Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-307/2023 23.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, “Pro Bono” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda külli miqdarda 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 13,108 qram, 7,651 qram, 3,235 qram və 3,330 qram olmaqla ümumi təmiz çəkisi 27,324 qram narkotik vasitə heroin, külli miqdarda 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,917 qram, 0,985 qram və 0,784 qram olmaqla ümumi təmiz çəkisi 3,686 qram psixotrop maddə metamfetamin əldə edib, üstündə daşımaqla saxlayıb 31 may 2022-ci il tarixdə külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 3,330 qram narkotik vasitə heroini və 01 ədəd bükümdə təmiz çəkisi 0,784 qram psixotrop maddə metamfetamini 100 manat pul müqabilində tanışı Şahid1 satmış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinə daxil olmuş məlumat əsasında həmin İdarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixdə saat 04:00-da ünvan 4 ünvanda qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə satmada şübhəli şəxs qismində saxlanılıb ünvan 5 ünvanda yerləşən Xətai rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üstündə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan gödəkçənin qabaq sağ yan cibindən külli miqdarda 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 13,108 qram, 7,651 qram və 3,235 qram olmaqla ümumi təmiz çəkisi 23,994 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,917 qram və 0,985 qram olmaqla ümumi təmiz çəkisi 2,902 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, özü uzun illərdir ki, narkotik vasitə istifadəçisidir, gündə yarım qram, 1 qram narkotik vasitə istifadə etmişdir. O, narkotik vasitəni internet vasitəsilə qramını 30, 35, 40 manata almışdır. O, narkotik satan adama zəng vurmuş, həmin adam ona kartını atmış, o da həmin adamın kartına pul atdıqdan sonra həmin adam narkotik vasitəni müəyyən yerə qoyaraq ona şəkil atmışdır ki, gedib oradan götürsün. Sonuncu dəfə narkotik vasitəni “20 Yanvar” ərazisindən götürmüş, həmin narkotik vasitə 1 büküm, bükümdə 2 qram narkotik vasitə olmuşdur. O, həmin adama 50 manat pul ödəmişdir. O, Ələkbərlə cəzaçəkmə müəssisəsində tanış olmuş, Ələkbər ona zəng vuraraq ağrıdığını bildirmişdir. Onun da həmin 2 qramdan qalan narkotik vasitəsi olmuşdur. O, Ələkbərə 2 qramdan qalan narkotik vasitəsi olduğunu bildirmiş, Ələkbər onlara gəlmiş və onlar birlikdə narkotik vasitə istifadə etmişlər. Tutulduğu gün polis əməkdaşları onu yaşadığı ünvanın qarşısındakı idman zalının yanında saxlamışlar. Polislər özlərini təqdim etmədən onu döyə-döyə 37-ci Polis bölməsinə aparmışlar və üzərinə şəxsi axtarış keçirmişlər. Üzərindən telefon, pul, bıçaq, oboy bıçağı və açar aşkar edilmişdir. Cibindən siqaret qutusunda narkotik vasitə də aşkar olunmuş, amma o, hansı narkotik vasitə olmasını dəqiq bilməmiş, çünki həmin narkotik vasitə ona məxsus olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, Ələkbərə 100 manata narkotik vasitə satmamışdır, Ələkbərlə birlikdə narkotik vasitə istifadə etmişlər, daha sonra Ələkbər çıxıb getmişdir. İttiham aktında qeyd olunan çəkidə narkotik vasitə onda olmamışdır. Onun cibində narkotik vasitə ümumiyyətlə olmamışdır. Onu polis bölməsinə döyə-döyə aparmışlar. İdarədə onu dəyənəklə vurmuşlar. Bununla yanaşı, istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilmiş ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 2010-cu ildə narkotik vasitələrin istifadəsinə başlamış, ilkin vaxtlarda narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə etsə də, sonrakı vaxtlarda narkotik vasitənin daha ağır təsir qüvvəsinə malik heroin və metamfetamin növlərindən çəkməklə və inyeksiya yolu qəbul etməyə başlamış, narkotik vasitələrdən sui-istifadəsi nəticəsində narkomaniya xəstəliyinə tutulmuş, hazırda bu xəstəlikdən əziyyət çəkir. Narkotik vasitələri vaxtlı-vaxtında qəbul etmədiyi təqdirdə bədənində möhkəm ağrıları olur, yuxusuzluqdan, nəfəs darlığından və baş ağrılarından əziyyət çəkir, əvvəllər müxtəlif ardıcıllıqla törətdiyi quldurluq, oğurluq və qanunsuz olaraq narkotik vasitə əldə edib, saxlama cinayətlərinə görə Azərbaycan Respublikası CM-nin 181, 177 və 234-cü maddələri ilə təqsirli bilinib, azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, azadlığa buraxıldıqdan sonra bir müddət narkotik vasitələr və psixotrop maddələrdən istifadə etməsə də, sonda yenidən həmin maddələrin istifadəsinə başlamış, təxminən 6-7 ay əvvəl narkotik vasitələri təşkil edəcək şəxs axtardığı zaman təsadüfən tanımadığı şəxs ona İran İslam Respublikası vətəndaşı olan Əli adlı şəxsin istifadəsində olan mobil nömrəni verib, həmin şəxslə əlaqə saxlamağını, məhz həmin şəxsin narkotik vasitələr və psixotrop maddələrin təşkilində yardımçı olacağını bildirmiş, həmin ərəfədə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “whatsapp” mobil tətbiqi ilə Əli adlı şəxsin nömrəsi ilə əlaqə saxlayan zaman özünü Əli kimi təqdim edən, habelə danışıq və ləhcəsindən həqiqətən də İran vətəndaşına oxşatdığı şəxs, istənilən növ narkotik vasitə və psixotrop maddə təşkil edə biləcəyini, mütəmadi olaraq istifadə etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin 1 qramını 14 manatdan olmaqla satışını həyata keçirdiyini deyib, narkotik vasitə və ya psixotrop maddə istədiyi təqdirdə əvvəlcədən sifariş verib, şərtləşdiilmiş görüş yerində görüşməklə həmin kütlələri götürə biləcəyini demiş, bundan sonra o, Əli adlı şəxsin dediyi kimi edib, hər dəfə narkotik vasitə və ya psixotrop maddə lazım olduğu zaman “whatsapp” mobil tətbiqi ilə ona zəng edib, ona müəyyən məbləğdə olan pul müqabilində narkotik vasitə və psixotrop maddə metamfetamin sifariş vermiş, bundan sonra Əli adlı şəxsin təyin etdiyi görüş yerində onunla görüşmüş, razılaşdırılmış pul məbləğini ona verməklə sifariş verdiyi narkotik vasitə və ya psixotrop maddəni ondan almışdır. Bir müddət Əli adlı şəxslə bu qaydada alver etdikdən sonra, onun etibarlı şəxs olduğunu görüb, ondan artıq həftədə bir-iki dəfə deyil, ona bir ay müddətinə kifayət edəcək qədər narkotik vasitə və ya psixotrop maddə almaqla hissə-hissə istifadə etmək qərarına gəlmiş, belə ki, narkotik vasitələri tez-tez alacağı təqdirdə tutulacağından ehtiyat etmiş, bu minvalla 31 may 2022-ci il tarixdə səhər saatlarında “whatsapp” mobil tətbiqi ilə Əli adlı şəxslə əlaqə saxlayıb ona 400 manat pul müqabilində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin sifariş etmiş, Əli adlı şəxs həmin gün axşam saatlarında ona zəng vurub, sifarişini hazır etdiyini deyərək, Babək prospektində körpünün altında görüş təyin etmiş, həmin gün axşam saatlarında Əli adlı şəxslə görüşmüş, sonuncu ona 07 ədəd büküm təqdim edib, bükümlərdən 04 ədədinin içərisində təxminən 33 qrama yaxın narkotik vasitə heroin, digər 03 ədəd bükümdə isə təxminən 5 qrama yaxın psixotrop maddə metamfetamin olduğunu bildirmiş, o, Əli adlı şəxsdən götürdüyü bükümləri açıb, içərisinə nəzər saldıqda, bükümlərdən 04 ədədinin içərisində narkotik vasitə heroin, 03 ədədinin içərisində isə psixotrop maddə metamfetamin olduğunu görüb, şərtləşdikləri kimi 400 manat pul verməklə, həmin bükümləri ondan almış, bundan sonra bükümləri cibinə qoyub, oradan uzaqlaşaraq, yaşadığı ev istiqamətində gəlmiş, həmin gün saat təxminən 00 radələrində metronun “Xətai” stansiyası yaxınlığında piyada hərəkət etdiyi zaman təsadüfən hələ 7 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkdiyi vaxtlarda tanış olduğu Ələkbər adlı şəxslə qarşılaşmış, həmin vaxtdan aralarında münasibət formalaşmış, onlar azadlığa buraxıldıqdan sonra bir müddət əlaqə saxlasalar da, sonradan əlaqələri kəsilmiş, bir neçə dəqiqə ərzində Ələkbərlə söhbətləşdikdən sonra, o, narkomaniya xəstəliyindən əziyyət çəkdiyini və ağrıdığını deyib, üstündə narkotik vasitə və ya psixotrop maddə olub-olmaması ilə bağlı maraqlanmış, o da özünün istifadəsi üçün, həm narkotik vasitə, həm də, psixotrop maddə metamfetamin əldə etdiyini deyib, 100 manat pul müqabilində aldığı həmin narkotik vasitə heroin və pisxotrop maddə metamfetamindən ona satışını təşkil edə biləcəyini demiş, Ələkbər təkliflə razılaşdığından, o, alqı-satıqını həyata keçirib, sonuncuya 01 büküm narkotik vasitə heroin və 01 büküm psixotrop maddə metamfetamin verib, bunun müqabilində 100 manat pul almış, daha sonra onlar sağollaşaraq ayrılmış, Ələkbərdən arıldıqdan sonra gizlin bir yerə gedərək, əldə etdiyi narkotik vasitə heroindən az miqdarını inyeksiya yolu ilə qəbul etmiş, artıq 01 iyun 2022-ci il saat 04 radələrində yaşadığı evin qarşısına gəldiyi zaman, iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini Xətai RPİ-nin əməkdaşları kimi təqdim edərək şəxsiyyəti ilə bağlı sorğu etmiş, o, özünü təqdim etdikdən sonra, onlar barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olma barədə məlumatın daxil olduğunu bildirib, bununla bağlı onu yaxınlıqdakı Xətai rayon Polis İdarəsinin 37-cı Polis şöbəsinə dəvət etmiş, o, etiraz etmədən polis əməkdaşlarının müşayiəti ilə həmin polis şöbəsinə gəlmiş, polis şöbəsinə gəldikdə, onu xidməti otaqların birinə dəvət etmiş polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışa məruz qalacağını izah etmiş, ardınca isə ona müdafiəçi təqdim edilmiş, polis əməkdaşları şəxsi axtarış aparmazdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmaması barədə sorğu edib, müsbət halda həmin əşyaları könüllü olaraq təqdim etməsini təklif etmiş, o, əynindəki gödəkçənin sağ yan cibindəki ümumilikdə 05 ədəd bükümü polis əməkdaşlarına təqdim etmiş, üstündən aşkar edilmiş bükümlərdə narkotik vasitə olduğunu, həmin bükümlərin özünə aid olduğunu, həmin maddələri tanımadığı İran İslam Respublikası vətəndaşından, elə həmin gün 300 manatdan bir qədər artıq pul müqabilində əldə etdiyini demiş, bundan sonra aşkar edilənlərlə bağlı protokol tərtib olunmuş, ucadan oxunmuş, şikayət, ərizə və təkliflər daxil olmadığından doğruluğunu təsdiq etmək üçün o və digər iştirakçılar tərəfindən protokola imza edilmişdir (cild 1, iş vərəqi 92-97, 109-113). Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hal-hazırda Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 31 may 2022-ci il tarixdə Şahid1 qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahid1 saxlanılaraq 37-ci Polis şöbəsinə gətirilmişdir. Şöbədə Şahid1 şəxsi axtarışı aparılan zaman, üstündən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər, 01 ədəd bükümdə isə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüş, sorğu zamanı Şahid1 həmin kütlələri 100 manat pul müqabilində tanışı Orxan adlı şəxsdən aldığını bildirmişdir. Orxan adlı şəxsin müəyyən olunması istiqamətində təhqiqatçı tərəfindən verilmiş tapşırıq əsasında o, həmçinin şöbənin əməliyyat müvəkkili Şahid3 Orxan adlı şəxsin şəxsiyyəti barədə Şahid1 ǝtraflı məlumat aldıqdan sonra, 01 iyun 2022-ci il tarixdə saat 3-4 radələrində Orxanın olması ehtimal edilən ünvan 4 binanın qarşısına gəlmişlər. Qeyd edilən ünvan ətrafında əməliyyat mövqeyi tutub, bir qədər müşahidə apardıqdan sonra, Təqsirləndirilən şəxs müəyyən edib, sonuncunu 37-ci Polis şöbəsinə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə vidoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmışdır. Şəxsi axtarışı aparılan zaman Təqsirləndirilən şəxs əynində olan idman gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofandakı 05 ədəd bükümü təqdim edərək, bükümlərdən 03 ədədinin içərisində narkotik vasitə heroin, digər 02 ədədinin içərisində isə psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni tutulmamışdan bir qədər əvvəl, yəni 31 may 2022-ci il tarixdə axşam saatlarında tanımadığı İran İslam Respublikası vətəndaşından 400 manat pul müqabilində alaraq, öz istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 05 ədəd büküm elektron tərəzi vasitəsi ilə çəkildikdən sonra qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə birlikdə eyni məhəllədə böyümüşlər. O, narkotik vasitə olan heroindən istifadə edir. Hal-hazırda barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işinin istintaqı aparılır. O, narkotiki tanımadığı şəxslərdən almışdır. Ağrıları olduğundan bir dəfə Orxana zəng etmiş, Orxandan narkotik vasitə istəmişdir. Orxan özündə narkotik olduğunu demiş, buna görə də o, Orxangilə qonaq getmişdir. Orxanda heroin olmuş, o, Orxanla iynə vurma yolu ilə narkotiki qəbul etmişdir. Orxan ona narkotiki pulla satmamış, pulsuz vermişdir. İkisi də narkotiki qəbul etmişlər. Daha sonra o, çıxıb evə gedərkən onu polis əməkdaşları saxlamış və bölməyə gətirmişlər. Onun üzərindən heç nə aşkar olunmamışdır. Bununla yanaşı, istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq edilmiş ifadəsində Şahid1 göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamini çəkməklə və ya inyeksiya yolu ilə qəbul edir, bu kimi əməllərinə görə bir neçə dəfə Azərbaycan Respublikası CM-in 234.1-ci maddələri ilə təqsirli bilinib, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İstifadə etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamini o, həmişə müxtəlif yerlərdən tanımadığı şəxslərdən almış, həmişə olduğu kimi 31 may 2022-ci il tarixdə səhər saatlarında narkotik vasitə istifadəçisi olmağı ilə əlaqədar bədənində ağrılar başladığı üçün özü istifadə etməkdən ötrü narkotik vasitə və ya psixotrop maddə əldə etmək qərarına gəlmiş, bu məqsədlə gün ərzində hazırda xatırlamadığı bir neçə yerə getsə də, narkotik vasitə və ya psixotrop maddə əldə etməkdə çətinlik çəkmiş, həmin gün saat təxminən 24 radələrində metronun “Xətai” stansiyası yaxınlığında piyada hərəkət etdiyi zaman təsadüfən tanışı Orxan adlı şəxslə qarşılaşmış, Orxanla görüşüb, hal-əhval etdikdən sonra, onun da narkomaniya xəstəliyindən əziyyət çəkidiyini bildiyi üçün, üstündə narkotik vasitə və ya psixotrop maddə olub-olmaması ilə bağlı maraqlanmış, Orxan da hələ bir qədər əvvəl adını qeyd etmədiyi İran İslam Respublikası vətəndaşından müəyyən məbləğdə pul müqabilində 04 ədəd bükümdə narkotik vasitə heroin, 03 ədəd bükümdə isə psixotrop maddə metamfetamin aldığını, 01 ədəd bükümdəki narkotik vasitə heroinin çəkisinin təxminən 4 qram, psixotrop maddə metamfetaminin isə təxmini çəksinin qram olduğunu deyib, 100 manat pul müqabilində ona 1 büküm narkotik vasitə heroin və 1 büküm psixotrop maddə metamfetamin sata biləcəyini bildirmiş, həmin zaman bədənində möhkəm ağrılar olduğu üçün Orxanın təklifi ilə razılaşıb, 100 manat pul verməklə, ondan 1 büküm narkotik vasitə heroin və 1 büküm psixotrop maddə metamfetamin almiş, bükümləri istifadə etməkdən ötrü əynindəki şalvarın cibinə qoyaraq saxlamış, daha sonra Orxanla sağollaşaraq ayrılmış, Orxandan ayrıldıqdan sonra, bina ətrafında gəzib, əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamini istifadə etməkdən ötrü gizlin bir yer axtarmağa başlamış, bu minvalla binanın qarşısı ilə hərəkət etdiyi zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib Xətai rayon Polis İdarəsinin əməkdaşları kimi təqdim edərək şəxsiyyəti ilə bağlı sorğu etmiş, o, özünü təqdim etdikdən sonra, onlar barəsində narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə məlumatın daxil olduğunu bildirib, bununla bağlı yaxınlıqdakı Xətai rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinə dəvət etmiş, o, etiraz etmədən polis əməkdaşlarının müşayiəti ilə 37-ci Polis şöbəsinə gəlmiş, polis şöbəsinə gəldikdə, ona videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışa məruz qalacağı izah edilmiş, o, əynindəki şalvarın qabaq sağ cibindəki ümumilikdə 2 ədəd bükümü polis əməkdaşlarına təqdim etmiş, eyni zamanda polis əməkdaşları təqdim etdiyi bükümün içərisində nə olduğunu soruşduqda, o, təqdim etdiyi bükümlərin birinin içərisində narkotik vasitə heroin, digərinin içərisində isə psixotrop maddə metamfetamin olduğunu bildirib, həmin kütlələri saxlanmamışdan bir qədər əvvəl Orxan adlı şəxsdən 100 manat müqabilində alıb öz istifadəsi üçün üstündə saxladığını bildirmiş, polis əməkdaşları təqdim etdiyi 2 ədəd bükümə baxış keçirib, çəkilərini müəyyən etdikdən sonra, həmin bükümləri qablaşdırıb, möhürləyərək götürmüşlər (cild 1, iş vərəqi 117-120). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, xx.xx.1976-cı ildə ünvan 8 ünvanda qeydiyyatda olan Şahid1 Xətai rayon Polis İdarəsinin inzibati ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və qəbulu ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid1 yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, polis əməkdaşları həmin tarixdə, saat 01:00 radələrində xidmət apardıqları vaxt Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində 22 saylı binanın yaxınlığında 1 nəfər şəxsin özünü şübhəli apardığını görmüş, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu deyib onu 37ci Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində həmin şəxsin xx.xx.1976-cı il təvəllüdlü Şahid1 olması məlum olmuşdur (cild 1, iş vərəqi 8). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra o, əynindəki göy rəngli cins şalvarının qabaq sağ cibindən qara rəngli sellofana bükülmüş, içərisində 2 ədəd ağ sellofanda olan biri qəhvəyi, digəri isə şəffaf şəkildə olan narkotik vasitəyə bənzər maddəni çıxararaq təqdim etmiş, Şahid1 üzərindən aşkar edilmiş maddənin nə olması soruşulduqda, o, həmin bükümdəki kütlənin narkotik maddə olan "kakos" və “şüşə” olmasını bildirmişdir. Həmin bükülülər açıldıqda, içərisində tünd qəhvəyi rəngli toz halında və şəffaf olan kütlə aşkar edilmiş, bükümlərdə olan maddələr elektron tərəzidə çəkilmiş, həmin qəhvəyi rəngli kütlənin çəkisinin 3,7 qram, şəffaf rəngli kütlənin çəkisinin isə 1,0 qram olması məlum olmuşdur. Şahid1 həmin maddəni nə vaxt və haradan alması soruşulduqda, o, həmin maddəni 31 may 2022-ci il tarixdə axşam saatlarında Orxan adlı şəxsdən 100 manata özü qəbul etmək üçün almasını bildirmişdır. Bundan sonra Şahid1 üzərindən aşkar edilmiş maddə bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 29-30). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, həmin tarixdə saat 04:00 radələrində xidmət zamanı polis əməkdaşları Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində 22 saylı binanın yaxınlığında 1 nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu deyib onu 37-ci Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 38). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra o, əynindəki qara və göy rəngli idman gödəkçəsinin sağ yan cibindən ağ rəngli sellofana bükülmüş içərisində 5 ədəd ağ sellofanda olan 3 ədədi qəhvəyi, digər 2 ədədi isə şəffaf şəkildə olan narkotik vasitəyə bənzər maddəni çıxararaq təqdim etmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nə olması soruşulduqda, o, həmin bükümdəki kütlənin narkotik maddə olan "kakos" və “ağ” olmasını bildirmişdir. Həmin bükülülər açıldıqda içərisində tünd qəhvəyi rəngli toz halında olan kütlə aşkar edilmiş, həmin bükümlərdə olan maddə elektron tərəzidə çəkilmiş, qəhvəyi rəngli kütlənin çəkisinin 27,5 qram, şəffaf rəngli kütlənin çəkisinin isə 3,4 qram olması məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin maddəni nə vaxt və haradan alması soruşulduqda, o, həmin maddəni 31 may 2022-ci il tarixdə axşam saatlarında İran İslam Respublikasının vətəndaşından 400 manata özü qəbul etmək üçün aldığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 62-63). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3073 saylı rəyindən görünür ki, “Azərbaycan Respublikası DİN Zərflər üçün №153 dairəvi əksləri olan, “Vətəndaş Şahid1 aşkar olunub götürülmüş...” sözləri, soyadlar və imzalar olan bir ədəd zərfdə bir ədəd təmiz çəkisi 3,330 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə olan təmiz çəkisi 0,784 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 55 (əlli beş) manat təşkil edir (cild 1, iş vərəqi 70-74). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3074 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №153 dairəvi əksləri olan, Vətəndaş Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş...” sözləri, soyad və imzalar olan bir ədəd zərfdə 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 13,108 qram, 7,651 qram və 3,235 qram, ümumi təmiz çəkisi 23,994 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,917 qram və 0,985 qram, ümumi təmiz çəkisi 2,902 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş 2 (iki) ədəd bükümdə olan metamfetaminlər və 3 (üç) ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə öz aralarında birbiri ilə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 55 (əlli beş) manat təşkil edir (cild 1, iş vərəqi 76-81). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4872 saylı rəyindən görünür ki, “Şahid1...” və “Təqsirləndirilən şəxs aşkar olunub..” qeydli zərfdəki heroinlər və metamfetaminlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Aparılmış tədqiqatın dəyəri 55 (əlli beş) manat təşkil edir (cild 1, iş vərəqi 183-185). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid1 özünün narkotik vasitə istifadəçisi olması, 31 may 2022-cii il tarixdə bədənində ağrılarının başladığı ilə əlaqədar Təqsirləndirilən şəxs 100 manat pul verməklə 01 büküm narkotik vasitə heroin və 01 büküm psixotrop maddə metamfetamin almasını Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs Şahid1 dediklərini təsdiq edərək sonuncuya heroin və metamfetamin satmasını etiraf etmişdir (cild 1, iş vərəqi 100-102). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 01 ədəd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, təhqiqatçı Aqil Cəfərov özü və iştirakçılar barədə məlumatlar verməklə, saxlanılan şəxs Təqsirləndirilən şəxs anket məlumatları barədə məlumat alaraq, onun şəxsi axtarışı aparılacağı barədə məlumat verir, ardınca axtarışda iştirak edəcək şəxsləri elan edir. Onun sol tərəfində masa arxasında 13 saylı vəkil bürosunun vəkili X4, sağ tərəfdə masa arxasında əyninə qara rəngli, göy xətli idman şalvarı və qara rəngli, göy xətli uzunqol idman gödəkçə geyinmiş şəxs Təqsirləndirilən şəxs, habelə ön tərəfdə ayaq üstə Xətai RPİ-nin NMB-nin əməkdaşları Şahid2 və Şahid3 olması müşahidə edilir. Video çəkilişin davamında təhqiqatçı Aqil Cəfərov, şübhəli şəxs Təqsirləndirilən şəxs anket məlumatları barədə sorğu edir, qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, ardınca üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşyanın olub-olmadığı barədə sorğu edib, həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Həmin zaman Təqsirləndirilən şəxs əynində əynində olan idman gödəkçəsinin sağ yan cibindən ağ rəngli sellofana bükülmüş 05 ədəd sellofan kəsiyinə bükülünü təqdim edərək, həmin bükümlərdən birinin içərisində narkotik vasitə "kakos”, yəni heroin, digərinin içərisində "ağ", yəni metamfetamin olduğunu, həmin kütlələri 31 may 2022-ci il tarixdə axşam saatlarında özünün istifadəsi üçün İran İslam Respublikası vətəndaşından aldığını bildirdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, lakin üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümlərdən birinin içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər, digər bükümün içərisində isə ağ rəngli, kristallik formalı, psixotrop maddə metamfetaminə bənzər kütlə olması müşahidə edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər elektron tərəzi vasitəsi ilə çəkildikdə, narkoitk vasitə heroinə bənzər maddənin qablaşdırma ilə birlikdə çəkisinin 27,5 qram olması, psixotrop maddə metamfetaminə bənzər kütlənin isə qablaşdırma ilə birlikdə çəkisinin 3,4 qram olması müəyyən edilir. Şəxsi axtarış gedişində Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bükümlər qablaşdırılıb, üzəri imzalanır və götürülür (cild 1, iş vərəqi 114-115). İşdə olan Xətai RPİ-nin 37-ci Polis bölməsinin ibtidai istintaq orqanının əməliyyat tapşırığına xx.xx.2022-ci il tarixli, ***-**** nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddəni hansı şəxsdən (şəxslərdən), nə vaxt və hansı üsulla alması istiqamətində bir sıra əməliyyataxtarış tədbirləri keçirilmiş, lakin bu istiqamətdə müsbət nəticə əldə etmək mümkün olmamışdır. Keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olması faktı müəyyən olunsa da, onun konkret hansı şəxslərə narkotik vasitə və ya psixotrop maddə satması müəyyən edilməmişdir (cild 1, iş vərəqi 156). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş telefon danışıqlarına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk "CD-R" formatlıdır, üzərində "xxxx" yazısı və həmin cəmiyyətə aid loqotip mövcuddur. Həmin diskdə cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə kartlarına dair məlumatları əks etdirən faylların mövcud olması aşkar edilir. Qovluqdakı istintaq əhəmiyyəti kəsb edəcək 01 may 2022-ci il tarixdən 01 iyun 2022-ci il tarixədək olan müddət ərzində ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrdən çıxan və həmin nömrələrə daxil olan sms mətnlərinə dair məlumatlar, həmin mobil nömrələrə daxil olan və çıxan zənglər, zənglərin anten dairəsinə dair məlumatlar, habelə həmin məlumatlarda əks olunan "xxxx" MMC-yǝ aid abunəçilərin anket məlumatları və ünvanlarının əks olması müşahidə edilir (cild 1, iş vərəqi 187). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4697 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və pixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 179-180). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2267 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicəyə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs müəyyən edilən üzvi şəxsiyyət pozuntusu cinayət törətdiyi zaman o dərəcədə ifadə olunmayıb ki, onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməllərini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab vermək iqtidarındadır. Təqsirləndirilən şəxs törətmış olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür (cild 1, iş vərəqi 181-182). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş 03 ədəd bükümdə ümumi təmiz çəkisi 23,994 qram narkotik vasitə heroin, 02 ədəd bükümdə ümumi təmiz çəkisi 2,902 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs şəxsi axtarışları zamanı qeydə alınmış görüntüləri əks etdirən 01 ədəd CD-R formatlı disk maddi sübut kimi tanınmış, tədqiqat zamanı sərf olunduqdan sonra qalıq çəkiləri müvafiq olaraq 23,694 qram narkotik vasitə heroin, 2,702 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd CD-R formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 188-203). İşdə olan cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılması qərara alınmışdır (cild 1, iş vərəqi 205-206). İşdə olan cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 209-210). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs saxlanılarkən üzərində ümumiyyətlə narkotik vasitəsinin olmaması, polis əməkdaşlarının onu döyməklə narkotiki boynuna götürməyə məcbur etmələri, Şahid1 narkotik vasitələr satmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir və hesab edir ki, belə ifadələr verməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdür. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı nömrə ilə narkotik vasitələrin alışı, istifadəsi və satışı ilə bağlı yazışmaları müəyyən edilməməsinə baxmayaraq, məhkəmə təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotiklərin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, onların müxtəlifliyini, xırda bükümlərə bükülməsini, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotikləri məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə həmin nəticəyə gələrkən eyni zamanda təqsirləndirilən şəxsin və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələrini, həmin ifadələr cinayət işinin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul etmişdir. Şahid1 məhkəmədə verdiyi ifadələrə isə məhkəmə tənqidi yanaşır və hesab edir ki, həmin ifadələrlə şahid uzun zaman yoldaşlıq münasibətində olduğu təqsirləndirilən şəxsə məsuliyyətdən yayınmaqda kömək etmək məqsədini güdmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməklə təzyiqlərə məruz qalması barədə ifadələrini “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-28-ci bəndlərindəki tövsiyələrinə uyğun şəkildə təhlil etməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs polislər tərəfindən döyülməsi ilə bağlı ilk dəfə məhkəmədə verdiyi ifadəsində bildirmişdir. Lakin, o, döyülməsini təsdiq edən hər hansı dəlil məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilərkən nə təqsirləndirilən şəxsin özü, nə də ki, onun müdafiəçisi tərəfindən təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi və ya hər hansı təzyiqə məruz qalması barədə heç nə bildirilməmişdir. Əksinə təqsirləndirilən şəxs məhkəmədə törətdiyi əməlləri etiraf edərək üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edildiyini bildirmiş və Şahid1 narkotik vasitə satdığını etiraf etmişdir. Buna baxmayaraq, məhkəmə istintaqı zamanı məhkəmə Təqsirləndirilən şəxs şəxsi işini və tibbi kartoçkasını onun saxlanıldığı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasından tələb edib baxışını keçirmiş, onun təcridxanaya qəbul edilərkən üzərinə baxış keçirilən zaman sağ qulaq seyvanında tünd bənövşəyi rəngli, sağ əlin birinci barmağında, sağ baldırın arxa tərəfində, alt və üst dodaq nahiyəsində bənövşəyi rəngli qançır izləri, hər iki saidin ön tərəfində qərtməkli yara aşkar edilmiş və bu barədə Xətai rayon prokurorluğuna məlumat verilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Xətai rayon prokurorluğundan daxil olmuş 20 iyun 2022-ci il tarixli qərardan görünür ki, Bakı İstintaq təcridxanasından daxil olmuş məlumat əsasında həmin zədələrin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yetirilib-yetirilməməsi məqsədilə Xətai rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi öz təsdiqini tapmadığından Xətai RPİ-nin əməkdaşlarının əməlində cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülmə barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Məhkəmə müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi və həmin tərəfin mülahizəsinə görə, Təqsirləndirilən şəxs saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq göstərilməsini təsdiq edən diskin sübut kimi qəbul edilməsinə dair aşağıdakıları bildirir. Belə ki, qeyd edilən disk məhkəmədə nümayiş etdirilən zaman aydın oldu ki, görüntülərdə şəhər küçəsində minik maşınının ətrafında olan bir neçə mülki şəxsin nə işlə məşğul olduğu bilinmir, həmin şəxslərin hər hansı şəxsi döyməsi müəyyən edilmir, Təqsirləndirilən şəxs isə kadrlarda ümumiyyətlə görünmür. Bundan başqa, aparılmış çəkilişin təqsirləndirilən şəxslə hər hansı əlaqəsinin olması müəyyən edilmir. Bundan əlavə görüntüləri qeydə almış mənbə barədə müdafiə tərəfi məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Qeyd edilən səbəblərdən müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi disk təqsirləndirilən şəxsin döyülməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, daşıması, saxlaması və satması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” xx.xx.2017-ci il tarixli Qanun tətbiq edilərək qəti cəzası 04 ilə endirilmiş, xx.xx.2020-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 10 ay 29 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə vaxtından əvvəl azad etmə müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 167-178). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs cəza çəkməkdən azad edildiyi vaxtdan iki ildən çox vaxt keçdiyinə görə o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sənədlərin surətindən görünür ki, X6 02 fevral 2002-ci il tarixdə X5 ilə nikaha daxil olaraq arvadının soyadını götürmüş, onların birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü Mixail adında övladları vardır. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi 155677 saylı vəsiqənin surətindən görünür ki, Hüseynov (Qasımov) Orxan Vaqif oğluna xx.xx.1999-cu ildə uşaqlıqdan əlil olması barədə ikinci qrup əlillik təyin edilmiş, xx.xx.2004-cü ildə əlillik ömürlük müddətə müəyyən edilmişdir. Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan bir övladının olmasını, özünün ikinci qrup əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 02 iyun 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 iyun 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 48, 135-138). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 02 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Xətai rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 23,694 qram narkotik vasitə heroin və 2,702 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Digər maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən bir ədəd CD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması barədə məhkəmə-narkoloji ekspertizasının rəyi ilə əlaqədar aşağıdakıları bildirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi 155677 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1999-cu ildə uşaqlıqdan əlil olması barədə ikinci qrup əlillik təyin edilmiş, xx.xx.2004-cü ildə əlillik ömürlük müddətə müəyyən edilmişdir. İş üzrə məhkəmə-narkoloji ekspertizasının rəyində bu hal təqsirləndirilən şəxsin şifahi sözlərinə istinadən qeyd edilsə də, rəsmi sənədlər olmadığına görə rəydə nəzərə alınmamışdır. Qeyd edilən halları, habelə məcburi müalicə nəticəsində gələcəkdə baş verə biləcək mümkün fəsadları nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin etməni məqsədəuyğun hesab etmir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs götürülmüş və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 23,694 qram narkotik vasitə heroin və 2,702 qram psixotrop maddə metamfetamin məhv edilsin. - şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən bir ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 110 (yüz on) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əli Məmmədov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-307/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-307/2023
23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver