Məhkəmə qərarları › İş №1(101)-306/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-306/2025

25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-306/2025 25.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X7 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru - Dövlət ittihamçısı1, Müdafiəçi – “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi Mübariz oğlunun, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Lerik rayonu, Babaküçə kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, X11, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda xarici görünüşünə və kimyəvi tərkib komponetlərinə görə eyni olan 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,580 qram və 1,640 qram ümumi təmiz çəkisi 8,220 qram 28 iyun 2005-ci il tarixli «Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxil edilən ağ rəngli kristal şəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 18 yanvar 2024-cü il tarixdə saat 23:30 radələrində Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən «Məxməri» kafesinin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilmiş və orada video çəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən xarici görünüşünə və kimyəvi tərkib komponetlərinə görə eyni olan 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,580 qram və 1,640 qram ümumi təmiz çəkisi 8,220 qram ağ rəngli kristal şəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o 2024-cü il yanvar ayının 18-i saat 19-20 radələrində Binə qəsəbəsində yerləşən “Məxməri” çay evində oturmuşdur. Bir az sonra mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmış və polis olduqlarını bildirmişlər. Daha sonra onu kafenin mətbəxinə aparmışlar, oradakı xanımları isə çölə çıxarmışlar. Polis əməkdaşlarından birinin əlində nəsə büküm olmuşdur. Həmin bükümü onun cibinə atmışdır. Daha sonra üzərinə baxış keçirmişlər və üzərindən narkotik vasitə çıxmışdır. Həmin bükümün ondan nə olduğunu soruşduqda, o cavabında həmin bükümün narkotik vasitə olduğunu, lakin həmin bükümün onun olmadığını bildirmişdir. Daha sonra onu bölməyə aparmışlar və narkotik vasitənin onun olduğunu qəbul etməsi üçün təzyiq etmişlər. O qəbul etməyəcəyini dedikdə, polis əməkdaşları evindən daha çox miqdarda narkotik vasitə çıxaracaqlarını bildirmişlər. O qanunla qadağan olunan heç bir şey istifadə etməmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, polis əməkdaşlarının onu nə üçün saxladığını bilmir. Onu ittiham aktında qeyd olunduğu kimi saat 23:30-da yox, saat 19-20 radələrində saxlamışlar. Belə ki, o, saatı polis əməkdaşları onun telefonunu götürərkən ekranda görmüşdür. Ona qarşı idarədə fiziki zor tətbiq etmişlər. Narkotik vasitəni qəbul etməsə, evindən daha çox narkotik vasitə və silah çıxaracaqlarını bildirmişlər. Həbs qətimkan tədbiri ilə bağlı təqdimata baxılarkən məhkəmədə də o, özünü təqsirli bilmədiyini demişdir. O özü X11nda yaşayır. Üzərinə axtarışı kafenin mətbəxində keçirmişlər. Onu kafedən birbaşa idarəyə, daha sonra isə bölməyə aparmışlar. Bölmədə saat 00:30 radələrində üzərinə baxış keçirmişlər. “Məxməri” çay evi ilə bölmə arasında təxminən 20 dəqiqəlik məsafə vardır. Həmin vaxt üzərində ***- ***-**-** saylı mobil nömrə olmuşdur. Müdafiəçi videoçəkilişdən sonra gəlmişdir. Narkotik vasitələrin onun olmadığını müdafiəçisinə demişdir. O, vəkildən imtina etməmiş və vəkildən imtina ilə bağlı ərizə verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələrə özü qol çəkmişdir. MSY-yə daxil olarkən fiziki zor tətbiq edildiyini demişdir. O, barəsində həbs qətimkan tədbiri seçilən zaman keçirilən məhkəmə iclasında ona qarşı fiziki zor tətbiq edildiyini demişdir. Polis əməkdaşları ona fiziki təsir olduğunu məhkəmədə deməməyini bildirmişlər. Polis əməkdaşlarının onu hansı səbəbə saxlamasını başa düşmür. Birinci dəfə tutulan zaman məhkəmə iclasında təzyiq altında olduğu üçün fiziki zor tətbiq edildiyini və narkotik vasitələrin ona yükləndiyini deməmişdir. O 2-3 aydır ki, narkotik vasitə istifadə etdiyini demişdir. Birinci məhkəmə iclasında əməli boynuna almağının səbəbi birinci dəfə tutulmağı və təzyiq altında olmağı olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, Rüstəm adlı polis əməkdaşını idarədə görmüşdür. Onu 3 nəfər polis əməkdaşı saat 19:30 radələrində saxlamış və idarəyə aparmışlar. Gecə 00 radələrində isə onu 30-cu Polis Şöbəsinə aparmışlar. Onu saxlayan şəxslərdən biri videoçəkilişdə iştirak etmişdir. Rüstəm adlı polis əməkdaşı onu döyməmişdir. Üzərindən aşkar edilmiş xəsarətlər o axtarışla bağlı saxlanılan zaman polis əməkdaşları tərəfindən ona yetirilmişdir. Onu polis əməkdaşları saxlayan zaman içkili olmuşdur. O idarədə ayılmış, bu səbəbdən xəsarətlərin hansı şəraitdə ona yetirildiyini xatırlamır. Üzərinə şəxsi axtarış keçirilən zaman müdafiəçi iştirak etməmiş, belə ki, müdafiəçi sonradan gəlmişdir. Həbib adlı polis əməkdaşı onu tutan zaman iştirak etmiş və ona qarşı fiziki təsir göstərmişdir. O ilk dəfə saxlanan zaman ona fiziki təsir göstərilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tərəflərin razılığı ilə elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2 ay aydır ki, müxtəlif narkotik vasitələrdən istifadə edir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu, X11ndan adını bilmədiyi şəxsdən 120 manat pulun müqabilində özünün istifadəsi üçün iki ədəd pisxotrop maddə metamfetamini əldə edib bir qismini istifadə etdikdən sonra üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 23:30 radələrində yaşadığı Suraxanı rayonu, X11 «Məxməri» kafesinin yaxınlığında olduğu zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş və ondan özünü təqdim etməyini xahiş etmişlər. O, da Təqsirləndirilən şəxs olduğunu dedikdən sonra onu yaxınlıqda olan Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirmişlər. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, da buna etiraz etməmiş və ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, da üzərində, yəni əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı iki ədəd içərisində pisxotrop maddə metamfetamin hesab edilən bükümləri çıxardaraq təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə metamfetamin kimi tanıdığı pisxotrop maddədir. xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu, Binə Südçülük savxozundan adını bilmədiyi şəxsdən 120 manat pul ödəyərək aldığını bildirmişdir. Ondan aşkar edilmiş pisxotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 194 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o, və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmışdır. (cild 1, iş vərəqə 66-68) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onun belə ifadə verməsinin səbəbi təzyiq altında olmağı olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMBnin baş əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, 2024-cü ilin yanvar ayının ortalarında gecə 00-01 arası daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, digər üzvü isə Şahid2 olmuşdur. Əməliyyat məlumatı əsasında Binə qəsəbəsi ərazisində yerləşən Məxməri çay evinin yaxınlığında xarici görünüşünə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşmışlar və özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 30-cu PB-nə dəvət etmişlər və sonuncu heç bir müqavimət göstərmədən bölməyə gəlmişdir. Bölmədə şəxsin üzərinə axtarış keçirilərkən 02 büküm metamfetamin aşkar edilmişdir. Aşkar edilmiş psixotrop maddəni hardan əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs həmin psixotrop maddəni səhər saatlarında tanımadığı şəxsdən 120 manata əldə etdiyini bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, əməliyyat qrupu o və Şahid2 ibarət olmuşdur. Təqsirləndirilən şəxs Binə qəsəbəsində Məxməri çay evinin yaxınlığında saxlamışlar. Daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitəni gəzdirməsi və daşıması ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs yanında avtomobili olmamışdır. Tərəflərindən şəxsə qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs gecə saatlarında saxlamışlar. Təqsirləndirilən şəxs üzərindən 02 büküm metamfetaminə bənzər maddə aşkar edilmişdir. Səhv etmirsə, şöbəyə gətirilərkən müdafiəçi olmamışdır. O, şəxsi axtarış zamanı iştirak etmişdir. Şəxsi axtarış zamanı o, Şahid2, təhqiqatçı və Təqsirləndirilən şəxs iştirak etmiş, müdafiəçi isə olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əməliyyat zamanı üzərində mobil telefon olmamışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu ərazisində Təqsirləndirilən şəxs mütamadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi və saxlaması barədə Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin NMB-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs Mircəlal oğlunu cinayət başında ifşa etmək məqsədi ilə 18 yanvar 2024-cü il tarixdə o və Suraxanı Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 18 yanvar 2024-cü il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu «Məxməri» kafesinin yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini bildirmişlər. Həmin vaxt həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs birlikdə Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs razılaşaraq birlikdə gəlmiş və şöbənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs ərizə verərək üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 (iki) ədəd siqaretin gümüşü kağızına bükülmüş bükmləri təqdim etmiş və təqdim etdiyi 02 ədəd bükümün içərisində «şüşə» kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, 18 yanvar 2024-cü ilə tarixdə səhər saatlarında Suraxanı rayonu, Binə qəsəbəsindən tanımadığı şəxsdən 120 manat pulun müqabilində özünün istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümün içərisinə baxış zamanı içərisində ağ rəngli kristal şəkilli psixotrop maddəyə oxşar kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürləndi və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. (Cild 2, iş vərəqə 98-100) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Seymur adlı şəxsin narkotik vasitələrin istifadəsi və daşımasında şübhəli bilinməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında Binə qəsəbəsi ərazisində xarici görünüşünə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşmışlar və özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 30-cu PB-nə aparmışlar. Bölmədə şəxsin üzərinə axtarış keçirilərkən 02 büküm narkotik vasitə aşkar edilmişdir. Aşkar edilmiş narkotik maddəni hardan əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs həmin psixotrop maddəni səhər saatlarında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, əməliyyat məlumatında barəsində tədbir keçirilən şəxs barədə anket məlumatları olmuşdur. Şəxsin barəsində hansı əməliyyat-axtrış tədbiri həyata keçirdiklərini xatırlamır. Əməliyyat tədbiri təxminən gecə saatlarında baş vermişdir. Əməliyyat qrupunda o və Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşan zaman sonuncunun tək olub-olmadığını xatırlamır. Təqsirləndirilən şəxs Məxməri çay evinin qarşısında saxlamışlar. Əməliyyat tədbiri dövründə ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilən zaman müdafiəçidən imtina etdiyinə görə müdafiəçi iştirak etməmişdir. Tərəfindən şəxsə fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs saxlanması zamanı mobil telefonu üzərində olmamışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Bakı şəhəri Suraxanı Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsi daşıyır. Bakı şəhəri, Suraxanı rayonu ərazisində Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi va saxlaması barədə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin NMB-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 18 yanvar 2024-cü il tarixdə o və Suraxanı Rayon Polis İdarəsinin NMB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 İmam oğlundan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 18 yanvar 2024-cü il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu «Məxməri» kafesinin yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs Mircəlal oğluna yaxınlaşıb özlərini təqdim etmişlər və sonuncuya özünü təqdim etməsini bildirmişlər. Bu zaman həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirdi. Təqsirləndirilən şəxs onlarla birlikdə Bakı şəhər Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs onlarla razılaşaraq birlikdə gəlmiş və şöbənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması sonuncuya bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs ərizə verərək üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Seymur Mihüseynzadə təklifə əsasən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 (iki) ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümləri təqdim etmiş və təqdim etdiyi 02 ədəd bükümün içərisində «şüşə» kimi tanınan psixotrop maddə metamfetamin olduğunu 18 yanvar 2024-cü ilə tarixdə səhər saatlarında Suraxanı rayonu, Binə qəsəbəsindən tanımadığı şəxsdən 120 manat pulun müqabilində özünün istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümün içərisinə baxış zamanı içərisində ağ rəngli kristal şəkilli psixotrop maddəyə oxşar kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə tərəflərindən müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Mircəlal oğluna qarşı heç bir təzyiq və təsir olunmamışdır. (cild 1, iş vərəqə 101-103) Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 19 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (cild 1, iş vərəqə 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən “Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (cild 1, iş vərəqə 6) xx.xx.2024-cü il tarixli əməliyyat qrupunun təşkil edilməsi barədə protokoldan, xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan və həmin tarixli 54/Ə34/2024 saylı əməliyyat qrupunun yaradılması barədə əmrdən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanması qərara alınmışdır. (cild 1, iş vərəqə 7-10) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, 23:30-da Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük savxozunda olan məxməri çay evinin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmişdir. (cild 1, iş vərəqə 3) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, həmin tarixdə, saat 00:20-də şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən, saat 23:30-dan hesablanmışdır. (Cild 1, iş vərəqə 20-21) xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərar və protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəncli cins şalvarının sağ yan cibindən 02 ədəd bükümdə psixotrop maddəyə oxşar kütlə aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqə 29,32-33) xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 30-cu PŞ-ə ərizə ilə müraciət edərək müdafiəçisi X1 onun üzərində şəxsi axtarış və götürmə aparılmasında iştirakını zəruri hesab etmədiyini, müdafiəçi Eldar Əliyarovun iştirakı olmadan üzərinə şəxsi axtarış və götürmə prosesual hərəkətlərin aparılmasını xahiş etmişdir. (cild 1, iş vərəqə 31) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/352 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “.....3. Təqsirləndirilən şəxs imza.....” yazı və imzalar olan zərfdə 2 ədəd bükümdə kəsiyi hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 6,580 qram və 1,640 qram olmaqla, ümumi çəkisi 8,220 qram olan ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkibli komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. (cild 1, iş vərəqə 40-44) xx.xx.2024-cü il tarixli videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis kapitanı X8 xidməti otağında masa arxasında ayaq üzərində dayanmış vəziyyətdə özünü təqdim etdikdən sonra otaqda olan ayaq üstə dayanmış Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis leytenantı Şahid1 İlham oğlu və polis leytenantı Şahid2 təqdim edir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs ayaq üstə dayanmış vəziyyətdədir. X5 şəxsi axtarış və götürmə aparılması zamanı «Samsung» markalı mobil telefonla video çəkliş aparıldığını bildirir. Şübəli şəxsə özünü təqdim etməsini və anket məlumatlarını soruşaraq saxlanılan şəxsə hüquq vəzifələrini elan etdikdən sonra üzərində hər hansı bir qanunsuz əşyanın olub olmadığını və könüllü olaraq təqdim etməyini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümləri təqdim edir və təqdim etdiyi 02 ədəd bükümün içərisində «şüşə» kimi tanınan psixotrop maddə metamfetamin olduğunu 18 yanvar 2024-cü ilə tarixdə səhər saatlarında Suraxanı rayonu, Binə qəsəbəsindən tanımadığı şəxsdən 120 manat pulun müqabilində özünün istifadəsi üçün aldığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin «Zərflər üçün» 194 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (cild 1, iş vərəqə 52-53) xx.xx.2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsindən, həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (cild 1, iş vərəqə 54-55) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 57-58) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(010)-20/2024 saylı (hakim F.İ.Rzayeva) qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 18 yanvar 2024-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 81-85) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 5(010)-35/2024 saylı qərarından görünür ki, Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 18 yanvar 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qəbul edilmiş qərarın qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmış və həmin qərar qanuni hesab edilmişdir. (cild 1, iş vərəqə 86-88) Telefon məlumatlarına baxış keçirilməsi haqqında 27 mart 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarının və əhatə dairəsinin qeyd olunduğu bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan qeyd edilən mobil nömrəsindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi müxtəlif vaxtlarda müxtəlif antenlər vasitəsi ilə fərqli müddətlərdə danışıqlar və sms yazışmaları aparılması olsa da iş üzrə əhəmiyyət kəsb edən sms yazışmaları və danışıqların aparılması müəyyən edilməmişdir. (cild 1, iş vərəqə 105-108) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 109) Məhkəmə-narkoloji ekspertizasının 09 fevral 2024-cü il tarixli, 821 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixostumlyatorlardan istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyini əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 113-114) Ambulator məhkəmə-psixiatrik ekspertizasının 09 fevral 2024-cü il tarixli 329 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. (cild 1, iş vərəqə 115-116) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(010)-107/2024 saylı qərarından (hakim: Ü.H.Mirzəyeva) görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay, yəni 18 may 2024-cü il tarixədək uzadılmışdır. (cild 1, iş vərəqə 121-125) Sübutların qiymətləndirilməsi haqqında 06 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində Suraxanı Rayon Məhkəməsi tərəfindən seçilmiş “həbs” qismində qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.4-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, iş üzrə CM-nin 234-cü maddəsinin qeyd hissəsinin birinci bəndində göstərilən qayda ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün hər bir əsasların olmaması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 8,220 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 8,120 qram psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Suraxanı RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, iş üzrə "xxxx" MMC-dən daxil olan məlumatlarda adları keçən şəxslərin ifadələri ayrılmış cinayət işi üzrə alınmalı, qeyd edilən cinayət faktı ilə əlaqədar əlaqələrinin olub-olmaması araşdırılmalı və əməllərinə ayrılmış cinayət işində hüquqi qiymət verilməli, şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü özündə əks etdirən 01 ədəd DVD diski iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün istintaq sənədi kimi sübut qismində tanınmış, "xxxx" MMC-dən daxil olan 01 ədəd CD disk iş üzrə sübut növü kimi tanınmamış və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs 02 ədəd bükümlərdə təmiz çəkisi 8,220 qram psixotrop maddə metamfetamini əldə etdiyi istintaqa məlum olmayan şəxsin şəxsiyyətini müəyyən edərək istintaqa təqdim edilməsi məqsədi ilə ********* saylı cinayət işindən ayrıca icraata Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 129-137) Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 06 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır. (cild 1, iş vərəqə 140-141) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(010)-150/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 iyun 2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 171-178) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilmiş, barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. (cild 2, iş vərəqə 29-31) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının verdiyi xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-5879/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq həmin tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. (cild 2, iş vərəqə 40) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. (cild 1, iş vərəqə 41- 42) Məhkəmə-xətşünaslıq ekspertizasının verdiyi 21 fevral 2025-ci il tarixli, 4/169 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 12-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “Ərizə”də “İmza:” qrafasında “Təqsirləndirilən şəxs Mircəlal oğlu” yazılarının qarşısında olan imza; cinayət işinin 14-cü vərəqində olan xx.xx.2024-cü il tarixli (şübhəli şəxsə müdafiəçi seçmək huququnun izah edilməsi haqqında) “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 19-cu vərəqində olan xx.xx.2024-cü il tarixli (vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında) “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 20-ci vərəqində olan xx.xx.2024-cü il tarixli (şübhəli şəxsə tutulması haqqında) “Qərar”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 21-ci vərəqində olan xx.xx.2024-cü il tarixli (şübhəli şəxsin tutulması haqqında) “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 23-24-cü vərəqlərində olan şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında “Bildiriş”in 1-ci vərəqinin aşağı hissəsində olan imzadan, 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 25-26-cı vərəqlərində olan “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında Protokol”un 1-ci vərəqinin aşağı hissəsində olan imzadan, 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 27-ci vərəqində olan xx.xx.2024-cü il tarixli (şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında) “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 28-ci vərəqində olan xx.xx.2024-cü il tarixli /etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında/ “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 29-cu vərəqində olan xx.xx.2024-cü il tarixli /şəxsi axtarış və götürmə aparılması haqqında/ “Qərar”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 31-ci vərəqində olan xx.xx.2024-cü il tarixli “Ərizə”də “İmza:” qrafasında “Təqsirləndirilən şəxs Mircəlal oğlu” yazılarının qarşısında olan imza; cinayət işinin 32-33-cü vərəqlərində olan /şəxsi axtarış və götürmə aparılması haqqında/ “Protokol”un 1-ci vərəqinin aşağı hissəsində “3” qrafasından olan imzadan, 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 34-35-ci vərəqlərində olan “İzahat”ın 1-ci vərəqində “İmza:” qrafalarında olan imzalardan, 2-ci vərəqində “İmza:” qrafalarında “Təqsirləndirilən şəxs Mircəlal oğlu” yazılarının qarşılarında olan imzalar; cinayət işinin 37-ci vərəqində olan xx.xx.2024-cü il tarixli /şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında/ “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 45-ci vərəqində olan xx.xx.2024-cü il tarixli /şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında/ “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 49-cu vərəqində olan 19 yanvar 2024-cü il tarixli (Cinayət prosesi iştirakçısına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında) “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 50-51-ci vərəqlərində olan “Şübhəli şəxsin dindirilməsi haqqında” “Protokol”un 1-ci vərəqində “İmza” qrafasında olan imzadan və aşağı hissəsində olan imza; cinayət işinin 52-ci vərəqində olan 19 yanvar 2024-cü il tarixli (DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə) “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 59-cu vərəqində olan qərarın elan edilməsi ilə bağlı sənəddə “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 60-61-ci vərəqlərində olan 20 yanvar 2024-cü il tarixli /təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə/ “Bildiriş”in 2-ci vərəqində “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 62-63-cü vərəqlərində olan 20 yanvar 2024-cü il tarixli («İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin mətninin izah edilməsi haqqında) “Bildiriş”in 2-ci vərəqində “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 64-cü vərəqində olan 20 yanvar 2024-cü il tarixli (Təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi, bu barədə yazılı bildirişin və ittiham elan etmə barədə qərarın surətinin təqdim olunması haqqında) “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 65-ci vərəqində olan 20 yanvar 2024-cü il tarixli (Cinayət prosesi iştirakçısına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında) “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 66-68-ci vərəqlərində olan 20 yanvar 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” “Protokol”un 1-ci vərəqində “İmza” qrafasında olan imzadan, 2-ci vərəqinin aşağı hissəsində olan imzadan, 3-cü vərəqində “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 70-ci vərəqində olan 20 yanvar 2024-cü il tarixli (Ekspertiza təyin etmək barədə qərarla təqsirləndirilən şəxsi və müdafiəçini tanış etmə barədə) “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 73-cü vərəqində olan 20 yanvar 2024-cü il tarixli (Ekspertiza təyin etmək barədə qərarla təqsirləndirilən şəxsi və müdafiəçini tanış etmə barədə) “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 50-51-ci vərəqlərində olan “Şübhəli şəxsin dindirilməsi haqqında” “Protokol”un 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 80-ci vərəqində olan 20 yanvar 2024-cü il tarixli “Həbsə alma və həbsdə saxlanılmanın qanuni və əsaslı olduğunu təsdiq etmək üçün məhkəməyə təqdim edilən materiallarla təqsirləndirilən şəxsin tanış edilməsi haqqında” “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 126-127-ci vərəqlərində olan 12 aprel 2024-cü il tarixli (ekspert rəyinin təqsirləndirilən şəxsə elan edilməsi haqqında) “Protokollar”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunubolunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar vermiş, habelə ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin məzmununa (dispozisiyasına) görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəlilərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olub-olmaması, olduğu halda onun əməlinə hüquqi qiymət verilməsi, yəni onun əməlinin tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə əvvəlcə bir neçə halın aydınlaşdırılmasını zəruri hesab edir. Belə ki, məhkəmədə araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, 2 ay aydır ki, müxtəlif narkotik vasitələrdən istifadə edir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu, X11ndan adını bilmədiyi şəxsdən 120 manat pulun müqabilində özünün istifadəsi üçün iki ədəd pisxotrop maddə metanfetamini əldə edib bir qismini istifadə etdikdən sonra üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 23:30 radələrində yaşadığı Suraxanı rayonu X11 «Məxməri» kafesinin yaxınlığında olduğu zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş və ondan özünü təqdim etməyini xahiş etmişlər. O, da Təqsirləndirilən şəxs Mircəlal oğlu olduğunu dedikdən sonra onu yaxınlıqda olan Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirmişlər. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, da buna etiraz etməmiş və ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir.O, da üzərində, yəni əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı iki ədəd içərisində pisxotrop maddə metanfetamin hesab edilən bükümləri çıxardaraq təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə metanfetamin kimi tanıdığı pisxotrop maddədir, xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu, X11ndan adını bilmədiyi şəxsdən 120 manat pul ödəyərək aldığını bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Seymur Hüseynzadə tamamilə başqa mövqedən çıxış edərək irəli sürülmüş ittihamın qanunsuz və əsassız olduğunu bildirməklə, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən «Məxməri» kafesinin yaxınlığında, saat 23:30-da deyil, saat 19-20 radələrində kafedə saxlanıldığını, kafedə olan zaman üç nəfər polis əməkdaşının kafeyə daxil olaraq onu kafenin mətbəxinə apardıqlarını, kafenin mətbəxində polislərin onun cibinə büküm qoyduqlarını, üzərinə baxış keçirildiyini, üzərindən büküm aşkar olunduğunu, lakin həmin bükümün onun olmadığını bildirdiyini, daha sonra onun bölməyə aparıldığını, narkotik vasitənin onun olduğunu qəbul etməsi üçün polislər tərəfindən təzyiq olunduğunu, həmin narkotik vasitəni qəbul etməyəcəyi halda polis əməkdaşlarının evindən daha çox miqdarda narkotik vasitə və silah çıxaracaqlarını bildirdiklərini, müdafiəçinin videoçəkilişdən sonra gəldiyini, vəkildən imtina etmədiyini və vəkildən imtina ilə bağlı ərizə vermədiyini, MSY-yə daxil olarkən ona fiziki zor tətbiq edildiyini dediyini, barəsində həbs qətimkan tədbiri seçilən zaman keçirilən məhkəmə iclasında ona qarşı fiziki zor tətbiq olunmasını bildirdiyini, Rüstəm adlı polis əməkdaşını idarədə gördüyünü, onu 3 nəfər polis əməkdaşının saat 19:30 radələrində saxladığını, üzərinə şəxsi axtarış keçirilən zaman müdafiəçinin iştirak etmədiyini, müdafiəçinin sonradan gəldiyini, Həbib adlı polis əməkdaşının ona fiziki təsir göstərdiyini, üzərindən 02 ədəd büküm aşkar edilməsi ilə bağlı ibtidai istintaq zamanı etirafedici ifadə verməsinin səbəbi polislər tərəfindən ona fiziki-psixoloji təzir və təzyiqlərin olduğunu bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsindəki dəlillər irəli sürülmüş ittihamın birbaşa qanuniliyinə və əsaslılığına təsir edən halları təşkil etdiyindən bu hissədə məhkəmə tərəfindən ətraflı araşdırma aparılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-16-20-10/2-17 saylı sorğuya cavab məktubu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 3 saylı istintaq təcridxanasının TSH-da təlimata uyğun olaraq tibbi müayinədən keçirimişdir. Sorğu zamanı həbs edilmiş şəxs zədə almadığını bildirmiş, bədən səthinin müayinəsi zamanı yeni xəsarət izləri aşkar edilməmişdir. Bundan başqa Suraxanı RPİ-nin xx.xx.2025-ci il tarixli, 54/2-412/25 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman heç bir fiziki və psixoloji təsir və təziqə məruz qalmamış, RPİ-nin MSY-ə təhvil verilən zaman heç bir xəsarəti olmadığından bu barədə akt tərtib edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin 23 noyabr 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalması, polis əməkdaşlarının əməllərində Azərbaycan respublikasının CM-nin 293-cü maddəsinin, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərin tərkib əlamətləri olmadığından toplanmış 2092-C-24 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Bu hal artıq ona dəlalət edir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən səmimi olmamış, əksinə işin hallarına uyğun olmayan məlumatlar verərək həqiqəti təhrif etmiş və bununla da məsuliyyətdən yayınmaq istəmişdir. Bundan başqa, məhkəmədə dindirilmiş 2 (iki) polis əməkdaşı ifadə verərək Təqsirləndirilən şəxs iddia etdiyi halları inkar edib Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu Binə qəsəbəsində Məxməri kafesinin yaxınlığında saxlanıldığını, şəxsi axtarış zamanı həqiqətən də sonuncunun üzərindən 02 (iki) ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edildiyini təsdiq etmişlər, habelə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixoloji təzyiq edilməsini inkar etmişlər. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, əksinə tutularkən təzyiqə məruz qalmadığını bildirmiş, həmçinin mötəbərliyi şübhə altına alınmayan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin qəbul etdiyi 23 noyabr 2024-cü il tarixli qərarda istinad edilmiş hallara, həmçinin MSY-nin və istintaq təcridxanasının məhkəmənin sorğusuna əsasən verdiyi məktubda göstərilənlərə əsasən də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Beləliklə, 18 yanvar 2024-cü il tarixdə, saat 23:30 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən «Məxməri» kafesinin yaxınlığında saxlanılması, Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına aparılması, orada həmin tarixdə üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,580 qram və 1,640 qram, ümumi təmiz çəkisi külli miqdarda 8,220 qram olan psixotrop maddə metamfetaminin aşkar edilməsi məhkəmədə öz təsdiqini tapmışdır. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyataxtarış tədbirinə şübhə ilə yanaşması üçün məhkəmədə heç bir hal müəyyən edilməmişdir. Əksinə məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 5(010)-35/2024 saylı qərarı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində 18 yanvar 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərarın qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmış və həmin qərar qanuni hesab edilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən həqiqətən 02 ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdarda 8,220 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis idarəsində olan zaman vəkilin gecə saatlarında, videoçəkiliş aparıldıqdan sonra gəldiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:30-da saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmiş, xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək ona dövlət hesabına müdafiəçi təyin edilməsini xahiş etmiş, Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısının müvafiq qərarı ilə müdafiəçi dəvət edilmiş, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2 xx.xx.2024-cü il tarixli, 007072 saylı orderi təqdim edərək Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməyə başlamış, xx.xx.2024-cü il tarixdə, saat 00:20-də Təqsirləndirilən şəxs hüquqları izah edilməklə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ərizə verərək müdafiəçisi X1 onun üzərində şəxsi axtarış və götürmə aparılmasında iştirakını zəruri hesab etmədiyini, müdafiəçi Eldar Əliyarovun iştirakı olmadan üzərinə şəxsi axtarış və götürmə prosesual hərəkətlərin aparılmasını xahiş etmiş və həmin ərizə Təqsirləndirilən şəxs tərəfindən şəxsən imza edilmişdir Bundan başqa təqsirləndirilən şəxsin müdafiəçisi yazılı vəsatət verərək cinayət işi materiallarında olan bir neçə imza istisna olmaqla qalan imzaların təqsirləndirilən şəxs tərəfindən icra edilmədiyini, cinayət iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsini, ekspert qarşısında məhkəməyədək icraat zamanı çəkilmiş imzaların təqsirləndirilən şəxs tərəfindən icra edilib edilməməsi barədə sual qoyulmasını məhkəmədən xahiş etmiş, işin tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə məhkəmə tərəfindən həmin vəsatət təmin edilərək iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və müvafiq rəy alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə-xətşünaslıq ekspertizasının verdiyi 21 fevral 2025-ci il tarixli, 4/169 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 12-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “Ərizə”də “İmza:” qrafasında “Təqsirləndirilən şəxs Mircəlal oğlu” yazılarının qarşısında olan imza; cinayət işinin 14-cü vərəqində olan xx.xx.2024-cü il tarixli (şübhəli şəxsə müdafiəçi seçmək huququnun izah edilməsi haqqında) “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 19-cu vərəqində olan xx.xx.2024-cü il tarixli (vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında) “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 20-ci vərəqində olan xx.xx.2024-cü il tarixli (şübhəli şəxsə tutulması haqqında) “Qərar”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 21-ci vərəqində olan xx.xx.2024-cü il tarixli (şübhəli şəxsin tutulması haqqında) “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 23-24-cü vərəqlərində olan şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında “Bildiriş”in 1-ci vərəqinin aşağı hissəsində olan imzadan, 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 25-26-cı vərəqlərində olan “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında Protokol”un 1-ci vərəqinin aşağı hissəsində olan imzadan, 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 27-ci vərəqində olan xx.xx.2024-cü il tarixli (şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında) “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 28-ci vərəqində olan xx.xx.2024-cü il tarixli /etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında/ “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 29-cu vərəqində olan xx.xx.2024-cü il tarixli /şəxsi axtarış və götürmə aparılması haqqında/ “Qərar”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 31-ci vərəqində olan xx.xx.2024-cü il tarixli “Ərizə”də “İmza:” qrafasında “Təqsirləndirilən şəxs Mircəlal oğlu” yazılarının qarşısında olan imza; cinayət işinin 32-33-cü vərəqlərində olan /şəxsi axtarış və götürmə aparılması haqqında/ “Protokol”un 1-ci vərəqinin aşağı hissəsində “3” qrafasından olan imzadan, 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 34-35-ci vərəqlərində olan “İzahat”ın 1-ci vərəqində “İmza:” qrafalarında olan imzalardan, 2-ci vərəqində “İmza:” qrafalarında “Təqsirləndirilən şəxs Mircəlal oğlu” yazılarının qarşılarında olan imzalar; cinayət işinin 37-ci vərəqində olan xx.xx.2024-cü il tarixli /şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında/ “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 45-ci vərəqində olan xx.xx.2024-cü il tarixli /şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında/ “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 49-cu vərəqində olan 19 yanvar 2024-cü il tarixli (Cinayət prosesi iştirakçısına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında) “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 50-51-ci vərəqlərində olan “Şübhəli şəxsin dindirilməsi haqqında” “Protokol”un 1-ci vərəqində “İmza” qrafasında olan imzadan və aşağı hissəsində olan imza; cinayət işinin 52-ci vərəqində olan 19 yanvar 2024-cü il tarixli (DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə) “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 59-cu vərəqində olan qərarın elan edilməsi ilə bağlı sənəddə “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 60-61-ci vərəqlərində olan 20 yanvar 2024-cü il tarixli /təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə/ “Bildiriş”in 2-ci vərəqində “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 62-63-cü vərəqlərində olan 20 yanvar 2024-cü il tarixli («İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin mətninin izah edilməsi haqqında) “Bildiriş”in 2-ci vərəqində “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 64-cü vərəqində olan 20 yanvar 2024-cü il tarixli (Təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi, bu barədə yazılı bildirişin və ittiham elan etmə barədə qərarın surətinin təqdim olunması haqqında) “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 65-ci vərəqində olan 20 yanvar 2024-cü il tarixli (Cinayət prosesi iştirakçısına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında) “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 66-68-ci vərəqlərində olan 20 yanvar 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” “Protokol”un 1-ci vərəqində “İmza” qrafasında olan imzadan, 2-ci vərəqinin aşağı hissəsində olan imzadan, 3-cü vərəqində “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 70-ci vərəqində olan 20 yanvar 2024-cü il tarixli (Ekspertiza təyin etmək barədə qərarla təqsirləndirilən şəxsi və müdafiəçini tanış etmə barədə) “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 73-cü vərəqində olan 20 yanvar 2024-cü il tarixli (Ekspertiza təyin etmək barədə qərarla təqsirləndirilən şəxsi və müdafiəçini tanış etmə barədə) “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 50-51-ci vərəqlərində olan “Şübhəli şəxsin dindirilməsi haqqında” “Protokol”un 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 80-ci vərəqində olan 20 yanvar 2024-cü il tarixli “Həbsə alma və həbsdə saxlanılmanın qanuni və əsaslı olduğunu təsdiq etmək üçün məhkəməyə təqdim edilən materiallarla təqsirləndirilən şəxsin tanış edilməsi haqqında” “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 126-127-ci vərəqlərində olan 12 aprel 2024-cü il tarixli (ekspert rəyinin təqsirləndirilən şəxsə elan edilməsi haqqında) “Protokollar”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunubolunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən heç bir sübut yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulanadək onun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə və psixotrop maddə satması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni əməliyyat orqanı onun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv və dəqiq məlumata sahib olmamışdır. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən iki bükümdə külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi özü-özlüyündə həmin şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitələr və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitə və psixotrop maddələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitə və psixotrop maddələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, yəni “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlayaraq daşıması, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması və Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına aparıldıqdan sonra onun üzərindən külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddəni satmaq məqsədi ilə əldə etməmişdir. Göstərilənlər nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən çəkidə psixotrop maddə metamfetamini istehlak məqsədi ilə əldə etməsi daha ağlabatan və inandırıcıdır. Hazırkı cinayət işi üzrə şahid ifadələri kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadələri əsasında da onun satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə etməsini və onun həmin maddənin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə yuxarıda qeyd edilən qərarları, tövsiyələri, həmçinin Cinayət Prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş psixotrop maddənin yalnız çəkisi (miqdarı) təqsirləndirilən şəxsin ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlillər (sübut) kimi qəbul oluna bilməz və təqsirləndirilən şəxsin psixotrop maddənin satış məqsədilə əldə edib saxlamaqla daşıması barədə nəticəyə gəlinməsi üçün kifayət etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin narkotik vasitələri və ya psixotrop maddələri satmaq məqsədində (niyyətində) olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin və ya psixotrop maddənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin və ya psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə məqsədin olmasını təsdiq edən başqa hallar, yəni başqa istehlakçı və ya istehlakçıların olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi isə ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs konkret olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, üzərinə şəxsi axtarış keçirilərkən üzərindən psixotrop maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən aşkar olunan psixotrop maddənin miqdarı, həmçinin üzərindən elektron tərəzinin aşkar edilməməsi, istifadəsində olan mobil nömrə və telefonunda narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə bağlı heç bir sübut olmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsdən aşkar olunan psixotrop maddə satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Göründüyü kimi cinayət işinin materiallarında təqsirləndirilən şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını, aşkar olunan psixotrop maddənin satmaq məqsədi ilə əldə etməsini, onu satmaq üçün bükümlərə ayırmasını, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Bundan əlavə, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkətin edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı məhz psixotrop maddənin yalnız miqdarını nəzərə alaraq əlavə sübut toplamadan, real satış həyata keçirilərkən təqsirləndirilən şəxsi saxlamadan, digər əməliyyat tədbirləri həyata keçirmədən, ehtimala əsaslanmaqla təqsirləndirilən şəxsə qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə görə hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə əsaslı olmamışdır. Təəssüf ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Micalal oğlu satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə edib saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Micalal oğlunun satış məqsədini birbaşa təsdiq edə biləcək sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplayıb cinayət işinə əlavə etmədən ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Micalal oğluna Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Micalal oğluna irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs Micalal oğlunun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübut olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs Micalal oğlunun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə nisbətdə) qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə bu hissədə irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Micalal oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmartan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Micalal oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Micalal oğlunun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs Micalal oğlu cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, Təqsirləndirilən şəxs Micalal oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddə ilə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Micalal oğluna cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Micalal oğlunun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs Micalal oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Micalal oğluna təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Micalal oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qətimkan tədbiri qaydasında həbsdə və ev dustaqlığında olduğu 06 (altı) ay 12 (on iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, Təqsirləndirilən şəxs Micalal oğlunun xx.xx.2024-cü il tarixdən həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəzasının əvvəli onun tutulduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda cinayət işində olan 09 fevral 2024-cü il tarixli, 821 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixostumlyatorlardan istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyini əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkimir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür Məhkəmə qeyd edilən rəyi təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə proflaktiki qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 8,120 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasının görüntüləri olan 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 212 (iki yüz on iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi Mübariz oğlu üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülməlidir İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qətimkan tədbiri qaydasında həbsdə və ev dustaqlığında olduğu 06 (altı) ay 12 (on iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə proflaktiki qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 8,120 qram psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış və götürmə aparılmasının görüntüləri olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 212 (iki yüz on iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi Mübariz oğlu üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar