Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-307/2025 16.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X8 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1956-cı il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonu, Aqudi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, heç bir yerdə işləməmiş, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ünvan 3na əsasən barəsində əvvəli 15 mart 2024cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Bakı şəhəri Xətai rayon MKTB-də cari təmir, abadlaşdırma, yaşıllıq sahəsinin rəisi vəzifəsində işləyən zaman qulluq mövqeyindən istifadə edərək tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə ona, 2018-ci il ərzində Bakı şəhəri, Xətai rayonu Ukranya dairəsinin qarşısında yerləşən “Heydər Əliyev” parkında oyun avadanlıqları yerləşdirmək barədə yalan vəd verib aldadaraq hissə-hissə olmaqla ümumilikdə 64.000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs2 cəmi 64.000 (altmış dörd min) manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, qəsdən, təkrarən özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsində yerləşən 8 sot torpaq sahəsinin rəsmiləşdirilməsi üçün köməklik göstərəcəyinə dair vəd verib aldadaraq 19 sentyabr 2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Çıraq” kafesində sonuncudan 17.000 manat nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 17.000 (on yeddi min) manat xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, qəsdən təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qax şəhər sakini Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun həyat yoldaşı Şahid1 X21 Teatrına müdir düzəldəcəyi vədini verib inandıraraq buna əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə 11 yanvar 2022-ci il tarixdə saat 14:02 radələrində Bakı şəhəri 40 saylı notariat kontorunda kredit müqaviləsi bağlatdırıb 25000 (iyirmi beş min) manat pulunu, 19 aprel 2022-ci il tarixdə saat 12:18 radələrində isə Bank Respublika ASCnin Qax Filialından 5000 (beş min) manat pulu tanışı cinayətdən xəbərsiz tanışı Şahid2 adına köçürülməsinə nail olaraq ümumilikdə aldatma yolu ilə Zərərçəkmiş şəxs1 30000 (otuz min) manat məbləğində pulunu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək hazırda sağlamlıq vəziyyəti ilə bağlı ifadə verə bilməyəcəyini bildirmiş və ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, ona qarşı irəli sürülmüş ittihamın heç bir epizodu üzrə özünü təqsirli bilmir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ittihamda göstərilmiş məbləğdə pulu alsa da, sonradan həmin pulu geri qaytarıb. Həmçinin sonuncu ona pulu aralarında olan kredit müqaviləsinə əsasən verib. İttihamın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 aid hissəsində bildirmişdir ki, pulu sonuncudan o alsa da, “İlham” adlı tanışına vermiş, İham isə pulu götürüb aradan çıxmış, o da çətin vəziyyətdə qalmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 isə ittihamda göstərildiyi kimi 17.000 manat pul almamış, sonuncu ilə əvvəllər şərik olmuşdur. Məhkəmə dövlət ittihamçısını, zərər çəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Karleni Nurlana görə tanıyıb. Belə ki, rayonda yeyib içmək məclisində olan zaman həyat yoldaşını Qax rayonunda olan Kukla Teatrına müdir qoymaq istədiyini demiş və Nurlan da tanışının olduğunu bildirmişdir. Daha sonra Karlen ilə bu məsələ danışılmış və Karlen bu işə görə Nurlanın 5000 manat pul istədiyini bildirmişdir. Bir müddət sonra Karlen zəng edərək bu işə görə 30000 manat pul lazım olduğunu demişdir. Bundan sonra o, yaşadığı Qax rayonuna gəlmiş, 2021-ci ilin sentyabr ayında Qax rayonunda yerləşən “Bank Respublika”dan 25000 manat kredit götürmüş və 11 yanvar 2022-ci il tarixdə Bakı şəhərinə gedərək Təqsirləndirilən şəxsla “Ukrayna dairəsi” ərazisində olan parkda görüşmüşdür. Həmin vaxt onları ikisi olmuş və Karlenə 25.000 manat pulun hesabda olduğunu, istədiyi vaxt verə biləcəyini bildirmişdir. Karlendən nə isə problem olub-olmayacağını soruşmuş, sonuncu ona əgər narahat olursa notariusa gedib kredit müqaviləsi bağlaya biləcəyimizi bildirmişdir. O, bu təkliflə razılaşmış, əvvəlcə Bakı şəhərində “Bank Respublika”nın dəqiq ünvanı yadında qalmayan filialından hesabında olan 25.000 manat pulu çəkmiş, bundan sonra yenə də Karlenlə “Ukrayna dairəsi” ərazisindı yerləşən parkda görüşdür. Bundan sonra onlar həmin yerin yaxınlığında yerləşən 40 saylı notariat kontoruna gedərək kredit müqaviləsi bağlamışlar. O, Karlenə 25.000 manat pul vermiş, bundan sonra Karlen ona yol gəldiyini, yorğun olduğunu, gözləməməyi, özünün işi həll edəcəyini, çıxıb getməyini, 1 ay ərzində işi həll edib xəbər edəcəyini bildirmişdir. O, yaşadığı Qax şəhərinə qayıtmışdır. Daha sonra ev telefonuna bilinməyən nömrələrdən zənglər gəlməyə başlamış, həmin tanımadığı şəxslər özlərini Mədəniyyət Nazirliyinin əməkdaşları kimi təqdim etmiş, həyat yoldaşı Pəri barəsində anket məlumatları soruşmuşlar. O, sonunculara inanmış və 2-3 ay keçdikdən sonra Karlenlə əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşduqda Karlen ona narahat olmamağı, işin həll olunacağını bildirmişdir. 2022-ci ilin aprel ayının əvvəllərində Bakı şəhərinə gedən zaman Karlenlə görüşmüş və Karlenin işin demək olar ki, həll olunduğunu, lakin sənədləşmə işləri ilə əlaqədar olaraq əlavə 5000 manat pul lazım olduğunu bildirmişdir. Karlenə üzərində 5000 manat olmadığını, rayona qayıdıb ona göndərəcəyini, Karlen isə ona kart hesabı göndərəcəyini, pulu həmin yerə vurmağı bildirmişdir. Daha sonra Karlen ona Şahid2 aid kart hesabı göndərmişdir. 2022-ci ilin aprel ayının 19-da “Bank Respublika”nın filialından Şahid2 adına olan kart hesabına 5000 manat pul köçürmüşdür. Bir müddət sonra X20 müdir təyin olunduğunu etmiş və Karlenlə danışıb sonuncuya belə bir məsələ olduğunu deyən zaman Karlen narahat olmamağı, işi həll edəcəyini demişdir. Lakin bundan sonra dəfələrlə Karlenlə Bakı şəhərində görüşüb pulu qaytarmasını bildirsə də, Karlen məni müxtəlif bəhanələrlə aldatmağa başlamış, bir müddət sonra isə telefonlarına, ümumiyyətlə, zəng çatmamışdır. Şahid2 tanımamış, Karlendən həmin şəxsin kim olduğunu soruşan zaman Karlen Səxavətin tanışı olduğunu bildirmişdir. Sonda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Karlen İsgəndərov ilə 2018-ci il tarixdə onun Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Heydər Əliyev” parkının müdiri vəzifəsində işlədiyi vaxtda onunla tanış olmuş, Karlen ilə arasında dostluq münasibətinin yaranmış, Karlen ona özünü dürüst insan kimi təqdim etmişdir. Ona məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsində yerləşən torpaq sahəsini rəsmiləşdirmək istədiyindən, bununla bağlı görüşlərinin birində söhbət əsnasında bunu Karlenə bildirmiş, Karlen “Ramin” adlı tanışının olmasını, həmin şəxsin yaxın qohumunun Abşeron Rayon İcra Hakimiyyətində işləməsini, buna görə ona torpağının sənədləşib rəsmiləşdirilməsində köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra 2021-ci ilin sentyabr ayının əvvəllərində Karlen ilə Xətai rayonu, İnqilab İsmayılov keçəsində yerləşən “Çıraq” kafesində görüşüb məsələ barədə danışmı, danışıq əsnasında Karlenin ona “Ramin” adlı tanışının olduğunu, onun Abşeron Rayon İcra Hakimiyyətində olan adamı vasitəsi ilə torpaq sənədləşdirməsinə köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra Karlen ona Qərbi azərbaycanlı olması səbəbindən onun dilini bildiyini deyərək pul məsələsini özünün həll edəcəyini bildirmişdir. O, Karlenlə yaxın dost olmağı səbəbindən, sonuncuya etibar etdiyindən bu təkliflə razılaşmışdır. Torpaqyanı sahəsi əvvəllər Abşeron rayonu inzibati ərazisində daxil edilsə də, hazırda Xətai rayonu ərazisi hesab edilir. 19 sentyabr 2021-ci il tarixdə Karlen ilə Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən “Çıraq” kafesində görüş zamanı sonuncu qeyd olunan ünvanda olan 8 sot torpağın sənədləşdirilməsi üçün ümumilikdə 17.000 manat pul məbləğinin lazım olmasını bildirmiş, o, elə oradaca Karlenə 17.000 manat pul məbləğində pul vermişdir. Bundan sonra Karlen hər dəfə müxtəlif bəhanələr gətirirək işin həll olunacağını bildirsə də, pulunu ələ keçirib ona maddi ziyan vurmuşdur. Karlenə 17000 manat pulu verən zaman yanlarında heç kim olmayıb. Həmçinin bu işdə Şahid3 da məsuliyyət daşıyır və o da iş üzrə cəlb edilməli idi. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Karlenlər tanış olarkən sonuncu Xətai rayonu Yaşıllardırma idarəsinin rəisi idi. Karlenin icra başçısı ilə qohumluğunun olmasını bilirdi. Ramil ona arxiv arayışı vermiş və 7000 manat da əlavə pul istəmişdir. O, sonuncuya bildirmişdir ki, sənədləri ona hazır edib verdikdən sonra istədiyi məbləği verəcək. Daha sonra ona əvvəlki tarixlə sənəd gətirmiş, sonra o, pulunu geri istəmişdir. Bundan sonra Karlen tutulmuş və Ramil verilən puldan 1850 manatının özünə çatdığını qalan pulların Karlendə olduğunu bildirmişdir. Sonda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2017-ci ildə yeni iş qurub gəlir əldə etmək qərarına gəlmiş, bu minvalla soraqladıqdan sonra “Karlen” adlı şəxsin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Heydər Əliyev” parkının müdiri vəzifəsində işlədiyi ona məlum olmuşdur. Həmin şəxslə görüşüb parkın içərisində azyaşlı uşaqların əyləndirilməsi üçün elektrikli avadanlıqların yerləşdirilməsi işini qurmaq barədə qərara gəlmiş, buna səbəblə də 2017-ci ilin dekabr ayının sonlarında “Heydər Əliyev” adına parka yollanaraq orada Karlen İsgəndərovun ofisində görüşüb tanış olmuş, iş barədə danışmış, danışıqlarına əsasən ümumilikdə 85.000 manat qarşılığında “Heydər Əliyev” parkının içərisində 200 kv. metr ərazini əhatə edən yerdə uşaqlar üçün nəzərdə tutulan oyun avadanlıqlarının yerləşdirilməsi barədə razılaşmışlar. Razılaşmalarına əsasən pul məbləğlərini hissə-hissə olmaqla Karlenə verməli olmuşdur. Karlen ilkin olaraq qeyd olunan ərazi üçün Bakı şəhəri icra hakimiyyətindən müvəqqəti olaraq müvafiq sərəncam alacağını bildirmiş, danışıqlarına əsasən 2018-ci ilin fevralın ayının 15-də Karlenin ofisinə gedərək ilkin olaraq orada sonuncuya ərazini əldə etmək üçün 30.000 manat pul məbləğini təqdim etmiş, Karlen parkın içərisində ayırdığı sahəni ona göstərmiş, bundan sonra Karlen işin həlli üçün addımlar atdığını ona bildirərək onu arxayın salmışdır. Bundan iki ay sonra Karlen onunla əlaqə saxlayaraq əvvəlki razılaşdıqları pul məbləğinin 20.000 manatını təqdim etməyini ondan istəmişdir. Danışıqdan sonra 15 aprel 2018-ci il tarixdə qohumu Şahid4 ilə birlikdə Karlenin ofisinə getmiş, orada Karlen ilə görüşüb 20.000 manatı da vermişdir. Karlen həmin vaxt pulu Xətai Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşüb pulu sonuncuya təqdim edəciyini ona bildirmiş, həmçinin işin yaxın zamanda həll olunacağı barədə vəd vermişdir. Pul məbləğlərini Karlenə verdikdən sonra sonuncu ilə mütəmadi olaraq əlaqə saxlamış, Karlen ona narahat olmamağı bildirmişdir. Bundan sonra 2018-ci ilin sonlarında Karlen yenidən onunla əlaqə saxlayaraq iş üçün əlavə olaraq 14.000 manat lazım olduğunu ona bildirmiş, həmin vaxt pulunun olmadığını, verdiyi pulun qarşılığında hər hansı nəticənin olmadığını bildirmişdir. Karlen işin başa çatması üçün qeyd olunan məbləğin labüd olmasını demiş, daha sonra o, 10 yanvar 2019-cu ildə Karlen ilə danışıb Xətai rayonu ərazisində yerləşən “Ağ şəhər” restoranında görüşərək orada sonuncuya 6.000 manat məbləğində, bundan beş gün sonra yenidən həmin ünvanda Karlen ilə görüşüb daha 8.000 manat məbləğində pul vermişdir. Daha sonra iş alınmadığı üçün Karlendən pulunu istəmiş sonuncu ona olan borcundan az-az ödəməyə başlamışdır. Belə ki, Karlen borcu 54 000 manata qədər endirmiş, bundan sonra o, Karlenə 3 000 manat pul vermiş və sonuncunun borcu 57 000 manat olmuşdur. Təqsirləndirilən şəxs həmin puldan ona 20.000 manat ödəniş etmişdir. Sonda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmiş, təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan növdə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X21 Teatrında pedaqoq olaraq fəaliyyət göstərir. Həyat yoldaşı Zərərçəkmiş şəxs1 yeyib içmək məclisində olan zaman Karleni tanımışdır. Elmir onun X20 müdir təyin olunmasını istədiyindən Karlen ilə bu məsələ danışılmış və Karlen bu işə görə 30000 manat pul lazım olduğunu demişdir. Bundan sonra Elmir yaşadığı Qax rayonuna gəlmiş, 2021-ci ilin sentyabr ayında Qax rayonunda yerləşən “Bank Respublika”dan 25000 manat kredit götürmüş və 11 yanvar 2022-ci il tarixdə Bakı şəhərinə gedərək Təqsirləndirilən şəxsla “Ukrayna dairəsi” ərazisində olan parkda görüşmüşdür. X19 25.000 manat pulun hesabda olduğunu, istədiyi vaxt verə biləcəyini bildirmişdir. Karlendən nə isə problem olubolmayacağını soruşmuş, sonuncu Elmirə əgər narahat olursa notariusa gedib kredit müqaviləsi bağlaya biləcəyimizi bildirmişdir. Elmir bu təkliflə razılaşmış, əvvəlcə Bakı şəhərində “Bank Respublika”nın filialından hesabında olan 25.000 manat pulu çəkmiş, bundan sonra yenə də Karlenlə “Ukrayna dairəsi” ərazisində yerləşən parkda görüşdür. Bundan sonra sonuncular həmin yerin yaxınlığında yerləşən 40 saylı notariat kontoruna gedərək kredit müqaviləsi bağlamışlar. Elmir Karlenə 25.000 manat pul vermiş, bundan sonra Karlen sonuncuya yol gəldiyini, yorğun olduğunu, gözləməməyi, özünün işi həll edəcəyini, çıxıb getməyini, 1 ay ərzində işi həll edib xəbər edəcəyini bildirmişdir. Elmir yaşadığı Qax şəhərinə qayıtmışdır. Daha sonra ev telefonuna bilinməyən nömrələrdən zənglər gəlməyə başlamış, həmin tanımadığı şəxslər özlərini Mədəniyyət Nazirliyinin əməkdaşları kimi təqdim etmiş, onun barəsində anket məlumatları soruşmuşlar. Elmir sonunculara inanmış və 2-3 ay keçdikdən sonra Karlenlə əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşduqda Karlen Elmirə narahat olmamağı, işin həll olunacağını bildirmişdir. 2022-ci ilin aprel ayının əvvəllərində Bakı şəhərinə gedən zaman Karlenlə görüşmüş və Karlenin işin demək olar ki, həll olunduğunu, lakin sənədləşmə işləri ilə əlaqədar olaraq əlavə 5000 manat pul lazım olduğunu bildirmişdir. Karlenə üzərində 5000 manat olmadığını, rayona qayıdıb göndərəcəyini, Karlen isə ona kart hesabı göndərəcəyini, pulu həmin yerə vurmağı bildirmişdir. Daha sonra Karlen ona Şahid2 aid kart hesabı göndərmişdir. 2022-ci ilin aprel ayının 19-da “Bank Respublika”nın filialından Şahid2 adına olan kart hesabına 5000 manat pul köçürmüşdür. Bir müddət sonra X20 müdir təyin olunduğunu etmiş və Karlenlə danışıb sonuncuya belə bir məsələ olduğunu deyən zaman Karlen narahat olmamağı, işi həll edəcəyini demişdir. Lakin bundan sonra Elmir dəfələrlə Karlenlə Bakı şəhərində görüşüb pulu qaytarmasını bildirsə də, Karlen məni müxtəlif bəhanələrlə aldatmağa başlamış, bir müddət sonra isə telefonlarına, ümumiyyətlə, zəng çatmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Məhkəmə iclasında Karleni məhəllələrində yerləşən çay evində tanıyıb, sonuncu ora arabir gəlib nərd, domino oynayıb gedib. Karleni 2-3 dəfə özünə məxsus “Hyundai Accent” markalı avtomobillə məhəllələrində yerləşən çay evindən götürüb Bakı Kinoteatrına aparıb. 2022-ci ilin aprel ayının 19-da səhər saat radələrində məhəllələrində yerləşən çay evinin qarşısında maşınında dayanan zaman tanışı Karlenin ona yaxınlaşmış, sonuncu bir nəfərin pul göndərəcəyini, kartının olmadığını bildirmiş və ondan üstündə kart olub-olmadığını soruşmuşdur. O, Karlenə üstündə “Kapital Bank”a məxsus kart olduğunu demişdir. Karlen ona problem olmadığını, həmin karta pulu göndərəcəklərini demiş, o da sonuncuya kart nörməsini bildirmişdir. Təxminən yarım saat sora özünə məxsus karta 5000 manat pul daxil olmuşdur. O, Karlenlə birlikdə köhnə 35-ci polis bölməsinin yaxınlığında yerləşən “Bolmart” marketinin qarşısında yerləşən “Kapital Bank”a məxsus terminaldan həmin 5000 manatı çıxarmış, pulu Karlenə vermiş, sonuncu pulu götürüb çıxıb getmişdir. Daha sonra baş verənlərdən heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun xalası nəvəsidir, həmin şəxslə həm qohumluq həmdə dostluq münasibətinin mövcuddur. Etiraf dürüst və sözünə bütov insandır. 2017-ci il tarixdə Etiraf ilə danışıqlarının birində sonuncuya Karlen adlı şəxs ilə tanış olduğunu, həmin şəxsin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Heydər Əliyev” parkının müdiri olmasını, eyni zamanda Etirafın həmin şəxsin köməkliyi ilə parkın içərisində müəyyən yer tutaraq orada uşaqlar üçün avadanlıqlar yerləşdirib gəlir qazana biləcəyini bildirmişdir. 15 aprel 2018-ci il tarixdə Etiraf ilə birlikdə Karlenin ofisinə getmiş, orada Etiraf Karlen ilə görüşüb 20.000 manatı onun iştirakı ilə Karlenə vermişdir. Pul oonun ofisində verilsə də, onun yanında verilməyib. Karlen həmin vaxt pulu Xətai Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşüb pulu sonuncuya təqdim edəcəyini Etirafa bildirdi, həmçinin işin yaxın zamanda həll olunacağı barədə Etirafa vəd verdi. Bundan bir neçə müddət keçəndən sonra Karlenin Etirafdan adlığı, ümumilikdə, 64.000 manat pulu ələ keçirib söz verdiyi işi alındırmaığını öyrəndi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə bir neçə il əvvəl tanış olmuşdur və sonuncunun Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Heydər Əliyev” parkının müdiri olduğunu bilirdi. Əlaqələr yaranandan sonra Karlen və Xanlar ilə dostluq münasibətləri yaranmışdı. Təqsirləndirilən şəxs ilə görüşlərin birində Xanların Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsində yerləşən torpaq sahəsini rəsmiləşdirmək istədiyini və Karlenin sonuncuya kömək edəcəyini bildirmişdir. Xanlar Karlenə bunun üçün 17 000 manat pul vermişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Xanlar ilk olaraq Karlenə müraciət edib. 17.000 manat puldan ona heç nə verilməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla 4 il bundan əvvəl Sumqayıt şəhərində tanış olmuşdur. Həmin vaxtdan Karlenlə aralarında dostluq münasibəti yaranmışdır. 2021-ci ilin dekabr ayında 18də axşam saat təxminən 23 radələrində Sumqayıt şəhərində yaşadığı evdə olan zaman Karlenin onlara gəlmiş, ona zəng edərək aşağı düşməyini xahiş etmişdir. O, binanın həyətinə düşmüş, həmin vaxt Karlen ona yol-nəqliyyat hadisəsi törətdiyini, adam vurduğunu, vurduğu adamın öldüyünü, təcili 6.000 manat pul lazım olduğunu demişdir. Pulu nə səbəbə istədiyini soruşan zaman Karlen ona pulu işini həll etmək üçün istədiyini bildirmişdir. O, sonuncuya özündə o qədər pul olmadığını, tapıb xəbər edəcəyini demiş, Karlen isə ona təcili olaarq 6000 manat tapmağını xahiş etmişdir. Bundan sonra səhəri günü dost-tanışından 6000 manat pul tapmış, 2021-ci ilin dekabr ayınn 19-da saat 23 radələrində yaşadığı binanın qarşısında sonuncuya 6000 manat pulu vermiş, Karlen ona həmin pulu borca aldığını, pulu bir-iki aya qaytaracağına söz vermiş, bundan sonra aradan xeyli müddət keçsə də Karlenlə əlaqə saxlaya bilməmiş, bu yaxınlarda isə sonuncunun tutulduğunu eşitmişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, istintaqı zamanı keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun ona həyat yoldaşı X15 müdir düzəldəcəyi adı ilə aldadaraq 30000 manat pulunu ələ keçirdiyini deyərək, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə AR Məhkəməsinin 22 fevral 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 70-ci maddələri ilə təqsirli bilinib 07 il azadlıqdan məhkum edilməklə 04 il şərti sınaq müddəti təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutetmə məsələlərinə həsr olunmuş XV fəslinin qaydaları da cinayət-prosessual qanunun qeyd olunan ümumi prinsipləri əsasında formulə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən etiraf edilməsə də onun təqsiri iş materialları ilə tam sübuta yetirilir. Cinayət işinin materiallarında olan 11 yanvar 2022-ci il tarixli “Kredit müqaviləsi”nin məzmununa əsasən, Zərərçəkmiş şəxs1 (borcverən) Təqsirləndirilən şəxs (borcalana) 11 fevral 2022-ci il tarixədək qaytarılmaq şərti ilə 25.000 məbləğində borc pul verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə özünü təqsirli bilməməsinə, o cümlədən onunla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 arasında borclukreditor münasibətlərinin olmasına dair ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır, həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə aralarında “Kredit müqaviləsi”nin bağlanılması Təqsirləndirilən şəxs dələduzluq niyyəti pərdələmək məqsədi daşıyır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1, 2, 3, 4 və 5ci bəndlərində qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, özünün və arvadının sağlamlıq vəziyyətini, zərər çəkmiş şəxslərlə aralarında barışıq əldə etmələrinin, sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, vurulmuş maddi ziyanın ödənilməsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cü maddəsinə əsasən Təqsirləndirilən şəxs özünün və arvadının sağlamlıq vəziyyətini, zərər çəkmiş şəxslərlə aralarında barışıq əldə etmələrinin, sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, vurulmuş maddi ziyanın ödənilmsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Cinayət işinin materiallarında olan “X22” Klinikası tərəfindən verilmiş 19 yanvar 2024cü il tarixli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı X4 xəstəliyinin dördüncü mərhələsində olan süd vəzi xərçəngi diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsi tərəfindən verilmiş 16 may 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs, xx.xx.2025-ci il tarixdə “Virus hepatit C” diaqnozu ilə Müalicə müəssisəsinə köçürülmüşdür. O, kliniki, laborator, insturumental müayinələrdən keçirilmiş, infeksionist, kardioloq, terapevt tərəfindən konsultasiya edilmişdir. Nəticədə “Xroniki C virus hepatiti sarılıqlı forma, orta-ağır gedişli. Hipertoniya xəstəliyi İİ dərəcə. Ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası İİ f.s. Şəkərli diabet İİ tip insulin tələbli” diaqnozu müəyyən edilmiş və müvafiq müalicə başlanılmışdır. Hazırda xəstəyə tibbi tədbirlər davam etdirilir. Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışıb, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs şəxs Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışıb, ona vurulmuş maddi ziyan ödənilib, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışıb, ona vurulmuş maddi ziyan ödənilib, sonuncuya qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan növdə cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, özünün və arvadının sağlamlıq vəziyyətini, zərər çəkmiş şəxslərin şikayətçi olmamasını, təqsirləndirilən şəxsin vurulmuş maddi ziyanı ödəməsini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq, azadlıqdan məhrum etmə növündə təyin olunan cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndində qeyd edilir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs ünvan 3na əsasən barəsində əvvəli 15 mart 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 15 mart 2024-cü il tarixdən hökmün elan olunduğu tarixədək həbsdə saxlanıldığı müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmiş «Pro Bono» Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Qüvvədə olan “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qərarın 1-ci hissəsində dəyişiklik edilərək, “6 manat” sözləri “11 manat” sözləri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs məhkəmə iclaslarında pulsuz hüquqi yardım göstərmiş «Pro Bono» Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hüquqi xidmət haqqı hər saatı 06 manatdan olmaqla hesablanmalıdır. Məhkəmə müəyyən edir ki, «Pro Bono» Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün 05 saat vaxt sərf etmişdir. Buna görə də Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait «Pro Bono» Vəkil Bürosunun vəkili X5 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Pro Bono» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 02 (iki) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait «Pro Bono» Vəkil Bürosunun vəkili X5 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Pro Bono» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-307/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-307/2025
16.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver