Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-308/2019 10.05.2019 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Xankişiyev Mirzə Aslan oğlu, hakimlər Mahmudov İlham Aga oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı Məzlumağa oğlu, müdafiəçi X7, zərərçəkmiş şəxsin hüquqi varisiX2 iştirakları ilə, xx xxx 1982-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxıçvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında kirayədə yaşamış, Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Penitensiar Xidmətin3 saylı X1 Bəxtiyar Arif oğlunun Azərbaycan Respublikası CM-nin 221.3, 120.2.2 və 120.2.9-cu maddələriilətəqsirləndirilməsinədair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2018-ci il tarixdə, saat 01 radələrində ünvan 4 ünvanda yerləşən «Yaşıl Bağ» kafesində tanışı Zərərçəkmiş şəxs və sonuncunun yaxınmünasibətdə olduğu Şahid1 ilə birlikdə spirtli içki qəbul edərək Zərərçəkmiş şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi mənşəyi bilinməyən narkotik vasitəni qəbul etdikdən sonra saat 04 radələrində sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs idarə etdiyi «Daewoo Gentra» markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdəolarkən, aralarında olan söhbət zamanı ona polis əməkdaşları avtomobili saxlasalar X4 Məmmədovanı arvadı kimi təqdim etməsi təklifinə görə özünü alçaldılmış hesab edərək Zərərçəkmiş şəxsla mübahisə etmiş və avtomobildən düşüb yerdə mübahisələrinə aydınlıq gətirmək üçün Zərərçəkmiş şəxs onun tələbi əsasında Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 10 nömrəli binanın qarşısında yerləşən 1 nömrəli istirahət parkının kənarında avtomobili saxlayaraq hər ikisi avtomobildən düşdükdən sonra birlikdə ictimai yer olan parka daxil olduqda o, yüngül həyat tərzi keçirən Şahid1 onun arvadı kimi təqdim etməsi təklifinin səbəbini soruşmuş, Zərərçəkmiş şəxs «Rəfiqənin sənin arvadından nəyi pisdir ki?» sözlərini deyib onun ünvanına nalayiq ifadələr işlətməsindən əsəbləşərək cüzi səbəbdən, özünü nüfuz sahibi kimi göstərərək öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədilə, nalayiq ifadələr işlətməklə Zərərçəkmiş şəxs üzərinə hücum edərək, açıq-aşkar surətdə ictimai qaydalara əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq, mənəviyyət normalarını tapdalayaraq ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan, eləcə də üzərində gəzdirdiyi silah qismində istifadə olunan bıçağı nümayiş etdirməklə tətbiq edib qərəzli xuliqanlıq hərəkətləri etmiş, Zərərçəkmiş şəxs yüngül dərəcəli sərxoş və narkotik vasitənin təsiri altında, yəni özünü idarə etmək iqtidarında olmayan, aşkar surətdə köməksiz vəziyyətindən istifadə edib onu qəsdən öldürmək məqsədilə həmin bıçaqla güclüzərbəiləvurub Zərərçəkmiş şəxs solbazununyuxarıhissəsininbayırsəthininqoltuqaltıarteriyasınındeşilmiş-kəsilmiş yarası ilə müşayiətolunan, kəskinmassivqanitirməyə səbəb olan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya xarakterik xəsarət yetirmiş, bu zaman Zərərçəkmiş şəxs xilas olmaq üçünhadisə yerindən qaçıb yaxınlıqdayerləşənbina sakinləritərəfindənona yardım edilməsiməqsədiləBakışəhəri, Nizamirayonu, B.Nuriyevküçəsi 185 nömrəlievin 1-cigirişinin pilləkən meydançasına daxil olmuş və aldığı xəsarət nəticəsindəinkişafetmişkəskinqanitirməsəbəbindən orada ölmüş, bununladao,silahqismindəistifadəolunanəşyadanistifadəetməkləvahidniyyətləqərəzlixuliqanlı qhərəkətlərietmişvəaşkar surədə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsixuliqanlıqniyyətiiləqəsdənöldürmüşdür. Təqsirləndirilən şəxsməhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxx 2018-ci il tarixdə, saat 22 radələrində 15 ildir tanıdığı, aralarında dostluq münasibəti olmuş Zərərçəkmiş şəxs zəng edib harada olduğunu soruşduqda, FikrətSalmanov 1 saylı X5 arxasında yerləşən «Yaşıl bağ» kafesində olduğunu demiş, həmin kafeyə getdikdə orada Zərərçəkmiş şəxs Rəfiqə adlı sevgilisi və kafenin icarədarı Natiq adlı dostu ilə bir masa arxasında əyləşrək araq içmələrini görmüş. Bir qədər keçdikdən sonra Zərərçəkmiş şəxs ondan üzərində pul olubolmadığını soruşduqda, cibindən 10 manat çıxarıb ona vermiş, o, pulu,yənihesabı ödəmək üçün istədiyini güman etmişdir. Zərərçəkmiş şəxs ayağa qalxıb kafedən çıxmış, 1-2 dəqiqədən sonra isə geri qayıdıb yenidən masa arxasında əyləşmiş və əlində olan siqaret bükümünün içərisinə doldurulmuş narkotik vasitə olan «nəşə»ni yandırıb ona tərəf uzatmışdır. Onunla birlikdə narkotik vasitədən istifadə etmiş, təxminən 10-15 dəqiqədən sonra spirtli içkinin və narkotik vasitənin təsirindən sərxoş olduğu üçün Zərərçəkmiş şəxs artıq getmək istədiyini bildirmiş, kafedən çıxıb Zərərçəkmiş şəxs istifadəsində olan avtomobilə tərəf getmişdir. Zərərçəkmiş şəxs sükan arxasında əyləşmək istədikdə bu vəziyyətdə avtomobili idarə etməsinə icazə verməyəcəyini demiş, Rəfiqə də onunla razılaşmış, avtomobili idarə etmək üçün ayıq sürücü çağırmasını demişdir. Ancaq Zərərçəkmiş şəxs qəti olaraq etiraz edərək avtomobilin sükanı arxasında əyləşib mühərriki işə salmış və onlara «getmirsiniz, qorxursunuz?» sözlərini dedikdə Zərərçəkmiş şəxs bu vəziyyətdə avtomobili idarə etməklə qəza törədə və ya digər problem yarada biləcəyini başa salmağa çalışsa da, Zərərçəkmiş şəxs özünü aqressiv apardığına görə məcbur olub avtomobilə əyləşmişdir. Rəfiqə də avtomobilin arxa oturacağına əyləşdikdə Zərərçəkmiş şəxs Rəyiqəyə «sən oturma» deyib avtomobildən düşməsini tələb etsə də, Rəfiqə düşməyərək onu evə aparmasını xahiş etmişdir. Yolda polislər saxlasa nə edəcəyini soruşduqda Zərərçəkmiş şəxs narahat olmamasını, polis saxlasa, özlərini lal-kar kimi aparacaqlarını, Rəfiqəni isə nəzərdə tutaraq «arxadakı isə arvadın olar» sözlərini demiş, Zərərçəkmiş şəxs bu sözü ona çox pis təsir etmiş, onun nə demək istədiyini başa düşməmişdir. Uzun müddət dost olduqlarına baxmayaraq heç vaxt aralarında belə bir söhbət olmadığına görə Zərərçəkmiş şəxs qeyri-ciddi münasibətdə olduğu qadına «Bəxtiyarın arvadı olarsan» sözünü deməsi ona pis təsir etmiş, elə başa düşmüşdür ki, Zərərçəkmiş şəxs həmin sözü deməklə onun arvadının haqqında nəsə demək istəmişdir. Avtomobildən düşərkən Zərərçəkmiş şəxsla bu məsələ haqqında söhbət edib dediyi sözün mənasını aydınlaşdırmaq qərarına gəlmiş, bu məqsədlə Bakı şəhəri, Nizami rayonu, Nuriyev və Naxçıvanski küçələrinin kəsişməsi ilə hərəkət edərkən Zərərçəkmiş şəxs avtomobili saxlamasını xahiş etmişdir. Zərərçəkmiş şəxs avtomobili saxladıqda onunla söhbət etmək istədiyini bildirmiş və düşüb onunla gəlməsini tələb etmişdir. Avtomobildən düşüb parka daxil olduqda Zərərçəkmiş şəxs onun arxasınca gəlmiş, aralarında olan söhbətin Rəfiqənin eşitməməsi üçün bir qədər kənarda söhbət etmək istəmişdir. Parka daxil olduqdan 5-6 addım sonra Zərərçəkmiş şəxs dediyi sözün mənasını xəbər aldıqda Zərərçəkmiş şəxs sifəti qəfildən dəyişilmiş və dişlərini qıcayaraq ona «Rəfiqənin sənin arvadından nəyi pisdir ki?» sözlərini dedikdə özünü itirmiş, çünki Zərərçəkmiş şəxs ondan üzrhaqlıq edəcəyini düşündüyü halda, tam əksini etməsini gözləməmişdir. Zərərçəkmiş şəxs qəzəbli şəkildə üzərində olan bıçağın tiyəsini açıb sağ əlində tutaraq ona tərəf gəldikdə, onu bıçaqla vuracağını güman edib geri çəkilərək əynində olan şalvarının kəmərinin arxasındakı, həmişə üzərində gəzdirdiyi qatlanan bıçağı çıxarıb tiyəsini açaraq sağ əlində tutmaqla Zərərçəkmiş şəxsla üzbəüz dayanmış və Zərərçəkmiş şəxs getdikcə daha da qəzəbləndiyini görüb onu zərərsizləşdirmək məqsədilə, əlləri ilə onu qucaqlamaq istədikdə Zərərçəkmiş şəxs sol çiyin nahiyəsindən qan gəldiyini görüb ondan ayrılmış, Zərərçəkmiş şəxs isə qolunun qanamasına görə parkın əks istiqamətində qaçmışdır. Özü yerində qalmış və bir qədər sonra geri qayıdıb avtomobilin sükanı arxasına əyləşdikdə İlahəyə, yəni Rəfiqəyə Zərərçəkmiş şəxs işi olduğuna görə getdiyini bildirmiş, avtomobili idarə edib yoldan kənara çıxarıb saxlamış və Rəfiqəni taksi ilə yola salmışdır. Saat 06 radələrində yaşadığı evə getmiş, arvadı Şahid3 onun qanı qara olduğunu görüb nə baş verdiyini soruşduqda Zərərçəkmiş şəxs bıçaqla vurduğunu bildirmiş və uzanıb yatmışdır. Saat 16 radələrində tanışı Hüseyn ona zəng edib Zərərçəkmiş şəxs öldüyünü bildirdikdə evdən çıxıb bir neçə gün küçələrdə gecələmiş, xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-yə gedib təslim olmuşdur. Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, hadisə vaxtı Zərərçəkmiş şəxs onun üzərinə bıçaq çıxartdıqda onu zərərsizləşdirmək məqsədilə qucaqlayarkən Zərərçəkmiş şəxs xəsarət almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqivarisiqismində dindirilmiş X2 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, qardaşı oğlu Zərərçəkmiş şəxs rəsmi olaraq heç yerdə işləməmiş, istifadəsində olan «Daewoo Gentra» markalı avtomobil ilə sərnişin daşımaqla məşğul olmuşdur. Zərərçəkmiş şəxs heç kimlə ədavəti və ya düşmənçiliyi olmamış, onun kiminləsə dalaşmasını, mübahisə etməsini eşitməmişdir. xx xxxx 2018-ci il tarixdə saat təxminən 10 radələrində Bakışəhəri, Nizamirayonu, Nuriyevküçəsi 185 nömrəlievin 1-cigirişinin1-cimərtəbəsinin pilləkənmeydançasında Zərərçəkmiş şəxs meyitinin aşkar edildiyini eşitmiş, meyitxanaya getdikdə onun bıçaqla öldürülməsini, onu öldürən şəxsin isə Bəxtiyar adlı tanışı olmasını bilmiş, lakin, Bəxtiyarın nə səbəbə Zərərçəkmiş şəxs öldürməsini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2015-ci ilin dekabr ayının 31-də Bakı Metropoliteninin «Elmlər Akademiyası» stansiyasının yaxınlığında yerləşən «Soho lounge bar» gecə klubunda tanış olub yaxın münasibətdə olduğu Zərərçəkmiş şəxs xx xxxx 2018-ci il tarixdə saat 20-21 radələrində ona zəng edib görüşmək istədiyini bildirmiş, saat 23 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə onu evdən götürüb şəhərdə gəzdirdikdən sonra spirtli içki qəbul etmək qərarına gələrək gecə saat 01 radələrində Zərərçəkmiş şəxs Natiq adlı dostunun və həmyerlisinin işlətdiyi «Yaşıl bağ» kafesinə getmişdir. Kafedə olarkən Zərərçəkmiş şəxs Natiqə və dostu Bəxtiyara zəng etmiş, onlar gələnədək Zərərçəkmiş şəxsla birlikdə spirtli içki qəbul etmiş, əvvəlcə Natiq, daha sonra isə Bəxtiyar gəlmiş, Bəxtiyar da onlarla birlikdə araq içmişdir. Saat 02 radələrində kafedən çıxdıqda spirtli içki qəbul etdiyinə görə Zərərçəkmiş şəxs avtomobili idarə etmək üçün ayıq sürücü çağırmasını desə də, Zərərçəkmiş şəxs onun dediklərinə məhəl qoymamış və sükan arxasında əyləşmişdir. Bakı Metropolitenin «Xalqlar Dostluğu» stansiyasının yaxınlığında yerləşən parkın yanında Zərərçəkmiş şəxs Bəxtiyarla birlikdə avtomobildən düşmüş, hara getdiyini soruşduqda Zərərçəkmiş şəxs qəzəbli şəkildə ona «gedirəm fahişə yanına» sözlərini demişdir. Zərərçəkmiş şəxs bu sözü ona pis təsir etmiş, təxminən 1-2 dəqiqə sonra Bəxtiyar qayıdarkən ondan Zərərçəkmiş şəxs hara getdiyini soruşduqda Bəxtiyar da ona Zərərçəkmiş şəxs hansısa fahişənin yanına getdiyini bildirmişdir. Bu sözdən sonra yanında olmasına baxmayaraq Zərərçəkmiş şəxs başqa bir qadınla görüşməyə getməsinə əmin olmuş və bu onu çox əsəbiləşdirmişdir. Bəxtiyar avtomobili idarə edib kənarda saxladıqdan sonra taksi çağırmış, taksi ilə evə getmiş, xx xxxxxx 2018-ci il tarixdə polis əməkdaşları onunla əlaqə saxladıqda Bəxtiyarın Zərərçəkmiş şəxs bıçaqla vurub öldürdüyünü bilmişdir. Bəxtiyarın hansı səbəbdən Zərərçəkmiş şəxs bıçaqla vurub öldürməsini bilməmiş, spirtli içki qəbul etdiyindən, həmçinin gecə saatları olduğu üçün yuxulu olduğundan, avtomobilin salonunda olarkən Zərərçəkmiş şəxsla Bəxtiyarın arasında olan söhbətə diqqət yetirə bilməmiş və onların nə barədə danışmalarını xatırlamamışdır. Onun əsl adı Rəfiqə olsa da, Fikrət və onun dostları onu İlahə kimi tanımışlar və çağırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxx 2018-ci il tarixdə səhər saat 06 radələrində əri Təqsirləndirilən şəxs evə gələrkən onun qanı qara və kefsiz olduğunu görüb nə baş verdiyini soruşduqda, Bəxtiyar əsəbi şəkildə yemək hazırlamasını deyib duş qəbul etmiş, hamamdan çıxdıqdan sonra qonaq otağında əyləşmişdir. Həmin vaxt Bəxtiyar Fikrəti bıçaqla vurduğunu demiş, nə baş verdiyini danışmasını xahiş etdikdə, Bəxtiyar Fikrətin onun ailəsinin ünvanına artıq-əskik danışdığı üçün vurduğunu bildirmiş, əgər sağdırsa, həmin sözə görə ölməli olduğunu demişdir. Həmçinin, Bəxtiyar hadisədən sonra Fikrətin avtomobilini kənarda saxladığını, əslində Fikrətin ona dediyi sözə görə avtomobili idarə edib divara çırpmaq lazım olduğunu bildirmiş, Fikrətin konkret olaraq ona nə dediyini soruşduqda, Bəxtiyar ona bu barədə heç vaxt, heç nə deyə bilməyəcəyini söyləmişdir. xx xxxx 2018-ci il tarixdə Bəxtiyarın Zərərçəkmiş şəxs bıçaqla vurub öldürdüyünü öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Nizami rayonu Nuriyev küçəsi 185 nömrəli, beş mərtəbəli binanın birinci mərtəbəsində yerləşən 4 nömrəli mənzildə yaşayır. xx xxxx 2018-ci il tarixdə saat 04 radələrində kiminsə qapının önündən «kömək edin» deyə qışqıraraq yaşadığı mənzilin qapısını bərkdən döydüyünü eşitdikdə yuxudan oyanmış, yaxınlaşıb gözlükdən baxdıqda qapının qarşısında olan divarın və yerin qana bulaşmasını, həmçinin tanımadığı insanın pilləkən meydançasında uzandığını görmüş, qorxub qapını açmamışdır. Dərhal DİN-nin «102» xidmətinə zəng edib bu barədə məlumat vermiş, polis əməkdaşları gəldikdən sonra qapını açanda yaşadığı mənzilin giriş qapısının önündə bir nəfər əynində qara rəngli maykası, göy rəngli cins şalvarı olan əlləri, sifəti, paltarları qana bulaşan cavan oğlanın pilləkən meydançasında hərəkətsiz, oturaqlı vəziyyətdə görmüşdür. Bir qədər sonra Təcili tibbi yardım stansiyasının əməkdaşları gəlib həmin şəxsi müayinə edib onun artıq öldüyünü bildirmişlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbiekspertizasının xx xxxxxx 2018-ciiltarixli 138 nömrəlirəyiləmüəyyən edilmişdir ki, SalmanovFikrətFehruzoğlununmeyitiüzərindəsolqoltuqaltıarteriyasınınzədələnməsiiləmüşa yiətolunansolbazununyuxarı 1/3-nindeşilmiş-kəsilmişyarasıxəsarəti aşkar olunmuşdur. Qeydedilənxəsarəthəyatidir, ölümündənazəvvələ, 29iyul 2018-ciiltarixəuyğungələbilər, deşici-kəsiciəşyanın (olabilsinki, bıçaq) təsirindəntörənmişdir, dərəcəsinəgörəcanlışəxslərdəhəyatüçüntəhlükəliolansağlamlığaağırzərərvurmanınəlamətl ərinidaşıyır, başvermişölümləbirbaşasəbəbliəlaqəlidir. SalmanovFikrətFehruzoğlununölümünəsolqoltuqaltıarteriyanınzədələnməsiiləmüşayiətolun ansolbazununyuxarı 1/3-nindeşilmişkəsilmişyarasınəticəsindəinkişafetmişkəskinqanitirməsəbəbolmuşdur. Ölümmeyitmüayinəolunduğuvaxtdan 4-6 saatəvvəlbaşverəbilərdi. Xəsarətinlokalizasiyasını vəxüsusiyyətlərini,yara kanalının, eləcə də, ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin uzunluğunu nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs bədən səthindəki xəsarətin ekspertizaya təqdim edilmiş bıçaqla yetirilməsi inandırıcı deyildir. Yarakanalınınuzunluğu 10,5 sm, istiqamətiöndənarxaya, soldansağa, azacıqyuxarıdanaşağıyadoğruolmuşdur. ÖlümZərərçəkmiş şəxsalmışolduğuxəsarətdənazsonrabaşverəbilərdi, hansıki, dəqiqələrləhesablanabilər. HəminxəsarətialarkənZərərçəkmiş şəxsvəxəsarətiyetirənşəxsbirbirinəqarşımüxtəlifduruşvəziyyətlərindəolabilərdilər. Zərərçəkmiş şəxsmüayinəsizamanıondahərhansıbirxəstəliyinpatomorfolojiəlamətləriaşkaredilməmişdir. SalmanovFikrətFehruzoğlununmeyitindəngötürülmüşqandaetilspirtiaşkaredilmiş, qatılığı 1,0% olmaqla bumiqdarcanlışəxslərdəyüngüldərəcəlialkoqolsərxoşluğunauyğungəlmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuşmaddisübutlarınməhkəmə-tibbi biolojitədqiqinədairekspertizanın xx xxxxxxx 2018-ciiltarixli 648/2018- MTBŞnömrəlirəyindəngörünürki, ekspertizayatəqdimolunmuşSalmanovFikrətFehruzoğlunaməxsuskofta, şalvar, trusik vəcorabda, habelə üzərində aşkar olunmuş qatlanancibbıçağında,hadisəyerindəngötürülmüşikiədədpambıqtampon və ikiədədsteril çubuqdaolan ləkələrdəinsanqanıaşkarolunmuşdur. TədqiqolunanqanləkələriSalmanovFikrətFehruzoğlunavəyaƏhmədovBəxtiyarArifoğlunamə xsusolabilər (əgərsonuncudahadisəvaxtıqanaxmailəmüşayiətolunanxəsarətolubsa).Təqsirləndirilən şəxsməxsusköynəkvəşalvarın üzərindəqanaşübhəliləkələraşkarolunmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuşmaddisübutlarınməhkəmə-tibbi kriminalistikvəkriminalistiktədqiqinədairekspertizanın xx xxxxxxx 2018-ciiltarixli 494/2018 MTKŞnömrəlirəyindəngörünürki, SalmanovFikrətFehruzoğlununsolqolununönhissəsindəbirədəddeşilmişkəsilmişzədəaşkaredilmişdir. Buzədəninülgüclüvəküplüolanyastıtiyətiplideşici-kəsicialətin təsirindənəmələgəlməsiistisnaolunmur. EkspertizayatəqdimedilmişSalmanovFikrətFehruzoğlunaməxsusşalvar, köynək, tumanvəcorablarınüzərindəaşkaredilmişqanləkələriqanlısəthə (qanmənbəyiilə) dinamik (hərəkətli) vəstatik (hərəkətsiz) kontaktnəticəsindəəmələgəlmişvəsonradanfizikikapilyarlıqfaktoruüzrəsəthəhopmuşlar.Eks pertizayatəqdimedilmişSalmanovFikrətFehruzoğlunaməxsusköynəyinsolqolununönhissəsi ndəaşkaredilmişdeşilmişkəsilmişzədəonunsolqoltuqaltıarteriyanınzədələnməsiiləmüşayətolunansolbazununyuxarı 1/3-nindeşilmiş-kəsilmişyarasıiləyerləşməvəziyyətinəgörənisbiolaraqüst-üstədüşür. FikrətSalmanovunüzərindənaşkaredilibekspertizayatəqdimolunmuşbıçaqzavodüsuluiləhazı rlanmışməişəttəyinatlıqatlanantiplicibbıçağıdırvəsoyuqsilahhesabedilmir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuşməhkəmə-narkolojiekspertizasının xx xxxxxxxx 2018-ciiltarixli 1605 nömrəlirəyindəngörünürki, ƏhmədovBəxtiyarArifoğlundaçətənəbitkisipreparatlarındanistifadəetməhallarıolmuş, lakinhal-hazırdamüayinəzamanınarkomaniyaxəstəliyininəlamətləriaşkarolunmamışdır. MüayinəzamanıƏhmədovBəxtiyarArifoğlunarkomaniyaxəstəliyindənəzabçəkmir vənarokomaniyadanməcburimüalicəyəehtiyacıyoxdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuşAmbulatorməhkəməpsixiatrikekspertizasının xx xxxxxxxx 2018-ciiltarixli 1449 nömrəlirəyindəngörünürki, ƏhmədovBəxtiyarArifoğlundahazırdahərhansıbirpsixixəstəliyinəlamətləriaşkarolunmur. Ondaxasiyyətinpsixopatikcizgilərimüəyyənedilir. Cinayətişimateriallarındanvəpsixiatrikmüayinəninnəticələrindəngörünürki, ƏhmədovBəxtiyarArifoğlundahəmçinin,onaittihamolunanəməldövründəhərhansıbirpsixixəst əlikvəyapsixifəaliyyətinmüvəqqətipozulmasıəlamətləriaşkarolunmamışdır. Həmindövrdəo, özhərəkətlərininfaktikixarakterinivəictimaitəhlükəliliyinidərketməkvəonlarıidarəetməkiqtidarı ndaolmuşdur. Bunagörədə,ƏhmədovBəxtiyarArifoğluonaittihamolunanəməlbarəsindəanlaqlıhesabolunm alıdır. OnunhərəkətləriAzərbaycanRespublikasıCM-nin 21-cimaddəsinintəsirialtınadüşmür. Yoxlanılanşəxshalhazırdadaözhərəkətlərinidərketməkvəonlarıidarəetməkiqtidarındadır. ƏhmədovBəxtiyarArifoğlununməcburimüalicəyəehtiyacıyoxdur. Təqsirləndirilənşəxsinistintaqaverdiyiifadəvəhazırkimüayinəgedişatındabaşvermişhadisəza manıonunpsixivəziyyətindəqəflətənbaşvermişgüclüruhihəyəcanvəziyyəti, yəniaffektvəziyyətinədüşməsiizlənilmir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuşAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuşdiskətəqsirləndirilənşəxsƏhmədovBəxtiyarArifoğlununiştirakıiləbaxış keçirilərək müəyyən edilmişdir ki,xx xxxx 2018-ciiltarixdəsaat 03:41:58dəSalmanovFikrətFehruzoğlununidarəetdiyiağrəngli«Daewoo Gentra» markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakışəhəri, ÇobanzadəküçəsiistiqamətindənBakışəhəri, NizamirayonuB.NuriyevküçəsiiləBakıMetropoliteninin«XalqlarDostluğu» stansiyasıistiqamətindəhərəkətetmiş, B.Nuriyevküçəsi 10 nömrəlibinanınqarşısındadayanmış, FikrətSalmanovavtomobilin sükanıarxasından, BəxtiyarƏhmədovisəqabaqsağoturacaqdandüşmüş, onlarbirlikdəavtomobildənsoltərəfdəyerləşən 1 nömrəliistirahətparkınadaxilolmuş, saat 03:43:08dəBəxtiyarƏhmədovtəkgeriqayıdıbaçıqqalanavtomobilinqabaqsağqapısınıörtübsükanarxa sındaəyləşmiş, avtomobiliidarəedibyolunsağtərəfindəkənardasaxlamış, avtomobilinüzərindəntaksişahmatını çıxarıbsalona qoymuş, arxasolqapıdanRəfiqəMəmmədovadüşmüş, onlarbirlikdəmetro istiqamətindəgetmiş, birqədərkeçdikdən sonra onlargeriqayıtmış, Təqsirləndirilən şəxs avtomobilinqapısınıaçıb içəridən nəsəgötürmüş vəonlar birlikdə yenidənmetro istiqamətindəhərəkət etmişlər. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, saat 03:43:47dəFikrətSalmanovparkınəkstərəfindənitiaddımlarlaqaçıbmaşın yolunukeçmiş, təqsirləndirilənşəxsBəxtiyarƏhmədovFikrətSalmanovun parkıniçərisində xəsarətaldıqdansonraondanaralanıbəksistiqamətdəqaçmasını bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindəndaxilolmuştələbnamədən görünür ki, təqsirləndirilən şəxsƏhmədovBəxtiyarArifoğlu əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 221.3, 120.2.2 və 120.2.9-cu maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs öldürmək niyyətində olmadığı, hadisə vaxtı Zərərçəkmiş şəxs onun üzərinə bıçaq çıxardıqda zərərsizləşdirmək məqsədilə onu qucaqlayarkən Zərərçəkmiş şəxs xəsarət aldığı barədə göstərdiyi xüsusatlar cinayət işi üzrə toplanmış sübutlarla tam təkzib olunduğundan həmin dəlillər məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək məqsədilə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir. İstintaq orqanı tərəfindən ƏhmədovBəxtiyarArif oğluna Azərbaycan Respublikası CM-nin 221.3, 120.2.2 və 120.2.9-cu maddələri ilə ittiham elan edilmiş və ona elan olunmuş ittiham aparılan məhkəmə istintaqı zamanı toplanmış sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Beləliklə, təqsirləndirilən şəxs ƏhmədovBəxtiyarArifoğlunun özünün, zərərçəkmişin hüquqi varisi və şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspert rəyləri, digər protokol vədigər materiallarüzrə toplanmış sübutların məcmusu ƏhmədovBəxtiyarArifoğluna elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, ƏhmədovBəxtiyarArifoğlunun ittiham olunduğu cinayət əməllərini törətməsi məhkəmədə kifayət qədər sübut olunmuş və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət əməlinin hüquqi tövsüf məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ƏhmədovBəxtiyarArif oğlunun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 120.2.2 və 120.2.9-cu maddələri ilə tövsüf edilməli və o, həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. AzərbaycanRespublikasıCM-nin 59-cu maddəsinəəsasən, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. AzərbaycanRespublikasıCM-nin 61-ci maddəsinəəsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olması məhkəmə istintaqı zamanı müəyyən olunmamışdır. Məhkəmə hesab edirki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyası hədlərində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasəntəqsirləndirilənşəxs ƏhmədovBəxtiyarArif oğlutəyinedilmişcəzanı ciddirejimli cəzaçəkməmüəssisəsindəçəkməlidir. İşmateriallarındangörünürki, ƏhmədovBəxtiyarArif oğlubarəsindəxx xxxxxx 2018-ci il tarixdənhəbsqətimkantədbiriseçilmiş, lakin, BəxtiyarƏhmədovxx xxxxxx 2018-ci il tarixdə tutularaq istintaqa təhvil verilmişdir. Bu səbəbdən də ona təyin ediləcək cəzanın çəkilmə müddətinin əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon prokurorluğunda saxlanılan SalmanovFikrətFehruzoğlunaməxsuskofta, şalvar, trusik, bircütcorab, bir ədəd qatlanan cib bıçağı, hadisə yerindən götürülmüş iki ədəd pambıq tampon, ikiədədsteril çubuğa hopdurularaqgötürülmüşqannümunələri və Təqsirləndirilən şəxs məxsus köynək məhv edilməlidir. İşüzrəmülkiiddiayoxdur. İşüzrə ekspertiza xərcləri –165 manat 45 qəpik təqsirləndirilən şəxs ƏhmədovBəxtiyarArif oğlundan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ƏhmədovBəxtiyarArifoğluna Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 120.2.2 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayət törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki)il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.9-cu maddələri ilə 14 (on dörd) il 06 (altı) aymüddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaqla qəti olaraq üzərində 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablansın. Barəsindəseçilmişhəbsqətimkantədbiridəyişdirilmədənsaxlansın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus kofta, şalvar, trusik, bir cüt corab, bir ədəd qatlanan cib bıçağı, iki ədəd pambıq tampon, iki ədəd steril çubuğa hopdurularaq götürülmüş qan nümunələri və Təqsirləndirilən şəxs məxsus köynək və şalvar məhv edilsin. İşüzrə ekspertiza xərcləri –165 manat 45 qəpik Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətində, Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-308/2019
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-308/2019
10.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver