada olan 21 ədəd sellofan bağlamaları və 02 ədəd şəffaf sellofan paketi çıxararaq təqdim edib həmin bağlamaların və bükümlərin içərisində narkotik vasitələr olmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 21 ədəd sellofan bağlamalara və 02 ədəd şəffaf sellofana paketə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, təqdim olunmuş 02 ədəd şəffaf sellofan paketdə və 19 ədəd sellofan bağlamada narkotik vasitə marixuanaya oxşar maddələr, 02 ədəd sellofan bağlamada isə hər konvalyutda 10 həb olmaqla ümumilikdə 159 konvalyut üzərində “Methadone 40” yazısı olan həblər olmuşdur. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs1 baxış keçirilən otaqda olan 03 ədəd elektron tərəzini, bank kartlarını, sim kartları, 01 ədəd Samsung A52 markalı və 01 ədəd Nokia markalı mobil telefonları, 01 ədəd içərisində şübhəli yazılar olan kitabçanı, 03 ədəd kağız kəsiyinin üzərində şübhəli yazıları və 10 manat nağd pul vəsaitini masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 otaqda olan iki ədəd idman çantasını təqdim edərək aşkar olunan bağlamaları hotelə həmin çantalarda gətirdiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 onda olan məlumata görə bağlamaların və paketlərin içərisində narkotik vasitə marixuana olduğunu, həmin bağlamaları və paketləri sosial şəbəkə vasitəsi ilə tanış olduğu “Akif” adlı İran İslam Respublikasının vətəndaşının ona göndərdiyini, “Akif’ adlı şəxsin İran İslam Respublikasında yaşadığını, hazırda aşkar olunanları "Akif’ adlı şəxsin Astara rayonuna kimliyi məlum olmayan şəxs vasitəsi ilə göndərdiyini, onun “Akifin” göstərişi ilə Astara rayonuna gedərək aşkar olunanları iki ədəd idman çantasında Akifin əvvəlcədən dediyi ünvandan 07 iyun 2022-ci İl tarixdə təxminən saat 03-04 radələrində götürdüyünü, götürdükdən sonra hotelə gələrək sonrakı müddətdə Akifin göstərişi ilə təxminən 2-3 kiloqram narkotik vasitəni onun şəkilini göndərdiyi ünvanlara yerləşdirdiyini, həmin bağlamaları götürən şəxsləri görmədiyini və heç kəsdən pul almadığını, həmin bağlamalara və paketlərə görə “Akif’ adlı şəxsə pul vermədiyini, onun işinin “Akif’ adlı şəxsin göstərişi ilə onun söylədiyi ünvandan çantalarda olan narkotik vasitələri götürüb sonrakı müddətdə şəkillərini göndərdiyi yerlərə yerləşdirməkdən ibarət olduğunu, bunun müqabilində “Akif” adlı şəxsin ona təxminən 300-500 qram narkotik vasitə marixuana verdiyini, “Akif” adlı şəxslə vatsap mobil tətbiqi üzərindən ünsiyyət saxladığını, həmin şəxsin mobil telefon nömrəsinin onun telefonunda olduğunu bildirmişdir. “Akif” adlı şəxsin özünü heç vaxt görməmiş, aşkar olunmuş bağlamaları və paketləri iki ədəd idman çantasının içərisində götürdüyünü, həmin idman çantalarını baxış zamanı təqdim etdiyini, hazırki partiyada “Akif” adlı şəxsin ona 02 ədəd sellofan paketdə pay ayırdığını, həmin paketlərin hazırda baxış zamanı aşkar olunduğunu, ona ayrılmış narkotik vasitədən özü istifadə etdiyini, “Akif” adlı şəxsin göndərdiyi bağlamaların üzərində işarələr və rəqəmlər qoyduğunu, sonrakı müddətdə həmin işarələrin və rəqəmlərin olduğu bağlamaları hansı ünvana aparıb qoymağını söylədiyini, aşkar olunan 03 ədəd elektron tərəzilərin “Akif tərəfindən narkotik vasitələrin üzərindən göndərildiyini bildirmişdir. Aşkar olunan 01 ədəd kitabçada və 03 ədəd kağız kəsiyində olan yazıların Akiflə danışıq zamanı aparılan qeydiyyat olmasını söyləmişdir. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs1 əynində olan şortun ciblərini çıxararaq boş olmasını göstərmiş və üzərindən iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı təqdim olunmuş 02 ədəd sellofan paketdə və 19 ədəd sellofan bağlamada narkotik vasitə marixuanaya oxşar maddələr, 02 ədəd sellofan bağlamada hər konvalyulda 10 həb olmaqla ümumilikdə 159 konvalyut üzərində "Methadone 40" yazısı olan həblər və 03 ədəd elektron tərəzi 02 ədəd idman çantasında qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin möhürü İlə möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda baxış zamanı aşkar olunan bank kartları, simkartlar, kitabça, şübhəli yazılar olan kağız kəsikləri qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin möhürü ilə möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı aşkar olunmuş 02 ədəd mobil telefonun iş üzrə əhəmiyyət kəsb etmə ehtimalı olduğundan götürülmüşdür. Hadisə yerində keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığını nəzərə alaraq prosesdə iştirak edən şəxslər ilə birlikdə Baş İdarəyə gəlmişlər. Baş İdarəyə gəldikdən sonra şübhəli şəxsə müdafiəçi təqdim olunmuş, şübhəli şəxs müdafiəçiyə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilərək tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 barədə heç bir məlumatı olmamış, yalnız Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in BMCMİ-nin əməliyyat müvəkkili X2 da şahidlər Şahid2 və Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncuların göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, ünvan 6 ünvanda fəaliyyət göstərən Cinema hoteldə nəzarətçi vəzifəsində işləyir. 08 iyun 2022-ci il tarixdə saat 00:10 radələrində hotelə bir neçə mülki geyimdə olan şəxslər yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib hotelin qonaqlarından birinin hotel nömrəsində narkotik vasitə saxladığını söyləmiş və onu da otağa baxış keçirilməsində iştirak etməyə dəvət etmişlər. Onlar 00:13-də birlikdə 409 saylı otağın qarşısına gəlmiş, otağın qapısı polis əməkdaşları tərəfindən döyüldükdən sonra Təqsirləndirilən şəxs1 qapını açmışdır. Polis əməkdaşları xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə Baş İdarəyə məlumatın daxil olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs1 barəsində qəbul edilmiş "əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında" qəbul edilmiş qərarla tanış edilmişdir. Qərara əsasən Təqsirləndirilən şəxs1 bildirilmişdir ki, daxil olmuş məlumatla əlaqədar yaşadığı otağa baxış keçirilməsi zəruridir. Təqsirləndirilən şəxs1 yaşadığı hotel nömrəsinə baxış keçirilməsinə etiraz etmədiyini, baxış keçirilməsinə razı olduğunu bildirmiş və bu barədə ərizədə yazmışdır. Bundan sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 yaşadığı otağa baxış keçirilməsinə başlanılmış, Təqsirləndirilən şəxs1 və digər proses iştirakçıları buna etiraz etmədiklərini bildirdikdən sonra baxış keçirilməsinə başlanılmışdır. Baxış başlamazdan öncə Təqsirləndirilən şəxs1 yaşadığı hotel nömrəsində qanunla qadağan edilmiş hər hansı bir əşyanın, predmetin, narkotik vasitə və ya psixotrop maddənin olubolmaması sual edilmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı hotel otağında narkotik vasitə qurudulmuş marixuana olmasını etiraf edərək həmin otaqda olan 02 ədəd divanın saxlanc yerini açıb orada olan 21 ədəd sellofan bağlamaları və 02 ədəd şəffaf sellofan paketi çıxararaq təqdim edib həmin bağlamaların və bükümlərin içərisində narkotik vasitələr olmasını bildirmişdir. Bundan sonra o, həmin bağlamaları bir-bir təqdim etmiş və qeyd olunanları İran İslam Respublikası vətəndaşından əldə etdiyini söyləmişdir. Aşkar olunanlar polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonradan qeyd olunanlar ilə əlaqədar protokol tərtib olunması üçün Baş İdarəyə gəlmiş və orada tərtib olunmuş protokolu imzalamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3217 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: Azərbaycan Respublikası DİN Zərflər üçün №6-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar olunan..." yazısı və imzalar olan bənövşəyi rəngli idman çantasındakı üzərində "Methadone 40" markalanma göstəricisi olan 159 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumilikdə 1590 ədəd üzərlərində "F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 1590 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 63.6 qram təşkil edir (konvalyutların üzərində qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0.04 qram metadon olmaqla). Həblər tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №6-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar olunan..." yazısı imzalar olan boz rəngli idman çantasındakı üzərlərində “500g x 0.01g 2x AAA” yazısı olan göy-qara rəngli və “Aosai 200g 0.01g” yazısı olan qara rəngli elektron tərəzilərin üzərində psixotrop maddə olan metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün, metamfetaminin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş üzərində “MAX 5000G" yazısı olan "gümüşü" rəngli elektron tərəzinin üzərində, 2 ədəd idman çantasının üzərində və içərisində narkotik vasitələrin psixotrop maddələrin izləri yoxdur. Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş metadon tərkibli dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in İ siyahısına daxildirlər. (cild 01, iş vərəqə 44-49) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/592 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar olunanlar...” möhür əksi, yazı və imza olan bir ədəd boz rəngli və bir ədəd bənövşəyi rəngli çantada 2 ədəd göy rəngli polietilen paketdə və 19 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 217 qram, 170 qram, 580 qram, 1390 qram, 1000,5 qram. 1000 qram, 500,5 qram. 1020 qram, 190 qram. 1030.5 qram, 2006 qram, 1000 qram, 1020.8 qram, 2000.2 qram, 1050 qram, 1100.8 qram, 1005 qram, 980 qram, 450 qram, 380 qram, 970,5 qram olmaqla ümumi çəkisi 19061.80 qram olan yaşımtıl rəngli, xırdalanmış, qurudulmuş, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş boz çantada 1 ədəd üzərində "MAX 5000g” yazılan metallik rəngli və 1 ədəd göy-qara rəngli elektron tərəzinin səthində və iki ədəd çantanın daxilində cüzi miqdarda marixuana hissəcikləri vardır. Marixuana hissəcikləri cüzi miqdarda olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Bir ədəd üzərində "AOSAİ” yazılan qara rəngli tərəzinin səthində marixuana hissəcikləri yoxdur. (cild 01, iş vərəqə 50-53) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3884 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Kannabioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vərəqə 92-93) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4058 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Abbaslı X3 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vərəqə 94-95) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 08 iyun 2022-ci il tarixdə saat 00:13-də ünvan 3 ünvanında yerləşən “Cinema” hoteldə saxlanılmışdır. Yaşadığı “Cinema” hotelin 409 saylı otağına baxış zamanı divanın altından 21 ədəd sellefon bağlama və 02 ədəd şəffaf sellefon paketdə narkotik vasitə qurudulmuş marixuana bənzər, narkotik tərkibli metadon həblərinə bənzər maddələr, 03 ədəd bank kartı, 03 ədəd üzərində “Azercell” yazısı olan simkartlar, 01 ədəd Samsung markalı və 01 ədəd Nokia markalı mobil telefon, 01 ədəd kitabça və üzərində müvafiq qeydiyyatlar aparılmış vərəqlər aşkar edilərək götürülmüşdür. (cild 01, iş vərəqə 27-30) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “könüllü təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Samsung” markalı mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsi ilə qeydiyyata alınmış watsapp proqramında “wey var çəkməyə?” “qaqa bir saatdı burda gözdəməkdən öldüm, qardaşdan soruş gör postu keçəndən sonradır ya posta çatmamış ay Kənan”, “Qaqa bunlar malı hələ indi atır? Mən gözləməkdən öldüm”, “Qaqa konumu at”, “Yevlax yazısını keçdin yazının arxasına keçib arxasında kolun yanındakı qutudan götür”, “Yanındayam ay qaqa, düz kameranın altıdır, belə şey olar?, “Qaqa mən gedirəm rayona bunu yaxşı düzəldim eləyim səhərə yaxın çıxıb gələcəm”, “5 dənə qalofka götürmüşəm üstündən” bu məzmunda narkotik vasitələrin yerləşdirilməsi və götürülməsi ilə əlaqədar mesajlar göndərilməsi, həmçinin mesajlarda Təqsirləndirilən şəxs2 tərəfindən narkotik vasitələrin yerləşdirildiyi yerlərin foto şəkilləri çəkilərək Təqsirləndirilən şəxs1 göndərilməsi müəyyən olunur. (cild 01, iş vərəqə 72-73) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilmiş “Samsung” markalı mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, “Galereia” bölməsində müxtəlif formatda şəkillər mövcuddur. Şəkillərin içərisində elekton tərəzinin üzərində olmaqla çəkisi 2104 qram, 1062 qram, 1009 qram, 1056 qram, 1051 qram, 1029 qram, 2044 qram, 1437 qram, 1037 qram, 1035 qram, 1066 qram, 1022 qram, 417 qram, 2033 qram, 2017 qram, 1086 qram, 514 qram və üzəri nömrələnmiş formada olmaqla içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər olan bağlamalar vardır. Bundan başqa Təqsirləndirilən şəxs1 və qrupun digər üzvləri tərəfindən Bakı şəhərinin müxtəlif ünvanlarına yerləşdirilmiş narkotik vasitələrin olduğu yerlərin oxlarla istiqamət göstərilməklə fotoları vardır. “Watsapp” bölməsində müxtəlif nömrələrdən “qardaşım mikrorayona atdıra bilərsən”, “ menim adamım hardan götürəcəy malı?”, “100+100k 50p”, “Araz marketlə üzbəüz”, “Tərlan şadlıq tərəf, konumla gəlsin”, “Salıq olsun wini məndə bilirəm səni necə atmaq lazımdır karusele”, “Qardaşım Elvindir sənə qurban, nəsə alındırmaq olar?”, “bu nömrəyə konumu at, taksidəyik bir az tələs”, “ 2gr ot, 2 gr ot, 1 gr ot, bu dünən itənlər, 1 kokos, 0.5 p, 2 kokos, 1 kokos, 1 p”, “Abi nəyşələri atda”, “1 q ot +++”, “100 p, 100 k, 5m40, Hacıqabula Bəhruz götürəcək”, 20 qr p, 30 q kokos, 30 qr ot, 3m40 mene”, “Qaqa Nicatdı bu, ikisi də beyaqdan gözdüyürlər, basına dönüm tez at bacardığın qədər, “Basıva dönüm mənə mal ver. Bundan başqa narkotik vasitələrin alıqsatqısı ilə bağlı gündəlik olaraq mesajların yazılması və göndərilməsi müşahidə olunur. Mobil telefonda Əli Zalatoy adı ilə qeyd olunmuş Təqsirləndirilən şəxs2 istifadəsində olan nömrədən “qaqa bir saatdı burda gözdəməkdən öldüm, qardaşdan soruş gör postu keçəndən sonradır ya posta çatmamış ay Kənan”, “Qaqa bunlar malı hələ indi atır? Mən gözləməkdən öldüm”, “Qaqa konumu at”, “Yevlax yazısını keçdin yazının arxasına keçib arxasında kolun yanındakı qutudan götür”, “Yanındayam ay qaqa, düz kameranın altıdır, belə şey olar?, “Qaqa mən gedirəm rayona bunu yaxşı düzəldim eləyim səhərə yaxın çıxıb gələcəm”, “5 dənə qalofka götürmüşəm üstündən” bu məzmunda narkotik vasitələrin yerləşdirilməsi və götürülməsi ilə əlaqədar mesajlar göndərilir. Həmçinin mesajlarda Təqsirləndirilən şəxs2 tərəfindən narkotik vasitələrin yerləşdirildiyi yerlərin foto şəkilləri çəkilərək Təqsirləndirilən şəxs1 göndərilir. (cild 01, iş vərəqə 175-176) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut hesab etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilərək götürülmüş 19061,80 qram narkotik vasitə qurudulmuş marixuana, 1590 ədəd metadon həbi, 03 ədəd elektron tərəzi, 02 ədəd çanta, həmçinin 01 ədəd kitabça, 02 ədəd vərəq maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı çəkiləri 19061,38 qram qurudulmuş marixuana, 1570 ədəd metadon həbi, 03 ədəd elektron tərəzi və 02 ədəd çanta məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, 01 ədəd kitabça və 02 ədəd vərəq cinayət işi materiallarına əlavə edilmişdir. (cild 01, iş vərəqə 156-158) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut hesab etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefonda narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə əlaqədar iş üzrə əhəmiyyət kəsb edən yazışmalar, görüntülər və digər əhəmiyyət kəsb edən halların olması müəyyən edildiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus mobil telefonlar 20 iyun 2022-ci il tarixli qərar ilə maddi sübut kimi tanınmış, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (cild 01, iş vərəqə 177-178) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 müvəqqəti yaşadığı və narkotik vasitələri saxladığı ünvan 3 ünvanında yerləşən “Cinema” hotelin 409 saylı otağına baxış keçirilməsi “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkiliş ilə həyata keçirilmiş və 01 ədəd “DVD” diskə yazılaraq protokola əlavə edilmişdir. Həmin “DVD” diskdə olan videoçəkilişdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən 01 ədəd DVD disk 06 sentyabr 2022-ci il tarixli qərar ilə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 02, iş vərəqə 96-111) İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(005)- 746/2022 saylı qərar ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkil Şahid1 tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərar qanuni hesab edilmişdir. (cild 01, iş vərəqə 183-186) İş materiallarında olan AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli 007-11543-1222 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələri əldə etdikləri mənbənin, şəxsiyyəti istintaqa məlum olmayan “Akif” adlı şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə istintaq tapşırığı verilmişdir. Tapşırığa verilən cavab məktubunda qeyd edilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri əldə etdiyi mənbənin, həmçinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələri satdığı şəxslərin müəyyən edilməsi və istintaqa təmin edilməsi istiqamətində tədbirlər keçirilsə də, müsbət nəticə əldə etmək mümkün olmamışdır. (cild 02, iş vərəqə 88) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmədə özünü təqsirli bilməməsi, Lənkəran rayonuna qonaqlıq üçün getməsi, “Cinema” hoteldə qaldığı otaqda olan narkotik vasitəri polis əməkdaşlarının yerləşdirməsi və ona zor tətbiq etmələri, eləcə də, Təqsirləndirilən şəxs2 məhkəmədə özünü təqsirli bilməyərək, Təqsirləndirilən şəxs1la aralarında narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı sövdələşmənin olmaması və polis əməkdaşları tərəfindən ona zor tətbiq edilməsi barədə verdikləri ifadələrinə qiymət verərək belə hesab edir ki, onların bu ifadələri işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onların məhkəmədə verdikləri ifadələri özlərinin ifadələri, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və digər sənədlərlə tam təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1997-1998-ci illərdə zərgər köməkçisi kimi qeyri-rəsmi işləmişdir. 1998-ci il tarixdə X1 daxil olub 2002-ci il tarixdə ali təhsilini başa vurmuşdur. Bundan sonrakı dövrdə müxtəlif banklarla əməkdaşlıq edib krediti gecikmiş avtomobillərin satışını həyata keçirmişdir. 15 mart 2017-ci il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib 07 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Təqsirləndirilən şəxs2 təxminən 1 aya yaxındır ki, tanıyır. Birlikdə bir neçə dəfə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişlər. Narkotik vasitə qurudulmuş marixuanadan 2015-ci il tarixdən istifadə edir. Narkotik vasitə qurudulmuş marixuananı həbs olunan tarixədək Bakı şəhərində anket məlumatlarını bilmədiyi şəxslərdən alıb istifadə etmişdir. Azadlığa çıxdıqdan sonra bir neçə dəfə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. 2022-ci il tarixdə mobil telefonunda teleqram proqramında təsadüfən İran İslam Respublikası vətəndaşı ilə ünsiyyəti yaranmışdır. Bir neçə gün danışdıqdan sonra özünü “Akif” adı ilə təqdim edən İran İslam Respublikası vətəndaşı narkotik vasitə və psixotrop maddənin satışında yaxşı qazanc olmasını və bir neçə tanışının Azərbaycan Respublikasına və qonşu ölkələrə İran İslam Respublikasından narkotik vasitə göndərib həmin ölkədəki tanışlarının vasitələri ilə qazanc əldə etdiklərini vurğulayıb bir-birlərini tanıdıqlarını və bu işi birlikdə həyata keçirib qazanc əldə etmələrini təklif etmişdir. O da bu işin riskli olmasını və hüquq mühafizə orqanları tərəfindən tutula biləcəklərini demişdir. Akif ona kiməsə əlbəəl narkotik vasitə və psixotrop maddə satmayacağını yalnız özü bildirdiyi halda onun dediyi yerdən qeyd olunan narkotik vasitələri götürüb başqa bir yerə atacağını söyləyib bu işdə tutulma riskinin az olduğunu və hər dəfə bu işi görəcəyi halda pul və narkotik vasitə qurudulmuş marixuana verəcəyini demişdir. Akifin təklifi ilə razılaşmışdır. Təxminən 1 ay öncə Akif onunla watsapp proqramı vasitəsi ilə əlaqə saxlayıb malı Astara rayon ərazisinə atdırdığını və gedib oradan götürməyini, götürdükdən sonra məlumat verməyini demişdir. O da həmin vaxt “Rent a Car”dan icarəyə avtomobil götürüb tək Astara rayonuna getmişdir. Orada Akifin izah verdiyi şəkildə özü tərəfindən yerləşdirilən narkotik vasitələr olan bağlamanı tapmışdır. Həmin bağlamanı götürüb Bakı şəhərinə gətirmişdir. Bakı şəhərində daimi yaşayış yeri olmadığı üçün müxtəlif hotellərdə qaldığından qeyd olunan çantanı götürüb hotelə aparmışdır. Həmin çantanın içərisində 6-7 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana və öz istifadəsi üçün Akif tərəfindən qoyulan təqribən 100 qrama yaxın narkotik vasitə var olmuşdur. Səhərisi gün Akifin tapşırığı ilə həmin narkotik vasitələri Bakı şəhəri daxilində müxtəlif ünvanlara qoymuş və həmin yerlərin şəkillərini çəkib Akifə göndərmişdir. 06 iyun 2022-ci il tarixdə axşam saatlarında Akif ilə “watsapp” proqram vasitəsi ilə danışan zaman həmin gecə narkotik vasitə göndərəcəyini bildirmişdir. O da həmin gün icarəyə avtomobil götürüb Akifdən xəbər gözləmişdir. Belə ki, Akif bildirmişdir ki, mal, yəni narkotik vasitələr xx.xx.2022-ci il tarixdə saat 03-04 radələrində Astara rayonunda narkotik vasitələri ilk dəfə götürdüyü yerə atılacaqdır. Tək getməsin deyə tanışı Təqsirləndirilən şəxs2 bu barədə məlumat vermişdir. X5 rayonu ərazisinə mal, yəni narkotik vasitələr atacağını deyib birlikdə gedib həmin narkotik vasitələri götürmələrini təklif etmişdir. Ona bu işi görəcəkləri halda həm narkotik vasitə qurudulmuş marixuana, həm də pul verəcəyini söyləmişdir. Onlar birlikdə icarəyə götürdüyü nömrəsini xatırlamadığı “Niva” markalı avtomobil ilə gecə saatlarında yola çıxıb Astara rayonuna getmişlər. Yolda həm özünün, həm Əlinin istifadə etdiyi mobil telefonla İran İslam Respublikasının vətəndaşı Akiflə əlaqə saxlamışdır. Akifin ona watsapp proqramı vasitəsi ilə göndərdiyi ünvana gedib orada 02 ədəd idman çantasının olmasını görmüşdür. Həmin 02 ədəd idman çantasını götürüb avtomobilə oturmuş və Təqsirləndirilən şəxs2 təcili üzü Bakı şəhəri istiqamətində sürməyi tapşırmışdır. Təqsirləndirilən şəxs2 ifşa edilməməkdən ötrü yolda başqa taksi tutacağını və narkotik vasitələri həmin avtomobil ilə Bakı şəhərinə gətirəcəyini söyləmişdir. Belə ki, Masallı rayonu ərazisində körpünün altında Əliyə avtomobili saxlamasını bildirib yol kənarında dayanan “Mercedes” markalı taksiyə 02 ədəd çantanı qoymuşdur. Təqsirləndirilən şəxs2 isə 40 manat məbləğində pul verib Bakıya getməsini və səhərisi gün görüşəcəklərini söyləmişdir. Özü isə Mercedes markalı avtomobil ilə Bakıya gəlmişdir. Akif danışığı zamanı həmin çantaların içərisində 02 ədəd sellefon paketdə öz istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana qoyduğunu, qalan narkotik vasitələri isə onun bildirdiyi halda Bakı şəhərində ünvanlara yerləşdirməli olduğunu demişdir. Həmin narkotik vasitələr olan 02 ədəd çantanı qaldığı ünvan 3 ünvanında fəaliyyət göstərən Cinema hotelin 409 nömrəli otağına gətirmişdir. Otaqda çantaların içərisinə baxmışdır. Orada 21 ədəd sellefon bağlama və 02 ədəd sellefon paketdə narkotik vasitələrin olmasını və elektron tərəzilərin olmasını görmüşdür. Həmin narkotik vasitələri hotelin otağında divanın altında gizlətmişdir. 08 iyun 2022-ci il tarixdə saat 00:10-da “Cinema” hotelin 409 saylı otağında istirahət edən zaman qapının döyülməsini eşitmişdir. Qapını açan zaman bir neçə mülki geyimdə olan şəxslərin dayanmalarını görmüşdür. Həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Barəsində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarla tanış edilmişdir. Qərara əsasən bildirilmişdir ki, daxil olmuş məlumatla əlaqədar yaşadığı otağa baxış keçirilməsi zəruridir. Yaşadığı hotel nömrəsinə tərəflərindən baxış keçirilməsinə etiraz etmədiyini, baxış keçirilməsinə razı olduğunu bildirmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra videoçəkilişdən istifadə edilməklə yaşadığı otağa baxış keçirilməsinə başlanmış, baxışın videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmişdir. Özü və digər proses iştirakçıları buna etiraz etmədiklərini bildirdikdən sonra baxış keçirilməsinə başlanılmışdır. Baxış başlanılmazdan öncə ona yaşadığı hotel nömrəsində qanunla qadağan edilmiş hər hansı bir əşyanın, predmetin, narkotik vasitə və ya psixotrop maddənin olubolmaması sual edilmişdir. Könüllü olaraq yaşadığı hotel nömrəsində narkotik vasitə qurudulmuş marixuana olmasını etiraf edərək həmin otaqda olan 02 ədəd yumşaq mebelin (divanın) saxlanc yerini açıb orada olan 21 ədəd sellofan bağlamaları və 02 ədəd şəffaf sellofan paketi çıxararaq təqdim edib həmin bağlamaların və bükümlərin içərisində narkotik vasitə marixuana olmasını bildirmişdir. Təqdim etdiyi 21 ədəd sellofan bağlamalara və 02 ədəd şəffaf sellofan paketə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, təqdim olunmuş 02 ədəd şəffaf sellofan paketdə və 19 ədəd sellofan bağlamada narkotik vasitə marixuanaya oxşar maddələr, 02 ədəd sellofan bağlamada isə hər konvalyutda 10 həb olmaqla ümumilikdə 159 konvalyut üzərində “Methadone 40” yazısı olan həblər vardır. Baxış davam etdirilərkən otaqda dolabın üzərində olan 03 ədəd elektron tərəzini, 01 ədəd VTB Banka məxsus, 02 ədəd Leo Banka məxsus, 03 ədəd üzərində Azercell yazısı olan gsm danışıq kartlarını, 01 ədəd Samsung A52 markalı və 01 ədəd Nokia markalı mobil telefonları, 01 ədəd içərisində yazılar olan kitabçanı, 03 ədəd kağız kəsiyinin üzərində yazılar və 10 manat nəğd pul vəsaitini masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan başqa otaqda olan iki ədəd idman çantasını təqdim edərək aşkar olunan bağlamaları hotelə həmin çantalarda gətirdiyini bildirmişdir. Şifahi sorğu zamanı özündə olan məlumata görə bağlamaların və paketlərin içərisində narkotik vasitə marixuana olduğunu, həmin bağlamaları və paketləri sosial şəbəkə vasitəsi ilə tanış olduğu “Akif” adlı İran İslam Respublikasının vətəndaşının göndərdiyini, “Akif” adlı şəxsin İran İslam Respublikasında yaşadığını, hazırda aşkar olunanları “Akif” adlı şəxsin Astara rayonuna kimliyi məlum olmayan şəxs vasitəsi ilə göndərdiyini, onun “Akifin” göstərişi ilə tanışım Təqsirləndirilən şəxs2 ilə Astara rayonuna gedərək aşkar olunanları iki ədəd idman çantasında Akifin əvvəlcədən dediyi ünvandan dünən, yəni 07 iyun 2022-ci il tarixdə təxminən saat 3-4 radələrində götürdüyünü, götürdükdən sonra hotelə gələrək sonrakı müddətdə Akifin göstərişi ilə təxminən 2-3 kiloqram narkotik vasitəni onun şəkilini göndərdiyi ünvanlara yerləşdirdiyini, həmin bağlamaları götürən şəxsləri görmədiyimi və heç kəsdən pul almadığını, həmin bağlamalara və paketlərə görə “Akif” adlı şəxsə pul vermədiyini, işinin “Akif” adlı şəxsin göstərişi ilə onun söylədiyi ünvandan çantalarda olan narkotik vasitələri götürüb sonrakı müddətdə şəkillərini göndərdiyi yerlərə yerləşdirməkdən ibarət olduğunu, bunun müqabilində “Akif” adlı şəxsin təxminən 300-500 qram narkotik vasitə marixuana verdiyini, “Akif” adlı şəxslə watsapp mobil tətbiqi üzərindən ünsiyyət saxladığını, aşkar olunan 03 ədəd elektron tərəzilərin “Akif” tərəfindən narkotik vasitələrin üzərində göndərildiyini bildirmişdir. Baxış davam etdirilərkən əynində olan şortun ciblərini çıxararaq boş olmasını göstərmiş və üzərindən iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı təqdim olunmuş 02 ədəd sellofan paketdə və 19 ədəd sellofan bağlamada narkotik vasitə marixuanaya oxşar maddələr, 02 ədəd sellofan bağlamada hər konvalyutda 10 həb olmaqla ümumilikdə 159 konvalyut üzərində “Methadone 40” yazısı olan həblər və 03 ədəd elektron tərəzi 02 ədəd idman çantasında qablaşdırılaraq möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda baxış zamanı aşkar olunan bank kartları, 03 ədəd gsm danışıq kartı, 01 ədəd kitabça, 03 ədəd yazılar olan kağız kəsikləri 01 ədəd zərfdə qablaşdırılaraq möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı aşkar olunmuş 02 ədəd mobil telefonun iş üzrə əhəmiyyət kəsb etmə ehtimalı olduğundan tərəfindən götürülmüşdür. Həmçinin baxış zamanı aşkar olunmuş 10 manat nağd pul vəsaiti iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra iştirakçılarla birlikdə Baş İdarəyə gəlmişlər. Baş İdarəyə gəldikdən sonra müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələrim izah edilmişdir. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib olunaraq tərəflərindən imzalanmışdır. (cild 01, iş vərəqə 38-40; 60-64; 101-105; cild 02, iş vərəqə 132-136) Eləcə də, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 ilə yaxın müddətdir narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs1 təxminən 1 ilə yaxın müddətdir ki, ortaq tanışlarının iştirakı ilə keçirilən məclisdə tanımışdır. Tanış olduqdan sonra bir-birlərinin istifadəsində olan nömrələri götürüb əlaqə saxlamış və tez-tez görüşmüşlər. Ələkbər özünü “Kənan” adı ilə təqdim etmiş, ona həmişə Kənan kimi müraciət etmişdir. Onlar bir neçə dəfə birlikdə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişlər. Belə ki, X8 Respublikasının vətəndaşı ilə sıx əlaqədə olmasını və birlikdə narkotik vasitələrin satışı, dövriyyəsi ilə məşğul olduqlarını bilmişdir. Ələkbər ona bir neçə dəfə təmənnasız narkotik vasitə qurudulmuş marixuananı çəkmək üçün vermişdir. Belə ki, 06 iyun 2022-ci il tarixdə Ələkbər istifadəsində olan mobil nömrəyə yığıb İran İslam Respublikası vətəndaşının ölkə ərazisinə mal, yəni narkotik vasitə göndərəcəyini bildirib həmin narkotik vasitələri götürmək üçün onunla birlikdə gedə biləcəyini soruşmuşdur. Birlikdə gedəcəkləri halda ona narkotik vasitə qurudulmuş marixuana və 3000 manat pul verəcəyini söyləmişdir. O da Ələkbərin təklifini qəbul edib gedə biləcəklərini demişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə Ələkbər ilə görüşən zaman onun icarəyə qeydiyyat nömrəsini xatırlamadığı Niva markalı avtomobil götürməsini görmüşdür. Avtomobili özü idarə etmiş, Ələkbər isə ön sərnişin oturacağında əyləşmişdir. Onlar Astara rayonu istiqamətində hərəkət etmişlər. Yolboyu Ələkbər İİR vətəndaşı ilə həm öz telefonu, həm onun telefonu ilə watsapp proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Onlar İİR vətəndaşının bildirdiyi ünvana çatdıqdan sonra Ələkbər avtomobildən düşüb bir qədər aralaşmışdır. Artıq xx.xx.2022-ci il saat 03-04 radələri olardı. Onun avtomobilə tərəf əlində 02 ədəd idman çantası ilə gəlməsini görmüşdür. O, avtomobilə həmin çantaları qoymuş, cəld şəkildə üzü Bakı şəhəri istiqamətində sürməyini demişdir. Avtomobili Bakı şəhəri istiqamətində hərəkət etdirmişdir. Yolda Ələkbər ona törətdikləri cinayət əməlinə görə ifşa edilməməkdən ötrü özünün narkotik vasitələrlə birlikdə başqa avtomobil ilə, yəni taksi ilə Bakıya qayıdacağını deyib yol kənarında taksi görən kimi saxlamağını demişdir. Masallı rayonu ərazisində körpunun altında olan zaman yol kənarında “Mercedes” markalı avtomobilin daynamasını görmüş, Ələkbər ona həmin avtomobilin yanında saxlamağını demişdir. Ələkbər ona 40 manat məbləğində pul verib Bakıya qayıtmağını və şəhərdə görüşmələrini demişdir. Özü isə içərisində narkotik vasitələr olan 02 ədəd idman çantasını götürüb avtomobildən düşüb Mercedes markalı avtomobilə əyləşmişdir. Əli Bakı şəhərinə gəlmişdir. Həmin günü günorta saatlarında Ələkbər ilə əlaqə saxlayıb özünə pul lazım olmasını söyləmiş və qızla görüşəcəyini bildirmişdir. Ələkbər ona 150 manat məbləğində pul göndərmiş, sonra isə Ələkbər ilə əlaqəsi olmamışdır. (cild 01, iş vərəqə 89-91; 115-117) Bundan əlavə, xx.xx.2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar hər ikisi ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı söyləmişlər. (cild 01, iş vərəqə 118-122) Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının birinci bəndinin ikinci abzasında qeyd edilir ki, nəzərə alınmalıdır ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və bu məcəllədə nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. X6 13-cü bəndinə əsasən, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CMnin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyriqanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. X6 19-cu bəndinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Qeyd edilən Plenum Qərarının 26-cı bəndinin 4-cü abzasına əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar (narkotik vasitələr, psixotrop maddələr, odlu silah, döyüş sursatı və sair), CPM-nin 132.0.1-ci maddəsinin tələblərinə müvafiq olaraq müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, yaxud da məhv edilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X6 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X6 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nəsimi rayonu, S,Vurğun küçəsi 934 ünvanında fəaliyyət göstərən “Cinema” hotelin 409 nömrəli otağında baxış zamanı divanın altından 02 ədəd göy rəngli polietilen paketdə və 19 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 217 qram, 170 qram, 580 qram, 1390 qram, 1000,5 qram, 1000 qram, 500,5 qram, 1020 qram, 190 qram, 1030,5 qram, 2006 qram, 1000 qram, 1020,8 qram, 2000,2 qram, 1050 qram, 1100,8 qram, 1005 qram, 980 qram, 450 qram, 380 qram, 970,5 qram olmaqla ümumilikdə külli miqdarda 19061,80 qram narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd sellefon bağlamada tərkibində narkotik vasitə metadonun təsir edici maddəsinin ümumi miqdarı külli miqdarda 63,6 qram təşkil edən üzərində “F/M40” yazısı həkk olunmuş 1590 ədəd dərman tableti, üzərində narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetaminin izləri olan 03 ədəd elektron tərəzi 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması, ayrı-ayrı bükümlərdə olması da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(001)- 329/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə ona qəti olaraq təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(103)-985/2018 saylı qərarı ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(005)-238/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təyi olunmuş 6 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəza çəkmə müəssisəsinə keçirilmişdir. Təqsirləndirilən şəxs1 09 ay 17 gün çəkilməmiş cəzası vardır. (cild 01, iş vərəqə 201-203; cild 02, iş vərəqə 58-87) Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsində göstərilmişdir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nın 83.3.4-cü maddəsində göstərilmişdir ki, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsində göstərilmişdir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Belə ki, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residiv halını yaradır. Odur ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin təhlükəli residivi halı mövcuddur. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(103)-985/2018 saylı qərarı ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 09 ay 17 gün hissəsi yeni hökm ilə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs1 oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi halı müəyyən edildiyindən ona cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin qaydaları əsasında, yəni onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin üçdə ikisindən az olmamaqla təyin edilməlidir. İş materiallarında olan AR Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 64 saylı Mənzil Kommunal İstismar sahəsindən verilmiş xx.xx.2022-ci il tarixli 6/36-288 saylı arayışdan və ona əlavə edilmiş xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanı AR Nazirlər Kabinetinin xx.xx.2018-ci tarixli 51 saylı Sərancamına əsasən söküldüyü üçün Təqsirləndirilən şəxs1 xaraterizə etmək mümkün olmamışdır. (cild 02, iş vərəqə 41-42) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən halların olmadığını və CM-nin 61-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi halını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barasində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 törətdiyi cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 4(005)-680/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 iyun 2022-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 19; 133-135) Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 08 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 3884 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vərəqə 204-205) İş materiallarında olan AR Göygöl rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 56 və 57 saylı arayışlardan və ona əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Göygöl rayonu, Şəhriyar kəndində qeydiyyatda olmaqla, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. (cild 02, iş vərəqə 36-39) Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barasində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs2 törətdiyi cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 4(005)-679/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 iyun 2022-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 82-83; 136-138) Odur ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 08 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2021-ci il tarixli 4058 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, lakin, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 202 (iki yüz iki) manat pul vəsaitindən 101 manat pul Təqsirləndirilən şəxs1, 101 manat pul isə Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş 19061,80 qram narkotik vasitə qurudulmuş marixuana və 1590 ədəd metadon həbinin, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 19061,38 qram qurudulmuş marixuana, 1570 ədəd metadon həbi, 03 ədəd elektron tərəzi və 02 ədəd çanta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılmalı, 01 ədəd kitabça və 02 ədəd vərəq, ünvan 3 ünvanında yerləşən “Cinema” hotelin 409 saylı otağına baxış keçirilməsi görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk, cinayət işi materiallarında saxlanmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Universal” Vəkil Bürosunun hesabına 210 manat məbləğində pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 08 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 48 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs1 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(103)- 985/2018 saylı qərarı ilə təyin edilmiş 06 il müddətə azadlıqdan məhrum etmə cəzasının 09 ay 17 gün çəkilməmiş hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 09 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 08 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 08 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonrakı çəkiləri 19061,38 qram qurudulmuş marixuana, 1570 ədəd metadon həbi, 03 ədəd elektron tərəzi və 02 ədəd çanta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılsın, 01 ədəd kitabça və 02 ədəd vərəq, ünvan 3 ünvanında yerləşən “Cinema” hotelin 409 saylı otağına baxış keçirilməsi görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın, İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 202 (iki yüz iki) manat pul vəsaitindən 101 manat pul Təqsirləndirilən şəxs1, 101 manat pul isə Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi2 təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Universal” Vəkil Bürosunun hesabına 210 manat məbləğində pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi3 təqsirləndirilən şəxsə göstərilmiş 08 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Universal” Vəkil Bürosunun hesabına 48 manat məbləğində pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: imza: Əhməd Quliyev hakimlər: imza: Azər Paşayev imza: İradə Həsənzadə Düzdür: Məhkəmənin hakimi Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-305/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-305/2023
03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver