Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-306/2024 12.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X13 və X3 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, müdafiəçi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ş, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini əldə edib saxlamaqla daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 07:30-da Xətai RPİ-nin 35ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanının qarşısında saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-nə gətirilmiş və orada üzərinə müfadiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sol yan cibindən 1 ədəd sellofan kəsiyinə bükülmüş halda təmiz çəkisi 9,887 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 ədəd sellofan kəsiyinə bükülmüş halda ayrı-ayrılıqda təmiz çəkisi 12,575 qram və 3,074 qram, ümumi təmiz çəkisi 15,649 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir və narkotik vasitəni bədənində ağrılar olduğu üçün daim qəbul edir. Narkotik vasitəni şəxsi istifadəsi üçün tanımadığı, nömrələrini xatırlamadığı Qabil, Elçin və digər şəxslərdən almışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə, yəni tutulan gün axşam saatlarında Hövsan qəsəbəsində Qabil adlı şəxslə görüşərək 18 manata 0,5 qram narkotik vasitə almış və axşam saatlarında təqribən saat 20:00-21:00 radələrində Hövsan qəsəbəsindən qayıdarkən Naxçıvanski dairəsi adlanan yerdə polis əməkdaşları özlərini təqdim edərək ona yaxınlaşmış, ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu bildirilərək, xidməti avtomobilə əyləşdirib Xətai RPİ-yə gətirilmişlər. Sonradan, yəni xx.xx.2023-cü il tarixdə o, Xətai RPİnin 35-ci PB-nə aparılmış, orada ona onların dediklərini edəcəyi təqdirdə narahat olmamasını bildirmiş, o da ona təqdim edilən sənədləri imzalamışdır. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, hər gün narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qəbul etdiyinə görə onun aludəçisi olmuş və qəbul etmədiyində bədənində müxtəlif ağrılar olmuş, ona görə də, hər gün tanımadığı şəxslərdən ya narkotik vasitə olan heroin, ya da ki, psixotrop maddə sayılan metamfetamin alaraq qəbul etmişdir. Bundan başqa o, heç yerdə işləmədiyindən özü üçün naroktik vasitə və psixotrop maddə metamfetamin əldə etmək üçün adətən Rüfət adlı tanışından almışdır. 10 yanvar 2023-cü il tarixdə saat 06 radələrində yaşadığı evin yaxınlığında olan zaman tanışı X1 özünə məxsus mobil telefondan Rüfətin işlətdiyi, lakin hal-hazırda xatırlamadığı mobil telefonuna zəng edərək ondan satmaq üçün nisyə olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almaq istədiyini bildirmişdir. Rüfət isə ona razılıq verərək bildirmişdir ki, onunla Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsində görüşüb ondan nisyə olaraq 10 qram heroin və təxminən 16 qram metamfetamin ala bilər. O, Rüfətə razılığını bildirmiş və təxminən 15 dəqiqədən sonra onunla Bakı şəhəri, P.Həşimov küçəsində görüşmüş və o, ona 1 bükümdə narkotik vasitə olan heroin və 2 ədəd bükümdə psixotrop maddə metamfetamin vermişdir. O, Rüfətə bildirmişdir ki, o, bir neçə günə ondan aldığı narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin plunu verəcəkdir. Daha sonra o, oradan yaşadığı ev istiqamətinə getmişdir. Yolda olarkən Rüfətin ona satdığı narkotik vasitə olan heroinin bir qismindən istifadə etmiş qalan hissəsini isə əynində olan gödəkçənin sol cibinə qoymuşdur. O, yaşadığı evə, yəni Bakı şəhəri, Xətai rayonu, E.Şükürlü küçəsində piyada tək hərəkət edən zaman iki nəfər özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər ona yaxınlaşaraq narotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmağında şübhəli bilindiyinə görə onu Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. O, həmin polis əməkdaşlarına öz razılığını bildirmiş və onlar onu əllərini ciblərinə salmağa imkan verməyərək 35-ci Polis Bölməsinin inzibati binasına gətirmişlər və daha sonra həmin bölmənin təhqiqatçısı tərəfindən dəvət olunmuş vəkilin iştirakı və videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması bildirilmiş və ona hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçı ona üzərində dövriyyəsi qadağan olunmuş hər hansı əşya və predmetin olması ilə maraqlanmış və o, bildirmişdir ki, əynində olan gödəkçənin sol yan cibində psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin var və həmin maddələri cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Həmin 3 ədəd büküm hər biri ağ rəngli sellofana bükülmüş vəziyyətdə olmuşdur. Təhqiqatçı tərəfindən həmin bükümlər açılmış və bükümün birində qəhvəyi rəngli toz şəkilli, spesifik iyli, narkotik vasitə olan heroinə bənzər maddə, digər 2 bükümdə isə ağ rəngli, kristal şəkilli, spesifik iyli ola psixotop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Həmin maddələrin nə olduğu və haradan əldə etməsi soruşulduqda, həmin bükümlərin birində narkotik vasitə olan heroin, digər ikisində isə psixotrop maddə olan metamfetamin olması, həmin maddələri həmin günü səhər saatlarında tanışı Rüfət adlı şəxsdən yaşadığı evin yanında satmaq və öz istifadə etməsi məqsədi ilə nisyə olaraq götürdüyünü bildirmişdir. Bundan sonra həmin bükümlər elektron tərəzi vasitəsi ilə çəkilmiş və bir bükümün çəkisi 10,85 qram, digər iki ədəd bükümün isə çəkiləri birinin 13,57 qram digərinin isə 3,35 qram olması müəyyən olunmuşdur. Həmçinin ifadəsində bildirmişdir ki, Anar Abbasovu tanısa da, ona narkotik vasitə və ya psixotop maddə satmamış, Anar Abbasov yalan danışmışdır. O, bir neçə dəfə Rüfət Fətullayevdən narkotik vasitə və psixotrop maddə metamfetamin alıb digər tanışlarına satmış, lakin həmin tanışlarının heç bir anket məlumatlarını bilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onu xx.xx.2023-cü il tarixdə axşam saatlarında saxlanılarkən üzərində yalnız narkotik vasitə olan heroin olmuş, psixotrop maddə olan metamfetamin isə ona aid olmamışdır, polis əməkdaşı tərəfindən ona yalnız birdəfə maşına əyləşdirilən zaman fiziki təsir göstərilmiş və o, bunun davam edəcəyini düşünərək istintaq dövründə etiraf edici ifadələr vermiş və sənədləri imzalamışdır. Həmçinin bildirmişdir ki, onun üzərində hər hansı xəsarət olmamış, həmçinin polis əməkdaşının qanunsuz hərəkətləri ilə bağlı heç bir orqana vəsatət və ya şikayət verməmişdir. Bundan başqa o, özünə məxsus karta mədaxil olan pulların adını bilmədiyi oyun üçün adını xatırlamadığı şəxslərdən kod almaq məqsədi ilə köçürüldüyünü bildirmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının və qadın olmasını, əvvəllər məhkum olunmamasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan video görüntülər, sonuncuya məxsus bank kartı hesabından olan çıxarışlarla və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 35ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin qəbulu və üzərində daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən PB-nə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə PBnin rəisinə raportla məruzə edilmiş, rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar bölmə rəis tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai Rayon Məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Keçirilmiş ilkin əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, E.Şükürlü küçəsi, ev 15 ünvanının qarşısı və ətraf ərazilər tərəflərindən əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin tarixdə, saat 07:30-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, E.Şükürlü küçəsi, ev 15 ünvanının qarşısı ilə piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq xidməti vəqisələrini göstərib özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini xahiş etmiş, o, özünü təqdim etdikdən sonra, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər, o da, heç bir etiraz etməyərək razılaşmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs PB-də şəxsiyyəti dəqiqləşdirildikdən sonra bu barədə raport yazılıb bölmə rəisinə məruzə edilmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra PB-nə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Sonuncuya hüquq və vəzifələri izah edilərək dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki yaşıl rəngli qış gödəkçəsinin sol cibindən hər biri şəffaf rəngli sellofana bükülmüş 01 ədəd içərisində spesifik iyə malik, qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə hesab edilən heroinə bənzər və 02 ədəd içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyə malik olan psixotrop maddə metamfetaminə oxşar maddə maddələr olan bükümləri çıxarıb təqdim edərək həmin maddələrin heroin və metamfetamin olduğunu, həmin maddələri xx.xx.2023-cü il tarixdə, saat 06 radələrində yaşadığı evin yaxınlığından Rüfət adlı tanışından 200 manat müqabilində sonradan pulunu ödəmək şərti ilə razılaşmaqla şəxsi istifadəsi və satış məqsədilə aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr “Çin” istehsalı olan elektron tərəzi ilə çəkilmiş, heroinə bənzər maddənin çəkisinin 10,85 qram, metamfetaminə bənzər maddənin isə 13,57 və 3,35 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükümlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 154 saylı möhürü ilə möhürlənərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və həmin protokolla tanış olaraq iştirakçılarla birgə imza etmişdir. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, tərəflərindən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 07:30-da Bakı şəhəri, Xətai rayonu, E.Şükürlü küçəsi, ev 15 ünvanının qarşısı ilə piyada hərəkət edərkən saxlamışlar, sonuncuya qarşı onlar tərəfindən hər hansı zorakı, fiziki və psixi hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş hazırda Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi Şahid2 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs əynindəki yaşıl rəngli qış gödəkçəsinin sol cibindən hər biri şəffaf rəngli sellofana bükülmüş 01 ədəd içərisində spesifik iyə malik, qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə hesab edilən heroinə bənzər və 02 ədəd içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyə malik olan psixotrop maddə metamfetaminə oxşar bükümləri çıxarıb təqdim edərək həmin maddələrin heroin və metamfetamin olduğunu, həmin maddələri xx.xx.2023-cü il tarixdə, saat 06 radələrində yaşadığı evin yaxınlığından Rüfət adlı tanışından 200 manat müqabilində sonradan pulunu ödəmək şərti ilə razılaşmaqla şəxsi istifadəsi və satış məqsədilə aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr “Çin” istehsalı olan elektron tərəzi ilə çəkilmiş, heroinə bənzər maddənin çəkisinin 10,85 qram, metamfetaminə bənzər maddənin isə 13,57 və 3,35 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükümlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 154 saylı möhürü ilə möhürlənərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və həmin protokolla tanış olaraq iştirakçılarla birgə imza etmişdir. Məhkəmə iclasında Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, tərəflərindən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 07:30-da Bakı şəhəri, Xətai rayonu, E.Şükürlü küçəsi, ev 15 ünvanının qarşısı ilə piyada hərəkət edərkən saxlamışlar, sonuncuya qarşı onlar tərəfindən hər hansı zorakı, fiziki və psixi hərəkətlər edilməmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi CMS – AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, hazırki cinayət işi məhkəmənin hakimi Azər Tağıyevin icraatına xx.xx.2023-cü il tarixdə verilmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 83-88-ci vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023cü il tarixdən hesablanmaqla 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 180-181-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclasının yekun qərarı elan edilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 195-196-cı vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 40-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/130 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 154” dairəvi möhür əksi olan “vətəndaş Təqsirləndirilən şəxs üzərindən... sözləri, soyad və imzalar qeyd edilmiş 01 ədəd zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 9,887 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 12,575 qram, 3,074 qram ümumi təmiz çəkisi 15,649 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin və metamfetamin kimyəvi tərkiblərinə görə müxtəlif olduğundan onlar arasında müqayisəli tədqiqatın aparılması mümkün deyildir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 15,649 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq- 15,549 qram. Heroinin təmiz çəkisi – 9,887 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 9,837 qram. Cinayət işinin 41-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 148-149-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 233 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 153-160-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunan və ekspertiza keçiriləndən sonra qalıq qalmış təmiz çəkisi 15,549 qram psixotrop maddə olan metamfetamin və 9,837 qram narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınaraq Bakı Şəhəri Xətai RPİ-nin məsul saxlanca təhvil verilmiş və digər maddi sübut şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 128-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş DVD-R diskinə məhkəmə iclasında baxış keçirilən zamanı müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə saat 08:25-dən 08:38-dək Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-də qeydə alınmışdır. Həmin bölmənin baş təhqiqatçısı İ.C.Heydərov bölməyə gətirilmiş Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra sonuncunun üzərinə xidməti otağda şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı sonuncu əynində olan yaşıl rəngli qış gödəkçəsinin sol cibindən hər biri şəffaf rəngli sellofana bükülmüş 01 ədəd içərisində spesifik iyə malik, qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə hesab edilən heroinə bənzər və 02 ədəd içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyə malik olan psixotrop maddə metamfetaminə oxşar maddə maddələr olan bükümləri çıxarıb təqdim edir. Sonuncu həmin maddələrin heroin və metamfetamin olduğunu, xx.xx.2023-cü il tarixdə, saat 06 radələrində yaşadığı evin yaxınlığından Rüfət adlı tanışından 200 manat müqabilində sonradan pulunu ödəmək şərti ilə razılaşmaqla şəxsi istifadəsi və satış məqsədilə aldığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr “Çin” istehsalı olan elektron tərəzi ilə çəkilir, heroinə bənzər maddənin çəkisinin 10,85 qram, metamfetaminə bənzər maddənin isə 13,57 və 3,35 qram olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükümlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 154 saylı möhürü ilə möhürlənərək götürülür, bununla bağlı protokol tərtib edilir və həmin protokolla tanış olaraq iştirakçılarla birgə imza edilir. Cinayət işinin 218-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs sorğu zamanı zədə almadığını bildirmişdir. Bədəninə baxış keçirən zaman qarnın sağ aşağı və ön hissəsində cərrahı əməliyyatdan sonrakı köhnə çapıq toxumalar aşkar edilmişdir. İlkin tibbi müayinə zamanı anamnestik məlumatlarına əsasən 7-8 il əvvəl ağ ciyər vərəminə görə müalicədə olub, ovarioektomiya cərrahı əməliyyatı keçirib, 2017-ci ildə xolesistoektomiya cərrahı əməliyyatı keçirib. İlkin tibbi müayinəsinin nəticəsi olaraq ona “Narkomaniya, xolesistoektomiya cərrahı əməliyyatdan sonrakı vəziyyət” diaqnozları qoyulmuşdur. Cinayət işinin 221-222-ci vərəqələrində olan Bakı Şəhəri Xətai RPİ-nin xx.xx.2023-cü il tarixli məktubuundan və tutulmuş və ya həbs edilmiş şəxslərin tam axtarışı haqqında 09 saylı protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xətai RPİ-nin müvəqqəti saxlama yerinə qəbul olunmuş, sonuncu qəbul olunan zaman onun bədənində heç bir xəsarət aşkar olunmamışdır. Cinayət işinin 124-126-cı vərəqələrində olan "xxxx" MMC-dən alınmış Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:11-dən saat 20:14-dən Naxçıvanski mektebli, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 2929-cu məhəllə ünvanında, 20:28-də ünvan 7kı şəhəri, Xətai rayonu, Sadıxcan küçəsində, saat 21:27-də Bakı şəhəri, Xətai rayonu, Dənizçi küçəsində, saat 21:45-dən saat 23:53-dək ünvan 8ndə, saat 23:59-da Bakı şəhəri, Xətai rayonu, Dənizçi küçəsində olmuş, xx.xx.2023-cü il tarixdə saat 00:52-dən 04:26-dək ünvan 8ndə, həmin tarixdə, saat 16:35də və 17:09-da ünvan 8 ünvanında olmuşdur. Cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 16, 29 noyabr və 28 dekabr 2023-cü il tarixli qərarlarından görünür ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxs və müdafiəçisinin vəsatətləri təmin edilərək 09 - 10 yanvar 2023-cü il tarixlərində ***-***-**- **, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinin anten əhatə dairəsi barədə məlumatlar (yazılı qaydada və elektron diskə köçürülməklə) "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülməsinə dair qərarlar qəbul edilmişdir. Cinayət işinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2023 və xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrə 09-xx.xx.2023-cü il tarixlərdə Bakcell şəbəkəsində istifadə olunmamışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin, xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin və xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin Bakı Ağır Cinayətlər Məhkəməsinə həmin məhkəmənin 16, 29 noyabr və 28 dekabr 2023-cü il tarixli qərarlarının icrası ilə bağlı göndərdikləri CD-diskləri məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili Şahid1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten məlumatlarından görünür ki, xx.xx.2023cü il tarixdə, saat 20:04-dən saat 20:15-dək ünvan 10 ünvanında, saat 20:53-də isə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 75 ünvanında, saat 21:25-də ünvan 12ur. Cinayət işinin 136-147-ci vərəqələrində olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş hesablardan çıxarışlarından görünür ki, Təqsirləndirilən şəxs məxsus 4098 58** **** 9210 saylı kartla xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək mütəmadi olaraq müxtəlif məbləğlərdə (40,50-100, 400 və s.) cəmi olaraq dövr üzrə 4860 manat pul vəsaiti mədaxil edilmişdir. Cinayət işinə əlavə edilmiş AZ-İİ seriyalı, 563037 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2007-ci il tarixdə Ağsu rayonundan anadan olmuş, atası X4 anası isə Təqsirləndirilən şəxsdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2012-ci il tarixli xəstənin tibbi kartasından çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs kəskin appendisit, sağ yumurtalığın kistasından əməliyyat olunmuşdur. Cinayət işinə əlavə edilmiş Şirvan Müalicə-Diaqnostika Mərkəzi stasinar xəstənin tibbi kartasından xx.xx.2017-ci il tarixli, № ******* saylı çıxarışdan görünür ki, qısa anamnez, diaqnostik müayinələr, xəstəliyin gedişi, aparılmış müalicə, göndərilmə və çıxarılan zamanı xəstənin vəziyyəti: xəstə sağ qabırğaaltında ağrı, gərginlik, ağızda acılıq, ağrıların döş qəfəsinin sağ yarısına yayılması şikayətləri daxil olub. Xeyli müddətdir ki, özünü xəstə hesab edir. Xəstəliyi ilə əlaqədar dərman müalicələri qəbul edib. Xəstəyə xx.xx.2017-ci il tarixdə ümumi endotraxeal narkozla “Laparoskopik xolesistektomiya” cərrahi əməliyyatı olunub. Cərrahi əməliyyatdan sonrakı dövrdə xəstəyə sarğı, dərman müalicəsi olunub. Aparılmış müalicələr nəticəsində xəstə yaxşılaşma ilə yaşadığı yerə ambulator müalicəyə yazılmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama, satma və daşıma cinayətini törətməsini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD-R diskdə olan videogörüntülərlə, ekspert rəyləri, ona məxsus bank kartı hesabından olan çıxarışlarla və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan metamfetaminin şəxsi istehlak miqdarından təxminən 104 dəfə 2 büküm olması, külli miqdarından təxminən 7.8 dəfə, narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından təxminən 66 dəfə, külli miqdarından təxminən 4.9 dəfə artıq və 1 büküm olması sonuncunun narkotik vasitələrin məhz satış məqsədi ilə əldə edildiyini bir daha təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onlarınprekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci iltarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi və narkotik vasitənin heroini özünün istifadəsi üçün əldə etməsi barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, şəxsi axtarış və götürmə aparılması (i/v 31-33), şübhəli şəxsin izahatından (i/v 38-39), şübhəli şəxsi dindirmə (i/v 51-54), təqsirləndirilən şəxsin dindirmə (i/v 67-70), təqsirləndirilən şəxsi əlavə dindirmə (i/v 75-76) protokollarından və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan görünür ki (i/v 83-88), təqsirləndirilən şəxs istər məhkəməyədək istintaq dövründə istərsədə məhkəmə iclasında törətdiyi əməli tam etiraf etdiyini, əməlindən peşmançılıq çəkdiyini və bir daha belə hərəkətlərə yol verməyəciyini bildirmiş,məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarış gedişatını əks etdirən DVD-R diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli qış gödəkçəsinin sol cibindən hər biri şəffaf rəngli sellofana bükülmüş 01 ədəd içərisində spesifik iyə malik, qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə hesab edilən heroinə bənzər və 02 ədəd içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyə malik olan psixotrop maddə metamfetaminə oxşar maddələri təqdim edir. Sonuncu həmin maddələrin heroin və metamfetamin olduğunu, xx.xx.2023-cü il tarixdə, saat 06 radələrində yaşadığı evin yaxınlığından Rüfət adlı tanışından 200 manat müqabilində sonradan pulunu ödəmək şərti ilə razılaşmaqla şəxsi istifadəsi və satış məqsədilə aldığını bildirir (i/v 31-33). Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixdə axşam saatlarında təqribən saat 20:00-21:00 radələrində Hövsan qəsəbəsindən qayıdarkən Naxçıvanski dairəsi adlanan yerdə saxlandığını bildirsə də, məhkəmə iclasında göstərdiyi fakt öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan (***-***-**-**) və əməliyyat müvəkkili Şahid1 istifadəsində olan (***-***-**-**) mobil telefon nömrələrinin anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:11-dən saat 20:14-dən Naxçıvanski mektebli, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 2929-cu məhəllə ünvanında, 20:28-də ünvan 7kı şəhəri, Xətai rayonu, Sadıxcan küçəsində, saat 21:27-də Bakı şəhəri, Xətai rayonu, Dənizçi küçəsində, saat 21:45-dən saat 23:53-dək ünvan 8ndə, saat 23:59da Bakı şəhəri, Xətai rayonu, Dənizçi küçəsində, Şahid1 isə xx.xx.2023-cü il tarixdə, saat 20:04-dən saat 20:15-dək ünvan 10 ünvanında, saat 20:53-də isə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 75 ünvanında, saat 21:25-də ünvan 13ar. Bundan əlavə məhkəmə iclasında Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC tərəfindən verilmiş 4098 58** **** 9210 saylı kart hesabı çıxarışından görünür ki, həmin kart hesabına mütəmadi olaraq müxtəlif məbləğlərdə xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək (40,50-100, 400 və s. məbləğ) cəmi olaraq 4860 manat pul vəsaiti mədaxil edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs karta mədaxil olan pulların adını bilmədiyi, oyun üçün adını xatırlamadığı şəxslərdən kod almaq məqsədi ilə köçürüldüyünü bildirmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında yalnız narkotik vasitə hesab edilən heroindən istifadə etməsini bildirsə də, məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 233 saylı rəyi ilə müəyyən olunmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs yalnız opioidlərin deyil eyni zamanda psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında məhkəməyədək istintaq dövründə polis əməkdaşı tərəfindən ona qarşı qanunsuz hərəkət edilməsini bildirsə də, sonuncu həmin polis əməkdaşı barəsində hər hansı orqana vəsatət və ya şikayət verməmişdir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının və qadın olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, üzərindən aşkar edilən narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin miqdarını (heroinin təmiz çəkisi – 9,837 qram, metamfetaminin təmiz çəkisi – 15,549 qram), təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 233 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, şəxsi axtarışın gedişatını əks etdirən iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD-R diski cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübut Bakı şəhəri Xətai RPİ-nin məsul saxlancda saxlanılan və keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 15,549 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 9,837 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Xətai RPİ-nin məsul saxlancda saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 15,549 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 9,837 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 33 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-306/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-306/2024
12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver