Məhkəmə qərarları › İş №1(101)-309/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-309/2021

06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-309/2021 06.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1 Cəbrayıl oğlunun, Zərərçəkmiş şəxsin nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Kərimov Anar Əbdüləli oğlunun Müdafiəçi – “Pro-Bono” vəkil bürosunun vəkili Məmişov Bəylər Sahib oğlunun iştirakı ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, boşanmış, işləməyən, əvvəllər məhkum olunmamış, Şuşa şəhəri, Q.Pirimov küçəsi ev 4, mənzil 11 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti 64 a , mənzil 61 də müvəqqəti yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Nizami oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4, 134 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs hədənin icra edilməsi üçün real əsaslar olmaqla keçmiş arvadını öldürməklə hədələmiş, bu yolla istəyinə nail ola bilmədikdə qisas almaq məqsədilə üzərində qanunsuz olaraq gəzdirdiyi soyuq silah hesab edilən bıçaqla onu xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni adamı qəsdən həyatdan mərhum etməyə cəhd etmişdir. Belə ki, o,xx.xx.2018-ci il tarixdə Yasamal rayon qeydiyyat şöbəsində AZ-İ 301866 nömrəli şəhadətnaməyə əsasən Zərərçəkmiş şəxs ilə sonuncunun israrlı tələbi ilə nikahlarının ləğv edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs əl çəkməyərək birgə yaşamaq üçün evə qayıtmasını tələb edərək onu mütəmadi olaraq hədələməklə təqib etmiş, bununla əlaqədar telefon danışıqları zamanı onu qısqanclıq niyyəti ilə öldürməklə hədələmiş, sonuncu dəfə, xx.xx.2018-ci il tarixdə saat 10 radələrində qızı Şahid1 oxuduğu Bakı şəhəri, Yasamal rayonunda yerləşən 53 №-li orta məktəbə gedib sonuncu ilə görüşərək ona orta məktəbdə oxumağa icazə vermədiyini, məktəbdə oxumağı davam etdirəcəyi, habelə özü və anası baş örtüyü ilə başlarını bağlamayacaqları halda anasını öldürəcəyini bildirib, hədənin icra edilməsi üçün real əsaslar olmaqla keçmiş arvadı Zərərçəkmiş şəxs öldürməklə hədələmişdir. Bundan başqa o, edilən hədələrə baxmayaraq Zərərçəkmiş şəxs onunla münasibətlərini yenidən bərpa etməyə razılaşmadığına görə qisas almaq məqsədilə onu qəsdən öldürmək qərarına gəlib, xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs və onunla birlikdə olan qızı Şahid1 izləməklə həmin gün saat 12 radələrində ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs qəflətən arxa tərəfdən yaxınlaşıb yetkinlik yaşına çatmayan qızı Şahid1 gözü qarşısında xüsusi amansızlıqla müstəsna dərəcədə rəhmsizlik nümayiş etdirib Şahid1 xüsusi əzab və iztirab verdiyini əvvəlcədən dərk edərək qanunsuz olaraq əldə etməklə üzərində gəzdirdiyi ümumi uzunluğu 250 mm, tiyəsinin uzunluğu isə 145 mm olan və soyuq silah hesab edilən bıçaqla Zərərçəkmiş şəxs ardıcıl olaraq bədəninin həyat və sağlamlıq üçün vacib hesab edilən nahiyələrinə zərbələr vuraraq ona sol gicgah nahiyəsində yerləşən, sol gicgah sümüyünü deşərək kəllə boşluğuna nüfuz edərək, baş beyinin sol gicgah payının yaralanması ilə müşayiət olunun bir ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin ön səthinin sol yarısında, Vİ qabırğa səviyyəsində yerləşən, sol Vİ qabırğanı sındıraraq döş boşluğuna nüfuz edən, sol ağ ciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara kimi, hər biri ayrı-ayrılıqda, eləcə də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, həmin yaradan aşağıda yerləşən boşluğa nüfuz etməyən üç ədəd deşilmiş-kəsilmiş yaralar, sol bazuda iki ədəd, sol çiyin nahiyəsində bir ədəd, boyunun sağ yarısında beş ədəd, alt çənənin sağ yarısında bir ədəd və sağ əldə yeddi ədəd deşilmiş-kəsilmiş və kəsilmiş yaralar kimi həm ayrıayrılıqda, həmçinin ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid əzab, işgəncə və xüsusi ağrılarla müşaiyət olunan çoxsaylı,yəni cəmi 21 ( iyirmi bir) ədəd xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs həmin zərbələrin təsirindən müvazinətini itirərək yıxılmaqla yerdə qan içində olmasından onun artıq ölməsi qənaətinə gəldiyindən, həmçinin qızının qışqırıq səsinə gələn şəxslər onu kənarlaşdırdığından hərəkətlərini dayandırıb qızı Şahid1 anasının artıq öldüyünü, ona görə də həmin tərəfə baxmamasını deyib onu da özü ilə hadisə yerindən aparmaq istəmiş, lakin hadisə yerini tərk edərkən yaxınlıqda olan polis əməkdaşları tərəfindən yaxalanmış, Zərərçəkmiş şəxs vaxtında 1 saylı X8 çatdırılaraq ona ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən, onu qəsdən öldürməyə yönəlmiş cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, bununla da qanunsuz olaraq əldə etməklə üzərində gəzdirdiyi soyuq silah hesab edilən bıçaqla xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etmişdir. Buna görə də təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadəsi tədqiq olunaraq elan edlimişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 1999-cu ildə ailə qurmuş, birgə nikahlarından 2000-ci ildə Bəhram, 2005-ci ildə Xədicə və 2013-cü ildə Hüseyn adlı övladları olmuşdur. Birgə nikah dövründə qızının və arvadının namaz qılmalarını, İslami yolla başlarını bağlamalarını təkid etmiş, qızını məktəbə göndərməyib evdə hazırlaşdırmışdır. 2018-ci ilin avqust ayında arvadı Dilarə ilə rəsmi boşanmış, buna səbəb aralarında olan fikir ayrılığı olmuşdur. Boşandıqdan sonra bir müddət Almaniya Federativ Respublikasında yaşamış, 1 illik iş vizasının müddəti bitdiyindən 2019-cu ilin oktyabr ayında Azərbaycana qayıtmışdır. Almaniyada yaşasa da Dilarənin ondan boşanmasını həzm edə bilməmiş, dəfələrlə onunla barışmağa cəhd etsə də, cəhdləri uğursuz olmuşdur. Bakı şəhərində olduğu müddətdə hər hansı bir işlə məşğul olmamış, gəldiyi gündən hər gün keçmiş qayınatası Faiq Zeynalovun yaşadığı ünvan 4 ünvanının qarşısına gedərək həmin mənzili izləmiş, Zərərçəkmiş şəxs yaşadığı yeri müəyyənləşdirməyə çalışmış, məqsədi keçmiş arvadı D.Bəhmənavnın yerini müəyyənləşdirərək onu cəzalandırmaq olmuşdur. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində dəqiq xatırlamadığı avtomobil kirayəsi yerindən dövlət qeydiyyat nişanını xatırlamadığı “Chevrolet Aveo” markalı ağ rəngli avtomobil kirayə götürmüş, 30-xx xxxxxx 2020-ci il tarixlərdə Zərərçəkmiş şəxs uşaqları ilə birlikdə qayınatası Faiq Zeynalovun mənzilinə gəldiyini başa düşmüşdür. Ona görə də davamlı olaraq onların mənzilini izləmiş, Zərərçəkmiş şəxs mənzildən çıxmasını və münbit şərait yaranmasını gözləmişdir. Məqsədi Zərərçəkmiş şəxs cəzalandırmaq olmuş, buna səbəb Zərərçəkmiş şəxs ondan boşanmaq istəməsi və boşanması olmuş, başqa hər hansı bir məqsədi olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 08-09 radələrindən həmin ünvanın qarşısına gedib Zərərçəkmiş şəxs mənzildən çıxmasını gözləmiş, saat 11 radələrində keçmiş arvadı Dilarənin və qızı Xədicənin mənzildən çıxaraq avtobus dayanacağına getdiyini görüb onları kirayə götürdüyü avtomobillə Hüseyn Cavid parkına qədər izləmişdir. Bu zaman avtomobildə tək olmuş, yanında heç kəs olmamışdır. Onlar həmin ərazidəki Ə.Ələkbərov küçəsində yerləşən uşaq xəstəxanasına daxil olmuş, onları çöldə gözləmişdir. Bir müddət sonra xəstəxanadan çölə çıxdıqlarını görüb üzərində gəzdirdiyi dəstəyi dəmir və taxtaya bənzər materialdan olan, uzun tiyəli xəncər tipli bıçaqla Zərərçəkmiş şəxs vurmaq qərarına gəlmiş, həmin küçədə yerləşən “Celt College”-nin qarşısında olan zaman arxadan Zərərçəkmiş şəxs yaxınlaşaraq xəncər tipli bıçaqla onun baş nahiyəsinə zərbələr endirməyə başlamışdır. Təxminən 2 və ya 3 zərbə endirmiş, həmin zərbələrin təsirindən Dilarə yerə yıxılmış, yıxılandan sonra da yerdə uzanılı vəziyyətdə olan Zərərçəkmiş şəxs dəfələrlə, sürətli şəkildə bıçaqla zərbələr endirmiş, Zərərçəkmiş şəxs qışqıraraq əlləri ilə müdafiə olunmağa çalışmış, qızı Xədicə də ona mane olmağa çalışmış, lakin əli ilə onu da itələyərək Dilarənin döş qəfəsinə və baş nahiyəsinə bıçaqla zərbələr endirməyə davam etmiş, lakin nə qədər xəsarət yetirdiyini xatırlamır. Daha sonra səs-küyə ora tanımadığı şəxslər gəlmiş, Dilarəyə daha çox bıçaq zərbəsi endirmək imkanı olsa da ora gələn tanımadığı şəxslərin mane olmaları səbəbindən dayanmışdır. Baş vermiş hadisə təxminən 2-3 dəqiqəyə yaxın müddət davam etmiş, Zərərçəkmiş şəxs uzanılı vəziyyətdə qan içərisində olduğundan onun öldüyünü hiss edib bıçaq zərbəsi yetirməyi dayandıraraq qızı Xədicə ilə söhbət etməyə başlamışdır. Baş vermiş hadisənin təsirindən qorxan qızı ağlamış, onu hadisə yerindən uzaqlaşdırmaq istəmiş, hadisə yerinə post patrul xidmətinin əməkdaşları gəlib ona yaxınlaşarkən keçmiş arvadına xəsarət yetirdiyi, üzərində qan izləri olan bıçağı polis əməkdaşlarının götürməsi üçün yerə atmışdır. Polis əməkdaşları üzərində başqa hər hansısa bir qanunsuz əşyanın olub-olmamasını soruşduqda üzərində gəzdirdiyi, lakin onunla xəsarət yetirmədiyi digər qatlanan tipli bıçağı da şalvarının qabaq sağ yan cibindən çıxararaq onlara təqdim etmiş, polis əməkdaşları onu avtomaşına əyləşdirərək polis bölməsinə gətirmişlər. Hər iki ucu dəmir, ortasında isə taxtaya bənzər materialdan olan xəncər tipli bıçağı 10 il əvvəl Gürcüstan Respublikasında olarkən almışdır. Almaniya Federativ Respublikasından qayıtdıqdan sonra Zərərçəkmiş şəxs ilə görüşməmiş, əlaqə saxlamamış, lakin onu görmək istədiyindən keçmiş qayınatasının yaşadığı evi izləmişdir. Qızı və arvadından namaz qılmağı və İslami tələblər əsasında örtünməyi tələb etmiş, lakin bununla əlaqədar onları ölümlə hədələməmişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə də qızı Xədicəni görmək üçün onun oxuduğu məktəbə getmiş, lakin orada onu və ya keçmiş arvadı Zərərçəkmiş şəxs öldürməklə hədələməmişdir. O, baş vermiş hadisəyə görə təssüf etsə də Zərərçəkmiş şəxs yetirdiyi xəsarətlərə və onu cəzalandrımasına görə peşman deyildir. İstintaq zamanı ona qulaq asmaq üçün təqdim olunmuş səs yazısında olan qadın səsi keçmiş arvadı Zərərçəkmiş şəxs, kişi səsi isə ona məxsusdur. Həmin səs yazısının yazıldığı tarixi unutmuş, lakin həmin vaxt əsəbi olduğundan Dilarəni ölümlə hədələmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş əri olmuş, onlar 2018-ci ilin sentyabr ayında boşanmışlar. Birgə nikahlarından üç uşaqları olmuş, boşandıqdan sonra uşaqlar onunla qalmışlar. Ailəli olduqları müddətdə Təqsirləndirilən şəxs qısqanc olduğundan onların tez-tez mübahisələri olmuşdur. 2018-ci ilin oktyabr ayında keçmiş əri Ceyhun onu öldürməklə hədələyib bu barədə qızı Xədicəyə oxuduğu məktəbdə demiş, telefonla danışarkən onu da ölümlə hədələmişdir. Bundan sonra o, qızı Xədicə və ikinci oğlu Hüseyinlə birlikdə Naxçıvan Muxtar Respublikasına qohumlarının yanına getmiş, orada ibtidai sinifdə rus dilini tədris etmişdir. Orada olduqları müddətdə Təqsirləndirilən şəxsla danışmamış, onun harada olmasını bilməmişdir. xx.xx.2020-ci il tarixdə qızı Xədicəni həkimə göstərmək üçün Bakı şəhərinə, valideyinlərinin yanına gəlmiş, xx.xx.2020-ci il tarixdə saat 11-12 radələrində qızı ilə evdən çıxaraq Yasamal rayonundakı H.Cavid parkının yaxınlığında olan xəstəxanaya getmişlər. Lakin oradan çıxdıqdan baş verənlər yadına gəlmir, heç nə xatırlamır. Həmin hadisədən sonra ilk xatirəsi xəstəxanada müalicə alması olmuş, nə baş verdiyi, nə üçün xəstəxanada olduğunu dəqiq deyə bilmir. Məhkəmədə şahid qismində dindirilən Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, qızı Dilarə 1999-cu il tarixdə Təqsirləndirilən şəxsla ailə qurmuşlar. Onlar evlənməmişdən əvvəl, xx.xx.1999-cu il tarixdə Ceyhun qızı Dilarəyə çoxsaylı bıçaq zərbələri endirərək onu öldürməyə cəhd etmiş, lakin qızının həyatını xilas etmək mümkün olmuşdur. Evli olduqları müddətdə Ceyhun dəfələrlə Dilarə ilə mübahisə etmiş, ona və uşaqlarına təzyiqlər göstərmişdir. Ceyhun heç yerdə işləməmiş, Dilarəni çölə buraxmamış, televizor və internetə qadağa qoymuş, Dilarədən və qızı Xədicədən baş örtüyü ilə başlarını bağlamağı, namaz qılmağı tələb etmişdir. xx.xx.2018-ci il tarixdə Dilarə ilə Ceyhun Yasamal rayon məhkəməsinin qərarı ilə boşanmış, boşandıqdan sonra da Ceyhun dəfələrlə Dilarəni ölümlə hədələmişdir. Belə ki, Ceyhun xx.xx.2018-ci il tarixdə səhər saatlarında nəvəsi Xədicənin oxuduğu 53 nömrəli məktəbə gələrək Dilarəni və ailəsini ölümlə hədəlmiş, Zərərçəkmiş şəxs Yasamal RPİ-nin 28-ci PB-nə ərizə ilə müraciət edərək Ceyhunun onu və ailəsini ölümlə hədələdiyini bildirmişdir. Bundan sonra Dilarə uşaqları Xədicə və Hüseynlə birlikdə Naxçıvan şəhərinə köçmüş, xx.xx.2020-ci il tarixdə qızı Xədicə ilə onu həkimə göstərmək üçün Bakıya gəlmişlər. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Dilarə və Xədicə Yasamal rayonu ərazisində yerləşən uşaq xəstəxanasına getmiş, saat 12 radələrində isə 1 saylı X7 Dilarənin çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olması barədə məlumat verilmişdir. Xədicədən hadisənin necə baş verdiyini soruşduqda sonuncu anası Dilarə ilə xəstəxanadan çıxaraq evə qayıdarkən atası Ceyhunun arxalarından yaxınlaşaraq anası Dilarəyə əlindəki bıçaqla çoxsaylı zərbələr endirdiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisənin baş verdiyi Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 57 B ünvanı onun yaşadığı mənzilin eyvanından görünür. xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində siqaret çəkmək üçün eyvana çıxdıqda görmüşdür ki, “Celt Colleges kids” tədris mərkəzinin qarşısı ilə hərəkət edən qadın və azyaşlı qız uşağına üzü saqqallı, orta boylu əynində qara gödəkçə, qara köynək və tünd göy rəng cins şalvar olan bir şəxs qaçaraq yaxınlaşmış, ağ gödəkcə geyinmiş həmin qadını arxadan tutub özünə doğru çəkərək baş nahiyəsinə vurmağa başlamışdır. Lakin, həmin şəxsin qadına nə ilə vurduğunu görməmişdir. Üç və ya dörd zərbədən sonra qadın yerə yıxılmış və həmin şəxs yenidən dəfələrlə qadının sinə nahiyəsinə zərbələr endirməyə başlamışdır. Qadına vurulan zərbələr zamanı qadının üzərində və adamın əlində qan izləri görməyə başlamış, qadına təxminən 10-dan çox zərbə endirilmişdir. Ətrafa çoxlu adam yığıldığını və qadının səsinin kəsildiyni görüb həmin şəxs qadından aralanmış, qadının yanında olan qıza yaxınlaşaraq nə isə demişdir. Daha sonra əlini qızının çiyninə salaraq özü ilə aparmaq istəmiş, lakin qız onun əlini itələyərək yerdə qan içində və hərəkətsiz uzanmış qadına yaxınlaşmışdır. Hadisə yerinə polis əməkdaşları yaxınlaşmış, qadına bıçaq xəsarətləri yetirən şəxs polis əməkdaşlarına nə isə vermiş, daha sonra yaralı qadını təcili tibbi yardım vasitəsi ilə aparmılar. Sonradan əməli törədən şəxsin Təqsirləndirilən şəxs, xəsarət yetirdiyi şəxsin isə keçmiş arvadı Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. Qız uşağı hadisəni görmüş, hətta mane olmağa çalışmış, lakin Təqsirləndirilən şəxs onu itələyərək zərbələr endirməkdə davam etmişdir. Məhkəmədə şahid qismində dindirilən Yasamal RPİ-nin post patrul xidməti bölüyündə polis nəfəri işləyən Şahid4 İftixar oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə ona təhkim edilmiş 2/6 saylı xidməti ərazidə polis nəfəri Nuralı Məmmədovla birgə xidmət aparan zaman Ə.Ələkbərov küçəsindəki “Celt Colleges”in qarşısında insanların yığıldığını görüb tez ora yaxınlaşmış və ona məlum olmuşdur ki, orta yaşlı bir kişi orta yaşlı bir qadına bıçaq zərbələri ilə xəsarət yetirmişdir. Qadın yerdə uzanılı vəziyyətdə olmaqla yer tamamilə qan olmuşdur. Həmin vaxt bir az yaşlı qız uşağı qadının başı üstündə durub ağlamış, qadına xəsarət yetirən şəxs əlindəki bıçaqla oradan uzaqlaşmaq istədikdə dərhal ona yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxs əlindəki açılıb bağlanan gümüşü rəngli bıçağı bağlı vəziyyətdə onlara təqdim etmişdir. Onlar ətrafa nəzər saldıqda yerdə də bir ədəd xəncər formalı bıçağın olduğunu görüb onu da götümüşlər. Həmin bıçağın üzərində qan ləkələrinin olmuşdur. Daha sonra yaralıya ilkin yardım göstərilməsi üçün ora təcili tibbi yardım çağırıb, hadisə barədə ərazi üzrə polis bölməsinə məlumat verərək həmin şəxsi polis bölməsinə aparmışlar. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin post patrul xidməti bölüyündə polis nəfəri işləyən Şahid3 Şahid4 ifadəsində göstərilənləri təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan nikahın pozulması haqqında AZ-İ 301866 nömrəli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arasında olmuş nikah ləğv edilmişdir İş materiallarındakı məhkəmə-tibb ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və X3”nin Yasamal rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 157 nömrəli tibbi-ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol gicgah nahiyyəsində yerləşən sol gicgah sümüyünü deşərək kəllə boşluğuna nüfuz edib baş beynin sol gicgah payının yaralanması ilə müşayiət olunun bir ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin ön səthinin sol yarısında Vİ qabırğa səviyyəsində yerləşən, sol Vİ qabırğanı sındıraraq döş boşluğuna nüfuz edən, sol ağ ciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmişkəsilmiş yara, həmin yaradan aşağıda yerləşən üç ədəd deşilmiş-kəsilmiş yaralar (boşluğa nüfuz etməyən), sol bazuda iki ədəd, sol çiyin nahiyyəsində bir ədəd, boynun sağ yarısında beş ədəd, alt çənənin sağ yarısında bir ədəd və sağ əldə yeddi ədəd yara (ümumilikdə 21 ədəd), göstərilən yaralar deşici-kəsici və iti kənarlı alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim edilmiş bıçağın (bıçaqların) və oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçaqlarla yetirilməsi mümkündür, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə yəni xx.xx.2020-ci il tarixdə törənə bilrədi. Göstərilən kəllə və döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaralar hər biri ayrıayrılıqda, eləcədə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya, döş boşluğuna nüfüz etməyən deşilmiş-kəsilmiş yaralar, bazu, çiyin, sağ əl, alt çənə və boyun nahiyəsində olan deşilmiş- kəsilmiş və kəsilmiş yaralar isə həm ayrı-ayrılıqda, həmçinin ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. İş materiallarındakı məhkəmə-tibbi-bioloji ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və X3”nin xx.xx.2020-ci il tarixli 135/2020-MTBŞ saylı ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupları O-alfa,beta /İ/-dir. Ekspertizaya təqdim edilən Təqsirləndirilən şəxs məxsus vodolazka, şalvar, gödəkçə, Zərərçəkmiş şəxs məxsus jaket, şalvar, büstqalter, mayka, gödəkçə və qəhvəli dəstəkli bıçaq, pambıq topası və bint kəsiyi üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələri O-alfa,beta /İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs və eyni qruplu Təqsirləndirilən şəxs (əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa) məxsus ola bilər. Təqdim edilən Zərərçəkmiş şəxs məxsus kalqotqa üzərində qana şübhəli hər hansı bir ləkə, qara dəstəkli bıçaq üzərində isə qan aşkar olunmadı. İş materiallarındakı məhkəmə-tibbi-kriminalistlik ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və X3”nin maddi sübutların məhkəmə-tibbi-kriminalistlik və kriminalistik tədqiqinə dair xx.xx.2020-ci il tarixli 78/2020- MTKŞ saylı ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus büstqalterin, maykanın, köynəyin və gödəkçənin sol döş nahiyəsində iki ədəd, köynəyin və gödəkçənin sol qolunun ön-yuxarı nahiyəsində bir ədəd, köynəyin və gödəkçənin sol qolunun aşağı nahiyəsində iki ədəd, gödəkçənin sol qolunun aşağı nahiyəsində bir ədəd aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr iti uclu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşiiici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər, bu zədələrin ekspertizaya təqdim edilmiş dəstəyi qəhvəyi rəngli bıçağın tiyəsi ilə yetirilməsi istisna olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar və kalqotka üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar, köynək və gödəkçə üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş açılıb qatlanan bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı səyahət bıçağıdır və soyuq silah hesab edilmir. Ekspertizaya təqdim edilmiş dəstəyinin əsasında və uc hissəsi gümüşü rəngli metaldan, orta hissəsində tünd qəhvəyi rəngli relyefli naxışları olan silindirik taxta materialdan hazırlanmış, tiyəsinin uzunluğu 145 mm, dəstəyi 100 mm olan digər bıçaq zavod üsulu ilə hazırlanmış ov tipli bıçaqdır və deşici-kəsici xassəyə malik soyuq silah hesab olunur. İş materiallarındakı kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X2”nin xx.xx.2020-ci il tarixli 717 nömrəli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cinayət əməlini törədərkən onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik olmamışdır. Ceyhun həmin əməli törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixiopatik cizgiləri müəyyən edilir. O, hal-hazırda öz hərəkətlərini dərk etmək və onu idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azırbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında psixi xəstəliklə əlaqıdar olmayan gerilik əlamətləri müəyyən edilmir. Şəxsi keyfiyyətlərində və emosional-radi sferasında konfliktə meyillilik, neqativ amillərə qarşı dözümsüzlük aşkar olunur. İnadkarlıq, hövsələsizlik, kobudluq, eqosentrizm, kinlilik, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəblilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən fərdi-psixi xüsusiyyətləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixiemosional vəziyyətdə olmamış, emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək, hərəkət və davranışını iradi olaraq tənzimləmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən güclü ruhi həyacan (fizioloji affekt) vəziyyətində olmamışdır. İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və X3”nin xx.xx.2020-ci il tarixli T 147/2020 nömrəli tibbi-ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda N.Tusi adına Klinikada “açıq kəllə-beyin travması, sol gicgah nahiyyəsinin beyinə nüfüz edən bıçaq yarası, baş beyninin sol gicgah nahiyyəsinin əzilməsindən sonrakı vəziyyət, sağtərəfli hemiplegiya, afaziya, psixi üzvi sindrom” kliniki diaqnozu ilə müalicə olunsa da, görmə qabiliyyəti zəif, nitq qabiliyyəti isə tam bərpa olunmamışdır. Diaqnozda qeyd edilən “baş beyinin sol gicgah nahiyyəsinin əzilməsindən sonrakı vəziyyət, sağtərəfli hemiplegiya, afaziya, psixi üzvi sindrom”un onun xx.xx.2020-ci il tarixdə aldığı xəsarətlərlə birbaşa səbəbli əlaqəsi vardır. Lakin hazırda onun psixi durumunda pozuntu olub-olmaması məhkəmə-psixiatrik ekspertiza aparılmaqla müəyyən edilə bilər. D.F.Bəhmanovanın hazırki sağlamlıq durumu onunla müəyyən istintaq hərəkətlərinin aparılmasına imkan verir. İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X2”nin xx.xx.2020-ci il tarixli 1437 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyinin nəticəvi hissəsindən görünür ki, almış olduğu xəsarətlər nəticəsində D.F.Bəhmanovada üzvi (travmatik mənşəli) emosional-labil pozuntu, petroqrad amneziya formasında psixi pozuntu yaranmışdır. Qeyd olunan psixi pozuntular ilə Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə aldığı xəsarətlər arasında birbaşa səbəbli əlaqə mövcuddur. Zərərçəkmiş şəxs xəsarət aldığı və ondan bir müddət əvvəlki dövrü əhatə edən yaddaş pozuntusu (retroqrad amneziya) qeyd olunduğundan iş üçün əhəmiyyət kəsb edən halları xatırlayıb təsvir etmək iqtidarına malik deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X2”nin xx.xx.2020-ci il tarixli 1559 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda müəyyən edilən travmatik mənşəli emosional-labil pozuntu nevrozabənzər əlamətlərlə müşayət olunduğundan psixi (ruhi) xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq hesab edilmir. Onun aldığı xəsarətlər nəticəsində yaranmış “üzvi (travmatik mənşəli) emosional-labil pozuntu” zərərçəkmiş şəxsdə qavrama, təfəkkür və kobud yaddaş pozuntularına səbəb olmamışdır. Zərərçəkmiş şəxs xəsarət nəticəsində qeyd olunan pozuntu ilə paralel olaraq yaranmış “Retroqrad amneziya” formasında yaddaşın pozulması yalnız travmadan bilavasitə əvvəlki dövrü əhatə edir. Zərərçəkmiş şəxs hal-hazırda müəyyən edilən psixi pozuntu onu öz hərəkətlərinin mənasını dərk etməkvə onları şüurlu surətdə idarə etmək iqtidarından mərhum etmir. Zərərçəkmiş şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu surətdə idarə etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs onda qeyd edilən “Retroqrad amneziya” formasında yaddaş pozuntusu ilə əlaqədar istintaqa ifadə verərkən həmin hadisələri xatırlamaq qabiliyyətinə malik deyil. Zərərçəkmiş şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. İş materiallarına əlavə edilmiş Yasamal rayon prokurorluğnun tərtib etdiyi xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, maddi sübut kimi tanınmış 1 ədəd “CD” diskinə baxış keçirilərkən müəyyən edilmişdir ki, orada bir kişi və bir qadın arasında iki telefon danışığının yazısı əks olunmuş, birinci səs yazısında qadının “Ceyhun” deyə müraciət etdiyi şəxs disk yazısının 2 dəqiqə 28-34-ci saniyələrində qadına “burada başa düşməyə nə var ki, gəlib vurub, hamınızı öldürəcəm” deməsi, qadının isə “hamını niyə? gəl məni öldür” sözləri ilə cavab verməsi müəyyən olunmuşdur. İkinci səs yazısının əvvəlində kişi qadından saatın artıq 2 olduğunu, nə qərara gəldiyini soruşmuş, qadın isə “Ceyhun” deyə müraciət etdiyi şəxsə ona nə deyəcəyini bilmədiyini, bir arvad kimi onun yanına qayıda bilməyəcəyi cavabını vermişdir. Səs yasının 42-ci saniyəsindən etibarən kişi qadına müraciətində özünü öldürməsini demiş, qadın isə “yox 20 il əvvəl bu hadisə bir dəfə baş verib, gəl xoşluqla ayrılaq, Ceyhun bəsdir, gəl normal adam kimi boşanaq, mən üç uşaq anasıyam, sən məndən nə istəyirsən” kimi sözlərin deməsi, bundan sonra isə kişi səsinin sağollaşaraq dəstəyi asması müəyyən edilir. İş materiallarındakı Yasamal RPİ-nin İŞ-nin tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Yasamal RPİ-nin İŞ-nin tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli qərarla cinayət əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsinə tövsif edilmişdir. İş materiallarındakı Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(004)- 92/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən həbs qismində qətimkan tədbiri seçilmişdir. Yasamal rayon Pİ-nin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsindən həmin məcəllənin 29, 120.1-ci maddəsinə tövsif edilmiş və xx.xx.2020-ci il tarixdə əvvəllər elan olunmuş ittihama əlavə və dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CMnin 29,120.2.4, 134 və 228.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarındakı maddi sübutlar - Zərərçəkmiş şəxs məxsus büstqalter, mayka, köynək, gödəkçə, şalvar və kalqotka, Təqsirləndirilən şəxs məxsus şalvar, köynək və gödəkçə, mobil telefonu, açılıb-qatlanan bıçaq və dəstəyinin əsası və uc hissəsi gümüşü rəngli metaldan, orta hissəsində tünd qəhvəyi rəngli relyefli naxışları olan silindirik taxta materialdan hazırlanmış digər bıçaq Yasamal rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır. Məhkəmə qeyd edir ki, məhkəmə prosesində ifadə verməkdən imtina etməsi təqsirləndirilən şəxsin hüququdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 66cı və Azərbaycan Respublikası CPM-nin 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. İbtidai araşdırma və ya məhkəmə baxışı zamanı özünü, yaxud yaxın qohumlarını cinayət törətməkdə ifşa edən məlumatları verməsi təklif olunan şəxs bunun özü üçün hər hansı mənfi hüquqi nəticə verə biləcəyindən qorxmadan ifadə verməkdən imtina etməyə haqlıdır. Avropa Məhkəməsi Minelli İsveçrəyə qarşı işdə qeyd etmişdir ki, cinayət əməli törətməkdə təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə məcbur edilməməlidir. Cinayət araşdırmasının gedişində sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyula bilməz. Həmçinin, təqsirləndirilən şəxs özünü ifşa edən ifadələr verməmək, öz maraqları əleyhinə şahidlik etməkdən imtina etmək hüququna malikdir ki, cinayət araşdırmasının istənilən mərhələsində bu hüquqlara hörmət edilməlidir. Funke Fransaya qarşı məhkəmə işində Avropa Məhkəməsi öv mövqeyini belə ifadə etmişdir ki, təqsirləndirilən şəxsin susmaq hüququ və cinayət törətməkdə ifşa edilməsinə yardım göstərməmək hüququ vardır. Heç bir halda təqsirləndirilən şəxsin özünümüdafiə üçün verdiyi və məhkəmədə tədqiq olunmuş sübutlarla təkzib olunan ifadəsi nə cinayət əməlinin törədilməsinin sübut olunmasında, nə də cəza verilməsində onun əleyhinə istifadə oluna bilməz. Məhkəmə cinayət işinin materiallarında olan digər sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4, 134 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir və bu nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4, 134 və 228.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün ibtidai istintaq zamanı izahatında, şübhəli şəxs qismində, həmçinin təqsirləndirilən şəxs kimi ilkin ifadələrində tam, sonrakı qismən etirafedici, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, habelə ifadələri elan edilərək tədqiq olunmuş digər şahidlərin ifadələri, maddi sübutların mövcudluğu, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 75-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikasının CPM-nin 39.1.3. cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinı isə xitam verilməlidir. Azərbaycan Respublikasının CM-nin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının CM-nin 134-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayət əməli hesab olunur. Azərbaycan Respublikasının CM-nin 75-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Məhkəmə bu nəticəyə gəlir ki, hazırda Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının CM-nin 134-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsinə əsasən özünü Azərbaycan Respublikasının CM-nin 134-cü maddəsi ilə təqsirli bilmişdir. Azərbaycan Respublikasının CPM-nin 43.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının CM-nin 134-cü maddəsi ilə təqsirli bilinməli, lakin həmin maddədə nəzərdə tutulan cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3-cü maddələrinə əsaslanaraq qeyd edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.1999cu il tarixli 1-135 nömrəli qərardadın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1999-cu ildə X4 ilə şəxsi münasibətlər zəminində mübahisə edərək onu qəsdən öldürmək məqsədilə həyatına sui-qəsd edib, soyuq silah hesab edilən müvafiq icazə olmadan əldə edib gəzdirdiyi ov bıçağı ilə onun başına, döş qəfəsinə və əlinə vuraraq ağır bədən xəsarətləri yetirmiş, lakin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 15,95-ci və 220-ci maddəsinin 2-ci hissəsində (köhnə redaksiyada) nəzərdə tutulmuş cinayət əməllərini anlaqsız vəziyyətdə törətdiyindən ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli psixiatriya xəstəxanasında adi müşahidə altında məcburi müalicə təyin edilmişdir. Cinayət işinə əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli 1- 135 nömrəli qərardadın surətindən görünür ki, həmin qərar əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məcburi müalicə ləğv edilmiş və həkim nəzarəti altında evə buraxılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikasının CM-nin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikasının CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Yasamal Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan iş üzrə - Zərərçəkmiş şəxs məxsus büstqalter, mayka, köynək, gödəkçə, şalvar və kalqotka, Təqsirləndirilən şəxs məxsus şalvar, köynək və gödəkçə, açılıb-qatlanan bıçaq və dəstəyinin əsası və uc hissəsi gümüşü rəngli metaldan, orta hissəsində tünd qəhvəyi rəngli relyefli naxışları olan silindirik taxta materialdan hazırlanmış digər bıçaq məhv edilməli, Təqsirləndirilən şəxs məxsus mobil telefon isə təqsirləndirilən şəxsin qohumlarına qaytarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza xərci yoxdur. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa 74Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Nizami oğlu Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4, 134 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Nizami oğlu Azərbaycan Respublikasının CM-nin 134-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə cinayət məsuliyyətinə cəlb etmənin müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Nizami oğluna Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4-cü maddəsi ilə 14 (on dörd) il 09 ( doqquz) ay müddətə, Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs Nizami oğlu qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Nizami oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Yasamal rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan iş üzrə Zərərçəkmiş şəxs məxsus büstqalter, mayka, köynək, gödəkçə, şalvar və kalqotka, Təqsirləndirilən şəxs məxsus şalvar, köynək və gödəkçə, açılıb-qatlanan bıçaq və dəstəyinin əsası və uc hissəsi gümüşü rəngli metaldan, orta hissəsində tünd qəhvəyi rəngli relyefli naxışları olan silindirik taxta materialdan hazırlanmış digər bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs məxsus mobil telefon təqsirləndirilən şəxsin qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs Nizami oğlu isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar