Məhkəmə qərarları › İş №1(101)-307/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-307/2021

15.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-307/2021 15.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, Cəlilabad rayonu, M.Hadi küçəsi, ev 242-də qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq ünvan 1, mənzil 6-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə edərək saxlamış və daşımış, eləcə də qadağan olunmuş narkotik vasitələri və psixotrop maddələri satmışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Cəlilabad rayonunda istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda üzərisi qara və sarı yapışqan lentlərə sarılmış bağlamada, ümumilikdə 1714,348 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özü ilə daşıyıraq ünvan 1 ünvanındakı kirayədə yaşadığı mənzilə gətirmiş, qeyd edilən narkotik vasitə heroinin 1670 qramını bir ədəd bağlamada həmin mənzilin yataq otağında giriş qapısının sağ tərəfində yerləşən divanın altına yerləşdirməklə saxlamış, qalan narkotik vasitə heroindən əvvəlcə 5,515 qramını bir büküm şəffaf rəngli sellofan kəsiyində qablaşdırıb öz üzərində saxlayaraq xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında yaşadığı ünvandan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən "Sədərək" Ticarət Mərkəzinin Şirniyyat bölməsinin 19-cu sırasında yerləşən "Araz" kafesinin qarşısına daşıyaraq gətirmiş, həmin gün saat 14:30 radələrində orada həmin narkotik vasitə heroini Şahid3 qanunsuz olaraq 120 (yüz iyirmi) manat pul müqabilində satmışdır. xx xxxxxx 2020-ci il tarixdə isə Təqsirləndirilən şəxs özündə qalmış narkotik vasitə heroindən 21,352 qramını şəffaf rəngli sellofan kəsiklərində qablaşdırmaqla 15 (on beş) ədəd büküm halında əynində olan boz rəngli cins şalvarın sağ diz cibində, 17,481 qramını isə sellofan kəsiklərində qablaşdırmaqla 8 (səkkiz) ədəd büküm halında əynində olan boz rəngli cins şalvarın sol diz cibində saxlamaqla Bakı şəhərinin Qaradağ rayonu ərazisində fəaliyyət göstərən ‘‘Sədərək" Ticarət Mərkəzinin Şirniyyat bölməsinin 19-cı sırasında fəaliyyət göstərən "Araz" kafesinin qarşısına daşıyaraq gətirmiş, həmin gün saat 13:50 radələrində Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qeyd edilən ünvanda saxlanılaraq Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Orada xidməti otaqların birində saat 14:20 radələrində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı onun əynində olan boz rəngli cins şalvarın sağ diz cibindən həmin 15 (on beş) ədəd bükümdə, ümumi təmiz çəkisi 21,352 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, boz rəngli cins şalvarının sol diz cibindən isə 8 (səkkiz) ədəd bükümdə, ümumi təmiz çəkisi 17,481 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin gün saat 16:00 radələrində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilməklə Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən 6 nömrəli mənzildə axtarış və götürmə istintaq hərəkəti aparılarkən həmin evin yataq otağının giriş qapısından sağ tərəfdə olan divanın altından əvvəlcədən qoyduğu üzərisi qara və sarı yapışqan lentlərə sarılmış bağlamada təmiz çəkisi 1670 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, həbs olunanadək Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93" yaşayış kompleksində Baxçalı evlər adlanan ərazidə yerləşən ev 27 B, mənzil 6-da ailəsi ilə birlikdə kirayədə yaşamışdır. Həmin vaxt o, Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Sədərək” bazarında fəhlə işləmişdir. Təxminən bir olar ki, o, narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 2020-ci il yanvar ayının sonlarında o, Cəlilabad rayonunda olduğu zaman orada mərkəzi bazarın arxa hissəsində kolların arasında 1 (bir) ədəd üzəri bağlı karton qutu olduğunu görmüşdür. O, həmin qutunu açıb içinə baxdıqda qutunun içindəki maddənin narkotik vasitə olduğunu bilmişdir. O, həmin narkotik vasitəni götürüb özündə saxlamış və növbəti gün özü ilə birlikdə kirayədə yaşadığı evə gətirərək orada gizlətmişdir. Sonra o, həmin narkotik vasitəni işlədiyi “Sədərək” bazarında sataraq qazanc əldə etmək istəmişdir. O, xx xxxxxx 2020-ci il tarixdə “Sədərək” bazarında Arif adlı şəxslə tanış olmuşdur. Onlar söhbət edərkən Arif ona özünün də narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Bundan sonra onlar bir-birlərinə mobil telefon nömrələrini vermişlər. xx xxxxxx 2020-ci il tarixdə Şahid3 ona zəng edərək narkotik vasitə almaq istədiyini demişdir. O da Şahid3 narkotik vasitə satacağı barədə razılıq vermişdir. Bu məqsədlə o, “Sədərək” bazarında görüş təyin etmişdir. Həmin gün o, Ariflə görüşmüş və təxminən 5 qram çəkidə olan 1 (bir) büküm narkotik vasitə heroini 120 (yüz iyirmi) manat müqabiİində Arifə satmışdır. O, xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında “Sədərək" bazarında olduğu zaman Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin əməkdaşları ona yaxınlaşaraq onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirmişlər və onu Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə getmişdir. Orada onun üçün dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları ondan üzərində daşınması və dövriyyəsi qanunla qadağan edilmiş hər hansı maddə, əşya və digər vasitələrin olub-olmadığını soruşmuşlar. O da əynindəki şalvarın sağ cibindən 15 (on beş) ədəd bükümü, sol cibimdən isə 8 (səkkiz) ədəd bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmiş və həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu və həmin heroini satmaq məqsədi ilə əldə edərək üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra şəxsi axtarış zamanı onun əynindəki sarı rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd “Xiaomi" markalı və 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra onun üzərindən aşkar edilmiş ümumilikdə 23 (iyirmi üç) büküm narkotik vasitə heroin və 2 (iki) ədəd mobil telefon qablaşdırılaraq götürülmüşdür. Sonra bu barədə protokol tərtib edilmiş və ucadan oxunmuşdur. O və digər iştirakçılar həmin protokolu imzalamışlar. Bundan sonra o, baxış keçirilərkən şifahi sorğu zamanı kirayədə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş-03" Baxçalı evlər, bina 27B, mənzil 6-da narkotik vasitə olan heroin saxladığını bildirmişdir. Bu səbəbdən də polis əməkdaşları tərəfindən onun kirayədə yaşadığı ünvan 1, mənzil 6 ünvanında yerləşən mənzildə axtarış və götürmə istintaq hərəkəti apararkən mənzilin yataq otağında giriş qapısından sağ tərəfində olan divanın altından onun əvvəlcədən qoyduğu 1 (bir) ədəd böyük həcmli qara rəngli bağlamada olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sonra ona, həmçinin Şahid3 da polislər tərəfindən saxlanıldığı məlum olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi məldən səmimi peşman olduğunu bildirərək ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi vəzifəsində işləmişdir. xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Şahid3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə onun tərəfindən qərar qəbul edilmiş və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında o, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə Şahid3 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində fəaliyyət göstərən "Şuşa" kafesinin qarşısında tutmuş, sonra Şahid3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu bildirmiş və onlar sonuncunu Bakı şəhəri Qaradağ RPİ-nin inzibati binasına dəvət etmişlər. Qaradağ RPİ-nin inizbati binasında Şahid3 hüquqlarının müdafiəsi məqsədi ilə vəkil dəvət edilmişdir. Daha sonra onun, polis əməkdaşı Şahid2 və vəkilin iştirakı ilə Şahid3 üzərində təhqiqatçısı Rüstəm Seyidov tərəfindən videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Şahid3 hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış zamanı Şahid3 üzərində olan əşyalar, eləcə də qanunla qadağan edilmiş hər hansı bir əşya və maddə varsa təqdim etməsi təklif edilmişdir. Şahid3 üzərindən "Sobranie" markalı siqaret qutusunu çıxararaq onlara təqdim etmişdir. Şahid3 həmin siqaret qutusunun içində narkotik vasitə olan heroinin (kakos) və elektron tərəzinin olduğunu bildirərək həmin narkotik vasitəni şəxsi istifadəsi üçün həmin gün günorta saatlarında Vüqar adlı şəxsdən 120 (yüz iyirmi) manata Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən "Sədərək" ticarət mərkəzində aldığını demişdir. Bundan başqa, Şahid3 üzərindən 2 (iki) ədəd "Samsung" markalı mobil telefon, 1 (bir) ədəd "İdrak" izləmə mobil qurğusu, ayağında isə azadlığın məhdudlaşdırılması cəzası ilə əlaqədar vurulmuş qolbağ aşkar edilmişdir. Qeyd edilənlərdən başqa, Şahid3 üzərindən başqa bir əşya və maddə aşkar edilməmişdir. Bundan sonra Şahid3 narkotik vasitəni satmış Vüqar adlı şəxsin müəyyən edilərək tutulması barədə onlar tərəfindən əməliyyat axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Vüqar adlı şəxsin şəxsiyyəti müəyyən edilmişdir. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən "Sədərək" ticarət mərkəzində onlar tərəfindən saxlanılaraq narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsində şübhəli olduğu bildirilərək Bakı şəhəri Qaradağ RPİ-nin inzibati binasına dəvət edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onun, Şahid2, Şahid4 və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş maddə və əşyaları təqdim etməsi bildirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 23 (iyirmi üç) ədəd sellofan bükümlər aşkar edilmişdir. Daha sonra təxirəsalınmaz axtarış və götürmə qərarı əsasında Təqsirləndirilən şəxs kirayədə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən mənzilində axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl həmin evin sahibi ərizə ilə müraciət edərək polis əməkdaşlarının sonuncunun evində axtarış və baxış keçirmələrinə etiraz etmədiyini bildirmişdir. Daha sonra iki nəfər hal şahidi, polis əməkdaşları və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs kirayədə yaşadığı evdə axtarış keçirilmişdir. Axtarış zamanı evin yataq otaqlarının birində 1 (bir) ədəd iri həcmli büküm aşkar edilərək götüülmüşdür. Həmin bükümün içinə baxış keçirilən zaman həmin bükümün içərisində toz halında maddə aşkar edilmişdir. Qeyd edilən iri həcmli bükümdən başqa həmin evdən qanunla qadağan edilmiş başqa əşya və maddə aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 və Şahid2 oxşar məzmunlu ifadə verməklə şahidlər Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında evdə olduğu vaxt Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin əməkdaşlarının onun qonşusu Şahid5 kirayəyə verdiyi evin qapısını döydüklərini görmüşdür. Həmin vaxt o, polis əməkdaşlarına yaxınlaşıb nə kimi köməklik edə biləcəyini soruşmuşdur. Polis əməkdaşları özlərini ona təqdim etdikdən sonra həmin evdə kirayədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu bildirmişlər və ondan ev sahibinin kim olduğunu soruşmuşlar. Bundan sonra o, ev sahibi Şahid5 zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş və sonuncudan həmin evə gəlməsini istəmişdir. Təxminən 30 dəqiqədən sonra Şahid5 evə gəlmişdir. Şahid5 hadisə barədə məlumat aldıqdan sonra polis əməkdaşları tərəfindən evdə axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra polis əməkdaşları ondan evdə axtarış zamanı hal şahidi kimi iştirak etməsini xahiş etmişlər. Oda buna razılıq vermişdir. Sonra onun, Şahid5, Təqsirləndirilən şəxs, bir nəfər vəkilin və polis əməkdaşlarının iştirakı ilə evdə axtarış keçirilmiş və evin yataq otağında divanın altında 1 (bir) ədəd iri həcmli büküm aşkar edilmişdir. Polis əməkdaşları həmin bükümün içərisinə baxmışlar və həmin bükümün içində narkotik vasitə olduğunu demişlər. Qeyd edilən bükümdən başqa, evdən qanunla qadağan edilmiş heç bir maddə və əşya aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93, ev 27В-də yerləşən mənzil ona məxsusdur. O, həmin mənzili təxminən 2020-ci ilin yanvar ayından Təqsirləndirilən şəxs kirayəyə vermişdir. Vüqar həmin vaxt “Sədərək” ticarət mərkəzində fəhlə işləmişdir. Vüqar həmin evdə öz ailəsi ilə birlikdə yaşamışdır. xx xxxxxx 2020-ci il tarixdə, günorta satatlarında o, işdə olduğu vaxt qonşusu Şahid6 ona zəng edərək Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin əməkdaşlarının onun evində kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün tutduqlarını bildirmiş və ondan həmin evə gəlməsini istəmişdir. O da təcili olaraq həmin evə getmiş və orada polis əməkdaşları onun evində kirayədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün tutduqlarını ona bildirmişlər. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs kirayədə yaşadığı və ona məxsus evdə axtarış keçirmək istədiklərini ona demişlər. O da polis əməkdaşlarının ona məxsus evdə axtarış keçirmələrinə etiraz etməmiş və bu barədə ərizə təqdim etmişdir. Sonra polis əməkdaşları ona məxsus evdə onun və digər şəxslərin, eləcə də vəkilin və Təqsirləndirilən şəxs iştirakı ilə axtarış keçirmişlər. Axtarış zamanı yataq otağında divanın altında 1 (bir) ədəd iri həcmli büküm aşkar edilmişdir. Polis əməkdaşları həmin bükümün içərisinə baxdıqları zaman bükümün içərisində narkotik vasitəyə oxşar maddə olduğunu bildirmişlər. Bundan sonra həmin maddə qabalaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, təxminən bir ildir ki, narkotik vasitə olan heroindən istifadə etmişdir. O, narkotik vasitə əldə edərkən bir həftəlik ehtiyacını ödəmək üçün təxminən 5-6 qram narkotik vasitə olan heroin əldə etmiş və şəxsi təlabatı üçün həmin narkotik vasitəni istifadə etmişdir. O, polis tərəfindən tutulmaqdan qorxduğu üçün gündəlik olaraq narkotik vasitə əldə etməkdən çəkinmişdir. O, hər dəfə narkotik vasitə əldə etdikdə tanınmamaq üçün əvvəllər tanımadığı ayrı-ayrı şəxslərdən narkotik vasitələri əldə etmişdir. O, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən "Sədərək" ticarət mərkəzində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Onlar tanış olduqda Vüqar ona narkotik vasitə satdığını bildirmişdir. O, narkotik vasitələrin istifadəçisi olduğu üçün narkotik vasitə istifadə etmək istədikdə Təqsirləndirilən şəxs alıb istifadə etməsi barədə qərara gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə onun narkotik vasitəsisi qurtardığı üçün o, Vüqarın mobil nömrəsinə zəng edərək sonuncudan narkotik vasitə almaq istədiyini bildirmişdir. Vüqar da özündə narkotik vasitə olduğunu və "Sədərək" ticarət mərkəzində onu gözlədiyini demişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 14:30 radələrində o, Vüqar ilə "Sədərək" ticarət mərkəzində yerləşən "Araz" kafesinin qarşısında görüşmüş və həmin vaxt Vüqarın əynində sarı rəngli gödəkçə, boz rəngli cins şalvar və “Adidas" idman ayaqqabısı olmuşdur. O, Vüqara 120 (yüz iyirmi) manat pul verərək sonuncudan 1 (bir) bükümdə təxminən 5 (beş) qram çəkidə narkotik vasitə heroin almışdır. Sonra o, Vüqarla sağollaşıb ayrılmışdır. O, Vüqardan aldığı narkotik vasitəni "Sobranıe” siqaret qutusunun içinə qoyub üzərində saxlayaraq daşımışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 18:50 radələrində o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində fəaliyyət göstərən "Şuşa" kafesinin qarşısında dayanan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə getmişdir. Onun hüquqlarının müdafiəsi məqsədi ilə 10 saylı Vəkil Bürosunun vəkili Əlisəfa Əliyev vəkil kimi dəvət edilmişdir. Həmin vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşları ona üzərində qadağan olunmuş hər hansı bir maddə və ya əşyanın olub-olmamasını soruşmuşlar və olduğu təqdirdə həmin predmetləri təqdim edilməsini xahiş etmişlər. O da əynindəki qəhvəyi rəngli gödəkçənin iç sağ döş cibindən 1 (bir) ədəd “Sobranie” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusunun içində isə 1 (bir) ədəd sellofan bükümdə onun Vüqardan şəxsi istifadəsi üçün aldığı narkotik vasitə olan heroin aşkar edilmişdir. O. həmin narkotik vasitəni həmin gün günorta saatlarında Vüqar adlı şəxsdən aldığını bildirmişdir. Həmçinin şəxsi axtarış zamanı onun üzərindən 1 (bir) ədəd elektron tərəzi aşkar edilmişdir. O, həmin tərəzini narkotik vasitə alan zaman çəkisinin dəqiq olmasını müəyyən etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin, həmin vaxt onun üzərindən 1 (bir) ədəd ’'Samsung J1” və 1 (bir) ədəd "Samsung J2" markalı mobil telefon, 1 (bir) ədəd "İdrak" sözləri yazılmış mobil qurğu, 1 (bir) ədəd izləmə qurğusu, içərisində rulon şəklində bükülmüş bir manatlıq əskinas və içində 3 (üç) siqaret dənəsi olan "Sobranie" qutusu aşkar edilmişdir. Həmçinin onun üzərindən 3 (üç) ədəd 10 (on) manatlıq pul əskinasları aşkar edilmişdir. Ümumilikdə onun üstündə 31 (otuz bir) manat pul olmuş və həmin pul ona geri qaytarılmışdır. Sonra aşkar edilmiş əşyalarla bağlı protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. O, heç kəsə narkotik vasitə satmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020ci il tarixli Şahid3 izahatından (cild 1, iş vərəqə 25) görünür ki, Şahid3 onun üzərindən aşkar olunmuş narkotik vasitəni həmin gün “Sədərək” ticarət mərkəzində əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs 120 (yüz iyirmi) manata aldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 48) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli tutma haqqında protokoldan (cild 1, iş vərəqə 58) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 63) görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ diz cibindən 1 (bir) ədəd böyük, 14 (on dörd) ədəd kiçik, sol diz cibindən isə 2 (iki) ədəd böyük, 6 (altı) ədəd kiçik bükümdə, ümumilikdə isə 23 (iyirmi üç) ədəd sellofan bağlamaları, o cümlədən əynindəki sarı rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd “Xiomi” və 1 (bir) ədəd göy rəngli “Nokia” markalı mobil telefonu çıxarıb polis əməkdaşlarına təqdim etmiş və həmin bağlamaların içərisindəki maddələrin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təxirəsalınmaz axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 67) görünür ki, Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə təxirə salınmadan axtarış və götürmə istintaq hərəkətinin aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 69) görünür ki, Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə axtarış aparılmasına etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 70) görünür ki, Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilin sahibi Şahid5 qeyd edilən mənzilin ona məxsus olduğunu bildirmiş və həmin mənzildə axtarış aparılmasına etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 71-77) görünür ki, Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə axtarış və götürmə istintaq hərəkəti aparılmış və otaqların birində olan divanın altından üzəri yapışqanlı lentlə sarınmış, içərisində tünd qəhvəyi rəngli maddə olan kütlə götürülmüşdür. Mənzilin digər otaqlarında isə istintaq əhəmiyyəti kəsb edən hansısa predmet aşkar olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan (cild 1, iş vərəqə 97) görünür ki, Şahid3 Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini aldığı yeri göstərmiş və Təqsirləndirilən şəxs 120 (yüz iyirmi) manat verərək sonuncudan 1 (bir) ədəd bükümdə, təxminən 5 (beş) qram çəkidə narkotik vasitə heroin aldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3807 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 111-114) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "Təqsirləndirilən şəxs sağ cibindən aşkar edilmiş..." yazısı olan 1 nömrəli zərfdəki 15 (on beş) ədəd ağ rəngli polietilen bükümlərdə (1 ədəd böyük və 14 ədəd kiçik ölçülü bükümlər) ümumi təmiz çəkisi 21,352 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqdiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs sol cibindən aşkar edilmiş..." yazısı olan 2 nömrəli zərfdəki 8 (səkkiz) ədəd ağ rəngli polietilen bükümlərdə (2 ədəd böyük və 6 ədəd kiçik ölçülü bükümlər) ümumi təmiz çəkiisi 17,481 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində: "Bir ədəd üzəri qara rəngli yapışqan lentlə sarınmış bağlamada..." yazısı olan bağlamadakı, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 1670 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Vət. Təqsirləndirilən şəxs götürülmüş, ümumi 23 (iyirmi üç) ədəd bükümlərdə və 1 (bir) ədəd bağlamada olan heroinin ümumi təmiz çəkisi 1708,833 qram (1 kq 708,833 qram) təşkil edir və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Vət.Təqsirləndirilən şəxs götürülmüş heroinlər vət. Şahid3 üzərindən götürülmüş heroinlə (xx xxxxxx 2020-ci il tarixli 3710 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 121-122) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi və həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 1, iş vərəqə 125- 127) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələr üzrə ittihamın elan olunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan (cild 1, iş vərəqə 140) görünür ki, Təqsirləndirilən şəxs Şahid3 narkotik vasitə olan heroini satdığı yeri göstərmiş və Şahid3 1 (bir) ədəd bükümdə, təxminən 5 (beş) qram çəkidə narkotik vasitə heroini 120 (yüz iyirmi) manata satdığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020 il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-25/2020 saylı qərarından (cild 1, iş vərəqə 149-150) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 193) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 1229 saylı rəyindən (cild 1, iş vərəqə 229-230) görünür ki, Təqsirləndirilən şəxs güclü təsir edən maddə olan tramadoldan istifadə etmə halları olmuşdur. Müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 233-246) görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsi, həmin maddə üzrə onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə üzrə ittiham elan edilməsi, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 21,202 qram, 17,401 qram və 1669,8 qram təşkil edən narkotik vasitə heroinin maddi sübut kimi tanınması və saxlanılması üçün Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin saxlancına verilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd diskin və Təqsirləndirilən şəxs narkotik vasitə heroini qanunsuz olaraq Şahid3 satması anını əks etdirən 1 (bir) diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 1, iş vərəqə 260-261) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə üzrə ittihamın elan olunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-71/2020 saylı qərarından (cild 1, iş vərəqə 282-286) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Abşeron Rayon Məhkəməsinin 4(012)-351/2020 saylı qərarından (cild 2, iş vərəqə 19-22) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx xxxxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 2, iş vərəqə 29) görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş arayışdan (cild 2, iş vərəqə 30) görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri - arvadı X3, övladları X7 və X4 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli AZ-İV seriyalı 389385 nömrəli və xx xxxxxx 2019-cu il tarixli AZ-İV seriyalı 389384 nömrəli doğum haqqında şəhadətnamənin surətlərindən (cild 2, iş vərəqə 31) görünür ki, xx xxxxxx 2016-cı il tarixdə Təqsirləndirilən şəxs X15 adlı, xx xxxxx 2018-ci il tarixdə isə Təqsirləndirilən şəxs X10 övladı doğulmuş, onların anası - X8, atası isə - Təqsirləndirilən şəxsdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərardan (cild 2, iş vərəqə 32-46) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə yeni məzmunlu ittihamın irəli sürülməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 2, iş vərəqə 54- 55) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli Abşeron Rayon Məhkəməsinin 4(012)-433/2020 saylı qərarından (cild 2, iş vərəqə 91-94) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx xxxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və seçdiyi müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Məhkəmə iclaslarında təqsirləndirilən şəxsin müdafiə hüququ tam şəkildə təmin edilmişdir. Müdafiə tərəfi olaraq təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirməmişlər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur, həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, başqa sözlə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün zəruri tərkib əlamətlərinin olması və onun tərəfindən qeyd edilən cinayət əməlinin qəsdən törədilməsi tam şəkildə təsdiq olunmuşdur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən - narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən - psixotrop maddələr dedikdə BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları başa düşülür. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən - narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Göstərilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə edilməsi, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin inzibati binasına aparılmışdır. Həmin vaxt orada onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun müdafiə hüququ təmin edilmiş və onun hüquqlarını müdafiə etmək məqsədi ilə dəvət edilmiş müdafiəçinin iştirakı onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən ümumilikdə 23 (iyirmi üç) bükümdə, ümumi təmiz çəkisi 38,833 qram narkotik vasitə heroin aşkar edilmişdir. Daha sonra onun kirayədə yaşadığı ünvan 1, 6 nömrəli mənzildə axtarış keçirilmiş və axtarış vaxtı həmin mənzildən 1670 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda narkotik vasitə heroini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə əməliyyat tapşırığı verilsə də, əməliyyat yolu ilə qeyd edilən hallar müəyyən edilməmişdir. Lakin xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun üzərindən külli miqdarda, yəni 38,833 qram narkotik vasitə heroinin və onun kirayədə yaşadığı mənzildən 1670 qram çəkidə narkotik vasitə heroinin aşkar edilməsi məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs üzərindən və kirayədə yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə heroini hansı məqsədlə əldə etməsinin, başqa sözlə, onun külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində və kirayədə yaşadığı mənzildə saxlayarkən, eləcə də həmin narkotik vasitələri daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərinin, tutulma şəraitinin və tutulması üçün səbəblərin ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə tutulmasına səbəb Şahid3 polis əməkdaşları tərəfindən tutulması və sonuncunun Təqsirləndirilən şəxs əleyhinə verdiyi ifadə olmuşdur. Belə ki, Şahid3 polis əməkdaşları tərəfindən tutulduqdan sonra onun üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncunun üzərində narkotik vasitə heroin aşkar edilmişdir. Şahid3 üzərindən aşkar edilmiş narkotik vasitə heroini xx xxxxxx 2020-ci il tarixdə “Sədərək” ticarət mərkəzində əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs 120 (yüz iyirmi) manata aldığını bildirmişdir. Şahid3 ifadəsində göstərdiyi məlumat əməliyyat yolu ilə araşdırılmış və nəticədə həmin məlumatın həqiqəti əks etdirməsi müəyyən edilmişdir. Bundan sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və şəxsi axtarış zamanı onun üzərindən və kirayədə yaşadığı mənzildən ümumilikdə 1708,833 qram çəkidə narkotik vasitə heroin aşkar edilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahihəsiz hallarıdır. Bundan başqa, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyindən görünür ki, Şahid3 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə heroin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Eyni zamanda həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs etirafedici ifadələr verərək həqiqətən də onun üzərində və kirayədə yaşadığı mənzildən ümumilikdə 1708,833 qram çəkidə narkotik vasitə heroinin aşkar edildiyini, onun Şahid3 120 (yüz iyirmi) manata təxminən 5 (beş) qram narkotik vasitə heroin satdığını, üzərindən və yaşadığı mənzildən aşkarlanmış narkotik vasitə heroini məhz satmaq məqsədi ilə əldə etdiyini dəfələrlə bəyan etmişdir. Təqsirləndirilən şəxs onun üzərindən və kirayədə yaşadığı mənzildən aşkarlanmış maddənin narkotik vasitə heroin olmasını, üzərindən aşkarlanmış bükümlərin sayını, həmin bükümlərdə olan narkotik vasitənin çəkisi, eləcə də kirayədə yaşadığı mənzildən aşkarlanmış narkotik vasitənin çəkisini mübahisələndirməmişdir. Əksinə etirafedici ifadələr verməklə törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin üzərindən 23 (üç) ədəd bükümdə narkotik vasitə heroinin aşkar edilməsini, həmin bükümlərdə olan narkotik vasitənin çəkisini, onun kirayədə yaşadığı mənzildən 1670 qram çəkidə narkotik vasitə heroinin aşkar edilməsi, o cümlədən onun Şahid3 120 (yüz iyirmi) manata təxminən 5 (beş) qram narkotik vasitə heroini satmasını, qeyd edilən halın Şahid3 tərəfindən ibtidai istintaq zamanı etiraf edilməsini, Şahid3 üzərindən aşkar edilmiş narkotik vasitə heroinin Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkarlanmış narkotik vasitə heroinlə eynilik təşkil etməsini nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə etmiş, bir hissəsini üzərində, qalan hissəsini yaşadığı mənzildə gizlətməklə saxlamış, həmin narkotik vasitələri daşımış və pul müqabilində həmin narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Qeyd edilən hallar məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Yuxarıda müəyyən edilmiş hallar məhkəmə istintaqında dindirilmiş şahid ifadələri ilə də təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslər həqiqətən də xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən və kirayədə yaşadığı mənzildən külli miqdarda narkotik vasitənin aşkar edildiyini, onun Şahid3 120 (yüz iyirmi) manata narkotik vasitə heroini satmasını açıq şəkildə bildirmişlər. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda qadağan olunmuş narkotik vasitə heroini əldə edib saxlamaqda və daşımaqda məqsədi məhz qadağan olunmuş həmin vasitəni özgəninkiləşdirərək qazanc əldə etmək olmuşdur. Onun Şahid3 120 (yüz iyirmi) manata narkotik vasitə heroini əvəzli şəkildə, yəni pul müqabilində satması onun məqsədinin qazanc əldə etməkdən ibarət olduğunu təsdiq edən başlıca haldır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan sübutları və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri mövcuddur. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməli onun tərəfindən qəsdən törədilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, evli olmasını, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, ibtidai istintaq zamanı ibtidai istintaq orqanı ilə əməkdaşlıq edərək törətdiyi cinayət əməlini etiraf etməsini, törətdiyi cinayətin açılması məqsədi ilə ibtidai istintaq orqanına kömək etməsini, məhkəmə istintaqında da törətdiyi cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, onun əməlində cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasına əsasən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd olunan tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona məhkəmə tərəfindən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan xx xxx 2020-ci il tarixli, 1229 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, narkomaniyadan məcburi qaydada müalicə olunmalıdır. Eyni zamanda təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 21,202 qram, 17,401 qram və 1669,8 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən 1 (bir) ədəd disk və Təqsirləndirilən şəxs Şahid3 qanunsuz olaraq narkotik vasitəni satması anını əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 205 (iki yüz beş) manat 76 (yetmiş altı) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 205 (iki yüz beş) manat 76 (yetmiş altı) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Bakı şəhəri Qaradağ rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 21,202 qram, 17,401 qram və 1669,8 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd disk və Təqsirləndirilən şəxs Şahid3 qanunsuz olaraq narkotik vasitəni satması anını əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarına saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 205 (iki yüz beş) manat 76 (yetmiş altı) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar