Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-307/2020 10.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3 , Dövlət ittihamçısı - Azərbaycan Respublikası Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X8 iştirakları ilə məhkəmənin hazırlıq iclasında xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, subay, ali təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsi ev 33-də qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxxx 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə, xx xxxxxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə, Bakı şəhər Nizami rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə, Bakı şəhər Səbail rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə məhkum edilmiş, hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən və Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.5, 178.2.1 və 178.2.4 -cü maddələri ilə təqsirləndirilməsinə dair cina-yət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.5, 178.2.1 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair həmin cinayət işi məhkəmənin icraatına daxil olmuş, x xxxxxx 2020-ci il tarixə məhkəmənin hazırlıq iclasına təyin edilməklə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanması üçün ilkin dinləmələr aparılmışdır. Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tamah məqsədi ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, habelə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlayaraq bilə-bilə həmin saxta sənəddən istifadə etməklə, qabaqcadan əlbir olduğu bir qrup şəxslə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki o, bacısı ilə qonşuluqda ünvan 1 ünvanında tək yaşayan, xx xxxxx 1965-ci il təvəllüdlü, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş Zərərçəkmiş şəxs1 ilə 2016-ci illin yanvar ayının əvvəllərində tanış olub münasibətləri yarandıqdan sonra sonuncunun subay olduğunu, anası ilə mübahisə edib evdən qovduğunu, ailə üzvləri olan anası və bacısının ondan ayrı yaşayıb, onunla əlaqə saxlamadıqlarını, narkotik vasitə istifadəçisi olduğunu bilərək, onu tamah, yəni mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evini və evində olan məişət əşyalarını ələ keçirib mənfəət əldə etmək məqsədilə qəsdən öldürmək qərarına gəlmiş, niyyətini həyat keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs1 2016-cı ilin sentyabr ayının günü istintaqa məlum olmayan tarixdə, Şahid4 şifahi razılaşma əsasında icarəyə götürdüyü Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 299 “B” nömrəli bağ evinə istrahət etmək adı ilə dəvət edib, orada Zərərçəkmiş şəxs1 tiryək qrupuna aid olan narkotik vasitə qəbul edərək narkotik sərxoşluğu vəziyyətində olduğunu və planlaşdırdığı cinayət əməlini başa çatdırmaq üçün əlverişli şərait yarandığını görüb, istintaq zamanı əldə edilməsi mümkün olmayan kəsici-deşici alətlə-bıçaqla Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vuraraq onu qəsdən öldürmüş, daha sonra Zərərçəkmiş şəxs1 məxsus olan evin açarını götürüb meyitini şəffaf sellofan torbaya bükərək bağ evinin həyətində sanitar qovşağın yanında torpaga basdırmış, bir neçə gündən sonra 2016-cı ilin sentyabr ayının axırlarında bağ evini təhvil verməli olduğundan və Zərərçəkmiş şəxs1 meyitinin digər şəxslər tərəfindən aşkar olunacağını düşünüb törətdiyi cinayəti gizlətmək məqsədi ilə, meyiti basdırdığı yerdən çıxardıb, gizli şəkildə bağ evindən aparmaq məqsədi ilə bıçaq və balta ilə başı bədəndən, hər iki bazu sümüklərinin baş nahiyələrindən, hər iki bud sümüklərin aşağı 1/3-dən və hər iki baldır sümüklərini aşağı 1/3-dən meyiti hissələrə bölməklə sellofan torbalara doldurub yaxınlıqda yerləşən hasara alınmış boş sahədə torpağa basdırmışdır. Bundan sonra tamah məqsədi ilə qəsdən öldürdüyü Zərərçəkmiş şəxs1 məxsus əmlakı ələ keçirmək üçün 2016-cı ilin sentyabr ayının sonlarında Zərərçəkmiş şəxs1 məxsus Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, Xəlil Rza küçəsi dalan 4, ev 2 ünvanında olan sonuncunun 80 (səksən) manat pulunu, qızıldan protez dişlərini, yataq mebel dəstini, 1 ədəd mikrodalğalı sobanı, 1 ədəd “Samsung”, 1 ədəd “LG” markalı soyuducuları, 1 ədəd “qorka” dolabını, 1 ədəd televizor dolabını, 1 ədəd xalçanı, 1 ədəd divar saatını, 3 ədəd çılçırağı, 1 ədəd kovroliti, 1 ədəd “JVC” markalı televizoru, 1 ədəd anten cihazını, 1 ədəd “Samsung” markalı paltaryuyan maşını, 1 ədəd kombi cihazını və digər məişət əşyalarını ümumi dəyəri 3330 (üç yüz üç min yüz otuz) manat təşkil edən əmlakını müxtəlif alqı-satqı elan saytlarında yerləşdirməklə ayrı-ayrı şəxslərə satıb əldə etdiyi pulu öz ehtiyacları üçün istifadə etmişdir. Bundan başqa, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət yolu ələ keçirdiyi Zərərçəkmiş şəxs1 məxsus Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, Xəlil Rza küçəsi dalan 4, ev 2 ünvanında yerləşən xx xxxxxx 2016-cı il tarixdə 38800 (otuz səkkiz min səkkiz yüz) manata alınmış (sonradan xx xxxxxxx 2016-cı il tarixdə 36000 (otuz altı min) manata qiymətləndirilmiş) yaşayış evini özününkü kimi göstərib alqı-satqı elan saytlarında yerləşdirmiş, özünü qəsdən «Vüqar» adı ilə təqdim etməklə müştəri Zərərçəkmiş şəxs2 ilə görüşüb həmin evin özünə məxsus olmasını bildirməklə, 23000 manata satılmasına dair razılıq əldə edərək, xx xxxxxxx 2018-ci il tarixdə vəfat etmiş anası X1 Zərərçəkmiş şəxs1 qəsdən öldürüb basdırması, cinayətin izlərinin itirilməsi üçün mərhumun evini satmalı olduqları barədə məlumat vermiş, anası ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək, fərdi yaşayış evi dövlət reyestrində qeydiyyatdan keçməməsi səbəbindən sonuncu ilə Zərərçəkmiş şəxs2 arvadı Şahid1 arasında Bakı şəhəri 43 saylı notariat ofisində xx xxxxxxx 2016-ci il tarixdə 23000 manat məbləğində kredit müqaviləsinin bağlaması ilə faktiki olaraq alqı-satqını rəsmiləşdirilməsinə nail olmuş, həmçinin, şəxsiyyəti barədə məlumatların müəyyən edilməməsi və dələduzluq cinayətinin törədilməsi ilə bağlı istifadə etmək məqsədilə hüquq verən rəsmi sənəd hesab edilən guya xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, subay, hərbi mükəlləfiyyətli, B(İİİ) RH+ qan qruplu, yaşayış yeri Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti ev 185 olan X6 adına Bakı şəhəri Binəqədi RPİ tərəfindən xx xxx 2014-cü il tarixdə verilmiş və xx xxxx 2019-cu il tarixədək etibarlılıq müddəti olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı № 06854602 nömrəli şəxsiyyət vəsiqəsini və Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, Xəlil Rza küçəsi dalan 4, ev 2 ünvanına aid qiymətləndirmə vərəqəsini qanunsuz olaraq hazırlamış və bilə-bilə həmin saxta sənədləri Zərərçəkmiş şəxs2 təqdim edib aldatma yolu ilə evi ona 22000 manat müqabilində satmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 22000 manat pulunu 2016-cı ilin oktyabr ayında Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, Xəlil Rza küçəsi dalan 4, ev 2 ünvanında yerləşən evdə ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin cinayət işi x xxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 320.1, 320.2 və 178.2.4-cü maddələri ilə başlanılmış, ibtidai istintaq Abşeron rayon prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X9 tərəfindən yekunlaşdırılmışdır. Cinayət işi üzrə ittiham aktı xx xxxxxx 2019-cu il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən təsdiq edilərək həmin gün baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və cinayət işi 25 декабр 2019-ъу ил tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı dövlət ittihamçısı X4 məhkəməyə vəsatət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.5, 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.4 və 303.3-cü maddələrində göstərilən kobud qanun pozuntularına yol verilmiş və Təqsirləndirilən şəxs hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 289.4-cü maddəsində göstərilmişdir ki, “İttiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir”. Lakin, cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, tərtib olunmuş ittham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar əks olunsa da, cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilməmişdir. Cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Həmin Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. CPM-in 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. Bundan başqa, cinayət işi öyrənilərkən məhkəmənin özü tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs CM-nin 120.2.5, 178.2.1 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamda cinayət prosessual qanunvericiliyin tələblərinə əməl edilməklə ittihamda söz ifadəsi kimi öz əksini tapsa da, rəqəm ifadəsi olaraq, norma kimi Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə ittiham irəli sürülməmişdir. Müstəntiq tərəfindən subutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, CM-nin 320.1 və 320.2 ci maddələrinə huquqi qiymət verilərək CPM-nin 39.1.3-cü maddəsinə istinad edilməklə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi ilə əlaqədar həmin maddələrə xitam verilmişdir. Lakin cinayət işinin materialları öyrənilərkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs bununla bağlı öz yazılı razılıq ərizəsini ibtidai istintaq orqanına təqdim etməmişdir. Bu isə öz növbəsində aradan qaldırılması mümkün olmayan kobud prossesual pozuntudur. Belə ki, Cinayət Prolssesual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Belə olan halda təqsirləndirilən şəxsin müvafiq ərizəsi olmalı və o özünü təqsirli bilməli idi, əks təqdirdə, yəni, təqsirli bilmədiyi və bu barədə ibtidai istintaq orqanına müraciət etmədiyi halda ona həmin maddələrlə ittiham irəli sürülməli idi. Azərbaycan Respublikası CPM-nin 39.3-cü maddəsindən görünür ki, “Bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur”. Həmçinin, dövlət ittihamçısı X4 məhkəməyə vəsatət verərək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs vəsatət verərək ibtidai istintaq zamanı müstəntiqdən, mərhumun paltarlarını gizlətdiyi yeri, mərhumun dünyasını dəyişərkən yanlarında olan 3-cü şəxsin adını və mərhumun ev əşyalarının satıldığı məkanı gizlətdiyini bildirərək, könüllü surətdə istintaqa kömək etmək məqsədilə, mərhumun paltarlarını gizlətdiyi yeri göstərmək, mərhumun dünyasını dəyişərkən yanlarında olan 3-cü şəxsin şəxsiyyətini müəyyən edib ifadəsini almaq üçün və satılan mebellərin tapılıb zərərçəkmiş şəxsə geri qaytarılması üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsilə yoxlayıb, iş üzrə dövlət ittihamçısının vəsatətini, təqsirləndirilən şəxsin vəsatətini və məhkəmə prosesinin digər iştirakçılarının fikrini dinləyib, cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə yol verilmiş pozuntular məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyil və bu səbəbdən cinayət işinin baxılmasına xitam verilərək ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Belə ki, cinayət işi üzrə ittiham aktı CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Təqsirləndirilən şəxs CM-nin 120.2.5, 178.2.1 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamın mətnindən, eləcə də məzmunundan aydın görünür ki, CPM-nin 289.4 və 303.3-cü maddələrinin tələbləri pozulmuşdur. Həmin Məcəllənin 223.3.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviri əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti, CPM-nin 223.4-cü maddəsinə əsasən, həmin qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. CPM-in 303.3.1-ci maddəsinə əsasən, “təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün)” kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Təqsirləndirilən şəxs гаршы иряли сцрцлмцш ittihamın cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olmaması onun özünü müdafiə üsul və vasitələri seçməsinə, yəni müdafiə hüququnun pozulmasına səbəb olur. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə xx xxx 2010cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə xx xxxxxx 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə xx xxxxxx 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə xx xxxxxx 1985-ci il tarixli qərarları). Bundan əlavə, cinayət qanunun müvafiq maddəsi üzrə ittihamın nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. Azərbaycan Respublikası CPM-in 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyin qeyd olunan tələblərinə tam əməl edilməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnu pozur. CPM-nin 85.2.1-ci maddəsinə əsasən, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək, həmin Məcəllənin 85.2.14-cü maddəsinə əsasən isə bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək müstəntiqin vəzifəsidir. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs CM-nin 120.2.5, 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməli, cinayət işi yenidən Abşeron rayon Prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikası CPM-in 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin Məcəllənin 306.1.3cü maddəsinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə məsələyə baxmalıdır. Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı “həbs” qətimkan tədbiri seçilmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 306.1.3-cü maddəsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 300.1, 300.1.5, 300.4.1, 303.3.1, 303.3.6, 303.4, 306.1-ъи maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs CM-nin 120.2.5, 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirlən-di-ril--məsinə dair cinayət işinin məhkəməyədək icraatı mərhələsində kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs ” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Qərarın surəti məlumat üçün 3 (üç) gün müddətində cinayət prosesinin bütün iştirakçılarına göndərilsin. Sədrlik edən: İlham Mahmudov Hakimlər: Mirzə Xankişiyev Faiq Qəniyev
Məhkəmə qərarları › İş №1(101)-307/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-307/2020
10.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver