Məhkəmə qərarları › İş №1(101)-309/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-309/2024

12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-309/2024 12.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 yanvar 2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri, külli miqdar təşkil etməyən narkotik vasitələri və külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, o satış məqsədi ilə qanunsuz olaraq 6 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq olaraq 0,457 qram, 0,234 qram, 0,353 qram, 0,246 qram, 5,204 qram və 5,381 qram olmaqla bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 11,875 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,365 qram və 2,245 qram olmaqla ümumilikdə çəkisi 11,61 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddə, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini, 02 ədəd polietilen paketlərdə təmiz çəkiləri 0,225 qram, 0,940 qram olmaqla, ümumi çəkisi 1,165 qram təşkil edən açıq yaşıl rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metilendioksimetamfetamin (MDMA) tərkibli (“ekstazi”), tərkibində təsir edici maddəsinin miqdarı 0,21 qram (“ekstazi”) olan kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli 01 ədəd açıq yaşıl rəngli həbi, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr hesab olunan, üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,15 qr preqabalin olmaqla preqabalin təsiredici maddəsinin ümumi miqdarı - 7,35 qram olmaqla külli miqdar təşkil edən üzərində “Alyse 150 mg capsule Pregabaline” əmtəə göstərici ilə konvalyutların içərisində ümumilikdə 49 ədəd ağ rəngli kapsulları, üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qr preqabalin olmaqla preqabalin təsiredici maddəsinin ümumi miqdarı 41,4 qram olmaqla külli miqdar təşkil edən üzərində “Прегабалин Крка 300” əmtəə göstəriciləri olan konvalyutların içərisində ümumilikdə 139 ədəd üzərində P300 yazı əlavəli ağ-tünd qəhvəyi rəngli kapsulları əldə edib üzərində daşımaqla saxlamış, tanışları Şahid1 və Şahid2 Rafık oğlu ilə ünvan 4 ünvanında yerləşən “Tarqoviy” otelinin 117 nömrəli otağında istirahət etmək məqsədilə görüşərkən, 01 yanvar 2023-cü il tarixdə, saat 10 radələrində həmin otelin nömrəsi qeyd edilən otağında yuxarıda növləri və çəkiləri göstərilmiş narkotik vasitələrdən və narkotik vasitələrə və psixatrop maddələrə aid olmayan güclü təsir edən maddələrdən Şahid1 20 manat müqabillində üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,15 qr güclü təsir edən maddə preqabalin olmaqla preqabalin təsiredici maddəsinin ümumi miqdarı - 1,5 qram təşkil edən üzərində “Alyse 150 mg capsule Pregabaline” əmtəə göstərici ilə konvalyutların içərisində ümumilikdə 10 ədəd ağ rəngli kapsulları, üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qr güclü təsir edən maddə preqabalin olmaqla üzərində “Прегабалин Крка 300” əmtəə göstəriciləri olan konvalyutada 1 ədəd üzərində P300 yazı əlavəli ağ-tünd qəhvəyi rəngli kapsulu və bitki mənşəli kütlə- tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış çəkisi 5,381 qram narkotik vasitə olan qurudulmuş marixuananı satmış, habelə Şahid2 üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,15 qr güclü təsir edən maddə preqabalin olmaqla üzərində “Alyse 150 mg capsule Pregabaline” əmtəə göstərici ilə konvalyutada 1 ədəd ağ rəngli kapsulu, üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qr güclü təsir edən maddə preqabalin olmaqla üzərində “Прегабалин Крка 300” əmtəə göstəriciləri olan konvalyutada 1 ədəd üzərində P300 yazı əlavəli ağ-tünd qəhvəyi rəngli kapsulu və bitki mənşəli kütlə-tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış çəkisi 5,204 qram narkotik vasitə olan qurudulmuş marixuananı istifadə etməsi üçün vermiş, 01 yanvar 2023-cü il tarixdə saat 13:30 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək onun müvəqqəti yaşadığı ünvan 5 ünvanında yerləşən “Tarqoviy” otelinin 117 nömrəli otağına baxış keçirilərkən, həmin otaqda olan çarpayının altında Təqsirləndirilən şəxs məxsus, sellofan torbada olmaqla, bir ədəd şəffaf sellofanda təmiz çəkisi 0,457 qram və üç ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,234 qram, 0,353 qram, 0,246 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 1,29 qram narkotik vasitə olan qurudulmuş marixuana; 01 ədəd poletilen bükümdə təmiz çəkisi 9,365 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin; 02 ədəd politlen paketlərdə təmiz çəkilər 0,225 qram, 0,940 qram olmaqla ümumi çəkisi 1,165 qram təşkil edəən açıq yaşıl rəngli tozşəkilli maddə kustar üsulla hazılranmış psixatrop maddə hesab edilən metilendioksimetamfetamini (MDMA) tərkibli (“ekstazi”); təsir edici maddəsinin miqdarı 0,21 qram (“ekstazi”) olan kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli 01 ədəd açıq yaşıl rəngli həb; üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,15 qr preqabalin olmaqla preqabalin təsiredici maddəsinin ümumi miqdarı - 5,7 qram təşkil edən üzərində “Alyse 150 mg capsule Pregabaline” əmtəə göstərici ilə konvalyutlarm içərisində ümumilikdə 38 ədəd ağ rəngli kapsullar; üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qr preqabalin olmaqla preqabalin təsiredici maddəsinin ümumi miqdarı 41,1 qram təşkil edən üzərində “Прегабалин Крка 300” əmtəə göstəriciləri olan konvalyutlarm içərisində ümumilikdə 137 ədəd üzərində P300 yazı əlavəli ağ- tünd qəhvəyi rəngli kapsullar, 01 ədəd gümüşü metal rəngli elektron tərəzi, habelə Eldar Mehtiyev tərəfindən Şahid1 satılmış, sonuncuya məxsus üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,15 qr güclü təsir edən maddə preqabalin olmaqla preqabalin təsiredici maddəsinin ümumi miqdarı - 1,5 qram təşkil edən üzərində “Alyse 150 mg capsule Pregabaline” əmtəə göstəriciilə konvalyutların içərisində ümumilikdə 10 ədəd ağ rəngli kapsulları, üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qr güclü təsir edən maddə preqabalin olmaqla üzərində “Прегабалин Крка 300” əmtəə göstəriciləri olan konvalyutada 1 ədəd üzərində P300 yazı əlavəli ağ-tünd qəhvəyi rəngli kapsul, həmçinin Təqsirləndirilən şəxs tərəfindən Şahid2 istifadə üçün verilmiş, sonuncuya məxsus üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,15 qr güclü təsir edən maddə preqabalin olmaqla üzərində “Alyse 150 mg capsule Pregabaline” əmtəə göstərici ilə konvalyutada 1 ədəd ağ rəngli kapsulu, üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qr güclü təsir edən maddə preqabalin olmaqla üzərində “Прегабалин Крка 300” əmtəə göstəriciləri olan konvalyutada 1 ədəd üzərində P300 yazı əlavəli ağ-tünd qəhvəyi rəngli kapsul aşkar edilərək götürülmüş, daha sonra Təqsirləndirilən şəxs və həmin otelin qeyd edilən otağında olmaqla narkotik vasitələrin istifadəsində şübhəli bilinən Şahid1 və Alışov X10 İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada xidməti otaqların birində xx.xx.2023-cü il tarixdə saat 17:40 radələrindən etibarən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sol yan cibindən, 01 ədəd bükümdə təmiz çəkisi 2,245 qram olmaqla külli miqdar təşkil edən ağ rəngli kristallardan ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, habelə Şahid1 üzərində şəxsi axtarış aparılan zaman Eldar Mehtiyev tərəfindən Şahid1 satılmış bitki mənşəli kütlə- tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış çəkisi 5,381 qram narkotik vasitə olan qurudulmuş marixuana bir ədəd bükümdə sonuncunun əynində olan yaşıl rəngli şalvarın sol yan cibindən , həmçinin Şahid2 üzərində şəxsi axtarış aparılan zaman Eldar Mehtiyev tərəfindən Şahid2 istifadə edilməsi üçün verilmiş bitki mənşəli kütlə- tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış çəkisi 5,204 qram narkotik vasitə olan qurudulmuş marixuana 01 ədəd bükümdə əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadə verərək göstərmişdir ki, 2022-ci il tarixdə dostları ilə birgə yeni ili birgə keçirmək üçün oteldə toplanmışlar. 2023-cü il yanvar ayının 1-də səhər saat 7-də dostları onu oyadaraq qeydiyyatdan bir nəfər şəxsin onu axtardığını bildirmişdirlər. Qapını açdıqda polis əməkdaşları onun qolundan tutub döyərək yerə yıxmışdırlar. Polis əməkdaşları silahı onun başına dayayaraq Baş Narkotiklərlə Mübarizə İdarəsindən gəldiklərini bildirmiş, onları təhqir etmiş, yeni ili qeyd etmək üçün bura gəldiklərini göstərsələr də hər kəsin əlləri qandallanaraq dəhlizə çıxarılmışdır. Daha sonra polis əməkdaşları otağa baxış keçirərək onları otağa dəvət etmişdirlər. O, otağa daxil olduqda çarpayının üzərində güclü təsiredici maddələri görmüş və polislər bunların kimin olduğunu soruşduqda, onlar bu dərmanlardan xəbərləri olmadığını bildirmişdirlər. Onun üzərində ancaq 1 list “lirika” olmuşdur. O, telefon vasitəsilə əlaqə saxlamaqla narkotik vasitələri yanız şəxsi istifadəsi üçün aldığını polis əməkdaşlarına bildirmişdir. Daha sonra otaqda videoçəkiliş edilmiş, çəkilişdən sonra onları maşına mindirmişdirlər. Əgər onun üzərində narkotik vasitə olsa idi 20-30 dəqiqə ərzində maşında qalanda narkotik vasitəni öz üzərindən atardı. O, maşına oturduqda cibləri boş olmuş, onları maşınla Badamdar qəsəbəsinə aparmışdırlar. Polis əməkdaşları 5 qram heroini onun cibinə qoymuş, onu başqa otağa aparmış, orada vəkil də iştirak etmişdir. Daha sonra ona çəkiliş olacağını və çəkiliş zamanı sol cibinə qoyduqları narkotik vasitəni çıxartmasını tələb etmişlər. Əsgər polis əməkdaşlarına belə etməmələrini bildirdiyi anda polis əməkdaşları Əsgərin başına bir yumruq vurmuşdur. Çəkiliş zamanı o, üzərində olan telefonu, şəxsiyyət vəsiqəsini çıxartmış lakin, üzərində olan narkotik vasitəni çıxartmaq istəməmişdir. Daha sonra o patını üzərindən çıxararaq təqdim etmişdir. O, narkotik vasitənin satışı ilə məşğul olsa idi, atası özü onu tutdurardı. Onunla bərabər saxlanılan adamlardan bəziləri tutulmuşdur. O ancaq narkotik vasitələrin istifadəçisi olmuş, narkotik vasitələrinin satışı ilə məşğul olmamışdır, saxlanıldığı gün falqanın üzərində olan heroin narkotik vasitəsindən, marixuana və 1 list lirika istifadə etmişdir. Otaqda ancaq 1 list, 1 listdə 14 ədəd lirika olmuş və onun birini qəbul etmiş, digərləri falqanın üzərində olmuşdur. O, lirikanı 120 manata əldə etmişdir. O, ittiham aktı və iş materialları ilə tanış olmuşdur, Anar Bəxtiyarzadə adlı şəxsə lirika ilə bağlı mesaj yazmışdır. O, Zeyqəmə metamfetamin satmamış, Rüstəmə isə hər hansı narkotik vasitə və psixotrop maddə hədiyyə etməmişdir. O və Əsgər narkotik vasitəni Yasamaldan götürmüşdürlər. İbtidai istintaq zamanı onun telefonu qaytarılmışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, 01 yanvar 2023-ci il tarixdə, saat 13:00 dəqiqədə ünvan 6 ünvanında yerləşən “Tarqoviy” otelinin dəhlizində tanışları Şahid1, X11 və Şahid9 ilə birlikdə olarkən 5 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək, onların külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirmiş, sorğu aparmağa başlamışar. Bundan sonra o və tanışları ünvan 6 ünvanında yerləşən “Tarqoviy” otelin mənzilində narkotik vasitələr saxladıqlarını etiraf etmişlər. Bundan sonra polis əməkdaşları videoçəkiliş aparmaqla onların, otelin işçisinin iştirakı ilə müvəqqəti qaldıqları, həmin otelin 117 nömrəli otağında axtarış və götürmə aparmışlar. O, yaşadıqları otaqda olan çarpayının altından içərisində narkotik vasutələr və psixotrop maddələr olan 1 (bir) ədəd sellofan torbam çıxararaq polislərə təqdim etmişdir. əmin torbadan özünə aid 3 (üç) ədəd exstazy, l(bir) ədəd sellofan bükümdə metanfatimini, 1 (bir) ədəd bükümdə marixuananı, 3 (üç) ədəd bükümdə marixuananı, 1 (bir) ədəd elkrton tərəzini, 1 (bir) ədəd plastik bank kartını, 175 dənə preqebalin həblərini təqdim etmiş, həmin madələrdən həblər olanları istisna olmaqla digər kütlələr elektron tərəzidə çəkilmiş, sonra elektron tərəzi də daxil olamqla, sellofanda olan digər əşyalarla birlikdə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş, üzəri onun, tanışlarının və təhqiqatçının özü tərəfindən imzalanmışdır. Sonra onların hər birinin üzərinə şəxsi axtarış aparılması üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Həmin İdarədə müdafiəçilərlə təmin olunub hüquq və vəzifələri izah oundundan sonra üzərlərinə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş maddəni təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, əyninidə olan göy rəngli şalvarın sağ yan cibindən üzərində ***-***-**- ** simkart nömrəsi olan l(bir) ədəd "Redmi” markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən l(bir) ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 4098-5844-6505-2130 nömrəli l(bir) ədəd plastik bank kartı, l(bir) ədəd şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Daha sonra təqdim etdiyi metamfetamin elektron tərəzidə çəkilmiş, sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan у ağ rəngli kağız zərlə qoyularaq qablaşdırıhnaqla möhürlənmiş, zərfin üzəri onun özü, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd “Redmi” markalı mobil telefon, 1(bir) ədəd plastik bank kartı və 1(bir) ədəd şəxsiyyət vəsiqəsi izah verildikdən sonra ondan götürülmüşdür. Qyd olunan narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələri onlayn vasitəsi ilə tanımadığı şəxsin vasitəsi ilə “zakladka” deyilən qaydada, yəni hansısa məkana qoyulur və oradan deyilən yerə gedərək götürmə üsulu ilə əldə etmişdir, etiraf edir ki, həmin maddələrin satışı ilə məşğul olur. “Tarqovu” adlanan otelin otağında aparılan video çəkiliş zamanı etdiyi əməli etiraf etmişdir və indidə bildirir ki, Zeygəmə sonuncuda aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni pul qarşılığında vermiş, Şahid2 isə hədiyyə kimi vermişdir. Oteldə otaq kirayə tutmağının da səbəbi bu olmuşdur. Aldığı narkotik vasitənin pulunu tanımadığı şəxsə ona verilən hesab nömrəsinə köçürməklə ödəyir. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki, yaxud psixoloji təzyiqlər olmayıb. Təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs əlavə ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanda yerləşən «Tarqovıy» otelin 117 nömrəli otağını o, kirayə götürmüş, Şahid1, Şahid2 Rafık oğlu, Şahid9 - hamısı tanış olduqlarından və eyni otaqda olacaqlarından ortalıqda qalmaması üçün hər kəsə aid olan narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələri eyni torbada saxlamaq və münasib yer olan çarpayının altında saxlamaq qərarına gəlmişlər və belə də etmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, hadisə baş verən günü səhər saat 10-11 radələrində oteldə yoxlama aparılmışdır. Polis əməkdaşları otelin otağına baxış keçirilməsi üçün ondan icazə aldıqda o buna etiraz etməmiş, otağa bir dəfə baxış keçirilmişdir. Polis əməkdaşlarının adlarını və hansı otağa baxış keçiridklərini xatırlamır. O, saxlanılan şəxslərin narkotik vasitə istifadə etdiklərini bilmir və otağa polis əməkdaşlarının ardınca daxil olmuşdur. Otağa qapı döyülərək daxil olunmuş, otaqda çəkilişlə narkotik vasitələr aşkar olunmuşdur. Həmin oteldə ilk dəfə belə bir hadisə baş vermişdir. O, otağa gedərkən otelin dəhlizində kimsə görməmiş, otaqda 3-4 nəfər şəxs olmuş olmuşdur. Otaqdan adlarını bilmədiyi dərman vasitələri aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan şəxslərə qarşı hər hansı təzyiq göstərilməsinin şahidi olmamışdır. Dəhlizdə videogörüntü ilə çəkiliş edərkən o da iştirak etmişdir. Hadisə günü onlardan əvvəl otelin 104-cü və 117-ci otaqlarına da baxış keçirilmiş və oradan da narkotik vasitə aşkar olunmuşdur. O, saxlanılan şəxslərin üzərindən nə isə aşkar edilməsini görməmiş, eyni gündə bir neçə otaqda belə hadisə baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxslə əvvəllər iş yoldaşı olmuşdur. Onlar yeni il şənliyini qeyd etmək üçün birlikdə toplaşmış, yuxudan oyandıqda isə hər biri polis əməkdaşları tərəfindən aparılmışdır. Bayramı qeyd edərkən içkili vəziyyətdə olsa da narkotik vasitədən istifadə etməmişdir. Onun bildiyinə görə hadisə zamanı yoldaşlarından da narkotik vasitə istifadə edən olmamışdır. O, otelə səhərə yaxın saat 4-5 radələrində gəlmiş, gəldikdən təxminən 1 saat sonra səhər saat 6-7 arası polis əməkdaşları da oraya daxil olmuşdurlar. Onların hamısı otaqda olmuşdur. O, Eldara 20 manatı oteldə qalmaq üçün vermişdir. Eldarın narkotik vasitənin istifadəçisi olduğunu bilmir. Onlar oteldə beş nəfər olmuş, 4 nəfər oğlan 1 nəfər isə qız olmuşdur. Hadisə zamanı Eldarın üzərində nə isə aşkar olunmuş amma nə olduğunu dəqiq bilməmişdir. Çünki, yoxlanış aparılanda onlar dəhlizdə olmuş, dəhlizə çıxmamışdan əvvəl Eldarın üzərində nə isə olduğundan xəbəri olmamışdır. Təqsirləndirilən şəxsin öz evi olduğuna görə o, həmin oteldə daimi yaşayan olmamışdır. Şəxsin oteldə neçə müddət əvvəldən qaldığını bilmir.Onlar hamısı bir otaqda qalmış, o oyandıqda hay–küy olduğunu görmüşdür. Polis əməkdaşları onların hamısını bir-bir otağa saldıqdan sonra aparmış, onları saxlayan əməkdaşlar özlərinin polis əməkdaşları olduqlarını bildirmiş, otağa baxış keçirilərkən hamı bir-bir otağa daxil olmuşdur. O, otağa daxil olduqda yerdə dərman vasitəsi olduğunu görmüşdür və dərmanların oraya necə gətirildiyini bilmir. “Preqabalin” adlı dərman vasitəsindən istifadə etmir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Şahid2 ünvan 4 ünvanında yerləşən “Tarqoviy” otelinin 117 nömrəli otağına aparılmış, videoçəkiliş vasitəsilə qeydə alınmış baxış istintaq hərəkətinin məzmunununa uyğun ifadələr vermişdir. Məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyət araşdırılarkən Şahid2 Azərbaycan dilini başa düşdüyünü, barəsində hər hansı bir cinayət işinin olmadığını qeyd edərək, ittiham aktında göstərilən 1 ədəd büküm “marixuana” növündə olan narkotik vasitənin ona polis əməkdaşları tərəfindən təqdim edildiyini, “polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı təzyiq olunduğunu, sonuncunun ona narkotik vasitə təklif etmədiyini, baxış aparılan otaqda polis əməkdaşları gələnə kimi sellofan paket olmasını görmədiyini bildirsə də məhkəməyədək icraat zamanı qeyd edilən məzmunda ifadələr verməsinin səbəblərini məhkəməyə izah edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxslə eyni məhəllədə qalırlar. Onların otelə getməkdə məqsədi yalnız yeni ili birgə qeyd etmək olmuş, otelə səhər saat 6 radələrində getmişdirlər. Özü barmen işləyir və Formula 1 yarışları zamanı turistlə mübahisə etdiyi üçün saxlanılmışdır. Narkotik vasitələrin aludəçisi deyil. Polis əməkdaşlarını hazırki cinayət işi ilə bağlı dekabr ayının 1-i səhər saat 6 radələrində görmüşdür. Əməkdaşlarla otel otağında rastlaşmışdır. Polis əməkdaşları qapını döyüb otelin əməkdaşı olduqlarını bildirmişdirlər. Hadisə günü döyülməmiş, lakin istifadə etdiyi narkotik vasitənin təsiri altında olmuşdur. Otaqda narkotik vasitənin “marixuana” və “alisa” növləri aşkar olunmuşdur. Həmin narkotik vasitələrin miqdarının nə qədər olduğunu, kimə məxsus olmasını bilmir. Narkotik vasitəni hadisə yerində istifadə etmiş yəni, özündə olmamışdır. Stolun üzərində olan “alisa” adlı narkotik vasitəni az miqdarda cibinə qoymuşdur. Polis əməkdaşları otelə gəldikdə o, oyaq olmuşdur. Qapı döyüldükdə, qapını döyənin otel əməkdaşı olduğunu və Təqsirləndirilən şəxs çağırdığını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadə verərək göstərmişdir ki, Şahid4 “Eldar” adlı şəxsin narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Onlar Səbail rayonu ərazisində Tarqovu hoteldə dəhlizdə Təqsirləndirilən şəxs yaxınlaşaraq onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişdirlər. Polis İdarəsində Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş və üzərindən metamfetamin aşkar edilərək sənədləşdirilmişdir. Metamfetamini sosial şəbəkədə tanış olduğu şəxsdən Yasamal ərazisində 100 manata aldığını bildirmişdir. Şəxsin üzərindən metamfetamindən başqa şəxsiyyət vəsiqəsi və telefon da aşkar edilmişdir. Onlar şəxsi hotelin dəhlizində saxlamışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Xilal oğlu ifadə verərək göstərmişdir ki, əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirilmiş, təqsirləndirilən şəxs dəhlizdə saxlanılaraq üzərinə baxış keçirilərkən metamfetamin, otağa baxış zamanı isə marixuana, ekstazi və metadon aşkar olunmuşdur. Onu təxmini saat 15 və 16:00 radələrində saxlamış, üzərindən 3 qrama yaxın metamfetamin askar edilmişdir. Şəxs üzərindən aşkar edilənlərin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsi barəsində narkotik vasitələrin saxlaması, daşıması, istifadəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 1 yanvar 2023-cü il tarixdə günorta saatlarında “Tarqovu” hoteldə dəhlizdə gəzərkən bir neçə nəfərlə birlikdə saxlanmışdır. Şəxsin qaldığı otağa baxış keçirilmiş və üzərindən narkotik vasitə metamfetamin aşkar edilmişdir. Hoteldə marixuana, preqabalin, ekstazi aşkar edilmişdir. Onlar şəxsi dəhlizdə saxlamışdırlar. Saxlanılan şəxslərin üzəridən müxtəlif madddələr aşkar edilmişdir. Şəxsin evində axtarış edil məmiş, özü otelde qaldığını bildirmişdir. Saxlanılan şəxslər 4 nəfər olmuş aralarında qadın olmamışdır. Təqsirləndirilən şəxin üzəridən 2,8 qram metamfetamin, otaqdan eksiz və preqabalin aşkar edilmişdir. Əməliyyat məlumatında miqdar və neçə nəfər olduqları qeyd olunmamış, narkotik vasitərin satışı ilə məşğul olması qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, 1 yanvar 2023-cü il tarixdə əməliyyat tədbirləri nəticəsində Səbail rayonu ərazisində yerləşən “Tarqoviy Hotelin” dəhlizində 4 nəfər şəxsə- Şahid2, Şahid1, Şahid9 və Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, otelin 117 saylı otağına təhqiqatçı və vəkilin iştirakı ilə baxış keçirilmiş baxış zamanı çarpayının altından sellofan paket aşkar edilmiş, Təqsirləndirilən şəxs 115 həb “preqobalin”, “metamfetamin” və “marixuananın” və elektron tərəzinin ona məxsus olduğunu bildirmişdir. Hadisə yerində 4 nəfər şəxs saxlanılmış, saxlanılan şəxslərin hamısında narkotik vasitə aşkar edilmişdir. Onlar otelə Təqsirləndirilən şəxsı saxlamaq üçün getsə də digər şəxslərdən də narkotik vasitə aşkar olunmuş, Təqsirləndirilən şəxs narkotik vasitəni özü təqdim etmişdir. Onlar Eldar və dostlarını otelin dəhlizində gündüz saat 12-1 radələrində saxlamış, polis idarəsində Eldarın üzərindən “metamfetamin” aşkar olunmuşdur. Oteldə olan 4 nəfərin içində qadın olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, 2023-cü il yanvar ayında Səbail rayonu ərazisində daxil olan əməliyyat məlumatı əsasında “Tarqovu” ərazisində yerləşən hoteldə əməliyyat-axtarış tədbiri keçirmiş və tədbir zamanı Təqsirləndirilən şəxs başqa şəxslərlə birgə dəhlizdə saxlanılmışdır. Onun üzərinə vəkilin iştirakı ilə videoçəkiliş vasiəsilə baxış keçirilmiş və üzərindən bir büküm metamfetaminə bənzər psixotrop maddə aşkar edilmişdir. Metamfetaminin çəkisi 2 qramdan artıq olmuşdur. Tarqovu otelde şəxsin qaldığı otaqdan preqobalin, metamfetamin, ekstazi, marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən götürdüyünü bildirmiş, üzərindən aşkar olunanları 100 manata öz şəxsi istifadəsi üçün götürdüyünü qeyd etmişdir. Onun üzərindən 2 qramdan artıq metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxsin qaldığı otaqdan ona aid 3 ekstazi həbi, 17 list preqabalin, metamfetamin və 3 büküm marixuana aşkar edilmişdir. Aşkar olunan metamfetaminin dəqiq çəkisi yadında deyil. Dediklərinə görə bayramı qeyd etmək üçün otele yığışmış, lain otelin qarşısında narkotik vasitə satışı ilə məşğul olmuşdurlar. Əvvəlcə oteldə qaldıqları otağa baxış, daha sonra şəxsin üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid9 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, 01 yanvar 2023-ci il tarixdə saat 13:00 radələrində ünvan 6 ünvanında yerləşən “Tarqoviy” otelinin dəhlizində Şahid1, X11 və Təqsirləndirilən şəxs ilə birlikdə olarkən 5 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, onların külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, onlarla sorğu aparmağa başlamışlar. Bundan sonra o və tanışları ünvan 6 ünvanında yerləşən “Tarqoviy” otelin mənzilində narkotik vasitələr saxladıqlarını etiraf etmişlər. Bundan sonra onlar, otelin işçisi və polis işçiləri ilə yaşadıqları mənzilə baxış keçirməyə başlamışlar. Baxış zamanı Eldar yaşadıqları otaqda çarpayının altından bir ədəd sellofan torbanı təqdim etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 01 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və digərlərinin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması müəyyən edilmişdir (cild 1, iş vərəqə 5-6). Cinayət işi materiallarına əlavə edilmiş 1 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı ünvan 8 ünvanında yerləşən “Tarqoviy” hotelinin 117 saylı mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı yoxdur (cild 1, iş vərəqə 12). “Baxış keçirilməsi və götürmə haqqında” 1 yanvar 2022-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərini əks etdirən CD diskdən görünür ki, Cinayət işində olan baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, həmin baxış və götürmə istintaq hərəkəti Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Anar Aslanov tərəfindən 01 yanvar 2023-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbiri olaraq icra edilmiş, bunun üçün təhqiqatçı tərəfindən qərarlar qəbul edilərək, baxış və götürmədə iştirak edən şəxslərə elan edilmiş, həmçinin barələrində şübhə edilən və götürmə aparılacaq şəxslərin və otelin adminstratorunun yaşayış yerinə baxış keçirilməsinə dair razılıqları barədə ərizələri alınaraq materiallara əlavə edilmişdir. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs, Şahid2, Şahid1 və Şahid9 bu barədə qərarla tanış edərək sözü gedən otaqda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, Şahid2 Rafık oğlu, Şahid1 və Şahid9 mənzildə olan çarpayının alt hissəsindən 1 (bir) ədəd sellofan torbam təqdim edərək stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs 1 (bir) ədəd sellofandan özünə aid 3 (üç) ədəd “ekstazy” həblərinə bənzər, 1 (bir) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər, 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 1 (bir) ədəd elektron tərəzi, 1 (bir) ədəd üzərində 4098 0944 2112 7018 nömrəsi olan plastik bank kartı, 3(üç) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 175 ədəd üzərində preqebalin yazısı olan həbləri, Şahid9 təqdim edilmiş həmin sellofan torbadan özünə aid 4(dörd)ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, Şahid1 həmin sellofan torbadan özünə aid 11 (on bir) ədəd “preqebalin” həblərinə bənzər həbləri, Şahid2 Rafık oğlu da öz növbəsində bu torbadan özünə aid 2(iki) ədəd preqabalin həblərinə bənzər həbləri təqdim edərək masanın üzərinə qoymuşlar. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi marixuanaya bənzər 3(üç) ədəd bükümün çəkisi 1 (bir) qram, 1 (bir) ədəd marixuanaya bənzər bükümün çəkisi 2,1 (iki tam onda bir) qram, metamfetaminə bənzər kütlənin çəkisi 9,6(doqquz tam onda altı) qram omüəyyən edilmişdir. Daha sonra həmin kütlələr və 1 (bir) ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni Təqsirləndirilən şəxs aldığını, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Şahid2 Rafık oğlu verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni Təqsirləndirilən şəxs adlı şəxsdən bu gün Bakı şəhəri Səbail rayonu ərazisində öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Şahid9 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni 1 (bir) gün əvvəl sosial şəbəkə vasitəsi Bakı şəhəri Nizami rayonu ərazisindən əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, lakin tanışlarına bağışladığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni 1 (bir) gün əvvəl sosial şəbəkə vasitəsi ilə tanıdığı şəxsdən Bakı şəhəri, Yasamal rayonu ərazisindən öz istifadəsi üçün əldə etdiyini, narkotik vasitə satdığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqə 20-22). “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 01 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş Təqsirləndirilən şəxs, Şahid2 Rafık oğlu, Şahid1 və Şahid9 ilə birgə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncular 01 yanvar 2023-ci il tarixdə, saat 13:00-da ünvan 9 ünvanında yerləşən “Tarqoviy” otelinin dəhlizində piyada hərəkətdə olan zaman saxlanılmış, müvəqqəti yaşadıqları “Tarqoviy” otelində baxış istintaq hərəkəti başa çatdıqdan sonra BNMİ-nin inzibati binasına gətirilmişlər. Həmin şəxslərin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «şəxsi axtarış və götürmə aparılması haqqında» 01 yanvar 2023-ci il tarixli qərara əsasən BNMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, Şahid9, Şahid2 və Şahid1 barəsində şəxsi axtarış və götürmə aparılmışdır. İlk olaraq şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid9 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid9 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd üzərində ***-***-**-** simkart nömrəsi olan 1 (bir) ədəd “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şübhəli şəxsin şəxsi axtarışı davam etdirilmiş, digər predmetlər aşkar edilməmişdir. Daha sonra Şahid9 təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və metamfetaminə bənzər kütlənin çəkisinin 1,5 (bir tam onda beş) qram olması müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Redmi” markalı mobil telefon bu barədə şəxsi axtarışı aparılan şəxsə izah verildikdən sonra götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən üzərində ***-***-**- ** simkart nömrəsi olan 1 (bir) ədəd “Redmi” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 4098- 5844-6505-2130 nömrəli 1 (bir) ədəd plastik bank kartı, 1 (bir) ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və metamfetaminə bənzər kütlənin çəkisinin 2,8(iki tam onda səkkiz) qram olduğu müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Redmi” markalı mobil telefon, 1 (bir) ədəd plastik bank kartı və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi bu barədə şəxsi axtarışı aparılan şəxsə izah verildikdən sonra götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid2 Rafık oğlunu bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 Rafık oğlu əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin şalvarın sağ yan cibindən üzərində ***-***-**-** simkart nömrəsi olan 1 (bir) ədəd “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra Şahid2 təqdim etdiyi marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və marixuanaya bənzər kütlənin çəkisinin 5,9(beş tam onda doqquz) qram olması müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Redmi” markalı mobil telefon bu barədə şəxsi axtarışı aparılan şəxsə izah verildikdən sonra götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid1 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 əynində olan yaşıl rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin şalvarın sağ yan cibindən üzərində ***-***-**-** simkart nömrəsi olan 1 (bir) ədəd “Poco” markalı mobil telefon, şəxsin özünə məxsus şəxsiyyət vəsiqəsi, şalvarının arxa cibindən azadlığın məhdudlaşdırılmasına nəzarət cihazı aşkar edilərək götürülmüşdür. Daha sonra Şahid1 təqdim etdiyi marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və marixuanaya bənzər kütlənin çəkisinin 5,9 (beş tam onda doqquz) qram olması müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Redmi” markalı mobil telefon və şəx siyyət vəsiqəsi bu barədə şəxsi axtarışı aparılan şəxsə izah verildikdən sonra götürülmüş, azadlığın məhdudlaşdırılmasına nəzarət cihazı qaytarılmışdır ( cild 1, iş vərəqə 103-108). Şifahi sorğu zamanı Şahid1 ondan aşkar edilmiş narkotik vasitə olan marixuananı 20 manata tanışı Təqsirləndirilən şəxs öz istifadəsi üçün əldə etdiyini, heç kimə satmadılğını və hədiyyə etmədiyini, Rüstəm Alşıov üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs öz istifadəsi üçün əldə etdiyini, heç kimə satmadığını və hədiyyə etmədiyini bildirmişdir. Şahid9 isə sorğu zamanı üzərindən aşkar edilmiş metamfetamini “zakladka” vasitəsi ilə əldə etdiyini, tanımadığı şəxsdən onlayn qaydada 50 manata aldığını və Yasamal rayonu ərazisindən götürdüyünü qeyd etmişdir. Təqsirləndirilən şəxs isə üzərindən aşkar edilmiş psixotrop maddəni və qaldığı oteldən aşkar edilmiş narkotik vasitə, psixotrop madə və güclü təsiredici vasitələri “zakladka” vasitəsi tanımadığı şəxsdən onlayn qaydada Yasamal rayonu ərazisindən 100 manata ilə əldə etdiyini, həmçinin Şahid2 və Şahid1 narkotik vasitə və psixotrop maddə, eləcədə güclü təsiredici vasitələri özü verdiyini etiraf etmişdir. Saxlanılan şəxslər hər biri polisəməkdaşları tərəfindən fizikipsixoloji təzyiqə məruz qalmamasını göstərmişlər. Məhkəmə-kimyəvi ekspertizasının 02 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə; şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, Müdafiəçi-imza, təhqiqatçı: A.Aslanov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 ədəd bükümdəki təmiz çəkisi -2,245 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N°°7“ dairəvi möhür əksi və “... Vət.Şahid9 üzərindən aşkar edilmiş kütlə; Şahid9 -imza; müdafiəçi-imza: təhqiqatçı: A.Aslanov-imza...” yazı əlavəsi qeyd edilmiş kağız zərfdəki 01 ədəd bükümdəki təmiz çəkisi -1,167 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. “Azərbaycan Respublikası DİN Zərflər üçün № 7” dairəvi möhür əksi və “..Təqsirləndirilən şəxs Çambulat oğlunun, Şahid9, Şahid1 və Şahid2 yaşadıqları hotelin otağından aşkar edilmiş kütlə...İştrikaçılar Şahid3, Təqsirləndirilən şəxs, Şahid9, Z. Əmrahov, Şahid2-imzalar; Qablaşdırdı: A.Aslanov -imza., ’vazı əlavəsi qeyd edilmiş kağız zərfin içərisində: - 01 ədəd üzərində “X5 yaşadığı ünvandan özünə məxsus...imza" yazı əlavəsi qeyd edilmiş zərfi açdıqda 10 ədəd ağ rəngli kapsulalar preqabalin tərkibli dərman preparatıdır və 10 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,5 qramdır və 01 ədəd üzərində «Preqabalin Krka 300» əmtəə göstəriciləri olan konvalyutun içərisində bir ədəd üzərində P300 yazı əlavəli ağ-tünd qəhvəyi rəngli kapsullar preqabalin tərkibli dərman preparatıdır və 1 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 0,3 qramdır, (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qr preqabalin olmaqla); - 01 ədəd kağız zərfdə üzərində “Şahid2 Rafiq oğlunun yaşadığı ünvandan aşkar edilmiş ...imza” yazı əlavəsi qeyd edilmiş kağız zərfdə 1 ədəd ağ rəngli kapsula preqabalin tərkibli dərman preparatıdır və 1 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 0,15 qramdır və 01 ədəd üzərində «Preqabalin Krka 300» əmtəə göstəriciləri olan konvalyutun içərisində bir ədəd üzərində P300 yazı əlavəli ağ-tünd qəhvəyi rəngli kapsullar preqabalin tərkibli dərman preparatıdır və 1 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 0,3 qramdır, (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qr preqabalin olmaqla); - 01 ədəd ağ rəngli polietilen bağlamada üzərində “Təqsirləndirilən şəxs Çambulat oğlunun yaşadığı ünvandan aşkar edilmiş ...imza” yazı əlavəsi qeyd edilmiş ağ rəngli polietilen bağlamada 01 ədəd polietilen bükümdəki təmiz çəkisi - 9,365 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 02 ədəd polietilen paketlərdə təmiz çəkiləri - 0,225 qram, 0,940 qram, ümumi təmiz çəkisi-1,165 qram açıq yaşıl rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış metilendioksımetamfetamin (MDMA) tərkiblidir(“ekstazi”); 01 ədəd açıq yaşıl rəngli həb kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli 01 ədəd həbin təsir edici maddəsinin miqdarı - 0,21 qramdır, (’‘ekstazı”); üzərində “Alyse 150 mg capsule Pregabaline” əmtəə göstəriciləri olan konvalyutların içərisində ümumilikdə 38 ədəd ağ rəngli kapsullar preqabalin tərkibli dərman preparatıdır və 38 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı -5,7 qramdır (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,15 qr preqabalin olmaqla); üzərində «Preqabalin Krka 300» əmtəə göstəriciləri olan konvalyutların içərisində ümumilikdə 137 ədəd üzərində P300 yazı əlavəli ağ-tünd qəhvəyi rəngli kapsullar preqabalin tərkibli dərman preparatıdır və 137 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 41,1 qramdır, (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qr preqabalin olmaqla); 01 ədəd gümüşü metal rəngli elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin çəkisini və bükümlərdəki metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş, metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olub, ümumi təmiz çəkisi - 12,777 qramdır. Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı»na daxildir. Tədqiqatdan sonra metamfetaminin qalıq çəkisi 12, 627 qram, preqabalin 300 mgın qalıq miqdarı 129 ədəd, preqabalin 150 mg-ın qalıq çəkisi 35 ədəd, ağ rəngli kapsulların qalıq miqdarı 10 ədəd, preqabalin 300 mg-ın qalıq miqdarı 1 ədəd təşkil etmişdir (cild 1, iş vərəqə 125-128). Məhkəmə-bioloji ekspertizasının 2 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində ‘‘X7 üzərindən aşkar edilmiş.” sözləri yazılmış kağız paketdə bir ədəd şəffaf sellofanda təmiz çəkisi 5,204 qram və üzərində “Şahid1 üzərindən aşkar edilmiş...” sözləri yazılmış kağız paketdə bir ədəd şəffaf sellofanda təmiz çəkisi 5,381 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində '‘Təqsirləndirilən şəxs...yaşadıqları otelin otağından aşkar edilmiş...” sözləri yazılmış kağız paketdə skoçla bağlanmış bir ədəd şəffaf sellofanda təmiz çəkisi 0,457qram və üç ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,234qram, 0,353qram, 0,246qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 1,29qramdır. Tədqiqata təqdim olunmuş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan marixuananın hissəcikləri yoxdur. Marixuananın hissəcikləri olmadığına görə təqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparılmadı. Tədqiqata təqdim olunmuş üzərində “Şahid9 yaşadığı... ” sözləri yazılmış kağız paketdə 03 (üç) ədəd kağız bükülüdə və bir ədəd açıq vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1,49qram, 1,75 qram, 1,82qram, 0,39 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 5,45 qramdır. Tədqiqata təqdim olunmuş marixuanalar (dörd ədəd kağız paketdə olan) tərkibinə görə eynidirlər. Ekspertiza tədqiqatından sonra marixuananın qalıq çəkisi 16, 825 qram təşkil etmişdir (cild 1, iş vərəqə 132-133). Cinayət işi materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsə məxsus ***-***-**-** mobil nömrəsi vasitəsilə 01 yanvar 2022-ci il tarixdən 01 yanvar 2023-cü il tarixədək olan müddət ərzində aparılmış danışıqlara, göndərilən və qəbul edilən SMS-lərə dair antenna göstəricilərini əks etdirən diskə məhkəmədə baxış keçirilən zaman diskdə «Analitik təhliL**********75» adlı «Google Chrome» formatlı 1,64 Mb ölçüdə fayl, «Analitik təhlilin izahı» adlı «X14 (.pdf)» formatlı 1,18 Mb ölçülü fayl, «Səbail_B-S yer dəyişdirmə(Hamısı abunə ilə) _**********75» adlı «Excel (.xlsx)» formatlı 4,53 Mb ölçülü fayl, «Səbail_SMS məzmun (qarşı abunə ilə)_**********75» adlı «Excel (.xlsx)» formatlı 498 Kb ölçülü fayl, «Səbail_SMS Statistika (qarşı abunə ilə)_**********75» adlı «Excel (.xlsx)» formatlı 637 Kb ölçülü fayl, «Səbail_Zəng statistika (qarşı abunə ilə)_**********75» «Excel (.xlsx)» formatlı 1,50 Mb ölçülü fayl aşkar edilir. Baxış zamanı ***-***-**-** mobil nömrəsi ilə il ərzində kifayət qədər telefon əlaqələrinin olması müəyyən edilmişdir. Həmin məlumatlar təhlil edilərkən nömrə sahibinin həqiqətən Təqsirləndirilən şəxs olması müəyyən edilir. Təqsirləndirilən şəxs ən çox telefon əlaqəsi saxladığı şəxslər Vüqar Nəcəfov, Samirə Mehdiyeva, Şahid1, Anar Bəxtiyarzadə, Ramiz Səfərəliyev, Murad Harunov, Rüstəm Kəngərli, Nəsir Rzayev və Nəsir Alışov adlı abonentlər olması dəqiqləşdirilmişdir. SMS yazışmaları bölümündə aşkar edilmiş bütün məlumatlar istintaq üçün əhəmiyyət kəsb edən məlumatlar olmasa da onun istifadəsində olan telefon nömrəsindən xx.xx.2022-ci il tarixdə Anar Bəxtiyarzadə adlı abonentə «Mene kart yaz, neyim var atim, helem gorum nese yene ede bilsem, atacam» məzmunlu , xx.xx.2022-ci il tarixdə Rauf Gafarov adlı abonentə «**********052130 leo karta 30 manat sdelay tak çto bı mne ne zvo» məzmunlu, xx.xx.2022-ci il tarixdə X8 adlı abonentə «Senden xeber cixmadi. Atdim kartuva 20 manat. Ozumde 30 gepiyim galib» məzmunlu, 09 dekabr 2022-ci il tarixdə X9 “Ot degig edim deyirem”məzmunlu , xx.xx.2022-ci il tarixdə X3 “Anamin eziz cani. Deyirem. Otelin pulunu bu deyge vermeliyem. Ona gore brat.pul deyirem. Yoxsa Vallah dawla deyiwerdim” məzmunlu, 04 noyabr 2022-ci il tarixdə “Brat wey lazimdi 2 gramm 35 manatim var. Gonagim var deye mene girecek. İmkan var? Məzmunlu SMS göndərilmişdir. Onun isifadəsində olan mobil telefon nömrəsinə 11 avqust 2022-ci il tarixdə “Alınmır qaqa aparat yox ele bil ) 3500 düklerden göter2-3 dene”, 08 dekabr 2022-ci il tarixdə “Brat norm boshku prinesi da, 3 nefere cekeciyik posle raboti” məzmunlu smslər daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 23:11-də Təqsirləndirilən şəxslə Şahid2 Rafık oğlu arasında «Aç, sözüm var» məzmunlu SMS yazışması, Təqsirləndirilən şəxslə Şahid1 arasında isə xx.xx.2022-ci il tarixdə saat 14:48-də «**********722325» məzmunlu SMS yazışması qeydə alınmışdır. Təqsirləndirilən şəxs məxsus, istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi vasitəsilə yuxarıda qeyd olunan məzmunlu SMS-lərin 2022-ci ilin avqust ayının sonlarından etibarən aparıldığı baxışla müəyyən edildi. Baxışa həmçinin müəyyən edildi ki, SMS yazışmalarında Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş **********052130 plastik kart nömrəsi onun üzərindən şəxsi axtarışı zamanı götürülmüş bank kartının nömrəsi ilə eynilik təşkil edir (cild 2, iş vərəqə 51). Cinayət işi materiallarına əlavə edilmiş Unibanka məxsus 4098 0944 2112 7018 nömrəli VİSA növündə plastik bank kartının kimə məxsus olması, həmin şəxsin anket məlumatları, 01 yanvar 2022-ci il tarixdən 01 yanvar 2023-cü il tarixədək olan müddət ərzində kart hesabına köçürmə və hesabdan çıxarma barədə «Unibank»dan daxil olmuş məlumatlar olan diskə baxış keçirilən zaman diskdə «409809KAWBPJ7018» adlı «Excel Çxlsx)» formatlı 41,8 Kb ölçülü fayl aşkar edilir. Faylda məlumatlar exel səhifələri üzrə yerləşdirilmişdir. Birinci səhifədə kartın nömrəsi «409809KAWBPJ7018» kimi, sahibinin adı «Təqsirləndirilən şəxs» kimi, doğum tarixi «xx.xx.1999» olaraq, müştərinin telefon nömrəsi «**********» olaraq, müştərinin fin kodu isə «xxxxxxx»olaraq qeyd olunmuşdur. Növbəti exel səhifəsində «Unibank» ATM məlumatları əks etdirilmiş, tranzaksiya ilə «**********80509659» nömrəli kartın hesabına xx.xx.2022-ci il tarixdə saat 20:16:58-də ünvan 10 ünvandakı ATM vasitəsilə (təsdiq kodu 415719) 170 manat, «**********19382714» nömrəli kartın hesabına xx.xx.2022-ci il tarixdə saat 16:43:50-də ünvan 10 ünvandakı ATM vasitəsilə (təsdiq kodu 649151) 50 manat, «**********34604121» nömrəli kartın hesabına xx.xx.2022-ci il tarixdə saat 05:17:04-də Bakı şəhəri Azərbaycan prospekti 2 ünvandakı ATM vasitəsilə (təsdiq kodu 211729 15 manat, «**********94973861» nömrəli kartın hesabına xx.xx.2022-ci il tarixdə saat 01:17:20-də ünvan 10 ünvandakı ATM vasitəsilə (təsdiq kodu 202986) 80 manatın məxaric edildiyi müəyyən edilir. Növbəti exel səhifəsində digər bank POS-terminalları vasitəsi ilə edilmiş məxariclər əks etdirilmişdir. Bu səhifədə kartdan 17.09-xx.xx.2022-ci il tarixlərdə 15 dəfə kiçik məbləğlərin (10 manat və daha az) məxaric edilməsi müəyyən edilir. Növbəti exel səhifəsində internet üzərində aparılmış əməliyyatlar əks olunmuşdur. Bu səhifədə 18.09.xx.xx.2022-ci il tarixləri ərzində 41 əməliyyat aparılmış, onlardan 28 məxaric, 13 mədaxil əməliyyatı olmuşdur. Mədaxil edilən ümumi məbləğ 437,25 manat, məxaric edilmiş ümumi məbləğ isə 514,84 manat müəyyən edilir. Növbəti exel səhifəsində Unibank tətbiqi ilə kardtokard əməliyyatları barədə məlumatlar yerləşdirilmişdir. 16.09.-xx.xx.2022-ci il tarixlərdə kartdan karta bu tətbiq vasitəsilə 169 əməliyyat icra edilmişdir. Köçürən və ya köçürülən kartlar da Unibanka aid olduğundan sahibləri barədə əsas məlumatlar bildirilmişdir. Növbəti exel səhifəsində Digər bank tətbiqi ilə kardtokard əməliyyatları barədə məlumatlar yerləşdirilmişdir. xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə kartdan karta bu tətbiq vasitəsilə 15 əməliyyat icra edilmişdir. Ümumilikdə hesaba 688 manat pul köçürülmüşdür. Köçürən kartlar digər banklara aid olduğundan sahibləri barədə məlumatlar bildirilməmişdir (cild 2, iş vərəqə 54). Cinayət işi materiallarına əlavə edilmiş Unibanka məxsus 4098 **********30 nömrəli VİSA növündə plastik bank kartının kimə məxsus olması, həmin şəxsin anket məlumatları, 01 yanvar2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində kart hesabına köçürmə və hesabdan çıxarma barədə «Unibank»dan daxil olmuş məlumatlar olan diskə baxış keçirilmişdir. Disk açılarkəndiskdə «UNİBANK-MEHDİYEVELDAR CAMBULATOĞLU409858CDJZFW2130» adlı «Excel (.xlsx)» formatlı 342 Kb ölçülü fayl aşkaredilir. Faylda məlumatlar exel səhifələri üzrə yerləşdirilmişdir. Birinci səhifədə kartınnömrəsi «409809KAWBPJ7018» kimi, sahibinin adı «Təqsirləndirilən şəxs» kimi, doğum tarixi «xx.xx.1999» olaraq, müştərinin telefon nömrəsi «**********» olaraq, müştərinin fin kodu isə «xxxxxxx»olaraq qeyd olunmuşdur. Kartın açılma tarixi xx.xx.2022, əməliyatların tavrix arahlıdı xx.xx.2022-xx.xx.2023 olaraq müəyyən edilmişdir. Növbəti exel səhifəsində «Unibank» ATM məlumatları əks etdirilmiş, xx.xx.2022-xx.xx.2023-gü il tarixlərinə 85 əməliyyat aparıldığı müəyyən edilir. Növbəti exel səhifəsində digər bank POS-terminalları vasitəsi ilə edilmiş məxariclər əks etdirilmişdir. Bu səhifədə kartdan 30.06-xx.xx.2022-ci il tarixlərdə 15 dəfə 5-50 manat həcmində məbləğlər məxaric edilməsi müəyyən edilir. Növbəti exel səhifəsində internet üzərində aparılmış əməliyyatlar əks olunmuşdur. Bu səhifədə xx.xx.2022-xx.xx.2023-cü il tarixləri ərzində 638 əməliyyatın icra edildiyi müəyyən edilir. Növbəti exel səhifəsində Unibank tətbiqi ilə kardtokard əməliyyatları barədə məlumatlar yerləşdirilmişdir. xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə kartdan karta bu tətbiq vasitəsilə 1370 əməliyyat icra edilmişdir. Növbəti exel səhifəsində digər bank tətbiqi ilə kardtokard əməliyyatları barədə məlumatlar yerləşdirilmişdir. xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə kartdan karta bu tətbiq vasitəsilə 164 əməliyyat icra edilmişdir (cild 2, iş vərəqə 78). “Sübutların qiymətləndirilməsi barədə” 17 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş - 0,457 qram, 0,234 qram, 0,353 qram, 0,246 qram olmaqla bitki mənşəli kütlələri, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananın, 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 9,365 qram və 2,245 qram olmaqla ümumilikdə çəkisi 11,61 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddənin, kustar üsulla hazırlanmış külli miqdarda metamfetaminin, 02 ədəd politlen paketlərdə təmiz çəkiləri 0,225 qram, 0,940 qram olmaqla, ümumi çəkisi 1,165 qram təşkil edən açıq rəngli tozşəkilli maddənin, kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metilendioksimetamfetamin (MDMA) tərkibli 01 ədəd açıq yaşıl rəngli həbin, üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,15 qr preqabalin olmaqla preqabalin təsiredici maddəsinin ümumi miqdarı 5,7 qram təşkil edən üzərində “Alyse 150 mg capsule Pregabaline” əmtəə göstəricisi ilə konvalyutların içərisində ümumilikdə 38 ədəd ağ rəngli kapsulların; üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qr preqabalin olmaqla preqabalin təsiredici maddəsinin ümumi miqdarı 41,1 qram təşkil edən üzərində “Прегабалин Крка 300” əmtəə göstəriciləri olan konvalyutaların içərisində ümumilikdə 137 ədəd üzərində P300 yazı əlavəli ağ-tünd qəhvəyi rəngli kapsulları, Şahid1 götürülmüş üzərinə qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,15 qr güclü təsir edən maddə preqabalin olmaqla preqabalin təsiredici maddəsinin ümumi miqdarı - 1,5 qram təşkil edən üzərində “Alyse 150 mg capsule Pregabaline” əmtəə göstərici ilə konvalyutların içərisində ümumilikdə 10 ədəd ağ rəngli kapsulları, üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qr güclü təsir edən maddə preqabalin olmaqla üzərində “Прегабалин Крка 300” əmtəə göstəriciləri olan konvalyutada 1 ədəd üzərində P300 yazı əlavəli ağ-tünd qəhvəyi rəngli kapsulu və bitki mənşəli kütlə- tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış çəkisi 5,381 qram narkotik vasitə olan qurudulmuş marixuana Şahid2 götürülmüş üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,15 qr güclü təsir edən maddə preqabalin olmaqla üzərində “Alyse 150 mg capsule Pregabaline” əmtəə göstərici ilə konvalyutada 1 ədəd ağ rəngli kapsulu, üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qr güclü təsir edən maddə preqabalin olmaqla üzərində “Прегабалин Крка 300” əmtəə göstəriciləri olan konvalyutada 1 ədəd üzərində P300 yazı əlavəli ağ-tünd qəhvəyi rəngli kapsulu və bitki mənşəli kütlə- tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış çəkisi 5,204 qram narkotik vasitə olan qurudulmuş marixuananın maddi sübut hesab edilərək, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 16, 825 qram təşkil edən marixuana, 12,627 qram təşkil edən metamfetamin, 130 ədəd təşkil edən preqabalin 300 mg kapsullar, 35 ədəd təşkil edən preqabalin 150 mg kapsullar, 10 ədəd təşkil edən ağ rəngli kapsullar saxlanılması üçün Bakı şəhəri Səbail rayon Polis İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilməsi, ünvan 4 ünvanında yerləşən “Tarqoviy” otelinin 117 nömrəli otağında baxış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD disk, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən diskin, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** möbil telefon nömrəsi vasitəsilə aparılan danışıqlara m dair məlumatları əks etdirən 1 ədəd CD disk, plastik kart Unibanka məxsus “4098 0944 2112 7018” və “4098 5844 6505 2130” plastik kart barədə məlumatları özündə əks etdirən 2 ədəd diskin, “4098 0944 2112 7018” və “4098 5844 6505 2130” nömrəli Visa növündə 2 ədəd plastik bank kartlarının maddi sübut hesab edilərək cinayət işi materiallarında saxlanılması müəyyən edilmişdir (cild 2, iş vərəqə 89-117). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” 12 iyul 1988-ci il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların narkoloji Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsində həmin məcəllənin 240.1 və 240.1-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədilməsi əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın (köhnə redaksiyada) 1-ci Siyahısının 12-ci bəndinə əsasən 500 (beş yüz) qram və daha artıq çəkidə qurudulmuş marixuana, Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin, həmin Siyahının 62-ci maddəsinə əsasən 5 qram və daha artıq çəkidə metilendioksimetamfetamin (MDMA) külli miqdar təşkil edir. 18 mart 2016-cı il tarixli Qanunla təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının ” siyahısının 68-ci bəndinə əsasən 5 qram və daha artıq çəkidə preqabalin külli miqdar təşkil edir. Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və götürmə, baxış və götürmə istintaq hərəkəti protokollarının məzmunundan, həmin istintaq hərəkətləriinin video görüntülərini özündə əks etdirən CD disklərdən, həmçinin ibtidai istintaq dövrünün əvvəllərində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən görünür ki, şəxsi axtarış zamanı üzərindən, qaldığı oteldən aşkar edilən maddələrin ona məxsus olduğunu, həmin maddələri Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən götürməsini, Zeyqəm Əmrahova psixotrop maddəni pul qarşılığında, Şahid2 hədiyyə qismində verməsi, mehmanxanada bu məqsədlə qalmasını, satdığı narkotik vasitənin pulunu tanımadığı şəxs tərəfindən verilmiş hesab nömrəsinə ödəməsi, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən hər hansı fiziki təzyiq tətbiq edilməməsini göstərməsinə baxmayaraq məhkəmə iclasında döyülməsi səbəbindən həmin məzmunda ifadələr verməsini, eləcə də videoçəkilişlə qeydə alınması üsulu ilə yaşadığı mehmanxana otağına baxış və götürmə, barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsinə və müvafiq maddələri təqdim etməyə razı olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxsin ifadəsinə əsasən məhkəmənin təşəbbüsü ilə onun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından 13 iyun 2023-cü il tarixli məktubla əldə edilmiş tibbi müayinə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən keçirildiyi tibbi müayinə zamanı sağ saidin yuxarı 1/3-nin içəri səthində və sağ dirsək nahiyəsində təqribi ölçüsü 1 sm olan üzəri qərtməkli yara, sağ kürəkaltı nahiyədə yumşaq toxumaların əziyi müşahidə olunmuşdur. Bakı şəhəri Səbail rayon Prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə aparılmış araşdırma üzrə qəbul edilmiş 08 fevral 2023-cü il tarixli Qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Qərar qəbul edilərkən Təqsirləndirilən şəxs tərəfindən tutulduğu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid7, Şahid5, Təqsirləndirilən şəxs hər hansı fiziki və psixi təsir göstərmədikləri məzmunda verdikləri izahatları, habelə tibbi müayinə sənədlərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilən xəsarətlərin xüsusiyyətləri dolğun təsvir edilmədiyindən (qartmağın rəngi və ətraf sağlam dəriyə görə səviyyəsi) həmin xəsarətlərin əmələ gəlmə müddətinə hər hansı fikir bildirilə bilinməməsi barədə 02 fevral 2024-cü il tarixli məhkəmə tibbi ekspertiza rəyi əsas götürülmüşdür. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yalnız saxlanılmamış, onunla birgə saxlanılan şəxslərdən ikisi Zeyqəm Əmrahov və Şahid2 üzərlərindən aşkar edilən narkotik vasitələri və narkotik vasitələrə , psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri Təqsirləndirilən şəxs əldə etdiyini bildirmişlər. Həmin şəxslər məhkəmə iclasında ifadələrini dəyişsələr də ibtidai istintaq dövründə etiraf edici ifadələr vermələrinin səbəblərini məhkəməyə izah edə bilməmişlər. Məhkəmə təqsirləndirilən şəxsin bir-biri ilə ziddiyyət təşkil edən ifadələrini, 02 avqust 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi ” haqqında Qərarla müəyyən edilən halları, şahidlər Zeyqəm Əmrahov və Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadələrini əsas götürməklə təqsirləndirilən şəxsin yaşadığı mehmanxana otağğına baxış və götürmə, barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti protokollarının, habelə şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarının mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmaması qənaətinə gələrək, təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinin ona aid olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, üzərindən aşkar edilərək götürülən narkotik vasitənin ona məxsus olması işin mübahisəsiz halıdır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilən psixotrop maddələrin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin miqdarını, onun istifadəsində olan telefon nömrəsi vasitəsilə aparılan narkotik vasitələrin satışı məzmunda yazışmalarını iş üzrə toplanmış və yuxarıda sadalanan digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək əməlində satış məqsədinin olması qənatətinə gəlir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Həmin cinayətlər Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlər ağır cinayətlər kateqoriyasına daxildir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 240.3.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, “Səbail rayon məktəblilərinin XXV spartakiadası çərçivəsində İ yer tutduğuna görə “ “Azərbaycan Parkur İdman X4 İİİ yer tutduğuna görə”, “20-21 mart “Novruz Bayramına” həsr olunmuş Respublika ümumtəhsil məktəbliləri arasında keçirilmiş Basketbol İdman növü üzrə açıq birincilikdə İİ yer tutuduğuna görə”, “Azərbaycan Parkur İdman Klubunun Bakı Birinciliyində təltif olunduğuna görə”, “Səbail rayon məktəblilərinin XXV spartakiadası çərçivəsində basketbol üzrə rayon yarışlarında oğlanlar arasında İ yer tutduğuna görə”,”Bakı 2015” X16 təşkili və keçirilməsində iştirakına görə, 17-19 iyun tarixlərində Bakı Şəhər Halqasında könüllü kimi işirakına görə”,”Karabük Universitetinin C1 türk dili proqramını müvəffəqiyyətlə başa vurduğuna görə” diplom və sertifikatlarla təltif edilmişdir. Məhkəmə həmin halları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsiyyətini müsbət xarakterizə edən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir . Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 16 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 69.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 01 il 02 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilmiş, 28 sentyabr 2020ci il tarixində cəza müddətinin başa çatmışdır (cild 1, iş vərəqə 236). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində həmin Məcəllənin 66.3-cü maddəsinin tələblərini nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü və 240.3.2-ci maddəsində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 37), Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 yanvar 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 01 yanvar 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 164-167). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. 13 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqə 87-88). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Səbail rayon polis idarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə və yaşadığı mehmanxana otağına baxış keçirilməsi zamanı götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 16, 825 qram təşkil edən marixuana, 12,627 qram təşkil edən metamfetamin, 130 ədəd təşkil edən preqabalin 300 mg kapsullar, 35 ədəd təşkil edən preqabalin 150 mg kapsullar, 10 ədəd təşkil edən ağ rəngli kapsullar 1 ədəd elektron tərəzi məhv edilməli, otağa baxış və götürülmə aparılarkən videoçəkilişlərin yazıldığı disk, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmələri zamanı video çəkilişlərin yazıldığı disk, Təqsirləndirilən şəxs məxsus mobil nömrəsinə dair məlumatları əks etdirən 1 ədəd disk, plastik kartlar barədə məlumatları əks etdirən 2 ədəd disk cinayət işi materiallarında saxlanılmalı, “4098 0944 2112 7018” və “4098 5844 6505 2130” nömrəli 2 ədəd Visa növündə plastik bank kartı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 234 (iki yüz otuz dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 38,202). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət- Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 87 (səksən yeddi) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Alyans” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 522 (beş yüz iyirmi iki) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona həmin məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətinə, 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 01 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş – ekspertiza tədqiqatından sonra qalıq çəkisi 16, 825 qram təşkil edən marixuana, 12,627 qram təşkil edən metamfetamin, 130 ədəd təşkil edən preqabalin 300 mg kapsullar, 35 ədəd təşkil edən preqabalin 150 mg kapsullar, 10 ədəd təşkil edən ağ rəngli kapsullar məhv edilsin; - ünvan 4 ünvanında yerləşən “Tarqoviy” otelinin 117 nömrəli otağında baxış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD disk, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD disk, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** möbil telefon nömrəsi vasitəsilə aparılan danışıqlara dair məlumatları əks etdirən 1 ədəd CD disk, plastik kart Unibanka məxsus “4098 0944 2112 7018” və “4098 5844 6505 2130” plastik kart barədə məlumatları özündə əks etdirən 2 ədəd disk, cinayət işi materiallarında saxlanılsın. - “4098 0944 2112 7018” və “4098 5844 6505 2130” nömrəli Visa növündə 2 ədəd plastik bank kartları ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs 234 (iki yüz otuz dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 87 (səksən yeddi) saat həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Alyans” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 522 (beş yüz iyirmi iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar