Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-308/2020 04.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi X2, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Bakı şəhər 19 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçilər – Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bərdə rayonunun Nazırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, həbs olunanadək fərdi qaydada işləmiş, Bərdə rayonu, Nazırlı kəndində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Xirdalan şosesi ünvanında nömrəsiz fərdi evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.9, 221.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmiş, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, bundan başqa o, xuliqanlıq niyyətilə və köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 2018-ci ilin oktyabr ayında istintaqa məlum olmayan mənbədən soyuq silah hesab olunan 1 (bir) ədəd qatlanan tipli ov bıçağını qanunsuz olaraq əldə etmiş və xx xxxx 2019-cu il tarixədək üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə saat 02:00 radələrində kirayədə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Xırdalan şosesində ünvansız fərdi evdə onunla eyni otaqda kirayədə yaşayan Şahid1 və tanışı Şahid10 ilə birlikdə yemək yeyərkən, həmin evin digər otağında kirayədə yaşayan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yüksək səslə musiqi dinləməklə onların istirahətini pozmasına əsəbləşmiş və Şahid10, Şahid1la birlikdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kirayədə yaşadıqları otağa yaxınlaşmışdır. Bundan sonra Şahid1 otaqda olan Zərərçəkmiş şəxs2 çağıraraq yüksək musiqi səsinin onları narahat etdiyini bildirib, musiqinin səsini azaltmasını xahiş etmişdir. Sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs2 Şahid1la razılaşaraq musiqinin səsini azaldacaqlarını bildirsə də, Zərərçəkmiş şəxs2la eyni otaqda yaşayan və sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs1 otaqdan çıxaraq “Sən kimsən ki, bizə deyirsən onun səsini azalt” dedikdə, Təqsirləndirilən şəxs bunu özünə qarşı hörmətsizlik kimi qəbul edərək, öz şəxsiyyətini Şəhriyar Allahverdizadənin şəxsiyyəti fövqündə qoyaraq, öz üstünlüyünü nümayiş etdirmək məqsədilə açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq normalarına saymamazlıq göstərərək Zərərçəkmiş şəxs1 üz nahiyəsinə 1 (bir) dəfə yumruqla zərbə vurub yerə yıxaraq üst dodağın selikli qişasının əzilmiş yarası, üst dodağın sol yarısının keçid haşiyəsinin, sağ said nahiyəsinin arxa-bayır səthinin, sağ dirsək oynağının arxa-bayır səthinin, sağ baldırın ön səthinin sıyrıqları kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Bunu görən Zərərçəkmiş şəxs2 mübahisəyə müdaxilə etmək istədikdə Təqsirləndirilən şəxs əvvəlcə Zərərçəkmiş şəxs2 sinəsinə 1 (bir) dəfə yumruq zərbəsi vurub yerə yıxmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı otağa girib yatdığı çarpayıdakı yastığın altına qoyduğu soyuq silah hesab edilən qatlanan tipli ov bıçağını götürüb həmin yerə qayıdaraq əvvəlcə Zərərçəkmiş şəxs2 yenidən təpiklə vuraraq sonuncuya ümumilikdə döş qəfəsinin ön səthinin, sağ diz oynağının ön səthinin, sol diz oynağının arxa səthinin sıyrıqları, sol dirsək oynağının arxa səthinin səthi əzilmiş yarası, sol sağrı nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə, gecə saatları olmasına baxmayaraq, digər insanların da kirayədə yaşadığı evin həyətində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan, musiqi səsinin aşağı salınmasına etiraz etməsini cüzi səbəb kimi bəhanə edib, əlindəki bıçaqla sərxoş vəziyyətdə olmaqla, ona qarşı müqavimət göstərmək və aktiv hərəkətlər etmək imkanı olmayan, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 sinə nahiyəsinə 1 (bir) dəfə zərbə vuraraq döş qəfəsinin sol yarısının ön səthinin sol döş giləsindən 0,5 sm sağda ayaqaltından 127 sm yuxarıda yerləşən və daxilə nüfuz edərək ürək kisəsini və sağ mədəciyi zədələyən 1 (bir) ədəd həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən və ölümlə birbaşa səbəbli əlaqəsi olan deşilmiş-kəsilmiş bədən xəsarəti yetirməklə onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə raronunda anadan olmuş və orta məktəbi Bərdə rayonunda bitirmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra işləmək məqsədilə Bakı şəhərinə gəlmişdir. O, Bakı şəhərinə gəldikdən sonra müxtəlif yerlərdə fəhlə işləmiş və kirayədə yaşamışdır. Hadisədən əvvəl o, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən fərdi evdə kirayədə yaşamış və həmin ev Qiyas adlı şəxsə məxsus olmuşdur. Evin həyətində ayrı-ayrılıqda 4 (dörd) otaq olmuşdur. O, Pünhan və Səbuhi üçü birlikdə həmin otaqların birində yaşamışlar. O, fəhlə işlədiyindən hər gün evə gecə saat 01:00-02:00 radələrində gəlirmiş. xx xxxx 2019-cu il tarixdə saat 02:00-də o, kirayə yaşadığı evə gəlmişdir. O, evə gəldikdə Səbuhi və Pünhan evdə olmuş, lakin Pünhan həmin vaxt yatmışdır. Onun İbrahim adlı dostuna 20 (iyirmi) manat məbləğində borcu olduğundan, İbrahim borcunu almaq üçün onun kirayə yaşadığı otağa gəlmişdir. O, evə gələn vaxt digər otaqdan maqnitofon səsi gəlirmiş. O, yorğun olduğu üçün yatmaq istədiyindən maqnitofonun səsini azaltmaları üçün sonradan adlarını bildiyi Elgiz və Şəhriyarın kirayədə yaşadıqları otağa gedərək otağın qapısını döymüşdür. Elgiz qapını açdıqda o, Elgizdən maqnitofonun səsini azaltmasını xahiş etmişdir. Elgiz də onu başa düşüb maqnitofonun səsini azaldacağını bildirmişdir. O, qayıdıb öz yaşadığı otağa gedən zaman Şəhriyar yaşadığı otaqdan çıxaraq ona “Sən kimsən ki, mən maqnitofonun səsini alım” demiş və söyüş söymüşdür. Bu səbəbdən onların arasında mübahisə yaranmışdır. Şəhriyar əlini belinə aparıb bıçaq çıxartdıqda o, Şəhriyarın çənəsindən yumruqla vurmuşdur. Sonra Elgiz ona yaxınlaşmış və Elgiz Şəhriyarın dostu olduğuna görə onun üzərinə hücum çəkəcəyini düşünüb Elgizin də sifət nahiyəsinə yumruqla vurmuş və Elgiz yerə yıxılmışdır. Şəhriyar Elgizi ayağa qaldıranda ona var-yox söyüşü, həmçinin onun valideynlərinə söyüş söymüş və ona “səni deşik-deşik edəcəm” sözlərini demişdir. O, valideylərini itirdiyindən Şəhriyarın söyüşləri və sözləri ona çox pis təsir etmiş və o, özündən çıxmışdır. Buna görə də o, yaşadığı otağa gedib yatdığı çarpayının üzərində olan yastığın altından özünə məxsus bıçağı götürüb qaldığı otaqdan çıxanda Elgiz yenə onun qarşısına çıxmışdır. O, Elgizin sinəsindən təpiklə vurmuş və Elgiz yerə yıxılmışdır. Bundan sonra Şəhriyar əlində bıçaqla onun üstünə gəlib vurmaq istədikdə o, Şəhriyarı qorxutmaq məqsədi ilə Şəhriyarın sağ qolundan tutub sonuncunun qoluna bıçaqla vurmaq istədikdə, onun əlindəki bıçaq Şəhriyarın ürəyinə dəymişdir. Bundan sonra o, çöl qapıya tərəf gedib evdən çıxan zaman Şəhriyar və Elgizin onun yaşadığı otağa tərəf getdiklərini və qapını döyüb “aç qapını, səninlə işimiz yoxdur” demələrini eşitmişdir. Sonra o, evdən çıxıb getmişdir. Yolda o, uzaq qohumu Şahid6lə rastlaşmış, Çəmənə kirayə yaşadığı evdə mübahisə etdiyini və dalaşdığını deyərək Çəməndən həmin evə gedib vəziyyəti öyrənməsini xahiş etmişdir. Lakin həmin vaxt o, Çəmənə kimisə bıçaqladığını deməmişdir. Biraz sonra o, Çəmənə zəng vurmuş və Çəmən ona Şəhriyarın öldüyünü demişdir. O, Çəmənə onun yanına gəlməsini demişdir. Çəmən onun yanına gəldikdə o, telefonunu, pulunu Çəmənə verib taksiyə minmiş və könüllü olaraq Abşeron rayon Polis İdarəsinə getmişdir. Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət törətməsini, qəsdən adam öldürmə cinayətini Zərərçəkmiş şəxs1 onun ünvanına ağır söyüş söyməsi, onun validyenlərini təhqir etməsi nəticəsində törətdiyini bildirərək əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.9-ci maddələrindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməsini, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə bağlı ittihamın xaric edilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri üzrə barəsində yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah hesab edilən bıçağı əldə edib gəzdirməsi, eləcə də həmin bıçaqdan istifadə edərək xx xxxx 2019-cu il tarixdə təxminən saat 02:00 radələrində Zərərçəkmiş şəxs1 qəsdən öldürməsi ilə bağlı məhkəmə istintaqında verdiyi etirafedici ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan, məhkəmə qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Lakin Təqsirləndirilən şəxs niyyətinin Zərərçəkmiş şəxs1 öldürmək deyil, ancaq onu qorxutmaq olması və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qəbul edir və qiymətləndirir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin niyyətinin Zərərçəkmiş şəxs1 öldürmək deyil, ancaq onu qorxutmaq istəməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yayınmaq, həmçinin törətdiyi cinayət əməllərinə haqq qazandırmaq, eləcə də öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o Şəhriyarla birlikdə “xxxx” MMC-də işləmiş və onlar birlikdə eyni evdə kirayədə yaşamışlar. xx xxxx 2019-cu il tarixdə Şəhriyar nişanlısı ilə görüşmək üçün şəhərə getmişdir. O isə həmin gün evdə qalmış və ev işləri ilə məşğul olduqdan sonra pivə alıb içməyə başlamışdır. Həmin gün axşam Şəhriyar evə gəlmiş və onlar birlikdə 2-3 ədəd “Baltika 9” pivəsi içmişlər. Pivə qurtardıqdan sonra Şəhriyar yenə 5 ədəd “Baltika 9” pivəsi alıb gətirmişdir. Onlar həmin pivələri də birlikdə içmişlər. Sonra Şəhriyar yenə pivə almaq üçün getmişdir. Yaxınlıqdakı marketdə “Baltika 9” pivəsi olmadığı üçün Şəhriyar 24 saat ərzində işləyən digər marketə getmiş və təxminən 5 ədəd pivə alıb gətirmişdir. Həmin gün o, Şəhriyarla təxminən 12-13 ədəd “Baltika 9” pivəsi içmişdir. Onlar pivə içə-içə yüksək səslə musiqiyə də qulaq asmışdırlar. Təxminən saat 02:00 radələrində onların kirayədə yaşadıqları otağın qapısı döyülmüş və o, qapıya getmişdir. O, qapını açdıqda 3 (üç) nəfər şəxsin gəldiyini görmüşdür. Həmin günə qədər o, qapıya gəlmiş şəxslərin onlarla eyni həyətdə yaşadıqlarını bilməmişdir. Həmin şəxslər yenicə onların qaldığı həyətdə yerləşən otağa köçdüklərindən o, 3 (üç) nəfər şəxsi görməmişdir. O, qapını açdıqdan sonra həmin şəxslərlə salamlaşmış və həmin şəxslərdən kim olduqlarını soruşduqda, Cavid ona “Biz də bu həyətdə qalırıq, təzə köçmüşük. Musiqinin səsini vermisiz, biraz səsini alın” demişdir. O da Cavidə “yaxşı gedib alaram” demişdir. Onun arxasınca qapıya Şəhriyar çıxmış və Şəhriyar Cavidə “Sən kimsən ki, qapını döyürsən? Deyirsən ki, biraz musiqinin səsini al” demişdir. Şəhriyar elə dedikdə, o, Cavidin yanında olan şəxslərə getmələrini, musiqinin səsini alacaqlarını bildirmişdir. Həmin ərəfədə Şəhriyar ilə Cavid bir-birlərinə nə deyiblərsə, Cavid Şəhriyarı birdən yumruqla vurmuşdur. O, Cavid və Şəhriyara tərəf döndükdə Cavid onu da yumruqla vurmuşdur. O da hamamın qabağına yıxılmış, biraz keçdikdən sonra ayağa qalxmışdır. Sonra o, Cavidgilin qaldığı otağın qarşısındakı pilləkənin yanında olduqda, Cavid yaşadıqları otaqdan çıxıb onun sinəsinə təpiklə vurmuşdur. Həmin zərbədən sonra o, özündən getmişdir. O, ayıldıqda Şəhriyarın onu sillələdiyini və ayıltmaq istədiyini görmüşdür. Həmin vaxt Şəhriyar artıq özü yaralanmışdır. Lakin həmin vaxt o, hələ Şəhriyarın yaralandığını bilməmişdir. Şəhriyar onu ayağa qaldırıb yaşadıqları otağa aparmışdır. Sonra o və Şəhriyar Cavidgilin yaşadıqları otağa tərəf getmişlər və Cavidgilin yaşadığı otağın qapısını açmaq istədikdə, otağın içərisində olan bir nəfər şəxs qapını tez bağlamışdır. O, otaqda olan şəxsə “Səninlə işimiz yoxdur, burada qalan uşaqlar kim idi ki, bizimlə dava edib getdilər?” demişdir. Həmin şəxs də qorxduğundan qapını açmayacağını və ev sahibinə məsələni gəlib həll etməsi üçün zəng vuracağını onlara bildirmişdir. Şəhriyar da həmin vaxt onunla birlikdə qapıya tərəf getmiş və onunla bərabər Şəhriyar da Cavidgilin qaldığı otağın qapısını döymüşdür. Birdən Şəhriyar yıxılmışdır. Həmin vaxt ev sahibinin qohumu da onların qaldıqları həyətə gəlmişdir. Sonra həmin həyətdə yaşayan yaşlı qadın və kişi də həyətə çıxmışlar. Onlar birlikdə Şəhriyarı qucaqlarına götürüb yaşadıqları otağa aparmışlar. Şəhriyarı otağa aparanda onlar Şəhriyarın üst-başının qan olduğunu və köynəyini qaldıranda ürəyindən qan axdığını görmüşlər. Bundan sonra təcili tibbi yardıma zəng vurmuşlar. Təcili tibbi yardım gələndə Şəhriyar artıq ölmüşdür. Zərərçəkmiş şəxs2 cinayət prosesinin iştirakçılarının suallarına cavab verərkən Təqsirləndirilən şəxs onların qaldığı otağa gəldikdən və musiqinin səsi ilə iradını bildirdikdən sonra özünün Təqsirləndirilən şəxs sakit şəkildə “qaqaş, narahat olma, musiqinin səsini alarıq” deməsini, Cavidin də onun sözündən sonra çıxıb getmək istəməsini, bu vaxt Şəhriyarın çölə çıxaraq Cavidin üstünə qışqırmasını və “sən kimsən ki, biz sənə görə musiqinin səsini alaq” deməsini, Şəhriyar bunu dedikdən sonra Cavidlə Şəhriyarın əsəbi halda sözlü mabahisə etməyə başlamasını və sonra Şəhriyarın Cavidin ünvanına var-yox söyüşü söyməsini bildirmişdir. Zərərçəkmiş şəxs2 suallara cavab verərkən, həmçinin Şəhriyarla Cavidin arasında yaranmış münaqişənin səbəbinin Şəhriyarın Cavidə “Sən kimsən buranın qapını döyürsən?” deməsi və sonra Şəhriyarın Cavidin var-yoxuna ağır söyüşlər söyməsi olduğunu da bildirmişdir.Zərərçəkmiş şəxs2 qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş həddə cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun oğludur. O, baş vermiş hadisəni Şəhriyarın nişanlısı ona zəng edəndən sonra, yəni xx xxxx 2019-cu il tarixdə saat 11:00 radələrində öyrənmişdir. Oğlunun nişanlısı ona zəng edərək bildirmişdir ki, “Şəhriyarı qaldığı həyətdə bıçaqlayıblar”. Həmin vaxta qədər onun Şəhriyarın öldürülməsi ilə bağlı məlumatı olmamışdır. O, Şəhriyarın bıçaqlanmasını öyrəndikdən sonra dərhal oğlunun cənazəsini götürmək üçün Mingəçevir şəhərindən Bakı şəhərinə yola düşmüşdür. O, Bakı şəhərinə gələn vaxt qohumları Şəhriyarın meyitini artıq morqdan götürmüşdürlər. O, Qaradağ postunda oğlunun cənazəsini qohumlarından təhvil almış və qohumları ilə birgə oğlunun cənazəsini Mingəçevir şəhərinə apararaq, orada dəfn etmişdir. Dəfn mərasimindən sonra o, oğlunun kirayədə yaşadığı evə gəlmiş və oğlu Şəhriyar ilə qonşuluqda yaşayan şəxslərdən baş vermiş hadisə barədə maraqlanmışdır. Qonşular ona Şəhriyarın həyətdə bıçaqlandığını və elə həyətdə də öldüyünü demişlər. Lakin məhkəmə istintaqı zamanı ifadə verən şəxslər onun oğlu Şəhriyarın yaşadığı otaqda öldüyünü bildirmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisə baş verən ərəfələrdə o, hamamda kisəçi işləmişdir. O, Cavid və Səbuhi üçü birlikdə Qiyas adında şəxsə məxsus otaqların birində kirayədə qalmışdır. xx xxxx 2019-cu il tarixdə onun başı ağrıdığı üçün təxminən saat 23:00 radələrində işdən icazə alıb kirayə qaldığı evə gəlmişdir. Evə gəldikdən sonra o, ailə üzvləri ilə telefonla danışmış və sonra dərman içib yatmışdır. O, yatanda qulağına qulaqcıq taxmışdır. Yatdığı vaxt o, birdən qapının möhkəm döyüldüyünü eşitmiş və yuxudan ayılmışdır. O, pəncərədən baxdıqda, Şəhriyar və Elgizin onların qaldığı evin qapısını möhkəm döydüklərini, təpiklə vurduqlarını və az qala qapını sındıracaqlarını görmüşdür. O da bundan qorxaraq, qaldığı evin sahibi Qiyasa zəng vurmuş və yaşadıqları həyətə gəlməsini Qiyasdan xahiş etmişdir. Qiyas ona gələcəyini bildirmişdir. Biraz keçdikdən sonra o, Qiyasın gəlmədiyini görüb yenidən Qiyasa zəng vurmuşdur. Bu vaxt Qiyas evə bacısının oğlunu göndərdiyini ona demişdir. Bir neçə dəqiqədən sonra Qiyasın bacısı oğlu gəlmişdir. Sonra digər otaqda kirayədə yaşayan yaşlı kişi də həyətə çıxmışdır. Həmin yaşlı şəxs ona qorxmamağı və çölə çıxmağı bildirmişdir. O, qapını açıb çölə çıxdıqda, Şəhriyarın yerdə uzandığını görmüşdür. O, özü üçün aldığı “Bonagua” qazlı suyu ev yiyəsinin bacısı oğluna vermişdir. Ev yiyəsinin bacısının oğlu onun verdiyi suyu Şəhriyarın üzünə vurmuşdur. Bundan sonra o, həyətdə toplaşan şəxslərlə birlikdə Şəhriyarı qaldığı otağa aparmış və “103” xidmətinə zəng vurmuşdurlar. Bir müddət sonra təcili tibbi yardımın əməkdaşları gəlmişlər və Şəhriyarın öldüyünü onlara bildirmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, xx xxxx 2019-cu il tarixdə təxminən saat 01:00-02:00 radələrində Şəhriyarın nömrəsindən onun oğlu Ələkbərə zəng gəlmişdir. X14 danışığı kəsildiyindən Ələkbər ilə Şəhriyar danışa bilməmişlər. Oğlu Ələkbərin konturu olmadığından Ələkbər onun otağına gələrək ondan mobil telefonunu istəmişdir. O, oğluna öz mobil telefonunu vermişdir. Ələkbər ondan telefonu aldıqdan sonra Şəhriyarla danışmışdır. Lakin o, Ələkbərin Şəhriyarla nə barədə danışdığını bilməmişdir. Növbəti gün o, Şəhriyarın öldüyünü öz qudasından eşitdikdə oğlu Ələkbərə zəng vurmuş və Şəhriyarla nə barədə danışdığını soruşmuşdur. Ələkbər Şəhriyarın telefonda “Məni döyürlər, mənə kömək elə” dediyini, sonra telefon əlaqəsinin kəsildiyini, yenidən Şəhriyarın mobil nömrəsinə zəng vurduğunu, Şəhriyarın telefonunu tanımadığı şəxsin açdığını və “Problem yoxdur, narahat olmayın. Bir də bu nömrəyə zəng vurmayın, mən özüm hər şeyi həll edəcəm” dediyini ona bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Pünhan və Cavidlə birlikdə Qiyas adlı şəxsə məxsus evdə kirayədə yaşamışdır. O, xx xxxx 2019-cu il tarixdə saat 01:00 radələrində işdən çıxıb kirayədə qaldığı evə gəlmişdir. O, evə gəldikdə Pünhan evdə olmuş və yatmışdır. O, evə gələndə Şəhriyar və Elgizin yaşadığı otaqdan yüksək səslə musiqi səsi gəlmişdir. O, yorğun olduğundan və yatmaq istədiyindən qaldığı otaqdan çıxıb Şəhriyar və Elgizin yaşadığı evə getmiş və qapını döymüşdür. Qapını Elgiz açmışdır. O, Elgizə işdən yorğun gəldiyini demiş və Elgizdən musiqinin səsini azaltmağı xahiş etmişdir. Elgiz də ona demişdir ki, “Yaxşı qaqaş, alarıq”. O, yaşadığı evə doğru qayıtdıqda, Şəhriyar qapıya gəlib kobud şəkildə “Nə olub, nəsə problem var?” demişdir. Problem yaranmasın deyə o, Şəhriyara heç bir problemin olmadığını demişdir. Həmin vaxt Elgiz Şəhriyara onun musiqinin səsini azaltmağı demək üçün gəldiyini bildirmişdir. Şəhriyar isə bunun qarşılığında “almıram” demişdir. O da Şəhriyara “Allah canını sağ eləsin. Almırsan, alma” demişdir. Sonra Şəhriyar yenə ona “Almıram. Gəl görüm bura nə demək istəyirsən” demişdir. O isə Şəhriyara heç nə demədiyini bildirmişdir. Həmin vaxt Cavid çölə çıxmış və nə olduğunu soruşduqda, Şəhriyar Cavidə də musiqinin səsini almayacağını demişdir. O və Cavid yaşadıqları otağa getmişlər. Sonra Elgiz və Şəhriyar onların kirayədə qaldıqları otağın qapısını döyərək söyüş söyməyə başlamışlar. Həmin vaxt Cavid evdən çıxaraq Elgizi və Şəhriyarı vurmuşdur. Bundan sonra o, Cavidi sakitləşdirərək qaldıqları otağa aparmışdır. Sonra Elgiz və Şəhriyar yenə söyüş söyməyə başlamışlar. Elgiz və Şəhriyar söyüş söydüklərinə görə Cavid çölə çıxmışdır. O, Cavidin çölə çıxdığını görüb Cavidin arxasınca çölə çıxmış və hər iki tərəfi sakitləşdirməyə çalışmışdır. Lakin heç kimin ona qulaq asmadığını görüb oradan çıxıb getmişdir. O, getdikdən sonra nəyin baş verdiyini bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixə keçən gecə təxminən saat 01:00 radələrində o, işdən çıxıb kirayə yaşadığı evə getdiyi zaman yolda Cavidlə qarşılaşmışdır. O, Cavidlə rastlaşdığı vaxt Cavid ona kirayə qaldığı evdə kimisə vurduğunu demiş və ondan kirayə yaşadığı evə gedib orada nə baş verdiyini öyrənməsini xahiş etmişdir. O, Caviddən aralandıqdan sonra onun yanından təcili tibbi yardım maşını keçərək Cavidin kirayə yaşadığı həyətə daxil olmuşdur. O da həmin təcili tibbi yardım maşınının arxasınca Cavidin kirayə qaldığı həyətə getmişdir. Həkimlər Cavidlə qonşuluqda kirayədə yaşayan şəxslərin otağına daxil olduqlarından o da həmin otağa daxil olmuşdur. O, otağa daxil olan zaman yerdə bir nəfər cavan oğlanın uzandığını görmüşdür. Həmin vaxt həkim yerdə uzanmış şəxsin öldüyünü demişdir. Bu vaxt Cavid ona zəng etmiş və kirayadə yaşayan şəxsin vəziyyətinin necə olduğunu soruşmuşdur. O da oğlanın öldüyünü Cavidə demişdir. Bundan sonra o, Cavidlə küçənin başında görüşmüşdür. Onlar görüşdükdə Cavid pulunu, telefonunu, saatını ona vermiş və polisə təslim olmaq üçün polis orqanına gedəcəyini bildirmişdir. Cavid bunu ona dedikdən sonra taksiyə əyləşərək təslim olmaq üçün Polis bölməsinə getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Binəqədi qəsəbəsi, Xırdalan şosesində yerləşən nömrəsiz fərdi evdəarvadı ilə birlikdə kirayədə yaşayır. xx xxxx 2019-cu il tarixdə gecə saatlarında o, kirayədə qaldığı evə gəlmişdir. Yorğun olduğu üçün içəri otağa keçib yatmışdır. xx xxxx 2019-cu il tarixdə təxminən saat 01:00 radələrində o, səs eşitmiş və çölə çıxmışdır. O, çölə çıxdıqda onunla bir həyətdə kirayədə yaşayan Şəhriyar və Elgizin həyətdə olan digər otağın qarşısındaki pilləkənin üzərində oturduqlarını görmüşdür. O, çölə çıxdıqdan 2-3 dəqiqə sonra ev sahibinin bacısının oğlu Rüfət də həmin həyətə gəlmişdir. Həmin vaxt Şəhriyar birdən pilləkəndən yıxılmışdır. O, həmin otaqda kirayədə yaşayan Pünhanın pəncərədən baxdığını görmüş və Pünhana qorxmamasını deyərək çölə çıxmasını xahiş etmişdir. Bu vaxtev sahibinin bacısının oğlu Rüfət təcili tibbi yardım çağırmış və onlar köməkləşərək Şəhriyarı yaşadığı otağa aparmışlar. Onlar Şəhriyarı apararkən Şəhriyar hələ sağ imiş. Həmin vaxt Şəhriyarın köynəyi qalxdığından onlar Şəhriyarın ürəyinin üzərində yara olduğunu görmüşlər. Sonra təcili tibbi yardım gəlmişdir. Həkim Şəhriyarı müayinə etdikdən sonra artıq öldüyünü onlara bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki,o, Binəqədi-Xırdalan şosesi ünvanında nömrəsiz fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Həmin evdən təxminən 50-60 metr aralıda yolun sağ tərəfində ona məxsus ev və həyət var. O, həmin evin həyətində bir neçə otaq tikdirmiş və həmin otaqları pul müqabilində ayrı-ayrı şəxslərə kirayə verərək dolanmışdır. xx xxxx 2019-cu il tarixdə Pünhan ona zəng edərək həyətdə səs-küyün olduğunu və yaşadığı otağın qapısını tanımadığı şəxslər tərəfindən möhkəm döyüldüyünü bildirmişdir. O da bacısı oğlu Rüfətə zəng edərək həmin həyətə gedib nə baş verdiyini öyrənməsini xahiş etmişdir. Bir neçə dəqiqədən sonra Rüfət ona zəng edərək ona məxsus otaqların birində kirayədə yaşayan Şəhriyarın digər otaqda kirayədə yaşayan şəxs tərəfindən bıçaqlandığını bildirmişdir. O da dərhal həmin həyətə getmişdir. O həyətə çatdıqda Şəhriyarı kirayədə yaşadığı otaqda yerdə uzanmış vəziyyətdə görmüşdür. Həmin vaxt artıq təcili tibbi yardım gəlmiş və Şəhriyarın rəhmətə getdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, xx xxxx 2019-cu il tarixdə gecə vaxtı onun iş yoldaşı Çəmən ona zəng etmiş və Cavidin kimisə bıçaqladığını demişdir. Bundan sonra, o işlədiyi “Xan hamamına” getmişdir. O, hamama çatdıqda Cavidin və Çəmənin hamamın qarşısında yolda dayandıqlarını görmüşdür. Həmin vaxt Cavid pulunu, saatını Çəmənə vermiş və təslim olmaq üçün taksiyə minib Polis bölməsinə getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki,Cavidin ona 20 (iyirmi) manat borcu olmuşdur. Cavid xx xxxx 2019-cu il tarixdə ona zəng edərək 20 (iyirmi) manat pulu gəlib kirayə yaşadığı evdən götürməsini demişdir. xx xxxx 2019-cu il tarixdə gecə təxminən saat 01:00 radələrində o, Cavidin kirayə yaşadığı evə getmişdir. O, Cavidin yaşadığı otağa girdikdə Cavid ilə Səbuhi yemək yeyirmişlər, Pünhan isə qulağında qulaqcıqla yatmışdır. Cavid ona 20 (iyirmi) manat pul vermişdir. Sonra Cavid və Səbuhi ona yemək yeməyi təklif etmişlər. O da Cavid və Səbuhi ilə oturub yemək yemişdir. Həmin vaxt Cavidgillə qonşuluqda yaşayan otaqdan yüksək səsdə musiqi səsi gəlirmiş. Cavid demişdir ki, “Gedim deyim musiqinin səsini azaltsınlar”. O da Cavidə demişdir ki, “Axşam vaxtı getmə. Gözlə səhər gedərsən və danışarsan”. Lakin Cavid ona qulaq asmayaraq çıxıb getmişdir. Cavidin arxasınca Səbuhi çıxmışdır. Cavidlə Səbuhi otaqdan çıxdıqda o, Cavid və Səbuhinin kirayədə qaldıqları otaqda oturub gözləmişdir. Bir az keçdikdən sonra Cavid evə qayıdaraq ona demişdir ki, “Gəl gedək”. O da gödəkçəsini əyninə geyinib çölə çıxmışdır. O, çölə çıxdıqda həyətdə əvvəllər tanımadığı Elgiz və Şəhriyarı görmüşdür. Elgiz və Şəhriyar həyətdə dayanmışlar. Elgiz ona və Cavidə “Çıxın gedin, səhər danışarıq” demişdir. Cavid də ona həmin şəxslərlə mübahisə etdiyini, sabah gəlib mübahisəyə aydınlıq gətirəcəyini bildirmişdir. Onlar evdən çıxdıqdan sonra Cavid işlədiyi hamama tərəf, o isə Ceyranbatan qəsəbəsində yaşadığı evə getmişdir. Bir qədər keçdikdən sonra Cavid ona zəng vuraraq Şəhriyarı bıçaqla vurduğunu, Şəhriyarın öldüyünü və özünün də polisə təslim olmağa gedəcəyini demişdir. Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, xx xxxx 2019-cu il tarixdə saat 02:00 radələrində o, yaşadığı evin qarşısında özünə məxsus maşında oturub telefonla danışdığı vaxt dayısı Qiyas istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmişdir. Həmin vaxt telefonda dayısı Qiyas ona “Get bizim evimizə, orada nəysə səs-küy var, uşaqlar deyəsən dalaşırlar” demişdir. O da dayısı Qiyasın kirayəyə verdiyi evin həyətinə getmişdir. Yaşadıqları evlə həmin kirayəyə verilmiş hadisənin baş verdiyi ev arasında məsafə təxminən 100 metrdir. O, həyətə girdikdə Pünhangilin yaşadığı evin qarşısındakı pilləkənin yanında Şəhriyar yerdə uzanıqlı vəziyyətdə olmuş, xırıldayıb danışa bilməmişdir. Elgiz isə Pünhanın yaşadığı otağın qarşısında dayanıb Pünhanı çağırıb qapını açmasını demişdir. Sonradan həmin həyətdə kirayədə yaşayan Bayram dayı həyətə çıxmış, evində yatdığını, nə baş verməsini soruşmuşdur. O da heç nə bilmədiyini və yenicə gəldiyini demişdir. Ardınca Pünhan onu gördükdən sonra kirayədə yaşadığı otaqdan həyətə çıxmışdır. Ola bilsin ki, Pünhan qorxduğu üçün dayısı Qiyasa zəng etmiş və o, həyətə gəldikdən sonra qapını açıb həyətə çıxmışdır. Bundan başqa, orada heç kim olmamışdır. O, Elgizdən nə baş verdiyini soruşduqda Elgizin sərxoş olduğunu görmüş və Elgiz kiminləsə dalaşdığını, Şəhriyarı da həmin şəxsin vurduğunu demişdir. Bundan sonra o, ətraflı şəkildə Elgizdən heç nə soruşmayıb dərhal Şəhriyara köməklik etmək üçün “103” təcili tibbi yardım xidmətinə zəng etmişdir. Sonradan hadisə yerinə həkimlər və polis əməkdaşları gəlmişlər. Hadisədən sonra o, həmin evin həyətinə getmiş və ona görə də hadisənin hansı səbəbdən baş verməsini bilməmiş, heç bir səs-küy eşitməmişdir. Hadisədən əvvəl o, küçənin başında öz maşınında oturub telefonla danışsa da oradan kimin gəlib-keçməsinə fikir verməmiş və mübahisədə kimlərin iştirak etməsini bilməmişdir. O digər şəxslərlə köməkləşib Şəhriyarı yaşadığı otağa apardıqda, Şəhriyarın yaxası açıldığından Şəhiyarın ürəyinin üstündən kiminsə bıçaqla vurmasını bilmişdir. Şahid9 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 onun bacısı X4 qaynı olmuşdur. O, Şəhriyarı sonuncunun bacısı onun qardaşı ilə ailə həyatı qurduqdan sonra tanımışdır. Onun Zərərçəkmiş şəxs1 ilə münasibətləri yaxşı olmuş, onların mütəmadi ünsiyyəti olmuş, həmçinin o, Şəhriyar ilə vaxtaşırı görüşürmüş. Zərərçəkmiş şəxs1 usta qismində işləmiş və öz iş yoldaşları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində kirayə yaşamışdır. O, Şəhriyarın birlikdə yaşadığı iş yoldaşlarını tanımır və adlarını bilmir. Əvvəllər heç vaxt o, Şəhriyarın kirayə yaşadığı evdə olmamış, həmçinin evin dəqiq ünvanını bilməmişdir. O, Zərərçəkmiş şəxs1 xaraktercə sakit, mülayim, hamı ilə yola gedən, münaqişədən uzaq bir şəxs kimi tanımışdır. xx xxxx 2019-cu il tarixdə saat 01:25-də Zərərçəkmiş şəxs1 onun istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək “Məni döyüblər, tez bura gəl, mənə kömək elə” demiş və sonra telefon əlaqəsi kəsilmişdir. Bundan sonra onun telefonunda kontur olmadığı üçün o, atası İsanın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Şəhriyara dəfələrlə zəng etsə də, Şəhriyar telefona cavab verməmişdir. Bir neçə dəqiqədən sonra o, yenidən Şəhriyara zəng etmiş və bir nəfər şəxs telefona cavab verərərk “Qaqaş, narahat olma. Heç nə olmayıb, naxçıvanlıyam” demişdir. Bundan sonra o, bir neçə dəfə də Şəhriyarın telefon nömnrəsinə zəng etsə də, onun zənglərinə cavab verən olmamışdır. Gecə saatları olduğuna görə o, Şəhriyarın içki içib yüngülvari dalaşdığını düşünmüş və gecə vaxtı Şəhriyarın atasıgili qorxudub narahat etməməsi üçün onlara zəng etməmişdir. Səhərisi günü o, Şəhriyarın kiminləsə dalaşdığını və kiminsə Şəhriyarı bıçaqla vurub öldürməsini eşitmişdir. Şəhriyarın qətlə yetirilməsində iştirakçı qismində Səbuhi, Azər, Pünhan və Cavid adlı şəxslərin iştirak etməsi barədə o, ərizə versə də ərizədəki sözlərin bir qismi onun tərəfindən yazılmışdır. O, Cavid adlı şəxsin Şəhriyarı qətlə yetirməsini bilsə də, digər adı çəkilən şəxslərin cinayətdə iştirak edibetmədiklərini bilməmişdir. Ailə üzvlərinin ona deməsinə görə o, Şəhriyarın qətlə yetirilməsində Səbuhi, Azər, Pünhan adlı şəxslərin də iştirak etməsi barədə ərizə yazmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 3-13) görünür ki, cinayət hadisəsi Şahid4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Xırdalan şosesində ünvansız fərdi yaşayış evində baş vermiş və Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı otaqdan 1 (bir) ədəd bıçaq götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 16-23) görünür ki, meyitə baxış zamanı Zərərçəkmiş şəxs1 əynində ön hissəsi qana bulaşmış üzərində “Emporio Armanı” sözləri yazılmış qara rəngli qısaqol köynək, ağ rəngli qolsuz mayka olmuşdur. Meyitin döş qəfəsinin sol yarısının ön səthində sol döş giləsindən 0,5 sm sağda, orta xətdən 8 sm solda, ayaqaltından 127 sm yuxarıda 2,5x1,0 sm ölçüdə saat siferblatının “5” və “11” rəqəmlərini birləşdirən xətt üzrə yerləşmiş kənarları hamar, aşağı ucu küt, yuxarı ucu iti yara vardır. Yaranın kənarlarını yaxınlaşdırdıqda uzunluğu 2,8 sm-dir. Üst dodağın selikli qişasında ortada 1,5x1 sm ölçüdə kənarları nahamar və qansızmalı yara vardır. Üst dodağın sol yarısının keçid haşiyəsində 2,5x1 sm, sağ said nahiyəsinin yuxarı 1/3-nin arxa-bayır səthində 7x0,5 sm, sağ dirsək oynağının arxa-bayır səthində 0,8x0,5 sm, sağ baldırın orta 1/3-nin ön səthində 0,5x0,2 sm, 0,7x0,5 sm və 1x0,8 sm ölçülərdə üzərləri qum və ətraf dəri səviyyəsindən aşağı olan qırmızımtıl rəngli sıyrıqlar vardır. Meyitin bədən səthində digər xəsarətlər aşkar edilməmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs1 cibində 1 (bir) ədəd bıçaq aşkar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 24-25) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 35-37) görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında protokoldan (cild 1, iş vərəqə 83) görünür ki,Təqsirləndirilən şəxs sərxoşluq əlaməti müəyyən edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında protokoldan (cild 1, iş vərəqə 88) görünür ki, Zərərçəkmiş şəxs2 yüngül sərxoşluq müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin 31 nömrəli rəyindən və ona əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 11-16) görünür ki, Zərərçəkmiş şəxs1 ölümünə səbəb ürək kisəsinin və ürəyin sağ mədəciyin yaralanması ilə müşaiyət olunan döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən deşilmişkəsilmiş yarasının törətdiyi ürəyin tamponadası olmuşdur. Zərərçəkmiş şəxs1 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - döş qəfəsinin sol yarısının ön səthinin sol döş giləsindən 0,5 sm sağda ayaqaltından 127 sm yuxarıda yerləşən və daxilə nüfuz edərək ürək kisəsini və sağ mədəciyi zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara (2,5x1,0sm sm ölçüdə). Yara kanalının dərinliyi 11,5 sm, istiqaməti öndən-arxaya və soldan-sağa, bir qədər yuxarıdan-aşağıdır. Üst dodağın selikli qişasının əzilmiş yarası, üst dodağın sol yarısının keçid haşiyəsinin, sağ said nahiyəsinin arxa-bayır səthinin, sağ dirsək oynağının arxa-bayır səthinin, sağ baldırın ön səthinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidirlər və Zərərçəkmiş şəxs1 ölümündən az əvvəl əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərdən döş qəfəsinin 1 (bir) ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş xəsarətlərdən döş qəfəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşicikəsici alətin (alətlərin) təsirindən, üst dodağın selikli qişasının əzilmiş yarası, üst dodağın sol yarısının keçid haşiyəsinin, sağ said nahiyəsinin arxa-bayır səthinin, sağ dirsək oynağının arxa-bayır səthinin, sağ baldırın ön səthinin sıyrıqları isə bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərdən sağ said nahiyəsinin arxa-bayır səthinin, sağ dirsək oynağının arxa-bayır səthinin sıyrıqları özünümüdafiə zamanı əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda və sidikdə məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı qanda - 1,8 %, sidikdə - 1,16 %o-dir. Etil spirtinin qanda tapılmış qatılığı Zərərçəkmiş şəxs1 sağlığında orta dərəcəli alkoqol sərxoşluğu törədə bilərdi. Qanda narkotik maddələr aşkar edilməmişdir. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 ölümü meyitin meyitxanada müayinəsi başlanandan 6-8 saat əvvəl baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 89-90) görünür ki, həmin gün saat 12:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittiham elan olunmuş və o, təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 108-110) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli təqsirləndirlən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan (cild 1, iş vərəqə 111-115) görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin mexanizmini və üsulunu hadisə yerində əyani və ətraflı şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin 335 nömrəli rəyindən (cild 1, iş vərəqə 228-229) görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər-döş qəfəsinin ön səthinin, sağ diz oynağının ön səthinin, sol diz oynağının arxa səthinin sıyrıqları, sol dirsək oynağının arxa səthinin səthi əzilmiş yarası, sol sağrı nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə, yəni xx xxxx 2019-cu il tarixdə insan bədəninin hissələri (əl, əl barmağının dırnağı, yumruq, təpik və s.) ilə yetirilə bilərdilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin 333 nömrəli rəyindən (cild 1, iş vərəqə 234-235) görünür ki,Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarət - sağ əlin İ barmağının sıyrığı bərk küt əşyanın təsirindən müayinədən bir neçə saat əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx xxxx 2019-cu il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən və eləcə də sağ əlin İ barmağının bərk küt əşyaya zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdi. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli 182 nömrəli Bərdə rayon İcra Hakimiyyəti başçısının Nazırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından (cild 1, iş vərəqə 162) görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri bacısı X8 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli mobil telefona və telefonda olan videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 154) görünür ki, xx xxxx 2019-cu il tarixdə hadisədən əvvəl mərhum Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2la birlikdə kirayədə yaşadıqları otaqda Zərərçəkmiş şəxs2la birlikdə spirtli içki içərək yüksək səslə maqnitofona qulaq asaraq rəqs ediblər. Videogörüntüdən, həmçinin görünür ki, həm Zərərçəkmiş şəxs1, həm də Zərərçəkmiş şəxs2 sərxoş olmuşlar. Videogörüntünün 15-ci dəqiqəsinin 32-ci saniyəsində bir nəfər qırmızı köynəkli, kök və cüssəli şəxs Şəhriyar və Elgizin birlikdə yaşadığı otağa daxil olaraq əl işarəsi ilə Zərərçəkmiş şəxs2 yanına çağırmış və Elgiz də ona tərəf getmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 də Zərərçəkmiş şəxs2 arxasınca qapıya tərəf getmiş və onlar birlikdə həyətdən çıxmışlar. Videogörüntünün 15-ci dəqiqəsinin 46-cı saniyəsində mərhum Zərərçəkmiş şəxs1 otağa daxil olaraq şkafın üstündəki pul qabının içərisində nəsə axtarmış, lakin tapa bilməmişdir. Sonra Zərərçəkmiş şəxs1 otağın sağ tərəfinə gələrək videogörüntüyə düşməyən yerdə nəsə axtarmış və 1(bir) ədəd bıçağı şalvarının sağ arxa cibinə qoyaraq yenidən həyətə çıxmışdır. Videogörüntünün 20-ci dəqiqəsinin 23cü saniyəsində Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 otağa gətirib ötürmüşdür. Özü isə yaşadıqları otağın qapısını özünə tərəf dartıb bağlamışdır. Daha sonra Zərərçəkmiş şəxs1 mobil telefonunu götürmüş və videoçəkilişi başa çatdırmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 dodaq nahiyəsində qan izlərinin olması müşahidə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 163) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin 177/2019-MTBŞ nömrəli rəyindən (cild 1, iş vərəqə 244-249) görünür ki,Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu A(H) beta /İİ/- dir. Ekspertizaya təqdim edilmiş 02 ədəd gigiyenik çöp, Zərərçəkmiş şəxs1 məxsus mayka, köynək, şalvar üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri alındı. Bu qan ləkələri ABO sistemi üzrə A(H) beta /İİ/ qruplu şəxsə (şəxslərə), o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus tuman və bir cüt ayaqqabı üzərində qana şübhəli ləkə aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə, şalvar, papaq, bir cüt corab, qısaqol mayka üzərində qana şübhəli ləkə aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş 03 (üç) ədəd bıçaq üzərində olan ləkələrdə qan aşkar edilmədi. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin 122/2019-MTKŞ nömrəli rəyindən və ona əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 2-9) görünür ki,ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus köynək və maykanın ön hissəsində solda 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir, o cümlədən ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs könüllü şəkildə təhvil verdiyi bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi istisna olunmur. Zərərçəkmiş şəxs1 məxsus şalvar və tuman üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə, şalvar, köynək, papaq, bir cüt corab və bir cüt ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus köynək və maykanın ön hissəsində solda aşkar edilmiş 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədəyə əsasən demək olar ki, xəsarət yetirilən zaman xəsarət yetirənlə zərərçəkən müxtəlif qarşılıqlı vəziyyətdə ola bilərdi və bıçağın ucu zədə mənfəzinə yönəlmiş vəziyyətdə olub. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs könüllü şəkildə təhvil verdiyi və müayinə zamanı şərti olaraq 1 nömrəsi ilə işarələnmiş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. Ekspertizaya təqdim olunmuş hadisə yerinə və meyitə baxış zamanı aşkar olunaraq götürülmüş və müayinə zamanı şərti olaraq 2 nömrəsi ilə işarələnmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan tipli turist bıçağıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim olunmuş hadisə yerinə və meyitə baxış zamanı aşkar olunaraq götürülmüş və müayinə zamanı şərti olaraq 3 nömrəsi ilə işarələnmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tələbnaməsindən (cild 1, iş vərəqə 240) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tələbnaməsindən (cild 1, iş vərəqə 241) görünür ki, Zərərçəkmiş şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası haqqında 1045 nömrəli rəyindən (cild 2, iş vərəqə 114-116) görünür ki,Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Aparılmış eksperimental-psixoloji müayinə zamanı Təqsirləndirilən şəxs intellektual imkanlarının normaya uyğun olduğu müəyyən edilmişdir. Şəxsi keyfiyyətlərində və emosiolnal-iradi sferasında qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, emosional reaksiyalara meyillilik aşkar olunur, inadkarlıq, hövsələsizlik, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəblilik yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən psixopatik xasiyyət cizgiləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-534/2019 saylı qərarından (cild 2, iş vərəqə 98-99) görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 ay müddətinə, yəni xx xxxxxxxx 2019-cu il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Şöbəsinin 060-10869-1219 nömrəli məktubundan (cild 2, iş vərəqə 147) görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra xx xxxx 2019-cu il tarixdə Abşeron rayon Polis İdarəsinə könüllü gələrək törətdiyi cinayəti etiraf etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-691/2019 saylı qərarından (cild 2, iş vərəqə 189-191) görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 ay müddətinə, yəni xx xxxxxxx 2019-cu il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-784/2019 saylı qərarından (cild 2, iş vərəqə 247-248) görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 ay müddətinə, yəni xx xxxxxx 2019-cu il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-871/2019 saylı qərarından (cild 3, iş vərəqə 32-35) görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 ay müddətinə, yəni xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 3, iş vərəqə 64-101) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.2, 120.2.9, 221.1 və 228.4-cü maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.9, 221.1 və 228.4-cü maddələri ilə yeni məzmunlu ittihamın elan olunması, Şahid1, Şahid10, Şahid3 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.2-ci maddələri ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi,Təqsirləndirilən şəxs xuliqanlıq hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs2 mübahisə vaxtı fiziki və mənəvi zərər yetirildiyindən Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınması, Şahid1, Şahid10, Şahid3, Şahid6 və Şahid7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə cinayət işinin ayrıca icraata ayrılmaqla istintaq edilməsi, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 1 (bir) ədəd göy rəngli şalvarın, 1 (bir) ədəd çəhrayı rəngli qısaqol köynəyin, 1 (bir) ədəd zəncirbəndli gödəkçənin, 1 (bir) ədəd qara rəngli papağın, 1 (bir) cüt corabın, 1 (bir) cüt ayaqqqabının və 1 (bir) ədəd bıçağın, Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş 1 (bir) ədəd tünd göy rəngli qısaqol köynəyin, 1 (bir) ədəd cins şalvarın, 1 (bir) ədəd ağ rəngli maykanın, 1 (bir) ədəd göy rəngli tumanın, Zərərçəkmiş şəxs1 cibindən götürülmüş 1 (bir) ədəd ədəd bıçağın, hadisə yerinə baxış zamanı götürülmüş 1 (bir) ədəd ədəd səs gücləndirici maqnitofonun, 2 (iki) ədəd tapmon nümunəsinin, Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) ədəd “Samsung Galaxy J4” markalı mobil telefonun maddi sübut qismində tanınması və saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon prokurorluğuna təhvil verilməsi qərara alımışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan olunması haqqında qərardan (cild 3, iş vərəqə 127-129) görünür ki, həmin gün saat 12:05-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.9, 221.1 və 228.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2008-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 167) görünür ki, Təqsirləndirilən şəxs anası X9 xx xxxx 2008-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X18 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun iki müdafiəçisi ayrı-ayrılıqda həmin sübutlara dair öz etirazlarını bildirmişlər, məhkəmə istintaqında həmin sübutları mübahisələndirmişlər və müxtəlif növlü vəsatətlər vermişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.9, 221.1 və 228.4-cü maddələri ilə tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməllərini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları tam və ətraflı araşdırmamış, araşdırılmış hallara düzgün hüquqi qiymət verməmiş, ziddiyyətli məqamları nəzərə almamış və nəticədə təqsirləndirilən şəxsin əməllərinin tövsifində kobud səhvə yol vermişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.9-cu maddələri üzrə irəli sürülmüş ittihamlar əsassız və qanunsuzdur. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlardan görünür ki, Təqsirləndirilən şəxs, cinayət hadisəsi nəticəsində ölmüş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və cinayət işi üzrə şahidlər Şahid3 və Şirinov X13 Qiyas Niyaz oğluna məxsus Bakı şəhəri, Binəqədi-Xırdalan şosesi ünvanında nömrəsiz həyətdə tikilmiş yaşayış sahələrində (otaqlarda) kirayədə yaşamışlar. Təqsirləndirilən şəxs, Şahid3 və Şahid1 üçü birlikdə bir otaqda, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ikisi birlikdə başqa bir otaqda kirayədə yaşamışlar. Sözügedən şəxslər eyni ünvanda yerləşən həyətdəki ayrı-ayrı otaqlarda kirayədə yaşasalar da, cinayət hadisəsi baş verənədək onların bir-birini tanıması məhkəmə istintaqında müəyyən edilmədi. Cinayət hadisəsi baş verən anadək (cinayət hadisəsi baş verən gün) Zərərçəkmiş şəxs2 spirtli içki olan pivə içməsi, daha sonra Zərərçəkmiş şəxs1 ona qoşularaq onların birlikdə pivə içmələri həm cinayət işinin materiallarında olan ekspertiza və sərxoşluğun bütün növlərinin müəyyən edilməsi barədə rəyləri, həm də Zərərçəkmiş şəxs2 məhkəmə istintaqında sərbəst şəkildə verdiyi ifadəsi ilə təsdiq olunmuşdur. Göstərilənlərdən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 yüngül sərxoşluq müəyyən edilmişdir. Mərhum Zərərçəkmiş şəxs1 isə sağlığında orta dərəcəli alkoqol sərxoşluğu ola bilməsi barədə rəy verilmişdir. Məhkəmə istintaqında xx xxxx 2019-cu il tarixdə təxminən gecə saat 01:00- 02:00 radələrində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 kirayədə yaşadıqları otaqda yüksək səslə maqnitofonda müsiqiyə qulaq asmaları müəyyən edilmişdir. Onların müxtəlif müsuqilərə yüksək səslə qulaq asmaları və musiqi sədaları altında rəqs etmələri, həmçinin telefon vasitəsi ilə çəkilmiş videogörüntüdən açıq-aşkar görünür. Beləliklə, cinayət hadisəsinin xx xxxx 2019-cu il tarixdə təxminən gecə saat 02:00 radələrində törədilməsi, cinayət hadisəsi törədilməzdən əvvəl Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 spirtli içki olan pivə içmələri, sonuncuların kirayədə yaşadıqları otaqda yüksək səslə müsuqiyə qulaq asmaları cinayət işinin mübahisəsiz hallarıdır. Cinayətin baş vermə səbəbinə gəldikdə məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsinin səbəbkarı Şəhriyar Allahverizadə və onun qanuna zidd hərəkətləri olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə gecə saatlarında kirayə yaşadığı otağa gəldikdə həmin otaqda Səbuhi olmuş, onunla kirayədə yaşamış Pünhan isə yatmışdır. Daha sonra Cavidin yaşadğı evə onun dostu Şahid10 Cavidin ona 20 (iyirmi) manat məbləğində borcunu geri almaq üçün gəlmişdir. Sonra Təqsirləndirilən şəxs, Şahid1 və Şahid10 birlikdə yemək yemişlər. Onlar yemək yedikdən sonra Elgiz və Şəhriyarın qaldıqları otaqdan yüksək səsli musiqi səsi gəldiyi üçün Səbuhi, İbrahim və Cavid Elgizgilin yaşadığı otağa gedərək qapını döymüşlər. Zərərçəkmiş şəxs2 məhkəmə istintaqında verdiyi ifadəsinə əsasən Elgiz yaşadığı otağın qapısını açdıqda qapının arxasında tanımadığı üç şəxsi görmüşdür. Səbuhi, İbrahim və Cavidin birlikdə Elgizgilin qapısına getməsi və musiqinin səsinin azaldılması ilə bağlı qapını açan şəxsə, yəni Elgizə müraciət etməsi cinayət işinin mübahisəsiz halıdır. Elgiz Cavidgilin iradına müsbət cavab vermişdir. İradla bağlı məhkəmə qeyd edir ki, gecə vaxtı yüksək səslə musiqinin səsləndirilməsi və musiqinin səsinin azaldılması ilə bağlı irad özü-özlüyündə haqlı irad hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.35-ci maddəsinə görə - yerli vaxtla axşam saat 22:00-dan səhər saat 07:00-dək olan vaxt gecə vaxtı sayılır və gecə vaxtı bütün şəxslər digər şəxslərə öz hərəkətləri ilə maneə yaratmamalıdırlar, başqa şəxslərin hüquq və azadlıqlarının pozulmasına səbəb olan hərəkətlərə yol verməməlidirlər. Gecə vaxtı Elgizlə Şəhriyarın yüksək səslə musiqiyə qulaq asmalarını, yüksək səslə dinlənilən musiqinin səsinin azaldılması ilə bağlı Cavidgilin iradına Zərərçəkmiş şəxs2 müsbət cavab verməsini, yəni Elgizin iradla razılaşaraq, musiqinin səsinin azaldılmasına razılıq verməsini, eləcə də yuxarıda göstərilən halları məcmu halda nəzərə alaraq, məhkəmə Cavidin musiqinin səsinin azaldılması ilə bağlı iradını qanuni və haqlı irad kimi qəbul edir. Elgiz Cavidgilin iradına müsbət cavab versə və musiqinin səsinin azaldılması ilə bağlı vəd versə də, Elgizin arxasınca qapıya çıxmış mərhum Zərərçəkmiş şəxs1 Cavidgilin iradını nəyinki qəbul etmiş, əksinə kobud sözlər işlədərək Cavidgili söymüş və təhqir etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs valideynlərinin ünvanına nalayiq söyüş söymüşdür. Təqsirləndirilən şəxs hər iki valideyninin ölməsi səbəbindən Zərərçəkmiş şəxs1 onun valideynlərinin ünvanına işlətdiyi nalayiq söyüşlər ona pis təsir etmiş və bunun nəticəsində Cavidlə Şəhriyar arasında əvvəlcə sözlü mübahisə yaranmış, daha sonra sözlü mübahisə zorun tətbiq edilməsi ilə müşayiət olmuşdur. Bunun nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yumruqla zərbə endirmiş, Zərərçəkmiş şəxs2 Cavidə tərəf yaxınlaşanda isə Cavid, həmçinin Elgizə də zor təbiq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs başqa şəxs tərəfindən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zor tətbiq edilməsi müəyyən edilmədi. Belə ki, cinayət hadisəsinin canlı şahidlərindən biri olan Zərərçəkmiş şəxs2 məhkəmə istintaqında sərbəst şəkildə ifadə verərkən və cinayət prosesinin iştirakçılarının suallarını cavablandırarkən dəfələrlə göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və ona Təqsirləndirilən şəxs başqa heç kəs zor tətbiq etməmiş, vurmamış, döyməmişdir. Bu səbəbdənTəqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 fiziki güc və zor tətbiq etməsi cinayət işinin mübahisəsiz halıdır. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında yaranmış mübahisə baş verdikdən və Cavid Şəhriyarı yumruqla vurduqdan sonra Şəhriyar kirayədə yaşadığı otağa qayıtmış, nəsə axtarmış və sonra 1 (bir) ədəd bıçağı taparaq Cavidlə arasında yaranmış mübahisəyə və gərginliyə aydınlıq gətirmək istəmişdir. Zərərçəkmiş şəxs1 qaldığı otaqdan bıçaqla çıxması həm videogörüntü, həm də ekspertiza rəyi ilə tam təsdiq olunur. Belə ki, meyitin müayinəsi zamanı Zərərçəkmiş şəxs1 arxa cibindən 1 (bir) ədəd bıçaq aşkar edilmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə “haqq-hesab” etməsi məqsədi ilə cibinə bıçaq qoyması və çölə çıxması da cinayət işinin mübahisəsiz halıdır. Zərərçəkmiş şəxs1 otaqdan bıçaq götürüb çölə çıxdığı halda, Təqsirləndirilən şəxs də kirayədə qaldığı otağa getmiş və özünə məxsus soyuq silah hesab edilən bıçağı götürərək çölə çıxmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə çöldə qarşılaşmış və bu vaxt Zərərçəkmiş şəxs1 əlində bıçaq görmüşdür. Həmin vaxt Cavid Şəhriyarın əlində bıçağı gördükdə Şəhriyar ona bıçaqla zərbə endirəcəyini düşünmüş və yaranmış vəziyyəti dəyərləndirərək Zərərçəkmiş şəxs1 qarşılıqlı şəkildə cavab vermək qərarına gəlmişdir. Məhz həmin anda yaranmış vəziyyət nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 1 (bir) dəfə soyuq silah hesab olunan bıçaqla dəqiq zərbə endirərək sonuncunu qəsdən öldürmüşdür. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb Təqsirləndirilən şəxs onun ürək nahiyəsinə yetirdiyi xəsarət olmuşdur. Bununla da mərhum Zərərçəkmiş şəxs1 ölümü ilə Təqsirləndirilən şəxs fəal hərəkəti (yəni bıçaq zərbəsi) ilə birbaşa əlaqəsi olmuşdur. Həmçinin məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qəsdən öldürməsinə səbəb kimi Cavidin haqlı iradına Şəhriyarın kobudluq etməsi, Cavidin ünvanına ağır söyüşlər söyməsi və təhqir etməsi, başqa sözlə, əxlaqsız hərəkətləri olmuşdur. Məhz Zərərçəkmiş şəxs1 əxlaqsız hərəkətləri nəticəsində Təqsirləndirilən şəxs onu qəsdən həyatdan məhrum etmişdir. Düzdür Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qəsdən öldürməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə qadağan olunmuş cinayət əməlini törətmişdir. Lakin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanının gəldiyi səbəbə (xuliqanlıq niyyəti ilə) görə deyil, əksinə məhz gecə vaxtı yüksək səslə dinlənilən musiqi səsinin azaldılması ilə bağlı haqlı irada qarşı mərhum Zərərçəkmiş şəxs1 tərəfindən sərgilənmiş əxlaqsız hərəkət (təhqir, ağır söyüşlər) və həmin əxlaqsız hərəkətlər nəticəsində baş vermiş mübahisənin gedişatında qəsdən öldürərək Zərərçəkmiş şəxs1 həyatdan məhrum etmişdir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2012-ci il tarixli, 03 saylı qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Sözügedən qərarın 4-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və Cinayət Məcəlləsinin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Eyni zamanda videogörüntüdən açıq aşkar görünür ki, Zərərçəkmiş şəxs1 həmin gün spirtli içki olan pivə içsə də, öz hərəkətlərini idarə edə bilmiş, Təqsirləndirilən şəxs qarşı aktiv hərəkətlər etmiş, yəni Təqsirləndirilən şəxs qarşı söyüş söydükdən və sonuncunun ünvanına təhqiramiz ifadələr işlətdikdən sonra Təqsirləndirilən şəxs ilə mübahisə etməyə meyilli olmuş, Cavid onu vurduqdan sonra ona cavab vermək üçün qaldığı otağa getmiş, otaqdan bıçaq götürərək yenidən çölə çıxmış, daha sonra Cavidin yaşadığı otağa gedərək qapını döymüş, otaqda olan Pünhana baş vermiş hadisə ilə bağlı suallar vermiş, başqa sözlə, kifayət qədər aktiv hərəkətlər etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 barəsində keçirilmiş ekspertiza rəyindən də görünür ki, onda orta dərəcəli alkoqol sərxoşluğu ola bilərdi. Göründüyü kimi ekspertiza rəyi ilə Zərərçəkmiş şəxs1 orta dərəcəli alkoqol sərxoşluğun olması mütləq qaydada müəyyən edilməmişdir. Bütün bu şübhəli məqamlarla bağlı məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi baş verən vaxt Zərərçəkmiş şəxs1 köməksiz vəziyyətdə olmamışdır. Göstərilənlərdən başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 soyuq silah hesab edilən bıçaqla qəsdən öldürməsi, cinayət hadisəsi baş verməmişdən əvvəl onun həmin bıçağı qanunsuz olaraq əldə edib gəzdirməsi də məhkəmə istintaqında tam təsdiqini tapmış hallardır. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qəsdən öldürdükdən sonra könüllü olaraq polis orqanına getmiş, polis əməkdaşlarına törətdiyi cinayət əməlini etiraf etmiş və cinayətin alətini polislərə təhvil verilmişdir. Bu barədə müvafiq protokol tərtib olunmuş və cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs könüllü olaraq polisə gəlməsi faktı lazımi qaydada qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməllərini tövsif edərkən təqsirləndirilən şəxsin törətdiyi cinayətin mahiyyətini, cinayətin törədilməsindəki iştirakının xarakterini və onun bütün hərəkətlərini düzgün araşdırmamış və təhlil etməmişdir. Belə ki, yuxarıda sadalan hallardan görünür ki, Cavidin yüksək səslə dinlənilən musiqinin səsinin azaldılması ilə bağlı haqlı iradına mərhum Şəhriyar kobudluq edərək etiraz etmiş, nalayiq ifadələrlə və söyüşlərlə Təqsirləndirilən şəxs və sonuncunun vəfat etmiş valideynlərini təhqir etmişdir. Nəticədə mübahisə yaranmış, mübahisə zamanı Şəhriyar kirayədə qaldığı otağa gedərək bıçaqla silahlanaraq Cavidin yanına qayıtmış və yenidən alovlanan mübahisə zamanı Cavid Şəhriyarı əlindəki soyuq silah hesab edilən bıçaqla qəsdən öldürmüşdür. Təqsirləndirilən şəxs Cavid Həmdlinin hərəkətlərinin ardıcılığı və mahiyyəti onu göstərir ki, o, Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürməmiş, Cavid Şəhriyarı qəsdən həyatdan məhrum edərkən Şəhriyar köməksiz vəziyyətdə olmamış, əksinə Zərərçəkmiş şəxs1 həmin vaxt baş vemiş, baş verən və baş verə biləcək hadisələri qabaqcadan görərək qabaqlayıcı tədbirlər görmüş, yəni fəal hərəkətlər edərək otağına qayıtmış və bıçaqla silahnalaraq yenidən Cavidin yanına gəlmiş, aralarındaki məsələni “həll etmək” istəmiş, bıçaqlandıqdan sonra Cavidin yaşadığı otağın qapısına gedərək Pünhadan baş vermiş hadisəyə aydınlıq gətirməsini tələb etmişdir. Cinayət hüququ nəzəriyyəsinə görə təqsirkarın əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 120.2.9-cu maddəsində nəzərdə tutulmuş cinayət əməli kimi tövsif edilməsinin mütləq qaydada zəruri şərtləri müəyyən edilmişdir. Sərxoşluq halı ilə bağlı zərərçəkmiş şəxsin köməksiz vəziyyətdə olması ilə bağlı zəruri şərtlər aşağıdakılardan ibarətdir:
1. zərərçəkmiş şəxs özü köməksiz vəziyyətdə olduğunu anlamalı və dərk etməlidir. Yəni zərərçəkmiş şəxs ona qarşı cinayət əməli törədilərkən baş verən və ya baş verə biləcək hərəkətləri anlamamalıdır, ona qarşı törədilən hərəkətlərin qarşısını ala bilmək imkanından məhrum olmalıdır, öz müdafiəsi ilə bağlı hansı hərəkətlərin həyata keçirilməli olduğunu dərk etməməlidir və sair.
2. təqsirkar şəxs zərərçəkmiş şəxsə qarşı cinayət əməlini törətməzdən əvvəl sonuncunun köməksiz vəziyyətdə olduğunu dərk etməli, anlamalı və zərərçəkmiş şəxsin məhz köməksiz vəziyyətindən istifadə etmək niyyətində olmalıdır. Yəni təqsirkar zərərçəkmiş şəxsin ona müqavimət göstərməyəcəyini və göstərə bilməyəcəyini dərk etməli, anlamalı və bundan istifadə edərək öz cinayətkar niyyətini həyata keçirməlidir.
3. zərərçəkmiş şəxsdə spirtli içkinin və ya bu qəbildən olan sair içkilərin təsirindən güclü (bərk) sərxoşluq dərəcəsi olmalıdır. Başqa sözlə, zərərçəkmiş şəxsin sərxoşluğu elə yüksək dərəcədə və səviyyədə olmalıdır ki, zərərçəkmiş şəxsin fiziki və psixi cəhətdən təqsirkara müqavimət göstərməyə halı olmasın. Qeyd edilən hüquqi mövqe, həmçinin "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2012-ci il tarixli, 03 saylı qərarında da öz əksini tapmışdır. Sözügedən qərarın 13-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdəzərərçəkmiş şəxsin qoca, xəstə, azyaşlı,bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2012-ci il tarixli, 03 saylı qərarından görünür ki, təqsirkar şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) ilə tövsif edilməsi üçün zəruri olan şərtlər: zərərçəkmiş şəxsin özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmamasından və cinayət törədən şəxsin zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk etməsindən ibarətdir. Zərərçəkmiş şəxsin köməksiz vəziyyətdə olması isə sonuncunun müxtəlif vəziyyətlərdə olması, o cümlədən bərk sərxoş vəziyyətdə olması ilə şərtləndirilmişdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində zərərçəkmiş şəxsin köməksiz vəziyyətdə olmasının nədə ifadə olunmasını və nədən ibarət olmasını göstərən hər hansı bir hüquq norması mövcud deyil. Bu səbəbdən də məhkəmə belə hesab edir ki, zərərçəkmiş şəxsin köməksiz vəziyyətdə olubolmamasını aydınlaşdırmaq üçün "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2012-ci il tarixli, 03 saylı qərarında göstərilmiş hüquqi mövqe mütləq qaydada nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında yaranmış sözlü mübahisənin səbəbini, mübahisənin daha sonra fəal hərəkətlərə keçməsini, Zərərçəkmiş şəxs1 kirayədə qaldığı otağa gedərək bıçaqla silahlanmasını və gəlib Təqsirləndirilən şəxs ilə mübahisəni davam etməsini, Təqsirləndirilən şəxs soyuq silah hesab edilən və özünə məxsus bıçaqla Zərərçəkmiş şəxs1 1 (bir) dəfə zərbə endirərkən sonuncunun sərxoş vəziyyətdə olduğunu bilməməsini, Zərərçəkmiş şəxs2 ifadəsinə əsasən onun Zərərçəkmiş şəxs1 daha çox spirtli içki içdiyi halda onda Zərərçəkmiş şəxs1 fərli olaraq daha az sərxoşluq dərəcəsinin müəyyən edilməsini, Zərərçəkmiş şəxs1 orta dərəcəli sərxoşluğun ola bilməsi ehtimalını və sonuncuda güclü (bərk) dərəcədə sərxoşluğun olmasını təsdiq edə biləcək heç bir sübutun olmamasını nəzərə alaraq, məhkəmə bir daha belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs1 qəsdən həyatdan məhrum edərkən sonuncuda güclü (bərk) sərxoşluq dərəcəsi olmamış və o, ümumiyyətlə köməksiz vəziyyətdə olmamışdır. Bundan başqa, cinayət işinin materiallarında olan xx xxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin ibtidai istintaqı 9 (doqquz) ayadək davam etmişdir. xx xxxxxx 2019-cu il tarixdə ona qarşı irəli sürülmüş ittiham dəyişdirilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.9, 221.1 və 228.4-cü maddələri ilə yeni ittihamlar irəli sürülmüşdür. xx xxxxxx 2019cu il tarixdə Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə ittiham aktı səlahiyyətli şəxs tərəfindən təsdiq edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Cinayət işi üzrə əhəmiyyət kəsb edən digər hal da ondan ibarətdir ki, xx xxxx 2019cu il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında protokolda Zərərçəkmiş şəxs2 yüngül sərxoşluğun olması, xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin 31 nömrəli rəyində etil spirtinin qanda tapılmış qatılığı Zərərçəkmiş şəxs1 sağlığında orta dərəcəli alkoqol sərxoşluğu törədə bilməsi (törədə bilərdi qeyd edilib) göstərilmişdir. Lakin məhkəmə istintaqında sərbəst şəkildə ifadə vermiş və cinayət prosesinin iştirakçılarının suallarına cavab vermiş Zərərçəkmiş şəxs2 öz ifadəsində xx xxxx 2019-cu il tarixdə Şəhriyarın nişanlısı ilə görüşmək üçün getdiyini, özünün isə həmin gün evdə qalaraq ev işləri ilə məşğul olduqdan sonra pivə alıb içdiyini, həmin gün axşam Şəhriyarın evə (otağa) gəldiyini, sonra onların birlikdə 2-3 ədəd “Baltika 9” pivəsi içdiklərini, pivə qurtardıqdan sonra Şəhriyarın əlavə olaraq 5 (beş) ədəd “Baltika 9” pivəsi alıb gətirdiyini, onların birlikdə həmin pivələri də içdiklərini, sonra Şəhriyarın yenə pivə almaq üçün getdiyini, təxminən 5 (beş) ədəd pivə alıb gətirdiyini, onların birlikdə həmin pivələri də içdiklərini və pivə içə-içə yüksək səslə musiqiyə qulaq asdıqlarını göstərmişdir. Cinayət hadisəsinin canlı şahidlərindən biri olan Zərərçəkmiş şəxs2 ifadəsinə əsasən cinayət hadisəsi baş verməzdən əvvəl o, təkbaşına pivə içmiş, sonra Şəhriyar onların birlikdə yaşadıqları evə (otağa) qayıtmış, daha sonra onlar birlikdə pivə içmişlər. Zərərçəkmiş şəxs2 bildirdiyi məlumata əsasən hadisə baş verənədək o, Şəhriyardan əvvəl pivə içməyə başlamış və Zərərçəkmiş şəxs1 daha çox spirtli içki içmişdir. Başqa sözlə, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 daha çox spirtli içki qəbul etdiyi halda onda Zərərçəkmiş şəxs1 fərqli olaraq daha yüngül sərxoşluğun olması məhkəmə üçün aydın deyil və məhkəmə bu halı şübhə doğuran hal kimi qiymətləndirir. Qeyd edilən hallar cinayət hadisəsinin törədildiyi vaxt mərhum Zərərçəkmiş şəxs1 köməksiz vəziyyətdə olmasına şübhə yaradan dəlillərdir. Bu səbəbdən də məhkəmə bir daha qeyd edilən halları məcmu halda nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qəsdən öldürərkən sonuncu köməksiz vəziyyətdə olmamışdır. xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs başqa şəxs və ya şəxslər tərəfindən Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq edilməsi və Zərərçəkmiş şəxs1 qəsdən öldürülməsi faktı da öz təsdiqini tapmamışdır. Qeyd edilən xüsusat ibtidai araşdırmanın predmeti olmuş və sübutların qiymətləndirilməsi haqqında qərarda bu məsələyə hüquqi qiymət verilmişdir. Belə ki, sübutların qiymətləndirilməsi haqqında qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.9, 221.1 və 228.4-cü maddələri ilə yeni məzmunlu ittihamın elan olunması, Şahid1, Şahid10, Şahid3 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.2-ci maddələri ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Təqsirləndirilən şəxs xuliqanlıq hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs2 mübahisə vaxtı fiziki və mənəvi zərər yetirildiyindən Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınması, Şahid1, Şahid10, Şahid3, Şahid6 və Şahid7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə cinayət işinin ayrıca icraata ayrılmaqla istintaq edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən cinayət işi üzrə istintaq orqanının qəbul etdiyi sübutların qiymətləndirilməsi barədə qərar mübahisələndirilmədiyindən və hazırda sözügedən qərar qüvvədə olduğundan məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkbaşına Zərərçəkmiş şəxs1 qəsdən öldürmüş, digər Zərərçəkmiş şəxs2 qarşı xuluqanlıq cinayətini törətmiş və Zərərçəkmiş şəxs1 qəsdən öldürülməsində digər şəxslər iştirak etməmişdir. Təqsirləndirilən şəxs digər Zərərçəkmiş şəxs2 qarşı törətdiyi əməli, yəni sonuncunu bir neçə dəfə vurması və bu əməlini onların, eləcə də digər şəxslərin yaşadıqları otaqların həyətində törədilməsi, səs-küyün baş verməsi, səs-küyə kənar şəxslərin gəlməsi xuliqanlıq cinayəti kimi qəbul edilməlidir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi mövcuddur. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 221.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkib əlamətlərinin olmasına baxmayaraq, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı əsassız şəkildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.9-cü maddələri ilə daha ağır ittiham irəli sürülmüşdür. Bu səbəbdən də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən səhvə yol verilərək Təqsirləndirilən şəxs əməlləri düzgün tovsif edilməmişdir. Yuxarıda göstərilənləri bir daha məcmu halda təhlil edərək və qiymətləndirərək məhkəmə belə hesab edir ki, ibtidai istintaq orqanı formal mülahizələr və ehtimallar əsasında Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.9-cu maddələri ilə tövsif etmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1 və 228.4-cü maddələri ilə verilmiş ittihamla razılaşsa da, Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.9-cu maddələri ilə verilmiş ittihamlarla razılaşmır. Bu səbəbdən də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.9-cu maddələri ilə verilmiş ittiham məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla tam təkzib edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr olsa da, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Qeyd edilən tələblər, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müxtəlif qərarlarında da öz əksini və təsdiqini tapmışdır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6.2-ci maddəsinin tətbiqi ilə əlaqədar “Barbera, Messegi və Cabardo İspaniyaya” qarşı iş üzrə çıxarılmış qərarda göstərmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi - məhkəmə tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi və öz vəzifələrinin yerinə yetirilməsi zamanı təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi barədə ön mühakimə ilə başlamamağı tələb edir. Sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur . Yuxarıda qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə və sonuncunun köməksiz vəziyyətindən istifadə edərək qəsdən öldürməsi ilə bağlı əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.9-cu maddələrindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 221.1 və 228.4-cü maddələri ilə təqsirli bilinməlidir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 221.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri mövcuddur, həmin cinayətlər həqiqətən baş vermişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi hər bir cinayət əməlini qəsdən törətmişdir. Onun törətdiyi hər bir əməl başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 221.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2012-ci il tarixli qərarında qeyd olunur ki, “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı halların şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir:
4. cinayət hadisəsi və onu törədənin şəxsiyyəti hüquq-mühafizə orqanlarına məlum olmadıqda şəxsin könüllü gəlib təqsirini boynuna alması,
5. cinayət cinayət prosesini həyata keçirən orqanlara məlum olsa da, həmin cinayəti törətmiş şəxsin müəyyən olunmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması,
6. hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması,
7. hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin şəxsin özünün ifşa olunmasını bilmədən könüllü gəlib təqsirini boynuna alması,
8. açıq-aşkar cinayət törətdikdən dərhal sonra şəxsin hüquq mühafizə orqanlarına və ya digər dövlət orqanına könüllü gəlib təqsirini boynuna alması (bu zaman cinayətin şahidləri olmuş şəxslərin təqsirkarın hüquq mühafizə orqanlarına gedib çatanadək onun barəsində xəbər vermələri, habelə xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilmiş zərərçəkmiş şəxs haqqında və ya onun sözlərindən cinayətin halları barədə həmin müəssisədən hüquq-mühafizə orqanlarına məlumat verilməsi qeyd olunan nəticəyə gəlməyə mane olmamalıdır),
9. cinayət məsuliyyətinə alınmış şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri də törətdiyini bildirməsi. Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətinin həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsindən asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, cavan olmasını və onun cinayət əməllərini məhz Zərərçəkmiş şəxs1 əxlaqsız hərəkətlərinin (haqlı irada etiraz etməsi, söyüş söyməsi, Təqsirləndirilən şəxs ölmüş valideynlərinin ünvanına ağır söyüş söyməsi) təsiri altında törətməsini (Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsi), cinayət törədildikdən sonra onun könüllü olaraq polis orqanına gedərək törətdiyi cinayət əməlini etiraf etməsini (Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsi), könüllü olaraq cinayətin alətini (soyuq silah qismində çıxış edən bıçağı) polis əməkdaşlarına təhvil verməsini, o cümlədən təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Göstərilən hüquq normalarının tələblərini, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən cinayət əməllərinin Zərərçəkmiş şəxs1 əxlaqsız hərəkətləri nəticəsində törədilməsini, cinayət törədildikdən sonra onun könüllü olaraq polis orqanına getməsini, törətdiyi cinayət əməllərini etiraf etməsini və cinayətin aləti qismində çıxış edən bıçağın polis əməkdaşlarına könüllü təqdim edilməsini, habelə təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin cəza təyin etməyə dair müddəası Təqsirləndirilən şəxs şamil olunmalı və ona cəza təyin edilərkən həmin normanın tələbləri mütləq qaydada nəzərə alınmalıdır. Qeyd olunanları məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri daxilində həmin Məcəllənin 120.1, 221.1 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək qəti cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və qəti cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxx 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd göy rəngli şalvar, 1 (bir) ədəd çəhrayı rəngli qısaqol köynək, 1 (bir) ədəd zəncirbəndli gödəkçə, 1 (bir) ədəd qara rəngli papaq, 1 (bir) cüt corab, 1 (bir) cüt ayaqqabı Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılmalıdır, cinayətin aləti olan 1 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş 1 (bir) ədəd tünd göy rəngli qısaqol köynək, 1 (bir) ədəd cins şalvar, 1 (bir) ədəd ağ rəngli mayka, 1 (bir) ədəd göy rəngli tuman, Zərərçəkmiş şəxs1 cibindən götürülmüş 1 (bir) ədəd ədəd bıçaq, 2 (iki) ədəd tampon nümunəsi məhv edilməlidir, hadisə yerinə baxış zamanı götürülmüş 1 (bir) ədəd səs gücləndirici maqnitofon, Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) ədəd “Samsung Galaxy J4” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X6 qaytarılmalıdır. Bundan başqa, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş cəmi 175 (yüz yetmiş beş) manat 17 (on yeddi) qəpik məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 175 (yüz yetmiş beş) manat 17 (on yeddi) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə
hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 221.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi üzrə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi üzrə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxsqəti olaraq 11 (on bir)il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və təyin edilmiş qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxx 2019-cu il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut olub Bakı şəhəri Binəqədi rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd göy rəngli şalvar, 1 (bir) ədəd çəhrayı rəngli qısaqol köynək, 1 (bir) ədəd zəncirbəndli gödəkçə, 1 (bir) ədəd qara rəngli papaq, 1 (bir) cüt corab, 1 (bir) cüt ayaqqabı Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılsın, cinayətin aləti olan 1 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş 1 (bir) ədəd tünd göy rəngli qısaqol köynək, 1 (bir) ədəd cins şalvar, 1 (bir) ədəd ağ rəngli mayka, 1 (bir) ədəd göy rəngli tuman, Zərərçəkmiş şəxs1 cibindən götürülmüş 1 (bir) ədəd bıçaq, 2 (iki) ədəd tampon nümunəsi məhv edilsin. Hadisə yerinə baxış zamanı götürülmüş 1 (bir) ədəd səs gücləndirici maqnitofon, Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) ədəd “Samsung Galaxy J4” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X6 qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 175 (yüz yetmiş beş) manat 17 (on yeddi) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.