Məhkəmə qərarları › İş №1(101)-306/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-306/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-306/2023 20.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X17-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri – X7, X16, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Kamandar Nəsibov və partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxsin nümayəndəsi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ali təhsilli, Bakı şəhəri, ünvan 1 ünvanda da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs6 özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edərək etibarından sui-istifadə edib Zərərçəkmiş şəxs6, sonuncunun tanışı Zərərçəkmiş şəxs8 adına Şəmkir rayonu ərazisində, Kür çayının yaxınlığında yerləşən 382 hektar torpaq sahəsinin çıxarışının əldə olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq bu adla, vahid niyyətlə əhatə olunan qəsdlə 27 may 2021-ci il tarixdə saat 17:14-də Zərərçəkmiş şəxs8 Zərərçəkmiş şəxs6 bank kartına göndərdiyi 1000 (bir min) manat pulu həmin gün Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 1009 ünvanında yerləşən “Qoç Ət” restoranının qarşısında, 30 may 2021-ci il tarixdə saat 15:42-də Zərərçəkmiş şəxs8 Zərərçəkmiş şəxs6 bank kartına göndərdiyi 1000 (bir min) manat pulu həmin gün qeyd olunan ünvanın qarşısında, 01 iyun 2021-ci il tarixdə saat 13:39-da Zərərçəkmiş şəxs8 Zərərçəkmiş şəxs6 bank kartına göndərdiyi 1000 (bir min) manat və həmin gün saat 13:41-də sonuncunun bank kartına göndərdiyi 700 (yeddi yüz) manat pulu həmin gün qeyd olunan ünvanın qarşısında Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8 Zərərçəkmiş şəxs6 vasitəsi ilə göndərdiyi 3000 (üç min) manat pulu 05 iyun 2021-ci il tarixdə saat 14 radələrində qeyd olunan ünvanın qarşısında Zərərçəkmiş şəxs6, 08 iyun 2021-ci il tarixdə saat 11:29-da Zərərçəkmiş şəxs8 Zərərçəkmiş şəxs6 bank kartına göndərdiyi 1000 (bir min) manat pulu həmin gün qeyd olunan ünvanın qarşısında Zərərçəkmiş şəxs6, 11 iyun 2021-ci il tarixdə saat 12:29-da Zərərçəkmiş şəxs8 Zərərçəkmiş şəxs6 bank kartına göndərdiyi 550 (beş yüz əlli) manat və həmin gün saat 21:34-də sonuncunun bank kartına göndərdiyi 500 (beş yüz) manat pulu həmin gün qeyd olunan ünvanın qarşısında Zərərçəkmiş şəxs6, 12 iyun 2021-ci il tarixdə saat 10:28-də Zərərçəkmiş şəxs8 Zərərçəkmiş şəxs6 bank kartına göndərdiyi 260 (iki yüz altmış) manat pulu həmin gün qeyd olunan ünvanın qarşısında Zərərçəkmiş şəxs6, 17 iyun 2021-ci il tarixdə saat 20:18-də Zərərçəkmiş şəxs8 Zərərçəkmiş şəxs6 bank kartına göndərdiyi 300 (üç yüz) manat pulu həmin gün qeyd olunan ünvanın qarşısında Zərərçəkmiş şəxs6 və 2021-ci ilin iyun ayı ərzində ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs8 Zərərçəkmiş şəxs6 vasitəsi ilə göndərdiyi ümumilikdə 1390 (bir min üç yüz doxsan) manat pulu həmin ünvanın qarşısında sonuncudan alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs8 ümumilikdə 10700 (on min yeddi yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs6 özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edərək etibarından sui-istifadə edib Zərərçəkmiş şəxs6, sonuncunun tanışı Zərərçəkmiş şəxs1 övladı Şahid12 nəqliyyat departamentində şöbə müdirinin müavini vəzifəsinə təyin edilməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 02 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1, oğlu Şahid12 vasitəsi ilə Zərərçəkmiş şəxs6 çatdırdığı 8000 (səkkiz min) manat pulu həmin gün saat 17 radələrində Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 1009 ünvanında yerləşən “Qoç Ət” restoranının qarşısında Zərərçəkmiş şəxs6 alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs6 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edərək etibarından sui-istifadə edib, sonuncunun tanışı Zərərçəkmiş şəxs3 övladı Şahid14 5500 (beş min beş yüz) manat pulun müqabilində təhsil aldığı Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Biznes və Turizim fakültəsindən Azərbaycan X35 və İdman Akademiyasına köçürülməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs6 vasitəsi ilə göndərdiyi 4000 (dörd min) manat pulu 08 iyun 2021-ci il tarixdə saat 15 radələrində, 1500 (bir min beş yüz) manat pulu isə 25 avqust 2021-ci ildə saat 15 radələrində ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası X9rşısında Zərərçəkmiş şəxs6 alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs3 ümumilikdə 5500 (beş min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs6 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edərək etibarından sui-istifadə edib, sonuncunun qohumu X22 Bakı şəhəri, Xətai rayonu ərazisində fəaliyyətə başlayacaq “Asan Xidmət” mərkəzində vətəndaşlara şəxsiyyət vəsiqələrinin və ümumilli pasportlarının verilməsi bölməsində mütəxəssis işinə düzəlməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 20 iyun 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Qoç Ət” restoranının qarşısında Zərərçəkmiş şəxs6, sonuncuya məxsus 2500 (iki min beş yüz) manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs6 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs6 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edərək etibarından sui-istifadə edib, sonuncunun tanışı Zərərçəkmiş şəxs5 övladı Şahid11 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində aylıq əmək haqqı məbləği 1800 (bir min səkkiz yüz) manat olan işə düzəlməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 27 iyun 2021-ci ildə saat 17:27-də Zərərçəkmiş şəxs5 tərəfindən onun qohumu Şahid13 adına "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 5404-0852-3804-6082 nömrəli kart hesabına köçürülmüş 800 (səkkiz yüz) manat və həmin gün saat 18:09-da həmin kart hesabına köçürülmüş 200 (iki yüz) manat pulu naməlum vaxtda və yerdə nağdlaşdırmaqla, 28 iyun 2021-ci il tarixdə saat 22:07-də isə Zərərçəkmiş şəxs5 tərəfindən onun tələbi ilə Zərərçəkmiş şəxs6 adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kart hesabına köçürülmüş 1000 (bir min) manat pulu həmin gün ünvan 3 ünvanında yerləşən “Qoç Ət” restoranının qarşısında Zərərçəkmiş şəxs6 alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs5 ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs6, özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edərək etibarından sui-istifadə edib, sonuncunun rəfiqəsi Zərərçəkmiş şəxs2 qohumu Şahid1 əvvəllər işlədiyi "xxxx" X19 resursları şöbəsinə inspektor vəzifəsinə bərpa olunmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 tərəfindən 18 avqust 2021-ci ildə saat 10 radələrində onun qohumu Şahid13 adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 5404-0852-3804-6082 nömrəli bank kartına köçürülmüş 1300 (bir min üç yüz) manat pulu, 20 avqust 2021-ci ildə saat 12 radələrində Zərərçəkmiş şəxs2 tərəfindən həmin kart hesabına köçürülmüş 1200 (bir min iki yüz) manat pulu naməlum vaxtda və yerdə nağdlaşdırmaqla, 23 avqust 2021-ci il tarixdə saat 13 radələrində isə Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs6 vasitəsi ilə göndərdiyi 2000 (iki min) manat pulu ünvan 3 ünvanında yerləşən “Qoç Ət” restoranının qarşısında Zərərçəkmiş şəxs6 alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 ümumilikdə 4500 (dörd min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs6, özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edərək etibarından sui-istifadə edib, sonuncunun rəfiqəsi Zərərçəkmiş şəxs2 tanışı Şahid2 Bakı şəhəri Suraxanı rayonunda yerləşən 282 nömrəli və ya Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən 95 nömrəli orta məktəbdə müəllim vəzifəsinə təyin olunmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs6 vasitəsi ilə göndərdiyi 4000 (dörd min) manat pulu 24 avqust 2021-ci il tarixdə saat 19 radələrində ünvan 4 ünvanda yerləşən “Qoç Ət” restoranının qarşısında Zərərçəkmiş şəxs6 alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs7 özünü işgüzar şəxs kimi təqdim edib etibarından sui-istifadə edərək sonuncuya “X45 Şəhərsalma”, “Qlobal City”, “Az Aran Tikinti Təmir”, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərində yüksək məbləğdə təsis payları olduğunu, lakin həmin Cəmiyyətlərin maliyyə problemləri olduğuna görə təsis paylarından istifadə edə bilmədiyini, həmin problemin aradan qaldırılması üçün ona maddi köməklik göstərildikdən sonra Cəmiyyətlərin maliyyə vəsaitlərindən istifadə etməklə Zərərçəkmiş şəxs7 üçün “Ağ şəhər” yaşayış kompleksində yerləşən 120000 (yüz iyirmi min) manat dəyərində 180 kvadrat metr, 3 otaqlı mənzil, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Okean” avtosalonda 80000 (səksən min) manat dəyərində 2019-cu il istehsallı, “Hyundai Grandeur” markalı avtomobili, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk parkının yaxınlığında yerləşən 150000 (yüz əlli min) manat dəyərində gözəllik salonunu alacağına dair yalan vəd verib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 13 avqust 2020-ci il tarixdə saat 16 radələrində Nərmin Cəfərovadan ünvan 5 ünvanında 2700 (iki min yeddi yüz) manat, 15 avqust 2020-ci il tarixdə saat 14 radələrində həmin ünvanda 500 (beş yüz) manat, 22 avqust 2020-ci il tarixdə saat 12 radələrində həmin ünvanda 2000 (iki min) manat, 26 avqust 2020-ci il tarixdə saat 18 radələrində həmin ünvanda 7000 (yeddi min) manat, 03 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində həmin ünvanda 1000 (bir min) manat, 06 oktyabr 2020-ci il tarixdə saat 14 radələrində həmin ünvanda 1500 (bir min beş yüz) manat, 12 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində ünvan 6 ünvanında 30000 (otuz min) manat, 16 oktyabr 2020-ci il tarixdə saat 15 radələrində həmin ünvanda 1250 (bir min iki yüz əlli) manat pulu, 2021ci ilin oktyabr-noyabr ayları ərizində ayrı-ayrı vaxtlarda isə özündə saxladığı qohumu Şahid13 adına "xxxx" ASC tərəfindən verilmiş 5404-0852-3804-6082 nömrəli bank kartına Zərərçəkmiş şəxs7 tərəfindən köçürülmüş 5000 (beş min) manat pulu nağdlaşdırmaqla, guya Cəmiyyətlərin maliyyə vəsaitlərindən isifadə etməklə alacağı həmin gözəllik salonunu qeydiyyata alıb, Zərərçəkmiş şəxs7 adına rəsmiləşdirilməsi adı ilə 24 oktyabr 2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 3 saylı evin qarşısında 3000 (üç min) manat və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən sürücülük vəsiqəsi alacağı adı ilə 24 oktyabr 2020-ci il tarixdə saat 21 radələrində ünvan 7 ünvanda 400 (dörd yüz) manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs7 ümumilikdə 54350 (əlli dörd min üç yüz əlli) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs6, özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edərək etibarından sui-istifadə edib, sonuncunun tanışı Zərərçəkmiş şəxs4 dayısı X12 etibarnamə əsasında istifadə etdiyi Biləsuvar rayonu ərazisində yerləşən 250 hektar qış otlaq sahəsi ilə bağlı Biləsuvar Rayon Məhkəməsi tərəfindən Araz Qarayevin əleyhinə çıxarılmış 28 oktyabr 2021-ci il tarixli qətnamənin ləğv etdirib, sonuncun xeyrinə qətnamə çıxarılmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla Zərərçəkmiş şəxs4 30 oktyabr 2021-ci il tarixdə saat 18:24-də ünvan 8 ünvanda yerləşdirilmiş “Milliön” ödəmə terminalı vasitəsilə onun özündə saxladığı qohumu Şahid13 adına "xxxx" ASC tərəfindən verilmiş 5404-0852-3804-6082 nömrəli bank kartına köçürülmüş 1600 (bir min altı yüz) manat pulunu ələ keçirib naməlum vaxtda və yerdə nağdlaşdırmaqla Zərərçəkmiş şəxs4 maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, 2021-ci ilin may ayı olardı. Zərərçəkmiş şəxs6 ona zəng edib dedi ki, Şəmkir rayonu ərazisində, Kür çayının yanında üç yüz səksən iki hektar torpaq sahəsininin çıxarışını Zərərçəkmiş şəxs8 Abdulrahman oğlunun adına rəsmiləşdirmək lazımdır. O da ona doqquz min manatın müqabilində köməklik edə bilməsini demişdir. Zərərçəkmiş şəxs6 Zərərçəkmiş şəxs8 aldığı puldan üç min manatı 05 iyun 2021-ci ildə Yasamal rayonu, “Qoç Ət” restoranının qarşısında ona vermişdir. Təxmini vaxtını xatırlamasa da bilir ki, beş min üç yüz manat pulu da 2021-ci ilin may-iyun ayları ərzində Zərərçəkmiş şəxs6 ona vermişdir. Həmin pulu Zərərçəkmiş şəxs6 verdiyi vədə əməl etmǝyǝrǝk öz şəxsi məqsədləri üçün xərcləmişdir. Zərərçəkmiş şəxs6 ondan Zərərçəkmiş şəxs8 işi ilə maraqlanmış, o da onu eyni qaydada aldadıb Suliddinin işini həll edəcəyini demişdir. 2021-ci ilin avqsut ayının əvvəlləri olardı, Mehriban ona zəng edərək tanışı Zərərçəkmiş şəxs2 dayısı qızı Şahid1 "xxxx" X19 resursları şöbəsinə inspektor vəzifəsinə bərpa olunmasına köməklik etməyi, Zərərçəkmiş şəxs2 tanışı Şahid2 Bakı şəhərinin Suraxanı rayonunda yerləşən 282 saylı orta məktəbə və ya Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən 95 saylı orta məktəbə müəllim vəzifəsinə təyin olunmasında köməklik etmək lazım olduğunu bildirdi. O isə Zərərçəkmiş şəxs6 demişdir ki, problem yoxdur, onu da həll edərik. 2021-ci ilin avqust ayında Yasamal rayonu, Cəfər Cabarlı küçəsində yerləşən “Qoç Ət” restoranın yaxınlığında Zərərçəkmiş şəxs6 ona iki dəfədə alti min manat pul vermişdir. 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs2 onun "xxxx"a məxsus olan 5404-0852-3804-6082 nömrəli kart hesabına pul göndərmişdir. O, həmin pulun məbləğini xatırlamır. O, Zərərçəkmiş şəxs2 ümumilikdə təxminən səkkiz min beş yüz manat pul almişdır. Aldığı pulları öz şəxsi probləmləri üçün xərcləmişdir. Zərərçəkmiş şəxs6 ondan Zərərçəkmiş şəxs2 işi ilə bağlı soruşarkən yalandan Mehribana demişdir ki, işlər alınacaq, o ona, guya yüksək vəzifədə işləyən Samir adlı şəxsin vasitəsi ilə köməklik edəcəkdir. O, Zərərçəkmiş şəxs6 özünü də aldatmişdir. Zərərçəkmiş şəxs6 isə onun niyyətindən məlumatı olmamışdır. 2021-ci ilin iyul ayı olardı, Zərərçəkmiş şəxs6 ona yenə zəng edib ondan Svetlana adlı tanışının rəfiqəsi Zərərçəkmiş şəxs1 oğlu Şahid12 Nəqliyyat Departamentində şöbə müdirinin müavini vəzifəsinə təyin olunması məsələsində köməklik edilməsini xahiş etmişdi. O, yalandan olsa da Mehribana, problem yoxdur, nə köməklik lazımdırsa edər demişdir, Şahid12 Nəqliyyat Departamentində şöbə müdirinin müavini vəzifəsinə təyin olunması məsələsini yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə həll edər, bu işin qarışılığında isə səkkiz min manat pul verilməlidir. Zərərçəkmiş şəxs6 da ona inanmış, 2021-ci ilin iyulun 2-də saat 17:00 radələrində Yasamal rayonunun Cəfər Cabbarlı küçəsində ona həmin pulu vermişdir. O da Zərərçəkmiş şəxs6 aldığı pulları şəxsi məqsədləri üçün xərcələmişdir. Zərərçəkmiş şəxs6 hər dəfə Şahid12 işi ilə maraqlanmış, o isə hər dəfə yalan bəhanələr gətirərək Elmanın düzələcəyini bildirməklə Mehribanı aldatmışdır. Ona elan edilmiş ittihamın Zərərçəkmiş şəxs6 aid olan hissəsi ilə bağlı göstərir ki, Zərərçəkmiş şəxs6 xalası qızı X22 işə düzəltmək istəmiş, bu barədə də ona demişdir, o da yalandan Zərərçəkmiş şəxs6 demişdir ki, Xətai rayonunda yeni fəaliyyətə başlayacaq “ASAN” Xidmətdə ali təhsilli mütəxəssisləri işə düzəldə bilər. O, bununla bağlı Zərərçəkmiş şəxs6 iki min beş yüz manat pul istəmişdir, Zərərçəkmiş şəxs6 da razılaşaraq 20 iyun 2021-ci ildə ünvan 9 ünvanda yerləşən "Qoç Ət" restoranın qarşısında onunla görüşmüş, ona iki min beş yüz manat pul vermişdir. O, Mehribandan aldığı pulu öz şəxsi işlərinə sərf etmişdir. Ona elan edilmiş ittihamın X5 aid olan hissəsi ilə bağlı göstərir ki, 2021-ci ilin iyun ayının sonlarıda Zərərçəkmiş şəxs6 ona demişdir ki, onun tanışı Zərərçəkmiş şəxs5 oğlu Şahid11 işsizdir, onu işə düzəlməsində kömək olunmasını istəyir, o da ona yalandan "xxxx"də tanışının olduğunu və iki min manat pulun qarşılığında bir min səkkiz yüz manat məvacibli olan işə düzəldə biləcəyini demişdir. Zərərçəkmiş şəxs6 isə dedi ki, Svetlana ilə danışıb sənə bir söz deyəcəm. Bir neçə gündən sonra o, Mehriban ilə əlaqə saxlamişdir. Mehriban da Svetlananın razı olduğunu bildirdi. Şahid13 "xxxx"a məxsus olan kartı onda olduğuna görə, pul həmin kart hesabına göndərmzyi tapşırmışdir. 27 iyun 2021-ci il tarixdə saat 18:09-da "xxxx"a məxsus olan kart hesabına iki yüz manat, həmin gün saat 17:27-də həmin kart hesabına səkkiz yüz manat göndərilmişdir. Ondan sonra dəqiq xatırlamadığı tarixdə Şahid13 kart hesabına ya da onun özünə Zərərçəkmiş şəxs6 min manat vermişdir. O, aldığı iki min manatı öz şəxs problemlərinə sərf etmişdir. bununla da verdiyi vədə əməl etməmişdir. Ona elan edilmiş ittihamın Zərərçəkmiş şəxs3 aid olan hissəsi ilə bağlı göstərir ki, 2021-ci ildə iyun ayında Zərərçəkmiş şəxs6 mənə zəng edib tanışı Zərərçəkmiş şəxs3 övladını Şahid14 təhsil aldığı Dağıstan Dövlət Universitetindən Azərbaycan X35 və İdman Akademiyasına köçürülməsində kömək etməyin mümkün olub-olmamasını soruşmuşdu. O da həmişə olduğu kimi Zərərçəkmiş şəxs6 yalandan demişdir ki, onun tanışları var, həmin tanışların köməkliyi ilə beş min beş yüz manat pulun qarşılığında Şahid14 Dağıstan Dövlət Universitetindən Azərbaycan X35 və İdman Akademiyasına köçürülməsində kömək edə biləcəkdir. 08 iyun 2021-ci il tarixdə, saat 15:00 radələrində o, Azərbaycan Respublikası X9rşısında Zərərçəkmiş şəxs6 ilə görüşmüşdur. Zərərçəkmiş şəxs6 ona dörd min manat pul vermişdir, o da Zərərçəkmiş şəxs6 aldığı pulu öz şəxsi problerinə xərcləmişdir. 2021-ci ilin avqust 25-də saat 15:00 radələrində o, Azərbaycan Respublikası X9rşısında qalan bir min beş yüz manatı Mehribandan aldı. O, Zərərçəkmiş şəxs6 dedi ki, tez bir zamanda İdrisin oğlu Əli Şahbazzədənin işini həll edəcəkdir. Sonralar Zərərçəkmiş şəxs6 ona zəng edib Şahid14 işi ilə bağlı soruşmuş, o da hər dəfə bəhanələr gətirərək yaxın günlərdə düzələcəyini bildirirdi. Ona elan edilmiş ittihamın Zərərçəkmiş şəxs7 aid olan hissəsi ilə bağlı göstərir ki, onun Nərmin Cəfərovaya iyirmi üç min manat verəcəyi vardır. Zərərçəkmiş şəxs7 ona verdiyi məbləği şişirdir. Belə ki, o, Zərərçəkmiş şəxs7 ilə Zərərçəkmiş şəxs6 vasitəsi ilə tanış olmuşdur. 2019-cu ildə onun adına “Az Aran Tikinti Təmir”, “X45 Şəhərsalma”, “Qlobal City” və "xxxx" MMC-də onun yüksək məbləğlərdə təsis payları var idi, o, həmin Cəmiyyətlərin hesabında olan pulları nağdılaşdıra bilmirdi, ona görə dǝ MMC-də olan pulları çıxarmaq üçün hərraca qoyulmuş əmlakları almaq qərarlaşdırmişdir, lakin qeyd etdiyi Cəmiyyətlərin maliyyə problemləri olduğu üçün həmin maliyyə problemləri həll etmək məqsədi ilə ona pul lazım idi. O, bu problemlərini söhbət əsnasında Nərminǝ Cəfərovaya danışmişdir. Həmin ərəfədə “Ağ şəhər”də yerləşən qiyməti yüz iyirmi min manat olan 180 kvadrat metr, 3 otaqlı evin, Xətai rayonu, Babək prospektində yerləşən “Okean” adlanan avtosalonda “Hunday” və “Nissan” markalı avtomobillərin, həmçinin Nərimanov rayonu, Atatürk parkının yaxınlığında binanın birinci mərtəbəsində gözəllik salonu hərraca qoyulmuşdu. O, həmin əmlakların hərraca qoyulması barədə Nərmin Cəfərovaya demişdir. Zərərçəkmiş şəxs7 ona demişdir ki, bu problemini o, heç kimə deməsin və o, onun istədiyi məbləğdə maliyyə köməkliyi edəcəkdir, hərraca çıxarılmış əmlaklara onunla şərik olacaqdır. Zərərçəkmiş şəxs7 ilə aralarında ümumi razılıq olduqdan sonra o, 2019-2021-ci illər ərzində Zərərçəkmiş şəxs7 müxtəlif məbləğdə otuz min manata yaxın pul almişdir, həmin məbləğdən yeddi min manatı qaytardı, yeddi min manatı da Zərərçəkmiş şəxs7 tanışı Elşənə qaytardı. O, həmçinin Nərminə Cəfarovanın ona faiz olaraq da pul verdiyini dedi. O, hansı məbləğin faiz olduğunu xatırlamır, ola bilsin ki, Zərərçəkmiş şəxs7 faiz hesablamaqla onun əlli min manatdan yuxarı borclu olduğunu demişdir. O, Zərərçəkmiş şəxs7 aldığı pulları MMC-nin vergi borclarına və digər maliyyə məsələləri ilə bağlı problemlərinə xərcləmişdir. O, Zərərçəkmiş şəxs7 aldığı pulların müəyyən hissəsini tanımadığı taksi sürücüləri vasitəsi ilə götürmusdur. O, Zərərçəkmiş şəxs7 üçün sürücülük vəsiqəsini almaq üçün ondan dörd yüz manat almişdır. Mehribandan isə o, dörd yüz manat almayıb. O, Zərərçəkmiş şəxs7 qohumunun övladının təhsil aldığı məktəbi dəyişmək adı ilə min manatı Zərərçəkmiş şəxs6 verməyib, Zərərçəkmiş şəxs6 borc pul lazım olduğu üçün Nərmindən və Elşəndən pul alıb Mehribana vermişdir. O, bununla bağlı Zərərçəkmiş şəxs6 Zərərçəkmiş şəxs7 dediklərinin yalan olmasını demişdir. Zərərçəkmiş şəxs7 Şahid13 adına olan kart hesabına xatırlamadığı məbləğdə pul göndərmişdir, lakin beş min manat göndərməmişdir. Şahid13 onun cinayət niyyətindən məlumatı olmamışdır. O, ibidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayının əvvəllərində borcları çox olduğu üçün borclarını ödəmək məqsədi ilə kimlərisə aldatmaq yolu ilə pul əldə edib borclarını ödəməyi qərarlaşdırmışdır. Ona görə də ətrafında tanışları çox olan, məktəbdə müəlliməsi olmuş, "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs6 ilə əlaqə saxılamış, söhbət əsnasında o, yalan olaraq yüksək vəzifədə tanışları olduğunu torpaq məsələləri, hər hansı vəzifəyə təyin edilməsi və sair işləri həmin tanışları vasitəsi ilə görə bildiyini bildirməklə Mehribanı inandırmışdır. 2021-ci ilin mayında Mehriban ona zəng etmiş, Şəmkir rayonu ərazisində Kür çayının yanında 382 hektar torpaq sahəsininin çıxarışını Zərərçəkmiş şəxs8 adına rəsimləşdirmək lazım olduğunu demiş, o da 9000 manatın müqabilində köməklik edə biləcəyini söyləmişdir. Mehriban da Suliddindən aldığı puldan təxminən 8500 manat 2021-ci ilin may-iyun ayları ərzində Yasamal rayonu, “Qoç Ət” restoranının qarşısında ona vermişdir. O, da Mehribana verdiyi vədə əməl etməyərək aldığı həmin pulu öz şəxsi məqsədləri üçün xərcləmişdir. Mehriban ondan Suliddinin işi ilə maraqlananda Mehribanı eyni qaydada aldadıb Suliddinin işini həll edəcəyini demişdir. Mehribanın onun niyyətindən xəbəri olmamış, Mehribanı da adatmışdır. 2021-ci ilin iyun ayında Zərərçəkmiş şəxs6 ona zəng etmiş, tanışı Zərərçəkmiş şəxs3 övladı Şahid14 təhsil aldığı Dağıstan Dövlət Universitetindən Azərbaycan X35 və İdman Akademiyasına köçürülməsində kömək etməyin mümkün olub-olmamasını soruşmuş, o da həmişə olduğu kimi Mehribana yalandan tanışları vasitəsi ilə kömək edə biləcəyini demişdir. Azərbaycan Respublikası X9rşısında 08 iyun 2021-ci il tarixdə, saat 15 radələrində 4000 manat 25 avqust 2021-ci ildə saat 15 radələrində 1.500 manat Mehribandan almışdır. Mehribandan aldığı pulu öz şəxsi məqsədləri üçün xərcləmişdir. Sonralar Mehriban ona zəng edib İdrisinin oğlunun işi ilə bağlı soruşmuş o, da bəhanələr gətirərək yaxın günlərdə düzələcəyini demişdir. 2021-ci ilin avqsut ayının əvvəlləri olardı, Mehriban ona zəng etmiş, tanışı Zərərçəkmiş şəxs2 dayısı qızı Şahid1 "xxxx" X19 resursları şöbəsinə inspektor vəzifəsinə bərpa olunmasına köməklik edəcəyinə və Zərərçəkmiş şəxs2 tanışı Şahid2 Bakı şəhəri Suraxanı rayonunda yerləşən 282 №-li orta məktəbə və ya Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən 95 №-li orta məktəbə müəllimə vəzifəsinə təyin olunmasında köməklik etmək lazım olduğunu bildirmiş, o, da problem yoxdur onu da həll edərik demiş, 2021-ci ilin avqust ayında Yasamal rayonu, Cəfər Cabarlı küçəsində yerləşən “Qoç Ət” restoranın yaxınlığında Zərərçəkmiş şəxs6 3500 və 2000 manat pul vermişdir. 2021-ci ilin avqust ayında 3000 manat pulu Arifə "xxxx" məxsus olan 5404 0852 3804 6082 nömrəli kart hesabına göndərilmişdir. Aldığı pulları öz şəxsi probləri üçün xərcləmiş, Mehriban hər dəfə Arifənin işi ilə bağlı soruşanda yalandan işləri alınacaq guya yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə köməklik edəcəyini bildirməklə aldatmışdır. Mehribanın onun niyyətindən xəbəri olmamış, Mehribanı da adatmışdır. 2021-ci ilin iyulunda Mehriban ona zəng edib Svetlana adlı tanışının rəfiqəsi Zərərçəkmiş şəxs1 oğlu X13 Nəqliyyat Departamentində şöbə müdirinin müavini vəzifəsinə təyin olunması məsələsində köməklik edilməsini xahiş etmiş, o, da yalan olaraq köməklik edəcəyini və qarışılığında 8.000 manat pul istəmiş, Şahid12 Nəqliyyat Departamentində şöbə müdirinin müavini vəzifəsinə təyin olunması məsələsini yüksək vəzifədə işləyən tanışlarım vasitəsi ilə həll edəcəyini söyləmişdir. Mehriban da ona inanmış, 2021-ci ilin iyulun 2-də saat 17 radələrində Zərərçəkmiş şəxs6 ilə Yasamal rayonu, Cəfər Cabarlı küçəsində yerləşən “Qoç Ət” restoranın yaxınlığında görüşmüş, Mehriban ona 8000 manat pul vermiş, o, da Mehribana pulu verən şəxslərin narahat olmamasını, bu məsələni həll edəcəyini demişdir. O, Mehribandan aldığı pulları şəxsi məqsədləri üçün xərcələmiş, hər dəfə Mehriban Elmanın işi ilə maraqlanan zaman, o, yalan bəhanələr gətirərək Elmanın işini düzələcəyini bildirməklə Mehribanı da aldatmışdır. Mehribanın onun niyyətindən xəbəri olmamış, Mehribanı da adatmışdır. 2021-ci ilin iyun ayının sonları olardı Mehriban onun tanışı Zərərçəkmiş şəxs5 oğlu Şahid11 işsiz olduğunu, ona işə düzəlməsində kömək olunmasını istəini söylənmiş, o, da yalan olaraq "xxxx" ASC-də tanışı olduğunu və 2000 manat pulun qarşılığında 1800 manat məvacibli olan işə düzəldə biləcəyini söyləmiş, Mehriban da Svetlana ilə danışıb bir söz deyəcəkdir. Bir neçə gündən sonra Mehrianla əlaqə saxlamış, Mehriban Svetlananın razı olduğunu bildirmiş, özündə olan qohumu Şahid13 onda "xxxx"-a məxsus olan kartı hesabına göndərilsin. 27 iyun 2021-ci il tarixdə saat 18:09-da "xxxx"-a məxsus olan kart hesabına 200 manat, həmin günü saat 17:27-də həmin kart hesabına 800 manat göndərilmiş, 27 iyun 2021-ci il tarixdə günü tam xatırlamıram Mahirin kart hesabına ya da ona Mehriban 1000 manat vermişdir. O, aldığı 2000 manatı öz şəxs problemlərinə sərf etmiş, yəni verdiyi vədə əməl etməmişdir. Mehribanın onun niyyətindən xəbəri olmamış, Mehribanı da adatmışdır. 2021-ci ilin oktyabr ayında Bakı şəhərində olarkən Zərərçəkmiş şəxs6 vasitəsi ilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs4 ona zəng etmiş, dayısının Biləsuvar rayon Məhkəməsində mülki işi olmuş, lakin, xx.xx.2021-ci il tarixdə həmin Məhkəmədə dayısının əleyhinə qərar qəbul edilmişdir. Həmin işi Zərərçəkmiş şəxs4gilin xeyrinə həll etmək üçün ondan kömək istəmiş, o, həmin işi tez bir müddətdə həll edəcəyini demiş, sonra telefonu Zərərçəkmiş şəxs4 kimi özünü təqdim edən şəxsə vermiş. O da sonuncuya xx.xx.2021-ci il tarixdə qərar qəbul olunubsa 3 gün ərzində həmin işi həll edərək Biləsuvar rayon Məhkəməsində xitam edilməsinə görə təcili ona 1600 manat pul göndərməsini söyləmişdir. Zərərçəkmiş şəxs4 onunla müqavilə bağlamaq istədiyini bildirdikdə o, işləri ilə bağlı gələ bilməyəcəyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs4 həmin pulu kart vasitəsi ilə ata biləcəyini ona demiş, həmçinin gələcəkdə əlində subutu olması üçün bunu istədiyini söyləmiş, o,da razılıq vermiş, Əliisadan pulu əldə etdikdən sonra şəxsi ehtiyacları üçün xərcləmişdir. Mehribanın onun niyyətindən xəbəri olmamış, bu məsələdə də Mehribanı adatmışdır. O, Zərərçəkmiş şəxs7 Mehriban vasitəsilə tanımış, sonrala Nərminənin özü ilə yaxşı münasibəti olmuş, 2019-cu ildə onun adına “Az Aran Tikinti Təmir”, “X45 Şəhərsalma”, “Qlobal City” və "xxxx" MMC-də yüksək məbləğdə təsis payları olmuş, o, həmin Cəmiyyətlərdə olan pullarını nağdlaşdıra bilməmiş, o səbəbdən də hərraca qoyulmuş əmlakları almağı qərarlaşdırmış, lakin həmin cəmiyyətlərin maliyyə problemləri olduğu üçün ona nağd pul lazım imiş. O, bu söhbətləri Nərminəyə demiş, həmin ərəfədə Ağ şəhərdə yerləşən qiyməti 120.000 manat olan 180 kvadrat metr, 3 otaqlı ev, Xətai rayonu, Babək prospektində yerləşən “Okean” adlanan avtosalonda “Hunday” və “Nissan” markalı avtomobillər, həmçinin Nərimanov rayonu, Atatürk parkının yaxınlığında binanın birinci mərtəbəsində gözəllik salonu hərraca qoyulmuş, o bu əmlakların hərraca qoyulması barədə Nərminəyə demiş, Nərminə ona bu problemləri heç kimə deməməsini lazım olan məbləği ona verəcəyini və hərraca çıxarılmış əmlaka şərik olacağını demişdir. O, Nərminə ilə aralarında razılıq olduqdan sonra sonuncudan müxtəlif məbləğdə ümumilikdə 30.000 manata yaxın pul almış, həmin məbləğdən 7.000 manatını Nərminəyə 7.000 manatını isə Nərminənin tanışı Elşənə qaytarmışdır. Nərminə ona verdiyi pulun 7.000 manatını Elşəndən aldığı üçün o, 7.000 manatı Elşənə qaytarmışdır. O, hal-hazırda Nərminəyə 23.000 manat borcu olduğunu demiş, həmçinin Nərminənin ona faiz olaraq da pul verdiyini söyləmişdir. O, hansı məbləğin faiz olduğunu xatırlamadığını, ola bilsin ki, Nərminənin faizini hesablamaqla 50.000 manatdan yuxarı borclu olduğunu demiş, Nərminədən aldığı pulları MMC-nin vergi borclarına və digər maliyyə məsələləri ilə bağlı problemlərinə xərcləmişdir. O, Nərminədən aldığı pulların müəyyən hissəsini tanımadığı taksi şoferləri vasitəsilə götürmüşdür. O, Nərminədən sürücülük vəsiqəsi almaq üçün 400 manat almış, Mehribandan isə 400 manat pul almamışdır. O, Nərminənin qohumunun övladının təhsil aldığı məktəbi dəyişmək adı ilə 1.000 manat pulu Mehribana vermədiyini, Mehribana borc pul lazım olduğu üçün Nərminə Elşəndən pul alıb Mehribana vermişdir. Mehribanın məktəb dəyişmək adı ilə Nərminədən pul almamış, Nərminənin dediklərini yalan olmasını demişdir. O həmçinin qeyd etmişdir ki, Nərminə Şahid13 adına olan kart hesabına xatırlamadığı məbləğdə pul göndərmiş lakin, 5.000 manat göndərməmişdir. Şahid13 onun cinayət niyyətindən məlumatı olmamışdır, o, Şahid13 məxsus "xxxx" MMC tərəfindən verilmiş kart Mahir tərəfindən verimişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, onunla qohumluq əlaqəsi və ədavəti yoxdur. O, Zərərçəkmiş şəxs5 təxminən bir ildir tanıyır, Svetlana ilə X11 Sosial Yardım İctimai Birliyində tanış olmuşdur. Belə ki, o, həmin Birliyin üzvüdür, Zərərçəkmiş şəxs5 da həmin Birlikdə üzv olmuşdur. 2021-ci ilin fevralın ayında o, Zərərçəkmiş şəxs5 ilə oturub söhbət edərkən söhbət əsnasında oğlu Şahid12 üçün yaxşı iş axtardığını Svetlanaya demişdir. Zərərçəkmiş şəxs5 da ona bu işdə köməklik edəcəyini bildirdi. Bu məsələdən bir neçə ay sonra o, Türkiyə Respublikasında olarkən Zərərçəkmiş şəxs5 səs göndərərək bir nəfər birinci əl adam tanışı olduğunu, həmin şəxsin vasitəsilə onun oğlu Şahid12 Nəqliyyat Departamentində şöbə müdirinin müavini vəzifəsinə işə düzəldəcəyini, on min manata həll edəcəyini ona bildirdi. O, da həmin vaxt Zərərçəkmiş şəxs5 ilə razılaşmışdir. Svetlana ilə sonrakı danışıqlarında ona bu işdə Zərərçəkmiş şəxs6 adlı qadının olduğunu, həmin qadının əlinin hər yerə çatdığını, yüksək vəzifədə tanışlarının olduğunu və Zərərçəkmiş şəxs6 vasitəsilə onun oğlunun işini həll edəcəyini dedi. Bundan sonra o, Türkiyə Respublikasında oğluna on min manat pul vermiş və oğlu 02 iyul 2021-ci il tarixdə Bakı şəhərinə gəlmiş, həmin günü də Elman Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən 28 Mall Ticarət Mərkəzində Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 ilə görüşərək on min manat pulu Svetlanaya vermişdir. Bu məsələdən sonra o, Svetlana ilə danışarkən Svetlana pulu götürdüklərini və on- on beş gün ərzində həll olunacağını bildirmişdir. Təqsirləndirilən şəxsin ona hal-hazırda beş min beş yüz manat borcu var. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. İfadələrinə başqa əlavəsi yoxdur. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxsi əvvəllər tanımayıb, onunla qohumluq əlaqəsi, və ədavəti yoxdur. Oğlu Şahid14 Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Biznes və Turizim fakültəsinin birinci kursunda təhsil alırmış, o da istəyirdi ki, oğlu Əli Azərbaycan X35 və İdman Akademiyasına köçürülsün, bununla bağlı 2021-ci ilin iyun ayında tanışı Mehribana da bu barədə demişdir. Mehriban da ona demişdir ki, maraqlanıb bu barədə ona köməklik etməyə çalışacaqdır. Onun Oqtay adlı tanışı var, Ogtayın da tanışları çoxdur, onların əli ilə iş görmək olar. Bir neçə gündən sonra Mehriban ona zəng edib demişdir ki, Oqtay ilə danışıb Oqtay Əlini Azərbaycan X35 və İdman Akademiyasına köçürülməsinə beş min beş yüz manat pul istəyir. O, ilkin olaraq 08 iyun 2021-ci ildə saat 12:00 radələrində Nərimanov rayonunda “Lavita” adlanan kafedə Mehriban ilə görüşüb ona dörd min manat vermişdir. 25 avqust 2021-ci ildə saat 10:00 radələrində Nərimanov rayonunda “Lavita” adlanan kafedə Mehriban ilə görüşüb galan bir min beş yüz manat pulu da Mehribana vermişdir. Mehriban da ondan aldığı pulu Oqtay adlı tanışına verəcəyini,işi Oqtay həll edəcəyini dedi. Sonralar onun özü də dəfələrlə Oqtay ilə telefonla danışmışdir, Oqtay da hər dəfə bir bəhanə gətirərək oğlu X39 və İdman Akademiyasına köçürülməsini həll edəcəyini bildirirdi. O da, Mehribana da öz narazılığını bildirmişdir. Mehriban da deyirdi ki, Oqtayın onları aldadacağından xəbəri olmamışdır. Mehriban Oqtay barəsində Yasamal RPİ-yə ərizə ilə müraciət etmişdir. Oqtay onu aldadıb və ona ümumilikdə beş min beş yüz manat maddi ziyan vurmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. İfadələrinə başqa əlavəsi yoxdur. Zərərçəkmiş şəxs5 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, onunla qohumluq əlaqəsi, düşmənçiliyi və ədavəti yoxdur. o, 2021-ci ilin iyun ayının sonlarında oğlu Şahid11 iş axtarırdı, bununla bağlı tanışı Zərərçəkmiş şəxs6 da demişdir. Mehriban da Oqtay adlı tanışının olduğunu, Oqtayın dediyinə görə onun yüksək vəzifələrdə tanışları olduğunu, onların köməkliyi ilə işlər görə bildiyini dedi və bir neçə gündən sonra Mehriban ona zəng edərək, Oqtay ilə danışdığını, Oqtayın Samiri "xxxx" MMC-yə işə düzəldə biləcəyini və Samirin min səkkiz yüz manat məvacib ala biləcəyin, Samirin işə düzəlməsinin qarşılığında Oqtay iki min manat pul istədiyini dedi. O da Mehribana razılıq verərək 27 iyun 2021-ci il tarixdə saat 18:09-da Şahid13 "xxxx"-a məxsus olan kart hesabına iki yüz manat, həmin günü saat 17:27-də həmin kart hesabına səkkiz yüz manat pul göndərmişdir. 28 iyun 2021-ci il tarixdə saat 22:07-də Zərərçəkmiş şəxs6 "xxxx"-a məxsus kart hesabına bir min manat pul göndərdi, lakin sonradan Samir işə düzəlməmiş və verdiyi iki min manat pul ona geri qaytarılmamışdır. O, Əzizə İsmayılova ilə 2020-ci ildə Şəhidlər Xiyabanında keçirilmiş anım mərasimində təsadüfən tanış olmuşdur, sonradan səmimi münasibətləri yaranmışdir. X29 Respublikasında yaşadığını, Bakı şəhərinə gəlmək istədiyini deyirdi. O, Zərərçəkmiş şəxs6 adlı şəxsi tanıdığını, Mehribanın onun oğlunu da işə düzəlməsi üçün köməklik edəcəyinə söz verdiyini, istədiyi təqdirdə Əzizənin oğlunun işə düzəlməsi məsələsinidə Mehribana deyə biləcəyini demişdir. Zərərçəkmiş şəxs1 oğlunun işə düzəlməsi barədə Zərərçəkmiş şəxs6yla danışmış və Mehriban da öz növbəsində ətrafında olan yüksək məmurların vasitəsilə Əzizənin oğlu Elmanın Bakı Nəqliyyat Agentliyinə yüksək vəzifəyə keçirilməsində köməklik etmək imkanının olduğunu ona bildirdi. Mehriban bu məlumatı ona verdikdən sonra o, da bunu Əzizə İsmayılovaya xəbər etmiş və Zərərçəkmiş şəxs6 ***-***-**-** mobil telefon nömrəsinin Əzizəyə göndərmişdir. Bundan sonra Əzizə ona zəng edərək Mehribanla öz aralarında işin düzəlməsi barədə danışıb razılaşdıqlarını bildirmişdir. Bir müddət sonra Əzizə ona zəng edərək işin düzəlməsi üçün Mehribana pul ödəməli olduğunu, pulun oğlu Elman tərəfindən Mehribana çatdırılacağını deyərək həmin görüşdə özünün Türkiyədə olduğu üçün iştirak edə bilməyəcəyini bildirib, qeyd olunan görüşə onun getməsini xahiş etdi. O, 2021-ci ilin iyun “28 Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən iaşə obyektində Mehriban tərəfindən görüş təşkil olunduğunu bildirmişdir. O da həmin yerə getmiş, həmin kafeyə Əzizənin oğlu Elman da gəlmiş və bir qədər sonra da 10000 manat olduğunu bildiyi pulu Mehribana onun yanında təqdim etmişdir, o, 10000 manat puldan Mehribana əvvəlcədən istədiyi 8000 manatı vermiş, 2000 manatı da özünə götürmüşdür. Həmçinin Zərərçəkmiş şəxs6 gələcəkdə də yaxşı vakansiyalara yerləşdirmək üçün etibarlı və savadlı adamların cəlb olunmasına kömək edəcəyi təqdirdə ona mükafat verə biləcəyini bildirmişdir. Bir müddət sonra Əzizə onunla əlaqəyə çıxaraq Elmanın işinin yubanmasından şikayət etmiş, o da Əzizəni Mehribanla tanış etdiyi üçün üzərində müəyyən mənəvi məsuliyyət olduğu üçün həmçinin oğlu Samirin işinində gecikdiyi üçün Mehribana iradını bildirmişdir. Əzizə daha sonra ondan şikayət etməyə başlamışdır. O, Əzizənin Mehriban tərəfindən dələduzluğa məruz qalmasında heç bir təqsirinin olmadığını, həmçinin özünün də Mehriban tərəfindən aldadıldığını bildirmişdir. Sonra da o, götürdüyü 2000 manat pulu Zərərçəkmiş şəxs1 qaytarmışdır. Zərərçəkmiş şəxs6 ifadələrində göstərdi ki, O, 2020-ci ilin sentyabr 23-də tanışı Zərərçəkmiş şəxs7 cərrahi əməliyat olunduğu üçün Nərminəni ziyarət etmək məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu, A.Alı küçəsində yerləşən kirayə yaşadığı mənzilə getmiş, Nərminə ilə söhbət edərkən ona yanında bir neçə müddət qalaraq köməklik etməsini xahiş etmiş, o, da etiraz etməyib Nərminənin yanında qalmağa başlamışdır. Nərminə tanışı Elşən ilə birlikdə sonuncunun avtomobili ilə Bakı şəhərində hansısa bir işin arxasınca getmiş həmin vaxtı Nərminə avtomobili idarə etmiş, bu zaman avtomobil qəzaya uğramış, Nərminə törətdiyi qəza ilə bağlı ona zəng vuraraq məlumat verdikdə o, hadisə yerinə getmişdir. O, hadisə yerində olarkən Təqsirləndirilən şəxs təsadüfən çəkiliş ilə bağlı zəng etmiş, o, Oqtay ilə danışarkən Nərminənin qəza törətdiyini bildirmiş, Oqtay Nərminənin onun tanışı olduğuna görə kömək etmək məqsədi ilə telefonla danışmaq istədiyini bildirmişdir. O, telefonu Nərminəyə vermiş, Oqtay Nərminəyə qəza məsələsində qarşı tərəfə dəyən ziyanı həll edəcəyini bildirmişdir. O, Oqtayın onun şagirdi və yaxşı münasibətləri olduğu üçün etdiyini Nərminəqə demişdir. Oqtay gəzada zərərçəkmiş şəxsin mobil telefonunu alaraq özü onenla danışdı. O, bundan sonra Oqtay ilə Nərminənin öz aralarında söhbətlər etdiklərini və aralarındakı söhbətlərdən xəbərsiz olmuşdur. O, 2020-ci ilin noyabr ayının 12-də Oqtayın ona zəng etdiyini və atası Əliağanın onunla görüşmək istədiyini demişdir. O da da etiraz etməmişdir.. Həmin vaxtı o, Nərminə ilə sonuncunun yaşadığı evdə olmuş, Nərminəyə Oqtayın atasının binanın qarşısına gəldiyini və Əliağa ilə həyətdə görüşüb gələcəyini demişdir. Nərminə ona Əliağanın yaşlı olduğunu evə qalxmasını etiraz etmədiyini dedi. O, Əliağanın nə məqsəd ilə gəldiyini bilməmişdir. Əliağa evə gəldikdən sonra ona Oqtayın vergi işi ilə bağlı problemi olduğuna görə polis əməkdaşları ilə danışmaq lazım olduğunu bildirdi. O da həmin şəxslərlə telefonla danışmış, həmin şəxsləri söhbət etmək üçün evə dəvət etmişdir. İki nəfər mülkü geyimli şəxslər evə gəlmiş, o, həmin şəxslərlə söhbət edən zaman Oqtayda həmin evə gəlmişdir. Söhbət zamanı ona Oqtayın həmin şəxslərə gedib izahat verməli və pul ödəməli olduğunu başa düşmüşdür, lakin o, pulun nə qədər olduğundan xəbərsiz olmuşdur. Sonradan o, Oqtayın Nərimənənin tanışı Elşəndən pul alaraq həmin vergi borcunu ödədiyini və izahatını verdiyini öyrənmişdir. O, pulun məbləğini bilməmişdir. 2020-ci ilin noyabr ayının 21-də Oqtay ona zəng edərək 3000 manat vergi borcunun olduğuna görə borca pul istədi. O, Oqtaya pulunun olmadığını bildirmişdir. Həmin vaxtı telefonunun yüksək səsdə olduğuna görə Oqtayın səsini Nərminə də eşitmiş və Oqtay üçün iş yoldaşından 3000 manat faizə pul götürə biləcəyini dedi. Oqtay Nərminə ilə razılaşdı. O da bundan sonra Oqtayın Nərminə ilə əlaqə saxlayaraq 3000 manat pulu Nərminənin Bakı şəhəri Xətai rayonu ərazində yerləşən "xxxx" QSC-nə gedərək götürdüyünü bilmişdir. Həmin gündən 3-gün sonra Oqtay onun Nərminə ilə yaşadığı evə gələrək Nərminəyə 6000 manata yaxın pul qaytarmışdır. O, həmin pullar səhf etmirsə dollarla olduğunu bildirmişdir. O, bundan başqa Nərminə ilə Oqtayın arasında olan münasibətlərdən xəbərsiz olmuşdur. 2021-ci ilin may ayının axırlarında "xxxx" MMC-də müxbir kimi işləyən Şahid5 ona zəng edərək Şəmkir rayonunda Zərərçəkmiş şəxs8 382 hektar torpaq sahəsinin sənədləşməsində problem olduğunu və Suliddinə çıxarış almaq lazım olmasını bildirdi. O, Şakirə bir nəfər tanışı ilə məsləhətləşdikdən sonra bir söz deyəcəyini bildirmiş, bu barədə Oqtaya məlumat verdikdə Oqtay həmin işi həll edə biləcəyini və qarşılıqında 8000 manat pul alacağını bildirmişdir . O, da bunu Şakirə bildirmiş, Şakir həmin adamla danışdıqdan sonra Suliddinin razı olduğunu bildirmişdir. Şakirə ona həmin şəxsin 2021-ci ilin iyun ayında Bakıya gələcəyini bildirmiş, deyilən tarixdə Suliddin Bakı şəhərinə gəlmiş, o, Bakı şəhəri 3 mikrorayon dairəsində Şakir və Suliddinlə görüşmüş, həmin vaxtı Suliddin əlində sənədləri gətirmişdir. Bundan sonra söhbət zamanı Suliddin ona deyilən məbləği düzəldə bilmədiyini dedikdə o, Oqtayın pulu bütöv istədiyini demişdir. O, vaxtının az olduğuna görə həmin “Başkent” kafesində durub çölə çıxmış, arxasınca Şahid5 əlində sənədlər ilə birlikdə gəlib ondan sənədləri və 3.000 manat pulu götürməsini qalan puluda göndərəcəyini bildirmişdir. O, Şakirin təkidindən sonra pulu və sənədləri götürmüş, Oqtayın yanına “Lider TV”-nin qarşısına getmiş, orada Oqtay ilə görüşüb 3000 manatı və sənədlərin vermişdir. Bundan başqa o, Suliddinin onun bank kartına ümumilikdə 5300 manat pul göndərmişdir. O da həmin pulları Oqtaya vermidir. Onun Ogtaya verilən qalan məbləğlərdən məlumatı olmamışdır. O, Suliddin şikayət etməzdən öncə Oqtayın Suliddinə 7000 manat pul qaytardığını eşitmişdir, lakin Sulliddin Bakı şəhərinə gediş-gəliş və qalma pulunu da tələb edirdi. 2021-ci ilin iyun ayının əvvəli o, xalası nəvəsi Zərərçəkmiş şəxs3 ilə söhbət edərkən ona məlum olmuş ki, İdrisin övladı X33 təhsil alır və Azərbaycan Respublikası İdman Akademiyasına dəyişmək istəyir. O, həmin zaman Təqsirləndirilən şəxs dediklərini xatırlamış və Zərərçəkmiş şəxs3 yanında Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək bu məsələdə köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs sözügedən məsələni 5.500 manat muqabilində həll edə biləcəyini dedi. Bu söhbətləri qohumu Zərərçəkmiş şəxs3 da eşitdi. Təxminən 4-5 gün sonra Zərərçəkmiş şəxs3 pulu düzəltdiyini dedikdə o, Təqsirləndirilən şəxs zəng edib sənədlərlə pulu vermək istədiyini bildirmiş, lakin Oqtay həmin məbləğin hissə-hissə yəni, ilkin 4.000 manatını, qalan pulu isə 2021-ci ilin avqust ayında verilməli olduğunu dedi. Bunun üçün o, 08 iyun 2021-ci il tarixdə, təxminən saat 15:00 radələrində Azərbaycan Respublikası X9rşısında Təqsirləndirilən şəxs 4.000 manat pulu və Zərərçəkmiş şəxs3 oğlunun sənədlərinin sürətini vermişdir. O, 2021-ci ilin avqust 25-də saat 15:00 radələrində qalıq qalmış 1.500 manat pulu həmin yerdə Təqsirləndirilən şəxs vermişdir. Beləliklə o, qohumu Zərərçəkmiş şəxs3 oğlu Əli Şahbazovun universitet məsələsinin həlli üçün iyun ayında 4000 manat, avqust ayında isə 1500 manat, ümumilikdə 5500 manat pulu Təqsirləndirilən şəxs verdiyini bildirmişdir.Bundan başqa, 2021-ci ilin iyun ayında Təqsirləndirilən şəxs ona "xxxx" MMC-də iş yeri olduğunu, yaxın adamı 2.000 manat pul müqabilində həmin yerdə işə düzəldə biləcəyini bildirmiş o, da bunu tanışı Zərərçəkmiş şəxs5 demişdir. Zərərçəkmiş şəxs5 ona öz oğlunu həmin yerə işə düzəltmək istədiyini, bunun üçün 2.000 manat pul verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs5 onun “UNİ Bank” hesabına 2.000 manat pul köçürmüş və o, həmin məbləği, yəni 2.000 manat pulu xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 oğlunun "xxxx" MMC-də işə düzəltməsi üçün Təqsirləndirilən şəxs verdiyi Şahid13 adlı şəxsin 5404 0852 3804 6082 saylı "xxxx" hesabına göndərmişdir. Təxminən 3 gün sonra Svetlana Osmanlı daha bir tanışı olan Elman adlı şəxsin Bakı Nəqliyyat Agentliyinə işə düzəltmək istədiyini dedikdə o, bunu Təqsirləndirilən şəxs bildirmiş və Təqsirləndirilən şəxs bu işin 8.000 manat pul müqabilində həll oluna biləcəyi cavabını vermişdir. Zərərçəkmiş şəxs5 buna razı olmuş, xx.xx.2021-ci il tarixdə o, Zərərçəkmiş şəxs5 və əvvəlcədən tanımadığı Svetlananın tanışı olan Elman adlı şəxs ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, metronun “28 May” stansiyasının yaxınlığında yerləşən “Başkent” restoranında görüşüb 8.000 manat pulu götürmüş elə həmin günü saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin qarşısında, Təqsirləndirilən şəxs ilə görüşərək Svetlana Osmanlının tanışı Elman adlı şəxsin Bakı Nəqliyyat Agentliyində işə düzəltməsi üçün verdiyi 8.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa, təxminən iki gün sonra Zərərçəkmiş şəxs2 dayısı qızı Şahid1 Gəncə şəhərində əvvəl işlədiyi və çıxarıldığı "xxxx" QSC-nə bərpa edilə biləcəyinə köməklik etməsini xahiş etmiş, bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş və o, 4000 manat pul muqabilində bu məsələni də həmçinin həll edə biləcəyini dedi. Arifə adlı rəfiqəsi bununla razılaşdı və həmin pulun 2.500 manat pulu xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs verdiyi Şahid13 adlı şəxsin 5404 0852 3804 6082 saylı "xxxx" hesabına köçürmüşdür. 23 avqust 2021-ci il tarixdə saat 12 radələrində Yasamal rayonu Z.Əhmədbəyov küçəsi 2-də Qoç Ət restoranın qarşısında Arifə ilə görüşmüş, 1500 manatı orada ona vermiş, Arifə getdikdən sonra o, Oqtayla əlaqə saxlamış, saat 12 rdələrində onunla orada görüşmüş, Arifənin ona verdiyi 1500 manatı Oqtaya vermişdir. 2021-ci ilin avqust ayının əvvəlində Zərərçəkmiş şəxs2 tanışı Şahid2 müəllimlik imtahanından kəsildiyini, bunun üçün ona köməklik etməyini xahiş etdikdə bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş və o, 4.000 mant pul muqabilində bu məsələni həll edə biləcəyini demiş, o, da bu barədə Arifəyə demiş, Arifə ona konkret cavab vermək üçün bir gün möhlət istəmiş, razılaşdıq, səhəri günü Arifə ilə görüşmüş, Arifə ona 4000 manat vermiş, o, da həmin günü, yəni 24 avqust 2021-ci il tarixdə 19 radələrində Bakı şəhəri, Xarici İşlər Nazirliyinin qarşısında Təqsirləndirilən şəxslə görüş, Arifənin ona verdiyi 4000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa o təxminən iki il bundan qabaq Oqtayla tanış etdiyi Əliisa 2021-ci oktyabr ayınında ona Biləsuvar Rayon Məhkəməsi tərəfindən mülkü işin dayısının xeyrinə həll olunmasında köməklik edəcəyini vəd edən Oqtaya 1600 manat pul verdiyi bəlli olmuşdur. O,bunu eşitdikdə Əliisaya bununla bağlı polisə şikayət etməsini məsləhət vermişdir. O, həmçinin pulları həmin şəxslərdən alıb Oqtaya verməkdə məqsədinin həmin şəxslərə kömək etmək olduğunu bildirmişdir. Oqtayın dələduzluq niyyətindən məlumatlı olduqdan sonra o, Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs7 ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs6 üç ildir tanıyır, aralarında yaxşı münasibət olmuş, istintag zamanı ifadə verməmişdən gabag altı ay eyni evdə birlikdə yaşamışlar. O, 2020-ci ilin iyul ayında ev almaq niyyətində olmuş, bu niyyəti barədə Mehribanın da məlumatı olmuş, söhbət əsnasında Mehriban ona imkanları geniş olan, çoxlu şirkətləri və evləri olan taınışı olduğunu, həmin şəxsin Oqtay olduğunu demişdir. Mehriban həmçinin, Oqtaya ev almaq üçün ilkin ödəniş etsə, ona ev verə biləcəyini demişdi. O, Mehribanın təklifini uyğun olduğu üçün qəbul etmiş, bununla bağlı Oqtayla telefonla danışmış, Oqtay ona narahat olmamasını, görüşüb bu barədə danışacaqlarını söyləmişdir. Bir neçə gündən sonra onun Mehribanla yaşadığı Nərimanov rayonu, Aşıq Alı küçəsi 3, mənzil 103də yaşadıqları evə Oqtay atası Əliağa ilə birlikdə gəlmiş, söhbət zamanı Oqtay nə qədər pulu olduğunu soruşmuş o da 60.000 manat pulu olduğunu bildirmişdir. O, Oqtayın ona Bakı şəhərində müxtəlif yerlərdə evlər göstərdiyini, o cümlədən Ağ şəhərdə yerləşən qiyməti 120.000 manat olan 180 kvadrat metr, 3 otaqlı ev göstərmiş o, da Ağ şəhərdə göstərilən həmin evi bəyənmişdir. Daha sonra Oqtay ona “Xətai” rayonu, Babək prospektində yerləşən “Okean” adlanan avtosalonda 40 yaxın “Hunday” və “Nissan” markalı avtomobilləri olduğunu demiş, həmin avtomobillərdən birini ona təklif etmiş, avtomobili də faizsiz və kreditsiz verdiyini, hər ay gücü çatan qədər ödəniş edə biləcəyini söyləmişdir. O, da 2019-cu il “Hunday Grandeur” markalı avtomobili seçmiş, Oqtay həmin avtomobilin qiymətini 80.000 manat olduğunu bildirmiş, bundan başqa Oqtay ona Nərimanov rayonu Atatürk parkının yaxınlığında gözəllik salonu olduğunu və həmin gözəllik salonunu borclu olan şəxs borc əvəzinə verdiyini və o, salonu 150.000 manata satmaq istədiyini dedi. O, həmin salonu 150.000 manata almağa imkanı olmadığını Oqtaya demiş, Oqtay həmin salonu 60.000 manata ona satacağını, həmçinin salonu işlədərək nə qazanc olsa hissə-hissə pulunu verə biləcəyini ona dedi. Həmin vaxtı Mehriban da söhbətdə iştirak etmiş, salonu işlətməkdə ona köməklik edəcəyini və Oqtayın dediklərini doğru olduğunu, hər an işlərində ona dəstək və kömək olacaqlarını hər ikisi bildirdilər. O, da həm Mehribana görə, həm də Oqtayın inandırıcı danışıqlarına, biznes işi ilə məşğul olduğunu, ona göstərdiyi “Az Aran Tikinti Təmir” və "xxxx" MMC-nin təsisçisi olması barədə sənədlərin fotosunu və "xxxx" ASC-də hesabında pullar olduğunu bildirməsi, yəni imkanın geniş olmasını söyləməsi onda Oqtaya qarşı inam yaratmış və o, Oqtaya razılıq verərək ilkin olaraq 50.000-60.000 manat pul verə biləcəyini bildirmişdir. Oqtay ona evin, avtomobilin və qadın salonun onun adına rəsimləşdirmə prosesi zamanı o, Oqtaya hissə-hissə pul ödəyəcəyini bildirmişdir. O, Oqtayın təklif etdiyi ev, qadın salonu və avtomobilin şəkillərinə baxmışdır. O, da 2020-ci ilin iyul ayında Şahid13 adına olan "xxxx" ASC tərəfindən verilmiş kart hesabına 01 noyabr 2021-ci ildə 1600 manat, 18 noyabr 2021-ci ildə 1800 manat, 06 dekabr 2021-ci ildə 1900 manat pul köçürmüşdür. 13 avgust 2020-ci ildə saat 16 :00 radələrində Nərimanov rayonu, Aşıq Alı küçəsi 3, mənzil 103 də o, yaşadığı evdə olan zaman Oqtay ona zəng edərək sürücüsünü göndərdiyini, ona 2.700 manat verməyi taşırdı. O da Oqtayla razılaşmış, həmin vaxtı Oqtayın dediyi şəxs yaşadığı evə gəlmiş, o, da 2.700 manat pulu həmin şəxsə vermişdir. 15 avgust 2020-ci ildə saat 14:00 radələrində Nərimanov rayonu, Aşıq Alı küçəsi 3, mənzil 103- də yaşadığı evdə olan zaman Oqtayın sürücüsü dediyi şəxs yaşadığı evə gəlmiş, həmin şəxsə yenidən 500 manat vermişdir. 22 avgust 2020-ci ildə saat 12 radələrində Nərimanov rayonu, Aşıq Alı küçəsi 3, mənzil 103- də o, yaşadığı evdə olan zamanı Oqtay atası Əliağa ilə birlikdə gəlmiş, bir neçə dəqiqə söhbət etdikdən sonra Mehriban bir məsələ ilə bağlı evə bir neçə nəfərin gələcəyini, sonra Oqtayın sənədində problem yarandığını həmin problemi həll etmək üçün gələn şəxslərə 2000 manat pul vermək lazım olduğunu bildirdi. Oqtay ona ev almaq üçün verəcəyi puldan 2000 manat Oqtaya verməsini sonra evə verəcəyi puldan çıxacaqlarını dedl. O da razılaşıb vergi borcuna görə 2000 manat vermək üçün Oqtaya 2000 manat vermişdir. Həmin vaxt dostu Elşən də onun yaşadığı evə gələrkən Oqtayla blokda rastlaşmış, sonra Oqtay evə gələrək ona verdiyi bütün vədlər qüvvəsində olduğunu, həmçinin atası Əliağa da ona narahat olmamasını hər şeyin qaydasında olduğunu dedi.. 26 avgust .2020-ci ildə saat 18 radələrində Nərimanov rayonu, Aşıq Alı küçəsi 3, mənzil 103- də o, yaşadığı evdə olan zamanı Oqtay binanın qarşısına gələrək ondan 7000 manat pul aldı. 03 sentyabr 2020-ci ildə saat 17 radələrində o, Nərimanov rayonu, Aşıq Alı küçəsi 3 ünvanında yerləşən binanın qarşısında Oqtayın sürücüsü ilə görüşmüş, həmin şəxsə Oqtaya verməsi üçün 1000 manat vermişdir. 08 sentyabr 2020-ıi ildə saat 14 radələrində Nərimanov rayonu, Aşıq Alı küçəsi 3, mənzil 103- də o, yaşadığı evdə Mehribana qohumu olan uşağın məktəbini dəyişmək lazım olduğunu demiş, Mehriban da 1000 manat versə Təhsil Nazirliyinə 1000 manat verib həll edəcəyini deyərək pulu götürüb getmişdir. O, Mehribanı təhsil Nazirliyinə dostu Elşən apardığını bildirmişdir. Bir neçə aydan sonra Mehriban ona verdiyi vədə əməl etməmiş və hər dəfə bəhanələr gətirərək Mehribana verdiyi 1000 manatı qaytarmamış, həmin pulu ona Oqtayın qaytaracağını demişdir. O da Oqtaydan bu barədə soruşmuş, Oqtay da problem olmadığını, həmin 1000 manatı özünün ödəyəcəyini bildirmişdir. 06 oktyabr 2020-ci ildə saat 14 radələrində Nərimanov rayonu, Aşıq Alı küçəsi 3, mənzil 103- də yaşadığı evdə onunla birlikdə yaşayan Afət adlı şəxslə evdə olan zaman Oqtay evə gəlmiş, o, Oqtaya Afətdən 1500 manat pul alıb vermişdir. 16 oktyabr 2020-ci ildə saat 15 radələrində o işdə olan zaman Mehriban zəng edərək onun aldığı evi üçün təcili 1250 manat lazım olduğunu demiş, o da Afətin evdə telefon alacağı pulu xahiş edərək istəmiş, o, Afətlə işdə olan zaman Mehriban yataq otağında olan dolabdan pulu götürmüş və Oqtaya verdiyini demişdir. 24 oktyabr 2020-ci ildə saat 19 radələrində o, Nərimanov rayonu, Aşıq Alı küçəsi 3-də yerləşən binanın qarşısında Oqtayla görüşmüş, Oqtay ona verəcəyi gözəllik salonunu qeydiyyata alıb, onun adına keçirəcəyi üçün təcili 3.000 manat lazım olduğunu demişdir. O, da Oqtaya 3.000 manat vermiş, bir neçə saatdan sonra yenidən Oqtay ona zəng edərək sürücülük vəsiqəsini həll etdiyini demişdir. Oqtay ona sürücüsünün gəldiyini və Mehribanla onun hərəsi 400 manat sürücüyə verməli olduqlarını demişdir. Mehriban ona pulunun olmadığını deyərək 400 manat istəmiş, o da həmin gün saat 21 radələrində Aşıq Alı küçəsi 3, mənzil 103- də yaşadığı evdə olan zaman sürücü evə gəlmiş, sürücüyə 800 manat vermişdir. Daha sonra 12 oktyabr 2021-ci ildə saat 14 radələrində ünvan 10 ünvanda o, Oqtaya 30.000 manat vermişdir. Oqtay bu günə qədər verdiyi vədə əməl etmədi və ona ümumilikdə külli miqdarda ziyan vurmaqla dələduzluq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs6 “Ümüd” partiyasında olan fəaliyyət zamanı tanımış, əvvəllər Mehribanla münasibəti yaxşı olmuşdur. 2021-ci ilin avqustun ayında o, Mehribanla birlikdə Abşeron rayonu, Xırdalan şəhərində olan parkda çay içərkən dayısı qızı Şahid1 ona zəng edib əvvələr işlədiyi X42 İstismar İdarəsində İnsan resursları şöbəsinə inspektor vəzifəsinə bərpa olunmasına köməklik etməsini xahiş etmiş, o da maraqlanıb cavab deyəcəyini bildirmişdir. O, Şahid1 ilə telefonla danışıb qurtardıqdan sonra, bu barədə Mehriban ondan soruşmuş, o da Ramilənin dediklərini Mehribana demiş, Mehriban Azərbaycan Respublikası Dövlət Neft Şirkətində ərəb və ingilis dillərdə olan yazıları tərcümələr etdiyini, Dövlət Neft Şirkətində tanışları olduğunu, həmin tanışları vasitəsi ilə köməklik edə biləcəyini bildirmişdir. Sonra Mehriban kiməsə zəng edib Ramilənin işi bərpa məsələsini demiş, Mehriban həmin şəxslə telefonla danışdıqdan sonra danışdığı şəxsin yüksək vəzifədə işlədiyini və həmin şəxsin köməklik edəcəyini vəd verdiyini ona demişdir. O, Mehribanla bir necə dəqiqə söhbət edib çay içdikdən sonra Mehribanla sağollaşıb yaşadığı evə getmişdir. Səhəri günü Mehriban ona zəng edib Şahid1 "xxxx" X19 resursları şöbəsinə inspektor vəzifəsinə bərpa olunmasına köməklik edən şəxsə 4500 manat pul vermək lazım olduğunu bildirmişdir. O, da bu barədə Ramiləyə demiş, Ramilə də razılaşmışdır. 18 avqust 2021-ci il tarixdə saat 10 radələrində o, Mehribanın onunla tanış etdiyi Təqsirləndirilən şəxslə əlaqə saxlamış, Oqtay köməklik etdiyini ona bildirmiş Oqtay "xxxx" tərəfindən verilmiş 4169 7413 3359 6094 №-li kart hesabına göndərdiyi Mahir Məmmədovun adına olan 5404 0852 38046082 №-li kart hesabına 1.300 manat pul göndərmişdir. Zərərçəkmiş şəxs4 ifadələrində göstərdi ki, o, Biləsuvar Rayon Məhkəməsi tərəfindən mülki işlə bağlı dayısının xeyrinə 28 oktyabr 2021-ci il tarixdə qərar çıxmadığına görə həmin işdə hüquqlarının müdafiə edə biləcək bir vəkil axtarırmış. O, bununla bağlı tanışı Zərərçəkmiş şəxs6 ilə məsləhətləşdikdə Mehribana həmin iş üçün vəkil lazım olduğunu bildirmiş, Mehriban da ona bu işlərdə kömək edə biləcək bir tanışın olduğunu bildirmişdir. O, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 28 may metro stansiyasının yaxınlığında yerləşən kafedə Mehribanla əyləşmiş, Oqtay ilə əlaqə saxlamış, Oqtay ona 28 oktyabr 2021-ci il tarixdə qərar çıxıbsa 3 gün ərzində tez məsələ həllini tapmalı və xitam qərarı çıxarılmalıdır dedi. O, buna görə onu tələsdirərək tez 1.600 manat pulu almağa çalışdığını bildirmişdir. Həmin günü saat 18:24-də Oqtayın ona göndərdiyi Şahid13 5404-0852-3804-6082 bank kart hesab nömrəsinə 1600 manat pul göndərmişdir. O, həmin vaxtı yanımda Zərərçəkmiş şəxs6 olduğunu bildirmişdir. Bundan sonra o, Oqtay ilə əlaqə saxladıqda Oqtay hər dəfə onu müxtəlif bəhanələrlə aldatmışdır. Zərərçəkmiş şəxs8 ifadələrində göstərdi ki, o, rəsmi olaraq heç yerdə işləmir, fərdi qaydada mal-qara saxlamaqla, əkinçiliklə məşğul olur. O, Bakı şəhərində olarkən ortaq tanışları vasitəsilə Şahid5la tanış olmuşdur. Şakir ona nə kömək lazım olsa xəbər etməsini, əlinin hər yerə çatdığını dedi. O da Şəmkir rayonu ərazisində Kür çayının yanında 382 hektar örüş sahəsi olduğunu və həmin sahənin ona icarəyə verilməsi üçün çıxarış almalı olduğunu demişdir. Şakir onun torpağa çıxarış almaqda çətinlikləri olduğunu görüb bununla bağlı kiminləsə görüşdükdən sonra ona xəbər verəcəyini dedi. Şakir deş-altı gün sonra zəng vurub Şəmkir rayonu ərazisində Kür çayının yanında 382 hektar örüş sahəsinə çıxarış almaq üçün Daşınmaz Əmlak İdarəsində rəis müavininin tanışı Zərərçəkmiş şəxs6 ona köməklik edəcəyini, torapağın sənədlərini və nəyə imkanın çatır ilkin olaraq pul götürüb gəlməyini bildirdi. O, Şakirə ilkin olaraq 3000 manata gücü çatdığını demiş, Şakir də hələlik 3000 manatı gətirməsini, Mehribanla görüşüb danışdıqdan sonra nə qədər ödəyəcəyini biləcəyini dedi. O da səhəri günü,yəni 05 iyun 2021-ci ildə Şəmkir rayonundan Bakı şəhərinə yola düşmüş, özü ilə 3000 manat pulu və qeyd etdiyi torpaq sahəsi ilə bağlı torağın xəritəsini, icarə müqaviləsini və Gəncə Apellyasiya Məhkəməsinin qərarın götürmüşdür. Yolda olarkən Şakir ona zəng vuraraq Mehribanın işinin çox olmasını, harasa getməli olduğunu, təcili Bakı şəhərinə çatmaq lazım olduğunu dedi. O, saat 14:00 radələrində Bakı şəhərinə avtovağzala çatmış, Şakir ona bir daha zəng etmiş, o da avtovağzalda olduğunu bildirmişdir. O, taksi ilə Nəsimi rayonu ərazisində yerləşən Başkent şirniyyat evinin yaxınlığına gətirmiş, Şakir qarşısına çıxmış, o, Şakirlə birlikdə çay evində olan otaqlardan birinə daxil olmuş, otaqda qadın olmuş, Şakir onu həmin qadınla tanış edərək Mehriban olduğunu bildirmişdir. O, masanın arxasında əyləşmiş, qeyd etdiyi torpağın sənədləri Mehribana vermiş, Mehriban sənədlərə ötəri baxıb demiş ki, bu böyük torpaq sahəsidir, o da həmin vaxtı 3000 manatı cibindən çıxardaraq, Şakirə vermiş, Şakir pulu Mehribana uzatmış, Mehriban pulu qəbul etmiş, sonra da Mehribanla Şakirlə birlikdə otaqdan çıxmışdırlar. O, Şakiri otaqda gözləmiş, bir neçə dəqiqədən sonra Şakir otağa daxil olmuş, ona Mehribanın pulu götürmədiyi üçün yalvararaq yola saldığını bildirmişdir. O, da Şakirlə birlikdə oradan çıxmış, Şakir tanımadığı çayxanaya onu aparmış, orada Şakir Mehribana zəng etmiş, söhbət əsasında Mehriban 3000 manatın az olduğunu, 9000 manat verilməli olduğunu dedi. Həmin vaxtı o, telefonu Şakirə uzatmış, Şakir telefonu almış, Mehriban bu torpağın rüsumunun 9000 manat olduğunu dedi.O, da onlarla razılaşmışdır. Şakir ona bu məsələni tezləşdirməsini söylədi. Həmin gündən etibarən hər günü Mehriban və Şakirin zəng edərək qalan 9000 manat pulu göndərməyini bildirmişdirlər. Şakir ona tanışı Şahid6 adına pulu göndərməyini o pulu götürüb Mehribana verəcəyini demişdir. 08 iyul 2021-ci ildə saat 08:03-də Şəmkir rayonu, Çinarlı kəndində yerləşən 4403 terminal nömrəli “eManat” aparatı vasitəsilə Şahid6 "xxxx" da olan hesabına 1300 manat pul köçürtmüşdür. 08 iyun.2021-ci ildə saat 11 radələrində Şəmkir rayonu, Çinarlı kəndində yerləşən 4403 terminal nömrəli “eManat” aparatı vasitəsilə Şahid6"xxxx" da olan hesabına 1000 manat pul köçürtmüşdür. 11 iyun 2021-ci ildə saat 12:28-də Gəncə şəhəri, X44 küçəsində yerləşən 4276 terminal nömrəli “eManat” aparatı vasitəsilə Zərərçəkmiş şəxs6 "xxxx" da olan hesabına 550 manat pul köçürmüşdür.11 iyun 2021ci ildə saat 21:33-də Şəmkir rayonu, Çinarlı kəndində yerləşən 4403 terminal nömrəli “eManat” aparatı vasitəsilə Zərərçəkmiş şəxs6 "xxxx" da olan hesabına 500 manat pul köçürmüşdür.xx.xx.2021-ci ildə saat 20:18-də Şəmkir rayonu, Çinarlı kəndində yerləşən 4403 terminal nömrəli “eManat” aparatı vasitəsilə Zərərçəkmiş şəxs6 "xxxx" da olan hesabına 300 manat pul köçürmüşdür.xx.xx.2021-ci ildə saat 10:28-də Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən 4531 terminal nömrəli “eManat” aparatı vasitəsilə Zərərçəkmiş şəxs6 "xxxx" da olan hesabına 260 manat pul köçürmüşdür. 27 may 2021-ci ildə saat 17:13-də Şəmkir rayonu, Duzqışlaq kəndində yerləşən 4406 terminal nömrəli “eManat” aparatı vasitəsilə Zərərçəkmiş şəxs6 "xxxx" da olan hesabına 1000 manat pul köçürmüşdür.30 may 2021-ci ildə saat 15:39-də Şəmkir rayonu, Duzqışlaq kəndində yerləşən 4406 terminal nömrəli “eManat” aparatı vasitəsilə Zərərçəkmiş şəxs6 "xxxx" da olan hesabına 1000 manat pul köçürmüşdür. 01 iyun 2021-ci ildə saat 13:39-də Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən 21046 terminal nömrəli “Milliön” aparatı vasitəsilə Zərərçəkmiş şəxs6 "xxxx" da olan hesabına 1000 manat pul köçürmüşdür. 01 iyun 2021-ci ildə saat 13:41-də Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən 21046 terminal nömrəli “Milliön” aparatı vasitəsilə Zərərçəkmiş şəxs6 "xxxx" da olan hesabına 700 manat pul köçürmüşdür. Mehriban ona təxminən 10-15 gündən sonra Şəmkir rayonu ərazisində Kür çayının yanında 382 hektar örüş sahəsinin çıxarışı hazır olacağını söyləmişdir. Mehribanın dediyi vaxt çatdıqdan sonra Mehriban ona üç gün də gözləməsini, ona zəng edəcəyini dedi. üçü gün keçdikdən sonra o, Mehribana zəng etmiş, Mehriban ona Bakı şəhərinə gəlməsini onu Əmlak Komitəsində işləyən rəhbər işçinin köməkçisi olan Samir, sonradan öyrəndiyi Təqsirləndirilən şəxs, adlı şəxslə tanış edəcəyini, Samirin, ona torpağın sənədlərinin hazırlanması barədə məlumat verəcəyini bildirdi. Bir neçə gündən sonra o, Bakı şəhərinə getmiş, Şakirə zəng vurmuş, 20 Yanvar metro stansiyasının yanında Şakirlə görüşmüş, Şakir də onun Oqtayla görüşəcəyi barədə məlumatlı olmuşdur. Təxminən 4-5 saatdan sonra Oqtay gəlmiş, o və Şakirlə görüşdükdən sonra Mehribanın dediyi şəxsin kim olduğunu soruşdu. O, da həmin şəxs olduğunu bildirdikdən sonra Oqtay ondan harada qaldığını soruşmuş, o da cavabında oteldə qaldığını bildirmişdir. Oqtay ona demişdir yüksək vəzifədə işləyən müəllimə tapşırıb sənəd də hazır olacaqdır al bu 200 manatı deyərək 200 manatı ona uzatdı, Şakir də 200 manatı Oqtaydan alıb cibinə qoydu. Oqtay son olaraq ona təxminən 2-3 günə görüşəcəklərini sənədləri ona göstərmək üçün onu Komitəyə aparacağını dedi. Daha sonra o, həmişə olduğu kimi Şakirə zəng vurmuş, Oqtayla görüşəcəyini bildirmiş, Şakirdən onunla birlikdə gəlməsini tələb etmişdir. Daha sonra o, Oqtayla bir dəfə də görüşmüş, Oqtay eyni qayda da ona vədlər verib aldatmış, o, Oqtaya dəfələrlə zəng edib işi barəsində soruşmuş Oqtay da bəhanələr gətrərək işini düzəldəcəyini bildirmişdir. Şahid1 ifadələrində göstərdi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 onun dayısı qızıdır. O, əvvəllər "xxxx" X20 Qaz İstismar sahəsində 11-ci dərəcəli mühəndis vəzifəsində işləmişdir,lakin 2015-ci ilin aprel ayında işdən kənarlaşdırılmış, həmin vaxtdan işə bərpa olunmaq üçün çalışmışdır. 2021-ci ili aprel ayında işə bərpa olunmaq istədiyini Arifəyə demiş, Arifə də ona tanışları vasitəsi ilə köməklik edəcəyini demişdir. 2021-ci ilin avqust ayında Arifə ona Mehriban adlı tanışı olduğunu, Mehribanın köməkliyi ilə iş məsələsini 4500 manat pulun müqabilində həll edə biləcəyini demişdir. O, həmin ayda Arifəyə 4500 manat pul vermiş, bir müddətdən sonra Arifə ona Oqtay adlı şəxsin nömrəsini vermiş, işini Oqtayın həll edəcəyini bildirdi. O da Oqtaya məxsus 050 421 00 87 mobil nömrəsi ilə əlaqə saxlamışdır, Oqtayın danışığı onu inandirmişdir. Oqtay ona hər dəfə yaxın günlərdə onu işə çağıracaqlarını demiş, o, isə 2021-ci ilin sentyabr ayında Oqtay tərəfindən aldadıldığını başa düşmüş, bu barədə Arifəyə də narazılığını bildirmişdir. O, sonradan Oqtayın dələduzluq cinayətini törətdiyi üçün tutulduğunu eşitmişdir. Arifə ona dəymiş ziyanı tam ödəmişdir. Zərər Arifəyə dəymişdir.. Şahid2 ifadələrində göstərdi ki, o Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. O, 2021-ci ilin avqust ayının əvvəlləri müəllimə vəzifəsində yerdəyişmə üçün imtahan vermiş, 55 bal toplamış, lakin, yaşadığı evə yaxın ərazidə Bakı şəhəri Suraxanı rayonunda yerləşən 282 №-li orta məktəbə və ya Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən 95 №-li orta məktəbə müəllimə vəzifəsinə təyin olunmaq istəmişdir. Bununla bağlı o, xalası oğlu Təbrizə də demiş, Təbriz Sultan adlı tanışı olduğunu Sultanın tanışı Arifə vasitəsi ilə 4000 manat qarşılığında işə düzəldə biləcəyini demişdir. O da razılaşmış, yoldaşı Əlizadə X23 4.000 manat pul vermiş, sonradan Şahid3 Arifə ilə görüşmüş, Arifəyə inanmadığı üçün 4000 manatı geri istəmiş, amma Arifə pulu Mehriban və Oktay adlı şəxslərə verdiyini dedi. O, çox çətinliklə issəhissə Oqtaydan 4000 manat pulu geri almışdir. Şahid5 ifadələrində göstərdi ki, o, 2021-ci ilin mart–iyun ayları ərzində "xxxx"-də jurnalist kimi fəaliyyət göstərmişdir. Zərərçəkmiş şəxs6 "xxxx"-nin baş redaktoru idi. O, Suliddinin ortaq tanışları vasitəsi ilə gəlib ona müraciət edərək Şəmkir rayonu, İcra Hakimiyyətinin başçısı tərəfindən ona məxsus 382 hektar torpaq sahəsinin əlindən alınaraq başqasına verildiyini bildirdi. Suliddin ondan həmin məsələni çəkərək medyada işıqlandırmağımı xahiş etdi, o, da Suluddinlə razılaşaraq Şəmkir rayonuna getmişdir. O, Şəmkirdə araşdırma aparan zaman məhkəmə və prokurorluq orqanlarına getmiş, orada ona bildirmişlər ki, həmin işlə bağlı məhkəmədə proses gedir. O, işin qanuni yolla getdiyini öyrənib Suluddinə bunu izah etmiş, Suluddin də ona həmin torpağın elektron çıxarışının lazım olduğunu və həmin çıxarışın Bakı şəhərində verildiyini demişdir. Suluddin ondan həmin məsələni Bakı şəhərində maraqlanmağını xahiş etdi. O da Siluddinlə razılaşıb Bakı şəhərinə qayıtmışdır. O, işlədiyi "xxxx"-də olarkən oranın baş redaktoru Zərərçəkmiş şəxs6 Şəmkirə çəkilişlə bağlı getdiyi işi niyə medyada paylaşmadığını soruşdu. O da Mehribana proseslərin qanuni yolla getdiyini, Suliddin torpaqla bağlı elektron çıxarışı olmadığını və həmin torpaqlar zəbt olunmadığını dedikdə, Mehriban da həmin torpaq sahəsinə elektron çıxarışı ala biləcəyini ona bildirdi. O, Mehribandan bu işi necə həll edəcəyini soruşmuş, Mehribanda cavabında Oqtay adlı tanışı olduğunu, Oqtayın Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətində tanışları olduğunu və Oqtayla məsləhətləşib bir söz deyəcəyini bildirmişdir. Bir neçə gündən sora Mehriban Oqtayla danışdığını 8000-9000 manat pulun qarşılığında bu işin həll oluna biləcəyini ona bildirmişdir. O, Mehribana onu Suliddinlə tanış edəcəyini deyərək qalan məsələləri özlərinin həll etməsini bildirmişdir. Daha sonra o, Suliddinə zəng edərək Mehriban adlı xanımın bu işi həll edə biləcəyini ,həmçinin Mehribanın Suliddinlə görüşmək istədiyini bildirmişdir. O, Suliddinin razılaşaraq Suliddini Mehriban ilə Nəsimi rayonu, Cavadxan 20A ünvanında yerləşən “Başkent” adlı restoranda görüşdüklərini, torpağa elektron çıxarış almaqla bağlı Suliddinlə Mehriban danışaraq razılığa gəldiklərini bildirmişdir. O, aralarındakı razılığa əsasən Suliddin Mehribana 9.000 manat pul verməli olduğunu, sonra “Başkent” restoranında Suliddin Mehribana 3.000 manat pul və torpağın sənədlərini verdiyini söyləmişdir. Mehriban pulun az olduğunu və tam verməsi lazım olduğunu Suliddinə bildirmiş, Suliddin qalan pulu 3 gün ərzində verəcəyini demiş, sonradan Suliddin özü Mehribanın adına təxminən 5.000 manat ödəmişdir. O, kartının olmadığına görə 08 iyun 2021-ci ildə tanışı Şahid6 adına olan kart hesabına Suliddinin 1300 manat sonra da 1000 manat göndərmiş, o, S.Abdulayevin göndərdiyi 1000 manatını Zərərçəkmiş şəxs6 Unibank ASC-də olan kart hesabına göndərmiş, 1300 manatı ilə Suliddinin özü ilə görüşərkən qaytarmışdır. Sonradan o, Suliddindən və Mehribandan eşitmişdir ki, X21 ASC-də olan kart hesabına pul göndərmişdir. Şahid8 Samaddin qızı ifadələrində göstərdir ki, o, Nərminəni təxminən jy bir ildir tanıyır, Nərminə ilə yaxın münasibəti vardır. 2020-ci ilin sentyabr ayında Nərminə ona ev almaq istədiyini evin alınmasında da Nərminəyə Oqtayın köməklik edəcəyini bildirmişdi. O, Nərminəyə Oqtayın ev almaqda, avtomobil və qadın salonu almaqda köməklik edəcəyini, Oqtay həmin əmlakları alarkən pullarını hissə-hissə verməyi Nərminəyə təklif etmişdir. Bu təklifin Nərminəyə sərf etdiyi üçün Nərminə Oqtayla razılaşdığını bildirmişdir. Ona görə də o, Nərminənin ondan istədiyi 7500 manat pulu Nərminəyə vermiş, bir müddət keçdikdən sonra Nərminə ona Oqtayın verdiyi vədlərə əməl etmədiyini pulunu da qaytarmadığını bildirdi. O, Nərminənin onun pulunu qaytardığını, lakin Oqtayın bu günə kimi Nərminənin pulunu qaytarmadığını dedi. Nərminə Oqtayın ondan 55.000 manatdan çox pul aldığını, verdiyi heç bir vədə əməl etmədiyini demişdir. Şahid9 ifadələrində göstərdi ki, o, Nərminəni üç ildir tanıyır. 2020-ci ilin oktyabr ayında Nərminə ona tanışı Oqtay adlı şəxsdən obyekt və maşın aldığını, həmin obyekt və maşınının pulunu hissə-hissə ilə ödəyəcəyinin dedi. O, Nərminənin Oqtay və Mehribanla telefon danışıqlarını da eşitmişdir. Mehriban da dəfələrlə Nərminəyə “narahat olma Oqtay mənim tələbəm olub çox dəqiq və düz adamdır mən başımla ona cavabdehəm” dediyini eşitmişdir. O lf Nərminəyə Oqtay və Mehribanın yalan vədlərlə Nərminəni aldadıb pulunu mənimsədiklərini demişdir. Nərminə Oqtaya verdiyi pulların yarısını dost tanışından borc almışdir. O, da 5.000 manatı Nərminəyə pul vermişdir. Nərminənin dediyinə görə Oqtayın Nərminədən 55.000 manatdan çox pul almışdır,onu aldatmişdir. Şahid13 ifadələrində göstədi ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur. O, təxminən bir ildən çox müddətdir ki, "xxxx" ASC-dən 5404 0852 3804 6082 nömrəli kartı aldığını, aldığı vaxt dayısı oğlu Təqsirləndirilən şəxs kartı istifadə etmək üçün ondan xahiş etdiyini və kartı istifadə etməsi üçün Oqtaya vermişdir. O, Oqtayın kartı istifadə etdiyi vaxtdan həmin kartın hesabına hansı məbləğdə pulun gəlməsindən xəbəri olmamışdır. Oqtay tutulduqdan sonra ona məlum olmuş ki, Oqtay başqa şəxsləri aldadaraq onların pullarını həmin karta köçürmüşdür. O, bunu bildikdən sonra adına olan həmin hesabı bank vasitəsi ilə ləğv etdirmişdir. Onun adına olan həmin karta göndərilmiş pulların hansı məbləğdə olması və köçürülmüş pulların kim tərəfindən, harada və nə məqsədlə köçürüldüyü barədə məlumatı olmamışdir. Şahid4 ifadələrində göstərdi ki, 2020-2021-ci ildə ünvan 12 ünvanda Nərminə ilə birlikdə qalmışlar. Həmin ilin 2020-ci ilin iyul-fevral ayına qədər Zərərçəkmiş şəxs6 da onlarla birlikdə qalmışdır. Qaldıqları müddətdə Nərminə ev almaq istəyirdi, bu barədə Mehribanın da məlumatı da var idi. Mehriban da Oqtay adlı tanışının olduğunu, Oqtayın bizneslə məşğul olduğunu ev almağında Nərminəyə köməklik göstərə biləcəyini bildirmişdir. Sonradan Oqtay bir neçə dəfə yaşadıqları evə Mehribanla görüşmək üçün gəlmişdir. X25 tanış etdi. Oqtay onun yanında Mehribana dedi ki, onun şirkətləri var, tikinti işi ilə məşğuldur. Mehriban Nərminəyə ipoteka və ya kreditlə ev almaqdansa, Oqtayın əlində evlər olduğunu ondan almağını daha məsləhətli olmasını demişdir. Mehriban həmçinin Nərminəyə sadəcə ilkin ödəniş verəcəyini qalan məbləği isə aybaay ödəyəcəyini demişdir. X30 "Hundai Grandeur” markalı avtomobil və Nərimanov rayonu ərazisində Atatürk parkı ilə üzbəüz binanın altında yerləşən gözəllik salonunu da söz vermişdir. Bunun müqabilində Nərminə Oqtaya müxtəlif vaxtlarda və ünvanlarda dəfələrlə pul vermişdir. 06 oktyabr 2021-ci ildə yaşadığı evdə olan zaman Oqtay gəldi. Həmin zaman Nərminə ondan 1500 manat Oqtaya vermək üçün pul istədi. O da etiraz etmədim və həmin məbləği Nərminəyə vermişdir. Nərminə onun yanında 1500 manat pulu Oqtaya verdi. 16 oktyabr 2020-ci il tarixdə saat 15 radələrində o, işdə olan zaman Nərminə ona zəng edərək 1250 manat pul lazım olduğunu bildirdi. Həmin zaman onun evdə telefon almaq üçün yığdığı pul var idi. O, Nərminəyə həmin 1250 manatı götürə biləcəyini bildirdi. Daha sonra Nərminədən öyrəndi ki, onlar işdə olan zaman Mehriban evə gedib həmin pulu götürmüşdür. Sonradan ona məlum oldu ki, Oqtay Nərminədən ümumilkdə 55.000 manat puldan artıq almış lakin, verdiyi vədlərin heç birinə əməl etməmişdir. Bildirmək istəyir ki, Nərminə ondan aldığı pulları qaytarmışdır. Oqtayın Nərminə xanıma vədlər verdiyini bilir. Nərminə xanımın Oqtaya 55.000 manat pul verməsinin şahidi olmuşdur. Oqtay Nərminədən hissə-hissə pul istəyirdi. Nərminə ev almaq üçün ondan 1500 manat pul alıb Oqtaya verib. O, Oqtaya inanmırdı, Nərminə Mehribana görə Oqtaya inanırdı. Nərminə yanında Oqtayla danışırdı. Oqtayın Nərminəyə pul qaytarmağından xəbəri yoxdur. Oqtay onun kartına 700 manat pul vurub. Qalan pulu ona Nərminə verib. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid3 ifadələrində göstərdi ki, o, tarixləri xatırlamər, Təbrizin vasitəsi ilə Arifəgili tanımış, 4000 manat pulu da ondan onlar alıblar. Pulu ona Oqtay qaytarıb. Pulu ondan almışdılar ki, yoldaşını məktəbə müəllimə təyin etdirsinlər. Yoldaşı ali təhsilini Naxçıvanda almışdı. Lakin onlar özü Bakı şəhərində yaşayırlar. O həmin ərəfədə Oqtayı tanımırdı. İşlərini həll etmədiklərinə görə pullarını tələb etdilər. Lakin qaytarmadılar. O da polisə şikayət etdikdən sonra isə Oqtay pulunu qaytarıb verdi. İfadələrinə əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid6 ibtidai istintaq zamanı göstərmişdir ki, Şahid5 onun qohumudur. O, 2021-ci ilin may ayından etibarən bir neçə ay "xxxx" ASC tərəfindən verilmiş kartının Şakirə vermişdir. O, həmin hesab kartına kölçürülən pullardan xəbəri olmamışdır, 2021-ci ilin iyun ayında kartına köçürülən pulların kim tərəfindən köçürülməsindən və nə məqsədlə köçürülməsindən məlumatsız olmuşdur. Şakirin kartı bir müddət istifadə etdikdən sonra geri qaytarmışdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahid X14 ibtidai istintaq zamanı göstərmişdir ki, bir neçə ildir Nərminəni tanıyır, aralarında dostluq münasibəti vardır. O, 2020-ci ilin sentyabr-oktyabr aylarında Nərminənin zəng edərək 16.000 manat borc olaraq pul istədiyini demiş, o, da Nərminəyə etiraz etməmiş, 16.000 manat pulu vermişdir. O, bir müddət sonra Nərminədən pulu istədikdə sonuncu ona 16.000 manatı və ümumilikdə 55.000 manata yaxın pulu Oqtay adlı şəxsə verdiyini, Oqtayın bunun qarşılığında Nərminəyə «Ağ şəhər» yaşayış kompleksindən ev, «Okean» avtosalonundan «Hyundai Granduer» markalı avtomobil və Bakı şəhər, Nərimanov rayonu, Atatürk prospektində gözəllik salonu almasına köməklik edəcəyinə vəd verdiyini, lakin sonra Oqtay verdiyi vədə əməl etmədi və aldığı pulları qaytarmadı. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid10 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 atasının dostudur. O, İdrisin oğlu Şahid14 Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Biznes və Turizim fakültəsinin 1-ci kursundan Azərbaycan X35 və İdman Akademiyasına köçürmək istədiyini bildirmişdir. İdrisin dediyinə görə onun tanışı Mehriban tanışı Oqtayın vasitəsi ilə köməklik edəcəkdir. 12 iyul 2021-ci ildə saat 10 radələrində İdrislə birlikdə Nərimanov rayonunda “Lavita” adlanan kafeyə getmiş, orda Mehribanla görüşmüşlər İdris oğlunun işinə görə Mehribana 1.500 manat vermiş, İdrisin dediyinə görə 4.000 manat da əvvəl vermişdir. X26 tanışı Oqtay bu işin düzəlməsində heç bir köməklik etməyib və pulu da qaytarmamışdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid12 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, o, Türkiyə Respublikasında yaşayır, lakin Bakı şəhərində işə düzəlmək istədiyi üçün anası Əzizə ilə tanış Svetlana onu Nəqliyyat Departamentinə işə düzəldə biləcəyini söyləmiş və qarşılığında 10.000 manat pul istəmişdir. Türkiyə Respublikasında olarkən anası Əzizə ona 10.000 manat pul vermiş və Bakı şəhərinə gəlmiş, 02 iyul 2021-ci ildə saat 17 radələrində Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığında Svetlana ilə görüşmüş, 10.000 manat pulu Svetlanaya vermiş, sonra da Zərərçəkmiş şəxs6 ilə görüşmüş, Mehriban da tanışları vasitəsi ilə onu Nəqliyyat Departamentində şöbə müdir müavini vəzifəsinə düzəldəcəyini bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid14 ibtidai istintaq zamanı ifadələrində atası Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid11 Zərərçəkmiş şəxs5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, istintaq zamanı xx.xx.2022-ci ildə 1000 manat pulun Zərərçəkmiş şəxs6 "xxxx" ASC-də olan kart hesabına köçürülməsinə dair Şahid5 könüllü olaraq təqdim etdiyi "xxxx" MMC məxsus “eManat” 952 №-li terminalından 7921 №-li qəbz istintaq üçün əhəmiyyətə malik olduğundan götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs X1 Mehriban İbrahim qızının "xxxx"ASC-də olan hesabına müxtəlif məbləğdə pulların köçürülməsinə dair qəbzlərini könüllü olaraq təqdim etmiş, həmin qəbzlərin surətləri istintaq üçün əhəmiyyətə malik olduğundan götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən (eManat) əldə edilmiş məlumata baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci ildə saat 12:28-də Gəncə şəhəri, X44 küçəsində yerləşən 4276 № -li terminalı vasitəsi ilə 550 manat, xx.xx.2021-ci ildə saat 21:33-də Şəmkir rayonu, Çinarlı kəndində yerləşən 4403 № -li terminalı vasitəsi ilə 500 manat, xx.xx.2021-ci ildə saat 10:28-də Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən 4531 № -li terminalı 250 manat, xx.xx.2021-ci ildə saat 17:13-də Şəmkir rayonu, Duzqışlaq kəndində yerləşən 4406 № -li terminaldan 1000 manat və xx.xx.2021-ci ildə saat 15:39-də Şəmkir rayonu, Duzqışlaq kəndində yerləşən 4406 №-li terminaldan 1000 manat pul Zərərçəkmiş şəxs8 tərəfindən Zərərçəkmiş şəxs6 "xxxx"ASC-də olan hesabına köçürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən (Milliön) əldə edilmiş məlumata baxış zamanı müəyyəm edilmişdir ki, xx.xx.2021-ci ildə saat 13:39-da Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən 21046 №-li Milliön terminalından 1000 manat və 13:41-də 700 manat pul Zərərçəkmiş şəxs8 tərəfindən Zərərçəkmiş şəxs6 "xxxx"ASC-də olan hesabına köçürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Şahid13 könüllü olaraq təqdim etdiyi "xxxx" ASC-də olan hesabından çıxarışı götürülmüşdür. Təqdim edilmiş çıxarışa baxış zamanı Zərərçəkmiş şəxs7 ifadəsində göstərdiyi məbləğdə və vaxtda Şahid13 "xxxx" ASC-də olan hesabına mədaxillər olduğu öz təsdiqini tapmışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 dindirmə protokoluna əlavə edilmiş qəbzə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, “Milliön” elektron ödəmə sisteminin 12031 №-li terminalından xx.xx.2021ci ildə saat 18:24-də Şahid13 "xxxx" ASC-də olan hesabına 1.600 manat pul köçürülmüşdür. Beləliklə, məhkəmə yuxarıda sadalanan sübutları, Təqsirləndirilən şəxs qismən etirafedici ifadələrini, zərərçəkmiş şəxslərin ifadələrini məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə ittihamda nəzərdə tutulmuş miqdarda zərərin vuruluması tam sübuta yetirildiyindən məhkəmə onun əməllərinin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutlan cinayət əməlini qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs ifadələrinin təqsirini inkar etdiyi hissələrini özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Çünki onun bu ifadələrini təsdiq edən sübut müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli qəsdən törətməsi qənaətinə gəldiyindən onların bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmədə, Təqsirləndirilən şəxs təyin ediləcək cəza növünü müəyyən edərkən onun ittiham olunduğu cinayət əməlinin xarakterini, təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin törədilmə şəraitini, hallarını və nəticələrini nəzərə alıb onun barəsində azadlıqdan məhrum etmə növündə cəzadan daha yüngül cəza təyin edilməsi üçün əsas müəyyən olunmadı. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını təyin edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs X10 8000 (səkkiz min) manat, Zərərçəkmiş şəxs3 5500 (beş min beş yüz) manat, Zərərçəkmiş şəxs7 54350 (əlli dörd min üç yüz əlli) manat zərər vurduğu müəyyən olundu. Zərərçəkmiş şəxs7 mülki iddia vermək üçün 303 (üç yüz üç ) manat, Zərərçəkmiş şəxs3 isə 75 (yetmiş beş) manat dövlət rüsumu ödədiyi, ümumilikdə Zərərçəkmiş şəxs7 54653 (əlli dörd min altı yüz əlli üç) manat, Zərərçəkmiş şəxs3 isə 5575 (beş min beş yüz yetmiş beş) manat, X10 8000 (səkkiz min) manat pul vəsaiti ödənilməli olması müəyyən olundu. Məhkəmənin qənaətinə əsasən, həmin məbləğlərdə pul vəsaitlərinin dəymiş zərərin əvəzi olaraq Təqsirləndirilən şəxs tutulub X10, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs3 ödənilməlidir. Məhkəmə iddiaları qalan hissədə baxılmamış saxlanılmalısını və onlara mülki iddianın bu hissəsi ilə bağlı mülki icraat qaydasında müstəqil şəkildə mülki iddia qaldıra bilmək hüququnun olmasının izah olunmasını əsaslı sayır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs Respublikası Vəkillər Kollegiyasının üzvü, “Kamandar Nəsibov və partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 70 (yetmiş) saat ərzində hüquqi yardım göstərilməsi və bu səbəbdən ona 420 (dörd yüz iyirmi) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə həmin məbləğin dövlət büdcəsi hesabına ödənilməsini və Təqsirləndirilən şəxs həmin məbləği ödəməkdən azad olunmasını əsaslı sayır. Məhkəmədə təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi himayəsində bir azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxs X27 vurulmuş maddi ziyanın tamamilə ödənilməsini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barələrində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə cəzaçəkmə müəssisəsinin növünü müəyyən edən qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu tarixdən, yəni 16 dekabr 2021-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin edələcək cəzanın müddətini müəyyən edərkən onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını və təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 ( yeddi ) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 vurduğu ziyanın əvəzi olaraq 5500 (beş min beş yüz) manat tutulub Zərərçəkmiş şəxs3 ödənilsin. Zərərçəkmiş şəxs7 və X8 Təqsirləndirilən şəxs qarşı mülki iddiaları qismən təmin edilsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 vurduğu ziyanın əvəzi olaraq 54350 (əlli dörd min üç yüz əlli) manat və mülki iddia vermək üçün zərərçəkmişin ödədiyi 303 ( üç yüz üç ) manat dövlət rüsumu olmaqla ümumilikdə 54653 (əlli dörd min altı yüz əlli üç) manat Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs7, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X10 vurduğu ziyanın əvəzi olaraq 8000 (səkkiz min) manat Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs7 ödənilsin. İddialar qalan hissədə baxılmamış saxlanılsın və onlara mülki iddianın bu hissəsi ilə bağlı mülki icraat qaydasında müstəqil şəkildə mülki iddia qaldıra bilmək hüquqlarının olması izah olunsun. Dövlət büdcəsi hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Kamandar Nəsibov və partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 420 ( dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Vəkillər X15 və Tədris Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar