Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-307/2024 29.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - fərdi qaydada fəaliyyət göstərən vəkilllər Müdafiəçi2 və Müdafiəçi3, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, "Pro Bono" Vəkil Bürosunun vəkili X4 və "Yusif Allahverdiyev və Partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi6 iştirakı ilə, xx xxxxxxxx 1991-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Astara rayonu, Ərçivan qəsəbə ərazi dairəsi, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi evdə yaşamış, 10 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, 15 yanvar 1993-cü ildə Lerik rayonu, Nuravud kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Lerik rayonu, Nuravud ərazi dairəsi, Nuravud kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi evdə yaşamış, 10 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1995-ci ildə Naxçıvan MR, Şərur rayonu, Cəlili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Naxçıvan MR, Şərur rayonu, Cəlilkənd ərazi dairəsi, Cəlilkənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi evdə yaşamış, 10 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1980-ci ildə Naxçıvan MR, Şərur rayonu, Qarxun kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Naxçıvan MR, Şərur rayonu, Qarxun ərazi dairəsi, Qarxun kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi evdə yaşayan, 10 yanvar 2023-cü il tari şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad edilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 təqsirləndirilirlər ona görə ki, onlar istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda - ümumi təmiz çəkisi 10,54 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, Xəzər RPİ, 3cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbir zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 18:40 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, su kanalının yaxınlığında saxlanılaraq Xəzər RPİ, 3-cü Polis şöbəsinin inzibati binasına gətirilmiş və həmin gün saat 19:45 radələrində xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin iç sol cibindən iki ədəd şəffaf rəngli selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,738 qram və 1,572 qram, ümumi təmiz çəkisi 2,310 qram olan ağ rəngli kristallik maddə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, tədbirin davamı olaraq həmin gün saat 21:00 radələrində Təqsirləndirilən şəxs2 Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində saxlanılaraq Xəzər RPİ-nin inzibati binasına gətirilmiş və həmin gün saat 22:05 radələrində xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ cibindən bir ədəd şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 0,493 qram Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, tədbirin davamı olaraq həmin gün saat 21:00 radələrində Təqsirləndirilən şəxs3 Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində saxlanılaraq Xəzər RPİ-nin inzibati binasına gətirilmiş və həmin gün saat 23:00 radələrində xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ cibindən bir ədəd şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 2,061 qram Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddələrlə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, tədbirin davamı olaraq həmin gün saat 21:00 radələrində Təqsirləndirilən şəxs4 Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində saxlanılaraq Xəzər RPİ-nin inzibati binasına gətirilmiş və həmin gün saat 23:45 radələrində xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki üzərində kəpənək şəkilləri olan qarışıq rəngli gödəkçənin sağ cibindən bir ədəd şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 5,676 qram olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddələr ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən ağ rəngli kristallik maddə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, eləcə də əynindəki gödəkçənin sol cibindən üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamlar üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman təqsirləndirilən şəxslər Aügün Rzayevaya, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 verilmiş ittihamlar sübuta yetirilsə də, Təqsirləndirilən şəxs2 adları çəkilən şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək külli miqdarda psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınması cinayətlərinin törədilməsində iştirakı, həmçinin üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini məhz satış məqsədilə əldə edib saxlayaraq daşıması faktı öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs4 elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, Vidadinin qurbanı olmuşdur. Özü narkotik vasitələrdən istifadə edir. O, iranlının kartını Nəsimiyə verməmişdir. Həmin iranlı kartın nömrəsini birbaşa Nəsiminin telefonuna göndərmişdir. Onda elektron tərəzi olmamış, polis işçiləri ona uşağının yanında, evinin içində təzyiqlər göstərmişlər. Nəsimi iranlıya pulu göndərmiş, narkotik vasitəni isə o, götürmüşdür. Bunun qarşılığında Nəsimi istifadə etmək üçün ona yarım qram - bir qram narkotik vermişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs4 saat 4-5-də öz evində tutulduğunu, həmin vaxtı evdə uşağı ilə birlikdə olduğunu, iranlının atdığı narkotik vasitəni götürmək üçün Ramana qəsəbəsinə getdiyini, lakin iranlının harada yaşadığını bilmədiyini, iranlının metamfetamini zibil yeşiyinin yanına atdığını, onun da həmin yerdən götürdüyünü, Vidadi ilə narkotiki götürməyə getdiyini, iranlının kartına 115 manat pul atdıqlarını, 4 qram mal almalı olduqlarını, adama bir qram mal götürməli olduqlarını, əvvəlcədən Nəsimi ona çəkmək üçün narkotik verəcəyini dediyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Təqsirləndirilən şəxs4 həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilərək göstərmişdir ki, bir neçə müddətdir psixotrop maddə metamfetamindən istifadə edir. Metamfetamini əsasən digər narkomanların vasitəsi ilə tanıdığı İran vətəndaşından almışdır. Belə ki, həmin şəxsin bank kartına pul atmış və həmin şəxs Bakı şəhərinin hər hansı bir nöqtəsinə maddəni qoymuş və o da, gedib götürürmüşdür. Özü üçün bəzi hallarda metamfetamini Nəsimi adlı şəxsdən də almış, Nəsimini təxminən 3-4 aydır ki tanıyır. Vidadini isə uzun müddətdir ki, tanıyır. Belə ki Vidadi ilə sevgili olmuşlur. Vüsalı da narkotik vasitə istifadəsiçisi olduğundan tanımışdır. 09 yanvar 2023-cü il tarixdə Nəsimi metamfetamin istədiyini bildirmiş və o, İran vətəndaşının bank kartını Nəsimiyə vermişdir. Bundan sonra Nəsimi həmin şəxsin bank kartına 115 manat pul atmış, sonra Vidadi ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsinə gedərək İranlının dediyi yerdən bir büküm psixotrop maddə metamfetamini götürmüşdür. Sabahsı gün isə Vidadi ona bir ədəd tərəzi gətirərək Nəsiminin verdiyini bildirmişdir. Nəsimi ona bildirmişdir ki, həmin tərəzi ilə 0.5 qram olmaqla ayrıayrı bağlamalar bölsün. Onun həmin hərəkətləri etməsinin müqabilində isə Nəsimi ona bir büküm psixotrop maddə metamfetamin vermişdir. xx.xx.2022-ci il tarixdə Nəsimiyə zəng vuraraq sifariş verdiyi psixotrop maddəni götürməyi bildirmişdir. O, yaşadığı evin yaxınlığında Nəsimi ilə görüşərkən polis əməkdaşları onları saxlamış və Xəzər Rayon Polis İdarəsinin 3-cü PŞ-nə dəvət etmişlər. Polis şöbəsində xidməti otaqlardan birində polis əməkdaşları dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş və üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Həmin vaxt o, əynində olan gödəkçənin sağ cibindən 1 ədəd sellofana bükülmüş metamfetamini, 2 ədəd mobil telefonu və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Eyni zamanda üzərinə şəxsi axtarış keçirilsə də başqa qanunsuz heç bir əşya aşkar olunmamışdır. Sorğu zamanı o, baş verənləri olduğu kimi danışmış, sonra həmin maddələr zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Göstərmişdir ki, narkotik vasitəni əldə edərək Nəsimiyə vermiş, Nəsimi isə əvəzində ona bir büküm psixotrop maddə metamfetamin vermişdir. Narkotik psixotrop maddə metamfetamin aldığı şəxsi görməmiş, həmin şəxs özünü İran vətəndaşı kimi təqdim etmiş və yalnız vatsapp tətbiqi vasitəsi ilə onunla danışmışdır (cild 1, iş vərəqi 181-183). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs4 dindirmə protokolundakı imzaların özünə məxsus olduğunu, lakin həmin ifadədəki sözləri onun demədiyini, protokolu oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, yaşadığı evdən qapıdan çıxan zaman saxlanılmış və onun üzərinə narkotik vasitə qoyularaq bölməyə aparılmışdır. Orada polis əməkdaşları tərəfindən ona təzyiqlər göstərilmişdir. Onlara narkotik vasitədən istifadə etdiklərinə görə hamısını boyunlarına götürmələrini bildirmişlər. O, bununla razılaşmamışdır. Baş verənlər hamısı təzyiq altında olmuş, çəkilişdə də hər şey görünür. Buna görə məcbur qalıb hər şeyi boynuna götürmüş və məhkəmədə başına gələnlərin hamısını danışacağını fikirləşmişdir. Tutularkən onun üstündə heç nə olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs1 digər təqsirləndirilən şəxsləri Aygünə görə tanıdığını, özünün Aygünün evində usta işlədiyini, Nəsimi ilə onu Aygünün tanış etdiyini, Nəsiminin Aygünün evinə karniz və pərdə asmaq üçün gəldiyini, özünün narkotik vasitədən, yəni "patı"dan istifadə etdiyini, "patı"nı tanımadığı uşaqlardan aldığını, lakin digər tutulanların narkotikdən istifadə edib-etmədiklərini bilmədiyini, ibtidai istintaqda ondan digər təqsirləndirilən şəxsləri tanıyıb-tanımamasının soruşulduğunu, o da, həmin şəxsləri tanımadığını bildirdiyini, həmin şəxslərdə narkotik vasitə görmədiyini, heç yerə şikayət etmədiyini, polis işçisinin ona harasa şikayət etsə, evindən də narkotik çıxaracağını bildirdiyini, ona görə qorxub şikayət etmədiyini, indi isə həbsdə olduğundan qorxusu qalmadığını və başına gələnlərin hamısını danışdığını, Nəsimiyə heç vaxt narkotik vasitə satmadığını, Aygünü Nəsimidən iki-üç ay əvvəl tanıdığını, Nəsiminin Aygündən narkotik vasitə aldığını eşitmədiyini, Vüsalı Aygünün vasitəsi ilə taksi sürücüsü kimi tanıdığını, təcridxanaya qəbul edilərkən tibbi müayinədən keçirildiyini, həmin vaxt bədəni üzərində köhnə xəsarət izləri olduğunu, istintaq vaxtı hər birinin videoçəkilişinin ayrıayrılıqda keçirildiyini, çəkiliş zamanı narkotik vasitəni cibindən polis əməkdaşının çıxarıb stolun üstünə qoyduğunu, narkotik vasitəni cibindən özünün çıxarmadığını, çəkiliş zamanı narkotik vasitəni Aygündən və Nəsimidən aldığını dediyini və təzyiq altında olduğu üçün həmin izahatı verdiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən bir aydır narkotik və psixotrop maddə metamfetamin qəbul edir. Belə ki, psixotrop maddə metamfetamini Xəzər rayonu, Binə qəsəbəsi sakinləri Aygün və Nəsimi adlı şəxslərdən alıb istifadə etmişdir. Həmçinin psixotrop maddənin satışı ilə məşğul olmuşdur. Nəsimi ilə dostluq münasibətləri olmuş, Aygünlə isə Binə qəsəbəsindən telefon nömrələri satarkən tanış olmuşdur. Son bir ayda Nəsiminin psixotrop maddələrin satışı ilə məşğul olduğunu öyrənmiş, özü də metamfetamin istifadəsiçisi olduğu üçün Nəsimiyə psixotrop maddələrin satışında köməklik göstərmiş, əvəzində ya pul, ya da ki, psixotrop maddə almışdır. Bir ay ərzində təxminən 10 dəfə Nəsiminin alıcılarına metamfetamin satmış və Nəsimiyə pulunu vermişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Nəsimi ona zəng vuraraq Aygündə «şüşə» olduğunu bildirmiş və Aygünün yaşadığı evə gedərək «şüşə»ni götürməyi, qayıdarkən isə yolda həmin «şüşə»nin bir qismini Nəsiminin dediyi müştəriyə verməyi bildirmişdir. O, Aygünün yaşadığı evə getmiş və Aygündən Nəsiminin dediyi psixotrop maddə olan metamfetamini götürmüşdür. Bundan sonra elə həmin evin yaxınlığında kanalın yanında hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşmış və narkotik vasitələrin qəbulunda şübhəli olduğunu deyərək, onu 3-cü PŞ-nə dəvət etmişlər. O da, etiraz etməyib birlikdə Xəzər Rayon Polis İdarəsinin 3-cü PŞ-nə getmiş, polis şöbəsində xidməti otaqlardan birində polis əməkdaşları dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş və üzərində qeyri-qanuni əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt o, əynində olan qara rəngli gödəkçənin iç sol cibində gizlətdiyi və Aygündən götürdüyü 2 ədəd şəffaf selofana bükülü metamfetamini təqdim etmişdir. Eyni zamanda üzərinə şəxsi axtarış keçirilsə də, başqa qanunsuz heç bir əşya aşkar olunmamışdır. Sorğu zamanı baş verənləri olduğu kimi danışmış, sonra həmin maddələr zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Göstərmişdir ki, psixotrop maddə metamfetamindən ay ərzində 1-2 dəfə istifadə etmiş, Nəsiminin tapşırığı ilə Aygündən metamfetamini götürmüş və Nəsiminin dediyi şəxslərə satmış, əldə etdiyi pulları isə Nəsimiyə vermişdir. Nəsimi həmin puldan ona vermiş, yaxud da pulun əvəzində ona istifadəsi üçün metamfetamin vermişdir (cild 2, iş vərəqi 74-76). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs1 dindirmə protokolundakı imzaların özünə məxsus olduğunu, lakin həmin ifadəni təzyiq altında verdiyini, polislərlə onun arasında heç bir narazılıq olmadığını, istintaqda verdiyi ifadəni təsdiq etmədiyini, müstəntiqin ondan heç nə soruşmadığını və protokolu oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Vüsalı həmin gün o, çağırmışdır. Belə ki, maşınını satdığından Vüsala zəng edib bir maşın olduğunu demiş və həmin maşını götürmək istəmişlər. Həmin vaxt Aygünlə də danışmış, onda bir az pul olmuş və həmin pulu götürmək üçün getməyi fikirləşmişdir. Aygünlə onun arasında münasibət tutulmamışdan 4-5 ay əvvəl yaranmışdır. Onun Naxçıvanlı bir dostu olmuş, Aygünün nömrəsini ondan almışdır. Sonralar da bir yerdə oturub çay içmişlər. O, Aygündən 15 manat borc pul istəmişdir. Həmin vaxt öz maşını ustada olmuş, maşına benzin tökmək üçün Aygündən pul istəmişdir. Vüsal hasardan çöldə maşında onu gözləmişdir. Bu zaman polis işçiləri yaxınlaşıb onu saxlamış, onu Aygüngilin evinə salmışlar. Evdə baxanda görmüşdür ki, Vidadini o biri otaqda ağzı üstü yerə yıxmışlar və ağzını da bağlamışlar. O, heç kimə narkotiki Aygündən aldığını deməmişdir. İstintaqda demişdir ki, iki gün əvvəl narkotik vasitə almaq üçün 110 manat pul göndərmişdir. O, narkotiki Aygündən və Vidadidən yox, başqa şəxsdən, yəni İran vətəndaşından almışdır. Çəkiliş zamanı ona qarşı təzyiqlər edilmişdir. Aygünün adını o, çəkməmişdir, Aygün narkotiki özü götürmüş, ona da vermişdir. Videoçəkiliş zamanı təzyiq altında olub polis işçilərinin dedikləri kimi ifadə vermişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs3 bildirdi ki, istintaq zamanı ondan alınan ifadələr təzyiq altında alınmışdır. 115 manat söhbətini o, açmaq istəməmişdir. Belə ki, polis işçiləri ona gətirib büküm vermişlər ki, həmin bükümü öoynuna götürsün. O da, görmüşdür ki, həmin narkotik onun narkotiki deyildir, onun narkotiki 3 qram olmuş, lakin polislərin verdiyi narkotikin çəkisi çox olmuşdur. Onun cibində olan siqaretin içində balaca narkotik olmuşdur. Həmin narkotik vasitəni o, çoxdan almış və cibində qalmışdır. Özü narkotikdən istifadə edən şəxsdir, üzərində olan narkotikdən də istifadə etmiş, qalanı ya 0,5 qram, ya da 0,6 qram olmuşdur. Onu da iranlıdan almışdır. İranlı ilə Aygün xanımın vasitəsi ilə əlaqə saxlamış, pulu iranlının kartına atmışdır. İranlı narkotikin yeri barədə konumu Aygünə göndərmişdir. İranlı ilə şəxsən onun əlaqəsi olmamışdır. O, 2-3 dəfə Aygündən narkotik vasitə almış, hər dəfə aldıqda narkotikin çəkisi 2-3 qram olmuşdur. O, Vidadinin narkotik vasitələrdən istifadə etdiyini bilmiş, Vüsalın narkotikdən istifadə etdiyini isə bilməmişdir. O, Vidadiyə narkotik vasitə verməmişdir. Vidadinin Aygündən narkotik vasitə alıb-almadığını bilmir. Vidadi nə ondan, nə də o, Vidadidən narkotik istəməmişdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Aygünü təxminən 1 ildir tanıyır. Belə ki, o, narkotik vasitə istifadəçisidir və Aygünün narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu bildiyi üçün ondan bir neçə dəfə psixotrop maddə metamfetamin almışdır. Vidadini isə Aygünün vasitəsi ilə tanımışdır. Belə ki, sonuncuların sevgili münasibətlər olmuşdur. Vüsal isə həmyerlisidir və onu çoxdan tanıyır. Aygünün dediyinə görə, tanıdığı İran vətəndaşları vardır və onlardan narkotik vasitə ala bilir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Aygündən 30 manat müqabilində psixotrop maddə metamfetamin almış, həmin maddənin bir qismini istifadə etmiş, bir bükümünü istifadə etməsi üçün Vüsala vermişdir. xx.xx.2023-cü il tarixdə Aygünə 115 manat pul vermiş və onun üçün psixotrop maddə metamfetamin almasını bildirmişdir. Aygün ona psixotrop maddə metamfetamini aldığını demiş və tanışı, həmyerlisi olan Vüsal ilə birlikdə həmin psixotrop maddəni götürməyə gedən zaman polis əməkdaşları küçədə Aygünü, onu və Vüsalı saxlayaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını bildirərək onları polis şöbəsinə aparmışlar. Polis şöbəsində xidməti otaqlardan birində polis əməkdaşları dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş və üzərində qeyri-qanuni əşya varsa, təqdim etməyi bildirilmişdir. Həmin vaxt o, əynində olan qara rəngli cins şalvarın arxa sol cibindən 1 ədəd şəffaf selofana bükülmüş psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Həmçinin üzərində olan 2 ədəd mobil telefonu da polis əməkdaşlarına təhvil vermişdir. Eyni zamanda, üzərinə şəxsi axtarış keçirilsə də, başqa qanunsuz heç bir əşya aşkar olunmamışdır. Sorğu zamanı baş verənləri olduğu kimi danışmışdır. Bundan sonra həmin maddə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Göstərmişdir ki, psixotrop maddəni öz istifadəsi üçün almış, lakin Vüsala istifadə etməsi üçün psixotrop maddə metamfetamini pay kimi vermiş, sonuncundan pul almamışdır (cild 2, iş vərəqi 48-50). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs3 dindirmə protokolundakı imzaların özünə məxsus olduğunu, lakin həmin ifadəni təzyiq altında verdiyini, onları həyətdən tutmadıqlarını, Aygünə 30 manat pul verib narkotik almadığını, 115 manat Aygünə vermədiyini, onlara narkotik vasitə göndərməsi üçün iranlının kartına atdığını, Aygünün iranlı tanışlarının olduğunu bildiyini, 115 manata 4 qram narkotik vasitə almalı olduğunu, Vidadinin ondan narkotik vasitə almadığını, onları saat 5-6 radələrində saxladıqlarını, pulu göndərdiyi kartın kimə aid olduğunu bilmədiyini, ifadəni oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, taksi kimi fəaliyyət göstərir və hadisə günü də Nəsimi onu taksi kimi “Elit» ticarət mərkəzinin yanından maşın götürməyə çağırmışdır. Həmin vaxt onun maşını xarab olduğu üçün başqa tanışının avtomaşınını götürmüşdür. Nəsiminin dediyi yerə çatıb onunla görüşmüş, Nəsimi həmin yerdən kimdənsə pul götürəcəyini deyib maşından düşəndə, o, Nəsimidən bir siqaret istəmiş, Nəsimi də ona siqaret vermişdir. Həmin vaxt o, siqaretin içində “patı» olduğunu görmüş, bu vaxt polis işçiləri onlara yaxınlaşıb burada nə işi olduğunu soruşmuşlar. O, Nəsimi ilə gəldiyini, pul götürüb maşın dalınca gedəcəklərini bildirmişdir. Bundan sonra onları Aygün xanımın evinə aparmışlar. Orada onların üstbaşını axtarmağa başlamışlar. Siqaretin içindəkinin nə olduğunu soruşduqda, o, demişdir ki, həmin maddə Nəsiminindir. Sonra onu polis bölməsinə gətirmişlər, ondan nə vaxtsa narkotik vasitə istifadə edib-etmədiyini soruşmuşlar, o da, istifadə etdiyini demişdir. Orada həmin bir bükümü ona verib, narkotik vasitəni Nəsimidən aldığını deməyi təklif etmişlər. Nəsimi həmin bükümü siqaretin arxasına qoymuşdur. Nəsimi ona Aygüngildə pul olduğunu, gedib onu götürmək lazım olduğunu demişdir. Polis bölməsində ona sənəd verib imzalamağı təklif etmişlər. O, həmin sənəddə nə yazıldığını soruşduqda, ondan başqa şey də ummuşlar. Lakin o, deyilən şeyə gücü çatmadığını bildirmişdir. Sonra ona vəkil təyin etmişlər. Videoçəkiliş olmuş, çəkilişdən qabaq Vüsal müəllim adlı polis işçisi bir bükümü gətirib ona vermiş və cibinə qoydurmuşdur. Həmin bükümdəki maddə Nəsiminin siqaretinin içinə qoyduğundan bir az artıq olmuşdur. Ona deyilmişdir ki, çəkiliş gedərkən cibindən çıxarıb stolun üzərinə qoysun və özünə məxsus olduğunu desin. O da, təzyiqlər altında olduğundan və qorxduğundan həmin bükümdəki maddəni Nəsimidən aldığını demişdir. İki gün onu müvəqqəti saxlama yerində saxlamışlar, sonra isə məhkəməyə çıxarmışlar. İstintaq təcridxanasına getməmiş, belə ki, məhkəmədən onu buraxmışlar. Müvəqqəti saxlama yerinə gedəndə onu yoxlamışlar, lakin üzərində heç bir xəsarəti olmamışdır. Sonra müstəntiq onun yanına gəlib sənədlərə imza etdirmiş, ona işinin narkotik istifadəçisi kimi məhkəməyə göndəriləcəyini demişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs2 bildirdi ki, o, Nəsimini uzun müddətdir tanıyır. Aygün yolda telefon nömrələri satmış, ondan nömrə almışdır. Vidadini də onların yanında görmüşdür. Nəsimini o, idarə etdiyi taksi ilə müxtəlif yerlərə aparmışdır. Sonra bir dəfə Aygün uşağı xəstəxanaya aparmaq üçün taksi lazım olduğunu demiş, onu da xəstəxanaya aparmışdır. Aygünü Nəsimiyə qədər tanımamışdır. Əvvəllər Nəsiminin öz maşını olmuş, lakin onu satdığı üçün taksidən istifadə etmişdir. Nəsiminin əvvəllər narkotik vasitələrdən istifadə etdiyini eşitmiş, sonradan isə and içmişdir ki, artıq istifadə etmir. Hadisə günü Nəsiminin ona verdiyi siqaretin arxasındakı bükümləri görəndə nə olduğunu soruşmuş, Nəsimi yenə də arada istifadə etdiyini demişdir. Sonuncu dəfə o, tutulandan 3-4 ay əvvəl narkotik vasitədən istifadə etmişdir. O, Vidadinin kiməsə narkotik vasitə satdığını görməmişdir. Tutulduqları gün o, əvvəlcədən harasa gedəcəklərini bilməmişdir. Nəsimi ona “Elit” ticarət mərkəzinin yanından maşın götürəcəyini demişdir. Nəsimi ona siqaret verərkən arxasında nə olduğunu bilməmişdir. Tutularkən ona təsir və təzyiqlər edilmişdir. Onu Nəsimi ilə Aygünün evinin qabağında tutmuşlar. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Nəsimi onun həmyerlisidir və bu səbəbdən münasibətləri vardır. Aygünü isə Binə qəsəbəsi sakini kimi tanımış və Nəsimidən sonuncunun narkotik vasitə satdığını eşitmişdir. Vüsalı da həmçinin Nəsimiyə görə tanımışdır. O, psixotrop maddə olan metamfetamin istifadəçisi olduğu üçün metamfetamin almağa pulu olmadıqda Nəsimidən götürmüşdür. xx.xx.2023-cü il tarixdə Binə qəsəbəsində olarkən Nəsimi ilə rastlaşmış və ondan istifadə etmək üçün bir büküm metamfetamin almışdır. O, metamfetaminə görə Nəsimiyə pul verməmiş, Nəsimi ona pay kimi vermişdir. Bundan sonra Nəsimi ona bildirmişdir ki, Aygünün yanına getməlidir və onunla birlikdə getməyi xahiş etmişdir. O da, Nəsimi ilə birlikdə Aygünün yanına getmiş, sonuncu küçədə onların yanına gələn zaman polis əməkdaşları onlara yaxınlaşmış və hər üçünü polis şöbəsinə dəvət etmişlər. Bundan sonra polis şöbəsində xidməti otaqlardan birində polis əməkdaşları dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş və üzərində qeyri-qanuni əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt o, əynində olan qara rəngli cins şalvarın sağ cibində gizlətdiyi 1 büküm psixotrop maddə metamfetamini təqdim etmişdir. Eyni zamanda üzərinə şəxsi axtarış keçirilsə də, başqa qanunsuz heç bir əşya aşkar olunmamışdır. Sorğu zamanı o, baş verənləri olduğu kimi danışmış, sonra həmin maddələr zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Göstərmişdir ki, yalnız psixotrop maddəni öz istifadəsi üçün Nəsimidən əldə etmiş, heç vaxt satışı ilə məşğul olmamışdır (cild 2, iş vərəqi 17- 18). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs2 dindirmə protokolundakı imzaların özünə məxsus olduğunu, lakin onun yazıb-oxumağı bacarmadığını, protokolu təzyiq altında qalıb imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər RPİ, 3-cü Polis şöbəsinin əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərdi ki, təqsirləndirilən şəxsləri tanıyır. 10 yanvar 2023-cü il tarixdə onlar əməliyyat qrupunun üzvləri ilə birlikdə “Binə südçülük sovxozu» deyilən yerdə əvvəlcə Vidadini saxlamışlar. Daha sonra əməliyyatın davamı olaraq Aygünü, Nəsimini və Vüsalı saxlayıb polis şöbəsinə dəvət etmişlər. Orada Vidadi narkotik vasitəni Aygündən və Nəsimidən aldığını bildirmişdir. Təhqiqatçının otağında şəxsi axtarış keçirilmiş, Vidadinin üzərindən psixotrop maddə aşkar olunmuşdur. Həmin şəxsi axtarış zamanı onun özü də iştirak etmişdir. Sualları cavablandıran Şahid3 hadisənin vaxtından xeyli müddət keçdiyinə görə konkret kimin üzərinə şəxsi axtarış keçirilməsində iştirak etdiyini xatırlamadığını, lakin həmin vaxt müdafiəçinin iştirak etdiyini, Vidadinin üstünə baxış keçirilməsində iştirak edib-etmədiyini xatırlamadığını, şəxsləri Aygünün evinin yanında saxladıqlarını, həmin vaxt onların yanında heç kimin olmadığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Şahid3 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün xx.xx.2023-cü il tarixdə Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq PŞ-nə gətirilmiş, üzərinə şəxsi axtarış zamanı iki ədəd selofanda psixotrop maddə aşkar olunaraq götürülmüşdür. O, üzərindən aşkar edilmiş psixotrop maddəni Nəsimi və Aygün adlı şəxslərdən aldığını bildirmişdir. Nəsimi və Aygün adlı şəxslərin müəyyən edilməsi üçün 3-cü polis şöbəsinin təhqiqatçısı, polis mayoru Vüsal Nəsirzadə tərəfindən əməliyyat tapşırığı verilmişdir. Onun və Xəzər RPİ-nin əməkdaşlarının iştirakı ilə keçirilmiş tədbirlər nəticəsində xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Ələddin qızı yanlarında olan Təqsirləndirilən şəxs2 Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu adlanan ərazidə saxlanılmışlar. Onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində, satışında və istifadəsində şübhəli olduqları bildirilib 3-cü polis şöbəsinə dəvət edilmişlər. Təqsirləndirilən şəxs2 üzərinə Polis şöbəsinin xidməti otaqlarının birində TŞ-nin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən müdafiəçisi X3, baş əməliyyat müvəkilli polis mayoru Şahid4 iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Əvvəlcədən Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması, əgər varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Vüsal əynində olan qara rəngli cins şalvarın sağ cibindən 1 ədəd şəffaf rəngli selofana bükülmüş içərisində psixotrop maddə olan kütəni təqdim etmişdir. Həmin psixotrop maddəni Nəsimi adlı şəxsdən pulsuz götürdüyünü bildirmiş, sonra müvafiq sənədləşdirmə aparılaraq, Təqsirləndirilən şəxs2 təqdim etdiyi içərisində psixotrop maddəyə bənzər kütlə olan bükümlər qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır (cild 2, iş vərəqi 197-199). Elan olunmuş ifadə ilə bağlı proses iştirakçılarının suallarını cavablandıran Şahid3 təqsirləndirilən şəxs Vüsal Nəzərzadəni görsə tanıya bilməyəcəyini, onun üzərindən iki büküm psixotrop maddə aşkar olunduğunu, aşkar olunan kütlənin çəkisini xatırlamadığını, hadisənin üstündən xeyli vaxt keçdiyindən və oxşar tədbirlər tez-tez keçirildiyindən bəzi detallar unutduğunu, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər RPİ, 3-cü Polis şöbəsinin polis sahə rəisi Şahid6 ifadəsində göstərdi ki, onlar keçirilmiş əməliyyat tədbiri ilə bağlı Vidadini saxlamışlar. Onun üzərindən narkotik aşkar olunmuş, həmin narkotiki kimdən əldə etdiyi soruşulduqda, Vidadi narkotikləri Aygün və Nəsimidən əldə etdiyini demişdir. Daha sonra Nəsiminin üzərinə baxış keçirilmiş, telefon və arxa cibindən narkotik vasitə aşkar edilmişdir. Sualları cavablandıran Şahid6 şübhəli şəxsi kimi Nəsiminin üzərinə baxış zamanı iştirak etdiyini, ona qarşı hər hansı təsir və təzyiq olunmadığını, təqsirləndirilən şəxsləri saat 8-dən sonra saxladıqlarını, onların 3 nəfər olduğunu xatırladığını, Nəsiminin narkotik vasitəni kimdən aldığını deməsini xatırlamadığını, həmin 3 nəfəri Binə südçülük sovxozu ərazisində küçədə saxladıqlarını, şəxslərin barəsində əməliyyat məlumatının ona daxil olmadığını, onun 4 nəfərə qarşı keçirilmiş əməliyyat tədbirində iştirak etdiyini, Aygünü kanalın yaxınlığında saxladıqlarını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Şahid6 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün xx.xx.2023-cü il tarixdə Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq PŞ-nə gətirilmiş, üzərinə şəxsi axtarış zamanı iki ədəd selofanda psixotrop maddə aşkar olunaraq götürülmüşdür. O, üzərindən aşkar edilmiş psixotrop maddəni Nəsimi və Aygün adlı şəxslərdən aldığını bildirmişdir. Nəsimi və Aygün adlı şəxslərin müəyyən edilməsi üçün 3-cü polis şöbəsinin təhqiqatçısı polis mayoru Vüsal Nəsirzadə tərəfindən əməliyyat tapşırığı verilmişdir. Onun və Xəzər RPİ-nin əməkdaşlarının iştirakı ilə keçirilmiş tədbirlər nəticəsində xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Ələddin qızı yanlarında olan Təqsirləndirilən şəxs2 Xəzər rayonu Binə qəsəbəsi Südçülük Savxozu adlanan ərazidə saxlanılmış, narkotik vasitələrin qanunsuz dövriyyəsində, satışında və istifadəsində şübhəli olduqları bildirilib, 3-cü polis şöbəsinə dəvət edilmişlər. Təqsirləndirilən şəxs3 üzərinə Polis Şöbəsinin xidməti otaqlarının birində TŞ-nin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən müdafiəçisi X2, 3-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Əvvəlcədən Təqsirləndirilən şəxs3 hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması əgər varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Yunis əynində olan qara rəngli cins şalvarın sağ cibindən 1 ədəd qızılı rəngli “Vertu” markalı sol cibindən 1 ədəd “Sumsung” markalı mobil telefonları və arxa sol cibindən 1 ədəd şəffaf rəngli selofana bükülmüş içərisində psixotrop maddəyə bənzər kütləni təqdim etmişdir. Həmin psixotrop maddəni Aygündən 30 manata aldığını bildirmiş, sonra müvafiq sənədləşdirmə aparılaraq, onun təqdim etdiyi içərisində psixotrop maddəyə bənzər kütlə olan büküm qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır (cild 2, iş vərəqi 206-208). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər rayon Polis idarəsi, 3-cü Polis şöbəsinin əməliyyat müvəkkilləri Şahid5, Şahid1 Mürvət oğlu, Şahid4, Şahid8 və 3-cü Polis şöbəsinin sahə inspektoru Şahid2 10 yanvar 2023-cü il tarixdə şübhəli şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 Ələddin qızı və Təqsirləndirilən şəxs2 saxlanılaraq Xəzər rayon Polis idarəsinin 3-cü Polis şöbəsinə gətirilmələri, ayrı-ayrılıqda onların üzərinə şəxsi axtarış və götürmə keçirilərkən psixotrop maddə metamfetaminə bənzər kütlələrin aşkar edilərək götürülməsi zamanı iştirak etdiklərini bildirərək, həmkarları Şahid3 və Şahid6 ifadələri ilə oxşar məzmunlu ifadələr verdilər. Həmçinin məhkəmə iclasında Bakı şəhəri, Xəzər RPİ, 3-cü Polis şöbəsinin əməliyyat müvəkkili Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun da yuxarıda adları çəkilən polis əməkdaşlarının məhkəmədə verdikləri ifadələrlə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 2, iş vərəqi 209-211). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirdi ki, o, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yaşayır və fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs4 əvvəllər tanımamış, lakin bir dəfə onun üzərinə baxış keçirilməsində iştirak etmişdir. Polis işçiləri onu şöbəyə dəvət etmiş və o, Aygünün üzərinə baxış keçirmişdir. Bu zaman narkotik vasitəni Aygünün özü təqdim etmişdir. Sualları cavablandıran Şahid9 baxış zamanı Aygünün heç bir narazılıq etiraz etmədiyini, baxış zamanı protokol tərtib olunduğunu və onu imzaladığını, sonradan özünün bir dəfə müstəntiqin yanında olduğunu, baxış keçirilərkən Aygünün əynində ev paltarı olduğunu, paltarının üstündən pencəyə oxşar bir geyim olduğunu, onun yanında Aygünə qarşı hər hansı təzyiq olunmadığını, özünün əvvəllər də xanımların üzərinə keçirilən baxışda iştirak etdiyini bildirdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş: - şəxsi axtarış və maddi sübutun götürülməsi haqqında 10 yanvar 2023-cü il tarixli protokola əsasən, həmin tarixdə saat 18:40 radələrində Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, su kanalının yaxınlığında saxlanılaraq, Xəzər RPİ-nin 3cü PŞ-nin inzibati binasına gətirilmiş və həmin gün saat 19:45 radələrində xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin iç sol cibindən iki ədəd şəffa rəngli selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,738 qram və 1,572 qram, ümumi təmiz çəkisi 2,310 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 31-32). - şəxsi axtarış və maddi sübutun götürülməsi haqqında 10 yanvar 2023-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində saxlanılaraq Xəzər RPİ-nin inzibati binasına gətirilmiş və həmin gün saat 22:05 radələrində xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ cibindən bir ədəd şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 0,493 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 61-62). - şəxsi axtarış və maddi sübutun götürülməsi haqqında 10 yanvar 2023-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində saxlanılaraq Xəzər RPİ-nin inzibati binasına gətirilmiş və həmin gün saat 23:00 radələrində xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ cibindən bir ədəd şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 2,061 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 89-90). - şəxsi axtarış və maddi sübutun götürülməsi haqqında 10 yanvar 2023-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs4 xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində saxlanılaraq Xəzər RPİ-nin inzibati binasına gətirilmiş və həmin gün saat 23:45 radələrində xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki üzərində kəpənək şəkilləri olan qarışıq rəngli gödəkçənin sağ cibindən bir ədəd şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 5,676 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, eləcə də əynindəki gödəkçənin sol cibindən üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 116-117). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/163 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 244» dairəvi möhür əksi olan, «Saxlanılan şəxs Təqsirləndirilən şəxs1» sözləri soyadlar və imzalar yazılmış bir ədəd zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,738 qram, 1,572 qram, ümumi təmiz çəkisi 2,310 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatına tədqiq edilmiş metamfetaminin təmiz çəkisi 2,310 qram, tədqiqata sərf olunan miqdar 0,1 qram olmuş, qalıq 2,210 qram təşkil edir (cild 1, iş vərəqi 123-127). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/161 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №244» dairəvi möhür əksi olan, «Saxlanılan şəxs Təqsirləndirilən şəxs2» sözləri soyadlar və imzalar yazılmış bir ədəd bükümdə təmiz çəkisi 0,493 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş metamfetaminin təmiz çəkisi 0,493 qram, tədqiqata sərf olunan miqdar 0,05 qram olmuş, qalıq 0,443 qram təşkil edir (cild 1, iş vərəqi 128-132). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/162 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №244» dairəvi möhür əksi olan, «Saxlanılan şəxs Təqsirləndirilən şəxs3» sözləri soyadlar və imzalar yazılmış bir ədəd bükümdə təmiz çəkisi 2,061 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş metamfetaminin təmiz çəkisi 2,061 qram, tədqiqata sərf olunan miqdar 0,05 qram olmuş, qalıq 2,011 qram təşkil edir (cild 1, iş vərəqi 133-136). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/160 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №244» dairəvi möhür əksi olan, «Saxlanılan şəxs Təqsirləndirilən şəxs4» sözləri soyadlar və imzalar yazılmış bir ədəd bükümdə təmiz çəkisi 5,676 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş metamfetaminin təmiz çəkisi 5,676 qram, tədqiqata sərf olunan miqdar 0,05 qram, qalıq 5,626 qram təşkil edir. Təqsirləndirilən şəxs4 aşkar edilmiş metamfetamin ilə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş metamfetamin eynilik təşkil edir. Yuxarıda sadalanan bütün rəylərə görə, metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr»in siyahısına daxildir. Üzərində «Saxlanılan şəxs Təqsirləndirilən şəxs4» sözləri, soyadlar və imzalar qeyd edilmiş digər zərfdə olan bir ədəd elektron tərəzidə psixotrop maddə olan metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğundan onun çəkisinin müəyyən edilməsi, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş metamfetamin ilə müqayisəli tədqiqat aparılması mümkün olmadı (cild 1, iş vərəqi 137-142). Məhkəmə-narkoloji ekspertizasının 10 fevral 2023-cü il tarixli 739 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 142-143). Məhkəmə-narkoloji ekspertizasının 17 fevral 2023-cü il tarixli 891 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 136-137). Məhkəmə-narkoloji ekspertizasının 17 fevral 2023-cü il tarixli 890 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 müayinə zamanı psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 138-139). Məhkəmə-narkoloji ekspertizasının 18 mart 2023-cü il tarixli 1641 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 müayinə zamanı opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 140-141). Cinayət işinə əlavə edilmiş dörd ədəd DVD disklərə baxış protokollarından görünür ki, həmin disklərə xx.xx.2023-cü il tarixdə Xəzər RPİ-nin 3-cü Polis şöbəsində şübhəli şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərinə şəxsi axtarışlar keçirilməsi zamanı qeydə alınmış videogörüntülər köçürülmüşdür. Həmin görüntülərin adları çəkilən şəxslərin üzərinə şəxsi axtarışlar keçirilməsi haqqında protokollarla uyğunluq təşkil etməsi müəyyən olunur (cild 2, iş vərəqi 182-185). İbtidai istintaq orqanının 03 aprel 2023-cü il tarixli qərarları ilə şübhəli şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərinə şəxsi axtarışlar aşkar edilmiş ümumi çəkisi 2,310 qram, 0,493 qram, 2,061 qram, 5,676 qram təşkil edən psixotrop maddə metamfetaminlər, bir ədəd elektron tərəzi, şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü dörd ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 2,210 qram, 0,443 qram, 2,011 qram və 5,626 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi saxlanılması üçün Xəzər rayon Polis idarəsinin maddi sübutları saxlanc anbarına təhvil verilmiş, 5 ədəd mobil telefonlar sahiblərinə qaytarılmış, dörd ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 111-126). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2023 və xx.xx.2023-cü il tarixli tələbnamələrdən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (cild 2, iş vərəqi 99-102). Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 verilmiş ittihamla özünü təqsirli bilməyərək, özünün Vidadinin qurbanı olduğunu, iranlının kartını Nəsimiyə vermədiyini, həmin iranlının kartın nömrəsini birbaşa Nəsiminin telefonuna göndərdiyini, onda elektron tərəzi olmadığını, polis işçilərinin ona uşağının yanında evin içində təzyiq göstərdiklərini, Nəsiminin iranlıya pul göndərdiyini, narkotik vasitəni isə onun götürdüyünü, bunun qarşılığında Nəsiminin istifadə etmək üçün ona yarım qram – bir qram narkotik verdiyini, Vidadi ilə narkotiki götürməyə getdiyini, iranlının kartına 115 manat pul atdıqlarını bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 verilmiş ittihamla özünü qismən təqsirli bilərək, yaşadığı evdən qapıdan çıxan zaman saxlanıldığını və üzərinə narkotik vasitə qoyularaq bölməyə aparıldığını, orada baş verənlərin hamısının təzyiq altında olduğunu, buna görə məcbur qalıb hər şeyi boynuna götürdüyünü, onunla tutulan şəxslərdə narkotik vasitə görmədiyini, üzərində köhnə xəsarət izi olduğunu, lakin heç yerə şikayət etmədiyini, polis işçisinin ona harasa şikayət etsə, evindən də narkotik çıxaracağını bildirdiyini, ona görə qorxub şikayət etmədiyini, Nəsimiyə heç vaxt narkotik vasitə satmadığını, narkotik vasitəni cibindən özünün çıxarmadığını, təzyiq altında olduğu üçün həmin izahatı verdiyini bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 verilmiş ittihamla özünü qismən təqsirli bilərək, Vüsalı həmin gün onun çağırdığını, Aygündən 15 manat borc pul istədiyini, bu zaman polis işçilərinin yaxınlaşıb onu saxladıqlarını, onu Aygüngilin evinə saldıqlarını, evdə Vidadini o biri otaqda ağzı üstü yerə yıxdıqlarını və ağzını da bağladıqlarını gördüyünü, heç kimə narkotiki Aygündən aldığını demədiyini, narkotiki Aygündən və Vidadidən yox, İran vətəndaşından aldığını, çəkiliş zamanı ona qarşı təzyiqlər edildiyini, Aygünün narkotiki özünün götürdüyünü və ona da verdiyini, videoçəkiliş zamanı təzyiq altında olub polis işçilərinin dedikləri kimi ifadə verdiyini bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 verilmiş ittihamla özünü təqsirli bilməyərək, hadisə günü Nəsimi onu taksi kimi “Elit» ticarət mərkəzinin yanından maşın götürməyə getmək üçün çağırdığını, Nəsiminin dediyi yerə çatıb onunla görüşdüyünü, Nəsiminin həmin yerdən kimdənsə pul götürəcəyini deyib maşından düşəndə Nəsimidən bir siqaret istədiyini və Nəsiminin verdiyi siqaretin içində “patı» olduğunu gördüyünü, bu vaxt polis işçilərinin onlara yaxınlaşıb saxladıqlarını, bundan sonra onları Aygünün evinə apardıqlarını, sonra onu polis bölməsinə gətirdiklərini, orada ona bir büküm verib, narkotik vasitəni Nəsimidən aldığını deməyi təklif etdiklərini, videoçəkiliş olduğunu, çəkilişdən qabaq polis işçisinin ona bir büküm verdiyini və bükümü cibinə qoyduğunu, çəkiliş gedərkən həmin bükümü cibindən çıxarıb stolun üzərinə qoymağı və özünə məxsus olduğunu deməyi təklif etdiklərini, təzyiqlər altında olduğundan və qorxduğundan həmin bükümdəki maddəni Nəsimidən aldığını dediyini bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin gətirdikləri həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 şübhəli şəxs qismində tutulub müdafiəçilərin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən, onların hamısı heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş psixotrop maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxslər ilkin izahatlarında, həmçinin istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdikləri bütün ifadələrində onlardan aşkar olunmuş psixotrop maddələrin özlərinə məxsus olduğunu etiraf etmişlər. Təqsirləndirilən şəxs4 metamfetamini tanıdığı İran vətəndaşından həmin şəxsin bank kartına pul atmaqla aldığını, həmin şəxsin psixotrop maddələri Bakı şəhərinin müxtəlif yerlərinə qoyduğunu, onun da gedib götürdüyünü, 09 yanvar 2023-cü il tarixdə Nəsiminin yenidən ondan metamfetamin istədiyini və İran vətəndaşının bank kartını Nəsimiyə verdiyini, bundan sonra Nəsiminin həmin şəxsin kartına 115 manat pul atdığını, sonra özünün Vidadi ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsinə gedərək İranlının dediyi yerdən həmin psixotrop maddə metamfetamini götürdüyünü, Nəsiminin ona Vidadi vasitəsilə elektron tərəzi göndərib metamfetamini 0,5 qram olmaqla ayrı-ayrı bağlamalara bölməyi tapşırdığını, o da, verilən tapşırıqları icra edib xx.xx.2022-ci il tarixdə Nəsimiyə zəng vuraraq sifariş verdiyi psixotrop maddələri götürməyi bildirmişdir. Həmçinin digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 də istintaq zamanı verdikləri ifadələrində üzərindən aşkar olunmuş psixotrop maddələri Təqsirləndirilən şəxs4 satış məqsədilə götürdüklərini etiraf etmişlər. Yalnız Təqsirləndirilən şəxs2 ondan aşkar edilmiş psixotrop maddənin Təqsirləndirilən şəxs3 tərəfindən pay kimi ona verildiyini, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadələr verməsini, aşkar olunmuş psixotrop maddələrin onlara məxsus olmaması, onların polis işçiləri tərəfindən üzərinə qoyulması barədə dediklərini onların özlərinin və biri digərinin məsuliyyətini yüngülləşdirmək üçün seçdikləri müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə onların ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihamlar üzrə təqsiri ibtidai istintaq zamanı toplanmış və məhkəmədə tədqiq olunmuş çoxsaylı sübutlarla təsdiq olunur. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihamla bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxslərin heç biri öz ifadələrində narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı Təqsirləndirilən şəxs2la əvvəlcədən hər hansı danışıqlar aparmaları və ya sonuncunun həmin cinayət əməllərinin törədilməsində bu və ya digər şəkildə rolunun olması barədə heç nə bildirmədilər. Əksinə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la ümumiyyətlə münasibətlərinin olmadığını qeyd etdilər. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 həmyerlisi kimi münasibətləri olmuş, sonuncu, lazım olanda taksi sürücüsü kimi Vüsalın xidmətlərindən istifadə etmişdir. Hadisə baş verən gün də Təqsirləndirilən şəxs2 saxlanıldıqları ünvana Təqsirləndirilən şəxs3 dəvət etmiş, həmin vaxt ona şəxsi istifadəsi üçün bir bükümdə metamfetamini pay vermiş, Təqsirləndirilən şəxs2 şəxsi axtarışı zamanı 0,493 qram çəkidə həmin psixotrop maddə aşkar edilərək g\ötürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxslərin üzərinə şəxsi axtarışlar keçirilməsi haqqında protokollar, həmçinin videogörüntülərin əks olunduğu disklər tədqiq olunarkən müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 istər ilkin sorğular zamanı, istərsə də sonradan şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs2 onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib satış məqsədilə qanunsuz olaraq psixotrop maddələrin əldə edilib saxlanılması və daşınmasında iştirakı barədə hər hansı ifadələr verməmişlər. Yalnız Təqsirləndirilən şəxs3 ilkin izahatında və sonradan verdiyi ifadələrində sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Aygündən 30 manat müqabilində psixotrop maddə metamfetamin aldığını, həmin maddənin bir qismini istifadə etdiyini, bir bükümünü isə istifadə etməsi üçün Vüsala pay verdiyini bildirmişdir. Məhkəmədə tədqiq olunmuş baxış protokollarından görünür ki, şəxsi axtarışlar zamanı təqsirləndirilən şəxslərin istifadəsində olmuş mobil telefonlar götürülmüş, həmin telefonlara baxış zamanı narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair hər hansı məlumatlar müəyyən edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, ibtidai istintaq zamanı iş üzrə dörd nəfər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilməsi haqqında vəsatət və təqdimatlar verilsə də, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş, lakin eyni ittihamlar üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində məhkəmə həbs qətimkan tədbirinin seçilməsindən imtina etmişdir. Beləliklə, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib satış məqsədilə qanunsuz olaraq psixotrop maddələrin əldə edilib saxlanılması və daşınmasında iştirakı barədə hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən qərarının təfsirinə əsasən, şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Baxılan cinayət işi üzrə isə ittiham tərəfi Təqsirləndirilən şəxs2 barəsində bu cür halların mövcudluğunu müəyyən edib məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 351.2-ci və 351.3.4-cü maddəsilərə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə tədqiq olunmuş mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Lakin məhkəmədə Təqsirləndirilən şəxs2 hərəkətlərində qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,493 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayətinin tərkib əlamətləri müəyyən edildiyindən, onun əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməllər isə qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza, Təqsirləndirilən şəxs2 isə qanunla müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə uyğun olaraq, himayəsində azyaşlı uşaqlarının olmasını təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 münasibətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, təqsirləndirilən şəxslərin əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalar ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, ilk dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş şəxsər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduqları bütün müddət cəzaçəkmə müddətlərinə daxil edilməli, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə cəzalarının başlanğıcı onların hazırkı iş üzrə tutulduqları 10 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən, həmin tarixdə adları çəkilən şəxslər Bakı şəhəri, Xəzər RPİ, 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılırlar. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinin tələbinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə görə, məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 52-1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza tətbiqi ilə əlaqədar onun üzərinə maddədə nəzərdə tutulmuş müəyyən vəzifələr qoyulmalı, həmçinin onun şübhəli şəxs qismində həbsdə saxlanıldığı müddət cinayət qanunvericiliyinə uyğun olaraq hesablanmaqla qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət qanunvericiliyinin həmin müddəasına uyğun olaraq, Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə 10 yanvar 2023-cü il tarixdən 12 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu 2 gün müddət bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi evi təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 06:00-dək tərk etməmək, Xəzər rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, həmin hissədə hökmün icrası Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə olunmalıdır. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 17 fevral 2023-cü il tarixli 890 və 891 saylı, 18 mart 2023-cü il tarixli 1641 saylı rəylərini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində, Təqsirləndirilən şəxs3 psixostimulyatorların qəbulu nəticəsində, Təqsirləndirilən şəxs4 isə opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan yaranan asılılıq sindromları (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onların hər üçünün narkomanıyadan məcburi müalicəyə ehtiyacları olduğundan və məcburi müalicəyə əks göstərişləri olmadığından, onların barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli, onlar ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə-narkoloji ekspertizasının 10 fevral 2023-cü il tarixli 739 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından və onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, 132.1.6-cı maddəsinə görə, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərinə şəxsi axtarışlar aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 2,210 qram, 0,443 qram, 2,011 qram və 5,626 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməli; - təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu dörd ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları ümumilikdə 260 (iki yüz altmış) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 260 (iki yüz altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 65 (altmış beş) manat hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderlərdən, hesabatlardan və ittiham aktına əlavə edilmiş arayışdan görünür ki, işin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müdafiəsini dövlət büdcəsinin vəsaiti hesabına vəkillər X5, Müdafiəçi5, X6 və X12 həyata keçirmiş, adları çəkilən vəkillərin hər birinə ayrı-ayrılıqda 180 (yüz səksən) manat müdafiə xərcləri hesablanmışdır. Odur ki, cəmi 720 (yeddi yüz iyirmi) manat müdafiə xərcləri kimi hesablanmış pul vəsaiti Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Eyni zamanda, məhkəmə baxışının müəyyən mərhələsində Təqsirləndirilən şəxs1 hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi6 müdafiə etmiş və bununla bağlı vəkil 20 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi6 ödənilməli olan 120 (yüz iyirmi) manat pul vəsaiti "Yusif Allahverdiyev və Partnyorları" Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs4 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 10 yanvar 2023-cü il tarixdən 12 yanvar 2023-cü il tarixədək həbsdə olduğu 2 gün müddət bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icra müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi evi təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 06:00-dək tərk etməmək, Xəzər rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Həmin hissədə hökmün icrası Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri, Xəzər RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərinə şəxsi axtarışlar aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,210 qram, 0,443 qram, 2,011 qram və 5,626 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin; - təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu dörd ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən: - 260 (iki yüz altmış) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 65 manat (altmış beş) manat hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülsün; - işin ibtidai istintaqı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müdafiəsini həyata keçirmiş vəkillər X5, Müdafiəçi5, X6 və X8 hər birinə ayrılıqda ödəniləcək 180 (yüz səksən) manat, cəmi 720 (yeddi yüz iyirmi) manat pul vəsaiti Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına Təqsirləndirilən şəxs1 müdafiəsini həyata keçirmiş vəkil Müdafiəçi6 ödənilməli olan 120 (yüz iyirmi) manat pul vəsaiti "Yusif Allahverdiyev və Partnyorları" Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-307/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-307/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver