Məhkəmə qərarları › İş №1(101)-308/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-308/2025

30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-308/2025 30.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X17 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Sabirabad rayonu Azadkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, fərdi qaydada əməklə məşğul olmuş, məhkumluğu olmayan, Sabirabad rayonu Azadkənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2, 182.2.4 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 30 may 2025-ci il tarixdə, saat 17:10da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən qismən qapalı məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına və “Təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan etmək haqqında” 15 mart 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2, 182.2.4 və 234.1-1-ci maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını təkrarən hədə-qorxu ilə tələb etmiş və satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır.

2. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onunla yaxın münasibətdə olması barədə sonuncunun əri, oğlu və qardaşına məlumat verəcəyi, həmçinin telefonunda olan onların görüşmələri barədə videogörüntünü həmin şəxslərə göndərəcəyini deyərək, həmin rüsvayedici məlumatları yayacağı hədəsi ilə xeyli miqdar təşkil edən əmlakını hədə-qorxu ilə tələb edib əldə etmək məqsədilə 2022-ci ilin avqust ayının sonlarında Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti 122 ünvanında yerləşən “Bakı Sağlamlıq Mərkəzinin” qarşısında milli pul vahidi olan manatın dollara olan məzənnəsinə görə 17000 (on yeddi min) manat təşkil edən 10.000 (on min) ABŞ dolları pul vəsaitini, Zərərçəkmiş şəxs “Whatsapp” sosial şəbəkəsində göndərdiyi Təqsirləndirilən şəxs faktiki istifadəsində olmaqla cinayətdən xəbərsiz olan tanışı X13 adına olan "xxxx" ASC-yə aid **********523787 №-li plastik kart hesabı vasitəsilə 2 sentyabr 2022-ci il tarixdə, saat 17 radələrində ünvan 4 ünvanında yerləşən marketdə olan “Emanat” ödəmə terminalından göndərdiyi 2.000 (iki min) manat, 9 sentyabr 2022-ci il tarixdə, saat 23 radələrində ünvan 4 ünvanında yerləşən marketdə olan “Emanat” ödəmə terminalından göndərdiyi 500 (beş yüz) manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə hədə-qorxu ilə tələb edərək, Zərərçəkmiş şəxs ümumilikdə 19500 (on doqquz min beş yüz) manat məbləğində xeyli miqdarda pul vəsaitini ələ keçirmişdir.

3. Bundan başqa, o, təkrarən Zərərçəkmiş şəxs onunla yaxın münasibətdə olması barədə sonuncunun əri, oğlu və qardaşına məlumat verəcəyi, həmçinin telefonunda olan onların görüşmələri barədə videogörüntünü həmin şəxslərə göndərəcəyini deyərək, həmin rüsvayedici məlumatları yayacağı hədəsi ilə xeyli miqdar təşkil edən əmlakını hədə-qorxu ilə tələb edib əldə etmək məqsədilə Zərərçəkmiş şəxs “Whatsapp” sosial şəbəkəsində göndərdiyi Təqsirləndirilən şəxs faktiki istifadəsində olmaqla cinayətdən xəbərsiz olan tanışı X13 adına olan "xxxx" ASC-yə aid **********523787 №-li plastik kart hesabı vasitəsilə 5 noyabr 2022-ci il tarixdə, saat 14 radələrində ünvan 4 ünvanında yerləşən marketdə olan “Emanat” ödəmə terminalından göndərdiyi 1.500 (bir min beş yüz) manat və 1.000 (min) manat olmaqla 2.500 (iki min beş yüz) manat, 5 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində ünvan 4 ünvanında yerləşən marketdə olan “Emanat” ödəmə terminalından göndərdiyi 800 (səkkiz yüz) manat və 200 (iki yüz) manat olmaqla 1.000 (bir min) manat, 13 noyabr 2022-ci il tarixdə, saat 16:37-də ünvan 4 ünvanında yerləşən marketdə olan “Emanat” ödəmə terminalından göndərdiyi 900 (doqquz yüz) manat və 13 noyabr 2022-ci il tarixdə, saat 17:14-də ünvan 4 ünvanında yerləşən marketdə olan “Emanat” ödəmə terminalından göndərdiyi 100 (bir yüz) manat olmaqla 1.000 (bir min) manat, 18 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində ünvan 4 ünvanında yerləşən marketdə olan “Emanat” ödəmə terminalından göndərdiyi 2.900 (iki min doqquz yüz) manat və 100 (bir yüz) manat olmaqla 3.000 (üç min) manat, 19 noyabr 2022-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 4A ünvanında yerləşən “Şəmkir’’ marketdə olan “Emanat” ödəmə terminalından göndərdiyi 4.000 (dörd min) manat, 19 noyabr 2022-ci il tarixdə, saat 19:22-də ünvan 7 ünvanında yerləşən “Şahdağ” marketdə olan “Emanat” ödəmə terminalından göndərdiyi 2.000 (iki min) manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə hədə-qorxu ilə tələb edərək, Zərərçəkmiş şəxs ümumilikdə 13500 (on üç min beş yüz) manat məbləğində xeyli miqdarda pul vəsaitini ələ keçirmişdir.

4. Bundan başqa, o, təkrarən Zərərçəkmiş şəxs onunla yaxın münasibətdə olması barədə sonuncunun əri, oğlu və qardaşına məlumat verəcəyi, həmçinin telefonunda olan onların görüşmələri barədə videogörüntünü həmin şəxslərə göndərəcəyini deyərək, həmin rüsvayedici məlumatları yayacağı hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb edib əldə etmək məqsədilə Zərərçəkmiş şəxs “Whatsapp” sosial şəbəkəsində göndərdiyi Təqsirləndirilən şəxs faktiki istifadəsində olmaqla cinayətdən xəbərsiz olan tanışı X13 adına olan "xxxx" ASC-yə aid **********523787 №-li plastik kart hesabı vasitəsilə 8 aprel 2023-cü il tarixdə, saat 16 radələrində ünvan 4 ünvanında yerləşən marketdə olan “Emanat” ödəmə terminalından göndərdiyi 2.000 (iki min) manat, 28 aprel 2023-cü il tarixdə, saat 16 radələrində ünvan 4 ünvanında yerləşən marketdə olan “Emanat” ödəmə terminalından göndərdiyi 1.000 (bir min) manat, 750 (yeddi yüz əlli) manat və 250 (iki yüz əlli) manat olmaqla 2.000 (iki min) manat, 28 aprel 2023-cü il tarixdə, saat 18:53 radələrində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus olan "xxxx" ASC-yə məxsus plastik kart hesabından mobil tətbiq vasitəsilə göndərdiyi 1.000 (bir min) manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə hədə-qorxu ilə tələb edərək, Zərərçəkmiş şəxs ümumilikdə 5000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirmişdir.

5. Bundan başqa, o, təkrarən Zərərçəkmiş şəxs onunla yaxın münasibətdə olması barədə sonuncunun əri, oğlu və qardaşına məlumat verəcəyi, həmçinin telefonunda olan onların görüşmələri barədə videogörüntünü həmin şəxslərə göndərəcəyini deyərək, həmin rüsvayedici məlumatları yayacağı hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb edib əldə etmək məqsədilə Zərərçəkmiş şəxs “Whatsapp” sosial şəbəkəsində göndərdiyi Təqsirləndirilən şəxs faktiki istifadəsində olmaqla cinayətdən xəbərsiz olan qohumu X21 adına olan "xxxx" ASC-yə aid **********102786 №-li plastik kart hesabı vasitəsilə 14 iyul 2023-cü il tarixdə, saat 10 radələrində göndərdiyi 4.000 (dörd min) manat məbləğində pul vəsaitini hədəqorxu ilə tələb edərək ələ keçirmişdir.

6. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlayaraq Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi “Amburan” İstirahət Kompleksinin yaxınlığına qədər daşımış, 19 iyul 2023-cü il tarixdə, saat 21:50-də Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi “Amburan” İstirahət Mərkəzinin yaxınlığında olan zaman onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin (bundan sonra mətndə - Sabunçu RPİ-nin 14-cü PŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 8 ünvanında yerləşən Sabunçu RPİ-nin 14-cü PŞ-yə gətirilmiş, orada 20 iyul 2023-cü il tarixdə, saat 00:20-də üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 1(bir) ədəd sellofana bükülmüş təmiz çəkisi 2,160 qram olmaqla külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:

7. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2, 182.2.4 və 234.1-1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək 19 iyul 2024 və 13 sentyabr 2024-cü il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclaslarında ifadəsində göstərdi ki, “Amburan” İstirahət Mərkəzinin çıxışında qara rəngli AP nömrəli “Daewoo Gentra” markalı maşınla gəlmiş iki nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirib rəisin onunla işi olduğunu deyərək onlarla birlikdə polis idarəsinə getməsini tələb etmişlər. O həmin şəxslərdən xidməti vəsiqələrini göstərmələrini tələb etmiş, polis əməkdaşları xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmiş, bundan sonra o həmin şəxslərin polis əməkdaşları olduqlarına əmin olub hər hansı müqavimət göstərmədən onlarla birlikdə getməyə razılıq vermişdir. O, yaxınlıqda olan avtomobilini də götürmək istəmiş, lakin polis əməkdaşları onu öz avtomobillərində tək halda arxa oturacaqda əyləşdirməklə mobil telefonunu əlindən almış, habelə onu yarım saat ərzində geri qaytaracaqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları onu Sabunçu RPİ-nin 14-cü PŞ-nin inzibati binasının yerləşdiyi ərazidəki həyətin arxa tərəfində yerləşən zirzəmiyə (podvala) aparmışlar. Həmin vaxt onun yanında Şahid2 adında polis əməkdaşı və 2-3 nəfər başqa polis əməkdaşları da olmuş, azı 3 saat müddətində həmin zirzəmidə saxlanılmışdır. Polis əməkdaşları onu rəis kimi tanıdığı Heydər adlı hündürboy, sarı saçlı, Naxçıvan ləhcəsi ilə danışan şəxslə görüşdürmüşlər. Daha sonra o, zirzəmidən çıxarılıb üzbəüzdə yerləşən içərisində divan və 2 kreslo olan otağa aparılmış, orada bir nəfər şəxs oturaq vəziyyətdə olmuşdur. Onun cibindən elektron siqaret, 400-500 manat məbləğində pul, bank kartı və maşınının açarı aşkar olunaraq sonradan valideynlərinə qaytarılmışdır. O digər otağa keçirildikdə telefon vasitəsilə rəislə danışdırılmış, sonuncu onun kiməsə ilişdiyini, yuxarıdan onun tutulması ilə bağlı tapşırıq verildiyini, 48 saat sonra buraxılması üçün videoçəkiliş zamanı narkotik vasitənin özünə məxsus olmasını bildirməsini, barəsində qətimkan tədbiri məsələsi həll edilərkən məhkəmədən dərhal buraxılacağını bildirmiş, həmin vaxt Şahid2 da orada olmuşdur. Daha sonra üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən Şahid2 və başqa polis əməkdaşları tərəfindən ona təzyiq göstərilmiş, həmin şəxslər onun əllərini bağlayaraq cibindən 3 bükümdə olan narkotik vasitə çıxarmasını tələb etmişdir. Polis şöbəsində olarkən Şahid1 adlı polis əməkdaşına zəng edilərək onun üzərinə 3 ədəd içərisində narkotik vasitə olan bükümün qoyulması barədə tarpşırıq verilmiş, Şahid1 isə onun üzərinə bir büküm qoymaqla guya ona yaxşılıq etdiyini bildirmiş, həmin söhbət rəisin sürücüsü və digər polis əməkdaşının iştirakı ilə aparılmış, lakin hal şahidləri orada olmamışdır. Daha sonra o, 3-cü mərtəbədə təhqiqatçının otağının yanındakı başqa bir otağa aparılmış, orada ona “Səninlə başqa cür danışaq, ya da boynuna al” deyildikdə o “nə edirsiz, edin” deyə cavab vermişdir.

8. Verilən suallara cavab olaraq 11 noyabr 2024 və 29 noyabr 2024-cü il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasları zamanı Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə tanış olduqdan bir ay sonra sonuncu ilə hər gün görüşərək evinə aparıb gətirmiş, sonradan aralarında yaranmış mübahisə ilə əlaqədar Gilə onun zənglərinə cavab vermədiyindən o, bir video çəkmiş, lakin daha sonra Gilə onun zənginə cavab verdiyindən həmin çəkdiyi videonu Giləyə göndərməmişdir. O həmin videonu Zərərçəkmiş şəxs şantaj etmək və ya ona hədə-qorxu gəlmək məqsədilə çəkməmişdir. Zərərçəkmiş şəxs ona 7.000 manat pul borcu olduğundan sonuncuya əsəbiləşərək belə bir video çəkmiş, həmin videonu mobil telefonundan silməyinə baxmayaraq, video polislər tərəfindən yenidən bərpa olunmuşdur. Hesab edir ki, onun hazırkı iş üzrə həbs edilməsinə səbəb Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi Şahid6dur. Belə ki, o, Penitensiar Xidmətin Müalicə Müəssisəsində olarkən müstəntiq Şahid7 ona xəbər göndərərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirilməsini qəbul edib narkotik vasitənin özünə məxsus olmasını boynuna alacağı təqdirdə məhkəmədən buraxılmasına köməklik göstərəcəyini, əks halda isə barəsində əlavə olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə də cinayət işinin açılacağını bildirmişdir.

9. Verilən suallara cavab olaraq 6 dekabr 2024-cü il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, müstəntiq Şahid7 atasına onun (Təqsirləndirilən şəxs) narkotik vasitəni özünə məxsus olmasını etiraf etdiyi halda, guya onun tərəfindən törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədlədirilməklə yekunlaşdırılacağını, məhkəmədə isə məsələnin bütövlükdə həll ediləcəyini bildirmiş, həmin hala hazırda hüquqlarını müdafiə edən vəkil Müdafiəçi1 də şahid olmuşdur. O, baş verən qanunsuzluqlara etiraz əlaməti olaraq ibtidai istintaq zamanı bir neçə dəfə özünə xəsarət yetirmişdir. Müalicə müəssisəsində olarkən Nicat ona təqdim etdiyi sənədlərə imza çəkməsini bildirdikdə o, etiraz edərək qışqırmağa başlamış, bu səbəbdən müəssisə rəisi ilə birlikdə digər bir neçə nəfər şəxs otağa daxil olmuş, sonunculara Nicatın onu yaxın qohumları ilə hədələdiyini demişdir. O, Nicatla razılaşmamış, müəssisə rəisi isə Nicatdan həmin müəssisəni tərk etməsini tələb etmişdir. Bundan sonra o, müalicə müəssisəsindən çıxarılaraq istintaq təcridxanasına köçürülmüş, lakin ağzından qan axmasına görə yenidən müalicə müəssisəsinə göndərilmişdir. Müdafiəçisi və dostu Müdafiəçi1 onun yanına gələrək polislərin ona qarşı aça biləcəyi başqa bir hal varsa, elə narkotik vasitəni boynuna götürməsini məsləhət görmüş, o isə sonuncuya heç bir başqa səhv hərəkətinin olmadığını demişdir. O, narkotik vasitələrdən istifadə etməmişdir. Sonradan Zərərçəkmiş şəxs onun barəsində şikayət etməsi məlum olmuşdur. Müstəntiq Nicat ondan Zərərçəkmiş şəxs şikayəti ilə əlaqədar izahat verməsini tələb etdikdə o, izahat verməkdən imtina etdiyindən aralarında mübahisə yaranmış, Nicat da çıxıb getmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs zəng edərək nə səbəbə ondan şikayət etməsini soruşduqda sonuncu polislər hədələdiyinə görə onların dediklərini etdiyini bildirmişdir. O, hazırkı iş üzrə tutulmazdan dörd gün əvvəl də Zərərçəkmiş şəxs ilə aralarında yaxın münasibət olmuş, lakin sonuncunun ailəsinin onların münasibətindən xəbəri olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs evinin təmiri ilə əlaqədar ondan borc istəmiş, o da atasından 10.000 manat borc alıb özü də üzərinə pul əlavə edərək Giləyə 2022-ci ilin yay aylarında 25.000 manat məbləğində borca pul vermişdir. O, Zərərçəkmiş şəxs ilə tanış olarkən sonuncu evini təmir etdirdiyini demişdir. Gilə sonradan ona verdiyi pulu geri qaytarmış, geri qaytararkən borcunu nağd şəkildə ödəmişdir. Bundan başqa, Gilə ondan evindəki santexnika işləri ilə bağlı da pul lazım olduğunu deyərək yenidən pul istəmiş, o da təkrarən sonuncuya borc vermiş, bir müddət sonra isə Gilə borcunu geri qaytarmışdır. Gilə aralarında olan dostluq münasibəti ilə əlaqədar ondan borca pul istəmişdir. Həmçinin o da Gilədən borc alıb qaytarmışdır. O, Giləyə 7300 manat borc pul verərkən sonuncu həmin vaxt əvvəlki borcundan müəyyən məbləğdə borcunu geri qaytarmış, ümumi borcunu isə 3-4 ay ərzində tam şəkildə ödəmişdir. O, pulu olmadıqda Gilədən borc pul almışdır. Müdafiəçisi Müdafiəçi1 də avtomobili onun ofisində təmir olunduğundan sonuncu da ona pul göndərmişdir. O, Zərərçəkmiş şəxs ilə yaxın münasibətdə olduğundan və sonuncunun kifayət qədər qazancı olduğundan verdiyi borc pulu qaytaracağını bildiyi üçün Giləyə borc pullar vermişdir.

10. Verilən suallara cavab olaraq 10 yanvar 2025-ci il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, Zərərçəkmiş şəxs ərini və qardaşını tanımır, onların ad və soyadını bilmir, bildiyinə görə sonuncular ona məxsus avtomobil servisində avtomobillərini təmir etdirmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs əri və qardaşını tanımasına dair ifadə verməmişdir. Müstəntiq Şahid7 müdafiəçisi Müdafiəçi1lə birgə mobil telefonunu ona təqdim edərək istintaq hərəkəti yerinə yetirmək üçün müalicə müəssisəsinə gəlmiş, Nicat ona təzyiq edərək “bu formada yazmalısan” deyib stola təpik vuraraq orada onunla mübahisə etməyə başlamış, mübahisələrini eşidən müəssisə rəisi də içəri girib müstəntiqi oradan qovmuşdur. O, Zərərçəkmiş şəxs evində heç vaxt olmamış, sonuncu ondan aldığı borc pulları qaytarmışdır. O, ibtidai istintaq zamanı Gilənin ona olan borclarını sonuncunun ərinin qaytarmasına dair ifadə verməmişdir. Onun dostlarından, eləcə də qohumlarından kimsə Gilədən borc pul almamışdır. Hacı adlı qardaşının Gilədən borc pul alması barədə məlumatı yoxdur, bununla bağlı ifadə verməmişdir. O, Giləni aralarındakı münasibətlə əlaqədar sonuncunun qardaşına məlumat verəcəyinə dair hədələməmiş, habelə ondan pul tələb etməmişdir. O, X6 tanıyır. Müstəntiq Elnur əməliyyat tədbirinə gedərkən istintaqın rəisinə zəng edib “bir nəfər də qız göndər, yoxlanılmalı adam olacaq” demişdir. Nürəddin əməliyyat zamanı otaqda olan şəxs olmuş, sonuncu barədə onda video da vardır. Əməliyyat tədbirindən əvvəl onun yanına qara saqqallı şəxs gəlmiş, ona evin yerini göstərmişdir. Evini göstərdiyi şəxs ondan maşın almış, lakin maşının pulunun bir hissəsini verdikdən sonra maşınla qəza törədib maşını ona geri qaytarmışdır. O da Elnura pulunu həmin şəxsdən alıb ona geri qaytarmasına köməklik etməsini bildirmişdir. O heç bir polis orqanında işləmiş, lakin polis və prokurorluq orqanlarında tanışları çoxdur. Elnura Elnarə adlı qadının narkobaron olması barədə məlumat verdikdə Elnur ona “əgər qadın narkobarondursa, al bu duzları apar qoy onun evinə mən də onu tutum” demiş, o da 2 qutu duzu götürüb həmin qadının evinə aparıb qoymuş, habelə qoyduğu yer barədə Elnura məlumat vermişdir. Bundan sonra Elnur əməliyyat tədbiri keçirib həmin qadını tutmuş, habelə gecə ona zəng edərək Əhməd adlı şəxsin şəklini göndərmiş, o da Əhmədin həmin qadınla əlaqədə olmasını təsdiq etmişdir. O, Elnarə adlı qadından pulunu tələb etmiş, lakin sonuncu ona hədə-qorxu gələrək ziyanını ödəməyəcəyini bildirmiş, həmçinin hansısa polislər onu tutaraq Elnarə adlı qadından bir də pul tələb edəcəyi təqdirdə başını kəsəcəkləri ilə hədələmişlər. Avtomobilə qəza nəticəsində təxminən 38.000 dollar məbləğində ziyan dəymişdir. Həmin qadın ondan “Mercedes G” class markalı maşın alıb pulunun yarısını vermiş, maşınla qəza etdikdən sonra isə maşını ona geri qaytarmışdır. Həmin qadının Dubay və Türkiyə ilə əlaqələri olmuş, sonuncudan pulunu tələb etdikdə pulunu qaytarmamış, özünü prezidentin mühafizəçisi kimi təqdim etmiş şəxs ona hədə-qorxu gələrək “səni tutarıq, qadından əl çək” demişdir. Polisdə xidməti otaqda Müdafiəçi1, Nicat və Elnurla birlikdə olarkən sonuncuya verdiyi sifarişini geri götürməsini, onun buraxılmasını təmin etməyini xahiş etmiş, Elnur isə Nicata “rəisinə de, buraxsınlar” demişdir. Elnur Elnarəni tutduqdan sonra ona vəd etdiyi borcunu qaytarmalı olmuş, lakin sonradan vədinə əməl etməmişdir. Bildiyinə görə, müstəntiq Elnur Elnarədən 500.000 manat məbləğində pul almışdır. Müdafiəçisi Müdafiəçi1 bank kartından ona göndərilən pullar şəxsi işləri ilə bağlı olmuşdur.

11. Verilən suallara cavab olaraq 7 fevral 2025-ci il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, Gilə onun verdiyi borc pulları hissə-hissə qaytarmışdır. Giləyə evində gördüyü santexnika işləri üçün 15.000 manat məbləğində borc pul da vermişdir. O, Gilənin borcunu qaytarması üçün kredit götürməsini bilməmişdir. O, Giləni kasıb insan kimi tanımamış, Gilənin bahalı avtomobili də olmuşdur. Hesab edir ki, onun bank kartına göndərilmiş bütün pullar Gilə tərəfindən göndərilməmişdir. Almaz Aydın onun bacısıdır. O, ibtidai istintaq zamanı 15 yanvar 2024-cü il tarixli verdiyi ifadəsini imzalamamış, lakin ona təqdim edilmiş həmin ifadəsinin sonundakı əl yazısı ilə olan yazılar onun xəttidir. Bir daha bildirir ki, qeyd etdiyi cinayət işinin 2-ci cildinin 130-135-ci səhifələrindəki ifadədə olan imzalar ona məxsus deyil, lakin əlyazma ilə yazılan sözlər və imza onun tərəfindən icra olunmuşdur. İbtidai istintaq zamanı mobil telefonunun giriş kodunu könüllü surətdə müstəntiqə təqdim etmişdir. Sonda Təqsirləndirilən şəxs hər hansı cinayət əməli törətmədiyini bildirərək ona bəraət verilməsini xahiş etdi.

12. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələri ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr də məhkəmədə elan edilərək tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs oğu həmin ifadələrində göstərmişdir ki, Sabirabad rayonu Azadkənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamışdır. Onun üzərində şəxsi axtarış keçirilən zaman naməlum maddənin aşkar edilməsi ilə bağlı bildirmişdir ki, 19 iyul 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən “Amburan” istirahət kompleksinin yaxınlığında, yol kənarında olarkən özlərini polis əməkdaşları kimi təqdim edən iki nəfər mülkü geyimdə olan şəxslər ona yaxınlaşaraq onu PŞ-yə dəvət etmişlər. O həmin şəxslərlə birlikdə PŞ-yə getmiş və orada otaqların birində ilkin olaraq onu gətirən polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilmişdir. Üzərində 1(bir) ədəd özünə məxsus "İphone” markalı mobil telefon, elektron siqaret, “BMW” markalı avtomaşına məxsus açar, “Rabitə Bank”a məxsus plastik bank kartı aşkar edilərək həmin şəxslər tərəfindən götürülmüşdür. Həmin əşyaları qeyd etdiyi əməliyyat müvəkillərinin otağında qalmış və daha sonra onu təhqiqatçının otağına gətirmişlər. Təhqiqatçının xidməti otağından əvvəl isə o, başqa bir otağa aparılmış və nə olduğunu bilmədiyi bükümdəki maddəni həmin şəxslərdən götürüb cibinə qoyması tələb edilmiş, o isə buna etiraz etmişdir. Həmin şəxslər isə onun əllərinin hər ikisinə qandal vuraraq bükümdə olan maddəni əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoymuş və onu təhqiqatçının otağına gətirmişlər. Daha sonra təhqiqatçı üzərində olan əşyaları təqdim etməyi təklif etmiş, onun əlləri qandalla bağlı vəziyyətdə olduğundan bildirmişdir ki, onun üzərinə yan otaqda bilmədiyi maddə qoymuşlar. Təhqiqatçının təklifi ilə üzərində olan, qeyd etdiyi bir kiçik bükümdə olan naməlum maddəni və özünə məxsus “İphone” markalı mobil telefonu təqdim etmişdir. Bundan başqa üzərindən aşkar edilmiş bir ədəd özünə məxsus, üzərində “İphone” markalı mobil telefon və 1(bir) ədəd naməlum maddə qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Onu da qeyd etmişdir ki, istifadəsində olan mobil telefonu yan otaqda sonradan əməliyyat müvəkkiləri ona təqdim etmişlər. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. O, ruhi-əsəb və başqa heç bir xəstəliklərdən əziyyət çəkmir və bununla əlaqədar olaraq heç yerdə qeydiyyatda deyil. O, saxlanılan zaman heç bir xəsarət almamışdır. O, polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Onun istifadəsində yalnız ***-***-**-** GSM nömrəsi olmuşdur. O, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi Şahid6 ilə çoxdandır tanışdır, aralarında səmimi münasibət olmuşdur. 2023-cü ilin iyul ayının əvvəllərində o, Elnur və sonuncunun köməkçisi kimi tanıdığı X22 ilə birlikdə “Rivera” otelin restoranında oturmuşlar. O həmin şəxslərə bildirmişdir ki, X9 “Ağ şəhər”dən ev alarkən ondan 15.000 ABŞ dolları məbləğində pulu borc olaraq almış və həmin puldan 1500 ABŞ dollarını qaytarmışdır. O, Elnur və Şirvana bildirmişdir ki, Elnarə Niftullayeva narkomandır və o həmin şəxsdən pulunu istəyən zaman ona hədə-qorxu gəlmişdir ki, həmin şəxsin dövlət orqanlarında işləyən yaxını var və ona demişdir ki, “Səni getdiyin yerdə götüzdürərəm”. O, Elnarə Niftullayevadan qorxduğu üçün bu barədə Elnur və Şirvana məlumat vermişdir. O həmin şəxsin ad-familyasını və “Mercedes” markalı **-EN-*** dövlət nömrə nişanlı avtomobil idarə etdiyini bildirmiş və həmin şəxsin Əhməd adlı şəxslə ölkələrarası qanunsuz pul köçürmələri ilə məşğul olduğunu və “Ağ şəhərdə” yaşadığını demişdir. Elnur ona demişdir ki, həmin adamı araşdırıb ona məlumat verəcəkdir. Həmin günün səhərisi Elnur onu Nərimanov Rayon Polis İdarəsində xidməti otağına çağırmışdır. Elnur ona demişdir ki, Elnarə çox imkanlı adamdır və onun həmin şəxsi haradan tanıdığını soruşmuşdur. O, Elnura Elnarəni bizneslə məşğul olarkən tanıdığını demiş və Elnur ona Əhmədin əlamətləri barədə suallar vermiş və o isə Əhmədin təxminən, 47-48 yaşlarında, hündürboylu, orta bədən quruluşlu və saçlarının bir az ağarmış olmasını və BƏƏ-nin Dubay şəhəri və Türkiyə Respublikasında Elnarənin işlərini gördüyünü bildirmişdir. O, Elnura bildirmişdir ki, Elnarə və müəllimə rəfiqəsi onun yanında psixotrop maddə və narkotik vasitədən istifadə etmişlər. Həmin günün səhəri Elnur onu yenə çağırmış və o həmin şəxsin xidməti otağına getmişdir. Axşam saat 23 radələrində Elnur ona şəkil göndərib Əhmədin həmin şəxs olub-olmamasını soruşmuş və o da Əhmədin şəkildəki həmin şəxs olduğunu təsdiqləmişdir. Elnur ona demişdir ki, həmin şəxsi bir dəfə tutmuşdur. Həmin günün səhəri Elnur onu yenə iş yerinə çağırmış və o, Elnurun iş yerinə gəlmişdir. O, görmüşdür ki, artıq Elnur bilir ki, Elnarənin Bakı şəhərində müxtəlif ünvanlarda 19 ədəd evi və 3 ədəd obyekti, Türkiyə Respublikasında bir neçə evi və BƏƏnin Dubay şəhərində böyük bir şirkəti vardır. Elnur ona demişdir ki, “gəl əməkdaşlıq edək” və onun həmin şəxsdə olan pulunu qaytaracaq və ona avtoinspektor polis vəsiqəsi verəcəkdir. O da pulunun geri qayıtması üçün və polis olmaq istədiyinə görə həmin şəxslə razılaşmışdır. Elnur bildirmişdir ki, ona Elnarənin evinə qoyması üçün narkotik vasitə verəcəkdir. O, Elnurla razılaşmamış, onlar daha sonra birlikdə polisin həyətinə düşmüş, polislə üzbəüz olan mağazadan 4 paçka duz, 02 ədəd sellofan torba və 01 ədəd skoç almışlar. Bundan sonra polisin həyətindəki kafeyə keçərək duzları Elnurla Şirvan sellofan torbalara doldurmuş və skoçla bağlamışlar. Bundan sonra həmin şəxslər həmin bükümləri ona vermiş və Elnarənin evinə qoymağını tapşırmışlar. O da Elnarənin onunla danışmadığını, Elnarəyə gül almaq lazım olduğunu demiş və Elnurdan gül almaq üçün 200 manat pul almışdır. Bundan sonra görüşmək üçün Elnarəyə zəng vurmuş, sonuncu rayonda olduğunu demiş və nə vaxt gəlsə görüşəcəyini bildirmişdir. O bu barədə Elnura demiş və sonuncu onu otağına çağırmışdır. O, Elnarədən qorxduğunu, ona problem ola biləcəyini və təzə tanış olduğu adamın polis olduğunu Elnura demişdir. Elnur ona Şirvanın və Nurəddinin yanında qorxmamağını bildirmiş və onun pulundan əlavə 5000 manat məbləğində pul və polis vəsiqəsi verəcəyini bildirmişdir. Ondan diplomlarını istəmiş və onu polis idarəsinə işə qəbul etdirmələri ilə bağlı ərizə yazdırmışdır. Elnur ona demişdir ki, “artıq sən bizim işçimizsən qorxma” və ona demişdir ki, iş bitdikdən sonra onu rəisin yanına aparıb təqdim edəcək. Sonra Elnarə rayondan qayıtmış və gecə onu maşın məsələsini danışmaq üçün evinə dəvət etmişdir. O da bu barədə Elnura məlumat vermişdir. Elnur da verdiyi duzları evin içində gizlətməyi tapşırmışdır. Gecə saat 23 radələrində o, Elnarənin evinə getmiş və əlində hədiyyələr aparmışdır. Elnarə ona çay süzən zaman o, ayaqyoluna keçmiş və ayaqyolunda olan hündür şkafın ən yuxarı mərtəbəsinə həmin duzları yerləşdirmişdir. Sonra 1-2 saat Elnarə ilə çay içib çıxıb getmişdir. O, evdən çıxıb Elnura xəbər vermək istəsə də, Elnur telefona cavab verməmiş və o bu barədə Şirvana məlumat vermişdir. Səhəri gün Elnur onu yığmış və ondan nə etdiyini soruşduqda o, duzları yerləşdirdiyi yeri Elnura demişdir. Elnur ona sabah tədbir keçirəcəyini demiş və onu polis idarəsinə dəvət etmişdir. O, səhəri gün Elnurun yanına getmiş, otaqda Şirvan Əhmədov və Nurəddin Niftəliyevin olduğunu görmüşdür. Otaqda Elnurun 55-60 yaşlarında başqa köməkçisi olmuşdur. Elnur otaqda planlaşdırıb başqa rayon olduğu üçün hansısa rəisə yığıb demişdir ki, bir nəfər qız polis göndərsin. Rəis demişdir ki, tapşırıq verib 1 saata polis qız və iki nəfər əməliyyatçı orada olacaqdır. Bundan sonra onlar otaqda əməliyyatın necə aparılacağını danışmışlar. Həmin şəxslər planlaşdırmışlar ki, evə girdikdən sonra birinci bütün otaqlarda axtarış aparacaqlar və hamamda onun qoyduğu maddələri tapacaqlar. Onlar qərarlaşıb 3 maşın yola düşmüşlər. O, qarşıda öz maşını ilə, arxada 2 maşın polis işçiləri olmuşdur. Onlar “Ağ şəhər”ə gəlmiş, Elnur əməliyyatçılara Elnarənin maşınının orada olub-olmadığını yoxlamağı tapşırmış, əmliyyatçılar gəlmiş və maşının orada olduğunu demişlər. Bundan sonra kamera çəkilişi ilə Elnarənin mənzilinə qalxmışlar və o isə bu zaman aşağıda maşında oturmuşdur. Bir qədər gözlədikdən sonra Elnarəni qandallayıb maşına saldıqlarını görmüşdür. Bundan sonra o, çıxıb getmiş, daha sonra Şirvana yığıb necə olduğunu soruşmuş və Şirvan isə ona demişdir ki, qoyduqlarını tapmışlar və hər şey yaxşı olacaq. Həmin hadisədən 2 gün keçdikdən sonra o, Əhməddən öyrənmişdir ki, Elnarədən 500.000 manat pul alıb buraxmışlar. Şirvan da Əhmədin dediklərini təsdiqləmişdir. 2 gün sonra Elnur onu öz otağına çağırmış və Elnarənin evində aparılan çəkilişi ona göstərmişdir. Çəkilişdə bütün əşyalar axtarılaraq dəhlizə yığılmışdır. Elnarəni tutan 2 əməliyyatçı, qız, Nurəddin, Şirvan və Elnarənin üzündə tibbi maska, Elnarənin əynində dar şalvar, Elnarə cibindən nəsə büküm çıxarmış və təqdim etmişdir. Bundan sonra Elnur Elnarə barəsində açılan cinayət işini ona göstərmiş və o, orada görmüşdür ki, Elnarəyə 234.4.3-cü maddəsi ilə cinayət işi açılmış və həmin maddə 234.1-ci maddəyə tövsif edilmiş və Elnarə ev dustaqlığına buraxılmışdır. O bundan sonra Elnurdan pulunu və polis vəsiqəsini istəmişdir. Elnur ona 500 manat təqdim edərək bildirmişdir ki, ev dustaqlığına buraxmışlar ki, gedib pul tapıb gətirsin. Qalan pulunu sonra verəcəkmişlər. O isə Elnura bildirmişdir ki, “sən onun evindən 2 kq mal çıxartmısan və o sənə pul verməsə sən onu ev dustaqlığına buraxan deyilsən”. Elnur ona demişdir ki, Elnarə 2 günə pulu verəcək və həmin şəxs də onun pulunu verəcəkdir. 2 gündən sonra o, Elnurdan pul istəsə də pul olmadığını demişdir. O, Elnurdan vəsiqəsini istəməklə bağlı telefonla mübahisə edərkən evdə anası eşitmişdir. Atası və anası ondan bu barədə soruşduqda o, Elnurun ona borcu olduğunu və onu polisə düzəldəcəyini desə də düzəltmədiyini demişdir. Anası Elnurun mobil nömrəsinə yığaraq nə məsələ olduğunu soruşmuşdur. Elnur da anasına narahat olmamağını bildirmişdir. Həmin gün səhəri Elnur onu Nərimanov Rayon Məhkəməsinə yaxınlığına çağırmış və orada ona 500 manat məbləğində pul vermiş və 1-2 günə onun yanına gəlməsini tapşırmışdır. Sonra Elnura yığsa da sonuncu onunla çox pis danışmış, onu özünü öldürmək həddinə çatdırmış, o da binanın üstünə çıxaraq özünü öldürəcəyini demiş və Elnur ona demişir ki, “elə eləmə səni də qoydurum içəri, ağlını başına yığ”. O bu barədə atası və anasına demiş, onun pul və vəsiqəsini vermədiyini və olanların bir qismini danışmışdır. Atası və anası əsəbləşərək Elnurun yanına getmişlər. O, aşağıda maşında gözləmişdir. Görmüşdür ki, Şirvanla Nurəddin atası və anası ilə birlikdə aşağı düşmüşlər. Şirvan ona səbrli olmağını, hər şeyin yaxşı olacağını və 1-2 günə vəsiqə və pulunun veriləcəyini demişdir. O, atası və anasını götürərək evə getmiş və Elnurun haqsızlığından qorxaraq əvvəlcədən bütün olanları videokameraya danışmış və demişdir ki, onun başına bir iş gələrsə səbəbkar Elnurdur. Bir neçə gün sonra, yəni 19 iyul 2023-cü il tarixdə Elnur onu iş yerinə çağırmış və ona demişdir ki, “gəl yaxşı olacaq”. O da 19 iyul 2023-cü il tarixdə Elnurun iş yerinə gəlmiş, bir neçə saat həmin şəxsin iş yerində gözləmiş və həmin şəxsin işçisi ona demişdir ki, Elnurun işi var, gec gələcək. O, Elnurun iş yerindən çıxaraq “Amburan” istirahət mərkəzinə getmiş, orada olan zaman Şirvan ona zəng edərək harada olduğunu soruşmuş və o, Şirvana “konum” ataraq harada olduğunu və harada dincəldiyini video çəkərək Şirvana göndərmişdir. Şirvan ona vəsiqə və pulun hazır olduğunu deyərək gətirib orada ona təqdim edəcəyini demişdir. O, “Whatsapp” sosial şəbəkəsi vasitəsilə də Elnurla danışmışdır. Elnur Şirvanın onun pulunu və vəsiqəsini gətirəcəyini demişdir. Təxminən saat 18.00-da o, “Amburan” istirahət mərkəzindən yanında olan Lalə adlı qızla çıxmışdır. Lalə maşına tərəf getmiş, sumkalarla qapıdan çıxmış və çıxan zaman ona 2 nəfər polis əməkdaşı yaxınlaşmışdır və o, rəisin onunla şəxsi işi olduğunu deyərək həmin şəxslərlə polis idarəsinə getmək lazım olduğunu demiş və o da həmin şəxslərlə birlikdə polis bölməsinə getmişdir. Hesab edir ki, onun həbs olunmağına səbəbkar Şahid6dur. O, Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə tanış olmuş və bununla bağlı qeyd etmişdir ki, o, Zərərçəkmiş şəxs həyat yoldaşı Kazımla və qardaşı Rafaellə dostluq münasibətləri olduğuna görə tanımış və onun yoldaşı vasitəsilə Zərərçəkmiş şəxs tanımışdır. O həmin şəxslərin problemi olduğuna görə həmin şəxslərin evlərinə getmiş və evlərində Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs 2022-ci ilin əvvəllərində ondan 25.000 manat borc almışdır. Həmin şəxsin əri Kazım ona olan borcunu qaytarmışdır. O Giləyə qarşı heç bir hədə-qorxu gəlməmiş və Gilənin onun barəsində dedikləri yalan və şərdir. Onun Zərərçəkmiş şəxs ilə tanışlığı həmin şəxslərin evlərində Kazım və Rafaelin yanında olmuşdur. Onun Zərərçəkmiş şəxs ilə yaxın münasibəti olmuş və ona borcu ərinin yanında vermiş və Zərərçəkmiş şəxsnm əri Kazım da həmin borcu ona qaytarmışdır. Həmçinin, Zərərçəkmiş şəxs o, həbsdə olan zaman bir neçə dəfə onun yanına görüşə gəlmiş və sovqat gətirmişdir və ondan şikayətçi olmağı barədə heç nə bildirməmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndəi.v) i.v. 104; 136-138; 173-176; 247-249; Cild 2, i.v. 12-14; 130-135;).

13. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

14. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

15. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs 11 oktyabr 2024-cü il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında ifadəsində göstərdi ki, onun hazırda məhkəmə iclasında verdiyi ifadəsi həqiqəti əks etdirir. Belə ki, o, Məsləhətlə iki ilə yaxındır dostluq münasibətlərində olmaqla sonuncu ilə qarşılıqlı olaraq bir-birlərinə borc pul verib almışlar. Məsləhət sonuncu dəfə ona 4200 manat məbləğində borclu qalmış, həmin pulu 1 ay ərzində qaytaracağını deməsinə baxmayaraq, Məsləhət onun mobil telefonlarına cavab verməmiş və telefon nömrəsinə zəng çatmamışdır. Həmin ərəfələrdə Sabunçu RPİ-nin müstəntiqi ona zəng edərək ondan Məsləhəti tanıyıb-tanımamasını soruşduqda o, Məsləhəti tanıdığını, lakin ifadə vermək istəmədiyini bildirmişdir. Müstəntiq isə idarəyə gəlməyəcəyi təqdirdə iş yerinə, habelə ailə üzvlərinə zəng edəcəyinə dair onu hədələmiş, o da qorxduğundan idarəyə getmişdir. İdarədə müstəntiq ona Məsləhət haqqında izahat verməli olduğunu dedikdə o, etiraz etmiş, həmin vaxt Məsləhətin tutulduğunu bilmişdir. Bundan sonra o, istintaq şöbəsinin rəisinin yanına aparılmış, orada rəis kobud formada ondan izahatını yazmağını tələb etdiyindən Məsləhətin ona 4200 manat məbləğində borcu olmasına, habelə zənglərinə cavab verməməsinə dair izahat yazmışdır. Ona hər şeyin yaxşı olmasını deyib evə yollamışlar. Lakin 2-3 gün sonra müstəntiq ona yenidən zəng edərək polis idarəsinə yaxınlaşmasını bildirdikdə səbəbini soruşmuş, müstəntiq isə məsələnin telefon söhbəti olmadığını, mütləq idarəyə yaxınlaşmalı olmasını demişdir. O, idarəyə getdikdə müstəntiq onun izahatında bildirdiyi borc məsələsini Məsləhətə dediyini, sonuncunun da onu (Giləni) şikayət edərək ona (Məsləhətə) külli miqdarda borcu olduğunu bildirdiyini demişdir. O, müstəntiqə mobil telefonunda saxladığı qəbzlərinin olduğunu dedikdə sonuncu adam göndərib telefonunu aşağıdan gətirdərək vizual baxış keçirib Məsləhətlə nə barədə yazışmalarının olduğunu soruşmuş, o da cavabında yazışmalarına baxmağa ixtiyarının olmadığını bildirmişdir. Müstəntiq ona Məsləhətdən şikayətçi olmasını, əks halda Məsləhətin ondan şikayətçi olacağını, bu səbəbdən onu qabaqlamalı olmasını bildirmişdir. O, müstəntiqdən ərizəni necə yazmalı olmasını soruşduqda sonuncu pulu şantaj yolu ilə ondan tələb etdiyini yazmağını demişdir. Ərizəni yazdıqdan sonra müstəntiq Məsləhətin ona görə deyil, başqa işə görə tutulmasını deyib onu təsəlli etmişdir. Bir müddət sonra Məsləhətin valideynləri onu tapıb borcunu qaytararaq nəyə görə ərizə verdiyini soruşmuş, o, Məsləhətin ondan şikayətçi olduğunu bildirdikdə valideynləri bunu təkzib edərək Məsləhətin onun barəsində şikayət ərizəsi yazmadığını demişdir. Bundan sonra o, müstəntiqə zəng edərək ərizəsini geri götürmək istədiyini bildirmiş, sonuncu isə narahat olmamasını dedikdə o, bir daha ailəsində problem yarandığından ərizəsini geri götürmə istədiyinə dair təkid etmişdir. O, polis idarəsinə gedib orada da ərizəsini geri götürmək istədiyini desə də, ərizəsinin geri götürülməsinin mümkün olmadığını, əks halda ona cinayət işinin açıla biləcəyini bildirmişlər. Sonradan onun yenidən ərizə yazmasına razılıq verilmiş, lakin ərizədə Məsləhətin valideynlərinin xahişi ilə ərizəsini geri götürməsi barədə qeyd aparmasını diktə etmiş, etiraz etdikdə isə Cinayət Məcəlləsinin hazırda xatırlamadığı maddəsini ona göstərib həmin maddə ilə tutula biləcəyi göstərilmiş, o da məcbur olub müstəntiqin bildirdiyi formada ərizəsini yazmışdır. 2-3 gün sonra müstəntiq onu yenidən çağıraraq sənədlərə imza çəkməsini tələb etmiş, o da həmin sənədləri oxumadan imza çəkərək hər şeydən, o cümlədən ərizəsindən imtina etdiyini yazmışdır. Ona narahat olmamasına, habelə işin məhkəməyə göndərilməyəcəyinə dair təsəlli verilsə də, bir müddət keçdikdən sonra ondan istifadə edildiyini anlamış, dəfələrlə prokurorluğa, eləcə də mümkün bütün instansiyalara (orqanlara) ərizə ilə müraciət etmişdir. O, prokuror İbrahim Ləmbəranski ilə də şəxsən görüşərək ona ərizəsini təqdim etmiş, lakin sonuncu ona rus dilində “əşşi narahat olma nə var ki burda?!” deyərək ərizəni qəbul etdiyini bildirmişdir. Bundan başqa, o, təxminən mart ayında Bakı şəhər prokurorluğunda da Pərvin müəllimin şəxsən qəbuluna gedərək ona da öz ərizəsini təqdim etmiş, sonuncu Məsləhətin bayrama qədər buraxılacağını, ona görə yox, başqa işə görə tutulduğunu qeyd etmişdir. O, həmçinin Ağsu rayonunda baş prokurorun qəbuluna gedərək ona hər şeyi izah edərək iş üzrə icraata xitam veriləcəyini göstərmişdir. O, müstəntiqlə əlaqə saxladıqda sonuncu məsələnin artıq onun səlahiyyəti xaricində olmasını qeyd edərək onun zənglərinə cavab verməmişdir. O, müstəntiqə “whatsapp” sosial şəbəkəsi vasitəsilə səs göndərib mesaj da yazmışdır. Məhkəməyə təqdim etdiyi bu barədə mobil telefonunda olan mesajları təsdiq edir. Ona qarşı hər hansı şəxs, o cümlədən Məsləhət tərəfindən təzyiq olmamış, eləcə də hazırda da üzərində təzyiq hiss etmir. Onun Məsləhətlə arasında intim münasibətlər olmuş, həmin münasibətin videoçəkilişlə qeydə alınması, eləcə də şantaj edilməsi halları olmamışdır. O, ibtidai istintaq və məhkəmə icraatı zamanı hüquqlarını müdafiə etməsi üçün nümayəndə ilə özü sərbəst formada müqavilə bağlamışdır. O, ailəli olmaqla həkim işləyir. 2022-ci il tarixdə Məsləhətin bacısı uşağı onun qəbulunda olarkən Məsləhət də orada olmuş, bu vəsilə ilə onunla tanışlıq münasibətləri yaranmışdır. O, Məsləhətlə təklikdə görüşüb birgə çay içib çörək yemişdir. Onun ailə üzvlərinin Məsləhətlə olan dostluq münasibətindən xəbəri olmamışdır. Polis idarəsində ondan Məsləhəti haradan tanıması sual edildikdə o, Məsləhətin ona borclu olduğunu bildirmiş, ərizəsini də həmin formada yazmışdır. O, ibtidai istintaq zamanı müqavilə bağladığı vəkildən polis idarəsindən onu narahat etmələri ilə əlaqədar imtina etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələrini vəkil nümayəndəsinin iştirakı ilə vermişdir. Polis idarəsində Məsləhətin ondan şikayət edəcəyi bildirilsə də, sonuncunun şikayət ərizəsi ona göstərilməmişdir. O, müstəntiqin sözünə inanaraq Məsləhətin ondan şikayət edəcəyindən ehtiyat edərək ərizəni yazmışdır. Polis idarəsinə çağırılarkən Məsləhətlə aralarında heç bir problem olmamışdır. O, Məsləhətlə aralarındakı münasibətin normal olmasına baxmayaraq, hüquqi savadının olmaması ilə əlaqədar tanımadığı polisin sözü ilə ondan şikayət ərizəsi yazmışdır. O, ərizə verdikdən 10 gün sonra vəkil tutaraq ifadə vermiş, həmin 10 gün ərzində Məsləhətin yaxınları ilə görüşüb onun barəsində şikayət edib-etməməsini dəqiqləşdirməmiş, o cümlədən vəkili ilə bu barədə məsləhətləşməmişdir. O, polis əməkdaşlarının deməsinə görə ərizədə Məsləhətin ona hədə-qorxu gəlməsi ilə pul almasını qeyd etmişdir. O, həyatında ilk dəfə polis idarəsinə düşmüş, ona qarşı aqressiv münasibət göstərilməklə təzyiqlərə məruz qalaraq yoldan çıxarılmışdır. Polislər izahatın işin içərisinə əlavə edilməsi üçün alındığını bildirmişdir. O, vəkillə müqavilə bağladıqdan sonra polislərin ona qarşı münasibəti dəyişilmiş, polis vəkilin yanında Məsləhətin onun barəsində şikayət etdiyini, bu səbəbdən onu qabaqlamalı olmasını bildirmiş, lakin o həmin vaxt vəkili ilə kənara çəkilib məsləhətləşməmişdir. O, ifadələrini 2023-cü il tarixdə vermiş, 5 fevral 2024cü il tarixdən etibarən ifadələrini təkzib etməyə başlamış, dəfələrlə ərizəsini geri götürmək üçün müraciət etmişdir. Məsləhət 4200 manat pulu (nağd formada deyil, nağdsız) maşın gətirib satacağı adı ilə ondan almışdır. O, ilkin ərizəsində Məsləhətə borc verdiyini göstərmiş, lakin Məsləhətin ondan şikayət etməsi barədə eşitdikdən sonra, yəni ilkin ərizəsini yazdıqdan 5 gün sonra şikayət ərizəsi yazmışdır. Onun Məsləhətlə aralarında üzləşmə istintaq hərəkəti keçirilməmişdir. Şikayət ərizəsinin sonundakı əlyazma və imza onun özünə məxsusdur. O, hüquqi savadının olmaması ilə bağlı müstəntiqin (Nicat) diktəsi ilə yazdığı ərizə qeydiyyatdan keçirmək üçün harasa getməmiş, həmin vaxt vəkili də onun yanında olmuşdur. Lakin ilkin izahatını vəkilin iştirakı olmadan vermiş, həmin izahatını müstəntiqin “siz demisiniz, mən də yazmışam” deməsinə görə oxumadan imzalamışdır. Həmin izahatında Məsləhətin telefonlarına cavab vermədiyini göstərmişdir. Məsləhət tutulduqdan sonra onunla telefon danışıqları barədə məlumat verməmişdir. O, bank kartından istifadə edir, Məsləhətdən başqa şəxslərə də, habelə uşaqların müəllimlərinə də kart vasitəsilə pul göndərmişdir. Məsləhət ondan ümumiyyətlə şantajla nəsə istəməmiş, ondan hazırkı dövrədək hər hansı pislik görməmişdir. O, Məsləhətə olan borclarını kart vasitəsilə göndərmişdir. O, ilkin ərizə yazdıqdan 1 ay 5 gün sonra izahat vermişdir. Məsləhət özünü ona Ramil kimi təqdim edərək onu tanıdığını demiş, habelə mütəmadi olaraq zəng edib görüşmək istədiyini bildirmiş, o da Məsləhətlə görüşmüşdür. Əslində Məsləhətin maşını onda olmuş, maşını Məsləhətə verdikdən sonra sonuncu zəng edib maşında 10000 dollar pul olduğunu, həmin pulu onun (Gilənin) götürdüyünü demiş, o isə elə bir şey baş vermədiyini demişdir. Bundan sonra Məsləhət ona zəng edib üzr istəyərək pulu qardaşının götürdüyünü bildirmişdir. Onun maşını ustada olduğundan Məsləhət özünə məxsus “BMW” markalı maşını etibarnamə ilə ona vermişdir. Məsləhətə 10000 ABŞ dolları pulu nağd şəkildə vermişdir. Məsləhət ondan maşın gətirdiyi üçün ona pul verməsini xahiş etdiyindən könüllü şəkildə sonuncuya pul vermişdir. O, bankdan 5.000 dollar pulu götürüb Məsləhətə vermişdir. Bir dəfə Məsləhətin göndərdiyi yaşlı kişiyə 5.000 ABŞ dollar pul vermişdir. O, Məsləhətin bank kartına 2000 manat, 500 manat və s. məbləğlərdə pullar göndərmişdir. Kart vasitəsilə kimə nə qədər pul göndərməsini dəqiq bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəsində qeyd olunan məbləğlərdə olan pulları həqiqətən də Məsləhətə göndərmişdir. Müstəntiq telefonunu ondan alaraq “Whatsapp” yazışmalarını götürmüşdür. Vatsap mobil tətbiqindəki yazışmalarındakı xarici mobil telefon nömrələri Məsləhətin nömrəsidir, həmin yazışmalar ikisi arasındadır. “Emanat” qəbzləri və bank kartı şəkilləri onun telefonundan götürülərək iş materiallarına əlavə edilmişdir. Məsləhətin danışıq tərzi kobud və təhqiredici formada olduğundan sonuncunun onunla təhqiredici formada danışması xoş deyildir. Mobil telefonunu dəyişdiyindən “Whatsapp” yazışmaları da silinmişdir. O, müalicə müəssisəsinə gedərək Məsləhətə sovqat aparmışdır. O, Məsləhətin tutulduğunu bilməmiş, onu çağırdıqdan sonra tutulduğunu bilmişdir. Ərizəni verdikdən sonra onun yanına sovqat aparmışdır. Sentyabr ayında Məsləhətin yanına getməmişdir. Məsləhətlə istintaq təcridxanasında görüşməmiş, lakin telefon danışıqları olmuşdur. Şikayət ərizəsi yazdıqdan sonra Məsləhətlə danışmamışdır. Məsləhət təcridxanadan ona zəng edərkən hədə-qorxu gəlmədən ona sovqat aparmasını xahiş etmişdir. O, müalicə müəssisəsinə sovqat aparmışdır. “Whatsapp” yazışmalarında olan təhqiramiz və kobud ifadələri təzyiq kimi qəbul etmir. Belə ki, Məsləhətin danışıq tərzi elə kobud formadadır. “Whatsapp” yazışmalarında Məsləhətin ərinə görüntü göndərəcəyini, qohumlarına münasibətləri barədə məlumat verəcəyini deyərək onu hədələməsi qeyd olunmamışdır. “Whatsapp” yazışmalarında o da Məsləhətə cavab mesajı yazmışdır.

16. Verilən suallara cavab olaraq 1 noyabr 2024, 29 noyabr 2024 və 6 dekabr 2024-cü il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclaslarında Zərərçəkmiş şəxs ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs onu şantaj etməmiş, hədə-qorxu gəlməmişdir. O, polis idarəsinə çağırılmış, orada polis əməkdaşları Məsləhətin guya ona 55.000 manat məbləğində borcu olması ilə əlaqədar şikayət etdiyini, özünün Məsləhəti qabaqlayaraq onu şikayət etməyəcəyi təqdirdə isə onun özünü də (Giləni) həbs gözlədiyini deyərək ona qarşı hədə-qorxu gəlmişlər. O, əvvəlcə polislərin dediklərinə inanmasa da, sonuncular onu Məsləhətin ondan şikayət etdiyinə inandırmış, bu səbəbdən o da Məsləhət barəsində şikayət ərizəsi yazmış, lakin həmin şikayət ərizəsini yazmaqla səhv etmiş, sonuncu günahsız yerə həbs olunmuşdur. İbtidai istintaq zamanı Məsləhətin ona zəng edib dərman istədiyini göstərmişdir. Məsləhətin qardaşı ona zəng edərək onun (Məsləhətin) dərmana ehtiyacı olduğunu, həkim olması ilə əlaqədar reaksiyaya girməyən dərmanlar siyahısını özünün yaxşı bildiyini dedikdə o, alman aptekindən dərman almalarını məsləhət görmüşdür. O, Məsləhət müalicə müəssisəsində olarkən onun yanına bir dəfə getmiş, lakin görüşə bilməmişdir. Məsləhət ona müalicə müəssisəsindən zəng edərək ona hədəqorxu gəlməmişdir. Ona Məsləhətin müstəntiqin sifarişi ilə tutulması deyilmişdir. Məsləhətin valideyni borcunu qaytardıqdan sonra şantaja məruz qalmadığını demişdir. O, ifadəsində şantaj və hədə-qorxu sözlərindən istifadə etməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini polislərin psixoloji təzyiqi altında sonuncuların dediyi formada vermiş, idarəyə getmək istəmədikdə müstəntiq Nicat özü ona zəng edərək ailəsinin, eləcə də digər yaxınlarının baş vermiş hadisələri biləcəyini (hadisələrdən xəbərdar olacaqlarını) deyib onu şantaj etmişdir. O, ərizəsini geri götürəcəyini bildirdikdə polis rəisi Cövdət ona “səni tutduracam, ərizəni geri götürə bilməzsən” demişdir. Məsləhət ona zəng edərək pulunu aparıb verməsini deməmişdir. O, Məsləhətə olan borcunu qaytararkən onun göndərdiyi adama və ya bank kartına göndərmişdir. O, “Bakı Sağlamlıq Mərkəzində” həkim kimi fəaliyyət göstərməklə yanaşı universitetdə saat hesabı dərs də keçməklə aylıq dərslərdən qruplara əsasən 2-3 min manat qazanc əldə edir. O, Məsləhətlə münasibətdə olarkən xaricə 2 dəfə səfəri olmuş, Məsləhət tutulduqdan sonra 2 səfəri olmuşdur. O, xaricə konfranslarla əlaqədar getmiş, xərclər dövlət tərəfindən qarşılanmışdır. Onun Məsləhətdən aldığı borcu qaytarmağında heç bir problemi olmamış, banka başqa məsələrlə ilə bağlı müraciət edərək kredit götürmüşdür. O, bankdan faizlə pul götürüb Məsləhətə faizsiz borc vermişdir. O, xaricə səfərə gedərkən təxminən 10.000 manat pul xərcləmiş, həmin vaxt banka kredit borcu olmuşdur. O, borc aldıqdan sonra 2022-ci il tarixdə evini təmir etdirmişdir.

17. Verilən suallara cavab olaraq 7 fevral 2025-ci il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsinə əlavə edərək göstərdi ki, onun Məsləhətə verdiyi pullar özünə məxsus olmuşdur. Məsləhətə borc pul verməmişdən əvvəl və sonra da “Bank Respublika” və digər banklardan kredit götürmüşdür. O, Məsləhətlə aralarında yaranmış səmimi münasibətə baxmayaraq, sonuncuya aldığı borc pulu qaytaracağını bildirdiyi üçün kredit götürüb onun pulunu geri qaytarmış, ona borclu qalmaq istəməmişdir. Məsləhət onun ərini və qardaşını tanımamışdır. İbtidai istintaq dövründə verdiyi ifadələrin Məsləhətin qardaşına, ərinə xəbər verəcəyi ilə onu hədələyərək ondan pul tələb etməsi barədə yazılanlar müstəntiqin yalan yazdığı ifadələrdir. Məsləhətin ona borcu olmuş, həmin borc da ödənilmiş, aralarında hazırda borc yoxdur. Müstəntiq Şahid7 onun əri və qardaşını dindirmək istəmiş, lakin o, sonuncuların dindirilməməsini xahiş etdiyindən müstəntiq onları dindirməmişdir. Sonda Zərərçəkmiş şəxs Məsləhətdən hər hansı şikayət və ya tələbinin olmadığını, onunla barışdığını bildirərək məhkəmədən həmin halın nəzərə alınmasını xahiş etdi.

18. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr də məhkəmədə elan edilərək tədqiq edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs 15 dekabr 2023-cü il tarixli etibarnamə üzrə nümayəndəsi, vəkil Siracəddin Kərimovun iştirakı ilə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, o, həkim fəaliyyəti ilə məşğul olmaqla “Bakı Sağlamlıq Mərkəzində” neonatoloq-reanimatoloq kimi fəaliyyət göstərir. O, işi ilə bağlı çoxlu sayda vətəndaşlar qəbul etmiş və çoxlu sayda vətəndaşlarla mobil telefonla danışmışdır. 2022-ci ilin iyul ayında xarici mobil telefon nömrəsindən özünü ona Ramin adlı şəxs kimi təqdim edən sonradan adının Təqsirləndirilən şəxs Hacığa oğlu olduğunu bildiyi şəxs “Whatsapp” sosial şəbəkəsində ona yazaraq onu tanıdığını bildirmiş və onun yaşadığı ünvan barədə məlumat vermişdir. O həmin şəxsi tanımadığı üçün onu qara siyahıya atmış, lakin həmin şəxs ona yenidən yazaraq onu tanıdığını bildirmişdir. Bundan sonra həmin şəxs onunla görüşmək istədiyini və onu tanıdığını təkidlə bildirmişdir. Həmin şəxs ona təxminən 1 ay müddətində yazmış və hər dəfəsində onu əvvəldən tanıdığını bildirmişdir. O həmin şəxsi tanımadığı üçün və həmin şəxsin kim olduğunu öyrənmək üçün həmin şəxslə görüşmək qərarına gəlmiş və 2022-ci ilin avqust ayının sonlarında o həmin şəxslə Bakı şəhəri Səbail rayonu Şıxov qəsəbəsində olan dənizkənarı istirahət mərkəzlərinin birində kabinetli otaqda görüşmüşdür. Onlar görüşdükdən təxminən 1-2 saat sonra həmin şəxs ona zəng edərək onun həmin şəxsin pulunu götürdüyünü bildirmişdir. O həmin şəxsə pul götürmədiyini bildirdikdə həmin şəxs ona demişdir ki, həmin şəxs su almağa düşən zaman guya həmin şəxsin avtomobilinin saxlanc yerində 10.000 ABŞ dolları məbləğində pul olmuş və guya o həmin pulu götürmüşdür. Hətta ona bildirmişdir ki, həmin pula görə dayanacaqda olan “parkovşiki” döymüş və polisə müraciət etmişdir. Həmin şəxs onunla telefonda danışan zaman polis siqnalı səsi qoymuş və demişdir ki, polis bölməsinə ondan şikayət etmək üçün gəlmişdir. O həmin şəxsə bir daha bildirmişdir ki, həmin şəxsin pulunu götürməmişdir. Bu zaman həmin şəxs ona cavab olaraq demişdir ki, o, əgər həmin şəxsə 10.000 ABŞ dolları məbləğində pul verməsə həmin şəxs onun həyat yoldaşına zəng edərək həmin şəxslə birlikdə Şıxov qəsəbəsində olan istirahət mərkəzində bir yerdə olduğunu deyəcək. Həmin şəxs ona demişdir ki, onun həmin şəxslə olan görüşünü həmin şəxs telefonla videoya çəkmiş və onun barəsində olan rüsvayedici həmin videonu onun həyat yoldaşına göndərəcəkdir. O həmin şəxsə həyat yoldaşının mobil telefon nömrəsini bilmədiyini dedikdə həmin şəxs ona demişdir ki, həyat yoldaşının, oğlunun və qardaşının mobil nömrəsini bilir. O, ola bilməz dedikdə həmin şəxs ona həyat yoldaşı, qardaşı və oğlunun mobil nömrəsini göndərmişdir. O, istirahət mərkəzində olan zaman ayaqyoluna gedən zaman mobil telefonu həmin şəxsin yanında qalmış və kodsuz olduğu üçün həmin nömrələri götürmüşdür. O, sonradan başa düşmüşdür ki, həmin şəxs onu şərləmək üçün avtomobildə tək qoyaraq avtomobildən su almaq üçün düşmüş və əvvəlcədən planlaşdırılmış şəkildə onunla görüşmüşdür. Onlar həmin yerə gedən zaman həmin şəxs avtomobili aptekin qarşısında saxlayaraq ona həkim olduğunu deyərək aptekdən düşərək həmin şəxsə baş ağrı dərmanı almasını bildirmişdir. O da heç nə başa düşmədiyi üçün avtomobildən düşərək həmin şəxsə baş ağrı dərmanı alıb gəlmişdir. Həmin şəxs ona demişdir ki, həmin şəxsə 10.000 ABŞ dolları məbləğində pul verməsə onun barəsində həyat yoldaşına, oğluna və qardaşına həmin şəxslə birlikdə istirahət mərkəzinə getdiyini bildirəcək və onun həmin şəxslə birlikdə olmağının görüntülərini həyat yoldaşına, oğluna və qardaşına göndərəcəkdir. O da ailəsinin dağılmasından və rüsvay olmaqdan qorxduğu üçün həmin şəxsə iki dəfə olmaq şərti ilə 10.000 ABŞ dolları məbləğində pul vermişdir. O həmin şəxsə demişdir ki, onun 10.000 ABŞ dolları məbləğində pulu yoxdur və həmin şəxsə 5.000 ABŞ dolları məbləğində pul götürüb verə bilər və amma birdəfəlik ondan əl çəksin, həmin şəxs də onunla razılaşmışdır. Lakin, o, başa düşmüşdür ki, həmin şəxs 10.000 ABŞ dolları məbləğində pulu ondan almamış əl çəkməyəcək və buna görə də o həmin günün səhərisi “Bank Respublika” bankından 10.000 ABŞ dolları məbləğində kredit götürmüş və həmin şəxsə demişdir ki, gəlib pulu götürsün. Lakin həmin şəxs özü gəlməyərək bir nəfər yaşlı kişi göndərmişdir. Həmin şəxsin göndərdiyi adam gələrək 5.000 ABŞ dolları məbləğində pulu Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti 122 ünvanında yerləşən onun işlədiyi “Bakı Sağlamlıq Mərkəzi” xəstəxanasının qarşısında ondan götürmüşdür. Bundan sonra o həmin şəxsin nömrəsini qara siyahıya atmış və həmin şəxsdən onun mobil nömrəsini silməsini istəmişdir. Həmin şəxs də onunla razılaşaraq ondan pul aldığı gün nömrəsini siləcəyinə söz vermişdir. Lakin təxminən 10 gün sonra həmin şəxs ona yenidən xarici nömrə ilə “Whatsap” sosial şəbəkəsində yazaraq ondan əlavə 5.000 ABŞ dolları məbləğində pul istəmiş və verməyəcəyi halda barəsində rüsvayedici məlumatları ailə üzvlərinə göndərəcəyi ilə hədələmişdir. O, qorxduğu üçün bankdan götürdüyü 10.000 ABŞ dolları məbləğində puldan qalan 5.000 ABŞ dolları məbləğində pulu Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti 122 ünvanında yerləşən işlədiyi “Bakı Sağlamlıq Mərkəzi” xəstəxanasının qarşısında həmin şəxsin göndərdiyi adama vermişdir. Ondan ilkin 5.000 ABŞ dolları məbləğində pulu alan və ikinci 5.000 ABŞ dolları məbləğində pulu alan şəxs eyni şəxs olmuşdur. Bundan sonra həmin şəxs ondan yenidən pul tələb etdiyi üçün o, xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində ünvan 4 ünvanında yerləşən marketdə olan “Emanat” ödəmə terminalı vasitəsilə həmin şəxsin ona göndərdiyi “Kapital Banka” məxsus “**********523787” saylı kart hesabına 2.000 manat, xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində həmin marketdə yerləşən “Emanat” ödəmə terminalı vasitəsilə həmin şəxsin ona göndərdiyi “Kapital Banka” məxsus “**********523787” saylı kart hesabına 500 manat məbləğində pul göndərmişdir. Bundan sonra həmin şəxs ona yenə söz vermişdir ki, daha nömrəsini siləcək və onu bir daha narahat etmiyəcək. Bundan sonra təxminən 2 ay həmin şəxsdən xəbər olmamış və o, sevinmişdir ki, həmin şəxslə əlaqəsi kəsilmişdir. Lakin həmin şəxs 2022-ci ilin noyabr ayının əvvəllərində yenidən ona başqa nömrədən zəng edib hədəqorxu gələrək ondan 15.000 manat məbləğində pul tələb etməyə başlamış və ona demişdir ki, pul verməsə barəsində olan rüsvayedici məlumatları həyat yoldaşı və qardaşına bildirəcəkdir. Bundan sonra həmin şəxsin ona göndərdiyi “Kapital Banka” məxsus “**********523787” saylı kart hesabına xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində ünvan 4 ünvanında yerləşən marketdə olan “Emanat” ödəmə terminalı vasitəsilə 1500 və 1000 manat olmaqla ümumilikdə, 2500 manat, həmin gün axşam saat 19 radələrində həmin ünvanda olan “Emanat” ödəmə terminalı vasitəsilə həmin şəxsin ona göndərdiyi “Kapital Banka” məxsus “**********523787” saylı kart hesabına 800 və 200 manat olmaqla, ümumilikdə 1000 manat məbləğində pul göndərmişdir. Beləliklə də, xx.xx.2022-ci il tarixdə o həmin şəxsə, ümumilikdə 3500 manat məbləğində pul göndərmişdir. Həmin şəxs ondan yenidən pul tələb etdiyi üçün o, yenidən həmin şəxsin ona göndərdiyi “Kapital Banka” məxsus “**********523787” saylı kart hesabına xx.xx.2022-ci il tarixdə, saat 16:37-də 900 manat, həmin gün saat 17:14-də həmin ünvanda həmin kart hesabına 100 manat olmaqla, ümumilikdə 1000 manat məbləğində pul göndərmişdir. Həmin şəxsin ondan tələb etdiyi 15.000 manat məbləğində puldan ümumilikdə, 4500 manat məbləğində pul göndərdiyi üçün həmin şəxs ondan yenidən 10.000 manat məbləğində pul tələb etmiş və onun barəsində rüsvayedici məlumatları yayacağı hədəsi ilə onu yenidən qorxutmuşdur. O, məcbur qalıb xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində ünvan 4 ünvanında yerləşən marketdə olan “Emanat” ödəmə terminalı vasitəsilə həmin şəxsin ona göndərdiyi “Kapital Banka” məxsus “**********523787” saylı kart hesabına 2900 və 100 manat olmaqla, ümumilikdə 3.000 manat məbləğində pul göndərmişdir. Onun artıq pulu olmadığı üçün həmin şəxsdən bir gün vaxt istəmiş və həmin günün səhərisi, yəni xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 4A ünvanında yerləşən “Şəmkir” marketdə olan “Emanat” ödəmə terminalı vasitəsilə həmin şəxsin ona göndərdiyi “Kapital Banka” məxsus “**********523787” saylı kart hesabına 4.000 manat, həmin gün saat 19.22-də ünvan 14 ünvanında yerləşən “Şahdağ” marketdə yerləşən “Emanat” ödəmə terminalı vasitəsilə həmin şəxsin ona göndərdiyi “Kapital Banka” məxsus “**********523787” saylı kart hesabına 2.000 manat məbləğində pul göndərmişdir. Bundan sonra həmin şəxs ona söz vermişdir ki, bir daha onu narahat etməyəcəkdir. 2023-cü ilin aprel ayında ona yenidən başqa nömrədən zəng etmiş, ondan yenidən pul tələb etmiş və o həmin şəxsə xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində ünvan 4 ünvanında yerləşən marketdə olan “Emanat” ödəmə terminalı vasitəsilə həmin şəxsin ona göndərdiyi “Kapital Banka” məxsus “**********523787” saylı kart hesabına 2.000 manat məbləğində pul göndərmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində ünvan 4 ünvanında yerləşən marketdə olan “Emanat” ödəmə terminalı vasitəsilə həmin şəxsin ona göndərdiyi “Kapital Banka” məxsus “**********523787” saylı kart hesabına 1.000 manat, 750 manat və 250 manat olmaqla, ümumilikdə 2000 manat məbləğində pul göndərmişdir. Bundan sonra həmin gün həmin şəxsə göndərdiyi pul həmin şəxsə azlıq etdiyi üçün və yenidən pul tələb etdiyi üçün axşam saat 18:53-də özünə məxsus olan “Beynəlxalq banka” aid kartdan həmin şəxsin istifadəsində olan “Kapital Banka” məxsus “**********523787” saylı kart hesabına 1000 manat məbləğində pul göndərmişdir. Beləliklə, 2023-cü ilin aprel ayı ərzində o, Məsləhət Zərbahbəyliyə ümumilikdə, 5.000 manat məbləğində pul göndərmişdir. Bundan sonra 2023-cü ilin iyul ayının ortalarında ondan pul tələb etdiyi üçün o həmin şəxsə 14 iyul 2023-cü il tarixdə, saat 10 radələrində həmin şəxsin istifadəsində olan və həmin şəxsin ona göndərdiyi “Kapital Banka” məxsus “**********102786“ saylı kart hesabına 4.000 manat məbləğində pul göndərmişdir. O, pulları Təqsirləndirilən şəxs ona göndərdiyi “Kapital Banka” məxsus “**********523787” və “**********102786“ saylı kart hesablarına göndərmişdir. Beləliklə, həmin şəxs ondan hədə-qorxu gələrək, barəsində rüsvayedici məlumatları yayacağı ilə şantaj edərək, ümumilikdə 42.000 manat məbləğində pulunu ələ keçirmişdir. Bundan sonra bir nəfər, özünü Raminin qardaşı kimi təqdim edən şəxs ona ***-***-**-** saylı mobil nömrədən sms yazaraq ondan soruşmuşdur ki, “Ramini siz tutdurmusuz?” və o da heç nə başa düşmədiyi üçün həmin nömrəni qara siyahıya atmışdır. 2023-cü ilin təxminən sentyabr ayında Məsləhət tanımadığı nömrədən ona zəng edərək tutulduğunu, vəziyyyətinin ağır olduğunu bildirmiş, ondan yemək və dərman istəmişdir. O həmin şəxsin zənginə adboy versə də, həmin şəxs ona yenidən zəng etmiş və onun həyat yoldaşı və oğluna məlumat verəcəyini bildirmişdir. Həmin şəxs ona demişdir ki, sonuncu dəfə həmin şəxsə köməklik etsin və ona yalvarmışdır. O həmin şəxsə demişdir ki, türməyə gələ bilməz. Həmin şəxs ona nömrə vermişdir ki, həmin nömrədəki şəxs səhəri gün saat 11-də gəlib ondan həmin şəxsin istədiyi yemək, siqaret və dərmanları götürəcək. O həmin günün səhəri həmin şəxsin verdiyi nömrəyə zəng etsə də həmin nömrə cavab verməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona zəng edərək niyə istədiyi ərzaq, siqaret və dərmanı göndərmədiyini bildirmiş və onun üstünə qışqıraraq demişdir ki, “yenə kiməsə zəng eləmək lazımdır”. Bundan sonra Məsləhət ona demişdir ki, sonuncu dəfə kömək etsin və bir daha onu narahat etməyəcəkdir. Bundan sonra həmin şəxs ona olduğu türmənin yerini atmışdır. O, məcbur qalıb təxminən saat 14-15 radələrində Məsləhətin cəza çəkdiyi yerə Bakı şəhəri Nizami rayonu metropolitenin "xxxx" stansiyasının yaxınlığında yerləşən Müalicə Müəssisəsinə gedərək həmin şəxsin ondan istədiyi ərzaq, siqaret və dərmanı vermişdir. Bundan sonra o, Raminə verdiyi pulların bir hissəsini kredit götürdüyü və qaytara bilmədiyi üçün polisə şikayət etmək qərarına gəlmişdir (Cild 1, i.v. 13-17;). Həmin ifadəsinin sonunda Zərərçəkmiş şəxs öz əlyazması ilə “İfadəmi oxudum. Düzdür. Əlavəm yoxdur. Doğruluğunu öz imzamla təsdiq edirəm” cümlələrini qeyd etməsi müəyyən olunmuşdur.

19. Bundan başqa, Zərərçəkmiş şəxs 12 fevral 2024-cü il tarixli ifadəsi elan edilərək tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, istintaqa verdiyi ilkin ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs müstəntiqin “Siz istintaqa verdiyiniz ilkin ifadənizdə Təqsirləndirilən şəxs sizə qarşı hədə-qorxu gələrək pul aldığını bildirmisiniz. Lakin 8 fevral 2024-cü il tarixdə yazdığınız ərizənizdə onun sizə borclu olduğunu bildirmisiniz. Bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq göstərmişdir ki, hadisə ilkin ifadəsində qeyd etdiyi kimi baş vermişdir. Yəni Təqsirləndirilən şəxs ondan aldığı pulları hədə-qorxu yolu ilə ələ keçirmişdir. Lakin Təqsirləndirilən şəxs tutulduqdan sonra onun şikayət etməsini sonuncunun ailə üzvləri bilmiş və onun iş yerinə gələrək onu və onun tanış iş yoldaşlarına xahişə çıxaraq narahat etdikləri üçün o, Məsləhətdən yazdığı şikayətini geri götürmüş və ərizə yazarkən Təqsirləndirilən şəxs ona borcu olduğunu qeyd etmişdir. Bunu yazmağına səbəb Təqsirləndirilən şəxs valideynlərinin xahişə çıxdığı iş yoldaşlarının bu məsələni bilmələrini istəməməsi olmuşdur. Təqsirləndirilən şəxs valideynlərinin onun ailə üzvlərinə xahişə çıxamlarından ehtiyat edir. Onun hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur (Cild 2, i.v. 213-214;). Həmin ifadəsinin sonunda Zərərçəkmiş şəxs öz əlyazması ilə “İfadəmi oxudum. Düzdür. Əlavəm yoxdur. Doğruluğunu öz imzamla təsdiq edirəm” cümlələrini qeyd etməsi müəyyən olunmuşdur.

20. Həmçinin, Zərərçəkmiş şəxs 27 aprel 2024-cü il tarixli ifadəsi elan edilərək tədqiq edilmiş və onun 12 fevral 2024-cü il tarixli ifadəsi ilə eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir (Cild 4, i.v. 44-45;).

21. Məhkəmədə şahid qismində dindirilmiş Xankəndi şəhər X11 mübarizə qrupunun baş əməliyyat müəvəkkili polis mayoru Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, hadisə vaxtı Sabunçu RPİ-nin 14-cü PŞ-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. 19 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində narkotik vasitələrin saxlanması və istifadəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında 19 iyul 2023-cü il tarixdə Sabunçu RPİ-nin 14-cü PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində 19 iyul 2023-cü il tarixdə, saat 21:50-də Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi “Amburan Mall” İstirahət Mərkəzinin yaxınlığında müəyyən olunmuş və həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə Sabunçu RPİ-nin 14-cü PŞ-yə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunduqdan sonra təhqiqatçı Firon İsgəndərov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra PŞ-yə dəvət olunmuş hal şahidlərinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və həmin şəxsə üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükülünü və bir ədəd “İphone” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükülü qablaşdırılaraq möhürlənmişdir. Lakin Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb gətirmədən tərtib edilmiş sənədləri imzalamaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara qarşı heç bir müqavimət göstərməmiş, saxlanılan zaman onlar tərəfindən həmin şəxsə qarşı heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində guya onlar tərəfindən həmin şəxsin əlləri qandallı vəziyyətdə təhqiqatçının otağına gətirilməsi və üzərindən aşkar edilmiş narkotik vasitənin onlar tərəfindən həmin şəxsin cibinə qoyulması barədə bildirdikləri tamamilə yalandır. Adətən, şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti videoçəkiliş vasitəsilə həyata keçirilir, ola bilsin ki, hazırkı iş üzrə videoçəkiliş aparılmamışdır. O, əvvəlcə istintaq hərəkətini videoçəkiliş vasitəsilə aparılmasını xatırlamış, lakin hesab edir ki, xatirində yanlış qalmışdır.

22. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, 19 iyul 2023-cü il tarixdə Sabunçu RPİ-nin 14-cü PŞ-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni qəbul edərək üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmış, qrup üzvü ilə birlikdə məlumatda qeyd olunan Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən “Amburan” istirahət mərkəzinə getmiş, orada özlərinə uyğun mövqe seçib təxminən bir saat gözləmiş, əməliyyat məlumatında göstərilən şəxs Təqsirləndirilən şəxs gəldiyini gördükdə portal vasitəsilə şəxsiyyətini dəqiqləşdirib ona yaxınlaşaraq özlərini təqdim etmiş, sonuncu saxlanılmasının səbəbini soruşaraq öz etirazını bildirmiş, lakin onlar Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini sonuncuya tam açıqlamadan polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs tərəflərindən 14-cü PŞ-yə aparılaraq orada 2-ci mərtəbədə yerləşən təhqiqatçının otağında videoçəkiliş vasitəsilə hal şahidlərinin iştirakı üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindəki boz rəngli şalvarın sağ cibindən sellofana bükülmüş narkotik vasitəni və mobil telefonu təqdim etmiş, təqdim olunan predmetlər videoçəkiliş aparılmaqla hal şahidlərinin iştirakı ilə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə bağlı “Bu mənim deyil, bundan əvvəl də bəraət almışam. Mənə heç nə sübut edə bilməyəcəksiniz” demişdir. Adətən əməliyyat məlumatı daxil olarkən rəisə raportla bu barədə məruzə etdikdən sonra rəis raportun üzərini yazıb əməliyyat qrupu təşkil edilir, rəis tərəfindən raportun üzəri yazıldıqdan sonra raport məxfi məlumatın alınma kitabında qeydiyyatdan keçirilir. Raport qeydiyyata alınarkən üzərində qeydiyyata alınmasına dair müvafiq qeyd aparılır. M.H.Zərbalibəyli barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri də eyni qaydada olmuşdur. O, qərar qəbul edərkən sırf məlumatın dəqiqləşdirilməsinə dair qərar qəbul etmişdir. Keçirilmiş əməliyyat tədbirinin şərti adı “Tufan” olmuşdur. Əməliyyat tədbiri zamanı məhkəmə qərarı olmadan Təqsirləndirilən şəxs güdməmiş, yalnız qeyd olunan ünvana təxminən saat 9-a qalmış gedib onu orada gözləmişlər. Təqsirləndirilən şəxs tərəflərindən tək halda saxlanılmış, saxlanılarkən əlində idman çantası olmuş, o, üzərində “rent a car” maşın açarı olduğunu demiş, lakin onun maşınla gəlməsini deməsini xatırlamır. Əgər Təqsirləndirilən şəxs həmin ünvana maşınla gəldiyini bilsəydilər, onun maşınını da polis şöbəsinə aparardılar. Onlar hadisə yerinə ilk nömrəsi 44 olan “Hyundai Elantra” markalı öz avtomobili ilə getmiş, Təqsirləndirilən şəxs arxa oturacaqda digər polis əməkdaşının yanında oturmuş, lakin əlləri bağlı olmamış, əllərini dizinin üstünə qoyub saxlamış, özünü sərbəst aparmaqla sakit olmuş, həmin vaxt hansısa əşyanı atmağa cəhd göstərməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerlə polis şöbəsi arasındakı məsafə təxminən 5 kilometr olmaqla avtomobillə 20 dəqiqəlik yol olmuşdur. Şəxsi axtarış istintaq hərəkəti təhqiqatçı tərəfindən mobil telefonla qeydə alınmış, habelə hal şahidlərini də təhqiqatçı özü çağırmış, onlar polis şöbəsinə daxil oduqdan təxminən yarım saat sonra hal şahidləri gəlmiş, həmin müddət ərzində Təqsirləndirilən şəxs onların yanında olmaqla mobil telefonu üzərində olmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsində olarkən idman çantasının əlində olub-olmamasını xatırlamır. Təqsirləndirilən şəxs əvvəllər “kakos” qəbul etdiyini, habelə üzərindən aşkar olunmuş predmetin də narkotik vasitə olduğunu demiş, lakin həmin narkotik vasitənin hansı növdə olmasını deyib-deməməsini xatırlamır. Təqsirləndirilən şəxs üzəri əl ilə də yoxlanılmışdır. İstintaq hərəkəti müdafiəçinin iştirakı olmadan aparılmışdır. Təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, narkotik vasitə qablaşdırılmaqla üzəri imzalanaraq ekspertiza tədqiqatına göndərilmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı zorakılıq tətbiq olunmamışdır. O, tərtib etdiyi qərarı nəzarət qaydasında həm məhkəməyə, həm də prokurora göndərmiş, lakin nəzarət qaydasında məhkəmənin hansı qərar qəbul etməsini xatırlamır. Təqsirləndirilən şəxs guya üzərinə bir bükümdə nakrotik vasitə qoyulması, eləcə də rəislə danışdırılması, barəsində hər hansı xüsusi tapşırığın olması kimi hallar olmamışdır. Təqsirləndirilən şəxs saat 21:50-də saxlanılmış, saxlanıldıqdan təxminən 15-20 dəqiqə sonra üzərində şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Bu barədə tərtib edilmiş protokolda 00:20 qeyd olunmasını texniki səhv hesab edir. İstintaq hərəkətindən əvvəl şübhəli şəxsi nəzarətsiz qoymamış, o, təhqiqatçının yanında olarkən özü çölə çıxmış olsa da, digər polis əməkdaşı onun yanında qalmışdır. O, hal şahidlərini tanımır, onları, həmçinin hal şahidi Şahid3 əvvəllər polis şöbəsində hal şahidi kimi iştirak edərkən görməmişdir.

23. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş narkotik vasitə heroinin özünə məxsus olmadığını bildirmiş, həmin narkotik vasitə ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılarkən üzərini imzalamaqdan imtina etmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti Təqsirləndirilən şəxs istintaq hərəkətinin videoçəkilişlə aparılmasına etiraz etməsi ilə əlaqədar hal şahidlərinin iştirakı ilə aparılmış, sonuncuları Şahid1 şöbəyə dəvət etmişdir. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat tədbiri zamanı soraqlaşma və güdmə tədbirləri həyata keçirilmişdir. Belə ki, əməliyyat qrupunun rəhbəri Şahid1 “Amburan” İstirahət Mərkəzinin yaxınlığında onun yanında kiminləsə soraqlaşmışdır. Təqsirləndirilən şəxs telefon danışıqlarına qulaq asmamışlar. Məsləhəti 19 iyul 2023-cü il tarixdə, saat 21:50-də “Amburan Mall” istirahət mərkəzindən çıxışda tək hərəkətdə olarkən saxlanılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti Təqsirləndirilən şəxs saxlanılaraq şöbəyə gətirildikdən təxminən 30 dəqiqə sonra aparılmışdır. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən Məsləhətə nədə şübhəli olması barədə məlumat verdikdən sonra sonuncu maşının arxa oturacağına əyləşmiş və o, Məsləhətin yanında oturmuş, şöbəyə gətirilənədək üzərində olan əşyaları atmaması üçün nəzarət altında olmuşdur. O, Təqsirləndirilən şəxs qolunu bağlamamış, əlindən mobil telefonunu almamışdır. Təqsirləndirilən şəxs anten dairəsinin saat 18:28-dən sonra saxlanıldığı bildirilən “Amburan Mall” istirahət mərkəzində deyil, başqa ərazidə görünməsi barədə hər hansı bir şey deyə bilmir. Onlar Təqsirləndirilən şəxs barəsində aparılmış araşdırma, habelə portaldan əldə olunmuş çıxarış vasitəsilə tanımışlar. O, hal şahidlərini tanımamış, sonuncuları ilk dəfə istintaq hərəkəti zamanı görmüşdür. Aşkar olunmuş narkotik vasitənin çəkisi istintaq hərəkəti zamanı çəkilməmiş, ekspertiza rəyindən sonra çəkisinin nə qədər olması müəyyən edilmişdir. Əməliyyat tədbiri zamanı AP nömrəli avtomobildən istifadə edilməmiş, xatırladığına görə Şahid1 “Hyundai” markalı “Elantra” və ya “Sonata” modelli avtomobili ilə getmişlər. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi onun hansısa zirzəmiyə aparılması və şöbə rəisi ilə görüşdürülməsi halı olmamışdır. Təqsirləndirilən şəxs qarşı onun və ya digər polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təzyiq göstərilməmişdir. Şahid1 şübhəli şəxs istintaq hərəkətinin videoçəkilişlə aparılmasına etiraz etdikdən sonra gedib hal şahidlərini çağırmış, təxminən 7-8 dəqiqə sonra hal şahidləri ilə içəri daxil olmuş, həmin müddət ərzində şübhəli şəxs təhqiqatçı və onunla birlikdə otaqda gözləmişdir.

24. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Naxçıvan Muxtar Respublikası Sədərək rayonu Qaraağac kəndində qeydiyyatda olmaqla ünvan 15 ünvanında yaşayır. 20 iyul 2023-cü il tarixdə, gecə saatlarında Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Sabunçu RPİ-nin 14-cü PŞ-nin yaxınlığında olan zaman bir nəfər özünü polis əməkdaşı kimi təqdim edən şəxs ona yaxınlaşaraq Təqsirləndirilən şəxs adlı şəxsin üzərinə keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyini xahiş etmişdir. O, razılaşdıqdan sonra polis əməkdaşı ilə birlikdə Sabunçu RPİnin 14-cü PŞ-yə gəlmişdir. Polis Şöbəsində olan zaman ona hüquq və vəzifələri izah olunmaqla şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs ilə tanış edildikdən sonra, həmin şəxs onun baxışda iştirak etməyinə heç bir etiraz etməmişdir. Daha sonra polis əməkdaşlarının, onun və digər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və həmin şəxsə üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükülünü və bir ədəd “İphone” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükülü qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Lakin Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb göstərmədən tərtib edilmiş sənədləri imzalamaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs ifadəsində əlləri qandallı vəziyyətdə təhqiqatçının otağına gətirilməsi halının şahidi olmamışdır.

25. Verilən suallara cavab olaraq Şahid4 ifadəsinə əlavə edərək göstərdi ki, o, Sabunçu RPİ-nin 14-cü PŞ-nin yaxınlığında taksi fəaliyyəti ilə məşğuldur. Gecə saat 00-01 radələrində həmin şöbənin qarşısında olarkən mülki geyimli polis əməkdaşlarından bir nəfər onu çağırıb sənədlərini istəmiş, o da sənədlərini sonuncuya təqdim etdikdən sonra bir nəfər şəxsin üzərinə keçiriləcək şəxsi axtarış istintaq hərəkətində hal şahidi olmalı olduğunu bildirmiş, o da bu təklifi qəbul etmişdir. Təqsirləndirilən şəxsin şalvarının sağ cibindən narkotik vasitə aşkar edilmiş, sonuncu heç bir sənədə imza etməyəcəyini bildirmişdir. O, üzərindən narkotik vasitə aşkar edilmiş şəxsi əvvəllər görməmişdir. Təqsirləndirilən şəxsi onlar otağa daxil olduqdan sonra gətirmiş, orada sonuncudan üzərində nə varsa stolun üzərinə qoyması tələb edilmiş, o da cibindəki “İphone” markalı mobil telefonu və iki ədəd ağrəngli sellofan paketdə olan bükülünü çıxarıb stolun üzərinə qoymuş, bundan sonra polis əməkdaşları həmin bükümü zərfə qoyub möhürləyərək ekspert tədqiqatına göndəriləcəyini bildirmişlər. Polis əməkdaşları aşkar olunmuş bükümü onun yanında açıb içərisinə baxış keçirməmiş, onun özü də bükümün içərisini görməmiş, sənədə qol çəkib çıxıb getmişdir. Bükümün qablaşdırıldığı zərfin üzərinə yazılmış qeydi ona heç kim oxumamış, təhqiqatçı zərfə imza çəkməmiş, özü isə ağ zərfə imza çəkmişdir. O, əvvəllər hal şahidi olmamışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti vəkilin iştirakı olmadan aparılmışdır. Ona hazırda hər hansı təsir göstərilməmişdir. O, taksi ilə müştərini aparıb qayıdarkən şöbəyə çağırılmışdır. 050 *** ** ** saylı mobil telefon nömrəsi oğluna məxsus olmaqla sonuncunun istifadəsindədir, 070 606 05 21 saylı mobil nömrəsi isə onun özünə məxsusdur, hadisə vaxtı həmin nömrə onun istifadəsində olmuşdur. Ona qarşı hər hansı şəxs tərəfindən təzyiq və ya təsir olmamışdır.

26. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid4 ifadəsi isə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, o, axşamtərəfi Maştağada “Kirov kruqu” adlanan yerdə olarkən polis əməkdaşları ona yaxınlaşaraq vətəndaşın birinin üzərinə keçiriləcək baxış zamanı onun da şahid qismində iştirak etməli olması bildirilmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə şöbəyə getmiş, orada şəxsin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən üzərində olan predmetləri masanın üzərinə qoyması təklif edilmiş, o da cibindəki mobil telefon və sellofan bükümü çıxarıb təqdim etmişdir. İstintaq hərəkəti zamanı ondan başqa mülki və polis geyimli digər şəxslər də olmuşdur. Şübhəli şəxs zərfi imzalamaqdan imtina etmişdir. O, başqa hər hansı iş üzrə hal şahidi qismində iştirak etməmiş, eləcə də məhkəmədə əvvəllər hal şahidi kimi ifadə verməmişdir. O, polis şöbəsinə səhərə yaxın dəvət edilmiş, həmin vaxt təxminən gecə saat 12-ni keçmiş, orada üzdən tanıdığı polis əməkdaşları olmamışdır. O, Məsləhət adlı şübhəli şəxsi görərkən onun əlləri açıq olmuş, sonuncunun əlində hər hansı predmet olub-olmamasını isə xatırlamır. O, sellofana bükülmüş predmetin nə olmasını dəqiq bilməmiş, ümumiyyətlə həmin predmetin nə olmasını şübhəli şəxsin özü belə bilməmiş, predmet tədqiqat üçün ekspertizaya göndərilmişdir. Polis əməkdaşları aşkar olunmuş bükülünün içərisini açmamış, habelə onlara içərisində nə olması göstərilməmişdir. İzahat yazıldıqdan sonra onun iştirakı ilə polisdə bükülü zərfin içərisinə qoyulmuş, bükülü açılmamışdır. Bükülünün içində kənardan görülən parıltılı şəffaf bir şey olmuşdur. Əvvəllər şahid kimi məhkəmədə ifadə verməmişdir. Xatırladığına görə kimsə videoçəkiliş aparmış, lakin videoçəkilişi kimin çəkməsi yadında deyildir.

27. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 Hacıbala oğlu ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun oğludur. Məsləhət saxlanılarkən Sabunçu RPİ-nin 14-cü PŞ-dən oğlunun tutulması barədə ona məlumat verilmiş, qardaşı və yeznələri ilə şöbəyə getmişdir. O, Məsləhəti müvəqqəti saxlama yerində axtardıqda ona oğlunun rəisin otağında olmasını bildirmişlər, lakin rəis orada olmamışdır. Bundan sonra baş leytenant onu çağıraraq Məsləhətin narkotiklə tutulmasını dedikdə, o, oğlunun narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Səhər rəis gəlmiş, onu qəbul edərək bir daha oğlunun narkotik vasitə ilə tutulduğunu dedikdə o, sonuncuya etiraz etmişdir. Bundan sonra rəis Məsləhətin tutulması ilə bağlı sifariş verildiyini demiş, o da həmin sifarişin müstəntiq Elnur tərəfindən verildiyini düşünmüşdür. O, Məsləhətin ev dustaqlığına buraxılmasını istəsə də, sonuncu həbs olunmuş, bununla əlaqədar vəkil Nardanə xanımla prokurorluq orqanına gedib şikayət etmiş, orada prokurorluq orqanının əməkdaşı Elşən adlı şəxsə oğlunun döyüldüyünü, bu barədə ərizə verməklə həmin məsələnin araşdırılmasını istədiyini bildirmişdir. Elşən adlı prokurorluq əməkdaşı onu prokurorun yanına apararaq sonuncuya Məsləhətin vəhşicəsinə döyüldüyünü demiş, lakin bir müddət sonra Elşən cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməsini bildirmişdir. Polis şöbəsində ona Məsləhətin maşınının açarı və idman çantasını ona vermiş, Cövdət adlı polis əməkdaşı ona Məsləhətin narkotiki boynuna götürməsini təklif etdikdə bu barədə Məsləhətə demiş, lakin o həmin təklifi qəbul etməmişdir. O, Cövdət müəllimə Məsləhətin qeyd olunan təkliflə razılaşmadığını dedikdə sonuncu bir qızı onun üzünə durquzacağını bildirmişdir. O, Baş prokurorun qəbulunda olmuş, müstəntiq Şahid6la da gedib görüşmüş, sonuncu Məsləhətin ev dustaqlığına buraxılacağını bildirmişdir. O, Məsləhət tutularkən ona qanında narkotik vasitə olub-olmadığını yoxlamaq üçün nümunə qab aparmış, lakin polis əməkdaşları buna icazə verməmişdir.

28. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında müstəntiq Şahid7 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə vəkil olan nümayəndəsinin iştirakı ilə sərbəst formada ifadə vermişdir. Belə ki, Zərərçəkmiş şəxs ilk dəfə idarəyə gəlib ilkin ərizə və ifadəsini verərkən nümayəndəsi Siracəddin Kərimovla birlikdə olmuş, onun ifadəsi nümayəndəsinin iştirakı ilə alınmışdır. Sonradan Məsləhətin valideynləri, atası, qardaşı zərərçəkmiş şəxsin iş yerinə gedib sonuncunu narahat etdiklərindən Zərərçəkmiş şəxs ailəsinin və qardaşının olan hadisələr barədə məlumatı ola biləcəyindən qorxaraq istintaqa gəlib barışıq ərizəsi vermişdir. İş materiallarında olan qəbz və vatsap danışıqları zərərçəkmiş şəxsin özü tərəfindən təqdim edilmişdir. Zərərçəkmiş şəxsin barışıq ərizəsini verməsinə səbəb ailə üzvlərinin hadisə barədə bilməsini istəməməsi olmuşdur. Zərərçəkmiş şəxs ondan əri və qardaşının bu hadisə ilə bağlı ifadələrinin alınmamasını, habelə onların bu barədə bir şey bilməmələrini xahiş etmişdir. O da zərərçəkmiş şəxsin xahişinə görə onun əri və qardaşını dindirməmişdir. Zərərçəkmiş şəxs ilk dəfə idarəyə gələrkən 10 min manat puldan danışmış, sonradan həmin məbləğ 40-50 min manata qədər yüksəlmişdir. Məsləhət ifadələrini müdafiəçisinin iştirakı ilə verməklə imzalamışdır. Lakin 15 yanvar 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasında əlavə ifadə verərkən Məsləhət ifadəsinin sonunda Zərərçəkmiş şəxs ilə bağlı verilən suala görə ifadəsinin həmin səhifəsini imzalamaqdan imtina etmiş, həmin vərəqi cırmış, sonda isə vəkilinin iştirakı ilə öz əlyazması ilə qeydlərini aparmışdır. Təqsirləndirilən şəxs barəsində digər maddə ilə cinayət işi başlanılmasına əsas zərərçəkmiş şəxs tərəfindən daxil olmuş ərizə olmuşdur. O, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət əməlini törətməsini etiraf etməsini, əks halda onun barəsində başqa maddə ilə də cinayət işi açacağı barədə hədələməmişdir. Təqsirləndirilən şəxsin mobil telefonu ekspertizaya göndərilməmişdir.

29. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci X20 Yaşına Çatmayanların işləri üzrə inspektoru polis mayoru Şahid6 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs xidməti fəaliyyəti ilə əlaqədar, yəni Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi vəzifəsində işləyərkən tanımış, onun barəsində olan cinayət işi üzrə icraat aparmış, sonradan həmin cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam vermişdir. O, Məsləhətin iddia etdiyi kimi sonuncunun hazırkı iş üzrə tutulması barədə hər hansı şəxslə danışmamış və ya sifariş verməmişdir. Ümumiyyətlə bel əbir hal mümkün deyildir. Məsləhətlə barəsində məhkəmədə baxılan hazırkı cinayət işi üzrə istintaq təcridxanasında görüşməmişdir. Müstəntiq Şahid7 isə Məsləhət tutulduqdan sonra işlə bağlı tanımış, ondan Məsləhəti buraxmasını xahiş etməmişdir. Məsləhətin tutulması ilə onun hər hansı bağlılığı yoxdur. Məsləhət tutulduqdan sonra valideynləri yanına gələrək ona hədə-qorxu gəlmiş, o da onlar barəsində rəsmi qaydada şikayət etmiş, həmin şikayətlə bağlı Nərimanov RPİ-nin 18-ci PŞ-də araşdırma materialları da vardır. Məsləhətin valideynləri oğlunu guya onun tutdurduğunu deyərək kiməsə Məsləhəti buraxması üçün tapşırmasına dair hədələmişlər. Elnurə Niftullayeva narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı icraatında olmuş cinayət işi üzrə saxlanılmış və cinayət işi tərəfindən istintaq olunaraq məhkəməyə göndərilmiş, bildiyinə görə həmin iş üzrə məhkəmə tərəfindən yekun qərar qəbul edilmişdir. O, evdən oğurluqla bağlı idarəyə müraciət olunması ilə əlaqədar Məsləhətin barəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi başlayaraq dərhal sonra məhkəməyə vəsatət və müvafiq təqdimatla müraciət edərək sonuncunun həbsinə nail olmuş, həmin iş üzrə zərərçəkmiş şəxs sonradan ərizə verərək Məsləhətin onu aldadaraq pulunu ələ keçirdiyini bildirmiş, lakin sonradan zərərçəkmiş şəxs ziyanın tam ödənilməsinə dair ərizə verdiyindən və dövlət büdcəsinə vurulmuş ziyanın iyirmi beş faizi ödənildiyindən həmin cinayət işi üzrə icraata xitam verilmişdir. Məsləhət hazırkı işlə bağlı tutulduqdan sonra onunla bağlı narazılığı yaranmışdır. Halbuki, onun tutulmasında onun heç bir əlaqəsi yoxdur. Məsləhətin iddia etdiyi kimi Elnurə Niftullayevanın tutulması ilə bağlı Məsləhətlə əlbir olmamış, Elnurədən 500 min manat pul almamışdır. Onlara daxil olmuş əməliyyat məlumatına əsasən, Elnurə Niftullayeva qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri Məsləhətdən almış, Məsləhət də onun evinə gedib-gəlmiş, eyni zamanda Məsləhət orta yaşlı və ya cavan qadınlarla əlaqə quraraq onların videogörüntülərini çəkmiş, daha sonra həmin qadınları şantaj etməklə pul əldə etmişdir. O həmin vaxt müstəntiq kimi bir neçə şikayətçiləri çağırdıqda onlar Məsləhət və onun yaxınlarının onları hədələdiyini, ona görə də şikayət ərizələrindən imtina etdiklərini bildirərək ərizə verməkdən imtina etmişlər. Həmçinin məlumata əsasən Məsləhət həmin qadınlarla yaxınlaşaraq əlaqəyə girmiş, Məsləhətin tanışı olan bir qrup şəxs isə kənarda dayanaraq Məsləhəti müşahidə etmişdir ki, əgər Məsləhət kiməsə yaxınlaşanda hansısa qadın Məsləhəti döyərsə yaxınlaşıb Məsləhətin guya psixi xəstə olduğunu desinlər. Lakin əgər qadınla əlaqə yaratmaq alınırdısa, Məsləhət daha sonra həmin qadınları evə apararaq, onlarla görüşür, hansısa villada, maşında gəzdirir, həmin qadınlara özünü biznesmen olduğuna inandırır, bir müddət yaxınlıq etdikdən sonra həmin qadınların videolarını çəkir. Daha sonra isə həmin qadınlardan gömrükdə hansısa mallarının qalması ilə əlaqədar pul lazım olması, borcu olması və sair yalanlarla pul tələb edir. Pulu verməkdən imtina etdikdə isə qadınları şantaj edir. Qadınlar da məcbur qalıb evlərindən pul və sair götürərək Məsləhətə verirlər. Bildiyinə görə, Məsləhət barəsində 18-ci PŞ-də bu barədə müvafiq materiallar vardır ki, biri yaşlı, digəri isə cavan olmaqla 2 nəfər qadın eyni formada ondan şikayət etmişdir. Şikayətdən sonra isə bir nəfər yaşlı qadın və kişi gedib həmin şəxsləri, Məsləhətin özünü öldürəcəyi, qaşıq və iynə udacağı, habelə çıxdıqdan sonra isə gəlib onları öldürəcəyi ilə hədələmişdir. Bu səbəbdən həmin şikayətçilər gedib ərizələrini geri götürmüşdür. Bildiyinə görə həmin hədə-qorxu gələn şəxslər də Məsləhətin ata və anası olmuşdur. Onun icraatında olan başqa cinayət işində isə qadın ərizə yazaraq ziyanın ödənildiyini göstərmiş, buna görə də dövlət büdcəsinə Məsləhət tərəfindən müvafiq ödəniş edildikdən sonra o, iş üzrə icraata xitam vermişdir. O, Məsləhəti daha əvvəl oğurluqla tutmuş, sonradan əməlini Cinayət Məcəlləsinin 178-ci maddəsinə tövsif etmişdir. Hələ də Məsləhət barəsində şikayətlər daxil olur. Şikayətçilərə Məsləhətin bir dəstə adamı yaxınlaşaraq onları hədələyir. Dediyi hallarla bağlı 18-ci PŞ-də materialların olmasını eşitmişdir. Müdafiə tərəfindən mobil telefonda səsləndirilən səs yazıları ona məxsus deyildir, 070 *** ** ** saylı telefon nömrəsi ona məxsusdur. Məsləhət onunla telefonla danışıb, lakin hansı tarixdə danışması yadında deyildir, sonuncu ondan zərərçəkmiş şəxs Qumrala ödədiyi pulu ona geri qaytarmasını istəmişdir. O, Əhməd adlı şəxsin şəklini Məsləhətə göndərib ondan nəsə soruşmamışdır.

30. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

31. “Cinayət işi başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayından 2022-ci ilin noyabr ayının sonlarınadək və 2023-cü ilin aprel ayından 2023-cü ilin iyul ayına qədər olan müddət ərzində onun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə hissə-hissə olmaqla ümumilikdə xeyli miqdarda 42000 manat pul vəsaitini hədə-qorxu ilə tələb edərək ələ keçirməsi barədə müraciəti əsasında toplanmış materiallar üzrə Sabunçu RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru Şahid7 tərəfindən 14 dekabr 2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır (Cild 1, i.v 1;).

32. Zərərçəkmiş şəxs tərəfindən Sabunçu RPİ-nin rəisi polis polkovniki Cavid Muradova ünvanlanmış 6 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, o, Ramin kimi tanıdığı sonradan adını Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsin ona hədə-qorxu gələrək barəsində rüsvayedici məlumatları yayacağını deyərək 2022-ci ilin sentyabr ayından 2022ci ilin noyabr ayının sonlarına qədər və 2023-cü ilin aprel ayından 2023-cü ilin iyul ayının ortalarınadək olan müddət ərzində ondan ümumilikdə 42000 manat pul tələb edib aldığını bildirərək ondan hədə-qorxu ilə pul tələb edən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməklə ona dəymiş maddi ziyanın qaytarılmasına köməklik edilməsini xahiş etmişdir (Cild 1, i.v.4;). Qeyd edilən ərizə müvafiq qaydada həmin tarixdə qeydə alınmışdır.

33. “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” və “Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanıma haqqında” 15 dekabr 2023-cü il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində və onun 6 noyabr 2023-cü il tarixli etibarnaməsi, eləcə də, ******* nömrəli vəkil orderi əsasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X3 isə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmış, Zərərçəkmiş şəxs nümayəndəsinin iştirakı ilə hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir (Cild 1, i.v.7-12;).

34. “Götürmə haqqında” 15 dekabr 2023-cü il tarixli qərar və protokoldan görünür ki, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ondan hədə-qorxu gələrək pul tələb etmiş Təqsirləndirilən şəxs pul göndərməsini təsdiq edən 45 ədəd vərəqdən ibarət “Whatsapp” yazışmalarını vəkil nümayəndəsinin iştirakı ilə könüllü təqdim etdiyi üçün həmin vatsap yazışmaları cinayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür (Cild 1, i.v. 19-65;). Həmin yazışmalar məhkəmə istintaqı zamanı tərəflərin iştirakı ilə tədqiq edilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs 19 iyul 2024-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi şübhəsi ilə həbs olunduqdan sonra özünü Raminin qardaşı kimi təqdim edən ***-***-**-** nömrəli mobil telefonun istifadəçisi Zərərçəkmiş şəxs vatsap vasitəsi ilə yazaraq Raminin 14-cü bölmə tərəfindən tutulduğunu bildirərək həmin hadisə ilə əlaqədar onun hər hansı əlaqəsinin olub-olmaması ilə maraqlanır (Soruşur ki siz tutdurmusuz Ramini) və Raminin cavab gözlədiyini bildirir. Bundan başqa, müxtəlif xarici ölkələrin mobil telefon operatorlarına məxsus nömrələrlə qeydiyyatdan keçməklə vatsap vasitəsi ilə zərərçəkmiş şəxslə apardığı yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş Zərərçəkmiş şəxs arasında ilkin vaxtlarda müəyyən yaxın münasibətlər olmuş, lakin birinci həmin münasibətlərdən sui-istifadə edərək ondan pul tələb edir, eləcə də, Zərərçəkmiş şəxs ağır təhqiredici sözlərlə (“Cındır insan”, “konçını faişesen”, “İt iyi gelir ağzından, bedeninende”) təhqir edir. Daha sonra isə guya əsəbləri korlandığından həmin təhqiredici sözləri dediyini bildirərək üzr istədiyi görüntüsü yaradaraq guya onu sevdiyini bildirərək müxtəlif xoş sözlər işlədərək könlünü almağa çalışır. Lakin qısa müddət sonra yenə ağır təhqiredici formada təhqir etməklə Sadiq Məmmədovun kart hesabını göndərərək həmin hesaba pul göndərməsini tələb etməyə başlayır. Yazışmaların məzmunundan aydın olur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs nəyisə hamıya göndərəcəyi, telefonuna cavab verməsə əri Kazıma yığacağı ilə hədələyir. Bu məzmunda yazışmalardan sonra Təqsirləndirilən şəxs plastik bank kartlarının şəkillərini göndərərək həmin hesablara pul göndərilməsini tələb edir.

35. “Cinayət işi üzrə icraatın birləşdirilməsi barədə” 15 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilməklə ********* nömrə altında bir icraatda istintaq olunması qərara alınmaqla cinayət işinin istintaqı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1 və 182.2.4-cü maddələri ilə davam etdirilmişdir (Cild 1, i.v. 66-67;).

36. “Cinayət işi başlama və icraata götürmə barədə” qərardan görünür ki, 19 iyul 2023cü il tarixdə, saat 21:50 radələrində Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq gətirildiyi Sabunçu RPİ-nin 14-cü PŞ-də üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofana bükülmüş təmiz çəkisi 2,160 qram olmaqla külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktına görə Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Şahid7 tərəfindən 20 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata götürülərək istintaqı aparılmışdır (Cild 1, i.v.69;).

37. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 19 iyul 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən Sabirabad rayonu Azadkənd kəndində qeydiyyatda olmaqla ünvan 17 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələrin daşınması, saxlanması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Sabunçu RPİ-nin rəisi polis kapitanı Süleyman Abbasov tərəfindən təsdiq edilməklə Şahid1 rəhbərliyi ilə həmin şöbənin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 19 iyul 2023-cü il tarixdə, saat 21:50-də Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən “Amburan Mall” istirahət mərkəzinin yaxınlığında yol kənarında olarkən saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PŞ-yə gətirilmişdir (Cild 1, i.v. 71-76;).

38. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 5(008)- 672/2023 saylı qərarından görünür ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş 19 iyul 2023-cü il tarixli qərar qanuniliyinə qiymət verilmədən Sabunçu RPİ-nin 14-cü PŞ-yə geri qaytarılmışdır (Cild 1, i.v. 193-194;).

39. “Şübhəli şəxsin tutulması haqqında” 19 iyul 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısı polis baş leytenantı X18 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə Sabunçu RPİ-nin 14-cü PŞnin binasında həmin tarixdə, saat 23:25-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 19 iyul 2023-cü il tarixdə, saat 21:50 dəqiqədən tutulmuş hesab edilmişdir. Qeyd edilən qərar və protokolda Təqsirləndirilən şəxs qərarla razı olmadığını qeyd etmişdir (Cild 1, i.v. 89-90;).

40. Təqsirləndirilən şəxs adından kompüter vasitəsi ilə tərtib edilmiş 19 iyul 2023-cü il tarixli ərizədən görünür ki, birinci Sabunçu RPİ-nin 14-cü PŞ-nin rəisi polis kapitanı S.Abbasova müraciət edərək ərizəsində “Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısı polis baş leytenantı Firon İsgəndərovun qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşam. Tutulduqdan sonra hüquqlarımın müdafiəsi üçün 7 saylı Vəkil Bürosunun vəkili X10 mənə müdafiəçi qismində təyin edilərək təqdim edilmişdir. Hazırda barəmdə keçiriləcək şəxsi axtarış zamanı müdafəçinin iştirakını tələb etmirəm və müdafiəçim X7 iştirakı olmadan şəxsi axtarış keçirilməsini Sizdən xahiş edirəm.” göstərilmişdir. Halbuki həmin ərizə Təqsirləndirilən şəxs tərəfindən ümumiyyətlə imzalanmamış, lakin bunun səbəbinə dair ərizədə hər hansı qeyd aparılmamışdır (Cild 1, i.v.99;).

41. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısı polis baş leytenantı X18 tərəfindən həmin şöbənin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 və əməliyyat müvəkkili polis leytenantı Şahid2, habelə hal şahidləri Şahid4 və Şahid3 iştirakı ilə Sabunçu RPİ-nin 14-cü PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Təqsirləndirilən şəxs üzərində həmin tarixdə, saat 00:20-dən saat 00:26-dək şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri ətraflı izah edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofana bükülmüş bükülünü və 1 ədəd “İphone” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofana bükülmüş bükülü açıldıqda içərisində tünd qəhvəyi rəngli, tozşəkilli spesifik qoxuya malik narkotik maddə hesab edilən heroinə bənzər maddə olması aşkar edilmişdir. Aşkar edilmiş 1 ədəd sellofana bükülmüş içərisində narkotik maddə hesab edilən heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti gecə vaxtı, xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmişdir. Bu barədə həmin tarixdə protokol tərtib olunmaqla iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir, Təqsirləndirilən şəxs isə həmin protokolu imzalamaqdan imtina etmişdir (Cild 1, i.v. 100-103;). Qeyd edilən qərar və protokol məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilərkən müəyyən edildi ki, həmin qərar və protokolda Təqsirləndirilən şəxs imza etməkdən imtina etməsi qeydi aparılmışdır. Həmin protokolun 2-ci səhifəsində “hal şahidləri:” qrafasının qarşısında “Şahid4” və “E.Quluzadə” adlı şəxslər tərəfindən imzaların çəkilməsi müəyyən olunur. Halbuki, hal şahidi qismində, ümumiyyətlə istintaq hərəkəti zamanı “E.Quluzadə” adlı şəxsin iştirakı müəyyən olunmamışdır. Lakin istintaq hərəkəti zamanı iştirak etmiş digər hal şahidi həmin qrafada onun adının deyil, başqa şəxsin adının qeyd edilməsinə baxmayaraq, formal olaraq həmin hissədə öz imzasını çəkmişdir. Qeyd olunan hal, həmin istintaq hərəkətinin real olaraq aparılmasını bir daha şübhə altına alır. Bundan başqa, protokolda videoçəkilişin aparılmamasının səbəbləri, şübhəli şəxsin protokolu imzalamaqan imtina etməsinin səbəblərinə dair hər hansı qeyd aparılmamışdır.

42. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının” 3-16- 16/2-6/3912 saylı, 20 iyul 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100” dairəvi möhür əksi olan, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşakr edilmiş narkotik sübut “imza”, “ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 2,160 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 2,160 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 2,060 qramdır. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manatdır (Cild 1, i.v 116-120;).

43. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 20 iyul 2023-cü il tarixli, 4590 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (Cild 1, 121-122;).

44. “İstintaq aidiyyəti üzrə göndərilməsi barədə” 20 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunması ilə əlaqədar toplanmış material araşdırmanın davam etdirilməsi üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (Cild 1, i.v. 126-127;).

45. “Üzləşdirmədə dindirmə” 21 iyul 2023-cü il tarixli protokollardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ilə şahidlər Şahid2 Mayıs oğlu və Şahid1 Hacağa oğlu arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadələrini bir birlərinin üzlərinə qarşı deməklə bir daha təsdiq etmişlər. Təqsirləndirilən şəxs isə şöbədə olarkən polis əməkdaşlarının onun əllərinə qandal vuraraq bükümdə olan maddəni şalvarının yan cibinə qoyduqlarını göstərmişdir (Cild 1, i.v. 145-150;).

46. “Üzləşdirmədə dindirmə” 21 iyul 2023-cü il tarixli protokollardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ilə Şahid3 və Şahid4 arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadələrini bir birlərinin üzlərinə qarşı deməklə bir daha təsdiq etmişlər (Cild 1, i.v.151-157;).

47. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir (Cild 1, i.v. 159-160;).

48. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 4(008)- 574/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 19 iyul 2023cü il tarixdən hesablanmaqla 4(dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək narkotik vasitənin ona məxsus olmadığını bildirərək təqdimatın təmin edilməməsini, barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini məhkəmədən xahiş etmişdir. Həmin məhkəmənin 15 noyabr 2023-cü il tarixli, 4(008)-848/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 19 yanvar 2024-cü il tarixədək uzadılmışdır. Qeyd edilən qərarın təsviri-əsaslandırıcı hissəsində isə göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında çıxış edərək özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilmədiyini, özünün Amburan istirahət mərkəzində dənizdən çıxan zaman saxlanıldığını, üzərində hər hansı narkotik maddənin olmadığını bildirərək verilmiş vəsatətin təmin edilməməsini xahiş etmişdir. Həmçinin həmin məhkəmənin 17 yanvar 2024-cü il tarixli, 4(008)-33/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətə uzadılmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən isə görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayətdə özünü təqsirli bilməyərək özünün Amburan istirahət mərkəzində dənizdən çıxan zaman saxlanıldığını, üzərində hər hansı narkotik maddənin olmadığını, həmçinin Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə ona ittiham olunmuş cinayətdə də özünü təqsirli bilmədiyini, bundan başqa həmin cinayət işi üzrə zərərçəkmiş şəxsin heç bir şikayətinin olmamasını bildirərək təqdimatın təmin olunmamasını məhkəmədən xahiş etmişdir (Cild 1, i.v.187-192; Cild 2, i.v. 91-95; 162-166;).

49. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən verilmiş 8 avqust 2023-cü il tarixli məhkumluq haqqında tələbnamədən, müvafiq hökm və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 noyabr 2018-ci il tarixli, 1(101)-250/2018 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,149.2.4, 149.2.4, 149.2.5 və 150.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2019cu il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 noyabr 2018-ci il tarixli hökmü ləğv edilərək Təqsirləndirilən şəxs bəraət verilmişdir. Həmçinin Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru Şahid6 31 mart 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmişdir (Cild 1, i.v.212-213; Cild 2, i.v. 20-75;).

50. X15 Xidmətindən daxil olmuş 6 sentyabr 2023-cü il tarixli məktubda göstərilmişdir ki, Təhlükəsiz Şəhər Xidmətində TŞ 9-157 nömrəli kameralarının 19 iyul 2023-cü il tarixli arxiv görüntülərinin saxlanılma müddəti (bir ay) bitmişdir (Cild 2, i.v.6;).

51. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Sabunçu rayon prokurorluğunun müstəntiqi İ dərəcəli hüquqşünas X23 tərəfindən Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin polis əməkdaşları tərəfindən saxlanılarkən zorakılığa məruz qalaraq döyülməsi xüsusatı əsasında aparılan araşdırma zamanı cinayət hadisəsi olmadığından toplanmış 471-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, məhkəmə-tibbi ekspertizasının 2033 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına və adına tərtib olunmuş məhkumun tibbi kitabçasına əsaslanaraq hadisə haqqında qərarda göstərilənləri nəzərə alıb bədənində qeyd etdiyi 19 iyul 2023-cü il tarixə uyğun xəsarət və xəsarət izləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs adına tərtib olunan məhkumun tibbi kitabçasında qeyd olunan “Sağ təbil pərdəsinin tamlığının pozulması” diaqnozu, xəsarətin obyektiv əlamətləri ilə əsaslandırılmadığından, eləcə də onun tibbi sanitar hissədə müayinəsi zamanı qeyd olunan nahiyədə hər hansı bir xəsarət və xəsarət izi olmadığından qeyd olunan diaqnoza məhkəmə-tibbi qiymət vermək (törənmə müddəti, şəraiti və s. barədə) mümkün deyildir. Qeyd edilən qərardan görünür ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin “Şəhər, Rayon, Xətt Polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabında 1115 nömrəsi altında Nərimanov rayon sakini, xx xxxxxx 1987-ci il təvəllüdlü, işləməyən Təqsirləndirilən şəxs HK-1-1821 nömrəli materiala əssən əməliyyat müvəkilləri Şahid1 və Şahid2 tərəfindən 19 iyul 2023-cü il tarixdə, saat 22:05-ə şöbəyə gətirildiyi və 20 iyul 2023-cü il tarixdə, saat 14:00-da materialın Sabunçu RPİ-nin İŞ-yə göndərildiyi qeyd edilmişdir(Cild 2, i.v.7-8;).

52. “Mobil telefona baxış keçirilməsi haqqında” 15 yanvar 2024-cü il tarixli protokollardan və həmin protokollara əlavə edilmiş fotocədvəllərdən, eləcə də videodaşıyıcıdan görünür ki, Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus GSM nömrəsi olan “İphone 14 Po Max” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefonda 17 iyul 2023-cü il tarixdə xəstəxanada çəkilmiş videogörüntü aşkar edilmiş, həmin videogörüntüdə Təqsirləndirilən şəxs “Balnitsadayam, gətir o pulu ver ya da qalxıram yuxarı, mənə adboy vermə, burda gözdüyürəm, gətir mənim pulumu ver, başa düşdün” deməsi müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs “İphone 14 Pro Max” markalı mobil telefonunda iş üzrə Zərərçəkmiş şəxs hədə-qorxu gələrək tələb etdiyi pulları göndərməsini bildirdiyi bank kartlarının şəkilləri aşkar edilmişdir (Cild 2 i.v. 124-129;).

53. “CD diskə baxış keçirilməsi haqqında” 22 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus GSM nömrəsinə 21 yanvar 2023-cü il tarixdən 21 iyul 2023-cü il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və göndərilən sms və mətnləri, həmin nömrələrin sahiblərinin anket məlumatlarına dair "xxxx" MMC-dən götürülmüş 1 (bir) ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı məlumatlar müəyyən edilməmişdir (Cild 2, i.v. 171-173;). Lakin qeyd edilən diskdəki məlumatlar məhkəmə istintaqı zamanı tərəflərin iştirakı ilə tədqiq edilərkən müəyyən edildi ki, 19 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş "xxxx" MMC-yə məxsus ***-***- **-** saylı mobil nömrə saat 18:32:22-də sonuncu dəfə LABS304401/LABS3044 BİLGAH ESTATES/”Bakı şəhəri, Zağulba prospekti 272 ünvanında”/ Sabunchu/ (40.587xx/xx.06044) anten dairəsində, ondan sonra anten dairəsi dəyişkən olmaqla həmin tarixdə, saat 18:53:14-dən etibarən isə LABS189703/LABS1897 MashtagATS/”Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabunçu TKQ, ATS 455” anten dairəsində olmuşdur. Sözügedən mobil telefon nömrəsinin sonuncu anten dairə məlumatı 19 iyul 2023-cü il tarixdə, saat 21:53:02-də olmaqla eyni anten dairəsində, yəni LABS189703/LABS1897 MashtagATS/”Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabunçu TKQ, ATS 455” olmuşdur. Məhkəmə istintaqı zamanı ifadələrdən və “Google MAPS” proqramından əldə edilmiş məlumatlarla müəyyən edildi ki,LABS304401/LABS3044 BİLGAH ESTATES/”Bakı şəhəri, Zağulba prospekti 272 anten dairəsi” “Amburan” istirahət mərkəzinin yaxınlığında, LABS189703/LABS1897 MashtagATS/”Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabunçu TKQ, ATS 455” anten dairəsi isə Sabunçu RPİ-nin 14-cü PŞ-nin yaxınlığında yerləşir.

54. Zərərçəkmiş şəxs 8 fevral 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ondan borc qismində aldığı pul məbləği ona tam ödənilmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur (Cild 2, i.v. 211;).

55. Zərərçəkmiş şəxs müstəntiq Şahid7 ünvanladığı 10 fevral 2024-cü il tarixli teleqramından görünür ki, aldıqları pulları razılaşdıqları vaxtda qaytarmadıqları və telefon zənglərinə bir müddət cavab vermədiyindən bu cür şikayət yazmışdır. Hazırda verdiyi borc pullar onun valideynləri tərəfindən ona tam olaraq ödənilmişdir. Ona görə də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə alaraq şikayətinin geri götürülməsini xahiş etmişdir (Cild 2, i.v. 212;).

56. Zərərçəkmiş şəxs tərəfindən verilməklə notarial qaydada təsdiq edilmiş 5 fevral 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir maddi və mənəvi iddiası, tələbi və şikayəti yoxdur (Cild 2, i.v. 212A;).

57. “Cinayət işinin tövsif edilməsi haqqında” 15 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4 və 234.1-1-ci maddələrindən həmin Məcəllənin 182.2.2, 182.2.4 və 234.1-1-ci maddələrinə tövsif edilmişdir (Cild 3, i.v. 6-9;)

58. “CD diskə və bank çıxarışlarına baxış keçirilməsi haqqında” 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş "xxxx" ASC-yə aid **********523787 və **********102786 nömrəli plastik bank kartı hesablarına 1 avqust 2022ci il tarixdən 30 noyabr 2023-cü il tarixə kimi olan müddət ərzində aparılmış maliyyə əməliyyatlarının, pul çıxarmış şəxsin və ya şəxslərin anket məlumatlarının, pul çıxarmış şəxsin fotoşəkil və videogörüntülərinin, pul göndərən və pul köçürülən hesab sahibləri haqqında məlumatlar olan "xxxx" ASC-dən müvafiq məhkəmə qərarı əsasında götürülmüş 1 ədəd “CD” diskə və 30 vərəqdən ibarət çıxarışlara Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ittihamda göstərilən tarixlərdə və vaxtlarda, eləcə də, göstərilən məbləğlərdə pul vəsaitləri X16 məxsus olan və iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******3787 saylı, eləcə də, X27 məxsus olan və iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******2786 saylı kart hesablarına terminal vasitəsilə və bank kartı ilə köçürmə yolu ilə pullar köçürülmüş, sonradan həmin pullar əsasən bankomat vasitəsi ilə nağdlaşdırılmaqla və bir sıra hallarda isə posterminal və ya köçürmə yolu ödəniş edilməklə istifadə edilmişdir. Daxil olan 1(bir) ədəd “CD” disk açıldıqda həmin diskdə qeyd olunan kartlardan pul məxaric edən şəxslərin fotoşəkilləri aşkar edilmişdir. Həmin diskə baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs “Kapital Banka” məxsus “**********523787” saylı və “**********102786“ saylı kartlardan 17 mart 2023-cü il tarixdə, saat 16:02-də, 27 mart 2023-cü il tarixdə, saat 18:17-də, 28 aprel 2023cü il tarixdə, saat 16:25-də, 28 aprel 2023-cü il tarixdə, saat 19:05-də pul məxaric edərkən fotoşəkillərinin çəkilməsi müəyyən edilmişdir (Cild 3, i.v. 11-41, 45-105;). Həmin protokolu Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb göstərmədən imza etməkdən imtina etmişdir.

59. “Üzləşdirmədə dindirmə” 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid6 arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı sonuncular ifadələrini bir-birlərinin üzlərinə qarşı təsdiq etmişlər. Şahid6 2022-ci il tarixdə istintaqı aparılan və icraatında olan cinayət işi üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət verdiyindən Təqsirləndirilən şəxs hazırda həbs olunmasında onu günahkar bildiyini, habelə sonuncunun valideynlərinin ona hədəqorxu gəldiklərini, bu barədə raportla Nərimanov RPİ-nin rəhbərliyinə etdiyi müraciət əsasında qərar qəbul edildiyini, eləcə də Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamışdan əvvəl bir neçə dəfə onun barəsində həqiqətə uyğun olmayan məlumatlar yayacağını deyərək hədə-qorxu gəlib ondan pul istəyərək şantaj etdiyini, onun icraatında X5 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin olmasını, həmin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşdırıb məhkəməyə göndərildiyini və sonuncunun 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması barədə məhkəmə hökmü çıxarılmasını göstərmişdir (Cild 3, i.v. 108-115;).

60. “Təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan etmək haqqında” 15 mart 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2, 182.2.4 və 234.1-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilməklə ona həmin maddələrlə yeni məzmunda ittiham elan olunmuşdur (Cild 3, i.v. 116-119;).

61. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 iştirakı ilə ibtidai istintaq orqanına təqdim etdiyi 15 mart 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə üzləşmək və iş üzrə ifadə verməkdən imtina etdiyini göstərmişdir. Bu barədə 15 mart 2023-cü il tarixdə protokol tərtib edilməklə Təqsirləndirilən şəxs və Müdafiəçi1 tərəfindən imzalanmışdır (Cild 3, i.v.125-126;).

62. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X31 1 aprel 2024-cü il tarixli 4139 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd olunan xəstəxanada müalicədə olmamışdır (Cİld 4, i.v. 1;).

63. “Cinayət işinin ittiham aktı təsdiq edilmədən əlavə ibtidai istintaq aparılması üçün müstəntiqə qaytarılması haqqında” 3 aprel 2024-cü il tarixli qərardan görünür ki, 30 mart 2024-cü il tarixdə müstəntiq Şahid7 tərəfindən iş üzrə ittiham aktı tərtib edilərək Sabunçu rayon prokurorluğuna göndərilmiş, lakin 3 aprel 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən cinayət işinin ittiham aktı təsdiq edilmədən əlavə ibtidai istintaq aparılması üçün müstəntiqə qaytarılması haqqında qərar qəbul edilmişdir (Cild 3, i.v. 234-278, Cild 4, i.v. 2-7;).

64. Sabirabad rayonu Azadkənd kəndinin bir qrup sakininin kollektiv müraciətindən görünür ki, Təqsirləndirilən şəxs kənd sakinləri arasında müsbət xarakterizə olunur (Cild 4, i.v.33-35;)

65. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə etməsi xüsusatının araşdırılması məqsədi ilə ********* nömrəli cinayət işini istintaq materiallarından ayrıca icraata materialın ayrılaraq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsindən ötrü Sabunçu RPİ-nin 14-cü PŞ-yə göndərilməsi, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 2,160 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ona məxsus 1 ədəd “İphone” markalı mobil telefon, "xxxx" ASC-dən götürülmüş 1 ədəd CD disk və bank çıxarışlarının iş üzrə maddi sübut qismində tanınması, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış xalis çəkisi 2,060 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və Təqsirləndirilən şəxs məxsus 1 ədəd “İphone” markalı mobil telefonun saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına verilməsi, "xxxx" ASC-dən götürülmüş 1 ədəd CD disk və bank çıxarışlarının isə iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır (Cild 4, i.v. 46-84; 125;).

66. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.2, 181.2.4 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq Şahid7 tərəfindən 10 may 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 15 may 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 4, i.v.126-165;).

67. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 1(101)-1811/2024 saylı hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2, 182.2.4 və 234.1-1-ci maddələri ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 5;).

68. Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış çoxsaylı ərizə, teleqram və vəsatətlərdə göstərmişdir ki, Təqsirləndirilən şəxs ona qarşı heç vaxt hədə-qorxu gəlməmiş, habelə sonuncu tərəfindən ona qarşı heç vaxt maddi və mənəvi ziyan dəyməmişdir. O, Təqsirləndirilən şəxs ilə tanış olduqdan sonra aralarında səmimi münasibətlər başlanmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs ilə onun arasında mütəmadi olaraq borc münasibətləri yaranmışdır. Belə ki, onun ərizəsinə əlavə etdiyi qəbzlərin bir qismi onun Təqsirləndirilən şəxs olan borcunun qaytarılması, bir qismi isə onun avtomobilinin təmir işləri ilə məşğul olması ilə əlaqədar olmuşdur. Məsləhətin avtomobil işləri ilə bağlı yaxşı anlayışı olduğundan o, sonuncudan həmin işlərdə ona yardımçı olması üçün xahiş etmişdir. Sonuncu dəfə Məsləhətin ona 4200 (dörd min iki yüz) manat borcu qalmış, bu səbəbdən dəfələrlə ona zəng etmiş, lakin o, zənglərə cavab verməmişdir. Həmin vaxt onu Sabunçu RPİ-dən zəng edib bölməyə çağırdıqda o, etiraz edərək gəlməyəcəyini söyləmiş, onlar isə gəlməyəcəyi təqdirdə zorla bölməyə gətirdəcəklərini bildirmişlər. Onun Təqsirləndirilən şəxs şikayət, yaxud ərizə yazmaq fikri olmamışdır. O, birinci dəfə idarəyə çağırılarkən müstəntiqə Məsləhətin ona 4200 (dörd min iki yüz) manat borcu olduğunu yazmış, daha sonra isə yenidən çağırıldıqda ona Məsləhətin guya onun sonuncuya böyük məbləğdə borcu olduğunu deməsini bildirmişdir. O həmin məsələyə qəzəbləndiyindən, habelə Məsləhətin onun telefonlarına cavab verməməsi səbəbindən ərizə yazaraq əlində olan çeklərlə birlikdə Təqsirləndirilən şəxs ona hədə-qorxu gələrək pul tələb etməsini bildirmişdir. Həqiqətdə isə belə bir hadisə baş verməmiş, təqdim etdiyi çeklərin bir hissəsi isə onun Məsləhətə olan borcunun qaytarılmasını əks etdirən çeklər olmuşdur. O, ibtidai istintaq zamanı verilən ifadələri oxumadan imzalamışdır. O, ərizəsinin geri qaytarılması ilə bağlı dəfələrlə Sabunçu RPİ-yə, habelə müstəntiqə müraciət etsə də, ona ərizənin geri qaytarılmasının mümkün olmadığını, ərzəsinin artıq qəbul olunuğunu, o cümlədən Təqsirləndirilən şəxs barəsində cinayət işi açıldığını, bir müddət sonra isə həmin işin bağlanacağını bildirmişlər. Lakin hazırkı dövrədək iş üzrə icraata xitam verilməmişdir (Cild 5;).

69. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 10 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixli tarixdə həmin təcridxanaya gətirilərək təcridxananın tibbi-sanitar hissəsində ilkin tibbi müayinələrdən keçirilmiş, ilkin tibbi müayinə zamanı sağ qulağın təbil pərdəsinin tamlığının pozulması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təcridxanada saxlanıldığı dövrdə 10 avqust 2023-cü il tarixdə istintaqın gedişinə etiraz əlaməti olaraq metal yad cisim (rengenoloji) udmuş, səhhəti həkim nəzarətində olmuşdur (Cild 5;).

70. “Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının” 542962 nömrəli və “Azərbaycan Respublikası Vətən uğrunda Şəhid Ailələri və Milli Qəhrəmanlar” İctimai Birliyinin 00070 nömrəli üzvlük vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan təşkilat və ictimai birliyin üzvüdür (Cild 5;).

71. Sabirabad rayonu Azadkənd kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndliyi və Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının sədri tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (Cild 5;).

72. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2024-cü il tarixli, 1(101)-625/2024 saylı hökmündən görünür ki, həmin hökmlə X28 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd edilən hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, R.N.Adıyevin ətrafında Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 31 yanvar 2023-cü il tarixdə saxlanılaraq həmin PB-nin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 həmin əməliyyyat axtarış tədbirində iştirak etmiş, eləcə də, Şahid3 R.N.Adıyevin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı hal şahidi qismində iştirak etmişdir (Cild 5;).

73. “Azemis” elektron məhkəmə sistemi vasitəsi ilə əldə edilməklə məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs dair məlumatlarından görünür ki, sonuncunun himayəsində əri Kazım Əliyevlə birgə nikahdan 2008 və 2010-cu il təvəllüdlü iki övladı vardır. Həmçinin əldə edilmiş kredit məlumatlarından görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə CM-in 182-ci maddəsi ilə ittiham verildiyi tarixlərdə ayrı-ayrı banklara müxtəlif məbləğlərdə kredit borcları olmuş, o cümlədən, Təqsirləndirilən şəxs pul göndərdiyi və verdiyi tarixlərdə, habelə ondan sonrakı tarixlərdə ayrı-ayrı banklardan yüksək faizlə kreditlər götürmüşdür (Cild 5;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

74. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

75. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

76. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

77. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində seçdiyi müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçiləri vasitəsi ilə məhkəməyə yeni sübutlar təqdim etmişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə kifayət qədər imkan yaradılmışdır. Eyni zamanda müdafiə tərəfi məhkəmə istintaqında irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir.

78. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

79. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

80. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

81. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

82. Məhkəmə Təqsirləndirilən şəxs ilk növbədə CM-in 234.1-1-ci maddəsi ilə olan verilmiş ittiham üzrə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-1-ci maddəsi həmin Məcəllənin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər” fəslində nəzərdə tutulmuşdur.

83. CM-in 234.1-1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma) maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır.

84. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir.

85. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir.

86. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların” İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 800 qram olması müəyyən edilmişdir.

87. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxsnə istinad olunan əməldə onun təqsirliliyinin sübuta yetirilməsi üçün CPM-in tələblərinə əsasən onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşıması sübuta yetirilməli haldır.

88. CPM-in 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

89. Təqsirsizlik prezumpsiyasının yuxarıda qeyd olunan dispozisiya şərtləri onu tələb edir ki, ittiham tərəfi təqdim etdiyi sübutlarla cinayətin baş verməsini, təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirə bilmirsə, həmin mərhələdə məhkəmə araşdırması başa çatmış olur, müdafiə tərəfinin özünümüdafiə ilə bağlı gətirdiyi digər dəlillərin dəyərləndirilməsinə də zərurət qalmır. Belə ki, CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.

90. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması faktını sübuta yetirə bilməmişdir.

91. Belə ki, CPM-in 125.1-ci maddəsinə əsasən “məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”.

92. CPM-in 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.

93. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalı, 145.1, 145.2, 145.3-cü maddələrin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.

94. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs və onun müdafiəçiləri birinciyə qarşı irəli sürülmüş CM-in 234.1-1-ci maddəsi ilə olan ittihamı bütövlükdə mübahisələndirərək həmin ittihamın qanunsuz və əsassız olmasını iddia etmişlər və buna əsas kimi Təqsirləndirilən şəxs ittihamda göstərilən vaxtda və şəraitdə deyil, 19 iyul 2023-cü il tarixdə, saat 18:28 radələrindən etibarən saxlanılmasını, saxlanılarkən üzərində hər hansı qanunsuz predmetin, o cümlədən ondan aşkar edilməsi iddia edilən narkotik vasitənin olmamasını, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən zor tətbiq edilməklə onun üzərinə qoyulmasını, narkotik vasitənin ona məxsus olmasını boynuna almadığından şəxsi axtarış və götürmə istintaq hərəkətinin videoçəkilişlə deyil, hal şahidlərinin iştirakı ilə apaırlmasını, habelə müdafiə hüququnun kobud şəkildə pozulmaqla həmin istintaq hərəkətinin təqsirləndirilən şəxsin iradəsi əleyhinə olmaqla müdafiəçinin iştirakı olmadan həyata keçirilməsini, polis əməkdaşlarının, eləcə də hal şahidlərinin şəxsi axtarış və götürmə istintaq hərəkətinin eyni zamanda videoçəkilişlə aparılmasına dair ziddiyyətli ifadələri, habelə Təqsirləndirilən şəxs aşkar edilməsi iddia edilən narkotik vasitənin hal şahidlərinin iştirakı ilə açılıb içərisinə baxış keçirilmədən, eləcə də çəkisinin müvafiq ölçü cihazı vasitəsilə ölçülmədən qablaşdırılmaqla ekspertizaya göndərilməsini və barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinin cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə aparıldığından bu tədbirlərin qanunsuz olmasını göstərmişlər.

95. Müdafiə tərəfinin məhkəmə istintaqında iddia etdiyi hallar prosessual qanunvericilik, xüsusilə müdafiə hüququ baxımından mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə qeyd edilən halların ətraflı şəkildə məhkəmə istintaqında araşdırılmasını zəruri hesab etmişdir.

96. Müdafiə tərəfinin iddia etdiyi halları ətraflı şəkildə araşdırmaq məqsədi ilə məhkəmə tərəfindən müvafiq qərarlar qəbul edilmiş, habelə sorğular verilmiş, həmin qərarlar və sorğular əsasında yeni sübutlar əldə edilərək məhkəmə istintaqında tərəflərin iştirakı ilə tədqiq edilmişdir.

97. İş üzrə obyektiv həqiqəti müəyyən etmək məqsədi ilə məhkəmə ilk növbədə təqsirləndirilən şəxsin və müdafiəçilərin iddia etdikləri dəlillərin ümumi şəkildə təhlil edilməsini zəruri hesab edir.

98. Belə ki, müdafiə tərəfi irəli sürülmüş ittihamın qanunsuz və əsassız olmasını aşağıda göstərilən dəlillərlə əsaslandırmışdır: a) Təqsirləndirilən şəxs 19 iyul 2023-cü il tarixdə, saat 21:50-də deyil, həmin tarixdə, saat 18:28 radələrindən etibarən saxlanılaraq polis şöbəsinə gətirilmişdir; b) Təqsirləndirilən şəxs saxlanılmasına əsas olmuş əməliyyat-axtarış tədbirləri qanunvericiliyin tələblərinin kobud pozulması ilə aparılmış və həmin hal məhkəmə nəzarəti qaydasında məhkəmə qərarı ilə də öz təsdiqini tapmışdır; c) Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra qolları qandallanaraq üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilənədək şalvarının sağ yan cibinə 1(bir) ədəd narkotik vasitə olan heroin bükümü qoyulmuş, birinci həmin hala etiraz etdiyindən, şəxsi axtarış və götürmə istintaq hərəkəti videoçəkilişlə deyil, formal olaraq hal şahidlərinin iştirakı ilə keçirilmişdir; d) təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar edilməsi iddia olunan predmetin çəkisi ölçülməmiş, hal şahidlərinin iştirakı ilə içərisi açılmaqla səciyyəvi xüsusiyyətləri barədə hər hansı ifadə səsləndirilməklə protokolda bu barədə formal qeyd aparılmış, həmçinin Təqsirləndirilən şəxs istintaq hərəkəti zamanı hər hansı sual edilib-edilməməsi (təzyiq və ya sair təsirə məruz qalıb-qalmamsı, aşkar edilməsi iddia olunan predmeti necə əldə etməsi, həqiqətən də ona məxsus olub-olmaması və sair) barədə protokolda müvafiq qeyd aparılmamışdır; e) müdafiəçinin istintaq hərəkətində iştirakından imtina edilməsinə dair ərizə təhtiqatçı tərəfindən kompüterdə formal olaraq tərtib olunmaqla Təqsirləndirilən şəxs imzalanması üçün təqdim edilmiş, lakin sonuncu, eləcə də müdafiəçi tərəfindən imzalanmamasına baxmayaraq, müdafiəçinin iştirakı təmin edilməmişdir. Qeyd olunan hallarla əlaqədar Təqsirləndirilən şəxs barəsində aparılmış tədbirlərin prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirildiyindən, bu tədbirlərin bütövlükdə qanunsuz və saxta olması, eləcə də qeyd edilənlər nəticəsində onun müdafiə hüququnun ciddi şəkildə pozulmasına səbəb olmuşdur.

99. Göründüyü kimi müdafiə tərəfi irəli sürülmüş ittihama qarşı təkzibolunmaz arqumentlər gətirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmişdir. Bu səbəbdən də məhkəmə müdafiə tərəfinin iddia etdiyi dəlilləri və bu dəlillərlə bağlı məhkəməyə təqdim etdiyi sübutları cinayət işinin materialları ilə müqayisəli şəkildə yoxlayıb təhlil edilməsini vacib saymış və bununla bağlı məhkəmə istintaqında kifayət qədər ətraflı araşdırma aparılmış, bu araşdırma isə kifayət qədər uzun müddət tələb etmişdir.

100. Bu hissədə məhkəmə xüsusilə vurğulayır ki, məhkəmə istintaqında aparılmış araşdırma məhkəmə baxışının hədləri kontekstində müdafiə tərəfinin iddia etdiyi dəlillərlə bağlı əlavə sübutların əldə edilməsi və həmin sübutların cinayət işinin materiallarında olan digər sübutlarla məcmu halda müqayisəli şəkildə yoxlanılması və hüquqi qiymət verilməsi vasitəsilə həyata keçirilmişdir.

101. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla, yəni Təqsirləndirilən şəxs, habelə məhkəməyədək icraat zamanı şəxsi axtarış və götürmə istintaq hərəkətində hal şahidi qismində iştirak etməklə məhkəmə icraatı zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid3 məhkəmə iclası zamanı verdikləri ifadələri, eləcə də Təqsirləndirilən şəxs elə ibtidai araşdırmanın ilkin mərhələsindən etibarən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərindən aşkar edilməsi iddia edilən qanunsuz predmetlərin ona məxsus olmamasını, həmin predmetlərin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasını bildirməsini, habelə barəsində qətimkan tədbiri həll edilərkən məhkəməyə özünü ona ittiham olunan CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilməyərək üzərindən aşkar edilməsi iddia olunan narkotik vasitənin ona məxsus olmamasını bildirməsini, o cümlədən məruz qaldığı zorakılıq haqqında prokurorluq orqanına şikayət etməsini, xüsusilə də mötəbərliyi şübhə altına alına bilinməyən müvafiq məhkəmə qərarı əsasında əldə edilməklə məhkəmə iclasında da tərəflərin iştirakı ilə ətraflı şəkildə tədqiq edilərək sübut qismində iş materiallarına əlavə olunmuş özündə Təqsirləndirilən şəxs hadisə vaxtı istifadəsində olmuş mobil telefon nömrəsinin 21 yanvar 2023-cü il tarixdən 21 iyul 2023-cü il tarixədək olan məlumatları əks etdirən anten əhatə dairəsinə dair məlumatlarla (müvafiq mobil telefon operatorundan əldə edilmiş məlumatlarla) Təqsirləndirilən şəxs ittihamda göstərilən vaxtda və şəraitdə deyil, başqa vaxtda və şəraitdə saxlanılması müəyyən edilmişdir (bax hökmün 40-41, 48 və 53-cü bəndlərinə).

102. Bundan başqa, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla, yəni Təqsirləndirilən şəxs ifadələri, xüsusilə də mötəbərliyi şübhə altına alına bilinməyən mobil telefon operatorundan əldə edilmiş məlumatlarla Təqsirləndirilən şəxs ittihamda göstərilən vaxtda və şəraitdə deyil, başqa vaxtda və şəraitdə saxlanılması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs hadisə vaxtı istifadəsində olmuş mobil telefon nömrəsinin anten dairəsinə nəzər saldıqda, onun məhz 19 iyul 2023-cü il tarixdə, saat 18:53-dən etibarən Sabunçu RPİ-nin 14-cü PŞ-nin inzibati binasında olması qənaətinə gəlmək mümkündür (bax hökmün 53-cü bəndinə). Halbuki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 19 iyul 2023-cü il tarixdə, saat 21:50-də saxlanılmaqla saat 22:05-də polis şöbəsinə gətirilməsi, saat 23:25-də müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulma protokolu tərtib edilməklə 20 iyul 2023-cü il tarixdə, saat 00:20-dən etibarən isə üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi göstərilmişdir.

103. Bundan başqa, məhkəmə istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı hal şahidi qismində iştirak etmiş Şahid3 əvvəllər də, yəni 31 yanvar 2023-cü il tarixdə Sabunçu RPİ-nin 14-cü PŞ-də başqa cinayət işi üzrə (bax hökmün 72-ci bəndinə) hal şahidi qismində iştirak etmişdir. Həmçinin, həmin cinayət işi üzrə əməliyyat tədbirində iştirak etməklə sonradan şahid qismində dindirilmiş polis əməkdaşlarından birinin məhz Şahid2 olması müəyyən edilmişdir. Halbuki, Şahid3 məhkəmədə ona verilən suallara cavab olaraq əvvəllər hal şahidi qismində heç vaxt iştirak etmədiyini, habelə ümumiyyətlə məhkəmədə şahid qismində heç vaxt dindirilmədiyini bildirərək həmin təkzibolunmaz faktı qətiyyətlə inkar etmişdir. Qeyd olunan hal Şahid3 ifadələrinin obyektivliyinə və etibarlılığına dair əsaslı və ciddi şübhələr yaratmaqla yanaşı, onun polis əməkdaşları ilə əlaqədə olaraq həmin fəaliyyətindən (hal şahidliyi) irəli gələn hər hansı marağının olması ehtimalını artırır. Bu da bir daha ibtidai istintaqın qərəzsizliyinə və obyektivliyinə ciddi xələl gətirir.

104. Eyni zamanda, iş materiallarına əsasən Təqsirləndirilən şəxs ibtidai istintaqın elə ilkin mərhələsindən özünü təqsirli bilməyərək üzərindən aşkar olunması iddia olunan predmetin özünə məxsusluğunu inkar etmiş, lakin ibtidai istintaqın, eləcə də ittihamın əsasını təşkil edən şəxsi axtarış və götürmə istintaq hərəkətinin guya müdafiəçinin iştirakı olmadan keçirilməsini kompüterdə tərtib olunmaqla ona imzalanması üçün təqdim edilmiş ərizə ilə xahiş etmiş və sonradan Təqsirləndirilən şəxs guya onun xahişini əks etdirən həmin ərizəni hər hansı səbəb göstərmədən imzalamaqdan imtina etmişdir. Halbuki məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs həm məhkəməyədək, həm də məhkəmə icraatı zamanı onun hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi1lə yaxın dostluq münasibətlərində olmasını bildirmiş, həmçinin iş materiallarına əsasən əvvəllər də onun təqsirləndirilməsinə dair cinayət işi üzrə hüquqlarının müdafiəsinin Müdafiəçi1 tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. Təsadüfi deyildir ki, hazırkı iş üzrə də vəkil Müdafiəçi1 ibtidai araşdırmanın elə ilkin mərhələsindən müqavilə əsasında Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmişdir. Qeyd olunan hal, Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanından dövlət hesabına müdafiəçi ilə təmin olunmasını xahiş etməsi, qanunsuz olaraq tutulmaqla polis şöbəsinə gətirildiyini iddia etməsi halında onun hüquqlarını əvvəllər də müdafiə etmiş, eləcə də yaxın dostluq münasibətlərində olduğu Müdafiəçi1 dərhal çağırmaması inandırıcı hesab olunmur. Həmçinin Təqsirləndirilən şəxs özünün deməsinə, eləcə də iş materiallarına əsasən kifayət qədər maddi imkanının olması nəzərə alındıqda guya onun maddi imkanının olmaması səbəbindən ibtidai araşdırma orqanından onun üçün dövlət hesabına vəkil təyin edilməsini xahiş etməsi ilə bağlı hal ağlabatan hesab olunmur. Bütün bunlar Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması qənaətinə gəlməyə məhkəməyə əsas verir.

105. Bundan başqa, çoxsaylı şahid ifadələri, eləcə də hökmün 41-ci bəndində qeyd edilən protokol məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilərkən müəyyən edildi ki, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ona qarşı hər hansı fiziki və psixi təzyiq olubolmaması barədə sual verilməmiş, üzərindən aşkar olunması iddia edilən predmetə olan münasibəti öyrənilməklə protokolda müvafiq qeydlər aparılmamış, müdafiəçinin istintaq hərəkətində iştirak etməməsinə hər hansı etirazının olub-olmaması soruşulmamış, Təqsirləndirilən şəxs aşkar edilmiş kimi qeyd edilən predmet tərəzi və ya digər ölçü cihazları ilə ölçülərək çəkisi müəyyən edilməmişdir. Bütün bunlar isə şübhəli şəxsin müdafiə və digər hüquqlarına ibtidai araşdırma orqanı tərəfindən formal olaraq yanaşıldığı, onun hüquq və vəzifələrinin real olaraq ona izah edilməklə təmin edilmədiyi qənaətinə gəlməyə əsas verir.

106. CPM-in 21.2 və 145.3-cü maddələri məhkəmələrdən şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etməyi tələb edir.

107. Qeyd edilənlərlə yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı təhqiqat və ibtidai istintaq orqanına araşdırmanın ilkin mərhələsindən üzərində hər hansı qanunsuz predmetin olmaması və üzərindən aşkar edilməsi iddia edilən qanunsuz predmetin isə kənar şəxslər tərəfindən üzərinə qoyulması barədə verdiyi ifadələri işin digər faktiki halları ilə uzlaşdığından həmin hissədə mötəbər sübut kimi qəbul edilə bilər.

108. Odur ki, məhkəmə hesab edir ki, “Şəxsi axtarış və götürmə haqqında” protokol və Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qəbul edilmiş və bununla bağlı toplanılmış material yolverilməzliyinə görə sübutlar siyahısından xaric olunmalıdır. Əks yanaşma qeyd edilən hissədə məhkəmə araşdırmasının səmərəli olmamasına və əhəmiyyətsizliyinə səbəb olan haldır.

109. Belə ki, məhkəmə araşdırması nəticəsində Təqsirləndirilən şəxs ona elan olunmuş CM-in 234.1-1-ci maddəsi ilə olan ittihama münasibətdə müdafiə tərəfinin göstərdikləri halların digər sübutlarla inkar edilməsi mümkün olmamışdır.

110. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri işin faktiki halları ilə kəskin ziddiyyət təşkil etdiyindən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verilməsinə kifayət etmir.

111. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, təqsirləndirilən şəxsə irəli sürülmüş CM-in 234.1-1-ci maddəsi ilə olan ittiham üzrə onun hüquqları, o cümlədən müdafiə hüququ və cinayət prosessual qanunvericiliyin digər tələbləri də kobud şəkildə pozulmuşdur.

112. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri və bununla bağlı toplanmış material, habelə üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti, həmin hərəkətlərin nəticəsinə dair tərtib edilmiş protokol qanunsuz şəkildə əldə edildiyindən, eləcə də, həmin sübutların əldə edilməsi zamanı yaranmış kifayət qədər ciddi şübhələrin aradan qaldırılması mümkün olmadığından qeyd edilən sübutlar yolverilməzliyinə görə sübutlar siyahısından çıxarılmalıdır. Belə ki, ciddi qanun pozuntuları ilə əldə edilmiş və nəticə etibarı ilə qanunsuz olan sübutlar təqsirləndirilən şəxsin təqsirli hesab edilməsinə əsas ola bilməz.

113. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası 18 oktyabr 1999cu il tarixli Qanunun 16-cı bəndindən görünür ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və CPM-in tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi nəticəsində əldə edilmiş məlumatlar bu tədbirlərin məqsədlərinə uyğun olmadıqda onların aşkar edilməsi və ya hüquqi və fiziki şəxslərin əleyhinə istifadə edilməsi qadağandır.

114. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 31-ci bəndində göstərilir ki, CPM-in 445.2-ci maddəsinə və 728-İQ nömrəli Qanunun 10-cu maddəsinin İV hissəsinə əsasən şəxsiyyət əleyhinə olan ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaqasma, poçt, teleqraf və digər göndərişləri yoxlama, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxarma, habelə insanları güdmə kimi əməliyyat-axtarış tədbirləri; cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün isə binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirmə əməliyyat-axtarış tədbiri məhkəmə qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. CPM-in 445.2-ci maddəsinə və 728-İQ nömrəli Qanunun 10-cu maddəsinin V hissəsinə əsasən həmin maddənin İV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış tədbiri məhkəmə qərarı olmadan həyata keçirildikdə, onun keçirilməsindən sonra 48 saat ərzində əməliyyataxtarış fəaliyyətinin subyekti (səlahiyyətli şəxs) həyata keçirilmiş tədbirlər barədə əməliyyat-axtarış tədbirini həyata keçirən orqanın yerləşdiyi yer üzrə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidir (eyni bir əməliyyat-axtarış tədbirinə məhkəmə nəzarətinin həyata keçirilməsi üçün əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərarın bir neçə məhkəməyə – tədbirin faktiki olaraq baş tutduğu yer üzrə və tədbirin keçirilməsinə qərar vermiş orqanın yerləşdiyi yer üzrə məhkəməyə göndərilməsinə yol verilməməlidir). Cinayət işlərinə mahiyyəti üzrə baxan məhkəmələr isə məhkəmə nəzarətinin bu bənddə əksini tapmış hüquqi mövqelərə uyğun şəkildə həyata keçirilibkeçirilmədiyinə diqqət yetirməli, məhkəmə nəzarəti lazımınca həyata keçirilmədiyi hallarda müvafiq sübutların mümkünlüyü məsələsini xüsusi səylə araşdırmalı, lakin heç bir halda əməliyyat-axtarış tədbiri ilə əlaqədar məhkəmə nəzarətinin həyata keçirilməsi faktına (müvafiq məhkəmə qərarının olmasına) özü-özlüyündə əməliyyat-axtarış tədbiri gedişində əldə olunaraq cinayət təqibi orqanı tərəfindən sübut kimi qiymətləndirilmiş materialın CPMin 125-ci maddəsinin və digər normalarının tələbləri baxımından yolverilən olmasına dəlalət edən, məhkəməni hər bir sübutu aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsindən azad edən əsas kimi istinad etməməlidirlər.

115. Hökmün 114-cü bəndində qeyd olunan Qərarın 32-ci bəndində göstərilmişdir ki, CPM-in və 728-İQ nömrəli Qanunun yuxarıda istinad olunan və digər normaları (məsələn, Qanunun 11 və 12-ci maddələri, 13-cü maddəsinin 1-ci hissəsi və s.) əməliyyat-axtarış tədbirinin, o cümlədən barəsində məhkəmə nəzarəti həyata keçirilməli olan əməliyyataxtarış tədbirinin məhkəmə qərarı olmadan keçirilməsinə dair əməliyyat-axtarış fəaliyyəti subyektinin səlahiyyətli şəxsinin qərarının əsaslandırılmış olmasını, qərarda 728-İQ nömrəli Qanunun 10-cu maddəsində təsbit edilmiş əməliyyat-axtarış tədbirlərindən hansının keçiriləcəyinin və onu zəruri edən halların dəqiqliklə göstərilməsini, əməliyyataxtarış tədbiri barəsində məhkəmə nəzarəti həyata keçirilməli olan tədbirlər dairəsinə aiddirsə, bunun, eləcə də məhkəmə qərarı alınmadan tədbirin keçirilməsinə hansı halın əsas olduğunun əks etdirilməsini tələb edir. Əməliyyat-axtarış tədbirinin gedişatının və nəticələrinin nə cür rəsmiləşdirilməli olması 728-İQ nömrəli Qanunda dəqiqliklə tənzimlənmədiyindən, CPM-in 446.2.9-cu maddəsi isə əməliyyat-axtarış tədbirinin gedişatında əldə edilən nəticələrin rəsmiləşdirilməsi üsullarının seçilməsini əməliyyataxtarış tədbirinin keçirilməsinə zərurət görən (vəsatət qaldıran) əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsinin vəzifələrinə (onun səlahiyyət dairəsinə) aid etdiyindən, əməliyyat-axtarış tədbiri məhkəmənin qarşısında vəsatət qaldırılmadan birbaşa əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin qərarı əsasında keçirlidiyi halda da həmin qərarda əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində hansı nəticələrin əldə edilməsinin güman edildiyi və bu nəticələrin hansı üsullarla rəsmiləşdiriləcəyi, başqa sözlə, əməliyyataxtarış tədbirinin gedişatına və nəticələrinə dair məlumatların müvafiq sirr təşkil edən məlumatların məxfiliyinin qorunması şərti ilə hansı sənəd şəklində ifadə olunacağı öz əksini tapmalıdır. Məsələn, əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul etmiş əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsi qərarında nəzərdə tuta bilər ki, əməliyyat-axtarış tədbirinin gedişatı və nəticələri əməliyyat-axtarış tədbirinə rəhbərlik etmiş şəxs tərəfindən tərtib edilməli olan ətraflı raportda və yaxud əməliyyat-axtarış tədbirinə rəhbərlik etmiş şəxs tərəfindən tərtib edilməli və onun, eləcə də əməliyyat-axtarış tədbirində iştirak etmiş digər əməkdaşlar tərəfindən imzalanmalı olan, məzmunca bu və ya digər istintaq hərəkətlərinin protokoluna bənzəyən protokol şəklində rəsmiləşdirilsin. Burada başlıca məqsəd o olmalıdır ki, seçilən rəsmiləşdirilmə üsulu (raport, protokol və yaxud başqa sənəd şəklində olmasından asılı olmayaraq) əməliyyat-axtarış tədbirinin gedişatının və əldə olunan nəticələrin ətraflı və dəqiq əks etdirilməsini təmin edə bilsin, bu məsələlər üzrə məlumatların həqiqiliyinə şübhə ilə yanaşılmasını, o cümlədən əldə olunan materiallara kənar müdaxilələri, onların məhv edilmə, zədələnmə, dəyişdirilmə, təhrif edilmə imkanlarını istisna etsin, nəticə etibarı ilə tərtib edilən sənəd və əldə edilən materiallar təhqiqatçıya, müstəntiqə CPM-in tələblərinə müvafiq surətdə təqdim edildikdə, müvafiq yoxlamadan sonra cinayət prosesində sübut kimi qəbul edilə bilsin. Əməliyyat-axtarış tədbiri zamanı sübut əhəmiyyəti ola biləcək materialların götürülməsinin fasiləsiz videoçəkiliş ilə aparılması, götürülmüş predmetlərin qablaşdırılması, raportda və yaxud protokolda onların mümkün qədər ətraflı və dəqiq təsvir edilməsi qeyd olunan məqsədin realizə edilməsində mühüm rol oynaya bilər. Odur ki, əməliyyataxtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir.

116. Hökmün 114-cü bəndində qeyd olunan Qərarın 33-cü bəndində isə göstərilmişdir ki, əməliyyat-axtarış tədbiri gedişində materialların əldə olunması məsələsinin tənzimləmə mexanizmindən (əsasən 728-İQ nömrəli Qanunun tənzimləmə sferasına aid edilməsindən) fərqli olaraq CPM-in 137-ci maddəsi əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş materialların məhz CPM-in tələblərinə uyğun olaraq cinayət təqibi orqanına (məsələn, təhqiqatçıya, müstəntiqə) təqdim edilməsini və həmin materialların ittihamın əsaslandırılmasında sübut kimi istifadə edilməsindən əvvəl yoxlanılmasını tələb edir. Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş məlumatlar (tədbirin gedişatını və nəticələrini, o cümlədən sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol”) onlara əlavə olunmuş videoyazının saxlanıldığı elektron daşıyıcı və götürülmüş əşyalarla birlikdə məlumatların mənbəyini və əldə edilmə üsullarını yaymadan əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən cinayət təqibi orqanına (təhqiqatın və ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsə) göndərilməli və yaxud bilavasitə təqdim edilməli, təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs isə əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən predmetlərin götürülməsi qaydasında CPM-in 236-cı maddəsinin müvafiq tələblərinə uyğun olaraq, o cümlədən təqdim edilmiş əşyaların baxışını apardıqdan sonra əşyaları təqdim edən şəxs haqqında məlumatları, əşyaların sayını, ölçüsünü, çəkisini, fərdi əlamətlərini və digər xüsusiyyətlərini əks etdirən “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi” protokolunu tərtib etməklə götürməlidir. Həmin materiallar (məsələn, raport və yaxud protokol, eləcə də əşyalar) onların əldə edilməsinin qanunauyğunluğu (mənbəyinin mötəbərliyi) yoxlanıldıqdan və CPM-in 125-ci maddəsinin, habelə digər normalarının tələbləri baxımından sübut kimi yolverilən olması müəyyən edildikdən sonra cinayət prosesində istifadə edilə bilən sübut növü (məsələn, raport və yaxud protokol - CPM-in 135-ci maddəsində nəzərdə tutulmuş sənəd, əşya isə CPM-in 128-ci maddəsində nəzərdə tutulmuş maddi sübut) kimi ibtidai araşdırma üzrə icraatın materiallarına əlavə edilə bilər. Qeyd olunanlardan çıxış edərək, məhkəmələr cinayət işlərinə baxarkən əməliyyat- axtarış tədbirlərinin gedişatının və nəticələrinin əldə edilən məlumatların sübut kimi qəbul edilə bilməsini təmin edəcək dərəcədə etibarlı şəkildə rəsmiləşdirilibrəsmiləşdirilməməsinə, əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən təhqiqatçıya, müstəntiqə təqdim edilən materialların sübut kimi yolverilənliyinin onlar tərəfindən lazımınca yoxlanılıb-yoxlanılmamasına xüsusi diqqət yetirməli, materiallar əməliyyat-axtarış tədbirlərinin nəticələrinin yolverilənliyi yoxlanılmadan və qanuni əsas olmadan cinayət prosesində sübut kimi qəbul edildikdə, cinayət təqibini həyata keçirmiş vəzifəli şəxslərin fəaliyyətsizliyinə və onlar tərəfindən cinayətprosessual qanunvericiliyin tələblərinin pozulmasına xüsusi qərar çıxarmaqla münasibət bildirməlidirlər. Nəzərə almaq lazımdır ki, CPM, 728-İQ nömrəli Qanun və yaxud hər hansı bir digər normativ hüquqi akt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirildikdə götürülməsinə zərurət yaranan, cinayət prosesində maddi sübut əhəmiyyətinə malik ola biləcək bu və ya digər əşyanın (məsələn, narkotik vasitənin, psixotrop maddənin, prekursorun) bilavasitə əməliyyat-axtarış tədbirinin gedişində deyil, müstəsna olaraq şübhə edilən şəxs saxlanılıb polis qurumunda təhqiqatçıya təhvil verildikdən və təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulma protokolu tərtib edildikdən sonra istintaq hərəkəti (məsələn, şəxsi axtarış və götürmə) vasitəsi ilə əldə edilməsini nəinki tələb etmir, hətta bunun əksini, yəni bilavasitə əməliyyataxtarış tədbirinin gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin və ya prekursorların götürülməsini və bunun əməliyyat-axtarış tədbirlərinin nəticələrini rəsmiləşdirən sənəddə (məsələn, raportda və ya protokolda) CPM-in 245.8 və 247.1.9-cu maddələrində nəzərdə tutulanlara analoji şəkildə - götürülən predmetin miqdarı, çəkisi, nə cür qablaşdırıldığı və digər xüsusi əlamətləri göstərilməklə əks etdirilməsini, habelə CPM-in 148.2-ci maddəsində təsbit edilən əsaslar olduqda, yəni şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən (məsələn, şəxsin güdülməsi kimi əməliyyat-axtarış tədbirinin gedişində onun narkotik vasitəni əldə etməsi, daşıması, başqasına satması və ya əməliyyat-axtarış tədbiri qismində yaşayış sahəsinə baxış keçirilərkən onun narkotik vasitəni saxlaması müşahidə edildikdə) və yaxud bilavasitə əməlin törədilməsindən sonra yaxalandıqda; hadisəni görən şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə; şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən edildikdə şəxsin şübhəli şəxs qismində tutma protokolunu tərtib etmək səlahiyyətində olan (təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş) şəxsə təqdim edilməsi üçün təhqiqat orqanının əməkdaşı hesab edilən müvafiq əməliyyat-axtarış tədbirini həyata keçirən şəxs tərəfindən tutulub-saxlanılmasını (bu məqsədin təmin edilməsi üçün zəruri olan müddəti aşmamaq şərti ilə azadlığının faktiki məhdudlaşdırıla bilməsini) ehtiva edir. Əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyataxtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Azadlığının faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-in tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. Həmin Qərarın 35-ci bəndində göstərilmişdir ki, 728-İQ nömrəli Qanunun 10-cu maddəsinin İV hissəsinin 2-ci bəndinin məzmununa görə həmin maddədə göstərilən əsaslar olduqda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətlər üzrə də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə baxışın keçirilməsi istisna edilmir. Belə əməliyyat-axtarış tədbirləri üzrə məhkəmə nəzarətinin səmərəliliyinin təmin edilməsi üçün isə CPM-in 445.2-ci maddəsinə və 728-İQ nömrəli Qanunun 10-cu maddəsinin V hissəsinə əsasən tədbir aparıldıqdan sonra məhz 48 saat müddətində həmin qərarın məhkəməyə təqdim edilməsi və məhkəmənin əməliyyat-axtarış tədbirinin qanuniliyinin yoxlanılması üçün zəruri hesab etdiyi digər materialların ona verilməsi tələb olunur.

117. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır.

118. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.

119. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.

120. CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir.

121. Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ)).

122. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və CPM-in 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə ittiham elan edərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının səhvləri aradan qaldırılaraq şahidlərin kifayət qədər ziddiyyətli və uzlaşmayan ifadələrini, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutlar Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş həmin ittihamın əsası kimi qiymətləndirilə bilməz.

123. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir.

124. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

125. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin tələbinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.

126. Eyni zamanda, CPM-in 19-cu maddəsinin tələblərinə görə, cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: - öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq; - şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq.

127. Həmin məcəllənin 90-cı maddəsinin tələbinə görə müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə dindirilmək və öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək təqsirləndirilən şəxsin hüquqlarıdır.

128. Şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalması CPM-in 90.11.2-ci maddəsində hər bir tutulma halını müşayiət edən şübhəli şəxsin daşıdığı vəzifə olaraq təsbit edildiyindən, müdafiəçinin tutulmanın rəsmiləşdirilməsində iştirak etməsi onun bundan sonra həyata keçirilən (tutulması üzrə proseduran tərkib elementi kimi çıxış edən, bir növ onun davamı olan) şəxsi axtarış zamanı da iştirakını qaçılmaz edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şübhəli şəxs qismində tutulmaya dair protokolun tərtib edilməsi zamanı iştirak etmiş (protokolu imzalamış) müdafiəçinin hər hansı səbəbdən, o cümlədən təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsin şübhəli şəxsdən aldığı yazılı razılıq əsasında şəxsi axtarışda iştirak etməməsi kimi hallar şübhəli şəxsin müdafiə hüququnun və müvafiq istintaq hərəkətinin aparılması qaydalarının pozuntusu kimi qiymətləndirilməlidir.

129. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, təqsirləndirilən şəxsin hüquqları, o cümlədən müdafiə hüququ və cinayət prosessual qanunvericiliyin digər tələbləri də kobud şəkildə pozulmuşdur.

130. Bundan başqa, “Sakit Zayidov Azərbaycana qarşı” Avropa Məhkəməsinin Qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçinin tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması, bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır.

131. Təqsirləndirilən şəxs barəsində keçirilmiş məhkəmə narkoloji ekspertizasının rəyindən aydın olur ki, onda opioidlərdən istifadə etmə halları olmuş, hazırda narkomaniya xəstəliyindən əziyyət çəkmir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırda məhkəmə qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı məsələlərə aydınlıq gətirilməsi deyil, əksinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılmasından ibarətdir.

132. Eyni zamanda məhkəmə qeyd edir ki, yuxarıda göstərilən çoxsaylı qanun pozuntuları ilə həyata keçirilmiş əməliyyat tədbirləri formal əsaslarla və hazırkı cinayət işinə aid olmayan sair sübutlarla qanuni hesab edilə bilməz. Belə ki, CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onları sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır.

133. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir.

134. CPM-in 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.

135. Beləliklə, işdəki sübutlara hüquqi qiymət verən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, ona həmin maddə ilə bəraət verilməlidir.

136. CPM-in 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2 və 42.2.4-cü maddələrə görə, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır.

137. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımasında ifadə olunan CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi təsdiq olunmadığından ona həmin maddə ilə verilmiş ittiham üzrə CPM-in 42.1, 42.1.4, 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilməlidir.

138. Həmçinin məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 182.2.2 və 182.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir.

139. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs CM-in 182.2.2 və 182.2.4-cü maddələri ilə olan verilmiş ittihamlar üzrə cinayət əməllərinin tövsifi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 25 dekabr 1998-ci il tarixli 2 №-li qərarının 1-ci bəndində göstərilir ki, CM-in 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. Həmin qərarın 3-cü bəndində qeyd edilir ki, rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. Zərər çəkmiş şəxsin yaxın qohumları dedikdə, CPM-in 7.0.32-ci maddəsində göstərilən şəxslər, yəni babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr başa düşülməlidir. Həmin qərarın 3-1-ci bəndində vurğulanmışdır ki, hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq CM-in 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu səbəbdən təqsirkarın məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Bu halda əməl təqsirkarın məqsədinin hansı miqdarda əmlakın əldə edilməsinə yönəlməsindən asılı olaraq, yəni “xeyli miqdarda” əmlakın əldə edilməsinə yönəldildikdə CM-in 182.2.4-cü maddəsi, “külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə CM-in 182.3.2-ci maddəsi, “xüsusilə külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə isə CM-in 182.4-cü maddəsi ilə tövsif olunmalıdır. Həmin qərarın 4cü bəndində göstərilir ki, CM-in 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndində göstərilmiş cinayətlərdən hər hansı birini törətmiş, lakin həmin cinayətə görə məhkum edilməmiş və cinayət məsuliyyətindən azad edilməmiş şəxs əvvəl törədilən cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmədiyi halda hədə-qorxu ilə tələb etmə cinayətini törədərsə, bu halda birinci əməl (əgər əvvəlki əməl CM-in 182.1-ci maddəsi ilə ehtiva olunan cinayət deyilsə) CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə, hədə-qorxu ilə tələb etmə isə cinayətlərin təkrar törədilməsi əlaməti üzrə - CM-in 182.2.2-ci maddəsi ilə, yəni bu cinayətlərin məcmusu kimi tövsif edilməlidir. Bir və ya bir neçə şəxsə qarşı yönəlmiş əmlakı və yaxud ona olan hüququ və yaxud əmlak xarakteri daşıyan digər hərəkətlərin yerinə yetirilməsini dəfələrlə tələb etmə, əgər bu tələblər vahid qəsdlə əhatə olunmuşsa və eyni bir əmlakın (eyni bir əmlaka olan hüququn) ələ keçirilməsinə, əmlak xarakteri daşıyan eyni bir hərəkətin yerinə yetirilməsinə yönəlmişsə, bu halda əməl təkrar hədə-qorxu ilə tələb etmə kimi tövsif edilə bilməz. Həmin qərarın 7-ci bəndində göstərilir ki, hədə-qorxu ilə tələb etmə, istər xeyli miqdarda əmlak əldə etmək (CM-in 182.2.3-cü maddəsi), istər külli miqdarda əmlak əldə etmək (CM-in 182.3.2-ci maddəsi), istərsə də xüsusilə külli miqdarda əmlak əldə etmək (CM-in 182.4-cü maddəsi) məqsədi ilə törədilmiş olsun, formal tərkibli cinayətlər olduğundan müvafiq məqsədin müəyyən edilməsi CM-in həmin maddələri ilə məsuliyyətin yaranması üçün kifayət edir və ziyanın real olaraq vurulması tələb olunmur. Təqsirkarın əməli cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edildikdə təkrarlığı təşkil edən hər bir hədə-qorxu ilə tələb etmə cinayəti üzrə təqsirkarın məqsədinin yönəldiyi əmlakların miqdarları toplanılmayaraq əməllərin hər biri üzrə ayrı-ayrılıqda müəyyən olunmalıdır. Bu zaman təkrarlıq yalnız CM-in 182.1-ci maddəsində göstərilən cinayətlərdən təşkil olunduqda, bütövlükdə bu cinayətlərin çoxluğu CM-in 182.2.2-ci maddəsi ilə, cinayətlərin təkrar törədilməsi ilə yanaşı təqsirkarın əməllərində CM-in 182.2-ci maddəsində göstərilən digər tövsifedici əlamətlər olduqda isə CM-in 182.2.2-ci, habelə həmin tövsifedici əlamətləri nəzərdə tutan CM-in 182.2-ci maddəsinin digər normaları ilə tövsif edilməlidir.

140. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 21 oktyabr 2011-ci il tarixli qərarında göstərilir ki, CM-in 182.1-ci maddəsi hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etməyə görə cinayət məsuliyyətini müəyyən edir. CM-in 182.2.4-cü maddəsi eyni əməllərin zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilməsi ilə əlaqədar, Məcəllənin 182.3.2-ci maddəsi isə eyni əməllərin külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədilməsi ilə əlaqədar cinayət məsuliyyətini nəzərdə tutur. CM-in 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədə-qorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyriqanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə-qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. CM-in 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olubolmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. Hədə-qorxu ilə tələb etmə cinayəti özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir. Bununla yanaşı, cinayət qanunvericiliyində hədə-qorxu ilə tələb etmə cinayətinin bir neçə tövsifedici əlamətləri nəzərdə tutulmuşdur. Belə tövsifedici əlamətlərdən biri də bu əməlin zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilməsidir (CM-in 182.2.4-cü maddəsi). CM-in 182.2.4cü maddəsi bilavasitə həmin Məcəllənin 182.1-ci maddəsində göstərilən dispozisiya ilə bağlıdır. Belə ki, hədə-qorxu ilə tələb etmənin ağırlaşdırıcı hallarının hər birinin (CM-in 182.2.1- 182.2.5-ci maddələri) əsasını həmin maddənin dispozisiyasında verilmiş hədəqorxu ilə tələb etmənin tərkibi təşkil edir. Hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranması üçün CM-in 182.1-ci maddəsində qeyd olunan əsasların mövcud olması mütləq şərtdir.

141. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs ittihamda göstərilən tarixlərdə və məbləğlərdə pul vəsaitlərinin verilməsi işin mübahisəsiz halıdır. Başqa sözlə, zərərçəkmiş şəxs tərəfindən ümumilikdə 42000 (qırx iki min) manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxsə verilməsi halı məhkəmə istintaqı ilə də müəyyən edilməklə tərəflər həmin halı mübahisələndirməmişdir. Tərəflərin mübahisələndirdiyi hal qeyd edilən pul vəsaitlərinin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən hədə-qorxu ilə tələb edilərək alınması ilə bağlı olmuşdur.

142. Bununla bağlı məhkəmə istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında yaranmış yaxın münasibətlər barədə məlumatları, habelə həmin münasibətləri özündə əks etdirdiyini iddia etdiyi videogörüntüləri sonuncunun əri, qardaşı və oğluna, eləcə də digər yaxın qohumlarına göndərməklə yayıb onu rüsvay edəcəyi hədəsi ilə ona müxtəlif vaxtlarda törədilmiş cinayətdən xəbərsiz olan ayrı-ayrı şəxslərə məxsus bank kartlarını göndərməklə xeyli miqdarda pul köçürməsini tələb etmişdir. Belə ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə 2022-ci il tarixdə tanış olduqdan bir müddət sonra sonuncunun təkidi ilə səmimi münasibətə daxil olmağa razılıq vermiş, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona olan münasibətindən sonuncuya qarşı istifadə edib bu barədə Zərərçəkmiş şəxs əri, oğlu və qardaşına, eləcə də digər bütün qohumlarına yaymaqla onu rüsvay edəcəyinə dair hədə-qorxu gələrək ondan dəfələrlə ayrı-ayrı vaxtlarda təkrarən xeyli miqdarda pullar tələb etməklə almışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun barəsində yaya biləcəyi rüsvay edici məlumatlardan ehtiyat edərək sonuncunun hədə-qoxularına boyun əyib Təqsirləndirilən şəxs dediklərinə əməl edəcəyi təqdirdə həmin məlumatları yaymayacağını və ondan əl çəkəcəyini düşünərək ayrı-ayrı banklardan yüksək faizə kredit götürməklə Təqsirləndirilən şəxs ona göndərdiyi müxtəlif şəxslərin adına olan bank kartlarına tələb olunan miqdarda pulları köçürmüş və bir hissəsini isə şəxsən Təqsirləndirilən şəxs göndərdiyi şəxslərə vermişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb etdiyi pullara artıq maddi gücünün çatmayacağını düşünüb müvafiq hüquqi yardım almaqla nümayəndəsinin iştirakı ilə polis idarəsinə gedərək Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə ümumilikdə 42000 manat məbləğində pulunun ələ keçirilməsini və həmin pulun geri qaytarılmasına köməklik edilməsinə dair şikayət ərizəsi yazmış, davam edən ibtidai istintaq zamanı ailəsinin dağılacağından və rüsvay olacağından ehtiyat edərək müstəntiqə də əri, oğlu və qardaşının bu barədə dindirilməmələrini təkidlə xahiş etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ondan şikayət etməsini öyrəndikdən qısa müddət sonra sonuncuya zəng edərək bu barədə maraqlanmışdır (bax hökmün 9-cu bəndinə). Lakin zərərçəkmiş şəxsin şikayət verdiyini öyrənən Təqsirləndirilən şəxs qohumları tərəfindən Zərərçəkmiş şəxs sıxışdırıldığından, eləcə də, sonuncunun iş yerinə gedərək ona və tanışlarına xahişə çıxmalarını, iş yoldaşlarının və ailə üzvlərinin Təqsirləndirilən şəxs ilə intim münasibətlərindən xəbərdar olacaqları təqdirdə rüsvay olacağını düşünürək həmin ərizəsini geri götürməklə guya Təqsirləndirilən şəxs ona olan borcunun tam şəkildə ödənilməsi barədə ərizə ilə yenidən istintaq orqanına müraciət etmişdir (bax hökmün 18ci bəndinə). Həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulmaqla barəsində həbs qətimkan tədbiri seçildikdən sonra səhhəti ilə əlaqədar müalicə müəssisəsinə köçürüldükdən sonra yenidən Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq ondan dərman və bir sıra dərman preparatları gətirməsini, onunla saxlanıldığı müəssisəyə görüşə gəlməsini təkidlə tələb edərək əks halda onların yaxın münasibətinə dair məlumatları və görüntüləri əri, oğlu və qardaşına göndərəcəyinə dair hədə-qorxu gəlmiş, Təqsirləndirilən şəxs oşxar xarakterli fikirlərinin səsləndirildiyi videogörüntü də mobil telefonundan aşkar edilməklə iş materiallarına əlavə edilmişdir (bax hökmün 18 və 52-ci bəndlərinə). Eyni zamanda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən aralarında baş vermiş münasibətlər barədə rüsvay edici məlumatları əri, oğlu və qardaşına, eləcə də digər bütün qohumlarına yaymaqla hədə-qorxu gəlinməsi faktı Zərərçəkmiş şəxs özü tərəfindən könüllü olaraq ibtidai istintaq orqanına təqdim edilməklə müstəntiq tərəfindən iş üzrə maddi sübut qismində tanınmaqla iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan “Whatsapp” mesajlarını əks etdirən sübutlar və bank çıxarışları ilə (bax hökmün 34 və 58-ci bəndlərinə), habelə işin faktiki halları ilə öz təsdiqini birmənalı şəkildə mübahisəsiz olaraq tapmışdır.

143. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi və müdafiə tərəfinin qeyd etdiyi, o cümlədən Zərərçəkmiş şəxs məhkəmə icraatı zamanı ifadəsində təkidlə göstərdiyi hal Təqsirləndirilən şəxs ona qarşı hədə-qorxu gələrək barəsində rüsvayedici məlumatları yaymasına dair şantaj etməməsi, guya müstəntiq Şahid7 tərəfindən aldadılaraq sonuncunun dediyi kimi ərizə yazaraq ifadələr verməsi və bu səbəbdən Təqsirləndirilən şəxs qanunsuz olaraq həbs olunması olmuşdur. Halbuki, Zərərçəkmiş şəxs polis idarəsinə müraciət edib bu barədə ərizə yazdığı ilk dövrlərdən etibarən öz şəxsi hesabına vəkillə müqavilə bağlayıb ona notarial qaydada etibarnamə verməklə iş üzrə nümayəndəsi qismində iştirak etməsinə razılıq vermiş, habelə aralarında bağlanmış müqaviləyə xitam verilənədək keçirilən bütün istintaq hərəkətlərində nümayəndəsi ilə birlikdə iştirak etmiş, bununla da zərərçəkmiş şəxs vəkil nümayəndəsi vasitəsilə keyfiyyətli hüquqi yardım almaqla hüquqlarının hərtərəfli şəkildə müdafiə olunmasınna nail olmaqla həmin müddət ərzində işin faktiki hallarına uyğun olan ifadələr vermiş, ibtidai istintaq orqanı tərəfindən təzyiqə məruz qalmasını bildirməmiş, əksinə müdafiə tərəfinin özü və qohumları tərəfindən sıxışdırılmaqla təsirlərə məruz qalmasını ifadə etmişdir. Bununla da, məhkəmə Zərərçəkmiş şəxs məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs müdafiəsinə yönəlmiş həmin ziddiyyətli ifadələrinə tənqidi yanaşaraq həmin ifadələrini özünün təqsirləndirilən şəxslə olan yaxın münasibətinin hələ də ailə üzvləri tərəfindən bilinməməsi (həmçinin məhkəmə icraatı zamanı da ailə üzvlərinin dindirilməməsini xüsusi olaraq məhkəmədən xahiş etmişdir), eləcə də həmin məlumatların təqsirləndirilən şəxs tərəfindən yayılmasından qorxduğu (ehtiyat etdiyi) üçün verdiyi ifadələr kimi qiymətləndirməklə rədd edir. Bundan başqa, iş materiallarına əlavə olunmaqla Zərərçəkmiş şəxs tərəfindən icra olunmuş prosessual sənədlər onun özü tərəfindən imzalanaraq əlyazması ilə müvafiq qeydlər aparılmaqla təsdiq edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs təkidlə onun tutulmasına səbəbkarın barəsində əvvəllər cinayət təqibini aparmış keçmiş müstəntiq Şahid6 olmasını, habelə sonuncunun hazırkı iş üzrə müstəntiq olmuş Şahid7 onun həbs olunmasına dair müvafiq tapşırıq verməsini, o cümlədən Şahid6 Elnarə Niftullayeva adlı qadının saxlanılmasında ondan yardım istəməsini, sonuncunu tutduqdan sonra 500000 manat məbləğində pul almasını, həmin puldan ona da verməli olmasına baxmayaraq, hər hansı məbləğdə pul verməməsini və işin faktiki hallarına uyğun olmayan sair xüsusatlar onun özünün ziddiyyətli ifadəsindən başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından, əksinə cinayət təqibi üzrə toplanmış mötəbər sübutlarla, eləcə də şahid qismində dindirilmiş Şahid6 ifadələri və müstəntiq Şahid7 izahatı ilə tam inkar olunduğundan məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq onları Təqsirləndirilən şəxs ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.

144. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən nəticəyə gələrkən eyni zamanda iş üzrə mühüm əhəmiyyət kəsb edən zərərçəkmiş və təqsirləndirilən şəxsin həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə icraatı zamanı göstərdikləri ziddiyyətli xüsusatların işin faktiki halları ilə tam inkar edilməsini xüsusilə vurğulayır. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə ilkin tanışlığı ilə bağlı məhkəməyədək icraat zamanı müqavilə əsasında müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs sonuncunun həyat yoldaşı Kazım və qardaşı Rəfaellə dostluq münasibətləri olduğuna görə tanımış, bu səbəbdən Zərərçəkmiş şəxs əri Kazımın evinə gedib-gələrkən Giləni də tanımış, hətta Kazım arvadı Gilənin ona olan 25000 manat borcunu da qaytarmışdır (bax hökmün 12-ci bəndinə). Halbuki, Zərərçəkmiş şəxs Məsləhətlə sonuncunun bacısı uşağına həkim kimi yardım göstərməsi ilə bağlı tanıdığını, aralarında yaxın münasibət olmasına baxmayaraq, Təqsirləndirilən şəxs tutulanadək sonuncunun adının Ramin olduğunu bilmiş, Raminin əri və qardaşını tanımadığını bildirmişdir (bax hökmün 15 və 18-ci bəndlərinə). Bununla bağlı, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs sual verildikdə sonuncu Zərərçəkmiş şəxs əri və qardaşının tanımadığını, ad və soyadını bilmədiyini, sonuncuların ona məxsus avtomobil servisində avtomobillərini təmir etdiklərini güman etdiyini, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs əri və qardaşını tanımasına, habelə Gilənin ərinin ona olan borcları qaytarmasına, Gilənin evində olmasına dair hər hansı ifadə vermədiyini bildirmişdir (bax hökmün 10-cu bəndinə). Halbuki, Müdafiəçi1 məhkəməyədək icraat zamanı çoxsaylı vəsatətlərində məhz Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan münasibətlərin borc münasibətləri olmasını, həmin halın Zərərçəkmiş şəxs əri və qardaşı tərəfindən də bilinməsini bildirərək təkidlə sonuncuların adlarını qeyd etməklə onların dindirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə aralarında borc münasibətləri olmasına dair ifadələrinə təndiqi yanaşaraq qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs 42000 manat məbləğində borc verdiyini iddia etdiyi şəxsin adını yalnız Təqsirləndirilən şəxs tutulduqdan sonra bilmiş, məzh sonuncunun həbs olunmasına baxmayaraq, onu narahat etməsinə və əl çəkməməsinə görə Təqsirləndirilən şəxs həbs olunduqdan təxminən dörd ay sonra ibtidai istintaq orqanına şikayət ərizəsi ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs aralarında səmimi münasibət olmasına baxmayaraq, Təqsirləndirilən şəxs borc pulları əsasən terminal və kart vasitəsi ilə köçürməsini (müəyyən məbləğdə komissiya haqqı tutulmaqla), banklardan kifayət qədər yüksək faizlə kredit götürüb həmin pulu adını belə səhv bildiyi şəxsə faizsiz borc verməsini, həmin şəxsin onu ağır formada təhqir etməsinə və alçatmasına baxmayaraq, borc pullar verməsinə davam etməsinin səbəblərini və sair ziddiyyətli halları izah edə bilməmişdir (bax hökmün 15-18 və 34-cü bəndlərinə). Halbuki, Təqsirləndirilən şəxs aralarında səmimi münasibət olduğunu iddia etdiyi qadının yüksək faizlə kredit götürüb ona borc verməsini bilmədiyini bildirmişdir (bax hökmün 11-ci bəndinə).

145. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, davam edən məhkəmə icraatı zamanı Zərərçəkmiş şəxs psixoloji gərginlikdə olması, xüsusilə də, Təqsirləndirilən şəxs davranışlarından həddən artıq çəkinməsi müəyyən edildi. Qeyd edilən hallar, məhkəmə kollegiyasında daxili inamın formalaşmasında mühüm əhəmiyyət kəsb edir.

146. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs CM-in 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi təkzibedilməz olaraq tam şəkildə sübuta yetirilir.

147. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 25 dekabr 1998-ci il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli qərarlarının, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 21 oktyabr 2011-ci il tarixli qərarının müddəalarını da nəzərə alır.

148. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

149. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

150. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. CM-in 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlər ağır cinayətlər kateqoriyasına aid edilir.

151. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 182.2.2 və 182.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 182.2.2 və 182.2.4-cü maddələrinin sanksiyası həddində cəza təyin edilməlidir.

152. CPM-in 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

153. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

154. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

155. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspertiza rəylərini və digər sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun rəsmi təfsirlərini rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarındakı müddəaları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsinə görə CPM-in 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilməli və o, hazırkı cinayət işi üzrə CM-in 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində ona cəza təyin edilməlidir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

156. Məhkəmə nəzərə alır ki, CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

157. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

158. Məhkəmə CM-in 59.1.12-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs onunla barışmaqla şikayət və tələbinin olmamasını, CM-in 59.1.13-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs dəymiş ziyanın tamamilə ödənilməsini, CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin üzvü olduğu ictimai birliyin tədbirlərində fəal iştirak etməsini, həmçinin qeydiyyatda olduğu ərazi üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

159. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.

160. CM-in 60.1-ci maddəsinə əsasən 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.

161. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

162. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 182.2.2 və 182.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

163. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

164. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

165. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

166. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

167. CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

168. İşdə olan şübhəli şəxsi tutma protokolundan və müvafiq məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 19 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qərarı ilə barəsində 19 iyul 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 15 noyabr 2023, 16 fevral 2024, 10 aprel 2024 və 17 may 2024-cü il tarixli qərarları ilə barəsində seçilmiş həbs qətimkan tədbiri 7 iyun 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı dövründə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

169. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı 19 iyul 2024-cü tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir.

170. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

171. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində pul CPM-in 197.2-ci maddəsinə uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilmiş hesab edilməsi nəzərə alınmalıdır.

172. İş üzrə materiallarında olan 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 (bir) ədəd “İphone” markalı mobil telefon Təqsirləndirilən şəxs, o etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalıdır.

173. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,060 qram olan narkotik vasitə heroinlə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırkı cinayət işindən ayrılmış materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilməli və göstərilən predmetlərə həmin material üzrə hüquqi qiymətin veriləcəyi nəzərə alınmalıdır.

174. Yuxarıdakılara əsasən və CPM-in 42, 318, 344-347, 349, 351-354, 356, 358, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsinə görə ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 19 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,060 qram olan narkotik vasitə heroin prokurorluğa göndərilməsi qərara alınmış araşdırma ilə əlaqədar Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılsın və həmin predmetlərə qeyd edilən material üzrə hüquqi qiymətin veriləcəyi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd “İphone” markalı mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın, iş materiallarında saxlanılan 3 (üç) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci kimi məhkəmə məsrəfini təşkil edən 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına ödənilmiş hesab edilsin. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar