Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-308/2022 27.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 2001-ci il tarixdə Tərtər rayonu Hacıqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Tərtər rayonu Hacıqərvənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən zərəçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, ünvan 2 ünvanında yerləşən Bakı Baş Səhiyyə İdarəsinin 4 saylı X1 müalicədə olarkən 04 iyun 2021-ci il tarixdə dispanserin yaxınlığında Zərərçəkmiş şəxs ilə Şahid2 arasında baş vermiş mübahisəni və Şahid2 Zərərçəkmiş şəxs polis orqanlarına şikayət etməsini görüb sonuncuya buna görə irad bildirməsi ilə əlaqədar növbəti gün, yəni 05 iyun 2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs onun iradını öz aralarında aydınlaşdırmaq üçün ünvan 2 ünvanda yerləşən 4 saylı Vərəm Dispanserinə gələrək həmin dispanserin həyətində onunla aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onunla kobud danışaraq ünvanına nalayiq ifadələr işlətməklə söyüb təhqir etməsi səbəbindən o, dispanserin həyətində olan masa üzərinə meyvə-tərəvəzin yanma qoyulmuş təyinatı istintaqa məlum olmayan bıçağı götürüb Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq Zərərçəkmiş şəxs insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid intensiv xarici qanaxma nəticəsində hemorragik şokla müşayiət olunan, sağrı arteriyasının (arteriya gluteus) yaralanması ilə nəticələnən sol sarğı nahiyəsinin deşilmiş- kəsilmiş yarası, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sağ budun iç səthinin və sol bazunun iç səthinin deşilmiş-kəsilmiş yaraları, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilməyən sol alm gicgah sərhədinin, sol saidin ön səthinin sıyrıqlarmdan ibarət xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Tərtər rayonu, Hacıqərvənd kəndində qeydiyyatda olmaqla, ünvan 4 ünvanda anası ilə birgə yaşayır. Vərəm xəstəsidir və kəskin qanaxma ilə 2021-ci ilin aprel ayından ünvan 2 ünvanında yerləşən Səhiyyə Nazirliyinin 4 saylı vərəm dispanserinə stasionar müalicəyə qəbul olunmuşdur. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamış, “Fərzəli” adlı şəxsi də tanımır. 04 iyun 2021-ci il tarixdə saat 14 radələrində siqaret almaq üçün vərəm dispanserindən çıxaraq mağazaya getmiş, yol çıxdıqda mağazanın yanında polislərin və tanımadığı şəxslərin toplaşmasını görmüşdür. Nə baş verməsini bilmək üçün oraya yaxınlaşmış, orada Elnurun polislərə Fərzəlini göstərərək həmin bu adamı deməsini eşitmiş, ətrafda olan sakinlərin Elnura şikayət etməməsini məsləhət etdikləri görmüş və sonuncudan şikayət etməməsini xahiş etmişdir. Bundan sonra polislər Fərzəlini götürüb polis şöbəsinə aparmış, taksiyə əyləşib 25-ci PŞ-nə getmiş, orada polis şöbəsinin həyətində Elnura yaxınlaşıb şikayət etməməsini demiş, sonuncuda şikayət etməyəcəyini bildirmişdir. Bundan sonra dispanserə qayıtmış, 05 iyun 2021-ci il tarixdə saat 23 radələrində mobil telefonuna ***- ***-**-** nömrəsindən zəng gəlmiş, telefona cavab vermiş, telefonda Elnur özünü təqdim edərək xəstəxananın həyətində olmasını oraya gəlməsini demişdir. Elnura nə işi olduğunu nə səbəbə onu çağırdığını soruşmuş, lakin Elnur israrla gəlməyini tələb etmiş və söhbəti olmasını bildirmişdir. Telefonu söndürüb otaqda gözləmiş, Elnur təkrar ona zəng edərək gözlədiyini bildirmiş, ancaq o, telefonu söndürmüşdür. Aradan 5 dəqiqə keçmiş Elnur başqa bir nömrə ilə ona zəng edib aşağı düşməyini tələb etmiş, o da ona “gözlə gəlirəm” ifadələrini işlətmiş, bundan sonra xəstəxana paltarında həyətə düşüb qapıya tərəf getmişdir. Orada Elnur tək olmuş və masanın ətrafında stulda əyləşmiş, masanın üzərində meyvə, salat və pendir olmuş, həmçinin tutacağı tünd yaşıl rəngli meyvə bıçağı da stolun üzərində olmuşdur. Elnura yaxınlaşıb stula əyləşərək nə səbəbə çağırmasını soruşmuş, sonuncu söhbətin axırına kimi getməyənin söyüş söymüş, əlini masaya vuraraq Elnurdan nə səbəbə görə təhqir etdiyini və hansı söhbəti nəzərdə tutduğunu soruşmuş, Elnur da söhbətin axırına kimi getməyənin ifadələrini işlədərək yenidən söyüş söymüş və yerdən götürdüyü butulkanı üzərinə atmaq istəyərkən sağ əli ilə masanın üzərində olan meyvə bıçağını götürərək hər iki əli ilə masanı sonuncunun üzərinə aşırmışdır. Elnur geri çəkilərək söyüş söyməkdə davam etmiş və yumruqla başına vurmuş, arxaya tərəf çəkildikdə Elnur üzərinə gəlmiş və sol ayağı ilə təpiklə vuran zaman sağ əlində olan bıçaqla Elnurun sol yan tərəfindən bir dəfə bıçaqla vurmuşdur. Sonra bıçağı yerə atıb qaçaraq otağına getmiş, otaqda olan zaman Elnur yanında tanımadığı 4-5 nəfər şəxslə birlikdə axtarmışlar. Bundan bir neçə gün sonra Nizami RPİ-nin 25-ci PŞ-dən zəng olunmuş və şöbəyə dəvət edilmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı şikayəti yoxdur. Zərərçəkmiş şəxslə barışmasının, özünün ağır dərəcəli vərəm xəstəsi olmasının, atasının Qarabağ əlili, qardaşının “Aprel döyüşləri”-nin iştirakçısı olmasının, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin, ailənin onun qazancına ehtiyacı olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamış, “Fərzəli” adlı şəxsi də tanımır. 04 iyun 2021-ci il tarixdə idarə etdiyi “Saipa 132” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman ünvan 5 ünvanda əvvəllər tanımadığı sonradan adını “Fərzəli” kimi bildiyi şəxsin yanından keçən zaman uca səslə qışqıraraq avtomobili saxlamasını bildirmişdir. Həmin vaxtı avtomobildə tək olmuş və avtomobili saxlamış, tanımadığı “Fərzəli” adlı şəxs heç bir söz demədən avtomobilin qabaq sağ qapısını açaraq əyləşmişdir. Həmin şəxsə “kim olduğunu onu tanıyıbtanımamasını və nə səbəbə avtomobili saxladaraq əyləşməsini” soruşmuşdur. “Fərzəli” adlı şəxs “yaxşı edirəm, tanımırsan mən kiməm” demiş və heç bir səbəb olmadan söyüş söymüşdür. Bundan sonra avtomobildən düşmüş, həmin vaxt Fərzəlinin yanında tanımadığı qısa boy bir nəfər şəxsdə olmuşdur. O, “Fərzəli”adlı şəxsin qolundan tutaraq sakitləşdirməyə çalışmış və oradan aparmaq istəmişdir. Lakin avtomobildən düşdükdən sonra “Fərzəli” də avtomobildən düşmüş və sağ əlini belinə apararaq tutacağı tünd yaşıl rəngli bıçağı göstərərək “mən lotuyam, düz edirəm” ifadələrini işlətmiş və onu bıçaqla vura biləcəyini demişdir. Həmin şəxsə nə səbəbə belə etdiyini soruşduqda o, söyüş söymüş, bundan sonra o da avtomobilinə əyləşərək DİN-nin 102 zəng mərkəzinə zəng edərək hadisə haqqında məlumat vermişdir. Bir qədər keçmiş Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları hadisə yerinə gəlmiş, polislər yanına gəldikdə Fərzəli belində olan bıçağı çıxarıb yerə atmışdır. Bu vaxt polisləri onun bu hərəkətini gördükdə bıçağı götürərək Fərzəlini polis şöbəsinə dəvət etmiş, lakin Fərzəli səs-küy salaraq getmək istəməmişdir. Buna baxmayaraq polislər onu polis şöbəsinə aparmış, o da şəxsi avtomobili ilə onların arxasınca getmişdir. Polis şöbəsinin həyətində olan zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşaraq “bu nə hərəkətdir, niyə Fərzəlini polisə şikayət etmisən, 5 kişinin yanında bu söhbəti edərəm görək kim haqlıdır və yaxud haqsızdır” demişdir. Nurlana “nə etməliydim tanımadığım şəxs maşınımı saxladaraq məni bıçaqla hədələməlidir” ifadələrini işlətmiş və Nurlana nömrəsini verməsini onunla daha sonra ətraflı bu barədə söhbət edəcəyini bildirmiş, o, da nömrəsini vermişdir. Həmin vaxtı Nurlanın yanına bir nəfər də tanımadığı şəxs gəlmiş, şikayətini geri götürməyini xahiş etmiş, onunla razılaşaraq şikayətini geri götürüb evinə getmişdir. Bundan 2 gün sonra 05.06.2021-ci il tarixdə dostları ilə kafedə əyləşib bir qədər spirtli içki qəbul etmiş, bundan sonra saat 23 radələrində tək Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli 25\14 ünvanda yerləşən Səhiyyə Nazirliyinin 4 saylı X3 mühafizəçi dostu Dadaşın yanına çay içməyə getmişdir. Onun yanında tanımadığı bir nəfər yaşlı şəxs də olmuş, onların yanında əyləşib çay içən zaman Nurlanın mobil telefon nömrəsini xatırlayib Nurlanın mobil telefon nömrəsinə zəng edərək dispanserin həyətinə gəlməsini bildirmişdir. Bir qədər keçmiş Nurlan yanına gəlmiş, lakin onun vərəm dispanserində xəstə olmasını bilməmiş, həmin vaxtı Nurlanın dispanserə xəstə yanına gəlməsini zənn etmişdir. Nurlanla Fərzəlinin məsələsini danışmış, ona nə üçün polis şöbəsində “mənim onu şikayət etməyimə irad bildirməyini” və “5 kişinin yanında bu məsələni danışıb kimin səhv kimin düz hərəkət etməsini müzakirə etmişlər”. Bu vaxtı Dadaş işi ilə bağlı xəstəxananın inzibati binasına getmiş, bundan sonra Nurlan ona səhv hərəkət etməyini dedikdə onların arasında mübahisə yaranmışdır. O, Nurlanı ağır söyüşlərlə söyüb təhqir etmiş, onların mübahisəsi daha da genişlənmiş, biri-birilərinə əl-qol ataraq vurmağa başlamışlar. Həmin vaxtı Nurlan qarşısında olan masanı əli ilə götürüb üzərinə tərəf çevirmiş, bu hərəkətdən sonra Nurlan yaxasından tutub dartmış, lakin özünə aydın olmayan səbəbdən yerə yıxılmışdır. Başını qaldırdıqda Nurlanın qaçmasını görmüş, ayağa qalxmış və bir anda sol arxa nahiyəsindən ağrı hiss etmişdir. Əlini həmin yerə vurduqda qanamasını gördükdə Nurlan bıçaqla onu vurmasını bilmişdir. O, təcili tibbi yardıma zəng edib kömək istəmiş, bir qədər keçmiş təcili tibbi yardım gələrək onu şəhər 3 saylı klinik xəstəxanasına aparmış, orada həkimlər tibbi yardım göstərmişlər. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti, tələbi yoxdur. Eşitdiyinə görə Nurlanın atası və qardaşı vətən uğrunda döyüşlərdə iştirak etmişdir. Qeyd edilənləri nəzərə alaraq Nurlanın azadlıqdan məhrum edilməməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ünvan 7 ünvanda qeydiyyatda olmaqla yaşayır. 2018-ci il tarixdən Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli 25\14 ünvanda yerləşən Səhiyyə Nazirliyinin 4 saylı Vərəm Dispanserində gözətçi işləyir. Təqsirləndirilən şəxs vərəm dispanserində stasionar mülicədə olduğu üçün qiyabi olaraq tanıyır. Zərərçəkmiş şəxs isə dispanserin yaxınlığında yaşadığı üçün qonşu kimi tanımış, Elnurla tanışlığı 5-6 ildir ki, yaranmış, belə ki, əvvəllər Nizami rayonu, M.X.Şərifli küçəsində yaşamışdır. Sonradan Sabunçu rayonu, Balaxanı qəsəbəsinə köçmüş, 05.06.2021-ci il tarixdə saat 23 radələrində dispanserin giriş qapısında gözətçi üçün nəzərdə tutulmuş məntəqədə olan zaman Elnur yanına gəlmişdir. Elnur bir qədər spirtli içki qəbul etmiş, Elnur 04.06.2021-ci il tarixdə “Fərzəli” adlı tanımadığı şəxsin onu təhqir etdiyini və bıçaqla vuracağı ilə hədələdiyini demişdir. Həmçinin Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasında olan zaman “Nurlan” adlı şəxs ilə mübahisə etməsini, bundan sonra Elnur “Nurlan” adlı şəxsə zəng edib onun yanına gəlməsini xahiş etmişdir. Elnura sərxoş olduğunu, evə getməsini və söhbəti uzatmamasını demiş, lakin Elnur onu eşitməmiş, belə ki, dediklərinə əhəmiyyət verməmişdir. Elnura dispanserin həyətində olan ağacın altına masa qoyduğunu, həmin masada əyləşməsini və çay verəcəyini demişdir. Elnur da bu sözlərindən sonra gözətçi məntəqəsindən çıxıb əyləşmək üçün masaya getmiş, otaqda çay dəmləmiş, lakin işi olduğu üçün dispanserin inzibati korpusuna getmiş, bir az keçmiş gözətçi məntəqəsinə qayıtdıqda təcili tibbi yardım maşının gəlməsini və həkimlərin Elnura kömək etməsini gördükdə Elnurdan nə baş verməsini soruşmuşdur. Elnur ona Nurlan tərəfindən bıçaqla vurulmasını demiş, sonradan xəstəxanada Elnur bədənindən almış olduğu xəsarətlə bağlı cərrahi əməliyyat olunduğunu bilmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin əvvəllərindən başlayaraq həmin ilin avqust ayının 9-dək Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Heydər Əliyev adına Respublika Sarayı»nın yaxınlığındakı «Legion» çay evində ofisiant işləmişdir. İşlədiyi çayxananın bağlanacağı xəbəri rəhbərlik tərəfindən orada çalışanlara bildirildiyindən Bakı şəhəri, Nizami rayon sakini, qohumu X5 ilə görüşüb onun işlədiyi restoranda işə düzəlmək niyyətində olmuş və bu məqsədlə 04 iyun 2021-ci il tarixdə günorta saat 13 radələrində Elmanla görüşmüşdür. Görüş Bakı şəhəri, Nizami rayonu, «Vərəm Dispanseri»nin yaxınlığındakı restoranların birində olmuşdur. Onlar restoranda spirtli içki qəbul etmiş və həmin gün saat 16 radələrində restoranı tərk edib dispanserin yaxınlığında piyada hərəkət etməyə başlamışlar. Piyada hərəkət etdiyi vaxt sərxoş olduğundan tanımadığı şəxsə söz atmış və aralarında mübahisə yaranmışdır. Həmin şəxsi əvvəllər görməmiş və tanımamışdır. Mübahisə vaxtı ətrafa tanımadığı şəxslər toplaşmış və kimsə polisə məlumat vermişdir. Bir neçə dəqiqə sonra ora polis əməkdaşları gəlmiş, oraya toplaşan şəxslər polisdən xahiş etmişlər ki, onu polis bölməsinə aparmasınlar. Polis əməkdaşları onu 25-ci polis şöbəsinə aparmışlar. Polis şöbəsində olduğu vaxt mübahisə etdiyi, əvvəllər tanımadığı və sonradan şəxsiyyəti məlum olan Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə 25-ci polis şöbəsinə müraciət etmişdir. Onun və Zərərçəkmiş şəxs izahat alınmış, spirtli içki qəbul etdiyini, hərəkətlərini idarə etmək iqtidarında olmadığını və bu səbəbdən də hansısa hərəkətin mübahisəyə səbəb olduğunu bildirib, ona mənəvi dəstəyini nümayiş etdirmək üçün polis şöbəsinə gələn xalası oğlu X6 ilə birlikdə mübahisə etdiyi Zərərçəkmiş şəxs üzürxahlıq etməyə başlamışdır. Zərərçəkmiş şəxs onu bağışlamış və bununla bağlı təkrar ərizə ilə 25-ci polis şöbəsinə müraciət etmişdir. Araşdırmanın nəticəsi olaraq hansı qərar qəbul edilməsini bilməmiş, lakin üzrxahlığından və Elnurun bağışlamasından sonra sərbəst buraxılmışdır. Təqsirləndirilən şəxs tanımır, onun 04 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxsla mübahisə etdiyi vaxt sonradan hadisə yerinə gəlib-gəlmədiyini bilmir, ola bilsin ki, sonuncu ora toplaşan şəxslərin arasında olmuş. Nurlan adlı şəxsin 04 iyun 2021-ci il tarixdə 25-ci polis şöbəsinə gəlib-gəlmədiyi barədə məlumatı da yoxdur, lakin əmin olmuşdur ki, həmin gün polis şöbəsində tanımadığı kənar şəxs olmamış, polis şöbəsində həmin gün o, mübahisə etdiyi, əvvəllər tanımadığı və şəxsiyyəti sonradan məlum olan Zərərçəkmiş şəxs və sonradan gələn qohumu Səbuhi Əliyev olmuşdur. Mübahisə vaxtı onunla bərabər olan, lakin mübahisəyə müdaxilə etməyə Elman Xasayev polis şöbəsinə çağırılmamış və ya aparılmamışdır. İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” birliyi X10 verdiyi 08 iyun 2021-ci il tarixli 471 saylı rəydən məlum olur ki, Zərərçəkmiş şəxs intensiv xarici qanaxma nəticəsində hemorragik şokla müşayiət olunan, sağrı arteriyasının (arteriya gluteus) yaralanması ilə nəticələnən sol sarğı nahiyəsinin, sağ budun iç səthinin və sol bauzunun iç səthinin deşilmiş-kəsilmiş yaraları, sol alın gicgah sərhədinin, sol saidin ön səthinin sıyrıqları-“deşilmiş-kəsilmiş yaralar iti kənara malik əşyanın (əşyaların) ola bilsin ki, bıçağın”, “sıyrıqlar isə bərk küt əşyanın (əşyaların)” təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 05.06.2021-ci il tarixdə alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. ( iş vərəqə 23-25) İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” birliyi X10 verdiyi 25 iyun 2021-ci il tarixli 19/471 saylı rəydən məlum olur ki, Zərərçəkmiş şəxs intensiv xarici qanaxma nəticəsində hemorragik şokla müşayiət olunan, sağrı arteriyasının (arteriya gluteus) yaralanması ilə nəticələnən sol sarğı nahiyəsinin, sağ budun iç səthinin və sol bauzunun iç səthinin deşilmiş-kəsilmiş yaraları, sol alın gicgah sərhədinin, sol saidin ön səthinin sıyrıqları-“deşilmiş-kəsilmiş yaralar iti kənara malik əşyanın (əşyaların) ola bilsin ki, bıçağın”, “sıyrıqlar isə bərk küt əşyanın (əşyaların)” təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 05.06.2021-ci il tarixdə alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs aşkar olunmuş deşilmiş-kəsilmiş yaraların istiqamətləri: a). sağ bazuda olan yara öndən-arxaya bir qədər sağdan sola (yuxarı ətrafın bədənin hərəkətli hissəsi olduğunu nəzərə almaqla), b). sol sarğı nahiyəsinin aşağı-bayır kvadrantında olan yara arxadan-önə c). sağ budun yuxarı 1/3-nin iç səthində (xayalıq sərhəddində) olan yara soldan-sağa doğru olabilərdilər. Zərərçəkmiş şəxs aşkar olunan xəsarətlərin lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi nəticəsində alınmaları daha inandırıcıdır. Zərərçəkmiş şəxs xəsarət alan zaman müxtəlif duruş və xəsarət yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətdə ola bilərdi, iz törədən alət (alətlər) isə xəsarət aşkar olunan nahiyələrə doğru yönəlmişdir. (iş vərəqə 103-106) İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” birliyi X10 verdiyi 28 iyul 2021-ci il tarixli T 160/2021 saylı rəydən məlum olur ki, Zərərçəkmiş şəxs intensiv xarici qanaxma nəticəsində hemorragik şokla müşayiət olunan, sağrı arteriyasının (a.gluteus) yaralanması ilə nəticələnən sol sarğı nahiyəsinin, sağ budun iç səthinin və sol bauzunun iç səthinin deşilmiş-kəsilmiş yaraları, sol alın gicgah sərhədinin, sol saidin ön səthinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar iti kənara malik alətin (alətlərin) ola bilsin ki, bıçağın, sıyrıqlar isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, yetirilmə müddəti 05.06.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə intensiv xarici qanaxma nəticəsində hemorragik şokla müşayiət olunan, sağrı arteriyasının yaralanması ilə nəticələnən sol sarğı nahiyəsinin deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sağ budun və sol bazunun deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sıyrıqlar isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin olunmur. 08.06.2021-ci il tarixli 471 nömrəli rəyin nəticəsi təsviri hissəyə uyğundur. (iş vərəqə 140- 144) İş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası X9 Şəxsin verdiyi 18 avqust 2021-ci il tarixli 1846 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda ifadə və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM- nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri olunmur. Əqli-intellektual imkanlarına görə hadisə zamanı öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hövsələsizlik, inadkarlıq, tənqidə və təhqirə qarşı həsasslıq, çılğınlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavrayıb təsvir etmək və ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (iş vər: 145- 148) İş materiallarında olan 08.06.2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, cinayət hadisəsi ünvan 2 ünvanında yerləşən Səhiyyə Nazirliyinin 4 saylı vərəm dispanserinin inzibati ərazisində baş vermişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (iş vərəqə 15-17) Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X13 10 iyul 2021-ci il tarixli 5927 nömrəli məktubdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü, Tərtər rayonu, Hacıqərvənd kəndində yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə 10.01.2019-cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon Şöbəsinin 08.01.2018-ci il tarixli, 151 saylı göndərişinə əsasən stasionar müayinəyə qəbul olunub. 11.01.2019-cu il tarixdə Hərbi Həkim Komissiyasına təqdim olunub və həmin tarixdə xəstəxanadan evə yazılıb. Diaqnoz: “Hal-hazırda psixi xəstəlik aşkar edilmir”. (iş vərəqə 122) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07.07.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 12.04.2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilərək 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 20.05.2020-ci il tarixdə cəzanı tam çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır. (iş vərəqə 112-113) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilir. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və onun əməlində cinayətlərin residivi halı aşkar olunmur. İş materiallarında olan, Zərərçəkmiş şəxs tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş, 30.12.2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. İş materiallarında olan Bakı şəhəri 1 saylı X4 tərəfindən verilmiş xəstəlik haqqında çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs sol ağ ciyərin yuxarı payının infeltrativ vərəmindən əziyyət çəkir. O, sol ağ ciyərin yuxarı payının infeltrativ vərəminin dağılma və səpələnmə mərhələsindədir. İş materiallarında olan Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X8 Birliyi tərəfindən verilmiş vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs atası X7 1-ci Qarabağ müharibəsində iştirak etmiş və İ qrup müharibə əlilidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi olaraq etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, ağır vərəm xəstəsi olmaqla sol ağ ciyərin yuxarı payının infeltrativ vərəmindən əziyyət çəkməsini və sol ağ ciyərin yuxarı payının infeltrativ vərəminin dağılma və səpələnmə mərhələsində olmasını, atası X2 İ qrup Qarabağ müharibəsi əlili olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, yəni işdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edildiyindən və cəzanı ağırlaşdıran hallar olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti və ya həcmi onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğundan, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarında olan 25 iyun 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-168/2021 tarixli qərarından görünür ki, 27 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 iyun 2021-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-400/2021 saylı, 01.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməklə onun barəsində 02 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 01 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 25 iyun 2021-ci il tarixdən 01 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət, yəni 02 ay, 06 gün ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 ay, 06 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 02 il 09 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, onun üzərində saxlanılmış 02 il 09 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-308/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-308/2022
27.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver