Məhkəmə qərarları › İş №1(101)-306/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-306/2022

26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-306/2022 26.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, zərərçəkmiş şəxsin nümayəndəsi – Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi – Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 1 (bir) yetkinlik yaşına çatmayan və 1 (bir) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1-də qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Xavər Vəliyev küçəsi, ev 1-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, arvadı Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat təxminən 08:00 radələrində 2004-cü ildən rəsmi nigah münasibətlərində olmaqla birlikdə yaşadığı arvadı Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən yaşadıqları evdə aralarında ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı qəsdən öldürmək məqsədi ilə törədəcəyi əməlin ictimai təhlükəli olduğunu dərk edib, onun nəticələrini qabaqcadan görüb və bunları arzu edərək, əlində olan bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmaya aid daxili qanaxma, sol tərəfli hemopnevmatoraks, sol ağciyərin aşağı payının, diafraqmanın sol yarısının yaralanması, sol döş-körpücükməməyəbənzər əzələsinin hissəvi kəsilməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının sol plevra boşluğuna (daxilə) nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, sağ tərəfli hemopnevmatoraks, qaraciyərin, diafraqmanın sağ yarısının, sağ yumurtalığın yaralanması ilə müşayiət olunan qarnın ön divarının qarın boşluğuna və sağ plevra boşluğuna (daxilə) nüfuz edən 1 (bir) ədəd və qarının ön divarının sol yarısının qarın boşluğuna (daxilə) nüfuz edən 1 (bir) ədəd (cəmi 3 ədəd) deşilmiş-kəsilmiş yarası, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid boynun sağ yarısının 1 (bir) ədəd, sağ əlin ovuc səthinin 1 (bir) ədəd, sol bel nahiyəsinin daxilə nüfuz etməyən 3 (üç) ədəd, sağ budun yuxarı üçdə birinin 1 (bir) ədəd (cəmi 6 ədəd) deşilmiş-kəsilmiş yaraları xəsarətləri yelirmiş, sonuncunun həkimlərin tibbi müdaxilələri nəticəsində həyatının xilas edilməsi səbəbindən onun iradəsindən asılı olmayan səbəblərə görə ölüm baş verməmiş, bununla da o, Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd elmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2004-cü ildə Zərərçəkmiş şəxs ilə '‘Çinici’ mağazasında birlikdə işləyən zaman tanş olmuş və həmin vaxtdan da bir-birlərini sevib evlənmişlər. Onlar evləndikdən sonra çox mehriban yaşamışlar. Onların birgə nikahdan Sevil və Fərid adlı övladları doğulmuşdur. O, Fərqanəni çox sevmiş və hazırda da sevir. O, heç vaxt Fərqanənin xətrinə dəyməmişdir. O, bir ailə başçısı kimi həmişə Fərqanəyə dəstək olmağa və Fərqanəni xoşbəxt etməyə çalışmışdır. 2020-ci ilin əvvəllərində Fərqanə onun telefonunda ''Whatsapp’’ proqramı ilə başqa bir qadınla yazışmasını görmüşdür. Həmin vaxtdan etibarən Fərqanə onun bu yazışmasını özünə xəyanət kimi qəbul etmişdir. Bundan sonra onların münasibətləri soyumuşdur. O, öz səhvini başa düşərək dəfələrlə Fərqanədən üzr istəmişdir. Lakin onun səhvi Fərqanəyə çox pis təsir etdiyindən Fərqanə onu bağışlamaq istəməmişdir. Bu minvalla onların arasında soyuqluq yaranmışdır. O, dəfələrlə Fərqanə ilə barışmağa cəhd etsə də, sonuncu onunla barışmaq istəməmişdir. Lakin bu müddət ərzində onlar bir evdə yaşamışlar. 2021-ci ilin mart ayında Fərqanə qadınlar üçün nəzərdə tutulmuş idman zalında (pilates mərkəzində) işə düzəlmişdir. Fərqanənin işi onun ürəyincə olmamışdır. O, Fərqanənin həmin yerdə işləməsini istəməmişdir. Amma Fərqanə orada işləmək istədiyindən o, yenə də Fərqanənin xətrinə dəyməmiş və işləməsinə etiraz etməmişdir. Sonra Fərqanə tez-tez ondan küsərək və uşaqları da götürərək acıq edib anasıgilə getmişdir. 2021-ci ilin may ayında Fərqanə növbəti dəfə uşaqları da götürüb anasıgilə getmişdir. Fərqanə anasıgildə qaldığı müddət ərzində Fərqanə ondan boşanmaq üçün ərizə ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin o, yenə də bütün gücü ilə Fərqanə ilə barışmaq və birlikdə mehriban yaşamaq üçün çalışmışdır. Bu səbəbdən də o, Fərqanənin anasıgilə gedərək sonuncu ilə danışmış və evlərinə qayıtmasını xahiş etmişdir. Lakin həmin gün Fərqanə evə qayıtmamışdır. Bundan sonra 3-4 dəfə o, Fərqanə ilə danışmış və sonda Fərqanə evə qayıtmağa razı olmuşdur. O da Fərqanəni uşaqlarla birlikdə götürüb yaşadıqları evə qayıtmışdır. Onlar evdə təxminən 4 (dörd) gün qalmışlar. Bu müddət ərzində o, dəfələrlə Fərqanədən gedib məhkəmədən ərizəsini geri götürməsini xahiş etmişdir. Lakin Fərqanə ondan boşanmağa israrlı olduğundan ərizəni geri götürməyəcəyini ona bildirmişdir. Fərqanənin ondan boşanmaq istəməsi onu pis vəziyyətə salmışdır. O, öz ailəsinə bağlı adamdır. O, balalarını və arvadı Fərqanəni çox sevir. Boşanmağın onların uşaqlarının da gələcəyinə pis təsir edəcəyindən o, dəfələrlə Fərqanədən gedib ərizəsini geri götürməsini xahiş etmişdir. Lakin Fərqanə ərizəni geri götürmək istəməmişdir. xx.xx.2021-ci il tarixdə səhər vaxtı Fərqanə yuxudan duraraq işə getməyə hazırlaşmışdır. Fərqanə mətbəxdə olduğu vaxt o, Fərqanəyə yaxınlaşaraq, bir daha demişdir ki, "məhkəmə iclasının vaxtına az qalıb, nə qədər gec deyil get ərizəni geri götür. Ayıbdır, bizim uşaqlarımız var”. Fərqanə isə fikrinin qəti olduğunu və ondan boşanacağını bildirmişdir. Onların yanında həmin vaxt heç kəs olmamışdır. Mətbəxdə onlar ikisi olmuşlar. Səhər vaxtı olduğundan uşaqlar öz otaqlarında yatmışlar. Sonra Fərqanə qonaq otağına keçmişdir. O da Fərqanənin arxasınca gedərək növbəti dəfə sonuncudan gedib ərizəsini məhkəmədən götürməsini xahiş etmişdir. Lakin bu dəfə də Fərqanə kobud şəkildə ondan boşanacağını demişdir. Bu vaxt masanın üzərindəki meyvə doğramaq üçün qoyulmuş bıçağa onun gözü sataşmışdır. O, əsəblərini cilovlaya bilməmiş və anidən həmin bıçağı götürərək Fərqanəyə zərbə endirmişdir. Həmin vaxt o, özündə olmamışdır. O, Fərqanəyə neçə dəfə zərbə endirməyini xatırlamır. Lakin o, Fərqanəyə bıçaqla xəsarət yetirdikdən sonra duruxmuş və bu vaxt Fərqanə otaqdan çıxaraq bloka çıxmışdır. Əgər onun Fərqanəni öldürmək fikri olsaydı o, Fərqanənin bloka çıxmasına imkan verməzdi və həmin vaxt Fərqanəyə zərbələr endirərdi. Lakin Fərqanə evdən bloka çıxanda o, heç nə etməmişdir. O, əlindəki bıçağı qonaq otağında ataraq su içmək üçün mətbəxə keçmişdir. Həmin vaxt o, şok vəziyyətində olmuşdur. O, mətbəxdə olarkən Fərqanənin blokda qonşuları çağırdığını eşitmişdir. O, həmin vaxta qədər nəyin baş verdiyini dərk etməmişdir. O, bir anlıq baş verənləri dərk edərək ölmək istəmişdir. Çünki o, dünyada ən çox sevdiyi adama xəsarət yetirmişdir. Bundan sonra Fərqanə onunla barışmayacaqdı. Ona görə də o, mətbəxdə olan bıçağı götürərək özünə 20 (iyirmiyə) yaxın xəsarət yetirmişdir. O, ölmək istəmişdir. O, etdiyi səhvi başa düşmüşdür. O, ən çox Fərqanənin boşanmasından qorxmuşdur. O, heç vaxt Fərqanəni öldürmək istəməmişdir. O, özünə çoxsaylı xəsarət yetirdikdən sonra huşunu itirmişdir. Sonra o, özünə gələndə xəstəxanada olduğunu və üzərində əməliyyat keçirildiyini öyrənmişdir. O, ani olaraq əlini bıçağa ataraq Fərqanəyə xəsarət yetirmişdir. O, hazırda Fərqanə ilə barışmışdır. Fərqanənin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əri olmuşdur. Onun Namiqlə evlilik dövründə soyadı Rəsulova olmuşdur. Hazırda o, Namiqlə boşanmışdır. Hazırda onun soyadı Hüseynovadır. O, Təqsirləndirilən şəxsla 2004-cü ildə ailə həyatı qurmuş və onların birgə nikahından Sevil adlı qız və Fərid adlı oğlan övladları var. Onunla Namiq arasında hər zaman mehriban münasibətlər olmuşdur. O, 2020-ci ildə Namiqin ona xəyanət etməsindən şübhələnmiş və həmin ərəfədə Namiqin bir qadınla “Votsap” sosial şəbəkəsi vasitəsi ilə danışdığını öyrənmişdir. Belə ki, o, Namiqin “Votsap” sosial şəbəkəsidəki yazışmalarını izləməyə başlamış və Namiqin bir qadınla danışdığını bilmişdir. Bundan sonra onların münasibətləri soyumağa başlamışdır. Bir müddətdən sonra o, Namiqdən boşanmağa qərar vermişdir. Hətta bu müddət ərzində o, bir neçə dəfə övladlarını götürüb anasıgildə qalmışdır. Eyni zamanda həmin vaxt o, Namiqdən boşanmaq üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Namiq isə hər dəfə onu sevdiyini bildirərək onunla barışmağa cəhd etmişdir. O isə Namiqlə barışmaq istəməmişdir. O, Namiqdən küsüb anasıgildə qaldığı vaxt Namiq dəfələrlə onun anasıgilə gələrək uşaqların xətrinə onu evlərinə qayıtmağa çalışmışdır. O da bir neçə dəfə uşaqlara görə Namiqlə razılaşaraq evə qayıtmışdır. Lakin o, Namiqdən boşanmaqda israrlı olmuşdur. Namiqin xahişinə əsasən onun evə qayıtmaqda məqsədi ancaq Namiqin uşaqlarla münasibətinin soyumamasını istəməsi olmuşdur. Belə ki, Namiq çox ailəcanlı bir ailə başçısı olmuş və öz ailəsini çox istəmişdir. Namiq başqa qadına danışdığına görə çox peşman olmuşdur. Lakin o, Namiqi bağışlaya bilməmişdir. O da övladlarının atasız böyüməsini istəmədiyimə görə bir neçə dəfə Namiqlə razılaşaraq yaşadıqları evə geri qayıtsa da, özünə gələ bilməmiş və boşanmaq istəmişdir. Namiq isə hər dəfə ona yalvararaq ondan Namiqin bağışlamasını və boşanmaq üçün verdiyi ərizənin geri götürməsini istəmişdir. O isə qəti şəkildə boşanmağa qərar verdiyindən ərizəmi geri götürməyəcəyini Namiqə bildirmişdir. Əslində o, özüdə boşanmaq istəməmişdir. Lakin Namiqin hərəkəti ona pis təsir etdiyindən o, həmin vaxt Namiqlə barışmağa hazır olmamışdır. Bir müddət keçsəydi, o, bəlkə də Namiqlə barışardı. Amma Namiq həmin ərəfədə həddən artıq onunla barışmağa can atdığından o, buna hazır olmamışdır. Ona görə də o, Namiqə demişdir ki, “biz bir yerdə yaşasaq da, hələlik yalnız uşaqların xətrinə görə bir evdə yaşayırıq, lakin boşanmaq barədə qərarım qətidir, biz mütləq boşanacayıq, lakin uşaqlarımız bunu bilməyəcək. Çünki boşanmağımıza görə uşaqlarımızın psixoloji sarsıntılar keçirməsini istəmirəm”. Buna görə də o, küsüb anasıgilə getdiyi halda 2021-ci il may ayında övladları ilə birlikdə yenidən Namiqin xahişinə əsasən yaşadıqları evə qayıtmışdır. Hadisə isə 28 may 2021-ci il tarixində baş vermişdir. 2021-ci ilin mart ayından etibarən o, işə düzəlmişdir. Ona görə də o, hər gün səhər saat 07:00 radələrində işə getmiş və təxminən saat 20:00 radələrində evə qayıtmışdır. Namiq onun işə getməyini də istəməmişdir. Çünki o, xanımlar üçün nəzərdə tutulmuş idman mərkəzində (pilates) işə düzəlmişdir. Onun işə getməyi Namiqdə qısqanclıq hissi yaratmışdır. Namiq ondan həmin işə getməməyini xahiş etsə də, o, Namiqin xahişinə məhəl qoymayaraq, işə getməyə davam etmişdir. Məlum hadisə günü o, səhər yuxudan durmuş və işə getməyə hazırlaşmışdır. O, işə getməzdən əvvəl mətbəxə keçərək uşaqlar üçün yemək hazırlamaq istəmişdir. Bu vaxt Namiq də yuxudan duraraq onun arxasınca mətbəxə gəlmişdir. Namiq həmin vaxt ondan yenə də boşanmaq barədə Xəzər Rayon Məhkəməsinə verdiyi ərizəni geri götürməsini xahiş etmişdir. O isə Namiqə kobud şəkildə bildirmişdir ki, “qərarım qətidir, boşanmaq fikrimi dəyişməyəcəyəm və ərizəmi geri götürməcəyəm”. Onun bu sözündən sonra Namiqlə onun arasında sözlü mübahisə yaranmışdır. Səhər olduğuna görə həmin vaxt uşaqları Sevil və Fərid yatmışlar. Sevil özünə məxsus olan otaqda, oğlu Fərid isə onun yatdığı otaqda yatmışdır. Uşaqlar onların arasındaki sözlü mübahisəyə görə yuxudan oyanmasınlar deyə, onlar qonaq otağına keçməyi qərarlaşdırmışlar və o, Namiqlə söhbəti həmin otaqda davam etdirmişdir. Qonaq otağı mətbəxdən bir qədər aralıda yerləşmişdir. Mətbəx isə uşaqların yatdıqları otağa yaxın olmuşdur. Buna görə də onlar mətbəxdən uzaqlaşmışlar ki, uşaqlar onların səsinə oyanmasınlar. Onlar qonaq otağına keçdikdən sonra Namiq yenidən ondan boşanmaq barədə verdiyi ərizəmi geri götürməsini xahiş etmişdir. O, bu dəfə də Namiqə “yox” demişdir. Bundan sonra o, birdən Namiqin əlində qonaq otağında masanın üstündə olan və meyvə doğramaq üçün nəzərdə tutulmuş bıçağı görmüşdür. Namiq əlinə bıçağı götürdükdən sonra ona zərbə endirmişdir. Namiq ona bıçaqla zərbə vurduqdan sonra o, yerə yıxılmışdır. O, yerə yıxıldıqdan sonra özünə gəlmiş və birdə görmüşdür ki, Namiq əlindəki bıçaqla öz qolunu doğramışdır. O, bu hadisədən qorxmuş və Namiqə demişdir ki, “Namiq, bıçağı ver mənə, özünə xəsarət yetirmə, uşaqlar atasız qalmasın”. Bu vaxt Namiq duruxmuş və dayanmışdır. Bundan sonra o, birtəhər özünə gələrək ayağa qalxmış və Namiqin əlindən bıçağı alaraq divanın yanına atmışdır ki, Namiq özünə xəsarət yetirməsin. O, Namiqdən bıçağı alarkən Namiq istəsəydi onu bıçaqlaya bilərdi. Lakin həmin vaxt Namiq ona qarşı heç bir xəsarət yetirməmişdir. Namiq onu itirməkdən qorxmuşdur. Hadisə baş verməmişdən əvvəl Namiq çox psixoloji sarsıntı keçirmişdir. O, düşünür ki, Namiqin onu öldürmək kimi məqsədi olmamışdır. Əgər Namiq onu öldürmək istəsəydi, ona bıçaqla xəsarətlər yetirməyə davam edərdi. Lakin Namiq bunu etməmişdir. O, Namiqin əlindən bıçağı alarkən Namiqin ona bıçaqla xəsarət yetirməsinə maneə ola biləcək heç bir hal olmamışdır. Namiq sanki həmin vaxt ayılmış və duruxmuşdur. O hesab edir ki, Namiq həmin vaxt ona qarşı etdiyi hərəkəti sonradan anlayaraq səhv etdiyini düşünmüş və bundan sonra onun Namiqdən qəti şəkildə boşanacağını fikirləşərək özünü öldürmək istəmişdir. Həmin vaxt Namiqin üzündən hiss olunmuşdur ki, bu adam özündə olmamış, demək olar ki, öz hərəkətlərini idarə edə bilməmişdir. Namiq onu boşanmaqdan çəkindirmək üçün belə bir hərəkətə yol vermişdir. Həmin anadək Namiqin ona neçə dəfə bıçaqla xəsarət yetirməsini bilməmişdir. Hadisə baş verən an qonaq otağında o və Namiq olmuşdur. Onların ikisindən başqa orada heç kim olmamışdır. Uşaqlar isə həmin vaxt hələ də yatmışlar. Bundan sonra o, bloka çıxmış və qonşuları köməyə çağırmağa başlamışdır. Bu vaxt onun qızı Sevil də səs-küyə görə yuxudan ayılmışdır. Sonra onların qonşusu Rövşənin arvadı onun səsinə görə ona köməyə gəlmiş və dərhal təcili tibbi yardıma zəng vurmuşdur. O, blokda köməyə adam çağıran vaxt Namiq mətbəxdə olmuşdur. Sonradan o, bilmişdir ki, Namiq mətbəxdə olan bıçaqla özünə çoxsaylı xəsarətlər yetirmişdir. O, bir daha qeyd etmişdir ki, Namiq onu öldürmək istəsəydi bloka onun arxasınca gələrdi və ona bıçaqla xəsarət yetirərdi. Lakin Namiq bunu etməmişdir. Sonra qonşu Rövşən də onun köməyinə gəlmişdir. Qonşuları onu təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Həkimlərin müdaxiləsi nəticəsində onun həyatı xilas olunmuşdur. Eyni zamanda Namiq də xəstəxanaya aparılmış və Namiqin də həyatı həkimlər tərəfindən xilas edilmişdir. Hazırda o, Namiq ilə barışmış və Namiqə qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs X1 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Namiq Fərqanə ilə təxminən 17 il əvvəl ailə qıurmuş və Namiqgilin birgə nikahından Sevil və Fərid adlı övladları var. Namiq ilə Fərqanə bir-birilərini sevərək ailə qurmuşlar və sonuncuların arasında əvvəllər heç vaxt narazılıq olmamışdır. Namiqlə Fərqanə həmişə mehriban yaşamışlar. Namiq təbiətcə qapalı insan olmuşdur. Lakin Namiq həmişə ailəsinə qayğı göstərmişdir. Namiqin ailəsində problem olsa da, heç vaxt heç kəsə bu barədə deməmişdir. 2021-ci il mart ayında Namiq ona qanının qara olduğunu və bu səbəbdən də gecələr yata bilmədiyini demişdir. Amma Namiq gərgin olmasının səbəbini onademəmişdir. Sonra onun böyük bacısı X12 arasında söz-söhbətin yarandığını və Fərqanənin uşaqları götürərək anasının yaşadığı evə getdiyini bildirmişdir. Bir neçə gündən sonra o, bilmişdir ki, Namiq qaynanası İradəgilə gedərək Fərqanəni və uşaqları götürüb yaşadığı evə qayıtmışdır. O, hadisədən sonra bilmişdir ki, Fərqanə anasıgilə getdiyi ərəfədə qardaşı Namiqdən boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə, səhər saat 08:00 radələrində onun bacısı Natəvanın oğlu Rüfət ona zəng vuraraq Namiqin arvadı Fərqanəni və özünü bıçaqladığını bildirmişdir. O, həmin vaxt öz evində olmuşdur. Bundan sonra o, təcili şəkildə Namiqgilin yaşadığı evə getmişdir. O, Namiqgilin yaşadığı evin həyətinə çatanda məlum olmuşdur ki, təcili tibbi yardım briqadası Namiqi və Fərqanəni 3 saylı şəhər kliniki xəstəxanasına aparmışdır. Sonradan o, Namiqdən hadisə barədə maraqlandıqda, Namiq ona bildirmişdir ki, Namiq Fərqanəni vurandan sonra Fərqanənin Namiqlə daha barışmayacağını düşünmüş, ona görə də özünü öldürmək istəmiş, Fərqanə isə Namiqin əlindən bıçağı almağa çalışmış, lakin Namiq özünə bıçaqla xəsarət yetirməyə davam etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onundoğma qardaşıdır. X14 ilə təxminən 17 il əvvəl ailə qurmuş və birgə nikahlarından Sevil və Fərid adlı övladları var. Namiq ilə Fərqanənin arasında hər zaman mehriban münasibətlər olmuşdur. Namiq qapalı xarakterli insandır, heç bir zaman ailədaxili münasibətləri barədə bacı-qardaşlarına heç nə danışmamışdır. 2021-ci il mart ayında Namiq ona əsəbi gərginlik keçirdiyini və gecələr yata bilmədiyini demişdir. Amma bu əsəbi gərginliyin səbəbi barəsində Namiq ona heç nə bildirməmişdir. Hadisə baş verməmişdən bir neçə gün əvvəl Namiqlə arvadı Fərqanə arasında nəsə söz-söhbət olmuş, Fərqanə övladları ilə birlikdə anası İradənin evinə getmişdir. O, Fərqanə ilə görüşərək sonuncuya ailəsini dağıtmaması, Namiqlə mehriban olması barədə məsləhət vermişdir. Namiq də 2-3 gündən sonra Fərqanəgilin arxasınca gedərək arvadı və övladlarını götürərək sakit bir şəkildə evə qayıtmışdır. O, hadisədən sonra bilmişdir ki, Fərqanə anasıgilə getdiyi ərəfədə onun qardaşı Namiqdən boşanmaq açün ərizə ilə məhkəməyə müraciət etmişdir. Hadisə günü, yəni xx.xx.2021-ci il tarixdə, saat 08:00 radələrində Namiqin qızı Sevil ona zəng vuraraq atasının əvvəlcə anasını, sonra isə özünü bıçaqladığını demişdir. O, qardaşıgilə getmək üçün evdən çıxdıqda Sevil yenidən ona zəng edərək atası və anasının 3 saylı şəhər kliniki xəstəxanasına aparıldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusu olmuşdur. O, 4-cü mərtəbədə, Namiqgili isə 5-ci mərtəbədə yaşamışdır. O, Namiqi təxminən 2-3 il əvvəl bir qonşu kimi tanımışdır. Təqsirləndirilən şəxs ailə üzüvləri ilə birlikdə yaşamışdır. Hadisə baş verən gün, yəni xx.xx.2021-ci il tarixdə, səhər saat 08:00 radələrində o, evdə olan zaman qəfildən blokdan səs eşitmişdir. O, keçmiş arvadı Lalə ilə birlikdə dərhal bloka çıxmış və qapının qarşısında Namiqin həyat yoldaşı Fərqanənin qan içində yerdə uzandığını görmüşdür. Onlar Fərqanəyə kömək etmək istədikdə, Fərqanə bildirmişdir ki, “Namiq məni bıçaqladı, sonra isə özünü öldürmək istədi və özünə xəsarətlər yetirir. Ona və mənə kömək edin”. O da bundan sonra təcili tibbi yardıma zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş və həkimlərim gəlməsini xahiş etmişdir. Daha sonra o, Lalə ilə birlikdə Fərqanəyə kömək edərək Fərqanəni həyətə düşürmüşlər. Elə bu vaxt təcili tibbi yardım briqadası gələrək Fərqanəni xəstəxanaya aparmışlar. Həmin vaxt da polis əməkdaşları hadisə yerində gəlmişlər və o, polis əməkdaşları ilə birlikdə Namiqgilin yaşadığı evə qalxmışdır. Onlar evə daxil olan zaman Namiqin evin böyük otağında huşsuz və qan içində olduğunu görmüşlər. Daha sonra təcili tibbi vardım briqadası gələrək Namiqi də xəstəxanaya aparmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərin surətlərindən (cild 1, iş vərəq 3-13) görünür ki, cinayət hadisəsi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İsmayılov küçəsində yerləşən 3 saylı binanın 5-ci mərtəbəsində yerləşən 44 saylı mənzildə baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəq 20) görünür ki, həmin gün Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli il tarixli əməlin tövsif edilməsi və cinayət işinin istintaq aidiyyati üzrə göndərilməsi haqqında qərardan (cild 1, iş vərəq 31-32) görünür ki, həmin gün Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli hadisə yerinə əlavə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəq 43-62) görünür ki, cinayət hadisəsi baş vermiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İsmayılov küçəsində yerləşən 3 saylı binanın 5-ci mərtəbəsində yerləşən 44 saylı mənzilə əlavə baxış keçirilmiş və həmin vaxt qana bənzər ləkələr aşkar edilmişdir. Bundan başqa, divanın alt hissəsində döşəmə üzərində bənövşəyi rəngli, kəsici hissəsi təxminən 12-13 sm uzunluğunda olan bıçaq aşkar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9” X15 574 nömrəli ekspert rəyindən (cild 1, iş vərəqə 86-89) görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol tərəfi hemopnevmatoraks, perikardın və sol ağ ciyərin yaralanması İlə müşayiət olunan döş qəfəsinin sol yarısının daxilə (döş boşluğuna) nüfuz edən 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaraları, mədənin və qaraciyərin zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə (qarın boşluğuna) nüfuz edən 3 (üç) ədəd (cəmi 6 ədəd) deşilmiş-kəsilmiş xaraları; döş qəfəsinin sol yarısının daxilə (döş boşluğuna) nüfuz etməyən 4 (dörd) ədəd, qarnın ön divarının daxilə (qarın boşluğuna) nüfuz etməvən 4 (dörd) ədəd, hər iki bazunun və hər iki saidin 10 (on) ədəd (cəmi 18 ədəd) deşilmişkəsilmiş yaraları deşici-kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddəti onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən sol tərəfdi hemopnevmatoraks, perikardin və sol ağ ciyərin yaralanması ilə müşayiət olunan döş qəfəsinin sol yarısının daxilə (döş boşluğuna) nüfuz edən 3 ədəd deşilmiş-kəsilmiş yaraları, mədənin və qaraciyərin zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə (qarın boşluğuna) nüfuz edən 3 (üç) ədəd (cəmi 6 ədəd) deşilmişkəsilmiş yaraları istər birlikdə, istərsə də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya; döş qəfəsinin sol yarısının daxilə (döş boşluğuna) nüfuz etməyən 4 (dörd) ədəd, qarnın ön divarınm daxilə (qarm boşlyğuna) nüfuz etməyən 4 (dörd) ədəd, hər iki bazunun və hər iki saidin 10 (on) ədəd (cəmi 18 ədəd) deşilmişkəsilmiş yaraları isə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərər vurmaya, ümumilikdə isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə sağlamhüa az ağır dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin müxtəlif şəraitlərdə, o cümlədən kənar səxslər tərəfindən yetirilməsi istisna olunmur. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin xarakterinə və ölçülərinə əsasən həmin xəsarətlər ekspertizaya təqdim edilmiş, bıçaq № 1 ilə yetirilməsi daha uyğundur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9” X15 573 nömrəli ekspert rəyindən (cild 1, iş vərəqə 91-94) görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarədər - daxili qanaxma, sol tərəfli hemopnevmatoraks, sol ağciyərin aşağı payının, diafraqmanın sol yarısının yaralanması, sol döş-körpücükməməyəbənzər əzələsinin hissəvi kəsilməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının sol plevra boşluğuna (daxilə) nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, sağ tərəfli hemopnevmatoraks, qaraciyərin, diafraqmanın sağ yarısının, sağ yumurtalığın yaralanması ilə müşəyiət olunan qarnın ön divarının qarın boşluğuna və sağ plevra boşluğuna (daxilə) nüfuz ədən 1 (bir) ədəd və qarnın ön divarının sol yarısının qarın boşluğuna (daxilə) nüfuz ədən 1 (bir) ədəd (cəmi 3 ədəd) deşilmiş-kəsilmiş yarası, boynun sağ yarısının 1 (bir) ədəd, sağ əlin ovuc səthinin 1 (bir) ədəd, sol bel nahiyəsinin daxilə nüfuz etməyən 3 (üç) ədəd, sağ budun yuxarı üçdə birinin 1 (bir) ədəd (cəmi 6 ədəd) deşilmiş-kəsilmiş yaraları deşici-kəsici təsirə malik əyşa (alət (ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən - daxili qanaxma, sol tərəfli hemopnevmatoraks. sol ağciyərin aşağı payının, diafraqmanın sol yarısının yaralanması, sol döş-körpücük-məməyəbənzər əzələsinin hissəvi kəsilməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının sol plevra boşluğuna (daxilə) nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, sağ tərəfli hemopnevmatoraks, qaraciyərin, diafraqmanın sağ yarısının, sağ yumurtalığın yaralanması ilə müşayiət olunan qarnın ön divarının qarın boşluğuna və sağ plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd və qarnın ön divarının sol varisinin qarın boşluğuna (daxilə) nüfuz edən 1 (bir) ədəd (cəmi 3 ədəd) deşilmiş-kəsilmiş yarası istər birlikdə, istərsə də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya; boynun sağ yarısının 1 (bir) ədəd, sağ əlin ovuc səthinin 1 (bir) ədəd, sol bel nahiyəsinin daxilə nüfuz etməyən 3 (üç) ədəd, sağ budun yuxarı üçdə birinin 1 (bir) ədəd (cəmi 6 ədəd) deşilmiş-kəsilmiş yaraları isə ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya: ümumilikdə isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkan edilmiş xəsarətlərin xarakterinə və ölçülərinə əsasən həmin xəsarətlər ekspertizaya təqdim edilmiş bıçaq № 1 ilə yetirilməsi daha uyğundur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin cavab məktubundan (cild 1, iş vərəq 102) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı nikahın pozulmasına dair iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X10 Şəxsin 5434 nömrəli cavab məktubundan (cild 1, iş vərəqə 133) görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışlar. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 136) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 137) görünür ki, Zərərçəkmiş şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli arayışdan (cild 1, iş vərəqə 134) görünür ki, Təqsirləndirilən şəxs ünvan 1-də qeydiyyatdadır, onun ailə tərkibi arvadı - 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs, qızı - 2005-ci il təvəllüdlü qızı X4, 2013-cü il təvəllüdlü oğlu X6 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 167) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9” X15 462/2021-MTBŞ nömrəli ekspert rəyindən (cild 1, iş vərəqə 174-178) görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A/İİ. Təqsirləndirilən şəxs AВО sistemi üzrə qan qrupu: A/İİ-dir (şəxsiyyət vəsiqələrinin kserosurətlərinə əsasən). Eksperlizaya təqdim edilən Zərərçəkmiş şəxs qızma məxsus köynək, qsaqol mayka, Təqsirləndirilən şəxs məxsus idman şalvarı, çanta, divan örtüyü, odeyal, balış (yastıq), 3 ədəd bıçaq üzərindəki ləkələrdə və hadisə yerindən 6 ədəd maddi sübutlar üzərindəki izləri götürmək üçün nəzərdə tutulmuş çubuq ucundakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni və əksər ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/İİ/ qruplu şəxsə, o cümlədən AВО sistemi Zərərçəkmiş şəxs və eyni qruplu Təqsirləndirilən şəxs əgər hadisə zamanı onda qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa ona məxsus ola bilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 168) görünür ki, Zərərçəkmiş şəxs Xəzər rayon prokurorluğuna ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs onu öldürmək kimi niyyətinin olmadığını, Təqsirləndirilən şəxs verilmiş ittihamın çox ağır olduğunu bildirərək Təqsirləndirilən şəxs əməlinin sağlamlığa ağır zərər vurma cinayət əməlinə tövsif edilməsini xahiş etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9” X15 310/2021-MTKŞ nömrəli ekspert rəyindən və ona əlavə edilmiş fotocədvəldən (cild 1, iş vərəqə 181-188) görünür ki, Zərərçəkmiş şəxs məxsus qırmızı rəngli uzunqol köynəyin ön səthinin sol yaxalığında altı (6) ədəd, köynəyin sağ qolun ön yuxarı səthində iki (2) ədəd: rəngini dəyişmiş, qısaqol köynəyin ön səthinin sağ nahiyəsində bir (1), köynəyin ön səthinin sol nahiyəsində iki (2) ədəd, köynəyin arxa səthinin sol nahivəsində iki (2) ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş üç ədəd bıçaqlardan zədələrin xarakterinə və ölçülərinə əsasən ekspertizaya təqdim edilmiş ağ-qırmızı-göy rəngli 1 saylı bıçaq ilə və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qırmızı rəngli uzunqol köynəyin ön səthində tikilmiş beş ədəd düymələrdən 1 saylı düymə öz yerində yoxdur. Bu da, köynəyinin müvafiq nahiyəsinə küt güvvə tətbiq etməklə qopub düşməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs qızma məxsus qırmızı rəngli uzunqol köynəyin ön səthinin sol yaxalığında aşkar edilmiş deşilmiş-kəsilmiş ya ralar onun bədəninin döş qəfəsinin sol yarısının sol plevra boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yara, qarının ön divarının sol yarısının qarın boşluğuna nüfuz edən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yara, sol bel nahiyəsinin daxilə nüfuz etməyən yara yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Digər xəsarətlər - boynun sağ yarısında, sağ əlin ovuc səthində, sağ budun yuxarı səthində aşkar olunmuş yaralar onun paltarları üzərində öz əksini tapmamışlar. Bu da həmin nahiyələrin örtülməməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus idman şalvarı üzərində əhəmiyуət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs bədəninin döş qəfəsinin sol yarısının daxilə nüfuz edən 3 (üç) ədəd deşilmiş-kəsilmiş yarası, qarnın ön divarının daxilə nüfuz edən 3 (üç) ədəd (cəmi 6 ədəd) deşilmiş-kəsilmiş yaraları: döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən 4 (dörd) ədəd, qarnın ön divarının daxilə nüfuz etməyən 4 (dörd) ədəd, hər iki bazunun və hər iki saidin 1 (bir) ədəd (cəmi 18 ədəd) aşkar edilmiş deşilmiş-kəsilmiş yaraları onun ekspertizaya təqdim edilmiş idman şalvarı üzərində öz əksini tapmamışdır. Ekspertizaya təqdim olunmuş 3 (uç) əüəd bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçaqların üzərində onun təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli arayışdan (cild 1, iş vərəq 192) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər yaranın irinlənməsi səbəbi ilə X13 stasionar müalicədə olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 205) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbinin olmadığını, o cümlədən də gələcəkdə də şikayət və tələbinin olmayacağını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəq 217-218) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrəittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 1, iş vərəq 230-232) görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 2501 nömrəli ekspert rəyindən (cild 1, iş vərəq 249-252) görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman qısamüddətli nevrotik reaksiya keçirmişdir. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəliyin əlamətləri qeyd edilməyib. N. M. Rəsulov cinayəti törətdiyi zaman qısamüddətli nevrotik reaksiya keçirmişdir. Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri aşkarlanmır. Barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs oğlıı cinayət əməlini törədərkən və cinəxət əməlini törətdikdən sonra öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini xə ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs inadkarlıq, eqosentrizm, ətrafdakıların diqqətini öz üzərinə yönəltməyə meyillilik, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində gərginlik, hirslilik, qəzəb yaranmış, nevrotik reaksiya halını keçirmişdir. Həmin halın yaranması psixogen situasiya ilə şərtləşmişdir. Törətdiyi əməl zamanı öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt halında) olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra özünə xəsarət yetirərkən də nevrotik reaksiya halını keçirmişdir. Həmin emosional halı şərtləndirən psixoloji amillər-həyat yoldaşının ondan boşanmağa israrlı olması və onu fikrindən daşındıra bilməməsindən ibarət olmuşdur. Qeyd edilən amillər onun emosional vəziyyətinə mənfi təsir göstərsə də, hərəkət və davranışını şüurlu olaraq idarə olunmasını məhdudlaşdırmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 254-271) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 228.4-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, hadisə yerinə baxış keçiirlən zaman götürülmüş 1 (bir) ədəd dəstəyi bənövşəvi rəngli bıçaq, 2 (iki) ədəd dəstəyi ağ rəngli bıçaq, 4 (dörd) ədəd DNT çöplərdə qanabənzər maddələrdən nümunələr, 1 (bir) ədəd ağ və qırmızı rənglərin qarışığı olan yastıq (balış), 1 (bir) ədəd qəhvəyi rəngli qadın çantası, 1 (bir) ədəd ağ və açıq mavi rənglərin qarışığı olan yun odeyal, 1 (bir) ədəd xaki rəngli divan örtüyü, habelə hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş olmuş, tünd göy rəngli idman şalvarı və Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd qəhvəyi rəngli köynək, zərərçəkmiş Zərərçəkmiş şəxsva məxsus "Samsung Galaxy A 10" markalı 1 (bir) ədəd mobil telefon, Təqsirləndirilən şəxs məxsus "Samsung Galaxy A 10" markalı 1 (bir) ədəd mobil telefon maddi sübut kimi tanınmış, sonradan "Samsung Galaxy A 10” markalı 1 (bir) ədəd mobil telefonun Zərərçəkmiş şəxs qaytarılmasının, digər sübutların isə Bakı şəhəri Xəzər rayon prokurorluğunda saxlanılmasının nəzərə alınması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli ərizədən (cild 2, iş vərəqə 47) görünür ki, zərərçəkmiş şəxs Hüseynova (Rəsulova) Fərqanə Mahmudağa qızı Təqsirləndirilən şəxs ilə barışmış, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “X18” tibb müəssisəsinin arayışından (cild 2, iş vərəqə 72) görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində endotraxeal narkoz altında “Fistula traktının ləğvi. 5, 6, 7 qabırğalarının qığırdağ hissələrinin anblok rezeksiyası” əməliyyatı icra olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən (cild 2, iş vərəqə 104) görünür ki, zərərçəkmiş şəxs Hüseynova (Rəsulova) Fərqanə Mahmudağa qızı bir daha məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, eləcə də müxtəlif vəsatətlər vermişdir. Bundan başqa, təqsirləndirilən şəxs şəxsən və müdafiəçisi vasitəsilə onun əleyhinə olan sübutlara dair etiraz edərək irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışsa, cinayət etməyə cəhd hesab edilir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında isə izah olunur ki, “qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər” (qərarın 2-ci bəndi). Birbaşa qəsdin tərifini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Cinayət Məcəlləsinin 120.1-ci maddəsində təsbit olunmuş cinayətin ictimai təhlükəli nəticəsi olaraq şəxsin həyatdan məhrum edilməsi çıxış edir. Hazırki cinayət işinə məhkəmə tərəfindən baxılması nəticəsində tədqiq edilmiş obyektiv və mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məhz həyatdan məhrum etmək niyyəti ilə sonuncuya çoxlu sayda bıçaq xəsarətləri yetirmişdir. Məhkəmə cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarına, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən 21.2 və 145.3-cü maddələrinin müddəalarına uyğun olaraq araşdırdığı sübutların məcmusuna əsasən işin faktiki halları qismində qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs çoxlu sayda bıçaq zərbələri endirməklə sonuncunu qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Sonradan isə təqsirləndirilən şəxsin özünə çoxlu sayda bıçaqla xəsarət yetirməsi isə onun törətdiyi cinayət əməlini dərk etməsi və məsuliyyətə cəlb ediləcəyi qorxusu ilə bağlı olmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət etməyə cəhdin, adətən üç obyektiv əlaməti fərqləndirilir.  Birinci əlamət - əməlin bilavasitə cinayət törətməyə yönəldilməsidir. Yəni bu o deməkdir ki, cinayət etməyə cəhddə törədilən əməllə dispozisiyada göstərilən cinayətin obyektiv cəhəti qismən icra edilmiş olur.  Cinayət etməyə cəhdin ikinci obyektiv əlaməti - əməlin başa çatmamasında ifadə olunur. Bu isə o deməkdir ki, cinayət etməyə cəhddə cinayətin obyektiv cəhəti özünün sonrakı inkişafını davam etdirə bilmir. Məhz bu əlamət cinayət etməyə cəhdi başa çatmış cinayətlərdən fərqləndirir. Cinayət etməyə cəhdin başa çatan cinayətdən fərqləndirilməsi həm də bu növdən olan cinayətlərin əlamətlərini nəzərdə tutan tərkibin qurulmasından asılıdır. Əgər cinayət etməyə yönələn cəhd maddi quruluşa malik olan tərkiblərdə nəzərdə tutulan cinayətin törədilməsinə yönəldilmişdirsə, ictimai təhlükəli nəticə baş vermir. Məsələn, başqasını öldürmək məqsədi ilə hər hansı silahdan istifadə edilərək zərərçəkmiş şəxsə xəsarət və ya xəsarətlər yetirilirsə, bu zaman zərərçəkmiş şəxsin ölümü baş vermir. Yəni cinayət etməyə cəhddə qanunda nəzərdə tutulan ictimai təhlükəli nəticə baş vermir. Lakin buradan nəticə çıxarmaq olmaz ki, cinayət etməyə cəhddə ümumiyyətlə nəticə olmur.  Cinayət etməyə cəhdin üçüncü obyektiv əlaməti - qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur. Bu əlamətin mənasına görə qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə, cinayəti başa çatdırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərarla bağlı olmur. Qəsdin qarşısını alan, onu başa çatdırmağa imkan verməyən amillər meydana gəlir. Qəsdi dayandıran belə amillər şəxsin iradəsindən asılı olmayaraq yaranır. Cinayətə cəhdi başa çatdırmağa imkan verməyən hallar olduqca müxtəlif ola bilər. Bu, cinayəti başa çatdırmaq üçün şəxsin hazırladığı alət və vasitənin yararsız olması ilə, cinayətin predmetinin olmaması ilə, zərərçəkmiş şəxsin ciddi müqavimət göstərməsi və digər hərəkətləri ilə əlaqədar ola bilər. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri mövcuddur, həmin cinayət həqiqətən baş vermiş və qeyd edilən cinayət əməli Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Bu cinayətlərin törədilməsində məhz o, təqsirlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmamış cinayətdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən o, Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi üzrə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, 1 (bir) azyaşlı və 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, həmçinin baş vermiş hadisə zamanı özünə yetirdiyi xəsarətlərdən sonra səhhətində ciddi problemlərin yarandığını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən – həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında dərhal həbs edilməli və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun məhkəmə iclas zalında həbs edildiyin gündən, yəni 26 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı Xəzər rayon prokurorluğundan saxlanılan və hadisə yerinə baxış zamanı götürülmüş 1 (bir) ədəd dəstəyi bənövşəvi rəngli bıçaq, 2 (iki) ədəd dəstəyi ağ rəngli bıçaq, 4 (dörd) ədəd DNT çöplərdə qanabənzər maddələrdən nümunələr, 1 (bir) ədəd ağ və qırmızı rənglərin qarışığı olan yastıq (balış), 1 (bir) ədəd qəhvəyi rəngli qadın çantası, 1 (bir) ədəd ağ və açıq mavi rənglərin qarışığı olan yun örtük, 1 (bir) ədəd divan örtüyü, habelə hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş tünd göy rəngli idman şalvarı və Zərərçəkmiş şəxs əynində olmuş qəhvəyi rəngli köynək məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd "Samsung Galaxy A 10" markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə üzrə 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalında dərhal həbs edilsin və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli onun həbs edildiyi gündən, yəni 26 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı Xəzər rayon prokurorluğunda saxlanılan və hadisə yerinə baxış zamanı götürülmüş 1 (bir) ədəd dəstəyi bənövşəvi rəngli bıçaq, 2 (iki) ədəd dəstəyi ağ rəngli bıçaq, 4 (dörd) ədəd DNT çöplərdə qanabənzər maddələrdən nümunələr, 1 (bir) ədəd ağ və qırmızı rənglərin qarışığı olan yastıq (balış), 1 (bir) ədəd qəhvəyi rəngli qadın çantası, 1 (bir) ədəd ağ və açıq mavi rənglərin qarışığı olan yun örtük, 1 (bir) ədəd xaki rəngli divan örtüyü, habelə hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş tünd göy rəngli idman şalvarı və Zərərçəkmiş şəxs əynində olmuş qəhvəyi rəngli köynək məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd "Samsung Galaxy A 10" markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar