Məhkəmə qərarları › İş №1(101)-305/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-305/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-305/2025 18.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Ələkbərli Roman Nəriman oğlu və Məcidov X7 ibarət tərkibdə, X1 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirib təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 qızıl-zinət əşyalarını müxtəlif şəxslərə kirayəyə verib qazanc əldə edəcəyini, bir hissəsini isə satıb pulunu ödəyəcəyini yalandan vəd verib, aldadaraq etibarından sui-istifadə etməklə bu adla 2022-ci ilin may ayının ortalarından həmin ilin iyun ayının 8-nə kimi olan müddət ərzində hissə-hissə olmaqla ünvan 3 ünvanında Zərərçəkmiş şəxs1 üzərində hər biri 0,025 ct 4/4 ölçüdə 12 ədəd rəngsiz şəffaf brilyant qaşlar və halqasının üzərində “750” damğası olan, 750 əyarlı, 4,81 qram çəkidə 600 manat dəyərində qızıl üzüyü, üzərində 01 ədəd 0,170 ct 5/5 növdə, 08 ədəd 0,050 ct 4/5 növdə rəngsiz şəffaf brilyant qaşları və halqasının üzərində “750” damğası olan, 750 əyarlı, 3,86 qram çəkidə 885 manat dəyərində qızıl üzüyü, üzərində 0,440 ct 5/5 ölçüdə 01 ədəd rəngsiz şəffaf brilyant qaşlar və halqasının üzərində “583” damğası olan, 583/585 əyarlı, 3,38 qram çəkidə 2045 manat dəyərində qızıl üzüyü, üzərində müxtəlif rəngli qaşlar və hər biri 0,003 ct 4/3 ölçüdə 96 ədəd rəngsiz şəffaf brilyant qaşları olan 750 əyarlı, 9.42 qram çəkidə 1000 manat dəyərində qızıl üzüyü, üzərində 1 ədəd rəngsiz şəffaf qiymətsiz qaşı olan gümüşü rəngli, üzərində cızıqları olan 750 əyarlı, 2,30 qram çəkidə 200 manat dəyərində qızıl üzüyü, gümüşü rəngli kürəciklərdən ibarət halqa formalı üzərində “İTALY 585” damğası olan, 583/585 əyarlı, 1,45 qram çəkidə 125 manat dəyərində qızıl üzüyü, sarı rəngli kürəciklərdən ibarət halqa formalı, üzərində “İTALY 585” damğası olan, 583/585 əyarlı, 1,60 qram çəkidə 135 manat dəyərində qızıl üzüyü, üzərində 2 ədəd bənövşəyi rəngli qiymətsiz qaşı və kilidində “İTALY 585” damğası olan, 583/585 əyarlı 7,64 qram çəkidə 650 manat dəyərində bir cüt sırğanı, üzərində müxtəlif rəngli və rəngsiz şəffaf qiymətsiz qaşları olan gümüşü rəngli 1 ədəd kulonun asılqan hissəsində “İTALY 14K” damğası olan, 583/585 əyarlı, 8,26 qram çəkidə 700 manat dəyərində qızıl kulonu, üzərində “Müşü” yazısı, qulaqcığında “585” damğası olan, 583/585 əyarlı, 1,55 qram çəkidə, 130 manat olan dəyərində qızıl qolbağı, üzərində “xx.xx.2022” yazısı, qulaqcığında “585” damğası olan 583/585 əyarlı, 1,97 qram çəkidə, 165 manat çəkidə qızıl qolbağı, üzərində 7 ədəd göy rəngli və 2 ədəd 0,154 ct 6/7 növdə, 22 ədəd 0,043 ct 4/4 növdə, 208 ədəd 0,008 ct 3/3 növdə olmaqla ümumilikdə 232 ədəd rəngsiz şəffaf brilyant qaşları olan, 89,35 qram çəkidə, sırğa cütü-üzük-qolbağın əyarı əsas hissədə 750, boyunbağı hissəsində 583/585 olan, boyunbağı hissəsində 3 qram olan kalye olan, sırğa cütünün üzərində 583, “Б*750”, “9 БЮ” damğaları, üzüyün halqasının üzərində “583”, “Б*50”, qolbağın kilidində “9 БЮ” “Б*750”, kalyenin əsas hissəsində “Б*750” damğaları olan, 10200 manat dəyərində sırğa cütü-üzük-qolbaq və kalye dəstini, sferblatının iç tərəfində “Наири” yazısı, arxa tərəfində “2E”, “E*583” damğaları və “279776” yazısı olan, qolbaq hissəsinin kilidində “3 БЮ” “Б *583” damğaları olan, 583/585 əyarlı, 18,58 qram çəkidə, 1580 manat dəyərind sarı rəngli metaldan hazırlanmış qol saatını, 1 ədəd gümüşü rəngli metaldan, üzərində müxtəlif rəngli qiymətli qaşlara aid olmayan və hər birinin ölçüsü 0,006 karat, 4/3 keyfiyyətli 174 ədəd ağ şəffaf rəngli brilyant qaşları olan, üzərində “750” əyar damğası həkk olunmuş, 11,66 qram çəkidə 1867 manat dəyərində sırğa cütünü, 1 ədəd gümüşü rəngli metaldan, gül formalı üzərində, hər birinin ölçüsü 0,015 karat olan 7 ədəd və hər birinin ölçüsü 0,004 karat olan 136 ədəd, 4/3 keyfiyyətli ağ şəffaf brilyant qaşlardan ibarət, “750” əyarlı, 12,61 qram çəkidə 1802 manat dəyərində sırğa cütü-üzük dəstini, 1 ədəd gümüşü rəngli metaldan, gül formalı, üzərində hər birinin ölçüsü 0,040 karat olan 7 ədəd, hər birinin ölçüsü 0,015 karat olan 32 ədəd, hər birinin ölçüsü 0,008 karat olan 13 ədəd, 4/3 keyfiyyətli ağ şəffaf brilyant qaşlar olan, 750 əyarlı, 5,17 qram çəkidə, 967 manat dəyərində üzüyü, 1 ədəd 585 əyarlı, sonsuzluq işarəsi formasında, hər qramının qiyməti 85 manat olan 6 qram çəkidə 510 manat dəyərində qızıl kulonu, 1 ədəd 585 əyarlı, zəncir formalı, hər qramının qiyməti 85 manat olan, 3 qram çəkidə 255 manat dəyərində qızıl qolbağını, 1 ədəd 585 əyarlı, xəncər formalı, üzərində “Müşviq” yazısı olan, hər qramının qiyməti 85 manat, 5 qram çəkidə 425 manat dəyərində qızıl kulon, 1 cüt 585 əyarlı qızıl sırğa, 01 ədəd 585 əyarlı qızıl üzüyü, 01 ədəd 585 əyarlı qızıl qolbaqdan ibarət, hər qramının qiyməti 85 manat olan 43,80 qram çəkidə 3723 manat dəyərində qızıl dəstini, 1 cüt 750 əyarlı qızıl sırğa, 1 ədəd 750 əyarlı qızıl üzük, 1 ədəd 750 əyarlı qızıl kulondan ibarət, hər qramının qiyməti 110 manat olan, ümumi çəkisi 20,37 qram olan 2240,7 manat dəyərində qızıl dəstini, 1 ədəd 750 əyarlı, üzərində ərəbcə yazısı olan, hər qramının qiyməti 110 manat, ümumi çəkisi 17,4 qram olan 1914 manat dəyərində qızıl kulonu, 1 ədəd 585 əyarlı, dairə formasında üzərində Atatürkün rəsmi olan, hər qramının qiyməti 85 manat, ümumi çəkisi 12,64 qram olan 1074,4 manat dəyərində 03 ədəd kulonu, 1 ədəd 583 əyarlı, yarpaq formasında, hər qramının qiyməti 85 manat, ümumi çəkisi 2,91 qram olan 247,35 manat dəyərində 01 ədəd kulonu, 1 ədəd 750 əyarlı, üzərində müxtəlif fiqurlar olan, hər qramının qiyməti 110 manat, ümumi çəkisi 3,85 qram olan 423,5 manat dəyərində 01 ədəd kulonu, 1 cüt 585 əyarlı, gül formalı, sarı qara rəngli qızıl sırğa, 01 ədəd 585 əyarlı gül formalı sarı qara rəngli qızıl üzük, 01 ədəd 585 əyarlı gül formalı sarı qara rəngli qızıl qolbaq, 01 ədəd 585 əyarlı gül formalı sarı qara rəngli qızıl klondan ibarət, “Qraziella” markalı, hər qramının qiyməti 110 manat, ümumi çəkisi 47 qram olan 5170 manat dəyərində qızıl dəstini, 01 ədəd “Kamella” markalı, 750 əyarlı, hər qramının qiyməti 110 manat, ümumi çəkisi 5 qram olan 550 manat dəyərində qızıl kulonu, 01 ədəd 750 əyarlı, hər qramının qiyməti 85 manat, ümumi çəkisi 20 qram olan 1700 manat dəyərində traktor boyunbağını, 01 ədəd 585 əyarlı, ağlı sarılı müxtəlif fiqurlu, hər qramının qiyməti 85 manat, ümumi çəkisi 26,52 qram olan 2254,2 manat dəyərində qızıl sepi, 01 ədəd 585 əyarlı, üzərində göz muncuğu və kəpənək olan qramının qiyməti 85 manat, ümumi çəkisi 0,97 qram olan 82,45 manat dəyərində qızıl sancağı, 01 ədəd 585 əyarlı, üzərində dua yazılmış qramının qiyməti 85 manat, ümumi çəkisi 1,10 qram olan 93,5 manat dəyərində qızıl sancağı, 01 ədəd 750 əyarlı, burma formalı, qramının qiyməti 110 manat, ümumi çəkisi 23,12 qram olan 2543,2 manat dəyərində qızıl qolbağı, 01 ədəd 585 əyarlı, üzərində ərəbcə “Allah" sözü yazılmış qramının qiyməti 85 manat, ümumi çəkisi 0,79 qram olan 67,15 manat dəyərində qızıl sancağı, 01 ədəd 585 əyarlı, qramının qiyməti 85 manat, ümumi çəkisi 6 qram olan 510 manat dəyərində kişi qızıl üzüyünü, 01 ədəd 750 əyarlı, üzərində ağ rəngli qaşı olan 10,80 qram çəkidə, 864 manat dəyərində qızıl üzük, 01 cüt 585 əyarlı düz xətt formalı, əvvəlində qara işləməsi olan qızıl sırğa və 01 ədəd 750 əyarlı burma formalı üzərində qara daşlarla işləməsi olan qızıl üzükdən ibarət, ümumi çəkisi 6,61 qram olan 650 manat dəyərində qızıl dəstini, 01 cüt 750 əyarlı, damcı formalı üzərində ağ rəngli qaşlar olan qızıl sırğa və 01 ədəd 750 əyarlı, damcı formalı, üzərində ağ rəngli qaşları olan qızıl kulondan ibarət, ümumi çəkisi 19,61 qram olan 5000 manat dəyərində qızıl dəstini, 01 cüt 750 əyarlı, üzərində çoxsaylı ağ rəngli qaşları olan, salxım formalı ağ qızıl sırğa, 01 ədəd 750 əyarlı üzərində çoxsaylı ağ rəngli qaşları olan, salxım formalı ağ qızıl sep və klondan ibarət, ümumi çəkisi 14,2 qram olan 1800 manat dəyərində qızıl dəstini, 01 ədəd 585 əyarlı, üzərində ağ rəngli qaşları olan ümumi çəkisi 5 qram, 400 manat dəyərində kişi qızıl üzüyünü, 01 cüt 750 əyarlı, üzərində müxtəlif rəngli qaşlar olan qızıl sırğa və 01 ədəd 750 əyarlı, üzərində müxtəlif rəngli qaşlar olan qızıl üzükdən ibarət ümumi çəkisi 22,71 qram olan, 2400 manat dəyərində qızıl dəstini, 01 ədəd 750 əyarlı, üzərində gül və yarpaq formalı çoxsaylı ağ rəngli qaşları olan, ümumi çəkisi 15 qram 2500 manat dəyərində ağ qızıl üzüyü, 01 ədəd 750 əyarlı üzərində ortada 1 ədəd iri və yanında 6 ədəd xırda ağ qaşları olan, ümumi çəkisi 3,6 qram 1800 manat dəyərində ağ qızıl üzüyü, 01 cüt 750 əyarlı üzərində 9 ədəd ağ iri qaşı olan gül formalı ağ qızıl sırğa, 01 ədəd üzərində 3 ədəd gül formasında qaşları olan ağ qızıl üzük, 01 ədəd gül formalı üzərində 09 ədəd ağ iri qaş olan qızıl klon sep, 01 ədəd üzərində sağ və sol tərəfində gül formalı ağ qaşları olan qızıl qolbaqdan ibarət, ümumi çəkisi 18,25 qram, 5000 manat dəyərində ağ qızıl dəstini, 01 cüt 750 əyarlı həsir formalı üzərində çoxsaylı ağ qaşlar olan içərisində iri qara qaşı olan ağ qızıl sırğa və 01 ədəd 750 əyarlı həsir formalı, üzərində çoxsaylı ağ qaşlar olan, içərisində iri qara qaşı olan ağ qızıl üzükdən ibarət, ümumi çəkisi 20 qram, 2000 manat dəyərində qızıl dəstini, üzərində 3 ədəd rəngsiz şəffaf qiymətsiz qaşları olan qırmızımtıl sarı rəngli halqa formalı, üzüyünün halqasının iç tərəfində kiril hərfləri ilə “Gülnarə Zakir" yazısı və “585” damğası olan, 583/585 əyarlı, ümumi çəkisi 5,62 qram 477 manat dəyərində qızıl üzüyü, üzərində 3 ədəd rəngsiz şəffaf qiymətsiz qaşlar olan, qırmızımtıl-sarı rəngli, üzüyün halqasının üzərində “585” damğası olan, 583/585 əyarlı, 7,16 qram çəkidə 608 manat dəyərində qızıl üzüyü, üzərində 1 ədəd yaşıl rəngli daş və hər birinin ölçüsü 0,006 ct 3/3 növlü 52 ədəd rəngsiz şəffaf brilyant qaşlar olan, 750 əyarlı, ümumi çəkisi 5,17 qram olan gümüşü rəngli üzərində cızıqlar olan 621 manat dəyərində qızıl üzüyü, üzərində kürə formalı yaşıl rəngli qiymətsiz qaşları olan sarı rəngli, dəstin elementlərinin hər birinin üzərində “*314VİLeGi750” damğası olan, 750, əyarlı, 12,55 qram çəkidə, 1315 manat dəyərində 1 dəst sırğa cütü-kulonu, üzərində ümumilikdə 2 ədəd yaşıl rəngli, hər birinin ölçüsü 0,006 ct növlü 80 ədəd, hər birinin ölçüsü 0,050 ct 3/3 növlü 10 ədəd rəngsiz şəffaf brilyant qaşları olan, 750 əyarlı, 10,56 qram çəkidə 1630 manat dəyərində sırğa dəstini, üzərində kürə formalı elementləri olan, sarı rəngli, boyunbağının kilidində “750”, qulaqcığında "İTALY 750” damğası olan, ümumi çəkisi 8,89 qram, 933 manat dəyərində boyunbağını, 1 ədəd sarı rəngli boyunbağının kilidində “750”, qulaqcığında “*Vİ" damğası olan, 6,64 qram çəkidə, 695 manat dəyərində boyunbağını, 01 ədəd 750 əyarlı 6,61 qram çəkidə, 660 manat dəyərində ağ qızıl qolbağı, 01 ədəd 750 əyarlı 6,51 qram çəkidə, 650 manat dəyərində sarı qızıl qolbağı, 01 ədəd 583 əyarlı 2,18 qram çəkidə, 185 manat dəyərində qızıl kulonu, 1 ədəd 583 əyarlı, 4,91 qram çəkidə, 415 manat dəyərində qızıl boyunbağını, 01 ədəd 750 əyarlı, 19,77 qram çəkidə, 1977 manat dəyərində, qızıl qolbağı, 01 ədəd 21K əyarlı 8,6 qram çəkidə, 1000 manat dəyərində qızıl qolbağı, 01 ədəd 21K əyarlı, 8,85 qram çəkidə, 500 manat dəyərində qızıl kulonu, üzərində qara rəngli qaşlar olan və həmin qaşların ortasında iri yaşıl rəngli qaş olan qızıl sırğa və 01 ədəd 750 əyarlı üzərində ortada iri yaşıl qaş, kənarlarda qara çoxsaylı qaşları olan qızıl üzükdən ibarət olan, 750 əyarlı, 15,77 qram çəkidə, 5000 manat dəyərində qızıl dəstini, 01 cüt 750 əyarlı, gül formalı, üzərində çoxsaylı yaşıl qaşlar olan sırğa, 01 ədəd 750 əyarlı gül formalı üzərində çoxsaylı yaşıl qaşlar olan klonla birgə qızıl sepdən ibarət olan 21,49 qram çəkidə, 2000 manat dəyərində qızıl dəstini alıb sonradan həmin qızıl-zinət əşyalarının bir hissəsini lombarda girov qoyub, digər hissəsini isə şəxsiyyəti istintaqa məlum olmayan şəxslərə satıb əldə etdiyi gəliri öz ehtiyaclarına sərf edib, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 87914 manat 45 qəpik dəyərində qızıl-zinət əşyalarını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 qızıl-zinət əşyalarının alışı-satışı ilə məşğul olacağı, guya bu məqsədlə Bakı şəhəri Müşviqabad qəsəbəsində yerləşən lombarddan ucuz qiymətə böyük həcmdə qızıl əşyaları alaraq baha qiymətə satıb birgə yaxşı qazanc əldə edəcəklərinə dair yalan vəd verib sonuncunun inandırmaqla aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs2 30 yanvar 2023-cü il tarixdə ünvan 4 ünvanında 5000 manat, 03 fevral 2023-cü il tarixdə həmin ünvanda 2300 manat, 05 fevral 2023-cü il tarixdə həmin ünvanda 6000 manat, 10 fevral 2023-cü il tarixdə həmin ünvanda 4000 manat və 11 fevral 2023-cü il tarixdə həmin ünvanda 5000 manat, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 22300 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsiri özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, üzləşdirmə və ifadənin yerində yoxlanılması protokolları, həmçinin cinayət işində olan maddi sübutlar və digər sənədlərlə tam sübuta yetirilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər “Vip Life” adlı firmada işləmiş, firmadan kosmetik məhsullar götürüb satmaqla məşğul olmuşdur. O, Zərərçəkmiş şəxs1 xalasının vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs1 da onun işlədiyi firmaya qoşulmaq istəmiş, bununla bağlı ona müəyyən məbləğdə pul vermiş, o da həmin pulun qarşılığında firmadan məhsullar götürmüşdür. Pandemiya ilə əlaqədar karantin dövrü olduğu üçün götürdüyü malları sata bilməmiş, təxminən 30.000-ə yaxın mal qalmışdır. Məhsulların çoxunun istifadə müddəti keçmiş və satılmamış, məcbur olub həmin məhsulları müxtəlif yerlərə paylamış, Zərərçəkmiş şəxs1 aldığı borc da onun üstündə qalmışdır. O, borcları ödəyə bilməmiş, Zərərçəkmiş şəxs1 ona qızıllarının olduğunu demiş və həmin qızılları satmağı, üstündə qalan pulu da borc məbləğindən çıxmağı təklif etmişdir. O, bu təkliflə razılaşmış, lakin sonradan qızıl işində də ziyana düşmüşdür. Zərərçəkmiş şəxs2 aid epizod üzrə də eyni hallar baş vermişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 ilə xalasının evində tanış olmuş, belə ki, o, xalasıgilə qonaq getmiş, Zərərçəkmiş şəxs1 da orada olmuş, Zərərçəkmiş şəxs1 həmin vaxt əmlak işi ilə məşğul olmuş, o isə kosmetika firmasında işləmişdir. O, 2019-cu ildən “Vip Life” kosmetika şirkəti ilə əməkdaşlıq etmiş, həmin firmanın mallarını “Rahat” marketlərdə satmış, həmin satışdan hissə-hissə gəlir götürmüş, dövriyyəsi 20.000 manatdan yuxarı olmuşdur. 2019-cu ildən təxminən 1 ilə yaxın həmin firma ilə işləmişdir. Daha sonra Nigar Əliyeva ona satması üçün qızıl vermiş, o da həmin qızılı baha qiymətə satmış, buna görə də Nigar ona satması üçün qızıl verməyə davam etmiş, onlar öz aralarında Nigarın qızıllarını baha qiymətə satmaqla əldə etdiyi gəlirdən Nigara kosmetika ilə bağlı olan borcunu ödəmək barədə razılaşmışlar. O, Nigara olan borcunu hissə-hissə ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun xalasının vasitəsilə tanımışdır. Onların uşaqları birlikdə uşaq bağçasına getmiş, Rəvanənin xalası ona zəng edərək bacısının qızının onlarda olduğunu, onun işlədiyi firmada aksiya olduğunu, mallara endirim olduğunu bildirmişdir. Onun əvvəllər Rəvanə ilə şəxsi münasibəti olmamışdır. O, əvvəl 3000 manat məbləğlə işə başlamış, Rəvanə sonradan onun həmin pulunu qaytarmış, daha sonra məbləğlər şişmiş, o, Rəvanəni lotereyaya qoşmuş, lakin yenə də ona olan borcunu qaytara bilməmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, onun çox sayda qızılları olmuş, o, Rəvanənin ona olan borcunu qaytarması üçün ona məxsus qızılları satmasını təklif etmiş, Rəvanə ona qızılları icarəyə verəcəyini, hissə-hissə borcunu ödəyəcəyini demiş, lakin o, sonradan öyrənmişdir ki, Rəvanə qızılları lombarda qoymaqla pul götürmüşdür. O, lombardda olan borcu ödəyib, özünə məxsus qızılları lombarddan çıxarmışdır. Təqsirləndirilən şəxs ona hal-hazırda ödəməli olduğu məbləğ 70.000-72.000 manat təşkil etmişdir. Məhkəmə istintaqının irəliləyən mərhələsində Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs gözəllik salonunda tanımış, Rəvanə onun müəllimə olduğunu öyrənmiş, qızını onun yanına məşğələyə yazdırmışdır. Rəvanə ilk dəfə ondan 300 manat borc istəmiş, lakin sonradan həmin məbləği qaytarmışdır. Qızının məşğələsində endirim etdiyinə görə Rəvanə ona hədiyyələr vermişdir. Daha sonra Rəvanə ona özünün işlədiyi şirkətə qoşulmağı təklif etmiş, o da bu təkliflə razılaşmışdır. Təqsirləndirilən şəxs onu firmaya qoşandan sonra o, müəyyən ödəniş etmiş, Rəvanə də həmin ödənişlə məhsul almışdır. O, dekabr ayında 3000 manat pul vermiş, Rəvanə həmin pulu götürüb, bir müddət sonra qaytarmışdır. O, Rəvanəyə güvənmiş, etibarlı adam kimi tanımışdır. Daha sonra yanvar ayında ona ödəniş etmək vaxtı çatanda Rəvanə sistemin bağlı olduğunu, buna görə də pulu verməyin mümkün olmadığını, hissə-hissə verə biləcəyini demişdir. Bununla bağlı onların aralarında narazılıq olmuşdur. Rəvanə ona qızıl alveri ilə məşğul olduğunu, ona kömək etməyini, qızıldan aldığı pulla borcunu qaytaracağını demişdir. Sonra Rəvanə qızıl satmaq yolu ilə 3000 manat pulu qaytarmışdır. Bir müddət belə işləmişlər. O, işdə olan zaman Rəvanəyə zəng etmiş, Rəvanə telefona cavab verməmişdir. Daha sonra bir qadın telefona cavab verərək Rəvanənin xəstəxanada olduğunu, halının pis olduğunu bildirmişdir. O, xəstəxanaya getmiş, Rəvanə ona guya pulunun oğurlandığını, onun da halının pisləşdiyini demişdir. Daha sonra anası Rəvanənin başına iş gəldiyini, pulu özünün ödəyəcəyini demişdir. O da pulunun ödənməməsi ilə bağlı polisə şikayət etmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Rəvanə ona pulunun oğurlanması ilə bağlı yalan danışmış, belə bir fakt olmamışdır. O, hal-hazırda Rəvanə ilə razılaşmışdır, ödənməmiş 7500 manat borcu Rəvanə ona hissəhissə ödəmiş, buna görə də onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs “Vip Life” kosmetika şirkətində işləmiş, həmin şirkətdən məhsul götürmüş, lakin karantin dövrünə düşdüyü üçün məhsulları sata bilməmiş və buna görə də borclarını ödəyə bilməmişdir. Ailəsi Rəvanənin qızıl alqı-satqısı işinə girməsindən sonradan xəbərdar olmuş, Rəvanə əvvəllər borcunu ödəsə də, sonradan ödəyə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, lombardda işləyir, Təqsirləndirilən şəxs onun işlədiyi lombardın müştərisi olmuş, lombarda qızıl qoyub pul götürmüş, heç bir problem yaranmamışdır. Rəvanə təxminən 2-3 ay həmin lombarda gəlib-getmiş, o, Rəvanənin hansısa firmada işlədiyini bilmiş, qızılları normal müştəri kimi gətirmiş, böyük bir məbləğ götürməmiş, 1000 manat, 500 manat, 3000 manat məbləğlər götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun işlədiyi lombarda qızıl qoymuş, daha sonra da pulunu ödəyib qızılları lombarddan çıxarmışdır. O, 2-3 ildir ki, lombardda işləyir, o, Təqsirləndirilən şəxs tanımamış, Təqsirləndirilən şəxs qızılı ona yox, Kifayət adlı əməkdaşa vermiş, daha sonra da pulunu ödəyib qızılı lombarddan çıxarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs kosmetika şirkətində işləmişdir. Zərərçəkmiş şəxs1 uşaqları ilə onun uşaqları birlikdə bağçaya və məktəbə getmiş, onların Nailə yaxın münasibətləri olmuş, onun evində Nailə ilə Rəvanə bir-birlərini tanımış və birlikdə iş görməyə başlamışlar. Nailəyə birlikdə işləməyi o təklif etmiş, Nailə Rəvanə ilə birlikdə kosmetik məhsulların alqısatıqısı ilə məşğul olmağa başlamış və birgə iş görmüşlər. O, sonradan 1-2 dəfə Nailə xanıma pul verməməsini demişdir. O, məlumatları öz bacısından eşitmiş, Nailə də gəlib ona Rəvanənin pulu ödəmədiyini demişdir. Rəvanə bir dəfə onun yanında Nailəyə 10.000 ABŞ dolları qaytarmışdır. Məhkəmə iclasına şahid qismində dəvət olunmuş təqsirləndirilən şəxsin bacısı Şahid7 yaxın qohumunun əleyhinə ifadə verməkdən imtina etmiş, Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, öz ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısıdır. 2022-ci ilin iyun ayında bir neçə dəfə bacısı Təqsirləndirilən şəxs üstündə şəxsiyyət vəsiqəsi olmadığından onun şəxsiyyət vəsiqəsindən istifadə edərək Nəsimi rayonu Cavadxan 15 ünvanında yerləşən "xxxx" adlanan lombarda hansısa qızıl zinət əşyalarını girov qoyaraq pul götürmüşdür. Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını lombarda qoyarkən həmin qızılların rəfiqəsinə aid olduğunu və onun tapşırığı ilə lombarda qoyduğunu bildirmişdir. Lakin hansı rəfiqəsinə aid olduğunu bildirməmiş, o da bununla əlaqədar maraqlanmamışdır. Bacısı Təqsirləndirilən şəxs həmin girov qoyduğu qızıl zinət əşyalarına onun heç bir aidiyyatı və marağı olmamışdır. Təqsirləndirilən şəxs ona heç bir pul və ya qızıl zinət əşyası verməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid5 öz ifadəsində bildirmişdir ki, o, ünvan 8 ünvanda ailəsi ilə birgə yaşayı. Təxminən 5 ilə yaxındır ki, Nəsimi rayonu, M.Əcəmi metrostansiyasının yaxınlığında yerləşən "xxxx" mağaza və lombardına rəhbərlik edir. Təqsirləndirilən şəxs tərəfindən lombarda girov qoyulmuş 03 ədəd girov bileti ilə paketlənmiş girovlar ödənişi ödənərək girovdan çıxarılmışdır. 02 ədəd girov bileti ilə girov qoyulmuş qızıl zinət əşyalarının girovu əvvəlcədən bağlanmışdır. xx.xx.2023-cü il tarixdə isə sonuncu dəfə Təqsirləndirilən şəxs 2760 manat pul ödəyərək sonuncu qalan girovu da lombarddan çıxartmışdır. Hal-hazırda rəhbərlik etdiyi lombardda Təqsirləndirilən şəxs ilə əlaqədar heç bir girov qalmamışdır. Təqsirləndirilən şəxs həmin qızılları başqasını aldadaraq əldə etdiyi barədə onun heç bir məlumatı olmamış, çünki onun işçisinə həmin qızılların özünə aid olduğunu bildirmişdir. (cild 2, i/v 214) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid6 öz ifadəsində qeyd etmişdir ki, Sabunçu rayonu, ünvan 10 ünvanda ailəsi ilə birgə yaşayır. 5 ildən çoxdur ki, Nizami rayonu, Q.Qarayev prospekti 53 ünvanındakı lombardı işlədir. 15 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs işlətdiyi lombarda gələrək özünün də əvvəllər lombard işlətdiyini, hal- hazıda ofisinin olmadığını, müştəriləri itməsin deyə onların ona verdiyi qızılları lombarda girov qoymaq istədiyini, əlində ayrı qızıllar da olacağını bildirmişdir. Təqsirləndirilən şəxs may və iyun aylarında işlətdiyi lombarda hissə-hissə olmaqla paketlənmiş formada 21 paket, dəyəri 28000 manat civarında qızıl zinət əşyası girov qoymuşdur. O, sonuncu dəfə iyun ayının 15-16-sı gələrək qızıl girov qoymuşdur. 23 iyun 2022-ci il tarixdə Nailə adlı qadın polis əməkdaşları ilə işlədiyi lombarda gələrək Rəvanənin lombarda girov qoyduğu qızıllarla tanış olduqdan sonra qızılların bir çoxunun ona aid olmasını bildirərək Rəvanin onu aldatdığını və qızıllarını ələ keçirdiyini bildirmişdir. Nailə adlı şəxs qızılların pulunu ödəyib götürmək istədiyini bildirdiyi üçün ona siyahını təqdim etmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs1 aşağıdakı qızıl zinət əşyalarının pulunu ödəyərək götürmüşdür: 091168 kodu ilə paketlənib təhvil alınmış içərisində ümumi çəkisi 37,77 qram olan bir ədəd qolbağı, 01 ədəd üzük, 01 cüt sırğa, 01 ədəd klon olan 750 əyarlı 1-ci komplekt və 01 ədəd üzük və 01 cüt sırğa olan 750 əyarlı qaraqaşlı 2-ci komplekt və 01 ədəd 585 əyarlı sep olan paket üçün 2942 manat, 091148 kodu ilə paketlənib təhvil alınmış içərisində ümumi çəkisi 37,600 qram olan 750 əyarlı 01 ədəd qolbağı, 750 əyarlı 01 ədəd üzük olan paket üçün 2814 manat, 091149 kodu ilə paketlənib təhvil alınmış içərisində ümumi çəkisi 26,94 qram olan 750 əyarlı, 01 ədəd üzük, 01 cüt sırğa, 01 ədəd sep olan və ümumi çəkisi 19,61 qram olan 583 əyarlı 01 ədəd klon və 01 cüt sırğa olan paket üçün 3135 manat, 091111 kodu ilə paketlənib təhvil alınmış içərisində ümumi çəkisi 16,88 qram olan 750 əyarlı , 01 ədəd üzük, 01 cüt sırğa olan və ümumi çəkisi 10 qram olan 583 əyarlı 02 ədəd üzük olan paket üçün 1749 manat pul ödəyərək təhvil almışdır. Zərərçəkmiş şəxs1 ümumilikdə 10640 manat pul ödəmişdir. Həmçinin Rəvanənin girov qoyduğu və Zərərçəkmiş şəxs1 məxsus olan əsas məbləğ 9445 manat dəyərində paketlənmiş şəkildə 9 paket qızıl zinət əşyası isə lombardda qalmışdır. Rəvanə ümumilikdə Zərərçəkmiş şəxs1 qızıllarının qarşılığında işlətdiyi lombarddan 19000 manat pul götürmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə kodları 091101, 091114, 039044 nömrəli paketlərə cəmi 3100 manat dəyərindəki girovları ödəniş edərək çıxarmışdır. Bundan əlavə Rəvanə 600 manat dəyərində qızıl üzük və 400 manat dəyərində qızıl boyunbağını da girovluqdan çıxarmışdır. Hal-hazırda Lombardda 1385 manat dəyərində bir paket, 2550 manat dəyəridə isə bir paket olmaqla 2 paket, bir ədəd də 480 manat dəyərində qızıl üzük girov qalmışdır. O həmin qızılların satışa çıxarılmaması ilə bağlı məlumatlandırılmışdır. Təqsirləndirilən şəxs qızılları götürdükdə şəxsiyyət vəsiqəsinin məlumatlarını müqavilədə qeyd etmişlər və onunla girov müqaviləsi bağlayaraq qəbzləri vermişlər. Təqsirləndirilən şəxs girov götürdüyü və hal-hazırda aktiv statusunda olan qızıl zinət əşyalarını lombardın öz saxlancında saxlayır və hal-hazırda yuxarıda qeyd etdiyi paketlər və 01 ədəd üzük lombardın saxlancındadır. (cild İİ, i/v 134) Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: - Girov biletləri və müqavilələrin məzmunlarından görünür ki, həmin lombardda tərtib edilmiş GJN/4№091111 seriya nömrəli girov biletinə əsasən Təqsirləndirilən şəxs AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsini təqdim etməklə xx.xx.2022-ci il tarixdə ümumilikdə çəkiləri 16,88 qram olan 01 cüt 750 əyarlıq sırğa, 1 ədəd 750 əyarlıq üzük, 1 ədəd 583 əyarlıq 10 qramlıq üzüyü girov qoymuş, 1600 manat ssuda götürmüş, ssuda üzrə aylıq faiz ödənişi 112 manat təşkil etmişdir; həmin lombardda tərtib edilmiş GJN/4№091148 seriya nömrəli girov biletindən görünür ki, Təqsirləndirilən şəxs AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsini təqdim etməklə xx.xx.2022-ci il tarixdə ümumilikdə çəkiləri 37,6 qram olan 01 ədəd 750 əyarlıq qolbaq, 1 ədəd 750 əyarlıq üzük qoymuş, 2630 manat ssuda götürmüş, ssuda üzrə aylıq faiz ödənişi 184 manat təşkil etmişdir; həmin lombardda tərtib edilmiş GJN/4№091149 seriya nömrəli girov biletinin surətinə əsasən Təqsirləndirilən şəxs AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsini təqdim etməklə xx.xx.2022-ci il tarixdə ümumilikdə çəkiləri 46,35 qram olan 01 ədəd 750 əyarlıq komplekt, 1 ədəd 750 əyarlıq sep 26,91 qram və 1 ədəd 583 əyarlıq komplekt 19,64 qram qoymuş, 2930 manat ssuda götürmüş, ssuda üzrə aylıq faiz ödənişi 192 manat təşkil etmişdir; həmin lombardda tərtib edilmiş GJN/4№091168 seriya nömrəli girov biletinin surətinə əsasən Təqsirləndirilən şəxs AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsini təqdim etməklə xx.xx.2022-ci il tarixdə ümumilikdə çəkiləri 38,19 qram olan 01 ədəd brilyant qaşlı 750 əyarlıq komplekt 1 ədəd 750 əyarlıq sep qoymuş, 2750 manat ssuda götürmüş, ssuda üzrə aylıq faiz ödənişi 192 manat təşkil etmişdir. (cild İ, i/v: 116-129) - xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən Şahid6 işlədiyi lombarda girov qoyulmuş özünə məxsus, həmin lombard tərəfindən 1.091168 kodu ilə paketlənib təhvil alınmış içərisində ümumi çəkisi 37,77 qram olan bir ədəd qolbağı, 01 ədəd üzük, 01 cüt sırğa, 01 ədəd kulon olan 750 əyarlı 1-ci komplekt və 01 ədəd üzük və 01 cüt sırğa olan 750 əyarlı qara qaşlı 2-ci komplekt və 01 ədəd 585 əyarlı sep olan paket üçün 2942 manat pul ödəyərək, 2.091148 kodu ilə paketlənib təhvil alınmış içərisində ümumi çəkisi 37,6 qram olan 750 əyarlı 01 ədəd qolbağı, 750 əyarlı 01 ədəd üzük olan paket üçün 2814 manat, 3.091149 kodu ilə paketlənib təhvil alınmış içərisində ümumi çəkisi 26,94 qram olan 750 əyarlı, 01 ədəd üzük, 01 cüt sırğa, 01 ədəd sep olan və ümumi çəkisi 19,61 qram olan 583 əyarlı 01 ədəd klon və 01 cüt sırğa olan paket üçün 3135 manat, 4. 091111 kodu ilə paketlənib təhvil alınmış içərisində ümumi çəkisi 16,88 qram olan 750 əyarlı, 01 ədəd üzük, 01 cüt sırğa olan və ümumi çəkisi 10 qram olan 583 əyarlı 02 ədəd üzük olan paket üçün 1749 manat, ümumilikdə 10640 manat pul ödəyərək təhvil almışdır. (cild İ, i/v: 130-134) - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki Təqsirləndirilən şəxs "xxxx" MMC-dən 2020-ci ilin mart ayının 1-dən xx.xx.2022-ci il tarixə kimi olan müddət ərzində ümumilikdə 6555 manat 14 qəpik məbləğində məhsullar almışdır. (cild İ, i/v: 188) - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ünvan 12 ünvanında yerləşən Goldline adlanan lombarda müxtəlif vaxtlarda qızılzinət əşyaları qoyaraq pul vəsaiti götürmüşdür. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qoyduğu 23414259 nömrəli girov biletinə əsasən 2700 manat dəyərində qızılzinət əşyası xx.xx.2022-ci il tarixdə tam ödəniş edib girovu bağlamışdır. xx.xx.2022-ci il tarixdə qoyduğu 23414272 nömrəli girov biletinə əsasən 2200 manat dəyərində qızıl-zinət əşyası xx.xx.2022-ci il tarixdə tam ödəniş edib girovu bağlamışdır. xx.xx.2022-ci il tarixdə qoyduğu 23414297 nömrəli girov biletinə əsasən 6800 manat dəyərində qızıl-zinət əşyası aktivdir. Məktuba Təqsirləndirilən şəxs tərəfindən lombarda girov qoyulmuş qızıl-zinət əşyaları barədə 3 ədəd girov biletlərinin surətlərini və ödənişlər barədə 3 ədəd kassa orderinin surətlərini əlavə etmişdir. Həmin girov biletləri və kassa orderlərinə məzmunlarına keçirilmiş xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, həmin lombardda tərtib edilmiş ƏİX № 414259 seriya nömrəli girov biletinin surətinə əsasən Şahid7 AZE № ******** seriya nömrəli şəxsiyyət vəsiqəsini təqdim etməklə xx.xx.2022-ci il tarixdə ümumilikdə çəkiləri 37,2 qram olan 750 əyarlıq 7 ədəd qızıl-zinət əşyalarını girov qoyaraq 2700 manat kredit götürmüş, kredit üzrə aylıq faiz ödənişi 108 manat təşkil etmişdir. ƏİX № 414272 seriya nömrəli girov biletinin surətinə əsasən Şahid7 AZE № ******** seriya nömrəli şəxsiyyət vəsiqəsini təqdim etməklə xx.xx.2022-ci il tarixdə ümumilikdə çəkiləri 16,3 qram olan 750 əyarlıq hər qramının qiyməti 70 manat, 585 əyarlıq 14 qramlıq 56 manat təşkil edən 8 ədəd qızıl-zinət əşyalarını girov qoyaraq 2200 manat kredit götürmüş, kredit üzrə aylıq faiz ödənişi 88 manat təşkil etmişdir. ƏİX № 414279 seriya nömrəli girov biletinin surətinə əsasən Şahid7 AZE № ******** seriya nömrəli şəxsiyyət vəsiqəsini təqdim etməklə xx.xx.2022-ci il tarixdə ümumilikdə çəkiləri 89,3 qram olan 750 əyarlıq və 585 əyarlıq 8 ədəd qızıl-zinət əşyalarını girov qoyaraq 6800 manat kredit götürmüş, kredit üzrə aylıq faiz ödənişi 272 manat təşkil etmişdir. (cild İ, i/v: 197) - Kompleks məhkəmə-fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/7060-9/9074 nömrəli ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən üzərində hər biri 0,025 ct 4/4 ölçüdə 12 ədəd rəngsiz şəffaf brilyant qaşları olan qızılının əyarı 750 çəkisi 4,81 qram, halqasının üzərində “750” damğası olan üzüyün qiyməti 600 manat, üzərində 0,170 ct 5/5 növdə 01 ədəd, 0,050 ct 4/5 növdə 8 ədəd rəngsiz şəffaf brilyant qaşları, halqasının üzərində “750” damğası, qızılının əyarı 750, çəkisi 3,86 qram olan üzüyün qiyməti 885 manat, üzərində 0,440 ct 5/5 ölçüdə 01 ədəd rəngsiz şəffaf brilyant qaşları, halqasının üzərində “583” damğası, qızılının əyarı 583/585, çəkisi 3,38 qram üzüyün qiyməti 2045 manat, üzərində müxtəlif rəngli qaşlar və hər biri 0,003 ct 4/3 ölçüdə 96 ədəd rəngsiz şəffaf brilyant qaşları,qızılının əyarı 750 çəkisi 9,42 qram üzüyün qiyməti 1000 manat, üzərində 1 ədəd rəngsiz şəffaf qiymətsiz qaşı olan gümüşü rəngli, üzərində cızıqları olan qızılının əyarı 750, çəkisi 2,30 qram üzüyün qiyməti 200 manat, gümüşü rəngli kürəciklərdən ibarət halqa formalı üzərində “İTALY 585” damğası olan, qızılının əyarı 583/585, çəkisi 1,45 qram üzüyün qiyməti 125 manat, sarı rəngli kürəciklərdən ibarət halqa formalı, üzərində “İTALY 585” damğası olan, qızılının əyarı 583/585, çəkisi 1,60 qram üzüyün qiyməti 135 manat, üzərində 2 ədəd bənövşəyi rəngli qiymətsiz qaşı, kilidində “İTALY 585” damğası olan, qızılının əyarı 583/585, çəkisi 7,64 qram bir cüt sırğanın qiyməti 650 manat, üzərində müxtəlif rəngli və rəngsiz şəffaf qiymətsiz qaşları olan gümüşü rəngli 1 ədəd kulonun asılqan hissəsində “İTALY 14K damğası, qızılının əyarı 583/585 olan, çəkisi 8,26 qram, kulonun qiyməti 700 manat, üzərində “Müşü” yazısı, qulaqcığında “585” damğası, qızılının əyarı 583/585, çəkisi 1,55 qram olan qolbağının qiyməti 130 manat, üzərində “xx.xx.2022” yazısı, qulaqcığında “585” damğası qızılının əyarı 583/585, çəkisi 1,97 qram olan qolbağının qiyməti 165 manat, üzərində 7 ədəd göy rəngli və 2 ədəd hər biri 0,154 ct 6/7, 22 ədəd hər biri 0,043 ct 4/4, 208 ədəd hər biri 0,008 ct 3/3 növdə, ümumilikdə 232 ədəd rəngsiz şəffaf brilyant qaşları olan, qızılının əyarı 750 ümumi çəkisi 89,35 qram olan sırğa cütü-üzük-qolbaq, qızılının əyarı əsas hissədə 750, boyunbağı hissəsində 583/585, boyunbağı hissəsi 3 qram olan kalyenin, dəstin elementlərindən sırğa cütünün kilidində “583, “Б*750”, “9 БЮ” damğaları, üzüyün halqasının üzərində ”583”, “Б*50”, qolbağın kilidində “9 БЮ” “Б*750", kalyenin əsas hissəsində “Б*750”, damğaları olan, sırğa cütü-üzük-qolbaq və kaye dəstinin qiyməti 10200 manat, sferblatının iç tərəfində “Наири” yazısı, arxa tərəfində “2E”, “E*583” damğaları və “279776” yazısı olan, qolbaq hissəsinin kilidində “3 БЮ" “Б*583”, damğaları, qızılının əyarı 583/585, çəkisi 18,58 qram olan sarı rəngli metaldan hazırlanmış qol saatının qiyməti 1580 manat, qeyd olunan məmulatların modeli və digər göstəriciləri nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri 18415,00 manat müəyyən edilmişdir. (cild İİ, i/v 64) - Kompleks məhkəmə-fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/198-9/227 nömrəli rəyindən görünür ki, 1 ədəd gümüşü rəngli metaldan, üzərində müxtəlif rəngli və ağ şəffaf qaşları - üzərində “750” əyar damğası həkk olunmuş qızılının əyarı 750, çəkisi 11,66 qram, rəngli qaşları qiymətli qaşlara aid olmayan, hər birinin ölçüsü 0,006 karat, 4/3 keyfiyyətli 174 ədədinin ağ şəffaf qaşları brilyant olan sırğa cütünün qiyməti 1867,0 manat, 1 ədəd gümüşü rəngli metaldan, gül formalı, üzərində -7 ədədinin hər birinin ölçüsü 0,015 karat və 136 ədədinin hər birinin ölçüsü 0,004 karat 4/3 keyfiyyətli ağ şəffaf brilyant qaşları, üzərində “750” əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 12,61 qram - sırğa cütü-üzüyün qiyməti 1802,0 manat; 1 ədəd gümüşü rəngli metaldan, gül formalı, üzərində -7 ədədinin hər birinin ölçüsü 0,040 karat və 32 ədədinin hər birinin ölçüsü 0,015 karat, 13 ədədinin hər birinin ölçüsü 0,008 karat 4/3 keyfiyyətli ağ şəffaf brilyant qaşları, üzərində “750” əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 5,17 qram - üzüyün qiyməti 967,0 manat, məmulatların orta bazar qiyməti ilə ümumi dəyəri 4636,00 manat müəyyən edilmişdir. (cild İİ, i/v 163) - Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli protokol əsasında götürülmüş fotoşəkillərdə olan 30 adda qızıl-zinət əşyalarının, o cümlədən Zərərçəkmiş şəxs1 24 iyun 2022-ci il tarixdə öz vəsaiti hesabına Şahid6 lombardından girovdan çıxardığı qızıl-zinət əşyalarının qiymətlərinin müəyyən edilməsi üçün iş üzrə nəzəri məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/241 nömrəli rəyindən görünür ki, 01 ədəd 585 əyarlı, sonsuzluq işarəsi formasında, hər qramının qiyməti 85 manat, 6 qram çəkidə qızıl kulonun qiyməti 510 manat, 01 ədəd 585 əyarlı, zəncir formalı, hər qramının qiyməti 85 manat, 3 qram çəkidə qızıl qolbağın qiyməti 255 manat, 01 ədəd qızılının 585 əyarlı, xəncər formalı, üzərində “Müşviq” yazısı olan hər qramının qiyməti 85 manat, 5 qram çəkidə qızıl kulonun qiyməti 425 manat, 01 cüt 585 əyarlı qızıl sırğa, 01 ədəd 585 əyarlı qızıl üzük, 01 ədəd 585 əyarlı qızıl qolbaqdan ibarət hər qramının qiyməti 85 manat 43,80 qram çəkidə qızıl dəstinin qiyməti 3723 manat, 01 cüt 750 əyarlı qızıl sırğa, 01 ədəd 750 əyarlı qızıl üzük, 01 ədəd 750 əyarlı qızıl kulondan ibarət hər qramının qiyməti 110 manat 20,37 qram çəkidə qızıl dəstinin qiyməti 2240,7 manat, 01 ədəd 750 əyarlı, üzərində ərəbcə yazısı olan hər qramının qiyməti 110 manat, 17,4 qram çəkidə qızıl kulonun qiyməti 1914 manat, 01 ədəd 750 əyarlı, üzərində ağ rəngli qaşı olan 10,80 qram çəkidə qızıl üzük qiymətləndirilməsi mümkün olmamışdır, 01 cüt 585 əyarlı duz xətt formalı, əvvəlində qara işləməsi olan qızıl sırqa və 01 ədəd 750 əyarlı burma formalı üzərində qara daşlarla işləməsi olan qızı üzükdən ibarət, ümumi çəkisi 6,61 qram çəkidə olan qızıl dəstinin qiymətləndirilməsi mümkün olmamışdır. Bir ədəd 585 əyarlı, dairə formasında üzərində Atatürkün rəsmi olan, hər qramının qiyməti 85 manat, ümumi çəkiləri 12,64 qram 03 ədəd kulonun qiyməti 1074,4 manat, 01 ədəd 583 əyarlı, yarpaq formasında, hər qramının qiyməti 85 manat, ümumi çəkiləri 2,91 qram 01 ədəd kulonun qiyməti 247,35 manat, 01 ədəd 750 əyarlı, üzərində müxtəlif fiqurlar olan, hər qramının qiyməti 110 manat, ümumi çəki 3,85 qram 01 ədəd kulonun qiyməti 423,5 manat, 01 cüt 585 əyarlı, gül formalı, sarı qara rəngli qızıl sırğa, 01 ədəd 585 əyarlı gül formalı sarı qara rəngli qızıl üzük, 01 ədəd 585 əyarlı gül formalı sarı qara rəngli qızıl qolbağı, 01 ədəd 585 əyarlı gül formalı sarı qara rəngli qızıl klondan ibarət, hər qramının qiyməti 110 manat, ümumi çəkisi 47 qram olan “Qraziella” markalı qızıl dəstinin qiyməti 5170 manat, 01 ədəd 750 əyarlı, hər qramının qiyməti 110 manat, ümumi çəkisi 5 qram olan “Kamella” markalı qızıl kulonun qiyməti 550 manat, 01 ədəd 750 əyarlı, hər qramının qiyməti 85 manat, ümumi çəki 20 qram traktor boyunbağının qiyməti 1700 manat, 01 ədəd 585 əyarlı, ağlı sarılı müxtəlif fiqurlu, hər qramının qiyməti 85 manat, ümumi çəkisi 26,52 qram qızıl səpin qiyməti 2254,2 manat, 01 cüt 750 əyarlı, üzərində qara rəngli qaşlar olan və onların ortasında iri yaşıl rəngli qaş olan qızıl sırğa və 01 ədəd 750 əyarlı üzərində ortada iri yaşıl qaşı, kənarlarda qara çoxsaylı qaşları olan qızıl üzükdən ibarət, ümumi çəkisi 15,77 qram olan qızıl dəstinin qiymətləndirilməsi mümkün olmamışdır, 01 cüt 750 əyarlı, gül formalı, üzərində çoxsaylı yaşıl qaşlar olan sırğa, 01 ədəd 750 əyarlı, gül formalı, üzərində çoxsaylı yaşıl qaşlar olan üzük, 01 ədəd 750 əyarlı gül formalı üzərində çoxsaylı yaşıl qaşlar olan klonla birgə qızıl sepdən ibarət ümumi çəkisi 21,49 qram olan qızıl dəstinin qiymətləndirilməsi mümkün olmamışdır. 01 ədəd 585 əyarlı, üzərində göz muncuğu və kəpənək olan qramının qiyməti 85 manat, ümumi çəki 0,97 qram qızıl sancağın qiyməti 82,45 manat, 01 ədəd 585 əyarlı, üzərində dua yazılmış qramının qiyməti 85 manat, ümumi çəki 1,10 qram qızıl sancağın qiyməti 93,5 manat, 01 ədəd 750 əyarlı, burma formalı qramının qiyməti 110 manat, ümumi çəki 23,12 qram qızıl qolbağın qiyməti 2543,2 manat, 01 cüt 750 əyarlı, damcı formalı üzərində ağ rəngli qaşlar olan qızıl sırğa və 01 ədəd 750 əyarlı, damcı formalı, üzərində ağ rəngli qaşları olan qızıl kulondan ibarət ümumi çəkisi 19,61 qram olan qızıl dəstinin qiymətləndirilməsi mümkün olmamışdır. 01 cüt 750 əyarlı, üzərində çoxsaylı ağ rəngli qaşları olan salxım formalı ağ qızıl sırğa, 01 ədəd 750 əyarlı üzərində çoxsaylı ağ rəngli qaşları olan salxım formalı ağ qızıl sep və klondan ibarət ümumi çəkisi 14,2 qram olan qızıl dəstinin qiymətləndirilməsi mümkün olmamışdır. 01 ədəd 585 əyarlı, üzərində ərəbcə “Allah” sözü yazılmış qramının qiyməti 85 manat, ümumi çəki 0,79 qram qızıl sancağın qiyməti 67,15 manat, 01 ədəd 585 əyarlı qramının qiyməti 85 manat, ümumi çəki 6 qram olan kişi qızıl üzüyünün qiyməti 510 manat, 01 ədəd 585 əyarlı, üzərində ağ rəngli qaşları olan ümumi çəki 5 qram olan kişi qızıl üzüyünün qiymətləndirilməsi mümkün olmamışdır. 01 cüt 750 əyarlı, üzərində müxtəlif rəngli qaşlar olan qızıl sırğa və 01 ədəd 750 əyarlı, üzərində müxtəlif rəngli qaşlar olan qızıl üzükdən ibarət ümumi çəki 22,71 qram olan qızıl dəstinin qiymətləndirilməsi mümkün olmamışdır. 01 ədəd 750 əyarlı, üzərində gül və yarpaq formalı çoxsaylı ağ rəngli qaşları olan ümumi çəkisi 15 qram olan ağ qızıl üzüyünün qiymətləndirilməsi mümkün olmamışdır. 01 ədəd 750 əyarlı üzərində ortada 1 ədəd iri və yanında 6 ədəd xırda ağ qaşları olan ümumi çəkisi 3,6 qram olan ağ qızıl üzüyünün qiymətləndirilməsi mümkün olmamışdır. 01 cüt 750 əyarlı üzərində 9 ədəd ağ iri qaşı olan gül formalı ağ qızıl sırğa, 01 ədəd üzərində 3 ədəd gül formasında qaşları olan ağ qızıl üzük, 01 ədəd gül formalı üzərində 09 ədəd ağ iri qaş olan qızıl klon sepi ilə birgə, 01 ədəd üzərində sağ və sol tərəfində gül formalı ağ qaşları olan qızıl qolbaqdan ibarət ümumi çəki 18,25 qram olan ağ qızıl dəstinin qiymətləndirilməsi mümkün olmamışdır. 01 cüt 750 əyarlı həsir formalı üzərində çoxsaylı ağ qaşlar olan içərisində iri qara qaşı olan ağ qızıl sırğa və 01 ədəd 750 əyarlı həsir formalı, üzərində çoxsaylı ağ qaşlar olan, içərisində iri qara qaşı olan ağ qızıl üzükdən ibarət ümumi çəki 20 qram olan qızıl dəstinin qiymətləndirilməsi mümkün olmamışdır. 18 adda qızıl-zinət əşyalarının 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə 23783,45 manat müəyyən edilmişdir. Yuxarıda qeyd olunan 12 adda qızıl-zinət əşyalarının üzərində olan qaşların istehsal yeri, ölçüləri, növü, keyfiyyəti, mənşəyi, təmizliyi və s. haqqında məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. (cild İİ, i/v 174) - Kompleks nəzəri məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1050 nömrəli rəyindən görünür ki,

1. 01 ədəd 750 əyarlı 6,61 qram çəkidə ağ qızıl qolbağın qiyməti 660,00 manat,

2. 01 ədəd 750 əyarlı 6,51 qram çəkidə sarı qızıl qolbağın qiyməti 650,00 manat;

3. 01 ədəd 583 əyarlı 2,18 qram çəkidə qızıl kulonun qiyməti 185,00 manat;

4. 01 ədəd 583 əyarlı, 4,91 qram çəkidə qızıl boyunbağının qiyməti 415,00 manat;

5. 01 ədəd 750 əyarlı 19,77 qram. çəkidə qızıl qolbağın qiyməti 1977,00 manat olması müəyyən edilmişdir. Lakin 2 adda qızıl zinət əşyalarının- yəni 01 ədəd 21K əyarlı 8,6 qram çəkidə qızıl qolbaq və 01 ədəd 21 K əyarlı 8,85 qram çəkidə qızıl kulon üzərində olan qaşların istehsal yeri, sayı, ölçüsü, keyfiyyəti və s. məlum olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. (cild İİ, i/v 183) - Kompleks məhkəmə-fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/880-9/1055 nömrəli rəyindən görünür ki,

1. Üzərində 3 ədəd rəngsiz şəffaf qiymətsiz qaşları olan qırmızımtıl sarı rəngli halqa formalı 1 ədəd üzüyün halqasının iç tərəfində kiril hərfləriylə “Gülnarə Zakir” yazısı və “*585” damğası, qızılının əyarı 583/585, çəkisi 5,62 qram olan üzüyün qiyməti 477 manat

2. Üzərində 3 ədəd rəngsiz şəffaf qiymətsiz qaşlar olan, qırmızımtıl-sarı rəngli bir ədəd üzüyün halqasının üzərində “*585” damğası qızılının əyarı 583/585, çəkisi 7,16 qram olan üzüyün qiyməti 608 manat

3. Üzərində 1 ədəd yaşıl rəngli daş və 52 ədədinin hər birinin ölçüsü 0,006 ct 3/3 növlü rəngsiz şəffaf brilyant qaşları, qızılının əyarı 750 çəkisi 5,17 qram olan gümüşü rəngli üzərində cızıqlar olan 1 ədəd üzüyün qiyməti 621 manat

4. Üzərində kürə formalı yaşıl rəngli qiymətsiz qaşları olan sarı rəngli, dəstin elementlərinin hər birinin üzərində “*314VİLeGi750” damğası olan, qızılının əyarı 750, çəkisi 12,55 qram olan 1 dəst sırğa cütü-kulonun qiyməti 1315 manat

5. Üzərində ümumilikdə 2 ədəd yaşıl rəngli və 90 ədəd-80 ədədinin hər birinin ölçüsü 0,006 ct, 10 ədədi hər birinin ölçüsü 0,050 ct 3/3 növlü rəngsiz şəffaf brilyant qaşları, qızılının əyarı 750, çəkisi 10,56 qram sırğanın kilidində “750” damğası olan bir cüt sırğanın qiyməti 1630 manat

6. Üzərində kürə formalı elementləri olan sarı rəngli 1 ədəd boyunbağının kilidində “750”, qulaqcığında “İTALY 750” damğası, qızılının əyarı 750, çəkisi 8,89 qram boyunbağının qiyməti 933 manat,

7. Sarı rəngli 1 ədəd boyunbağının kilidində “750”, qulaqcığında "*Vİ” damğası qızılının əyarı 750, çəkisi 6,64 qram boyunbağının qiyməti 695 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatına təqdim edilən qeyd olunan məmulatların modeli və digər göstəriciləri nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 6279,00 manat müəyyən edilmişdir. (cild İİ, i/v: 179) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(cild İİİ, i/v: 124) Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarlarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən, ona istinad olunan həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə araşdırması nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərin hər ikisinə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, bundan əlavə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf edərək səmimi peşmançılıq göstərməsini, qadın olmaqla himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008ci təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X6 adlı iki yetkinlik yaşına çatmayan övladı var. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 sentyabr 2022-ci il tarixədə barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmiş, daha sonra məhkəmənin 04 fevral 2025-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmə iclas zalından həbsə alınmışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan ləğv edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.5-ci maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olan Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında olan 6 vərəqdən ibarət “whatsapp” yazışmaları, habelə Şahid6 lombardından götürülmüş 091168, 091148, 091149 və 091111 nömrəli girov biletlərinin kötükləri cinayət işinin materiallarında saxlanılmalı, həmçinin hər biri 0,025 ct 4/4 ölçüdə 12 ədəd rəngsiz şəffaf brilyant qaşları olan qızılının əyarı 750 çəkisi 4,81 qram, halqasının üzərində “750” damğası olan üzük, üzərində 0,170 ct 5/5 növdə 01 ədəd, 0,050 ct 4/5 növdə 8 ədəd rəngsiz şəffaf brilyant qaşları, halqasının üzərində “750” damğası, qızılının əyarı 750, çəkisi 3,86 qram olan üzük, üzərində 0,440 ct 5/5 ölçüdə 01 ədəd rəngsiz şəffaf brilyant qaşları, halqasının üzərində “583” damğası, qızılının əyarı 583/585, çəkisi 3,38 qram üzük, üzərində müxtəlif rəngli qaşlar və hər biri 0,003 ct 4/3 ölçüdə 96 ədəd rəngsiz şəffaf brilyant qaşları, qızılının əyarı 583/585 çəkisi 3,38 qram üzük, üzərində 1 ədəd rəngsiz şəffaf qiymətsiz qaşı olan gümüşü rəngli, üzərində cızıqları olan qızılının əyarı 750, çəkisi 2,30 qram üzük, gümüşü rəngli kürəciklərdən ibarət halqa formalı üzərində “İTALY 585” damğası olan, qızılının əyarı 583/585, çəkisi 1,45 qram üzük, sarı rəngli kürəciklərdən ibarət halqa formalı, üzərində “İTALY 585” damğası olan, qızılının əyarı 583/585, çəkisi 1,60 qram üzük, üzərində 2 ədəd bənövşəyi rəngli qiymətsiz qaşı, kilidində “İTALY 585" damğası olan, qızılının əyarı 583/585, çəkisi 7,64 qram bir cüt sırğa, üzərində müxtəlif rəngli və rəngsiz şəffaf qiymətsiz qaşları olan gümüşü rəngli 1 ədəd kulonun asılqan hissəsində “İTALY 14K damğası, qızılının əyarı 583/585 olan, çəkisi 8,26 qram kulon, üzərində “Müşü ” yazısı, qulaqcığında “585” damğası, qızılının əyarı 583/585, çəkisi 1,55 qram olan qolbağı, üzərində “xx.xx.2022” yazısı, qulaqcığında “585” damğası qızılının əyarı 583/585, çəkisi 1,97 qram olan qolbağı, üzərində 7 ədəd göy rəngli və 2 ədəd hər biri 0,154 ct 6/7, 22 ədəd hər biri 0,043 ct 4/4, 208 ədədəd hər biri 0,008 ct 3/3 növdə, ümumilikdə 232 ədəd rəngsiz şəffaf brilyant qaşları olan, qızılının əyarı 750 ümumi çəkisi 89,35 qram olan sırğa cütü-üzükqolbaq, qızılının əyarı əsas hissədə 750, boyunbağı hissəsində 583/585, boyunbağı hissəsi 3 qram olan kalyenin, dəstin elementlərindn sırğa cütünün kilidində””583, “B*750”, “9 BK>” damğaları,üzüyün halqasının üzərində “583, “Б*50”, qolbağın kilidində “9 БЮ” “Б*750”, kalyenin əsas hissəsində “Б*750”, damğaları olan, sırğa cütü- üzük-qolbaq və kaye dəstini, sferblatının iç tərəfində “Наири” yazısı, arxa tərəfində “2E”, “E*583” damğaları və “279776” yazısı olan, qolbaq hissəsinin kilidində “3 БЮ” “Б*583”, damğaları, qızılının əyarı 583/585, çəkisi 18,58 qram olan sarı rəngli metaldan hazırlanmış qol saatı, üzərində 3 ədəd rəngsiz şəffaf qiymətsiz qaşları olan qırmızımtıl sarı rəngli halqa formalı 1 ədəd üzüyün halqasının iç tərəfində kril hərfləriylə “Gülnarə Zakir” yazısı və “*585” damğası, qızılının əyarı 583/585, çəkisi 5,62 qram olan üzük, üzərində 3 ədəd rəngsiz şəffaf qiymətsiz qaşlar olan, qırmızımtıl-sarı rəngli bir ədəd üzüyün halqasının üzərində “*585” damğası qızılının əyarı 583/585, çəkisi 7,16 qram olan üzük, üzərində 1 ədəd yaşıl rəngli daş və 52 ədədinin hər birinin ölçüsü 0,006 ct 3/3 növlü rəngsiz şəffaf brilyant qaşları, qızılının əyarı 750 çəkisi 5,17 qram olan gümüşü rəngli üzərində cızıqlar olan 1 ədəd üzük, üzərində kürə formalı yaşıl rəngli qiymətsiz qaşları olan sarı rəngli, dəstin elementlərinin hər birinin üzərində “*314VİLeGi750” damğası olan, qızılının əyarı 750, çəkisi 12,56 qram olan 1 dəst sırğa cütü-kulon, üzərində ümumilikdə 2 ədəd yaşıl rəngli və 90 ədəd-80 ədədinin hər birinin ölçüsü 0,006 ct, 10 ədədi hər birinin ölçüsü 0,050 ct 3/3 növlü rəngsiz şəffaf brilyant qaşları, qızılının əyarı 750, çəkisi 10,56 qram sırğanın kilidində “750” damğası olan bir cüt sırğa, üzərində kürə formalı elementləri olan sarı rəngli 1 ədəd boyunbağının kilidində “750”, qulaqcığında “İTALY 750” damğası, qızılının əyarı 750, çəkisi 8,89 qram boyunbağı, sarı rəngli 1 ədəd boyunbağının kilidində “750”, qulaqcığında “*Vİ” damğası qızılının əyarı 750, çəkisi 6,64 qram boyunbağı, həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs ələ keçirərək lombarda girov qoyduğu qızıl-zinət əşyalarından öz vəsaiti hesabına həmin lombardlardan çıxarılaraq istintaq zamanı xx.xx.2023-cü il tarixli protokolla götürülmüş 1 ədəd gümüşü rəngli metaldan, üzərində müxtəlif rəngli və ağ şəffaf qaşları - üzərində “750” əyar damğası həkk olunmuş qızılının əyarı 750, çəkisi 11,66 qram, rəngli qaşları qiymətli qaşlara aid olmayan, hər birinin ölçüsü 0,006 karat, 4/3 keyfiyyətli 174 ədədinin ağ şəffaf qaşları brilyant olan sırğa cütü, 1 ədəd gümüşü rəngli metaldan, gül formalı, üzərində -7 ədədinin hər birinin ölçüsü 0,015 karat və 136 ədədinin hər birinin ölçüsü 0,004 karat 4/3 keyfiyyətli ağ şəffaf brilyant qaşları, üzərində “750” əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 12,61 qram - sırğa cütü-üzüyü, 1 ədəd gümüşü rəngli metaldan, gül formalı, üzərində -7 ədədinin hər birinin ölçüsü 0,040 karat və 32 ədədinin hər birinin ölçüsü 0,015 karat, 13 ədədinin hər birinin ölçüsü 0,008 karat 4/3 keyfiyyətli ağ şəffaf brilyant qaşları, üzərində “750” əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 5,17 qram olan üzüyün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 518 (beş yüz on səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş 50 saat hüquqi yardımla əlaqədar dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməkdə ona təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclasından azadlığa buraxılsın. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar – Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında olan 6 vərəqdən ibarət “whatsapp” yazışmaları, habelə Şahid6 lombardından götürülmüş 091168, 091148, 091149 və 091111 nömrəli girov biletlərinin kötükləri cinayət işinin materiallarında saxlanılsın, həmçinin hər biri 0,025 ct 4/4 ölçüdə 12 ədəd rəngsiz şəffaf brilyant qaşları olan qızılının əyarı 750 çəkisi 4,81 qram, halqasının üzərində “750” damğası olan üzük, üzərində 0,170 ct 5/5 növdə 01 ədəd, 0,050 ct 4/5 növdə 8 ədəd rəngsiz şəffaf brilyant qaşları, halqasının üzərində “750” damğası, qızılının əyarı 750, çəkisi 3,86 qram olan üzük, üzərində 0,440 ct 5/5 ölçüdə 01 ədəd rəngsiz şəffaf brilyant qaşları, halqasının üzərində “583” damğası, qızılının əyarı 583/585, çəkisi 3,38 qram üzük, üzərində müxtəlif rəngli qaşlar və hər biri 0,003 ct 4/3 ölçüdə 96 ədəd rəngsiz şəffaf brilyant qaşları, qızılının əyarı 583/585 çəkisi 3,38 qram üzük, üzərində 1 ədəd rəngsiz şəffaf qiymətsiz qaşı olan gümüşü rəngli, üzərində cızıqları olan qızılının əyarı 750, çəkisi 2,30 qram üzük, gümüşü rəngli kürəciklərdən ibarət halqa formalı üzərində “İTALY 585” damğası olan, qızılının əyarı 583/585, çəkisi 1,45 qram üzük, sarı rəngli kürəciklərdən ibarət halqa formalı, üzərində “İTALY 585” damğası olan, qızılının əyarı 583/585, çəkisi 1,60 qram üzük, üzərində 2 ədəd bənövşəyi rəngli qiymətsiz qaşı, kilidində “İTALY 585" damğası olan, qızılının əyarı 583/585, çəkisi 7,64 qram bir cüt sırğa, üzərində müxtəlif rəngli və rəngsiz şəffaf qiymətsiz qaşları olan gümüşü rəngli 1 ədəd kulonun asılqan hissəsində “İTALY 14K damğası, qızılının əyarı 583/585 olan, çəkisi 8,26 qram kulon, üzərində “Müşü ” yazısı, qulaqcığında “585” damğası, qızılının əyarı 583/585, çəkisi 1,55 qram olan qolbağı, üzərində “xx.xx.2022” yazısı, qulaqcığında “585” damğası qızılının əyarı 583/585, çəkisi 1,97 qram olan qolbağı, üzərində 7 ədəd göy rəngli və 2 ədəd hər biri 0,154 ct 6/7, 22 ədəd hər biri 0,043 ct 4/4, 208 ədədəd hər biri 0,008 ct 3/3 növdə, ümumilikdə 232 ədəd rəngsiz şəffaf brilyant qaşları olan, qızılının əyarı 750 ümumi çəkisi 89,35 qram olan sırğa cütü-üzükqolbaq, qızılının əyarı əsas hissədə 750, boyunbağı hissəsində 583/585, boyunbağı hissəsi 3 qram olan kalyenin, dəstin elementlərindn sırğa cütünün kilidində””583, “B*750”, “9 BK>” damğaları,üzüyün halqasının üzərində “583, “Б*50”, qolbağın kilidində “9 БЮ” “Б*750”, kalyenin əsas hissəsində “Б*750”, damğaları olan, sırğa cütü- üzük-qolbaq və kaye dəstini, sferblatının iç tərəfində “Наири” yazısı, arxa tərəfində “2E”, “E*583” damğaları və “279776” yazısı olan, qolbaq hissəsinin kilidində “3 БЮ” “Б*583”, damğaları, qızılının əyarı 583/585, çəkisi 18,58 qram olan sarı rəngli metaldan hazırlanmış qol saatı, üzərində 3 ədəd rəngsiz şəffaf qiymətsiz qaşları olan qırmızımtıl sarı rəngli halqa formalı 1 ədəd üzüyün halqasının iç tərəfində kril hərfləriylə “Gülnarə Zakir” yazısı və “*585” damğası, qızılının əyarı 583/585, çəkisi 5,62 qram olan üzük, üzərində 3 ədəd rəngsiz şəffaf qiymətsiz qaşlar olan, qırmızımtıl-sarı rəngli bir ədəd üzüyün halqasının üzərində “*585” damğası qızılının əyarı 583/585, çəkisi 7,16 qram olan üzük, üzərində 1 ədəd yaşıl rəngli daş və 52 ədədinin hər birinin ölçüsü 0,006 ct 3/3 növlü rəngsiz şəffaf brilyant qaşları, qızılının əyarı 750 çəkisi 5,17 qram olan gümüşü rəngli üzərində cızıqlar olan 1 ədəd üzük, üzərində kürə formalı yaşıl rəngli qiymətsiz qaşları olan sarı rəngli, dəstin elementlərinin hər birinin üzərində “*314VİLeGi750” damğası olan, qızılının əyarı 750, çəkisi 12,56 qram olan 1 dəst sırğa cütü-kulon, üzərində ümumilikdə 2 ədəd yaşıl rəngli və 90 ədəd-80 ədədinin hər birinin ölçüsü 0,006 ct, 10 ədədi hər birinin ölçüsü 0,050 ct 3/3 növlü rəngsiz şəffaf brilyant qaşları, qızılının əyarı 750, çəkisi 10,56 qram sırğanın kilidində “750” damğası olan bir cüt sırğa, üzərində kürə formalı elementləri olan sarı rəngli 1 ədəd boyunbağının kilidində “750”, qulaqcığında “İTALY 750” damğası, qızılının əyarı 750, çəkisi 8,89 qram boyunbağı, sarı rəngli 1 ədəd boyunbağının kilidində “750”, qulaqcığında “*Vİ” damğası qızılının əyarı 750, çəkisi 6,64 qram boyunbağı, həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs ələ keçirərək lombarda girov qoyduğu qızıl-zinət əşyalarından öz vəsaiti hesabına həmin lombardlardan çıxarılaraq istintaq zamanı xx.xx.2023-cü il tarixli protokolla götürülmüş 1 ədəd gümüşü rəngli metaldan, üzərində müxtəlif rəngli və ağ şəffaf qaşları - üzərində “750” əyar damğası həkk olunmuş qızılının əyarı 750, çəkisi 11,66 qram, rəngli qaşları qiymətli qaşlara aid olmayan, hər birinin ölçüsü 0,006 karat, 4/3 keyfiyyətli 174 ədədinin ağ şəffaf qaşları brilyant olan sırğa cütü, 1 ədəd gümüşü rəngli metaldan, gül formalı, üzərində -7 ədədinin hər birinin ölçüsü 0,015 karat və 136 ədədinin hər birinin ölçüsü 0,004 karat 4/3 keyfiyyətli ağ şəffaf brilyant qaşları, üzərində “750” əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 12,61 qram - sırğa cütü-üzüyü, 1 ədəd gümüşü rəngli metaldan, gül formalı, üzərində -7 ədədinin hər birinin ölçüsü 0,040 karat və 32 ədədinin hər birinin ölçüsü 0,015 karat, 13 ədədinin hər birinin ölçüsü 0,008 karat 4/3 keyfiyyətli ağ şəffaf brilyant qaşları, üzərində “750” əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 5,17 qram olan üzüyün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 518 (beş yüz on səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Roman Ələkbərli Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar