Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-305/2024 21.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi -“Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda, yerdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 2,035 qram çəkidə külli miqdarda narkotik vasitə heroini əldə edərək özündə saxlamaqla daşımış, 14 noyabr 2022-ci il tarixdə saat 13:00-da ünvan 2 ünvanın qarşısında olan zaman Nəsimi rayon polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin polis bölməsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 2,035 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadə etmir, üç il müddətdir ki, hər gün səhər “Semaşko” xəstəxasına gedib maye halında olan müalicəvi “medaton suyu” içir, «Metadon suyu» içdikdən sonra narkotik vasitəsinin istfadəsinə ehtiyac yaranmır; 14 noyabr 2024-cü il tarixdə səhər, saat 10:30 radələrində, metadon suyu içib xəstəxanadan çıxarkən polis əməkdaşları onu saxlamış, ondan heç bir sənəd tələb olunmamış, polis əməkdaşları üstünü yoxlamış, qanunsuz heç nə tapmamış, onu polis bölməsinə aparmışlar və həmin gün axşama kimi saxlamışlar; polis bölməsində polis əməkdaşları ona bir büküm verərək içərisində narkotik vasitə olduğunu, videoçəkiliş aparılacağını bildirmişlər, çəkiliş zamanı bükümü cibindən çıxararaq təhqiqatçıya təqdim etməsini tapşırmışlar və həmin bükümə görə onun tutulmayacağını demişlər; o, həmin vaxt qorxduğu üçün polis əməkdaşlarına heç bir etiraz etməmiş, «Semaşko» xəstəxanasında «metadon suyu» içib çıxanda növbətçi mühafizə polisi onu digər iki polis işçisinə işarə ilə göstərərək: “Namiq budur”,deyə bildirmiş, həmin polis əməkdaşları dərhal üstünə baxış keçirmişlər; Polis əməkdaşları tərəifndən oa qarşı fiziki və psixiki təzyiq olunmamış, polis bölməsinə gətirildiyi vaxt orada yalnız əməliyyat müvəkkili olmuş, vəkil olmamışdır, daha sonra isə təhqiqatçı gəlmişdir; videoçəkiliş axşam saatlarında olmuş, çəkilişdə müdafiəçi iştirak etməmiş, vəkil çəkilişdən sonra gəlmişdir. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ilkin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, 30 ildir ki, narkotik vasitə istifadəçisidir. xx.xx.2022-ci il tarixdə "Papanin" adlanan yerdə tanımadığı bir şəxsdən 20 manata narkotik vasitə olan heroıni alaraq özündə saxlamışdır. xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında X2 zaman, ona iki nəfər şəxs yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdilər. Polis əməkdaşları onun narkotik vasitələrin əldə etməsi və qəbulunda şübhələndiklərini bildirib ondan polis bölməsinə getməsini xahiş etmişlər. Polis bölməsinə getdikdən sonra hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim edilmiş, sonra otaqların birində ona hüquq və vəzifələri izah edilmişdir. Onu saxlayan əməkdaşların iştirakı ilə videoçəkiliş ilə üzərinə baxış keçirilmiş və baxış zamanı onun əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızında olan bükümü təqdim etmiş və həmin bükülünün içərisində olan maddənin heroin olduğunu, onu öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm zərfə qoyularaq qablaşdırılmışdır. Narkotik vasitə aludəçisidir və heroini yalnız şəxsi istifadəsi üçün üzərində gəzdirmiş, satışı ilə məşğul olmamışdır. Narkotik vasitəni aldığı şəxsi tanımır (cild 1, iş vərəqi 61-62). Məhkəmə zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 14 noyabr 2022-ci il tarixdə saat 13.00 radələrində Nəsimi rayonu Mirqasımov 1 ünvanda yerləşən X10 zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Həmin şəxsin üzərində şəxsiyyətini təsdiq edən sənədin olmaması və özünü müəyyən qədər şübhəli apardığı üçün həmin şəxsi 20-ci polis bölməsinə gətirmişlər. Orda təhqiqatçı və ekspertin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Orda təqsirləndirilən şəxs bir büküm heroini təqdim etmiş, 20 manata Papanin adlanan yerdən şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Xidməti ərazidə iki nəfər olmuşlar. Hadisənin üzərindən xeyli müddət keçdiyindən şəxsin barəsində əvvəlcədən məlumatları olub olmamasını xatırlamır. Təqsirləndirilən şəxs üzərində şəxsiyyət vəsiqəsinin olmaması və danışığında bir təhər özünü aparması onlarda şübhə doğurmuş və ona görə bölməyə aparmışlar. Namiqi saxlayanda üstünə baxış aparmamış, bölmədə üzərinə baxış aparılmışdır. Portaldan təqsirləndirilən şəxsin barəsində məlumatları olmaları və yaxud xəstəxananın mühafizəçisinn Namiqi işarə edərək göstərməsini uzun müddət müddət keçdiyindən xatırlamır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci polis bölməsinin əməkdaşı Şahid2 ifadə verərək göstərmişdir ki, Şahid1lə xidmətdə olarkən «Semaşko» xəstəxacsnın ərazisində Təqsirləndirilən şəxs görmüşlər, özünü şübhəli apardığından Təqsirləndirilən şəxs yaxınlaşmış, şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etdikdə, sonuncunun üstündə sənədi olmadığından onu 20-ci Polis Bölməsinə aparmışlar, tərtib etdikləri raport əsasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, sonuncu şalvarının sağ cibindən bir büküm çıxarıb masanın üzərinə qoymuş, içərisində narkotik vasitə heroin olduğunu və «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən öz istəfadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs barədə onlarda əvvəlcədən məlumat olmamış, özünü şübhəli apardığı üçün onu saxlamışlar. Məhkəmə zamanı əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs Respublika Narkoloji Xəstəxanasında qeydiyyatdadır və hər gün həmin xəsttəxanaya «metadon suyu» adlandırılan mayeni qəbul emək üçün gedir; 14 noyabr 2022-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs hər gün olduğu kimi günortaya yaxın saatlarda evdən çıxaraq metodon suyu qəbul etmək üçün getmiş, təxminən saat 13-dən sonra nəvəsinin oxuduğu məktəbdən ona zəng edilmiş və Namiqin nəvəsinin arxasınca məktəbə getmədiyini, uşaqın orada qaldığını bildirmişlər, o da narahat olduğu üçün tez Namiqin mobil teleofnuna zəng etmiş, Namiq isə bir müddət zənglərə cavab verməmişdir. Bundan sonra özü məcbur qalıb nəvəsinin arxasınca gedib onu məktəbdən götürüb evə aparmış, həmin vaxt dayanmadan Namiqin mobil telefonuna zəng etmiş, Namiq sonda onun zənginə cavab vermişdir. O, Nəsimi RPİ-nin 20-ci Polis Bölməsində olduğunu demiş, tez Namiqin arxasıyca ora yollanmışdır. Namiq iki gün polis bölməsində qaldıqdan sonra onu oradan buraxmışlar. Məhkəmə zamanı əlavə şahid qismində dindirilmiş ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiəçisi qismində iştirak etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X15 ifadəsində göstərmişdir ki, ibtidai istnitaq zamanı təqsirləndiilən şxs Nami Zeynalovn müdafiəçisi olmuş, hadisənin üzərindən xeyli vaxt keçdiyindən əksər məqamları xatırlamır, polis bölməsinə dəvət olnduqdan sonra Təqsirləndirilən şəxs ilk olaraq dəqiq nə vaxt, harada gördüyünü dəqiq xatırlamır, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməmiş, sonradan şəxsi axatış protokolu ilə gəlib tanış olmuşdur, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmaması, metadon suyu içmək üçün xəstəxanaya getdiyini, əsassız olaraq saxlanılması barədə ona məlumat verməmişdir, videoçəkilişdlə keçirilən şəxsi axtarşı iştirak etəməməsihazırda xatılamadığı hansısa üzürlü səbəbə görə baş vermişdir; əgər hüquqlarını müdafiə etdiyi şübhəli şəxs üzərində narkotik vasitə olmaması, narkotik vasitənin onun üzərinə qoyulması barədə ona bildirmiş olsa idi, o, mütləq təhqiqatçı və müstəntiqə bu barədə bildirərdi. Məhkəmə zamanı ona nümayiş etdirilmiş cinayət işində olan bəzi sənədlərdək imzalar onun tərəifndən icra olunmamışdır. Məhkəmə zamanı əlavə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci Polis bölməsinin təhqiqatçısı X13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçisi şəxsi axtarış və götürmə zamanı iştirak etməmişdir, belə k, həmin dövrdə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun müdirinin vəkillərə şəxsi axtarış və götürmə zamanı iştirak etməməsi barədə göstərişi var idi. Siyahı üzrə növbədə olan müdafiəçi dəvət olunmş və müdafiəçi Elman Ağayev polis bölməsinə gəlmişdir. Müdafiəçi Elman Ağayev Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasında iştirak etmiş, lakin sonuncunun üzərində şəxsi axtarış keçirilməsi zamanı iştirak etməmiş, şəxsi axtarış keçirilən zaman müdafiəçinin axtarış aparılan otağın qarşısında gözləməsi barədə məlumatı yoxdur, çünki videoçəkiliş qapalı otaqda aparılmış, müdafiəçinin həmin vaxt harda olması barədə məlumatsızdır. Müdafiəçi ərizə təqdim edərək şəxsi axtarış aparılmasında iştirak etməkdən imtina etmiş və otaqdan çıxmış, bundan sonra şəxsi axtarış və götürülmə aparılmışdır. Müdafiəçi Elman Ağayev polis bölməsində olarkən sonucuya təqdim edilmiş bütün sənədlərə Elman Ağayev şəxsən özü imza etmişdir. Müdafiəçinin iştirakı olmadan şəxsi axtarış və götürmə aparılmasına etiraz etməməsi barədə Təqsirləndirilən şəxs ərizəsində vəkil Elman Ağayevin əllə yazılmış adının qarşısındakı imzanın məhz müdafiəçi Elman Ağayev tərəfindən çəkilibçəkilməməsi barədə yalnız onu bildirə bilər ki, həmin ərizə onun tərəfindən kompüter vasitəsi ilə tərtib edilmiş, çap edilmiş və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır, həmin ərizənin müdafiəçi tərəfindən imzalamasına ümumiyyətlə zərurət yoxdur, təhqiqat dövründə həmin ərizə yalnız Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır, daha sonra toplanmış bütün materiallar istintaq şöbəsinə göndərilmişdir. Cinayət işindəki digər sənədlərdəki imzaların müdafiəçi və təqsirləndirilən şəxs tərəfindən icra olunubolunmaması barədə məlumatı yoxdur, belə ki həmin sənədlər artıq istintaq bölməsi tərəifndən toplanmışdır, təhqiqat dövrünə aidiyyəti yoxdur. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun yanına təqribən 13 radələrində gətirilmişdir. Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən elektron portal ona əməliyyatçılar tərəfindən təqdim edilmiş, həmin portalda məlumatların sorğu verilərək əldə olunmasının tarixi və saatının 14 noyabr 2022-ci il saat 04:00 göstərilməsinə kompüterdə hansısa texniki xətanın baş verməsi səbəb ola bilər. Məhkəmə zamanı əlavə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi X9 ifadəsində göstərmişdir ki, ona təqdim edilən cinayət işinin bəzi səhifələrində vəkil Elman Ağayevin imzalarının məhz Elman Ağayev tərəfindən çəkilməməsi, sonradan həmin imzaların Elman Ağayevin əvəzinə çəkilməsi mümkün deyil, vəkil ərazi üzrə vəkil bürosunun vəkilidir, bütün sənədlərə istintaq dövründə özü şəxsən imza etmişdir. Mübahisələndirilən imzaların sonradan kimin tərəfindən çəkilməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmaması, metadon suyu içmək üçün xəstəxanaya getdiyini, bu zaman əsassız olaraq saxlanılması barədə ona məlumat vermiş, dindirmə protokolunda da təqsirləndirilən şəxsin bildirdikləri qeyd edilmiş, vəsatət kimi qəbul edilərək rədd edilmişdir. Təqsirləndirilən şəxs metadon suyu içməsi o demək deyildir ki, o narkotik vasitə istifadə etmir, həmin xəstəxana ərazisində narkotik vasitə istifadəçilərinin sayı çoxdur, onlar orada narkotik vasitələr əldə edərək istifadəsi ilə məşğul olurlar. Təqsirləndirilən şəxs barəsində alınmış məhkəmə-narkoloji ekspertizası üzrə ekspert rəyində də onun narkotik vasitə istifadəçisi olması göstərilmişdir. Həmin ekspert rəyində rəyin giriş hissəsin Təqsirləndirilən şəxsla bağlı olması, təsviri hissəsində tamamilə başqa şəxs haqqında məlumatların qeyd edilməsi və nəticə hissəsinin təkrarən Təqsirləndirilən şəxs barəsində olması mexaniki səhvdir, onlar ekspert rəyinin əsasən nəticə hissəsinə istinad etdiklərindən həmin yanlış hissə nəzərlərindən yayınmışdır. Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən elektron portalı təhqiqat orqanı əldə edir. Həmin portalın gecə saat 04:00 əldə edilməsi mümkün deyildir, çünki portalı təqdim edən əməkdaşlar həmin saatlarda ümumiyyətlə işləmirlər. Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən elektron portalda texniki səhv nəticəsində gecə saat 04:00 qeyd edilmişdir. Məhkəmə zamanı əlavə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin mühafizə idarəsinin polis əməkdaşı X8 ifadəsində göstərmişdir ki, əvvəllər Nəsimi RPİ-nin mühafizə idarəsində işləmiş və 14 noyabr 2022-ci il tarixdə 1 saylı KTM-də, yəni “Semaşko” xəstəxanasında mühafizə postunda xidmət etmişdir. Təqsirləndirilən şəxs metadon suyu içmək üçün həmin xəstəxanaya gəlmişdir. Xəstələrin «müalicəvi metadon suyunu» orada içməsinə və özləri ilə aparmamasına nəzarət etmişdir. 14 noyabr 2022-ci il tarixdə iki nəfər polis əməkdaşının ona yaxınlaşması, Təqsirləndirilən şəxs soruşması, Təqsirləndirilən şəxs polislərə işarə edərək göstərməsi kimi hal baş verməmişdir. Ümumiyyətlə 1 saylı KTM-yə gələn şəxslər barəsində məlumat vermək qadağandır. Belə bir məlumat istənildikdə bu barədə mütləq rəsmi qaydada rəhbərliyə məruzə edilir, razılıq verildikdə məlumatlar ötürülür, lakin göstərilən tarixdə belə bir hal baş verməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, şübhəli şəxsin tutulması haqqında 14 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 16-17). 16 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 89-90). Baxış və götürmə aparılması haqqında 14 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdə Nəsimi RPİ-nin 20-ci polis bölməsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 43-49). Məhkəmə-kimyəvi ekspertizası üzrə 15 noyabr 2022-ci il tarixli 6\6556 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə....» yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 2,035 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 1, iş vərəqi 55-59). Məhkəmə-narkoloji ekspertizası üzrə 04 aprel 2023-ci il tarixli 1879 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 132-133). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 117-131). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə baxışı zamanı müdafiə tərəfi, 14 noyabr 2022-ci il tarixdə, yəni Təqsirləndirilən şəxs saxlanılan zaman, üzərində narkotik vasitə olmamasınını bildirdiyini, polis bölməsinə aparılandan sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitə təqdim edildiyini və boynuna götürməsinin ondan tələb edildiyini, Təqsirləndirilən şəxs da videoçəkilişlə aparılan götürmə zamanı qorxudan narkotik vasitənin ona məxsus olmasını bildirərək boynuna götürməsini, verilmiş ittiham üzrə sonuncunun təqsirsiz olmasını qeyd etmiş və bir sıra xüsusatlar göstərmişdir. Belə ki, müdafiə tərəfi ilk olaraq qeyd etmişdir ki, təqsirləndirilən şəxsə verilmiş ittihama əsasən onu şübhəli şəxs qismində saxlayan polis əməkdaşlarında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əvvəlcədən əməliyyat məlumatı olmamışdır; Təqsirləndirilən şəxs mütəmadi olaraq müalicəvi sayılan «metadon suyu» (natriyum hidroxlorid) içmək üçün Respublika Narkoloji Mərkəzimndə qeydiyyatdadır, 14 noyabr 2022-ci il tarixdə saat 10:30 radələrində məhz «metadon suyu» içmək üçün “Semaşko” adlandırılan 1 saylı Klinik Tibb müəsissəsindən KTM-ə getmiş, «metadon suyu» içdikdən sonra KTM-dən çıxarkən KTM-in mühafizəsini həyata keçirən İbrahim adlı mühafizəçi iki nəfər polis əməkdaşına onu işarə edərək: “Namiq budur”,söyləmiş və bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşaraq üzərinə baxış keçirmiş, baxış zamanı üzərində qanunsuz heç bir vasitə aşkarlanmamışdır; bu da onu deməyə əsas verir ki, guya özünü şübhəli aparmasına görə Təqsirləndirilən şəxs saxladıqlarını iddia edən polis əməkdaşlarında Təqsirləndirilən şəxs barədə əvvəlcədən məlumat olmuş, onu önəcədən tanımış, Namiqin klinikadan çıxmasını gözləmiş və nəticədə sonuncunu saxlamışlar. Məhkəmə tərəfindən həmin xüsusatların araşdırılması üçün Təqsirləndirilən şəxs həmin mərkəzdə qeydiyyatda olub-olmaması, 12 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək olan müddət ərzində hansı saatlarda metadon h/x qəbul etmək üçün Respublika Narkoloji Mərkəzinə gəlib-gəlməməsi, 14 noyabr 2022-ci il tarixdə mərkəzin mühafizəsinin hansı mühafizə xidmətinin əməkdaşı (ad soyad ata adı qeyd olunmaqla) həyata keçirməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsinə sorğular verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsindən daxil olmuş 12 iyun 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən X4 Proqramına qəbul olunmuş, xx.xx.2022, 14.112022 və xx.xx.2022-ci il tarixlərdə QİÇS-lə mübarizə mərkəzində yerləşən kabinetdə metadon h/x qəbul etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsindən daxil olmuş 12 iyun 2024-cü il tarixli digər cavab məktubundan görünür ki, QİÇS-lə mübarizə mərkəzində yerləşən X4 kabinetinin mühafizəsini Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları həyata keçirir. Məhkəmə araşdırması zamanı 14 noyabr 2022-ci il tarixdə QİÇS-lə mübarizə mərkəzində yerləşən X4 kabinetinin mühafizəsini həyata keçirmiş polis əməkdaşının X8 olması müəyyən edilmiş və o əlavə şahid qismində məhkəməyə dəvət edilərək dindirilmişdir; belə ki, X8 ifadəsində xəstələrin müalicəvi suyu orada içməsinə, özləriylə aparmamasına nəzarət etdiyini qeyd edərək Təqsirləndirilən şəxs metadon suyu içmək üçün həmin xəstəxanaya gəlməsini təsdiqləmiş, lakin 14 noyabr 2022-ci il tarixdə iki nəfər polis əməkdaşının ona yaxınlaşması, Təqsirləndirilən şəxs soruşması, özünün də Təqsirləndirilən şəxs polislərə işarə edərək göstərməsi kimi hadisələrin baş vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxsin tutulmasında bilavasitə iştirak etmiş şahid qismində dindirilmiş polis əməkdaşları məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs barəsində onlarda əvvəlcədən məlumat olmadığını, 14 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs özünü şübhəli apardığına görə yaxınlaşdıqlarını, orada üzərinə baxış keçirmədiklərini, həmin vaxt Təqsirləndirilən şəxs şəxsiyyətinin onlara məlum olmadığını və Təqsirləndirilən şəxs şəxsiyyəti təsdiq edən sənəd olmamasına görə polis bölməsinə apardıqlarını bildirmişlər. Bundan başqa, müdafiə tərəfi cinayət işinin materiallarının 1-ci cildinin 5-ci vərəqində Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən elektron portalda məlumatların sorğu verilərək əldə olunmasının tarixi və saatının 14 noyabr 2022-ci il saat 04:00 göstərildiyini qeyd edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdə saat 10:30 radələrində saxlanılmasına, ittihamda saxlanılma saatının 13:00 radələri qeyd edilməsinə baxmayaraq sözügedən portalda məlumatların hadisədən təqribən 9 saat əvvəl əldə edilmişdir, bu isə ona dəlalət edir ki, polis əməkdaşları Təqsirləndirilən şəxsla təsadüfən rastlaşmamış, sonuncunun özünü şübhəli aparmasına görə onu saxlamamış, Təqsirləndirilən şəxs şəxsiyyəti əvvəlcədən polis əməkdaşlarına məlum olmuş, onlar Təqsirləndirilən şəxs tutmaq üçün məqsədli şəkildə həmin əraziyə gəlmiş və onu şübhəli şəxs qismində saxlamışlar. Məhkəmədə həmin xüsusat araşdırılmış, cinayət işinin materiallarını toplamış təhqiqat və istintaq orqanının əməkdaşları - Nəsimi RPİ-nin 20-ci Polis bölməsinin təhqiqatçısı X13 və Nəsimi RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi X9 məhkəməyə dəvət edilərək əlavə şahid qismində dindirilmişlər; təhqiqatçı X13 həmin xüsusata münasibət bildirərək göstərmişdir ki, Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən elektron portal ona əməliyyatçılar tərəfindən təqdim edilmiş, həmin portalda məlumatların sorğu verilərək əldə olunmasının tarixi və saatının 14 noyabr 2022-ci il saat 04:00 göstərilməsinin səbəbi işıqların qəflətən sönməsi və.s kimi səbəblərdən dolayı kopmuterdə baş vermiş texniki xəta ola bilər; müstəntiq X9 da öz növbəsində həmin xüsusatla bağlı bildirmişdir ki, Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən elektron portalı təhqiqat orqanı əldə edir, həmin portalın gecə saat 04:00 əldə edilməsi mümkün deyildir, çünki portalı təqdim edən əməkdaşlar həmin saatlarda ümumiyyətlə işləmirlər, çox güman ki, Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən elektron portalda texniki xəta nəticəsində gecə saat 04:00 qeyd edilmişdir. Bundan başqa, müdafiə tərəfi qeyd etmişdir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ kobud surətdə pozulmuşdur, cinayət işinin materiallarında bəzi sənədlərdə ibitdai istintaq zamanı müdafiəçi qismində iştirak etmiş vəkil Elman Ağayevin və Təqsirləndirilən şəxs imzaları onlara məxsus deyildir, sonradan polis əməkdaşları tərəfindən icra edilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiəçisi qismində iştirak etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X15 məhkəməyə dəvət edilərək əlavə şahid qismində dindirilmiş məhkəmədə ona təqdim edilmiş cinayət işinin bəzi səhifələrində göstərilən imzaların ona məxsus olmadığını təsdiq etsə də, ifadəsində hadisənin üzərindən xeyli vaxt keçdiyindən əksər məqamları xatırlamadığını, hadisə ilə bağlı vəkil kimi dəvət olunarkən Təqsirləndirilən şəxs ilk olaraq dəqiq nə vaxt, harada görməsinin yadında olmadığını, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməməsi, yalnız sonradan şəxsi axatış protokolu ilə gəlib tanış olmasının hər hansı üzrlü səbəbdən baş verməsini, səbəbini isə dəqiq xatırlamadığını, şübhəli şəxs saxlanılıb polis bölməsində olarkən vəkil kimi dəvət olunduqda mütləq surətdə müdafiəçi kimi şübhəli şəxslə görüşdüyünü, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmaması, «metadon suyu» içmək üçün xəstəxanaya getdiyi və əsassız olaraq saxlanılması barədə ona məlumat vermədiyini, videoçəkiliş olarkən onun polis bölməsində axtarış aparılan qapının ağzında olması lakin çəkilişdə iştirak etməməsinin mümkün olmamasını, yəqin ki, üzürlü səbəb olduğundan oradan getməsini və videoçəkiliş zamanı iştirak etməməsini bildirmişdir. Qeyd edilən xüsusatla bağlı Nəsimi RPİ-nin 20-ci Polis bölməsinin təhqiqatçısı X13 və Nəsimi RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi X3 məhkəmədə suallar verilmiş, cinayət işində imzaların mübahisələndirildiyi səhifələr təqdim edilərək bu barədə ifadə vermək təklif edilmiş, təhqiqatçı X13 həmin sənədlərdən yalnız müdafiəçinin iştirakı olmadan şəxsi axtarış və götürmə aparılmasına etiraz etməməsi barədə Təqsirləndirilən şəxs ərizəsi təhqiqat materiallarına aiddir; həmin ərizə onun tərəfindən kompüter vasitəsi ilə tərtib edilmiş, çapa verilmiş və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır; sözügedən ərizəni müdafiəçinin imzalamasına ümumiyyətlə zərurət yoxdur, təhqiqat dövründə həmin ərizə yalnız Təqsirləndirilən şəxs tərəfindən çəkilmişdir, daha sonra cinayət işi istintaqa göndərilmişdir; təhqiqat dövründəki bütün sənədlərə müdafiəçi şəxsən imza etmişdir; cinayət işinin bəzi digər səhifələrində müdafiəçinin və təqsirləndirilən şəxsin imzalarının onlara məxsus olub-olmaması barədə məlumatı yoxdur, çünki həmin sənədlər istintaq sənədləridir, təhqiqat dövrünə aidiyyəti yoxdur; müstəntiq X9 isə bildirmişdir ki, ona təqdim edilən cinayət işinin bəzi səhifələrində vəkil Elman Ağayevin imzalarının məhz Elman Ağayev tərəfindən çəkilməməsi, sonradan həmin imzaların Elman Ağayevin əvəzinə çəkilməsi mümkün deyil, vəkil ərazi üzrə vəkil bürosunun vəkilidir, bütün sənədlərə istintaq dövründə özü şəxsən imza etmişdir; mübahisələndirilən imzaların sonradan kimin tərəfindən çəkilməsi barədə məlumatı yoxdur, həmin sənədlərə polis əməkdaşları tərəfindən kənar müdaxilənin olması mümkün deyildir və ehtiyac olmamışdır. Bundan başqa, müdafiə tərəfi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 14 noyabr 2022-ci il tarixdə saat 10:30 radələrində saxlanıldığını lakin ittiham aktında onun tutulma vaxtı 13:00 olaraq göstərildiyini qeyd edərək, Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdə ünvan 6 ünvanda tutulmasının görüntülərini əks etdirən təhlükəsizlik kamera görüntülərinin əldə edilməsi üçün sorğu verilməsini xahiş etmişdir. Məhkəmədə həmin vəsatət təmin edilərək ünvan 7 ünvanında quraşdırılmış təhlükəsiz şəhər kameralarının 14 noyabr 2022-ci il tarixinə olan videoyazılarının Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsinə dair Daxili İşlər Nazirliyinin X5 Xidmətinə sorğu ünvanlamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X5 Xidmətindən daxil olmuş 28 dekabr 2023-cü il tarixli cavab məktubundan görünür ki, arxivlərin saxlanılma müddəti bitdiyindən istənilən informasiyanın məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Bundan başqa, məhkəmə-narkoloji ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 1879 nömrəli ekspert rəyi məhkəmədə tədqiq edilərkən müəyyən edilmişdir ki, ekspert rəyinin giriş və nəticə hissələri Təqsirləndirilən şəxs müayinəsini əks etdirsə də təsviri hissədə X1 heroindən inyeksiya yolua ilə istifadə etməsi barədə qeydlər aparılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs yuxarı ətrafında venalar boyunca inyeksiya izlərinin olmasını bildirmiş, narkotik vasitələrin inyeksiya yolu ilə qəbul etməsini təsdiq etmişdir; qeyd edilənləri və ekspert rəyinin giriş, nəticə hissəsinin Təqsirləndirilən şəxs müayinəsini əks etdirməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1879 nömrəli ekspert rəyinin təsviri hissəsində X1 ad soyad ata adının qeyd edilməsi mexaniki səhv olaraq qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi ilkin izahat və ifadələrində, o cümlədən üzərinə axtarış və götürmə aparılarkən aşkar edilmiş 01 bükümdəki narkotik vasitə heroinin ona məxsus olmasını etiraf etmişdir; həmin protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən və yaxud polis bölməsində üzərinə baxış keçirilərkən üzərində narkotik vasitə olmaması barədə heç bir qeydi olmamış, həmin istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən Təqsirləndirilən şəxs sərbəst şəkildə üzərindən aşkar edilən qanunsuz əşya və predmetləri polis əməkdaşlarına könüllü təqdim etməsi öz əksini tapmışdır. Yuxarıda göstərilənlərə əsasən müdafiə tərəfinin Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində narkotik vasitə olmaması, sonuncunun polis bölməsinə aparıldıqdan sonra orada polis əməkdaşları tərəfindən narkotik vasitə təqdim edilərək boynuna götürməsini tələb etmələri, Təqsirləndirilən şəxs psixiki və fiziki təzyiqlərin göstərilməməsi, lakin sonuncunun qorxudan narkotik vasitəni boynuna götürərək videoçəkilişlə aparılan baxış və götürma zamanı etiraf etməsi, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə onun təqsirsiz olması barədə göstərdiyi xüsusatlar məhkəmə zamanı öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə, cinayət işinin yuxarıda qeyd edilən tədqiq edilmiş materiallarını müqayisəli qaydada analiz edərkən, 14 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə aparıılan şəxsi axatrış zamanı üzərindən 01 bükümdə təmiz çəkisi 2,035 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqarda narkotik vasitə heroinin aşkar edilməsini və həmin narkotik vasitəni satış məqsədi olmadan şəxsi istifadəsi məqsədi ilə əldə etməsini işin faktiki hallarına və elan edilmiş ittihama uyğun hesab edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir; həmin Qanununu 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,035 qram olan narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması işin materialları ilə sübut olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən CM-in 234.1-1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəlllüdlü bir azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr)» əsasən narkotik vasitə heroinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 2,035 qram olduğundan külli miqdar təşkil edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır» Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasının ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddətin ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti cəza saxlanılmasını, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilərək dərhal məhkəmə iclas zalında həbs edilməsini, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının 21 iyun 2024-cü il tarixdən hesablanmasını cəzanın məqsədlərinə və qanunun tələblərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə-narkoloji ekspertizası üzrə 04 aprel 2023-ci il tarixli 1879 nömrəli ekspert rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğundan, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-kimyəvi ekspertizası üzrə 15 noyabr 2022-ci il tarixli 6\6556 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 2,035 qram narkotik vasitə heroin kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,005 qram narkotik vasitə heroin məhv edilməli, 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə . hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 21 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,005 qram narkotik vasitə heroin məhv edilsin; 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-305/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-305/2024
21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver